Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-171/2022 14.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxs X6 və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdə saat 18 radələrində tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 3cü döngə, 42 saylı evin həyətinə qanunsuz daxil olaraq X4 məxsus velosipedi gizli yolla talayıb, zərərçəkmiş şəxsə 350 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 3,275 qram olan narkotik vasitə heroin əldə edib eyni məqsədlə üzərində saxlayaraq daşımış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyul 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri M.Y.Axundzadə küçəsində yerləşən ”Oba” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan üzərində saxlayaraq daşıdığı 1 ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 3,275 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə isə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Məmmədov küçəsi, 97 nömrəli evdə arvadı Şahid4 və azyaşlı oğlu ilə birlikdə yaşayır. Onun ** BM *** dövlət qeydiyyat nömrəli «Volkswaqen» markalı avtomobili vardır, həmin avtomobili taksi kimi istifadə edib ailəsini dolandırır. O, təxminən bir neçə ildir ki, narkotik vasitə heroin adlanan «kokos»u damara iynə vurma yolu ilə qəbul edir. 04 iyul 2021-ci il tarixdə saat 18 radələrində o, Gəncə şəhəri, M.Y.Axundzadə (keçmiş Çaparidze) küçəsi ilə təkcə yaşadığı evə piyada gedərkən, həmin küçədə 3-cü dalan, 42 nömrəli evin darvazasının açıq olduğunu və evə giriş hissədə təzə velosipedin olduğunu görüb onu oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt küçədə heç kəs olmamış, evin həyətində də heç kəsi görməmişdir. O, velospedi götürüb minərək evinə gəlmişdir, velosiped təzə və saz vəziyyətdə olmuşdur. Evdə arvadı Bahara velosipedi oğurlaması barədə bildirməmişdir. 13.07.2021-ci il tarixdə günorta vaxtı Gəncə şəhər M.Y.Axundzadə küçəsində yerləşən “OBA” marketin yaxınlığında iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu Kəpəz rayon polis bölməsinə aparmışlar. Kəpəz rayon polis bölməsində həmin oğurluq hadisəsini onun etdiyi barədə soruşulmuş, o, etiraf edib həmin oğurluğu törətdiyini və oğurladığı velosipedi yaşadığı evin həyətinə qoyduğunu bildirmişdir. Polis işçiləri tərəfindən həmin velosiped götürülmüşdür. Sonra ona narkotik vasitə boynuna almağı təklif etmişlər, o razı olmamışdır. Sonra ona təzyiq göstərilmiş və üzərinə narkotik vasitə qoyulacağını CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə veriləcəyi deyilmiş, əks halda evinə külli miqdarda narkotik vasitə qoyulacağı ilə hədələnmişdir. Narkotik vasitəni boynuna alacağı halda barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilərək həbsdən azad olunacağı deyilmişdir. Ona görə məcbur olmuş və polis əmkdaşlarının təklifi ilə razı olmuşdur. Sonra polis əmkdaşlarının verdiyi bir bükümdə olan narkotik vasitəni cibinə qoymuşdur. Bundan sonra təhqiqatiçı onun narkotik vasitə ilə əlaqədar şübhəli şəxs qismində tutulduğunu, hüquqlarını izah edərək müdafiəçilərin siyahısını ona təqdim etmişdir. Hüquqlarının dövlət hesabına müdafiə olunması üçün vəkil dəvət olunmuş, müdafiəçinin, polis işçilərinin iştirakları ilə onun üzərinə şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən polietilen sellofan bükülü götürülmışdür. Həmin sellofana baxış zamanı içərisində narkotik vasitə olan heroin olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitə sellofan bükümü ilə birlikdə çəkisi 3,45 qram olmuşdur. Onun üzərindən aşkar edilərək götrülmüş narkotik vasitə heroin qablaşdırılmış, zərfə qoyularaq onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmişdir. İki gün sonra onu həbsdən azad edərək sərbəst buraxmışlar. Bir neçə gündən sonra onu polisə cağırıb ərazidə bağlı oğurluq hadisələri olduğunu və onlardan bir neçəsini boynuna almasını demişlər. O, isə etiraz etmiş və bu barədə bibisi prokurorun qəbuluna gedərək şikayət etmişdir. Ondan sonra onu nə zaman müstəntiq cağırmişdırsa həmin vaxt müstəntiqin yanına getmişdir. Polis əmkdaşlarından şikayət etdiyi üçün onun barəsində güya istintaqdan yayınması barədə qərar qəbul olunmuş və axtarışa verilmişdir. Sonra isə onun əməli əsassız və qərəzli olaraq CM-nin 234.1-ci maddəsindən CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmiş barəsində həbs qətimkan tədbiri seçmək istəmişlər. Bibisi prokurora şikayət etdiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməmiş, qərəzli və əsassız olaraq ağır ittihamla cinayət işi məhkəməyə göndərilmişdir. O, heç zaman kiməsə narkotik vasitə satmamış və ya hansısa formada kiməsə verməmiş, narkotik vasitəni, yalnız özü qəbul etmək üçün əldə etmişdir. Bütün bunlara baxmayaraq oğurluq cinayətini törətdiyi üçün əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı müalicə olunmaq üçün Rusiya Federasiyasına getmişdir. O, Təqsirləndirilən şəxs və ailəsini tanımır və onun kim olmasını bilmir. Onun evinin həyətindən velisoped oğurlanmışdır. Polis işçilərindən ona məlum olmuşdur ki, həmin oğurluğu Təqsirləndirilən şəxs etmiş və velosipedi evində saxlamışdır. Polis işçiləri tərəfindən həmin velosiped Təqsirləndirilən şəxs evindən götürülərək polisə gətirilmişlər.Velosiped onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər Gəncə şəhəri Kəpəz rayon polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində, hazırda isə Gəncə şəhər BPİ-nin Narkomaniyaya qarşı mübarizə bölməsinin rəisi vəzifəsində işləyir. Gəncə şəhəri, Ə.Məmmədov küçəsi, 97 nömrəli evdə yaşayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tanıyır, ancaq onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanınsuz dövriyyəsi ilə məşğul olması barədə ona bəzi məlumatlar çatmışdır. 13.07.2021-ci il tarixdə iş yoldaşları əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaxalanması və onun üstündən 1 ədəd bükümdə 3,275 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı ilə bağlı məlumatı olmuşdur. O, iş yoldaşları Şahid3 və Şahid2la birlikdə Təqsirləndirilən şəxsla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirilmiş sonuncunun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilməmişdir. Bundan başqa 04.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 3-cü döngə, 42 nömrəli evdən bir ədəd velosiped oğurlaması və yaşadığı evə aparması müəyyən edilmişdir. Həmin ev sahibinin Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. 14.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış velosipedin müəyyən edilib götürülmüşdür. Fatimə Xəlilova velosipeti görən kimi tanımış və 04.07.2021-ci il tarixdə yaşadığı evin həyətindən oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs oğurluğu etmiş Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dedikləri həqiqətə uyğun deyildir, ona hec kim təzyiq göstərməmiş, ona bağlı oğurluq hadisələrini boynuna alması təklif olunmamış və üzərinə narkotik vasitə qoyulmamışdır. Onun bibisinin prokurorun qəbuluna getməsi barədə məlumatı yoxdur. Barəsində nə üçün həbslə əlaqədar qətimkan tədbiri seçilməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs barəsində daxil olan məlumatda onun narkotik vasitənin qanunsuz dövriyyəsi və satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhəri Kəpəz rayon polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Teymur adlı şəxsi əvvəllər tanımamış, son vaxtlar Gəncə şəhərində nakotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. O, Teymurun şəxsiyyətini dəyqiqləşdirmiş, həmin şəxsin Gəncə şəhəri, Ə.Məmmədov küçəsi, ev 97-də yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və qanınsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Bununla əlaqədar əməliyyat axtarış tədbiri keçirilməsi barədə tapşırıq verilmiş, dərhal həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməsi və qanınsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək və yaxalanması məqsədilə əməliyyat-axtarış tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs yeri müəyyənləşdirilərək, 13 iyul 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhərində M.Y.Axundzadə küçəsindəki «Oba» marketin yaxınlığında yaxalayıb Kəpəz rayon polis bölməsinə gətirilmişdir. Rəisin göstərişinə əsasən Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsi təhqiqatçıya tapşırılmış və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, müdafiəçi dəvət edilib müvafiq sənədləşmə aparılmışdır. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı «Samsunq» markalı video kamera vasitəsi ilə çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd salafana bükülmüş vəziyyətdə kütlə aşkar edilmiş, həmin bükülüdə qəhvəyi rəngli, kəskin iyili, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin kütlə aptek tərəzisində çəkilmiş və həmin kütlənin çəkisinin 3,45 qram olması müəyyən olunmuş və zərfə qoyulub qablaşdırılmış, DİN-nin 181 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üstü Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakları ilə imzalarla təsdiq edilmişdir. Bu barədə protokol tərtib olunmuş, həmin protokol iştirak edən şəxslər, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs oğurluq cinayəti də törəməsi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 04.07.2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 3-cü döngə, ev 42-də yaşayan X10 məxsus bir ədəd 350 manat dəyərində velosipedi oğurlamış və evlərinə aparıb saxlamışdır. 14.07.2021-ci il tarixdə o, digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Ə.Məmmədov küçəsində yerləşən 97 nömrəli evə getmişdir. Təqsirləndirilən şəxs arvadı Şahid4 gəlişin səbəbi bildirildikdə, velosipedi Təqsirləndirilən şəxs 04.07.2021-ci il tarixdə axşam evə gətirdiyini və oğurluq etməsi barədə ona heç nə bildirmədiyini deyib, həmin velosipedi evlərindən çıxarıb vermiş, polis işçiləri ilə birlikdə həmin velosipedi Kəpəz rayon polis bölməsinə gətirib rəhbərliyə məruzə etmişdir. X13 polis bölməsinə dəvət edilmiş, Zərərçəkmiş şəxs velosipedi görən kimi 04.07.2021-ci il tarixdə axşam saat 18 radələrində onun evinin həyətindən oğurlanmış velosiped olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dedikləri həqiqətə uyğun deyildir, ona hec kim təzyiq göstərməmiş,ona bağlı oğurluq hadisələrini boynuna alması təklif olunmamış və üzərinə narkotik vasitə qoyulmamışdır. Onun bibisinin prokurorun qəbuluna getməsi barədə məlumatı yoxdur. Barəsində nə üçün həbslə əlaqədar qətimkan tədbiri seçilməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs barəsində daxil olan məlumatda onun narkotik vasitənin qanunsuz dövriyyəsi və satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Hafiz oğlu Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs onun əridir, həmin evlilikdən 19.11.2017-ci il təvəllüdlü oğlu vardır və onlar birlikdə Gəncə şəhəri, Ə.Məmmədov küçəsi, 97 nömrəli evdə yaşayırlar. O, heç bir yerdə işləmir, ev işləri ilə məşğul olur, ərim Təqsirləndirilən şəxs ** BM *** dövlət qeydiyyat nömrəli «Volkswaqen» markalı avtomobilini taksi kimi istifadə edib ailəsini dolandırır. O, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsindən xəbəri olmuşdur. Əri heç zaman evə narkotik vasitə gətirməmiş, kimlərlə dostluq etməsi, kimlərlə oturubdurmasını barədə məlumatı olmamışdır. O, əslən Qəbələ rayonundan olduğuna görə Gəncə şəhərində ərinin dost və tanışlarını tanımır. Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən 13.07.2021-ci il tarixdə narkotiklə əlaqədar tutulması barədə ona məlumat vermişlər. 14.07.2021-ci il tarixdə polis işçiləri onların evinə gəlmiş və velosiped barədə soruşmuşlar. O, polis işçilərinə bildirmişdir ki, 04.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs evə velosiped gətirib evə qoymuşdur. Polis işçiləri həmin velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirdikdə o, həmin velosipedi onlara vermiş, oğurluq velosiped ona lazım olmadığını bildirmişdir. O, azyaşlı uşağı olduğuna görə polis bölməsinə getməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, evin işləri ilə məşğul olur. O, Təqsirləndirilən şəxs və ailəsini tanımır və onun kim olmasını bilmir. Onun evinin həyətindən velisopedin oğurlanması barədə 04 iyul 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə və ərizə ilə Gəncə şəhəri, Kəpəz rayon polis bölməsinə müraciət etmişdir. O, həmin velosipeti oğurluğa qədər, yəni 1 ay əvvəl Gəncə şəhərində 350 manata mağazadan almış, həmin velosiped Cin Xalq Respublikasında istehsal olunmuş, «24»-lük olmaqla, qara-qırmızı rəngli və təzə olmaqla saz vəziyyətdə olmuşdur. 04 iyul 2021-ci il tarixdə o, öz evində tək olmuş, velosipeti evin giriş hissəsinin yanına qoymuşdur. Həmin vaxt evin darvazası açıq olmuş və təqribən saat 18 radələrində o, ev işlərinə başı qarışmış və velosipedin yerində olmadığını görüb, orabura baxmış, lakin tapa bilməmişdir. 14 iyul 2021-ci il tarixdə onu günorta vaxtı Kəpəz rayon polis bölməsinə dəvət etmişlər və o, polisdə 04 iyul 2021-ci il tarixdə evinin həyətindən oğurlanmış həmin velosipedi görüb tanımışdır. Polis işçilərindən ona məlum olmuşdur ki, həmin oğurluğu Təqsirləndirilən şəxs etmiş və velosipedi evində saxlamışdır. Polis işçiləri tərəfindən həmin velosiped Təqsirləndirilən şəxs evindən götürülərək polisə gətirilmişlər. Bununla əlaqədar polis işçiləri tərəfindən protokol tərtib edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 13.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qəbul etməsi, alqı-satqısı ilə məşğul olması və çox vaxt üzərində saxlaması barədə məlumat daxil orlmuş və əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» 13.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd bükülüdə 3,275 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, həmin bükülü zərfə qoyulub qablaşdırılaraq DİN-nin 181 nömrəli möhürü ilə möhürlənmiş, şəxsi axtarış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. «Əşyaya baxış keçirilməsi və götürmə haqqında» 14.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən velosiped 26 ölçülüdür, təzədir, üzərində “Adidas” sözləri yazılıb.Velosiped iş üçün əhəmiyyət kəsb etdiyindən götürüldü. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 04.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 3-cü döngə, 42 saylı evin həyətidir. Zərərçəkmiş şəxs evinin həyətindən 350 manat dəyərində velosiped oğurlandığını bildimişdir. «Diskə baxış keçirilməsi haqqında» 20.08.2021-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Kəpəz rayon polis idarəsinin baş təhqiqatçısı, polis mayoru X18, Kəpəz rayon polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, operator polis nəfəri Rizvan Yusifov, müdafiəçi X12 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə sonuncunun üzərində şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet, narkotik varsa çıxardıb təqdim etməsi təklif olunanda o, əynindəki idman şalvarının sol yan cibindən bir ədəd bağlamanı çıxardıb təqdim edir. Baş təhqiqatçı Əli Əlizadənin sorğusuna cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bağlamada içərisində narkotik vasitə olan heroin olduğunu, 2 gün əvvəl Gəncə şəhərində, Totanlı küçəsində yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitədən istifadə etmədiyini bildirdi. Baş təhqiqatçı Əli Əlizadə tərəfindən həmin bir ədəd bağlamanın içərisinə baxış keçirilən zamanı bağlamada tünd rəngdə, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilərək aptek tərəzidə çəkilir və çəkinin 3,45 qram olması müəyyən olunur. Sonra həmin kütlə zərfə qoyulub qablaşdırılır, zərf DİN-in 181 saylı möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Cəfər Hacıyevin iştirakı ilə diskə baxış keçirilən zamanı videogörüntüdə olan şəxsin özü olduğunu bildirmiş və şəxsi axtarış zamanı videoçəkilişdə dediklərini bir daha etiraf etmişdir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. “Elşən MMC” tərərfindən verilmiş 22.10.2021-ci il tarixli arayışdan görünür ki, 26 ölçülü, Çin Xalq Respublikasında istehsal olunmuş, üzərində “ADİDAS” yazıları olan, sürət ötürücüsü əl ilə idarə olunan velosipedin 04.07.2021-ci il tarixdə Gəncə şəhərində satış qiyməti 350 manat olmuşdur. Gəncə şəhər Kəpəz RPB-nin 28 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, kecirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əlaqələri, narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq məqsədi ilə əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədi ilə tədbirlər davam etdirilir. Gələcəkdə hər hansı müsbət nəticə əlda olunarsa dərhal bildiriləcəkdir. Materialların məhkəmə ekspertizasının 14.07.2021-ci il tarixli 16/692 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 3,275 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.12.2021-ci il tarixli 9/8712 saylı rəyindən görünür ki, 01 ədəd az istifadə olunmuş Çin Xalq Respublikasında istehsal olunmuş, 26 ölçülü, üzərində “Adidas” sözləri yazılmış sürət ötürücüsü əl ilə idarə olunan saz vəziyyətdə olan velosipedin nəzəri qaydada orta bazar qiyməti təxminən 150 manat müəyyən edilir. Ambulator psixiatrik ekspertizasının 11.11.2021-ci il tarixli 676 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının 01.11.2021-ci il tarixli 1306 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 13.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvvəqəti saxlama yerindən azad olunması barədə 15.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin dəyişdirilməsi barədə 02.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyşidirilmişdir. Gəncə şəhəri Narkoloji Dispanserinin 30.10.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər evlər üçlüyündən verilmiş 01.11.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ə.Məmmədov küçəsi ev 97-də həyat yoldaşı Əliyeva Bahar Zeynal qızı və övladı X14 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA2442683 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 19.11.2017-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» 16.12.2021-ci il tarixli qərardan görünür ki, işi üzrə maddi sübut - 3,275 qram çəkidə narkotik vasitə- heroin (məhkəmə kimyəvi ekspertizadan qaytarılmış qalığı 3,175 qramdır) və 1 ədəd velosiped iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış olunduqdan sonra narkotik vasitə -heroin Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerə saxlanca verilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən fakta görə CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. 21.12.2021-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd velosiped Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs X3 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitə heroin adlanan «kokos»u damara iynə vurma yolu ilə qəbul edir. 11 iyul 2021-ci il tarixdə günorta vaxtlarında Gəncə şəhərində Totanlı küçəsində yerdən salafana bükülü heroin tapıb cibinə qoymuş, həmin heroini iynə vurma yolu ilə qəbul etmək üçün üstündə saxlamışdır. 13.07.2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər M.Y.Axundzadə küçəsində yerləşən “OBA” marketin yaxınlığında iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu Kəpəz rayon polis bölməsinə aparmışlar. O, başa düşmüşdür ki, üstündə olan narkotik vasitədən polisin məlumatı vardır. Kəpəz rayon polis bölməsində təhqiqatiçı onun narkotik vasitə ilə əlaqədar şübhəli şəxs qismində tutulduğunu, hüquqlarını izah edərək müdafiəçilərin siyahısını ona təqdim etmişdir. O, vəkil X19 oğlunu hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, müdafiəçinin, polis işçilərinin iştirakları ilə onun üzərinə şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən polietilen sellofan bükülü götürülmışdür. Həmin sellofana baxış zamanı içərisində narkotik vasitə olan heroin olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitə sellofan bükümü ilə birlikdə çəkisi 3,45 qram olmuşdur. Onun üzərindən aşkar edilərək götrülmüş narkotik vasitə heroin qablaşdırılmış, zərfə qoyularaq onun və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmişdir. Ekspert rəyində ondan aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin çəkisinin 3,275 qram olması ilə razıdır. O, heç zaman kiməsə narkotik vasitə satmamış və ya hansısa formada kiməsə verməmiş, narkotik vasitəni, yalnız özü qəbul etmək üçün əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə verilmiş ittihamla razılaşsa da, ona elan edilmiş CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə məlumat olsa da, bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişlər. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Göründüyü kimi 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs X5 dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin tarixdə də o polis əmkdaşları tərəfindən saxlanılmışdır. Gəncə şəhər Kəpəz RPB-nin 28 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, kecirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əlaqələri, narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq məqsədi ilə əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etmək məqsədi ilə tədbirlər davam etdirilir. Cələcəkdə hər hansı müsbət nəticə əlda olunarsa dərhal bildiriləcəkdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və 01 ay 15 gün sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etmək mümkün olmadığı müəyyən edildiyi halda onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X5 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Bütün bunlar birmənalı olaraq onu təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və oğurluq cinayətini törətdiyi üçün əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə zalından həbsə alınmalı, barəsin seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 13.07.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 15.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 02.11.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyşidirilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs 13.07.2021-ci il tarixdən 15.07.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm cıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 3,175 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə digər maddi sübut bir ədəd velosipedin zərərçəkmiş şəxsə qaytarılması, nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13.07.2021-ci il tarixdən 15.07.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 14 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 3,175 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə digər maddi sübut bir ədəd velosipedin zərərçəkmiş şəxsə qaytarılması, nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-171/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-171/2022
14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver