Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-171/2023 06.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu, Rüstəmov Elmin İltizm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, X14, X11, X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçilər–Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Göygöl rayon Vəkil Bürosunun vəkili X15 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Xanlar rayonu, Pənahlılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Pənahlılar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində X12, Şahid1 və Şahid2 ilə birlikdə Gəncə şəhəri, “Əlillər”-in dairəsinin adlanan yerin yaxınlığında yerləşən adı məlum olmayan kafedə nahar edib, spirtli içki qəbul etmiş, daha sonra həmin gün saat 17 radələrində X16 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ƏN-V 574176 saylı etibarnamə əsasında istifadəsində olan **-DB-*** qeydiyyat nömrə nişanlı, «VAZ 21063» minik markalı avtomobilin sükanı arxasında sərxoş vəziyyətdə əyləşib, avtomobildə söhbət edərkən Kərəm Alşanovla aralarında yaranmış mübahisə zamanı, sonuncu onu söyüb, nalayiq ifadələrlə təhqir etdikdən sonra ona vurduğu zərbənin nəticəsində dodağının zədələnməsi və üst çənənin sağ tərəfində yerləşən bir dişinin yerində olmaması ilə nəticələnən xəsarət yetirərək avtomaşından yerə düşmüş, özü də avtomobilin sükan arxasından yerə düşüb sözlü mübahisə zamanı yanında olan Şahid1 onları aralaşdıraraq K.Alşanovun qolundan tutub Gəncə şəhəri, Nuxa küçəsində yerləşən avtomobil yolu ilə oradan uzaqlaşdıran zaman K.Alşanovun onun ünvanına nalayiq ifadələr işlətməsini və üz nahiyyəsinə yumruqla vurmasını şəxsiyyətinə sığışdırmayaraq qisas almaq niyyətilə yüksək təhlükə mənbəyi hesab edilən idarə etdiyi «VAZ 21063» minik markalı avtomobillə Kərəm Alşanovun arxasıyla sürüb, X1 qəsdən ağır zərər vurmaq məqsədilə Gəncə şəhəri, Nuxa küçəsində piyada hərəkətdə olan zərərçəkmiş şəxs Kərəm Alşanovu avtomobilin qabaq sağ künc hissəsilə arxadan vurub K.Alşanova həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən daxili qanitirmə, sağ çanaq sümüklərinin qapalı sınıqları, müsariqə arteriyaların zədələnməsi, peritonarxası hematoma ilə müşayyət olunan qarnın qapalı travması xəsarətləri yetirib, qəsdən sağlamlığına ağır zərər vurmuşdur Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsinə göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Kərəm işini bitirdikdən sonra Kərəmə işinin qarşılığında 1015 manat pulunu verdikdən sonra Kərəmə və həmin vaxt yanında işləyən fəhləsi Əkrəm və Kərəmin baldızı oğluna yemək qonaqlığı vermək istəmişdir. Bu zaman Kərəm onu evə aparmasını xahiş etmiş,o, Kərəmi evlərinə apararaq, saat 16 radələrində Kərəm paltarlarını dəyişdikdən sonra Kərəmlə birlikdə gəlib, Əkrəm və Kərəmin baldızı oğlunu tikinti gedən yerdən götürmüş, Gəncə şəhərinin çıxışında, “Əlillərin” dairəsinin yaxınlığında yerləşən kafeyə getmişlər. Onlar birlikdə yemək yeyib, 4 nəfərə 0.7 litr araq içdikdən sonra saat 17 radələrində oğlu Eminə məxsus etibarnamə əsasında idarə etdiyi ağ rəngli **-DB-*** dövlət qeydiyyat nişanlı «VAZ 2106» markalı avtomobillə onları yaşadıqları evə aparanda Əkrəm ilə Kərəm avtomobildə mübahisə etməyə başlamış və o sakit olmalarını tələb etmiş, avtomobili ilə Avtozavod qəsəbəsinə tərəf, “Billur” restoranının önündən keçən zaman Kərəm avtomobilin rolunu kənara çəkərək avtomobili saxlamağını demişdir. Kərəm avtomobildən düşüb sərt şəkildə qapını çırpdıqdan sonra o, avtomobildə Kərəmə irad bildirmişdir. Kərəm geriyə qayıdıb avtomobilin içərisində onun ağzının üstündən yumruqla bir dəfə vurub ona var-yox söyüşü soymüş o, avtomobildən düşərək Kərəmə avtomobilə oturmasını, hansı səbəbdən onu vurmasını və söyüb təhqir etməsini aydınlaşdırmasını tələb etmişdir. Avtomobildəki digər iki şəxs də avtomobildən düşmüş, Əkrəm oradan çıxıb getmişdir. Kərəm və baldızı oğlu piyada yolun hərəkət hissəsinin sağı ilə uzaqlaşmışlar. Bu zaman o, avtomobili işə salıb Kərəmin yanına gedib hansı səbəbdən onu təhqir etdiyini soruşmaq istəmişdir. Buna görə Kərəmin arxasıyla küçə ilə yuxarı təxminən 40 km\saatla hərəkət etməyə başlamış və təxminən 100 metr getdikdə Kərəmi və Kərəmdən təxminən 2-3 metr məsəfədə baldızı oğlunun yolun sağıyla piyada getdiklərini görmüşdür. Avtomobillə Kərəmin arxasına çatanda Kərəm qəfildən geri çevrilmiş və o ,Kərəm içkili olduğundan özünü itirmiş və avtomobilin sağ küncüylə Kərəmi vuraraq, kənara atmışdır. Dərhal avtomobili saxlamış, avtomobildən düşmüş, Kərəmin yolun kənarında yanı üstə uzandığını görmüşdür. Bu zaman Kərəmin baldızı oğlu ilə birlikdə köməkli Kərəmi avtomobilə qoyaraq Kərəmin yaşadığı evə aparmışdır. Orada Kərəmin səhhəti ağır olduğundan təcili tibbi yardım dəvət edərək, Kərəmi xəstəxanaya aparmışlar, o isə könüllü təslim olmaq üçün Nizami rayon polis idarəsinə getmişdir. Hadisə zamanı yüngül sərxoş olmuşdur. Avtomobilin Kərəmin hansı nahiyyəsinə dəyməsini xatırlamamışdır. Kərəmi avtomobillə vurqudan sonra Kərəmin üzərindən avtomobillə keçməmişdir. Kərəm avtomobilin içərisində yumruqla ağzından bir dəfə vurmuş, dodağı partlamış, üst çənədən bir dişi qırılmışdır. Avtomobilin sağ küncüylə Kərəmi vurduqda, Kərəmin baldızı oğlu Tural təxminən 3 metrlik məsfədə olduğundan heç bir xəsarət almamış,ümumiyətlə Tural üçün heç bir təhlükə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, Kərəm Alşanovla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2021-ci il tarixdə məzuniyyətdə olduğundan ailəsinin dolanışıq xərcləri üçün fərdi əməklə məşğul olmuş, yaşadığı yerin yaxınlığında ev təmiri ilə məşğul olmuşdur. Təxminən saat 17 radələrində qohumlarından biri ona zəng vurmuş, qardaşı Kərəmin yıxılaraq xəsarət aldığını demiş,o, dərhal Kərəmin qonşuluqda yaşadığı evə gəlmişdir. Evə daxil olduqda Kərəmin səhhətinin ağır olduğunu və tibbi müdaxiləyə ehtiyacının olduğunu bilmişdir.O, Kərəmdən xəsarətləri hansı şəraitdə alması ilə bağlı soruşmuş, Kərəm Yaşara sillə vurduğundan sonuncunun əsəbləşərək Yaşarın idarə etdiyi avtomobillə sərxoş vəziyyətdə onu vurduğunu, daha sonra isə avtomobilə qoyub evə gətirdiyini demişdir. Bundan sonra təcili tibbi yardım briqadası gəlmiş və X28 adına şəhər xəstəxanasına yerləşdirib əməliyyat etmişlər. Yaşar xəstəxanaya gələrək, Kərəmin əməliyyat və müalicə xərclərini qarşılamışdır. Kərəm 2 ay müalicə olunmuş və səhhəti normallaşmışdır. xx.xx.2022-ci il tarixdə qardaşının səhhəti pisləşmiş və təcili tibbi yardım çağırılmışdır. Həkim tərəfindən qardaşının ürəyində problem olduğu bildirilmişdir. Qardaşı uzun müddət ürək xəstəliyindən əziyyət çəkmiş və əziyyət çəkdiyi xəstəliklə əlaqədar xx.xx.2022-ci il tarixdə yaşadığı evdə rəhmətə getmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmimşdir. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2021-ci ilin avqust ayının 20-də anası ilə birlikdə xalası Şövkətgilə qonaq gutmiş orada Kərəmlə görüşmək üçün günorta saatlarında Kərəmin işlədiyi yerə getmişdir. Kərəm işlərini qurtardıqdan sonra Yaşar Kərəm, Əkrəm və ona yemək qonaqlığı vermək istəmiş və Yaşar onları özünə məxsus ağ rəngli avtomobillə Gəncə şəhərində “fəhlə bazarı” deyilən yerdə kafeyə aparmışdır. Orada yemək yeyərək, hamısı spirtli içki qəbul etmişlər. Daha sonra Yaşar avtomobili ilə onları yaşadıqları ünvana aparanda yolda avtomobilin içində Yaşarla Kərəmin ona məlum olmayan səbəbdən sözlü mübahisəsi düşmüşdür. Həmin vaxt Yaşar avtomobili kənarda saxlamış və hamı avtomobildən düşmüşdür. Bu zaman Yaşarla Kərəm əlbəyaxa olmuş, kənardakı insanlar onları ayrılmış və o, Kərəmi evləri istiqamətdə uzaqlaşdırmağa çalışmışdır. Avtomobildən bir qədər uzalaşdıqdan sonra arxadan Kərəmi avtomobil vurmuş və Kərəm yerə yıxılmışdır. Bu zaman onun Kərəmlə arasında məsfə olmasına baxmayaraq, hadisəni gördüyündən qorxmuş və onda qıcolma xəstəliyi olduğundan, həyəcandan huşunu itirmişdir. Kərəmlə Yaşar avtomobildən düşüb mübahisə etdikləri yerdən təxminən 50-100 addım uzaqlaşdıqdan sonra Kərəm arxadan avtomobillə vurulmuşdur. Onlar arxadan avtomobilin gəldiyini görməmiş və zərbə Kərəmə dəydikdən sonra o, Kərəmi vuran avtomobili və sürücüsünü görməmişdir. O, avtomobildə olarkən sərxoş olduğundan mübahisənin başlanma səbəbini bilməmişdir, sözlü mübahisə zamanı Yaşarla Kərəm bir-birlərinə söymüş, lakin bir-birlərini yumruqla vurmalarını görməmişdir.İstintaq zamanı xəstəliyi səbəbindən hansı məzmunda ifadə verməsini xatırlamadığından həmin ifaədəsini təsdiq etmir və məhəkəmədə verdiyi ifadəsinin nəzərə alnmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayının əvvəllərində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus torpaq sahəsində Yaşarın rəhbərliyi ilə qonşusu olan usta Kərəmlə birlikdə tikinti işləri görmüşlər. İşlədiyi dövrdə Yaşarla münasibətləri normal olmuşdur. Vaxtlı vaxtında pulu Yaşar tərəfindən ödənilmişdir. xx.xx.2021-ci tikinti işlərini qurtardıqlarından Yaşar Kərəm və ona yemək qonaqlığı vermək istəmişdir. Saat 15 radələrində işləri yekunlaşdırdıqları zaman işlədikləri yerə Kərəmin baldızı oğlu Tural da gəlmiş və birlikdə Yaşar onları özünə məxsus ağ rəngli «Vaz 2106» markalı avtomobillə Gəncə şəhərində “fəhlə bazarı” deyilən yerdə kafeyə aparmışdır. Orada yemək yeyərək, hamısı spirtli içki qəbul etmişlər. Daha sonra Yaşar avtomobili ilə onları yaşadıqları ünvana aparmaq məqsədilə saat 17 radələrində kafedən çıxıb gedərkən, yolda avtomobilin içində Yaşarla Kərəmin sözlü mübahisəsi olmuş, amma mübahisənin düşmə səbəbini bilməmişdir. Gəncə şəhəri “Billur saray”ın qarşısında Kərəm əsəbləşib Yaşara avtomobili kənara çəkməsini deyərək, avtomobilin qapısını açıb, avtomobildən düşmüşdür. Yaşar Kərəmi yolda qoymamaq üçün onu səsləyərək avtomobilə əyləşdirən zaman yenə avtomobildə sözlü mübahisə etmişlər və Kərəm Yaşarın üzünə yumruqla vurub avtomobildən düşmüşdür. Bu zaman onlar da avtomobildən düşmüş, Yaşar Kərəmdən niyə onu vurmasının səbəbini soruşmuş, bu zaman 20 saylı marşurut gəlmiş və o, bu mübahisədən qorxaraq marşuruta minib, oranı tərk etmişdir. Ertəsi gün Yaşarın avtomobillə Kərəmi vurduğunu eşitmişdir. Həmçinin Yaşar, Kərəm, Kərəmin baldızı oğlu ilə yemək yeyərkən hər biri spirtli içki qəbul edərək, 4 nəfərə 0.7 litr araq içmişlər. Kərəm Yaşarın üzünə yumruqla vurduqdan sonra Yaşarın ağız və dodağından qan gəldiyini görmüş və mübahisədən narahat olaraq, marşuruta minib oradan uzaqlaşmışdır. Yaşar Kərəmdən niyə onu vurmasının səbəbini soruşa-soruşa arxasıyla getdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 1985ci ildən səhiyyə orqanında işləyir. xx.xx.2021-ci il tarixdən uzun müddət keçdiyi üçün X6 xəstəlik tarixçəsinə baxarkən xəstə barədə məlumatları xatırlamışdır. Kərəm Alşanov xx.xx.2021-ci il tarixdə saat 20:32-də xəstəxanaya qarın və çanağın küt travması, sağ tərəfli qarın və oturaq sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Xəstənin daxili orqanlarında qansızma olduğu üçün həmin tarixdə saat 22:10-da xəstə tərəfindən əməliyyat edilmiş və əməliyyat uğurlu keçmişdir. Əməliyyatdan sonra Kərəm Alşanov 2022-ci ilin fevral ayında müayinə olunması üçün qəbulunda olduqda onun səhhəti normal olmuşdur. X6 xəstəlik tarixçəsini o yazmışdır. xx.xx.2021-ci il tarixdə növbədə olarkən, xəstəni adını bilmədiyi yaxını ağır vəziyyətdə xəstəxanaya gətirmişdir. Həmin vaxt xəstə sərxoş olmuş, yaxının da dediklərinə əsasən xəstə dostları ilə yeyibiçməkdən gəldikdən sonra ağ rəngli «VAZ 2106» markalı avtomobili onu arxadan avtomobillə vurmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 iyul 2022ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri – Gəncə şəhəri, Nuxa küçəsində çınqıl örtüklü avtomobil yolunun sağ kənarıdır. Həmin avtomobil yolu Gəncə şəhəri, Cumhuriyyət küçəsindən təxminən 55-65 metr Nuxa küçəsi ilə hərəkət edərkən yolun sağ və sol tərəflərində fərdi yaşayış evlərinin yerləşdiyi çınqıl örtüklü avtomobil yolunun sağ kənarıdır. Yolun hərəkət hissəsi düzünə və az yoxuşlu olmaqla, yol örtüyünün eni 10,5 metrdir. Yolda hər-hansı yol nişanı yoxdur. Lakin yolun iki tərəfli hərəkət zolağından ibarət olduğu müşahidə edilir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində özünə məxsus ağ rəngli **-DB- *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobili Gəncə şəhəri, Cumhuriyyət küçəsindən dönərək Gəncə şəhəri, Nuxa küçəsilə 40 km\saatla Kərəmin arxasıyla küçə yuxarı hərəkət etməyə başlamış, təxminən 100 metr hərəkət edərkən Kərəm və onun baldızı oğlunun yolun sağıyla piyada getdiklərini görmüş, avtomobillə Kərəm və onun baldızı oğlunun arxasına çatarkən Kərəm geri çevrildikdə, o, həyəcanlanaraq özünü itirib, avtomobilin sağ küncüylə Kərəmi vuraraq, kənara atmış, dərhal avtomobili tormozlayaraq saxlamış və avtomobildən düşdükdə, Kərəmin yolun kənarında yanı üstə uzandığını görmüşdür. Bundan sonra qəza anında avtomobilin piyadanı vurduğu ehtimal edilən yerdə avtomobilin yerləşdiyi yerin və piyadanı vurduqdan sonra əyləclədiyi yerin ölçüləri götürüldü. Belə ki, Gəncə şəhəri, Cumhuriyyət küçəsindən Nuxa küçəsinə keçid hissəsindən piyadanı vurduğu yerə qədər olan məsafə 64 metrdir və küçənin sağ kənarındakı 4-cü fərdi yaşayış evinin giriş darvazasının paralelliyindədir. Həmin hissədə yolun hərəkət hissəsi düzünə və az yoxuşlu olmaqla, yol örtüyünün eni 10,5 metrdir. 4-cü fərdi yaşayış evinin giriş darvazası ilə üzbəüz dayandıqda sağ və sol tərəflərində şam ağacları vardır. Sağ tərəfdəki şam ağacından **-DB-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobilin sağ arxa təkərinə olan məsafə 2,23 metrdir, sol tərəfdəki şam ağacından avtomobilin sağ ön təkərinə qədər olan məsafə 4,19 metrdir. Avtomobilin piyadanı vurduqdan sonra əyləcləyərək saxladığı yerdən isə sol tərəfdəki şam ağacı ilə avtomobilin sağ arxa təkərinə qədər olan məsafə 2,45 metrdir. Bununla da, hadisə yerinə baxış keçirilməsi başa çatdı. Hadisə yerində iş üçün gələcəkdə sübuti əhəmiyyət kəsb edəcək hər hansı predmet, əşya və ya xüsusi əlamət aşkar edilmədi. Baxış təbii işıqlandırma şəraitində aparıldı. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə foto şəkillər çəkildi və protokola əlavə olundu. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, **-DB-*** dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil ağ rənglidir. Avtomobilin sağ qanadının(krılonun) ön hissəsində - işıq lampasına yaxın olan kənarında əzilmiş və müəyyən qədər təmir edilmiş zədə izi vardır. Avtomobilin digər hissələrində gözlə görünən zədə izləri yoxdur. Baxış iştirakçısı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində özünə məxsus ağ rəngli **-DB-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobili Gəncə şəhəri, Cumhuriyyət küçəsindən dönərək Gəncə şəhəri, Nuxa küçəsilə 40 km\saatla Kərəmin arxasıyla küçə yuxarı hərəkət etməyə başlamış, təxminən 100 metr hərəkət edərkən Kərəm və onun baldızı oğlunun yolun sağıyla piyada getdiklərini görmüş, avtomobillə Kərəm və onun baldızı oğlunun arxasına çatarkən Kərəm geri çevrildikdə, o, həyəcanlanaraq özünü itirib, avtomobilin ön sağ küncüylə Kərəmi vuraraq, kənara atmış, dərhal avtomobilin əyləcinə basaraq saxlamış və avtomobildən düşdükdə, Kərəmin yolun kənarında yanı üstə uzandığını görmüşdür. Hadisədən sonra avtomobilin ön tərəfində sağ qanadda olan əziyi düzəltdirmiş, lakin rənglətməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 mart 2022-ci il tarixli meyitin qəbirdən çıxarılması (ekshumasiya) haqqında protokoldan görünür ki, mərhum X6 meyitinin qəbirdən çıxarılması (ekshumasiya) zamanı aşağıdakı xüsusatlar müəyyən edildi: meyitin qəbirdən çıxarılması (ekshumasiya) zamanı iştirak edən Kəlbəcər rayon polis şöbəsinin TİQ-nun baş inspektoru, polis kapitanı X13 bildirdi ki, Kəlbəcər rayonu işğalda olduğu üçün sakinlərin müəyyən qisiminə Göygöl rayon Murovdağ ərazisindən dəfn üçün yer ayrılmışdır. Bu məqsədlə həmin qəbirstanlığın girişindən içəriyə doğru gedən torpaq yolun 40-50 metrliyinə gəldik. X3 adlı şəxsin məzarı yanına gəldik və Kənan Kərimov üzərində məzar daşı olmayan qırmızı örtüklə örtülmüş yeni adsız qəbrin Kərəm Alşanova məxsus olduğunu bildirdi. Daha sonra, ekshumasiyada iştirak edən X4 müvafiq alətlər vasitəsilə həmin sahəni qazması bildirildi. Həmin sahə qazılaraq daş piltələri götürüldükdən sonra, 1,5 metr dərinlikdə ağ mələfəyə bükülmüş arxası üstə meyit uzandırıldığı göründü. Mələfə çirkli qaramtıl, qırmızımtıl mayeyə, toza bulaşmışdır. Ardınca digər baxış iştirakçısı - X18 qazılmış sahəyə düşərək, aşkarlanmış meyiti çıxararaq, əvvəlcədən hazırlanmış polietilen sellofan üzərinə yerləşdirdi və məhkəmə-tibbi ekspertləri Zaur Qasımov və Nicat Mirzəyevin iştirakı ilə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, təşrih masası üzərində ağ mələfəyə bükülmüş arxası üstə meyit uzandırılmışdır. Mələfə çirkli qaramtıl, qırmızımtıl mayeyə, toza bulaşmışdır. Mələfəni açdıqda meyit kişi cinsidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 168 sm-dir. Dərisi ağımtıl yaşılaçalar rəngdədir, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri meyitin arxa sağ yan səthində inkişaf etmişdir, barmaqla təzyiq etdikdə rəngini dəyişmir, tünd göyümtülqırmızımtıl rəngdədir. Qaçıma əlamətləri təyin edilmir. Meyit çürümə qazların təsirindən bir qədər şişkindir, meyitdən çürümə qoxusu gəlir. Qarın-qasıq nahiyələrinin dərisi yaşılaçalar rəngdədir. Kəllə-qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur, bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər, diametrləri 5 mm-dir, buynuz qişalar bulanıqdır. Qulaq və burun dəliklərində pambıq tampon vardır. Burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır. Ağzı dodaqlarla örtülüdür, dodaqların daxili səthləri solğun çəhrayı rəngdədir, dişləri yoxdur, diş yataqları hamardır, dili ağız boşluğunda sərbəst olaraq yerləşmişdir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normastenikdir, qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsindədir, qarın nahiyəsinin ön səthində vertikal yerləşmiş, düz xətt formalı 18 sm uzunluqda çapıq toxuması (laporatomiya əməliyyatlmdan sonrakı vəziyyət) vardır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb.Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdır. Meyitin xarici müayinəsində hər hansı bir xəsarət müəyyən edilmədi. Başın yumşaq toxumalarına qansızma yoxdur, doluqanlıdır. Kəllə-qapağı sümükləri tamdır, qalınlıqları mişarlanmış sahələrdə 0,3- 0,7 sm-dir. Baş beyinin sərt qişası göyümtül rəngdədir, damarları doluqanlıdır. Baş beyinin yumşaq qişası nazikdir, beyin əsasında tünd qırmızı rəngdə qansızma vardır. Beyin yarım kürələrinin şırım və qırışları hamarlaşmışdır. Beyin mədəciklərində qırmızımtıl rəngli maye vardır. Beyin əsası damarların mənfəzləri sərbəstdir, divarları hamardır, elastikidir. Beyin toxuması kəsik səthlərində doluqanlıdır,yumşaq konsistensiyalıdır, ağ və boz maddələrin sərhədləri yaxşı seçilir. Beyincik və uzunsov beyin düzgün formalaşmışdır, kəsik səthlərində doluqanlıdır, gözlə görünən patoloji dəyişikliklər qeyd edilmir. Hipofız vəzi adi forma və ölçüdədir. Kəllə əsası sümükləri tamdır. Orta boylama kəsik boyunca döş və qarın boşluqları açıldıqda, yumşaq toxumalara qansızma görünmür. Dərialtı piy toxuması yaxşı inkişaf-etmişdir. Qabırğa qığırdaqları asan kəsilir. Döş və qarın boşluqlarında kənar mayelər voxdur. Periton və bağırsaqların seroz qişaları hamar və parlaqdır. Bağırsaq ilgəkləri bir qədər köplüdür. Diafraqma tamdır, duruşu normaldır. Daxili orqanların yerləşməsi düzgündür. Dili təmizdir, dil əzələlərinə kəsik səthlərində qansızma yoxdur. Badanicıqlar böyüməyib, kəsik səthlərində irinsizdir. Qırtlaq, udlaq, nəfəs borusunun və iri bronxların mənfəzləri sərbəstdir, selikli qişaları qırmızımtıl rəngdədir. Qırtlaq qığırdaqları, dilaltı sümük tamdır. Yemək borusunun mənfəzi sərbəstdir, selikli qişası göyümtül-qırmızımtıl rəngdədir. Ağciyərlər tamdır, yumuşaqdır, havalıdır,tünd qırmızı rəngdədir,plevra altına qansızma yoxdur, kəsik səthlərində toxumaları doluqanlıdır,tünd qırmızımtıl rəngdədir. Ürək kisəsi tamdır, nazikdir, daxilində az miqdarda sarımtıl şəffaf maye vardır. Ürəyin ölçüləri 1 5 x 1 3 x 6 sm-dir, xarici qişası hamardır, altına qansızma yoxdur. Ürək boşluqlarında tünd qırmızı rəngdə maye qan və laxta vardır. Ürəyin sol mədəciyinin divarının qalınlığı 1,5 sm, sağ mədəciyinin divarının qalınlığı 0,5 sm-dir. Ürəyin və iri damarların qapaqları nazikdir, elastikdir. Ürəyin daxili qişası şəffafdır, altına qansızma yoxdur. Tac damarların mənfəzləri sərbəstdir, daxili səthlərində kiçik aterosklerotik düyünlər vardır. Ürək əzələsi bir qədər yumşaq konsistensiyalıdır, kəsik səthləri qırmızımtıl rəngdədir, doluqanlıdır, ağımtıl rəngli, kiçik skleroz ocaqlar qeyd olunur. Aortanm daxili səthində çoxsaylı kiçik aterosklerotik düyünlər vardır. Qaraciyərin ölçüləri 2 9 x 2 1 x 1 7 x 8 sm-dir, səthi hamardır, konsistensiyası bərkdir, kəsik səthlərində toxuması qırmızımtıl-qəhvəyi rəngdədir, doluqanlıdır. Öd kisəsi adi rəngli maye ödlə doludur, selikli qişası məxmər var idir. Öd yolları sərbəstdir. Mədənin selikli qişası qırmızımtıl rəngdədir, büküşləri hamarlaşmışdır. Bağırsaqların möhtəviyyatı adidir, selikli qişaları büküşləri hamarlaşmışdır, qırmızımtıl rəngdədir. Dalağın ölçüləri 12 x6x3 sm-dir, kapsulası qırışdır, kəsik səthində toxuması tünd qırmızı rəngdədir, bıçaqın arxası ilə qazınır. Böyrəküstü vəzilər yarpaqvari formalıdır, ölçüləri 4 x 2,5 x 0,5 sm-dir, kəsik səthlərində beyin və qabıq maddələri yaxşı seçilir. Böyrəklərin ölçüləri 12 x 5,5 x 2,5 sm-dir, bərk konsistensiyalıdır, fibroz kapsulaları asan soyulur, kəsik səthlərində toxumaları qırmızımtıl-qəhvəyi rəngdədir, beyin və qabıq maddələri yaxşı seçilir. Böyrək ləyənləri və sidik axarları sərbəstdir, selikli qişaları çəhrayı rəngdədir. Sidik kisəsi boşdur, selikli qişası büküşlüdür, qırmızımtıl rəngdədir. Qabırğalar, fəqərələr, yuxarı və aşağı ətraf sümükləri, çanaq sümükləri tamdır. Sağ çanaq sümüklərində köhnə bitişmiş sınıqlar vardır. Meyitdən histoloji müayinə üçün daxil orqanlardan tikələr, kimyəviyə bioloji müayinələr üçün 1 flakon maye qan götürüldü. Meyitin şəkili çəkildi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 33 nömrəli rəyindən görünür ki, X6 bədəni üzərində aşağıdakı xəsarətlə müəyyən edildi: daxili qanitirmə, sağ çanaq sümüklərinin qapalı sınıqları, müsariqə arteriyaların zədələnməsi, peritonarxası hematoma ilə müşayiət olunan qarnın qapalı travması - bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Kərəm Alşanovun bədənində müəyyən edilən xəsarətlər yolnəqliyyat hadisəsi zamanı minik avtomaşının vurması və təkərlərinin çanaq-qarın nahiyəsi üzərindən keçməsi nəticəsində əmələ gələ bilər. Kərəm Alşanovun ölümünə səbəb baş beyin əsasın spontan(öz-özünə) qansızma olmuş, sonuncunun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Kərəm Alşanov sağlığında ürəyin xroniki işemik xəstəliyi, ürək əzələsinin hipetrofiyası, kardioskleroz, aortanın, tac damarlarının, beyin əsası damarlarının sklerozu və pnevmaniya xəstəliyindən əziyyət çəkmişdir. Kərəm Alşanovun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı üst çənəsində sağ tərəfdə İ, İİ dişlərin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müayinəyə gec təqdim edildiyindən və tibbi yardım haqqında tibbi sənəd olmadığından həmin dişlərin itirilmə səbəbini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 562 nömrəli rəyindən görünür ki, Şahid1 cinayət hadisəsi baş verən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 971/2011 saylı ambulator karta), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamszılıq müşahidə olunması, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını düzgün aparması, abstarkt və məntiqi təfəkkürü nisbətən zəifləsə də onları kobud şəkildə şərh etməsi, mülahizə və mühakimələrinin bir qədər səthi olması, onda pedaqoji baxımsızlıq aşkar edilməsi və s.) imkan verir. Şahid1 müşahidə edilən xarakterioloji pozuntulara (pedaqoji baxımsız şəxsdə ensefalopatiya, nevrotik simptomlarla) baxmayaraq o, baş vermiş hadisəni düzgün qavramaq, yadda saxlamaq, təsvir edərək cinayət işi üzrə ifadə verə bilmək qabiliyyətindədir. Komissiyanın bu nəticəyə gəlməsinə Şahid1 2011-ci ildə hərbi komissarlığın göndərişi əsasında Gəncə şəhər Psixonevroloji Dispanserində ambulator şəraitdə müayinə olunaraq “Posnatal ensefalopatiya, əqli inkşafm ləngiməsi ilə” diaqnozu aşkar edilməsi, 2011-ci ildən sonra tibbi yardım üçün psixonevroloji dispanserə müraciət etməməsi, yaşayış yerində nevroloji xəstəliklə ona İİİ qrup əlillik təyin edilməsi (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 971/2011 saylı ambulator karta), istintaq və ekspertiza zamanı baş vermiş hadisə barəsində ifadə verməsi,hazırki ekspertiza zamanı onda ekspertiza zamanı onda kobud qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların hissəvi saxlanılması, onda müşahidə edilən emosiya və davranış pozuntularının (ekspertiza zamanı onda emosional davamszılıq müşahidə olunması, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını düzgün aparması, abstarkt və məntiqi təfəkkürü nisbətən zəifləsə də onları kobud şəkildə şərh etməsi, mülahizə və mühakimələrinin bir qədər səthi olması, onda pedaqoji baxımsızlıq aşkar edilməsi və s.) az ifadəli olması əsas verir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 597/216 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli 156 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2022-ci il tarixli 156 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv əlamətlər (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, bu halın yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji(psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.1, 126.2.1, 126.2.3 və 126.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin iş üzə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-in 126.3-cü maddəsinə münasibətdə hüquqi qiymət verərkən, qeyd olunmaldır ki, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 33 nömrəli rəyindən görünür ki, X6 ölümünə səbəb baş beyin əsasın spontan əsasın spontan(öz-özünə) qansızma olmuş, sonuncunun bədəni üzərində müəyyən edilmiş xəsarətlərin onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Kərəm Alşanov sağlığında ürəyin xroniki işemik xəstəliyi, ürək əzələsinin hipetrofiyası, kardioskleroz, aortanın, tac damarlarının, beyin əsası damarlarının sklerozu və pnevmaniya xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Ona görə də təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməlildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər 4-cü Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 318-7003-1222 nömrəli məktubdan görünür ki, əməliyyat tapşırığına cavab olaraq hadisə yerinin yaxınlığında müşahidə kamerası olmamış, hadisə yerində hadisənin şahidi ola biləcək şəxsləri müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 4(125)-141/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətinə, yəni 24 noyabr 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından “həbs” edilmiş və onun “həbs” etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə istintaqı zamanı verilmiş və məhkəmədə araşdırılmış 19 aprel 2023-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən notarial təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, onunla barışmış və hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində yüngül cəza verilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs X8 qarşı ümumi təhlükəli üsulla ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmişdir və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayətin törədilmə üsulu heç də ümumi təhlükəli üsula izah edilə bilməz əhatə oluna bilməz ona görə ki, iş materiallarında təqsirləndirlən şəxsin ifadəsi, hadisəyə şahid olan Tural Heyədərovun ifadəsindən görünür ki, zərərçəkmiş şəxslər ittihamda göstərilən şəxslər onunla yaxınlıqda olmamış, aralarında ən azı iki üç metir mesafə olmuş və Təqsirləndirilən şəxs həmin o şəxslərin heç biri ilə mübahisəsi olmamış, yalnız Kərəm Alışanovla olmuş və Yaşarın da qəsdi yalnız Kərəm Alışanova xəsarət yetirməyə yönəlmişdir. Buna görə də burda hər hansı bir cinayətin vastəsi avtomobildir deyə ümumi təhlükəli üsulla sağlamlığa ağır zərər vurmaq nəticəsinə gəlmək olmaz. Buna görədə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsüf olunmalı Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, ona cəza təyin edilməldir. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məhkəmə iclasında elan edilərək araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin hazırki iş üzrə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, həmçinin iş materiallarında mövcud olan digər sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş cinayət hadisəsinə səbəb təqsirləndirilən və zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxs X6 Təqsirləndirilən şəxs nalayiq sözlərlə söyməsi olmuşdur. Bu isə ona dəlalət edir ki, cinayət hadisəsinin baş verməsinin təşəbbüskarı məhz zərərçəkmiş şəxs olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsin əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xudiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.» Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur ki, «xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.» Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, yuxarıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin olunmalıdır Məhkəmə, bu qənaətə gələrkən təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdırıan halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini nəzərə alır. İstinaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qeyd edərkən 59.1.8-ci maddəsi nəzərə alnmamış, ancaq işin faktiki hallarından görünür ki, mübahisənin əsil səbəbi Kərəm Alışanovun, Təqsirləndirilən şəxs yumruqla vurub, müvafiq xəsarətlər yetirməsi və onun ünvanına nəlayiq söyüşlər söyməsi yaranmışdır. Məhkəmə hesab edir ki, bu hal zərərçəkmiş şəxsin əxlaqsiz və qanunsuz hərəkətləri nəticəsində törənməsini özündə ehtiva edir. 59.1.8-ci maddəsi nəzərdə tutulmuş qaydada yüngülləşdirən hal kimi nəzərə almalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinin tələbinə əsasən cinayəti törətməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün onu avtomobilinə qoyaraq evinə aparması və Kərəm Alşanovun müalicə xərclərini qarşılaması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. İşin hallarını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür, yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduqu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İş üzrə maddi sübut, mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilisin ona, 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübit, mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-171/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-171/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver