Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-171/2024 06.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2004-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Tərtər şəhəri, Mübariz Kərimov küçəsində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs iki və ya daha çox şəxsə qarşı, ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməllərini törətmişdir. Belə ki, o, 10 may 2023-cü il tarixdə saat 23 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən ictimai yer hesab edilən «Aristokrat» adlı kafenin qarşısında sərxoş halda Şahid1 həmin gün saat təxminən 21 radələrində Tərtər şəhəri, H.Əliyev prospektində ünvanına «72-lərə eşq olsun» nalayiq sözlər deməsinə görə ona irad bildirməsini bəhanə edib kafedə olan insanlara əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyət normalarına qarşı saymamazlıq göstərməklə, həmçinin vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək kafenin iş fəaliyyətini və kafedə olan şəxslərin istirahət hüququnu pozub üzərində əvvəlcədən gətirdiyi silah qismində istifadə etdiyi istintaq tərəfindən növü və təyinatı müəyyən edilməmiş cib bıçağı ilə Şahid1 ilə onun arasında baş verən dava-dalaşın qarşısını ictimai borcunu yerinə yetirərək almaq istəyən Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən vuraraq ona döş qəfəsinin sol yan divarının plevra boşluğuna nüfuz edən kəsilmiş deşilmiş yaralanması, sol tərəfli hemopnevmotoraksla müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, həmçinin ictimai borcunu yerinə yetirərək Şahid1 ilə onun arasında baş verən dava-dalaşın qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən bıçaqla vuraraq ona döş qəfəsinin sol yan divarının plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralanması, sol tərəfli hemopnevmotoraksla müşayiət edilən və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri yetirərək xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə münasibətləri normal olmuş və aralarında heç bir ədavətləri olmamışdır. 10 may 2023-cü il tarixdə Tərtər rayonu İcra Hakimiyyətinin binasının qarşısından keçib, Tərtər şəhəri, H.Əliyev prospektində aptekin yanında tanışı Fəqanla dayanıb söhbət edən vaxt qazi olan Şahid1 iki nəfər şəxslə birlikdə onun yanından keçərkən onlara salam vermişdir. Kamalla salamlaşdıqdan sonra sonuncu ilə həmişəki kimi zarafat etmişdir. Daha sonra o, Fəqanla birlikdə “Aristokrat” kafesinə getmişdir. Kafedə oturub pivə içmişlər. Bir az keçdikdən sonra Fəqanın mobil telefonuna zəng gəlmiş, Fəqan telefona cavab verdikdən sonra mobil telefonu ona verib Kamalın onunla danışmaq istədiyini bildirmişdir. Fəqandan telefonu alıb Kamalla danışmışdır. Kamala “Aristokrat” kafesində olduğunu demişdir. Kamal ona kafedə gözləməyini, onunla işi olduğunu demişdir. Bir az keçdikdən sonra Kamal kafeyə gəlmişdir. Kamal ondan bir az əvvəl yolla gedərkən nəyə görə ünvanına 72-lərə eşq olsun dediyini soruşmuşdur. O isə Kamala həmin sözü onun ünvanına demədiyini bildirmişdir. Onların aralarında sözlə mübahisə yaranmış, onlar bir-biri ilə mübahisə edə-edə kafenin qarşısına çıxmışlar. Kamal yumruqla onun sifət nahiyəsindən vurmuşdur. O, yerə yıxılmış, sonra Kamal onu yumruqla sifətinə vurmağa başlamışdır. O da özünü qorumaq üçün Kamala yumruq atmışdır. Kamalın onun üstünə gəldiyini görüb özünü qorumaq məqsədi ilə şalvarının arxa hissəsində saxladığı qatlanan qara rəngli cib bıçağını çıxarıb Kamala tərəf atmağa başlamışdır. Daha sonra ayağa qalxıb bıçağı sağa-sola tərəf fırlatmağa başlamışdır. Bu vaxt Zərərçəkmiş şəxs1 onları aralaşdırmaq istəyəndə bıçaq təsadüfən Cəsarətə dəymişdir. Kamalın üstünə gəldiyini görüb bıçağı ona tərəf fırladanda Kamal kənara çəkildiyi üçün bıçaq onun arxasında dayanan Zərərçəkmiş şəxs2 dəymişdir. Onun nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 vurmaq niyyəti olmamışdır. Orada olan şəxslər onları aralaşdırmışlar. Bundan sonra o, çıxıb gedərkən bıçağı kanalın kənarına atmışdır. Fəqanın çağırdığı taksi ilə evlərinin qarşısına getmişdir. Daha sonra polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin sonunda həmçinin göstərmişdir ki, o, Şahid1 kənarlaşdırmaq məqsədi ilə bıçağı sağa-sola fırladanda həmin bıçaq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymişdir. Onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs həmçinin məhkəmənin sonrakı iclaslarında 2 saylı İstintaq Təcridxanasından götürülmüş onun tibbi kitabçasında “həbs olunmadan əvvəl alınmış zədələr barədə” olan qrafada göstərilmiş köhnə kəsiklər və çapıq toxumaları kimi zədələri həbs olunmamışdan əvvəl aldığını və hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı yekunlaşmamışdan qabaq bildirmişdir ki, ibtidai istintaq zamanı polis əməkdaşları ona qarşı fiziki təzyiq göstərmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı ibtidai araşdırmanın ilkin mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 11 may 2023-cü il tarixdə verdiyi izahatında, daha sonra 13 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq özünü Cinayət Məcəlləsinin 126.2.1, 221.3-cü maddələri ilə təqsirli bildiyini göstərmiş, həmçinin bildirmişdir ki, Kamal onu yumruqla vurarkən o, yerə yıxılmış, Kamalla Rüfətin onun üstünə gəldiyini görüb şalvarının arxa hissəsində saxladığı qatlanan qara rəngli cib bıçağını çıxarıb əvvəlcə Rüfəti vurmuş, sonra Cəsarət onları aralaşdırmaq istəyərkən Cəsarəti də vurmuşdur (iş vərəqə: cild İ, səh. 47-48, 63-65). Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda cinayət işinə yeni müdafiəçi qoşulduqdan sonra təqsirləndirilən şəxs qismində əlavə dindirməsi zamanı özünü Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə təqsirli bildiyini, onun nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 vurmaq niyyətinin olmadığını, Şahid1 kənarlaşdırmaq məqsədi ilə bıçağı sağa-sola fırladanda həmin bıçaq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəydiyini, onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurmaq məqsədinin olmadığını, bıçağın təsadüfən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəydiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 236- 238). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 10 may 2023-cü il tarixdə saat 23 radələrində çay içmək məqsədi ilə Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesinə getmişdir. Həmin vaxt kafedə Tamerlan və Fəqanın pivə içdiklərini görmüşdür. Bir az sonra qazi olan Şahid1 da kafeyə gəlmişdir. Tamerlanla Kamal sözlə mübahisə etməyə başlamışlar və mübahisə edə-edə kafenin qarşısına çıxmışlar. O, telefonla danışmaq üçün kafenin qarşısına çıxdıqda Kamalla Tamerlanın dava etdiklərini görüb aralaşdırmaq məqsədi ilə onlara yaxınlaşmışdır. Həmin vaxt Tamerlanla Kamal yerdə yıxılmış vəziyyətdə dava edirdilər. O, Kamalgilə yaxınlaşmış və Kamalı tutub kənara çəkmişdir. Fəqan və Rüfət də Kamalla Tamerlanı aralaşdırmağa çalışmışlar. Bu vaxt sol qoltuqaltı nahiyəsindən ağrı hiss etmiş, sonra həmin nahiyəsinin qanadağını görmüşdür. O, Kamalla Tamerlanı aralaşdıran zaman Tamerlan onu bıçaqla vurmuşdur. Sonra onu xəstəxanaya aparmışlar. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 10 may 2023-cü il tarixdə saat 23 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesinə getmişdir. Həmin vaxt qazi olan Şahid1 da kafeyə gəlmişdir. Bu vaxt Fəqanla Tamerlan həmin kafedə pivə içirmişlər. Kamal kafeyə gəldikdən sonra Tamerlan Kamalla hansısa məsələ ilə bağlı söhbət etdikdən sonra uca səslə mübahisə etməyə başlamışlar. Onlar kafedə uca səslə mübahisə edə-edə kafenin qarşısına çıxmışlar. Kafenin qarşısında Tamerlanla Kamalın qışqırıq səslərini eşidib o da kafenin qarşısına çıxmışdır. Həmin vaxt Tamerlanla Kamalın kafenin sağ tərəfində dava etdiklərini görüb aralaşdırmaq məqsədi ilə onlara yaxınlaşmışdır. Onlara yaxınlaşan zaman Kamalla Tamerlan yerdə yıxılmış vəziyyətdə dava edirdilər. O, Fəqan, Cəsarət və orada olan tanımadığı digər şəxslərlə birlikdə onları aralaşdıran zaman sol qoltuqaltı nahiyəsindən ağrı hiss etmiş, həmin nahiyəsinə baxdıqda həmin nahiyənin qanadağını görmüşdür. Həmin vaxt Tamerlanın bıçaqla ona xəsarət yetirdiyini bilmişdir. Sonradan onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildə Vətən müharibəsində iştirak edərkən döyüşlərdə yaralandığına görə ikinci qrup əlildir. 10 may 2023-cü il tarixdə saat 21 radələrində Tərtər şəhəri İcra Hakimiyyətinin qarşısında keçirilən konsert proqramından çıxaraq “Kapital bank” istiqamətində piyada gedib aptekin qarşısından keçən zaman Təqsirləndirilən şəxs bir neçə nəfər tanımadığı şəxslə dayanıb söhbət edirmiş. Onların yanından keçən zaman salam verib keçmişdir. Həmin vaxt Tamerlan onunla zarafat edərək ona “72-lərə salam olsun” deyə söz atmışdır. Tamerlana əhəmiyyət verməyib taksi ilə evlərinə qayıtmışdır. Evlərinin qarşısında olan zaman Tamerlanın sözü onun yadına düşmüş, buna görə də Tamerlanın yanında olan Fəqana zəng edərək harada olduğunu soruşmuşdur. Fəqan “Aristokrat” kafesində olduğunu deyəndə ondan xahiş etmişdir ki, telefonu Tamerlana versin. Telefonla Tamerlandan bir az əvvəl nə səbəbə onun ünvanına xoşagəlməz söz işlətməsinin səbəbini soruşmuşdur. Tamerlan da ona konkret cavab vermədiyinə görə Tamerlana kafedə gözləməsini demişdir. O, “Aristokrat” kafesinə getmişdir. Kafeyə daxil olub tanış şəxslərlə salamlaşdıqdan sonra Tamerlana bir az əvvəl onun ünvanına xoşagəlməz söz işlətməsinin səbəbini soruşmuş, Tamerlan da ona kobud cavab vermişdir, onlar sözlə mübahisə etməyə başlamışlar. Onlar mübahisə edə-edə kafenin qarşısına çıxmışlar. Həmin vaxt Tamerlan ona yumruq atmışdır. O, da kənara çəkilib təpiklə onun sifətinə vurmuşdur. Həmin vaxt Tamerlan yerə yıxılmışdır. Bunu görən tanışları Cəsarət, Rüfət, Fəqan və orada olan tanımadığı digər şəxslər onları aralaşdırmağa başlamışdır. Cəsarət onları aralaşdırmaq istəyərkən həmin vaxt Tamerlan bıçaqla Cəsarəti vurmuşdur. Cəsarətin sol döş qəfəsi nahiyəsindən qan gəldiyini görmüşlər. Həmin vaxt Rüfətin də onları aralaşdırmaq istəyərkən Tamerlanın Rüfəti bıçaqla vurduğunu bilmişdir. Aqil adlı şəxs öz avtomobili ilə onları xəstəxanaya aparmışdır. Dava zamanı orada o, Tamerlan, Cəsarət, Rüfət, Fəqan və digər tanımadığı şəxslər olmuşdur. Həmçinin dava-dalaş zamanı onların səs-küyünə kafedə olan şəxslər və digər tanımadığı şəxslər də gəlmişdilər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 10 may 2023-cü il tarixdə saat təxminən 21 radələrində Tərtər şəhəri, H.Əliyev prospekti ilə piyada bazarın qarşısına tərəf gedəndə aptekin qarşısına Tamerlanla rastlaşmışdır. Tamerlanla birlikdə “Aristokrat” kafesinə getmişlər. Onlar kafedə pivə içib söhbət etmişlər. Həmin vaxt tanıdığı qazi Şahid1 kafeyə daxil olmuş və Tamerlandan bir az əvvəl aptekin qarşısında nəyə görə xoşagəlməz söz dediyini soruşmuşdur. Bundan sonra Tamerlan Kamalla sözlə mübahisə etməyə başlamış, onlar ucadan bir-birilərinə qarşı xoşagəlməz sözlər işlətmişlər. Onlar bir-biri ilə sözlə ucadan mübahisə edə-edə kafenin qarşısına çıxmışlar. O, Tamerlanın arxasınca çölə kafenin qarşısına çıxarkən həmin vaxt Tamerlan, Kamal, Cəsarət və tanımadığı bir nəfər şəxsin dava etdiklərini görmüşdür. Onların hamısı yerdə yıxılmış vəziyyətdə dava etmişlər. O, dərhal yaxınlaşıb onarı aralaşdırıb Tamerlanı kənara çəkmişdir. Həmin vaxt Tamerlanın əynində olan köynəyin cırılmasını və paltarının üzərində qan ləkəsinin olmasını görmüşdür. Lakin o, Tamerlanın Cəsarət və Rüfəti bıçaqla vurduğu anı görməmişdir. Bundan sonra o, Tamerlanla birlikdə avtomobillə Tamerlanın evlərinin yanına getmişlər. Tamerlan avtomobildən enib evə getmək istəyəndə polis əməkdaşları gəlib onları polis şöbəsinə aparmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesində xidmətçi işləyir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 kafeyə gələn müştəri kimi tanımışdır. 10 may 2023-cü il tarixdə saat 18 radələrində kafedə olan zaman Tamerlan Fəqanla birlikdə kafeyə gələrək pivə sifariş etmişlər. Həmin gün saat təxminən 21 radələrində Zərərçəkmiş şəxs1 tanımadığı bir nəfər şəxslə birlikdə kafeyə gələrək masalardan birində oturub çay içmişlər. Saat təxminən 23 radələrində qazi olan Şahid1 da kafeyə gəlmişdir. Kamal kafeyə gəldikdən sonra Cəsarətgilin oturduğu masada oturub onlarla birlikdə çay içmişdir. Bir qədər sonra Tamerlan Kamalla sözlə ucadan mübahisə etməyə başlayaraq, bir-birilərinə xoşagəlməz sözlər demişlər. Tamerlanla Kamal ucadan mübahisə edə-edə birlikdə kafenin qarşısına küçəyə çıxmışlar. Həmin vaxt kafenin həyətindən qışqırıq səsləri eşitmişdir. Bundan sonra kafedə olan müştərilərlə birlikdə kafedən bayıra çıxmışlar. Həmin vaxt Cəsarətin əlini qoltuq nahiyəsinə tuturaq Tamerlan tərəfindən bıçaqlandığını deyib orada olan avtomobillərdən birinə əyləşib xəstəxanaya getdiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Tamerlan Kamalla mübahisə edən zaman Cəsarət və Rüfət onları aralaşdıranda Tamerlan bıçaqla hər ikisini vuraraq xəsarət yetirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10 may 2023-cü il tarixdə saat 23 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesinin qarşısında xeyli adamların toplaşdığını görmüşdür. O, dava olan yerə yaxınlaşdıqda tanıdığı Zərərçəkmiş şəxs1 görmüşdür. Cəsarətdən nə baş verdiyini soruşduqda Cəsarət ona bıçaqlandığını demiş və ondan xəstəxanaya aparmasını xahiş etmişdir. O, özünə məxsus “Vaz-2106” markalı avtomobillə Cəsarəti Tərtər rayon mərkəzi xəstəxanasına aparmışdır. O, hadisə barədə maraqlandıqda ona məlum olmuşdur ki, Tamerlan və Kamal mübahisə edən zaman Cəsarət onları aralaşdırarkən Tamerlan Cəsarəti bıçaqla vurmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Mercedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 11 may 2023-cü il tarixdə saat 01:30 radələrində yaşadığı evində yatan zaman mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs həmkəndlisi Fəqan olmuşdur. Fəqan ona Tərtər rayonunda yaşayan əmisigildə olduğunu və onu evlərinə aparmasını xahiş etmişdir. O, idarə etdiyi “Mercedes” markalı avtomobillə Tərtər rayonuna, Narlıq qəsəbəsində kanalın yanına getmişdir. Orada olan zaman Fəqan onun mobil telefonuna zəng edərək yolda onu qarşılamışdır. O, Fəqanın əmisinin evinin qarşısında avtomobili saxlamışdır. Həmin vaxt Fəqan avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Bundan sonra bir nəfər tanımadığı, sonradan adını öyrəndiyi Tamerlan adlı şəxs avtomobilin arxa oturacağında əyləşmişdir. O, Fəqandan həmin şəxsin kim olduğunu soruşduqda Fəqan həmin şəxsin dostu olduğunu, əvvəlcə onu evlərinə aparıb, sonra kəndə getməyi bildirmişdir. O da Fəqanla razılaşmışdır. O, Fəqanın yolu göstərməsinə əsasən avtomobili N.Nərimanov küçəsinə, oradan isə adını bilmədiyi aralıq küçəyə sürüb Tamerlangilin evlərinin qarşısında avtomobili saxlamışdır. Tamerlan avtomobildən düşən zaman post patrul bölüyü avtomobili yanlarında dayanmışdır. Polis əməkdaşları Tamerlanı və Fəqanı avtomobilə mindirərək aparmışlar. Sabahı gün Tərtər rayonunda olan zaman Tamerlan adlı şəxsin “Aristokrat” kafesinin yanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurub xəsarət yetirməsi barədə eşitmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesini icarə əsasında işlədən dayısı oğlu X1 edir. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 kafeyə gələn müştəri kimi tanımışdır. 10 may 2023-cü il tarixdə saat 18 radələrində kafedə olan zaman Tamerlan Fəqanla birlikdə kafeyə gələrək masalardan birində oturüb pivə sifariş etmişlər. Kafedə xidmətçi işləyən Kəmalə onlara pivə vermişdir. Həmin gün saat təxminən 21 radələrində Zərərçəkmiş şəxs1 tanımadığı bir nəfər şəxslə birlikdə kafeyə gələrək masalardan birində oturub çay içmişlər. Saat təxminən 23 radələrində qazi olan Şahid1 da kafeyə gəlmişdir. Kamal kafeyə gəldikdən sonra Cəsarətgilin oturduğu masada oturub onlarla birlikdə çay içmişdir. Bir qədər sonra Tamerlanın Kamalla ucadan sözlə mübahisə etdiklərini görmüşdür, onlar uca səslə birbirilərinə qarşı xoşagəlməz sözlər işlətmişlər. Daha sonra Tamerlan Kamalla uca səslə mübahiə edə-edə birlikdə kafenin qarşısına küçəyə çıxmışlar. Həmin vaxt kafenin həyətindən qışqırıq səsləri eşidib kafedə olan müştərilərlə birlikdə kafenin qarşısına küçəyə çıxmışdır. Bu vaxt Cəsarətin əlini qoltuq nahiyəsinə tutaraq Tamerlan tərəfindən bıçaqlandığını deyib orada olan avtomobillərdən birinə əyləşib xəstəxanaya getdiyini görmüşdür. Sonradan bilmişdir ki, Tamerlan Kamalla mübahisə edən zaman Cəsarət və Rüfət onları aralaşdıranda Tamerlan bıçaqla hər ikisini vuraraq xəsarət yetirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Tərtər Rayon Polis Şöbəsinin post patrul xitməti bölüyündə polis nəfəri kimi xidmət edir. 10 may 2023-cü il tarixdə post patrul xidməti bölüyünün polis nəfəri Şahid8 ilə birlikdə Tərtər şəhəri ərazisində xidmətdə olarkən saat 00:10 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesinin yanında bıçaqlanma hadisəsinin olması barədə məlumat daxil olmuşdur. Şahid8la birlikdə həmin ünvana getmişlər. Orada olan zaman məlum olmuşdur ki, Tərtər şəhər sakini Tamerlan adlı şəxs mübahisə zamanı Cəsarət və Rüfət adlı şəxslərə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmışdır. Həmin şəxsin yerini müəyyən edərək Tamerlanın yaşadığı evinin yanına gəlmişlər, həmin vaxt Tamerlan taksi ilə bir nəfər şəxslə birlikdə evlərinin qarşısına gəlmişdir. Onlar Tamerlanı və yanında olan sonradan bildiyinə görə adının Fəqan olduğu şəxsi saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 may 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, həmin tarixdə hadisənin baş verdiyi Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesinin yerləşdiyi əraziyə baxış keçirilərkən kafenin giriş hissəsinə nəzərən sağ tərəfdə yerdə qan izləri aşkar olunmuşdur, iş üçün əhəmiyyət kəsb edən başqa predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 10- 16). Cinayət işinin materiallarına əlavə edilmiş 11 may 2023-cü il tarixli, 135 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 19). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 may 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” istintaq hərəkətinin protokolundan görünür ki, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkrar təsdiq edərək 10 may 2023-cü il tarixdə Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesinin yanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqla vurduğu yeri göstərmişdir (iş vərəqə: cild İ, səh. 75-77). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tərtər Rayon Polis Şöbəsinin 24 may 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçağın yerinin müəyyən edilməsi mümkün olmamışdır (iş vərəqə: cild İ, səh. 120). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 20 iyun 2023-cü il tarixli, 161 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər- döş qəfəsinin sol yan divarının plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralanması, sol tərəfli hemopnevmotoraks deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 175- 177). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 20 iyun 2023-cü il tarixli, 162 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər- döş qəfəsinin sol yan divarının plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yaralanması, sol tərəfli hemopnevmotoraks deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 178- 180). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 15 may 2023-cü il tarixli, 116 nömrəli rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- döş qəfəsi, sol bazu, sol said nahiyyələrinin çapıq toxumaları, sol dirsək nahiyəsinin sıyrığı vardır. 2.Qeyd edilən xəsarətlərdən: a) döş qəfəsi, sol bazu, sol said nahiyyələrinin çapıq toxumaları kəsici xassəyə malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti müayinədən 1-2 ay əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. b) sol dirsək nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (iş vərəqə: cild İ, səh. 173-174). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 15 may 2023-cü il tarixli, 277 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Öz hərəkətlərini tam dərk etmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini tam dərk etmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 psixi xəstəlik keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən ruhi xəstəliyə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) daxil olma, hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir (iş vərəqə: cild İ, səh. 203-205). Cinayət işinin materiallarına əlavə edilmiş 16 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 şikayəti olmadığından Şahid1 barəsində inzibati icraat açılması rədd edilmiş və bu barədə material ayrılmışdır (iş vərəqə: cild İ, səh. 211-222). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 may 2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 36-37). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Tərtər Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 72-74). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 119). Cinayət işinin materiallarına əlavə edilmiş Tərtər rayonu İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 159). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, onlara dəymiş zərər tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxslə barışmışlar (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iki və ya daha çox şəxsə qarşı ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və silah qismində istifadə olunan əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməllərini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, həmçinin təqsirləndirilən şəxsin həmin cinayət əməllərinin onun tərəfindən törədilməsinə dəlalət edən halları təsdiqləyən qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinməlidir. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxsin törədilmiş cinayət hadisəsində onun təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər dörd maddəsi üzrə münasibətdə onun əməllərinə hüquqi qiymət verilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs iki və ya daha çox şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma, yəni Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmişlərin qəsdən sağlamlığına ağır zərər vurma, yəni Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma, yəni Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq, yəni Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, zərərçəkmiş şəxsləri bıçaqla qəsdən vurmadığını, onun belə bir məqsədinin olmadığını bildirsə də, təqsirləndirilən şəxsin hadisə yerinə üzərində gətirdiyi bıçaqla qəsdən deyil, təsadüfən həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan vurmasına dair onun həmin ifadələri məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs Yusibli X4 Kamal Adil oğlu ilə mübahisə edib dalaşmağa başlayarkən şalvarının arxa hissəsində saxladığı qatlanan qara rəngli cib bıçağı ilə onları aralaşdırmaq istəyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurub onların sağlamlığına ağır zərər yetirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti”nin şərhi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur”. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır”. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini cinayət işinin materialları və işin faktiki halları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 ilə mübahisə edib aralarında baş vermiş narazılığa aydınlıq gətirərkən ictimai borcunu yerinə yetirən və onları aralaşdırmaq istəyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində gətirdiyi bıçaqla vuraraq onların sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə üzərində gətirdiyi bıçaqla vurması qeyd edilən sübutlarla və cinayət işinin bütün faktiki halları ilə təsdiq olunmuş, bununla yanaşı təqsirləndirlən Təqsirləndirilən şəxs ifadəsində bilmədən ehtiyatsızlıqdan həm Zərərçəkmiş şəxs1, sonra isə həm də Zərərçəkmiş şəxs2 təsadüfən ehtiyatsızlıqdan vurmasına dair ifadəsində həmin göstərdiyi hallar inandırıcı olmadığı kimi, cinayət işinin obyektiv halları ilə də tamamilə təkzib edilmiş və Təqsirləndirilən şəxs həmin zərərçəkmişlərin qəsdən və xuliqanlıq niyyətilə sağlamlıqlarına ağır zərər vurması cinayət işi üzrə dindirilmiş şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin araşdırma zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları ilə tamamilə sübuta sübuta yetirilmişdir. Məhkəmə bununla əlaqədar həmçinin onu da qeyd edir ki, məhkəməyədək ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə verdiyi izahatında, həmçinin 13 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Kamalla dalaşarkən Rüfət və Cəsarət onları aralaşdırmaq istəyərkən Rüfəti və Cəsarəti bıçaqla vurduğunu etiraf etmiş və həmin şəxsləri ehtiyatsızlıqdan vurduğunu ümumiyyətlə bildirməmişdir (iş vərəqə: cild İ, səh. 47-48, 63-65), Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın sonunda cinayət işinə yeni müdafiəçi qoşulduqdan sonra təqsirləndirilən şəxs qismində əlavə dindirməsi zamanı özünü Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə təqsirli bildiyini və onun nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 vurmaq niyyətinin olmadığını və onları qəsdən vurmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 236-238). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri bıçaqla qəsdən vurmadığına, onun belə bir məqsədinin olmadığına, zərərçəkmiş şəxsləri ehtiyatsızlıqdan bıçaqla vurmasına dair verdiyi ifadəsində göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ifadəsinin həmin inkaredici halları ilə bağlı hissəsini sübut növü kimi qəbul etmir. Bundan başqa, məhkəmə araşdırması zamanı cinayət işi materiallarına əlavə edilmiş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin sağlamlıqlarına bıçaqla qəsdən ağır zərər vurmaqla müşayiət edilən qərəzli və xuliqanlıq niyyəti ilə törədilmiş həmin hərəkətlər eyni zamanda ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər olmaqla, onun hərəkətləri cəmiyyət və ictimai qayda əleyhinə, ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini törədərkən onun qəsdi zərərçəkmiş şəxslərin qəsdən sağlamlığına ağır zərər vurmaqla yanaşı, həmçinin birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməsi- onun Tərtər şəhərində “Aristokrat” kafesində spirtli içki qəbul etdikdən sonra oraya gələn Şahid1 ilə aralarında yaranmış mübahisə zamanı ucadan səsküy salmaqla və insanların istirahətinə maneə yaratmaqla həmin kafedə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərdiyi hərəkətlərini daha sonra davam etdirərək ucadan mübahisə edə-edə kafenin qarşısına çıxaraq, oradakı şəxslərə məhəl qoymadan cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edərək, Şahid1 ilə aralarındakı dava-dalaş zamanı onları aralaşdırmağa çalışmaqla ictimai borcunu yerinə yetirən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlıqlarına qəsdən ağır zərər vurmaqla, buna şüurlu surətdə yol verərək və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq törətdiyi xuliqanlıq hərəkətləri də Təqsirləndirilən şəxs əməllərində hərəkətverici amil rolunu oynamışdır. Cinayət hadisəsi baş verməmişdən əvvəl səs-küylü münaqişənin yaranmasının Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” kafesində başlanması və sonradan törədilmiş cinayətin həmin kafenin qarşısında və həmin kafedən çıxan şəxslərin, həmçinin kənardakı şəxslərin gözləri qarşısında törədilməsi həm məhkəmə araşdırması, həm də ibtidai istintaq zamanı dindirilmiş şəxslərin ifadələri ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, qalmaqal salmağa meyillilik motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, “İctimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun”. Hazırki cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəmiyyətə açıqca hörmətsizlik göstərib ictimai qaydanı kobud şəkildə pozması ilə müşayiət edilən hərəkətləri ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zor tətbiq etməklə onların qəsdən sağlamlıqlarına ağır zərər vurarkən təqsirləndirilən şəxsin həmin hərəkətləri məhz xuliqanlıq motivindən irəli gəlmiş, təqsirləndirilən şəxsin zərərçəkmişlərə qarşı cinayət əməli şəxsi münasibətlər zəminində törədilməmiş, zərərçəkmişləri heç bir əsaslı səbəb olmadan qəsdən bıçaqla vurmuş, ictimai yer sayılan kafedə başlanmış qalmaqal, sonradan həmin kafenin qarşısında ictimai yerdə insanların gözləri qarşısında törətdiyi zorakı cinayət hərəkətləri ilə özünü bilərəkdən ictimai qaydaya qarşı qoymaqla və qalmaqal salmaqla, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin sonrakı iclaslarında ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərildiyini bildirdiyi hallarla əlaqədar məhkəmənin sorğusu əsasında Tərtər Rayon Polis Şöbəsindən göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsi ilə bağlı tibbi kitabça” dan görünür ki, Təqsirləndirilən şəxs tutulub X8 daxil olunarkən onda köhnə kəsiklər müəyyən edilmişdir, həmçinin məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş “tibbi kitabça”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində baxış vaxtına aid hər hansı xəsarət aşkar olunmamış, həbs olunmadan əvvələ aid köhnə çapıq toxuması aşkar edilmişdir (cinayət işinin materialları). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onda aşkar edilmiş köhnə kəsiklərin və çapıqların o, tutulmamışdan əvvələ aid olduğunu bildirmiş və hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Odur ki, məhkəmədə təqsirləndirilən şəxsin ifadəsində ona ibtidai istintaq zamanı fiziki təzyiq göstərilməsi ilə bağlı göstərdikləri öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi sübuta yetirildiyindən onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə tövsif olunmalı və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır və az ağır cinayətlər törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 11 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Tərtər Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 11 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, maddi sübut və ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-171/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-171/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver