Məhkəmə qərarları › İş №1(100)-171/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-171/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-171/2025 21.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxslərin və müdafiəçiləri Gəncə regional Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan – barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə istintaq olunan digər cinayət işi üzrə «həbs» qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,177.3.2-ci maddələri xx.xx.1991-ci il tarixdə Naftalan şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Naftalan şəhəri, Ş.Qurbanov küçəsi ev 11, mənzil 35-də qeydiyyatda olmaqla Naftalan şəhəri, İ.Məmmədov məhəlləsində yaşayan-barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs2 köməkçi qismində çıxış edərək cinayətin digər iştirakçısı Arif Vəliyevin əvvəlcədən ona qohumları - Naftalan şəhərində sanatoriya işlətdikləri üçün külli miqdar pulunun olduğu bildiyi xalası oğlu Qoca Əmiraslanovun və xalası Zərərçəkmiş şəxs əmlakını talama məqsədini bilərək, əldə ediləcək pulun bir hissəsinin borclarına verəcəyini ehtimal edərək, 02 sentyabr 2023-cü ildə saat 20 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən və icarə əsasında ailə üzvlərinin işlətdiyi “Dost qapısı” restoranında doğum günü ilə əlaqədar özünə şənlik keçirən xalası qızı Zərərçəkmiş şəxs məxsus avtomobildən sonuncuya məxsus mənzilin açarlarını gizli yolla götürərək həmin kafeyə gəlmiş cinayətin icraçısı X12 vermiş, sonuncu talama məqsədini bildiyi cinayətin digər köməkçisi Təqsirləndirilən şəxs1 özünə məxsus olmaqla idarə etdiyi “Vaz 21013” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobillə gəlmiş, sonuncuya diqqəti cəlb etməməsi avtomobilə restorana girməyərək kənarda və hazır vəziyyətdə saxlamasını demiş, açarları götürdükdən sonra Təqsirləndirilən şəxs1la Naftalan şəhərində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvana gedərək Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş açarla giriş qapısından qanunsuz daxil olaraq, yataq otağındakı dolabın içindən 1 ədəd 5 manat dəyərində üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli üzüyü, 1 ədəd 215 manat dəyərində üzərində rəgsiz şəffaf qaşları və “585” damğası olan sarı rəngli qızıl boyunbağını, 1 ədəd 143 manat dəyərində üzərində “585” damğası olan sarı rəngli qızıl boyunbağını, 1 ədəd 2939 manat dəyərində üzərində “750 İTALY” damğası olan qızıl boyunbağını, 1 ədəd 1878 manat dəyərində üzərində “585” damğası olan sarı rəngli qızıl boyunbağını, 1 ədəd 1382 manat dəyərində üzərində “750 İTALY” damğası olan qızıl boyunbağını, 1 ədəd 2062 manat dəyərində üzərində 750” damğası və “CAORA İTALY” yazısı olan qızıl boyunbağını, 1 ədəd 522 manat dəyərində üzərində “585 İTALY” damğası olan qızıl kulonu, 1 ədəd 564 manat dəyərində üzərində 14 ədəd rəngsiz və şəffaf qaşlar, həmçinin “750 DİADEMA” damğası olan qızıl kulonu, 1 ədəd 900 manat dəyərində üzərində “CAORO İTALY 750” damğası olan qızıl kulonu, 1 cüt 928 manat dəyərində üzərində “750 İTALY” damğası olan qızıl sırğanı, 1 tay 648 manat dəyərində üzərində “750 İTALY” damğası olan qızıl sırğanı, 1 tay 275 manat dəyərində üzərində “750 İTALY” damğası olan qızıl sırğanı, 1 cüt 2272 manat dəyərində üzərində 290 ədəd rəngsiz şəffaf qaşları, həmçinin “AU 750” damğası olan və qaşlarından 1 ədəd yerində olmayan qızıl sırğanı, 1 ədəd 2585 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları, həmçinin “750 İTALY” damğası olan qızıl qolbağı, 1 ədəd 1450 manat dəyərində üzərində “750 İTALY” damğası olan qızıl qolbağı, 1 ədəd 716 manat dəyərində üzərində 35 ədəd rəngsiz şəffaf qaşları, həmçinin “750” damğası olan qızıl üzüyü, 1 ədəd 580 manat dəyərində üzərində “18k İTALY” damğası olan qızıl üzüyü, 1 ədəd 476 manat dəyərində üzərində “EMOS 585” damğası olan qızıl üzüyü, 1 ədəd 574 manat dəyərində üzərində “750 DİADEMA” damğası olan qızıl üzüyü, 1 ədəd 290 manat dəyərində üzərində “585” damğası olan qızıl üzüyü, 1 ədəd 1176 manat dəyərində üzərində 2 ədəd açıq yaşıl qaşı, həmçinin “CAORO İTALY 750” damğası olan qızıl üzüyü, 1 ədəd 98 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan qızıl üzüyü, 1 ədəd 815 manat dəyərində üzərində 80 ədəd rəngsiz şəffaf qaşları, həmçinin “Au 750” damğası olan və qaşlarından 1 ədəd yerində olmayan qızıl üzüyü, 1 ədəd 616 manat dəyərində üzərində rəngsiz qaşları olan qızıl üzüyü, 1 cüt 1382 manat dəyərində üzərində “CAORA İTALY 750” damğası olan qızıl sırğanı, 1 cüt 472 manat dəyərində üzərində “585” damğası olan qızıl sırğanı, 1 cüt 854 manat dəyərində üzərində “18Kt İTALY” damğası olan qızıl sırğanı, 1 cüt 1157 manat dəyərində üzərində “750 İNNOVA” damğası olan qızıl sırğanı, 1 cüt 1828 manat dəyərində üzərində “750” damğası olan qızıl sırğanı, 1 cüt 848 manat dəyərində üzərində “İTALY” damğası olan qızıl sırğanı, 1 cüt 1563 manat dəyərində üzərində 2 ədəd açıq yaşıl rəngli qaşı, həmçinin “CAORO İTALY 750” damğası olan qızıl sırğanı, 1 cüt 889 manat dəyərində üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan qızıl sırğanı, 1 tay 79 manat dəyərində üzərində “CAORO İTALY 750” damğası olan qızıl sırğa kilidini, 1 tay 462 manat dəyərində üzərində şəffaf rəngsiz qaşları, həmçinin “DİADEMA 750” damğası olan qızıl sırğanı, 1 tay 135 manat dəyərində üzərində 2 ədəd rəngsiz şəffaf qaşı, həmçinin “750 TİORO JEWELLERY” damğası olan sırğa kilidini, 1 ədəd 372 manat dəyərində üzərində 21 ədəd rəngsiz şəffaf qaşları olan qızıl məmulat hissəsini, 1 ədəd 443 manat dəyərində qızıl məmulat hissəsini, 1 tay 650 manat dəyərində 750 əyyarlıq saçaqlı qızıl sırğanı, 1 ədəd 930 manat dəyərində 750 əyyarlıq 1 ədəd qızıl üzüyü, 1 ədəd 1500 manat dəyərində 750 əyyarlıq qızıl boyunbağını, 1 tay 480 manat dəyərində qara rəngli naxışları olan 750 əyyarlıq qızıl sırğanı, 1 tay 1100 manat dəyərində briliant qaşlarla bəzədilmiş 750 əyyarlıq qızıl sırğanı, 1 tay 470 manat 750 əyyarlıq bağlama formalı qızıl sırğanı, 1 ədəd 910 manat dəyərində 750 əyyarlıq qızıl üzüyü, 1 ədəd 580 manat dəyərində 750 əyyarlıq qızıl klonu, 1 ədəd 1500 manat dəyərində 750 əyyarlıq qızıl üzüyü, 1 cüt 1000 manat dəyərində 750 əyyarlıq sallama formalı qızıl sırğanı, 1 cüt 1200 manat dəyərində üzəri brilyant qaşlarla bəzədilmiş 750 əyyarlıq qızıl sırğanı, 1 ədəd 850 manat dəyərində 750 əyyarlıq qızıl üzüyü, 1 ədəd 680 manat dəyərində 750 əyyarlıq qızıl klonu, 1 ədəd 1190 manat dəyərində 750 əyyarlıq qızıl üzüyü və 60000 manat pulu gizli yolla götürmüş, taladığı pulun bir hissəsini verdiyi Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun idarə etdiyi avtomobillə Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən və icarə əsasında işlətdiyi “Dost qapısı” restoranına qayıdaraq qeyri-müəyyən miqdarda və növdə olan qızıl-zinət əşyalarını və evin açarlarını Təqsirləndirilən şəxs2 qaytarmış, sonradan isə yaşadığı ünvana gedərək cinayətdən xəbərsiz olan ailə üzvlərinə qızıl zinət-əşyalarının və pulun bir hissəsini vermiş, və cinayətdən xəbərsiz şəxs vasitəsilə pulu rus rubluna dəyişmiş, beləliklə də əldə edilmiş qızıl zənət əşyalarını və pulu öz aralarında bölüşdürməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdar, yəni ümumilikdə 110 383 (bir yüz on min üç yüz səksən üç) manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışlar. Məhkəmədə çıxışı zamanı Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə ittihamdan “qabaqcadan əlbir olma” tövsifedici əlamətinin çıxarılmasını və Təqsirləndirilən şəxs2 münasibətdə isə əməlinin 32,5 177.3.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə işə ibtidai istintaq tərəfindən verilmiş ittiham üzrə deyil, dövlət ittihamçısının məhkəmədəki çıxışında göstərdiyi, həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 əməlinin tövsif edilməsini təklif etdiyi Azərbaycan Respublikası CMnin 32,5 177.3.2-ci maddəsi ilə baxılmasını və ittihamdan “qabaqcadan əlbir olma” əlamətinin çıxarılmasını qanuni və ədalətli hesab etmişdir. Belə ki, təqsirləndirilən şəxsə verilən ittiham, məhkəmə baxışında dövlət ittihamçısı tərəfindən müdafiə edildiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlara əsasən formalaşmış daxili inama və əməlin tövsifinə əsaslandığından dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir maddəsindən digər maddəsinə tövsif edilməsinə dair təklifi Azərbaycan Respublikası Cinayət Prosessul Məcəlləsində dəqiq tənzimlənmə aparılmadığı üçün ittihamdan imtina kimi qəbul edilmir və məhkəmə həmin təklifi hazırda qüvvədə olan cinayət prosessual qanunvericiliyin ümumi prinsiplərinə əsasən ittiham tərəfinin dövlət ittihamçısına verdiyi dispozitiv imkan kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair 15 fevral 2008-ci il tarixli qərarına əsasən dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanunu ilə daha yüngül cəza nəzərdə tutan normaya tövsif edilməsinə dair təklifin verilməsi cinayət prosesinin çəkişmə prinsipindən irəli gəlir. Məhkəməyə ünvanlanmış belə təklifi cinayət prosesinin hər bir tərəfi verə bilər. Təklif xahiş etdiyi etdiyi və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni maraqlarına toxunduğu üçün yazılı vəsatət şəklində təqdim olunmalı və məhkəmə tərəfindən ona CPM-in müddəalarına riayət etməklə baxılmalıdır. Dövlət ittihamçısının bu cür vəsatəti cinayət qanununun düzgün tətbiqinə və ya təqsirləndirilən şəxsin pozulmuş hüquqlarının bərpasına yönəlmişsə, məhkəmə onu rədd edə bilməz. Məhkəmə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərmişdir ki, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən “Dost Qapısı” adlı kafedə anasına köməklik etmişdir. İlkanə onun xalası qızıdır. Arif Vəliyevi “Dodu” kimi tanımış, münasibəti olmuş, hadisədən əvvəl Arif xalası oğlu Qocada külli miqdar pul olmasını demiş, pulu oğurlamağı təklif etsə də, imtina etmişdir. Arif Qocanı izləsə də, maşında pul saxlamadığını, yenə də Qocanın pulunu oğurlamağı təklif etmiş, borcları olduğu üçün puldan ona da vercəəyini güman etdiyi üçün kömək etməyə razılaşmış, 02 sentyabr 2023-cü ildə Qocanın bacısı İlkanənin ad gününün Tapqaraqoyunlu kəndində anasının işlətdiyi “Dost Qapısı” kafesində olacağını demişdir. 02 sentyabr 2023-cü ildə günorta Arif ona zəng edərək xatırlamadığı rus nömrəsindən onun nömrəsinə “whatsApp”-la zəng edib harada olduğunu soruşmuş, kafeyə axşamüstü gedəcəyini demişdir. Kafeyə gedərkən yolda Arifi görmüş, onu da maşına götürmüş, “Dost Qapısı”nda maşından düşdükdən sonra Arif onun yerinə minib çıxıb getmişdir. Arif təkrar zəng edib Qocanın üzərində pulun olub-olmamasını soruşduqda o, Arifə Qocanın üzərində pulun olmadığını demiş, Arif İlkanənin maşınına baxmağı, açar varsa, deməsini bildirmişdir. İlkanənin “Range Rover” markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobildə sürətlər qutusunun başlığı yanında halqada olan açarları görmüş, maşından uzaqlaşıb gözləyərək, qapının açılmasını gözləmişdir. Həmin vaxt İlkanənin uşaqlarının dayəsi “Kama” kimi tanıdığı qadın maşına yaxınlaşıb pultla qapıları açmış o da fürsətdən istifadə edib manqal tərəfdən gəlib sürətlər qutusunun yanındakı halqada olan 3 ədəd uzun və qulpu qırmızı olan açarları götürüb cibinə qoymuş, Arifə “whatsApp”-la zəng edib açarları götürdüyünü demişdir. Qısa müddət sonra Arif kafenin manqalxana tərəfindən girib açarları götürmüş, təxminən 30-40 dəqiqə sonra Arif xatırlamadığı nömrədən zəng edib kafenin qarşısına çıxmağı bildirmiş, kafenin manqalxanasına gedərək Arifi gözləmiş, Arif piyada kafeyə gəlib açarları ona vermiş, evdə pul olmadığını, ancaq qızıl götürdüyünü demiş, ona içərisində 4-5 ədəd üzük və 3 ədəd qolbaq olan sellofan paketi vermiş, tələsdiyini deyib qaçıb getmişdir. O da məclisə qayıdıb qonaqlarla yeyib içmişdir. Növbəti gün Naftalana polis şöbəsinə çağırılanda getməmişdən əvvəl həm açarları, həm də qızılları içkili olduğu üçün hal-hazırda xatırlamadığı kafenin ərazisinə tullamışdır. Hikmət barədə isə əvvəlcədən heçnə bilməmiş, Arifin kafeyə nə ilə gəlib getməsini bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməlindən peşmandır. Borcu olduğu üçün Arifə kömək etməyə razılaşmış və götürülən pul ilə borclarını bağlayacağını güman etmişdir. Ona verilən qızılı ümumiyyətlə hara qoymasını bilməsə də, vurulmuş ziyanın əvəzini tam həcmdə özünə məxsus evi sataraq ödəmiş, onunla barışıq əldə etmişdir. Sonradan heç bir cinayət əməli etməmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Naftalan şəhər sakini Arifi “dodu” ləqəbi ilə tanımışdır. Arif uzun müddət Rusiyada yaşamış, Elvinin qardaşı İlkinlə münasibəti olmuşdur. 01 sentyabr 2023-cü ildə Arif onu Goranboy rayonu, Tapqaraqoyunlu kəndinə kafeyə aparmağı xahiş etmişdir. 02 sentyabr 2023-cü ildə saat 19 radələrində o, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yolun sol tərəfində yerləşən və təzə açılmış kafedə olarkən Arif ora gəlmiş, masaya yaxınlaşaraq oturub bərabər yemək yeməyə başlamışlar. Bundan sonra Arif mobil telefonla kafenin “wifi”-na qoşulub kimləsə danışmış və onla “Dost Qapısı”na getmişlər. Arifin deməsi ilə maşını yolda geriyə döndərib saxlamış, Arif maşından düşüb manqal tərəfə qaçmış, maşını döndərib Naftalan şəhər istiqaməti üzrə saxlamış, kafedən çıxaraq qaça-qaça gələrək maşına minmiş və Naftalana sürməyi demişdir. X9 küçəsində yerləşən 18-ci binanın yaxınlığında “Al Market”in yaxınlığında maşını saxlayıb Arifi maşından düşürtmüşdür. Arif ona 150-200 metr qabaqda onu gözləməyi demişdir. Bir müddət sonra ona zəng edib biraz irəli getməyi demiş, Arifin dediyi yerə getmişdir. Arif maşında arxa sağ oturacaqda əyləşmiş, əlində qara rəngli gödəkçə olmudur. Arif maşını sürətlə geriyə “Dost Qapısı”na sürməyi demiş, Arif arxada qurdalanmış nəyisə yerbəyer etmiş və ona tərəf 2000 (iki min) manat pul vermişdir. Əvvəlcə başa düşməsə də sonradan nəyinsə yolunda olmadığını başa düşmüş, özünün də həmin vaxt pula ehtiyacı olduğu üçün ürəyində tərəddüd etsə də, heçnə deməyib pulu götürmüşdür. Kafeyə çatmağa az qalmış Arif ondan mobil telefonu alıb Elvinə zəng etmiş, maşını əvvəl saxladığı yerdə dayandırmış, Arif maşından düşərək kafeyə doğru qaçmış, çantalar maşında qalmışdır. Arifgilə getmiş, evdə Arifin anası və “Matan” kimi tanıdığı Məlahət ona çay vermiş, haradan gəldiklərini soruşduqda çayxanada olduğunu demiş, Ariflə qardaşı Rasif evin otaqlarının birinə keçmiş sonra evdən çıxmışlar. Arifin əlində böyük çanta olmuş, anasına Rusiyadan işə çağırdıqlarını demişdir. Bundan sonra onlar Arif ona pulu dəyişmək üçün Goranboy rayonu, Səfikürd kəndinə getmiş orada əvvəl tanımadığı pul dəyişən Xaliq adlı şəxslə mağazasının yanında görüşmüşlər. Həmin şəxs təxminən 2 saat sonra pulu dəyişib gətirəcəyini demişdir. Arif ona Gəncəyə getməyi deyəndə maşınının sənədləri düzgün olmadığı üçün başqa maşınla getməyi demiş, maşını Goranboy şəhərində mərkəzdə saxlayıb Gəncəyə hava limanına getmiş, axşam olduğu üçüm kassa bağlı olduğuna görə də Gəncədə kafeyə getmiş, Xaliq zəng edərək pulun hazır olduğunu deyəndə Arifə pulu sayaraq vermişlər. Arif tanımadığı dostuna zəng edərək, Rusiyaya getmək üçün bilet almağı xahiş etmiş, telefonu vasitəsi ilə pasportunun şəklini həmin şəxsə göndərmiş, “Milli ön” ödəmə terminalı vasitəsi ilə onun göndərdiyi kart hesabına 600 manat pul göndərmiş, Gəncə şəhər avtovağzalına gedərək Arif taksi işləyən “Mercedes” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhərinə getmiş, o isə maşını saxladığı Goranboy şəhərinə gəlmişdir. Oradan isə yaşadığı evə gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Arifin Elvinlə əvvəlcədən razılaşdığından xəbəri olmamışdır. Arif hadisəni törətdikdən sonra açarı Elvinə qaytaracağını bildirdikdə mənzilin açarlarını Elvinin Arifə verdiyini bilmiş, eləcə də Ariflə arasında olan söhbətdən Elvinin heç bir xəbəri olmamışdır. Arif Vəliyevin Zərərçəkmiş şəxs evindən oğurluq edəcəyi barədə heç bir məlumatı olmamışdır. Hadisədən ancaq evdən qayıdarkən Arif ona pul verdikdə məlumatı olmuşdur, cinayətdə başqa iştirakı olmamışdır. Əməlindən peşmandır və ona verilən pulu tam olaraq zərərçəkmiş şəxsə geri qaytarmışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs1 göstərmişdir ki, ... Arif mobil telefonla kafenin “wifi”-ya qoşulub kimləsə danışmış və ona “Dost Qapısı”na getməyi demişlər. Ariflə razılaşmış, “Yeganənin oğlu Elvin zəng edərək nəsə demiş, həmin zəngdən sonra Arifi idarə etdiyi “Vaz 21013” markalı, **-BG-*** dövlət nömrə nişanlı maşınla “Dost Qapısı” kafesinə aparmışdır. Arif ona maşını yolda saxlamağı demiş, maşını Arifin dediyi kimi saxlamış, Arif maşından düşüb manqal tərəfə qaçaraq getmiş, Arif gələnə qədər maşını döndərib Naftalan şəhər istiqaməti üzrə saxlamış, kafedən çıxaraq qaça-qaça gələrək maşına minmiş və Naftalana sürməyi demiş, sürətli sürməyi bildirmiş, evin açarını götürdüyünü, həmin evə girib-çıxdıqdan sonra açarı geri qaytarmaq lazım olduğunu, ona görə də surətli şəkildə hərəkət etmək lazım olduğunu bildirmişdir. O Arif Vəliyev dediyi kimi hərəkət etmiş, Naftalan şəhəri İslam Həsənzadə küçəsində yerləşən 18-ci binanın yaxınlığında “Al Market”in yaxınlığında maşını saxlayaraq Arif Vəliyevi maşından düşürmüşdür. Arif ona 150-200 metr qabaqda onu gözləməyi tapşırmış, Arif onun telefonunu götürərək, evdən çıxan kimi zəng edəcəyini demişdir. Arif getdikdən təxminən 10 dəqiqə sonra ona zəng edərək, “Yaşıl Bazar” adlı meyvə-tərəvəz mağazası və “Kombinat” adlı əraziyə yaxın gəlməyini bildirmiş, o, Arifin dediyi yerə getmişdir. Arif Vəliyev maşının arxa sağ oturacağında əyləşmiş, ora yaxınlaşanda Arif Vəliyevin əlində qara rəngli gödəkçə olmuş, həmin gödəkçinin içərisində balaca və ağ rəngli qadın əl çantası var idi. Arif maşını sürətli şəkildə “Dost Qapısı”na sürməyi demiş, Arif arxadan 2000 (iki min) manat pulu ona kömək müqabilində vermişdir. O, Arifin dediyi kimi hərəkət etmiş, həmin kafeyə çatmağa az qalmış Arif ondan mobil telefonunu alıb Elvinə zəng etmiş, kafeyə çatmış, maşını saxladığı yerdə, yəni “Dost Qapısı” adlı kafenin qarşısında olan yolda maşını saxlamış və Arif maşından düşərək qaçaraq kafeyə doğru getmişdir. Arif ona ancaq qızılları Elvinə deyəcəyini və bir cib qızıl verəcəyini demiş, pulları və qızılları maşında qoymuşdur. Arif qaçaraq gələndən sonra onlar Arifgilin evinə getmiş, əvvəl içəri girmək istəməsə də, çay içməyi təklif etmişdir... . Ariflə qardaşı Rasif evin otaqlarının birinə keçmiş sonra onlar evdən çıxmışlar. Arifin əlində böyük çanta olmuş, anası Məlahət ona niyə belə tez getməsini soruşduqda, Arif Rusiyadan işə çağırdıqlarını, vacib işi olduğunu bildirmişdir. Arif ona pulu dəyişmək üçün Goranboy rayonu, Səfikürd kəndinə getmələrini bildirmişdir.....Pul ümumilikdə 28000 (iyirmi səkkiz min) manat olmuşdur. Manatdan başqa 5-6 ədəd 100 dollarlıq əskinaslar da olmuşdur. Onlar pulu saydıqdan sonra Xaliq adlı şəxslə əlaqə saxlamışlar, Xaliq Səfikürd kəndində yerləşən “Qala Market” adlanan və yolun sol tərəfində yerləşən ərzaq mağazasının yanına gəlmiş, pulun çox olmasını, üzərində o qədər pul olmadığını, təxminən 2 saat sonra gətirə biləcəyini demiş və pulu alıb getmişdir... Arif ona Gəncəyə getməyi deyəndə maşınının sənədləri düzgün olmadığı üçün taksi ilə getməyi təklif etmiş, maşınını Goranboy şəhərində mərkəzi yerdə saxladıqdan sonra xatırlamadığı ağ rəngli “Vaz 2107” markalı avtomobillə X21 getmişlər. Axşam vaxtı olduğu üçün Hava limanı bağlı olmuş, ona görə Gəncə şəhərində yerləşən “Karvan” adlı kafeyə, sonra isə digər kafeyə getmiş, Xaliq zəng edərək pulun hazır olduğunu bildirmiş, “Qala” kafesinə gəldikdən sonra Xaliq onlara 28000 manat pulu “Rus rublu” formasında sayaraq vermişdir. Arif onun tanımadığı və bildiyi qədəri ilə Bakı şəhərində yaşayan dostuna zəng edərək, ona Rusiyaya getmək üçün bilet almağı xahiş etmiş, telefonu vasitəsi ilə pasportunun şəklini həmin şəxsə göndərmiş, Arif “Milli ön” ödəmə terminalı vasitəsi ilə onun göndərdiyi kart hesabına 600 manat pul göndərmişdir. Daha sonra Arif ilə Gəncə şəhər avtovağzalına getmişlər. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü ildə doğum günü olduğu üçün sahibi olduqları “Möcüzəli Naftalan” sanatoriyasının həyətində sanatoriyanın işçiləri ilə birlikdə məclis olmuş, saat 17 radələrində doğum günü ilə əlaqədar olaraq qonaqlıq olacaq Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən “Dost Qapısı” restoranına getmişlər. Evdən çıxanda uşaqların dayəsi Kəmalə qapını açarla bağlamış və bir neçə dəfə yoxlamışdır. “Dost Qapısı”na çatanda hamı maşından düşmüş, yuxarı qalxmışlar. Onların stoluna Elvin adlı şəxs qulluq etmiş, bir qədər sonra oğlu Vahid stoldan durub aşağı düşərkən yıxılmış, Kəmalə maşının açarlarını götürüb getmişdir. Vahidin əllərini, ayaqlarını yuduqdan sonra aparıb əynini dəyişmiş, sonra yenidən qalxıb bir qədər yanlarında əyləşmiş, yenidən uşağı da götürüb aşağı düşmüşdür. Məclis başa çatdıqdan sonra onlar evə getmək istəyərkən Kama (Kəmalə) ona demişdir ki, evin açarlarını ona versin çatanda tez düşüb qapını açar. O, açarları qoyduğu yerdə tapa bilməmiş və maşını axtarmağa başlamış, lakin tapa bilməmişdir. Evin qapısını açmaq üçün usta çağırmış, usta ilə qonşunun evindən mənzilə girmiş, qapını açdıqdan sonra evə girib şkafı açanda da ağ rəngli çantasının içində olan 60 000 manat pulun yerində olmadığını, qısa müddət sonra qızıllarının da əksik olduğunu bilib qardaşı Qocaya demiş, qardaşı da Naftalan polis şöbəsinə şikayət etmiş, özü də bu barədə ərizə vermişdir. Bir neçə gün sonra evindən oğurluğu Rusiyaya qaçan Arif adlı şəxsin öz xalası oğlu Elvinin və taksi sürücüsü Hikmətin köməyi ilə etdiyini, açarları Elvinin götürüb Arifə verdiyini bilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, ona dəymiş ziyan tam olaraq xalasıoğlu olan Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyi üçün onunla barışmışdır, şikayət və tələbi yoxdur. Digər iştirakçı olan Hikmət də ona dəymiş ziyanı qismən ödədiyi üçün onunla da barışmışdır, ona da aşağı cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Arif qardaşıdır, Elvin və Hikməti həmkəndli kimi tanımışdır. Arif hadisədən əvvəl Rusiyada olmuş, qayıtdıqdan sonra da 2023-cü ilin iyul ayının ortaları Rusiyaya gedəcəyini demişdir. Elvini iki dəfə idarə etdiyi “Qazel”lə evlərinin qarşısında görmüşdür. 02 sentyabr 2023-cü il axşam təxminən 21 radələrində Ariflə birlikdə “Vaz 21011” markalı, **-BG-*** dövlət nömrəli avtomobillə gəlmiş, Hikmət çöldə gözləsə də, anası Məlahət onu içəri çağırıb çay təklif etmişdir. Arif içəri girəndə əlində paket olmuş, paketi açıb içindən ona qızıl-zinət əşyaları və pulları vermiş, şübhələnib nə olduğunu soruşaraq pulu və qızılları evdən çıxartmasını və problem yaratmamasını demişdir. Arif isə ona açarı verən ayrı qızılı və pulu götürən ayrı demiş tez paltarını yığıb gətirdiyi pulun xeyli hissəsini və qızıldan az hissəni götürüb anası ilə də sağollaşıb evdən Hikmətin maşını ilə getmişdir. Təxminən 2 saat sonra Arif istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə votsapla zəng edib, evdəki pulu saymağı demiş, 8300 manat olduğunu bilib Arifə zəng edərək demiş, bir daha bu pul və qızılın haradan olmasını soruşanda Arif ona “açarı götürən məlum, qızıl və pulu götürən məlum, mənim yerimə yatası deyilsən” demiş bir müddət sonra hansısa adama deyəcəyini qızılları və pulu ondan götürəcəklərini demişdir. Oğurluq olmasını sonradan bilmiş, 04 sentyabr 2023-cü il tarixdə Arif ona zəng edərək, verdiyi qızıl-zinət əşyaları və pulu evlərinin həyətində basdıraraq gizlətməyi demiş, 8300 manat pulu və qızıl zinət əşyalarını isə evin arxasında ağacın dibində basdırmışdır. Arifin oğurluq törətməsi barədə heç kimə məlumat verməmiş, anası Məlahət heç bir söz deməmiş, Arifin etdiyi əməldən sonra onun verdiyi qızıl-zinət əşyalarını gizlətməyi üçün məsuliyyətə cəlb ediləcəyindən qorxmuş, ona görə də daxili stres keçirmiş, heç kimə heç nə deməmişdir. 13 sentyabr 2023-cü il tarixdə doğum günündə Arif ona zəng edib ad gününü təbrik etmiş, o isə Arifə əsəbiləşib niyə belə hərəkət etdiyini soruşmuşdur. Sonra isə evlərinə gələn polislərə qızılın və pulların yerini göstərmiş, onlar çəkilişlə qızıl-zinət əşyalarını götürüb aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Naftalan şəhər sakini Rusif kimi tanıdığı və “Dodu” deyə müraciət etdiyi şəxs xx.xx.2023-cü ildə axşam ona zəng edərək, bir qədər pulu olduğunu və rus puluna çevirmək istədiyini demiş, Rusifə Goranboy rayonu Safıkürd kəndində “Qala market”in yanında olduğunu demişdir. Bir müddət sonra Rusif tanımadığı şəxslə birlikdə xatırlamadığı maşınla oraya gəlmiş, Rusifin yanında tanımadığı bir nəfər də olmuş, Rusif ona torpağını satdığını, Rusiya Federasiyasına gedəcəyi üçün pulu rubla çevirmək istədiyini demişdir. Arifin əsl adı Rusif olmuş, sonradan adını dəyişdirmişdir. O nə qədər pul dəyişmək istədiyini soruşanda, 27000-28000 pulu olduğunu demişdir. Arif pulları ona vermiş açıq şəkildə əli ilə ona vermiş, o pulları götürmüş, aralarındakı razılaşmaya əsasən pulu dəyişib Gəncəyə gəlmiş. Pulu aparıb evdə dəyişmiş, təxminən 1.500.000 rus rublunu hazır etmiş, Arif ona təkrar zəng edib pulu soruşanda hazır olduğunu və Gəncədə olmasını demişdir. Arif ona olduğu yeri demiş, ora gedəndən sonra çıxıb maşına minmiş, sonuncuları aparıb Gəncədə “Xanımın dükanı” adlanan yerdə düşürtmüş, maşında olanda pulu Arifə (Rusifə) vermişdir. Pulu sayıb ikisi də maşından düşüb getmişlər. Rusifin (Arif) oğurluq etməsini Naftalan şəhər PŞ-yə çağıranda demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 göstərmişdir ki, hadisədən 5-6 il əvvəldən Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən “Dost Qapısı” adlı kafedə kababçı işləmişdir. İlkanə və ailə üzvləri dəfələrlə kafeyə gəlmiş, 02 sentyabr 2023-cü ildə həmişə olduğu kimi səhər 11 radələrində işə gəlmiş, həmin gün sifariş çox olduğu üçün ad günü təşkil olunduğu 2-ci mərtəbəyə qalxmamış, İlkanənin maşını kafenin giriş qapısının yaxınlığında olmuşdur. Manqal yeri maşının dayandığı yerə yaxın olmuşdur. Hadisə barədə sonradan məlumatı olmuş, kafedə işləyən Mədət adlı oğlan 05 sentyabr 2023-cü ildə kafenin qarşısındakı boş yerdən açar tapdığını deyib ona vermişdir. Açarların müştərilərin olmasını düşünüb, sahibi gələcəyi halda vermək üçün kababxananın qarşısındakı pəncərəyə qoymuşdur. Elvin kafe sahibinin oğlu olmuş, ad günü olanda Elvin kafeyə gəlib qonaqlara qulluq etmiş, müştərilərin hesabını ödəmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilib tədqiq edilən Şahid3 göstərmişdir ki, Goranboy rayon, Tapqaraqoyunlu kəndində “Dost Qapısı” kafedə işləmişdir. 02 sentyabr 2023-cü ildə həmişə olduğu kimi səhər saat 10-da işə gəlmiş, İlkanənin ad günündə onlara və digər qonaqlarına qulluq etmişdir. Ad günü kafenin 2-ci mərtəbəsindəki balkonda olmuşdur. Hadisə barədə onun məlumatı olmamış, 5 sentyabr 2023-cü ildə günorta kafenin kabellərinin dəyişdirilməsinə köməklik edəndə kafenin çöl tərəfdə yola yaxın hissədə yerdə olan açarları götürmüş, kababçı Emilə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Şərifovanın övladlarının dayəsi olmuş, İlkanə ilə eyni ünvanda yaşamışdır. 02 sentyabr 2023-cü ildə ad günü ilə bağlı “Dost Qapısı”nda məclis olacağını İlkanənin özündən bilmişdir. Evdən çıxanda mənzilin qapısını bağlamış, onlar birlikdə düşmüşlər. Maşında arxada oturanda açarları və adapteri İlkanəyə uzadaraq çantasına qoymasını bildirmiş, İlkanə isə ondan açarları və adapteri alıb yanındakı yerə atmışdır. İlkanə maşından düşəndə adapteri götürsə də, açar maşında qalmışdır. Biraz oturandan sonra İlkanənin oğlu həyətə düşəndə yıxıldığı üçün uşağı aparıb əlini və dizlərini yumuş, maşının açarını götürüb aşağı düşmüş, qapını açıb uşağın əynini dəyişmişdir. Sonra İlkanənin yanında olmuşdur. İlkanənin oğlu Vahid tərlədiyi üçün sonuncu ilə aşağı düşüb Vahidin əynində olan paltarları dəyişdirib, hava sərinləşdiyi üçün qalın geyindirmiş, ikinci dəfə Vahidin əynini dəyişəndə Elvin də orada olmuş, maşının qapılarının açıq qalacağını, qapıları bağlamağını yadına salmışdır. Biraz sonra uşaqla birlikdə aşağı düşüb, su içmiş və restoranın həyətində gəzmişlər. Sonra gecə evə gedərkən, maşına mindikdən sonra İlkanəyə evin açarlarını ona verməsini, çatan kimi tez yuxarı qalxıb qapını açacağını, qapının gec açılacağını demişdir. İlkanə açarı qoyduğu yerə baxanda açarların orada olmadığını görmüş, biraz axtarsa da, həmin vaxt İlkanə Röyala zəng etmiş, Röyal da ora gəlmiş və açarlardan xəbəri olmamasını bildirmişdir. Bundan sonra onlar evə getmiş, aşağıda gözləmiş, ilk olaraq İlkanə və usta qonşunun eyvanından İlkanənin evinə girmiş, biraz sonra İlkanə ona zəng edərək, dolabda ağ rəngli çantasının olmamasını, evə kiminsə girməsini bildirmişdir. Sonradan pul və qızılların oğurlandığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, “Möcüzəli Naftalan” sanatoriyasında olan çayxananı işlədir, ailə sürücüsü kimi İlkanəyə kömək edir. 02 sentyabr 2023-cü ildə İlkanənin ad günü olduğu üçün sanatoriyada tədbir olmuş, İlkanənin xahişi ilə evə iki dəfə gülləri və tortu aparmış, həmin vaxt evin qapısını Kama kimi tanıdığı İlkanənin uşaqlarına baxan yaşlı qadın açmış, evdə sonuncudan başqa heç kim olmamışdır. İlkanənin maşınında oturacağın arasındakı yerdə 5-6 manat pul və saqqız olmuş, sanatoriyada tədbirdən sonra İlkanə ona “Dost Qapısı”na məclisə gəlməsini, onu gözləyəcəyini bildirmiş, İlkanədən evə gedib əynini dəyişmək üçün icazə istəmişdir. İlkanənin atası Elşənə məxsus “Mercedes” markalı maşını sürəndə Qoca ona gözləməsini, qonağının olmasını, onların uşaqlarını da “Dost Qapısı” restoranına aparmasını bildirmiş, təxminən saat 19 radələrində “Dost Qapısı” restoranına çatmışdır. Bir neçə saat sonra yığışıb evə gələndə İlkanə ona zəng etmiş o yaxınlaşıb nə olduğunu soruşanda İlkanə evin açarlarının itdiyini demiş, açarın olduğu yeri ona göstərsə də, İlkanə maşının qapılarının açılmadığını demişdir. İlkanə bir qədər axtarıb açarı tapmadıqdan sonra qapını açmaq lazım olduğunu demiş, o da Qocanın uşaqlarını sanatoriyaya aparıb düşürəndən sonra işçiləri düşürmək üçün Goranboy rayon, Qərvənd kəndində getmiş, oradan qayıdanda da İlkanəyə zəng edərək, açarı tapıb tapmadığını soruşanda, İlkanə tapmadığını demiş, sonradan gecə İlkanənin qardaşı Qoca ona zəng edib evdən pul götürüldüyünü demişdir. Məhkəmədə şahid qismində dindirilmiş ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 göstərmişdir ki, hadisədən əvvəl Naftalan şəhərində yerləşən “Murov” sanatoriyasında anbardar işləmiş işdən sonra da “Vaz 2107” markalı, **-RB-*** dövlət nömrə nişanlı avtomobillə taksilik etmişdir. İlkanəni və Elvin tanımış qohum olduqlarını bilmişdir. Boş vaxtında arabir Elvini sifarişlə istədiyi yerə aparmışdır. 02 sentyabr 2023-cü ildə saat 17 radələrində iş vaxtı bitdiyi üçün işdən çıxmış, Elvini xatırlamadığı yerdən götürüb Goranboy rayonu, Tapqarqaoyunlu kəndində yerləşən “Dost Qapısı” adlı kafeyə aparmış, Elvindən pul almamışdır. Yolda gələndə adını bilmədiyi yeni açılmış kafedə yaxın “Dodu” kimi tanıdığı Naftalan sakini Arif əl etmiş, Elvin ona maşını saxlamağı demiş və Arif maşına minmişdir. “Dost Qapısı”na sürmüş, kafedə Elvin düşmüş, Arif Elvinə qapını örtməməyi deyib gəlib sağ qabaq oturacaqda yanında oturmuşdur. Naftalan şəhərinə gedəndə Arif onu götürdüyü yerdə, kafeyə yaxınlaşanda maşını saxlamağı xahiş etmiş, maşını kafenin qarşısında saxlamış, Arifi maşından düşmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, usta- çilingər işləyir. xx.xx.2023-cü ildə saat 23:30 radələrində Naftalan şəhəri 11 saylı binada mənzilin qapısı bağlı qaldığını açarları itdiyini deyib çağırmışlar. Lazım olan əşyaları götürüb 11-ci binanın qabağına getmiş, İlkanə onu qarşılayıb mənzilin qapısını ona göstərmişdir. Qapıya baxandan sonra içəridən baxmağı, əllə açmaq mümkün olarsa, qapını zədələməyi demişlər. İlkanə qonşudan icazə almış və eyvandan mənzilə girmişlər. Qapıya içəridən baxmış və açarla açılmalı olduğunu görmüş, İlkanəyə əlavə ehtiyyat açarı olubolmamasını soruşmuş, mənzildən çıxıb qapını açmağa başlayanda polislər gəlib qapıya toxunmamağı demiş, bir qədər sonra mənzilin qapısının ehtiyat açarı tapılmış və açarla açıb içəri girmişlər. Evdən nəsə götürülməsi barədə həmin vaxt söhbət olduğunu eşitmiş, ona zəhmət haqqı olaraq 20 manat pul vermişlər. Növbəti gün şəhərdə gəzən söhbətlərdən İlkanənin mənzilindən oğurluq olması barədə ümumi gəzən söhbətlərdən eşitmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Naftalan şəhər sakini X11 ŞPŞ rəhbərliyinə zəng edərək bacısı İlkanənin ünvan 2 ünvanında yerləşən mənzildən pul oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan cinayət haqqında şifahi məlumatın qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə yaşadığı mənzildən yataq otağındakı dolabdan ona məxsus pul və qızılzinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki Naftalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 11, mənzil 22 ünvanına keçirilmiş baxış zamanı yataq otağının dağınıq halda olması müəyyən edilmiş, yataq otağındakı dolabın qapısından seyfdən əl-barmaq izləri götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “telefon vasitəsilə məlumatın qəbul edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən “Dost Qapısı” restoranında ofisiantlar tərəfindən oğurluq baş vermiş mənzilin giriş qapısının açarlarının tapıldığı barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “baxış aparılması haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, mənzilin giriş qapısı restoranın kababxanasının arxa hissəsində torpaq ərazidə aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, gümüşü rəngli halqaya keçirilmiş 3 ədəd qırmızı rəngli plastik tutacağı olan açar maddi sübut kimi tanınaraq saxlanılması üçün Naftalan ŞPŞ-ya verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X10 barəsində ölkəyə giriş-çıxış məlumatların “VMAS” axtarış sistemi vasitəsilə yoxlanılması barədə müraciət edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq yazılmış raportdan görünür ki, Naftalan şəhər, Qaşaltı Qaraqoyunlu kənd sakini X16 xx.xx.2023-cü ildə saat 22:37-də elektron qaydada aviabilet alaraq xx.xx.2023-cü il saat 13:08-də H.Əliyev adına hava limanından Rusiya Federasiyası Mineralnı Vodı şəhərinə getmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq verilmiş raportdan görünür ki, Zərərçəkmiş şəxs mənzildən oğurluq etməkdə şübhəli olan Təqsirləndirilən şəxs1 həmin gün Naftalan şəhərində saxlanaraq İstintaq Bölməsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü ildə CM-nin 177.3.2-ci maddələri ilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Naftalan şəhər Məhkəməsinin 4 (052)-2/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Naftalan şəhər Məhkəməsinin 5 (052)-36/2023 saylı qərardan görünür ki, X2 yaşadığı Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evində axtarış keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli axtarış keçirilməsi haqqında protokol və əlavəsi olan DVD diskdən görünür ki, X3 məxsus Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş axtarış zamanı X6 qızıl-zinət əşyaları və pullar evin həyətində müxtəlif yerlərdə torpağın altına basdırılmış halda 1 ədəd zəncir formalı 585 əyyarlı ümumi çəkisi 22 qram olan qızıl boyunbağı; 1 ədəd 750 əyyarlıq ümumi çəkisi 1 qram olan qızıl boyunbağı; 1 ədəd 750 əyyarlıq, üzərində qaşlar olan ümumi çəkisi 22 qram olan qızıl qolbağ; 1 cüt 750 əyyarlıq ümumi çəkisi 8 qram olan qızıl sırğa; 1 ədəd ümumi çəkisi 1 qram olan qızıl boyunbağı; 1 tay 750 əyyarlıq, ümumi çəkisi 1 qram olan sırğa; 1 cüt 750 əyyarlıq ümumi çəkisi 12 qram olan qızıl sırğa; 1 ədəd 750 əyyarlıq ümumi çəkisi 8 qram olan qızıl klon; üzəri qaşlarla işlənmiş,1 cüt 750 əyyarlıq, ümumi çəkisi 16 qram olan qızıl sırğa; saçaq formasında, uclarında qara rəngli daşlar olan 750 əyyarlıq, ümumi çəkisi 17 qram olan 1 cüt qızıl sırğa; 1 ədəd üzərində kəpənək formalı qaşlar olan 750 əyyarlıq, ümumi çəkisi 11 qram olan qızıl üzük; üzərində kəpənək formalı qaşlar olan 750 əyyarlıq, ümumi şəkisi 14 qram olan 1 cüt qızıl sırğa; üzərində kəpənək formalı qaşlar olan 750 əyyarlıq, ümumi şəkisi 19 qram olan 1 ədəd qızıl boyunbağı; gül formalı 585 əyyarlıq, ümumi şəkisi 10 qram olan 1 cüt qızıl sırğa; gül formalı 585 əyyarlıq, ümumi şəkisi 6 qram olan 1 ədəd qızıl klon; 1 ədəd 585 əyyarlıq, ümumi çəkisi 10 qram olan 1 cüt sırğa; üzəri qaşlı, gül formalı, 1 ədəd 585 əyyarlıq, ümumi çəkisi 7 qram olan qızıl üzük; 1 ədəd 750 əyyarlıq, gül formalı, ümumi çəkisi 5 qram olan qızıl üzük; 1 tay qara naxışları olan, 750 əyyarlıq, ümumi çəkisi 6 qram olan qızıl sırğa; 1 ədəd qara naxışları olan, 750 əyyarlıq, ümumi çəkisi 5 qram olan qızıl klon; 1 ədəd üzərində qara naxışlar olan 750 əyyarlıq, ümumi çəkisi 5 qram olan qızıl üzük; 1 ədəd üzərində gül formalı klon olan, ümumi çəkisi 1 qram olan boyunbağı; 1 ədəd 585 əyyarlıq ümumi çəkisi 1 qram olan üzük; 1 tay 750 əyyarlıq, ümumi çəkisi 7 qram olan sırğa; 1 tay 750 əyyarlıq, ümumi çəkisi 9 qram olan sırğa;1 ədəd üzərində 7 ədəd qaş olan, 750 əyyarlıq, ümumi çəkisi 6 qram olan üzük; 1 ədəd 585 əyyarlıq ümumi çəkisi 6 qram olan qızıl üzük; 1 ədəd 750 əyyarlıq ümumi çəkisi 8 qram olan qızıl sırğa; 1 cüt 750 əyyarlıq, ümumi çəkisi 11 qram olan qızıl sırğa; 1 ədəd üzəri naxışlı, 585 əyyarlıq, ümumi çəkisi 3 qram olan üzük; 1 cüt üzəri naxışlı, 585 əyyarlıq ümumi çəkisi 5 qram olan qızıl sırğa; 1 tay 750 əyyarlıq, ümumi çəkisi 4 qram olan qızl sırğa; 1 ədəd 750 əyyarlıq, ümumi çəkisi 6 qram olan üzük; 1 ədəd 750 əyyarlıq, ümumi çəkisi 27 qram olan boyunbağı; 1 ədəd 750 əyyarlıq ümumi çəkisi 13 qram olan qızıl qolbağ; 1 ədəd “Swarovski” qaşlarla bəzədilmiş üzük və nağd 8300 manat pul aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurluq etməkdə şübhəli olan Əhmədli X7 şəhərində saxlanaraq İstintaq Bölməsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 13:10-da Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Naftalan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4 (052)-1/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Naftalan şəhər Məhkəməsinin 4(052)-4/2023 saylı qərardan görünür ki, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, aşkar edilmiş qızıl-zinət əşyaları və 8300 (səkkiz min üç yüz) manat pul maddi sübut kimi tanınmış və Naftalan ŞPŞ-yə məsul saxlanca verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “əşyanın tanınmasının aparılması haqqında protokol” dan və əlavəsi olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs istintaq hərəkəti zamanı özünə məxsus qızıl-zinət əşyalarını tanımışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxsə məxsus qızıl-zinət əşyaları və 8300 (səkkiz min üç yüz) manat pul ona qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmiş olduğu xüsusatları əyani şəkildə göstərmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilən xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Hikmət oğlunun əvvəl məhkumluğu olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmədə təqdim edilən Naftalan ŞİHB-nin Qaşaltı Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyindən verilən 20 oktyabr 2023-cü il tarixli 260 nömrəli arayışından görünür ki, Məmişov X8 şəhər Qaşaltı Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşamış himayəsində xx.xx.2016-cı il təvəllüdlü Məmişova İntizar, xx.xx.2017-ci il təvəllüdlü Məmişov Ülvü və xx.xx.2021-ci il təvəllüdlü Məmişova İradə adlı azyaşlı övladları var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən Naftalan ŞİHB-nin 1№li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 17 oktyabr 2023-cü il tarixli 1058 nömrəli arayışından görünür ki, Əhmədli X7 şəhər, Şixəli Qurbanov küçəsi ev 11, mənzil 35 ünvanında ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmədə araşdırılan materialların məhkəmə ekspertizası və məhkəmə-iqtisadi ekspertizasından daxil olmuş 24 oktyabr 2023-cü il tarixli 3-13-16/2-6/5127-9/7385 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 34 593 manat müəyyən edilir. Ekspertizaya təqdim edilməyən 01 dəst 750 əyarlıq ümumilikdə çəkisi təxminən 25 qram olan 1 ədəd üzük və 1 ədəd qolbağın 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2750 manat müəyyən edilir. Digər təqdim edilməyən qızıl-zinət əşyaları barədə ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 Yaşar oğlunun zərərçəkmiş şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsini 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü və himayəsində 3 (üç) azyaşlı övladının olmasını isə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək törədilmiş əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 35.2, 177.3.2-ci maddəsinin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs2 cinayət işi üzrə elan edilmiş ittihamla özünü təqsirli bildiyi və öz müdafiəsi üçün hər hansı dəlil göstərmədiyindən, eləcə də onun cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla təsdiqini tapdığından bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir. Digər Təqsirləndirilən şəxs1 isə özünü qismən, yəni digər maddə üzrə Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və cinayətin digər iştirakçısı (icraçısı) olan şəxsin Arif Vəliyevin oğurluq hadisəsini törətməsini bilsə də, sonuncu ona 2000 (iki min) manat pul verib göstərdiyi köməyə (maşınla aparıb gətirməsinə) görə verdiyini və bundan sonra onu müxtəlif yerlərə aparmasını göstərmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 ifadələrini həmin hissədə həqiqətəuyğun olmadığı və şəxsin əməlinin ittiham olunduğu maddələrlə düzgün tövsif edildiyi üçün onun əməlinin özü və müdafiəçisinin qeyd etdiyi Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinin əlamətləri ilə üst-üstə düşmədiyi üçün həmin hissədə rədd edərək gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların tədqiqi ilə əsaslandırır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində birbaşa, məhkəmə baxışı zamanı isə dolayısı ilə göstərmişdir ki, cinayətin digər iştirakçısı Arif Vəliyev oğurluq hadisəsindən sonra onun maşınında “Dost qapısı” restoranına qayıdarkən arxa oturacaqda əyləşib taladığı qızıl-zinət əşyaları və pul vəsaitini bölərək, ona da (öz deməsinə görə) 2000 (iki min) manat pul vermişdir. Həmin vaxt ehtiyacı olduğu üçün pulu götürmüş, sonra isə Arif Vəliyevi restorana qaytarmış, sonuncu ona gözləməyi deyib bir qədər qızıl götürüb getdikdən qısa müddət sonra geri qayıtmış, sonradan da Arifgilin evinə, oradan da pulu dəyişmək üçün digər Xaliq adlı şəxsin yanına, daha sonra Gəncə şəhərinə Hava limanına sonuncuya bilet almağa, getmiş, Xaliq pulu dəyişib verdikdən sonra isə sonuncu Gəncə avtovağzalına gətirib Bakı şəhərinə yola salmışdır. Müdafiə tərəfinin iddia etdiklərinin əksinə olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsini restorana qayıdarkən bilməsinin doğru olduğu qəbul edilsə belə, təqsirləndirilən şəxsin sonrakı hərəkətləri onun cinayət hadisəsində bilavasitə köməkçi qismində iştirak etməsini təsdiq edən hallardır. Qeyd edilməlidir ki, cinayət işi materiallarına əsasən Təqsirləndirilən şəxs1 məhz Arif Vəliyevin cinayətin digər köməkçisi - hazırki iş üzrə Təqsirləndirilən şəxs2 ilə açarların götürülməsi və qaytarılmasının ona məxsus mobil nömrə ilə aparması işin mübahisəsiz halıdır. Bundan başqa, iş materiallarından görünür ki, “Dost Qapısı” restorana qayıtdıqdan sonra Arif Vəliyev oğurluq hadisəsi olan evin açarlarını və ancaq qızılın bir hissəsini götürüb getmişdir. Təqsirləndirilən şəxs1 hərəkətlərinin məhkəmə baxışında öz dediyi kimi Arif Vəliyevin verdiyi pula görə əvəzsiz qalmamaq kimi qəbul edilməsi üçün onun cinayətin icraçısı olan Arif Vəliyevi evinə apardıqdan sonra hərəkətlərini dayandırması tələb olunurdu. İşin faktiki hallarından isə görünür ki, O Arifgilə getdikdən sonra onun iştirakçılıqdan çıxmaq üçün kifayət qədər imkana və şəraitə malik olsa da, cinayətin predmeti olan pul vəsatinin manatın - rubla dəyişdirilməsində əməlinin ictimai təhlükəli olduğunu (yəni oğurluq nəticəsində əldə edilmiş pul vəsaitinin dəyişdirilərək cinayətin izlərinin aradan qaldırmaq istəyini) dərk edərək öz iradəsi ilə sonrakı hərəkətlərdə şüurlu surətdə iştirak etmişdir. (kömək etmişdir) Əldə edilmiş nağd pul vəsaitinin digər pula dəyişdirilməsi, bilet alınması üçün digər nəqliyyat vasitəsi ilə gedilməsinə baxmayaraq köməkçilik hərəkətlərini davam etdirməsi, Arif Vəliyevlə birlikdə Gəncə şəhərinə getməsi, pulu dəyişən ona bilet alınması üçün X21 qədər müşayiət edilməsi, sonradan da dəyişdirilmiş pulun alınmasında iştirak etməsi, bilet alınması üçün “milliön” ödəmə terminalı vasitəsilə pul göndərilməsi, nəhayət cinayətin icraçısı Arif Vəliyevi Bakı şəhərinə taksi avtomobili ilə yola salınması onun əməllərində oğurluq əməlinin köməkçisi əlamətlərini göstərən işin obyektiv tərəflərin mübahisələnidirilmədiyi hallarıdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxs və müdafiəçisinin Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə tövsif edilməsi barədə müraciətini əsassız hesab edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması sübuta yetirilmişdir və onların əməlində cinayət tərkibi vardır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisinə münasibətdə törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxslərin hər ikisinə münasibətdə məhkəmə hesab edir ki, onların hazırki cinayət işi üzrə iştiraklarının faktiki dərəcəsi cəzarakteri nəzərə alınmaqla onların hər ikisinə münasibətdə maddənin sanksiyasında nəzərdə tutulan aşağı hədd cəza təyin etməklə cəzanın cinayət qanununda nəzərdə tutulan məqsədinə nail olmaq mümkündür. Belə ki, Təqsirləndirilən şəxs2 hərəkətləri oğurluğun baş tutması üçün evin açarlarının gizli olaraq götürülüb icraçıya verilməsi, Təqsirləndirilən şəxs1 hərəkətləri isə icraçının hadisə yerinə və geri qaytarılması, oğurluqdan sonra icraçının evə aparılması, əldə edilmiş pul vəsaitinin dəyişdirilməsi, icraçının hadisə yerindən uzaqlaşdırılması üçün şərait yaradılması və bu istiqmətdə hərəkətlərin edilməsindən ibarət olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 şəxsiyyətinin ictimai təhlükəli olması barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti uzadılmadığı və həbslə bağlı olmayan qətimkan tədbiri seçildiyi və barəsində işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını kultivasiya etməsi ilə bağlı cinayət işi başlanaraq barəsində “həbs” qətimkan tədbiri seçilməsi onun islah olmaması, digər cinayət əməlinə münasibətdə hazırki dövrdə ictimai təhlükəliliyi daha artıq olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməli törətməsi cəzanı yüngülləşdirən hallar olmasına baxmayaraq Təqsirləndirilən şəxs1 təqsiri sübuta yetirildiyi hazırki iş üzrə təyin ediləcək cəzanı real olaraq çəkmədən onun islah olmasının qeyri mümkün olmasına dair rəy formalaşdırmışdır. Digər Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə təkibi onun hazırki cinayət işi üzrə hadisədən sonrakı davranışlarını - dəymiş ziyanı bütövlükdə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və etdiyi əməli səmimi etiraf etməsini onun islah yolunda olması və təyin ediləcək cəzanı real olaraq çəkmədən də islah olacağına dair inam yaratmışdır. Belə ki, məhkəmənin qənaətinə görə yaxın qohumluq münasibətləri olsa da, məhkəmə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən ancaq Təqsirləndirilən şəxs2 ilə hələ ibtidai istintaq müddətindən etibarən tam barışıq əldə etməsinə onun istintaq dövründən etibarən islah yolunda olmasını götərən hallarla bağlı olması səbəb olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyin edilməklə və həmin cəzanı şərti olaraq tətbiq edilməklə cəzanın cinayət qanununda nəzərdə tutulan məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini yüngülləşdirən halların olması, ağırlaşdıran hallar isə olmaması, özünün məhkəmə baxışında da aşkar şəkildə müşahidə edilən sağlamlıq və psixi vəziyyətinə, səhhətinə ailəsinin həyat şəraitinə mənfi təsir edə bilər. (şəxs öz davranışı ilə islan yolunda olmasını sübut etmişdir) Məhkəmə qeyd edilən qənaətə gələrkən eynixarakterli əməllərə yol vermiş digər şəxslərlə münasibətdə təqsirləndirilən şəxsin məhkəmə baxışındakı davranışını, törətdiyi əmələ tənqidi münasibətini də nəzərə almışdır. Təqsirləndirilən şəxs2 məhkəmənin demək olar ki hər iclasında əməlini etiraf edərək səmimi peşmanlıq çəkməsini və bunu açıq şəkildə ifadə etməsini məhkəmə, sonuncunun artıq islah yoluna qədəm qoyması kimi qiymətləndirmiş və onun cəmiyyətdən təcrid edilməsinin zəruri olmadığı qənaətini formalaşdırmışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə Naftalan şəhər Probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə digər Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və həmin cəzanı real olaraq çəkməsinin zəruriliyi, heç bir halda təqsirləndirilən şəxslərə qarşı məhkəmənin timsalında dövlət tərəfindən tətbiq edilən ayrıseçkilik kimi deyil, işin halları və şəxsiyyətinə münasibətdə tətbiq edilən differensiallıq (əməlin törədilməsində iştirakının xarakteri və dərəcəsi, hadisədən sonrakı davranışı, əməlinə münasibəti) kimi başa düşülməlidir. Bununla bağlı mövqeyini məhkəmə hökmün təsviri əsaslandırıcı hissəsində kifayət qədər əsaslandırdığı üçün əlavə qeyd aparılmasını zəruri hesab etməsə də hesab edir ki, barəsindəki digər narkotik vasitələrin qanunsuz kultivasiya edilməsi ilə bağlı cinayət işinin nəticəsindən də asılı olaraq hazırki iş üzrə barəsində olan cəzanı yüngülləşdirən halların məcmusu – xüsusilə də ailə vəziyyəti (himayəsində 3 azyaşlı uşaqlarının olması),nəzərə alınmaqlaq cəza çəkdiyi dövrdə davranışı ilə islah olacağını sübut edəcəyi təqdirdə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. İş üzrə maddi sübutlar - axtarış keçirilməsi haqqında protokola əsasən Arif Vəliyevin yaşadığı evin həyətyanı sahəsində aşkar edilib götürülmüş qızıl-zinət əşyalar və 8300 manat nağd pul vəsaitinin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, istintaq hərəkəti protokollarının qeydə alındığı videogörüntülər olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. İş üzrə təqsirləndirilən şəxslərin cinayət hadisəsində iştirakının dərəcəsi nəzərə alınmaq məhkəmə məsrəfi olan 192 (bir yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin əsas icraçısının da məhkəmə məsuliyyətinə verilməsi nəzərə alınmaqla 2/3 hissəsi olan 128 (bir yüz iyirmi səkkiz) manat müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 4 (dörd) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 32.5, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 üzərində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Naftalan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltzam” qətimkan tədbiri ilə dəyişdirilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltzam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə təqsirləndirilən şəxslərin cinayət hadisəsində iştirakının dərəcəsi nəzərə alınmaq məhkəmə məsrəfi olan 192 (bir yüz doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətin əsas icraçısının da məhkəmə məsuliyyətinə verilməsi nəzərə alınmaqla 2/3 hissəsi - yəni 128 (bir yüz iyirmi səkkiz) manat müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar - axtarış keçirilməsi haqqında protokola əsasən Arif Vəliyevin yaşadığı evin həyətyanı sahəsində aşkar edilib götürülmüş qızıl-zinət əşyalar və 8300 manat nağd pul vəsaitinin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, istintaq hərəkəti protokollarının qeydə alındığı videogörüntülər olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surəti ona verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar