Məhkəmə qərarları › İş №1(100)-172/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-172/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-172/2020 12.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X7 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Mehdi Şöhrət oğlunun, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X3, Təqsirləndirilən şəxs və müdafiəçisiAğstafa şəhəri, H.Əliyev prospekti 37A ünvanında fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Qazax rayonu, Kolxəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Ağstafa rayon Kolxəlfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində özünə məxsus «VAZ 2106» markalı, ** GE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək hüququ olmadan, Ağstafa-Sadıqlı avtomobil yolunun Ağstafa rayon Soyuqbulaq qəsəbəsi ərazisindən keçən hissəsində Ağstafa şəhəri istiqamətində yaşayış məntəqəsi daxilində nəzərdə tutulmuş 60 km/saat sürət həddini aşaraq 90 km/saat sürətlə idarə edib hərəkətdə olarkən “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və həmin maddənin tələblərinə riayət edilməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd edilən yol hərəkəti qaydalarına əməl etməyərək ehtiyatsızlıqdan idarəetməni itirib «VAZ 2106» markalı, ** GE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili yolun kənarına çıxartmaqla yol kənarında olan dərəyə yuvarlanıb avtomobildə olan sərnişin Ağstafa rayonu, Kolxəlfəli kənd sakini X4 dərəcəsinə görə həyat üçün təhlükəli olan ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızma, başın ağır küt travması, sol said sümüklərinin orta 1/3-nin açıqqəlpəli, sağ baldır sümüklərinin qapalı yerdəyişməli sınığı, alnın ortasından yuxarı təpə sümüklərinə qədər soyulmuş, sağ yuxarı ətrafında bazunun aşağı 1/3-dən əlin üstünə kimi sıyrılmış-cırılmış, sol baldırın cırılmış, sağ baldırın əzilmiş, sağ budun aşağı 1/3-nin əzilmiş yaraları ilə müşayiət olunan xəsarətlər almaqla ehtiyatsızlıqdan ölməsinə, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 döş qəfəsinin kompresasiyası, sol kürək sümüyünün cisminin yerdəyişməli sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, avtomobildə olan digər sərnişin X3 alt çənənin sıyrılmış yarası kimi dərəcəsi təyin edilməyən xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında yoldaşı Zərərçəkmiş şəxs1, anası X8, oğlu X5 ilə birlikdə idarə etdiyi “VAZ- 2106” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu, Soyuqbulaq qəsəbəsində yaşayan qohumlarının yaşadıqları evə qonaq getmişlər. Onun sürücülük vəsiqəsi yoxdur və avtomobili yeni aldığı üçün tam olaraq sərbəst şəkildə avtomobili idarə edə bilmirdi. Lakin sürücülük vəsiqəsi almağa hazırlaşırmış. Qonaq getdiyi yerdə avtomobili yaxşı idarə edə bilmədiyi üçün spirtli içki qəbul etməmişdir. Soyuqbulaqdan qayıdanda avtomobili 80-90 km/saat sürətlə idarə etmişdir. Kənddən çıxıb avtomobili normal idarə edərək biraz uzaqlaşmış, Sadıqlı-Ağstafa avtomobil yolu istiqamətində hərəkətdə olan zaman qəfildən qarşısına mal-qara çıxmış və qabaqda sərt döngəyə çatdığından gəldiyi sürətlə döngəyə daxil olmuşdur. Bu zaman avtomobil oynamağa başlamış, o, idarəetməni itirmiş və avtomobil yoldan kənara çıxmışdır. Yolun kənarı uçurum olduğundan onlar avtomobilin içərisində həmin uçurumdan aşağı yuvarlanmışlar. Avtomobil bir neçə dəfə aşmış və dayanmışdır. Bundan sonra o, yoldaşı Zərərçəkmiş şəxs1 və anası Sara ismayılova müəyyən xəsarətlər aldığını görmüşdür. Sonra ətrafdan keçən tanımadığı şəxslər idarə etdikləri avtomobilləri saxlayıb onlara kömək edərək, xəstəxanaya aparmış və xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İsmayılov Mehdi Şöhrət oğlu ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ailə üzvləri ilə birlikdə Soyuqbulaq qəsəbinə qonaq getmişlər. Soyuqbulaqdan qayıdan zaman qardaşı Təqsirləndirilən şəxs avtomobilin idarəetməsini itirmiş və avtomobillə qəza törətmişdir. Həmin gün saat 20 radələrində, baş verən hadisədən xəbəri olmuş, tez Ağstafa RMX-na getmişdir. Baş vermiş hadisə nəticəsində mərhum anası X8 xəstəxanada dünyasını dəyişmiş, qardaşı Təqsirləndirilən şəxs və onun yoldaşı Zərərçəkmiş şəxs1 xəsarətlər almışlar. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə günorta saatlarında yoldaşı Təqsirləndirilən şəxs, qaynanası X8, oğlu X5 ilə birlikdə yoldaşının idarə etdiyi “VAZ-2106” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu, Saloğlu kəndində yaşayan qohumlarının yaşadıqları evə qonaq getmişlər. Yoldaşı avtomobili yeni aldığı üçün tam olaraq sərbəst şəkildə avtomobili idarə edə bilmədiyindən qonaq getdiyi yerdə spirtli içki qəbul etməmişdir. Saloğlu kəndindən qayıdanda yoldaşı avtomobili normal sürətlə idarə etmiş və kənddən çıxıb biraz uzaqlaşmışdır. Sadıqlı-Ağstafa avtomobil yolu istiqamatində hərəkətdə olarkən qəfildən avtomobilin qaşısına mal-qara çıxmış və qabaqda sərt döngə olduğundan Təqsirləndirilən şəxs gəldiyi surətlə döngəyə daxil olmuşdur. Bu zaman avtomobil oynamağa başlamış və Fərrux idarəetməni itirdiyindən avtomobil yoldan kənara çıxmışdır. Yolun kənarı isə uçurum olduğundan onlar həmin uçurumdan aşağı yuvarlanmışlar. Avtomobil bir neçə dəfə yuvarlanmış və dayanmışdır. Qəza nəticəsində o, yoldaşı Təqsirləndirilən şəxs, qanənəsi Sara İsmayılova müəyyən xəsarətlər almışlar. Bundan sonra ətrafdan keçən tanımadığı şəxslər idarə etdikləri avtomobilləri saxlayıb onlara kömək edərək, onları xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2009ci ildən DİO-da işləyir. xx xxxxxx 2020-ci il tarixdə xidməti maşınla ərazidə xidmətdə olarkən təxminən saat 19 radələrində Ağstafa-Sadıqlı avtomobil yolunun Ağstafa rayonu, Soyuqbulaq qəsəbəsi ərazisindən keçən hissəsində avtoqəza olması və qəza nəticəsində bir nəfərin ölməsi ilə bağlı məlumat almış və tez hadisə yerinə yollanmışdır. O, hadisə yerinə çatan zaman ağ rəngli VAZ-2106 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan çıxaraq yolun sağ kənarında olan dərəyə aşmasını görmüşdür. Maşının yanına çatanda bir nəfər adını tam olaraq sonradan bildiyi Təqsirləndirilən şəxs adlı avtomobilin sürücüsünün yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Sonra təcili tibbi yardım avtomobili gəlmiş və Təqsirləndirilən şəxs xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə əməliyyat qrupu gəlmişdir. Həmin gün axşam saatlarında ona məlum olmuşdur ki, həmin avtomobildə olan sürücünün anası xəstəxanada ölmüş, avtomobildə olan həyat yoldaşı və uşağı isə xəsarət almışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ağstafa-Sadıqlı yolunun 25-ci km-yi, yaşayış məntəqəsindən keçən avtomobil yoludur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, **-GE-*** dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobilə baxış zamanı texniki məlumatları yoxlanılmış və texniki sənədlərlə uyğun gəlmiş, qeyd edilən avtomobilin Təqsirləndirilən şəxs məxsus avtomobil olduğu müəyyən edilmişdir. Baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün Təqsirləndirilən şəxs məxsus **-GE-*** dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobilin sürücü oturacağının örtüyü götürülüb qablaşdırılaraq 88 nömrəli möhürlə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxxxx 2020-ci il tarixli 03 nömrəli ekspert rəyindən görünür ki, X4 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:- beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızma, başın ağır küt travması, sol said sümüklərinin orta 1/3-nin açıq-qəlpəli, sağ baldır sümüklərinin qapalı yerdəyişməli sınığı, alnın ortasından yuxarı təpə sümüklərinə qədər soyulmuş, sağ yuxarı ətrafında bazunun aşağı 1/3-dən əlin üstünə kimi sıyrılmış-cırılmış, sol baldırın cırılmış, sağ baldırın əzilmiş, sağ budun aşağı 1/3-nin əzilmiş yaraları. Qeyd olunan xəsarətlər həyatidirlər, mərhum S.Ə.İsmayılovanın ölümündən az əvvəl bərk küt əşyaların təsirindən yaranmışdır və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər hərəkətdə olan avtomaşının aşması nəticəsində əmələ gələ bilərdilər. X2 ölümü beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, ağır kəllə beyin travması nəticəsində baş vermişdir. Birliyin kimyəvi şöbəsindən xx.xx.2020-ci il tarixdə verilmiş 615/K saylı aktdan görünür ki, X1 spirtli içki və narkotik vasitə qəbul etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxx 2020-ci il tarixli, 131 saylı ekspert rəyindən görünür ki, X3 bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: alt çənənin sıyrılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə avtomaşının yoldan çıxıb aşması nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxx 2020-ci il tarixli 132 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: -döş qəfəsinin kompresasiyası, sol kürək sümüyünün cisminin yerdəyişməli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə avtomaşının yoldan çıxıb aşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx xxxx 2020-ci il tarixli, 133 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - döş qəfəsinin küt travması, sağdan İİ-Vİİ-Vİİİ-ci, soldan İİİ-İV-Vİİ-cı qabırğalarının, 7-8-12-ci döş fəqərələrinin arxa çıxıntısının sınıqları, sol tərəfli hemopnevmotoraks, hər iki ağciyərin əzilməsi, bel fəqərələrinin arxa çıxıntısının sınıqları, diz oynağının bayır kollateral bağının tam cırılması, sağ aşıq baldır oynağının iç topuğunun yerdəyişməli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə avtomaşının yoldan çıxıb aşması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AGİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 8/291 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən VAZ 2106 markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəz Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/364 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş VAZ-2106 markalı, **- GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaq üzlüyü və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə VAZ-2106 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacaq üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. VAZ-2106 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sürücü oturacağının üzlüyü üzərindən tapılmış qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlər görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2020-ci il tarixli 26 saylı aktdan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X14 xx.xx.2020-ci il tarixli 016-685 nömrəli məktubundan görünür ki, 1997-ci ildən hal-hazıra kimi kompüter bazasına əsasən 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. Onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, İsmayılov Mehdi Şöhrət oğlu zərəçəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax psixiatriya xəstəxanasının xx xxxxxx 2020-ci il tarixli, 190 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax psixiatriya xəstəxanasında psixoloji qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağstafa RMX Publik Hüquqi şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 106/y saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixoloji və narkoloji kabinetlərində qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış müstəqil “Serviz” kiçik müəssisəsi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli ziyan aktından görünür ki, VAZ-2106 markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2459 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Ağstafa RİHBnın Kolxəlfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxx 2020-ci il tarixli, 169/q və 170/q arayışlarından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu, Kolxəlfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və heç yerdə işləmir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Mehdi Şöhrət oğlu Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılmış xx xxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, **-GE-*** dövlət nömrə mişanlı, «VAZ 2106» markalı avtomobilin sürücü oturacağının örtüyü, Təqsirləndirilən şəxs məxsusu 1 ədəd qara-boz naxışları olan şalvar və Təqsirləndirilən şəxs məxsus “VAZ-2106” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi şübut kimi tanınaraq Ağstafa RPŞ-də məsul saxlanca verilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair xx xxxxxxxx 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli xx xxxxxx 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan bir nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını, ölmüş zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin anası, digər zərərçəkmiş şəxslərin isə arvadı və oğlu olmaqla həmin şəxslərin təqsirləndirilən şəxsin yaxın qohumu olmasını, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları - ölmüş zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin anası, digər zərərçəkmiş şəxslərin isə arvadı və oğlu olmaqla həmin şəxslərin təqsirləndirilən şəxsin yaxın qohumu olmasını, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər almasını, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə mənfi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah oluna biləcəyi və yenidən tərbiyə olunacağı qənaətinə gəldiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağstafa RPŞ-də saxlanılan **-GE-*** dövlət qeydiyyat nişanlı, «VAZ 2106» markalı avtomobilin sürücü oturacağının örtüyü və Təqsirləndirilən şəxs məxsusu 1 ədəd qara-boz naxışları olan şalvar təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “VAZ-2106” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Ağstafa RPŞ-də saxlanılan **-GE-*** dövlət qeydiyyat nişanlı «VAZ 2106» markalı avtomobilin sürücü oturacağının örtüyü və Təqsirləndirilən şəxs məxsusu 1 ədəd qara-boz naxışları olan şalvar təsərrüfat əhəmiyyətini itirdiyindən məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “VAZ-2106” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi Təqsirləndirilən şəxs geri qaytarılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X12 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar