Məhkəmə qərarları › İş №1(100)-172/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-172/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-172/2022 20.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X7 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X8, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1-ci siyahısına daxil olan külli miqdarda 25,275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə saat 10:15-də Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X5 şəhərində yerləşən inzibati binasına dəvət edilib orada həmin gün saat 12:10-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən həmin külli miqdarda 25,275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada olan digər şəffaf polietilen kəsiyi bükümündə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun ümumiyyətlə narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. 09 oktyabr 2021-ci il tarixdə saat 10:15-də yaşadığı Mingəçevir şəhəri M.F.Axundov küçəsi, ev 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, zorla onu avtomobilə əyləşdirib Gəncə şəhərində yerləşən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə aparmışlar. Orada 10-15 nəfər polis əməkdaşları onu döyərək sonuncuya narkotik vasitə verib həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini tələb etmişlər. O da döyüldükdən sonra və ona vurulan zərbələrin ağrılarına tab gətirə bilmədiyinə görə onların tələbini qəbul etmişdir. Şöbədə onun üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları həmin narkotik vasitənin ona məxsus olmasını onu döyərək tələb etdiklərindən boynuna almışdır. O, heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 oktyabr 2021-ci il tarixdə işlədiyi Baş İdarəyə ünvan 2 ünvanında yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və Mingəçevir şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan özü həmin məlumat barədə BNMİ-nin rəhbərliyinə raportla məruzə etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuşdur. Keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı 09 oktyabr 2021-ci il tarixdə saat 10:15-də Mingəçevir şəhəri M.F.Axundov küçəsi, ev 2 ünvanın yaxınlığında xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsi piyada hərəkət etdiyi zaman müəyyən edib onu dərhal saxlamışlar. Həmin vaxt özlərini ona təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmişlər, özlərinin təklifi ilə həmin şəxs də özünü təqdim edib anket məlumatlarını söyləmiş, Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri keçirildiyini, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər, bu barədə onlara məlumat daxil olduğunu demişlər, həmçinin ondan üzərində hər hansı narkotik və ya psixotrop maddə olub-olmadığını şifahi soruşduqda Təqsirləndirilən şəxs etiraf edib demişdir ki, üzərində bir qədər narkotik vasitə heroin var. Ona görə də vaxt itirmədən Təqsirləndirilən şəxs özləri ilə Gəncə şəhərində yerləşən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə dəvət edib gətirmişlər. Həmin şöbəyə gələndən sonra orada Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət olunaraq ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə hərəkəti aparılması barədə qərar qəbul edilmiş və şöbənin inzibati binasında xidməti otaqda vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülü halda şübhəli maddəni, şalvarının sağ yan cibindən isə özünün 01 ədəd göy rəngli “ZTE” markalı mobil telefon aparatını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə nə olması barədə soruşulduqda bildirmişdir ki, narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış edilmiş, başqa heç nə aşkar olunmamışdır. Sonra həmin 01 ədəd sellofan büküm iştirakçıların gözü qarşısında açılıb baxılmış, həmin bükümün içindəki digər kiçik sellofan kəsiyinə bükülü halda açıq qəhvəyi rəngli, iyi kəskin olan, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütləni haradan əldə etdiyi barədə soruşulduqda isə Təqsirləndirilən şəxs bildirmişdir ki, özü onu Mingəçevir şəhərində yerdən tapıb götürmüşdür. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər kutlə olan həmin sellofan büküm elə aşkar edildiyi vəziyyətdə də kağız zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə dəvət edilib aparılarkən, şəxsi axtarış və götürmə prosesi zamanı ona qarşı heç bir təzyiq, zorakılıq, təsir göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs barəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatında konkret olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz şəkildə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edir və Mingəçevir şəhərində bu kimi maddələrin satışını həyata keçirməklə, qanunsuz dövriyyəsi ilə məşğul olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 oktyabr 2021-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.10.2021-ci il tarixli 4(005)-1022/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 oktyabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD diskdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Mingəçevir şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə saat 10:15-də Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X5 şəhərində yerləşən inzibati binasına dəvət edilib orada həmin gün saat 12:10-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada olan digər şəffaf polietilen kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 09 oktyabr 2021-ci il tarixli 16/1072 nömrəli ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan predmet” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen torbada olan digər şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 25,275 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspert rəyinə əsasən ekspertiza tədqiqatına sərf edildikdən sonra 25,175 qram qalıq çəkidə heroin qalmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15.12.2021-ci “cinayət işi üzrə sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, maddi sübutlardan 25,175 qram qalıq çəkidə narkotik vasitə heroin saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması prosesinə dair yaddaşında videogörüntü olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 01.12.2021-ci il tarixli 4818 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji tibbi yoxlama zamanı arabir düşəndə narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Mingəçevir şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 09 oktyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28.11.2021-ci il tarixli “cinayət işinin başlanmasının rəddi edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin polis əməkdaşları tərərfindən zorakılığa məruz qalması xüsusatı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onun ümumiyyətlə narkotik vasitələrlə heç bir əlaqəsinin olmamasına, 09 oktyabr 2021-ci il tarixdə saat 10:15-də yaşadığı Mingəçevir şəhəri M.F.Axundov küçəsi, ev 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq, zorla onu avtomobilə əyləşdirib Gəncə şəhərində yerləşən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə aparmasına, orada 10-15 nəfər polis əməkdaşlarının onu döyərək sonuncuya narkotik vasitə verib həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsini tələb etmələrinə, onun da döyüldükdən sonra və ona vurulan zərbələrin ağrılarına tab gətirə bilmədiyinə görə polis əməkdaşlarının tələbini qəbul etməsinə, üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmamasına, polis əməkdaşları həmin narkotik vasitənin ona məxsus olmasını onu döyərək tələb etdiklərindən sonuncunun boynuna almasına, onun heç kimə narkotik vasitə verməməsinə və satmamasına dair verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin 22 oktyabr 2021-ci il tarixli qərarından da görünür ki, təqsirləndirlən şəxsin BNMİ-nin polis əməkdaşları tərərfindən zorakılığa məruz qalması xüsusatı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1-ci siyahısına daxil olan külli miqdarda 25,275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə saat 10:15-də Mingəçevir şəhəri, M.F.Axundov küçəsi, ev 2 ünvanın yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində X5 şəhərində yerləşən inzibati binasına dəvət edilib orada həmin gün saat 12:10-dan etibarən onun üzərində şəxsi axtarış aparılarkən həmin külli miqdarda 25,275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd şəffaf polietilen torbada olan digər şəffaf polietilen kəsiyi bükümündə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması 25,275 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinidn 59.2-ci maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hallar kmi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 09 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi 25,175 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi 25,175 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar