Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-172/2024 26.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə günorta saatlarında istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında küçə ilə piyada hərəkət edərkən, bir ədəd sellofan bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 2-ci bəndi ilə müəyyən edilən, külli miqdarda psixotrop maddə olan mütamfetamini istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla həmin küçə ilə yaşadığı evə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında 12 may 2023-cü il tarixdə saat 16 radələrində Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən evinin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, kustar üsulla hazırlanmış külli miqdarda, yəni 13,780 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuş, himayəsində üç azyaşlı övladı vardır. 2010-cu ildən namaz qılır. Təxminən iki il əvvəl İran İslam Respublikasının Məşəd şəhərində yerləşən ziyəratgaha, daha sonra isə İraq İslam Respublikasının Kərbala şəhərində yerləşən ziyartəgaha getmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış və ümumiyyətlə narkotik vasitələr barədə məlumatı olmamışdır.12 may 2023-cü il tarixdə yaşadığı evdə olan zaman evin qapısı döyülmüş, qapıya çıxdıqda iki nəfər tanımadığı, sonradan polis əməkdaşları olduğunu bildiyi həmin şəxslər onun qoluna girərək, maşınlarına əyləşdirib Şəmkir RPŞ-yə aparmışlar. Şəmkir RPŞ-də şöbəyə daxil olan zaman pilləkənlərdən qalxarkən, Elşən adlı polis əməliyyatçısı onun cibinə narkotik vasitə qoyaraq, həmin maddənin onun olduğunu etiraf etməsini bildirmişdir. O, polis əməkdaşlarının göstərdikləri təzyiqdən qorxduğu üçün sözügedən narkotik vasitələrin onun olduğunu etiraf etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, 13 may 2023-cü il tarixdə Аzərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs istintaqa verdiyi ilkin ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum olunmuş, həmin vaxtı 03 ay müddətinə həbs olunmuşdur. 2011-ci ildə ailə həyatı qurmuş, himayəsində üç azyaşlı övladı vardır. Hal hazırda qəsəbə ərazisində usta yanında fəhlə işləmişdir. Boş vaxtlarında isə tanış adamlar çağırdıqda hüzr yerlərinə getmişdir. 2010-ciu ildən dinlə məşğul olmuşdur. Belə ki, namaz qılaraq, oruc tutmuşdur. Təxminən iki il əvvəl İran İslam Respublikasında yerləşən Məşəd şəhərində yerləşən ziyəratğaha, daha sonra isə İraq İslam Respublikasında yerləşən Kərbala şəhərində yerləşən ziyartəgaha getmişdir. Təxminən bir neçə il olar şüşə və ya patı kimi tanıdığı narkotik vasitədən istifadə etmişdir. Əsəb sistemində müəyyən qədər problemləri olduğundan həmin narkotik vasitənin insana yaxşı təsir etdiyini eşitdiyindən həmin narkotik vasitəni qəbul etmişdir. Bir neçə il ərizndə cəmi bir neçə dəfə istifadə etmişdir. 10 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Dəllər qəsəbəsində olduğu zaman yerdə bir ədəd sellofan büküm olmasını görmüşdür. Həmin büküm onun diqqətini gəlb etdiyindən yerdən götürüb baxmış və içərisində patı kimi tanıdığı maddənin olmasını görmüşdür. O, həmin maddəni özü qəbul etmək üçün üzərində saxlamışdır. Bir dəfə həmin narkotik vasitədən istifadə etmiş, qalan hissəsini isə gələcəkdə özü istifadə etmək üçün üzərində saxlamışdır. 2023-ci ilin may ayının 12-də saat 16 radələrində yaşadığı evin yaxınlığında olan zaman məni polis əməkdaşları saxlayaraq polis şöbəsinə gətirmişlər. Ona müdafiəçilərin siyahısı təqdim olunduqda o, müdafiəçi tutmaq üçün imkanı olmadığını bildirdikdə ona dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra ona üzərində olan qanunsuz əşya və ya narkotik vasitəni təqdim etmək təklif edilmişdir. O da əynindəki idman şalvarının sağ yan cibində olan bir neçə gün əvvəl tapdığı sellofona bükülmüş vəziyyətdə narkotik vasitə olan patı kimi tanıdığı metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni elektron tərəzidə çəkdiykləri zaman onun çəkisi 13.98 qram olmuşdur. Bundan sonra polis əməkdaşları narkotik vasitəni bir ədəd zərfə qoyaraq möhürləyib götürmüşlər. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş. Lakin onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Baxış və nəticələri barədə protokol tərtib olduqdan sonra həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə ona Şəmkir rayonu Dələr qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində qanunsuz narkotik vasitələr saxlaması və gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Şəmkir RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və Şəmkir RPŞnin PPXB-nün polis nəfəri Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbəsində yaşadığı evin yaxınlığında saxlayaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bidirərək, Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Əlavə olaraq bildirmişdir ki, onlar şəxsi axtarışda iştirak etməmişlər yalnız Təqsirləndirilən şəxs şöbəyə gətirərək üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün təhqiqatçının otağına aparmışlar. Təqsirləndirilən şəxs evlərinin yaxınlığında hərəkətdə olan zaman saxlamışlar. Onlara sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən çəkisi təxmini 10 qramdan çox psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində müstəntiq tərəfindən texniki səhv olaraq şəxsi axtarışda iştirakının qeyd edildiyi hissəni təsdiq etməmiş, şəxsi axtarışda iştirak etmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində olan əməliyyat məlumatı narkotik vasitə istifadə etməsi, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və gəzdirməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni onun qoymasını bildirməsi isə Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq üçün belə dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Şahid2 eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı Şahid1 göstərdyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-də polis nəfəri kimi işləyir. Təqsirləndirilən şəxs saxlanılıb Şəmkir RPŞ-yə gətirilən zaman onun üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yan cibindən şəffaf sellofanda bükülü aşkar edilmiş, bükülüdə nə olduğunu xatırlamır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs verilmiş sullara Təqsirləndirilən şəxs cavablarını isə hadisədən uzun müddət keçdiyi üçün xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin axtarış zamanı heç bir etiraz etməmiş və ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi tzəyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə ona Şəmkir rayonu Dələr qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbəsində yaşadığı evin yaxınlığında saxlayaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bidirərək, Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə Şəmkir RPŞ-də, təhqiqatçının otağında keçirilimiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən çəkisini dəqiq xatırlamadığı narkotik vasitə aşkar olunmuşdur. Bundan başqa o, Təqsirləndirilən şəxs evinə keçirilmiş baxış zamanı da iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs evindən müxtəlif dini ədəbiyyatlar, dini kinoların olduğu disklər və köhnədən qalmış kasetlər və fotolar aşkar olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmə baxışı iclasında dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndiriləmsinə dair cinayət işinin ilkin ibtidai istinataqını aparmış, lakin sonradan xidməti iş yerini dəyişməsi ilə əlaqədar sözügedən iş Şəmkir RPŞ-nin digər müstəntiqinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs təqsirləndiriləməsinə dair cinayət işi üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı sonuncuların ifadələrində sözügedən şəxslərin şəxsi axtarış zamanı iştirak etmələri qeyd olunmuş, lakin sözügedən şəxslər şəxsi axtarış zamanı iştirak etməmişlər. İfadələrin hazırlanması zamanı “kəs yapıştır” edildiyi üçün həmçinin həmin şəxslərin adətən ümumi məlumatları oluğu üçün texniki səhv nəticəsində ibtidai istintaq zamanı verdikləri ifadədə Təqsirləndirilən şəxs barəsində həyata keşirilmiş şəxsi axtarış istitaq hərəkəti zamanı iştirak etmələri qeyd olunmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 may 2023-cü il tarixdə ona Şəmkir rayonu Dələr qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə həmin tarixdə saat təxminən 16 radələrində Şəmkir RPŞ-nin CABnın əməliyyat müvəkkili Şahid2 və Şəmkir RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs Şəmkir rayonu Dəllər qəsəbəsində yaşadığı evin yaxınlığında saxlayaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon polis şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Xalidə İsayeva dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim erdərək həmin bükümdə psixotrop maddə olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin psixotrop maddə olan metamfetamini Şəmkir rayonu Dəllər qəsəbəsində tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin narkotik vasitə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 13,98 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Daha sonra təhqiqatçı Elçin Əsgərov tərəfindən axtarış və onun nəticələri barədə protokol tərtib olunmuşdur. Bundan başqa 16 may 2023-cü il tarixdə Şəmkir rayon məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış aparılan zaman onun yataq otağından dini şəkillər, əşyalar, kitablar, kağızlar, asqılar, dini disklər və kasetlər aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdiləri ifadələri elan edilmiş, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrində eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı Şahid1 göstərdyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 may 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli, 4(076)-95/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli 16/507 №-li rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf bükümdə təmiz çəkisi 13.780 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 1210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə - psixiatrik ekspertizasının 08 iyun 2023-cü il tarixli, 351 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 may 2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və aparılarkən Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən 13.98 qram çəkidə psixotrop maddə metemfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 13 avqust 2023-cü il tarixli qəraradan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, raportdan görünür ki, şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri hər hansı bir şəxsə satıb-satmaması müəyyən edilməmiş, həmin istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 iyul 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılan danışıqlar və mesaj yazılarında istintaq üçün əhəmiyyətli olan danışıqlar və yaxud yazılar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayonu MTE və PA şöbəsinin 14 may 2023-cü il tarixli, 527 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir Rayonu, Dəllər qəsəbəsi Mənzil İsttismar Müəssisəsinin 17 may 2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəkmir rayon, Dəllər qəsəbəsi, M.P.Vaqif küçəsi 15a, bina 2-də ailə üzvləri atası- X6, anası- X4, arvadı- X5, oğlu- X11, oğlu- OsmanovYusif Edqar oğlu, oğlu X3 ibarət tərkibdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsiyyət vəsiqəsinin” kserosurətindən görünür ki, Yusif Osmanov 14 mart 2014-cü il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsiyyət vəsiqəsinin” kserosurətindən görünür ki, Hüseyn Osmanov 27 fevral 2018-ci il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Şəxsiyyət vəsiqəsinin” kserosurətindən görünür ki, Əli Osmanov 25 noyabr 2012-ci il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zərfdə qablaşdırılmış 13,580 qram psixotrop maddə olan metamfetamin maddi sübut hesab edilərək Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirilməsinin video görüntüsünün yazıldığı 02 ədəd DVD-R disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşlarının fiziki və psixoloji təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahid qismində dindirlmiş polis əməkdşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Belə ki, 13 may 2023-cü il tarixdə Аzərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs istintaqa verdiyi ilkin ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum olunmuş, həmin vaxtı 03 ay müddətinə həbs olunmuşdur. 2011-ci ildə ailə həyatı qurmuş, himayəsində üç azyaşlı övladı vardır. Hal hazırda qəsəbə ərazisində usta yanında fəhlə işləmişdir. Boş vaxtlarında isə tanış adamlar çağırdıqda hüzr yerlərinə getmişdir. 2010-ciu ildən dinlə məşğul olmuşdur. Belə ki, namaz qılaraq, oruc tutmuşdur. Təxminən iki il əvvəl İran İslam Respublikasında yerləşən Məşəd şəhərində yerləşən ziyəratğaha, daha sonra isə İraq İslam Respublikasında yerləşən Kərbala şəhərində yerləşən ziyartəgaha getmişdir. Təxminən bir neçə il olar şüşə və ya patı kimi tanıdığı narkotik vasitədən istifadə etmişdir. Əsəb sistemində müəyyən qədər problemləri olduğundan həmin narkotik vasitənin insana yaxşı təsir etdiyini eşitdiyindən həmin narkotik vasitəni qəbul etmişdir. Bir neçə il ərizndə cəmi bir neçə dəfə istifadə etmişdir. 10 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Dəllər qəsəbəsində olduğu zaman yerdə bir ədəd sellofan büküm olmasını görmüşdür. Həmin büküm onun diqqətini gəlb etdiyindən yerdən götürüb baxmış və içərisində patı kimi tanıdığı maddənin olmasını görmüşdür. O, həmin maddəni özü qəbul etmək üçün üzərində saxlamışdır. Bir dəfə həmin narkotik vasitədən istifadə etmiş, qalan hissəsini isə gələcəkdə özü istifadə etmək üçün üzərində saxlamışdır. 2023-ci ilin may ayının 12-də saat 16 radələrində yaşadığı evin yaxınlığında olan zaman məni polis əməkdaşları saxlayaraq polis şöbəsinə gətirmişlər. Ona müdafiəçilərin siyahısı təqdim olunduqda o, müdafiəçi tutmaq üçün imkanı olmadığını bildirdikdə ona dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra ona üzərində olan qanunsuz əşya və ya narkotik vasitəni təqdim etmək təklif edilmişdir. O da əynindəki idman şalvarının sağ yan cibində olan bir neçə gün əvvəl tapdığı sellofona bükülmüş vəziyyətdə narkotik vasitə olan patı kimi tanıdığı metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni elektron tərəzidə çəkdiykləri zaman onun çəkisi 13.98 qram olmuşdur. Bundan sonra polis əməkdaşları narkotik vasitəni bir ədəd zərfə qoyaraq möhürləyib götürmüşlər. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş. Lakin onun üzərindən başqa heç nə aşkar olunmamışdır. Baxış və nəticələri barədə protokol tərtib olduqdan sonra həmin protokolu imzalarla təsdiq etmişlər. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 may 2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və aparılarkən Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən 13.98 qram çəkidə psixotrop maddə metemfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayonu MTE və PA şöbəsinin 14 may 2023-cü il tarixli, 527 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 1210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 13,580 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan marixuananı satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində qanunsuz narkotik vasitələr saxlaması və gəzdirməsi ilə bağlı olduğunu bildirmişdirlər. Eyni zamanda xx.xx.2023-cü il tarixli, raportdan görünür ki, şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri hər hansı bir şəxsə satıb-satmaması müəyyən edilməmiş, həmin istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyi göstərilmişdir. Bundan başqa ibtidai istintaq zamanı 16 iyul 2023-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixədək olan müddət ərzində aparılan danışıqlar və mesaj yazılarında istintaq üçün əhəmiyyətli olan danışıqlar və yaxud yazılar aşkar edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəməkimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 2 saylı Siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, həmçinin həmin qanuna əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 18 iyul 2023-cü il tarixli, 1210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 may 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli, 4(076)-95/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zərfdə qablaşdırılmış 13,580 qram psixotrop maddə olan metamfetamin maddi sübut hesab edilərək Şəmkir RPŞ-nə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirilməsinin video görüntüsünün yazıldığı 02 ədəd DVD-R disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Şəmkir rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zərfdə qablaşdırılmış 13,580 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirilməsinin video görüntüsünün yazıldığı 02 ədəd DVD- R disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilməsi isə nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 292 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zərfdə qablaşdırılmış 13,580 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və təqsirləndirilən şəxs qismində dindirilməsinin video görüntüsünün yazıldığı 02 ədəd DVD-R disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 292 manat 80 qəpik qəpik manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-172/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-172/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver