Məhkəmə qərarları › İş №1(100)-173/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-173/2020

25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-173/2020 25.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X40 məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X37 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X28 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslərin hüquqi varisləri X8, X16, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Qüdrət qızının, Zərərçəkmiş şəxs3 Səyyad qızının, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 X19, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisiAzərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Seyidli Müdafiəçi qııznın iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə təxminən saat 14:50 radələrində Şəmkir-Qaracəmirli avtomobil yolunun Şəmkir rayonu Qaracəmirli kəndi qəsəbəsi ərazisindən keçən 6-cıi kilometrliyində “X41” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ-21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəmkir şəhəri istiqamətində hərəkət etdirərkən həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək əks hərəkət zolağına çıxaraq qarşıdan gələn sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “QAZ-32213” markalı 20-EA347 dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşması nəticəsində 2 və ya daha çox şəxsin ölümünə, yəni idarə etdiyi avtomobildə olan sərnişinlər, X9 ağır dərəcə travmatik və hemoragik şokla müşayiət olunan alın nahiyəsinin sol yarısının, burun yəhərinin sıyrıqları, üst çənədə soldan 1-ci, sağdan 1-2-ci dişlərin travmatik düşməsi, çənəaltı nahiyənin əzilmiş yarası, döş qəfəsinin qapalı küt travması, sağ tərəfli 5-6-7-8-9-10-cu qabırğaların sınıqları, sağ ağ ciyərin əzilmiş-cırılmış yaraları, sağ tərəfli hemotoraks, qarının sağ ön-yan divarının, sağ bazunun, sağ saidin bayır səthinin qançırları, sağ dirsəyin bayır səthinin, sağ və sol baldırın ön səthinin, sağ ayağın iç topuq nahiyəsinin sıyırıqları, sağ said sümüklərinin orta üçdə birinin, sağ bud sümüyünün yuxarı və aşağı üçdə birinin qapalı yerini dəyişmiş sınıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, X3 alın nahiyəsinin dərialtı hematoması, burun və üz nahiyəsinin qançırları, ağır dərəcəli qapalı kəllə-beyin travması, beyinin yumşaq qişasına qansızmalar, hər iki əl pəncəsinin arxa səthinin qançırları, sol əlin 5-ci barmağının əzilmiş yarası, sol bud sümüyü boynunun, sağ bud sümüyünün yuxarı üçdə birinin qapalı, yerini dəyişmiş sınıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, X5 gicgah nahiyəsinin əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ körpücükaltı nahiyənin qançırı, sağ əlin arxa səthinin, sol diz oynağının, hər iki baldırın və sağ aşıq-baldır oynağının ön səthinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, digər sərnişinlər X13 çənəaltı nahiyənin əzilmiş yarası, çənə sümüyünün sol kondilar çıxıntısının yerinidəyişmiş xətti sınığı, sağ dirsək sümüyünün aşağı üçdə birinin yerini dəyişmiş sınığı, sol baldırın orta üçdə birinin ön səthinin sıyırılmış yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər, X1 yanağın əzilmiş yarası və sağ bazu sümüyünün qapalı yerini dəyişmiş sınığı ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər, Zərərçəkmiş şəxs1 sağ gicgah nahiyəsinin dərialtı hematoması, sol almacıq sümüyü qövsünün, sol maksilar sinusun lateral divarının xətti sınıqları, oma və çanaq sümüklərinin çoxsaylı sınıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər, “QAZ-32213” markalı mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs2 alın nahiyəsinin əzilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər, həmin mikroavtobusda olan sərnişinlər, Zərərçəkmiş şəxs6 sol bazu sümüyü boynunun qapalı, qəlpəli yerini dəyişmiş sınığı ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər, Zərərçəkmiş şəxs7 sol körpücük sümüyünün qapalı yerini dəyişmiş sınığı, sol tərəfli 2-3-4-5-7-8-9-10-cu və 11-ci qabırğaların sınıqları, oma və qasıq sümüklərinin yerini dəyişməmiş sınıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər, Zərərçəkmiş şəxs5 sağ təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər, Zərərçəkmiş şəxs3 Səyyad qızına sol ayaq pəncəsinin ayaqarxası səthinin əzilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər, Zərərçəkmiş şəxs4 sol baldırın orta üçdə birinin arxa səthinin əzilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər, Zərərçəkmiş şəxs8 sağ bazu sümüyünün qapalı yerini dəyişmiş sınığı ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyyatsızlıqadan zərərçəkmiş şəxsin sağlamlığına az-ağır zərər, bundan başqa idarə etdiyi “VAZ-21074” markalı **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar sahibi X9 4000 (dörd min) manat, həmçinin “QAZ-32213” markalı 20-EA347 dövlət qeydiyyat nişanlı mikroavtobusun əzilməsi ilə əlaqədar sahibi Zərərçəkmiş şəxs2 4339 (dörd min üç yüz otuz doqquz) manat maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu ildə Şəmkir rayonu Keçili kəndində yaşayan xalası X36 xəstə olduğu üçün ailəliklə xalasının yanına getmək qərarına gəlmişlər. Buna görə də təxminən saat 14:30 radələrində atası X9 məxsus VAZ- 21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. O, arxa sağ oturacaqda, ortada arvadı X21, arxa sol oturacaqda anası Zərərçəkmiş şəxs1, azyaşlı qızı Gülbahar Gülməmmədova arvadının qucağında, nənəsi X10 ön sağ oturacaqda, 3 yaşlı oğlu Ayxan Gülməmmədov isə nənəsinin qucağında əyləşəndən sonra atası Vidadi, avtomobilin sükanı arxasına keçib idarə edərək kənd yolundan Şəmkir-Qaracəmirli yoluna çıxıb sağa dönərək Şəmkir rayonu Düz-Qışlaq kəndi istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən təxminən 5 km məsafə qət etdikdən sonra həmin yolun Düz-Qışlaq kəndi ərazisindən keçən zaman bir anda onların hərəkət zolağı ilə üzərlərinə doğru ağ rəngli QAZ-32213 markalı mikroavtobusun gəldiyini görmüşdür. Atası Vidadi bunu görüb hadisədən yayınmaq üçün əks hərəkət zolağına çıxmış həmin QAZ-32212 markalı mikroavtobus bir anda öz yoluna qayıtmış, elə bu zaman atası Vidadi avtomobili saxlaya bilməyib avtomobilin ön sağ hissəsi ilə mikroavtobusun ön sağ hissəsindən toqquşanda mikroavtobus aşmışdır. Toqquşma baş verəndən sonra o, avtomobildən çıxmış və xəsarət aldığı üçün yerə yıxılmışdır. Bundan sonra hadisə yerinə toplaşan şəxslər onu və xəsarət almış digər şəxləri Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparmışdır. O, Şəmkir MRX-da ilk tibbi yardım aldıqdan sonra Gəncə şəhəri Beynəlxalq xəstəxanasına aparılmış və xəstəxanada olarkən eşitmişdir ki, baş vermiş hadisə zamanı atası Vidadi, azyaşlı oğlu Ayxan və nənəsi Sücayət almış olduqları xəsarətdən ölmüş, arvadı Mehriban, anası Zinyət və azyaşlı qızı Gülbahar xəsarət almışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, VAZ-21074 markalı avtomobilin sükan arxasında özü deyil, atası Vidadi Gülməmmədov olmuşdur. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxslər X21, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadələr verərək Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, məhrum X17 onun doğma qardaşıdır. Vidadinin özünə məxsus VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. xx.xx.2019-cu ildə Şəmkir rayonu Keçili kəndində yaşayan qohumu xəstə olduğu üçün anası Sücayət Gülməmmodova ondan digər oğlu Vidadinin evinə aparılmasını xahiş etmişdir. Bundan sonra o, anasını özünə məxsus VAZ-21099 markalı avtomobili ilə qardaşı Vidadinin evinə aparıb düşürmüş və sonra öz yaşadığı evinə qayıtmışdır. Bundan təxminən 15-20 dəqiqə sonra evdə olduğu zaman mobil telefonuna zəng gələrək qardaşı Vidadinin idarə etdiyi VAZ-21074 markalı avtomobil ilə Düz-Qışlaq kəndi ərazisində qəzaya uğradığını bidirilmişlər. O, bu xəbəri eşidən kimi dərhal hadisə yerinə getmiş və hadisə yerinə çatanda qardaşı Vidadinin idarə etdiyi VAZ-21074 markalı avtomobili ilə QAZ-32213 markalı avtomobilin toqquşduğunu hadisə nəticəsində Vidadinin, anası Sücayətin və azyaşlı Ayxanın öldüyünü, qohumları Qüdrət, Zinyət, Mehriban və azyaşlı Gülbaharın isə xəsarət aldığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, QAZ-32213 markalı avtomobil qardaşının idarə etdiyi avtomobilin üzərinə doğru gəldiyi üçün Vidadi hadisədən yayınmaq məqsədi ilə əks hərəkət zolağına keçəndə QAZ-32213 markalı avtomobil də öz növbəsində öz yoluna qayıdanda əks hərəkət zolağının üzərində toqquşma baş vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsinə əlavə olaraq göstərdi ki, o, hadisə yerinə gəldikdə VAZ 21074 markalı avtomobilin sükanı arxasında qardaşı Vidadinin meyitini görmüşdür. Hazırda o, maşına dəymiş 4000 manat zərəri təqsirləndirilən şəxsdən tələb etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, tanışı Samux rayonu Sarıqamış kənd sakini Şahid6 rəsmi sənədləşmə olmadan şifahi müqavilə əsasında 7000 manata, hər ay 300 manat ödəmək şərti ilə QAZ-32213 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı mikroavtobus almış və mikroavtobusu aldıqdan sonra Şəmkir rayonu, Qaracəmirli və Təzəkənd kəndlərində yerləşən istilikxanalara fəhlə daşımaqla məşğul olmağa başlamışdır. xx.xx.2019-cu il tarixdə səhər saat 06 radələrində qeyd edilən mikroavtobusun sükanı arxasına keçib fəhlələri mikroavtobusa əyləşdirərək onları Şəmkir rayonu, Qaracaməli və Təzəkənd kəndindəki istilikxanalara düşürüb yaşadığı evinə qayıtmışdır. Həmin gün saat 12 radələrində fəhlələri geri qayıtmaq üçün yenidən mikroavtobusun sükanı arxasına keçib ilk öncə Qaracəmirli kəndinə, daha sonra isə Təzəkənd kəndinə gedib fəhlələri götürmüş, bundan sonra isə geri qayıtmaq üçün mikroavtobusu Təzəkənd kəndindən Samux rayonu istiqamətində hərəkətə gətirmişdir. Hərəkətdə olarkən həmin yolun Şəmkir rayonu Düz Qışlaq kəndi ərazisindən keçəndə əks istiqamətdən ağ rəngli VAZ-21074 markalı avtomobilin gəldiyini görmüşdür. O, hərəkətdə olduğu zaman əks istiqamətdən gələn həmin VAZ-21074 markalı avtomobil ona çatmağa az qalmış qəflətən öz hərəkət zolağından çıxaraq onun hərəkət zolağına keçəndə ön sağ hissəsi ilə idarə etdiyi mikroavtobusun ön sağ hissəsindən toqquşanda mikroavtobus sol yanı üstə aşmışdır. O, mikroavtobusdan düşəndə VAZ-21074 markalı avtomobilə baxmış və avtomobilin ön sağ oturacağında yaşlı kişinin, qucağında isə 3-4 yaşlı oğlanın uşağı ilə birgə ölmüş vəziyyətdə, avtomobilin sükan tərəfinin isə boş olduğunu görmüşdür. VAZ-21074 markalı avtomobilin ön sağ tərəfi əzildiyi üçün ön sağ oturacaqda əyləşmiş yaşlı kişi və azyaşlı uşaq ölmüşdür. Buna görə də ehtimal etmişdir ki, həmin avtomobili adını sonradan bildiyi mərhum X17 idarə etməmiş, avtomobilin sükanı arxasında başqa şəxs olmuşdur. Hadisə zamanı özü və mikroavtobusda olan sərnişinlər xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. O, hadisəyə qədər mikroavtobusu 40 km/saat sürətlə Qaracəmirli istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağından çıxaraq onun hərəkət zolağına keçmiş, həmin anda toqquşmanın qarşısını almaq məqsədi ilə yalnız sükanı sola bura bilmiş, lakin buna baxmayaraq avtomobillərin ön sağ tərəfləri arasında toqquşma baş vermişdir. O, hərəkətdə olarkən öz yolundan əks hərəkət zolağına çıxmamış, öz yolu ilə normal qaydada hərəkətdə olmuşdur. Onun hərəkəti üçün təhlükə VAZ-21074 markalı avtomobilin öz yolundan çıxaraq onun hərəkət zolağına daxil olduğu andan yaranmış, həmin vaxt arada təxminən 10 metr məsafə olmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq göstərdi ki, o, qeyd edilən hadisə zamanı idarə etdiyi QAZ-32213 markalı mikroavtobusu sərxoş vəziyyətdə və saga-sola doğru, yəni ziqzaqvari qaydada hərəkət etdirməmişdir. Onun sərxoş vəziyyətdə və mikroavtobusu ziqzaqvari qaydada hərəkət etdirməsini idda edən mikroavtobusda sərnişin olan Şahid7 və Zərərçəkmiş şəxs8 qəzaya uğramış VAZ-21074 markalı avtomobildə olan şəxslərin qohumları olduqları üçün ibtidai istintaq zamanı verdikləri ifadələrində ona şər atmışlar. Hadisənin günahkarı olan Təqsirləndirilən şəxs müdafiə etmək və ona bəraət qazandırmaq məqsədi ilə ona şər-böhtan atmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Səyyad qızı ifadəsində göstərdi ki, xx xxx 2019-cu ildə təxminən saat 05 radələrində işə getmək üçün evdən küçəyə çıxıb Fuatın idarə etdiyi mikroavtobusa əyləşib işlədiyi Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən istixanaya getmişdir. Həmin gün saat 13 radələrində iş vaxtı qurtardıqdan sonra idarə etdiyi mikroavtobusla arxasınca gəlmişdir. O, istixanadan çıxıb mikroavtobusa əyləşəndən sonra Fuat mikroavtobusu işə salıb Şəmkir rayonu Təzəkənd kəndində işləyən digər fəhlələri götürmək üçün mikroavtobusu Təzəkənd kəndi istiqamətində hərəkətə gətirmişdir. Təzəkənd kəndinə çatandan sonra orada yerləşən istixanada işləyən 4 nəfər fəhlə mikroavtobusa əyləşmişlər. Bundan sonra Fuat mikroavtobusu Təzəkənd-Qaracəmirli yolu ilə Samux rayonu istiqamətində hərəkətə gətirmişdir. Hərəkətdə olarkən təxminən 500-600 metr məsafə qət etdikdən sonra qarşıda olan maili yola çatanda bir anda qarşıdan ağ rəngli VAZ-21074 markalı avtomobilin tam olaraq üzərlərinə doğru gəldiyini görəndə həyəcandan qışqırmış, bu zaman həmin VAZ- 21074 markalı avtomobil gəldiyi sürətlə ön sağ hissəsi ilə sərnişini olduğu mikroavtobusun ön hissəsinə çırpılanda mikroavtobus aşmışdır. Hadisə zamanı mikroavtobusdan düşən iş yoldaşı Elmir mikroavtobusun damında olan lyuk adlanan pəncərəni sındırıb onu lyukdan çıxarmışdır. O, mikroavtobusdan çıxanda VAZ-21074 markalı avtomobilin sürücüsü olan cavan oğlan avtomobildən düşüb avtomobildəki azyaşlı qız uşağını çıxarıb ona vermiş, o, uşağı qucağına alandan sonra həmin oğlan yerə oturmuşdur. Bundan sonra hadisə yerinə toplaşan şəxslər VAZ-21074 markalı avtomobilin ön sağ oturacağında əyləşmiş yaşlı bir kişini və kişinin qucağında olan azyaşlı oğlan uşağını, həmçinin avtomobilin arxa oturacağından olan 3 nəfər qadını avtomobildən çıxarıb kənara qoymuşdur. Hadisə zamanı VAZ-21074 markalı avtomobilin ön sağ oturacağında əyləşmiş kişi və qucağında oturmuş oğlan uşağı ölmüşdür. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomaşını gəlib meyitləri aparmışdır. Qeyd edilən VAZ-21074 markalı avtomobilin sürücüsü həmin 55-60 yaşlı kişi deyil, cavan oğlan olmuşdur. Avtomobilin ön sağ oturacağında əyləşmiş 55-60 yaşlı kişi qucağındakı oğlan uşağı ilə birgə ölmüşdür. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 Səyyad qızının ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, xx xxx 2019-cu ildə təxminən saat 05 radələrində işə getmək üçün evdən küçəyə çıxıb Fuatın idarə etdiyi mikroavtobusa əyləşib işlədiyi Şəmkir rayonu Təzəkənd kəndində yerləşən istixanaya getmişdir. Həmin gün saat 13 radələrində iş vaxtı qurtardıqdan sonra Fuat idarə etdiyi mikroavtobusla arxasınca gəlmişdir. O, istixanadan çıxıb mikroavtobusa əyləşmişdir. Bundan sonra Fuat mikroavtobusu işə salıb Şəmkir rayonu Təzəkənd kəndindən Təzəkənd-Qaracəmirli yoluna çıxıb Samux rayonu istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən təxminən 500-600 metr məsafə qət etdikdən sonra bir anda mikroavtobus hansısa avtomobil ilə toqquşanda mikroavtobus aşmışdır. Mikroavtobus sol aynı üstə aşdığı üçün mikroavtobusun qapısı göydə qaldığından iş yoldaşlarından biri mikroavtobusun damında olan lyuk adlanan pəncərəni sındırıb onu və digərlərini həmin pəncərədən çıxarmışdır. O, mikroavtobusdan çıxandan sonra baş nahiyyəsindən xəsarət aldığını görüb bir kənarda əyləşmiş və deyilənlərdən ona məlum olmuşdur ki, sərnişini olduğu mikroavtobusla əks istiqamətdən gələn ağ rəngli VAZ-21074 markalı avtomobil toqquşmuş, nəticədə VAZ-21074 markalı avtomobildə olan şəxslərdən üç nəfəri ölmüşdür. O, mikroavtobusdan çıxanda baş nahiyəsindən xəsarət aldığı üçün heç yerə baxmayıb kənarda əyləşmiş, həmin vaxt VAZ-21074 markalı avtomobilin sükanı arxasından kimin düşdüyünü, həmçinin avtomobilin sağ tərəfində kiminsə əyləşdiyinə fikir verməmişdir. Sonradan iş yoldaşlarının deməsinə görə məlum olmuşdur ki, VAZ-21074 markalı avtomobilin sükanı arxasında cavan oğlan olmuş, avtomobilin ön sağ oturacağında isə yaşlı kişi və qucağında azyaşlı oğlan uşağı olmuş, hadisə nəticəsində yaşlı kişi qucağındakı oğlan uşağı ilə birgə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,xx xxx 2019-cu ildə təxminən saat 05 radələrində işə getmək üçün evdən küçəyə çıxıb Fuatın idarə etdiyi mikroavtobusa əyləşib işlədiyi Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən istixanaya getmişdir. Həmin gün saat 13 radələrində iş vaxtı qurtardıqdan sonra idarə etdiyi mikroavtobusla arxasınca gəlmişdir. O, istixanadan çıxıb həmin mikroavtobusun ön sağ oturacağında əyləşəndən sonra Fuat mikroavtobusu işə salıb Şəmkir rayonu Qaracəmirli kəndindən Təzəkənd-Qaracəmirli yoluna çıxaraq Samux rayonu istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən qarşıda olan maili yola çatanda bir anda qarşıdan, yəni əks istiqamətdən ağ rəngli VAZ-21074 markalı avtomobilin tam olaraq üzərlərinə doğru gəldiyini görəndə qorxduğu üçün əli ilə oturacaqdan bərk yapışmış, bu zaman həmin VAZ-21074 markalı avtomobil gəldiyi yüksək sürətlə ön sağ hissəsi ilə sərnişini olduğu mikroavtobusun ön hissəsinə çırpılanda mikroavtobus aşmışdır. Hadisə zamanı o, sağ qapını güclə açıb yerə düşmüş, yerə düşəndən sonra sağ yan qapının göydə qaldığını görüb mikroavtobusun damında olan lyuk adlanan pəncərəni sındırıb mikroavtobusda olan sərnişinləri bir-bir çıxarmağa başlamışdır . Ətrafa toplaşan şəxslər həmin VAZ-21074 markalı avtomobilin ön sağ oturacağında əyləşmiş yaşlı bir kişini və kişinin qucağında olan azyaşlı oğlan uşağı, həmçinin avtomobilin arxa oturacağından olan 3 nəfər qadını avtomobildən çıxarıb kənara qoymuşlar. VAZ-21074 markalı avtomobilin ön sağ oturacağında əyləşmiş kişinin ayaqları sıxışdığı üçün kişini güclə avtomobildən çıxarıb kənara qoymuşlar. Hadisə zamanı VAZ-21074 markalı avtomobilin ön sağ oturacağından çıxarılan yaşlı kişi, qucağında olan azyaşlı oğlan uşağı və avtomobilin arxa salonundan düşürülən yaşlı qadın almış olduqları xəsarətlədən ölmüş, həmin avtomobilin sürücüsü olan cavan oğlan isə kənarda dayanıb ağlamışdır. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomaşını gəlib meyitləri aparmışdır. Şahid1 ifadəsinə əlavə olaraq göstərdi ki, O, VAZ-21074 markalı avtomobilin sükanı arxasından kimin düşdüyünü görməsə də ona sonradan məlum olmuşdur ki, avtomoblin sükanı arxasında ölmüş kişinin, yəni Vidadi Gülməmmədovun oğlu cavan və arıq bədən quruluşlu olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs olub. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərdi ki, hadisə zamanı sərnişini olduğu mikroavtobusdan çıxanda VAZ- 21074 markalı avtomobilin yanında uzanmış arıq bədən quruluşlu cavan oğlan əllərini başına-başına vuraraq ucadan qışqırıb ağladığını görmüşdür. Həmin avtomobilə tərəf baxanda avtomobilin ön sağ oturacağında təxminən 55-60 yaşlı kişini, adını sonradan bildiyi Vidadi Gülməmmədovu qucağında olan azyaşlı oğlan uşağı ilə birgə, arxa oturacağında isə 3 nəfər qadının əyləşdiyini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, VAZ-21074 markalı avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Avtomobilin ön sağ oturacağında əyləmiş 55-60 yaşlı kişi qucağındakı oğlan uşağı ilə birgə ölmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid, Şahid4 və Zərərçəkmiş şəxs7, məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə gündüz saatlarında dostu Şahid8 ilə birgə istilikxananın qarşısında duran zaman Vidadiyə məxsus olan VAZ-21074 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil onların qarşısından keçəndə avtomobildən onlara səs siqnalı ilə salam işarəsi verilərək yanlarından keçmiş, lakin aradakı məsafə çox olduğundan o, səs siqnalı verənin, yəni avtomobilin sükanı arxasında kimin olmasını görməmişdir. O, kəndə gedəndən təxminən olaraq 30-40 dəqiqə sonra kənd sakinlərindən Vidadinin qeyd edilən avtomobili ilə yolda qəzaya uğradığını, Qazel markalı avtomobil ilə toqquşduğunu, nəticədə Vidadi,anası Sücayət və nəvəsi Ayxanın almış olduğu xəsarətlədən öldüyünü, avtomobildə olan digər ailə üzvələrinin isə xəsarət aldığını eşitmişdir. Bundan sonra o, dostu Elnurla birgə hadisə yerinə getmiş, lakin hadisə yerinə çatanda VAZ-21074 markalı avtomobilin salonunda heç kimi görməmişdir, beləki o, hadisə yerinə gedənə kimi təcili tibbi yardım avtomaşını hamısını xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənov X39 Mərdanovun ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, “xx xxx 2019-cu ildə əri Elmanla birgə Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən istixanada işləyərkən saat 13:00-da iş vaxtı qurtardığı üçün işdən çıxıb arxalarınca gələn Fuatın idarə etdiyi qeyd edilən mikroavtobusa əyləşmişdir. Əri Elman sürücünün arxa hissəsində olan oturacaqda, özü arxada əyləşdikdən sonra Fuat mikroavtobusun sükanı arxasına keçib digər fəhlələrin arxasınca Şəmkir rayonu, Təzəkənd kəndinə sürmüşdür. Fəhlələr mikroavtobusa əyləşdikdən sonra əri Elman, sürücü Fuatın sərxoş vəziyyətdə olduğunu görüb Fuatdan mikroavtobusun idarəedilməsini Elman həvalə etməsini tələb etmiş, lakin Fuat buna əhəmiyyət verməyib mikroavtobusun idarə edilməsini Elmana etibar etmədən özü sükan arxasına keçmişdir. O, mikroavtobusa əyləşəndən sonra Fuat mikroavtobusu işə salıb Təzəkənd kəndindən Şəmkir-Qaracəmirli yoluna çıxıb Samux istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən Fuat sərxoş vəziyyətində olduğundan mikroavtobusu saga-sola doğru hərəkət etdirmişdir. Fuat mikroavtobusu ziqzaqvari hərəkət etidərən zaman bir anda toqquşma baş verəndə mikroavtobus zərbənin təsirindən aşmışdır. Mikroavtobus aşandan sonra əri Elman mikroavtobusun damında olan lyuk adlanan pəncərəni sındırıb onu və digər sərnişinləri bir-bir çıxarmışdır. Hadisə zamanı sağ qolu sındığı üçün Şəmkir MRX-na aparılmış, ilk tibbi yardım aldıqdan sonra evə buraxılmış və bundan 3 gün sonra qolundan əməliyyat olunmuşdur. O, hadisə zamanı qəzaya uğramış.VAZ-21074 markalı avtomobilə yaxınlaşmadığı üçün həmin avtomobilin sükanı arxasında kimin olduğunu görməmişdir. Sonradan eşitmişdir ki, həmin avtomobilin sükanı arxasında adını sonradan bildiyi X17 olmuş, ön sağ oturacaqda isə yaşlı qadın qucağındakı uşaqla olmuşdur ” Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “xx xxx 2019-cu ildə təxminən saat 08 radələrində işə getmək üçün evdən çıxaraq Fuatın idarə etdiyi mikroavtobusa əyləşib işlədiyi Şəmkir rayonu Təzəkənd kəndində yerləşən istixanaya getmişdir. Həmin gün saat 13 radələrində iş vaxtı qurtardıqdan sonra idarə etdiyi mikroavtobusla onun arxasınca gəlmiş və o, istixanadan çıxıb mikroavtobusun orta oturacağında əyləşmişdir. Bundan sonra Fuat mikroavtobusu işə salıb Şəmkir rayonu, Təzəkənd kəndindən Təzəkənd- Qaracəmirli yoluna çıxaraq Samux rayonu istiqamətində hərəkətə başlamışdır. O, Fuatı görəndə Fuat sərxoş vəziyyətdə olmuşdur. Hərəkətdə olarkən təxminən 200-300 metr məsafə qət etmişdirlər ki, Fuat maqnitafonu işə salanda mikroavtobusda əyləşən iş yoldaşı Günel adlı qız oynamağa başlayanda Fuat orta güzgü vasitəsi ilə Günelə baxmağa başlamış və başı Günelə qarışanda mikroavtobus saga-sola getməyə başlamışdır. Bu zaman o, əks istiqamətdən ağ rəngli VAZ-21074 markalı avtomobilin gədiyini görəndə Fuata mikroavtobusu öz yoluna qaytarmasını demiş, lakin Fuat buna əhəmiyyət verməyib mikroavtobusu ziqzaqvari hərəkət etdirib “ona niyə öz yoluma qayıdıram ki, hazır VAZ-21074 markalı avtomobil öz yoluna qayıtsın” sözlərini deyib öz hərəkətinə davam etmişdir. Bu vaxt həmin VAZ-21074 markalı avtomobil öz hərəkət zolağından çıxıb onların hərəkət zolağına keçəndə Fuat da bunu görüb öz yoluna qayıtmiş və mikroavtobusun ön hissəsi ilə VAZ-21074 markalı avtomobilin ön hissəsi ilə toqquşanda mikroavtobus aşmışdır. Bundan sonra mikroavtobusun qapısı sıxıldığından bir nəfər şəxs mikroavtobusun damında olan lyuk adlanan pəncərəni sındırıb onu və mikroavtobusda olan sərnişinləri bir-bir çıxarmağa başlamışlar. O, mikroavtousdan yerə düşəndə həmin VAZ-21074 markalı avtomobilin ön sağ oturacağında əyləşmiş yaşlı bir kişini və kişinin qucağında olan azyaşlı oğlan uşağını ölmüş vəziyyətdə görüb qorxmuş və qorxduğu üçün huşunu itirmiş, ayılanda isə özünü xəstəxanada görmüşdür.Həmin vaxt ona məlum oldu ki, baş vermiş hadisdə zamanı həmin kişi, qucağındankı oğlan uşagı və bir nəfər qoca qadın ölmüşdür. O, sərnişini olduğu mikroavtobusla Samux rayonu istiqamətində hərəkətdə olarkən qeyd edilən VAZ-21074 markalı avtomobilin üzərlərinə doğru gəldiyini görəndə arada 3-4 metr məsafə olmuşdur. O, mikroavtobusdan düşərək VAZ-21074 markalı avtomobilə baxanda avtomobilin ön sağ oturacağında təxminən 55-60 yaşlı kişinin, adını sonradan bildiyi Vidadi Gülməmmədovu qucağında olan azyaşlı oğlan uşağı ilə birgə əyləşdiyini və hər ikisinin öldüyünü görmüş, lakin həmin avtomobilin sükanı arxasında və arxa salonda heç kimi görməmişdir,sükan tərəf boş olmuşdur. O, hadisə zamanı qorxduğu üçün yalnız huşunu itirmiş, heç bir xəsarət almamışdır.” Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı Şahid6 ifadəsində göstərmişdir ki, “xx xxxxxx 2018-ci il Gəncə şəhər sakini X11 Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında 5000 min manat ödəməklə QAZ-32213 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı, 13+1 yerlik mikroavtobus almışdır. Mikroavtobusu aldıqdan sonra bir müddət təmir etdirmişdir. 2018-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs2 onun yaşadığı evə gedərək ondan həmin mikroavtobusu almaq istədiyini, lakin nəğd pulunun olmadığını bildirmişdir. O, Fuatla şifahi müqavilə əsasında razılaşdıqdan sonra mikroavtobusu pulunu hissə-hissə, hər ay üç yüz manat ödəmək şərti ilə yeddi min manata Fuata satmış, amma rəsmi sənəd verməmişdir. Aralarındakı razılaşmaya görə Fuat pulu tam ödəyib qurtardıqdan sonra mikroavtobusu Fuatın adına rəsmiləşdirəcəkmiş. Fuat, mikroavtobusu alandan sonra ona, pulu tam ödəyib qurtarana və adına rəsmi sənədlər alana qədər mikroavtobusu idarə etməyəcəyinə, qapısında idarə etmədən saxlayacağına söz vermişdir. 2018-ci ilin may ayından etibarən Fuat hər ay ona üç yüz manat pul ödəmişdir. xx.xx.2019-cu il tarixdə evdə olarkən mətbuatdan Fuatın idarə etdiyi həmin mikroavtobusla Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini, VAZ-21074 markalı avtomobil ilə toqquşduğunu və nəticədə üç nəfərin öldüyünü eşitmişdir. Fuat mikroavtobusu aldıqdan sonra ona hissə-hissə 3100 manat pul ödəsə də. hal-hazırda ona 3900 manat borcu qalmış, lakin buna baxmayaraq həmin mikroavtobus və üzərində olan bütün səlahiyyətlərin Zərərçəkmiş şəxs2 məxsus olmasını bildirmiş, buna görə mikroavtobusa dəymiş maddi zərərlə bağlı cinayət iş üzrə zərərçəkmiş şəxs qismində onun deyil, Zərərçəkmiş şəxs2 tanınmasını xahiş etmişdir.” Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxx 2019cu il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Şəmkir-Qaracəmirli avtomobil yolunun 6-cı km-dir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2019-cu il tarixli DİN-nin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş 016- 111 nömrəli məktubdan görünür ki Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmiş və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli zərər aktından görünür ki, VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4000 (dörd min) manat ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxxx 2019-ci il tarixli zərər rəy aktından görünür ki, QAZ-32213 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4339 (dörd min üç yüz otuz doqquz) manat ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxx 2019-cu il tarixli,17 nömrəli ekspert rəyindən görünür ki, X2 meyiti üzərində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin dərialtı hematoması, burun və üz nahiyəsinin qançırları, ağır dərəcəli qapalı kəllə-beyin travması, beyinin yumşaq qişasına qansızmalar, hər iki əl pəncəsinin arxa səthinin qançırları, sol əlin 5-ci barmağının əzilmiş yarası, sol bud sümüyü boynunun, sağ bud sümüyünün yuxarı üçdə birinin qapalı, yerini dəyişmiş sınıqları küt əşyanın təsirindən törənmişdir, həyatidirlər, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum S.S.Gülməmmədovanın ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində beyinin yumşaq qişasına qansızmalar olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxx 2019-cu il tarixli,18 nömrəli ekspert rəyindən görünür ki, X18 meyiti üzərində aşkar edilmiş xəsarətlər-sağ gicgah nahiyəsinin əzilmiş yarası, sağ gicgah sümüyünün və kəllə əsasının, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ körpücükaltı nahiyənin qançırı, sağ əlin arxa səthinin, sol diz oynağının, hər iki baldırın və sağ aşıq-baldır oynağının ön səthinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, həyatidirlər, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum A.Təqsirləndirilən şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində beyinin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxx 2019-cu il tarixli,16 nömrəli ekspert rəyindən görünür ki, X7 meyiti üzərində aşkar edilmiş xəsarətlər-ağır dərəcə travmatik və hemoragik şokla müşayiət olunan alın nahiyəsinin sol yarısının, burun yəhərinin sıyrıqları, üst çənədə soldan 1-ci, sağdan 1-2-ci dişlərin travmatik düşməsi, çənəaltı nahiyənin əzilmiş yarası, döş qəfəsinin qapalı küt travması, sağ tərəfli 5-6-7-8-9-10-cu qabırğaların sınıqları, sağ ağ ciyərin əzilmiş-cırılmış yaraları, sağ tərəfli hemotorks, qarının sağ ön-yan divarının, sağ bazunun, sağ saidin bayır səthinin qançırları, sağ dirsəyin bayır səthinin, sağ və sol baldırın ön səthinin, sağ ayağın iç topuq nahiyəsinin sıyrıqları, sağ said sümüklərinin orta üçdə birinin, sağ bud sümüyünün yuxarı və aşağı üçdə birinin qapalı yerini dəyişmiş sınıqları küt əşyanın təsirindən törənmişdir, həyatidirlər, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum V.Z.Gülməmmədovun ölümünə səbəb avtomobil qəzası zamanı aldığı politravma nəticəsində inkişaf edən ağır dərəcəli travmatik və hemoragik şok olmuşdu. Mərhum V. Z. Gülməmmədovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxx 2019-u il tarixli, 770 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizasına və adına tərtib olunmuş tibbi sənədə yazılanlara əsasən nəticəyə gəlirəm ki, onun bədən səthində aşkar edilmiş xəsarətlər-sol Vİ qabırğanın yerini minimal dəyişmiş sınığı, sol Vİİ-Vİİİ qabırğaların və çanaq sümüklərinin yerini dəyişməmiş sınıqları KÜT əşyaların təsirindən törənmişlər, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri xx xxx 2019cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxx 2019-cu il tarixli, 771 nömrəli ekspert rəyindən görünür ki, X12 bədəni üzərində aşkar edilmiş xəsarətlər-çənəaltı nahiyənin əzilmiş yarası, çənə sümüyünün sol kondilar çıxıntısının yerinidəyişmiş xətti sınığı, sağ dirsək sümüyünün aşağı üçdə birinin yerini dəyişmiş sınığı, sol baldırın orta üçdə birinin ön səthinin sıyırılmış yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxx 2019-cu il tarixli, 772 nömrəli ekspert rəyindən görünür ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ yanağın əzilmiş yarası və sağ bazu sümüyünün qapalı yerini dəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxx 2019-cu il tarixli, 773 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ gicgah nahiyəsinin dərialtı hematoması, sol almacıq sümüyü qövsünün, sol maksilar sinusun lateral divarının xətti sınıqları, oma və çanaq sümüklərinin çox saylı sınıqları küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nətəcəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 1182 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol bazu sümüyü boynunun qapalı, qəlpəli yerini dəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 1181 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol körpücük sümüyünün qapalı yerini dəyişmiş sınığı, sol tərəfli 2-3-4-5-7-8-9-10-cu və 11-ci qabırğaların sınıqları, oma və qasıq sümüklərinin yerini dəyişməmiş sınıqları küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 1183 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sağ təpə nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 1289 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın nahyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 1290 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Səyyad qızının bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol ayaq pəncəsinin ayaqarxası səthinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 1291 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol baldırın orta üçdə birinin arxa səthinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 479 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs8 bədəni üzərində aşkar edilmiş xəsarət-sağ bazu sümüyünün qapalı yerini dəyişmiş sınığı küt əşyanın təsirindən törənmişdir, xx.xx.2019-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az-ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 18940 nömrəli ekspert rəyindən görünür ki, VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələrin xarakteri, onların yerləşmə vəziyyəti və Təqsirləndirilən şəxs və X7 tibbi rəydə göstərilən bədən xəsarətlərinin xüsusiyyətləri və yerləşmə nahiyələri nəzərə alınmaqla baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ- 21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs sürücü, X17 isə sərnişin qismində olmasına uyğundur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 24415 nömrəli ekspert rəyindən görünür ki, nəqliyyat vasitələri ilkin kontakt anında QAZ-32213 markalı avtomobilin qabaq sağ sahəsi (qabaq sağ qanad) ilə VAZ-21074 markalı avtomobilin qabaq sağ sahəsi (sağ qanad) arasında toqquşma təxminən 15-20 dərəcə bucaq altında baş vermişdir. Hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus şin və tormoz izi qalmadığından ilkin kontakt anında avtomobillərin yola nəzərən qarşılıqlı vəziyyətlərini, yəni toqquşma anında yolda yerləşmə vəziyyətlərini konkret olaraq müəyyən etmək mümkün deyildir. Ona gör də, trasoloji ekspertiza yolu ilə müəyyən edilərək toqquşma anında avtomobillər arasında olan bucaq 15-20 dərəcə olması, hadisə yerində izlərin olmaması, toqquşma anında yolda yerləşmə vəziyyətlərini konkret olaraq müəyyən etmək mümkün olmaması və hadisənin həm şahid Təqsirləndirilən şəxs həmdə istintaq tərəfindən müəyyən edildiyi kimi yəni sürücü Həşimovun göstərdiyi vəziyyətdə də baş verməsinin mümkün olması nəzərə alınaraq qeyd edilir ki, mövcud vəziyyətdə istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizminin real hadisə mexanizminə uyğun olub-olmamasını ekspertiza yol ilə müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29154 nömrəli rəyindən görünür ki, VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X41» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən hərəkət üçün təhlükə yaradan anda QAZ-32213 markalı, 20EA 347 dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşma yerindən 29,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “X41” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda onda QAZ-32213 markalı ** EA *** dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşma yerindən 29,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hadisəninh qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “X41” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2020-ci il tarixli Ədliyyə Nazirlinin Mərkəzi Ekspertoza Mərkəzi tərəfindən verilmiş 8/149 nömrəli məktuba əlavə edilmiş məlumatdan görünür ki, iş üzrə məhkəmə ekspertiza aparılmasından imtina edilmiş, belə ki, həmin məlumatda göstərilmişdir ki, VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə QAZ-32213 markalı 2-EA-347 dövlət qeydiyyat nişanlı mikroavtobusun toqquşması üzrə üç cilddən ibarət ********* nömrəli cinayət işi kompleks məhkəmə tibbi və nəqliyyat trasoloji ekspertizası aparılması üçün Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuşdur. Həmin cinayət işi üzrə x xxxxxx 2019-cu il tarixdə ekspertlər Vüqar Quluyev və Hafiz Kazımov tərəfindən 18940 nömrəli kompleks məhkəmə tibbi və nəqliyyat trasoloji rəy verilmiş və həmin rəy mövcud metodik vəsaitin və təlimatın tələblərinə uyğyn tərtib edilmişdir.Ona görə də yenidən ekspertiza keçirilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2019-cu il tarixli Şəmkir RPŞ-si tərəfindən verilmiş 199-4870-1219 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx xxx 2019-cu il tarixdə saat 14:50 dəqiqədə Şəmkir-Qaracəmirli yolunun 6-cı kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci tarixli qəradan görünür ki, Şəmkir RPŞ-nin duracağında saxlanılan VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi X7 hüquqi varisi X14 verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Şəmkir RMX Publik Hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 16 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixoloji və narkoloji kabinetlərində qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Şəmkir rayonu, Qaracəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və heç yerdə işləmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış AZ-İİİ №771567 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2016-cı il təvəllüdlü X15 adlı övladı vardır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs3 Səyyad qızı, Zərərçəkmiş şəxs4 qız, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ilə barışmışlar, hazırda ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisləri X22 və X21, zərərçəkmiş şəxslər X23, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışlar, hazırda ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında təqdim olunmuş və məhkəmədə araşdırılmış notariat qaydada təsdiq olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs8 dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənmişdir və hazırda ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx xxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263-1.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair xx xxxxxxxx 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli xx xxxxxx 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı hadisə baş verdiyi zaman “VAZ-21074” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin atası X17 tərəfindən idarə olunmasını, özünün avtomobilin sükanı arxasında deyil avtomobilin arxa oturacağında əyləşməsini, hadisənin “QAZ-32213” markalı mikroavtobusun sürücüsü zərərçəkmiş Zərərçəkmiş şəxs2 onların hərəkət zolağına çıxması səbəbindən baş verməsini göstərməsinə dair ifadəsinə, həmçinin təqsirləndirilən şəxsin anası, arvadı,əmisi və qohumu olan, hazırki iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X12, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və şahid Zərərçəkmiş şəxs8 verdikləri ifadələrində Təqsirləndirilən şəxs ifadəsini təsdiq edərək, oxşar məzmunlu ifadə verməsinə tənqidi yanaşaraq hesab edir ki, onların bu ifadələri elan edilmiş ittihamla bağlı Təqsirləndirilən şəxs ağır cinayət məsuliyyətindən və cəzadan yayındırmaq məqsədi güdür, özünü (Zərərçəkmiş şəxs1, M.Gülməmmədovaya və R.Gülməmmədova və Zərərçəkmiş şəxs8 münasibətdə qohumluq münasibətində olduqları təqsirləndirilən şəxsi) müdafiə xarakteri daşıdığından, iş üzrə digər zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, iş üzrə mövcud olan ekspert rəyləri və cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla tam olaraq təkzib olunduğundan onların ifadələri həmin hissədə sübut növü kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə, digər şəxslərin isə müəxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdırıan halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərin hüquqi varisləri və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin hüquqi varislərinin və digər zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, ölmüş zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsin atası, uşağı, nənəsi, digər zərərçəkmiş şəxslərdən birinin onun arvadı və digərinin anası olmaqla həmin şəxslərin təqsirləndirilən şəxsin yaxın qohumu olmasını, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarətlər almasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini və yuxarıda qeyd edilən Plenum qərarında nəzərdə tutulmuş halları - ölmüş zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsin atası, uşağı, nənəsi digər zərərçəkmiş şəxslərdən birinin onun arvadı və digərinin isə anası olmaqla həmin şəxslərin təqsirləndirilən şəxsin yaxın qohumu olmasını, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi nəticəsində az ağır xəsarətlər almasını, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah oluna biləcəyi və yenidən tərbiyə olunacağı qənaətinə gəldiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndinin 2-ci abzasında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin duracağında saxlanılan VAZ- 21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin X7 hüquqi varisi X14 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Seyidli Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs vəkil Müdafiəçi Seyidli 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Seyidli Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin duracağında saxlanılan VAZ-21074 markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin X7 hüquqi varisi X14 qaytarılması nəzərə alınsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Seyidli Müdafiəçi həyata keçirdiyindən 150 manat məbləğində pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X40 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar