Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-173/2021 13.08.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan rayonu Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, məhkumluğu olmayan, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmuş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ki, o, dəqiq məlum olmayan vaxtda şəxsiyyəti məlum olmayan şəxslərlə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda dərman vasitələrini satış məqsədi ilə qanunsuz olaraq Türkiyə Respublikasında əldə etmə, saxlama və xeyli miqdarda həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə Tükiyə Respublikasında 2020-ci ilin fevral ayının dəqiq məlum olmayan günündə və istintaqla dəqiq müəyyən edilməmiş mənbədən 1 flakonunun qiyməti 223,98 manat olmaqla 20830,14 manat dəyərində üzərində “Gadovist 1.0 ml” yazıları olan 30 ml-lik 93 flakon dərman vasitəsi, 1 flakonunun qiyməti 107,54 manat olmaqla 36025,90 manat dəyərində üzərində “Gadovist 1.0 ml” yazıları olan 15 ml-lik 335 flakon dərman vasitəsi,1 qutusunun qiyməti 123,44 manat olmaqla 3579,76 manat dəyərində üzərində “Gonal-f 450 iu/0.75 ml enjeksiyonluk çözəlti üçün toz və çözücü’’ yazılmış 29 qutu dərman vasitəsi, 1 qutusunun qiyməti 18,80 manat olmaqla 376 manat dəyərində üzərində “Priorix 0.5 ml sc/im enjeksiyon için liyofilize toz içeren flakon ve çözücü içeren kullanıma hazır enjektör’’ yazılmış 20 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 26,95 manat olmaqla 323,40 manat dəyərində üzərində “Engerix–B Erişkin 20 mcg/1.0 ml’’ yazılmış 12 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 55,22 manat olmaqla 552,20 manat dəyərində üzərində “Glypressin 1mg İV enjeksiyonluk toz içeren flakon ve çözücü ampul’’ yazılmış 10 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 71,46 manat olmaqla 857,52 manat dəyərində üzərində “Vfend İV 200 mg infüzyon çözeltisi için toz’’ yazılmış 12 qutu dərman vasitəsi, 1 qutusunun qiyməti 68,85 manat olmaqla 8330,85 manat dəyərində üzərində “Menapur 75 iu im ve sc enjeksiyon için toz içeren flakon’’ yazılmış 121 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 32,54 manat olmaqla 6182,60 manat dəyərində üzərində “Ovitrelle 250 mcg/0.5 ml kullanıma hazır şırıngada enjeksiyonluk çözelti’’ yazılmış 190 qutu dərman vasitəsi və 1 qutusunun qiyməti 204,88 manat olmaqla 7785,44 manat dəyərində içərisindəki flakon üzərində “Gonal-f 450 iu/0.75 ml’’ və 1 ədəd şprisdə maye halında üzərində “Enjeksiyonluk su” yazılmış 38 qutu dərman vasitəsi olmaqla ümumilikdə külli miqdarda, 84843,81 manat dəyərində bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələri əldə edib satış məqsədilə saxlamış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına idxal edib cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvünə çatdırmaq məqsədilə həmin dərman vasitələrini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Scania R480” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonundakı yorğan-döşəyin içərisində və yataq hissəsinin altındakı boşluqda gizlədərək saxlamış, həmin xeyli miqdarda malları 29.02.2020-ci il tarixdə saat 15 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Qırmızı Körpü” gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qeyd olunan dərman vasitələri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 ilə yaxındır ki, sürücülüklə məşğul olaraq dolanışığını təmin etməyə çalışır. 1 ildir ki, “SCANİA R480” markalı, **-SZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsüdür. Həmin nəqliyyat vasitəsini onun qanuni sahibi olan X6 ilə aralarında bağlanmış müqavilə əsasında idarə edib beynəlxalq yük daşımalarını həyata keçirir. Bunun müqabilində hər reys üçün müxtəlif məbləğdə pul almışdır. Sözügüdən nəqliyyat vasitəsilə Türkiyə Cumhuriyyətindən Azərbaycan Respublikasına yük daşımaqla məşğul olmuşdur. 08.02.2020-ci il tarixdə yük gətirmək üçün yenə Türkiyə Cümhuriyyətinə yola düşmüş, gedərkən də PVC qapı və pəncərə düzəldilməsində istifadə edilən xammal aparmışdır. O, 19.02.2020-ci il tarixdə İstanbul şəhərinə çatıb yükləri boşaltmış, bundan sonra İstanbulda dərman deposundan 10 adda dərmanı 16 min ABŞ dollarına razılaşaraq, üzərində olan özünə məxsus 4 min ABŞ dollarını əvvəlcədən ödəmiş, qalan 12 min ABŞ dollarını isə satdıqdan sonra verəcəyinə razılaşmış və bu məqsədlə həmin dərman vasitələrini gətirib Azərbaycan Respublikasında satıb qazanc əldə etmək istəmişdir. 24.02.2020-ci il tarixdə X2 şəhərində oradan Azərbaycan gətirilməli olan mebel aksesuarlarını götürüb Azərbaycan Respublikasına yola düşmüşdür. Aldığı dərmanları da yük maşınının salonunda bir ədəd çantanın içərisində yanına qoymuşdur. 27.02.2020-ci il tarixdə Gürcüstan ərazisinə daxil olmuş, növbə çox olduğundan 1 gün orada qalmışdır. 29.02.2020-ci il tarixdən Azərbaycan Respublikasına gəlmək üçün Gürcüstan ərazisində olan postun yaxınlığındakı tırpark adlanan yerdən yola düşmüşdür. Bundan sonra Gürcüstan ərazisində yerləşən postu keçib Azərbaycan Respublikası ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. Postda nəqliyyat vasitəsini gömrük əməkdaşının xidmət apardığı idxal xəttinə sürüb saxlamışdır. Sənədlərini təqdim etdikdən sonra gömrük əməkdaşı bir-neçə şəxslə nəqliyyat vasitəsinə baxış keçirmiş, baxış keçirən zaman Türkiyədə aldığı müxtəlif adda, müxtəlif say və çeşiddə olan dərman vasitələri aşkar edilmişdir. Xeyli müddət keçdiyi üçün həmin dərmanların adları və sayları yadında qalmamışdır. Aşkar olunmuş mallarla əlaqədar gömrük əməkdaşı protokol tərtib etmiş, tərtib olunmuş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, onun dərman vasitələrini alan zaman və daha sonrakı dövrdə heç kimlə sövdələşməsi olmamışdır. Dərman vasitələri ona məxsusdur və hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, halhazırda Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru vəzifəsində işləyir. 29.02.2020-ci il tarixdə, saat təxminən 15 radələrində “Qırmızı Körpü” gömrük postunda idxal minik xəttində növbədə olarkən xəttə “SCANİA R480” markalı, 99SZ288 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Gömrük yoxlanışı həyata keçirmək üçün nəqliyyat vasitəsinə yaxınlaşmış. adını və soyadını sonradan öyrəndiyi, nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs şifahi sorğu-sual edərək üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində qanunvericiliklə mülki dövriyyəsi qadağan olunmuş və ya mülki dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətinə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş malların olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunvericiliklə mülki dövriyyəsi qadağan olunmuş və ya mülki dövriyyəsi məhdudlaşdırılmış, habelə gömrük nəzarətinə bəyan ediləsi və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir predmet olmadığını bildirərək dəfələrlə and içmişdir. Zaurun bu hərəkəti şübhəli görünmüş, bu səbəbdən həmin nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün iki nəfər hal-şahidi dəvət edib onlara hüquq və vəzifələrini izah etdikdən sonra, nəqliyyat vasitəsinə baxış keçirtmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda sürücünün yatmaq üçün istifadə etdiyi bir dəst yorğan-döşəyin içərisində və yataq hissəsinin altındakı boşluqdan gömrük nəzarətinə bəyan edilməmiş və gizlədilmiş çoxlu sayda dərman ləvazimatları aşkar edilmişdir. Sürücü ilə şifahi qaydada sorğu-sual edib həmin dərmanların kimə məxsus olduğunu və nə üçün apardığını soruşduqda sadəcə peşmançılığını bildirib “bir iş idi oldu” deməklə kifayətlənərək açıqlama verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs dərman vasitələrini kiminləsə şərikli olması barədə məlumatı olmadığını bildirdi. Aşkar olunan predmetlər götürülərək protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra avtomobildən qaçaqmalçılıq predmeti aşkar edildiyi üçün həmin avtomobil postun cərimə meydançasında saxlanılmış və bu barədə müvafiq akt tərtib edilməklə yoxlama protokoluna əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, halhazırda Qazax rayonu, Dəmirçilər kəndində yaşayır, fərdi əməklə məşğul olduğu üçün “Qırmızı-Körpü” gömrük postunda piyada idxal xəttindən gələn vətəndaşların əl yüklərini daşımağa köməklik göstərir. 29.02.2020-ci il tarixində “Qırmızı-Körpü” gömrük postunda idxal yük xəttində dayanıb vətəndaşlar və yük sahibləri tərəfindən olunacaq sifarişi gözlədiyi zaman gömrük əməkdaşı olan Əli adlı şəxs yaxınlaşaraq “SCANİA R480” markalı, 99SZ288 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirəcəyini, baxış zamanı hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Onunla razılaşmış və nəqliyyat vasitəsinin yanına yaxınlaşmışdır. Orada adı və soyadı sonradan məlum olan nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs və ondan başqa “Qırmızı Körpü” gömrük postunda fəhləlik edən Faiq adlı şəxs də olmuşdur. Baxış keçirilməzdən əvvəl Əli adlı gömrük əməkdaşı hal şahidi qismində iştirak etdiyi üçün hüquq və vəzifələrini izah etmiş və nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda olan yorğan-döşəyin arasından və yatağın altındakı boşluqdan çoxlu sayda dərman preparatları və tibbi ləvazimatlar aşkar edilmişdir. Müəyyən müddət keçdiyi üçün həmin predmetlərin adı və dəqiq sayları yadında tam qalmamışdır. Amma həmin predmetlər bir-bir sayılıb protokola qeyd edilmiş, daha sonra həmin mallar götürülərək qablaşdırılmış, protokol tərtib edilmiş və protokolu imzalamışlar. Baxış zamanı avtomobilin salonunda hər hansı bir çanta olmamış, dərman preparatlarının hamısı yorğan döşəyin arasından və yatağın altından aşkar edilmişdir. Baxış vaxtı Zaur özü də belə bir iş gördüyü üçün peşmançılığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar ifadələr verdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 fevral 2020-ci il tarixli “malların yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Scania R480” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı salonda olan yorğan-döşəyin içərisində və yatağın altında olan boşluqda gömrük nəzarətindən gizlədilmiş və bəyan olunmamış hər biri 30 ml qabda olmaqla uzərində “Gadovist 1.0 ml” yazılmiş 93 flakon, hər biri 15 ml qabda olmaqla uzərində “Gadovist 1.0 ml” yazılmiş 335 flakon, üzərində “Gonal-f 450 iu/0.75 ml enjeksiyonluk çözəlti üçün toz və çözücü’’ yazılmış 29 qutu, üzərində “Priorix 0.5 ml sc/im enjeksiyon için liyofilize toz içeren flakon ve çözücü içeren kullanıma hazır enjektör’’ yazılmiş 20 qutu, üzərində “Engerix – B Erişkin 20 mcg/1.0 ml” yazılmiş 12 qutu, üzərində “Glypressin 1mg İV enjeksiyonluk toz içeren flakon ve çözücü ampul” yazılmış 10 qutu, üzərində “Vfend İV 200 mg infüzyon çözeltisi için toz” yazılmış 12 qutu, üzərində “Menapur 75 iu im ve sc enjeksiyon için toz içeren flakon” yazılmış 121 qutu, üzərində “Vitrelle 250 mcg/0.5 ml kullanıma hazır şırıngada enjeksiyonluk çözelti” yazılmış 40 qutu, üzərində “Ganal-f 450 iu/0.75 ml enjeksiyonluk çözelti için toz ve çözücü” yazılmış 50 qutu tibbi ləvazimətə bənzər predmetlər aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” Publik hüquqi şəxsin 31 mart 2020-ci il tarixli, 04/3771 saylı məktubundan görünür ki, təqdim olunan həmin dərman vasitələri dövlət qeydiyyatından keçirilmədiyinə görə Azərbaycan Respublikasının “Dərman vasitələrinin dövlət Reyestri”nə salınmamışdır və buna görə də ölkə ərazisinə qanuni yolla idxalı mövcud deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2020-ci il tarixli, 6/73 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “..Təqsirləndirilən şəxs barəsində...” sözləri olan polietilen paketdəki dərman preparatları dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundurlar (təsiredici maddələrin adları 1№ cədvəldə göstərilmişdir), “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış nə nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarına” daxil deyildirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2020-ci il tarixli, 09/127 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 10 adda (“Gadovist 1.0 ml” yazıları olan 30 ml-lik, “Gadovist 1.0 ml” yazıları olan 15 ml-lik, “Gonal-f 450 iu/0.75 ml enjeksiyonluk çözəlti üçün toz və çözücü’’ yazıları olan dərman, “Priorix 0.5 ml sc/im enjeksiyon için liyofilize toz içeren flakon ve çözücü içeren kullanıma hazır enjektör’’ yazıları olan dərman, “Engerix – B Erişkin 20 mcg/1.0 ml” yazıları olan dərman, “Glypressin 1mg İV enjeksiyonluk toz içeren flakon ve çözücü ampul” yazıları olan dərman, “Vfend İV 200 mg infüzyon çözeltisi için toz” yazıları olan dərman, “Menapur 75 iu im ve sc enjeksiyon için toz içeren flakon” yazıları olan dərman, “Ovitrelle 250 mcg/0.5 ml kullanıma hazır şırıngada enjeksiyonluk çözelti” yazıları olan dərman, “Gonal-f 450 iu/0.75 ml” və bir ədəd şpirisdə maye halında üzərində “Enjeksiyonluk su” yazıları olan dərman preparatları) dərman preparatlarının ümumilikdə 29.02.2020-ci il tarixə orta bazar qiyməti təxminən 84843,81 manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 noyabr 2020-ci il tarixli, 9/3873 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 adda dərman preparatlarının ümumilikdə 29.02.2020-ci il tarixdə orta bazar qiyməti təxminən 84843,81 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş 9/127 №-li 24.04.2020-ci il tarixli rəyin nəticəsi təsdiq edilir. Həmin dərman preparatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 4/1040 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin materiallarında olan 20/02/3030-ci il tarixli 189644saylı faturanın ön tərəfindəki əlyazmalar və həmin faturadakı imza-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2020-ci il tarixli, 5/886 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X9”-nun 189644 nömrəli qaimə fakturasının blankı və “Maliye Bakanlığı T.C” məzmunlu möhür əksi axınlı printerdə çap edilmişdir. tədqiqata təqdim edilmiş “X9”-nun 189644 nömrəli qaimə fakturasında olan ştamp əksi relfey klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Baxış keçirilməsi haqqında” 11 may 2020-ci il tarixli protokoldan görünür ki, Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Xidməti məlumatlar” altbölməsində Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatına baxış keçirdikdə onun 2003cü ildən etibarən müxtəlif vaxtlarda Rusiya Federasiyası və Gürcüstan istiqamətində gedib-gəldiyi, 09.02.2020-ci il tarixdə “Qırmızı körpü” gömrük postundan keçməklə “Scania” markalı 99SZ288 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Gürcüstana getdiyi, 29.02.2020-ci il tarixdə isə “Qırmızı körpü” gömrük postunda keçməklə “Scania” markalı 99SZ288 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbayan Respublikasına gəldiyi, həmin vaxt nəqliyyat vasitəsinin salonunda dərman vasitələrinin aşkar edilərək götürüldüyü müəyyən edilmiş, mövcud məlumatlar çap edilərək 2 vərəqdə protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 may 2020ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Scania R480 maraklı **-SZ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı nəzarət kamerası vasitəsilə qeydə alınmış görüntülərin əks olunduğu diskə baxış keçirilmiş və müşahidə-nəzarət kameraları vasitəsilə qeydə alınmış fotoşəkillərə baxdıqda nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobildə hər hansı çanta olmadığı məlum olmuş, 2 ədəd fotoşəkil çap edilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 15 may 2020ci il tarixli “maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” qərardan görünür ki, üzərində “Gadovist 1.0 ml“ yazıları olan 30 ml-lik 93 flakon dərman vasitəsi, üzərində “Gadovist 1.0 ml“ yazıları olan 15 ml-lik 335 flakon dərman vasitəsi, üzərində “Gonal-f 450 iu/0.75 ml enjeksiyonluk çözəlti üçün toz və çözücü’’ yazılmış 29 qutu dərman vasitəsi, üzərində “Priorix 0.5 ml sc/im enjeksiyon için liyofilize toz içeren flakon ve çözücü içeren kullanıma hazır enjektör’’ yazılmış 20 qutu dərman vasitəsi, üzərində “Engerix – B Erişkin 20 mcg/1.0 ml’’ yazılmış 12 qutu dərman vasitəsi, üzərində “Glypressin 1mg İV enjeksiyonluk toz içeren flakon ve çözücü ampul’’ yazılmış 10 qutu dərman vasitəsi, üzərində “Vfend İV 200 mg infüzyon çözeltisi için toz’’ yazılmış 12 qutu dərman vasitəsi, üzərində “Menapur 75 iu im ve sc enjeksiyon için toz içeren flakon’’ yazılmış 121 qutu dərman vasitəsi, üzərində “Ovitrelle 250 mcg/0.5 ml kullanıma hazır şırıngada enjeksiyonluk çözelti’’ yazılmış 190 qutu dərman vasitəsi və içərisindəki flakon üzərində “Gonal-f 450 iu/0.75 ml ’’ və 1 ədəd şprisdə maye halında üzərində “Enjeksiyonluk su” yazılmış 38 qutu dərman preparatları maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyinə verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 09 iyun 2020-ci il tarixli 4032 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti başçısının Qarabağlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli, 100 nömrəli məktubundan görünür ki, Abasov X4 rayonu, Qarabağlı kəndində qeydiyyatda olmasına baxmayaraq həmin ərazidə yaşamır, ailəvi Bakı şəhərində məlum olmayan ünvanda yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bakı şəhər Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 iyun 2020-ci il tarixli tələbnaməsindən, hökmün və qərarın surətlərindən görünür ki, Abasov X5 Rayon Xalq Məhkəməsinin 14 iyul 1999-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 207-ci maddəsinin 2-ci hissəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 23-1-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə əməyə mütləq cəlb olunmaqla azadlıqdan şərti olaraq məhrum edilmiş, Bakı şəhəri Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin icraatına 06 fevral 2015-ci il tarixdə xitam verimişdir. Onun bu məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Həmçinin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini müəyyən edən Azərbaycan Respublikasınının CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab edilir. Göründüyü kimi cinayət qanunvericiliyə və Plenum qərarında qeyd edilən hüquqi mövqeyə görə qabaqcadan razılaşma dedikdə şəxslərin cinayəti törətməmişdən qabaq törədiləcək cinayət əməlini törətmək üçün qabaqcadan razılaşıb bu məqsədlə birləşmələrini, yəni cinayətin obyektiv və subyektiv tərəfinin əqli hissəsinin başa çatıdırması, bundan sonra isə cinayətin törədilməsi başa düşülür. Məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş qeyri müəyyən şəxslərlə qabaqcadan əlbir olmaqla bağlı ittiham tamamilə ehtimala əsaslanaraq, heç bir sübutla təsdiq olunmamaqla, onun tərəfindən törədilmiş cinayət əməllərinə uyğun deyil. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs digər şəxs və ya şəxslərlə arasında belə razılaşmanın və ya cinayətin birgə törədilməsinə yönələn nə qəsdi, nə də hərəkətləri müəyyən olunmadı. İstər ibtidai istintaq zamanı və istərsə də məhkəmədə bunu təsdiq edən nə birbaşa, nə də dolayı sübut müəyyən olumadı. Həmçinin təqsirləndirilən şəxs bu halı həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı inkar etdi, onun həmin ifadələrini nə təkzib edən, nə də bunun əksi olaraq ittihamı təsdiq edən sübut müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməyə dair digər şəxslərlə qabaqcadan cinayət əlaqəsinə girib törətməsinin faktiki və hüquqi əsası olmadığı qənaətinə gəlir. Çünki istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs digər şəxs və ya şəxslərlə qabaqcadan cinayət əlaqəsinə daxil olması müəyyən edilmədi. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin külli miqdarda, 84843,81 manat dəyərində bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini Türkiyə Respublikasından əldə edib satış məqsədilə saxlaması, həmin dərman vasitələrini Azərbaycan Respublikasına idxal edib sataraq qazanc əldə etməsi məqsədilə onları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Scania R480” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonundakı yorğan-döşəyin içərisində və yataq hissəsinin altındakı boşluqda gizlədərək saxlaması, daha sonra Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, xeyli miqdar təşkil edən həmin dərman vasitələrini qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsi özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin obyektiv halları ilə tam olaraq sübuta yetirilir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla müəyyən etdi ki, Təqsirləndirilən şəxs bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş külli miqdarda dərman vasitələrini satış məqsədi ilə qanunsuz olaraq Türkiyə Respublikasında əldə etmə, saxlama və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək ölkə ərazisində sataraq qazanc əldə etmək məqsədilə Tükiyə Respublikasında 2020-ci ilin fevral ayının məlum olmayan günündə və dəqiq müəyyən edilməmiş mənbədən 1 flakonunun qiyməti 223,98 manat olmaqla 20830,14 manat dəyərində üzərində “Gadovist 1.0 ml“ yazıları olan 30 ml-lik 93 flakon dərman vasitəsi, 1 flakonunun qiyməti 107,54 manat olmaqla 36025,90 manat dəyərində üzərində “Gadovist 1.0 ml“ yazıları olan 15 ml-lik 335 flakon dərman vasitəsi,1 qutusunun qiyməti 123,44 manat olmaqla 3579,76 manat dəyərində üzərində “Gonal-f 450 iu/0.75 ml enjeksiyonluk çözəlti üçün toz və çözücü’’ yazılmış 29 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 18,80 manat olmaqla 376 manat dəyərində üzərində “Priorix 0.5 ml sc/im enjeksiyon için liyofilize toz içeren flakon ve çözücü içeren kullanıma hazır enjektör’’ yazılmış 20 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 26,95 manat olmaqla 323,40 manat dəyərində üzərində “Engerix – B Erişkin 20 mcg/1.0 ml’’ yazılmış 12 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 55,22 manat olmaqla 552,20 manat dəyərində üzərində “Glypressin 1mg İV enjeksiyonluk toz içeren flakon ve çözücü ampul’’ yazılmış 10 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 71,46 manat olmaqla 857,52 manat dəyərində üzərində “Vfend İV 200 mg infüzyon çözeltisi için toz’’ yazılmış 12 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 68,85 manat olmaqla 8330,85 manat dəyərində üzərində “Menapur 75 iu im ve sc enjeksiyon için toz içeren flakon’’ yazılmış 121 qutu dərman vasitəsi,1 qutusunun qiyməti 32,54 manat olmaqla 6182,60 manat dəyərində üzərində “Ovitrelle 250 mcg/0.5 ml kullanıma hazır şırıngada enjeksiyonluk çözelti’’ yazılmış 190 qutu dərman vasitəsi və 1 qutusunun qiyməti 204,88 manat olmaqla 7785,44 manat dəyərində içərisindəki flakon üzərində “Gonal-f 450 iu/0.75 ml ’’ və 1 ədəd şprisdə maye halında üzərində “Enjeksiyonluk su” yazılmış 38 qutu dərman vasitəsi olmaqla ümumilikdə külli miqdarda, 84843,81 manat dəyərində bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini əldə edib satış məqsədilə saxlamış, həmin dərman vasitələrini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Scania R480” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonundakı yorğan-döşəyin içərisində və yataq hissəsinin altındakı boşluqda gizlədərək saxlamış, 29.02.2020-ci il tarixdə saat 15 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü”gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, xeyli miqdar təşkil edən həmin dərman vasilərini qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Qırmızı Körpü” gömrük postunda idarə etdiyi nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qeyd olunan dərman vasitələri aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, yuxarıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.1-ci maddəsinə tövsif olunmalı, ona elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 200-1.2.3-cü maddələri ilə tövsif edilməsini qanuni və əsaslı hesab edərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılması qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “«Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdırıan halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1 və 200-1.2.3cü maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 200-1.2.3-cü maddəsində nəzərdə tutulmuş əsas olan cəza azadlıqdan məhrum etmə ilə yanaşı ona həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə də cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 09 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Belə ki, məhkəmə hesab edir ki, dərman vasitələrinin qanuni sahibi müəyyən edildiyindən iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində saxlanılan üzərində “Gadovist 1.0 ml“ yazıları olan 30 mllik 93 flakon dərman vasitəsi, üzərində “Gadovist 1.0 ml“ yazıları olan 15 ml-lik 335 flakon dərman vasitəsi, üzərində “Gonal-f 450 iu/0.75 ml enjeksiyonluk çözəlti üçün toz və çözücü’’ yazılmış 29 qutu dərman vasitəsi, üzərində “Priorix 0.5 ml sc/im enjeksiyon için liyofilize toz içeren flakon ve çözücü içeren kullanıma hazır enjektör’’ yazılmış 20 qutu dərman vasitəsi, üzərində “Engerix – B Erişkin 20 mcg/1.0 ml’’ yazılmış 12 qutu dərman vasitəsi, üzərində “Glypressin 1mg İV enjeksiyonluk toz içeren flakon ve çözücü ampul’’ yazılmış 10 qutu dərman vasitəsi, üzərində “Vfend İV 200 mg infüzyon çözeltisi için toz’’ yazılmış 12 qutu dərman vasitəsi, üzərində “Menapur 75 iu im ve sc enjeksiyon için toz içeren flakon’’ yazılmış 121 qutu dərman vasitəsi, üzərində “Ovitrelle 250 mcg/0.5 ml kullanıma hazır şırıngada enjeksiyonluk çözelti’’ yazılmış 190 qutu dərman vasitəsi və içərisindəki flakon üzərində “Gonal-f 450 iu/0.75 ml ’’ və 1 ədəd şprisdə maye halında üzərində “Enjeksiyonluk su” yazılmış 38 qutu dərman vasitələri qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməli, imtina etdiyi təqdirdə dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 415,34 (dörd yüz on beş manat otuz dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci və 200-1.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dört) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı tutulduğu 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində saxlanılan üzərində “Gadovist 1.0 ml“ yazıları olan 30 mllik 93 flakon dərman vasitəsi, üzərində “Gadovist 1.0 ml“ yazıları olan 15 ml-lik 335 flakon dərman vasitəsi, üzərində “Gonal-f 450 iu/0.75 ml enjeksiyonluk çözəlti üçün toz və çözücü’’ yazılmış 29 qutu dərman vasitəsi, üzərində “Priorix 0.5 ml sc/im enjeksiyon için liyofilize toz içeren flakon ve çözücü içeren kullanıma hazır enjektör’’ yazılmış 20 qutu dərman vasitəsi, üzərində “Engerix – B Erişkin 20 mcg/1.0 ml’’ yazılmış 12 qutu dərman vasitəsi, üzərində “Glypressin 1mg İV enjeksiyonluk toz içeren flakon ve çözücü ampul’’ yazılmış 10 qutu dərman vasitəsi, üzərində “Vfend İV 200 mg infüzyon çözeltisi için toz’’ yazılmış 12 qutu dərman vasitəsi, üzərində “Menapur 75 iu im ve sc enjeksiyon için toz içeren flakon’’ yazılmış 121 qutu dərman vasitəsi, üzərində “Ovitrelle 250 mcg/0.5 ml kullanıma hazır şırıngada enjeksiyonluk çözelti’’ yazılmış 190 qutu dərman vasitəsi və içərisindəki flakon üzərində “Gonal-f 450 iu/0.75 ml ’’ və 1 ədəd şprisdə maye halında üzərində “Enjeksiyonluk su” yazılmış 38 qutu dərman vasitələri qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilsin, imtina etdiyi təqdirdə dövlət nəfinə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 415,34 (dörd yüz on beş manat otuz dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-173/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-173/2021
13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver