Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-173/2022 17.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid1 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2004-cü ildə Ağdam rayon Quzanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam rayon Şurabad kəndində daimi qeydiyyatda olmaqla, hazırda Ağdam rayon İmamqulubəyli qəsəbəsində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 sentyabr 2021-ci il tarixdə saat 21:00 radələrində Ağdam rayonunun İmamqulubəyli qəsəbəsi ərazisində qardaşı Zərərçəkmiş şəxs ona tanışı Şahid5 borclu olduğu 70 manat məbləğində pulu qaytarmadığını irad tutaraq döyməsindən və ondan yaxa qurtarıb qaçıb gəldiyi yaşadığı Ağdam rayonu İmamqulubəyli qəsəbəsi 354 nömrəli evin qonaq otağında həmin gün və vaxtda mübahisəni davam etdirmək üçün onun arxasınca evə gələn qardaşı Zərərçəkmiş şəxs ona yenidən zərbələr endirmək istəyən zaman sonuncunun bu hərəkələrinə mane olmaq məqsədilə onları ayırmaq üçün araya girən anası Şahid1 itələyib divara vurmasından əsəbləşib aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı həmin evin qonaq otağındakı masanın üzərindən götürdüyü kustar üsul ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı olan, soyuq silah hesab edilməyən bıçaq ilə Zərərçəkmiş şəxs boynunun sağ səthindən bir dəfə, döş qəfəsinin ön divarının sol tərəfindən bir dəfə, üst dodaq nahiyyəsindən bir dəfə və qarınının ön divarının sol tərəfindən bir dəfə qəsdən vuraraq sonuncuya boynun sağ səthinin kəsilmiş səthi yarası ilə sağlamlığa zərər vurmayan, döş qəfəsinin sol ön divarının daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, üst dodaq nahiyəsinin deşib keçən kəsilmiş-deşilmiş yarası birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və “S”-ə bənzər bağırsağın deşib keçən yarası ilə qarının sol ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yaşayır və subaydır. O, evin kiçik övladıdır. X4 təxminən onun 7 yaşı olanda dünyasını dəyişmişdir. Onun həyətdə döyüşkən xoruzlar saxlamağa marağı olmuşdur. Ona görə də 2021-ci ilin avqust ayının əvvəllərində İlkin adlı şəxsə 01 ədəd xoruzu verərək ondan başqa bir toyuq xoruzu almış, həmin vaxt İlkinə 70 manat pul borclu qalmış və pulunu sentyabr ayının 12-də verəcəyini bildirmişdir. 04.09.2021-ci il tarixdə İlkin onun yaşadığı ünvana gələrək İlkinə borclu olduğu 70 manatı anasından və ailə üzvlərindən istəmişdir, o, isə həmin vaxt yaşadığı evdə yatılı olmuşdur. 05.09.2021-ci il tarixdə o, qəsəbə ərazisində idman edərkən İlkin yenidən onların evlərinə gələrək ailə üzvlərindən pulunu istəmiş və qardaşı Faiq buna çox əsəbləşmişdir. O, saat təxminən 21 radələrində idmandan qayıdarkən qardaşı Faiq dostu Fəridin idarə etdiyi VAZ-2106 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onun yanında saxlamışlar. Həmin avtomobildən qardaşı Faiq, İlkin və Fərid enmişlər. Bundan sonra Faiq ona yaxınlaşaraq onun bir dəfə sillə ilə üz nahiyyəsindən və bir dəfə təpiklə arxa nahiyyəsindən zərbə vurmuşdur. O, Faiqin əlindən qaçmaq istəyərkən Faiq arxadan onun koftasından tutmuş və üzərində olan göy rəgli kofta cırılaraq əynindən çıxmışdır. Bundan sonra o, qardaşının əlindən qaçaraq əynində bir şalvarla, yəni yuxarı hissə çılpaq vəziyətdə evə getmişdir. Təxminən 5 dəqiqə sonra qardaşı evə gələrək yenidən onu döyməyə çalışmışdır. Həmin vaxt onlar mübahisə edərkən anası Nəsibə onları aralaşdırmaq üçün araya girmiş, bu zaman qardaşı Faiq anasını itələmiş və bu zaman anası divara dəymişdir. O, Faiqin onu döyməsindən və anasını itələməsindən əsəbləşərək qonaq otağında masanın üzərindən mətbəx bıçağını götürmüş və əsəbi halda qardaşı Faiqi həmin bıçaqla 4 dəfə vurmuşdur. Həmin zərbələrdən sonuncusu Faiqin qarın nahiyəsinə dəymiş və qan axmağa başlamışdır. Bundan sonra o, qardaşının qarın nahiyyəsindən qan axdığını görüb dayanmış və əlində olan bıçağı qab yuyulan yerə ataraq qardaşını həkimə aparmaq üçün qoluna girmişdir.Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, onun İlkinə pul borclu olduğunu İlkin qardaşına dediyi üçün, həm də İlkinin onların yaşadıqları evə gəlməsindən əsəbləşərək onu döymüş və onların aralarında mübahisə yaranmışdır. Hadisə baş verərkən orada anası Nəsibə olmuşdur. Qardaşı İxtiyar hadisədən sonra evə daxil olmuş, babası Nadir isə həmin vaxt həyətdə olmuşdur. Hadisə yaşadıqları Ağdam rayon İmamqulubəyli qəsəbəsi 354 nömrəli evdə baş vermişdir. O, həmin bıçağı evdə qonaq otağında stolun üstündən götürmüşdür. O qardaşı Faiqə 4 bıçaq zərbəsi vurmuşdur. Həmin zərbələrdən birini qarın nahiyyəsinə, birini sinə nahiyyəsinə digər iki zərbənin isə hara dəydiyini bilməmişdir. O, Faiqə evin qonaq otağında bıçaqla xəsarətlər yetirmişdir. Faiq anasını itələdiyinə və onu döydüyünə görə o əsəbləşərək Faiqi vurmuşdur. Həmin vaxt o çox əsəbi olmuş və Faiqi qorxutmaq istəmişdir. O, Faiqə endirdiyi ilk üç zərbədən sonra Faiqin heç bir yerində qan olmamış, lakin sonuncu zərbə qarın nahiyyəsinə dəydikdən sonra Faiqin qarın nahiyyəsindən qan axdığını görüb zərbələri dayandırmış və əlində olan bıçağı ataraq onu həkimə aparmaq üçün qoluna girmişdir. O, zərbələri könüllü olaraq dayandırmış və qardaşı Faiqi həkimə aparmağa kömək etmişdir. O, həmin zərbələri bilərəkdən ürək nahiyyəsinə və ya digər nahiyyələrinə endirməmişdir, sadəcə olaraq Faiqi qorxutmaq üçün bıçağı Faiqə tərəf nizamsız şəkildə vurarkən zərbələr həmin nahiyyələrə dəymişdir. Onlar Faiqi anası, o, qardaşı İxtiyarla Fərid adlı qəsəbə sakinin VAZ-2106 markalı avtomobil ilə həkimə aparmışlar. Əməlindən olduqca peşmandır, məhkəmədən ona mərhəmət göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonununİmamqulubəyli qəsəbəsində yaşayır və subaydır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 04.09.2021-ci il tarixdə İlkin adlı qəsəbə sakini yaşadıqları ünvana gələrək kiçik qardaşı Rəvanın ona 70 manat pul borclu olduğunu bildirmişdir. O. İlkinə sabah pulun çatacağını söyləmişdir. Bundan sonra İlkin onların yaşadıqları ünvanı tərk edərək çıxıb getmişdir. Sonradan o, Rəvana bildirmişdir ki, “sabahdan işlə İlkinin borcunu ödə”. Səhəri gün, yəni 05.09.2021-ci il tarixdə İlkin ona zəng edərək Rəvanın hələdə borcunu qaytarmadığını bildirmişdir. Təxminən 15 dəqiqə sonra o, Fəridlə birlikdə Fəridə məxsus VAZ-2106 markalı avtomobillə qəsəbədə məktəbin qarşısında İlkinlə görüşmüşlər. Onlar bir qədər Fəridə məxsus VAZ-2106 markalı avtomobildə söhbət etdikdən sonra o, maşınla Rəvanı axtarmağı onlara təklif etmişdir. Onlar maşınla digər küçəyə keçəndə Rəvanın həmin küçədə olduğunu görmüşdür. O, maşından enərək Rəvanı yanına çağırmış və onu danlamışdır ki, “camaatın pulunu niyə ödəmirsən”. Rəvanda ona cavabında “iş yoxdur, olanda işləyib ödəyərəm” demişdir. O, Rəvanın bu sözlərindən əsəbləşərək Rəvanı sillə ilə bir dəfə üz nahiyyəsindən, bir dəfə də təpiklə arxa nahiyyəsindən vurmuşdur. Bu zaman Rəvan ondan qaçmağa çalışmış, o, isə Rəvanı saxlamaq üçün üzərində olan koftadan tutmuş, kofta cırılaraq Rəvanın əynindən çıxmış və onun əlində qalmışdır. O, həmin koftanı tullayaraq Rəvanın arxasınca evə getmişdir. O, həyətə daxil olanda babası Nadir və qardaşı İxtiyar həyətdə olmuşdur. O, dərhal evə daxil olmuş, həmin vaxt evdə Rəvan və anası Nəsibə olmuşdur. Anası onun qarşısını kəsərək Rəvanı döyməsinin qarşısını almağa çalışmışdır. Bu zaman o əli ilə anasını itələmiş və Rəvana tərəf getməyə başlamışdır. Həmin vaxtı Rəvan qonaq otağından masanın üzərində olan mətbəx bıçağını götürərək ona tərəf gəlmiş və onu bıçaqla vurmağa başlamışdır. Həmin zərbələrdən biri onun ağız nahiyyəsinə, biri boğaz nahiyyəsinə, biri sol doş qəfəsinə və sonuncusu isə qarın nahiyyəsinə dəymişdir. Bundan sonra Rəvan onun qarnından qan axdığını görüb dayanmış, əlində olan bıçağı qab yuyulan yerə ataraq onun qoluna girmiş və o anam, qardaşı İxtiyarla birlikdə dostu Fəridin avtomobilinə əyləşdirirək həkimə aparmışlar. Rəvanın İlkinə pul borcu olduğuna görə İlkin bir neçə dəfə ona demiş, növbəti dəfə də ona deyəndə o, əsəbiləşərk Rəvanı bir dəfə sillə ilə, bir dəfə də təpiklə vurmuş və beləcə onların arasında mübahisə yaranmışdır. Hadisə zamanı o, qarın, sinə, boğaz və ağız nahiyyələrindən xəsarət almışdır. Hadisə baş verərkən orada anası Nəsibə olmuşdur. Qardaşı İxtiyar hadisədən sonra evə daxil olmuş, babası Nadir isə həmin vaxt həyətdə olmuşdur. Hadisə yaşadıqları Ağdam rayon İmamqulubəyli qəsəbəsi 354 nömrəli evdə baş vermişdir. Rəvan həmin bıçağı evdə qonaq otağından stolun üstündən götürmüşdür. Rəvan yəqinki onu qorxutmaq istəmişdir. Çünki Rəvan onun qarnından qan axdığını görən kimi zərbələri dayandırmış və onu xəstəxanaya aparmağa köməklik göstərmişdir. Rəvanın endirdiyi zərbələrdən sonuncusu onun qarın nahiyyəmə dəymiş və həmin nahiyyədən qan axmağa başlamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Hazırda onlar barışıblar və eyni evdə yaşayırlar. Baş vermiş hadisəyə görə olduqca peşmandır. Göstərilənlərin nəzərə alınmasını, Rəvanın uşaq yaşda olmasını, ona mərhəmət göstərilərək həbs edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayon İmamqulubəyli qəsəbəsində yaşayır və subaydır. Ağdam rayon İmamqulubəyli qəsəbə 92 saylı tam orta məktəbdə xadimə işləyir. Həyat yoldaşı Teyyub Ağayev təxminən 12 il əvvəl rəhmətə getmişdir. Onların birgə nigahlarından 4 övladları olmuşdur. Onlardan 1 qız, 3 isə oğlandır. Qızı ailə həyatı qurub onlardan ayrı yaşayır. O, isə 3 oğlu ilə birlikdə Ağdam rayon İmamqulubəyli qəsəbəsi 354 nömrəli evdə yaşayır. 04.09.2021ci il tarixdə saat təxminən 23 radələrində İlkin adlı qəsəbə sakini yaşadıqları ünvana gələrək oğlu Rəvanın ona borclu olduğu 70 manat pulu istəmişdir. Həmin vaxt onlar pullarının olmadığını, tezliklə Rəvanın işləyib pulunu ödəyəcəyini bildirmişlər. 05.09.2021-ci il tarixdə saat təxminən 21 radələrində oğlu Rəvan evə daxil olanda o Rəvanın çılpaq vəziyyətdə, yəni üzərində kofta olmadığını görmüşdür. Bu zaman Rəvandan nə olduğunu soruşanda Rəvan böyük oğlu Faiqin onu küçədə döyərək koftasını cırdığını demişdir. Təxminən 5 dəqiqə sonra böyük oğu Faiq evə daxil olaraq yenidən Rəvanı döyməyə çalışanda o onların arasına keçmişdir. Bu zaman Faiq onu itələmiş, o, evin divarına dəyib dayanmışdır. Bundan əsəbləşən kiçik oğlu Rəvan qonaq otağında stolun üzərində olan mətbəx bıçağını götürərək Faiqə həmin bıçaqla zərbələr endirməyə başlamışdır. Həmin zərbələrdən biri Faiqin boğaz nahiyyəsinə, biri sinə nahiyəsinə, biri ağız nahiyəsinə sonuncusu isə qarın nahiyyəsinə dəymişdir. Bundan sonra Rəvan Faiqin bədənindən qanın axdığını görüb bıçağı mətbəxdə moykanın içərisinə atmış, Faiqin qolundan tutaraq İxtiyarla birlikdə Faiqi Fəridin avtomobilinə əyləşdirmişlər və onlar Faiqi Ağdam MRX-ya, daha sonra isə Bərdə MRX-ya aparmışlar. Şahid1 daha sonra ifadəsində göstərmişdir ki, həmin vaxt orada o, olmuşdur. Hadisədən sonra evə oğlu İxtiyar daxil olmuş və atası Nadir isə həmin vaxtı həyətdə olmuşdur. Hadisə yaşadıqları Ağdam rayon İmamqulubəyli qəsəbəsi 354 nömrəli evdə baş vermişdir. Rəvan həmin bıçağı qonaq otağında stolun üstündən götürmüşdür. Rəvanın İlkinə 70 manat pul borclu olduğunu İlkin qardaşı Faiqə dediyindən Faiq əsəbləşərək Rəvanı döymüşdür. Rəvan Faiqin bədənindən qan axdığını görüb vurduğu zərbəli dayandırmış və Faiqin qolundan tutaraq Faiqi xəstəxanaya aparmaq məqsədilə avtomobilə əyləşdirmişdir. O, istintaqa təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş qısaqol köynəyin sonuncuya xəstəxanada tibbi yardım göstərilərkən həkimlər tərəfindən cırılaraq əynindən çıxarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayon İmamqulubəyli qəsəbəsində yaşayır və subaydır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun kiçik qardaşı, Zərərçəkmiş şəxs isə onun böyük qardaşıdır. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 04.09.2021-ci il tarixdə saat təxminən 23 radələrində İlkin adlı şəxs yaşadıqları ünvana gələrək qardaşı Rəvanın ona 70 manat pul borcu olduğunu demişdir. Bu zaman onlar ilkinə pullarınınn olmadığını bildirmiş və pulları olan kimi borclarını ödəyəcəklərini bildirmişlər. 05.09.2021-ci il tarixdə saat təxminən 21 radələrində o, yaşadıqları evin həyətində olarkən qardaşı Rəvan həyətə daxil olaraq evə keçmişdir. Təxminən 5 dəqiqə sonra böyük qardaşı Faiq də həyətə daxil olmuşdur. O, Faiqin əsəbi halda içəri keçdiyini görəndə qarşısına çıxmışdır ki, evə daxil olmasın, lakin Faiq onu itəliyərək evə keçmişdir. O, təxminən 2 dəqiqə sonra Faiqin ardınca evə keçəndə Faiqin ağzının qanadığını görmüşdür. O, Faiqə yaxınlaşanda qarın nahiyyəsindəndə qan axdığını görmüşdür. Həmin vaxt Rəvan Faiqin qolundan tutaraq çölə çıxarmağa çalışmışdır. O da Faiqi qucaqlamış və Rəvanla birlikdə Faiqi Fəridin avtomobilə əyləşdirmişlər ki, Faiqi xəstəxanaya aparsınlar. Bundan sonra o, Rəvan və anası qardaşı Faiqi Ağdam MRX-ya, daha sonra isə Bərdə MRXya aparmışlar.Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, Rəvanın İlkinə pul borclu olduğu üçün qardaşı Faiq əsəbləşərək Rəvanı döymüşdür. Ona görədə onların arasında mübahisə yaranmışdır. O, içəri daxil olanda artıq Rəvan Faiqi bıçaqla vurmuşdur. Həmin vaxt Faiq özü ona Rəvanın onu bıçaqla vurmasını bildirmişdir. Hadisə yaşadıqları Ağdam rayon İmamqulubəyli qəsəbəsi 354 nömrəli evdə baş vermişdir. Hadisə nəticəsində qardaşı Faiq ağız, boğaz, sinə nahiyyələrindən və qarın boşluğundan xəsarət almışdır. Rəvan zərbələri özü dayandırmış, əlində olan bıçağı mətbəxdə moykanın içərisinə atmışdır və Faiqin qolundan tutaraq Faiqi xəstəxanaya aparmağa köməklik etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Şahid4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yaşayır və subaydır. Heç bir yerdə işləmir. O, Rəvan və Zərərçəkmiş şəxsləri təxminən 6-7 ildir ki, tanıyır. Onlarla aralarındaa heç bir düşmənçilik və ya ədavət olmamışdır. 05.09.2021-ci il tarixdə saat təxminən 21 radələrində o, Zərərçəkmiş şəxslə qəsəbə ərazisində görüşmüşdür. Onlar birlikdə qəsəbədə gəzərkən İlkin Faiqə zəng vurmuşdur. Faiq İlkinlə telefonla danışdıqdan sonra İlkin ona görüşməyi təklif etmişdir. Bundan sonra onlar ona məxsus VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbə ərazisində yerləşən məktəbin qarşısında görüşmüşlər. X5 Faiqin kiçik qardaşı Rəvanın İlkinə borclu olduğu 70 manat barəsində söhbət etdikdən sonra, onlar birlikdə maşınla Rəvanı axtarmaq qərarına gəlmişlər. Onlar avtomobillə bir qədər hərəkət etdikdən sonra Rəvanın küçədə olduğunu görmüşlər. Bundan sonra Faiq avtomobildən enərək Rəvana tərəf getmiş və Rəvana bir dəfə sillə ilə üz nahiyyəsinə, bir dəfə də təpiklə arxa nahiyyəsinə zərbə endirmişdir. Bundan sonra İlkinlə o onları aralaşdırmış və Rəvanın koftası cırılaraq əynindən çıxmışdır. Faiqin əlindən Rəvan qaçaraq evə getmişdir. Bundan sonra İlkin oradan uzaqlaşaraq evlərinə, Faiq isə Rəvanın arxasınca öz evlərinə getmişdir. O, isə Faiqin arxasınca avtomobillə evlərinə tərəf getmişdir. O, ora çatanda Faiqin həyət qapısının önündə qarnını sıxıb dayandığını, anasının, qardaşı İxtiyarın və Rəvanın isə yanında olduqlarını görmüşdür. O, nə baş verdiyini sorşanda Faiq ona Rəvanın ona bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra o Faiqi maşınına götürüb anası Nəsibə, qardaşları İxtiyar və Rəvanla birlikdə xəsətəxanaya aparmışdır. Şahid4 daha sonra ifadəsində göstərmişdir ki, VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onun BC kateqoriyalı sürücülük vəsiqəsi var. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayon İmamqulubəyli qəsəbəsində yaşayır və ailəlidir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun nəvələridir. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Kiçik nəvəsi Rəvanın həyətdə döyüşkən xoruzlar saxlamağa marağı olmuşdur. Ona görə də Rəvan müxtəlifvaxtlarda xoruzlar gətirərək həyətdə saxlamışdır. 04.09.2021-ci il tarixdə yaşadıqları evdə olarkən İlkin adlı şəxs evlərinə gələrək nəvəsi Rəvanın İlkinə 70 manat pul borclu olduğunu və 2 aydır pulunu vermədəyini bildirmişdir. Həmin vaxt onlar hazırda pullarının olmadığını, tezliklə İlkinin pulunu ödəyəcəklərini bildirmişlər. Bundan sonra İlkin evləfindən çıxıb getmişdir. Səhəri gün, yəni 05.09.2021-ci il tarixdə saat təxminən 21 radələrində o yaşadıqları evin həyətində nəvəsi İxtiyarla oturarkən kiçik nəvəsi Rəvan yarıçılpaq vəziyyətdə, yəni üzərində kofta olmadan həyətə daxil olmuş və dərhal evə keçmişdir. Bundan təxminən 4-5 dəqiqə sonra böyük nəvəsi Faiq əsəbi halda həyətə daxil olaraq evə keçmişdir. Təxminən 5 dəqiq sonra o, Rəvan və İxtiyarın Faiqin qolundan tutaraq həyətə çıxardıqlarını və Faiqin ağız və qarın nahiyyəsindən qan axdığını görmüşdür. O, onlardan nə olduğunu sorşanda Rəvan ona Faiqi bıçaqla vurduğunu demişdir. Bundan sonra onlar Faiqi Fərid adlı şəxsin avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışlar. Rəvanın İlkinə 70 manat pul borclu olduğu üçün Faiq əsəbləşərək Rəvanı döymüş, buna görədə onların arasında münaqişə baş vermişdir. O, həyətdə olduğuna görə evdə baş verənləri görməmişdir. Lakin həyətə çıxanda Rəvan özü ona Faiqi bıçaqla vurduğunu demişdir. Hadisə yaşadıqları Ağdam rayon İmamqulubəyli qəsəbəsi 354 nömrəli evdə baş vermişdir. Hadisə nəticəsində Faiq ağız, boğaz, sinə və qarın boşluğundan xəsarət almışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yaşayır və evlidir. Heç bir yerdə işləmir. O, Rəvan və Zərərçəkmiş şəxsləri təxminən 6-7 ildir ki, tanıyır. Onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. O, həyətlərində döyüşkən xoruzlar saxlayaraq sonradan onları satmışdır. Təxminən 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Rəvanda döyüşkən xoruz olduğunu və onda olan döyüşkən xoruzla ou dəyişmək istədiyini ona bildirmişdir. O, cavabında Rəvana həmin xoruzla birlikdə ona 70 manat pul verməsini bildirmişdir. Onlar razılaşdıqdan sonra xoruzları dəyişmilər və Rəvan ona 01 ay müddətində pulu ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan təxminən 02 ay müddət keçməsinə baxmayaraq o Rəvanın onun pulunu vermədiyini gördükdə 04.09.2021-ci il tarixdə saat təxminən 23 radələrində onların yaşadığı evə gedərək pulunu istəmişdir. Həmin vaxt anası Nəsibə ona bildirmişdir ki, səhər pulu ödəyəcəklər. Həmin vaxt o Rəvanı orada görməmişdir. Səhəri gün, yəni 05.09.2021-ci il tarixdə saat təxminən 20 radələrində o Zərərçəkmiş şəxs zəng edərək qardaşının hələdə pulu ödəmədiyini, onun pula ehticayı olduğunu Faiqə bildirmişdir. Həmin vaxt Faiq ona görüşməyi təklif etmiş və onlar qəsəbə ərazisində məktəbin qarşısında görüşmüşlər. Həmin vaxt Faiq oraya Fəridlə birlikdə Fəridin idarə etdiyi VAZ-2106 markalı avtomobillə gəlmişdir. Onlar maşında əyləşdikdən sonra Faiq onlara Rəvan axtarmağı təklif etmişdir. Onlar avtomobillə bir qədər hərəkət etdikdən sonra Rəvanın küçədə olduğunu görmüşlər. Həmin vaxt Faiq avtomobildən enərək qardaşına tərəf getmiş və Rəvana bir sillə və bir təpik zərbəsi vurmuşdur. Bundan sonra onlar Faiqlə Rəvana yaxınlaşaraq aralaşdırmışlar. Həmin vaxtı Rəvanın koftası cırılaraq əynindən çıxmış və o, qaçaraq evlərinə getmişdir. Bundan sonra o da evilərinə getmişdir.Həmin gün saat təxminən 22 radələrində o, qəsəbə ərazisində Rəvanın Faiqi bıçaqla vurması barədə məlumat almışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08.09.2021-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material əsasında 08 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanaraq istintaq aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.09.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Ağdam rayon İmamqulubəyli qəsəbəsi 354 nömrəli evdə baş vermişdir. Baxış zamanı hadisə yerindən Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür. Bundan başqa hadisə yerində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hallara rast gəlinməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən 21.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının 14.10.2021-ci il tarixli, 225 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının 21.09.2021-ci il tarixli, 197 nömrəli rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- “S”-ə bənzər bağırsağın deşib keçən yarası ilə qarının sol divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sol ön divarının daxilə keçməyən kəsilmiş deşilmiş yarası, üst dodaq nahiyyəsinin deşib keçən kəsilmiş-deşilmiş yarası, boyunun sağ səthinin kəsilmiş səthi yarası kəsici kənara və iti uca malik olan alətin təsirindən törənmişdir, ola bilsin ki, bıçaqla, müddəti qərarda göstərilən 05.09.2021-ci il tarixə uyğun gəlir. 2.Dərəcəsinə görə; a) “S”-ə bənzər bağırsağın deşib keçən yarası ilə qarının sol ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir; b) döş qəfəsinin sol ön divarının daxilə keçməyən kəsilmiş deşilmiş yarası, üst dodaq nahiyyəsinin deşib keçən kəsilmiş-deşilmiş yarası birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; c) boynun sağ səthinin kəsilmiş səthi yarası sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08.11.2021-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi 08 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş və istintaq həmin maddə ilə davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18.11.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Yeni İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.11.2021-ci il tarixli 801 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ağdam rayon İHB-nin Yeni İmamqulubəyli qəsəbəsində 354 nömrəli evdə yaşayır, ailə tərkibi aşağıdakı kimidir: anası Şahid1, qardaşı Zərərçəkmiş şəxs və qardaşı Şahid2. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Yeni İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.11.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ağdam rayon İHB-nin Yeni İmamqulubəyli qəsəbəsində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6 Dispanserinin 02 dekabr 2021-ci il tarixli 2929 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs X6 Dispanserində dispanser müşahidə deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam Rayon Mərkəzi Xəstəxanasının 02 dekabr 2021-ci il tarixli 100 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji kabinetinə müraciət etməmişdir və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, soyuq silah ekspertizasının 15 noyabr 2021-ci il tarilxi 16/1112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 dekabr 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, iş üzrə maddi sübutlar- hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar Ağdam rayon polis şöbəsində saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 05.11.202-ci il tarixli 752/2021-MTBŞ nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi:O(İ); 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə onların üzərində olan ləkələrdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkləri Oalfa,beta (İ) şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 1516 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-psixiatrik ekspertizasının 09 dekabr 2021-ci il tarixli, 759 nömrəli rəyindən görünür ki Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, qardaşı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18.12.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham yenidən elan edilmiş, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, anasının xəstə olmasını, zərər çəkmiş şəxslə ciddi ailə bağlarının olmasını, yəni qardaş olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.8-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxslə qardaş olmasını, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətikman tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 53 manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübutlar- hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar Ağdam rayon polis şöbəsində saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Ağdam rayon polis şöbəsində saxlanılan, hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd bıçaq məhv edilməli, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar sahiblərinə qaytarilmalı, qəbul etmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş cəmi 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. İş üzrə mülki iddia və müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Ağdam rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətikman tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 53 manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Ağdam rayon polis şöbəsində saxlanılan, hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd bıçaq məhv edilsin, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol köynək və 01 ədəd cins şalvar sahiblərinə qaytarilsın, qəbul etmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş cəmi 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-173/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-173/2022
17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver