Məhkəmə qərarları › İş №1(100)-173/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-173/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-173/2023 03.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri X6 və X7 Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1965-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə saat 19:30 radələrində etibarnamə əsasında idarə etdiyi Mersedes-Benz E320 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy-Aşağı Ağcakənd avtomobil yolunun Goranboy rayonu Qarqucaq kəndi ərazisindən keçən 11-ci kilometrliyi ilə Goranboy şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunlara riayət etməməklə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyərək idarəetməni itirmiş və avtomobil yolun sol kənarına çıxaraq aşmış, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi Mersedes-Benz E320 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan anası X10 döş qəfəsinin sağ Vİ-Vİİ-Vİİİ-İX-X-Xİ, sol Vİ-Vİİ-Xİ qabırğalarının sınığı, qarının ön divarının küt travması, qançırları, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, sağ bud və sağ baldır sümüklərinin qapalı sınığı, alın nahiyyəsinin çox saylı sıyrılmış yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə və qarının küt travması nəticəsində dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, daxili qanaxmadan hadisə yerində ölməsinə, xalası X5 döş qəfəsinin və divar aralığının küt travması, V-Vİ qabırğanın sınığı, sağ ağciyərin orta payının cırılması, döş qəfəsi boşluğuna qanitirmənin olması, daxili üzvlərin azqanlığı, döş qəfəsinin geniş qançırı, təpə nahiyyəsinin və sol əlin yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə və ağ ciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qan itirmədən xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, baş etibarnamə əsasında oğlu Şahid1 məxsus olan və etibarnamə əsasında idarə etdiyi Mersedes Benz E320 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə qardaşı oğlu Elvinin nişan mərasimi olmuşdur. Nişan mərasimi Goranboy rayonu Zeyvə kəndində keçirilmişdir, yəni qız evi Goranboy rayonu Zeyvə kəndində yerləşir və saat 17 radələrində Yevlax şəhərindən çıxıb, Goranboy rayonu Zeyvə kəndinə yola düşmüşlər. xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Zeyvə kəndində nişan mərasimi başa çatdıqdan sonra saat 19:30 radələrində Goranboy rayonu Zeyvə kəndindən çıxıb Yevlax şəhəri istiqamətində yola düşmüşlər. Onun idarə etdiyi Mernsedes Benz E320 markalı ** HZ *** nömrə nişanlı avtomobildə xalası X8 qabaq oturacaqda onun sağ tərəfində, anası X14 arxada sağ tərəfdə, həyat yodaşı Şahid2 arxada ortada, gəlinləri X11 isə arxada sol tərəfdə əyləşmişlər. O avtomobillə Goranboy rayonu Aşağı-Ağcakənd yolu ilə Yevlax şəhəri istiqamətində yola düşüb hərəkət edərkən, Goranboy rayonu Qarqucaq kəndinin yaxınlığından keçdikdən sonra yolun döngəli hissəsini dönüb yolun düz hissəsi ilə təxminən 80 km/saat sürətlə hərəkət edəokən qəflətən necə olmuşdursa düz yolda olan çökəkliyi keçdikdən sonra avtomobil oynamış, idarə etməni itirmiş və o sükanı nə qədər döndərsə də avtomobili yola düzəldə bilməmiş, avtomobil yoldan çıxıb yolun sol tərəfindəki təpəlik hissəyə çırpılmış, avtomobil təpəlik hissəyə dəyib əks itstiqamətdə yolun sol kənarında dayanmışdır. O, avtomobildən düşmüşdır. Hadisə yerində anası vəfat etmiş, avtomobildə olan digər sərnişinlər isə xəsarət almışlar. Bundan sonra özləri təcili yardıma, polisə məlumat vermişlər. Hadisə yerinə polis əməkdaşları, təcili yardım gəlmişdir.Xəsarət alanları Goranboy rayon xəstəxanasına aparmışlar. Həmin hadisə nəticəsində xəsarət alan xalası Sayalı Mustafayevanın vəziyyəti yaxşı olmadığı üçün xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər xəstəxanasına aparmışlar, lakin həkimlərin səyinə baxmayaraq xx.xx.2022-ci il tarixdə axşam saatlarında xalası Sayalı Mingəçevir xəstəxanasında vəfat etmişdir. Onun idarə etdiyi avtomobil yoldan çıxaraq aşmışdır, avtomobil heç bir digər avtomobillə toqquşmamışdır, heç bir maneəyə çırpılmamışdır. Onun idarə etdyi Mersedes Benz markalı ** HZ *** nömrəli avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, heç bir nasazlığı olmamışdır. O, ümumiyyətlə spirtli içki qəbul etmədiyini və xx.xx.2022-ci il tarixdə də hadisədən əvvəl spirtli içki və narkotik vasitə qəbul etmədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, X14 onun anasıdır, Təqsirləndirilən şəxs isə doğma qardaşıdır. Anası onunla bir evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə oğlu Elvinin Goranboy rayonu Zeyvə kəndində nişan mərasimi olduğuna görə təxminən saat 16-17 radələrində onlar ailəlikcə və qohumlarla birlikdə Goranboy rayonu Zeyvə kəndinə nişan mərasiminə gəlmişlər. Nişan mərasimi başa çatdıqdan sonra Goranboy rayonu Zeyvə kəndindən çıxıb Yevlax şəhərinə yola düşmüşlər. Təxminən saat 19:30 radələrində anasıı Nuridə, xalası Sayalı, qardaşı Rövşənin həyat yoldaşı Gülnarə və onun həyat yoldaşı Vüsalə, qardaşı Rövşənə məxsus Mersedes markalı ** HZ *** dövlət nömrə nişanlı avtomobildə əyləşmişlər. Rövşənin avtomaşını hamıdan əvvəl yola düşmüş,onlar isə başqa avtomobillərlə onun arxası ilə yola düşmüşlər. Goranboy rayonu Qarqucaq kəndi yaxınlığında görmüşlər ki, Rövşənin avtomobili getdiyi istiqamətdən əks tərəfdə yoldan çıxıb aşmışdır. Onlar tez avtomobildən düşüb Rövşənin avtomobilinə yaxınlaşmışlar, avtomobildə olan yaralıları çıxartmışlar. Anası hadisə yerində vəfat etmiş, digərləri isə xəsarət almışdırlar.Oradan təcili yardıma zəng etmişlər, təcili yardım gəlib xəsarət alanları və vəfat etmiş anasını Goranboy rayon xəstəxanasına aparmışdır. O özü hadisənin necə baş verməsini görməmişdir, qardaşı Rövşənin deməsinə görə avtomobili yolda olan kiçik çaladan yayındırmaq istədikdə idarə etməni itirmiş və avtomobil yoldan çıxaraq aşmışdır. Onun bu hadisə ilə bağlı heç kimdən şikayəti və tələbi olmadığını, qəsdən edilmədiyini, bir yol qəzası olmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. X8 isə anasıdır. Anası onunla bir evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə xalası oğlu Ədalətin oğlu Elvinin Goranboy rayonu Zeyvə kəndində nişan mərasimi olduğuna görə anası Sayalı da onlarla birlikdə Goranboy rayonu Zeyvə kəndinə nişan mərasiminə gtmişdir.O isə işi olduğu üçün həmin nişan məsrasimində iştirak etməmişdir. Nişan mərasimi başa çatdıqdan sonra Goranboy rayonu Zeyvə kəndindən çıxıb Yevlax şəhərinə qayıdarkən təxminən saat 19:30 radələrində anasıgil Rövşənə məxsus Mersedes markalı ** HZ *** dövlət nömrə nişanlı avtomobildə əyləşmişlər və qayıdarkən Goranboy rayonu Qarqucaq kəndi yaxınlığında Rövşənin avtomobili yoldan çıxaraq aşmışdır. Hadisə nəticəsində xalası, Rövşənin anası Nuridə hadisə yerində vəfat etmiş, anası Sayalı və digərləri isə xəsarət almışlar. Xəsarət alanları Goranboy rayon xəstəxanasına apardıqları üçün o da Goranboy rayon mərkəzi xəstəxanasına getmişdir. Anasını oradan götürüb Mingəçevir şəhər xəstəxanasına aparmışlar və xx.xx.2022-ci il tarixdə anası xəstəxanada vəfat etmişdir. O özü hadisənin necə baş verməsini görmədiyini, həmin hadisə ilə bağla heç kimdən şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə qaynı Ədalətin oğlu Elvinin nişan mərasimi olmuşdur. Nişan mərasimi Goranboy rayonu Zeyvə kəndində keçirilmişdir, yəni qız evi Goranboy rayonu Zeyvə kəndində yerləşdiyi üçün saat 17 radələrində onlar Yevlax şəhərindən çıxıb, Goranboy rayonu Zeyvə kəndinə yola düşmüşlər. Nişan mərasimində iştirak etmişlər və xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Zeyvə kəndində nişan mərasimi başa çatdıqdan sonra saat 19:30 radələrində Goranboy rayonu Zeyvə kəndindən çıxıb Yevlax şəhəri istiqamətində yola düşmüşlər. Onlar Rövşənin avtomobilinə əyləşmitşlər, yəni Rövşənin xalası X8 qabaq oturacaqda Rövşənin sağ tərəfində, qaynanası X16 arxada sağ tərəfdə, o arxada ortada, qaynı Ədalətin həyat yoldaşı X11 isə arxada sol tərəfdə əyləşmişlər. Onlar avtomobillə Goranboy rayonu Aşağı- Ağcakənd yolu ilə Yevlax şəhəri istiqamətində yola düşüb hərəkət edərkən, Goranboy rayonu Qarqucaq kəndinin yaxınlığından keçdikdən sonra yolun döngəli hissəsini dönüb yolun düz hissəsi ilə gelərkən qəflətən necə oldusa düz yolda avtomobil oynamış, idarəetməni itirmiş və avtomobil yoldan çıxıb yolun sol tərəfindəki təpəlik hissəyə çırpılmışdır. Sonra onları avtomaşından çıxartmışlar, o, Vüsalə və Sayalı xalası xəsarət almışlar, qaynanası Nuridə isə vəfat etmişdir. Bundan sonra təcili yardıma, polisə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşları, təcili yardım gəlmişdir. Onları Goranboy rayon xəstəxanasına aparmışlar. Həmin günün səhərisi Rövşənin xalası Sayalı xalanı Mingəçevir şəhər xəstəxanasına aparmışlar və Mingəçevir şəhər xəstəxanasında o da vəfat etmişdir. Məhkəmə iclasında cinayət prosesi iştirakçılarının iştirakları ilə Şahid1 ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 onun atasıdır, atasının etibarnamə əsasında idarə etdiyi Mersedes Benz E-320 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında onun adına rəsmiləşmişdir, ona məxsusdur, ancaq həmin avtomobili etibarnamə ilə atası idarə etmişdir. xx.xx.2022-ci il tarixdə əmisi Ədalətin oğlu Elvinin Goranboy rayonu Zeyvə kəndində nişan mərasimi olduğu üçün atası gil də atasının idarə etdiyi Mersedes Benz E-320 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin nişan mərasiminə getmişlər. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində isə Goranboy rayonu Zeyvə kəndindən Yevlax şəhəri istiqamətində nişan mərasimindən qayıdarkən atası idarəetməni itirmiş, idarə etdiyi avtomobil yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan nənəsi X14 ölmüş, avtomobildə olan sərnişinlər, yəni anası Gülnarə, əmisinin həyat yoldaşı Vüsalə və nənəsinin bacısı Sayalı xəsarət almışlar. xx.xx.2022-ci il tarixdə isə nənəsinin bacısı X8 da Mingəçevir xəstəxanasında vəfat etmişdir. O özü hadisənin necə, hansı şəraitdə baş verməsini görmədiyini, ancaq eşitdiyinə görə atası avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşmış və həmin yol nəqliyyat hadisəsi baş vemişdir. Avtomobil baş etibarnamə ilə ona məxsus olsa da, avtomobilə dəymiş ziyanla bağlı heç bir şikayəti və tələbi yoxdur, hadisənin atasının ehtiyatsızlığı nəticəsində baş vermiş bir yol qəzası olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 sentyabr 2022-ci tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə hadisə baş verən yol asfalt örtüklü,ikitərəfli, quru və hamardır,yolun hadisənin baş verən hissəsi yaşayış məntəqəsi deyildir. Yolun hadisə baş verən hissəsində hərəkət zolağının eni 8 metr, sol ehtiyat hissə 2 metr, sağ ehtiyat hissə 1,5 metrdir. Hadisə yerində Mersedes-Benz E320 markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy rayonundan-Aşağı-Ağcakənd qəsəbəsi istiqamətində asfalt yolun sağ tərəfində yoldan 3,7 metr kənarda qarşı tərəfi Aşağı-Ağcakənd istiqamətində əzilsmiş vəziyyətdə dayanmışdır. Hadisə yerində avtomobilə aid tormoz izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 3412/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimyəvi şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 26 oktyabr 2022-ci il tarixli, 8/2833 nömrəli rəyindən görünür ki, Mersedes Benz E320 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yevlax RQİ və TBŞ-nin xx.xx.2022-ci il tarixli, 3725-1222 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Yevlax RQİ və TBŞ toəfindən AE218559 saylı «BS» kateqoriyalı sürücülük vəsiqəsi (etibarlılıq müddəti-xx.xx.2025-ci il tarixədək) verilmişdir. Təqsirləndirilən şəxs DİN-nin mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökmünə əassən Azərbaycan Respublikası CM-nin 95, 220-ci maddəsinin 2-ci hissəsi, 38-ci maddəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə, Yevlax rayon Məhkəməsininxx.xx.2011-ci il tarixli hökmünə əassən Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il, xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 234.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3, 76.6.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3, 76.6.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2022-ci il tarixli hökmü qüvvəsində saxlanılmışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 31 saylı rəyindən görünür ki, X2 meyitinin xarici və daxili müayinəsi zamanı bədəni üzərində döş qəfəsinin sağ Vİ-Vİİ-Vİİİ- İX-X-Xİ, sol Vİ-Vİİ-Xİ qabırğalarının sınığı, qarının ön divarının küt travması, qançırları, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, sağ bud və sağ baldır sümüklərinin qapalı sınığı, alın nahiyyəsinin çox saylı sıyrılmış yarası olmaqla həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilir.X2 ölümünə səbəb qarının küt travması nəticəsində dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, daxili qansızma olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 32 saylı rəyindən görünür ki, X1 meyitinin xarici və daxili müayinəsi zamanı bədəni üzərində döş qəfəsinin və divar aralığının küt travması,V-Vİ qabırğanın sınığı, sağ ağciyərin orta payının cırılması,döş qəfəsi boşluğuna qanitirmənin olması,daxiliüzvlərin azqanlığı,döş qəfəsinin geniş qançırı,təpə nahiyyəsinin və sol əlin yaraları olmaqla həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilir.X1 ölümünə səbəb ağ ciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qan itirmə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut olan Şahid1 məxsus Mersedes Benz E320 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Şahid1 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Yevlax Şəhər 1 sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 14/3 saylı və xx.xx.2022-ci il tarixli 14/3 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Nizami proospekti, ev-53, mənzil-11 ünvanda qeydiyyatda olmaqla, arvadı 1967-ci təvəllüdlü Şahid2, qızı 1987-ci il təvəllüdlü X17, oğlu 1988-ci il təvəllüdlü Şahid1, oğlu 1990-cı il təvəllüdlü X18,oğlu 1997-ci il təvəllüdlü X19, gəlini X22, nəvəsi 2012-ci il təvəllüdlü X26, nəvəsi 2016-cı il təvəllüdlü X12 ibarət ailə tərkibi ilə birlikdə yaşamış. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri X20 və X7 Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisilərinin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışmasını, onlara dəymiş maddi ziyanın ödənilməsini, CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən hazırkı iş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Bununla yanaşı iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3, 76.6.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş əsas cəza ilə qismən toplanmaqla üzərində qəti cəza təyin edilməli və əlavə cəza əsas cəzaya birləşdirlməli, cəzaçəkməsinin əvvəli Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmiş tarixdən hesablanmalı və eyni ilə cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi məüyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Şahid1 məxsus Mersedes Benz E-320 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 85 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 85 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza hazırkı hökm üzrə təyin edilmiş əsas cəza olan 5 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin . Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 may 2022-ci il tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 85 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Şahid1 məxsus Mersedes Benz E-320 markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Şahid1 qaytarılması nəzərə alnsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar