Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-173/2024 22.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibləri: X6, X4 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, E.Hüseynov küçəsi ev 79-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, 12 may 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Şəmkir şəhəri, Səməd Vurğun küçəsində bir ədəd siqaret kağızına bükülmüş şəffaf rəngli sellofan bükümün içərisində “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla həmin küçə ilə daşımış, həmin tarixdə saat 13:15 radələrində Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir şəhəri, Səməd Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən kustar üsulla hazırlanmış, külli miqdarda ümumi təmiz çəkisi 12,162 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. xx.xx.2023-cü ildə 3 nəfər şəxs polis əməkdaşı çayxanaya-işlədiyi yerə gəlib ona polis şöbəsinə getməli olduğunu demiş, hansı səbəbdən aparılması barədə məlumat verməmişlər. Yolda olarkən maşında gödəkçəsinin сibinə nəsə qoyulduğunu hissə etsə də nə olduğunu bilməmişdir. Şəmkir rayon Polis Şöbəsində olarkən onun cibindən polislər özləri yolda gələrkən qoyduqları narkotik vasitə olan heroini çıxartmış, ya narkotiki qəbul etməsini, ya da vətən xaini kimi məhkum olunacağını demişlər. Narkotikə görə 5 ildən 12 ilə qədər, vətən xainliyinə görə isə 12 ildən 20 ilədək cəza nəzərə tutulduğunu, seçimi özünün etməsini deyib ona psixoloji təsir və təzyiq etmişlər. Polislərdən qorxduğu üçün aparılmış videoçəkiliş vaxtı guya narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş, yerdən tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, əvvəllər heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, çəkilişdən əvvəl polis əməkdaşları guya marixuandan istifadə etməsini və narkotik vasitəni çayxananın yaxınlığından tapmağını demişlər. Ona qarşı fiziki zorakılıq olmamış, ancaq psixoloji təzyiq edilmişdir. İlk dəfə polisə aparıldığı və yaşı ilə bağlı təcrübəsizliyi ilə əlaqədar özünü müdafiə edə bilməmiş, təzyiq altında həmin əməli etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərdi ki, oğlu saxlanıldıqdan sonra yaşadığı evə polis əməkdaşları gələrək onun iştirakı ilə axtarış aparmış, ailə üzvlərindən ancaq ona axtarışda iştirak etməyə şərait yaradılmışdır. Evdə polislər oğlunu narkotik vasitəyə görə saxladıqlarını demiş, evdəki möhür və “Quran” kitabını, eləcə də evdəki müxtəlif dini məzmunlu yazıların haradan olduğunu soruşanda həmin əşyaların bazarda açıq satıldığını qanunsuz olmadığını demişdir. Qonşulardan və camaatdan polislərin evə hansısa əşya qoyduğunu eşitdiyi üçün istintaq hərəkəti aparıldığına görə daim evdə olmağa çalışmış, lakin polislər onu qısa müddətə evdən çölə çıxartmış və ehtimalına görə polis əməkdaşları evə 2 ədəd əlavə şəkil qoymuş, guya Müseyibin İranla hansısa əlaqəsi olduğunu sübuta etməyə çalışmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Şahid5 göstərdi ki, evdən tapılan şəkillər çərçivədə olmuşdur. Oğlunun İran və radikal qruplarla heç bir əlaqəsi yoxdur. Oğlu günahsızdır, narkotik vasitələrdən istifadə etmir, pis vərdişi yoxdur, ona bəraət verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş ƏlŞahid6 Şaməd oğlu göstərdi ki, Müseyibi həmyerlisi kimi tanımış, onunla münasibəti normal olmuşdur. Tutulmamışdan əvvəl Müseyibin ona 10 manat borcu olmuş, borcunu istəyəndə qısa müddətə verə bilməsə öz mobil telefonunu satıb pulu gətirəcəyini demişdir. Aralarındakı söhbətin səhərisi günü Müseyib ona yaxınlaşaraq özünə məxsus “İphone 7” markalı mobil telefonu satdığını demiş, 150 manata razılaşmışlar. 10 manat borcu çıxandan sonra qalıq qalan telefonun qiyməti olan 140 manatı Müseyibə vermiş, bir neçə gün sonra polis əməkdaşları ona yaxınlaşıb Müseyibdən telefon alıb- almadığını soruşmuş və mobil telefonu ondan götürmüşlər. Müseyibi polis əməkdaşlarının narkotikə görə saxlayıb tutduqlarını isə sonradan rayon camaatından öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatı ona xx.xx.2023-cü ildə daxil olandan sonra rəhbərliyə müraciət etmiş, həmin gün təxminən 13 radələrində Şəmkir RPŞ-nin CAB-nin rəisi Şahid1 və Şəmkir rayon PŞ-nin PPXB-nin polis nəfəri, Şahid4 ilə Təqsirləndirilən şəxs Şəmkir şəhəri, S.Vurğun küçəsində saxlayıb Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirildikdən sonra Müseyib raportla təhqiqatçıya təhvil verilmiş, sonradan maraqlandıqda Müseyibin üzərindən külli miqdar heroin aşkar edildiyini öyrənmişlər.15 may 2023-cü ildə isə Müseyibin yaşadığı ünvana müstəntiq tərəfindən məhkəmə qərarı əsasında vəkilin, ailə üzvlərindən Müseyibin anasının iştirakı ilə videogörüntü ilə axtarış keçirilmiş, evdən müxtəlif dini məzmunlu fotoşəkillər və kitablar, suvenirlər, möhürlər, təsbeh aşkar edilib götürülmüş, axtarış və onun nəticələri barədə tərtib edilmiş protokol imzalanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin polislər tərəfindən yolda gətirilərkən qoyulması və yaşadığı evə əlavə dini fotoşəkillər qoyulması barədə göstərdikləri əsassız və qərəzlidir. Ona qarşı saxlanılarkən, Şəmkir rayon polis şöbəsinə gətirilərkən və orada olduğu müddətdə hansısa psixoloji təzyiq olmamış, təhqiqatçıya raportla təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin əməkdaşları Şahid1, Şahid3 da Şahid2 ilə eyniməzmunlu ifadə verib Təqsirləndirilən şəxs qarşı hansısa psixoloji təsir və təzyiq olmadığını, üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmədiklərini, müstəntiq tərəfindən yazılan ifadələrinin məzmunu ilə tanış olmadan imza etdikləri üçün şəxsi axtarışda iştirak etmiş kimi qeyd edilməsindən məlumatsız olduqlarını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ PPXB-nin polis nəfəri Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etmiş, videoçəkiliş vaxtı Müseyib üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək bükülünü təqdim etmiş, həmin bükülünü yerdən tapdığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. Çəkiliş vaxtı Müseyibi saxlayıb gətirən, yaxud digər polis əməkdaşları tərəfindən ona qarşı hansısa qanunsuzluq edildiyini bildirməmiş, şəxsən özü tərəfindən Müseyibin üst-başı yoxlanarkən təqdim etdiyindən başqa digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və həmin tarixli təxirəsalınmaz-əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Şəmkir şəhəri, E.Hüseynov küçəsi ev 79-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raport və həmin tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:15-da Şəmkir şəhəri, S.Vurğun küçəsində saxlanılaraq 13:30-da Şəmkir RPŞ-yə gətirilmiş və həmin gün saat 14:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış, “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” və Şəmkir rayon məhkəməsinin 4(076)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, həmin tarixdə CM-nin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmiş Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli dindirmə protokolu və əlavəsi olan həmin istintaq hərəkətinin qeydə alındığı DVD diskdən, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroini tapdığını bildirmiş, ifadəsinin müdafiəçisi ilə yerində yoxlanılması zamanı isə narkotik vasitəni tapdığı yeri əyani göstərmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və qalıq çəkisi 12,062 qr narkotik vasitə olan heroin maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(076)-123/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev, yardımçı tikili və həyatyanı sahədə axtarış aparılmasına icazə verilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilən “axtarış aparılması haqqında” xx.xx.2023cü il tarixli protokol və əlavəsi olan DVD disk və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə keçirilmiş axtarış zamanı müxtəlif dini məzmunlu şəkil və əşyalar götürülmüş, baxış zamanı narkotik vasitə psixotrop maddə və digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması barədə” protokol və əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülü içərisində falqa kağızına bükülü kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilib götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli 5/502 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki gümüşü falqa kağız bükümdə olan 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,162 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizanın 15 may 2023-cü il tarixli, 530 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsasən bədəni üzərində heç bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan ambulator məhkəmə psixiatrik ekspertizasının 06 iyun 2023-cü il tarixli 395№li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictmai təhlükəliliyini dərk edib idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən əməliyyat tapşırığına Şəmkir RPŞdən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-110/2-1415/2023 №li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini xx.xx.2023-cü ildə Şəmkir şəhərindən taparaq üstündə satış məqsədi ilə saxlamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kompüter texniki ekspertizanın xx.xx.2023-cü il tarixli, 5/763№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs evində keçirilmiş axtarış zamanı götürülərək tədqiqata təqdim edilmiş 1 ədəd “Nokia”, 1 ədəd “Samsung S5 Mini Duos” 1 ədəd “Sharp” 1 ədəd “Vertex” markalı və 1 ədəd “Megafon” markalı mobil telefonlarda və yaddaşlarında iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmiş və texniki səbəbdən yaddaşından məlumatların silinməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-linqivistikdinşünaslıq ekspertizasınının xx.xx.2023-cü il tarixli, 4/912 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülərək tədqiqata təqdim edilmiş kitab jurnal, plakat və fotoşəkillərdə və digər materialda Azərbaycan Respublikası Konstitutsiya və qanunvericiliyinə zidd məlumatlar, hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılması Azərbaycan Respublikasının Konstitutsiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar müəyyən edilməmiş, dini təyinatlı ədəbiyyat və digər məlumatlar isə ekspertiza rəyinə əsasən ekstremst materiallar olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 1169 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionid və heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə edilmiş zənglərdə və sms mətnlərdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə kompüter texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/986 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “Mobitel” markalı və 1 ədəd “İphone 7” markalı mobil telefonda olan məlumatları texniki səbəblərdən müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, narkotik vasitənin mənbəyi ilə bağlı cinayət işindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə digər cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir RİHB-nin Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 1550 №-li arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, E.Hüseynov küçəsi 79 №li evdə yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan Şəmir RPŞ CAB-ın məliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması göstərilmişdir. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması göstərilmişdir. İş üzrə ibtidai araşdırmanın aparıldığı bütün dövrdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində xx.xx.2023-cü ildə verdiyi ilkin izahatında, videoçəkilişlə xx.xx.2023-cü ildə keçirilmiş dindirmə zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, eləcə də xx.xx.2023-cü ildə şəxsi axtarış istintaq hərəkətinin aparılarkən şifahi şəkildə üzərindən aşkar edilən narkotik vasitə olan heroini yerdən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını əvvəllər də istifadə etdiyini göstərmişdir. Şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin polis əməkdaşları da məhkəmədə verdiyi ifadələrində göstərmişlər ki, əməliyyat məlumatları təqsirləndirilən şəxsin üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması barədə olmuş, heroini satış məqsədilə əldə etməsini, yaxud onun narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə araşdırılan istintaq orqanının verdiyi əməliyyat tapşırığına cavab olaraq yazılmış məktubda isə ziddiyyətli məlumatlar əks olunmuş, bir tərəfdən S.Nəcəfovun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi göstərilsə də, digər tərəfdən eyni məktubda heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyində isə Təqsirləndirilən şəxs kannobionid və heroindən epizodik istifadə etməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (Təqsirləndirilən şəxs istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi, sövdələşməsi, alıcı(lar) ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və sair hərəkətlər) hallara dair heçbir sübut əldə edə və satışla bağlı hissədə təqsirini sübuta yetirə bilməmişdir. Göstərilənlər isə şəxsin narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak yaxud sair şəxsi məqsədlə qanunsuz əldə edib saxlaması və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, hazırlanması üçün avadanlıq olması və sair hallar nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitə olan heroinin külli miqdarda olması və hər hansı digər halla təsdiq olunmayan barəsindəki əməliyyat məlumatını əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edən heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyil. Belə ki, cinayət işi materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə halda cinayət işində olan məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Təqsirləndirilən şəxs satışı təsdiq edən yeganə hal kimi göstərilən isə narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması olmasıdır ki, buna münasibətdə məhkəmə qeyd edir ki, narkotik vasitənin yalnız bir bükümdə olmasına və şəxsin satış məqsədini təsdiq edən digər mötəbər sübut olmamasına istintaq orqanı kifayət qədər diqqət yetirməmiş, şəxsin satış məqsədini təsdiq edən digər sübut(lar) toplamımışdır. Mövcud cinayət və cinayət prosessual qanunvericilik və mövcud məhkəmə praktikası isə həmin hal şəxsin narkotik vasitə satışını təsdiq edən mötəbər hal kimi qiymətləndirilə bilməz və bu məntiqi cəhətdən də ədalətli və ağlabatan deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarı 5-6 dəfə keçən çəkidə olması, onun narkotik vasitə olan heroini satış məqsədilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə tərkibi hesab edir ki, X3 aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur....heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibi əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən Şəmkir RPŞ-yə gətirildikdən sonra psixoloji təzyiq göstərilərək götürməsini tələb edilməsi, polis tərəfindən zorakılığa məruz qalacağı hədəsi ilə etmədiyi əməli etiraf etməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin hallar məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələr, şahid ifadələri, eləcə də cinayət işi materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, xx.xx.2023-cü ildə videoçəkilişlə aparılmış təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi - “dindirmə protokolu”, iş üzrə təyin edilmiş məhkəmə narkoloji və məhkəmə kimyəvi ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə inkar edilmiş, öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Buna görə də məhkəmə baxışında verdiyi həmin ifadələrini Təqsirləndirilən şəxs özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından həqiqətəuyğun olmayan hesab edir, həmin hissədə sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların təhlili ilə əsaslandırır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli, şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, vəkil - müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmədə baxış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən hər hansı xəsarət, yaxud xəsarət izi, həmin vaxt edilən psixi və fiziki təzyiqə görə qeyri-adi psixi-emosional halda olduğunu göstərən, həmçinin digər adekvat olmayan hal(lar) müəyyən edilməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçi tərəfindən ona qarşı hansısa zorakılıq olub-olmaması, təqdim etdiyi narkotik vasitəyə bənzər kütlənin ona məxsus olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə etiraz etməyib bükümün özünə məxsus olduğunu demişdir. Məhkəmədən fərqli olaraq X8 ibtidai istintaq zamanı verdiyi ifadələrində isə özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki.... narkotik vasitənin marixuana növündən təxminən 5 ildən çox arabir, heroindən isə qısa müddət əvvəl istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsində gəzdiyi zaman yerdə şəffaf sellofan bükülü görüb götürmüş, içərisini açıb baxdıqda narkotik vasitəyə bənzər kütlə olduğunu görmüş, həmin kütləni cibində olan siqaret qutusunun falqasını götürüb narkotik vasitəni falqanın içərisinə büküb cibinə qoymuşdur. 12 may 2023-cü il tarixdə saat 13:15 radələrində icarə əsasında işlətdiyi çay evindən çıxıb Şəmkir şəhəri, S.Vurğun küçəsi ilə yaşadığı evə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Şəmkir rayon polis şöbəsinə aparmışlar. Şəmkir rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, videogörüntü ilə üzərində şəxsi axtarış aparılmış, qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edildikdə əynində olan boz rəngli gödəkcənin sağ yan cibində saxladığı siqaret kağızına (falqa) bükdüyü bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitəni çıxarıb masaya qoymuş.....Həmin kütlə çəkilib qablaşdırılmış üzəri özü və digər iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Qşkar olunmuş narkotik vasitə olan heroini yerdən tapmış və öz şəxsi istifadəsi üçün üzərində saxlamış, heçvaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilməmişdir.......... Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə ona istintaq zamanı psxoloji təzyiq və təsir göstərilməsini iddia etsə də məhkəmədə həm şəxsi axtarış, həm də təqsirləndirilən şəxs qismində dindirmə istintaq hərəkətlərinin qeydə alındığı videoçəkilişlərdən görünür ki, kifayət qədər imkanı olsa da edilən hərəkətlərə istintaq hərəkətində iştirak edən şəxslərə hər hansı etirazı olmamışdır. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində daha obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən vəkil (müdafiəçinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs Arif oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə ibtidai istintaqdan fərqli olaraq məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroini qanunsuz əldə edib daşıyaraq üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 13:15-də Şəmkir şəhəri, Səməd Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılıb saat 13:30-da Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli gödəkcənin sağ yan cibindən kustar üsulla hazırlanmış, külli miqdarda-ümumi təmiz çəkisi 12,162 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əvvəllər cinayət törətməməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar narkotik vasitələri....qanunsuz olaraq əldə etmə, saxlama, daşıma 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edərək hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasındakı cəza müddəti daxilində mümkündür. İş materialları ilə təqsirləndirilən şəxs müsbət xarakterizə edilmiş, cinayət hadisəsinə qədər də hər hansı cinayət xarakterli əməl törətməmiş, məhkəmədə nümunəvi davranışı ilə seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki davranışı və göstərilən cəzasını yüngülləşdirici hallar təqsiri məhkəmə baxışında sübuta yetirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza ilə islah olunmasını mümkün edir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyatda götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış, ümumi təmiz çəkisi 12,062 qram olan heroin məhv edilməli, şəxsi axtarış və evdə axtarış keçirilməsinə dair istintaq hərəkətinin görüntüləri, eləcə də təqsirləndirilən şəxs qismində dindirilmə görüntüləri olan 03 ədəd “DVD” disk, telefon məlumatlarının olduğu 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı götürülmüş və ekspert tədqiqatından sonra Şəmkir RPŞ-yə qaytarılsa da taleyinə aydınlıq gətirilməmiş, 01 ədəd üzərində Mirmövsüm Ağanın fotoşəkli olan vərəq, 1 ədəd üzlük olmayan və içərisində dini mövzular olan kitab, 01 ədəd sarı rəngli və üzərində dini yazı olan suviner, 01 ədəd “Qurani Kərimdə xitablar” yazısı olan kitab, 01 ədəd “Beytül Əhzan” yazısı olan kitab, 01 ədəd üzərində “Möminlərin Zinəti” yazısı olan kitab, 1 ədəd üzərində “Gəncə və Gəncəbasar” adlı kitabça, 01 ədəd üzərində “Onun ünvanı yazısı olan kitab”, 01 ədəd üzərində “X11ydaları” üzrə test, 01 ədəd namaz qılmağı təbliğ edən vərəqə, 01 ədəd ərəb dilində “Quran” kitablı 01 ədəd üzərində Hz. Hüseynin fotoşəkli olan taxta materiallardan olan çərçivə, 01 ədəd din xadimləri olan çərçivə, 01 ədəd Hz.Hüseynin fotoşəkli olan kağız, 01 ədəd içərisində ərəb dilində yazı olan kağız, 01 ədəd üzərində Hz. Məhəmməd peyğəmbərin şəkli olan kağız, 01 ədəd üzərində dini yazı olan kağız vərəqə, 01 ədəd göy rəngli parçanın içərisində olan “Qurani Kərim' kitabçası, 01 ədəd üzərində din xadiminin fotoşəkli olan vərəqə, 01 ədəd üzərində “Qədir Xum” yazısı olan vərəqə, 01 ədəd üzərində “Ayətül” sözü olan vərəqə, 01 ədəd üzərində dini sözlər olan kağız vərəqə, 01 ədəd üzərində dinə aid sözlər olan vərəqə, 01 ədəd üzərində Peyğəmbəri və Saleh insanları yad etmək yazısı olan vərəqə, 01 ədəd içərisində dini sözlər olan dəftər, 01 ədəd içərisində din xadimlərinin fotoşəkilləri olan dəftər, 01 ədəd üzərində “ Ya Qəhhar” sözləri yazılmış plakat, 01 ədəd üzərində “AllahPakdır” söz yazısı olan plakat, 01 ədəd üzərində “ALLAHİ təhqir edənlərə cəza!” sözü olan plakat, 01 ədəd üzərində “İşgəncə və Təhqirə son” sözü olan plakat, 01 ədəd içərisində ərəb dilində sözlər olan divar saatı, 10 ədəd üzərində İmamların ad yazıları olan kağız parçalar, 09 ədəd möhür, 01 ədəd üzərində dini yazısı olan təsbeh hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 390,40 ( üç yüz doxsan manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış, ümumi təmiz çəkisi 12,062 qram olan heroin məhv edilsin, şəxsi axtarış və evdə axtarış keçirilməsinə dair istintaq hərəkətinin görüntüləri, eləcə də təqsirləndirilən şəxs qismində dindirilmə görüntüləri olan 03 ədəd “DVD” disk və telefon məlumatları olan 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı götürülmüş və ekspert tədqiqatından sonra Şəmkir RPŞ-yə qaytarılsa da taleyinə aydınlıq gətirilməmiş, 01 ədəd üzərində Mirmövsüm Ağanın fotoşəkli olan vərəq, 1 ədəd üzlük olmayan və içərisində dini mövzular olan kitab, 01 ədəd sarı rəngli və üzərində dini yazı olan suviner, 01 ədəd “Qurani Kərimdə xitablar” yazısı olan kitab, 01 ədəd “Beytül Əhzan” yazısı olan kitab, 01 ədəd üzərində “Möminlərin Zinəti” yazısı olan kitab, 1 ədəd üzərində “Gəncə və Gəncəbasar” adlı kitabça, 01 ədəd üzərində “Onun ünvanı yazısı olan kitab”, 01 ədəd üzərində “X11ydaları” üzrə test, 01 ədəd namaz qılmağı təbliğ edən vərəqə, 01 ədəd ərəb dilində “Quran” kitablı 01 ədəd üzərində Hz. Hüseynin fotoşəkli olan taxta materiallardan olan çərçivə, 01 ədəd din xadimləri olan çərçivə, 01 ədəd Hz.Hüseynin fotoşəkli olan kağız, 01 ədəd içərisində ərəb dilində yazı olan kağız, 01 ədəd üzərində Hz. Məhəmməd peyğəmbərin şəkli olan kağız, 01 ədəd üzərində dini yazı olan kağız vərəqə, 01 ədəd göy rəngli parçanın içərisində olan “Qurani Kərim' kitabçası, 01 ədəd üzərində din xadiminin fotoşəkli olan vərəqə, 01 ədəd üzərində “Qədir Xum” yazısı olan vərəqə, 01 ədəd üzərində “Ayətül” sözü olan vərəqə, 01 ədəd üzərində dini sözlər olan kağız vərəqə, 01 ədəd üzərində dinə aid sözlər olan vərəqə, 01 ədəd üzərində Peyğəmbəri və Saleh insanları yad etmək yazısı olan vərəqə, 01 ədəd içərisində dini sözlər olan dəftər, 01 ədəd içərisində din xadimlərinin fotoşəkilləri olan dəftər, 01 ədəd üzərində “ Ya Qəhhar” sözləri yazılmış plakat, 01 ədəd üzərində “AllahPakdır” söz yazısı olan plakat, 01 ədəd üzərində “ALLAHİ təhqir edənlərə cəza!” sözü olan plakat, 01 ədəd üzərində “İşgəncə və Təhqirə son”e sözü olan plakat, 01 ədəd içərisində ərəb dilində sözlər olan divar saatı, 10 ədəd üzərində İmamların ad yazıları olan kağız parçalar, 09 ədəd möhür, 1 ədəd üzərində dini yazısı olan təsbeh hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 390,40 (üç yüz doxsan manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-173/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-173/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver