Məhkəmə qərarları › İş №1(100)-174/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-174/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-174/2022 27.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X5 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə1, onun nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1956-cı il tarixdə Goranboy rayonu, Başqışlaq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Buzluq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Vətən Müharibəsində şəhid olmuş X58in vəfatından sonra bəzi anlaşılmazlıqlara görə sonuncunun qayınatası X28 ilə aralarında ailədaxili xoşagəlməz münasibətlər yarandığı üçün sonuncunun şəhid Vüsal Nağıyevin adını daşıyan küçədə şəhidin fotoşəkli əks olunan lövhə quraşdırmaq niyyəti ilə razılaşmayaraq, oğlunun adının əbədiləşdirilməsi üçün bulaq tikdirmək istəməsi ilə əlaqədar bir daha öz mövqeyini bildirmək məqsədilə bulaq tikintisi üçün nəzərdə tutulan bəzi tikinti materiallarını sifariş etdikdən sonra özünə məxsus olmaqla idarə etdiyi “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy şəhərində yerləşən şəhid Vüsal Nağıyevin adını daşıyan küçənin girişində lövhənin quraşdırılması işlərini görən Fərrux Qasımovun yanına gələrək işi dayandırmasını bildirmiş, sonuncu onun bu fikri ilə razılaşmadığı üçün Fərrux Qasımovla mübahisə edib sonuncunun ona əhəmiyyət verməyərək şəhid oğlunun fotoşəkli olan lövhəni orada quraşdıracağını, bu işin ona aidiyyətinin olmamasını və işə qarışmamalı olduğunu bildirməsindən hiddətlənib onun sifət nahiyəsindən iki dəfə yumruq zərbəsi vurmuş, hadisəni kənardan müşahidə edərək, öz iradlarını bildirərək, qaçaraq onların yanına gəldiklərini gördüyü Fərrux Qasımovun bacıları Şahid2 və Şahid3 sözlərinə məhəl qoymadan, şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qisas almaq niyyətilə Fərrux Qasımovu qəsdən öldürmək qərarına gələrək bu məqsədlə sonuncu qaçıb bacıları Şahid2 və Şahid3 yanından keçərək ondan uzaqlaşdığı zaman qeyd olunan “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minib Fərrux Qasımovun arxasınca sürərək sonuncunu özlərinə əziz bilən bacıları Şahid3, Şahid2 gözlərinin qarşısında, onlara və Fərrux Qasımova xüsusi əzab və iztirablar verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla idarə etdiyi avtomobillə yolla qaçmaqda olan Fərrux Qasımovu qəsdən öldürmək məqsədilə vuraraq ona sağ budun əzilmiş-cırılmış yaraları, bud sümüyünün açıq sınığı, bud arteriyasının zədələnməsi, sol baldır sümüklərinin açıq sınıqları xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, həmçinin bədən səthinin çoxsaylı sıyrıqları və yaraları xarakterli dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı bud sümüyünün cırılmasından baş vermiş kəskin qan itirmədən hadisə yerində ölmüş, yəni X17 qəsdən xüsusi amansızlıqla öldürüb həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 1986-cı ildə X23 ilə ailə həyatı qurmuş və onların birgə evlilikdən Tural Nağıyev, Cəmalə Nağıyeva, Vüsal Nağıyev və Arzuman Nağıyev adlı 4 övladları olmuşdur. X58 “Vətən Müharibəsin”də 30 oktyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Vüsal Nağıyev gizir hərbi rütbəsində xidmət etmiş, həyatda olarkən qaynı X12 qızı Şahid1 ilə ailə həyatı qurmuş və onların birgə evlilikdən Təqsirləndirilən şəxs və Əmirxan Nağıyev adlı 2 övladı olmuşdur. Oğlu Vüsal şəhid olduqdan sonra uşaqları anası Tünzalə Qasımova ilə birlikdə Goranboy şəhərində X58in adına olan küçədə yerləşən ona məxsus fərdi yaşayış evində o və arvadı Şahid3 ilə birlikdə yaşamışlar. Lakin 29 aprel 2021-ci il tarixdə o, arvadı Cəmilə ilə birlikdə Goranboy rayonu, Buzluq kəndinə heyvanlara baxmaq üçün getmişlər və həmin tarixdən orada yaşamışlar. Onlar Buzluq kəndinə getdikdən sonra Tünzalənin atası X39 övladlarını məktəbə aparıb-gətirmişdir. 2021-ci ilin iyun ayından onunla gəlini Tünzalə və onun valideyinləri arasında şəxsi ədavətləri yaranmış, belə ki, 2021-ci ilin iyun ayının xatırlamadığı günündə saat 10 radələrində o, arvadı Cəmilə və Vüsalın övladaları Əmirəstan və Əmirxanla birlikdə Nümayəndə1gilin Buzluq kəndində yerləşən evlərinə getmişlər ki, Əmirəstan və Əmirxanın paltarlarını dəyişib şəhid oğlu Vüsalın qəbri üstünə getsinlər. Evin qarşısında olarkən o, Tünzaləyə “gəl, bizimlə gedək” sözlərini demiş, Tünzalə onlara “mən beşinci gün gedəcəm” deyə bildirmiş, o, isə Tünzaləyə “beşinci günü getmək olmaz, gərək dördüncü gün gedək” sözlərini demiş, lakin Tünzalə getmək istəməmişdir. Həmin vaxt evin ikinci mərtəbəsindən Nübubət pəncərəni açıb onu nalayiq sözlərlə təhqir edib “səni tutduracam” sözlərini demişdir. Bundan sonra o, geri dönüb avtomobilə minəndə Əmirxanla Əmirəstanın olmamasını görmüş, arvadı Cəmilədən uşaqların harda olmasını soruşmuş, sonuncu ona “uşaqları anası Tünzalə gəlib apardı” sözlərini demişdir. Bundan sonra o, avtomobilinə minib arvadı Cəmilə ilə birlikdə Vüsalın qəbir üstünə getmişdir. Bundan sonra Tünzalə onu nəvələri ilə görüşməyə imkan verməmişdir. Eləcə də hadisədən təxminən iki ay qabaq Goranboy şəhərində oğlu Vüsalın adına bulaq tikmək istəmiş, Tünzalənin atası Fərrux isə Vüsalın adını daşıyan küçənin başında Vüsalın plakatını düzəltmək istəmişdir. Bu səbəbdən Fərruxla aralarında bununla bağlı dəfələrlə mübahisə olmuşdur. 22 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində arvadı Cəmilə ilə birlikdə Vüsalın adına tikmək istədiyi bulağın mal-materialını almaq üçün Goranboy şəhərində “Avtobaza” adlanan yerdə tikinti mal-materialları satılan mağazadan 348 manatlıq mal-material alıb taksiyə də pul vermiş və taksi sürücüsünə “Yol idarəsinin həyətinə apararsan” demişdir. Sonra arvadı Cəmiləni bacanağı Yusifgilin evlərinə düşürüb Yol idarəsinin həyətinə getmiş, orada da alınmış mal-materialı həyətə boşaltmışdır. Saat təxminən 12-13 radələrində oğlu Tural ona zəng edib ondan 50 manat istəmiş, o, da “Kapital bank”ın Goranboy şəhərindəki filialına gedib ona 50 manat pul göndərmişdir. Daha sonra bazara bacanağı Şahid5 yanına getmiş, bazarda təxminən bir saat Yusiflə söhbət edib ona “öz velisopetinlə gələrsən, mən sizin evinizə gedirəm, bərk acımışam” demişdir. Bundan sonra gəldiyi “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minib Yusifgilin evlərinə getmişdir. Yusif də Vüsalın adını daşıyan küçədə yaşayır. Saat 14 radələrində Vüsalın adına olan küçənin başından küçəyə dönmüş, bu vaxt Fərruxun orada plakat üçün çuxur qazmasını görmüşdür. İdarə etdiyi “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilli Yusifin yaşadığı evin qarşısında saxlamış, həmin vaxt orada arvadı Cəmiləni və onun bacısı Fəridəni görmüş, onlara “qardaşınız Fərruxa deyin ki, plakat qoymaq lazımdırsa mən qoyacam” sözlərini demiş, onlar ona ”bizlik deyil, demək istəyirsənsə get özün de” sözlərini demiş, o, onlara “mən getsəm, dalaşacam, siz gedin” sözlərini demiş, lakin Cəmilə ona “özün get, amma dalaşma” sözlərini demişdir. O, avtomobilinə minib Fərruxun yanına gəlmiş, Fərruxun yanında avtomobili saxlamış və avtomobildən düşüb ona yaxınlaşmış, Fərrux ona plakat qoyacağını demiş, o, ona ”sənin buna haqqın çatmır, qoymaq lazımdırsa mən qoyacam” demiş, Fərrux ona “sən kimsən” demişdir. Onun bu sözlərindən sonra o Fərruxun sifətinə bir dəfə yumruq vurmuş, Fərrux əlindəki lomla onu vurmaq istədikdə Fərruxun əlindən lomu alıb yerə atmış və sonuncunun sifətinə ikinci dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Fərrux yerə yıxılmış və yerdən durub lomu götürərək qaçmışdır. Həmin vaxt o, çox əsəbi olduğundan bundan sonrasını dəqiq xatırlamır. Sadəcə Fərruxu avtomobili ilə vurmuş və bundan sonra ayılmışdır. Sonra avtomobilini Yusifgilin qapılarında fırlayıb geri qayıtmış və həmin vaxt yalnız Cəmilənin, Fəridənin və adlarını xatırlamadığı qonşularının yolda durmalarına fikir vermişdir. O, Fərruxa nə olmasına da fikir verməmiş və Goranboy rayon polis şöbəsinə gedib özünü təslim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq Fərruxu ümumiyyətlə vurmaq niyyətinin olmadığını, hadisə vaxtı maşını sürərkən Fəridə ilə Cəmiləni görmədiyini, çox əsəbi olduğuna görə maşının Fərruxa dəyməsini yalnız səs gəldikdən sonra hiss etdiyini, ola bilsin ki, Fərruxun özünü maşının altına atdığını, o da vurduğunu, sonra o, Fərruxu xəstəxanaya aparmaq üçün maşını döndərib qayıdan zaman bacısı lapatka ilə ilə onu qovduğu üçün polisə gedib könüllü təslim olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə1 ifadəsində bildirdi ki, 1990-cı ildə mərhum əri X29 ilə ailə həyatı qurmuş və onların birgə evlilikdən İsmayıl Qasımov və Şahid1 adlı iki övladları var. Tünzalə 2012-ci ildə bibisi Şahid3 oğlu X10 ilə ailə həyatı qurmuş, onların birgə evlilikdən iki övladları var. Tünzalə Vüsalla evləndikdən sonra Goranboy rayonu, Buzluq kəndində yerləşən Vüsalın atası Təqsirləndirilən şəxs evində sonuncunun arvadı Cəmilə və onların oğlu Arzumanla birlikdə yaşayırdılar. Lakin 2013-cü ildə Arzuman öz ehtiyatsızlığı nəticəsində ağacdan yıxılıb vəfat etdikdən sonra Cəmilə orda-burda gəlini Vüsalənin ayağı düşmədiyindən oğlu rəhmətə getdiyini deməyə başlamışdır. Cəmilənin bu söz söhbətlərindən sonra Tünzalə Vüsalla həmin evdən köçmək qərarına gəlmişlər və 2016-cı ildə Vüsal arvadı Tünzalə və övladları ilə birlikdə Goranboy şəhərində yerləşən hal-hazırda Vüsalın adını daşıyan küçədəki evə köçmüşlər. 27 sentyabr 2020-ci il tarixdə başlayan “Vətən Müharibəsi”ndə Vüsal da iştirak etmiş və o, 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. 2021-ci ilin iyul ayında Cəmilə və onun qızı Camalə Buzluq kəndində yerləşən evlərinə gəlib Tünzaləyə “Təqsirləndirilən şəxs bizi göndərib ki, sizdən 8800 manat pul alaq, çünki Əmirəstan Vüsalın adına Goranboy şəhərində bulaq tikir” demiş, Tünzalə də onlara onun və əri Fərruxun yanında “usta tutsun, bulağın tikintisinə nə qədər pul lazım olsa, mən verəcəm” demişdir. X51 “gör mən səndən, necə o pulu çıxardacam” sözlərini demişdir. Bundan sonra Tünzalənin uşaqları analarından ataları Vüsalın fotoşəklinin yaşadıqları küçədə vurulmasını istəmişlər. Tünzalə də Əmirəstanla danışmadığından Fərruxdan Vüsalın adına olan küçədə Vüsalın portreti olan plakatı quraşdırmasını xahiş etmişdir. Təxminən 15 sentyabr 2021-ci il tarixdən Fərrux həmin plakatın quraşdırlmasına başlamış, lakin Əmirəstan həmin plakatın Fərrux tərəfindən quraşdırlmasına etiraz etməsi barədə nə onun, nə də ki qızı ilə mərhum ərinin məlumatı olmamışdır. 22 sentyabr 2021-ci il tarixdə Fərrux Vüsalın fotoşəkili olan portreti quraşdırmalı idi. Həmin gün saat 14 radələrində ona məlumat verildi ki, qudası Əmirəstan Fərruxu ilk öncə döymüş, sonra isə idarə etdiyi avtomobillə qəsdən vurub öldürmüşdür. Təqsirləndirilən şəxs 2021-ci ilin iyun və avqust aylarında Buzluq kəndində yerləşən evlərinə gəlib Şahid1 Vüsal Nağıyevin ölümündən sonra ona görə verilmiş 8800 manatı və Vüsal Nağıyevin sürdüyü “Hundai Santafe” markalı avtomobilin satışından əldə olunmuş 17000 manat pulu istəmişdir. Bununla bağlı başqa adamlar vasitəsi ilə də ona, qızına və mərhum ərinə söz göndərmişdir. Eləcə də Təqsirləndirilən şəxs pul verilməsə onlardan polisə şikayət edəcəyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxslə 1986-cı ildə ailə həyatı qurmuş, onların birgə evlilikdən 4 övladları var. X52 2013-cü ildə yaşadıqları Buzluq kəndində ağacdan yıxılaraq vəfat etmişdir. Digər X58 isə hərbi qulluqçu olduğundan 27 sentyabr 2020-ci il tarixdə başlayan “Vətən Müharibəsi”ndə iştirak etmiş və 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Vüsal Nağıyev mərhum qardaşı X7 Nağıyeva ilə ailə həyatı qurmuş və onların birgə evlilikdən iki övladları var. Hal-hazırda onların övladları Təqsirləndirilən şəxs və X33 Nağıyeva ilə birlikdə yaşayırlar. 2012-ci ildə X41 Nağıyeva ilə ailə həyatı qurduqdan sonra onun, əri Təqsirləndirilən şəxs və mərhum oğlu X26 kəndində yerləşən evlərində yaşayırdılar. Lakin sonradan Şahid1 onlarla birlikdə yaşamaq istəmədi. Bu səbəbdən Vüsal Nağıyev ailəsi ilə birlikdə 2016-cı ildə Goranboy şəhərində yerləşən hal-hazırda Vüsal Nağıyevin adını daşıyan küçədə yerləşən və əri Təqsirləndirilən şəxs tərəfindən tikilmiş evə köçdülər. Bundan sonra o, Şahid1 danışdırmırdı. Çünki Şahid1 ilə birlikdə yaşayarkən aralarında münasibətlərində soyuqluq yaranmışdır. Bundan başqa qardaşı Fərrux Qasımov və onun arvadı Nümayəndə1 ilə münasibətləri həmişə yaxşı olmuşdur. Vüsal Nağıyev şəhid olduqdan sonra o və Təqsirləndirilən şəxs hər həftəninin dördüncü günləri Vüsal Nağıyevin məzarını ziyarət edirdilər. 2021-ci ilin iyun ayında xatırlamadığı gündə saat 10 radələrində o, əri Təqsirləndirilən şəxs və Vüsalın övladları Əmirəstan və Əmirxanla birlikdə Nümayəndə1gilin Buzluq kəndində yerləşən evlərinə getmiş ki, Əmirəstan və Əmirxanın paltarlarını dəyişib şəhid X58in qəbri üstünə getsinlər. Evin qarşısında olarkən əri Təqsirləndirilən şəxs Şahid1 “gəl, bizimlə gedək” sözlərini demiş, Şahid1 onlara “mən beşinci gün gedəcəm” sözlərini demiş, Təqsirləndirilən şəxs isə Şahid1 “beşinci günü getmək olmaz, gərək dördüncü gün gedək” sözlərini demiş, lakin Şahid1 getmək istəməmişdir. Həmin vaxt evin ikinci mərtəbəsindən Nübubət Nağıyeva pəncərəni açıb Təqsirləndirilən şəxs nalayiq sözlərlə təhqir edib “səni tutduracam” demiş, bu vaxt Şahid1 gəldikləri avtomobildən övladları Əmirəstanı və Əmirəxanı düşürüb aparmış, Təqsirləndirilən şəxs avtomobilə minəndə ondan “uşaqlar hardadırlar” demişdir. O, ona “uşaqları anası Tünzalə gəlib apardı” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilə minib onunla birlikdə Vüsal Nağıyevin qəbri üstünə getmişlər. Həmin hadisədən sonra onunla Təqsirləndirilən şəxs Şahid1 arasında soyuqluq yaranmışdır. 22 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxslə birlikdə Vüsal Nağıyevin adına tikmək istədikləri bulağın mal-materialını almaq üçün Goranboy şəhərində tikinti mal-materialları satılan mağazadan mal-material almışlar. Sonra o, Təqsirləndirilən şəxslə bacısı Fəridəgilin evərinə getmişdir. Orada Təqsirləndirilən şəxs onu avtomobildən düşürüb Yol idarəsinin həyətinə getmişdir. O, isə Şahid2 ilə birlikdə qalmışdır. Saat təxminən 14 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobili ilə Şahid2gilin evlərinin qarşısına gəlmişdir. Şahid2gilin evləri Goranboy şəhərində Vüsal Nağıyevin adını daşıyan küçədə yerləşir. O və Şahid2 küçəyə çıxmışlar. Təqsirləndirilən şəxs onlara “qardaşınız Fərruxa deyin ki, plakat qoymaq lazımdırsa mən qoyacam” sözlərini demiş, həmin vaxt qardaşları X53 Nağıyevin adına olan küçədə Vüsal Nağıyevin plakatını quraşdırmaq üçün çuxur qazırmış. O və Şahid2 ona ”bizlik deyil, demək istəyirsənsə get özün de” demiş, Təqsirləndirilən şəxs onlara “mən getsəm, dalaşacam, siz gedin” demişdir. Lakin o, Təqsirləndirilən şəxs “özün get, amma dalaşma” demişdir. Təqsirləndirilən şəxs avtomobilinə minib Fərrux Qasımovun yanına getmişdir. Daha sonra o və bacısı Fəridə Təqsirləndirilən şəxs və Fərrux Qasımovun mübahisə etdiklərini görmüş. O və bacısı Fəridə qaçaraq onların yanına gedərkən artıq onlar dalaşıb qurtardıqlarını görmüş, bu zaman o, onlara “dalaşmayın” deyə səslənmişdir. Həmin vaxt Şahid2 onkoloji xəstə olduğu üçün onun arxası ilə gəlirmiş. Qardaşı Fərrux mübahisədən sonra onların yanından keçib getmiş, onlar qardaşı Fərruxun arxası ilə çığıraraq getdikləri zaman Təqsirləndirilən şəxs “Niva” markalı, avtomobilinə minib onların yanından keçib Fərrux Qasımovun üzərinə sürmüş, bundan səs eşitmiş və səsə tərəf baxarkən qardaşının tut ağacının altına yıxıldığını görmüşdür. O və Şahid2 həyəcandan tez qardaşlarının yanına getmişlər. Fərrux Qasımov avtomobillə vurulduqdan sonra tut ağacının yanına düşmüş, o və Şahid2 tez Fərrux Qasımovu ayıltmağa çalışmışlar, lakin artıq Fərrux Qasımovun öldüyünü görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerindən necə çıxıb getməsinə fikir verməmişdir. Bundan başqa Şahid3 ifadəsində Təqsirləndirilən şəxs Şahid1 və Fərrux Qasımovdan, nə də ki Nümayəndə1 haqq istəməmişlər. O və Təqsirləndirilən şəxs Vüsal Nağıyevin şəhidliyinə görə verilən pulların Şahid1 qalmasını istəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs bacısı Şahid3 əridir. Təqsirləndirilən şəxslə münasibətləri normal olmuşdur. X6 onun qardaşıdır. X10 hərbi qulluqçu olduğundan 27 sentyabr 2020-ci il tarixdə başlayan “Vətən Müharibəsi”ndə o, da iştirak etdi və 30 oktyabr 2020-ci il tarixdə şəhid oldu. Bundan sonra Şahid1 ailə üzvləri arasında olan münasibətlər barədə məlumatı olmamış və bununla da maraqlanmamışdır. 22 sentyabr 2021-ci il tarixdə saat 12-13 radələrində o evdə tək olmuşdur. Həmin vaxt əri Şahid5 bazarda olmuş, bu vaxt Təqsirləndirilən şəxs arvadı Şahid3 ilə birlikdə onların evlərinə gəlmişlər. Onlar evlərinin həyətinə daxil olmuş, Şahid3 həyətdə qalmış, Təqsirləndirilən şəxs isə çıxıb getdi. Bundan sonra o evə keçib yemək hazırlamağa başlamışdır. Şahid3 ona “biz Vüsalın adına bulaq tikməyə gəlmişik, mal-materialı alıb tikiləcək yerə yığmışıq” demiş, sonra o və Şahid3 yemək yemişlər. Təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobili ilə yaşadığı evin qarşısına gəlmişdir. O və Cəmilə Nağıyevə küçəyə çıxmışlar. Təqsirləndirilən şəxs onlara “qardaşınız Fərruxa deyin ki, plakat qoymaq lazımdırsa mən qoyacam” sözlərini demiş, həmin vaxt qardaşı X53 Nağıyevin adına olan küçədə Vüsal Nağıyevin plakatını quraşdırmaq üçün çuxur qazırmış. O və Şahid3 ona ”bizlik deyil, demək istəyirsənsə get özün de” demiş, Təqsirləndirilən şəxs onlara “mən getsəm, dalaşacam, siz gedin” demişdir. X43 Təqsirləndirilən şəxs “özün get, amma dalaşma” demişdir. Təqsirləndirilən şəxs avtomobilinə minib Fərrux Qasımovun yanına getmiş, Təqsirləndirilən şəxs Fərrux Qasımovla mübahisə etmişlər. O, həmin vaxt evdən çölə çıxmış və bu zaman qardaşı Fərruxun Əmirəstanla mübahisə etdiyini, daha sonra Təqsirləndirilən şəxs Fərrux Qasımovu vurub yerə yıxdığını görmüş, həmin vaxt o çığırmış və onun səsinə bacısı Şahid3 evdən çıxmış, o, onkoloji xəstə olduğu üçün asta-asta yeridiyindən bacısı Cəmilə “dalaşmayın” deyə qışqıraraq ondan qabaqda Fərrux və Əmirəstana tərəf getmişdir. O, və Şahid3 onlara tərəf gedərkən Fərrux Qasımov onların yanlarından keçib getmiş, onlar Fərruxun arxası ilə çığıraraq eyni istiqamətdə gedərkən bu vaxt Təqsirləndirilən şəxs “Niva” markalı avtomobilinə minib onun və bacısının yanından keçib Fərrux Qasımovun üzərinə sürmüş və o, Niva markalı maşının arxasınca baxan zaman Fərruxun maşının qarşısından göyə qalxaraq tut ağacının altına düşdüyünü görmüşdür. O və Cəmilə Nağıyevə həyəcandan tez qadaşlarının yanına getmişlər. Fərrux Qasımov avtomobillə vurulduqdan sonra tut ağacının yanına düşmüşdür. O və Cəmilə Nağıyevə tez Fərrux Qasımovu ayıltmağa çalışmışlar, lakin artıq Fərrux Qasımovun ölməsini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs hadisə yerində necə çıxıb getməsinə fikir verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2012-ci ildə bibisi Şahid3 oğlu X10 ilə ailə həyatı qurmuş, onların birgə evlilikdən iki övladları olmuşdur. Mərhum əri Vüsal Nağıyev onlar evlənməmişdən qabaq Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir hərbi rütbəsində xidmət edimiş. O, Vüsal Nağıyevlə evləndikdən sonra onunla birlikdə Goranboy rayonu Buzluq kəndində yerləşən Vüsal Nağıyevin atası Təqsirləndirilən şəxs evində sonuncunun arvadı Şahid3 və onların X52lə birlikdə yaşamışlar. Lakin 2013-cü ildə Arzuman Nağıyev öz ehtiyatsızlığı nəticəsində ağacdan yıxılıb vəfat etmiş, bundan sonrada bibisi Şahid3 orda-burda “gəlinim Tünzalənin ayağı düşmədi, oğlumda rəhmətə getdi” demiş, Şahid3 bu sözləri onun da qulağına çatdığından Vüsal Nağıyevlə həmin evdən köçmək qərarına gəlmişlər. 2016-cı ildə o, Vüsal Nağıyev və övladları Goranboy şəhərində yerləşən hal-hazırda Vüsal Nağıyevin adını daşıyan küçədəki evə köçmüşlər. Həmin evdə o, Vüsal Nağıyev və iki övladları yaşamışlar. Təqsirləndirilən şəxs yaşadığı evdən köçdükdən sonra o qaynanası, həm də ki bibisi Şahid3 ilə danışmırdı. X44 atası, qardaşının və bacısının ailə üzvləri ilə danışırdı. 27 sentyabr 2020-ci il tarixdə başlayan “Vətən Müharibəsi”ndə Vüsal Nağıyev da iştirak etmiş və o, 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. 2021-ci ilin iyul ayında Şahid3 və onun qızı X40 kəndində yerləşən atası evinə gəlib ona “Təqsirləndirilən şəxs bizi göndərib ki, sizdən 8800 manat pul alaq, çünki Əmirəstan Vüsalın adına Goranboy şəhərində bulaq tikir” sözlərini demişlər. O da onlara anasının və atasının yanında “usta tutsun, bulağın tikintisinə nə qədər pul lazım olsa, mən verəcəm” sözlərini demişdir. Lakin Şahid3 ona “gör mən səndən, necə o pulu çıxardacam” sözlərini demişdir. Bundan sonra övladları atalarının fotoşəklinin yaşadıqları küçədə vurulmasını istəmişlər. O, da Təqsirləndirilən şəxslə danışmadığından atası X34 Nağıyevin adına olan küçədə Vüsalın portreti olan plakatı quraşdırmasını xahiş etmişdir. Təxminən 15 sentyabr 2021-ci il tarixdən Fərrux Qasımov həmin plakatın quraşdırlmasına başlamışdır. Lakin Təqsirləndirilən şəxs həmin plakatın Fərrux Qasımov tərəfindən quraşdırlmasına etiraz etməsi barədə nə onun, nə də ki anası ilə atasının məlumatı olmamışdır. 22 sentyabr 2021-ci il tarixdə saat 9 radələrində o və atası X35 rayon icra hakimiyyətinə gəlmişlər. Orada onlar Vüsal Nağıyevin porteretinin səkidə quraşdırlmasına icazə verilib-verilməməsini soruşmuşlar. Oradan onlara “əgər, gedib-gələnlərə mane olmursa, problem yoxdur” deyilmiş, bundan sonra onlar evlərinə qayıtmışlar. Daha sonra həmin gün dərslər başladığından atası Fərrux Qasımov onu və iki övladını götürüb məktəbə aparmış və onları orada qoyub geri evə qayıtmışdır. Saat 14 radələrində ona məlumat verilmişdir ki, qaynatası Təqsirləndirilən şəxs atası Fərrux Qasımovu ilk öncə döymüş, sonra isə idarə etdiyi avtomobillə qəsdən onu vurub öldürmüşdür. Bundan başqa Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyun və avqust aylarında Buzluq kəndində yerləşən atası evinə gəlib ondan Vüsal Nağıyevin ölümündən sonra ona görə verilmiş 8800 manatı və Vüsal Nağıyevin sürdüyü “Hundai Santafe” markalı avtomobilin satışından əldə olunmuş 17000 manat pulu istəmişdir. Bununla bağlı başqa adamlar vasitəsi ilə də ona, qızına və mərhum ərinə söz göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, X28 doğma qardaşıdır. Təqsirləndirilən şəxs bacısı Şahid3 əridir. Təqsirləndirilən şəxs Şahid3 4 övladları olmuşdur. X27 2013-cü ildə yaşadıqları Buzluq kəndində ağacdan yıxılaraq vəfat etmişdir. Vüsal Nağıyev isə hərbi qulluqçu olduğundan 27 sentyabr 2020-ci il tarixdə başlayan “Vətən Müharibəsi”ndə iştirak etmiş və 30 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. Vüsal Nağıyev mərhum qardaşı X7 Nağıyeva ilə ailə həyatı qurmuş və onların birgə evlilikdən iki övladları var. Hal-hazırda onların övladları Təqsirləndirilən şəxs və X33 Nağıyeva ilə birlikdə yaşayırlar. Vüsal Nağıyev şəhid olduqdan sonra Şahid1 övladları ilə birlikdə mərhum X36 kəndində yerləşən evlərində yaşayırlar. 2021-ci ilin avqust ayında bacısı Şahid3 “Fərruxgilə gedək” demiş, o, ondan nə səbəbə görə getməsini soruşduqda Şahid3 ona “Vüsalın adına bulaq tikiləcək, Əmirəstan yolluyub ki, get pul al” demiş, o, ona “əgər pul Tünzaləyə verilibsə, verilmiş pul nəyə görə alınır” demiş, Şahid3 ona “sənlik deyil, gəl gedək” demişdir. Bundan sonra onlar Fərrux Qasımovgilin evlərinə getmişlər. Ora o, Şahid3 və Cəmalə Nağıyeva getmişlər. Fərrux Qasımovgilin evlərində Şahid1 çağırmışlar, onun anası Nümayəndə1 və atası Fərrux Qasımovun yanında Şahid3 Şahid1 “Vüsalın şəhidliyinə görə dövlət tərəfindən verilmiş 8000 manatı bizə ver, biz onun adına bulaq tikəcəyik” demiş, Şahid1 Şahid3 ona “gedin tikdirin, nə qədər pul eləsə, mən verəcəm” demiş, o, da Şahid3 “Tünzalə düz deyir, nə qədər pul eləsə Tünzalə verəcək” demişdir. Lakin Şahid3 əvvəlcədən pulu istədiyindən o, Şahid1 ilə razılaşmamış və onlar çıxıb evlərinə getmişlər. 22 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində yeznəsi Şahid5 ona zəng edib “Əmirəstanın Fərruxu avtomobili ilə vurub öldürdüyünü” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs arvadı Şahid2 bacısı Şahid3 əridir. Yəni onlar bacaqdırlar. Təqsirləndirilən şəxslə münasibətləri normal olmuş, onunla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi olmamışdır. X6 onun arvadı Şahid2 qardaşıdır və qaynıdır. Bundan başqa Fərrux Qasımov onun dayısı oğludur. Onunla da münasibətləri normal olmuşdur. X7 Nağıyeva Təqsirləndirilən şəxs mərhum şəhid X58lə evlənmiş və onların birgə evlilikdən iki övladları olmuşdur. Şahid1 Vüsal Nağıyevlə evləndikdən sonra birlikdə Goranboy rayonu Buzluq kəndində yerləşən Vüsal Nağıyevin atası Təqsirləndirilən şəxs evində sonuncunun arvadı Şahid3 və onların X52lə birlikdə yaşamışlar. 2016-cı ildə Şahid1, Vüsal Nağıyev və övladları Goranboy şəhərində yerləşən hal-hazırda Vüsal Nağıyevin adını daşıyan küçədəki evə köçmüşlər və onlarla qonşuluqda yaşamağa başlamışlar. Həmin ərəfələrdə Şahid1 qaynanası, həm də ki bibisi Şahid3 ilə danışmamasını ona məlum olmuşdur. Onların nə səbəbə görə küsülü olmaları barədə onda məlumat olmamışdır. X10 hərbi qulluqçu olduğundan 27 sentyabr 2020-ci il tarixdə başlayan “Vətən Müharibəsi”ndə o, da iştirak etdi və 30 oktyabr 2020-ci il tarixdə şəhid oldu. Bundan sonra Şahid1 ailə üzvləri arasında olan münasibətlər barədə məlumatı olmamış və bununla da maraqlanmamışdır. 22 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs işlədiyi bazara gəlmiş, onlar birlikdə söhbət etmişlər. Həmin vaxt o, bazar işçiləri ilə nərd oynamışdır. Təqsirləndirilən şəxs də onun yanında oturub bir az ordan burdan söhbət etmişdir. Bir 30- 40 dəqiqə oturduqdan sonra Təqsirləndirilən şəxs ona “mən çıxıb gedirəm sizin evinizə, sən velisopedinlə gələrsən” demişdir. Bu sözləri dedikdən sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Saat 14 radələrində o, velisopedinə minib evlərinə tərəf getmişdir. Goranboy şəhərində yerləşən Vidadi küçəsindən Vüsal Nağıyev küçəsinə dönəndə Xatirə müəlliməgilin evlərinin həyətinə giriş qapısında yerləşən tut ağacının yanında çoxlu adam toplaşmasını görmüşdür. Ora çatdıqda Fərrux Qasımovun meyitini yerdə, Şahid3 və Şahid2 da meyitin yanında görmüşdür. O, meyitə yaxınlaşdıqda artıq Fərrux Qasımovun ölməsini görmüşdür. Həmin vaxt kimsə “X22 Nağıyevin avtomobili ilə vurub öldürdüyünü” demişdir. Məhkəmə əlavə şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs və X6nu qonşu kimi tanımışdır. 22 sentyabr 2021-ci il tarixdə saat 13- 14 radələrində yaşadığı evdən bayıra çıxıb evin qarşısında dayanıb siqaret çəkməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı avtomobilinə tərəf getdiyini, mərhum Fərrux Qasımovun qabaqda bacıları Fəridə və Cəmilənin isə onun arxası ilə onun dayandığı istiqamətdə gəldiklərini görmüşdür. Həmin vaxt Fərruxla bacıları Cəmilə və Fəridənin ara məsafəsi təxminən 100-150 metr olmuşdur. Təqsirləndirilən şəxs “Niva” markalı avtomobilinin sükanı arxasına əyləşdikdən sonra Təqsirləndirilən şəxs Fərrux, Cəmilə və Cəmilənin bacısı Fəridə gedən istiqamətdə gəlib Cəmilə və Fəridəni keçdikdən sonra Fərruxu avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən Fərrux səkidə yerləşən tut ağacının altına düşmüşdür. Həmin vaxt Cəmilə və Fəridə qaçaraq hadisə yerinə gəlmişlər. Küçə dar olduğundan Əmirəstan kişi idarə etdiyi avtomobili sürüb küçənin kəsişməsindən dönüb geri qayıtmışdır. Əmirəstan idarə etdiyi avtomobili Fərruxu vurduğu yerdə saxlamaq istədikdə, Cəmilə əlində olan bel (lopatka) ilə onun idarə etdiyi avtomobilinə hücum çəkmiş, bu vaxt Əmirəstan hadisə yerindən uzaqlaşıb getmişdir. Həmin vaxt o, dərhal təcili yardım zəng vurmuşdur. Məhkəmə iclasında verilən sullara cavab olaraq X18 bildirdi ki, hadisə baş verən vaxt Təqsirləndirilən şəxs Cəmilə və Fəridənin Fərruxa tərəf gəldiyi istiqamətdə onları keçib avtomobillə Fərruxu vurduğuna görə düşünürəm ki, Əmirəstan Cəmilə və Fəridəni görməyə bilməzdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 22 sentyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Goranboy şəhəri Vüsal Nağıyev küçəsidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 23 sentyabr 2021-ci il tarixli “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirlməsi haqqında protokoldan görünür ki, baxış keçirilən “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy rayon polis şöbəsinin Müvəqqəti duracağında tərpənməz vəziyyətdədir. Avtomobil ağ rənglidir. Avtomobilin arxa şüşəsində şəhid, general Polad Həşimovun və şəhid Vüsal Nağıyevin fotoşəkli vardır. Həmin şəkillərin üzərində “Vətən Uğrunda” sözləri yazılmışdır. Avtomobilin ön tərəfi və ön sağ işığı zədələnmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən avtomobilin zədələnmiş hissəsindən lak-boya hissəcikləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” Publik Hüquqi şəxsin 17 oktyabr 2021-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, X3 meyitinin məhkəmətibbi ekspertizası zamanı aşağıdakılar aşkar edildi; sağ budun əzilmiş-cırılmış yaraları, bu sümüyünün açıq sınığı, bud arteriyasının zədələnməsi, bədən səthinin çox saylı sıyrıqları və yaraları, sol baldır sümüklərinin açıq sınıqları. X3 bədən səthində müəyyən edilmiş xəsarətlər – a) sağ budun küt travması nəticəsində bud sümüyünün açıq sınığı, bud arteriasının zədələnməsi, sol baldır sümüklərinin açıq sınıqları həyat üçün təhlükəli olduğundan Ağır zərər vurmaya; b) bədən səthinin sıyrıqları və yaraları isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan bu xəsarətlər bərk küt alətin(lərin) təsiri nəticəsində, eləcə də qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2021-ci il tarixdə hərəkətdə olan avtomaşınla vurulma zamanı əmələ gələ bilərdi. X3 ölümünə səbəb bud arteriyasının cırılması nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” Publik Hüquqi şəxsin 25 sentyabr 2021-ci il tarixli, 592 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2021-ci il tarixli 6/4981-6/5049 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X19 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikro hissəciklərinin növü və rəngi rəyin 1№li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X19 məxsus olduğu qeyd edilən 1 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 1 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X19 məxsus olduğu qeyd edilən 1 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X19 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində boya mikrohissəcikləri və həmçinin avtonəqliyyat vasitələrinə məxsus lak-boya örtüyünün sürtünmə izləri və ya mikrohissəcikləri yoxdur. Geyim əşyalarının səthi üzərində hər hansı boya mikrohissəcikləri aşkar edilmədiyindən təqdim olunmuş “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən və hadisə yerindən götürüldüyü qeyd edilən lak-boya nümunələri ilə müqasiyəli tədqiqatı aparılmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8 dekabr 2021-ci il tarixli 3/1852 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X19 məxsus şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin zədələr öz formasına, quruluşuna, xarakterinə və s. əlamətlərinə görə fiziki qüvvənin təsirindən, o cümlədən hər hansı bərk predmetlə kontakda olması ilişməsi nəticəsində dartılaraq yarana bilən cırılma zədələridir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvar, 1 ədəd köynək və X19 məxsus 1 ədəd köynək, 1 ədəd mayka üzərində trasoloji zədə aşkar edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 15 dekabr 2021-ci il tarixli 1508 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 14 dekabr 2021-ci il tarixli 762/247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Goranboy RMX PHŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2789 saylı arayış), anamnestik məlumatlar və hazırkı eksperiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai xaraketrini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarmda olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsissələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Goranboy RMX PHŞ tərəfindən verilmiş 17.11.202,1-ci il tarixli 2789 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekpertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. O, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 27 dekabr 2021-ci il tarixli, 47 nömrəli rəyindən görünür ki, X3 maye halda qanının qrup göstərici ABO sistemi üzrə A(İİ) betadır. Təqdim edilmiş X3 paltarları (bir ədəd qısaqol rubaşka(köynək), bir ədəd mayka, bir ədəd şalvar) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan mərhumun özünə məxsus ola bilər. Təqdim edilmiş hadisə yerinə baxış zamanı tampon pambıqla götürülmüş qan nümunəsi üzərində insana məxsus qan aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan X6na məxsus ola bilər. Təqdim edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd rubaşka(köynək) üzərində qanabənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış12 dekabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirilmə zamanı Şahid2 hadisə ilə bağlı istintaqa verdiyi ifadəsini tam olaraq təsdiq edərək ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə Şahid2 dediklərinin düz olmasını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” protokollardan görünür ki, X3 meyitinin əynindən götürülmüş 1 ədəd ağ rəngli, göy zolaqları olan uzunqol rubaşka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd tün göy rəngli şalvar və 1 ədəd boz rəngli trusik, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar və 1 ədəd açıq qəhvəyi rəngli dama-dama qısaqol rubaşka iş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Goranboy rayon X15 Hüquqi şəxsin 17 noyabr 2021-ci il tarixli 2789 nömrəli görünür ki, Təqsirləndirilən şəxs və X4 RMX-nın ruhi-əsəb, narkoloji və onkoloji kabinetlərdə dispanser qeydiyyatında dayanmırlar və heç bir xəsarətlə bağlı Goranboy RMX-na müraciət etməmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Goranboy İcra Hakimiyyəti Başçısının Buzluq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 61 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri yoldaşı Şahid3, oğlu X11, gəlini X20, nəvələri X24, X21 və X30 ilə birlikdə Goranboy rayonu, Buzluq kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Goranboy rayon Hərbi Komissarlıq tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi veteranıdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 5 noyabr 2020ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 30 oktyabr 2020-ci il tarixdə döyüş meydanında şəhid olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, X1 Müharibəsi iştirakçısı olduğundan müharibə veteranlarına Azərbaycan Respulikası Prezidentinin təyin etdiyi 80 manat təqaüd verilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Goranboy rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 2021-ci il tarixli, 132 nömrəli sərəncamından görünür ki, Goranboy şəhəri, Xaqani Şirvanı küçəsi şəhid Vüsal Nağıyevin adına adlandırılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 22 sentyabr 2021-ci il tarixli cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət haqqında şifahi məlumat verərək bildirmişdir ki, bu gün, yəni xx.xx.2021-ci il tarixdə saat 14 radələrində qudası və qaynı olan X17 “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurub öldürmüşdür. Eləcə də hadisəni törətdiyi “Niva” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili də rayon polis şöbəsinə təqdim etdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 22 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və 24 sentyabr 2021-ci il tarixli Goranboy rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2021-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 1 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Fərrux Qasımovu ümumiyyətlə vurmaq niyyətinin olmadığına, hadisə vaxtı maşını sürərkən Fəridə ilə Cəmiləni görmədiyinə, çox əsəbi olduğuna görə maşının Fərruxa dəyməsini yalnız səs gəldikdən sonra bilməsinə, ola bilsin ki, Fərruxun özünü maşının altına atmasına dair ifadələri məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmaması və həmçinin cinayət işinin materialları zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, üzləşdirmə protokolları ilə tam təkzib olunduğuna görə həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini hüququndan istifadə edərək xüsusilə ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş və özünümüdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirir. Cinayət işi materiallarında olan 12 dekabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirilmə zamanı Şahid2 hadisə ilə bağlı istintaqa verdiyi ifadəsini tam olaraq təsdiq edərək ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə Şahid2 dediklərinin düz olmasını bildirmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə plenum qərarında göstərilən hüquqi mövqeyi hazırki cinayət işininin məhkəmə istintaqı zamanı müəyyən edilən hallarına tətbiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Fərrux Qasımovun bacıları Şahid2 və Şahid3 sözlərinə məhəl qoymadan, özünə məxsus Niva markalı avtomobili ilə Fərrux Qasımovun arxasınca sürərək sonuncunu bacıları Cəmilə və Fəridənin gözləri qarşısında onlara və Fərrux Qasımova xüsusi əzab və iztirablar verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla idarə etdiyi avtomobillə yolda qaçmaqda olan Fərrux Qasımovu qəsdən öldürmək məqsədilə vuraraq ona sağ budun əzilmiş-cırılmış yaraları, bud sümüyünün açıq sınığı, bud arteriyasının zədələnməsi, sol baldır sümüklərinin açıq sınıqları xarakterli dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, həmçinin bədən səthinin çoxsaylı sıyrıqları və yaraları xarakterli dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı bud sümüyünün cırılmasından baş vermiş kəskin qan itirmədən hadisə yerində ölmüş, yəni X17 xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 və Şahid2 zərərçəkmiş X16 Nağıyev tərəfindən Niva markalı avtomobillə vurulma anını görmədiklərini, yalnız səs gəldikdən sonra Fərrux Qasımovun avtomobilin qabaq tərəfindən tut ağacının altına yıxılmağını gördüklərini bildirmişlər. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, hadisələrin bütövlükdə axarı fonunda bu xüsusata qiymət verilməli, “.............gözlərinin qarşısında” əlamətinə hərfi yanaşılmamalıdır. Belə ki, Şahid3 və Şahid2 zərərçəkmiş və təqsirləndirilən şəxsin mübahisə etdiklərini görmələri, bu zaman onlara səslənərək dalaşmamalarını bildirmələri, daha sonra qardaşları Fərrux Qasımovun onların yanından qaçaraq keçməsi, ardınca Təqsirləndirilən şəxs avtomobillə onların yanından keçərək, qardaşları Fərruxu vurması kimi işin faktiki halları onu təsdiq edir ki, baş verən bütün hadisələr hər bir halda Fəridə və Cəmiləyə xüsusi əzab vermişdir və Təqsirləndirilən şəxs bunu dərk etməyə bilməzdi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şahid2 və Şahid3 hadisə yerində olmaqla bütün proseslərdə müşahidəçi olduğunu başa düşmüş və törətdiyi əməlin nəticəsini dərk edərək F.Qasımovu qəsdən öldürmüşdür. Ona görə də həmin hissədə də onun əməli xüsusi amansızlıq kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boyununa almasını, CM-nin 59.2-ci maddəsinə əsasən özünün İ Qarabağ müharibəsi veteranı olmasını, oğlu X48 Müraribəsi zamanı şəhid olmasını və digər oğlu X49 Müharibəsi iştirakçısı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.2-ci maddəsinin tələbinə əsasən yəni bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda bu məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tədbiq edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 22 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Goranboy rayon prokurorluğunda saxlanılan X3 meyitinin əynindən götürülmüş 1 ədəd ağ rəngli, göy zolaqları olan uzunqol rubaşka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd tün göy rəngli şalvar və 1 ədəd boz rəngli trusik, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar və 1 ədəd açıq qəhvəyi rəngli dama-dama qısaqol rubaşka onların yaxın qohumlarına təhvil verilməli, imtina etdikləri təqdirdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 524,16 (beş yüz iyirmi dörd manat on altı qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Goranboy rayon prokurorluğunda saxlanılan X3 meyitinin əynindən götürülmüş 1 ədəd ağ rəngli, göy zolaqları olan uzunqol rubaşka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd tün göy rəngli şalvar və 1 ədəd boz rəngli trusik, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli şalvar və 1 ədəd açıq qəhvəyi rəngli dama-dama qısaqol rubaşka onların yaxın qohumlarına təhvil verilsin, imtina etdikləri təqdirdə məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 524,16 (beş yüz iyirmi dörd manat on altı qəpik) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar