Məhkəmə qərarları › İş №1(100)-174/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-174/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-174/2024 26.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə rayonu, Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 250 qram, 210 qram və 265 qram olmaqla ümümi təmiz çəkisi 725 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək yaşadığı Bərdə rayonu, Nazırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan tövlənin tavanaltı hisəsində saxlamış, 12 may 2023-cü il tarixdə saat 20:30 radələrində Bərdə RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin həyətdə olan tövlənin tavanaltı hisəsində 1 ədəd qara rəngli sellofan paketdə və həmin sellofan paketin içərisində olan 2 ədəd şəffaf sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 250 qram, 210 qram və 265 qram olmaqla olmaqla ümümi təmiz çəkisi 725 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 məhkəməyə ifadə verərkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bərdə rayon Nazırlı kəndində yaşayır, narkotik vasitələrin nəninki satışı ilə ümumiyyətlə narkotik vasitədən isifadə etməmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilmiş dibçəkdə olan çətənə kolunu özü əkmiş, lakin sellofan torbada olan 725 qram marixuana onun olmayıb. O dibçəkdə çətənə kolunu əksə də onu satmaq məqsədi olmamış sadəcə həmin çətənə kolunun onda toxumu olduğu üçün dibçəyə atmış daha sonra həmin çətənə kolu yetişmişdir. O, həmçinin ondan aşkar edilmiş 725 qram narkotik vasitə olan marixuananın evlərində yerləşən “əl damı” adlandırdıqları yerdən aşkar olunması onun həqiqətə uyğun olmadığını göstərən xüsusat olduğunu bildirmiş və bunun evdə anasının və digər ailə üzvlərinin də tez-tez həmin yerə girib-çıxdıqlarına görə ora narkotik vaitə qoymasının məntiqsiz olduğunu bildirmişdir. Həmin sözügedən nakotik vasitəni polis əməkdaşları özləri qoymuşlar və ona fiziki və psixi təsirlər göstərək etiraf etməsini, əks təqdirdə anasını da onunla birlikdə polis şöbəsinə aparacaqlarını bildirdikdən sonra O, anasının şöbəyə aparılmaması üçün həmin narkotik vasitələrin onun olduğunu etiraf etmişdir. İkinci ifadəsində isə həmin narkotik vasitələrin onun olmadığı bildirmişdir.Verilən suallar cavab olaraq bildirmişdir ki, onun xəsarətləri olmuş lakin 3-4 aydan sonra tibbi müayinədən keçmək istədiyini soruşduqda o istəməmiş onun azda olsa xəsrətləri olmuş lakin təcridxanada qeydə alınmamış, məhkəməyə çıxdıqda ona qandal düşəcəklərini bildirdikləri üçün o, məhkəməyə xəsarət aldığını bildirmişdir lakin əvvəllər bu barədə şikayət etməmişdir. O, iki dibçəyin onun olduğunu lakin digər narkotik vasitənin onun olmadığını və bunun hansı səbəbdən polislər tərəfindən qoyulması barədə dəqiq məlumatı olmasa da hesab edir ki, o namaz qıldığı və dindar olduğu üçün həmin məsələlərlə əlaqədar onun başına belə bir hadisə gəldiyini təxmin edir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Nazırlı kəndində yaşayır, 2022-ci ilin sentyabr ayında kəndlərində kür çayının kənarında meşəlikdə çətənə bitkisini yığaraq özü istifadə etmək üçün evlərinə gətirmişdir. İkinci qurup əlildir, marixuanadan ağrı kəsici kimi istifadə edir, həmin kütlənin içərisindən isə bir neçə toxum tapıb 2023-cü ilin aprel ayında həyətdə dipçəyə əkmiş, həmçinin özünün yığıb gətirdiyi marixuananı isə selofan torbada evlərinin həyətində olan tövlənin tavanında olan milin arasında gizlətmişdir, o, həmin marixuananı ordan az-az götürüb özü siqaret yolu ilə qəbul edirmiş, o, mütəmadi olaraq həmin çətənə kollarına su verib, bitkilərə qulluq edib, tez-tez dipçəyi tövləyə və həyətdə gün düşən yerə qoyurmuş, xx.xx.2023-cü il tarixdə saat 20:20 radələrində polis əməkdaşları onun həyətinə gəlib onun narkotik tərkibli bitki əkməyi barədə məlumatları olduğunu bildirdilər, o, səmimi olaraq etiraf etmiş və polis əməkdaşlarının onun həyətinə baxış keçirməyinə etirazı olmaması barədə ərizə vermiş, daha sonra polis əməkdaşları aqranomun iştirakı ilə etiraf etmişdir ki, həyətimdə olan tövlədə dipçəkdə çətənə kolu əkdiyini, həmçinin qurudulmuş marixuana olduğunu bildirmişdir, polis əməkdaşları onun iştirakı ilə həmin dipçəkdə əkdiyi iki ədəd çətənə kolunu kökündən çıxaradaraq qablaşdırmış, bundan sonra həmin tövlədə milin arasında gizlətdiyi sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütləni çəkərək 745 qram olmasını müəyyən etmişlər, daha sonra həmin kütlə onun iştirakıyla qablaşdırılmış, o isə qeyd olun zərfin ve digər sellofan torbanın qablaşdırılmasına imza etmişdir. Bundan sonra onun evinin qonaq otağından rəfin gözündən dövriyyəsi qadağan edilməyən dini ədəbiyyatlar aşkar edilmişdir. Həmin dini ədəbiyatlar isə dövlət tərəfindən icazəsi verilən ədəbiyatlardır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində olarkən ona hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər bürosunun vəkili X5 dəvət edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunla saxlanması qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində başqa ünvanda çətənə bitkisi əkmədiyini, hər hansı bir şəxsə narkotik vasitə satmaq niyyəti olmadığını, yaşadığı evin həyətyani sahəsində yerləşən tövlədə dibçəyin içərisində çətənə bitkisi əkməyindən heç kimin xəbəri olmadığını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, 2-ci qrup əlil olduğu üçün ağrıları sakitləşməsinə görə ağrı kəsici kimi narkotik vasitə istifadə etdiyini, əkməyinə də səbəb bu olduğunu, heç kimə narkotik vasitə satmadığını və pay vermədiyini, çətənə bitkisini 2022-ci ilin sentyabr ayında kəndimizin Kür çayının sahilindən tapdığını, həmin bitkidən yığaraq özü istifadə etmək üçün yaşadığı ünvana gətirdiyini, həmin bitkilərin içərisindəndə bir neçə toxum tapdıqdan sonra yaşadığı evin həyətyani sahəsində yerləşən tövlədə dibçəyə əkərək qulluq etməyə başladığını, yerdə qalan marixuananı da sellofan torbada tövlənin tavanında milin arasında isdifadə etmək üçün saxladığını, ona qarşı Bərdə RPŞ-nin əməkdaşları tərəfindən hər hansı bir fiziki təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi digər ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İş üzrə 14 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təkrar dindirilən zamanı özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə səhhətində olan xəstəliklə əlaqədar işlədiyi hərbi hissədən xəstəliklə bağlı təqaüdə çıxmışdır, əvvəllər narkotik vasitə olan marixuanadan ara sıra istifadə etmişdir, lakin narkotik vasitələrin digər növlərindən istifadə etməmişdir, 10 may 2023-cü il tarixdə səhər saatlarında həmkəndlisi Göyüş adlı şəxsin yas mərasimində iştirak etmiş, həmin yas mərasimindən çıxıb saat təxminən 17-18 radələrində evə gəlmiş, yasdan gəldikdən sonra öz mobil telefonunu anası Fəridəyə vermiş, anası isə bacısıyla telefonla danışırmış, həmin ərəfələrdə anası ona demişdir ki, telefonuna zəng gəlir. O, telefona baxan zaman görmüşdür ki, kəndin icra nümayəndəsinin müavini Zamiq Cəfərov ona zəng edir. O zəngə cavab vermiş, danışıq zamanı Zamiq ona demişdir ki, “qapının qarşısına çıx səninlə işim var”. O da qapının qarşısına çıxan zaman orda ağ rəngli Mercedes markalı avtomobil dayandığını görmüş, həmin avtomobilin sürücü ondan soruşdu ki, bura haradı? O da demişdir ki, “idarənin yanı”. Bundan sonra ondan adını soruşmuş, o da adının Cavid olduğunu bildirmiş, həmin vaxt avtomobildən digər şəxslər də düşüb onu avtomobilə əyləşdirmiş, Boyəhmədli kəndində çatan zaman polis əməkdaşı İdris adlı şəxs cibindən telefonunu götürmüş, telefonuna baxan zaman məhlədə əkdiyi 2 ədəd narkotik tərkibli çətənə bitkisinin şəkilini görmüş, ondan soruşmuşdur ki, bu nədir? O da demişdir ki, “həmin narkotik vasitə mənə məxsusdur, həyətdə əkmişəm, İİ qrup əliləm, ağrılarım olanda istifadə edirəm.” Bundan sonra kəndə qayıtmışlar, sonra həyətdə ondan həmin narkotik tərkibli bitkinin yerini soruşmuş, o da dibçəkdə olan narkotik tərkibli çətənə bitkisini saxladığı ağaclıqdan götürüb onlara təqdim etmiş, bundan sonra təhqiqatçının gəlməsini gözləmiş, sonra evə girmişlər, evdə xəstə anasını çölə çıxarıb onu otaqda döymüşlər, ona bildirmişlər ki, “başqa qurudulmuş marixuanada var, onu da boynuna götürməlisən”, onlarla razılaşmamış, ona demişlərr ki, “tutqu yoxdur, buna qandal düşür”. O da yenə razılaşmamış, həmin vaxt İdris adlı polis demişdir ki, “ananı da şöbəyə aparacayıq”. O da anasının polis şöbəsinə aparılmaması üçün razılaşmış, bundan sonra ona məxsus dipçəkdə olan narkotik tərkibli çətənə bitkisini toyuq hininin ortasına qoymuşlar, ona demişlər ki, “toyuq hinində tavana da qurudulmuş marixuana qoymuşuq, baxış keçirən də onu da götürərsən deyərsən mənə məxsusdur. Narahat olma tutqu olmayacaq”. Həmin vaxt ora yaşlı bir kişi də gəlmiş, aqrotexnik olduğunu bildirmiş, dibçəkdə olan bitkilərə baxmış və xüsusi qulluq olunmuş, biri 13 sm, digərinin isə 18 sm olan narkotik tərkibli çətənə bitkisi olduğunu bildirmiş, o, çəkiliş zamanı onlar dediyi kimi etmiş və narkotik vasitələri götürüb təqdim etmiş, həmçinin evdən də ona məxsus bir neçə ədəd dini ədəbliyyata məxsus kitablar götürülmüşdür. Çəkiliş olduqdan sonra onu polis şöbəsinə gətirmişlər, polis şöbəsində olan zaman o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, sonra isə ona Bərdə rayon Vəkil Bürosundan vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində dibçəkdə olan narkotik tərkibli bitkiləri təxminən tutulmamışdan 1 ay qabaq əkdiyini, həmin toxumlar da onda çoxdan olduğunu, müdafiəçinin “Siz bildirdiniz ki, sizin əkdiyiniz dibçək əvvəl həyətin ağaclıq olan hissəsində idi, lakin bildirirsiniz ki, videoçəkiliş apararkən həmin dibçəklər toyuq hininin içərisinə qoyulmuşdur. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq həmin dibçəklərin həyətin ağaclıq olan hissəsində olduğunu, polis isə həmin dibçəyi hinə qoyduğunu, müdafiəçinin “Toyuq hinində götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı sizə təqdim etdilərmi?” sualına cavab olaraq çəkiliş zamanı polislərin dediyi kimi, həmin torbada olan narkotiki özü götürmüş və içərsini açıb təqdim etdyini, həmin torbanın içərisində pinqivinə bükülmüş otlar gördüyünü, polis şöbəsində müdafiəçi təhqiqatçıdan evdən çıxan narkotik vasitənin çəkisini soruşduğunu, təhqiqatçının isə 600 qram olar, ancaq çubuqlar, torbası çıxandan sonra 300-400 qram təmiz çəkisi qalacaq bildirdiyini, müdafiəçinin “Toyuq hinindən aşkar edilmiş narkotik vasitələr sizə məxsus idi?” sualına cavab olaraq ona məxsus olan yalnız 2 ədəd dibçəkdə olan narkotik tərkibli bitki olduğunu, digər torbada olan narkotik vasitəni isə polislər tərəfindən ora qoyulduğunu, onu anasıyla hədələdikləri üçün ona məxsus olmasını etiraf etdiyini, müdafiəçinin “Siz izahat və ifadələrinizdə həmin narkotik vasitələri satış məqsədilə əldə etiyinizi bildirmişdiniz?” sualına cavab olaraq şəxsi istifadəsi üçün əldə etdiyini həm izahatında, həm də ifadə də bildirdiyini, müdafiəçinin “Siz polis əməkdaşları ilə üzləşmək istəyirsinizmi?” sualına cavab olaraq polis əməkdaşları ilə üzləşmək istədiyini, müdafiəçinin “Siz təkrar məhkəmə-bioloji ekspertiza təyin edilməsini istəyirsinizmi?” sualına cavab olaraq istədiyini,”əgər sizə qarşı zor tətbiq olunmuşdusa hazırkı vaxtadək nə üçün bu barədə şikayət bildirməmişdiniz?” sualına cavab olaraq bu barədə indiyədək heç kimə şikayət etmədiyini, çünki kimə şikayət olunmasını bilmədiyini, çünki təhqiqatçı həmin vaxt özü də orda olduğunu, müstəntiq özü də ondan heçnə soruşmadığını dediyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitələr saxlaması, satışı, narkotik tərkibli çətənə kollarının əkib becərməsi barədə barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonunun Nazırlı kəndində yerləşən fərdi yaşayış evinə getmişlər, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həyətində çətənə kollarının əkilməsi barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişdirlər. Sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonunun Nazırlı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirdikdən sonra bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Nazırlı kəndində yerləşən fərdi yaşayış evinə baxış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlanılmışdır. Baxış zamanı videoçəkilişi Bərdə RPŞ-nin CAB-ın rəisi, polis polkovnik-leytenantı Şahid3 tərəfindən keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü səmimi olaraq etiraf etmişdir ki, yaşadığı evin həyətində olan tövlədə özünün istifadə etməsi məqsədilə Bərdə rayonu ərazisində balıq ovuna gedən zaman çətənə kolları taparaq dibçəkdə əkmiş, həmin kolları təqdim edə biləcəyini bildirmişdir. Baş təhqiqatçı Vüsal Bayramov iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı həyətyani sahəyə daxil olmuşlar, Təqsirləndirilən şəxs evinin həyətində mişar daşları tikilmiş tövləyə daxil olmuşdurş. Həmin tövləyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs əli ilə həmin tikilinin tavanın altında gizlətdiyi 1 ədəd qara rəngli sellofan paketi təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmçinin yerdə qoyulmuş 01 ədəd dibçəkdə əkilmiş 02 ədəd çətənə kolunu da təqdim etmişdir. 01 ədəd torbaya baxış keçirən zaman içərisində 2 ədəd şəffaf torbada və qara rəngli sellofanın içərisində açıq vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuana olduğu aşkar edilmişdir. Sonra baş təhqiqatçı X16 Əhmədovdan yaşadığı fərdi yaşayış evində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş və daha sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün evin giriş hissəsində olan qapıdan evin qonaq otağına daxil olmuşlar. Fərdi yaşayış evinə baxış zamanı heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Lakin baxış zamanı evin digər otağında olan dolabın aşağı hissəsində olan sürmədən dini məzmunlu 9 ədəd kitab aşkar edilmişdir və şöbəyə aparılmışdır. Həmin kitabların nə üçün götürüldüyü barədə məlumatı yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan şalvarın sağ yan cibindən 1 ədəd smartfon tipli mobil telefonu, 01 ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartını, 4 ədəd 1 manatlıq pul əskinasını və 20 qəpik dəmir pulu, 3 ədəd siqaret qutusunu, özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd göy rəngli alışqanı masanın üzərinə qoymuş, bundan sonra baş təhqiqatçı Vüsal Bayramov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərini yoxlanmış və hər hansı qanunsuz predmet və narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2, şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində, şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) X6 Mərkəzində aparıcı aqronom işləyir. Onun vəzifəsi Bərdə rayonu ərazisində bitkiçiliklə bağlı xəstəliklərin öyrənilməsi, aşkara çıxarılması və zərərsizləşdirilməsinin təşkil edilməsindən ibarətdir. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.1993-cü il tarixdə Bərdə rayonu Nazırlı kəndində anadan olmuş və Bərdə rayonu Nazırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs əvvəllərdən tanımamışdır. Buna görə də həmin şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayonu, Nazırlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək onu şəxsin yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Nazırlı kəndində yerləşən fərdi yaşayış evinə yollanmışdır. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda sonuncuya yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarını kultivasiya etməsi məlumatına görə onun yaşadığı evə baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazları olub-olmamaları soruşulmuş, Təqsirləndirilən şəxs ərizə yazıb imzalamaqla buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Baxış keçirilməsinə başlanılan zaman Təqsirləndirilən şəxs bir daha heç bir etirazının olmadığını bildirmiş və ondan yaşadığı fərdi yaşayış evində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü şəkildə yaşadığı evin həyətində olan tövlənin tavanın altında olan 01 ədəd torbada qurudulmuş marixuananı və 01 ədəd dibçəkdə 02 ədəd çətənə koluna bənzər kolları təqdim etmişdir. Ardınca o, həmin kollara baxış keçirib onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Ardınca kollar bir-bir gövdələrindən tutub çıxarılmış, sayılaraq 02 ədəd olduqları müəyyən edilmiş, uzunluğu ölçüldü və ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmışdır. Bundan başqa aşkar edilmiş 1 ədəd qara rəngli torbada olan qurudulmuş marixuana da ekspertiza tədqiqatına göndəriləcəkləri bildirilərək qablaşdırılmış, üzəri möhürlənmişdir. Bundan başqa evə baxan zaman dini ədəbiyyata məxsus kitablar, braşur aşkar edilmişdir. Həmin kitablar da qablaşdırılıb götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar, onu da polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona müdafiəçi dəvət edilmiş, müdafiəçinin və polislərin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin üzərindən narkotik vasitə və yaxud psixotrop maddə aşkar edilməmişdir Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Cavid heç vaxt narkotik vasitə istifadə etməmiş, həmçinin heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları onların evinə gələn zaman dibçəkdə narkotik vasitənin olmasını ona polis əməkdaşları göstərən zaman onun məlumatı olmuş və həmin dibçəkdəki narkotik vasitəyə görə o Cavidin cəzalanmasını istəyir, lakin evlərindən aşkar edilmiş 725 qram narkotik vasitə olan marixuananı polislər özləri onların evlərinə yerləşdirmişdir. İbtidai istintaq vaxtı Cavidə polis əməkdaşları tərəfindən təzyiqlər edilmiş, bu səbəbdən Cavid etirafedici ifadə vermişdir. Məhkəmədən oğlunun azadlığa çıxması ilə bağlı qərar qəbul etməsini xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 may 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(021)-106/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövləyə baxış həyata keçirilmiş, baxış zamanı tövlənin tavanın altında gizlətdiyi 1 ədəd qara rəngli sellofan paketdə və həmin sellofan paketin içərisində olan 2 ədəd şəffaf sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 250 qram, 210 qram və 265 qram olmaqla olmaqla ümümi təmiz çəkisi 725 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanana və 1 ədəd dibçəkdə 2 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmiş, həmin kütlələr və bitkilər təhqiqatçı Vüsal Bayramov tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs evinin qonaq otağında olan dolabın aşağı hissəsində olan sürmədən dini məzmunlu 9 ədəd kitab və braşür aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “diskə baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdri ki, Bərdə RPŞ-nin CAB-nın rəisi, polis polkovnik-leytenantı Şahid3, Bərdə RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Kənd Təsərüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X8 aparıcı aqronomu Şahid4 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Nazırlı kəndində yerləşən fərdi yaşayış evinə baxış və götürmə aparılır. Baxış zamanı videoçəkilişi Bərdə RPŞ-nin CAB-nın rəisi, polis polkovnik-leytenantı Şahid3 tərəfindən aparılır. Baxış zamanı Təqsirləndirilən şəxs özü səmimi olaraq etiraf edir ki, yaşadığı evin həyətində ola tövlədə özünün istifadə etməsi məqsədilə Bərdə rayonu ərazisində balıq ovuna gedən zaman çətənə kolları tapraq dibçəkdə əkmişdir, həmin kolları təqdim edə bilər. Baş təhqiqatçı Vüsal Bayramov iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı həyətyani sahəyə daxil olurlar. Təqsirləndirilən şəxs evinin həyətində mişar daşları tikilmiş tövləyə daxil olurlar. Həmin tövləyə daxil oldqudan sonra Təqsirləndirilən şəxs əli ilə 01 ədəd torbada olan qurudulmuş marixuananı və 01 ədəd dibçəkdə əkilmiş, 02 ədəd çətənə kollarını təqdim edir. Baş təhqiqatçı, Vüsal Bayramov tərəfindən 01 ədəd torbada olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir və ümumilikdə çəkisi 745 qram olması müəyyən edilir. Daha sonra isə 01 ədəd dibçəkdə əkilmiş kolların hündürlükləri ölçülür və ölçülərinin 22 sm və 14 sm olmaları müəyyən edilir. Bundan sonra həmin kollara aqronom Şahid4 tərəfindən baxış keçirilir. Baxış zamanı Şahid4 hər bir kolun dibinə baxaraq kultivasiya edildiyini bildirir. Bundan sonra həmin kollar kökündən çıxarılaraq 01 ədəd zərfə qoyulur və DİN-nin 94 saylı möhürü ilə möhürlənir. Daha sonra isə 01 ədəd içərisində qurudulmuş marixuanaya qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənir. Sonra baş təhqiqatçı X16 Əhmədovdan yaşadığı fərdi yaşayış evində hər hansı bir qanunsuz əşya olubolmaması soruşulur və daha sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün evin giriş hissəsində olan 2 taylı taxta qapıdan evin qonaq otağına daxil olunur. Həmin qonaq otağına daxil olunduqdan sonra, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən evə baxış keçirilir. Baxış zamanı isə evin qonaq otağında olan dolabın aşağı hissəsində olan sürmədən dini məzmunlu kitablar aşkar edilir. Aşkar edilən kitablar ümumilikdə 09 ədəd olması müəyyən olundu. Qeyd olunan kitablar isə 01 ədəd ağ rəngli zərfə qoyulur və DİN-nin 94 saylı möhürü ilə möhürlənərək götürülür. Daha sonra yaşadığı fərdi yaşayış evinin digər otaqlarından hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilmədi. Bundan sonra baxış protokolu iştirakçılar tərəfindən imzalandıqdan sonra baxış yekunlaşaraq video çəkiliş dayandırıldı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli 16/508 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs tövləsində dipçəkdə əkdiyi çətənə koluna bənzər bitki iki ədəd” sözləri və imzalar olan, kağız paketdəki, ümumi sayı 2(iki) ədəd, ümumi təmiz çəkisi-2,04qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs tövləsindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə" sözləri və imzalar olan, qara rəngli sellfoan paketdəki və həmin sellofan paketin içərisindəki 2(iki)ədəd şəffaf sellofan paketdə, ayrı-ayrılıqda təmiz çəkiləri 250qram, 210qram, 265qram, ümumi təmiz çəkisi 725qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş marixuanalar ilə çətənə (kannabis) bitkiləri orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni deyildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2023-cü il tarixli 1382 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 may 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır və həmin ünvanda anası-xx.xx.1967-ci il təvəllüdlü X1 ilə birlikdə yaşamış, yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin 07 may 2019-cu il tarixli, 4424 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ağır xəstəlikdən (insan immun çatışmazlığı virusu) əziyyət çəkir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri əldə etdiyi şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamış, eləcə də onun narkotik vasitələri digər şəxslərə satması barədə əməliyyat məlumatı daxil olsa da sonra onları istintaqa cəlb etmək mümkün olmamış, iş üçün əhəmiyyətli hesab edilən zəruri heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlədən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanın ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz 724,88 qram olan qurudulmuş marixuana və 2 ədəd narkotik tərkibli çətənə bitkisinin ekspert tədqiqatından sonra qalıq qalmış 2,0 qramı, baxış və götürmə, şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 724,88 qram olan qurudulmuş marixuana və 2,0 qram narkotik tərkibli 2 ədəd çətənə bitkisi saxlama müddəti ərzində Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanca verilmiş, 02 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, eləcə də anası Fəridə Əhmədovanın məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşların psixoloji təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı ayrı-ayrı vaxtlarda verdiyi ifadələri, iş üzrə şahid qismində dindirlmiş polis əməkdşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Belə ki, Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, sözügeən ifadədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Nazırlı kəndində yaşayır, 2022-ci ilin sentyabr ayında kəndlərində kür çayının kənarında meşəlikdə çətənə bitkisini yığaraq özü istifadə etmək üçün evlərinə gətirmişdir. İkinci qurup əlildir, marixuanadan ağrı kəsici kimi istifadə edir, həmin kütlənin içərisindən isə bir neçə toxum tapıb 2023-cü ilin aprel ayında həyətdə dipçəyə əkmiş, həmçinin özünün yığıb gətirdiyi marixuananı isə selofan torbada evlərinin həyətində olan tövlənin tavanında olan milin arasında gizlətmişdir, o, həmin marixuananı ordan az-az götürüb özü siqaret yolu ilə qəbul edirmiş, o, mütəmadi olaraq həmin çətənə kollarına su verib, bitkilərə qulluq edib, tez-tez dipçəyi tövləyə və həyətdə gün düşən yerə qoyurmuş, xx.xx.2023-cü il tarixdə saat 20:20 radələrində polis əməkdaşları onun həyətinə gəlib onun narkotik tərkibli bitki əkməyi barədə məlumatları olduğunu bildirdilər, o, səmimi olaraq etiraf etmiş və polis əməkdaşlarının onun həyətinə baxış keçirməyinə etirazı olmaması barədə ərizə vermiş, daha sonra polis əməkdaşları aqranomun iştirakı ilə etiraf etmişdir ki, həyətimdə olan tövlədə dipçəkdə çətənə kolu əkdiyini, həmçinin qurudulmuş marixuana olduğunu bildirmişdir, polis əməkdaşları onun iştirakı ilə həmin dipçəkdə əkdiyi iki ədəd çətənə kolunu kökündən çıxaradaraq qablaşdırmış, bundan sonra həmin tövlədə milin arasında gizlətdiyi sellofan torbada olan qurudulmuş marixuanaya bənzər kütləni çəkərək 745 qram olmasını müəyyən etmişlər, daha sonra həmin kütlə onun iştirakıyla qablaşdırılmış, o isə qeyd olun zərfin ve digər sellofan torbanın qablaşdırılmasına imza etmişdir. Bundan sonra onun evinin qonaq otağından rəfin gözündən dövriyyəsi qadağan edilməyən dini ədəbiyyatlar aşkar edilmişdir. Həmin dini ədəbiyatlar isə dövlət tərəfindən icazəsi verilən ədəbiyatlardır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində olarkən ona hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər bürosunun vəkili X5 dəvət edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunla saxlanması qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində başqa ünvanda çətənə bitkisi əkmədiyini, hər hansı bir şəxsə narkotik vasitə satmaq niyyəti olmadığını, yaşadığı evin həyətyani sahəsində yerləşən tövlədə dibçəyin içərisində çətənə bitkisi əkməyindən heç kimin xəbəri olmadığını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, 2-ci qrup əlil olduğu üçün ağrıları sakitləşməsinə görə ağrı kəsici kimi narkotik vasitə istifadə etdiyini, əkməyinə də səbəb bu olduğunu, heç kimə narkotik vasitə satmadığını və pay vermədiyini, çətənə bitkisini 2022-ci ilin sentyabr ayında kəndimizin Kür çayının sahilindən tapdığını, həmin bitkidən yığaraq özü istifadə etmək üçün yaşadığı ünvana gətirdiyini, həmin bitkilərin içərisindəndə bir neçə toxum tapdıqdan sonra yaşadığı evin həyətyani sahəsində yerləşən tövlədə dibçəyə əkərək qulluq etməyə başladığını, yerdə qalan marixuananı da sellofan torbada tövlənin tavanında milin arasında isdifadə etmək üçün saxladığını, ona qarşı Bərdə RPŞ-nin əməkdaşları tərəfindən hər hansı bir fiziki təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2023-cü il tarixli 1382 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 725 qram çəkidə tərkibində narkotik maddələr olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan marixuananı satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində narkotik vasitənin və psixotrop maddəninn dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Eyni zamanda xx.xx.2023-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq onun həmin narkotik vasitələri əldə etdiyi şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamış, eləcə də onun narkotik vasitələri digər şəxslərə satması barədə əməliyyat məlumatı daxil olsa da sonra onları istintaqa cəlb etmək mümkün olmamış, iş üçün əhəmiyyətli hesab edilən zəruri heç bir nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış keçirilsə də, Təqsirləndirilən şəxs məxsus smartfon tipli “Samsung Galaxy A04” markalı telefona baxış zamanı narkotik vasitə və ya psixotrop maddəyə aid adlardan və parollardan istifadə olunmadığı və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hansı yazışmaların olmadığı müəyyən edilmiş həmçinin baxış zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı dəlil müyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlənin tavanaltı hisəsindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən qurudulmuş marixuananın(kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ağır xəstəlikdən (insan İmmun çatışmazlığı virusu) əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2023-cü il tarixli 1382 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 may 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli, 4(021)-106/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlədən aşkar edilərək götürülmüş, maddi sübut kimi tanınmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 724,88 qram olan qurudulmuş marixuana və 2,0 qram narkotik tərkibli 2 ədəd çətənə bitkisi Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanca verilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən 02 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlədən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 724,88 qram olan qurudulmuş marixuana və 2,0 qram narkotik tərkibli 2 ədəd çətənə bitkisi məhv edilməli və cinayət işi üzrə əhəmiyyət kəsb edən 02 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 160 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlədən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 724,88 qram olan qurudulmuş marixuana və 2,0 qram narkotik tərkibli 2 ədəd çətənə bitkisi məhv edilsin və cinayət işi üzrə əhəmiyyət kəsb edən 02 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 160 manat 80 qəpik manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar