Məhkəmə qərarları › İş №1(100)-175/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-175/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-175/2022 21.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X9 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 24.04.2021-ci il tarixdə, günorta saatlarında Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Tantuni” adlanan dönərxananın arxa tərəfində tanışı Şahid3 50 manat pul müqabilində 01 ədəd polietilen kəsiyi bükümündə olmaqla təmiz çəkisi külli miqdar hesab edilən 2,471 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 aprel 2021-ci il tarixdə, saat 15-35 dəqiqədə Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ilə Oğuz küçəsinin kəsişməsində müəyyən edilib Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 41 ünvanında yerləşən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindəki polietilen kəsiyi bükümündə olmaqla Şahid3 satış məqsədi ilə almış olduğu təmiz çəkisi külli miqdar hesab edilən 2,471 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, bir neçə vaxtdır ki, Gəncə şəhəri, Mərkəzi Univermaqda mobil telefonların alqı-satqısı ilə məşğul olmuşdur. Təxminən iki ilə yaxındır ki, narkotik vasitənin heroin növündən istifadə edir. Həmin narkotik vasitənin elə də aludəçisi deyil, düşəndə arada istifadə edirmiş. 26 aprel 2021-ci il tarixində özünə dönər almaq üçün Tantuni deyilən yerə getdikdə İ.Məmmədov küçəsi ilə Oğuz küçəsinin kəsişməsinin yaxınlığında 4 nəfər mülki geyimdə olan şəxsin ona yaxınlaşıb üzərinə gələrək əliniqolunu burub özlərini təqdim etmədən qəfildən qolunu qandallayaraq oradan polis şöbəsinə aparmışlar. Polis şöbəsində olduğu müddətdə polis DİN-in Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsinin adını bilmədiyi əməkdaşları tərəfindən ona müxtəlif təzyiqlər göstərilərək, həmin vaxt üzərində narkotik vasitə olmasa da polis əməkdaşları tərəfindən ona zorla narkotik vasitə verərək, “narkotik vasitənin ona məxsus olmasını, həmin narkotik vasitəni Qorxmazdan almasını” bildirməsi istənilmişdir. O da məcbur qalaraq üzərinə axtarış zamanı narkotik vastənin ona məxsus olmasını, onu Qorxmazdan almasını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verilmiş suallara cavab olaraq Qorxmaz adlı şəxsi nənəsinin qonşuluğunda yaşadığı üçün tanıdığını, telefon satışı ilə məşğul olduğu üçün Qorxmazla telefon təmiri ilə bağlı arabir telefon əlaqəsi olduğunu, ondan hər hansı narkotik vasitə almadığını, heç kəsə narkotik vasitə satmadığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində “Gəncə şəhər sakini, 5 saylı tam orta məktəbin yaxınlığında yaşayan, mobil nömrəsi ***-***-**-** olan Qorxmaz adlı şəxsi bir neçə ildir ki, tanıdığını, Qorxmazla hər hansı bir qohumluğu, ədavəti olmadığını, bir-birilərinə salam-kalamları olduğunu, Qorxmazın narkotik vasitədən istifadə etməsini və pul müqabilində satmasını eşitdiyini, ona görə də 24 aprel 2021-ci il tarixdə günorta saatlarında Qorxmaza zəng vurub narkotik vasitə olan heroin lazım olduğunu bildirdiyini, Qorxmazın onu Tantuni adlanan dönərxananın yaxınlığına çağırdığını, Qorxmazın dediyi yerə getdikdə sonuncu ilə görüşüb Qorxmazdan 2 qramdan artıq heroini 50 manata aldığını, heronin üzərindən bir qədər götürüb siqaret tütününə qatıb çəkdiyini, qalanını da üzərində saxladığını, 26 aprel 2021-ci il tarixdə günortadan sonra işlədiyi Gəncə şəhər Mərkəzi Univermaqdan çıxıb piyada Oğuz küçəsinə tərəf gedən zaman iki nəfər mülki geyimli şəxsin onu saxlayıb özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbənin əməkdaşları kimi təqdim edərək onu şöbəyə dəvət etdiklərini, etiraz etmədən polis əməkdaşları ilə birlikdə xidməti avtomobillə polis şöbəsinə getdiyini, orada hüquq və vəzifələrinin izah edildiyini, müdafiəçi X6 adlı müdafiəçi təmin edildiyini, müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən Qorxmazdan aldığı sellofan bükülüdə olan heroin aşkar edildiyini, sorğu zamanı həmin narkotik vasitəni 24.04.2021-ci il tarixdə Qorxmaz adlı şəxsdən 50 manata aldığını bildirdiyini, üzərində başqa bir narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədiyini, üzərində olan pul vəsaitləri və şəxsi əşyalarının özünə qaytarıldığını, üzərindən aşkar edilmiş heroinin onun, müdafiəçisinin və digər iştirakçıların yanında zərfə qoyularaq qablaşdırıldığını, imzalarla təsdiq edilmiş zərfə qoyulmazdan əvvəl aptek tərəzisində çəkildiyini, sellofan bükülü ilə birlikdə 2,66 qram çəkidə olmasının məlum olduğunu, həmin narkotik vasitə olan heroini özünün istifadəsi üçün aldığını, narkotik vasitəni kiməsə də satmaq və pay vermək fikri olmadığını, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətmədiyini, narkotik vasitə qəbul etməyini heç kimin bilmədiyini, heç kimə narkotik vasitədən satmadığını, nə də saxladığı narkotik vasitədən heç kimə satmadığını, istifadəsində ***-***-**-** mobil nömrəsi olduğunu, həmin mobil nömrənin öz adına rəsmiləşdirildiyini, özünə məxsus olduğunu, polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiqinə məruz qalmadığını” bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs narkotik vasitə satmamış, özü də hal-hazırda Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir və barəsində cinayət işi vardır. O, 27 aprel 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmış və ona Gəncə şəhəri, Tantuni dönərxanasının yaxınlığında Məmməd adlı şəxsə narkotik vasitə satdığı bildirilmişdir. O, polis əməkdaşlarına Məmməd adlı şəxsə hər hansı narkotik vasitə satmadığını bildirmiş, həmçinin polis əməkdaşlarına onların qeyd etdiyi ərazidə çoxlu sayda kameraların olduğunu bildirib həmin ərazidə olan kameraların görüntülərini tələb etmişdir. Onun tələblərinə baxmayaraq həmin ərazinin kamera görüntüləri ona təqdim olunmamışdır. Şahid3 ifadəsinə əlavə olaraq Məmməd adlı şəxsi mobil telefon satıcısı kimi tanıdığını, Məmmədlə aralarında mobil telefonun alqı-satqısı ilə bağlı bir neçə dəfə danışıq olduğunu, Məmmədə pul müqabilində və yaxud da pay şəklində narkotik vasitə vermədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırki hadisə vaxtı DİN-in Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalmışdır. 26 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib üzərində gəzdirməsi və onların dövriyyəsi ilə məşğul olması barədə DİN-in BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edilərək ondan, şöbənin operatoru, sürücü polis nəfəri, pols serjantı X2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin gün Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüş, saat 15- 35 dəqiqədə, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ilə Oğuz küçəsinin kəsişməsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi üçün üçün DİN-in BNMİ-nin QBRŞyə dəvət edilmiş və birlikdə şöbəyə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismind tutulmaqla müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl onun hüquq və vəzifələri izah edilmiş, üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuş, əgər vardırsa da təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükülü təqdim edərək həmin bükülüdəki kütlənin heroin olmasını, saxlanılmamışdan iki gün əvvəl Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən «Tantuni» adlanan yeməkxananın yaxınlığında Qorxmaz adlı şəxsdən 50 manat pul müqabilində almasını bildirmişdir. Bundan sonra həmin kütlə aptek tərəzsində çəkilmiş, sellofan bükülü ilə birlikdə çəkisinin 2 qramdan artıq olması məlum olmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, digər hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroin kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şahid1 ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir təzyiq və fiziki zor tətbiq edilmədiyini, Məmməd barədə tərtib edilmiş əməliyyat işində onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını təsdiq edəcək çoxsaylı məlumatlar olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini özünə aid hissədə təsdiq etdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 26 aprel 2021-ci il tarixli raportdan görünür ki, Məmməd adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Gəncə şəhəri Nizami rayonu ərazisində onların dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 26 aprel 2021-ci il tarixli “şəxsi atarış və götürmə aparılması haqqında” protokoldan və maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd siqaret bükümündə ümumi təmiz çəkisi 2,471 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin nakotik vasitəni iki gün əvvəl «Tantuni» adlanan dönərxananın yaxınlığında Qorxmaz adlı şəxsdən 50 manat pul müqabilində almasını bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmasına dair” 29 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə DİN-in Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 26 aprel 2021-ci il tarixli qərarı qanunu hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 12 noyabr 2021-ci il tarixli 16/1186 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “26.04.2021-ci il tarixdə AR-nin DİN BNMİ QBPŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki heroin ilə üzərində “27.04.2021-ci il tarixdə (şübhəli) Şahid3 yaşadığı evin otağından götürülmüş narkotik vasitə heroinə bənzər kütlələr” yazılar və imzalar olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X10 Bölməsinin 27 aprel 2021-ci il tarixli 16/385 nömrəli ekspert rəyindən görünür ki, Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış DİN-nin BNMİ-nin Qərb bölgəsində Regional şöbəsin əməliyyat tapşırığına verilmiş 30 iyun 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Gəncə şəhər sakini Şahid3 almış, Şahid3 yaşadığı evin yerləşdiyi küçəyə baxış keçirilmiş, lakin həmin küçədə videomüşahidə kameralarının olmadığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər Kəpəz RPİ tərəfindən əməliyyat tapşırığına verilmiş 23 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini haradan və kimdən əldə etməsini, Gəncə şəhəri ərazisində və ya respublika daxilində kimlərəsə narkotik vasitə satıb-satmamasını müəyyən etmək mümkün olmamış, lakin onun mütamadi olaraq narkotik vasitə heroinin həm istifadəçisi, həm də satışı ilə məşğul olması barədə məlumatlar vardır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 28 iyul 2021-ci il tarixli 886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 21 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Həmin diskdə “SMS tarixçəsi” adlı faylın içərisinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə digər şəxslərə məxsus olan mobil nömrələr arasında müxtəlif məzmunlu yazışmalar müəyyən edilmişdir. Həmin yazışmalar zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrədən +**********19 saylı mobil nömrə arasında 01-04-2021-ci il tarixdə saat 14:49:12də “Sa sen istədiyinen getirecem e nerahat olma azca sebrli ol deyir” məzmunlu sms mətni, +**********19 saylı mobil nömrədən +**********10 saylı mobil nömrə arasında 01-04-2021-ci il tarixdə saat 19:44:47-də “Hardasan ay Maqa Yazıq uwaq aqridadı dana brat sen cani ge” məzmunlu sms mətni, +**********01 saylı mobil nömrədən +**********10 saylı mobil nömrə arasında 10-04-2021-ci il tarixdə saat 17:12:34-də “50 MANATA 3 DENE DASİ VERİM KOMEK ELE” məzmunli sms mətni, +**********50 saylı mobil nömrədən +**********10 saylı mobil nömrə arasında 15-04-2021-ci il tarixdə saat 19:31:15-də “Qaqa qızında yaninda soz veribsen maaqa. Men biyabir olmaq istemirem demiwem en yaxin dostumdu sende adboy verisen canin sağolsun emele gelmirse demezdind” məzmunlu sms mətni, Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrədən +**********48 saylı mobil nömrə arasında 23-03-2021-ci il tarixdə saat 18:37:03-də “????? (söyüşlə) bidene mownu dasim variydi yiyemmedin sen” məzmunlu sms mətni, Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrədən +**********64 saylı mobil nömrə arasında 11-04-2021-ci il tarixdə saat 17:01:42-də “AY QA MEN BURDAYAM MENGİ GİG ALMİSAM” məzmunlu sms mətni, Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrədən +**********859 saylı mobil nömrə arasında 15-04-2021-ci il tarixdə 12:18:35-də “60 ele mende 10 du” məzmunlu sms mətnləri müəyyən edilmişdir. Bununla yanaşı, baxış zamanı müəyyən edilmişdir ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında müxtəlif vaxtlarda çoxsaylı qarşılıqlı telefon danışıqları olmuşdur. Məhkəmə istintaqının gedişində tələb edilərək qapalı məhkəmə iclasında tədqiq edilmiş Əməliyyat qeydiyyat işindəki Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrə ilə müxtəlif şəxslərə məxsus mobil nömrələr arasında telefon danışıqlarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi və Qorxmaz adlı şəxsin fəaliyyəti barəsində telefon danışıqları olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 22 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, tədqiqatından qalıq qalmış 2.351 qram çəkidə narkotik vasitə heroin, şəxsi axtarış və götürmə, dindirmə aparılmasının videogörüntüləri olan 2 ədəd DVD disk və içərisində telefon danışıqları barədə məlumatlar olan 1 ədəd CD disk maddi sübut kimi tanınmış, 2.351 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş, 2 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər Psixonevroloji dispanseri və Gəncə şəhər Narkoloji dispanseri tərəfindən verilmiş 9 avqust 2021ci il tarixli və 14 iyul 2021-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyata durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin 15 noyabr 2021-ci il tarixli, 4069, 4070 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 26 aprel 2021-ci il tarixli protokoldan və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 12 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona təzyiqi nəticəsində narkotik vasitənin ona məxsus olmasını və həmin narkotik vasitə olan heroini Qorxmazdan almasını bildirməsinə, telefon satışı ilə məşğul olduğu üçün Qorxmazla telefon təmiri ilə bağlı arabir telefon əlaqəsi olduğuna, heç kəsə hər hansı narkotik vasitə satmadığına dair ifadələri, özünün ibtidai istintaq zamanı verdiyi tam etiraf edici ifadəsi, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışın dindirmənin aparılmasının görüntülərini özündə əks etdirən “DVD” disklərə baxış zamanı, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, məhkəmə istintaqı zamanı tələb edilərək tədqiq edilmiş əməliyyat qeydiyyat işinin materilları, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxsin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmənin Təqsirləndirilən şəxs verdiyi həmin ifadələri sübut növü kimi qəbul etməməsinə dair nəticəyə gəlməsinə əsas təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrədən +**********19 saylı mobil nömrə arasında 01-04-2021-ci il tarixdə saat 14:49:12-də “Sa sen istədiyinen getirecem e nerahat olma azca sebrli ol deyir” məzmunlu sms mətni, +**********19 saylı mobil nömrədən +**********10 saylı mobil nömrə arasında 01-04-2021-ci il tarixdə saat 19:44:47-də “Hardasan ay Maqa Yazıq uwaq aqridadı dana brat sen cani ge” məzmunlu sms mətni, +**********01 saylı mobil nömrədən +**********10 saylı mobil nömrə arasında 10-04-2021-ci il tarixdə saat 17:12:34-də “50 MANATA 3 DENE DASİ VERİM KOMEK ELE” məzmunli sms mətni, +**********50 saylı mobil nömrədən +**********10 saylı mobil nömrə arasında 15-04-2021-ci il tarixdə saat 19:31:15-də “Qaqa qızında yaninda soz veribsen maaqa. Men biyabir olmaq istemirem demiwem en yaxin dostumdu sende adboy verisen canin sağolsun emele gelmirse demezdind” məzmunlu sms mətni, Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrədən +**********48 saylı mobil nömrə arasında 23-03-2021-ci il tarixdə saat 18:37:03-də “????? (söyüşlə) bidene mownu dasim variydi yiyemmedin sen” məzmunlu sms mətni, Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrədən +**********64 saylı mobil nömrə arasında 11-04-2021-ci il tarixdə saat 17:01:42də “AY QA MEN BURDAYAM MENGİ GİG ALMİSAM” məzmunlu sms mətni, Təqsirləndirilən şəxs istifadəsində olan +**********10 saylı mobil nömrədən +**********859 saylı mobil nömrə arasında 15-04-2021-ci il tarixdə 12:18:35-də “60 ele mende 10 du” məzmunlu sms mətnlərinin olması, həmçinin Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə arasında müxtəlif vaxtlarda çoxsaylı qarşılıqlı telefon danışıqlarının olması, bundan başqa məhkəmə istintaqı zamanı tələb edilərək qapalı məhkəmə iclasında tədqiq edilmiş əməliyyat qeydiyyat işindəki Təqsirləndirilən şəxs müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi və Qorxmaz adlı şəxsin fəaliyyəti barəsində telefon danışıqlarının məzmunu olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 26 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Bundan başqa, sözügedən prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Məmməd Zenalov həmin vaxt üzərindən aşkarlanmış narkotik vasitə olan heroinin ona məxsus olmasını, həmin nakotik vasitəni iki gün əvvəl «Tantuni» adlanan dönərxananın yaxınlığında Qorxmaz adlı şəxsdən 50 manat pul müqabilində almasını bildirmiş, narkotik vasitənin ona məxsus olmamasını bildirməmiş, aşkar edilmiş narkotik vasitəyə dair hər hansı etirazını göstərməmiş, əksinə Təqsirləndirilən şəxs qeyd edilən məsələlərlə razılaşmış və prosessual hərəkətin nəticəsinə dair protokolu imzalayaraq sözügedən halları təsdiq etmişdir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, onun islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 26 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 28 iyul 2021-ci il tarixli rəyinə əsasən hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq tanınan Gəncə şəhər Baş Polis idarəsində saxlanılan 2.351 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, 2 ədəd DVD və 1 ədəd CD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 32 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 26 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis idarəsində saxlanılan 2.351 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, 2 ədəd DVD və 1 ədəd CD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar