Məhkəmə qərarları › İş №1(100)-175/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-175/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-175/2023 22.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 Söhrəb qızının və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2003-cü ildə İsmayıl rayonunun İstisu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, İsmayıllı rayonunun İstisu kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.3-cü və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 dekabr 2021-ci il tarixdə saat 02:40 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Gəncə şəhəri, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən ticarət köşkünün aynabəndinə fiziki təsir edib içəri daxil olaraq kassadan 8 manat nağd pulu, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olan 10 ədəd “Alpen Gold” adlı şokaladları, 1 ədədinin dəyəri 3 manat 60 qəpik olan 250 ml tutumlu 4 ədəd “Redbull” markalı enerji içkilərini, 1 paketinin dəyəri 3 manat 90 qəpik olan 240 paket “Sobranie” markalı siqaretləri, 1 paketinin dəyəri 3 manat 60 qəpik olan 210 paket “Kent 4” markalı siqaretləri, 1 paketinin dəyəri 3 manat 40 qəpik olan 130 paket “Winston” markalı siqaretlərləri, 1 paketinin dəyəri 2 manat 90 qəpik olan 140 paket “LD” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 120 paket “Rothmans” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 80 paket “Winchester” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 50 qəpik olan 10 paket “Pall Mall” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 30 qəpik olan 10 paket “West” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 20 qəpik olan 10 paket “Classic” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Prima” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Magna” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Viceroy” markalı siqaretləri, 1 paketinin dəyəri 1 manat 80 qəpik olan 10 paket “Argo” markalı siqaretləri və 1 paketinin dəyəri 3 manat olan 8 paket “Kent Neo” markalı siqaretləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 3250,4 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 20 fevral 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkında tanışı Şahid1 ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 sözlə mübahisə etdiyini görüb onları aralamaq üçün müdaxilə edən zaman Zərərçəkmiş şəxs1 yumruqla onun üz nahiyəsinə zərbə vuraraq fiziki ağrı yetirdikdən sonra aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik turist bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən 9 ədəd zərbələr endirib döş qəfəsinin arxa səthində beş ədəd, döş qəfəsinin ön səthində bir ədəd ümumilikdə altı ədəd daxilə nüfuz etməyən yumşaq toxumalarının zədələnməsi və deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, qarın nahiyəsinin ön səthində qaraciyərin, mədənin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan bir ədəd, döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə V-Vİİ qabırğa səviyyəsində yerləşən sol plevranın zədələnməsi ilə müşayiət olunan bir ədəd, döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsində ortada yerləşən sağ plevranın zədələnməsi ilə müşayiət olunan bir ədəd ümumilikdə isə üç ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan qəsdən insan həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsilə birlikdə yaşayırmış. Rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, “Füzuli” parkının yaxınlığında yerləşən “Al” marketin yanındakı “Padval” adlı çayxanaya gəlmiş, bu zaman tanışı İbrahim də həmin çayxanada olmuş, İbrahimə yaxınlaşaraq mismarçıxardan adlı alət və vintaçan istəmiş, İbrahim ona nə üçün bu alətləri istədiyini soruşan zaman o, ona Gəncə şəhəri, ”Yeni Azərbaycan Partiyasının” qarşısında yolun sağ tərəfində “Arazbari” kafenin yanında yerləşən köşkün sahibinin kasıb insanların haqqını yediyini deyərək oradan oğurluq etməyi təklif etmiş, İbrahim də onunla razılaşmış, lakin İbrahim oğurluq etmək üçün lazım olan mismarçıxardan adlı alət və vintaçanın olmadığını ona bildirmişdir.Daha sonra İbrahim ilə birlikdə yaşadığı ünvan 3 ünvanına getmişlər. O, yaşadığı evə çıxmış, bir neçə dəqiqədən sonra evdən əlində vintaçan, qara rəngli kepka və iki ədəd sellofon torbanı götürüb gəlmiş, kepkanı İbrahim üzünün tanınmamağından ötrü vermiş və həmçinin Gəncə şəhəri “Texnologiya” universitetinin yanında yerləşən mağazadan tibbi maska da almış, daha sonra İbrahim ilə oğurluq etməkləri üçün əlverişli məqamın gecənin düşməsini gözləmişlər.xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il saat 02 radələrinədək Gəncə şəhərində müxtəlif yerlərdə piyada gəzmişlər.Həmin günü, yəni xx.xx.2021-ci il saat 02 radələrində piyada İbrahim ilə birlikdə Gəncə şəhəri, ”Yeni Azərbaycan Partiyasının” qarşısında yolun sağ tərəfində “Arazbari” kafenin yanında yerləşən oğurluq etməyini qərarlaşdırdıqları köşkün yanına gəlmiş, həmin vaxt köşk açıq olduğunu və içərisində satıcı olduğunu görmüş, köşk açıq olduğu üçün İbrahim ilə bir neçə dəqiqə də şəhərdə gəzmişlər. Yenidən həmin yerə, yəni Gəncə şəhəri, ”Yeni Azərbaycan Partiyasının” qarşısında yolun sağ tərəfində “Arazbari” kafenin yanında yerləşən köşkün yanına gəldikdə artıq köşk bağlı olmuş, o, İbrahimə həmin vaxt, ətrafa göz gəzdirməyini və kimsə gələrsə xəbər etməsini demiş və o isə vintaçanla köşkün balaca nəfəsliyini açmaq üçün çalışmış, lakin həmin balaca nəfəsliyi aça bilməmişdir. Sonra təxminən 20 dəqiqə ərzində köşkün nisbətən böyük aynasını özü ilə gətirdiyi vintaçanla açmışdır.Sonra İbrahimə köşkə girməyini və kimsə gələrsə xəbər edəcəyini bildirmişdir.İbrahim həmin vaxt, yəni xx.xx.2021-ci il saat 02:40 radələrində köşkün içirisinə daxil olmuşdur və orada olan göy rəngli sellofon torbanı götürərək siqaret paketlərini sellofon torbaya yığmağa başlamışdır.İki sellofon torbanı siqaret paketləri ilə doldurduqdan sonra İbrahimin ləng olduğunu görərək özü də köşkün içərisinə girmiş və İbrahim ilə birlikdə köşkün içərisindən siqaret paketlərini oğurlamağa başlamışlar. O, İbrahim ilə həmin köşkdən 8 manat nağd pul, dörd ədəd 250 ml ölçüdə “Redbull” markalı enerji içkilərini, 10 ədəd “Alpen Gold” adlı şolkaladları və təxminən 1050 paket “Winston” markalı, “Sobranie” markalı, “Kent 4” markalı, “Rothmans” markalı, “LD” markalı, “Winchester” markalı, “Magna” markalı, “West” markalı, “Classic” markalı, “Viceroy” markalı, “Argo” markalı, “Kent Neo” markalı və “Pal Mall” markalı siqaretləri 7 ədəd sellofon torbaya yığaraq oradan Gəncə şəhəri İcra Hakimiyyətinin qabağı ilə Gəncə şəhəri “Mərkəzi Univermaq” adlı ticarət mərkəzinin yanına gəlmişlər. Orada olan zaman vintaçanı Univermaq ticarət mərkəzinin yanında yerləşən zibil qutusuna atmışdır. Sonra “Mərkəzi Univermaq” ticarət mərkəzinin qarşısındakı küçə ilə gedərək “VAZ 21-06” markalı nömrəsini xatırlamadığı taksiyə İbrahim ilə minərək yaşadığı evin yaxınlığında yerləşən “Unibank”-ın yanına getmiş və taksiyə 4 manat verərək maşından düşmüşlər.Sonra o, oğurladığı siqaretlərdən “Kent 4” markalı siqaretlərdən 10 paketini götürərək Gəncə şəhəri, X16 prospektində yerləşən “Füzuli” parkının yanında yerləşən köşkə satmaq üçün getmiş, lakin sata bilməmişdir.Təxminən 30 dəqiqədən sonra götürdüyü 10 paket siqaretlə birlikdə geri qayıtmış, sonra siqaretləri yerinə qoyaraq İbrahimə pul tapmağını və polis əməkdaşları onları tapmamağından ötrü birlikdə Bakı şəhərinə getməyi təklif etmişdir. Lakin pul tapa bilmədikləri üçün Bakı şəhərinə gedə bilməmişlər.Oğurladıqları içərisində siqaretlər olan 7 ədəd sellofon torbaları götürərək Gəncə şəhəri 44 saylı məktəbin arxasında gizlətmişlər.Sonra Gəncə şəhəri, “Füzuli” parkının yanında xatırlamadığı binanın blokunda İbrahim ilə gecələmişlər.Bir neçə dəqiqədən sonra oğurladıqları siqaret qutularını Gəncə şəhəri 44 saylı orta məktəbin arxasında gizlətdikləri yerdən götürərək “Metallurq” adlı stadionun yanına apararaq pilləkənin altında gizlətmişlər.Daha sonra oradan Gəncə şəhəri “Texnologiya” universitetinin yanında yerləşən köşkdən kofe alıb içmişlər və oradan İbrahim ilə birlikdə “Texnologiya” universitetindən aşağı düşərək xatırlamadıqları binanın üstünə çıxaraq səhərin açılmasını gözləmişlər.Sonra İbrahim ilə birlikdə Gəncə şəhərində yerləşən “Xanımın dükanının” yanında yerləşən çayxanada biraz oturmuş və İbrahim ilə ayrı-ayrı gəzməyi planlamışlar, çünki polis əməkdaşlarının onları tutmasından ehtiyat etmişlər.xx.xx.2021-ci il tarixdə oğurladıqları siqaret qutularını “Metallurq” adlı stadionun yanından gedib götürmüş, lakin siqaret qutularından təxminən 1 ədəd sellofon torbada olan 40 paketi orada qalmışdır.O, həmin yerdə qalan 6 ədəd sellofon torbada olan təxminən 1000 paket siqaretləri götürərək, həmin tarixdə Abşeron rayonu, Xırdalan şəhərinə gedərək tanımadığı şəxsə 200 manat qiymətə satmışdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir.2020-ci ilin sentyabr ayından icarə əsasında Gəncə şəhəri, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində “Arazbari” kafesinin yanında yerləşən ticarət köşkünü işlədirmiş.Həmin köşkdə siqaret və ərzaq məhsulları sataraq aiəsini dolandırırmış. Bildirmişdir ki, həmin köşkü adətən saat 09 radələrində açır və axşam saat 00:00-da bağlıyır. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxaraq Gəncə şəhəri, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində “Arazbari” kafesinin yanında yerləşən icarə əsasında işlətdiyi ticarət köşkünü açmaq üçün gəlmişdir.Gələn zaman köşkün arxasında yerləşən aynabəndin açıq vəziyyətdə olduğunu aşkar etmişdir.Köşkün aynabəndindən içəri keçilərək kassadan 8 manat nağd pulun, 1 ədədinin dəyəri 1 manat 60 qəpik olan 10 ədəd “Alpen Gold” adlı şokaladlarının, 1 ədədinin dəyəri 3 manat 60 qəpik olan 250 ml tutumlu 4 ədəd “Redbull” markalı enerji içkilərinin, 1 paketinin dəyəri 3 manat 90 qəpik olan 240 paket “Sobranie” markalı siqaretlərin, 1 paketinin dəyəri 3 manat 60 qəpik olan 210 paket “Kent 4” markalı siqaretlərin, 1 paketinin dəyəri 3 manat 40 qəpik olan 130 paket “Winston” markalı siqaretlərlərin, 1 paketinin dəyəri 2 manat 90 qəpik olan 140 paket “LD” markalı siqaretlərin, 1 paketinin dəyəri 2 manat olan 50 qəpik olan 120 paket “Rothmans” markalı siqaretlərin, 1 paketinin dəyəri 2 manat olan 50 paket 80 paket “Winchester” markalı siqaretlərin, 1 paketinin dəyəri 2 manat olan 50 qəpik olan 10 paket “Pall Mall” markalı siqaretlərin, 1 paketinin dəyəri 2 manat 30 qəpik olan 10 paket “West” markalı siqaretlərin, 1 paketinin dəyəri 2 manat 20 qəpik olan 10 paket “Classic” markalı siqaretlərin, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Prima” markalı siqaretlərin, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Magna” markalı siqaretlərin, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Viceroy” markalı siqaretlərin, 1 paketinin dəyəri 1 manat 80 qəpik olan 10 paket “Argo” markalı siqaretlərin və 1 paketinin dəyəri 3 manat olan 8 paket “Kent Neo” markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Bundan sonra o, həmin günü, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə barədə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. O, İcarə əsasında işlətdiyi Gəncə şəhəri, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində “Arazbari” kafesinin yanında yerləşən ticarət köşkdən oğurluq hadisəsi xx.xx.2021-ci il tarixdə saat 01 radələrindən həmin günü 08 radələrindək olan vaxt ərzində baş vermişdir. İcarə əsasında işlətdiyi Gəncə şəhəri, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində “Arazbari” kafesinin yanında yerləşən ticarət köşkünün arxa tərfində yerləşən aynabəndinə fiziki təsir edilərək daxil olunmuşdur. Ticarət köşkün içərisindən kassadan 8 manat nağd pulu, 1 ədədinin dəyəri 1manat 60 qəpik olan 10 ədəd “Alpen Gold” adlı şokaladları, 1 ədədinin dəyəri 3 manat 60 qəpik olan 250 ml tutumlu 4 ədəd “Redbull” markalı enerji içkiləri, 1 paketinin dəyəri 3 manat 90 qəpik olan 240 paket “Sobranie” markalı siqaretləri, 1 paketinin dəyəri 3 manat 60 qəpik olan 210 paket “Kent 4” markalı siqaretləri, 1 paketinin dəyəri 3 manat 40 qəpik olan 130 paket “Winston” markalı siqaretlərləri, 1 paketinin dəyəri 2 manat 90 qəpik olan 140 paket “LD” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 50 qəpik olan 120 paket “Rothmans” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 50 paket 80 paket “Winchester” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 50 qəpik olan 10 paket “Pall Mall” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 30 qəpik olan 10 paket “West” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat 20 qəpik olan 10 paket “Classic” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Prima” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Magna” markalı siqaretləri, 1 paketinin dəyəri 2 manat olan 10 paket “Viceroy” markalı siqaretləri, 1 paketinin dəyəri 1 manat 80 qəpik olan 10 paket “Argo” markalı siqaretləri və 1 paketinin dəyəri 3 manat olan 8 paket “Kent Neo” markalı siqaretləri oğurlanmışdır. İlkin olaraq o, elə bilmişdir ki, yuxarıda göstərdiyi əşyalardan başqa 230 manat nağd pulu və 57 manat dəyərində danışıq kartları da oğurlanmışdır, lakin sonradan o, köşkə baxarkən danışıq kartlarını və nağd pulunu köşkün içərisindən tapmışdır. Onun yalnız yuxarıda göstərdiyi əşyaları oğurlanmışdır.Baş vermiş hadisə nəticəsində ona 3250,4 manat maddi ziyan dəymişdir.Əvvəllər belə bir hadisə baş verməmişdir. Ona ümumilikdə 3250,4 (üç min iki yüz əlli)manat 40(qırx) qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirlən şəxsdən hər hnası şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır.Rəsmi olaraq heç bir yerdə işləmir, Azərbaycan Dövlət Aqrar Universitetində 3-cü kursda təhsil alır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində dostu Şahid3 zəng edərək Gəncə şəhərinə yerləşən “Xan Bağında” idman etməyə getməyi bildirmiş, həmçinin Şahid3 onlarla qonşuluqda yaşayır.İkram ilə binanın qarşısında görüşmüş və birlikdə “Xan Bağına” getmişlər.Orada idman edən zaman universitetdən qrup yoldaşı Şahid4 ona zəng edərək harada olduğunu soruşaraq probleminin olduğunu və onun olduğu yerə gəlmək istədiyini bildirmişdir.O, Mirmövsümə “Xan Bağında” idman etdiyini və bura gəlməsini demişdir. Bir neçə dəqiqədən sonra Mirmövsüm “Xan Bağına” gəlmişdir. Mirmövsüm ona “Pubg” kompyuter oyununda Ukraynada yaşayan dostunun Gəncə şəhərində yaşayan bir nəfər şəxslə mübahisəsinin düşdüyünü və Ukraynada yaşayan dostunun bu söhbəti “aydınlaşdırmaq” üçün xahiş etdiyini ona bildirmişdir.Həmin şəxsin zəng edərək “söhbətə” çağırdığını və onun Gəncə şəhərində yaşadığını deyərək həmin şəxslə sözünü tutacağını deyərək danışmağını xahiş etmişdir. O, həmin tanımadığı şəxslə telefon ilə danışmış, həmin şəxs ona söhbəti aydınlaşdırmaq üçün Gəncə şəhərində yerləşən “pasyolka” adlanan yerə, yəni Gəncə şəhəri “Füzuli” parkının yanına gəlməklərini bildirmişdir.Bundan sonra o, Mirmövsüm və İkram ilə birlikdə Gəncə şəhərində yerləşən “pasyolka” adlanan yerə getmişlər.Orada olan zaman Mirmövsümə zəng gəlmiş, həmin şəxs onların harada olduqlarını soruşmuşdur.Mirmövsüm də həmin şəxsə “Füzuli” parkının yanında olduqları bildirmişdir.Bir neçə dəqiqə sonra üç nəfər şəxs gəlmiş, onlar həmin şəxslərlə heçkəsin görməməsindən ötrü parkın içərisinə getmişlər.Bu zaman adı sonradan ona məlum olan Şahid1 ilə aralarında sözlə mübahisə yaranmışdır.Murazın özündən razı şəkildə onunla danışmasından əsəbiləşərək şillə ilə üz nahiyəsinə vurmuşdur.Bu zaman Muraz da ona şillə ilə vurmuşdur.Həmin vaxt dostları Mirmövsüm, İkram və Şahid1 tanımadığı dostları onların aralaşdırmaq istəmişlər.Bu zaman adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Muraz ilə onu aralamaq üçün araya girmiş, o, İlkinin onları aralaşdırmaq istəməsindən əsəbiləşərək İlkini yumruq ilə vurmuş, İlkin zərbənin təsirindən yerə yıxılmışdır.Daha sonra onun İlkini vurmağından əsəbiləşərək kəmərindən bıçağını çıxardaraq üzərinə gəlmiş və həmin bıçaqla ona bir neçə dəfə zərbə vuraraq qaçmışdır.Bundan sonra dostları Mirmövsüm və İkram onun bıçaqlandığını görüb nömrəsini, markasını tanımadığı taksi ilə onu Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya aparmışlar. Onun Təqsirləndirilən şəxs hadisəyədək tanımamış, hər hansı bir ədavəti və ya düşmənçiliyi, borcu olmamışdır. Təqsirləndirilən şəxs ona xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkında üzərində olan bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs dostu Şahid1 ilə onu aralamaq üçün müdaxilə etməsindən əsəbiləşərək yumruqla vurmuş, bundan əsəbiləşərək ona bıçaqla xəsarət yetirmişdir. Həmin hadisənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs yumruqla zərbə vurmağı olmuşdur. Təqsirləndirilən şəxs bıçaq ilə vuran zaman dostları Şahid4,X6 və Təqsirləndirilən şəxs tanışları Şahid1 və qardaşı Şahid2 orada olmuşdur, başqa heç kəs olmamışdır. Həmin hadisə ümumilikdə təxminən 10 dəqiqə müddətində davam etmişdir. Həmin dalaşma zamanı sadəcə İlkin Zülfüeqarov vurmuş, başqa heç kəs onu vurmamışdır. Təqsirləndirilən şəxs heç kəs köməklik etməmişdir. Hadisə baş verdikdən sonra İkram və Mirmövsüm onu xəstəxanaya aparmışlar, xəstəxanada huşu getdiyinə görə heçkəsə məlumat verməmiş, daha sonra isə polis əməkdaşları gəlmiş və hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində qardaşı Ümidin telefonda mübahisə etdiyini eşitmiş, Ümid ona bir nəfər tanımadığı şəxslə “Pubg” internet oyunu oynayan zaman onu nalayiq ifadələrlə təhqir etdiyini və həmin şəxsin Ukrayna Respublikasında yaşadığını bildirmişdir.Ukraynada yaşayan həmin şəxsin söhbəti aydınlaşdırmaq üçün Gəncə şəhərində yaşayan bir nəfər tanışını göndərəcəyini bildirmişdir.Daha sonra Gəncə şəhərində yaşayan tanımadığı bir nəfər şəxs qardaşı Şahid2 istifadəsində olan nömrəyə zəng edərək söhbət etmək istədiklərini bildirmiş, o, qardaşı Ümiddən telefonu alaraq həmin şəxslə danışmış və aralaırndakı anlaşılmazlığı aradan qaldırmaq üçün onları Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkına dəvət etmişdir.O, qardaşı Şahid2 ilə birlikdə “Füzuli” parkının yaxınlığına gedən zaman tanışı Təqsirləndirilən şəxs görmüş və tanımadığı şəxs qardaşı Şahid2 “Pubg” internet oyununda mübahisə etdiyini, həmin şəxs ilə aralarında olan anlaşılmazlığı aradan qaldırmaq üçün “Füzuli” parkına dəvət etdiyini bildirərək onlarla gəlməsini xahiş etmiş və İlkin onun ilə razılaşaraq onlarla birlikdə həmin yerə getmişdir. Onlar “Füzuli” parkının qarşısında yerləşən piyada keçidinin yanında gözləmiş və təxminən 15-20 dəqiqədən sonra 3 nəfər tanımadığı şəxsin gəldiyini görmüş və onların qardaşı Şahid2 ilə “Pubg” internet oyununda mübahisə edən Ukrayna Respublikasında yaşayan şəxsin tanışlarını olduğunu bilib yaxınlaşmışlar.Onlar həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslərdən biri, yəni üzü saqqallı, ondan bir az hündür olan şəxs onun ilə mübahisə etməyə başlamış və bu zaman onlarla birlikdə gələn Təqsirləndirilən şəxs onlara mübahisə etməməyi və heç kəsin olmadığı yerə getməyi təklif etmiş və həmin şəxslər və onlar İlkin ilə razılaşmışlar. Bundan sonra onlar “Füzuli” parkının içərisində Füzuli heykəlindən təxminən 20-25 aralıya getmişlər. Bu zaman mübahisə daha möhkəmlənmiş və bu zaman adı sonradan ona məlum olan, yəni üzü saqqallı, ondan bir az hündür olan Zərərçəkmiş şəxs1 onu şillə ilə vurmuşdur.O da buna cavab olaraq adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 şillə ilə vurmuşdur.Həmin vaxt Təqsirləndirilən şəxs onları aralamaq üçün müdaxilə edən zaman Zərərçəkmiş şəxs1 yumruq ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə y zərbə endirmiş və zərbənin təsirindən İlkin yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq üzərində olan bıçağı çıxartmış və Zərərçəkmiş şəxs1 bir neçə dəfə zərbə endirmişdir.Həmin şəxs zərbələrin təsirindən yıxılmış və İlkin qorxaraq həmin yerdən uzaqlaşmışdır.Daha sonra Zərərçəkmiş şəxs1 yanında olan tanımadığı şəxslər Rəvanı xəxtəxanaya aparmışlar. Daha sonra bildirmişdir ki, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkının içərisində Təqsirləndirilən şəxs bıçaq ilə xəsarət yetirmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinin səbəbi Zərərçəkmiş şəxs1 onu yumruq ilə vurması olmuşdur. Mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir.Mübahisə zamanı orada o, qardaşı Şahid2 və Zərərçəkmiş şəxs1 tanımadığım iki nəfər tanışları olmuşdur. Başqa heçkəs olmamış, onun bu barədə məlumatı olmamışdır. O, İlkinin hər hansı bir şəxsə bıçaqla xəsarət yetirəcəyini bilmirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra qorxduğundan oradan qaçıb getmiş, yenidən ona hücum etməmişdir.Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs başqa heçkəs xəsarət yetirməmişdir.O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməmişdən əvvəl onunla sözlə mübahisə edirmiş və daha sonra Rəvan ona bir şillə vurmuş, o da Rəvana şillə vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yumruqla vurduğuna görə İlkin Rəvana bıçaqla xəsarət yetirmiş, həmin vaxt o, Ümid və İlkin qorxduğu üçün qaçmış, Zərərçəkmiş şəxs1 tanışları isə Rəvanı xəstəxanaya aparmışlar.Eyni zamanda Zərərçəkmiş şəxs1 tanışları və o, qardaşı Şahid2 də mübahisəni sakitləşdirməyə çalıçırmışlar..Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində “Pubg” mobil oynunda tanımadığı şəxslə mübahisə etmiş və həmin şəxs mübahisə zamanı ona nalayiq ifadə işlədərək təhqir etmişdir. Bundan sonra aralarında mübahisə daha da möhkəmlənmiş və Ukrayna Respublikasında olduğunu, lakin Gəncə şəhərində tanışının olduğu və aralarındakı anlaşılmazlığı aradan qaldırmaq üçün tanışlarını göndərəcəyini və söhbət etməyini demişdir. Bundan sonra qardaşı Muraza bu barədə məlumat vermiş və Muraz birlikdə gedəcəyini bildirmişdir.Təxminən 20 radələrində həmin şəxslərlə əlaqə saxlamış və yaşadıqları evin yaxınlığına , yəni Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkına gəlmələrini bildirmişlər. O, qardaşı Şahid1 ilə birlikdə “Füzuli” parkının yaxınlığına gedən zaman tanışları Təqsirləndirilən şəxs görmüş və bu zaman qardaşı Şahid1 İlkinə onun tanımadığı şəxslə “Pubg” internet oyununda mübahisə etdiyini, həmin şəxslə aralarında olan anlaşılmazlığı aradan qaldırmaq üçün “Füzuli” parkına dəvət etdiklərini bildirərək onlarla gəlməsini xahiş etmiş və İlkin razılaşmışdır.Daha sonra birlikdə “Füzuli” parkına getmişlər. Onlar “Füzuli” parkının qarşısında yerləşən piyada keçidinin yanında gözləmişlər və təxminən 15-20 dəqiqədən sonra 3 nəfər tanımadıqları şəxsin gəldiyini görmüş və onun ilə “Pubg” mobil oyununda mübahisə edən Ukrayna Respublikasında yaşayan şəxsin tanışlarını olduğunu bilib yaxınlaşmışlar. Yaxınlaşan zaman həmin şəxslərdən biri, yəni üzü saqqallı, ondan bir az hündür olan şəxs qardaşı Muraz ilə mübahisə etməyə başlamış və bu zaman Təqsirləndirilən şəxs qardaşı Muraza və adı sonradan məlum olan Zərərçəkmiş şəxs1 mübahisə etməməyi və heç kəsin olmadığı yerə getməyi təklif etmiş və razılaşmışlar. Bundan sonra “Füzuli” parkının içərisində Füzuli heykəlindən təxminən 20-25 aralıya getmişlər. Bu zaman mübahisə daha möhkəmləmiş və bu zaman adı sonradan ona məlum olan, yəni üzü saqqallı, ondan bir az hündür olan Zərərçəkmiş şəxs1 qardaşı Murazı şillə ilə vurmuşdur.Qardaşı Şahid1 də Zərərçəkmiş şəxs1 şillə ilə vurmuş, həmin vaxt Təqsirləndirilən şəxs aralamaq üçün müdaxilə edən zaman Zərərçəkmiş şəxs1 yumruq ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə zərbə endirmiş və zərbənin təsirindən İlkin yıxılmış, daha sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq üzərində olan bıçağı çıxartmış və Zərərçəkmiş şəxs1 bir neçə dəfə zərbə endirmişdir. Həmin şəxs zərbələrin təsirindən yıxılmış və İlkin qorxaraq həmin yerdən uzaqlaşmışdır.Daha sonra Zərərçəkmiş şəxs1 yanında olan tanımadığı şəxslər xəxtəxanaya aparmışlar. O daha sonra bildirmişdir ki, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkının içərisində Təqsirləndirilən şəxs bıçaq ilə xəsarət yetirmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinin səbəbi Zərərçəkmiş şəxs1 yumruq ilə İlkini vurması olmuşdur. Mübahsiə təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı orda o, qardaşı Şahid1 və Zərərçəkmiş şəxs1 tanımadığı iki nəfər tanışları olmuşdur. Başqa heçkəs olmamışdır. Bu barədə məlumatı olmamış, İlkinin hər hansı bir şəxsə bıçaqla xəsarət yetirəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra qorxduğundan oradan qaçıb getmiş, yenidən hücum etməmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs başqa heçkəs xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməmişdən əvvəl qardaşı Şahid1 sözlə mübahisə etmiş və daha sonra Rəvan qardaşı Muraza bir şillə vurmuş, Muraz da şillə vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yumruqla vurduğuna görə İlkin ona bıçaqla xəsarət yetirmişdir, həmin vaxt o, qardaşı Muraz və İlkin qorxduqları üçün qaçmışlar, Zərərçəkmiş şəxs1 tanışları isə xəstəxanaya aparmışlar. Eyni zamanda Zərərçəkmiş şəxs1 tanışları və o, qardaşı Şahid1 də mübahisəni sakitləşdirməyə çalışmışlar. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, O, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır.xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində əvvəllər tanığıdı Kamil adlı dostu istifadəsində olan +**********63 saylı mobil nömrə ilə“Whatsapp” mobil tətbiqi vasitəsilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək dostu Qurbanın Gəncə şəhərində yaşayan tanımadığı şəxslərlə mübahisənin olduğunu, aralarındakı anlaşılmazlığı həll etməyi ondan xahiş etmiş, bundan sonra qrup yoldaşı Rəvana zəng edərək, həmin məsələ barədə məlumat vermiş, Zərərçəkmiş şəxs1 ona Gəncə şəhərində yerləşən “Xan Bağında” olduğunu və oraya gəlməyini bildirmişdir.O da Gəncə şəhərində yerləşən “Xan Bağına” Rəvanın yanına getmişdir.Orada Rəvana olanları danışmış, həmin vaxt Rəvanın tanışı İkram da orada olmuş, daha sonra Rəvan həmin şəxslərdən biri ilə əlaqə saxlamış və həmin şəxs onları Gəncə şəhərində yerləşən “Füzuli” parkı adlanan yerə dəvət etmişlər. Rəvan, o və İkram nömrəsini xatırlamadıqları avtobus ilə həmin yerə getmişlər. Onlar həmin yerə çatdıqdan sonra piyada keçidinin yaxınlığında 3 nəfər şəxsin dayandığını görmüşlər və həmin şəxslər onlara yaxınlaşmışlar.Bu zaman adı sonradan ona məlum olan Muraz adlı şəxslə Rəvan mübahisə etməyə başlamışlar.Bu zaman adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs heç kəsin olmadığı yerə getməyi təklif etmiş və onlar razılaşmışlar. Bundan sonra onlar “Füzuli” parkının içərisində Füzuli heykəlindən təxminən 20-25 metr aralıya getmişlər. Bu zaman mübahisə daha möhkəmləmiş və bu zaman Rəvan Muraza şillə ilə vurmuş, Muraz da Zərərçəkmiş şəxs1 şillə ilə vurmuşdur.Həmin vaxt Təqsirləndirilən şəxs onları aralamaq üçün müdaxilə edən zaman Zərərçəkmiş şəxs1 yumruq ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə zərbə endirmiş və zərbənin təsirindən İlkin yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq üzərində olan bıçağı çıxartmış və Zərərçəkmiş şəxs1 bir neçə dəfə zərbə endirmişdir. Zərərçəkmiş şəxs1 zərbələrin təsirindən yıxılmış və İlkin və yanında olan şəxslər qaçıb getmişlər. Bundan sonra İkram və dərhal yaxınlıqdakı aptekdən bnit alaraq ilkin tibb müdaxilə etmiş, daha sonra isə nömrəsini və markasını xatırlamadığı taksi ilə X15 adına xəstəxanaya aparmışlar. O, daha sonra bildirmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkının içərisində adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs bıçaq ilə xəsarət yetirmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinin səbəbi Zərərçəkmiş şəxs1 yumruq ilə vurması olmuşdur. Mübahsiə təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada o,İkram, adı sonradan ona məlum olan Şahid1, qardaşı Şahid2 olmuşdur. Başqa heçkəs olmamışdır. Xeyr, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra qorxduğundan oradan qaçıb getmiş, yenidən hücum etməmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs başqa heçkəs xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməmişdən əvvəl Şahid1 sözlə mübahisə etmiş və daha sonra Rəvan Muraza bir şillə vurmuş, Muraz da şillə vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yumruqla vurduğuna görə İlkin bıçaqla xəsarət yetirmiş, həmin vaxt o, Muraz, qardaşı Ümid və İlkin qaçmışlar, Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmışlar.Onların Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkına getməklərinin səbəbi Ələsgərovun Ukrayna Respublikasında yaşayan tanışının adı sonradan məlum olan Şahid2 ilə mübahisəsini aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs1 xahiş etmiş, çünki Rəvan qrup yoldaşıdır və Gəncə şəhərində yaşadığı üçün həmin şəxslərlə ünsiyyətinin alınacağını düşünmüşdür. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Şahid1 küçəsi, ev 8B, mənzil 10 ünvanında ailəsi ilə birlikdə yaşayır.Yuxarıda göstərilən ünvanda yaşayır.xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində tanışı Zərərçəkmiş şəxs1 zəng edərək Gəncə şəhərində yerləşən “Xan Bağında” idman etməyə getməyə çağırmış və birlikdə “Xan Bağına” getmişlər. Orada olan zaman Rəvanın qrup yoldaşı Mirmövsüm zəng etmiş, Rəvan telefon ilə danışandan sonra ona Mirmövsümün Ukrayna Respublikasında yaşayan tanışı Qurban adlı şəxsin Gəncə şəhərində tanımadığı şəxs ilə “Pubg” mobil oynunda mübahisə etdiyini və aralarındakı anlaşılmazlığın aradan qaldırılması üçün görüşüb söhbət etməyini xahiş etdiyini bildirmişdir.Bir neçə dəqiqədən sonra Mirmövsüm “Xan Bağına” onların yanına gəlmiş, Mirmövsüm onlara yenidən danışmış, Rəvan həmin şəxslərdən birinə zəng etmiş, Zəng zamanı Rəvanın danışdığı həmin şəxs onları Gəncə şəhərində yerləşən “Füzuli” parkına dəvət etmiş, Rəvan isə razılaşmış və onlar həmin yerə getmişlər. Onlar həmin yerə çatdıqdan sonra piyada keçidinin yaxınlığında 3 nəfər şəxsin dayandığını görmüş və həmin şəxslər onlara yaxınlaşmışlar.Bu zaman adı sonradan ona məlum olan Muraz adlı şəxslə Rəvan mübahisə etməyə başlamışlar.Bu zaman adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs heç kəsin olmadığı yerə getməyi təklif etmiş və onlar razılaşmışlar. Bundan sonra onlar “Füzuli” parkının içərisində Füzuli heykəlindən təxminən 20-25 aralıya getmişlər. Bu zaman mübahisə daha möhkəmləmiş və Rəvan Muraza şillə ilə vurmuş, Muraz da Zərərçəkmiş şəxs1 şillə ilə vurmuş, həmin vaxt Təqsirləndirilən şəxs aralamaq üçün müdaxilə edən zaman Zərərçəkmiş şəxs1 yumruq ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə zərbə endirmiş və zərbənin təsirindən İlkin yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq üzərində olan bıçağı çıxartmış və Zərərçəkmiş şəxs1 bir neçə dəfə zərbə endirmişdir. Zərərçəkmiş şəxs1 zərbələrin təsirindən yıxılmış və İlkin və yanında olan şəxslər qaçıb getmişlər. Bundan sonra Mirmövsüm və o, dərhal yaxınlıqdakı aptekdən bnit alaraq ilkin tibb müdaxilə etmiş, daha sonra isə nömrəsini və markasını xatırlamadığı taksi ilə X15 adına xəstəxanaya aparmışlar. O, daha sonra bildirmişdir ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkının içərisində adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs bıçaq ilə xəsarət yetirmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməsinin səbəbi Zərərçəkmiş şəxs1 onu yumruq ilə vurması olmuşdur. Mübahsiə təxminən 10-15 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada o, Mirmövsüm, adı sonradan ona məlum olan Şahid1, qardaşı Şahid2 olmuşdur. Başqa heçkəs olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirdikdən sonra qorxduğundan oradan qaçıb getmiş, yenidən hücum etməmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs başqa heçkəs xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla xəsarət yetirməmişdən əvvəl Şahid1 sözlə mübahisə etmiş və daha sonra Rəvan Muraza bir şillə vurmuş, Muraz da Rəvana şillə vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yumruqla vurduğuna görə İlkin bıçaqla xəsarət yetirmiş, həmin vaxt o, Muraz, qardaşı Ümid və İlkin qaçmışlar, Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmışlar. Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “Füzuli” parkına getməklərinin səbəbi Şahid4 Ukrayna Respublikasında yaşayan tanışının adı sonradan ona məlum olan Şahid2 ilə mübahisəsini aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs1 xahiş etmiş, həmin günü də Rəvanın yanında olduğu üçün birlikdə getmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında ailəsi ilə birlikdə yaşayır.Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Qızlar yataqxanasının” qarşısındakı köşkü icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində əvvəlcədən tanıdığı “Papi” ləqəbli şəxs gələrək ona əlində 3 blok siqareti göstərərək satdığını bildirmiş, həmin siqaretlərdən 1 bloku, yəni 10 paket “Palmall” markalı siqaret, 2 blok, yəni 20 paket “Rotmans” markalı siqaret olmuş, “Papi” ləqəbli şəxsə yetərincə siqaretlərinin olduğunu və əgər həmin 3 blok siqaretləri ümumilikdə 55 manat qiymətə satsa ala biləcəyini bildirmiş, “Papi” ləqəbli şəxs onunla razılaşmış və 55 manat ödəniş etmişdir.Həmin 3 blok siqaretləri almış, bundan sonra həmin siqaretləri mağazaya qoyaraq satışa çıxarmışdır.Lakin o, həmin 3 blok siqaretləri könüllü olaraq təqdim edə biləcəyini demişdir. O, bildirmişdir ki, Papi” ləqəbli şəxsi uzun müddətdir ki,tanıyır. Hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. Papi” ləqəbli şəxsi əvvəlcədən tanıdğı üçün heç bir sual vermədən siqaretləri almışdır. Həmin siqaretlərin oğurluq olmasını bilməmişdir. Papi” ləqəbli şəxs əvvəllər və ya sonrasında ona hər hansı bir əşya satmamış, hər hansı bir alış verişi olmamışdır. Papinin ona həmin siqaretləri satacağını əvvəlcədən bilməmiş, bu barədə hər hansı bir vəd verməmiş və bununla bağlı aralarında hər hansı bir razılaşması olmamışdır. Ona sadəcə yuxarıda qeyd etdiyi miqdarda və növdə siqaret satmaq istədiyini bildirmiş və o da sadəcə həmin siqaretləri almışdır. Başqa hər hansı bir əşya almamışdır. Papi” ləqəbli şəxs həmin vaxt tək olmuş və heç kəs köməklik etməmişdir. Papi” ləqəbli şəxsin yaşadığı ünvanı, adını, soyadını harada yaşadığını və telefon nömrəsini bilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Avtozavod qəsəbəsində ailəsilə birlikdə yaşayır. Yaşadığı ərazidə onu “Papi” kimi tanıyırlar. 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən çayxanada oturan zaman tanışı Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan İbrahim adlı şəxs ona 3 blok siqaretlərinin olduğunu satmağa köməklik etməyini bildirmişdir.O, İbrahimdən həmin siqaretlərin oğurlayıb-oğurlamadığını soruşan zaman İbrahim ona həmin siqaretlərin özünə məxsus olmasını bildirmişdir. O da İbrahimə inanaraq Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Qızlar yataqxanasının” qarşısındakı köşkü işlədən Anar adlı tanışının olduğunu və sata biləcəyini bildirmişdir. Sonra İbrahim ilə “VAZ 21015” özünü, markasını və nömrəsini xatırlamadığı taksiyə minərək siqaretləri götürməkdən ötrü İbrahimin yaşadığı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, 8-ci küçədə yerləşən evinə getmişlər. İbrahim evə gedərək 30 paket siqaret olmuş, həmin siqaretlərin 10 paketi “Palmall” markalı siqaret, 20 paketi isə “Rothmans” markalı siqaretlər olmuşdur.Sonra həmin taksi ilə İbrahim ilə birlikdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Köhnə Qızlar yataqxanasının” yanına getmişlər.Həmin vaxt İbrahim taksidən düşməməyini bildirmiş və siqaretləri götürərək Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Köhnə Qızlar yataqxanasının yanında olan köşkü işlədən Anar adlı şəxsin yanına getmişdir. Orada 30 paket siqaretləri 55 manat qiymətə Anar adlı şəxsə satmışdır. Həmin vaxt o, Anara həmin siqaretlərin tanışına məxsus olduğunu və oğurluq olmadığını bildirmişdir. Həmin 10 paketi “Palmall” və 20 paketi “Rothmans” markalı siqaretləri 55 manat pul müqabilində Anara satmışdır.O, həmin 55 manat pulu İbrahimə vermiş və əvəzində İbrahim ona 2 paket “Rothmans” markalı siqaret vermiş, sonra isə həmin taksi ilə yaşadıqları evə qayıtmışdır. Daha sonra Anar ona zəng edərək həmin siqaretlərin oğurluq siqaretlər olduğunu bildirmişdir. O, bildirmişdir ki, İbrahimi uzun müddətdir ki,tanıyır. Hər hansı bir ədavəti, düşmənçiliyi, borcu olmamışdır. İbrahim ona həmin siqaretlərin özünə məxsus olmasını bildirmişdir. O, həmin siqaretlərin oğurluq olmasını bilməmişdir. İbrahim əvvəllər və ya sonrasında ona hər hansı bir əşya satmaq üçün verməmişdir. İbrahim əvvəlcədən ona vəd verməmişdir,lakin siqaretləri satdıqdan sonra İbrahim ona 2 paket siqaret vermiş, bununla bağlı aralarında hər hansı bir razılaşması olmamışdır. Başqa heç kəs köməklik etməmişdir. İbrahim ona xx.xx.2021-ci il tarixdə 10 paketi “Palmall” və 20 paketi “Rothmans” markalı siqaretləri satmaq üçün vermişdir və həmin siqaretləri həmin günü, yəni xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Dədə Qorqud küçəsi köhnə “Qızlar Yataqxanaının” yaxınlığında yerləşən köşkü işlədən Anar adlı şəxs 55 manat qiymətə satmışdır. Onun İbrahimin həmin siqaretləri oğurlamasından xəbəri olmamışdır, ona həmin siqaretlərin özünə məxsus olmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 fevral 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 4(043)-40/2022 saylı, 22 fevral 2022-ci il tarixli Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının 14 aprel 2022-ci il tarixli 571 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində deşici-kəsici alətin(alətlərin) təsiri nəticəsində əmələ gəlmiş 9(doqquz) ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmiş, bu yaralardan üçü daxilə nüfuz edən yaradır, daxilə nüfuz edən yaralardan biri qarın nahiyəsinin ön səthində yerləşir, qaraciyərin, mədənin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunur, digər ikinci daxilə nüfuz edən yara döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə V-Vİİ qabırğa səviyyəsində yerləşmişdir, sol plevranın zədələnməsi ilə müşayiət olunur, üçüncü daxilə nüfuz edən yara isə döş qəfəsinin ön səthində döş sümüyü səviyyəsində ortada yerləşir, sağ plevranın zədələnməsi ilə müşayiət olunur. Qeyd olunan xəsarətlər dərəcəsinə görə, hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Həmçinin rəydən görünür ki, Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş digər deşilmiş-kəsilmiş yaralardan beşi döş qəfəsinin arxa səthində, biri isə döş qəfəsinin ön səthində xəncərvari çıxıntı səviyyəsində yerləşmişdir.Qeyd olunan xəsarətlər daxilə nüfuz edən xəsarətlər deyil, yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə, hər biri ayrı-ayrılıqda sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Eləcə də Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 09 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİ) betadır. Təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd mayka, bir ədəd kofta və bir ədəd uzunqol qış gödəkcəsi üzərindəki ləkələrdəki insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) olduğundan Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 608/219 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekpertiza zamanı Nevrasteniya,Özünükəsmələrlə XBT 10, F48.0 xəstəliyi keçirmişdir və keçirir.O, Nevrasteniya,Özünükəsmələrlə XBT 10, F48.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-soyuq silah və trasoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli 16/760/761 nömrəli rəyindən görünür ki, tədqiqiata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir.Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Həmçinin rəydən görünür ki, təqdim olunan gödəkcənin üzərində olan 03 ədəd “a”, “b” zədələri, poluverin üzərində olan 06 ədəd “e”, “f” zədələri və maykanın üzərində olan 05 ədəd “k”, “l” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin ( o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir.Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Təqdim edilmiş gödəkcənin üzərində olan 03 ədəd “c”, “d” zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb- sökülmə zədələridir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Мəhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1198 nömrəli rəyindən görünür ki, Müvafiq aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında, alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada aşağıdakı kimi müəyyən olunur. Belə ki, Alpen Gold” markalı şokaladın 1 ədədinin dəyəri 1,80 manat, Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 5 ədəd transformatorun rubilnikinin 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi qiyməti -150 manat, Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 4 ədəd starterin 1 ədədinin qiyməti 80 manat olmaqla ümumi qiyməti -320manat, Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 3 ədəd işıq rubilnikinin 1 ədədinin qiyməti 30 manat olmaqla ümumi qiyməti -90 manat,Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 2 ədəd dinamonun 1 ədədinin qiyməti 50 manat olmaqla ümumi qiyməti -100 manat,Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 30 ədəd avtomobil sarğısının 1 ədədinin qiyməti 00 manat olmaqla ümumi qiyməti -300 manat,Rusiya Fedarasiyası istehsallı, işlənmiş, 4 ədəd avtomobil yakrının 1 ədədinin qiyməti 20 manat olmaqla ümumi qiyməti -80 manatdır. Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş ehtiyat hissələrinin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1040,00 manat müəyyən edilir Məhkəmə-əmtəəşünaslıq ekspertinin rəyində əşyaların dəyəri ümumi şərti hesablama yolu ilə nəzəri müəyyən edildiyindən, zərər çəkmiş şəxslərə dəymiş ziyanın məbləği hesablanarkən onların ifadəsində qeyd olunan məbləğlər əsas kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 may 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, sözügedən hadisə zamanı Məmmədov X5 İlkin İsa oğlunu vurmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl Zərərçəkmiş şəxs1 ilə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs baş vermiş digər cinayətlərdə iştirak etməsi, hadisə yerini əhatə edən müşahidə kamerası müəyyən edilməmişdir. Bundan əlavə sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olması müəyyən edilməmiş, Zərərçəkmiş şəxs1 başqa hər hansı bir şəxsə fiziki və ya maddi ziyan dəyməmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 yanvar 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə BPİ-nin Nizami RPİ-dən daxil olmuş 1 ədəd DVD diskdə olan Təqsirləndirilən şəxs X7 ilə Gəncə şəhər, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən ticarət köşkündən törətdiyi cinayət hadisəsinin görüntülərini özündə əks etdirən video görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Gəncə şəhər, Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən ticarət köşkünə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində iki nəfər başlarında papaq və üzlərində tibbi maska taxaraq köşkə daxil olurlar və oradan müxtəlif markada siqaretləri, şokalad, enerji içkilərini və pulu götürüb çıxıb gedirlər, bundan sonra görüntü dayanır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin şəxslərdən birinin özü olduğunu və digərinin isə X2 bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə törətdiyi cinayət hadisəsinə dair ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə törətdiyi cinayət hadisəsinə dair ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Gəncə şəhər Baş Polis İdarəsinə notarial qaydada ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəyər tam olaraq ödənilmişdir.Ona görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən alınmış 10 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış 11 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 oktyabr 2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu,İstisu kəndində qeydiyyatda olmaqla ünvan 12 ünvanında yaşamışdır və yaşadığı yerdə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd qara rəngli poluver, 1 ədəd ağ rəngli mayka, həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq, 1 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.1 və 177.2.3 -cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.1 və 177.2.3 -cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərəçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, vurulmuş ziyanı ödəməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.8, və 59.1.12-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Odur ki, CM-in 69.3-cümaddəsinə müvafiq olaraq bu iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2022-ci il tarixdə 25 yanvar 2022-ci il tarixədək olan 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablamalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd qara rəngli poluver, 1 ədəd ağ rəngli maykaqanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, 1 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 113 (yüz on üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 126.1, 177.2.1 və 177.2.3 -cü maddələri ilə təqsirli bilinsin, CM-in 126.1-ci maddəsi ilə ona 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbqaycan RespublikasıCM-in 69.3-cümaddəsinə müvafiq olaraq bu iş üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 23 yanvar 2022-ci il tarixdə 25 yanvar 2022-ci il tarixədək olan 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 4 il 11 ay 28 azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut hesab edilən və Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd qara rəngli poluver, 1 ədəd ağ rəngli maykaqanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 113 (yüz on üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar