Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-176/2023 09.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Qazax şəhəri, Azadlıq küçəsi, ev 12-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: «Qarışıq tipli şizoaffektiv pozuntu» psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olmuş Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə saat 16 radələrində Qazax rayonu, Qarapapaq kəndində yaşayan bibisinin evinə getmək məqsədilə Qazax şəhəri, Azadlıq küçəsində yerləşən «Göyçə» marketin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan qonşusu Zərərçəkmiş şəxs səslədikdə sonuncunun ona əhəmiyyət vermədiyini görüb həmin avtomobilə yaxınlaşıb aqressiv formada niyə cavab vermədiyi ilə bağlı iradını bildirdikdə, Zərərçəkmiş şəxs avtomobildə müştəri olduğunu deyərək oradan uzaqlaşmış, həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs «Göyçə» marketin yaxınlığında piyada gedən Elşad Nəsibovu gördükdə sonuncuya bir az əvvəl etdiyi iradın düzgün olmadığını bildirdikdə aralarında yaranmış mübahisə nəticəsində Zərərçəkmiş şəxs ona ardıcıl olaraq əli ilə zərbələr endirib xəsarət yetirməsi səbəbindən o, bundan hiddətlənib özündə olan və soyuq silah hesab edilməyən bıçağın kəsici hissəsi ilə Zərərçəkmiş şəxs qarın və sağ bud nahiyyələrinə qəsdən vurub onun sağ budun yuxarı 1/3 hissəsinin bayır səthinin kəsilmiş deşilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa 1 ədəd yüngül zərər vurmaya aid və qarının ön divarının daxilə nüfuz edən, nazik bağırsaq müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsinə dair iş üzrə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırması aparılmış və ibtidai istintaq orqanının gəldiyi nəticə, yəni Təqsirləndirilən şəxs psixi pozuntular nəticəsində öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurması məhkəmə baxışında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, o, həqiqətən də Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, yaşadığı evdən çıxıb Qazax rayonu, Qarapapaq kəndində yaşayan bibisi X3 yaşadığı evə getmək qərarına gəlmişdir. O, evdən çıxıb Qazax şəhəri, Azadlıq prospektində olan “Göyçə” marketin qarşısına gəldikdə taksi fəaliyyəti ilə məşğul olan qonşusu Zərərçəkmiş şəxs görmüşdür. Kamranı səslədikdə Kamran ona cavab verməyərək sükanın arxasına əyləşmişdir. O, Kamranın avtomobilinə yaxınlaşıb nə üçün ona cavab vermədiyini soruşmaq istədikdə Kamran əli ilə işarə edib avtomobilində sərnişin olduğunu deyib avtomobilini sürüb oradan uzaqlaşmışdır. Sonra o, tanımadığı “VAZ 2107” markalı avtomobillə bibisinin yaşadığı evə getmişdir. Təxminən 1 saatdan sonra o, yol maşını ilə Qazax şəhərinə qaydıb Qazax avtovağzalının yaxınlığında düşüb piyada yaşadığı evə gedən zaman Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Göyçə” marketin yanından Azadlıq küçəsinə döndükdə Kamran özünə məxsus “VAZ 2106” markalı avtomobilini saxlayıb avtomobildən düşüb ona tərəf gəlmişdir. O, Kamranın əsəbi halda onun üzərinə gəldiyini gördükdə nə baş verdiyini soruşmuşdur. Kamran heç bir səbəb demədən onun üzərinə gələrək «səni döyərəm» demişdir. O isə Kamrana cavab verməmişdir. Kamran üzərindəki gödəkçəni çıxarıb həmin avtomobilin üzərinə qoyaraq onun üstünə gəlmişdir. O, Kamrana «de görüm nə olub niyə əsəbisən?» dedikdə Kamran ona kəllə atmış və onu tutub qırmızı avtomobilin qabaq tərəfinə söykəmişdir. Onun sağ üz nahiyyəsi avtomobilin qabağına dəymişdir. O, sol əli ilə Kamranın boynundan tutub saxlamış, Kamran isə sağ əli ilə onun baş nahiyyəsinə zərbələr endirməyə davam etmişdir. Bu zaman qonşusu Elşad onları ayırmağa çalışmış, lakin Kamran onu buraxmamışdır. Kamran arxa tərəfdən iki əli ilə onun bel nahiyyəsindən tutub arxa tərəfə çəkmiş, onun hər iki əli boş qalmışdır. Həmin vaxt o, əynində olan gödəkçənin sağ yan cibindən bıçağı çıxarıb açmış və yana çevrilib sağ əli ilə Kamrana zərbə endirmişdir. Bundan sonra Kamran ondan ayrılıb avtomobilinə əyləşərək getmişdir. O isə yaşadığı evə getmişdir. Bu vaxt əmisi Şahid3 da onlara gəlmişdir. O, baş verənləri əmisinə danışmışdır. Əmisi Elşən onun atası Məhəmmədlə əlaqə saxlayıb bu barərdə sonuncuya məlumat vermişdir. Daha sonra əmisi ilə atası xəstəxanaya getmişlər. O isə evdən çıxıb polis şöbəsinə getdikdə yolda polis əməkdaşları ona yaxınlaşıb onu polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxsla münasibətləri həmişə yaxşı olmuşdur. Son iki ildir ki, Elşad psixoloji problemlər yaşadığından o, çalışmışdır ki, Elşaddan uzaq olsun. Son zamanlar Elşad çox aqressiv olmuşdur. O, özünə məxsus “VAZ 2106” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat təxminən 15-16 radələrində Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Göyçə” marketin yanında dayanan zaman Elşad həmin yerə gəlib tanımadığı bir nəfərə nəsə demişdir. O, Elşadı gördükdə avtomobilinə əyləşmişdir. Həmin vaxt avtomobilinə tanımadığı müştəri əyləşmişdir. Elşad onu görüb səslədikdə o, sonuncuya cavab verməmişdir. Elşad ona məxsus avtomobilə yaxınlaşıb avtomobilin içərisinə doğru əyilib aqressiv şəkildə niyə cavab vermədiyini soruşmuşdur. O, Elşada avtomobildə qadın müştəri olduğunu, sonra söhbət edəcəyini deyərək avtomobili sürüb oradan uzaqlaşmışdır. Avtomobilində əyləşmiş müştərini gedəcəyi ünvana düşürüb, yenidən həmişə müştəri gözlədiyi “Göyçə” marketin yanına qayıtmışdır. O, həmin marketin yanına yaxınlaşdıqda Elşadın da marketin qarşısı ilə getdiyini görüb avtomobildən düşüb Elşada yaxınlaşıb bir az əvvəl etdiyi hərəkətin düz olmadığını dedikdə Elşad ona aqressiv cavab verərək heç nə demədiyini demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. O, əsəbləşib əynində olan gödəkçəni çıxarıb Elşadı itələmişdir. Elşad onu vurmaq istədikdə o, Elşadı tutub orada dayanmış qırmızı rəngli “Vaz 2106” markalı avtomobilə söykədikdə Elşad sol əli ilə onun boynundan tutaraq sıxmışdır. O, Elşadın əlindən çıxmaq üçün sağ əli ilə Elşadın bel və baş nahiyyələrinə zərbələr endirmişdir. Bu vaxt orada olan qonşusu Elşad onları ayırmağa başlamışdır. O, boynunu Elşadın əlindən çıxarıb hər iki əli ilə belindən tutub özünə doğru çəkərək orada olan divara dəyib dayanmışdır. Həmin vaxt Elşad gödəkçəsinin sağ yan cibindən balaca qara rəngli qatlanan cib bıçağını açıb əlində tərs tutaraq ona zərbə endirmişdir. İlk zərbə onun ayağından tutduğundan onun əli boşalmışdır. O, Elşadı buraxmış, sonuncu yenidən zərbə endirdikdə bıçaq onun qarın nahiyyəsindən dəymişdir. O, Elşaddan ayrılıb avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Yolda qohumu Şahid4 görmüş və Asimin təkidi ilə Qazax rayon mərkəzi xəstəxanasına gəlmişdir. Halhazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona səhhəti ilə əlaqədar dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Onun özünə məxsus qırmızı rəngli “VAZ 2106” markalı avtomobili vardır. Həmin avtomobillə o, gündəlik işlərini görür. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, özünə məxsus həmin avtmobillə yaşadığı evdən çıxıb Qazax şəhəri, Azadlıq küçəsində yerləşən “Göyçə” marketin qarşısına gəlib avtomobilini dayandırıb düşdükdə Kamranla Elşadın mübahisə etdiklərini görmüşdür. O, mağazaya tərəf getdikdə qəfildən sonuncular dalaşmağa başlamışlar. O, geri qayıdıb Elşadla Kamranı ayırmağa çalışmışdır. Lakin belindən əməliyyat olunduğu üçün gücü çatmamışdır. Həmin vaxt mağazada işləyən Şahid2 da yaxınlaşıb Elşadla Kamranı ayırmaq istəmişdir. Onlar nə qədər çalışsalar da, sonuncuları ayıra bilməmişlər. Onun beli ağrıdığı üçün oradan ayrılaraq çıxıb getmişdir. Bundan sonra eşitmişdir ki, dava zamanı Elşad üzərində olan bıçaqla Kamranı vuraraq xəsarət yetirmişdir. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, baş vermiş hadisə təxminən 3-5 dəqiqəyə yaxın davam etmiş, səs-küy yaranmamış və oraya kənar şəxslər toplaşmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, əvvəllər ünvan 1 ünvanında yerləşən “Göyçə” marketdə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun işlədiyi mağazanın yerləşdiyi küçədə yaşayırlar. xx.xx.2022ci il tarixdə saat 17 radələrində həmin marketə firmadan mal gəldiyi üçün o, həmin malları anbara daşıyırdı. Bu zaman Kamranla Elşadın mübahisə edib dalaşdıqlarını görmüşdür. Dərhal sonuncuları sakitləşdirib ayırmaq istəmişdir. Kamran Elşadı arxa tərəfdən qucaqlamışdı. Onları ayırmağa çalışsa da, buna müvəffəq olmamışdır. Həmin vaxt Elşad əynində olan gödəkçəsinin sağ yan cibindən balaca cib bıçağı çıxarmışdır. O, Elşadın bıçaq çıxartdığını görən kimi qorxub ordan ayrılmışdır. Bundan sonra eşitmişdir ki, Elşad Kamranı bıçaqla vuraraq xəsarət yetirmişdir. Baş vermiş hadisə təxminən 5 dəqiqəyə yaxın davam etmiş, səs-küy yaranmamış və ora kənar şəxslər toplaşmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. 07 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrində o, qardaşı Məhəmmədin evinə getmişdir. Qardaşı oğlu Elşadla görüşdükdə sonuncu ona bir az əvvəl Qazax şəhəri, Azadlıq küçəsində yerləşən «Göyçə» marketin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə nəticəsində bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Bu məlumatı aldıqdan dərhal sonra o, qardaşı Məhəmmədə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. X6 zəng edib sonuncunun polis şöbəsinə getməsini demişdir. Elşad da evdən çıxıb Qazax rayon polis şöbəsinə getmişdir. Həmin gün eşitmişdir ki, polis şöbəsində Elşad tutulub və barəsində cinayət işi başlanaraq həbs olunmuşdur. Bundan başqa, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Şahid4 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qohumudur. 07 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrində o, Qazax şəhərinin mərkəzi ilə piyada gedərkən qohumu Kamranın avtomobilini saxlayıb ona yaxınlaşdığını və əlini qarın nahiyyəsinə tutduğunu görmüşdür. O, Kamrandan nə baş verdiyini soruşduqda sonuncu demişdir ki, bir neçə dəqiqə bundan qabaq Qazax şəhəri, Azadlıq küçəsində yerləşən «Göyçə» marketin yaxınlığında qonşusu Təqsirləndirilən şəxs ilə dalaşmış və sonuncu onu bıçaqla qarın və ayaq nahiyyəsindən vurub xəsarət yetirmişdir. Bu məlumatı aldıqdan dərhal sonra o, Kamrana məsləhət vermişdir ki, təcili xəstəxanaya getsin ki, həkimlər yardım edə bilsinlər. Kamran getmək istəməsə də, onun təkidlərindən sonra məcbur olub xəstəxanaya müraciət etmişdir. Bir müddətdən sonra eşitmişdir ki, Kamranı bıçaqla vurub xəsarət yetirən Təqsirləndirilən şəxs polislər tərəfindən tutulmuşdur (iş vərəqə: cild 2, səh. 42-43). Məhkəmə baxışı zamanı cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Elşad xx.xx.2021-ci il tarixdən Qazax Psixiatriya xəstəxanasında qeydiyyatdadır. 07 mart 2022-ci il tarixdə saat təxminən 17 radələrində qardaşı Elşən ona zəng edərək Təqsirləndirilən şəxs Qazax şəhəri, Azadlıq küçəsində yerləşən «Göyçə» marketin yaxınlığında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya bıçaqla vurub xəsarət yetirdiyini və Zərərçəkmiş şəxs Qazax şəhər xəstəxanasında olduğunu demişdir. Bu məlumatı aldıqdan dərhal sonra o, xəstəxanaya getmişdir. Orada həkimlər Kamrana yardım göstərmişlər. Bundan sonra o, oğlu Elşada zəng edərək hadisə barədə sorğu-suala tutduqda Elşad həqiqətən də bıçaqla Kamranı vurduğunu bildirmişdir. O da Elşada demişdir ki, gedib polisə təslim olsun. Elşad evdən çıxıb Qazax rayon polis şöbəsinə getmişdir. Həmin gün ona məlum olmuşdur ki, Elşadın barəsində cinayət işi başlanaraq həbs olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış aparılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə baş verdiyi Qazax şəhəri, Azadlıq küçəsində yerləşən «Göyçə» marketin sol tərəfinə baxış keçirilmiş və o, hadisə yerində Zərərçəkmiş şəxsla mübahisə etdiyi və bıçaqla sonuncuya xəsarət yetirdiyi yeri əyani olaraq hadisə yerində göstərmişdir (iş vərəqə: cild İ, səh. 32-38). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş sviter, şalvar və gödəkçəyə baxış zamanı hər hansı bir zədə aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 40-44). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş sviter və şalvara baxış keçirilmiş, həmin paltarların hər birində bir ədəd zədə aşkar edilmişdir (iş vərəqə: cild İ, səh. 81-86). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçaq Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, sonuncu ona təqdim edilmiş bıçaqların arasından Təqsirləndirilən şəxs məxsus olan bıçağı tanıyaraq, Təqsirləndirilən şəxs onu məhz həmin bıçaqla vurduğunu göstərmişdir (iş vərəqə: cild 2, səh. 36-39). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyinin Qazax rayon şöbəsinin 08 aprel 2022-ci il tarixli, 95 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər– qarının ön divarının daxilə nüfuz edən, nazik bağırsaq müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası və sağ budun 1/3-nin bayır səthinin kəsilmiş-deşilmiş yarası, kəsici-deşici əşyanın (bıçağın) təsirindən törənmişdirlər və xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən qarının ön divarının daxilə nüfuz edən, nazik bağırsaq müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Sağ budun yuxarı 1/3-nin bayır səthinin kəsilmiş-deşilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (iş vərəqə: cild İ, səh. 107-108). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2022-ci il tarixli, 6/2559 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliakrilonitril kimyəvi liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən poliverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur (iş vərəqə: cild İ, səh. 114- 120). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2022-ci il tarixli, 3/589, 3/611 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaqkustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində Zərərçəkmiş şəxs götürülmüş yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd sviterin və bir ədəd şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) yuxarıdan aşağı, sağdan sola istiqamətlənərək təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələrdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Təqdim edilmiş üzərində Zərərçəkmiş şəxs götürülmüş yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd sviterin və bir ədəd şalvarın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs götürülmüş yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd gödəkçənin, bir ədəd sviterin, bir ədəd şalvarın səthində zədə yoxdur (iş vərəqə: cild İ, səh. 152-156). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər Psixonevroloji Dispanserinin 21 aprel 2022-ci il tarixli, 257/89 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixoloji vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik-psixoloji ekspertiza şöbəsinə göndərilməsi zəruridir (iş vərəqə: cild İ, səh. 149-151). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 96 saylı kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs «qarışıq tipli şizoaffektiv pozuntu» kimi psixi pozuntudan əziyyət çəkir. Şizoaffektiv pozuntu eyni vaxtda şizofreniyanın və affektiv pozuntunun simptomlarını özündə birləşdirən endogen psixi patologiyadır. Onun xarakterik cəhəti təfəkkürün anomal proseslərinin qeydə alınması və emosiyaların tənzimlənməsində pozuntu baş verməsidir. Təqsirləndirilən şəxs hazırda psixotik vəziyyətdə olduğundan hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malik deyildir. O, təqsirləndirildiyi cinayət əməlini psixotik halda törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs «Qarışıq tipli şizoaffektiv pozuntu» kimi psixi pozuntu hazırda davam edir. Buna görə Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı vardır. Belə ki, Təqsirləndirilən şəxs mübtəla olduğu psixi patologiya səviyyəsində təzahür edilən əlamətlərin hal-hazırda davam etməsinə görə stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri özünü biruzə vermir. İnadkarlıq, şübhəlik, qıcığa qarşı həssaslıq, konflikt və mübahisə yaratmağa, hiss və yaşantılarını gizlətməyə meyillilik, hərəkət və davranışında özünü iradi tənzimləməsinin çatışmazlığı və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən psixi-emosional halını onda müəyyən edilən psixi pozuntu şərtləşdirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: cild İ, səh. 203-210). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 135 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən qarışıq tipli şizoaffektiv pozuntu keçirmişdir. Şizoaffektiv pozuntu tutmavari gedişə malik olan, eyni vaxtda şizofreniyanın və affektiv xarakterli pozuntuların əlamətlərinin kombinasiyası kimi özünü göstərən endogen psixi patologiyadır. Təqsirləndirilən şəxs hal-hazırda da əziyyət çəkdiyi qarışıq tip şizoaffektiv pozuntu nəticəsində hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malik olmadığı müəyyən edilir. Psixotik vəziyyətdə olduğundan hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malik deyildir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi qarışıq tip şizoaffektiv pozuntu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs düçar olduğu psixi patalogiya hal-hazırda kəskin təzahür etdiyi üçün onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 97.2-ci maddəsinə əsasən intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olduğundan, lakin intensiv müşahidə tələb etmədiyindən onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi pozuntu hal-hazırda onun özünə və başqalarına zərər yetirməsi təhlükəsi yaradır (iş vərəqə: cild 2, səh. 44-50). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Qazax Rayon Psixiatriya Xəstəxanasında ambulator qeydiyyatdadır (iş vərəqə: cild İ, səh. 111). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 16). Cinayət işinin materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 79-80). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair iş üzrə icraat başlanmasına dair qərar qəbul edilmişdir (iş vərəqə: cild 2, səh. 51-54). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli Qazax Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (iş vərəqə: cild 2, səh. 57-60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 112). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona səhhəti ilə əlaqədar dəymiş zərər ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bıçaq, 1 ədəd sviter, 1 ədəd şalvar, 1 ədəd gödəkçə, həmçinin Zərərçəkmiş şəxs götürülmüş 1 ədəd sviter və 1 ədəd şalvar iş üzrə maddi sübut qismində tanınmaqla Qazax Rayon Polis Şöbəsinin maddi sübutlar otağına təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 34). Beləliklə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. İş üzrə verilmiş və yuxarıda şərh olunan kompleks və təkrar komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.2-ci maddəsinə əsasən intensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Qərar qanuni qüvvəyə mindikdən sonra Qazax Rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 ədəd sviter, 1 ədəd şalvar, 1 ədəd gödəkçə qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılmalı, həmçinin Zərərçəkmiş şəxs məxsus 1 ədəd sviter və 1 ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, bundan başqa 1 ədəd bıçaq məhv edilməlidir. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli və cinayət işi üzrə ekspertiza xərci olan 334 (üç yüz otuz dörd) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468-477-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilsin və cinayət işi üzrə ekspertiza xərci olan 334 (üç yüz otuz dörd) manat dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Qazax Rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 ədəd sviter, 1 ədəd şalvar, 1 ədəd gödəkçə qanuni nümayəndəsi Qanuni nümayəndə qaytarılsın, həmçinin Zərərçəkmiş şəxs məxsus 1 ədəd sviter və 1 ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılsın, bundan başqa 1 ədəd bıçaq məhv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə
Məhkəmə qərarları › İş №1(100)-176/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-176/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver