Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-176/2025 14.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Filizman oğlundan ibarət tərkibdə, X4 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, barəsində tibbi xarakterli məcburi edilməli olan şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonu, İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, Goranboy rayon məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə barəsində xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilməsi kimi təhlükəsizlik tədbirləri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 157-ci maddələri ilə “cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından faktiki olaraq ayrıldığı arvadı, xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 başqa şəxslərlə intim münasibətinin olmasından şübhələndiyi üçün sonuncunu öldürmək qərarına gəlib, öz niyyətini həyata keçirmək məqsədilə 06 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 anası X6 ilə birgə yaşadığı sonuncuya məxsus Goranboy rayonu, Yeni Veyisli qəsəbəsi 315 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək açıq qapıdan həyətə qanunsuz olaraq daxil olmaqla bir qədər gözləmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 həyətə çıxmaq üçün mənzilin qapısını açan zaman Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, sonuncunun iradəsinin ziddinə zorla mənzilə daxil olub üzərində olan mətbəx bıçağı ilə X1 gözü qarşısında sonuncuya aşkar surətdə xüsusi əzab və iztirab çəkdirməklə müstəsna dərəcədə qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirərək şiddətli ağrılar vermək məqsədilə Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri endirərək sonuncuya qarnın ön sağ yan divarının deşilib kəsilməsi zamanı peritonun zədələnməsi nəticəsində qarın boşluğuna nüfuz edən, üzün sol yarısının ağız boşluğuna keçən, boynun sol yan səthinin, sol əlin İ-İİ-İİİ barmaqlarının deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt qızı Zərərçəkmiş şəxs1 bıçaqlandığını görən Siyatel Əliyeva araya girib onun qarşısını almaq istəyərkən o,əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 gözü qarşısında sonuncuya aşkar surətdə xüsusi əzab və iztirab çəkdirməklə müstəsna dərəcədə qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirməklə yaxın qohumu olan anası Siyatel Əliyevanın həyat üçün vacib orqan olan baş nahiyəsindən qəsdən zərbə endirərək sonuncuya sol əlin ovuc səthinin və təpə nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt səs-küyü eşidib köməyə gəlmiş qonşu Şahid1 və digərlərinin onun əlindən bıçağı alıb Zərərçəkmiş şəxs1 və Siyatel Əliyevadan araladıqlarından və sonuncular Goranboy rayon mərkəzi xəstəxanasına vaxtında çatdırılmaqla onlara göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatları xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 və Siyatel Əliyevanı, yəni iki nəfər şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə barəsində tibbi xarakterli məcburi edilməli olan şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, hadisə ilə bağlı heç bir qəsd olmamışdır. O, oğlunun anlaqsız olduğunu bildirmişdir. O qeyd etmişdir ki, oğlu Təqsirləndirilən şəxs hal-hazırda Maştağa 1 saylı xəstəxanasına yerləşdirilmişdir. Onun oğlunun mehriban ailəsi olmuş, ancaq baş verən hadisə stress və həyacandan olmuşdur. Onun qızı Gəncədən gəlmiş, gəldikdən sonra aralarında mübahisə baş vermiş, Nahibin əlinə bıçaq keçmiş və bıçaqdan istifadə edərək yüngül cızıqlarla xəsarət yetirmişdir. O, hadisənin hansı səbəbdən baş verdiyini bilməmişdir. Məhkəmədə ifadəsi tədqiq edilmiş, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «Goranboy rayonu, Yeni Veyisli qəsəbəsi, 299 ünvanında atası Qanuni nümayəndə ilə yaşayır. Heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs1 doğma əmisi qızıdır. Pərvanə ilk dəfə 2014-cü il tarixdə evlənmiş, lakin övladı olmadığı üçün 2018-ci il tarixdə boşanmışdır. Onun 2022-ci il tarixdə yaşı keçdiyi üçün evlənmək fikri yaranmışdır. Pərvanə onun doğma əmisi qızı olduğu üçün, ona inanıb etibar etdiyi üçün, əxlaqlı qadın olduğuna əmin olduğu üçün onunla evlənmək fikri yaranmışdır. Buna görə də, o, bir neçə dəfə içkili olduğu vaxt bibisi Şahid6 qızına Pərvanə ilə evlənmək fikri olduğunu bildirmişdir. 2022-ci ilin fevral ayında bibisi Şölə Pərvanənin anası X3 bu barədə məlumat vermişdir. Siyatel Əliyeva bibisi Şölənin fikri ilə razılaşmışdır. Pərvanə bir dəfə evli olub boşandığı üçün onların evinə elçiliyə getmək məsləhət görülməmişdir. Buna görə də, 17 fevral 2022-ci il tarixdə, axşam saatlarında Pərvanə öz razılığı ilə ona qoşulub qaçmışdır. Onlar 02 gün bibisi Nəbadinin evində qaldıqdan sonra o, Pərvanəni yaşadığı ünvan 1 ünvanına aparmışdır. Onlar ailə arasında yığıncaq keçirmişlər və ər-arvad münasibətinə başlamışlar. Onların normal münasibətləri olmuşdur. Demək olar ki, onların arasında mübahisə olmamışdır. O, 2022-ci ilin may ayının əvvəllərində Kəlbəcər rayonunda yolun çəkilməsində işləmək üçün getmişdir. Həmin ilin may ayının sonlarında o, Goranboy rayonuna qayıtmışdır. O, qayıtdıqdan sonra Zərərçəkmiş şəxs1 dəyişdiyini, ona qarşı soyuq davrandığını hiss etmişdir. Lakin, o, Pərvanəyə heç nə hiss etdirməmişdir. 2022-ci ilin avqust ayında, gecə saatlarında o, yuxudan oyanmış və Pərvanənin yanında olmadığını görmüşdür. O, evin bütün otaqlarını axtarsa da, Pərvanəni tapa bilməmişdir. O, evin həyətinə çıxan zaman Pərvanənin ona məxsus olan “Kamaz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı yük maşınının qabağından çıxdığını, qonşuları Dilqəmin oğlu Elvinin isə həmin maşının arxasına qoşulmuş qoşqunun yanından keçərək xalası oğlu Şirzadın evinə girdiyini görmüşdür. O, Pərvanəyə Elvini gördüyünü bildirməmiş, sadəcə olaraq, ondan gecə vaxtı orada nə etdiyini soruşmuşdur. Pərvanə hava almaq üçün çıxdığını bildirmişdir. O, Pərvanəyə heç bir əlavə sual verməmiş və onlar birlikdə evə girmişlər. 2022-ci ilin payız aylarınadək Elvini kənd ərazisində görməmidir. O, 2022-ci ilin sentyabr ayında Elvin və digər kənd sakinlərinin İsanın qapısının ağzında toplaşdığını görmüş, Elvinin kəndə qayıtdığından əmin olmuşdur. Həmin vaxtdan etibarən Pərvanədə yenə də, dəyişikliklər hiss etmişdir. Belə ki, yaşadıqları evdə olarkən o, Pərvanənin yanına gedən zaman Pərvanə mütəmadi olaraq başqa otağa keçmişdir. O, Pərvanədən şübhələnmişdir. Həmçinin, 2022-ci ilin sentyabr ayında onlar Pərvanənin hamilə olduğunu öyrənmişlər. 21 yanvar 2023-cü il tarixdə, saat 05 radələrində o, doğma dayısı Asiflə birlikdə ot bazarına getmək üçün evdən çıxmışdır. O, yolun kənarına çıxan zaman orada Elvinin dostu Mədətlə rastlaşmışdır. Mədət kiməsə zəng edərək onunla bazara getdiyini bildirmişdir. O, Mədətin Elvinə zəng etdiyini güman etmişdir. O, evə qayıtmaq istəsə də, qayıtmamışdır. O, Asif dayısı ilə birlikdə bazara getmişdir. O, 21 yanvar 2023-cü il tarixdə, günortadan sonra evə qayıtmışdır. 23 yanvar 2023-cü il tarixdə o, gecə yatmamağı, Pərvanəni güdməyi planlamışdır. Həmin gün, saat 05 radələrində o, Elvin və Mədətin söhbət edərək evlərinin həyətindən keçdiyini görmüşdür. O, ayağa durub çölə çıxmaq istəyərkən Pərvanə onun qabağını kəsərək hara getdiyini soruşmuş, həmin vaxt Elvinlə Mədət qaçmışdır. Səhəri gün, 24 yanvar 2023-cü il tarixdə o, yenidən yatmamağa, oyaq qalıb Pərvanəni güdməyə qərar vermişdir. 24 yanvar 2023-cü il tarixdə, saat 04 radələrində Pərvanə durub hamam otağına getmişdir. Təxminən 2 dəqiqə sonra o, Pərvanənin arxasınca getmişdir. Bu zaman yenidən Elvinlə Mədətin hamam otağının pəncərəsinin qarşısından pıçıldaşaraq keçdiyini eşitmişdir. O, çölə çıxmaq istəsə də, Pərvanə yenə də, onun qabağını kəsərək dəli olduğunu, bu vaxt haraya çıxdığını bildirmişdir. O, çölə çıxmadan Pərvanə ilə birlikdə yataq otağına qayıtmışlar. Həmin gün səhər tezdən yuxudan oyanan zaman o, Pərvanəyə yaxınlaşan zaman sonuncu onun üzünə yumruq zərbəsi vurmuş, o isə Pərvanəyə şillə vurmuşdur. O, evdən çıxıb yolda gəzən zaman bibisi Şölə onun peşman vəziyyətdə olduğunu görüb qardaşı Şahid3 zəng edib səbəbini soruşmuşdur. Rahib ona zəng edib niyə kefsiz olduğunu, Pərvanə ilə dalaşıb-dalaşmadığını soruşmuşdur. O, Pərvanə ilə dalaşdığını boynuna almamışdır. Bundan sonra, o, qəsəbədəki mağazadan siqaret alıb evə qayıdan zaman yolda bibisi Şölə ilə rastlaşmışdır. Bibisi Şölə onu evinə dəvət etmiş və onlar söhbət etmişlər. O, bütün olanlar barədə bibisi Şöləyə məlumat vermişdir. Şölə bu barədə Pərvanəyə məlumat vermişdir. Bu söhbət gecəyə qədər davam etmişdir. O, 2023-cü ilin 24 yanvarından 25 yanvarına keçən gecə bu söhbət davam edə-edə evdən çıxıb Gəncəyə getmişdir. Onun məqsədi o olmuşdur ki, Gəncədən Bakıya gedən müştəri tapıb taksi ilə aparıb bir daha rayona qayıtmasın. Lakin, o, fikrini dəyişib Gəncə şəhərindən yaşadığı evə qayıtmışdır. 25 yanvar 2023-cü il tarixdə saat 02 radələrində qardaşı Rahib bibisi Şöləni də götürüb evlərinə qayıdan zaman atası Qanuni nümayəndə qardaşı Rahibə Pərvanəni də özü ilə aparmasını, yoxsa onun Pərvanəni vuracağını bildirmişdir. Pərvanə həmin gecəni qardaşı Rahibin evində qalmışdır. 25 yanvar 2023-cü il tarixdə, günorta saatlarında Pərvanə oradan anasının yaşadığı evə getmişdir. 26 yanvar 2023-cü il tarixdə o, Pərvanəni evə qaytarmışdır. Lakin, səhəri gün Pərvanə yenə də anası Siyatel Əliyevanın yanına qayıtmışdır. Bundan sonra, o və Pərvanə heç bir əlaqə saxlamamışlar. Pərvanə və anası Siyatel bütün qohumlara xəbər yaymışlar ki, guya onun başı pozulmuş, dəli olmuşdur. 06 oktyabr 2023-cü il tarixdə o, yaşadığı evdən mətbəx bıçağını götürüb Pərvanə və anasının yaşadığı ünvan 5 ünvanına getmişdir. Onun məqsədi o olmuşdur ki, onların yaşadığı evi yoxlasın, evdə Elvin və ya başqa şəxsin olub-olmadığını görsün. Həmin vaxt o, spirtli içki qəbul etmişdir. 06 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində o, həmin evin qapısının ağzındakı pilləkəndə dayanan zaman Pərvanə qapını açmış, həmin an o, içəri daxil olmaq istəmiş, lakin, Pərvanə və Elvin qapını üzünə sıxmışlar. Həmin vaxt Pərvanənin anası Siyatel də onlara köməyə gəlmişdir. Bu zaman Pərvanə Elvinə qaçmasını bildirmişdir. Elvin çox güman ki, evin digər otağının pəncərəsindən qaçıb çıxıb getmişdir. Bundan sonra, o, özündən çıxmış və Pərvanə ilə Siyateli öldürmək istəmişdir. O, içəri daxil olmuş, ilk öncə Pərvanənin üz nahiyəsinə, sonra qarın nahiyəsinə bıçaqla xəsarət yetirmiş, daha sonra anası Siyatel özünü Pərvanənin qabağına vermişdir. Onun vurduğu bıçaq Siyatelin əl nahiyəsinə xəsarət yetirmiş, o, Siyateli çölə itələmiş və evin pilləkəninin üstünə yıxılmışdır. O, evin pilləkənində yıxılmış vəziyyətdə olan Siyatelin baş nahiyəsinə bıçaqla xəsarət yetirdikdən sonra sonuncunu pilləkəndən yerə atmışdır. Bu zaman Pərvanə onu arxadan tutmuş və onlar birlikdə pilləkəndən yerə yıxılmışlar. O, ayağa durub Pərvanəyə bıçaqla xəsarətlər yetirməyə davam etmişdir. O, Pərvanəni öldürmək istəmişdir. Lakin, yaxınlıqda olan qonşular gəlmişlər. Onlar bıçağı onun əlindən almışlar. O, təxminən 05 dəqiqə orada dayandıqdan sonra oradan uzaqlaşmışdır. O, Goranboy rayonu, Veyisli kəndindən Gəncəyə gedən yolun üzərində dayanmışdır. Orada “Vaz 2107” markalı taksi ilə Bakı-Qazax magistral yoluna getmişdir. O, orada 15 dəqiqə dayandıqdan sonra Bakı istimqamətində gedən “Mercedes 4 göz” markalı avtomobillə Bakı şəhərinə getmişdir. O, 1 gün Bakı şəhərinin küçələrində gəzdikdən sonra özünə gəlmiş və 07 oktyabr 2023-cü il tarixdə Goranboy RPŞ-nə təslim olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 və anası X3 ardıcıl olaraq zərbələr endirmişdir, lakin onların dəqiq olaraq hansı nahiyələrinə və neçə bıçaq zərbəsi vurmasını xatırlamır. O, Zərərçəkmiş şəxs1 və anası Siyatel Əliyevanın yaşadığı evə gedən zaman evdə həmkəndlisi Elvini görmüş və həmin andan evdən gətirdiyi bıçaqla Pərvanə və Siyateli öldürmək məqsədi ilə onlara ardıcıl zərbələr endirmişdir. O, Pəvanə və anası Siyatelə bıçaqla ardıcıl zərbələr vuran zaman yaxınlıqda olan qonşular köməyə gəlmiş və bıçağı onun əlindən almşlar. Buna görə də, o, Pərvanə və anası Siyateli öldürə bilməmişdir. O, hadisəni törədən zaman Zərərçəkmiş şəxs1 və anası Siyatel Əliyevanın yaşadığı evə tək getmişdir. O, hadisə zamanı istifadə etdiyi bıçağı yaşadığı ünvan 5 ünvanından götürmüşdür. Bıçaq mətbəx bıçağı olmaqla dəstəyi qara rəngdə olmuşdur. Hadisə vaxtı onun əynində tünd göy rəngli, üzərində “Yueshi” yazılmış sport şalvar, tünd çəhrayı rəngli kofta və tünd göy rəngli olmuşdur. O, həmin paltarları könüllü olaraq istintaqa təqdim etmişdir». Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onlar 11 ay evli olmuş, normal ailə kimi yaşamışlar. Heç bir problemləri olmamışdır. Hadisə baş verməzdən əvvəl son 1 həftə ərzində onun yoldaşı Təqsirləndirilən şəxs əqli problemlərinin olduğunu görmüşdür. Nahib onun əxlaqsızlıq etdiyindən şübhələnmişdir. O isə əxlaqsız biri olmamışdır. Nahib ona uşağın özündən olmadığını demiş, o hamilə olarkən Nahibdən ayrılmış və ata evinə getmişdir. O ata evində olarkən Nahib gözləmədiyi anda pilləkəndən çıxmış, o isə qorxaraq qışqırmışdır. Qışqırdığını eşidən anası köməyə gəlmiş, qapını bağlamaq istəmişlər, Nahib isə bıçaq olan əlini içəri salmışdır. Anası ilə onun qapını saxlamağa gücü çatmamış, Nahib içəri girmişdir. O, Nahibə yalvarmış, Nahib isə onun evə başqa kişiləri niyə saldığını soruşmuş, ona qarşı nalayiq ifadələr işlətmişdir. O isə Nahibə yalvarmış, evdə heç kimin olmadığını demiş və bıçağı tullamasını istəmişdir. Nahib isə onun yalvarmağına baxmayaraq bıçaqla ona dəfələrlə xəsarət yetirmişdir. İlk dəfə bıçaqla onun boynundan, daha sonra üzündən yerə yıxıldıqdan sonra isə qarnından vurmuşdur. Nahib içəridə onu bıçaqladıqdan sonra anasının başına bıçaqla vurmuş, o həmin vaxt Nahibin qollarından tutub vurmaması üçün yalvarmış və səs küyə qonşular gəlmişdir. O, Nahibin əlindən tutub çəkmiş və onlar birlikdə pilləkəndən yerə yıxılmışlar. Yerə yıxıldıqdan sonra Nahib qalxmış və bıçağı onun boğazına dirəyərək : “Etdiklərinə görə başını kəsimmi ?!” demişdir. Daha sonra qonşular gəlmiş və Nahibin əlindən bıçağı almışdır. O, Nahibdən şikayətçi deyil, Nahibin xəstəxanaya yerləşdirilməsini, sonuncunun onlara bir daha yaxınlaşmamasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o qızının qışqırdığını eşitmiş və qapıya gəlmişdir. Nahib içəri daxil olmasın deyə qızı ilə birlikdə qapını tutmağa çalışmışlar. Nahib onuda başından və əlindən vurmuşdur. O, Nahibin müalicə olunmasını istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o axşamüstü itə yemək verərkən qonşuluqda olan evdən qışqırıq səsi eşitmiş və məsələni aydınlaşdırmaq üçün ora getmişdir. Pərvanə ailəli olmuş, sonra münasibətləri alınmadığı üçün ata evinə qayıtmışdır. Yoldaşının əqli problemləri olmuşdur. Yoldaşı içkili vəziyyətdə gəlmiş, əlində balaca meyvə bıçağı olmuşdur. O hadisə yerinə çatana qədər Pərvanə xəsarət almış, Pərvanənin üzərindəki qanı gördükdən sonra Nahibin əlindən bıçağı almış və onları aralamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsin onun qardaşıdır. O hadisə yerində olmamış və hadisənin necə baş verməsi haqqında məlumatı olmamışdır. O qardaşının psixi porblemləri ilə bağlı Pərvanənin qardaşı ilə danışmışdır. Şahid4, Nahibə demişdir ki : “ Pərvanənin paltarlarını geyin, özün işığı yandır söndür, gör nəsə olurmu ?”. Bu hərəkət normal insanın edə biləcəyi hərəkət deyildir. O, Pərvanənin qardaşından Nahibin müalicəsi üçün köməklik göstərməsini istəmiş, 2-3 gün sonra isə hadisə baş vermişdir. Onun sonradan hadisədən məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nahib ona zəng etmiş, onunla işi olduğunu demişdir. O da Nahibin yanına getmiş, Nahib Pərvanənin ona xəyanət etdiyini, ancaq tuta bilmədiyini demişdir. O, bacısı Pərvanə haqqında belə danışmaması üçün Nahibə xəbərdarlıq etmiş, əgər bacısına baxa bilmirsə özünün bacısını aparacağını Nahibə demişdir. Nahib isə ona Pərvanəni buraxmayacağını demiş, sadəcə olaraq məsələni aydınlaşdırmaq istədiyini demişdir. O, Nahibə “ Pərvanənin paltarını geyin kim biləcək ki, sən Pərvanəsən ya yox, kimsə gəlsə bilərsən demişdir.” Nahib ona Pərvanənin gecə vaxtı çölə çıxanda işıqları yandırdığını, mətbəxin içıqlarını yandırıb söndürdüyünü demiş, kiməsə işarə göndərdiyini düşünmüş və bu səbəbdən şübhələndiyini bildirmişdir. Bir müddət birlikdə yaşadıqdan sonra onlar ayrılmış, Pərvanə ata evinə qayıtmışdır. O hadisə yerində olmamış və hadisənin necə baş verdiyini görməmişdir. Qonşular ona zəng edib hadisə ilə bağlı məlumat vermişlər. O isə xəbər tutduqdan sonra xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Nahiblə 5- 6 il əvvəldan yaxşı münasibətləri olmuşdur. Daha sonra Nahibin əmisi Nahibin əqli problemləri olduğunu bildirmiş və Nahibin ondan şübhələndiyini demişdir. Nahib onunla Pərvanənin arasında münasibətlərinin olduğunu düşənərək qısqanmışdır. Nahib atası ilə birlikdə ona and içdirmiş, o isə and içərək Pərvanə ilə aralarında heç nə olmadığını bildirmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 qızı ifadəsində göstərmişdir ki, o hadisə yerində olmamış, sonradan hadisənin baş verdiyini eşitmişdir. O, Pərvanənin bıçaqlandığını eşitdikdən sonra xəstəxanaya getmişdir. Onlar Nahibin problemləri olduğunu bilməmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir Məhkəmədə tədqiq edilmiş 07 oktyabr 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xüsusi tibb müəssisəsinə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsində) yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 06 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonu, Yeni Veyisli qəsəbəsi, 315 nömrəli fərdi yaşayış evidir. Fərdi yaşayış evi yerdən kürsülü, bir mərtəbəlidir. Evin həyəti küçədən setka çəpərlə ayrılmışdır. Evin giriş qapısının önündə 3 pillədən ibarət daşla hörülmüş pilləkən vardır. Pilləkənin üzərində qanabənzər ləkələr vardır. Pilləkənin üzərində 1 cüt ayaq geyimi görünür. Evə çöl tərəfdən baxdıqda ağ rəngə boyanmışdır. Evin qarşı tərəfində 2 ədəd, ev sol tərəfində 1 ədəd, evin arxa tərəfində isə 02 ədəd ağ plastik materialdan olan pəncərə vardır. Evin həyəti torpaqdır. Evdən sol tərəfdə, 30 metr məsafədə tualet vardır. Evin çöl pilləkəninin sol tərəfində çəhrayı rəngli, üzərində qanabənzər ləkələr olan vanna vardır. Evə daxil olan zaman yerə qanabənzər ləkələr müşahidə edilir. Evin dəhlizində açıq şabalıdı rəngli, üzərində buta və müxtəlif naxışlar olan və üzərində gül naxışları olan zoğalı rəngli 02 ədəd xalça vardır. Xalçalar nizamsız şəkildə dayanmışdır. Evin dəhlizinə daxil olan zaman sağ tərəf baxdıqda 05 ədəd qırmızı rəngli stul, 01 ədəd stol, 01 ədəd körpə uşağı gəzdirmək üçün nəzərdə tutulmuş 04 təkərli araba müşahidə edilir. Stolun üzərində 01 ədəd üzərində qanabənzər ləkələr olan mobil telefon, 01 ədəd ağ rəngli çaydan, 01 ədəd mavi rəngli çörək qabı, Təqsirləndirilən şəxs cinayəti törətdiyi ehtimal edilən 01 ədəd meyvə bıçağı, 01 ədəd qəndqabı, 01 ədəd su butulkası, 02 ədəd üst-üstə dayanmış boşqablar, körpə uşaq üçün nəzərdə tutulmuş ağzı əmzikli butulka müşahidə edilir. Evin içəridən divarları yaşıl rəngə boyanmışdır. Evin dəhlizinin sol tərəfində mətbəx yerləşir. Mətbəxə daxil olan zaman sol tərəfdə ağ rəngli soyuducu, ağ rəngli pərdə, sağ tərəfdə qırmızı rəngli rəf vardır. Evin dəhlizindən üzbəüz baxdıqda 2 otaq vardır. Sol otağa daxil olduqda otağın divarı ağ rəngə boyanmış, döşəmədə çəhrayı rəngli xalça vardır. Otağın sol küncündə 01 ədəd yataq, sağ küncündə üzərində yorğan-döşək olan 01 ədəd yataq vardır. Pəncərə ağ tül pərdə ilə örtülmüş, pəncərənin qarşısında, yataqların arasında üzərində yaşıl rəngli döşəkcə olan qırmızı rəngli, kiçik ölçülü kreslo vardır. Sağ otağa daxil olduqda otağın divarları mavi rəngə boyanmışdır. İçəridə ağ rəngli çarpayı, sol tərəfdə ağ rəngli paltar şkafı, pəncərə mavi rəngli pərdə ilə örtülmüşdür. İş üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerində olan bir ədəd “SAMSUNG” markalı mobil telefon, bir ədəd dəstəyi qara rəng olan meyvə bıçağı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 11 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və anası X1 yaşadığı evin həyətinə haradan girdiyini, gəlib qapının ağzında müəyyən müddət ərzində güddüyünü, həmin vaxt evdən gətirdiyi bıçağın əlində olduğunu, Zərərçəkmiş şəxs1 yaşadığı evə girdiyini, sonuncunu və anası Siyatel Əliyevanı bıçaqladığını, qonşuların köməyə gəldiyini, hadisəni törətdikdən sonra oradan uzaqlaşdığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 702 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- qarının ön sağ yan divarının deşilib-kəsilmiəsi zamanı peritonun zədələnməsi nəticəsində qarın boşluğuna nüfuz edən, üzün sol yarısının, ağız boşluğuna keçən, boyunun sol yan səthinin, sol əlin İ-İİ-İİİ barmaqlarının deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin(lərin), o cümlədən, qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən çoxsaylı bıçaq zərbəsi ilə bir neçə dəfə yetirilməsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 703 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol əlin ovuc səthinin və təpə nahiyəsinin deşilmiş- kəsilmiş yaraları deşici-kəsici alətin, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilmə zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 704 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş 04 noyabr 2023-cü il tarixli, 16/1125 nömrəli məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd puloverin üzərindən tapılmış qara rəngli poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. X3 məxsus 01 ədəd donun üzərindən tapılmış qara rəngli poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. X3 məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcənin üzərindən tapılmış qırmızı rəngli poliakrilonitril liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd puloverin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının üzərində Zərərçəkmiş şəxs1 qızna məxsus digər geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində X3 məxsus geyim əşyalarının tərkib liflərinə uyğun liflər yoxdur. Məhkəmədə tədqiq edilmiş 13 noyabr 2023-cü il tarixli, 16/1026/1027 saylı Kompleks məhkəmə-trasoloji, soyuq silah ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu qismən deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində olan 04 ədəd “a”, “b” zədələri və maykanın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin, təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin və maykanın üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq təhqiqata təqdim edilmış bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus poluverin üzərində olan 03 ədəd “c”, “d” zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus poluverin və şalvarın, X3 məxsus donun və maykanın, Təqsirləndirilən şəxs məxsus gödəkcənin, şalvarın və maykanın üzərində trasoloji zədə aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş 17 oktyabr 2023-cü il tarixli, 35 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qanının qrup göstəricisi O(İ) Rh+dir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qanının qrup göstəricisi O(İ)Rh+dir. ƏliyevaSiyatel Qəşəm qızının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qanının qrup göstəricisi AB(İV)Rh+dir. Təqdim olunmuş hadisə yerindən götürülmüş qanabənzər nümunələr üzərindəki ləkələrdə insan qanı akar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarlar( bir ədəd uzunqol kofta, bir ədəd mayka) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs1 və onun özünə məxsus ola bilər. Təqdim olunmuş X3 məxsu paltarlar(bir ədəd mayka, bir ədəd qısaqol don) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi AB(İV) olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus paltarlar(bir ədəd uzunqol jaket, bir ədəd qısaqol köynək, bir ədəd mayka, bir ədəd idman şalvarı) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan onun özünə və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarlar(bir ədəd uzunqol kofta, bir ədəd idman şalvarı) üzərində qan aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş kompleks stasionar məhkəmə psixiatrik-psixoloji ekspertizasının 20 dekabr 2023-cü il tarixli 193 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən “Paranoid şizofreniya” psixi xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən “Paranoid şizofreniya” psixi xəstəliyindən əziyyət çəkdiyinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra “Şizofreniya paranoid forma” psixi xəstəlik müəyyən edilir və qeyd olunan “Paranoid şizofreniya” xəstəliyinə xarakterik olan psixotik vəziyyətin hal-hazırda davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Buna görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şübhəlilik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, hirslilik, tez özündən çıxmaq, özünə qarşı hörmət tələb etmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmaq, davranışında özünü iradi tənzimləməsinin çatışmazlığı, inadkarlıq, impulsivlik, emosional reaksiyalara və aqressiv davranışlara meyillilik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi psixi-emosional vəziyyət, onda müəyyən edilən psixi xəstəliklə şərtləşmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs emosional vəziyyəti psixiatrik müayinə zamanı onda müəyyən edilən psixi xəstəliklə şərtləşdiyindən, o, öz hərəkətlərini dərk etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş 04 mart 2024-cü il tarixli, 871 nömrəli təkrar kompleks stasionar məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Paranoid şizofreniya” xroniki psixi xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən düçar olduğu “Paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları iadrə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun hal-hazırkı psixi durumuna görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən, törətdikdən sonra və hal-hazırda “Paranoid şizofrneiya” xroniki psixi xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi xəstəliyinin gedişində psixotik vəziyyət hal-hazırda da davam edir. Buna görə də, Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Hal-hazırkı psixi durumuna görə Təqsirləndirilən şəxs stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Onun barəsində azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs şübhəlilik, özünə qapalılıq, inadkarlıq, konservativlik, inamsızlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi psixi-emosional vəziyyəti, onda müəyyən edilən psixi patologiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd olunan hadisə zamanı emosional vəziyyəti onda müəyyən edilən psixi patologiya ilə şərtləşdirilən, öz hərəkətini dərk etmək qabiliyyətinə malik olmamışdır.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilmiş Goranboy RMX PHŞ-dən daxil olmuş 16 noyabr 2023cü il tarixli, 18-1-39/2-1142/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Goranboy rayonu, Yeni Veyisli qəsəbə sakini Yolçuyev X8 RMX-nın poliklinikasının narkoloji, ruhi-əsəb, nevroloji və onkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır. Məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən daxil olmuş 16 noyabr 2023-cü il tarixli, 684 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhər Psixo-Nevroloji Dispanserə müraciət etməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi “izin xx.xx.2025-ci il tarixli, 1(100)-176/2025 saylı məktuba cavabdan görünür ki, 1988-ci il təvəllüdlü Kəlbəcər rayonu, İlyaslar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan anlaqsız vəziyyətdə AR CM-nin 29, 120.2.4, 29, 120.2.7 və 157-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Yolçuyev X8 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə AR CM-nin 21.1 maddəsinin təsiri alına düşərək “tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirmək təhlükəsizlik tədbri təbiq edilmiş” və qərar əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdə AR SN RPX-na qəbul olunmuş, sonuncunun hal-hazırki psixi vəziyyəti onun Gəncə Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Beləliklə, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayından faktiki olaraq ayrıldığı arvadı, xx.xx.1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 başqa şəxslərlə intim münasibətinin olmasından şübhələndiyi üçün sonuncunu öldürmək qərarına gəlib, öz niyyətini həyata keçirmək məqsədilə 06 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 anası X6 ilə birgə yaşadığı sonuncuya məxsus Goranboy rayonu, Yeni Veyisli qəsəbəsi 315 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək açıq qapıdan həyətə qanunsuz olaraq daxil olmaqla bir qədər gözləməsi, həmin vaxt Zərərçəkmiş şəxs1 həyətə çıxmaq üçün mənzilin qapısını açan zaman Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, sonuncunun iradəsi ziddinə zorla mənzilə daxil olub üzərində olan mətbəx bıçağı ilə X1 gözü qarşısında sonuncuya aşkar surətdə xüsusi əzab və iztirab çəkdirməklə müstəsna dərəcədə qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirərək şiddətli ağrılar vermək məqsədilə Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı bıçaq zərbələri endirərək sonuncuya ağır zərər vurmaya aid xəsarətlər yetirməsi, həmin vaxt qızı Zərərçəkmiş şəxs1 bıçaqlandığını görən Siyatel Əliyeva araya girib onun qarşısını almaq istəyərkən o, əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 gözü qarşısında sonuncuya aşkar surətdə xüsusi əzab və iztirab çəkdirməklə müstəsna dərəcədə qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirməklə yaxın qohumu olan anası Siyatel Əliyevanın həyat üçün vacib orqan olan baş nahiyəsindən qəsdən zərbə endirərək sonuncuya sol əlin ovuc səthinin və təpə nahiyəsinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi, həmin vaxt səs-küyü eşidib köməyə gəlmiş qonşu Şahid1 və digərlərinin onun əlindən bıçağı alıb Zərərçəkmiş şəxs1 və Siyatel Əliyevadan araladıqlarından və sonuncular Goranboy rayon mərkəzi xəstəxanasına vaxtında çatdırılmaqla onlara göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatları xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 və Siyatel Əliyevanı, yəni iki nəfər şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 157-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə məhkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 157-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədərkən anlaqsız olmaqla öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını və barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli olmasını sübuta yetirilmiş hesab edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən o, cinayət məsuliyyətindən və cəzadan azad edilməklə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1, 93.1-1.1-ci maddələrinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilə bilər. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli 8 saylı qərarının 14-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki,yuxarıda qeyd olunanlara və cinayət işindəki ekspertiza rəylərinə əsasən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altına məcburi müalicə şəkilində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Azərbayan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə kollegiyası qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayəti törədərkən və hazırda anlaqsız olmasını nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsinin onun üzərinə qoyulması məqsədə müvafiq deyildir. Odur ki, iş üzrə məhkəmə məsrəfi hesab olunan 123,80 (yüz iyimi üç manat səksən qəpik) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut Goranboy rayon prokorluğunda saxlanılan hadisə vaxtı 01 ədəd dəstəyi qara rəng olan meyvə bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd ağ rəngli, “Samsung” markalı mobil telefon, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd qara rəngli idman şalvarı, 1ədəd zoğalı rəngli uzunqol köynək, 1 ədəd ağ rəngli mayka və 1 ədəd plaş materialdan olan gödəkçə, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qara rəngli şalvar, 1 ədəd tünd çəhrayı rəngli jilet, 1 ədəd ön tərəfində insan şəkli olan ağ rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli maykan, hadisə vaxtı digər zərərçəkmiş şəxs X1 əynində olmuş 1 ədəd göy-ağ rəngli bəzəkli don və 1 ədəd ağ rəngli mayka qanuni sabinə qaytarılmalı, imtina etdikdə məhv edilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində Təqsirləndirilən şəxs vəkili Vusal Alpaşyev tərəfindən 17 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkli X2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 102 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən əşya yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 348.2, 470, 477.1, 477.2.1- 477.2.4 və 477.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 157-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikasının CM-in 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə” tibbi xarakterli məcburi tədbir təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri (“xəstəni xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirmək” növündə təhlükəsizlik tədbiri) qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında həyata keçirilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi hesab olunan 123,80 (yüz iyimi üç manat səksən qəpik) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Goranboy rayon prokorluğunda saxlanılan hadisə vaxtı 01 ədəd dəstəyi qara rəng olan meyvə bıçağı məhv edilsin. Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd ağ rəngli, “Samsung” markalı mobil telefon, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd qara rəngli idman şalvarı, 1ədəd zoğalı rəngli uzunqol köynək, 1 ədəd ağ rəngli mayka və 1 ədəd plaş materialdan olan gödəkçən, hadisə vaxtı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qara rəngli şalvar, 1 ədəd tünd çəhrayı rəngli jilet, 1 ədəd ön tərəfində insan şəkli olan ağ rəngli qısaqol köynək, 1 ədəd ağ rəngli maykan, hadisə vaxtı digər zərərçəkmiş şəxs X1 əynində olmuş 1 ədəd göy-ağ rəngli bəzəkli don və 1 ədəd ağ rəngli mayka qanuni sabinə qaytarılsın, imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən əşya yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(100)-176/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-176/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver