Məhkəmə qərarları › İş №1(100)-177/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-177/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-177/2022 16.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X4, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkil X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 31 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə aralarında onunla tanış olmaq istəməsi ilə bağlı təkliflər etməsi səbəbindən yaranmış mübahisə zamanı onun ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib qisas almaq niyyəti ilə əvvəlcədən əl çantasında saxladığı zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan tipli, soyuq silah hesab edilməyən cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya qarnın sol ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası və böyük piyliyin yaralanması ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə törənmə anında həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdə rəsmi qaydada ərindən boşanmış, himayəsində 2 azyaşlı uşağı vardır. O, birinci dərəcəli əlil olan anasına baxır. O, 20 avqust 2021-ci il tarixdə Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən “Monika” adlı geyim mağazasında satıcı işləməyə başlamışdır. 31 avqust 2021-ci il tarixdə saat 21:50 radələrində işdən çıxıb Bərdə şəhəri H.Əliyev prospekti ilə piyada şəkildə hərəkət edərək yaşadığı kəndə qayıtmaq üçün taksi axtarmışdır. Ancaq kəndə gedəcək taksi avtomobili tapa bilmədiyinə görə Bərdə şəhərində yaşayan xalasıgilin evinə gedib onlarda gecələmək qərarına gəlmişdir. Bu məqsədlə saat 22:30 radələrində Bərdə şəhəri H.Əliyev prospekti ilə piyada şəkildə hərəkətini davam etdirmişdir. Bu zaman sərxoş vəziyyətdə olan bir nəfər şəxsin arxasınca gəlməsini hiss etmişdir. Həmin şəxs bir dəfə yanından keçərək qarşıda dayanıb ona baxmış, o isə yolun kənarında olan mağazalardan birinə daxil olub alış-veriş etdikdən sonra yenidən prospekt ilə hərəkətini davam etdirmişdir. Mağazadan çıxandan sonra sonradan adının Orxan olduğunu bildiyi şəxs yaxınlıqdakı dayanacaqdan başlayaraq arxasınca gəlməkdə davam etdirmişdir. Avtomobil yolunun digər tərəfindəki səkiyə keçib “Fujifilm” adlı fotostudiyanın qarşısına yaxınlaşanda arxasınca gəlməkdə olan Orxan “Gecənin bu vaxtı sənə nə qədər pul lazımdırsa, verim, mənimlə görüş” sözlərini demişdir. O, Orxana uzaqlaşmasını desə də, Orxan arxasınca gəlməyi davam etdirərək “İşləməyə nə ehtiyacın var, mən səni saxlayaram” ifadəsini işlətmişdir. Bu sözlərə əsəbiləşdiyi üçün Orxana “Alçaq!”, “Şərəfsiz!”, “Get anana, bacına bu təklifləri et, onları saxla” sözlərini demiş və uzun müddət əvvəl Bərdə şəhərində yerləşən “Köhnə bazar” deyilən yerdə tanımadığı şəxsdən aldığı qatlanan tipli bıçağı əl çantasından götürərək bir dəfə Orxanı vurmuşdur. Lakin bıçağın Orxana dəyib-dəymədiyini görməmişdir. Bunu etməkdə məqsədi Orxanın ondan əl çəkməsinə nail olmaq istəməsi olmuşdur. Bundan sonra Orxan əlləri ilə onu itələmiş, sağ qolu və kürəyi səkinin qırağında olan ağaca dəymişdir. Daha sonra Orxan ondan üzr istəyib kiminləsə səhv saldığını söyləmişdir. Bu zaman o, köməklik göstərmək üçün yaxınlıqda dayanan şəxsləri səsləmişdir. Həmin vaxt Orxan əli ilə qarın nahiyəsini tutub onu söyə-söyə səki ilə getmişdir. Orxanın bıçaq zərbəsi nəticəsində xəsarət almasını hiss edib kömək etmək üçün arxasınca getməsinə baxmayaraq, Orxan onun bu istəyinə məhəl qoymadan oradan uzaqlaşmışdır. O, həmin gün xalasıgilin evində gecələmiş, hadisə barəsində heç kimə heç nə danışmamışdır. Ertəsi gün işə getsə də, hadisəni xatırlayaraq narahat olub evə qayıtmışdır. Evdə olarkən polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs etdiyi əxlaqsız təkliflərə və söydüyü söyüşlərə əsəbiləşməsi səbəbindən bıçaqla xəsarət yetirdiyini, hadisənin Bərdə şəhəri H.Əliyev prospektində yolun kənarında yerləşən “Fujifilm” adlı fotostudiyanın qarşısında baş verdiyini və 3-4 dəqiqə davam etdiyini, hadisə zamanı orada özündən və Orxandan başqa “Fujifilm” adlı fotostudiyada işləyən tanımadığı şəxsin olduğunu, Orxana bıçaqla xəsarət yetirərkən niyyətinin əxlaqsız təkliflər etməsinə və söyüş söyməsinə görə yaranmış mübahisə zamanı Orxanın ondan uzaqlaşması üçün xəsarət yetirmək olduğunu, bundan başqa Orxanı öldürmək və ya digər hər hansı niyyətdə olmadığını, Orxanı bıçaqla vurduqdan sonra yenidən vurmaq imkanı olsa da, bunu etmədiyini və Orxandan özünün kənarlaşdığını, hadisə zamanı Orxan onu əli ilə itələdiyi üçün ağaca dəydiyini, nəticədə əl və kürək nahiyələrindən xəsarətlər aldığını, hadisə yerinə baxış keçirilərkən götürülmüş videogörüntülərdə hadisənin necə baş verməsinin öz əksini tapdığını, belə ki, videogörüntülərdə yaşıl rəngli geyimdə olan qadının özü, arxasınca gələn qara rəngli köynəkdə olan oğlanın isə Orxan olduğunu, həmin videogörüntülərdə Orxanın ona söz ataraq arxasınca düşməsinin, xəsarət aldıqdan sonra geriyə qayıtmasının və köməklik göstərmək üçün Orxanın arxasınca getməsinin əks olunduğunu bildirmişdir. Zərərçəkmiş şəxslə barışıb, vurduğu zərəri ödəmişdir. Əməlindən peşmandır, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində əmisioğlu İntiqam ilə “Gülüstan” şadlıq sarayının yanında pivə içmiş, ardınca saat 22:30 radələrində Bərdə şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Yanar Dönər” adlı dönərxanada dönər yemişdir. Bu zaman yaşıl rəngli geyimdə olan bir qadının səki ilə piyada şəkildə getdiyini görmüşdür. Həmin vaxt sərxoş vəziyyətdə olduğundan həmin qadını əvvəllər parklardan birində gördüyü və xoşuna gələn tanımadığı qadına oxşatmışdır. Parkda gördüyü qadının əxlaqsız olmasını eşitdiyi üçün dönərxanadan çıxıb yaşıl rəngli geyimdə olan, sonradan adının Səidə olmasını bildiyi qadının arxasınca düşmüşdür. Bunu etməkdə məqsədi həmin qadın ilə tanışlıq olmuşdur. Bir qədər irəlilədikdən sonra Səidəyə yaxınlaşıb “Xanım, bir dəqiqə olar sizi?” sözlərini demiş, bu zaman Səidə ona tərəf çevrilib “Eşitmədim. Nə dedin?” cavabını vermişdir. Səidə ona tərəf çevrilən zaman o, səhv qadına yaxınlaşdığını anlamışdır. Buna görə də Səidəyə onu səhv saldığını demiş, ancaq Səidə dediklərini eşitməyərək üzərinə gəlmişdir. O, əli ilə Səidəni ondan uzaqlaşması üçün itələmişdir. Bu zaman Səidənin əlinin əynindəki şalvarın belinə keçirilmiş kəmərə dəyməsini hiss etmişdir. Daha sonra Səidəyə ”Üzr istəyirəm, xanım” deyərək oradan uzaqlaşmışdır. Səidədən təxminən 2 metr uzaqlaşmışdır ki, qarın nahiyəsindən qan axdığını görmüşdür. Elə bu vaxt Səidənin, əli ilə kəmərinə toxunduğunu deyil, ona bıçaqla xəsarət yetirdiyini başa düşmüşdür. Bundan sonra tanımadığı taksi avtomobili ilə yaxınlıqda yaşayan əmisi Ramizin evinə getmişdir. Əmisinin evinə çatanda əmisi xəsarət aldığını görüb onu özünə məxsus olan avtomobil ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmış və xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onunla yaxınlaşıb tanış olmaq istəməsi səbəbindən mübahisə etdiyini, mübahisənin Bərdə şəhəri H.Əliyev prospektində baş verdiyini və 1-2 dəqiqə davam etdiyini, hadisə baş verərkən orada özündən və Səidədən başqa tanımadığı bir nəfər şəxsin olduğunu, Səidəni özündən uzaqlaşsın deyə əli ilə itələdiyini, Səidənin bıçaqla yalnız bir dəfə qarın nahiyəsindən xəsarət yetirərək ondan kənarlaşdığını, Səidə onu bıçaqla vurarkən zərbəni hiss etmədiyini, Səidənin əlindəki bıçağı görmədiyini, bu səbəbdən həmin bıçağı tanıya bilməyəcəyini, ona təqdim edilmiş videogörüntülərdəki yaşıl rəngli paltarda olan qadının Səidə, tünd rəngli köynəkdə olan oğlanın isə özü olduğunu bildirmiş və hadisə zamanı əynində olan köynəyi könüllü surətdə istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən Səidə ilə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Kətəlparaq kəndində yaşayır və fərdi qaydada sürücülüklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun bacısıdır. Səidə 2013-cü il tarixdə ərindən rəsmi qaydada boşanmışdır və həmin vaxtdan 2 azyaşlı uşağı ilə onunla və anası Zərbuta ilə birlikdə yaşayır. 2021-ci ilin avqust ayının ortalarında Səidə Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən “Monika” adlı geyim mağazasında satıcı işləməyə başlamışdır. 01 sentyabr 2021-ci il tarixdə saat 09:00 radələrində evdə olarkən polis əməkdaşları yaşadığı evə gəlmiş və Səidənin harada olduğunu soruşmuşlar. O, polis əməkdaşlarından nə məsələ olduğunu soruşduqda, onlar Səidənin 31 avqust 2021-ci il tarixdə axşam saatlarında Bərdə şəhəri ərazisində hadisə törətdiyini, bu səbəbdən polis şöbəsinə getməli olduğunu bildirmişlər. Daha sonra Səidə polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman o, bacısının bir gün əvvəl Bərdə şəhəri H.Əliyev prospektində tanımadığı şəxsə bıçaqla xəsarət yetirdiyini öyrənmişdir. Ancaq bundan əvvəl Səidə ona hadisə törətməsi barədə heç bir məlumat verməmiş, hadisə barəsində polis şöbəsində olarkən məlumat almışdır. Bundan başqa o, Səidənin bıçaqla xəsarət yetirdiyi Orxan adlı şəxsi əvvəllər tanımadığını, həmin şəxs ilə nə bacısı, nə də özü arasında əvvəllər heç bir münasibət olmadığını, Səidə Bərdə rayon polis şöbəsində hadisə barəsində ifadə verdikdən sonra baş verənləri ona təfsilatı ilə danışdığını, Səidənin ona danışdıqlarına əsasən Orxan adlı şəxsin 31 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində işdən çıxaraq Bərdə şəhəri H.Əliyev prospekti ilə piyada şəkildə evə gəlmək üçün taksi avtomobili axtaran bacısının arxasınca düşdüyünü və Səidəyə əxlaqsız təkliflər etdiyini, Səidənin isə Orxan adlı şəxsin etdiyi təkliflərə əsəbiləşdiyi üçün əl çantasından bıçaq çıxararaq həmin şəxsə xəsarət yetirdiyini, Səidənin əl çantasında bıçaq olmasını hadisə baş verdikdən sonra bildiyini, əgər bacısının əl çantasında bıçaq saxlaması barədə məlumatı olsa idi, buna imkan verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin qadın ilə arasında heç bir münasibət olmamışdır. Zərərçəkmiş şəxs isə onun qardaşıoğludur. 31 avqust 2021-ci il tarixdə saat 23:00 radələrində evdə olan zaman Orxan yaşadığı ünvana gələrək Bərdə şəhəri H.Əliyev prospekti ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Həmin vaxt Orxanın əynində tünd boz rəngli qısaqol köynək və göy rəngli cins şalvar olmuş, Orxanın qarnının sol tərəfindən qan axmışdır. Buna səbəbdən dərhal özünə məxsus olan “VAZ-21011” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salaraq Orxanı avtomobilin sağ qabaq oturacağına əyləşdirmiş və onu Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər tərəfindən Orxana tibbi yardım göstərilməklə həyatı xilas edilmişdir. O, Orxandan hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyini soruşsa da, Orxan bu barədə ona heç nə danışmayaraq yalnız tanımadığı şəxs tərəfindən bıçaqlandığını söyləmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Fujifilm” adlı fotostudiyanın qarşısından keçən avtomobil yolunun kənarındakı səkinin üzəridir. Baxış zamanı adı çəkilən fotostudiyanın çöl tərəfinə quraşdırılmış videomüşahidə kamerasının qeydə aldığı videogörüntülər izlənilmiş, həmin videogörüntülərdə 31 avqust 2021-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs avtomobil yolunu fotostudiyanın qarşısına tərəf keçdiyi, Zərərçəkmiş şəxs onun arxasınca hərəkət etdiyi, bir neçə saniyə sonra isə sonuncunun əks istiqamətdə getdiyi müəyyən olunmuş və həmin videogörüntülər 01 ədəd “DVD” diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və X7” X13 Bərdə rayon şöbəsinin 07 sentyabr 2021-ci il tarixli 796 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ said nahiyəsinin sıyrıqları və qançırı, sol kürək nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 31 avqust 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və X7” X13 Bərdə rayon şöbəsinin 09 sentyabr 2021-ci il tarixli 797 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – qarının sol ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, böyük piyliyin yaralanması deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti 31 avqust 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və X7” X13 21 sentyabr 2021-ci il tarixli 553-2021/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan qarının sol ön divarının daxilə keçən eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üstüstə düşür. Ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi küt sındığı, yəni kəskin deformasiyaya uğradığı üçün köynək üzərində aşkar olunmuş zədənin tədqiqata təqdim olunmuş bıçağın tiyəsinin təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Məhkəmə- Tibbi Ekspertiza və X7” X13 07 oktyabr 2021-ci il tarixli 686/2021-MTKŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0alfa,beta/İ/-dir. Ekspertizaya təqdim edilmiş köynək, bıçaq üzərində olan ləkələrdə 0,alfa,beta (İ) qruplu insan qanı aşkar olunmuşdur. Bu qan ləkələri 0,alfa,beta (İ) qruplu şəxsə, o cümlədən AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 11 noyabr 2021ci il tarixli 678 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “götürmə aparılması” haqqında 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisənin törədilməsində istifadə olunmuş 01 ədəd bıçaq Təqsirləndirilən şəxs götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 04 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 01 ədəd tünd boz rəngli qısaqol köynəyi təqdim etmiş və həmin köynək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd dəlib-keçən zədə aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon polis şöbəsinin 08 oktyabr 2021-ci il tarixli cavabından görünür ki, 31 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Fujifilm” adlı fotostudiyanın qarşısından keçən səkidə Bərdə rayonu Kətəlparaq kəndində yaşayan Təqsirləndirilən şəxs arxasınca düşərək ona tanış olmağı təklif etməsi səbəbindən aralarında yaranmış mübahisə ilə əlaqədar sonuncu tərəfindən bıçaqlanmışdır. Hadisə zamanı başqa hər hansı şəxsin bu və ya digər formada iştirakçılığı olmamış, hadisə sözügedən yerdə baş vermiş, hadisə zamanı orada adı çəkilən fotostudiyada işləyən Şahid1 olmuşdur. Həmçinin digər hər hansı şəxsin hadisənin gedişatına və törədilməsinə müdaxilə etmədiyi, hadisənin baş verməsinə səbəb olan mübahisənin bilavasitə Zərərçəkmiş şəxs təklifindən sonra başlandığı əməliyyat yolu ilə aydınlaşdırılmışdır. Hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs hər hansı şəxs və ya şəxslər ilə əlaqədə olmadığı, törətdiyi cinayət əməli barədə hər hansı şəxsə məlumat vermədiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 06 sentyabr 2021-ci il tarixli 726 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZE 11431150 və AZE12029581 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21 avqust 2010-cu il təvəllüdlü X6 və 18 yanvar 2012-ci il təvəllüdlü X8 olmaqla iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 oktyabr 2021-ci il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan təbirinin seçilməsi haqqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.02.2022ci il tarixli Təqsirləndirilən şəxs ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olması, 59.1.6-cı maddəsinə əsasən cinayəti psixi məcburiyyət altında törətməsi, 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi və 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.4, 59.1.6, 59.1.8, 59.1.12-ci maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağın olması, cinayəti psixi məcburiyyət altında törətməsi, cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, yaşayış yerindən müsbət xarakterizə olunmasını) cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağın olması, cinayəti psixi məcburiyyət altında törətməsi, cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Bərdə rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Bərdə rayon Polis Şöbəsində saxlanılan maddi sübut 01 ədəd bıçaq məhv edilməli, 01 ədəd tünd boz rəngli qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalı imtina etdikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 35 (otuz beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bərdə rayon Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Bərdə rayon Polis Şöbəsində saxlanılan maddi sübut 01 ədəd bıçaq məhv edilsin. 01 ədəd tünd boz rəngli qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılsın imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirdiyindən 210 (iki yüz) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar