Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-178/2021 20.04.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi–Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və X4 Malik iştirakları ilə, xx xxxxx 1999-cu il tarixdə Göygöl (əvvəlki Xanlar) rayonu Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Kəlbəcər rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla, Göygöl rayonu, Çaykənd kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Göygöl rayonu, Çaykənd kəndində yerləşən fərdi yaşayış evində televizorun uzaqdan idarəetmə qurğusunu tapa bilmədiyi üçün ailə üzvlərinə uca səslə öz etirazını bildirən zaman, sərxoş vəziyətdə olan atası Zərərçəkmiş şəxs onun uca səslə danışmasından hiddətlənib onunla mübahisə edib, əlbəyaxa olaraq qəsdən əl zərbələri ilə onun sifət nahiyəsinə bir neçə dəfə zərbə vuraraq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bu zaman o, evdə masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı, kəsici-deşici xassəyə malik olan mətbəx bıçağının tiyəsi ilə atası Zərərçəkmiş şəxs sağ bazu, qarın və döş nahiyələrinə 3 dəfə qəsdən zərbə vuraraq sonuncunun döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna nüfuz edən, qarının sol yarısının ön divarında qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar, sağ bazunun orta 1/3-nin ön-bayır səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. X5 qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş X2 ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 19:30 radələrində işdən evə gələrək televizor olan otaqda əyləşmiş, anası Mərziyə isə yemək hazırlamaq üçün mətbəxə getmişdir. Televizor işlək olsa da, pultunu tapa bilmədiyindən anasından pultun harada olduğunu soruşmuş, anası isə atası Malikin yatdığı otaqdan pultu gətirərək atasınıın ondan əvvəl televizora baxdığını, həmin vaxtı da pultu yadından çıxararaq özü ilə yataq otağına apardığını demişdir. O da atasının bu hərəkətinə narazılıq edib televizora baxmağa başlamışdır. Saat təxminən 20 radələrində atası Malik yatdığı otaqdan çıxıb, qışqıraraq ona “nə olub? Yadımdan çıxıb otağa aparmışam də”-deyərək mübahisə etməyə başlamış və nalayiq sözlərlə onu təhqir edərək sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmuşdur. O, atasının əlindən çıxaraq yaxınlıqdakı masanın üzərində olan, qulp hissəsi olmayan bıçağın tiyəsini götürmüş, atası yenə də yaxasından tutub sifətindən yumruqla vurduqda o, bıçaqla atasının qarın nahiyəsinə 2-3 dəfə zərbə endirmiş, lakin atası Malik yenə də onu yumruqla vurmağa davam etmişdir. O, atası onu döyməyə davam etdiyindən sonuncunu itələyib qaçaraq evdən küçəyə çıxmış və evdən biraz aralıda qaranlıqda 2 saata yaxın müddətdə gizlənmişdir. Sonra evə gedəndə evdə heç kəsin olmadığını görərək anasına zəng etdikdə anası xəstəxanaya getdiklərini demişdir. AtasıZərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etdiyindən və döydüyündən əsəbləşib ona bıçaqla xəsarət yetirmiş, hazırda əməlindən peşmandır, atası ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində evdə yemək yeyən zaman spirtli içki qəbul etmiş, sonra isə televizora baxmaq üçün otaqda olan çarpayıya uzanmış və bir neçə dəqiqə televizora baxdıqdan sonra yatmaq üçün öz otağına getmişdir. Otağına gedərkən içkili olduğu üçün televizorun idarəetmə pultunu əlində aparmasına fikir verməmişdir. Saat təxminən 20 radələrində oğlu Nicatın səs-küyünə oyanmış və televizor olan otağa keçmişdir. Otağa girən kimi oğlu Nicatın sifət nahiyəsinə bir neçə dəfə sillə ilə vuraraq ona yatdığını və nə üçün yüksək səslə danışdığını, pultu unudaraq özü ilə apardığını deyərək, əsəbi olduğu üçün nalayiq sözlər işlətmişdir. Nicat ondan bir neçə saniyəlik aralanmış, o, əsəbi olduğu üçün yenə də onu vurmaq üçün üzərinə getdikdə oğlu Nicat əlində olan bıçaqla onun bədən nahiyəsinə bir neçə zərbə vurmuş, lakin həmin zərbələri çox hiss etməmişdir. O, bədəninin qan olduğunu gördükdə dayanmış, Nicat isə otaqdan çıxaraq dəhliz ilə evin giriş qapısına tərəf qaçanda, o da Nicatın arxasınca evin giriş qapısına qədər qaçmış, lakin Nicat həyətə çıxdığı üçün ardınca getməmişdir. Mətbəxdə olan arvadı Mərziyə səsə dəhlizə çıxıb bədənində qan izlərinin olduğunu görmüş və onu yataq otağına apararaq təcili tibbi yardıma zəng etmişdir. Bir müddət sonra təcili tibbi yardım avtomobili gələrək onu Göygöl Mərkəzi rayon xəstəxanasına, oradan isə Gəncə şəhər 3 saylı TTY xəstəxanasına aparmış və onu əməliyyat etmişlər. Hazırda oğlu Nicat Məmmədovla barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. X15 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində evə gələndə əri Zərərçəkmiş şəxs içkili vəziyyətdə öz yataq otağında uzanmışdır. Saat 19:30 radələrində oğlu Nicat Məmmədli işdən evə gəlmiş və televizora baxmaq istədikdə pultu tapa bilmədiyindən səs-küylə pultun harada olduğunu soruşmuşdur. O, Malikin pultu özü ilə yataq otağına apardığını başa düşərək, otaqdan pultu gətirib Nicata vermiş, Nicat isə Malikin pultu özü ilə apardığına görə əsəbiləşib deyinməyə başlamışdır. O, Nicata Malikin içkili olduğu üçün pultu bilmədən apardığını deyərək mətbəxə keçib yemək hazırlamağa başlamışdır. Bir neçə dəqiqə sonra Nicatla əri Malikin mübahisə etdiklərini eşitmiş və mətbəxdən otağa tərəf getmək üçün dəhlizə çıxdıqda Nicatın evin giriş qapısına tərəf qaçaraq həyətə çıxdığını görmüşdür. X13 ardınca qapıya qədər qaçmış, lakin onu tuta bilməmişdir. Həmin vaxt Malikin əynində olan paltarın ön hissəsi açıq olduğundan sinəsindən və qarnından qan axdığını görmüş və Maliki yataq otağına aparıb çarpayıya uzadaraq təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım avtomobili gələrək Maliki əvvəlcə Göygöl Mərkəzi rayon xəstəxanasına, sonra isə Gəncə şəhər 3 saylı TTY xəstəxanasına aparmış və orada Maliki əməliyyat etmişlər. O, daha sonra ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı, X5 isə doğma oğludur. Əri və oğlu fəhləliklə məşğul olub ailəni dolandırmışlar. Nicat Məmmədli ailənin yeganə oğlan övladıdır, ona ağır cəza təyin olunması ailəni həm maddi, həm də mənəvi cəhətdən ağır şəraitə düşəcəyi ilə nəticələnə biləcəyindən oğlunun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndənin vasitəsilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun hadisə ilə bağlı göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Göygöl rayonu, Çaykənd kəndində yerləşən X8 yaşadığı fərdi yaşayış evidir, baxış zamanı evin həyətindən Nicat Məmmədli tərərfindən hadisədən sonra yerə atılmış dəstək hissəsi olmayan bıçaq tiyəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən götürmə və baxış aparılması barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd jaket baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 243 nömrəli rəyindən görünür ki, X8 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ əlin V barmağının uc falanqasının ovuc və sol saidin aşağı 1/3-nin ön səthlərində olan səthi kəsilmiş yaralar iti uclu və iti kənarlı alətin (alətlərin) təsirindən törənməyə xarakterikdirlər, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 249 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - döş qəfəsinin sol yarısının ön səthində döş boşluğuna nüfuz edən bir ədəd, qarının sol yarısının ön divarında qarın boşluğuna nüfuz edən bir ədəd və sağ bazunun orta 1/3-nin ön-bayır səthində bir ədəd olmaqla cəmi üç ədəd deşilmiş-kəsilmiş yaralar olmuşdur. Qeyd olunan xəsarətlər iti uclu və iti kənarlı alətin (alətlərin) təsirindən törənməyə xarakterikdirlər. Əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlirlər, sağ bazu nahiyəsində olmuş yara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 16/841/842 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağının hissəsidir, kəsicideşici xassəyə malik olan bıçaq tiyəsidir, soyuq silah hesab edilmir. Təqdim edilmiş jaketin üzərində mexaniki zədə aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 309 nömrəli və Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021ci il tarixli 467 nömrəli arayışlarından görünür ki, X10 həmin dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən oğlu Nicat Məmmədli ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə tədqiq edilən Göygöl RİB-nın Çaykənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 83 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, X3 rayonu, Çaykənd kəndində müvəqqəti məskunlaşmış, atası Zərərçəkmiş şəxs, anası Şahid1, bacıları Şahid4 və Şahid3 ibarət ailə üzvləri vardır, barəsində nümayəndəliyə heç bir təqsirləndirici şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X10 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Göygöl rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(066)-64/2020 saylı qərarının surətindən görünür ki, X8 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X10 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, cinayətin aləti olan bir ədəd bıçaq tiyəsi və hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd jaket iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X1 əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, X2 xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Göygöl rayonu Çaykənd kəndində yerləşən fərdi yaşayış evində sərxoş vəziyətdə olan atası Zərərçəkmiş şəxs ilə mübahisə edərək əlbəyaxa olaraq sonuncunun ona qəsdən əl zərbələri ilə onun sifət nahiyəsinə bir neçə dəfə zərbə vuraraq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, bu zaman o, evdə masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən mətbəx bıçağının tiyəsi ilə atası Zərərçəkmiş şəxs 3 dəfə qəsdən zərbə vuraraq insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər yetirdiyinə görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X8 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, X1 atası olan zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs qismində keçən oğlu Nicat Məmmədliyə qarşı şikayət və tələbinin olmaması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. X1 zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən X2na təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs olan həyat yoldaşı Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs qismində keçən oğlu Nicat Məmmədli fəhləliklə məşğul olub ailəni dolandırmışlar. Nicat ailənin yeganə oğlan övladıdır, ona ağır cəza təyin olunması ailəni həm maddi, həm də mənəvi cəhətdən ağır şəraitə düşəcəyi ilə nəticələnə bilər. Zərərçəkmiş Zərərçəkmiş şəxs da həyat yoldaşının göstərdikləri xüsusatları təsdiq edərək bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir Ona görə də, məhkəmə tərkibi, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun özünün və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, X1 barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X9 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, X10 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göygöl rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(066)-64/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, X1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut qismində Göygöl RPŞ-da saxlanılan cinayətin aləti olan bir ədəd bıçaq tiyəsi istifadəyə yararsız olduğundan məhv edilməli, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd jaket onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə isə məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində məhkəmə məsrəfi X2ndan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Göygöl RPŞ-da saxlanılan cinayətin aləti olan bir ədəd bıçaq tiyəsi istifadəyə yararsız olduğundan məhv edilsin, hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd jaket onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə isə məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 manat məbləğində ekspertiza xərci X7 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (X10 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Məhəmməd Bağırov Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-178/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-178/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver