Məhkəmə qərarları › İş №1(100)-178/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-178/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-178/2022 03.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 may 2020-ci il tarixdə cəzasının sonu başa çatmış, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən külli miqdarda, yəni 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş və həmin çətənə kollarından 2021-ci ilin sentyabr ayında toplayaraq satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, ümumi təmiz çəkisi 2975 (iki min doqquz yüz yetmiş beş) qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamış, 01 oktyabr 2021-ci il tarixdə saat 10:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində kultivasiya edilmiş külli miqdarda, yəni 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri onun Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinin həyətyani sahəsində olan istixanalardan və satış məqsədi ilə saxladığı külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 140 qram, 400 qram, 85 qram və 2350 qram olmaqla, ümumi təmiz çəkisi 2975 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana həmin yaşayış evinin yataq otağından və tavanından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü yalnız CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, O, ara bir narkotik vasitələr istifadə etmişdir. Təxminən 3 il müddət əvvəl o, qış aylarında Bərdə rayonu, Mustafaağalı kəndinə gələrək orada yaşamağa başlamış, Mustafaağalı kəndində gəlməmişdən əvvəl 2018-ci ildə Rusiya Federasiyasında olarkən orada tanımadığı Tacikistan vətəndaşından narkotik vasitə hesab edilən marixuananın toxumunu almış və həmin həmin narkotik vasitənin toxumunu özü ilə birgə Bərdə rayonu, Mustafaağalı kəndinə gətirmişdir. Rusiya Federasiyasında yaşadığı dövrdə onun borcu yaranmış və həmin borcu ödəmək üçün pulu olmamışdır. Onu məhkəmə qərarını icra etmədiyinə görə 1 il müddətinə azadlıqdan məhrum etmişlər. Cəzaçəkmə müəssəsindən çıxdıqdan sonra o, şəxsi istifadəsi üçün narkotik vasitənin əkib becərmək qərarına gəlmişdir. Bununla əlaqədar olaraq o, 2021-ci ilin mart ayını əlverişli hava şəraiti yaranması üçün gözləmiş, bundan sonra o, yaşadığı evin həyətyani sahəsindən 2020-ci ilin əvvələrindən 2021-ci ilin mart ayınadək istixanalar düzəltməyə başlamışdır. Təxminən 2021-ci ilin mart ayının əvvələrində Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətində quraşdırılmış istixanalarda əvvəlcədən Rusiya Federasiyasında əldə etdiyi çətənə kolu toxumlarını istixanalarda əkmiş və yaranmış 24 ədəd çətənə kolunu becərməyə başlamışdır. O, yetişmiş çətənə kollarına su vermiş və yetişməsinə nəzarət etmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında o, becərdiyi çətənə kollarının budaqlarını qıraraq istifadə etmək üçün qurutmuşdur. 01 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evə polis əməkdaşları gələrək evinə baxış keçirdəcəklərini bildirmişlər. O, evinə baxış keçirilməsinə etiraz etməmiş və evin həyətində çətənə kollarını əkdiyini bildirmişdir. Bundan sonra onun yaşadığı evin həyətyani sahəsinə polis əməkdaşları, hal şahidlərinin iştirakı ilə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı o, könüllü olaraq 3 nömrəli istixananı göstərərək həmin istixanada çətənə kollarını əkib-becərməyini bildirmişdir. 3 nömrəli istixanaya baxış keçirilən zaman istixanada 16 ədəd müxtəlif ölçülərdə çətənə kolu aşkar edilərək, evin həyətyani sahəsinə qoyulmuşdur. Sonradan o, 4 nömrəli istixananı göstərərək həmin istixanada da çətənə kolları əkdiyini bildirmişdir. 4 nömrəli istixana baxış keçirilən zaman istixanada 8 ədəd müxtəlif ölçülərdə çətənə kolu aşkar edilərək, evin həyətyani sahəsinə qoyulmuşdur. Daha sonra evin həyətindən aşkar edilmiş çətənə kolları qablaşdırılaraq götürülmüşdür. Ondan polis əməkdaşları digər yerdə narkotik vasitə saxlayıbsaxlamamağını bildirmişlər. O, əkdiyi çətənə kollarını qurudaraq saxlamağını bildirmişdir. Bundan sonra evin daxilinə baxış keçirilmiş, evin yataq otağında göy rəngli sellofana bükülmüş, evin yataq otağında un torbasının üzərində qurudulmuş marixuana aşkar edilmişdir. Həmin aşkar edilmiş göy rəngli sellofan bükümdə olan marixuananın çəkisinin 0,150 kiloqram, yerdə sərilmiş vəziyyətdə olan marixunanın isə çəkisinin 1 kiloqramdan artıq olması müəyyən edilmişdir. Aşkar edilmiş marixuna qablaşdırılaraq götürülmüşdür. Bundan sonra evin tavan hissəsinə baxış keçirilmişdir. Tavandan sərilmiş vəziyyətdə və göy rəngli sellofana bükülmüş vəziyyətdə marixuana aşkar edilmişdir. Göy rəngli büküm tərəzidə çəkilmiş və çəkisinin 0,460 kiloqram olması müəyyən edilmişdir. Tavandan aşkar edilmiş digər narkotik vasitə olan marixuananın isə çəkisinin 2 kiloqramdan artıq olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. O, heç vaxt narkotik vasitə olan marixuanadan heç kəsə satmamış, başqa üsulla verməmiş və ümumiyyətlə belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 01 oktyabr 2021-ci il tarixdə Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin əkib-becərməsi, qurutması və narkotik vasitə saxlaması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 10 radələrində o və gidər polis əməkdaşları, həmçinin mütəxəssiz Şahid5 Bərdə rayonu, Mustafaağalı kəndindən yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə yollanmışlar. Mustafaağalı kəndində olarkən Ehtiram və Zabil adlı şəxslər hal-şahidi qismində baxışda iştirak etmək üçün dəvət edilmiş və sonra Ədalət Mustafayevin evinin darvazasını döyülmüşdür. Ədalət özü qapını açmış, baxışda iştirak edən şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyatyani sahəsində çətənə kollarını əkib-becərməsini soruşulmuş, Ədalət öz növbəsində evin həyatyani sahəsində bostanda olan istixanalarda çətənə kollarını əkməsini bildirmişdir. Həmin istixanalara baxış keçirilən zaman müvafiq olaraq 16 ədəd və 8 ədəd olmaqla ümumilikdə 24 ədəd çətənə kolları aşkar edilmişdir. Aşkar edilmiş çətənə kolları baxışda iştirak edən şəxslərin gözü qarşısında qablaşdırılmışdır. Təqsirləndirilən şəxs hansı səbəbə çətənə kollarını əkməsini soruşduqda, Təqsirləndirilən şəxs çətənə kollarını əkməkdə məqsədinin çətənə kollarını qurudub sataraq borcunu ödəmək olmasını bildirmişdir. Təqsirləndirilən şəxs hal-hazırda çətənə kollarını qurudub-qurudulmaması sualına cavab olaraq, yaşadığı evin ikinci mərtəbəsinə qalxmağı təklif etmişdir. Evin ikinci mərtəbəsində otaqda un torbasının üzərinə sərilmiş halda və göy rəngli torbanın içərisindən ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmçinin evin tavanından yerə sərilmiş halda və göy rəngli torbanın içərisindən ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonradan aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 və məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiklərini özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X14 X3 sektorunda işləyir. 01 oktyabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən yaşayış evinə keçirələcək baxışa dəvət etmişlər. Bundan sonra o, həmin fərdi yaşayış evinə yollanmışdır. Həmin gün saat 10 radələrində adının sonradan Təqsirləndirilən şəxs olmasınını bildiyi şəxsin yaşadığı Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən evin həyətyani sahəsinə baxış keçirilmiş, Ədalət baxışın keçirilməsinə etiraz etməmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyani sahəsində quraşdırdığı istixanarlardan ümumilikdə 24 ədəd əkilmiş çətənə bitkiləri, həmçinin yaşayış evinin yataq otağı və tavanından ilk baxışdan çətənə kollarından qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin 24 ədəd ədəd kollara baxdıqda tərəfindən kolların çətənə kolları olması, bitki kolları tünd-yaşıl rəngli, kəskin iyə malik olması müəyyən edilmişdir. Həmçinin həmin kollara aqro-texniki qaydada qulluq edilməsi görünmüşdür. Təqsirləndirilən şəxs çoxlu borclarının olmasını, bu səbəbdən çətənə kollarını istixanalarda əkməsini, əkdiyi çətənə kollarının satıb borclarını ödəmək istəməsini demişdir. Aşkar edilmiş bitkilər kisələrə qablaşdırılmış və elektron çəkidə çəkilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onun Ədalət ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 01 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində o, yaşadığı kəntdən evdən çıxaraq çayxanaya domino oynamağa yollanmışdır. Bu zaman polis əməkdaşları onu həmkəndlisi Təqsirləndirilən şəxs evinə keçiriləcək baxışda hal-şahidi qismində iştirak etməyini demişdir. O isə polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra digər hal şahidi Şahid8, polis əməkdaşları və mütəxəssisin iştiakı ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evinin həyətində istixanalarda çətənə kollarını əkməsini bildirmişdir. Bundan sonra istixanalara baxış keçirilmiş və istixanalarda ümumilikdə 24 ədəd çətənə kolları aşkar edilmişdir. Sonradan polis əməkdaşları və Təqsirləndirilən şəxs yaşadığı evin içərisinə baxış keçirilmişdir. Baxış zamanı evin içərisindən yaşayış olmayan otaqlardan və tavanından yerə sərilmiş halda və göy torbanın içərisindən qurudulmuş halda marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs istixanalarda aşkar edilmiş çətənə kollarını borcunu ödəmək üçün əkməsini və həmin kollarını satıb borcunu ödəmək istəməsini demişdir. Həmçinin Təqsirləndirilən şəxs evin içərisindən aşkar edilmiş kolları qurudub borcu olduğuna görə satmaq istəməsini bildirdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, “o Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Ədalət Rusiya Federasiyasının Moskva şəhərində və digər şəhərlərində fərdi əməklə məşğul olmaqla və alver edərək pul qazanmışdır. Ədalət alver etdikləri şəriklərinə borcu yaranmışdır. Yaranmış olan borcu ödəmədiyinə görə Ədalət 2019-cu ilin əvvəllərində Bərdə rayon məhkəməsinin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib bitirdikdən sonra yenidən yaşadığı Mustafaağalı kəndinə qayıtmışdır. Bu zaman Ədalət fərdi əməklə məşğul olmuş və borcunu ödəmək üçün yollar axtarmışdır. O, gündəlik olaraq müxtəlif olaraq sahələrdə günəmuzd olaraq işləmişdir. O, səhər tezdən çıxıb axşam saatlarında evə qayıtmışdır. 01 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evə polis əməkdaşları gələrək evin həyətinə və evin yaşayış olmayan otaqlarına baxış keçirtmişlər. Baxış keçirildikdən sonra ona evin həyətində olan istixanalardan çətənə kollarının və evin yaşayış olmayan otaqlarından və tavanından qurudulmuş marixuana aşkar edilməsi məlum olmuşdur. Evin həyətində olan istixanalarda aşkar edilən çətənə kollarından və evin yaşayış olmayan və tavanından aşkar edilmiş qurudulmuş marixuanandan onun xəbəri olmamışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 oktyabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs evinin həyətində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi, qurutması və narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 oktyabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxsa məxsus evin həyatyanı sahəsindən əkilibbecərilmiş 24 ədəd çətənə kolları və yaşayış evinin yataq otağında göy sellofan bükülünün içərisində olan 150 qram tam qurudulmuş halda olan çətənə bitkisinə bənzər kütlə, evin yataq otağında olan döşəmənin üzərində qoyulmuş un torbasının üzərində 1,225 kiloqram narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Bundan başqa evin tavan hissəsində olan narkotik vasitə hesab edilən çətənə bitkisinin kütlələrin (kol budaqları) aşkar edilərək evin qonaq otağına giriş hissəsinə qoyulmuş, evin tavan hissəsindən 1 ədəd göy rəngli sellofan bükülü aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bükülünün ona məxsus olduğunu və çətənə bitkisi olduğunu bildirmişdir. Aşkar olunanlar tərəzidə çəkilmiş və ümumi təmiz çəkisi 460 qram və 2,645 kiloqram olması müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 01 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyinin yoxlanılması barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusu aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 02 oktyabr 2021-ci il tarixli 16/1033 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş çətənə bitkisinə bənzər kütlə” sözləri yazılmış göy rəngli polietilen torbadakı 140 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş çətənə bitkisinə bənzər kütlə” sözləri yazılmış göy rəngli polietilen torbadakı 400 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş çətənə kollarına bənzər kollar” sözləri yazılmış göy rəngli polietilen torbadakı 85 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş çətənə kollarına bənzər kollar” sözləri yazılmış göy rəngli polietilen torbadakı 2350 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş çətənə kollarına bənzər kollar” adlar və imzalar olan 1 (bir) ədəd ağ rəngli sintetik kisədəki, sayı 8 (səkkiz) ədəd ümumi təmiz çəkisi 1000 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli –çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim edilmiş üzərində “Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş çətənə kollarına bənzər kollar” adlar və imzalar olan 4 (dörd) ədəd göy rəngli çadır bağlamalardakı, sayı 16 (on altı) ədəd ümumi təmiz çəkisi 164650 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli–çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd göy rəngli polietilen torbalarda, 2 (iki) ədəd ağ rəngli sintetik kisələrdə olan marixuanalar ilə, 1 (bir) ədəd ağ rəngli sintetik kisədə və 4 (dörd) ədəd göy rəngli çadır bağlamalarda olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış mütəxəssis-aqronom Şahid5 tərəfindən verilmiş 01 oktyabr 2021-ci il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsində baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilmiş 24 ədəd çətənə kolu aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 18 noyabr 2021-ci il tarixli 1389 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və təmiz çəkiləri 140 qram, 400 qram, 85 qram, 2350 qram, ekspertiza tədqiqatından sonra müvafiq qalıq 139,95 qram, 399,95 qram, 84,95 qram və 2349,95 qram qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd İnzibai ərazi dairəsi üzrə nümayəndəliyinin 10 dekabr 2021-ci il tarixli, 441 və 441A nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı Şahid6, qızları X4, X5 və oğlu X6 ilə birlikdə Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında 01 oktyabr 2021-ci il tarixli protokoldan və Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 15 noyabr 2021-ci il tarixli tələbnamədən və Bərdə rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 may 2020-ci il tarixdə cəzasının sonu başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbacan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən həmin növ cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 24 ədəd külli miqdarda narkotik maddələr olan çətənə bitkisi və yaşayış evinin yataq otağından və tavanından aşkar olunmuş təmiz çəkisi 2975 qram narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananın ona məxsus olmasına, həmin çətənə bitkilərinin onun tərəfindən əkilərək qulluq göstərilməsinə, həmçinin yaşayış evindən aşkar edilmiş qurudulmuş marixuananın əkdiyi çətənə kollarından qıraraq qurutmasına dair ifadələr verməsi ilə yanaşı həmin qurudulmuş marixuananı satış məqsədi ilə deyil yalnız şəxsi istifadəsi üçün evində saxlamasına dair ifadələr vermişdir. Məhkəmədə təqsirləndirilən şəxsin satış niyyətinin olmamasına dair ifadəsi şahid ifadələri, özünün qismən etirafedici ifadələri, Gəncə şəhəri Narkoloji Dispanserinin 18 noyabr 2021-ci il tarixli 1389 nömrəli rəyi habelə yuxarıda tədqiq edilmiş cinayət işinin digər materialları ilə birbaşa və tam olaraq təkzib olunduğuna görə məhkəmə onun vermiş olduğu həmin ifadələri daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir və ifadələrini həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, ittiham olunduğu cinayət əməllərinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi iş üzrə olan şahid ifadələri, özünün qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, maddi sübutlar və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.)» Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. Həmin qanunun İİİ siyahısında qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin miqdarı külli miqdar (daxil olmaqla aşağı hədləri) 16 ədəd (31 hissə) göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin qismən etirafedici ifadələrində göstərdiyi kimi onun tərəfindən kutivasiya edilmiş çətənə (kannabis) bitkilərindən yığıb qurudaraq kənarda saxladığı marixuananın 2975 qram olmaqla külli miqdarda olmasına, evindən aşkar edilmiş həmin qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün saxladığını göstərməsinə baxmayaraq Gəncə şəhəri Narkoloji Dispanserinin 18 noyabr 2021-ci il tarixli 1389 nömrəli rəyinə əsasən onun narkotik vasitələrdən istifadə etməməsinə, şahid ifadələrində göstərildiyi kimi təqsirəndirilən şəxs tərəfindən yaşayış evinə baxış zamanı aşkar edilən narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda borcunun olduğuna görə saxlamasına dair qeyd edilən hallara, həmçinin 24 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq etməsinə əsasən təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlaması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 15 noyabr 2021-ci il tarixli tələbnamədən və Bərdə rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 may 2020-ci il tarixdə cəzasının sonu başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbacan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən həmin növ cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə qəti cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ekspertiza tədqiqatından sonra müvafiq qalıq çəkiləri 139,95 qram, 399,95 qram, 84,95 qram və 2349,95 qram qurudulmuş marixuana məhv edilməli, onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 01 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olaraq Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar olunmuş 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 139,95 qram, 399,95 qram, 84,95 qram və 2349,95 qram qurudulmuş marixuana məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar