Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-178/2023 23.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1998-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, M.F.Axundov küçəsi, ev 7-də qeydiyyatda olmaqla, Bərdə rayonu, 588 saylı qəsəbə, bina 11, mənzil 8-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən külli miqdarda, təmiz çəkisi 4,640 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,266 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 09 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu, 588 saylı qəsəbədə müəyyən edilərək polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə baxış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 1 ədəd şəffaf polietilen kəsiyi bükmünündə təmiz çəkisi 4,640 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,266 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələr qəbul etmişdir. 09 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri, 588 saylı qəsəbədə yaşadığı binanın yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyərək üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün onu Bərdə rayon Polis Şöbəsinə aparmışlar. Bərdə rayon Polis Şöbəsində müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Lakin onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisi ona elan edilmiş ittihamda göstərildiyi miqdarda deyil, daha az olmuşdur. Onun üzərindən narkotik vasitə heroin aşkar edilməmişdir. Bərdə rayon Polis Şöbəsində polis əməkdaşları onun cibinə narkotik vasitə heroin qoymuşlar. Polis əməkdaşları onu dəyənəklə döyərək həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsinə məcbur etmişlər. Polis əməkdaşları tərəfindən ona təzyiqlər göstərilməsi ilə bağlı heç bir səlahiyyətli orqana şikayət etməmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddədən heç kimə verməmiş və satmamışdır, özünün şəxsi istifadəsi üçün saxlamışdır. O, ümumiyyətlə heç vaxt narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə ilə üzərində saxlayıb daşımamış, belə bir məqsədi də olmamışdır. Özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. İbtidai istintaq zamanı əməlinin düzgün qiymətləndirilməsi üçün müstəntiqə bu barədə dəfələrlə bildirməsinə baxmayaraq, ona verilən ittiham dəyişdirilməmişdir. Qanunsuz olaraq üzərində psixotrop maddə saxladığına görə əməlindən səmimi peşmandır və məhkəmədən onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs “xx.xx.2022-ci il tarixdə saat 22:10-da ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “qaqa salam bır daha mənəm Bəhruz. 19 azn duzəlsə nəsə ındı tez həll elıyə bılərsen cox pıs agrıyıram tez cavab de bılım, qaqasın senı pad udar qoymaz da sənol bacar tez həl elə gəl agrıdan cıxaq.sənın bayaq göturduyunu də həll eləmısəm səndə pul hardandı, ikimizi də ağrıdan çıxarsan sen çıxaracaqsan, atam mən ölüm baxda day” məzmununda onun istifadəsində olmuş mobil telefon nömrəsinə göndərilmiş mesajla bağlı münasibətini bildirməsi təklif olunarkən, o, narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və əvvəllər narkotik vasitə istifadə etdiyini bildirmiş və həmin mesajın da yəqin ki, narkotik istifadə edən tanışının ondan birlikdə istifadə etməsi üçün narkotik vasitə taparaq birlikdə narkotik asılılığı ilə əlaqədar yaranmış ağrıdan azad olunmaları üçün yazdığını bildirmişdir. Həmçinin bildirmişdir ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkən tanışları ilə birlikdə narkotik qəbul edərkən həmin vaxt kimin pulu olarsa, pulunu da həmin şəxs ödəyirmiş. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 sentyabr 2022-cü il tarixdə verdiyi izahatında, sonra həmin tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 11 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri, 588 saylı qəsəbədə yaşadığı binanın yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyərək üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının təklifi Bərdə RPŞ-nin inzibati binasına getmişdir. Bərdə RPŞ-nin inzibati binasında hüquqlarını müdafiə etmək üçün müdafiəçisinin olub-olmaması soruşulmuş, o isə müdafiəçinin olmadığını bildirdikdə dövlət hesabına fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim edilmişdir. O, həmin siyahından dövlət hesabına Bərdə rayon Vəkli bürosunun vəkili Xanım İsayevanın onun hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümdə içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə həmin narkotik vasitəyə və psixotrop maddəyə baxış keçirilmişdir. Aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr ayrı-ayrılıqda çəkilmiş, narkotik vasitə olan heroinin çəkisi 4,89 və psixotrop maddə metamfetaminin çəkisi 0,32 qram olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, həmin narkotik vasitəni və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bərdə rayon ərazisindən, dəmir yolunun kənarından, yəni yaşadığı binanın yaxınlığından tapmışdır. O, həmin narkotik vasitədən və psixotrop maddədən heç kimə verməmiş və satmamış, istifadə etmək məqsədilə saxlamışdır. Həmin narkotik vasitənin və psixotrop maddənin onda olması barədə hər hansı bir şəxsə deməmiş, üzərindən aşkar edilmiş həmin maddələri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə olmuşdur (iş vərəqə: cild İ, səh.34, 49-50, 63-65). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 sentyabr 2022-ci il tarixdə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxlaması və istifadə etməsi barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Bərdə rayon Polis Şöbəsinin NMQ-un əməliyyat müvəkkili Şahid3 və ekspert kriminalist Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə, yəni Bərdə şəhəri, 588 saylı qəsəbəyə getmişlər. Bərdə şəhəri, 588 saylı qəsəbədə Təqsirləndirilən şəxs yaxınlaşaraq ona narkotik vasitələrinin saxlanmasında və istifadəsində şübhəli olduğunu bildirdikdən sonra Bərdə rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifi ilə razılaşdıqdan sonra Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gəlmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra ona təkilf edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs şalvarının cibindən iki ədəd polietilen kəssiyi bükümü çıxararaq içərisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələri Bərdə rayonu ərazisində dəmiryolu deyilən yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş maddələr tərəzi ilə çəkilərkən bir ədəd polietilen kəsiyi bükümündə olan heroinə bənzər maddənin çəkisi xatırladığı qədər təxminən 4 qramdan artıq olmuş, bir ədəd polietilen kəsiyi bükümündə olan metamfetminə bənzər maddənin çəkisi isə təxminən 0,32 qram olmuşdur. Sonra həmin maddələr qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təsir, təzyiq olmamış və təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid2 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik alqısatqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilməmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs əvvəllər müxtəlif yerlərdə işləsə də, son zamanlar işsiz olmuşdur. O, Cavidin narkotik vasitə istifadə etməsini bilməmiş, həmçinin üzərində narkotik vasitə saxlamasından heç bir məlumatı olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, həqiqətən də onun istifadəsində 050 767 54 29 saylı mobil telefon nömrəsi olmuşdur. O, Təqsirləndirilən şəxs tanımır. Onun istifadəsində olan həmin mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsinə mesaj yazılmasının səbəbini bilmir. Ola bilər ki, tanışlarından kimsə istifadə etmək üçün onun telefonunu götürərkən Təqsirləndirilən şəxs nömrəsinə mesaj yazmışdır. Lakin onun həmin mesajdan heç bir məlumatı yoxdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bərdə rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 09 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı olmuşdur (iş vərəqə: cild İ, səh.5). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və “videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sol yan cibindən 2 (iki) ədəd polietilen kəsiyi bükümü aşkar edilmiş, həmin polietilen kəsiyinin içərisində heroinə bənzər kütlə, digər polietilen kəsiyinin içərisində isə metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin maddələr tərəzidə çəkilərkən heroinə bənzər kütlənin çəkisinin 4,89 qram, metamfetaminə bənzər kütlənin çəkisinin 0,32 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin maddələri Bərdə rayonu ərazisindən dəmiryolu deyilən yerdən tapdığını bildirmişdir. Sonra həmin maddələr qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır(iş vərəqə: cild İ, səh. 29-32, 84). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 Bölməsinin məhkəmə-bioloji, materialların məhkəmə ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 16/1092 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr..” sözləri və imzalar olan zərfdəki: - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,640 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir - 1 (bir) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,266 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (iş vərəqə: cild İ, səh.38-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 09 dekabr 2022-ci il tarixli, 1870 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.127). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin 25 noyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroini və metamfetamini kimdən əldə etməsi müəyyən olunmamış, həmin maddələri satdığı şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır, həmin məktubdan həmçinin görünür ki, Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə mesajla əlaqə saxladığı 050 781-80-00, 050 475-54-74, 055 475-47-47, 050 ***-**-** və 051 ***-**-** saylı mobil nömrələri istifadə edən şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh.123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixə qədər olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, abunəçilərin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrlə bağlı məlumatlar qeyd olunmuşdur. Həmin məlumatlardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:10-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “qaqa salam bır daha mənəm Bəhruz. 19 azn duzəlsə nəsə ındı tez həll elıyə bılərsen cox pıs agrıyıram tez cavab de bılım, qaqasın senı pad udar qoymaz da sənol bacar tez həl elə gəl agrıdan cıxaq.sənın bayaq göturduyunu də həll eləmısəm səndə pul hardandı, ikimizi də ağrıdan çıxarsan sen çıxaracaqsan, atam mən ölüm baxda day” məzmununda mesajlar göndərilmiş, xx.xx.2022-ci il tarixdə saat 01:04-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “cavit menem rauf sher 150 m gozduyrem sennen bize 2di deyb yari verenin” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 13:30-də, ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə “Salam qaqa netersen ayniyon var, lazim olsa xeber ele ozumdedi.” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 23:30-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Var yoxunu ... ele duz eliyib pulu vermemisem sende resulun tayisan davay ey ... haminizdan bari gecen yarisi cibimnen pul verib sene koku aldigi mi salardin yadina belke utanif eliyerdin” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 22:59-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Get isini hel ele sen yarin pulun ver gotur ne isdirsense” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 20:21-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə “Cavid ... o atravanin icine ki men dost yoldas dediyim oqlani lomkada qoyum cavid sen menim evime ne vaxt gelmisen atravani tokmusem qabaqiniza doyuncaq cekmisiniz men hec vaxt narazi yola salmamisam nedeki menim evime her oqlanin basi ucun deyilki gelib oz evi kimi hereket elesin amma sizi men ozume yaxin bilmisemki sizi evime devet etmisem cavid sağliq olsun her sey qarsiliqlidi men sene arxeyin olub kimisede arxeyin etmisem ki narahat olma duzelir cavid sen meni kiminse yaninda yalanci cixartdin Allah komeyin olsun men seni bele bilmezdim saq ol” məzmununda mesajlar göndərildiyi qeyd edilmişdir (iş vərəqə: cild İ, səh.117-120). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış və Bərdə rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş 4,590 qram narkotik vasitə heroin və 0,216 qram psixotrop maddə metamfetamin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır (iş vərəqə: cild İ, səh.148- 156). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs faktiki olaraq azadlığı 09 sentyabr 2022-ci il tarixdə, saat 23:40-dan məhdudlaşdırılmışdır (iş vərəqə: cild İ, səh. 20-21). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 71-75). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (iş vərəqə: cild İ, səh. 89). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh. 110). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya həmin maddələri məhz satış məqsədilə əldə etməsi və saxlaması nə şahid ifadələri ilə, nə cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı mesaj mətinlərinin məzmunu ilə, nə də digər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bərdə rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid2, həmin Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 4,640 qram olduğundan külli miqdar kimi qəbul edilməli, ondan götürülən “metamfetamin” psixotrop maddəsinin kütləsi isə 0,266 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsinin 4,640 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə və ya psixotrop maddə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin hissələrə bölünməsinə, çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Bundan başqa, məhkəmə cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə digər mobil telefon nömrələrindən göndərilmiş mesaj mətinləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin məlumatlar məhkəmə araşdırması zamanı tədqiq edilərkən həmin mesaj mətinlərinin məzmununda Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddələri satmasını və ya onun belə bir məqsədinin olmasını təsdiq edən məlumatların olduğu müəyyən edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin mesaj mətinləri ayrı-ayrılıqda tədqiq edilərkən onların məzmunundan müəyyən olunur ki, qeyd edilən mesajlar Təqsirləndirilən şəxs ilə digər şəxslərin birlikdə narkotik vasitə əldə edib istifadə etmələri ilə və yaxud hansısa şəxsin nə vaxtsa Təqsirləndirilən şəxs istifadə etməsi üçün narkotik vasitə verdiyinə dair mesaj mətinləridir. Həmin mesaj mətinlərinin məzmunu təhlil edilərkən (Təqsirləndirilən şəxs istifadəsində olmuş nömrəyə “qaqa salam bır daha mənəm Bəhruz. 19 azn duzəlsə nəsə ındı tez həll elıyə bılərsen cox pıs agrıyıram tez cavab de bılım, qaqasın senı pad udar qoymaz da sənol bacar tez həl elə gəl agrıdan cıxaq.sənın bayaq göturduyunu də həll eləmısəm səndə pul hardandı, ikimizi də ağrıdan çıxarsan sen çıxaracaqsan, atam mən ölüm baxda day” mesaj mətninin məzmunundan da görünür ki, Bəhruz adlı şəxs Təqsirləndirilən şəxs birlikdə istifadə etmələri üçün narkotik vasitə tapmaqda köməklik etməsini xahiş edir, həmçinin digər mesaj mətinlərinin məzmununda da narkotik vasitələrin satışı ilə bağlı heç bir sübut müəyyən olunmur) narkotik vasitə istifadə edən şəxslərin narkotikə ehtiyacları yarandığı hallarda onların arasında olan ümumi danışıqlarla bağlıdır, lakin həmin mesajlarda narkotik satışı ilə bağlı ümumiyyətlə hər hansı məlumat mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, həmin mesajlarda narkotik satışı ilə bağlı heç bir məlumat olmaması ilə yanaşı, həmin mesajların hər biri Təqsirləndirilən şəxs göndərilmiş və sonuncudan da narkotik vasitəni satdığını təsdiq edəcək heç bir cavab mesajı göndərilməmişdir. Məhkəmə həmin mesaj mətinləri ilə bağlı eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı həmin mesaj mətinlərini əsassız olaraq təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair sübut növü kimi qəbul edərkən, həmin mesajları göndərmiş şəxsləri müəyyən edib şahid qismində dindirməmişlər, bununla bağlı məhkəmə araşdırması zamanı həmin nömrələrin sahiblərinin əlavə şahid qismində dindirilməsinə dair qərar qəbul edilmiş, lakin məhkəmə baxışı zamanı həmin şəxslərdən yalnız X1 şahid qismində dindirilməsi mümkün olmuş, həmin şahidin ifadəsində isə Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Həmin nömrələrin sahibləri ilə bağlı digər şəxslərin isə şahid qismində məhkəmə iclasında dindirilməsi üçün məhkəmə tərəfindən “şahidin məcburi gətirilməsi barədə” qərar qəbul edilsə də, müvafiq polis idarələri tərəfindən həmin şəxslərin yerinin müəyyən edilməsi mümkün olmadığından onların məhkəmədə iştiraklarının təmin edilməsi də mümkün olmamışdır. Odur ki, həmin mesaj mətinlərinin məzmununda Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satmasını və ya belə məqsədinin olmasını təsdiq edən məlumatların olmamasını, bundan başqa həmin mesajların göndərildiyi nömrələrinin sahiblərinin ibtidai istintaq zamanı müəyyən edilərək şahid qismində dindirilməmələrini, məhkəmə baxışı zamanı isə məhkəmə tərəfindən edilmiş bütün cəhdlərə baxmayaraq onların dindirilməsinin mümkün olmaması (yalnız bir nəfəri istisna olmaqla) və nəticə etibarilə həmin mesajlarla bağlı Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir halın müəyyən olunmasının mümkün olmamasına görə, məhkəmə həmin mesajları Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamağını təsdiq edən sübut növü kimi qəbul etmir. Bununla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında sərgilədiyi hüquqi mövqeyə əsasən şəxsin təqsirliliyi ilə bağlı əsas götürülən sübut növləri ona irəli sürülən ittihamın həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı işi üzrə” qərarında qeyd edilmişdir ki, “dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşat fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, işdə olan 09 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmamışdan əvvəl onun barəsində satış məqsədi ilə deyil, narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş (iş vərəqə: cild 1, səh.9) və onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış (iş vərəqə: cild 1, səh.1), o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuş (iş vərəqə: cild 1, səh.20-21), ilkin araşdırma başladığı vaxtdan verdiyi izahatında, həmçinin şübhəli şəxs kimi dindirilərkən və təqsirləndirilən şəxs kimi ifadə verərkən də verilmiş suallara cavab olaraq ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni heç kimə satmaq niyyətinin olmadığını, istifadə etmək məqsədilə saxladığını bildirmiş (iş vərəqə: cild 1, səh.34, 49-50, 63-65), həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəsi ilə bağlı zənglər və mesaj mətnlərinə dair «Azərcell»dən daxil olmuş məlumatlarda da onun satış məqsədilə narkotik vasitə əldə etməsini təsdiq edən hər hansı məlumatlar aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh.117-120). Lakin qeyd edilənlərə baxmayaraq, yəni Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir hallar mövcud olmasa da və ibtidai istintaqın əvvəlindən sonuna qədər bununla bağlı heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddə heroinin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması kimi qiymətləndirmişdir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var (iş vərəqə: cild İ, səh.127). Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən istifadə etdiyi narkotik vasitə və psixotrop maddə metamfetamin aşkar edilərkən, yalnız heroin narkotik vasitəsinin külli miqdar həddində aşkar edilməsi əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun məqsədinin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatlarının onun satış məqsədi ilə deyil, narkotik vasitəni üzərində saxlaması barədə olduğu, onun hər hansı şəxsə narkotik vasitə satmasının müəyyən olunmasının mümkün olmadığı, həmçinin onun üzərindən aşkar edilən növdə olan narkotik vasitədən və psixotrop maddədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni və psixotrop maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsi 4,640 qram olmaqla külli miqdar təşkil etdiyindən, həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Bərdər rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilərək narkotik vasitə heroinin onun cibinə qoyulması və həmin maddənin ona məxsus olmasını etiraf etməsinə məcbur edilməsinə, şəxsi axtarış zamanı onun üzərindən yalnız psixotrop maddə olan metamfetamin aşkar edilməsi, həmin metamfetaminin çəkisinin isə ona elan edilmiş ittihamda göstərildiyi miqdarda deyil, daha az olmasına dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə və yaxud daha ağır cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və həmin maddələri tapdığını bildirmiş (iş vərəqə: cild 1, səh.29-32), sonra xx.xx.2022-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən həmin narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edildiyini, həmin maddələri tapdığını göstərmiş (cild 1, iş vərəqə: 34), həmçinin sonradan xx.xx.2022-cü il tarixdə şübhəli şəxs qismində və xx.xx.2022-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunduğunu etiraf etmişdir (cild 1, iş vərəqə:49-50, 63-65). Həmçinin cinayət işinin materiallarında olan 09 dekabr 2022-ci il tarixli, 1870 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkolojitibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni tapdığını bildirmiş və həmin maddənin ona məxsus olduğunu inkar etməmişdir (cild 1, iş vərəqə: 127), bundan başqa, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmədə qətimkan tədbiri ilə bağlı təqdimata baxılarkən Təqsirləndirilən şəxs səhv etdiyini, əməlindən peşman olduğunu bildirmişdir (cild 1, iş vərəqə: 71-75). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni Bərdə rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilərək ondan aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar araşdırmanın aparılmasına dair Bərdə Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Bərdə Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 44c-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya digər hər hansı təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Bərdə Rayon Prokurorluğunda toplanmış həmin material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 09 mart 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Həmçinin məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Bərdə Rayon Polis X3 Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X5 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və müayinə zamanı onda hər hansı xəsarətlər müəyyən edilməmişdir (cinayət işinin materialları). Odur ki, qeyd olunanlar Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan məlumatlar verdiyini bir daha təsdiq etməklə, onun məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər göstərilərək narkotik vasitə heroinin onun cibinə qoyulması və etirafedici ifadələr verməsinə məcbur edilməsinə, üzərindən aşkar edilmiş metamfetaminin çəkisinin ona elan edilmiş ittihamda göstərildiyindən daha az miqdarda olmasına dair bildirdiyi inkaredici hallar cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlaması “şəxsi axtarış haqqında” protokol, “şəxsi axtarışın video görüntülərinin əks olunduğu diskə baxış” protokolu, maddi sübutlar, istintaq hərəkəti protokolları, ekspert rəyləri, təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, şahid ifadələri və cinayət işinin obyektiv halları ilə tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə faktiki olaraq azadlığı məhdudlaşdırılaraq, Bərdə Rayon Məhkəməsinin 11 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 09 sentyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2022-cü il tarixli, 1870 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bərdə rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,590 qram narkotik vasitə heroin və 0,216 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli onun faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4,590 qram narkotik vasitə heroin və 0,216 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə
Məhkəmə qərarları › İş №1(100)-178/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-178/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver