Məhkəmə qərarları › İş №1(100)-178/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-178/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-178/2025 22.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi7, fərdi qaydada fəaliyyət göstərən “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi11, Bərdə Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi10, Müdafiəçi8, Müdafiəçi9, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, cinayət törədilən vaxt Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün birbaşa yolla şəxsən və ya vasitəçidən istifadə etməklə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək almışdır. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli, 2478 nömrəli Sərəncamı ilə Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99-cu maddəsinə əsasən ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq, müşavirə otağının sirrini qorumaq, qapalı məhkəmə iclaslarında müəyyən olunmuş məlumatları gizli saxlamaq, ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və ləyaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinmək, ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməmək, məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirməmək kimi vəzifələri yerinə yetirən, həmin Qanunun 20-ci maddəsinə, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 80 və 81-ci maddələrinə əsasən rayon (şəhər) məhkəməsinin hakimi kimi birinci instansiya məhkəməsində cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına baxmaqla ədalət mühakiməsini həyata keçirən vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində, yəni, icraatında olan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncunun arvadı, Bərdə rayon sakini, Şahid1 2023-cü ilin may ayında Bərdə Rayon Məhkəməsində qeyri-rəsmi qaydada mühafizəçi kimi fəaliyyət göstərən cinayətdən xəbərsiz Şahid3 və həmin məhkəmədə məsləhətçi (iclas katibi) vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid4 vasitəsilə təqsirləndirilən şəxs Məqsəd Bayramova yüngül cəza təyin edilməsi ilə bağlı özünə müraciətindən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə, yəni 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün Şahid4 vasitəsilə sonuncunun Şahid1 ilə ünvan 2 ünvanında yerləşən Bərdə Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında olan görüşləri zamanı xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində Şahid1 özü üçün birbaşa yolla maddi nemət olan külli miqdar təşkil edən 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, Şahid4 vasitəsilə onun razılığını aldıqdan sonra 2023-cü ilin may ayında ilk olaraq 10.000 (on min) manat və 2023-cü ilin iyun ayında 8.000 (səkkiz min) manat olmaqla külli miqdar təşkil edən 18.000 (on səkkiz min) manat pul vəsaitini Şahid4 vasitəsilə Şahid1 qeyd edilən ünvanda yerləşən Bərdə Rayon Məhkəməsinin inzibati binasında rüşvət qismində almış, cinayətkar niyyətini davam etdirərək, eyni niyyətlə müvafiq məhkəmə prosesinin gedişində, 2023-cü ilin sentyabr ayında Şahid1 ilə Bərdə Rayon Məhkəməsinin inzibati binasında olan görüşləri zamanı həmin məsələnin həlli, yəni sonuncunun əri Məqsəd Bayramovun təqsirləndirildiyi maddənin sanksiyasının aşağı həddində cəzanın təyin edilməsi üçün xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində əlavə olaraq özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək həmin pul vəsaitini qeyri-rəsmi əsaslarla məhkəmədə mühafizəçi qismində fəaliyyət göstərən Şahid3 təqdim etməsini bildirib, Şahid1 razılığını aldıqdan sonra 2023-cü ilin sentyabr ayında özü üçün birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini göstərilən ünvanda yerləşən Bərdə Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında Şahid1 Şahid3 vasitəsilə rüşvət qismində alınıb Bərdə Rayon Məhkəməsinin inzibati binasında sonuncu tərəfindən özünə təqdim edilməsindən sonra, 2023-cü ilin oktyabr ayının ortalarında Şahid1 ilə Bərdə Rayon Məhkəməsinin inzibati binasında olan görüşləri zamanı məhkəmə prosesinin müddətinin uzanması ilə əlaqədar sonuncunun narazılıq etməsindən sonra Şahid1 rüşvət qismində aldığı ümumilikdə 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitinin 8.000 (səkkiz min) manat olan hissəsinin Şahid3 vasitəsilə Bərdə Rayon Məhkəməsinin inzibati binasının yaxınlığında Şahid1 qaytarılmasını təmin edərək, yenidən cinayətkar niyyətini davam etdirib, eyni niyyətlə, 2023-cü ilin oktyabr ayının sonlarında Bərdə Rayon Məhkəməsinin inzibati binasında Şahid1 ilə olan növbəti görüşləri zamanı sonuncuya qabaqcadan bildirdiyi, yəni Məqsəd Bayramov barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edəcəyini bildirib qaytardığı 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini yenidən, özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyərək sonuncunun razılığını aldıqdan sonra 28 oktyabr 2023-cü il tarixdə qeyri-rəsmi əsaslarla sürücüsü kimi fəaliyyət göstərən cinayətdən xəbərsiz Şahid2 vasitəsilə Bərdə şəhəri, Heydər Əliyev prospekti ilə Koroğlu küçəsinin kəsişməsində yerləşən “KONTAKT HOME” adlı mağazanın qarşısında, sonuncunun idarə etdiyi **-FL-*** dövlət qeydiyyat nişanlı, “Hyundai İ30” markalı avtomobildə Şahid1 özü üçün birbaşa yolla külli miqdarda təşkil edən maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin alınaraq ünvan 2 ünvanında yerləşən Bərdə Rayon Məhkəməsinin inzibati binasında Şahid2 tərəfindən özünə təqdim edilməsi ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə vahid niyyətlə külli miqdarda maddi nemət olan cəmi 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almış, rüşvət müqabilində edəcəyi hərəkətin icrası ilə əlaqədar X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, yəni 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə 27 noyabr 2023-cü il tarixli, 1(021)-107/2023 nömrəli ittiham hökmünü tərtib edərək imzalayıb həmin hökmü Məhkəmənin inzibati binasında yerləşən məhkəmə iclas zalında elan etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 178-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hakimlik dövründə müxtəlif işlərə baxmış, heç kim ondan şikayət etməmişdir. Bu vaxta qədər işlədiyi müddətdə pul almamışdır. Onun katibi Orxanın, həmçinin Qurbanın və Mehtinin bu işdə heç bir təqsiri olmamışdır. Həmin dövrdə anasında onkoloji şiş çıxdığından pula ehtiyacı olmuş, anasının döşü kəsilmə mərhələsinə gəlib çıxmışdır. Anasının əməliyyat məsələsində pul alınmışdır. Dörd bükümdən yuxarı narkotik vasitələrin dövriyyəsi ilə bağlı olan cinayət işləri üzrə o əməli heç vaxt tövsif etməmişdir. O, pulu almış və ehtiyacı üçün xərcləmişdir. Aldığı pulun toplam məbləği 21.000 (iyirmi bir min) min manat olmuşdur. Sonra atasında onkoloji xəstəlik aşkarlanmış, yenidən pula ehtiyac olduğundan pulu qaytarmaqda problem yaranmışdır. O, hakim işlədiyi müddətdə heç kəsi qəbul etməmişdir. Təqsirləndirilən şəxs daha sonra ittiham və müdafiə tərəfin və hakimlərin suallarını cavablandıraraq ifadəsində göstərmişdir ki, o məhkəmənin həyətində ağlayan bir qadının olmasını görmüş və həmin qadın Vüsalın əmisi qızı olmasını bildirmişdir. Aygül ağlamış o isə “narahat olma” demiş və həmin vəsaiti qaytarmaq istəmişdir. Sonra məhkəmədə söhbətlər yayılmış və məhkəmədə çəkilişlərin olması gündəm olmuşdur. O bir qədər şübhələnmiş və çəkilişlərin olmasını bilmişdir. O sürücü ilə gedib-gəlmişdir. Həmin vaxt artıq şübhələnmişdir. Aygülə o yazmamış, lakin o demiş və Aygülə onun telefonundan yazılmışdır. Aygül pul tələb etməmişdir. Onun digər hökmləri də vardır ki, həmin maddə ilə o həddə cəza verilmişdir. Onun əməli CM-in 178-ci maddəsinin tərkibini yaradır və həmin maddə ilə özünü təqsirli bilir. Hansı fəslin olması yadında qalmamış, yanılmırsa sentyabr ayı olmuşdur. Aygülün üzərində telefon olmamışdır. Onun xidməti otağı 3 metr olmuş, telefonla çəkilişin aparılması mümkünsüz olmuşdur. O otaqda pul almamışdır. Çəkilişlər ona qarşı bir təzyiq olmuşdur. O, bu işləri kim elədiyini bilmir, amma onun haradan qaynaqlandığını bilir. O işlər üzrə qərar qəbul edəndə kimsə ilə danışmasın deyə həmişə telefonu söndürmüşdür. Qərarı qəbul edib çıxandan sonra ona zəng edənlərə gərək əvvəldən deyərdin demişdir. Axırıncı onun problemi bəraət hökmündən sonra başlanmışdır. Bəraət hökmü qüvvədə qalmışdır. Ona söz deyiləndə nəsə olacağını bilmişdir. Qadın ağ köynəkdə olmuşdur. Əynində gödəkçəsi də olmuşdur. O, qadında telefonun olub-olmamasına baxmamışdır. O şübhələndiyindən pulu geri qaytarmışdır. Sonradan atasında onkoloji xəstəlik aşkar olunduğundan o məcbur qalıb 8000 (səkkiz) min manatı yenidən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əri Məqsəd Bayramovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət işi ilə bağlı tanımışdır. O, ərinin işi ilə bağlı köməklik göstərilməsini istəmişdir. İş Bərdə Rayon Məhkəməsinin icraatında olmuşdur. O, əri Məqsədə iş verilməsidən məlumatlı olmuşdur. O Bərdə Rayon Məhkəməsində olan zaman Qurban adlı şəxs ona yaxınlaşaraq ona “sənin yaxın qohumlarının salamı vardır” demişdir. O özü-özlüyündə məhkəmənin mühafizəçisinin onun ata-babasını tanıdığından etibarlı şəxs olmasını düşünmüşdür. Həmin vaxt Qurban ona “əlaqə saxlaya bilərsən sənə köməklik edəcəkdir” demişdir. Bundan sonra o yaxın qohumları ilə əlaqə saxlamış və onun yaxın qohumları ona nəticəsi barədə məlumat veriləcəyini demişlər. O əmisi oğluna Təqsirləndirilən şəxsla danışmasını və ona köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin əmisi oğluna “nə lazımdır olunacaqdır” demişdir. Gecə saat 01 radələrində ona zəng gəlmiş və ertəsi gün saat 11-də məhkəmənin qarşısında olması bildirilmişdir. Ona Orxan adlı şəxsin qarşılayacağı və köməklik göstərəcəyi deyilmişdir. O, Orxan adlı şəxslə görüşmüş və sonuncu ondan istəyinin nə olmasını soruşmuşdur. O isə köməklik göstərilməsini və ərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və buraxılmasını istədiyini bildirmişdir. Həmin vaxt Orxan ona 20 (iyirmi) min manat demiş, o isə 20-yə gücünün olmamasını bildirmişdir. Həmin vaxt Orxan ona 10 (on) min manata 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilə biləcəyini demişdir. O, isə ərinin günahsız və xəstə olmasını bildirmişdir. Bundan sonra Orxan danışacağını demişdir. Sonra onlar 17 (on yeddi) min manata razılaşmışlar. Həmin vaxt Orxan ona həmin pulun sabah saat 11-dək gətirib verməsini demişdir. O, axşam saat 04 (dörd) radələrində Orxana zəng etmiş və pulun hazır olduğunu bildirmişdir. Həmin gün Orxan məhkəmə binasının mətbəxində kameralardan uzaq yerdə ondan pulu almışdır. Bundan sonra məhkəmə iclasları heç bir əsas olmadan uzanmışdır. Hər dəfə ona səbirli olması deyilmişdir. Yay ayları, axşam radələrində ona zəng gəlmiş və kəsir pulun gətirilməsi tələb olunmuşdur. O, isə kəsir qalan pulu aparıb vermiş, lakin buna baxmayaraq, məhkəmə iclasları yenə də uzanmışdır. O, pulu işin tez qurtarması üçün vermişdir. Ona nə deyilmişdirsə o, bütün tələbləri icra etmişdir. Hər dəfə Orxan adlı şəxs ona “yaxşı olacaq” demişdir. Onun iki körpə övladı vardır və onlar hər məhkəmə iclasında məhkəmənin qabağında oturaraq atalarının gəlməsini gözləmişlər. O, işin uzanmasını görmüşdur. O, verdiyi 18000 (on səkkiz min) manatdan əlavə 3000 (üç min) manat pul vermişdir ki, “yuxarıdan razılıq alsın”. O, 3000 (üç min) manat pulu məhkəmədən sağda yerləşən yaşayış darvazasının önündə Orxan adlı şəxsə vermişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs uşaqlarının xəstə olmalarını və hər şeyin onun üzərində olmasını bildirmişdir. O, hər şeyi gözə almış və nə olur olsun ərinin oradan çıxaracağını düşünmüşdür. Korrupsiya qarşı Mübarizə Baş İdarəsində onun ərizəsi qəbul olunmuşdur. Orxan bu işdən kənarlaşdırılmışdır. Elsun müəllim bu işdən Orxanı kənarlaşdırıldığını və onunla şəxsən əlaqə saxlamasını bildirmişdir. O, 18000 (on səkkiz min) manat pulu Orxana, 3000 (üç min) manat pulu isə Qurbana vermişdir. Təqsirləndirilən şəxs Qurbanla görüşməsini şəxsən özü bildirmişdir. Ümumi məbləğ 21 (iyirmi bir min) manat olmuşdur. Ayrı-ayrılıqda pulu 3 dəfəyə vermişdir. İlk dəfə on min, ikinci dəfə səkkiz min, sonuncu dəfə üç min manat pul vermişdir. Bu pulların əvəzində həyat yoldaşı azadlığa çıxmalı və yüngül cəza ilə cəzasını azadlıqda çəkməli idi. Hər məhkəmədə ona qısa müddətdə yaxşı olacağı deyilmiş, iyun ayında həll olunacağı bildirilmişdir. Verdiyi puldan 6000 (altı) min manatı ona qaytarılmışdır. Elsun müəllim özü pulu Qurbana vermiş və Aygülü görərsən demişdir. Pulu məhkəmənin çölündə qaytarmışlar. Həmin vaxt ona pulu götür, hələki alınmır, alınsa özümüz xəbər edəcəyik deyilmişdir. Az müddətdən sonra ona qaytardıqları pulu o, yenidən sürücü vasitəsi ilə geri qaytarmışdır. Elsunun özünə şəxsən pul verməmiş, ancaq vasitəçilərin əli ilə vermişdir. Axırıncı pulu özünə çıxarıb verən zaman Təqsirləndirilən şəxs ona olmaz demişdir. Məsələ uzandığı və evdə onu lağa qoyduqları üçün ona pis təsir etdiyindən və o, Elsun müəllimin hakimlik vaxtının bitdiyini bildikdən sonra şikayət etmək qərarına gəlmiş və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gedərək ərizə yazıb vermişdir. Ona şikayət etməyi heç kim məsləhət etməmişdir. Elsun müəllim tutulandan sonra vəkili ona ümumi məbləği geri qaytarmışdır. Daha sonra şahid ittiham və müdafiə tərəfin və eləcə də hakimlərini suallarına cavab olaraq ifadəsində göstərdi ki, ilk dəfə Elsun müəllim onu özü qəbul etməmiş, Orxanı göndərmişdir. İlk dəfə pulu ondan Orxan istəmişdir. Orxan ondan 10 (on min) manat istəmişdir. Orxanla məhkəmənin həyətində danışmışlar. O, əvvəl 10 (on min) manat vermiş daha sonra isə 08 (səkkiz min) manat vermişdir. Pulu az müddət ərzində vermiş, axırıncı dəfə 3000 (üç min) manatı avqust-sentyabr aylarında vermişdir. Çəkilişləri ilk dəfə pulu verdikdən sonra çəkmişdir. Evdə də ona «səni aldadacaqlar» deyildiyindən o, da uşaqlara aldığı telefonla çəkilişlər aparmışdır. «Birdən aldadılaram, bu insan içəridən çıxmaz, işimi ehtiyatlı tutum» deyə özü üçün çəkiliş edib saxlamışdır. Telefon Gəncədən uşaqlara aldığı «Kitayski» Çin istehsallı telefon olmuş, markası yadından çıxmışdır. O, məhkəmənin binasına keçəndə yoxlanılmış, öz telefonu alınmış, amma uşaqlara aldığı telefonu özündə saxlamışdır. Videonu çəkəndən sonra çəkilişi Bərdə şəhərində fərqli yerlərdə disklərə köçürmüşdür. O bir neçə dəfə çəkilişlər etmişdir. Telefon köynəyinin cibində olmuşdur. Çəkilişi apardıqdan sonra üzləri tanınsın deyə ekranı kompüterlə təmizlətdirmişdir. Telefon qırıldığından atmışdır. İstintaqa telefonu yox, diskləri vermişdir. Çəkiliş aparan zaman qolu uzun köynək geyinmişdir. Telefonu necə yerləşdirdiyini və necə çəkiliş aparmasını, telefonu niyə yerləşdirməsini, hara yerləşdirməsi onun şəxsi işi olduğundan bu barədə heç nə danışmaq istəmir. Telefon balaca ölçüdə olmuş, çox vaxt oturub üzbəüz danışırdıqları üçün üzərində telefon olduğuna fikir verməmişdir. Çəkilişi yalnız telefonla aparmış, başqa bir qurğu görməmiş və tanımamış, elə qurğuları almağa da maddi imkanı olmamışdır. Ekspert o, video çəkəndə yanında olmadığından və onunla bir yerdə video çəkmədiynidən ekspertizanın rəyinə inanmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü olmuş, qeyri rəsmi olaraq Təqsirləndirilən şəxs 02 il ailə sürücüsü olmuşdur. Təqsirləndirilən şəxs ona zəng etmiş və məhkəmənin qarşısına gəlməyini istəmişdir. O, gəldikdən sonra Təqsirləndirilən şəxs xanımı ünvanına düşürməyi istəmişdir. Xanımı götürdükdən sonra Heydər Əliyev prospekti ilə Koroğlu prospektinin kəsişməsində olan «Kontakt Home»-un qarşısında xanım avtomobili saxlatmış və avtomobildən düşmüşdür. Xanım avtomobildən düşdükdən sonra 8000 (səkkiz min) manat pul saymış ona vermiş və həmin pulun Təqsirləndirilən şəxs verilməsini istəmişdir. O həmin pulu gətirib Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs əvvəlcədən ona xanımın bir şey verəcəyini demiş və onu götürüb gətirməyini tapşırmışdır. Pul açıq şəkildə olmuş, əvvəl qadın pulu özü saymış, sonra saymaq üçün pulu ona vermiş o da pulu saymışdır. Təqsirləndirilən şəxs gördüyü işlərin qarşılığında ona 100 (yüz) manat pul verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə Rayon Məhkəməsində mühafizə polisində gündüz 8 saatlıq xidmətdə olan zaman yoldaşı narkotik vasitə ilə tutulduğu üçün Şahid1 məhkəməyə gəlib getmişdir. Şahid1 onun həmkəndlisi olduğu üçün ona yaxınlaşmış və ona köməklik etməsini xahiş etmişdir. O, isə bu işin onun səlahiyyətində olmadığını və heç bir köməklik edə bilməyəcəyini demişdir. Daha sonra Şahid1 onun şəxsi əlaqə telefonunu götürmüş və bir neçə dəfə ona zəng edərək köməklik etməyi istəmiş, o isə heç bir köməklik edə bilmiyəcəyini demişdir. Aygül məhkəməyə gəldikdən sonra ondan ona kimin köməklik edə biləcəyini soruşmuş, o isə polis əməkdaşı olduğunu və hər hansısa bir köməklik etmək səlahiyyətində olmadığını özünün kiməsə yaxınlaşıb maraqlanmasını demişdir. Sonra Aygül bir neçə dəfə məhkəməyə gəlib-getmiş, bir dəfə məhkəməyə gələndə isə ona cənab hakimlə görüşməli olduğunu bildirmiş, o isə hakimlə görüşməyə icazə verilmədiyini demişdir. Aygül hakimin özünün məlumatı olduğunu demiş, o hakimin xidməti otağına getmiş, məruzə etmiş, icazə almış, hakim Aygülün gəlməyinə icazə vermişdir. Təqsirləndirilən şəxs ona Aygülün nəsə verəcəyini və onu götürməyi demişdir. O, aşağı düşdükdən sonra məhkəmənin binasından çıxarkən sol tərəfdə balaca ara dar küçədə yağışlı, çiskinli havada «A» dörd kağızı formatında üçbucaq formasında bağlamanın içində 30 (otuz) ədəd Azərbaycan yüz manatını götürmüş və yenidən hakimin xidməti otağına qayıdaraq, sonuncudan icazə almış və bağlamanı vermişdir. Hadisədən ay yarım, iki ay keçdikdən sonra Aygül gəlmiş və ona müəllimlə danışdığını, pulun geri qaytarılmalı olduğunu demişdir. O, Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncu bağlamanı ona vermişdir. Bağlamanın içində nə qədər pul olduğuna baxmamışdır. O, 2023-cü il avqust ayının 9-dan təqaüddə olmuşdur. O, təqaüdə çıxdıqdan sonra uşaqları universitetdə oxuduğundan və maddi çətinliyi olduğundan Təqsirləndirilən şəxs xahiş etmiş və onun yanında dəftər kitabını daşımağı və qarşılığında nə verərsə qəbul edəcəyini demişdir. Təqsirləndirilən şəxs isə onun xahişini yerə salmamışdır. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra Aygülə yaxınlaşmış və döş cibindən pulu çıxarıb saymadan özünə vermişdir. Şahid1 isə pulu saymadan götürmüşdür. Məhkəmə iclasında şahid qismində dinrilmiş Şahid4, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsində hakim olmuş, o isə məhkəmədə iclas katibi olmuşdur. Elsun müəllim Şahid1 gələcəyini demiş və əlində nəsə olacağını və onu götürüb ona gətirməsini istəmişdir. O, Şahid1 adlı şəxsi Bayramov Məqsədin işi ilə bağlı gəlib -getdiyi üçün tanımışdır. Şahid1 ilə qeyri-prosessual olaraq iki dəfə görüşmüş, söhbət zamanı Şahid1 ondan bir neçə dəfə köməklik göstərməyi istəmişdir. O, Aygülə köməkliklə bağlı hakimə heç nə deməmişdir. O, görüşəndə ona bağlama zərfdə verilmişdir. Dəqiq xatırlamır, amma deyəsən Şahid1 zərfin daxilində 09 min manat olduğunu demiş, o özü də pulu saymış və xidməti otaqda hakimə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, da həmin rayonda işləyib və yaşadığından Təqsirləndirilən şəxs işlə bağlı tanımışdır. Onun Təqsirləndirilən şəxsla tanışlığı və münasibəti yaranmışdır. Onun uzaq qohumunun işi Təqsirləndirilən şəxs icraatında olmuşdur. Onların məhkəmə işlərindən anlayışları olmadığı üçün o, Təqsirləndirilən şəxs Aygülə başa salmağını və istiqamət verməyini xahiş etmişdir. O, Aygül ilə Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə tanış etmişdir. İşin hansı maddə ilə olmasını bilməmişdir. Sonradan Aygül ona “getdim görüşdüm məni başa saldı sağ olsun” demişdir. Sonrakı proseslərdə o, iştirak etməmişdir. Hadisə barədə mobil telefondan xəbərlərdən məlumatlı olmuşdur. Həmin gündən o Aygülü danışdırmamışdır. Aygül uzaq qohum, atasının əmisi oğlunun qızı olduğundan o, Elsun müəllimdən Aygülə kömək etməsini xahiş etmişdir. Pul barəsində o heç nə bilməmişdir. Bildiyinə görə işin gedişatında ləngimələr olduğundan narazılıq yaranmışdır. Baş verən hadisələrdən sonra onların münasibətləri pozulmuş, o, qızın atası ilə aralarına hasar çəkmişdir. O, Aygülün anasından bir dəfə bu işin necə olması ilə maraqlanmış, anası isə hadisənin necə olmasını bilmədiyini, Aygülün ona heç nə demədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 fevral 2024-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə, 01 iyun 2024-cü il tarixədək ev dustaqlığı seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 fevral 2024-cü il tarixlı “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid1 əri X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs ümumilikdə 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində verməsini sonuncunun üzünə qarşı bildirmişdir. Qarşılığında isə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və üzləşmədən imtina etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 fevral 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid1 əri X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair cinayət işi icraatında olan Təqsirləndirilən şəxs rüşvət qismində verdiyi ümumilikdə 21.000 (iyirmi bir min) manat pul vəsaitindən 3.000 (üç min) manat olan hissəsini Şahid3 vasitəsilə verdiyini, sonradan işin məzmununa əsasən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən özünə məhz Şahid3 vasitəsilə qaytarıldığını bildirmişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 Şahid1 dediklərini təsdiq edərək Təqsirləndirilən şəxs göstərişinə əsasən Aygül Bayramovdan 3.000 (üç min) manat məbləğində pul vəsaitini alaraq Təqsirləndirilən şəxs xidməti otağında təqdim etdiyini, həmin faktdan təxminən 20 gün sonra Şahid1 növbəti dəfə məhkəmənin inzibati binasına gələn zaman Təqsirləndirilən şəxs onu xidməti otağına dəvət etdiyini, həmin vaxt ona 100 manatlıq əsginasları, sarı rezin ilə bağlanmış qaydada ona təqdim etdiyini və “bunu Aygül xanıma verərsən, iş alınmadı” dediyini, bundan sonra mühafizəçi otağında Şahid1 həmin pulu cibindən çıxarıb təqdim etdiyini, qaytarılan pulun isə miqdarını bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 fevral 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid3 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid3 hakim vəzifəsində işləyən Təqsirləndirilən şəxs tapşırığına əsasən Şahid1 3.000 (üç min) manat pul alaraq Təqsirləndirilən şəxs xidməti otağında təqdim etdiyini, üzərindən 15-20 gün keçdikdən sonra isə Təqsirləndirilən şəxs göstərişinə əsasən sonuncunun ona xidməti otağında ona təqdim etdiyi miqdarını bilmədiyi pul vəsaitini isə Şahid1 təqdim etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Qarşılığında isə Təqsirləndirilən şəxs Şahid3 həmin pul vəsaitinin hansı məqsədlə alınması barədə məlumatının olmadığını, sonuncunun yalnız Şahid1 tərəfindən verilmiş pul vəsaitini ona çatdırdığını, başqa işlərlə bağlı belə bir halın baş vermədiyini, sonradan Şahid1 qaytardığı 8.000 (səkkiz min) manat vəsaiti də Şahid3 vasitəsilə qaytardığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 fevral 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid4 hakim vəzifəsində işləyən Təqsirləndirilən şəxs tapşırığına əsasən Şahid1 bir dəfə 10.000 (on min) manat, növbəti dəfəsində isə 8.000 (səkkiz min) manat məbləğində olmaqla, ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitini alaraq Təqsirləndirilən şəxs xidməti otağında təqdim etdiyini sonuncunun üzünə qarşı bildirmişdir. Qarşılığında isə Təqsirləndirilən şəxs Şahid4 müstəqil qərar qəbul edən şəxs olmadığını, Şahid1 pul vəsaitinin alınması və təqdim edilməsi barədə Şahid4 şəxsən özünün göstəriş verdiyini, qarşılığında Şahid4 ondan heç bir şey soruşmadığını, ümumilikdə Şahid4 tərəfindən Şahid1 alınmış 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin özünə çatmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 fevral 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Şahid2lə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid2 hakim vəzifəsində işləyən Təqsirləndirilən şəxs tapşırığına əsasən Şahid1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini alaraq Təqsirləndirilən şəxs xidməti otağında təqdim etdiyini sonuncunun üzünə qarşı demişdir. Qarşılığında isə Təqsirləndirilən şəxs Şahid2 yalnız bir dəfə Şahid1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini alaraq özünə təqdim etdiyini, Şahid2 bu işi onun göstərişi əsasında icra etdiyini, Şahid2 həmin pul vəsaitinin hansı məqsədlə ona verilməsindən məlumatsız olduğunu, işin mahiyyətini bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “fotocədvəldən” görünür k, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında “whatsapp” proqramı vasitəsilə aparılmış danışıqların məzmununa əsasən həmin danışıqlarda Təqsirləndirilən şəxs Şahid1 məhkəmənin inzibati binasına gələ biləcəyi vaxtlar, eyni zamanda icraatında olan işin gedişatı barədə məlumat verməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan ********* nömrəli cinayət işinin materiallarına baxış keçirilməsi haqqında 16 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin cinayət işi 14 fevral 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsində Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinə əsasən başlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli hökmündən görünür ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X11 14 fevral 2024-cü il tarixli, 1993 nömrəli məktubunda görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 14 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin Mərkəzdə narkoloji qeydiyyatda deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-13- 16/2-26846/24 nömrəli məktubundan görünür ki, “HYUNDAİ İ30” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən Şahid2 adına qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin Binəqədi Rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin 22 fevral 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Himayəsində 2011-ci il təvəllüdlü X5, 2013-cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X7 adında azyaşlı övladları vardır. Arayışa əlavə olunmuş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli, 2478 nömrəli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Təqsirləndirilən şəxs haqqında cinayət təqibinin həyata keçirilməsi və müvafiq istintaq hərəkətlərinin aparılmasına razılıq verilməsi barədə Məhkəmə-Hüquq Şurasına təqdimatla müraciət edilmiş, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 03 fevral 2024-cü il tarixli, 2-4/2-134/2024 nömrəli qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı təmin edilmiş və Bərdə Rayon Məhkəməsinin hakimi Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən cinayət təqibinin həyata keçirilməsinə razılıq verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid1 istintaq orqanına ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs rüşvət qismində aldığı 21.000 (iyirmi bir min) manat məbləğində pul vəsaitini həmin gün tam olaraq ona qaytarmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şahid1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrə arasında “whatsapp” proqramı vasitəsilə aparılmış yazışmaları əks etdirən 07 vərəqdən ibarət fotoşəkillərdən görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında “whatsapp” proqramı vasitəsilə yazışmalar olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 ilkin araşdırma zamanı izahatına əlavə etdiyi, içərisində Təqsirləndirilən şəxsla aralarında olan danışıqları əks etdirən səs yazıları və video görüntülər olan 01 ədəd “CD” disk, iş materiallarına əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli, 1(021)-107/2023 nömrəli, Bərdə Rayon Məhkəməsinin hakimi Təqsirləndirilən şəxs tərəfindən imzalanmış ittiham hökmünün 16 vərəqdən ibarət surəti, eyni zamanda Şahid1 dindirmə protokoluna əlavə etdiyi özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrə arasında “whatsapp” proqramı vasitəsilə aparılmış yazışmaları əks etdirən 07 vərəqdən ibarət fotoşəkillər maddi sübut qismində tanınmışdır. Həmin maddi sübutlar cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməfonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1584-4/1139 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “Elsun” xüsusi qeydi olan “Verbatım” markalı DVD-R diskdə olan “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu” adlı mübahisəli videofonoqramlarda montaj əlamətləri müəyyən olunmamışdır. "xx.xx.2023 ses yazma” və “xx.xx.2023 ses yazma” adlı mübahisəli audiofonoqramlardakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları və audosiqnalın itməsi kimi montai əlamətləri müəyyən olunmamışdır. Mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

2. Ekspertizaya təqdim olunmuş 01 ədəd üzərində “Elsun” xüsusi qeydi olan “Verbatim” markalı DVD-R diskdə olan audio və video fonoqramların fayl strukturlarında yazı qurğusunun marka və modeli təqdim olunan audio və video fonoqramlar ilkin olmadığından (emal olunduğundan) açıq şəkildə göstərilməmişdir. Ekspertin arxivində olan yazı qurğularına məxsus fayl strukturları ilə tədqiqatı tələb olunan audio və video faylların strukturlarının (16-lıq say sistemində) müqayisəsi göstərir ki, mübahisəli audio və video fonoqramlar mobil telefon vasitəsilə deyil, ehtimal ki, digər xüsusi texniki avadanlıq (yazı qurğusu) vasitəsilə qeydə alınmışdır.

3. Videofonoqramlarda qeydə alınmış görüntülərin vizual analizi yazı qurğusunun baş optik oxunun qurğunu daşıyan şəxsdən əks istiqamətə yönəldiyi müəyyən edilmişdir. Yazı qurğusu videofonoqramlarda danışığı qeydə alınmış qadının üzərindədir. Müxtəlif kadrlarda qeydə alınmış görüntülərdən görünür ki, yazı qurğusu sinə nayihəsinin orta (“xx.xx.2023 goruntu” və “xx.xx.2023 goruntu”), orta-sol ( xx.xx.2023” və "xx.xx.2023 goruntu”) hissəsində yerləşdirilmişdir. “xx.xx.2023 goruntu adlı vizual tədqiqi zamanı yazı qurğusu obyektivinin görüş dairəsi üst geyiminin qabağının açılmasından sonra aydınlanması yazı qurğusunun ekspert qarşısında qoyulmuş 3-cü suala uyğun olaraq, yazı qurğusunu daşıyan şəxsin sağ döş cibində olmadığı müəyyən edilmişdir. Digər fonoqramlarda isə yazı qurğusunun obyektivinin görüş dairəsi hər hansı əşya ilə qapanmadığından qurğunun cibdə və ya digər formada qurlaşdırılıb və ya qurlaşdırılmadığı müəyyən edilməmişdir. 4.Təqdim edilmiş optik diskin daxilində olan “xx.xx.2023 ses yazma”, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 ses yazma”, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu” adlı faylların hansı cihazla qeydə alındığı haqda hansısa bir rəqəmsal iz öz əksini tapmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Bakı Şəhəri Təcili və X3 Stansiyası” PHŞ Sahə həkimi xəbərdarlıq vərəqəsinin məlumatından görünür ki, US Rəy: Prostat vəzin həcmi maksmal həddə - strukturu qeyri həmcinsdir – xroniki prostatit əlamətləri – PSA müayinəsi məsləhətdir. İki tərəli 5-6 ml yaxın hidrosele. Sol tərəfli virikosele (Grade İİİ). Qalı sidik: 10ml (norma -50ml) diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 178-ci maddəsi ilə təqsirli bilməsinə dair ifadəsinə məhkəmədə öz təsdiqini tapmadığından tənqidi yanaşaraq, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə törətdiyi cinayət əməli təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkəti protokolları, mobil telefon nömrələri arasında “whatsapp” proqramı vasitəsilə aparılmış danışıqlar və xx.xx.2023-cü il tarixli Maqsud Bayramov barədə çıxarılmış hökmdən, işin faktiki halları ilə təkzib edildiyinidən, həmin ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmə istintaqı zamanı cinayət təqibi orqanının təqsirləndirlən şəxsə verilən ittiham üzrə istinad etdiyi sübutlar araşdırılarkən, iş üzrə Şahid1 ilkin araşdırma zamanı izahatına əlavə etdiyi 01 ədəd “CD” diskə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli baxış protokolu və protokola əlavə edilmiş “CD” “xx.xx.2023 ses yazma” adlı, “xx.xx.2023 ses yazma” adlı 02 ədəd audioyazı, “xx.xx.2023 goruntu” adlı, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu” və “xx.xx.2023 goruntu” adlı 04 ədəd videogörüntünü əks etdirən fayllarda olan məlumatlar məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1584-4/1139 nömrəli rəyi ilə mübahisəli audio və video fonoqramlar mobil telefon vasitəsilə deyil, ehtimal ki, digər xüsusi texniki avadanlıq (yazı qurğusu) vasitəsilə qeydə alınması müəyyən olunduğundan və təqdim edilmiş optik diskin daxilində olan “xx.xx.2023 ses yazma”, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 ses yazma”, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu” adlı faylların hansı cihazla qeydə alındığı haqda hansısa bir rəqəmsal iz öz əksini tapmadığından mübahisəli sübut kimi və şübhəli sübut olduğundan, yolverilməz sübut kimi sübutlar siyahısından çıxarılmalıdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, mobil telefon nömrələri arasında “whatsapp” proqramı vasitəsilə aparılmış danışıqları, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün birbaşa yolla şəxsən və ya vasitəçidən istifadə etməklə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək alması cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafı ilə (pulu rüşvət kimi deyil anasının əməliyyat olunması üçün alması barədə etirafedici ifadəsi ilə) yanaşı məhkəmədə dindirilmiş şahid ifadələri, tədqiq edilmiş istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “vəzifəli şəxs” dedikdə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Bərdə Rayon məhkəməsinin hakimi vəzifəsinə təyin edilməklə vəzifəli şəxs olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Qərarından görünür ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Məhkəmədə araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün birbaşa yolla şəxsən və ya vasitəçidən istifadə etməklə vahid niyyətlə külli miqdarda maddi neməti rüşvət qismində istəyərək almışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə öz təsdiqini tapdığından, sonuncu Azərbaycan Respublikasının CM-in 311.3.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 3 azyaşlı (oğlu xx.xx.2011-ci il təvəllüdlü X5, qızı xx.xx.2012-cı il təvəllüdlü X6 və oğlu xx.xx.2017-ci il təvəllüdlü X7) uşağının olmasını, ağır xəstə olmasını, həmçinin prostat vəzində şiş olmasını, eləcə də iş üzrə vurulmuş ziyanı tam ödəməsini Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza qismində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası, əlavə cəza qismində isə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmaq hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin olunmaqla, ona dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, onların şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, törətdiyi əməldə cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin himayəsində üç az yaşlı uşağının olması, hazırda səhhətində bir sıra digər ağır xəstəliklərin olmasını, yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, onun ağır xəstə olmasını, hipertonik xəstəliyindən əziyyət çəkməsini, eləcə də iş üzrə vurduğu ziyanı tam ödəməsini cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldan hallar kimi qiymətləndirilərək, Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və 311.3.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etməklə, azadlıqdan məhrum etmə cəzası tətbiq edilməsini mümkün hesab edir. Məhkəmə həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-cı maddəsinin tələblərini rəhbər tutub hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın məqsədinə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) nail olunması üçün təqsirləndirilən şəxslərə əsas cəza ilə yanaşı müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.14cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarının tələbləri baxımından da əsaslıdır. Belə ki, qeyd edilən qərarda birmənalı göstərilmişdir ki, müəyyən vəzifə tutma hüququndan məhrum etmə əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə birbirindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-in 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedaqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablandığından,məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin olunmuş dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət (ev dustaqlığında olduğu müddət) təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ev dustaqlığında və şübhəli şəxs qismində saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə Şahid1 ilkin araşdırma zamanı izahatına əlavə etdiyi 01 ədəd “CD” diskə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli baxış protokolu və protokola əlavə edilmiş “CD” “xx.xx.2023 ses yazma” adlı, “xx.xx.2023 ses yazma” adlı 02 ədəd audioyazı, “xx.xx.2023 goruntu” adlı, “xx.xx.2023 goruntu”, “xx.xx.2023 goruntu” və “xx.xx.2023 goruntu” adlı 04 ədəd videogörüntünü əks etdirən fayllar yolverilməz sübut kimi sübutlar siyahısından çıxarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar