Məhkəmə qərarları › İş №1(100)-179/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-179/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-179/2022 01.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxx 1958-ci ildə Goranboy rayonu, Düzqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, Goranboy rayonu, Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində işləyən, Goranboy rayonu, Düzqışlaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təqsirləndirilən şəxs, 23 dekabr 2019-cu il tarixdə keçirilən bələdiyyə seçkilərində iştirak edərək Goranboy rayonu Düzqışlaq bələdiyyəsinin üzvü və 14 yanvar 2020-ci il tarixdə həmin bələdiyyə üzvləri tərəfindən keçirilmiş ümumi yığıncağın 1 nömrəli protokoluna əsasən Goranboy rayon Düzqışlaq bələdiyyəsinin sədri seçilməklə həmin vəzifədə işləyərkən 02 iyul 1999-cu il tarixdə təsdiq edilmiş “Bələdiyyələrin statusu haqqında”, 30 noyabr 1999-cu il tarixdə təsdiq edilmiş “Bələdiyyə qulluğu haqqında”, 28 aprel 2015-ci il tarixdə təsdiq edilmiş “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, 29 iyun 2001-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına və 7 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikası Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin Nizamnaməsi”nə əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik etmək, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə iclasının qərarına əsasən təyin etmək, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarını çağırmaq, bələdiyyə qərarlarının icrasını təmin etmək, yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmək, əmr və sərəncamlar vermək, bələdiyyə adından rəsmi sənədləri imzalamaq, öz davranışı ilə etik davranış qaydalarına əməl olunmasına nümunə göstərmək, bələdiyyə qulluqçusuna qanunsuz maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etmək, bələdiyyə torpaqlarını ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə vermək, bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə vermək, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlamaq, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 2020-ci ilin iyun ayında sədri olduğu bələdiyyənin mülkiyyətində olan 33 ha torpaq sahəsinin qanuni əsaslarla ona icarəyə verilməsi üzrə bələdiyyədə müvafiq sənədləşmə prosedurunun həyata keçirilməsinin təmin edilməsi və torpağın onun istifadəsinə verilməsi üzrə qanuni əsaslarla icarə müqaviləsinin bağlanması üçün cinayətdən xəbərsiz Şahid2 ilə vasitəsi ilə özünə müraciət etmiş Şahid1 bələdiyyədə müvafiq rəsmi prosedurların keçirilib həmin torpaq sahəsinin ona icarəyə verilməsinin təmin edilməsinə görə 2020-ci ilin iyun ayının əvvəllərində Goranboy rayonu, Düzqışlaq kəndində yerləşən 33 ha torpaq sahəsinin yerləşdiyi həmin ərazidə sonuncudan özü üçün birbaşa yolla şəxsən külli miqdarda maddi nemət olan 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, razılığını aldıqdan sonra ilkin olaraq həmin puldan 2020-ci ilin sentyabr ayında 2.000 (iki min) manatının verilməsinin zəruri olmasını bildirib, həmin niyyətlə xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Opera” restoranında 1.000 (bir min) manat, bir neçə gün sonra isə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Azpetrol” YDM-nin yanında Şahid2 məxsus avtomobilin salonunda əlavə 1.000 (bir min) manat məbləğində Şahid1 məxsus pul vəsaitini Şahid2 alaraq, həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edib, cinayətkar niyyətini davam etdirərək 2020-ci ilin oktyabr ayında rəhbərlik etdiyi bələdiyyənin mülkiyyətində olan digər 14 ha torpaq sahəsini də 3.000 (üç min) manat rüşvət verilməsi müqabilində ona icarəyə vermək prosedurunu həyata keçirmək imkanına malik olmasını Şahid2 vasitəsilə Şahid1 bildirib, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncudan həmin məbləğdə maddi nemət olan pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəməklə sonuncunun razılığını alıb, bundan sonra sədri olduğu bələdiyyədə həmin torpaq sahəsinin Şahid1 icarəyə verilməsi üzrə hüquqi prosedurlara başlayaraq, yəni bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Şahid1 razılığı ilə nümayəndəsi Şahid2 tərəfindən rəsmi rüsumların ödənilməsi nəticəsində 2.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 7.18 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 6.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021ci il tarixli, 4 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 2.65 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.12 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5.98 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.38 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 8.72 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışları alaraq, torpağın icarəyə verilməsi üçün 22 aprel 2021-ci il tarixdə keçirilmiş bələdiyyə iclasının bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sənədlərin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Mərkəzinin Bərdə Ərazi şöbəsinə təqdim olunması barədə qərarına əsasən 24 aprel 2021-ci il tarixdə həmin sənədləri qeyd edilən Mərkəzin Bərdə Ərazi şöbəsinə təqdim edib və həmin şöbədə xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac prosesi zamanı Şahid1 və nümayəndələri Şahid2 və X4 hərracın qalibləri elan edildikdən və xx.xx.2021-ci il və 13 iyul 2021-ci il tarixdə Gəncə şəhəri, 5 saylı notariat kontorunda Şahid1 adından nümayəndələri qismində Şahid2 və X4, eləcə də sonuncunun nümayəndəsi X11 ilə özü arasında cəmi rəhbərlik etdiyi Goranboy rayonu, Düzqışlaq bələdiyyəsinə məxsus torpaq sahəsinin Şahid1 və nümayəndələri Şahid2 və X3 icarəyə verilməsinə dair reyestrə aid ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli, ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlar üzrə, cəmi 10 ədəd icarə müqaviləsi bağladıqdan sonra vahid niyyətlə rüşvət qismində istədiyi və külli miqdar təşkil edən cəmi 10.000 manat pul vəsaitindən qalan cəmi 8.000 (səkkiz min) manatın razılaşmalarına uyğun olaraq özünə verilməsinin zəruriliyini bildirməsinə əsasən, 27 oktyabr 2021-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kosmos” restoranında maddi nemət olan həmin pul vəsaitindən 5.000 (beş min) manatı Şahid1 alıb şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada sonuncudan özü üçün birbaşa yolla şəxsən vahid niyyətlə külli miqdarda maddi nemət olan cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini rüşvət qismində almışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 311.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2020-ci ildə bələdiyyə seçkilərində iştirak edərək qalib gəldiyindən, digər bələdiyyə üzvlərinin yekdilli razılığı ilə Goranboy rayonu, Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Bələdiyyə sədri kimi vəzifəsi bələdiyyə mülkiyyətində olan torpaqların mühafizəsinin təmin edilməsi, vətəndaşlar tərəfindən bələdiyyənin səlahiyyətlərinə dair müraciətlərin araşdırılması, həmçinin bələdiyyə rüsumlarının yığılmasına nəzarət və sair hallardan ibarətdir. 2020-ci ilin yay aylarında Goranboy rayon icra hakimiyyətinin başçısının müavini Şahid4 onu yanına çağıraraq işlədiyi bələdiyyənin mülkiyyətində olan təxminən 33 ha torpaq sahəsini Şahid1 adlı sahibkara icarəyə verməyini bir neçə dəfə demişdir. Həmin ərəfələrdə Şahid1 tanışı işlərinin görən Şahid2 onunla görüşmüş, həmin sahəyə birlikdə baxış keçirmişlər. Şahid2 əraziyə baxış keçirərkən sonuncu ona "xxxx" MMC-nin sahibi Şahid1 həmin ərazini icarəyə götürməklə orada bağ salacağını, həmin sahəni daha da inkişaf etdirmək istədikləri, Şahid1 hazırda işləri olduğundan özünün görüşə gəldiyini demişdir. Bu zaman onun Şahid2la əvvəldən münasibətləri olduğundan etirazı olmamış və söhbət əsnasında sonuncu ona torpağın icarəyə verilməsini təmin etdiyi halda 7.000 manat pul verəcəyini demişdir. O da Şahid2la razılaşaraq icarəyə verilməsini təmin edəcəyini və həmin pulu icarə haqqı kimi bələdiyyənin hesabına keçiriləcəyini demişdir. Bundan bir neçə gün sonra isə Şahid2 əlavə bələdiyyənin mülkiyyətində olan başqa 14 ha torpaq sahəsini də istəyərək, həmin torpağında icarəyə verilməsini təmin etdiyi halda ona 3.000 manat da əlavə verəcəyini demişdir. O, yenə də Şahid2la razılaşaraq həmin pulu icarə haqqı kimi bələdiyyənin hesabına keçiriləcəyini demişdir. Həmin ərəfələrdə bacısı Təranənin xəstəliyi ilə əlaqədar ona pul lazım olduğundan, Şahid2 icarə ilə əlaqədar ona 10.000 manat verməli olduğundan, sonuncuya zəng edərək həmin pulun bir qismini ondan borc kimi əvvəlcədən istəmiş və icarə haqqını keçirərkən onların əvəzinə özü keçirəcəyini bildirmişdir. Təxminən bir neçə saat sonra Şahid2 onunla əlaqə saxlayaraq Gəncə şəhərində yerləşən “Opera” restoranına gəlməyini dediyindən həmin yerə getməklə orada sonuncu ilə görüşmüşdür. Şahid2la torpağın icarəyə verilməsi barədə söhbətlər apardıqdan sonra sonuncunun avtomobilinə birlikdə getmiş orada sonuncu ona torpağın icarəyə verilməsini təmin etməsi ilə əlaqədar ona verilməli icarə haqqı olan 10.000 manatdan 1.000 manatını vermişdir. Şahid2 pulu götürdükdən sonra xəstəsi olduğundan başının bir müddət qarışıq olduğunu, odur ki, icarəyə verilməni təmin edəcəyini, indidən orada əkin işlərinin aparılması desə də, Şahid2 ona Şahid1 dəqiq insan olduğun sənədləşmə olmadan orada heç bir iş görməyəcəyini demişdir. Həmçinin bacısı Təranənin xəstəliyi ilə əlaqədar yenə də pul lazım olduğundan Şahid2 əlavə 1.000 manatda əvvəlcədən yenə də borc kimi istəyib sonra həmsin pulu icarə haqqı kimi özünün keçirəcəyini demiş, sonuncu yenə də Şahid1la danışdıqdan sonra bu barədə cavab verəcəyini demişdir. Təxminən bir iki gün sonra isə Şahid2 onunla yenidən əlaqə saxlayaraq, Gəncə şəhərində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanına gəlməyini demişdir. Həmin yerə gedərək yenə də keçən dəfə olduğunu kimi torpağın sənədləşmə işləri ilə məşğul olacağını deməklə qalan 9.000 manatdan 1.000 manatını Şahid2 avtomobilində sonuncudan şəxsən almışdır. Ümumilikdə almış olduğu 2.000 manatı tamlıqla bacısının müalicə və əməliyyat proseslərinə sərf etmişdir. Bundan bir müddət sonra Şahid2 onunla əlaqə saxlayaraq sənədləşmənin vəziyyətini soruşarkən torpaq sahələrinin hərraca çıxarılması üçün müəyyən sənədlərin hazırlanmalı, həmin sənədlərində hazırlanması üçün dövlətə müəyyən rüsumların ödənilməli olduğunu, lakin hazırda bələdiyyənin balansında pul olmadığını demişdir. Həmçinin sənədləşmə aparıldığı halda 4 ha torpaq sahəsinin də qızı Günay Cəfərovanın adına sənədləşdiriləcəyini Şahid2 deməklə razılığını almışdır. Bundan sonra Şahid2 Şahid1la danışaraq bələdiyyənin əvəzinə torpaqla əlaqədar sənədlərin alınması üçün müəyyən rüsumları ödəməyə hazır olduğunu və həmin müddətdə də 33 ha torpaq sahəsi üzrə müəyyən rüsumları "xxxx" ASC-nin Gəncə şəhərində yerləşən filialında ödəmişdir. Hərracla əlaqədar sənədlərin hazırlanması ilə əlaqədar Şahid2 təxminən 6000-8000 manat arası rüsum ödəmişdir. Bundan sonra həmin torpaqla əlaqədar hərrac keçirilmiş və nəticə olaraq Şahid1 hərracda iştirak edərək qalib elan edilmişdir. Əvvəldən danışıqlarına əsasən həmin torpaq sahəsinin 4 ha ölçüdə olan hissəsi onun qızı Günay Cəfərovanın adına icarəyə verilməli olduğunu dediyi zaman onunla Şahid2 və Şahid1 arasında narazıçılıq yaranmışdır. Nəticə olaraq Şahid2 tanışı Şahid3 icarə müqavilələrini imzalamağını ona deməsini xahiş etdiyindən, Şahid3 da ona bu barədə demişdir. O da nəticə olaraq razılaşaraq ümumi 47 ha torpaq sahəsinin Şahid1 və tanışlarının adına icarəyə verilməsi barədə müqavilələri notarial qaydada imzalamışdır. Bundan sonra o, Şahid1 4 ha ölçüdə torpaq sahəsini geri tələb etsə də sonuncu ilə aralarında mübahisələr yaranmağa başlamışdır. Bu zaman o da ona 4 ha ölçüdə torpaq sahəsini qızı Günay Cəfərovanın adına sənədləşdirmədiyi halda müqavilənin ləğvi ilə əlaqədar prosedurlara başlayacağını demişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayının axırlarında Şahid2la Şahid1 yenidən Şahid3 ilə əlaqə saxlamışlar və birlikdə görüşərək məsələni həll etmək istədiklərini dediklərindən, sonuncu ilə birlikdə o, Şahid1la və Şahid2la görüşə getmişdir. Görüş zamanı Şahid1 ona əvvəlcədən dediyi əlavə olaraq 10 ha torpaq sahəsini də icarəyə götürmək istəməsini bildirdiyindən və həmin torpaq sahəsinin əvvəlki icardarı ilə danışmağını xahiş etdiyi məsələni soruşmuş, o da əvvəlki icarədarın yeni müqavilə bağlamamağı üçün 4.000 manat istədiyini demiş, Şahid1 da razı olduğunu həmin puldan 3000 manatı 3 gün ərzində verəcəyini, Şahid2 sonra ona əlavə 1.000 manatda verəcəyi barədə sənədləşmə zamanı dediyindən bu halı Şahid1 xatırlatmışdır. Şahid1 pulu olmadığını dediyi zaman etiraz etməmiş və sonuncudan qızı Günay Cəfərovanın adına verməli olduğu 4 ha ölçüdə torpaq sahəsini tələb etmişdir. Şahid1 Şahid3 yanında vəfat etmiş oğlunun yuxusuna dəfələrlə gəldiyini, ona görə də, qızının adına verilməli olan torpaq sahəsinin əvəzinə 5000 manat pul verib halallıq almaq istədiyini demiş, sonra o da Şahid1 təklifi ilə razılaşaraq 5.000 manatı da götürərək oradan uzaqlaşmışdır. Həmin vaxtda Şahid3 borcu olduğundan həmin 5.000 manatı tam şəkildə sonuncuya vermişdir. Bundan sonra 3 gün keçməsinə baxmayaraq Şahid1 qalan 3.000 manatı vermədiyindən, Şahid2 bir neçə dəfə zəng etsə də, sonuncu Şahid1 Bakı şəhərində olmasını deməklə, gələndə verəcəyini demişdir. Lakin Şahid1 qalan 3.000 manatı verməmişdir. Bundan bir müddət sonra isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən zəng olunaraq Şahid1 tərəfindən şikayətin olunması barədə məlumatı verilmiş, o da həmin idarəyə gələrək izahatını vermişdir. Şahid1 dediklərinin həqiqətə uyğun olmadığını, həmin pulu icarə haqqı kimi bələdiyyənin büdcəsinə keçirmək üçün istədiyini, yəni, 2000 manatı da icarə haqqı kimi alsa da, şəxsi ehtiyacına xərcləmiş, lakin sonrakı müqavilələr zamanı onların əvəzində bələdiyyənin büdcəsinə keçirəcəyini, 5000 manatı isə qızının adına verilməli olan torpaq sahəsinin əvəzinə aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş video görüntülərdə olan şəxs özüdür və danışıq səsləri özünə aiddir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" QSC-ni 2017-ci ildə təsis etmiş, fəaliyyəti əsasən kənd təsərrüfatından ibarətdir. Təxminən ölkə ərazisində 400 ha torpaq sahəsində meyvə bağlarının salınması ilə məşğul olur. Faiq Bayramov onun uzun illərdir ki, dostudur və əksər hallarda Rusiya Federasiyasında olduğundan Respublika ərazisində onun əvəzinə müəyyən işlərini sonuncu həyata keçirmişdir. Onun Goranboy rayonu, Düzqışlaq kəndində vətəndaşlardan rəsmi olaraq almış olduğu torpaq sahələri vardır. Həmin sahələrinin ortasında isə Düzqışlaq bələdiyyəsinə məxsus torpaq sahələri vardır. Sahələrində də ağaclar damlama üsulu ilə şlanqla suvarıldığından, onun sahələrinin arasında isə ona məxsus olmayan bələdiyyə torpağı olduğundan sistemini tam olaraq çəkə bilməmiş, ona görə həmin sahəni də icarəyə götürmək qərarına gəlmişdir. İcarə ilə bağlı dostu Şahid2 2020-ci ilin yay aylarında Goranboy rayonu, Düzqışlaq bələdiyyəsinin sədri ilə danışmasını dediyindən sonuncu bələdiyyə sədri Təqsirləndirilən şəxs ilə bu barədə danışmış və elə həmin ərəfələrdə Şahid2la birlikdə Təqsirləndirilən şəxs ilə həmin ərazidə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs bələdiyyənin mülkiyyətində olan onun sahələrinin arasına düşən təxminən 30 ha ölçüdə bələdiyyə torpaqlarını icarəyə götürmək istədiyini demiş, sonuncuda problem olmadığını həmin sahəni icarəyə verə biləcəyini lakin bunun üçün ilk olaraq 7.000 manat rüşvət verməli olduğunu, razılaşma əldə olunduğu halda sənədləşmə işlərini başlaya biləcəyini demişdir. Bu zaman o, razı olduğunu müvafiq sənədlər hazırlanmaqla, icarə müqavilə bağlanıldıqdan sonra 7.000 manatı verə biləcəyini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs bu şərtlə razılaşaraq sənədləşmə işlərinə başlayacağını demişdir. Həmin söhbətdən təxminən 1 ay sonra Təqsirləndirilən şəxs Şahid2 ilə əlaqə saxlayaraq sənədləşmə işləri ilə məşğul olduğunu, lakin bacısını müalicə etdirməli olduğundan 7.000 manatın bir hissəsini ona əvvəlcədən verilməsini demişdir. Bu zaman Şahid2 onunla əlaqə saxlamış Təqsirləndirilən şəxs dedikləri barədə məlumatı verdiyindən, o, ilkin olaraq sonuncuya 1.000 manat verilməsini demişdir. Bundan sonra 2020-ci ilin sentyabr ayında Şahid2 Təqsirləndirilən şəxs ilə görüşmüş və görüş zamanı sonuncu bacısının xəstə olmasını, sənədləşmə işləri ilə məşğul olduğunu narahat olmamağını dediyi üçün Şahid2 1.000 manatı pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs yenə də Şahid2 müalicə üçün əlavə 1.000 manat tələb etdiyindən, həmin puluda sonuncu ona deməklə aparıb Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayında torpaq sahəsinin icarəsi icarəyə verilməsi üçün istəmiş olduğu 7.000 manatdan 2.000 manatını almışdır. Bundan sonra Təqsirləndirilən şəxs sənədləşmə işləri ilə məşğul olduğunu desə də, əlavə olaraq 14 ha torpaq sahəsinin də olduğunu həmin sahəni də 3.000 manat müqabilində icarəyə verə biləcəyini Şahid2 demişdir. Bu zaman bu barədə Şahid2 ona demiş, o da razılıq vermiş və nəticə olaraq ümumilikdə 47 ha torpaq sahəsi üzrə Təqsirləndirilən şəxs ondan 10.000 manat tələb etməklə 2.000 manatını əvvəlcədən almışdır. Bir müddət Təqsirləndirilən şəxs sənədləşmə işləri ilə məşğul olmasını desə də, heç bir xəbər olmadığından, sonuncu ilə Şahid2 əlaqə saxlamışdır. Şahid2la Təqsirləndirilən şəxs arasında söhbət zamanı sonuncu torpağın icarəyə verilməsi üçün müəyyən rüsumların ödənilməli olduğunu əks hala bu işin alınmayacağını demişdir. Bu zaman Şahid2 Təqsirləndirilən şəxs sənədləşmə işlərinin ona aid olmadığını, danışıq əsasında 10.000 manatın verilməli olduğunu desə də, sonuncu rüsumların ödənilmədiyi halda bunu edə bilməyəcəyini demişdir. Bundan sonra onun deməyinə əsasən Şahid2 Təqsirləndirilən şəxsla görüşmüş, ilk olaraq 2020-ci il axırlarında həmin torpaq sahəsi üzrə Təqsirləndirilən şəxs əvəzinə 2.800 manatdan artıq rüsum ödəmişdir. Bundan sonra isə yenə də Təqsirləndirilən şəxs deməsinə əsasən torpaq sahələrinə bələdiyyənin adından çıxarış və müvafiq sənədlərin alınması üçün təxminən 5000 manatdan yuxarı bank vasitəsilə rüsumlar ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin torpaq sahələri üzrə müvafiq sənədləri hazırladıqdan sonra torpaq sahəsi hərraca çıxarılmış və ona hərracda iştirak etməyi bildirmişdir. Bundan sonra o, tanışı X4 ilə birlikdə hərrac üzrə Bərdə ərazi şöbəsində hərrac prosesində iştirak etməklə həmin torpaq sahələri üzrə qalib gəlmişdir. Hərrac zamanı torpaq üzrə təklif etdiyi 1.800 manat ödənişi bank vasitəsilə etmişdir. Bundan sonra isə torpağı hərraca çıxarmış bələdiyyə ilə yəni Təqsirləndirilən şəxsla icarə müqaviləsi bağlamalı olduğu halda sonuncu qalan 8.000 manatı vermədiyi halda icarə müqaviləsi bağlamayacağını demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi bələdiyyənin adından müəyyən rüsumları ödədiyini desə də, sonuncu bu proseslərə həmin torpaq üzrə 10.000 manat alacağı üçün girdiyini, pul verilmədiyi halda etməyəcəyini demişdir. Bundan sonra o, şəxsi işləri ilə əlaqədar Xaçmaz rayonuna getmişdir. Həmin müddətdə Şahid2 Təqsirləndirilən şəxsla ortaq tanışları Şahid3 zamin durması nəticəsində icarə müqaviləsini imzalayacağına razılıq vermiş və notarial qayda da həmin müqavilələri imzalamışdır. Həmin sahələr hərracda hissə-hissə çıxarıldığından hər biri üzrə ayrıca Təqsirləndirilən şəxsla müqavilə bağlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi xidmət üzrə yəni bələdiyyə sədri olduğundan bələdiyyənin mülkiyyətində olan 47 ha torpaq sahəsinin ona icarəyə verilməsini təmin etdiyindən ondan və Şahid2 pulunu tələb etməyə davam etmişdir. O, Təqsirləndirilən şəxs bələdiyyənin əvəzinə müəyyən rüsumları ödədiyini desə də, heç bir nəticəsi olmamış və sonuncu pulunu, həmçinin əlavə olaraq 4 ha torpaq sahəsini də qızı Günay Cəfərovanın adına sənədləşdirilməsini tələb etmiş, əks halda əkin işlərinin aparılmasına imkan verməyəcəyini demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs gələcəkdə onun işlərində problem yaradacağını görərək, sonuncunun qanunsuz tələbi ilə əlaqədar Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Bundan sonra baş idarədə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs verilməsi üçün 5.000 manat əməliyyat pulu ona verilmiş və üzərinə kamera yerləşdirilməklə sonuncu ilə görüşməyi bildirilmişdir. O da həmin pul vəsaitini götürərək üzərində kamera ilə Gəncə şəhərində yerləşən Kosmos restoranında şəxsən Təqsirləndirilən şəxsla görüşmüşdür. Görüşə həmçinin Şahid3 da gəlmişdir. Şahid3 iştirakının səbəbi sonuncunun hər iki tərəfi tanıması, icarə müqaviləsini Təqsirləndirilən şəxs imzalayarkən də zamin durması olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin görüşdə şəxsən 5.000 manatı tam şəkildə vermiş, sonuncu da pulu alaraq saymaqla cibinə qoymuşdur. Danışıq əsasında da qalan 3.000 manatı da qısa müddətə Təqsirləndirilən şəxs verəcəyini demişdir. Bundan sonra oradan Təqsirləndirilən şəxsla sağollaşıb çıxaraq əməliyyat işçilərinə pulu verməyini deməklə, kameranı təhvil vermişdir. Təqsirləndirilən şəxs bələdiyyə sədri olaraq bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi ona icarəyə vermək üçün ondan 10.000 manat rüşvət tələb edərək 7.000 manatını almışdır. Sonra axırıncı dəfə verdiyi 5000 manat pul ona qaytarılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uüğun olmadığını, qeyd etdiyi pulları icarə haqqının əvəzinə deyil, həmin torpaqları icarəyə verilməsi üçün aldığını, vəfat etmiş oğlunun yuxusuna dəfələrlə gəldiyi üçün Təqsirləndirilən şəxs qızının adına verilməli olan torpaq sahəsinin əvəzinə 5000 manat pul verib halallıq almaq istəməsini demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, dostu Şahid1 Rusiya Federasiyasında həmçinin ölkə ərazisində sahibkarlıqla məşğul olur, ölkə ərazisində olmadığı zamanlarda sonuncunun əvəzinə müəyyən işlərini özü həyata keçirmişdir. Qabil Hümmətovun ölkə ərazisində təxminən 400 ha torpaq sahəsi vardır ki, həmin sahələrdə əkin işləri ilə məşğul olur. Meyvələr yetişdikdə isə həmin məhsulların həm ölkə ərazisində həm də ölkədən kənarda satışını həyata keçirir. Şahid1 Goranboy rayonu, Düzqışlaq kəndində vətəndaşlardan rəsmi alqı-satqı yolu ilə almış olduğu 70 ha ölçüdə torpaq sahələri vardır. Həmin sahələr iki hissədən ibarətdir və aralarından Goranboy rayonu Düzqışlaq bələdiyyəsinin mülkiyyətində olan 33 ha torpaq sahəsi olmuşdur. Qalib həmin ərəfələrdə 33 ha torpaq sahəsini də icarəyə götürmək istəyirdi ki, özünə məxsus sahələri birləşdirməklə tam şəkildə əkin sahələrində suvarma, yəni damla sistemini təşkil etsin. Buna görə də ona həmin sahə ilə maraqlanmağını Goranboy rayonu Düşqışlaq bələdiyyəsinə müraciət etməyini demişdir. Bundan sonra o, həmin ərəfədə yəni 2020-ci ilin iyun ayında Goranboy rayonu Düzqışlaq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq həmin sahəni icarəyə götürmək istədiyini, odur ki, həmin yerdə görüşmələrini dediyindən, sonuncu da razılaşaraq həmin sahəyə gəlmişdir. Həmin yerə Şahid1 da çağırmış və birlikdə Təqsirləndirilən şəxsla söhbətlər aparmışlar. Söhbət zamanı Təqsirləndirilən şəxs ona bələdiyyənin mülkiyyətində əkinə yararlı hazırda 33 ha ölçüdə boş torpaq sahəsinin olduğunu, odur ki, həmin sahəni icarəyə verə biləcəyini, lakin hazırda həmin sahə üzrə özünə müraciət edən şəxslərin çox olmasını odur ki, vəziyyətə baxacağını demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs həmin ərazidə əkin sahələrini yaratdıqlarını, bu zaman kənd əhalisini işlə təmin edəcəyini desə də, sonuncu yenə də baxacağını onlara bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs tərəddüdlü danışmasını görərək, bununla bağlı köməklik etməsini xahiş etdiyi zaman, sonuncu ondan 33 ha torpaq sahəsinin icarəyə verilməsini təmin etməsi üçün 7.000 manat pulun verilməsini tələb etmişdir. Bu zaman o, həmin sahəni almaq məqsədi ilə yaxınlaşmadığını, icarə üçün isə həmin məbləğin çox olmasını deməsinə baxmayaraq, Təqsirləndirilən şəxs əks halda icarə prosesini təmin etməyəcəyini demişdir. Bu zaman Şahid1 həmin sahənin onun sahibkarlıq fəaliyyəti üçün zəruri əhəmiyyət kəsb etdiyini, məbləğlə razılaşdığını, sənədləri hazırlamasını Təqsirləndirilən şəxs demişdir. Şahid1 Rusiya Federasiyasında yaşadığından, sonuncunun adından proseslərdə onun iştirak edəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs narahat olmamaqlarını, sənədləşmə işləri ilə məşğul olacağını demişdir. Həmin görüşdən sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxsla əlaqə saxlamaqla sənədləşmə işinə başlamasını soruşsa da, sonuncu ona müəyyən şəxsi işlərinə başının qarışdığını, lakin tezliklə bu prosesi həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs əsassız olaraq vaxtı uzatdığından Şahid1 Goranboy rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan rayon icra hakimiyyətinin başçısının müavini Şahid4 ilə görüşərkən Təqsirləndirilən şəxs torpaq sahəsinin icarəyə verilməsi üçün müraciət etdiyini, razılıq verməsinə baxmayaraq, lakin sonuncunun vaxtı uzatdığını dediyi zaman, Şahid4 ona Təqsirləndirilən şəxs özünün də xahiş edəcəyini demişdir. Bu işin tezliklə problemsiz həll olunmasını istədiyindən Təqsirləndirilən şəxs 7.000 manat pul istəməsi barədə heç kimə məlumatı verməmişdir. Bir müddət sonra yəni 2020-ci ilin sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq bacısının xəstə olmasını, müalicə etdirməli olduğunu, odur ki, torpaqla əlaqədar puldan verməyini dediyi zaman, o, Təqsirləndirilən şəxs sənədlər hazır olmadığı halda pulu verə bilməyəcəyini desə də, sonuncu ona narahat olmaması, sənədləşmə işlərini həll edəcəyini demişdir. Bundan sonra Şahid1la əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs torpaqla əlaqədar istəmiş olduğu 7.000 manatın bir hissəsini istədiyini dediyi zaman, Şahid1 ona problem görmədiyi halda pul verməsini bildirmişdir. O da Təqsirləndirilən şəxs yalan deyəcəyini düşünmədiyindən Şahid1 məxsus 1.000 manat pulu götürərək, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Opera” restoranında Təqsirləndirilən şəxs ilə görüşməklə, 1.000 manatı orada ona vermişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin pulun az olmasını, yenə də verməsini dediyi zaman Şahid1la danışdıqdan sonra cavab deyəcəyini demişdir. Şahid1la yenə də əlaqə saxlayaraq məlumat verməklə və sonuncunun razılığı ilə əlaqə 1.000 manat pulu götürərək həmin görüşdən bir neçə gün sonra yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “Azpetrol” YDM-nin yanında avtomobilində sonuncu ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs yenə də narahat olmamağını sənədləşmə işləri ilə məşğul olmaqla torpaq sahəsinin təxminən 1 ay müddətinə icarə verilməsini tezliklə həll edəcəyini dediyindən avtomobilin salonunda 1.000 manatı da həmçinin sonuncuya şəxsən vermişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq bələdiyyə mülkiyyətində olan əlavə 14 ha torpaq sahəsinin də icarəyə verilməsini təmin edəcəyini dediyindən, o, həmin sahəyə də baxış keçirmişdir. Təqsirləndirilən şəxs həmin sahə üzrə də icarə sənədlərinin hazırlanması üçün 3.000 manat istədiyindən razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs 2.000 manat verdiyindən 8.000 manat verilməmiş pulu qalmışdı. Razılaşma əsasında isə həmin məbləğ icarə müqavilə imzalandıqdan sonra verilməli idi. Bu söhbətlərdən bir ay sonra Təqsirləndirilən şəxs heç bir xəbər gəlmədiyindən, əlaqə saxlamaqla sənədləşmə işlərini soruşarkən sonuncu ona torpaqla əlaqədar müəyyən rüsumların ödənilməli olduğunu, odur ki, pul verilmədiyindən ödənişləri edə bilmədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs əlavə problemlər çıxaracağını gördüyündən Şahid1la razılaşaraq, Təqsirləndirilən şəxs həmin torpaq sahələri üzrə rüsumları ödəyəcəyini, lakin həmin rüsum pullarını qalan 8.000 manatdan çıxacağını ona demiş, sonuncuda buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə 2020-ci ilin axırlarında yer quruluşunun çəkilişi üzrə kadastr idarəsinin hesabına "xxxx" ASC-nin Gəncə şəhəri Nizami küçəsində yerləşən filialına ümumilikdə 2.828 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs ondan ödənişlərlə bağlı qəbzləri almaqla, sənədləşmə işlərini davam etdirəcəyini desə də, yenə də bu prosesi bir neçə ay uzatmağa başlamışdır. Bu zaman tanışlarından torpağın bələdiyyə tərəfindən icarəyə verilməsi prosesi ilə maraqlanarkən ona bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinin ancaq hərrac yolu ilə aparıldığı, başqa yolla mümkün olmayacağı deyilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq əlavə rüsumlarında ödənilməli olduğunu dediyindən, o, etiraz edərək bu işlərin əvvəlcədən danışılmadığını, bu proseslərin özünə aid olmamalı olduğunu dediyində, Təqsirləndirilən şəxs ona pulu olmadığını onda sənədləşmə işlərinin qalacağını demişdir. Yenə də Şahid1la danışıb razılığını almaqla Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq sonuncunun dediyi rüsumları yəni 1.400 və 3.900 manatı bank vasitəsilə ödəmişdir. Həmin ödənişlər torpaq sahəsinin ilk olaraq hərraca çıxarılması üçün sərbəst şəkildə çıxarışının alınması ilə əlaqədar olmuş, öz razılıqları ilə ödənilmişdir. Sənədlər tam hazır olduğundan Təqsirləndirilən şəxs tərəfindən həmin torpaq sahəsi hərraca çıxarılmışdır. xx.xx.2021-ci il tarixdə keçirilən hərrac prosesində Şahid1 iştirak etməklə qalib elan edilmiş və sonuncu zamanı hərrac prosesində təklif olunmuş 1.800 manat bank vasitəsilə dövlət hesabına ödənilmişdir. Hərrac prosesi bitdikdən sonra qanuni şəkildə 20 gün ərzində X17 Cəfərov arasında icarə müqaviləsi bağlanılmalı olduğu halda, sonuncu 8.000 manatını tələb etməyə başlamışdır. Bu zaman Şahid1la o, Təqsirləndirilən şəxs bələdiyyənin əvəzinə rüsum ödədiklərini desələr də, sonuncu sənədləri imza etməməklə, əlavə olaraq həmin sahənin 4 ha ölçüdə hissəsini qızının adına rəsmləşdirməyi və 8.000 manatı tələb etməyə başlamışdır. Dəfələrlə Təqsirləndirilən şəxs danışıldığını kimi etməməsini irad tutsa da, həmçinin sənədləri imzalamasını, sonra hissə-hissə pulu verəcəyi desə də nəticəsi olmamışdır. Bu zaman onunda həmçinin Təqsirləndirilən şəxsda dostluq münasibətində olduqları Goranboy rayon sakini Şahid3 müraciət edərək, müddətinin az qaldığını odur ki, Təqsirləndirilən şəxs istədiyi 8.000 manatı hissə-hissə verməklə, torpaq sahəsini də verəcəklərini deməklə razı salmasını xahiş etmişdir. Bundan sonra Şahid3 Təqsirləndirilən şəxsla söhbət aparmış və nəticə olaraq sonuncu razılıq verərək icarə müqavilələrini notarial qayda da imzalamışdır. Təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs ondan pulu və torpaq sahəsini də qızı Günayın adına sənədləşdirilməsini tələb etdiyindən aralarında mübahisələr yaranmışdır. Bu zaman X21 Cəfərovun təkidlə pul tələb etməkdən ibarət olan qanunsuz hərəkətlərini görərək, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Bundan sonra baş idarədə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs verilməsi üçün 5.000 manat əməliyyat pulu verilmişdir. Bundan sonra əməliyyat tədbirinin həyata keçirilməsi üçün Şahid1 Şahid3 zəng edərək Təqsirləndirilən şəxsla görüşərək söhbət etməklə yanaşı pulu vermək istədiyini dediyindən, Şahid3 Təqsirləndirilən şəxsla Şahid1 görüşdürmüşdür. Görüş “Kosmos” restoranında olmuş və o, orada olsa da davamlı otaqda oturmamışdır. Görüş zamanı Təqsirləndirilən şəxs onunla birlikdə Şahid1 cəmi 10.000 manat pul tələb etməsini, həmçinin əlavə 4 ha torpaq sahəsinidə istədiyini etiraf edərək, orada icarə prosesini təmin etdiyi üçün Şahid1 Şahid3 yanında şəxsən 5.000 manat alaraq saymaqla cibinə qoymuşdur. Qalan 3.000 manat üçün isə Şahid1 vaxt istədiyindən etiraz etməmişdir. Bu prosesin gedişatında Şahid3 iştirak etmiş, lakin Şahid3 Təqsirləndirilən şəxs onlardan icarə ilə əlaqədar ilk vaxtlarda pul istəməsindən məlumatı olmamış, hər iki tərəfin tanışı olduğundan görüşü təşkil etmişdir. Həmçinin görüş zamanı Təqsirləndirilən şəxs 5.000 manat pulu alması video görüntüdə öz əksini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uüğun olmadığını, qeyd etdiyi pulları istəyərkən əvvəlcə elə başa düşmüşlər ki, həmin pulu icarə haqqı kimi istəmiş, lakin sonrakı danışıqlar zamanı Təqsirləndirilən şəxs icarə haqqının özləri ödəyəcəklərini, həmin istədiyi və aldığı pulu isə onlara icarəyə və hərraçın nəticələrin razı olması üçün özünə istədiyini və aldığını demişdir. Şahid1 vəfat etmiş oğlunun yuxusuna dəfələrlə gəldiyi üçün Təqsirləndirilən şəxs qızının adına verilməli olan torpaq sahəsinin əvəzinə 5000 manat pul verib halallıq almaq istəməsini demədiyini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər sakini Faiq Bayramovu mən uzun müddətdir ki, tanıyır və sonuncu vasitəsilə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid1 da tanımışdır. Belə ki, 2021-ci ilin yay aylarında Şahid2 onunla görüşərək yaxın dostluq münasibətində olduğu Goranboy rayon Düzqışlaq bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahələrini hərrac yolu ilə udduğunu, lakin qanuni prosedur üzrə sonuncu ilə notarial qayda da aralarında icarə müqaviləsi bağlanılmalı olduğunu baxmayaraq, Təqsirləndirilən şəxs sənədləri imza etməkdən imtina etdiyini bildirmişdir. Bu zaman o, Şahid2 bunun səbəbini soruşduğu zaman, sonuncu ona hərracda icarə qismində udmuş olduğu torpaqların 4 ha ölçüdə hissəsini Təqsirləndirilən şəxs öz qızının adına sənədləşdirmək istəməsini, lakin icarə müqaviləsi üzrə həmin sahə özlərinə verildikdən sonra, həmin sahəni Təqsirləndirilən şəxs qızının adına rəsmiləşdirəcəyini, odur ki, sonuncunun sənədləri imza etməsi üçün notariat kontora gəlməsinə razı salmasını xahiş etmişdir. O da bu halda hər hansı problem olmadığını görərək Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq torpaqla əlaqədar sənədləri imzalamasını xahiş etməklə, Şahid2la Şahid1 yerinə cavabdeh olduğunu demişdir. Təqsirləndirilən şəxs bundan sonra notarial kontoruna gələrək həmin sənədləri imzası ilə təsdiq etmişdir. Bundan sonra Şahid2 və Şahid1 tərəfindən icarə müqaviləsi torpaq sahəsinə çıxarış alınması üçün müvafiq quruma göndərilmişdir. Bu proses bir müddət çəkmiş və çıxarışlar alındıqdan sonra o, Təqsirləndirilən şəxs qarşısında cavabdeh olduğundan Şahid2 və Şahid1la bir neçə dəfə torpağın Eylar Cəfərovun qızının adına rəsmiləşdirilməsi barədə söhbətlər aparsa da, ona gözləməyi bildirilmişdir. 2021-ci ilin oktyabr ayında Şahid2la və Şahid1la Gəncə şəhərində yerləşən restoranlardan birində oturub yemək yeyən zaman sonuncu ona vəfat etmiş oğlunun yuxusuna dəfələrlə gəldiyini, ona görə də, Təqsirləndirilən şəxs qızının adına verilməli olan torpaq sahəsini bir neçə günə sənədləşdirəcəyini, həmçinin həmin torpaq sahələri üzrə Təqsirləndirilən şəxs bələdiyyə kimi sənədlərin hazırlanması, həmçinin icarəyə verilməsini təmin etməsi üçün onlardan 10.000 manat istədiyini, həmin puldan 2.000 manatını verməyinə baxmayaraq 8.000 manat borcu qaldığını, həmin pulu da vermək istədiyini, odur ki, görüş təşkil etməyini xahiş etmişdir. Bu zaman o, etiraz etmədən və görüş təyin edəcəyini demişdir. Həmin görüşdən bir neçə gün sonra yəni xx.xx.2021-ci il tarixdə Şahid2 ona zəng edərək Şahid1 Təqsirləndirilən şəxsla görüşərək qalan pulu vermək istədiyini, odur ki, səhəri gün sonuncu ilə birlikdə Gəncə şəhərinə gəlmələrini demişdir. Bu zaman o, deyilənləri tam olaraq Təqsirləndirilən şəxs bildirərək, görüşmək üçün getməli olduqları demişdir. Təqsirləndirilən şəxs ona etiraz etmədiyindən xx.xx.2021-ci il tarixdə görüşə getmişlər və orada Şahid2 zəng vurmuşdur. Şahid2 ona “Kosmos” restoranı gəlmələrini, Şahid1 orada olduğunu demişdir. Restorana gedərək otağa daxil olmaqla Şahid1la görüşmüşlər. Görüş zamanı Şahid1 Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsini təmin etməsini ilə əlaqədar tanışı Şahid2 vasitəsilə 10.000 manat istədiyini, bundan sonra sonuncunun deməsinə əsasən həmin torpaqla əlaqədar 2.000 manat verdiyini, 8.000 manat pul qaldığını, odur ki, həmin puldan 5.000 manatını indi verəcəyini qalan 3.000 manatı da 3 gün ərzində verəcəyini deməklə, elə 5.000 manatı tam şəkildə onun yanında şəxsən Təqsirləndirilən şəxs vermişdir. Bu zaman Təqsirləndirilən şəxs orada söhbət zamanı, torpağın icarəyə verilməsini təmin etməsi ilə əlaqədar 10.000 manat istədiyini, həmin puldan 2.000 manat almasına baxmayaraq 8.000 manat pulun qaldığını, həmin puldan 3000 manatı razılıq verməsi üçün əvvəlki icarədara verəcəyini, torpağın qiymətləndirilməsi ilə əlaqədar Şahid1 ona əlavə 1.000 manatda verəcəyini dediyini, hazırda isə 5.000 manat aldığından 4.000 manat qaldığını desə də, Şahid1 3.000 manat verəcəyini demişdir. Təqsirləndirilən şəxs 5.000 manat pulu saymaqla cibinə qoymuşdur. Həmçinin söhbət zamanı Şahid1 Təqsirləndirilən şəxs istədiyi 4 ha torpaq sahəsinidə qısa müddət ərzində sonuncunun qızının adına sənədləşdirilməsini təmin edəcəyini onun yanında demişdir. O da Şahid1 sahibkar kimi tanıdığından, həmçinin fəaliyyət sahəsinin geniş olduğunu bildiyindən Təqsirləndirilən şəxs qalan 3.000 manatın və torpaq sahəsinin verilməsi barədə Şahid1 əvəzinə cavabdeh olduğunu bir daha bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin mart-aprel aylarında bacısını əməliyyət etdirməli olduğundan ondan 5.000 manat borc aldığından, elə Şahid1 almış olduğu 5.000 manatı tam olaraq borcun əvəzinə ona vermişdir. Bundan bir müddət sonra isə Şahid1 Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərindən şikayət etməsini eşitmişdir. Təqsirləndirilən şəxs pul almağını əks etdirən videolarla tanış olaraq həmin videolarda o, Şahid1 və Təqsirləndirilən şəxs iştirak etdiyini, Təqsirləndirilən şəxs sol yanında əyləşənin özü olduğunu, həmçinin danışıqlarında özünə məxsus olduğunu, hər iki tərəf tanışı olduğundan onların görüşməsini təmin etdiyini, bu prosesdə hər hansı maddi marağının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayında 2021-ci ilin aprel ayları ərzində Goranboy rayon icra hakimiyyətinin 1-ci müavini vəzifəsində işləmiş, lakin səhhətində olan problemlərlə əlaqədar belə ki, kardioloji xəstəlikdən əziyyət çəkdiyindən öz ərizəsi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs tanıyır, belə ki, sonuncu Goranboy rayonu, Düzqışlaq bələdiyyəsinin sədri işləyir. Şahid1 sahibkarlıq fəaliyyəti ilə məşğul olur və rayon ərazisində də əkinçilik işləri ilə məşğul olur. Şahid1 rayon ərazisində yerləşən Düzqışlaq bələdiyyəsinin balansında olan torpaqların yerləşdiyi ərazidə vətəndaşlardan könüllü şəkildə almış olduğu pay torpaq sahələri vardır. Şahid1 həmçinin Düzqışlaq bələdiyyəsinin balansında olan torpaq sahəsini də icarəyə götürmək qərarına gəlmiş və bununla bağlı ona həmçinin icra hakimiyyətinin rəhbərliyinə müraciət etmişdir. Şahid1 rayon ərazisində vətəndaşları iş yeri ilə təmin etdiyindən o, həmçinin rayon rəhbərliyi ona köməklik etməyə hazır olmuşdur. Bələdiyyəyə torpaq sahəsinin ayrılması barədə göstəriş vermək səlahiyyəti olmadığından, o, həmin ərəfələrdə Təqsirləndirilən şəxs zəng edərək Şahid1 qəbul edərək dinləməsini, ona köməklik etməsini xahiş etmişdir. Bundan sonrakı proseslərdən isə xəbəri olmamışdır. Təqsirləndirilən şəxs Şahid1, icarə prosesini həyata keçirməsi ilə əlaqədar 10.000 manat istəməsindən lakin 7.000 manat almasından məlumatı olmamış, həmin proseslərdə iştirak etməməklə, Şahid1 torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs təsir etməmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(001)-1428/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında 6 ay müddətində texniki vasitələrdən istifadə etməklə gizli foto və video çəkilişlərin aparılmasına, onun yaşayış, iş yerinə və gedib gəldiyi əməliyyat marağı kəsb edən yerlərə zəruri halda baxış əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Şahid1 50 ədəd 1.A94167766, 2.AC71276987, 3.A26289146, 4.A07936665, 5.A95362872, 6.A12219995, 7.A46777992, 8.A73038988, 9.A87221677, 10.A53536532, 11.D18947613, 12.A57188847, 13.A31639073, 14.A68301158, 15.B02881572, 16.C34126873, 17.A12891884, 18.A88241499, 19.B06980521, 20.A18096547, 21.A35030973, 22.A80249862, 23.A00860195, 24.A01729117, 25.A96086378, 26.B01674416, 27.A44158615, 28.A17862365, 29.A44371705, 30.B006995050, 31.A91455730, 32.A94004256, 33.A43436858, 34.A89308609, 35.C42549332, 36.C33601261, 37.C51694305, 38.A69964033, 39.A94196044, 40.A63371566, 41.A40876508, 42.A49155487, 43.A35638350, 44.A87484975, 45.C79477844, 46.A80226264, 47.A51882825, 48.A83230303, 49.A07735729 və 50.A47193190 seriya nömrəli 100 manatlıqdan ibarət pul əskinasları verilmişdir. xx.xx.2021-ci il tarixli “əməliyyat görüntülərini əks etdirən diskə baxış keçirilməsi haqqında protokoldan” görünür ki, diskdə 15 ədəd fayl vardır və həmin faylın həcmi 4.38 gb-dır. Həcmi 7019 kb ölçüdə olan fayla daxil olduqda 18 saniyədən ibarət video görüntünün olması müəyyən edildi. Video çəkilişdə Təqsirləndirilən şəxsla Şahid2 arasında torpağın sənədləşdirilməsi ilə əlaqədar söhbətlər aparılır və həmin iş üzrə Şahid2 Təqsirləndirilən şəxs 100 manatlıq əzkinazlardan ibarət 1.000 manat pul verir, sonuncuda həmin məbləği götürərək cibinə qoyur. Bundan sonra 8094 kb həcmi olan digər fayla daxil oldum, 47 saniyəlik video olması müəyyən edildi. Həmin video çəkilişdə Təqsirləndirilən şəxsla Şahid2 arasında torpağın sənədləşdirilməsi ilə əlaqədar söhbətlər aparılır və həmin iş üzrə Şahid2 Təqsirləndirilən şəxs 100 manatlıq əzkinazlardan ibarət 1.000 manat pul verir, sonuncuda həmin məbləği götürərək cibinə qoyur. 7019 kb və 8094 kb həcmidə olan qeyd edilən iki video Şahid2 tərəfindən 2020-ci ilin sentyabr ayında sərbəst şəkildə telefonu vasitəsilə çəkilmişdir. Həmçinin həmin diskdə olan “MOVİ0013” adlı 413 mb həcmi olan digər fayla daxil oldum, 4 dəqiqə 59 saniyəlik video olması müəyyən edildi. Həmin video çəkilişdə Təqsirləndirilən şəxsla Şahid1 və Şahid3 iştirak edir. Video yazının 04-cü saniyəsində Şahid1 100 manatlıq əskinazlardan ibarət 5.000 manatı Təqsirləndirilən şəxs təqdim edir və sonuncudan saymasını xahiş etdiyindən Təqsirləndirilən şəxs həmin məbləği sayaraq tamlığını təsdiq etməklə qabağına stolun üzərinə qoyur. Bundan sonra aralarında torpaqla əlaqədar söhbətlər aparılmaqla, Şahid1 qalan 3.000 manatı da qısa müddətə verəcəyini dediyindən Təqsirləndirilən şəxs buna etiraz etmir. Videonun davamlı olan “MOVİ0015” adlı 414 mb həcmi 4 dəqiqə 59 saniyəlik videonun 56-cı saniyəsində Təqsirləndirilən şəxs Şahid1 almış olduğu 5.000 manat pul vəsaitini şalvarının yan cib hissəsinə qoyur. Bundan başqa diskdə olan digər video çəkilişlərdə Eylar Cəfərov torpaq sahəsini icarəyə verməsi ilə əlaqədar Şahid2 ümumilikdə 10.000 manatı istəməsi, həmin puldan 2.000 manatı Şahid2 əvvəllər, qalan 5.000 manatını isə indi, 3.000 manatın isə verilməli olmağını deməklə, göstərilənləri tamlıqla təsdiq etməsi öz əksini tapmışdır. «Diskə baxış keçirilməsi» haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,"xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli BKC/LGL-22702/21 №-li məktubla daxil olan "CD" diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixi və Şahid2 istifadəsində olan ***-***- **-** mobil nömrəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixləri ərzində mütəmadi telefon danışıqlarının aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin xx.xx.2021-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərindən görünür ki, Cəfərov X10 rayonu, Düzqışlaq bələdiyyəsinin birinci iclasının 14 yanvar 2020ci il tarixli 1 nömrəli protokoluna əsasən həmin bələdiyyənin sədri seçilmişdir. Goranboy rayonu, Düzqışlaq bələdiyyəsinin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının hüquqi aktlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Goranboy rayonu, Düzqışlaq bələdiyyəsinin nizamnaməsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş və həmin nizamnamə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 2 iyul tarixli 698-İQ nömrəli Qanununa və Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyənin nümunəvi nizamnaməsinə” və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Goranboy rayonu, Düzqışlaq bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasına, “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanuna və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq ümumi, bərabər, birbaşa, birbaşa sekçi hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərində ibarət kollegial orqan olub qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirmək məqsədilə yaradılmışdır. Bələdiyyə fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının digər normativ aktlarını və bu Nizamnaməni rəhbər tutur. Bələdiyyənin adı: Goranboy rayonu, Düzqışlaq bələdiyyəsi. Bələdiyyənin ünvanı Goranboy rayonunun Düzqışlaq kəndi. Goranboy rayonu, Düzqışlaq bələdiyyəsi Goranboy rayonunun Düzqışlaq kəndinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Bələdiyyə hüquqi şəxsdir, onun öz möhürü, ştampı, bank hesabı vardır. Bələdiyyə digər bələdiyyələrlə birlikdə öz fəaliyyətlərini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar yarada bilər. Həmin ittifaqlaq qanunvericiliyə uyğun qayda da qeydiyyata alınır. Bələdiyyə ittifaqlarına bələdiyyə səlahiyyətləri verilmir. Yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyənin istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən əmlak təşkil edir. Bələdiyyə öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.Bələdiyyə bələdiyyə mülkiyyətini idarə edir. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüquququnu bələdiyyə, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Goranboy rayonu Düzqışlaq bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 2.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 7.18 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 6.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 4 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 2.65 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.12 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5.98 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.38 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 8.72 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlar alınmış, 22 aprel 2021-ci il tarixdə keçirilmiş bələdiyyə iclası üzrə həmin sahələrin hərraca çıxarılmasına qərar verilməsi nəticəsində xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac prosesi keçirilmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyət olduğundan üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə zamanı Şahid2 bir daha Təqsirləndirilən şəxs üzünə, ilkin olaraq torpağın icarəyə verilməsi ilə əlaqədar 7.000 daha sonra isə 3.000 manat istəməsini, icarə verilmiş sahənin isə ümumi həcminin 47 ha olmasını deyərək Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 8,72 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2070-ci il tarixədək, icarə haqqı isə 310 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 7,18 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2036-cı il tarixədək, icarə haqqı isə 220 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 3,38 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2036-cı il tarixədək, icarə haqqı isə 106 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 5,98 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2070-ci il tarixədək, icarə haqqı isə 214 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 5,98 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2070-ci il tarixədək, icarə haqqı isə 214 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 3,12 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2036-cı il tarixədək, icarə haqqı isə 99 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 6,5 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2070-ci il tarixədək, icarə haqqı isə 230 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 5 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2070-ci il tarixədək, icarə haqqı isə 180 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 2,5 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2070-ci il tarixədək, icarə haqqı isə 92 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli, icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Goranboy rayon Düzqışlaq bələdiyyəsi Goranboy rayon Düzqışlaq kəndində yerləşən 4 ha torpaq sahəsini icarəçi Şahid1 icarəyə vermişdir.İcarə müddəti xx.xx.2070-ci il tarixədək, icarə haqqı isə 210 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında hərracların təşkili üzrə auksion mərkəzinin xx.xx.2021-ci il tarixli 012744 saylı şəhadətnaməsinin surətindən görünür ki, Goranboy rayon Düzqışlaq kəndində yerləşən 5,98 ha torpaq sahəsi hərracda Şahid1 214 manata icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında hərracların təşkili üzrə auksion mərkəzinin xx.xx.2021-ci il tarixli 012753 saylı şəhadətnaməsinin surətindən görünür ki, Goranboy rayon Düzqışlaq kəndində yerləşən 2,50 ha torpaq sahəsi hərracda Şahid1 92 manata icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında hərracların təşkili üzrə auksion mərkəzinin xx.xx.2021-ci il tarixli 012743 saylı şəhadətnaməsinin surətindən görünür ki, Goranboy rayon Düzqışlaq kəndində yerləşən 5 ha torpaq sahəsi hərracda Şahid1 180 manata icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında hərracların təşkili üzrə auksion mərkəzinin xx.xx.2021-ci il tarixli 012751 saylı şəhadətnaməsinin surətindən görünür ki, Goranboy rayon Düzqışlaq kəndində yerləşən 4 ha torpaq sahəsi hərracda Şahid1 210 manata icarəyə verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixatriya Xəstəxanasının xx.xx.2021-ci il tarixli 1356 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicə almamışdır. Goranboy rayon Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci arayış və xasiyyətnaməsindən görünür ki, Cəfərov X10 rayon Düzqışlaq kəndində həyat yoldaşı X9 və övladı X12 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. № 034774 saylı vəsiqənin surətindən görünür ki, X8 müharibə veteranıdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regioanal Filialı Goranboy rayon qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Goranboy rayon Düzqışlaq kənd sakini Təqsirləndirilən şəxs ayda 259,78 manat İİİ dərəcəli əliliyə görə əmək pensiyası alır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Gəncə-Daşkəsən regioanal Filialı Goranboy rayon qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Goranboy rayon Düzqışlaq kənd sakini X14 müddətsiz olaraq hər ay 80 manat müharibə veteranları üçün nəzərdə tutulan prezident təqaüdü alır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi, axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gələrək özün təqdim etmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş 2.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 7.18 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 6.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021ci il tarixli, 4 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 2.65 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.12 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5.98 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.38 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 8.72 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlar, 22 aprel 2021-ci il tarixdə keçirilmiş bələdiyyə iclasının bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sənədlərin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Mərkəzinin Bərdə Ərazi şöbəsinə təqdim olunması barədə qərarı, xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac prosesinin nəticəsinə dair qərarlar və 10 ədəd xx.xx.2021-ci il və 13 iyul 2021-ci il tarixli icarə müqavilələri, "xxxx" MMC-yə aid xx.xx.2021-ci il tarixli BKC/LGL-22702/21 №-li cd disk, pulun verilməsini özündə əks edirən 15 ədəd fayldan ibarət həcmi 4.38 gb olan cd disk maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş itiihamla özünü təqsirli bilməyərək, həmin pulu icarə haqqı kimi bələdiyyənin büdcəsinə keçirmək üçün istədiyini, 2000 manatı da icarə haqqı kimi alsa da, şəxsi ehtiyacına xərcləmiş, lakin sonrakı müqavilələr zamanı onların əvəzində bələdiyyənin büdcəsinə keçirəcəyini, 5000 manatı isə qızının adına verilməli olan torpaq sahəsinin əvəzinə aldığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 311.3.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 311.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olmasını, qardaşlarının müharibə veteranı olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını və səhhətini nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 311.3.3-cü maddəsində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza kimi Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə də cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gələrək özün təqdim etmiş və o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən 2.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 7.18 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 6.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 4 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 2.65 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.12 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5.98 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.38 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 8.72 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlar, 22 aprel 2021-ci il tarixdə keçirilmiş bələdiyyə iclasının bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sənədlərin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Mərkəzinin Bərdə Ərazi şöbəsinə təqdim olunması barədə qərarı, xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac prosesinin nəticəsinə dair qərarlar və 10 ədəd xx.xx.2021-ci il və 13 iyul 2021-ci il tarixli icarə müqavilələri, "xxxx" MMC-yə aid xx.xx.2021-ci il tarixli BKC/LGL- 22702/21 №-li cd disk, pulun verilməsini özündə əks edirən 15 ədəd fayldan ibarət həcmi 4.38 gb olan CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 05 noyabr 2022-ci il tarixdən hesablansın. Əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut hesab edilən 2.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 7.18 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 6.5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021ci il tarixli, 4 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 2.65 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.12 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 5.98 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 3.38 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli, 8.72 ha ölçüdə olan torpaq sahəsi üzrə ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışlar, 22 aprel 2021-ci il tarixdə keçirilmiş bələdiyyə iclasının bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sənədlərin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Mərkəzinin Bərdə Ərazi şöbəsinə təqdim olunması barədə qərarı, xx.xx.2021-ci il tarixdə keçirilmiş hərrac prosesinin nəticəsinə dair qərarlar və 10 ədəd xx.xx.2021-ci il və 13 iyul 2021-ci il tarixli icarə müqavilələri, "xxxx" MMC-yə aid xx.xx.2021-ci il tarixli BKC/LGL-22702/21 №-li cd disk, pulun verilməsini özündə əks edirən 15 ədəd fayldan ibarət həcmi 4.38 gb olan CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar