Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-179/2025 04.02.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X15 və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X16, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və X13, ədliyyə müşaviri X10, zərərçəkmiş şəxsin hüquqi varisi X11, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Gəncə Regional vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 2009-cu il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Tərtər şəhəri, 6 saylı tam orta məktəbin İX sinif şagirdi, işsiz, subay, məhkum olunmamış, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs X5 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 01 yanvar 2024-cü il tarixdə saat 00:00 radələrində yaşadığı Tərtər şəhəri, Nizami küçəsi, bina 40 ünvanının qarşısında olan həyətdə tanışları ilə yeni ilin gəlişini qeyd edərkən yaşadığı blokun 5-ci mərtəbəsindəki mənzildə yaşayan qonşusu, həmin vaxt həyətdə yeni ilin gəlişini qeyd edən zərərçəkmiş şəxs X3 əlindəki alışmış vəziyyətdə olan pirotexniki vasitə-fişəngi ona istiqamətləndirərək partlatması nəticəsində qığılcımların onun üz nahiyəsinə dəydiyinə görə sonuncuya iradını bildirib fişəngi qəsdən üzünə istiqamətləndiriməsinin səbəbini soruşduqda, onunla mübahisə yaratmağa çalışan Canpolad Tağıyevin onun özünün, anasının və sülaləsinin ünvanına nalayiq ifadələr işlədərək onunla mübahisə etməklə üz nahiyəsinə yumruq zərbəsi vurub, ona burunun, sol gözün bayır bucağı nahiyələrinin qançırları, sol diz, sol bud nahiyələrinin sıyrığından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirməsi qarşılığında Canpolad Tağıyevə sağ göz yuvasıüstü, sol qaş nahiyələrinin qançırları, sağ dirsək oynağı, döş qəfəsi, oma nahiyələrinin sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirmiş və almış olduğu bədən xəsarətlərinə və həmin an mütəmadi olaraq onu nalayiq ifadələrlə təhqir etməsinə əsəbiləşdiyi üçün kənar şəxslərin müdaxiləsi nəticəsində ayrıldıqdan sonra özündə yaranmış qəzəb hissini büruzə verərək Canpolad Tağıyevi qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə birbaşa yaşadığı mənzilə gedib mətbəxdəki bıçaqların olduğu siyirmədən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində sonradan təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb sağ əlində tutmaqla həyətə qayıdıb tut ağacının yaxınlığında dayanmış Canpolad Tağıyevin üzərinə gedərək aralarında olmuş əlbəyaxa davanın şahidi olmuş, həmin vaxtdan hadisənin baş verdiyi yerdə Canpolad Tağıyevin yanında gözləyən sonuncunun qardaşı, 2009-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan Şahid1 gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, ona xüsusi əzab və iztirablar verdiyini dərk edib xüsusi amansızlıqla Canpolad Tağıyevin həyat və sağlamlığına, eləcə də yaşamaq və təhlükəsiz yaşamaq konstitusion hüquqlarına qəsd edib sonuncunun boyun nahiyəsinə bir bıçaq zərbəsi endirərək sol ümumi yuxu arteriyasının kəsilməsi ilə boyunun deşilmiş-kəsilmiş bir ədəd yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, baş vermiş kəskin qanitirmə ilə ölümünə səbəb olan bədən xəsarəti yetirməklə Canpolad Tağıyevi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda necə yazılmışdırsa elə də olmuşdur. O, Canpolad Tağıyevi ona ağır söyüş söydüyünə görə bıçaqla vurmuşdur. Həmin söyüşün qarşılığında o aciz qalası deyildir. Mərhum onun gözünə fişək atmış, o isə mərhuma niyə atırsan demişdir. Bundan sonra mərhum onu vurmuş və ona “belə də olmalıdır” demişdir. Bundan sonra onları ayırmışlar və həmin vaxt mərhum ona “ana söyüşü” söymüşdür. O da ki, həmin söyüşə görə Canpoladı vurmuşdur. Onu tanıyanlar tanıyır və bilir ki, o nəyə qadirdir. O səbəbdən o bıçağı götürmüş və gəlib Canpolad Tağıyevi vurmuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiy ifadəsindən görünür ki,iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, «… X7 qonşusudur və yaşadığı binanın 5-ci mərtəbəsində anası, qardaşı və bacısı olan Əbülfəz, Fərhad və Türkan ilə birlikdə yaşayır.Canpoladgil təxminən 2023cü ilin sentyabr ayında yaşadığı binaya köçüb yaşamağa başlamış, Canpoladla qonşu münasibətində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yuxudan ayılmış, anası Qanuni nümayəndə həmişəki kimi iş yerinə getmişdir. Səhər yeməyini yeyib günorta radələrinə qədər evdə vaxt keçirdikdən sonra dostları soyadlarını bilmədiyi Kənan və Nicatla birlikdə Tərtər rayon polis şöbəsinin yaxınlığında olan «Tərtər»kafesi deyilən yerdə oturub söhbət edə-edə hərəsi 1 bakal pivə içmişdir. Təxminən saat 17 radələrində qeyd etdiyi dostları ilə sağollaşıb evə qayıtmışdır. Bir qədər evdə vaxt keçirdikdən sonra təxminən saat 19 radələrində binanın qarşısındakı həyətdə həmyaşıd qonşularını görüb söhbət edib bayramı qeyd etmək üçün həyətə gəlmişdir. Həmin vaxt anası hələ işdən gəlməmişdir. Həyətdə Yusif, Rusif, Canpolad Tağıyev, sonuncunun anası, qardaşları Fərhad, Əbülfəz və bacısı Türkan və fikir vermədiyindən adlarını qeyd edə bilmədiyi digər qonşular da olmuşdur. Həmin vaxt onun əynində krem rəngli yaxası zəncirbəndli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və ayağında da ağ-qara rəngli şəpit olmuşdur. Həyətdə qonşu uşaqlar pirotexniki vasitələrdən istifadə etdiyinə görə onlara tamaşa etmişdir. Həmin vaxt Canpolad tanımadığı 5-6 nəfər qohumları ilə birlikdə həyətdə olan besetkada nə isə içmişdir. Sonradan Canpoladın digər şəxslərlə içki qəbul etdiklərini hiss etmişdir. Artıq saat 00 radələrində yeni ilin gəlişini qeyd etmək üçün sakinlər həyətdə çoxalmağa başlamışdır. Hadisə baş verən yerdə Yusif və Rusif adlı qonşusu ilə dayanıb söhbət etmişdir. Bu zaman, Canpolad əlində təxminən 30-40 sm uzunluğunda olan, havaya atılmaqla kiçik ölçülü partlayış səsi çıxaran pirotexniki vasitə ilə qohumları ilə birlikdə onun olduğu yerə yaxınlaşmışdır. Anidən əlindəki fişəngi onun üzünə tutub bir dəfə atdıqda üz nahiyəsinə dəydiyindən gözü yaşarmış və o geri çəkilmişdir. Həmin vaxt Canpolad içkili olduğundan onunla yersiz zarafat edib bu hərəkətinə gülmüşdür. Artıq qonşular evlərinə gedərkən Canpolad Tağıyevi bir qədər kənara çəkib belə hərəkət etməsinin səbəbini soruşduqda Canpolad Tağıyev geri çəkilib onu sağ əlinin yumruğu ilə onun burun nahiyəsinə vurmuş, onu vurduğuna görə Canpolad Tağıyevi vurmaq istədikdə sonuncunun az öncə yanında olan tanımadığı, 19-20 yaş aralığında olan, saqqalı 5-6 nəfər qohumu Canpolad ilə birlikdə onu təkləmişlər. Həmin vaxt o üzərində olan qara rəngli gödəkçəsini çıxarıb yerə tullamışdır. Bundan sonra onlar dalaşmış və qarşı tərəf onu döyməyə çalışdıqda o yerə yıxılmışdır. Mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Münaqişə zamanı Canpolad Tağıyev ona zərbələr endirərək xəsarət yetirmiş, o da Canpolad Tağıyevə yumruq vurmuş və yumruğundan biri də sol göz nahiyəsinə dəymişdir. Bundan sonra dava bitmiş onlar kənara çəkilmişlər. Canpolad əynindəki paltarları soyunmağa başlayıb üzərində olan gödəkçə, kofta və maykasını çıxarmışdır. Elə həmin zaman ona ana söyüşü söyərək onu təhqir etmiş, onun namusuma xələl gətirən təhqirlər etdiyinə və qeyrətinə ləkə gətirdiyinə görə o həmin vaxt artıq Canpoladdan qisas alıb sonuncunu öldürmək istəmişdir. Məqsədini reallaşdırmaq üçün evdə, mətbəxdə olan bıçağı götürmək üçün bir neçə dəqiqə keçdikdən sonra Canpolad Tağıyevi kənara çəkib onu gözləməsini, evə dəyib gələcəyini demişdir. Bundan sonra bıçağı götürmək üçün evə qalxıb mətbəxə daxil olub, dəstəyi qəhvəyi rəngli taxta materiallı, tiyəsi isə metal olan bıçağı götürüb əlində saxlayıb həyətə düşmüşdür. Həyətdə olarkən hadisənin baş verdiyi yerdə Canpoladın az öncə onu döydüyü qohumları ilə birlikdə gözlədiyini görüb “gəl bura” deyə qışqırmağa başlamışdır. Əlindəki bıçağı görən Canpolad Tağıyevin qohumları ondan qorxub geri çəkilmiş və o, birbaşa Canpoladın üzərinə gedib sağ əli ilə dəstəyindən tutduğu bıçaqla Canpolad Tağıyevin sol boğaz nahiyəsindən bir dəfə vurmuşdur. Canpolad müvazinətini itirib geriyə addım atanda sağ əlində olan bıçaqla ikinci zərbəni sonuncunun döş qəfəsi hissəsinə vurmuşdur. Həmin vaxt əlindəki bıçaq yerə düşmüşdür. Yusif və digər fikir vermədiyi şəxslər onu kənara çəkmişlər. Canpolad Tağıyev isə onun zərbələrindən sonra yerə yıxılmış və boğaz nahiyəsindən kəskin qan axmağa başlamışdır. Ayağındakı şəpitlər çıxdığından o ayaqyalın vəziyyətdə evə qalxmışdır. Evə qalxıb anasına zəng edib Canpoladı öldürdüyünü deyib evə gəlməli olduğunu bildirmiş, bu müddət ərzində qonşusu Pərvin, Arzu, Flora, İlqar və həyat yoldaşı gəlib yanında dayanmışlar. Təxminən 20 dəqiqə sonra anası təlaşlı şəkildə evə gəlib, onu görüb ağlamağa başlamış, nə baş verdiyini soruşduqda, anasının ünvanına söyüş söydüyünə görə Canpoladı bıçaqla vurub öldürdüyünü demiş, az sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, hadisə zamanı cinayət törətməzdən əvvəl, cinayəti törədən ərəfədə hər hansı şəxs tərəfindən ona qarşı təzyiq və ya təsir, hədə-qorxu, sövdələşmə, ələ alma kimi hallar olmamışdır. Cinayət törətməkdə ona heç kim köməklik göstərməmiş, cinayətin törədilməsində özündən başqa heç kim iştirak etməmişdir. Cinayəti törətdikdən sonra ev telefonu vasitəsi ilə anası İlahə ilə əlaqə saxlamış və əməlini etiraf etmişdir. İstifadəsində olan «Samsung A54 5G» markalı mobil telefon olmuşdur. Həmin mobil telefon da, hadisə zamanı dava-dalaşda cibindən həyətə bilmədiyi yerə düşmüşdür. Əvvələr hər hansı bir cinayət əməli törətməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, həmin vaxt o qızının arxası ilə getmişdir. Həmin yerdə tut ağacı olmuş, o gələn zaman Canpoladgil orada kom şəkilində durmuşlar. Həmin vaxt Canpolad evinin açarını ona vermişdir. O isə Canpolada evə getməyi təklif etmişdir. Həmin vaxt Canpolad ona “sən çıx mən 5-10 dəqiqəyə gəlirəm” demişdir. Həmin vaxt orada Fuad və digər şəxslər olmuşlar. O orada təzə qaldığından orada olan şəxsləri yaxşı tanımamışdır. Fuad isə orada olan şəxsləri yaxşı tanımışdır. O oradan gələndən sonra Canpolad ona “çıx evə 5-10 dəqiqəyə gələcəm” demişdir. O yenidən Canpolada “çıxırsan evə Canpolad” o isə təkrarən 5-10 dəqiqəyə gəlirəm” demişdir. O evdən baxan zaman Fuadla Canpoladın dalaşmasını görmüşdür. Orada onlar qarşı-qarşıya dalaşmışlar. Canpolad Fuadı, Fuad isə Canpoladı vurmuşdur. O evdə olan zaman qızı Türkana “Türkan düşək Canpoladla Fuad dalaşırlar” demişdir. O evdən düşüb gələnədək Fuadla Canpoladı aralamışlar. Orada olan bir kişi Fuadı tutaraq evinə doğru aparmışdır. Həmin şəxsin kim olmasını o bilmir. O evdən sıxan zaman Fuada heç bir söz deməmişdir. Həmin vaxt Canpolad əynində olan gödəkcəsini əynindən çıxararaq onun üzərinə ataraq ona “sən niyə düşdün çıx evə” demişdir. Həmin vaxt orada olan şəxslər də ona “xala araladıq daha sakitdirlər” demişlər. Bundan sonra o evə gedəndə bir daha səs-küy gəlməsini eşitmiş, evə daxil olmadan geri dönmüş və həmin vaxt Canpoladın tut ağacının altında qanın içində uzanmasını görmüşdür. Həmin vaxt o nə olmasını soruşmuş,ona Fuadın bıçaq gətirərək Canpoladı vurmasını demişlər. O oğlu Canpoladın vurulmasını görməmişdir. Həmin vaxt qardaşı Fərhad onun yanında olmuşdur. Sonra təcili tibbi yardım gəlmiş və Canpoladı xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar uşaqlarla çöldə durmuşlar. Həmin vaxt orada Faud, Polad və qonşular da olmuşlar. Həmin gün gecə saat 12:00 tamam olan vaxt qonşuluqda yaşayan bir uşaq onlara yaxınlaşaraq “fişəng”-in yandırılmasını istəmişdir. İlk öncə Fuad “fişəngi” götürmüş, lakin yandıra bilməmişdir. Sonra həmin “fişəngi” Canpolad götürmüş və yandırmışdır. Canpolad “fişəngi” yandıran zaman “fişəng” Fuadın gözünə dəymişdir. Həmin vaxt Fuad Canpolada “niyə belə edirsən” deyərək söyüş işlətmişdir. Daha sonra Canpolad və Fuad bir birlərinə qarşılıqlı olaraq söyüş soymüşlər. X26 dalaşmış və yıxılmışlar. Orada olan şəxslər onları ayrımış və Fuadı evə aparmışlar. Həmin vaxt Polad da onların yanında olmuşdur. Fuad evə getdikdən sonra bıçaq götürərək onların yanına gəlmişdir. Bundan sonra Fuad Canpolada “gəl bura aşağı görəcəksən səni nə edəcəyəm” demişdir. Daha sonra Polad Fuadın üzərinə getmişdir. Həmin vaxt Fuad Poladı bıçaq ilə vurmuş və Polad yerə yıxılmışdır. Sonra Fuad hadisə yerində evə qaçmış, Polad isə yerdə qalmışdır. Fuad Poladı bıçaqla vurvnda hadisə onun gözü qarşısında baş vermiş, o hadisə vaxtı onların yanında olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o həmin gün işdə olmuşdur. O işdən evə gələn zaman onun qardaşı evdə olmamışdır. O evə gələn zaman onun qardaşı və başqa şəxslər evin yanında olan ağacın alıtnda oturmuşlar. Onlar evə gələn zaman onun anası onun qardaşını çağırmış və qardaşından evin açarını istəmişdir. Bundan sonra onun qardaşı açarı anasına vermiş və onlar bayram masanın üzərini hazırlamışlar. Həmin gün yeni il axşamı olmuşdur. Onlar evə qalxan zaman onun qardaşı onlarla evə getməmişdir. Bundan sonra onun balaca qardaşı onlarla evə qalxmış və sonra yenə həyətə düşmüşdür. Bir müddət sonra həfətdən səs-küy gəlmiş, onlar pəncərədən çölə baxan zaman dava-dalaş olmasını görmüşlər. Həmin vaxt onlar da çölə çıxmışlar. Lakin Canpolad onlara evə çıxmalarını bildirmiş və onlar evə getmişlər. Bundan sonra onlar evə çıxan zaman dava-dalaş yenidən başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Fuadla Canpolad dost olmuşlar. Bayram günləri bir yerdə olmuşlar. Həmin vaxt o səsə çevrilmiş və Fuadın üzünü tutmasını görmşüdür. Fuad həmin vaxt Canpolada narazı şəkildə “niyə fişəngi üzümə vurdun” demişdir. Həmin vaxt Canpolad Fuada yaxınlaşaraq nəsə demişdir. X22 nəsə deməsini o eşitməmişdir. Belə ki, həmin vaxt atəşfəşanlıq olmuşdur. Bundan sonra Canpolad Fuadı vurmuşdur. Sonra onlar qarşılıqlı dalaşmış və Fuad yerə yıxılmışdır. Həmin vaxt Şahid5 və Şəhriyar Rəhimov onları aralamışlar. Daha sonra Fuad heç bir söz demədən çıxıb getmişdir. Həmin vaxt Canpolad əynində olan paltarlarını çıxararaq qışqıra-qışqıra söyüşlər söymüşdür. Canpolad Fuadın anası və nəslinə söymüşdür. Fuad həmin vaxt heç bir söz demədən evə getmişdir. Lakin Canpolad yenə dayanmadan söyüşlər söymüşdür. Həmin vaxt arada olan Yusif və Şəhriyar Canpoladı tutmaq istəsələr də Canpoladın əynində üst geyim paltarı olmadığı üçün onu tuta bilməmişlər. Sonra o Canpolada yaxınlaşaraq onun qulağından tutaraq “söyüş söymə burada qadınlar vardır” demişdir. Həmin vaxt atəşfəşanlıq olduğu üçün qadınlar çöldə olmuş və atəşfəşanlığa baxmışlar. Canpolad ona “baş üstə sən nə deyirsən gözüm üstə” demişdir. O isə Canpolada “əyini geyin sakit dur” demişdir. Sonra Canpolad əynini geyinmiş və sakit şəkildə durmuşdur. Həmin vaxt onlar atəşfəşanlıq olduğu üçün baxmışlar. Sonra onlardan 40-50 metr uzaqda Fuadın qışqırıq səsi gəlmiş və Fuad “bura gəl” demişdir. Həmin vaxt onlar olduğu yer qalanlıq olmuşdur. Onlar həmin yerdə əlbəyaxa dalaşmış və bir-birilərini vurmuşlar. O həmin istiqamətə getmiş, həmin yerə yaxınlaşan zaman Canpolad halsız şəkildə Fuada yumruq atmış, lakin həmin yumruq Fuada dəyməmişdir. Həmin vaxt Canpolad onun yanından keçmiş və onun əlində içki olmuşdur. Canpolad həmin vaxt halsız olmuş o Canpoladın halsızlığının içkinin təsirindən olmasını düşünmüşdür. Canpolad onun yanında keçdikdən sonra o Fuada “çıx get burdan” demişdir. Həmin vaxt Fuad qaçmışdır. Sonra orada olan insanların qışqırmış, o baxanda Canpoladın qan içində olmasını görmüşdür. Orada olan insanlar Fuadın Canpoladı bıçaqla vurmasını demişlər. Həmin vaxt Canpoladın qardaşı Fərhadın yerdən bir dənə bıçaq götürməsini görmüşdür. Həmin vaxt orada Rusif adlı şəxs də olmuşdur. Rusif Canpoladın boğazına paltar tutmuş və qanın gəlməsinin qarşısını almaq istəmişdir. Bundan sonra o təcili tibbi yardıma zəng etmişdir. Lakin təcili tibbi yardın gələnədək Canpolad vəfat etmişdir. Canpoladı təcili tibbi yardım avtomobilinə yerləşdirən zaman onun dünyasını dəyişəməsi deyilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Camaləddin oğlu ifadəsində göstərmişdir ki, onlar binanın qarşısında olan zaman Fuadla Canpolad dalaşmışlar. Həmin vaxt onun sinif yoldaşı Şəhriyar da orada olmuşdur. Şəhriyar dalaşnları ayırmışdır. Bir qədər sonra Fuadın Canpoladı vurması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, O hadisə yerində olmuşdur. X12 əlində fişəng olmuşdur. Canpolad həmin fişəngi yandıran zaman fişəng onun əlində açılmış və Təqsirləndirilən şəxs boyun nahiyyəsinə dəymişdir. Ona görə onların aralarında yüngül mübahisə düşmüşdür. X27 söyüş söymüşdür. Bundan sonra onlar mübahisə etmişlər və uşaqlar onları ayırmışlar. Daha sonra onlar hadisə yerindən uzaqlaşmışlar. Az sonra səs-küy gəlmişdir. Onlar hadisə yerinə gələndə Canpolad yerdə uzanaqlı vəziyyətdə olmuşdur. Həmin vaxt onun bıçaqla vurulmasından onların xəbəri olmamışdır. Onlar Canpoladın əynində olan köynəyi çıxaran zaman Canpoladın boğaz nahiyyəsindən xəsarət almasını görmüşlər. Daha sonra təcili tibbi yardım avtomobili gəlmiş və Canpoladı xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Canpoldgil onların yaşadığı binada kirayədə yaşamışlar. Canpoladla Fuad dost olmuşlar. Həmin gün gecə saat 12:00 radələri olmuşdur. O baxmaq üçün evinin pəncərəsini açmış və həmin vaxt çöldən səs gəlməsini eşitmişdir. O pəncərədən baxan zaman uşaqların yığılmasını və həmin yerdə bir-birilərinə nəlayiq ifadələrin işlətməsini eşitmişdir. O pəncərədn baxan zaman vəfat edən şəxsin əyninin soyunmasını və nəlayiq ifadələrin işlətməsini görmüşdür. Daha sonra təcili tibbi yardım avtomobili gəlmiş və orada çox sayda adamlar olmuşdur. 01 yanvar 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər rayon Məhkəməsinin 02 yanvar 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 01 yanvar 2024-cü il tarixdən hesbalanmışdır. “Məhkəmə Tibbi Ekspertiza və X9” X29 Bərdə rayonlararası zona mərkəzinin 01 yanvar 2024-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə məhkəmə-kimyəvi, məhkəmə-histoloji və məhkəmə-tibbi kriminilastik laborator müayinə cavablarına əsasən, iş haqqında verilən ilkin məlumatları nəzərə almaqla həlli üçün ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: X18 Tural meyitinin bədənində aşağıdakı xəsarətlər- sol ümumi yuxu arteriyasının kəsilməsi ilə boyunun deşilmiş-kəsilmiş 1 ədəd yarası, sağ gözyuvasıüstü, sol qaş nahiyələrinin qançırları, sağ dirsək oynağı, döş qəfəsi, oma nahiyələrinin sıyrıqları vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişdir; a) sol ümumi yuxu arteriyasının kəsilməsi ilə boyunun deşilmiş-kəsilmiş 1 ədəd yarası deşici-kəsici alətin ola bilsin bıçaq təsirindən törənmişdir; b) sağ gözyuvasıüstü, sol qaş nahiyələrinin qançırları, sağ dirsək oynağı, döş qəfəsi, oma nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) törənmişdir; törənmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, canlı şəxslərdə dərəcələrinə görə: a) sol ümumi yuxu arteriyasının kəsilməsi ilə boyunun deşilmiş-kəsilmiş 1 ədəd yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aiddir; b) sağ gözyuvasıüstü, sol qaş nahiyələrinin qançırları, sağ dirsək oynağı, döş qəfəsi, oma nahiyələrinin sıyrıqları birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 ölümünə səbəb sol ümumi yuxu arteriyasının kəsilməsi ilə boyunun deşilmişkəsilmiş yarası nəticəsində baş vermiş kəskin xarici qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqiatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 0,37%»-dir. Etil spirtinin aşkar edilmiş bu qatılığı canlı şəxslərdə praktik ayıq hesab edilir (ədəbiyyat: Ş.M.Musayev məhkəmə təbabəti). Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə Tibbi Ekspertiza və X9” X29 Bərdə rayonlararası zona mərkəzinin 02 yanvar 2024-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun, sol gözün bayır bucağ nahiyələrinin qançırları, sol diz, sol bud nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, özü-özünə yetirməsi inandırıcı deyildir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi“ Publik Hüquqi şəxsi X14 Şöbəsinin 16 mart 2024-cü il tarixli 195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və ona qədər hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman öz əməlinin faktiki xarakterini dərk etmək və ya onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlikdən əziyyət çəkmir. O, öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs aşağıdakıı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). “Məhkəmə Tibbi Ekspertiza və X9” X29 27 fevral 2024-cü il tarixli, 122/2024-MTBŞ nömrəli məhkəmə-tibbi bioloji ekspertiza rəyindən görünür ki, X3 ABO sistemi üzrə qan qrupu: Abeta (H)/İİ/. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 03 ədəd çubuqlu pambıq tampon, Təqsirləndirilən şəxs məxsus kofta, C.Tağıyevə məxsus idman şalvarı və 01 cüt idman ayaqqabısı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təin olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən X6 məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus gödəkçə və şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin” 16 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/102; 3/121 nömrəli məhkəmə-trasoloji-ballistik ekspertiza rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində mərhum “X6 məxsus” yazı qeydləri olan bir ədəd idman şalvarının, bir cüt idman ayaqqabısının, üzərində “Təqsirləndirilən şəxs məxsus” bir ədəd gödəkçənin, bir ədəd köynəyin, bir ədəd cins şalvarın səthində trasoloji zədə yoxdur. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin” 16 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/338 nömrəli məhkəmə-lifli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X6 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X6 məxsus olduğu qeyd edilən idman şalvarının səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli matiraolunmuş kimyəvi liflər rənginə və təbiətinə görə X6 məxsus olduğu qeyd edilən idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. 01 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Tərtər şəhəri, Nizami küçəsində yerləşən 60 mənzilli binanın qarşısındakı həyətdir. Tərtər rayon Prokurorluğundan Nizami küçəsi ilə Tərtər rayon Polis Şöbəsi istiqamətində 500 metr məsafə qət etdikdə yolun sağ hissəsində 6 nömrəli məktəb vardır. 6 nömrəli məktəbdən rayon polis şöbəsinə tərəf 70 metr məsafəni irəlilədikdə sağ tərəfə ayrılan yol ayrıcı görünür. Qeyd olunan yol ayrıcı ilə 35 metr məsafədə hərəkət etdikdə altı giriş qapısı olan, 5 mərtəbəli yaşayış binası müşahidə olunur. Binanın qarşısındaki ərazidə çoxsaylı ağacların, körpələr üçün nəzərdə tutulmuş 02 ədəd yelləncəyin və tünd yaşıl rəngli dəmirləri, boz rəngli damı olan çardağın (besetkanın) olduğu görünür. 5 mərtəbəli bina ilə üzbəüz dayandınqa binanın sol başlanğıcından dördüncü giriş qapısı ilə üzbəüz asfalt örtüklü yolun sonunda 01 ədəd ağac vardır. Ağacının önündə taxtadan ibarət skamya müşahidə olunur. Qeyd olunan ağacdan binanın sol başlanğıcından beşinci və altıncı giriş qapıları istiqamətində 4,32 metr məsafədə qanabənzər ləkələrin olduğu görünür. Həmin qanabənzər ləkələr şərti olaraq 1 rəqəmi ilə işarələndi. Şərti olaraq 1 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələrdən binanın sol başlanğıcından beşinci giriş qapısı istiqamətində 1,90 metr məsafədə, asfalt örtüklü yol ilə bitişik səkinin üzərində qanabənzər ləkələrin olduğu müşahidə edilir. Qeyd olunan qanabənzər ləkələr şərti olaraq 2 rəqəmi ilə işarələndi. Şərti olaraq 2 rəqəmi ilə işarələnmiş qanabənzər ləkələrdən binanın sol bağlanğıcından beşinci giriş qapısı istiqamətində 90 santimetr məsafədə asfalt örtüklü yol ilə bitişik səkinin üzərinə və yola sıçramış digər qanabənzər ləkələrin olduğu müşahidə edilir. Həmin qanabənzər ləkələr şərti olaraq 3 rəqəmi ilə işarələndi. Hadisə yerinə baxış zamanı qeyd olunan ardıcıllıq ilə şərti olaraq 1,2,3 rəqəmləri ilə işarələnmiş qanabənzər ləkələrdən çubuq tampon vasitəsi ilə müvafiq nümunələr götürüldü. Binanın sol başlanğıcından dördüncü giriş qapısı ilə üzbəüz dayanaraq asfalt yolun üzəri ilə beşinci giriş qapısı istiqamətində 6 metr irəlilədikdə binanın daş ilə hörülmüş hissəsindən 4 metr məsafədə yerləşən səki və səkinin önündə ağ və qara rənglərdən ibarət, rezin materiallı başmağın sol tayı vardır. Qeyd olunan başmağın sol tayı şərti olaraq 4 rəqəmi ilə işarələndi. Başmağın sol tayının ön barmaq hissəsi binanın sol başlanğıcından dördüncü giriş qapısı ilə paralel vəziyyətdə olan ağac, arxa hissəsi isə səki istiqamətindədir. Səkinin qurtaracağından başmağın arxa daban hissəsinə qədər olan məsafə 12 santimetrdir. Başmağın sol tayı müvafiq qaydada qablaşdırılaraq götürüldü. Binanın sol başlanğıcından dördüncü giriş qapısı ilə paralel, asfalt örtüklü yolun sonunda paltar asılqanının dəmir dirəyinin yanında ağ və qara rənglərdən ibarət, rezin materiallı başmağın sağ tayı görünür. Başmağın sağ tayı şərti olaraq 5 rəqəmi ilə işarələndi. Paltar asılqanından şərti olaraq 5 rəqəmi ilə işarələnmiş başmağın sağ tayının ön barmaq hissəsinə qədər məsafə 1,75 metrdir. Rezin başmağın sağ tayının ön barmaq hissəsi binanın sol başlanğıcından altıncı (sonuncu) giriş qapısı ilə paralel, binanın qarşısında olan çardaq istiqamətində, daban hissəsi isə dördüncü giriş qapısı istiqamətindədir. Şərti olaraq 1 rəqəmi ilə işarələnmiş qanabənzər ləkədən 5 rəqəmli başmağın sağ tayının daban hissəsinə qədər olan məsafə 9 metrdir. 5 rəqəmli şəpiyin sağ tayı müvafiq qaydada qablaşdırılaraq götürüldü. 60 mənzilli bina ilə paralel vəziyyətdə asfalt yolun sonunda olan səkinin qurtaracağında bağ vardır. Səki ilə bağı ayıran ərazidə güllər yerləşməkdədir. Binanın sol başlanğıcından dördüncü giriş qapısı ilə üzbəüz ağacdan çardaq (besetka) istiqamətində sağ diaqonal ilə 5 metr məsafədə irəlilədikdə bağa daxil olmaq üçün torpaq yol görünür. Qeyd olunan torpaq yolun başlanğıcından bağ istiqamətində 3 metr məsafədə irəlilədikdə nazik gövdəli ağac vardır. Həmin ağacın yaxınlığında torpaq ərazinin üzərində 01 ədəd bıçaq görünür. Bıçaq şərti olaraq 6 rəqəmi ilə işarələndi. Şərti olaraq 6 rəqəmi ilə işarələnmiş bıçağın dəstəyi qəhvəyi rəngli taxta materiallı, tiyəsi isə metaldır. Bıçağın tiyəsinin üzərində qana bənzər ləkələr görünür. Bıçağın tiyəsinin uzunluğu 13,5 santimetrdir. Bıçağın tiyəsi binanın sol başlanğıcından altıncı (sonuncu) giriş qapısı, dəstəyi isə bağ istiqamətində yerləşməkdədir. Bağ ərazisində qeyd olunan ağacın gövdəsindən bıçağın tiyəsinin uc hissəsinə qədər 1,22 metr, dəstəyinin qurtacağına qədər olan məsafə isə 1,37 metrdir. Şərti olaraq 6 rəqəmi ilə işarələnmiş bıçaq müvafiq qaydada qablaşdırılaraq götürüldü. Baxış zamanı iştirak edən Qanuni nümayəndə bildirdi ki, yaşadığı 60 mənzilli binanın ikinci mərtəbəsində yerləşən 24-cü mənzilə baxış keçirilməsinə heç bir etirazı yoxdur. 60 mənzilli binanın ikinci mərtəbəsində yerləşən, tünd göy rəngli qapısı olan 24-cü mənzilə daxil olundu. 24 nömrəli bina evi 01 yataq otağı, 01 qonaq otağı, 01 mətbəx və 01 hamam otağından ibarətdir. 24-cü mənzilin qapısından içəri daxil olduqda dəhliz, giriş qapısı ilə üzbəüz dəhlizin sonunda ağ rəngli dolab görünür. Mənzilə daxil olduqda sol tərəfdə ilk qapıdan qonaq otağına, ikinci qapıdan mətbəx və hamam otaqlarına, sağ tərəfdə olan ilk qapıdan isə yataq otağında daxil olunur. Fərdi yaşayış evinin otaqları avadanlıq və mebellərlə təchiz olunmuş, qismən dağınıq vəziyyətdədir. 24 nömrəli mənzilə baxış keçirilən zaman baxışda iştirak edən Qanuni nümayəndə yaşadıqları 24 nömrəli bina evinin mətbəxində bıçaqların olduğu hissəni göstərərək oğlu Təqsirləndirilən şəxs hadisə yerinə baxış zamanı bağdan aşkar olunmuş bıçağı 01 yanvar 2024-cü il tarixdə yaşadıqları bina evinin mətbəxindən götürdüyünü, daha sonra həyətə düşərək bina evinin qarşısında qonşuluqda yaşayan X3 bədəninə xəsarət yetirməklə sonuncunu qəsdən həyatdan məhrum etdiyini bildirdi. Eyni zamanda Qanuni nümayəndə yaşadıqları bina evinin qarşısındakı həyətdə olan yelləncəyin üzərində asılmış qara rəngli gödəkçənin oğlu Təqsirləndirilən şəxs məxsus olduğunu və hadisə zamanı həmin gödəkçənin Təqsirləndirilən şəxs üzərində olduğunu bildirdi. Baxış zamanı yelləncəyin üzərində müəyyən edilmiş 01 ədəd qara rəngli gödəkçə müvafiq qaydada qablaşdırılaraq götürüldü. 01 yanvar 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərində mələfəyə bükülmüş meyit uzadılmışdır. Mələfə açıldı, meyitin əynində aşğıdakı paltarlar vardır: göy rəngli idman şalvarı, cibləri boşdur, boz rəngli trusik, boz rəngli krasovka, qara rənlgi corab. Paltarlar qana bənzər maddə ilə bulaşmışdır. Paltarlar soyundurulduqdan sonra məlum oldu ki, meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 162 sm-dir. Meyitin ümumi dəri örtüyü və görünən selikli qişaları ölgün avazımış rəngdədir. Əllə yoxladıqda meyit soyumuşdur. Meyitin bədəninin arxa səthində adacıqlar şəklində ifadə olunmuş göyümtül-bənövşəyi rəngdə meyit ləkələri vardır. Ləkələrə barmaqla təzyiq etdikdə itir və 35-40 saniyədən sonra öz əvvəlki rəngini alır. Meyit qacıması yoxlanılan yuxarı qrup əzələlərdə aşağı qrup əzələlərə nisbətən yaxşı ifadə olunmuşdur. Başın tükləri qara rəngdədir, düzdürlər, uzunluqları 12,0-12,5 sm-dir. Başın tüklü hissəsində xəsarət yoxdur. Əllədikdə kəllə qapağı sümükləri tamdır. Meyitin üzü az uzunsov formadadır, üzü və bədəni qana oxşar maddə ilə bulaşmışdır. Meyitin sağ gözü açıq, sol gözü qapalı vəziyyətdədir. Göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir. Göz almaları salamatdır, buynuz qişa bulanıq, quzehli qişa tünd qəhvəyi rəngdədir. Göz bəbəkləri dairəvi formadadır, bərabər ölçülərdə olub hər biri 0,5 sm diametrindədir. Burun dəlikləri sərbəstdir, burun dəliklərində qurumuş qan qalıqları vardır. Burunun sümük və qığırdaqlarını, eləcə də digər üz skelet sümüklərini əllədikdə tamdır. Qulaq seyvanları normal quruluşludur. Xarici qulaq keçəcəkləri sərbəstdir, qurumuş qan qalıqları vardır. Ağzı yarımaçıq vəziyyətdədir, ağzından qan gəlir. Meyitin üzü və dodaqları nisbətən sianotikdir. Dili ağız boşluğunda-diş xəttinin arxasında sərbəst yerləşmişdir. Görünən dişləri tam və təbiidir. Ağız boşluğunun selikli qişasında xəsarət yoxdur. Boynu gövdəyə müvafiqdir, qacımaya görə az hərəkətlidir. Döş qəfəsi silindirik formada olub simmetrikdir. Qarını döş qəfəsindən aşağı səviyyədədir. Onurğa sütununda patoloji əyilmələr yoxdur, əllədikdə fəqərə sümükləri tamdır. Xarici cinsiyyət üzvləri kişi tiplidir, normal quruluşludur. Arxa keçəcək dəliyi yumulu vəziyyətdədir, ətraf dərisi, aralıq nahiyəsi təmizdir, zədəsizdir. Hər iki yuxarı və aşağı ətraflar normal quruluşludur. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Boyun nahiyəsinin ön səthində-ön orta xətdən 3,2 sm sola 1,7 x 0,6 sm ölçüdə, kənarları hamar, qansızmalı, qurtaracaqlarından biri iti, digəri küt olan yara vardır. Həmçinin sağ gözyuvasıüstü nahiyədə 5,0 x 1,3 sm, sol qaş nahiyəsində 2,5 x 1,0 sm ölçülərdə, qeyrimüəyyən formalarda, çəhrayımtıl-qırmızı rəngdə qançırlar vardır, sağ dirsək oynağı nahiyəsinin bayır səthində 3,2 x 1,3 sm, döş qəfəsi nahiyəsinin sol yarısının arxa səthindb 6,5 x 0,4 sm, oma nahiyəsində 5,2 x 3,7 sm ölçülərdə, zolaq və qeyri-müəyyən formalarda, ətraf dəri səviyyəsindən aşağı qırmızımtıl rəngli sıyrıqlar vardır. Sıyrıqların üzərində qurumuş qan elementləri vardır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarət aşkar edilmədi. Meyitə baxış zamanı 02 ədəd tampon vasitəsi ilə götürülmüş qan nümunəsi, həmçinin 01 ədəd göy rəngli idman şalvarı, 01 ədəd boz rəngli trusik, 01 cüt boz rəngli idman ayaqqabısı, 01 cüt qara rəngli corab əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 01 yanvar 2024-cü il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və istintaqa könüllü olaraq təqdim etdiyi ön yuxarı hissəsində zəncirbəndi olan, döş nahiyyəsində GİANRONG yazılı metal lövhəsi olan, ön yan tərəfindən qanabənzər ləkəsi olan, açıq qəhvəyi rəngli 01 ədəd kofta, ön hissəsində NEW JEANS yazısı, boz rəngli metal zəncirbəndli, bir ədəd kiçik, iki ədəd yan və iki ədəd arxa cibləri olan 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd qara rəngli kəmər iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 02 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bıçağı ona təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmiş, dəstəyi qəhvəyi rəngdə, tiyəsi metaldan olan bıçağı tanıdığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bıçağı ona təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmiş, dəstəyi qəhvəyi rəngdə, tiyəsi metaldan olan bıçağı tanıdığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Əşyanın tanınmaya təqdim edilməsi haqqında 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bıçağı ona təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmiş, dəstəyi qəhvəyi rəngdə, tiyəsi metaldan olan bıçağı tanıdığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. 01 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəl və videogörüntüsünün olduğu 01 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən videogörüntüsü CD diskə köçürülərək və fotoşəkillərindən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasından alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli, 109 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri, Nizami küçəsi ev 40, mənzil 24-də yaşamışdır. Ailə üzvləri anası Qanuni nümayəndə, atası X8 ibarət olmuşdur. Yaşadığı müddət ərzində onun haqqında heç bir şikayət daxil olmamışdır. 05 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İ sinifdən qeyd edilən məktəbdə oxuyur. V sinifdən onun sinif rəhbəridir. Oxuduğu müddət ərzində Təqsirləndirilən şəxs özünü normal aparmış, sinif yoldaşlarına qarşı səmimi olmuşdur. Təqsirləndirilən şəxs məktəb daxilində nizam-intizam qaydalarını pozmamış, dərslərini zəif oxumuşdur. Məktəb rəhbərliyi tərəfindən inzibati-tənbeh almamışdır. 02 aprel 2024-cü il tarixli “Sübutların qiymətləndirlməsi haqqında”qərardan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd dəstəyi qəhvəyi rəngli taxta materiallı, tiyəsi metal bıçaq, 03 ədəd çubuq tampon ilə götürülmüş qan nümunəsi, 01 cüt şəpit, 01 ədəd gödəkçə, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd krem rəngli, zəncirbəndli kofta, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd kəmər, meyitə baxış zamanı götürülmüş Canpolad Tağıyevə məxsus 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 cüt boz rəngli idman ayaqqabısı, 02 ədəd pambığa hopdurulma üsulu ilə götürülmüş qan nümunəsi, 01 ədəd boz rəngli tuman, 01 cüt corab Tərtər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmə Təqsirləndirilən şəxs ona CM-nin 120.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyrək, CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilməsinə dair ifadəsinə işin faktiki hallarına uyğun olmadığından tənqidi yanaşaraq, təqsirləndirilən şəxsin CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi təqsirləndirilən şəxsin istintaq zamanı özünün müafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, Şahid1 və digər şahidlərin ifadələri, ekspertiza rəyləri ilə təkzib edildiyindən, məhkəmə həmin ifadəni inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin özünün müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə, məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətləri protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona düzgün hüquqi qiymət verilmişdir. Cinayət hadisəsinin məhz təqsirləndirilən şəxs tərəfindən törədildiyi və bu cinayətdə təqsirli olması məhəkəmə istintqında öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, X5 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə bu nətcəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli qərarının izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli qərarından görünür ki, təqsirkarın əməlini xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə kimi CMnin 120.2.4-cü maddəsinə tövsif edərkən, nəzərə almaq lazımdır ki, burda xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürməyə cəhd etmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmə kimi yönəlmiş olsun, Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etməyə cəhd etmə ərəfəsində və ya adam öldürməyə cəhd prosesində zərərçəkmiş şəxsə azab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə və s.) yetirilməsi hallarında mövcud olur. Xususi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə ifadə oluna bilər. Məhkəmə bu mənada hadisənin baş verdiyi yerdə Canpolad Tağıyevin yanında gözləyən, 2009-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan qardaşı Şahid1 gözü qarşısında təqsirləndirilən şəxsin müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, ona xüsusi əzab və iztirablar verməklə qardaşı Canpolad Tağıyevi xüsusi amansızlıqla vuraraq ölürməsini qeyd edir. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşadək olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu xüsusilə ağır cinayətlərin təsnifatına aid olan cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur. Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunurlar. Cinayət-prosessual qanunla əməlin baş verdiyi anda cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqi, 14 yaşına çatmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin cinayət prosesində iştirakı, onların malik olduqları hüquqlar və hüquqların həyata keçirilməsi qaydası və s. bu kimi məsələlər tənzimləndiyindən, CPM-in 428.2-ci maddəsi ilə “yetkinlik yaşına çatmayanlar” cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər kimi müəyyən edilmişlər. Şəxsin on səkkiz yaşa çatması onun doğulduğu gündən deyil, həmin günün qurtardığı vaxtdan, yəni sonrakı günün başlandığı andan götürülür. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, CM-in 85.1-ci maddəsi ilə bu kateqoriyadan olan şəxslər üçün cəmi beş cəza növü (cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə) nəzərdə tutulmuş və CM-in 85.2-85.5-ci maddələri ilə onların hər biri üçün azaldılmış məbləğ və ya qısaldılmış müddətlər müəyyən edilmişdir. O cümlədən CM-in 85.5-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə ittiham olunduğu xüsuslilə ağır cinayətlər təsnifatına aid əməlləri törədərkən onun 15 yaşı tamam olmuş, lakin 18 yaşı tamam olmamışdır. Məhkəmə tərkibi cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 01 yanvar 2024-cü il tarixdən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan qızlar, habelə yetkinlik yaşına çatmayan oğlanlar cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut Tərtər rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd dəstəyi qəhvəyi rəngli taxta materiallı, tiyəsi metal bıçaq, 03 ədəd çubuq tampon ilə götürülmüş qan nümunəsi, 02 ədəd pambığa hopdurulma üsulu ilə götürülmüş qan nümunəsi məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd krem rəngli, zəncirbəndli kofta, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd kəmər, meyitə baxış zamanı götürülmüş Canpolad Tağıyevə məxsus 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 cüt boz rəngli idman ayaqqabısı, 01 ədəd boz rəngli tuman, 01 cüt corab 01 cüt şəpit, 01 ədəd gödəkçə qanuni sahibinı qaytarılmalı, imtina etdikdə məhv edilməldir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 282 (iki yüz səksən iki) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Tərtər rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd dəstəyi qəhvəyi rəngli taxta materiallı, tiyəsi metal bıçaq, 03 ədəd çubuq tampon ilə götürülmüş qan nümunəsi, 02 ədəd pambığa hopdurulma üsulu ilə götürülmüş qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd krem rəngli, zəncirbəndli kofta, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka, 01 ədəd kəmər, meyitə baxış zamanı götürülmüş Canpolad Tağıyevə məxsus 01 ədəd tünd göy rəngli idman şalvarı, 01 cüt boz rəngli idman ayaqqabısı, 01 ədəd boz rəngli tuman, 01 cüt corab 01 cüt şəpit, 01 ədəd gödəkçə qanuni sahibinı qaytarısın, imtina etdikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 282 (iki yüz səksən iki) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-179/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-179/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver