Məhkəmə qərarları › İş №1(100)-18/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-18/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-18/2020 08.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X56 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlunun, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə X56 Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1979-cu il tarixdə Gədəbəy rayonunun Komintern kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1988-ci il tarixdə Gədəbəy rayonunun Komintern kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını çəkməkdən (ödəməkdən) boyun qaçırdığına görə Gədəbəy rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzasının qazancından 10% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası ilə əvəz edilmiş, cəzanı çəkməmiş, məhkumluğu ödənilməmiş, Gədəbəy rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxxxx 1995-ci ildə Gədəbəy rayonu Komintern kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gədəbəy rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində yaşadığı Gədəbəy rayonu, Soyuqbulaq kəndində əvvəllər tanıdığı Bakı şəhərində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmaq üçün tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 məxsus və sonuncunun idarə etdiyi VAZ 2107 markalı **- BX-*** qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs və bacısı Şahid1 həmin kəndin mərkəzi yolu ilə piyada hərəkətdə olduqları yerə gəlib Təqsirləndirilən şəxs3la birlikdə avtomobildən düşüb onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs2 avtomobili işlək vəziyyətdə saxlayıb avtomobilin sükanı arxasında gözləmiş, o, iradəsi əleyhinə Müzgünaz Əliyevanın sol qolundan, Təqsirləndirilən şəxs3 isə sağ qolundan tutaraq zorla avtomobilə mindirib aparmaq istəyərkən Zərərçəkmiş şəxs etiraz etdiyindən ona sağ budun, sağ və sol baldırların qançırları ilə müşaiyət olunan sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Turanə və Zərərçəkmiş şəxs bacılarının müqaviməti nəticəsində sonuncunu avtomobilə mindirib qaçırda bilməyərək iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib adam oğurluğuna cəhd etmişdir. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində yaşadığı Gədəbəy rayonu, Soyuqbulaq kəndində əvvəllər tanıdığı Bakı şəhərində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 məxsus və sonuncunun idarə etdiyi VAZ 2107 markalı **- BX-*** qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs və bacısı Şahid1 həmin kəndin mərkəzi yolu ilə piyada hərəkətdə olduqları yerə gəlib Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşüb onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs2 avtomobili işlək vəziyyətdə saxlayıb avtomobilin sükanı arxasında gözləmiş, Təqsirləndirilən şəxs1 iradəsi əleyhinə Müzgünaz Əliyevanın sol qolundan, o isə sağ qolundan tutaraq zorla avtomobilə mindirib aparmaq istəyərkən Zərərçəkmiş şəxs etiraz etdiyindən ona sağ budun, sağ və sol baldırların qançırları ilə müşaiyət olunan sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Turanə və Zərərçəkmiş şəxs bacılarının müqaviməti nəticəsində sonuncunu avtomobilə mindirib qaçırda bilməyərək iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib adam oğurluğuna cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində yaşadığı Gədəbəy rayonu, Soyuqbulaq kəndində əvvəllər tanıdığı Bakı şəhərində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında onun idarə etdiyi, özünə məxsus VAZ 2107 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs və bacısı Şahid1 həmin kəndin mərkəzi yolu ilə piyada hərəkətdə olduqları yerə gəlib avtomobili saxlamış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la birlikdə avtomobildən düşüb onlara yaxınlaşmış, o isə avtomobili işlək vəziyyətdə saxlayıb avtomobilin sükanı arxasında gözləmiş, Təqsirləndirilən şəxs1 iradəsi əleyhinə Müzgünaz Əliyevanın sol qolundan, Təqsirləndirilən şəxs3 isə sağ qolundan tutaraq zorla avtomobilə mindirib aparmaq istəyərkən Zərərçəkmiş şəxs etiraz etdiyindən ona sağ budun, sağ və sol baldırların qançırları ilə müşaiyət olunan sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, Turanə və Zərərçəkmiş şəxs bacılarının müqaviməti nəticəsində sonuncunu avtomobilə mindirib qaçırda bilmədiklərini görərək avtomobili hərəkətə gətirib hadisə yerindən uzaqlaşmaqla iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib adam oğurluğuna cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29, 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla qohumluq əlaqələri var. xx xxxx 2018-ci il tarixdə saat 20 rədələrində Pirbulaq kəndindən toydan çıxıb yaşadığı Soyuqbulaq kəndinə gəlmiş, həmin vaxt içkili olmuşdur. Kəndin içərisində olan dükandan siqaret almaq üçün küçəyə çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs3la rastlaşmışdır. Küçədən həmin vaxt keçən “VAZ 2107” markalı maşına əl etmiş və dükana kimi aparmağı xahiş etmişdir. Həmin vaxt maşını Müşviq idarə etmişdir. O arxa oturacaqda Fikrət isə qabaq oturacaqda əyləşmişdir. Dükana çatmamış Müşgünazın və bacısı Turanənin uşağı ilə yolun kənarında küçə boyunca gəzişdiklərini görmüş və Müşfiqdən avtomobili saxlamasını xahiş etmişdir. Müşgünazgilə yaxınlaşan kimi Fikrətlə birgə maşından düşüb qızlara yaxınlaşmış, Müşgünazın sol qolundan tutub onunla evlənmək məqsədilə qaçırmaq istədiyini bildirmiş, Fikrət isə Müşgünazı qaçırmağa mane olmaması üçün Müşgünazın bacısı Turanəni tutub saxlamışdır. Müşgünazı qaçırmaq üçün qolundan tutub maşına mindirmək istəyəndə Müşgünaz müqavimət göstərmiş və Müşgünazın başında olan pariki yerə düşmüşdür. O, Müşgünazın parikinin yerə düşdüyünü gördükdən sonra təəccüblənmiş və həyacanlandığından Müşgünazı qaçırmaq fikrindən daşınmışdır. Daha sonra Müşgünaz yolun kənarında daşın üstə oturmuş, xəstə olduğunu və ailə həyatı qura bilməyəcəyini demişdir. Müşviq və Fikrət isə onun hərəkətsiz dayandığını görüb oradan uzaqlaşmışlar. Müşgünazgil də evlərinə tərəf getmiş, o, da öz evinə qayıtmışdır. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini, Təqsirləndirilən şəxs2 həmkəndlisi olaraq tanıdığını, lakin hadisə günü Şahinin onlarla birlikdə olmadığını, avtomobili idarə edən şəxsin Şahinin dayısı Müşfiq olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 29, 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxx 2018ci il tarixdə saat 20 radələrində yaşadığı Soyuqbulaq kəndinin mərkəzində Təqsirləndirilən şəxs1la qarşılaşmış, orada dükandan 2 butulka pivə alıb Elşənlə içmişlər. Həmin vaxt Elşən həddindən artıq sərxoş vəziyyətində olduğundan sonuncuya evə getmək istədiyini bildirmiş, Elşən isə ona təklif etmişdir ki, kəndin yuxarısına çıxsınlar. Elşənlə birlikdə piyada kəndin yuxarı tərəfinə gedərkən qonşu Ərtəpə kənd sakini Müşfiq Nuriyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə onların yanından keçəndə Elşən əli ilə işarə edib onu saxlatmış və onlar avtomobilə minib kəndin yuxarı hissəsinə gedəndə Elşən Müşfiqə bildirmişdi ki, kəndin mərkəzində olan mağazanın qarşısında saxlasın. Elşən avtomobilin arxa sol tərəfində, o, isə avtomobilin qabaq yan tərəfində oturmuşdur. Müşfiq Elşənin dediyi yerdə maşını saxlamış və o, Elşənlə birlikdə maşından düşmüşlər. Bu zaman Elşən kəndin mərkəzi yolu ilə bacısı Şahid1 ilə piyada gedən Zərərçəkmiş şəxs yaxınlaşıb onun sol qolundan tutaraq maşına tərəf çəkmiş, Müşgünaz isə Elşənə müqavimət göstərərək qışqırmağa başlamış və Zərərçəkmiş şəxs başından pariki yerə düşmüşdür. Həmin vaxt Müşgünazın bacısı Turanə də Elşənə müqavimət göstərmişdir. Bu vaxt o, qorxaraq piyada kəndin kənarına qaçmış, Müşfiq isə avtomobili sürərək oradan uzaqlaşmış, Elşən isə həmin yerdə qalmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, əvvəlcədən Elşənin Müşgünazı qaçırmaq istəyi barədə onun xəbəri olmamış, həmçinin Elşənlə bu barədə razılaşması olmamışdır. O, nə Zərərçəkmiş şəxs nədəki Şahid1 tutmamış, onlara heç bir fiziki və ya psixi zor tətbiq etməmişdir. Hadisə baş verən günü o, ümumiyyətlə həmkəndlisi Təqsirləndirilən şəxs2la rastlaşmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29, 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayon polis şöbəsində polisə ictimai dəstək əməkdaşı kimi fəaliyyət göstərdiyi müddətdə, xx.xx.2018-ci il tarixdə səhər tezdən evdən çıxmamışdan öncə dayısı Müşfiq Nuriyev ona qonşu Soyuqbulaq kəndindəki nənəsinin hüzür mərasiminə ona məxsus VAZ 2107 markalı ** BX *** qeydiyyat nişanlı avtomaşınla getmək istədiyini demiş, o da buna etiraz etməyərək həmin günü dayısı Müşfiq Nuriyev tərəfindən avtomobilinin idarə edilməsinə razılıq vermişdir. Həmin gün axşam saat 18 radələrində Gədəbəy rayonu Arxıdam kəndindən çıxıb piyada Söyüdlü kəndinə gəlmiş, ordan da xatırlamadığı avtomobillə dayısının yaşadığı Ərtəpə kəndinə getmiş və gecəni də onlarda qalmışdır. xx.xx.2018-ci il tarixdə Gədəbəy rayon polis şöbəsində ona məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixdə axşam saatlarında dayısı Müşfiq idarə etdiyi ona məxsus avtomobillə rayonun Soyuqbulaq kəndinin mərkəzi yolu ilə hərəkətdə olanda həmin kənd sakinləri Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 yolda görüb maşına mindirmiş, sonra Elşənin göstərişi ilə onun dediyi yerdə maşını saxlamış və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 maşından düşmüş, Elşən həmin vaxt yol ilə piyada gedən sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaxınlaşıb onu maşına mindirməklə qaçırtmaq istəmiş, bunu görən dayısı Müşfiq isə maşını sürərək oradan uzaqlaşmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs qaçırılmasına cəhd əməlində heç bir iştirakı olmasa da ona həmin əməldə iştirak ittihamı verilmişdir. Lakin o hadisə vaxtı, yəni xx.xx.2018-ci il tarixdə yaşadığı Soyuqbulaq kəndində olmamış, həmin gün səhər saat 8-9 radələrində evdən çıxmış və saat 15:00-a kimi işlədiyi xidməti ərazidə olmuş, axşam saat 19:30-a qədər Arxdam kəndində Əhməd və Hikmət adlı əməkdaşlarla birlikdə xidmətdə olmuşdur. Həmin gün nə Fikrəti, nə də Elşəni görməmişdir. O, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanısa da onunla mütəmadi olaraq əlaqəsi və münasibəti olmamış, həmçinin də həmin hadisədə iştirak etməmişdir. Hadisə baş verən gün o ümumiyyətlə həmkəndliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la rastlaşmamış və həmin gün onların harada olmaları barədə hər hansı bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində bacısı Turanə, iki uşağı və o Gədəbəy rayonu Soyuqbulaq kəndində qohum evindən çıxıb nənəsigilə gedərkən yolda dükanın yanında kənd sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil onların yanlarına çatanda dayanmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 avtomobildən qəflətən yerə düşərək ona yaxınlaşmış, maşını idarə edən Şahin isə avtomobildən düşməyərək sükan arxasında oturmuşdur. Elşən onun qolundan tutaraq heç bir söz demədən onu avtomobilə tərəf çəkməyə başlamış, Təqsirləndirilən şəxs3 həm onun qolundan tutmuş, həm də bacısı Turanəyə mane olmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs1 müqavimət göstərərək əlindən çıxmağa çalışanda başına qoyduğu süni saç yerə düşmüş, saçın yerə düşməsinə baxmayaraq Elşən onu zorla maşına mindirməyə çalışmışdır. Bu vaxt bacısı Turanə əvvəlcə onu Fikrətdən aralamış, sonra isə dartaraq onu Elşəndən ayırmağa çalışmış, Elşən isə onun qolunu buraxıb belindən tutaraq onu maşına tərəf çəkib bədəninin bir hissəsini, yəni ayaqlarını avtomobilin salonuna salmış, lakin o hər iki əli ilə avtomobilin ban hissəsindən tutub özünü saxlamışdır ki, Elşən onu tam olaraq avtomobilin salonuna sala bilməsin. Ona görə də bədəninin baş hissəsi salonun çöl tərəfində qalmışdır. O, həmin vəziyyətdə olanda bacısı Turanə kürəyindən tutub dartaraq onu avtomobildən çölə çıxarmışdır. O, qaçarkən Elşən yenə üstünə gələndə müqavimətini itirmiş və arxası üstə yerə yıxılmış və Elşən ondan əl çəksin deyə Elşənə xəstə olduğunu demişdir. Buna baxmayaraq Elşən yenə üstünə gəlmək istəyəndə bacısı Turanə Elşənin köynəyindən tutub saxlamış, o, isə hadisə yerindən qaçıb uzaqlaşmış və bu səbəbdən də Elşən onu qaçıra bilməmişdir. Bacısı Elşəni tutanda görmüşdür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 idarə etdiyi maşına minərək hadisə yerindən uzaqlaşmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə günü başında süni saç olsa da keçəl olmamış, sadəcə olaraq saçları qısa olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 onu qaçırmaq fikrindən imtina etməmiş, başındakı süni saç düşsə də Elşən onu avtomobilə salmaq istəmiş, bacısı Şahid1 ilə birlikdə səs-küy salmaları, həm Elşənə həm də ki Fikrətə müqavimət göstərmələri nəticəsində qaçırılması baş tutmamışdır. Bundan başqa ibtidai istintaqın əvvəlində verdiyi izahat və ifadəsində Təqsirləndirilən şəxs2 maşını idarə etməklə hadisədə iştirakını qohum olduqlarından, həmçinin Şahinin anasının ona və yaxınlarına dəfələrlə xahiş etməsinə görə bildirməmiş, lakin istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs2 hadisə zamanı avtomobili idarə etdiyini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışıq əldə etdiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 20 radələrində bacısı Müşgünaz və uşaqları ilə birlikdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində yaşayan qohum evindən çıxıb nənəsigilə gedərkən yolda dükanın yanında kənd sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil onlara çatanda saxlamış və avtomobildən digər kənd sakinləri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 qəflətən yerə düşərək bacısı Müşgünaza yaxınlaşmış, maşını idarə edən Təqsirləndirilən şəxs2 isə yerə düşməyərək sükan arxasında oturmuşdur. X35 qollarından tutub dartaraq zorla maşına mindirmək istəmiş, həmin vaxt o, Fikrəti Müşgünazdan aralamış, Elşən isə Müşgünazın qolunu buraxıb belindən tutaraq zorla avtomobilin salonuna salmağa çalışanda Müşgünazın baş hissəsi avtomobilin çöl tərəfində qalmış, bu vaxt o, bacısının kürəyindən tutub dartaraq avtomobildən çıxarmış, Elşən yenə bacısı Müşgünazın üstünə gələndə Müşgünaz müvazinətini itirərək arxası üstə yerə yıxılmış və canını Elşəndən qurtarmaq üçün xəstə olduğunu demişdir. Elşən yenə bacısının üstünə getmək istəyəndə o, Elşənin köynəyindən tutub saxlamış, bu vaxt Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə oturaraq birlikdə hadisə yerindən uzaqlaşmışlar. Elşən isə hadisə yerindən uzaqlaşaraq kəndin içəri tərəfinə getmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, o və bacısı Zərərçəkmiş şəxs əvvəlki ifadələrində hadisə vaxtı VAZ 2107 markalı **-BX-*** qeydiyyat nişanlı avtomobili idarə edən şəxs yerə düşmədiyindən onun kim olduğunu bilmədiklərini ona görə göstərmişlər ki, Təqsirləndirilən şəxs2 anası onların nənəsigilə gələrək ona, bacısı Müşgünaza yalvararaq xahiş etmişdir ki, oğlu Şahinin cavan olduğunu və polis orqanlarına işə düzəlmək ərəfəsində olduğunu nəzərə alsınlar və polisə şikayət edəndə Şahinin adını çəkməsinlər. Onlar da Şahinin anasının xahişini nəzərə alıb qərarlaşmışlar ki, şikayət ərizələrində və gələcək istintaq proseslərində hadisə vaxtı avtomobilin kim tərəfindən idarə olunduğunu görmədiklərini bildirsinlər. Bu səbəbdən o və bacısı Müşgünaz əvvəllər Təqsirləndirilən şəxs2 əleyhinə ifadə verməmişlər. Lakin hadisə vaxtı həm o, həm də bacısı Zərərçəkmiş şəxs həmin avtomobilin Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunduğunu görmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə axşam saat 21 radələrində bacısı Zərərçəkmiş şəxs ona zəng edərək, bir qədər əvvəl Gədəbəy rayonunun Soyuqbulaq kəndinin mərkəzi yolu ilə bacısı Turanə ilə birlikdə evə gedərkən onu həmkəndliləri Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı avtomobilə zorla mindirib qaçırmaq istədiklərini, lakin Turanə ilə birlikdə onlara müqavimət göstərdiyindən onu qaçıra bilmədiklərini demişdir. Müşgünaza indi heç yerə şikayət etməmələrini, sabah özü kəndə gəlib aydınlaşdırdıqdan sonra rəsmi qaydada polisə şikayət edə biləcəklərini bildirmişdir. O, səhəri gün, yəni xx xxxx 2018-ci il tarixdə Bakı şəhərindən Gədəbəy rayonunun Soyuqbulaq kəndinə getmiş və hadisə barədə maraqlanmışdır. Ona məlum olmuşdur ki, xx xxxx 2018-ci il tarixdə axşam saat 20 radələrində bacıları Müşgünaz ilə Turanə qohumlarının evindən çıxıb qaldıqları nənəsigilin evinə kəndin mərkəzi yolu ilə piyada gedərkən həmin yolda kənd sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2107” markalı avtomobil onların yanına çatanda saxlamış və avtomobildən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yerə düşərək Müşgünaza yaxınlaşmış, maşını idarə edən Təqsirləndirilən şəxs2 isə yerə düşməyərək sükan arxasında oturmuş, X35 qolundan tutub dartaraq zorla maşına mindirmək istəmiş, lakin həmin vaxt X26 aralamış, Elşən isə Müşgünazın qolunu buraxıb belindən tutaraq zorla avtomobilin salonuna salmağa çalışmışdır. Müşgünaz canını qurtarıb qaçmaq istəyəndə Elşən onun üzərinə gələn zaman o, müqavimətini itirərək arxası üstə yerə yıxılmış və canını ondan qurtarmaq üçün xəstə olduğunu demiş, buna baxmayaraq onu yenə maşına mindirmək istəsələr də Turanənin müdaxiləsi ilə bu baş tutmamışdır. Bundan sonra Müşgünaz evə qaçmışdır. Fikrət Şahinin idarə etdiyi avtomobilə oturaraq, Elşən isə piyada oradan uzaqlaşmışlar. Bundan başqa ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs2 anasının onlara gələrək oğlu barəsində şikayət etməmələrilə bağlı təkidli xahişinə görə bacısı Müşgünaz əvvəllər verdiyi ifadələrində Şahinin adını çəkməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X39 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayır və fərdi əməklə məşğul olur. xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində Soyuqbulaq kəndinin bacısıgil olan yuxarı hissəsindən kənd məktəbinin yanında olan hüzür yerinə gəlmiş, bacısı oğlu Təqsirləndirilən şəxs2 məxsus yaşıl rəngli VAZ-2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Ərtəpə kəndində yerləşən evinə getmək istəmişdir. Həyətlərində heyvanı olduğundan heyvanı bağlayıb, yenə bacısıgilə qayıtmağı fikirləşmişdir. Yolla gələrkən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 avtomobili saxladaraq kəndin mərkəzinə getdiklərini demişlər. Onları da götürərək həmin istiqamətdə getmişdir. Kəndin mərkəzinə çatanda Elşən avtomobili saxlamağı bildirdiyindən, həmin yerdə dükan da olduğundan avtomobili saxlamışdır. Elşən və Fikrət avtomobildən düşmüşlər. Elşən yol ilə gedən Zərərçəkmiş şəxs qolundan tutaraq maşına salmaq istəmiş, Müşgünaz qışqırmış və Elşənə müqavimət göstərmiş, həmin vaxt Zərərçəkmiş şəxs başında olan süni saç yerə düşmüşdür. Bu vaxt Müşgünazın yanında balaca bir uşaq da olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 Müşgünazı buraxmış, Müşgünaz daşın üzərində oturmuş, o, isə idarə etdiyi maşınla həmin yerdən uzaqlaşmışdır. Bu zaman Fikrət də oradan uzaqlaşmış, Elşən isə həmin yerdə qalmışdır. Bundan sonra avtomobillə atasıgilə getmiş, bir az atasıgildə dayanıb oradan da Ərtəpə kəndinə getmişdir. Səhəri gün isə Təqsirləndirilən şəxs2 polislərlə birlikdə gələrək onu Soyuqbulaq kəndinə, oradan da polis şöbəsinə aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, onun baş verən hadisələrdən əvvəlcədən heç bir məlumatı olmamış və bu barədə Elşən və Fikrətlə aralarında heç bir danışıq olmamışdır. Elşənin belə bir hərəkət edəcəyini düşünməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə qonşuluqda yaşayır. xx xxxx 2018-ci il tarixdə hüzr yerinə gedəcəklərini bildirib bir qonşu kimi ona örüşdən qayıdan heyvanları rahatlamağı tapşırmışlar. O, inəkləri bağlayanda Şahin gəlmiş və həmin vaxt Şahin polis paltarında olmuşdur. Şahin paltarını dəyişib danalara baxmağa getmiş, o da inəkləri sağdıqdan sonra evinə qayıtmışdır. Hadisə ilə bağlı ertəsi gün məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2018-ci il tarixdə dükana gedəndə Söyüdlü kəndinin mərkəzində Şahinlə rastlaşmışdır. Şahingilin kəndinə avtomobil yolu onların kəndindən keçdiyi üçün Şahin orada avtomobil gözləmişdir. O, axşam olduğu üçün Şahini evlərinə yemək yeyib, çay içməyə dəvət etmiş, lakin Şahin işdən yeni çıxdığını, yorğun olduğunu və evə gedib dincələcəyini, sabah isə nənəsinin yas mərasiminə gedəcəyini bildirmişdir. Daha sonra o, dükana girib ərzaq alıb evə qayıtmışdır. Hadisə ilə bağlı heç nə eşitməmiş, belə bir hadisənin baş verdiyini məhkəmə bildirişi gəldikdən sonra bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X46 ifadəsində göstərmişdir ki, onun evi hadisə yerindən təxminən 60-70 metr yuxarıda yerləşir. Hadisə günü o, ot biçib gələrkən bir avtomobilin yolu sərt döndüyünü, avtomobili idarə edən şəxsin isə həmkəndlisi Müşfiq olduğunu, Müşfiqin yanında başqa şəxsin olmadığını görmüş, və həmin avtomobil onun yanından sürətlə keçib getmişdir. Daha sonra səs-küy eşitdiyindən hadisə yerinə getmiş və orada həmkəndlisi Turanə adlı qızın ağladığını görmüş, həmin vaxt Turanənin yanında uşaqları da olmuşdur. Sonuncudan nə üçün ağladığını soruşmuş, sonuncu isə bacısı Müşgünazı götürüb qaçırmaq istədiklərini bildirmişdir. O, sonuncunu və uşaqlarını evlərinə aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayon polis şöbəsində xx xxxx 2018-ci il tarixdən sahə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs qaçırılmasına cəhd edilməsi barədə ərizə ilə müraciət edildikdən sonra o, sahə rəisi kimi Gədəbəy rayon Soyuqbulaq kəndinə getmiş, kəndə getdikdən sonra eşitmişdir ki, xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs qaçırmağa cəhd etmişlər. O, aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs onu iki nəfər şəxsin qaçırmağa cəhd etdiyini, digər şəxsi yəni sürücünü tam görmədiyini, lakin yaşlı şəxs olduğunu dediyini eşitmişdir. Hadisə zamanı orada olan Təqsirləndirilən şəxs3 törətdiyi əməli səmimi etiraf etmişdir. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ictimai şuranın əməkdaşı olmuş və onun tabeçiliyində işləmiş, ərazi böyük olduğundan və dağlıq kəndləri də əhatə etdiyi üçün Şahin də onlara kömək etmişdir. Hadisə günü Şahin onunla birlikdə xidmətdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X48 ifadəsində göstərmişdir ki, o, rayondan evə qayıdanda Şahini Arıxdam kəndinin bazarının qabağında görmüş, Şahinin nənəsinin yas mərasimi ilə əlaqədar söhbət etmişlər. Şahin həmin vaxt avtomobillə deyil piyada vəziyyətdə olmuş, onlar təxminən 15 dəqiqə söhbət etdikdən sonra ayrılmışlar. O, belə bir hadisənin baş verdiyini sonradan eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X30ifadəsində göstərmişdir ki, o, xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində ot biçməkdən kəndin mərkəzi yolu ilə piyada evinə gedərkən yanından sürətlə bir avtomobil keçmiş, o, avtomobili idarə edən şəxsin həmkəndlisi Müşfiq olduğunu tanımışdır. O, "Niyazın" dükanı deyilən yerə çatanda səs-küyün gəldiyini və kənd sakinlərinin ora yığışdığını görmüş, bu zaman həmkəndlisi Sədaqət ona digər həmkəndliləri Təqsirləndirilən şəxs1 Müşgünazı evlənmək məqsədilə qaçırmaq istədiyini, lakin qaçıra bilmədiyini bildirmişdir. O, həmin vaxt Turanənin kənd sakinlərin yanınında olduğunu, Elşənin səssiz durduğunu, dükanın qabağında da bir qızın daşın üzərində oturduğunu görmüş, kənd sakinləri Elşənin həmin oturan qızı qaçırmaq istədiyini bildirmişlər. O, Fikrətin və hər hansı bir avtomobilin orada olduğunu görməmiş, hadisə yerində təxminən beş dəqiqə qaldıqdan sonra evinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayon polis şöbəsində, təhqiqat bölməsinin təhqiqatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 2018-ci il tarixdə ictimai dəstəkdə işlədiyi üçün tanımış, Şahini dəfələrlə müxtəlif vaxtlarda məhkəməyə yaxud istintaqa kənddə yaşayan vətəndaşları çağırmaq lazım olanda axtarmış, Təqsirləndirilən şəxs2 qız qaçırmağa cəhd ilə təqsirləndirildiyi üçün işdən azad edilmişdir. O, x xxxxxx 2018-ci il tarixdə məzuniyyətə çıxmış və təxminən 1 həftə əvvəl Şahinə zəng edərək işlə əlaqədar çağırmış, Şahin isə avtomobilsiz gəlmiş, onlar taksi ilə işlərinin arxası ilə getmişlər. Qızqaçırtma hadisəsinin necə baş verdiyini və orada kimlərin iştirak etdiyindən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6ifadəsində göstərmişdir ki,Gədəbəy rayonunun Soyuqbulaq kəndində yaşayır və Soyuqbulaq kəndində ərzaq malları mağazası işlədir. Mağaza yolun kənarında yerləşir və səhər saat 09 radələrindən axşam 18 radələrinədək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs həmkəndliləri olaraq tanımışdır. Onların heç biri ilə qohumluq münasibəti yoxdur. Zərərçəkmiş şəxs bildiyinə görə Bakı şəhərində yaşamışdır. Hadisə günü o, mağazanı bağlayıb evə gedərkən təxminən 100 metr aralıda səs-küy gəldiyini eşitmiş və həmin yerə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yerdə daşın üzərində oturduğunu, Təqsirləndirilən şəxs1 isə ondan 5-6 metr aralıda taxtanın üstündə oturduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçırmaq istədiyini, lakin sonuncunun başından parik düşdüyü üçün fikrindən çəkindiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bacısı Turanə də orada olmuş və Müşgünazı evlərinə aparmışdır. Hadisə yerində Təqsirləndirilən şəxs3 və avtomobili görməmiş, sadəcə avtomobilin səsini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki,xx xxxx 2018-ci il tarixdə saat 17 radələrində yaşadığı Soyuqbulaq kəndində qohumularının hüzr yerində olarkən X39 bacısı oğlu Təqsirləndirilən şəxs2 məxsus “Vaz- 2107” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hüzr yerinə gəlmiş, həmin gün axşam saatlarında kənd camaatından eşitmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə birlikdə X16 idarə etdiyi Vaz 2107 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs kəndin mərkəzində zorla qaçırmaq istəmiş, lakin Müşgünaz səs-küy saldığından Elşən onun qolundan buraxmış, Müşviq ilə Fikrət də həmin yerdən uzaqlaşmışlar. Müşgünaz nənəsigillə qonşuluqda yaşadıqları üçün səhəri gün onlara getmiş, orada polis əməkdaşlarının Fikrət və Müşfiqi avtomobilə mindirərək apardıqlarını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 17 radələrində həyat yoldaşı Müşfiq ilə Müşfiqin bacısı oğlu Təqsirləndirilən şəxs2 məxsus avtomobillə Soyuqbulaq kəndinə qohumlarının hüzr yerinə getmiş, mal-qaralarını da qonşularına tapşırmışlar. Daha sonra Müşfiq heyvanları həyətə salmaq üçün Ərtəpə kəndinə getmiş, o isə hüzr yerində qalmışdır. Daha sonra Müşfiq qayıtmamış və o, səhər hüzr yerində eşitmişdir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə birlikdə X17 idarə etdiyi Vaz-2107 markalı avtomobil ilə Müşgünazı Soyuqbulaq kəndinin mərkəzindən qaçırmaq istəmiş, lakin Zərərçəkmiş şəxs səs-küy saldığından Elşən onu buraxmış, Müşfiq ilə Fikrət də həmin yerdən uzaqlaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, ali təhsilli hüquqşünas, həm də iqtisadçıdır, hal-hazırda məhkəmə ekspertiza mərkəzində ekspert-əmtəəşünas vəzifəsində çalışır. Zərərçəkmiş şəxs ilə qohumluq əlaqələri var, Təqsirləndirilən şəxs1 isə xalası oğludur. O, hadisə baş verdiyi ilin yay aylarında həyat yoldaşı ilə Naftalanda “Qarabağ” istirahət mərkəzindən kəndlərinə gəlmiş, kənddə olarkən kənd camaatından eşitmişdir ki, xalası oğlu Elşən evlənmək məqsədi ilə Müşgünazı qaçırmağa cəhd etmişdir. O, qohum olduqları üçün Müşgünazgilin evlərinə getmişdir. Elşənlə hadisə barədə söhbət apardığı zaman Elşən niyyətinin evlənmək olduğunu bildirmişdir. Araşdırmalar zamanı toplanmış izahatlarda Elşənin Zərərçəkmiş şəxs könüllü surətdə buraxması barədə heç bir şey yazılmadığından, həmçinin ədalətli araşdırılma aparılmasını tələb etdiklərindən bu məqsədilə aidiyyatı qurumlara, yəni Azərbaycan Respublikası Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətlər etmiş və işlə əlaqədar X68 Ramil Usubovun qəbulunda olmuşdur. Aparılan araşdırmalar nəticəsində Elşənin Müşgünazın qolundan tutub çəkərkən başından parikin yerə düşdüyü, bildiyi qədəri ilə üzləşmə protokollarında da Müşgünazın “mənim başımdan parik düşdü, bundan sonra mən qışqırdım ki, mən xəstəyəm mənə ərə getmək olmaz" kimi ifadələr işlətdiyi üzə çıxmışdır. Ərizədə adları qeyd edilən şəxsləri əvvəlcədən tanımamış, həmin şəxslərin adlarını Elşənin dedikləri əsasında yazmışdır. Hadisə barədə daha ətraflı öyrənmək məqsədi ilə Elşənlə birlikdə Şahingilə Müşviqi görmək niyyətiylə getmiş, ərizədə Şahinin adı yadında qaldığı üçün yanlışlıqla Müşviq əvəzinə Şahinin adını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 465 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ budun, sağ baldırın və sol baldırın qançırları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2018-ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin onun zorla qaçırılması zamanı yetirilmələri inkar edilmir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon polis şöbəsindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli 198-16560-12 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixli 79 nömrəli əmrə əsasən Gədəbəy rayon polis şöbəsinin növbətçi hissəsinin sürücü polis nəfəri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş X52 xx.xx.2018-ci il tarixli Ə1004-001-18 nömrəli əmrindən görünür ki, Gədəbəy RPŞ-nin növbətçi hissəsinin sürücü polis nəfəri Təqsirləndirilən şəxs2 «polisə ictimai dəstək» əməkdaşı olarkən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanunsuz əməllərinin qarşısını almaq əvəzinə vət.Zərərçəkmiş şəxs iradəsinə zidd qaçırılması cəhdinə şərait yaratdığına, faktla bağlı başlanılmış ********* nömrəli cinayət işinin istintaqı və xidməti təhqiqat zamanı həmin hadisədə tam sübuta yetirilmiş iştirakını inkar etməklə və ziddiyyətli izahatlar verməklə qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətlərilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İş materiallarına əlavə edilmiş «xxxxxxxx» Telekom MMC-dən götürülmüş Təqsirləndirilən şəxs2 istifadəsində olan 51 *** ** ** saylı GSM nömrənin anten əhatə dairəsinə dair məlumatlar olan bir ədəd diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 51 *** ** ** saylı GSM nömrə xx.xx.2018-ci il tarixdə Gədəbəy rayonu, Ərtəpə kəndinin anten əhatə dairəsinə düşmüş, lakin xx.xx.2018-ci il tarixdə, yəni hadisə baş verən tarixdə Gədəbəy rayonu Ərtəpə kəndinin anten əhatə dairəsinə düşməmişdir. İş materiallarına əlavə edilmiş «xxxxxxx» MMC-dən təqdim edilmiş diskə “baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, X17 istifadəsində olan 70 *** ** ** saylı GSM nömrə xx.xx.2018-ci il tarixdə Gədəbəy rayonunun Ərtəpə kəndinin anten əhatə dairəsində olmuşdur. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:30-da AR CM-nin 29, 144.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsinə dair” Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə zalından azad edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx xxxx 2019-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 82 və 85 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 hazırda ailə üzvləri-atası X49, anası X23 və qardaşı X47 ilə birlikdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 83 və 86 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 hazırda ailə üzvləri- atası X32, bacısı X7, arvadı X10 və qızı X4 ilə birlikdə Gədəbəy rayonu, Soyuqbulaq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 18 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gədəbəy rayonunun Soyuqbulaq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Ərtəpə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X9 tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X9 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gədəbəy rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 437 və 438 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 Ruhi-əsəb və narkoloji xəstəliklər dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gədəbəy rayon Xəstəxanasının Poliklinikası tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 440 və 441 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 Ruhi-əsəb və narkoloji xəstəliklər dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon icra və probasiya şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli 29-VŞ nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Gədəbəy rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını çəkməkdən (ödəməkdən) boyun qaçırdığına görə cərimə cəzasının digər cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verimiş, Gədəbəy rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası qazancından 10%-i dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. İslah işləri cəzası üzrə məhkum Təqsirləndirilən şəxs3 cəzasını çəkməmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş X56 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli “cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən işin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 20 gün uzadılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qaçırmaq üçün qolundan tutub maşına mindirmək istədiyi vaxt müqavimət göstərdiyindən Müşgünazın başında olan pariki yerə düşmüş, Müşgünazın parikinin yerə düşdüyünü gördükdən sonra təəccüblənmiş və həyacanlandığından onu qaçırmaq fikrindən daşınmışdır. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs2 onlarla birlikdə olmadığını, avtomobili idarə edən şəxsin Şahinin dayısı Müşfiq olduğunu bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs1 onu qaçırmaq fikrindən imtina etmədiyini, başındakı süni saç düşsə də Elşənin onu zorla avtomobilə mindirmək istədiyini, həmin vaxt avtomobilə zorla mindirilməsinə cəhd edilərkən xəsarət aldığını, bacısı Şahid1 ilə birlikdə səs-küy saldıqlarını, həm Elşənə həm də ki Fikrətə müqavimət göstərmələri nəticəsində qaçırılmasının baş tutmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı Gədəbəy rayon polis şöbəsində şübhəli şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, “... mən maşından düşərək Zərərçəkmiş şəxs qolundan tutub maşına mindirmək istədim, o isə qışqıraraq dediki getmirəm, mən onun əlindən buraxdım və yuxarıda yerləşən mağazaya getdim, Zərərçəkmiş şəxs isə evlərinə tərəf qaçdı”. Oxşar məzmunlu ifadəni Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə üzləşməsi zamanı da vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs buraxmasına səbəb sonuncunun ona qışqıraraq müqavimət göstərməsi olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində Təqsirləndirilən şəxs2 hadisə günü onlarla birlikdə olmadığını, avtomobili idarə edən şəxsin Şahinin dayısı Müşviq olduğunu bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 da verilən ittihamla özünü təqsirli bilməyərək avtomobili özü yox, dayısı Müşviq Nuriyevin idarə etdiyini, hadisə olan vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə olmadığını, onlarla birlikdə Zərərçəkmiş şəxs qaçırmağa cəhd etmədiklərini, həmin vaxt xidmətdə olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X39 ifadəsində xx xxxx 2018ci il tarixdə saat 20 radələrində Soyuqbulaq kəndindən bacısı oğlu Təqsirləndirilən şəxs2 məxsus VAZ-2107 markalı avtomobillə Ərtəpə kəndində yerləşən evinə getmək istəyərkən yolda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da avtomobilə götürdüyünü, kəndin mərkəzinə çatanda Elşənin avtomobili saxlatdığını, Elşən və Fikrətin avtomobildən düşdüyünü, Elşənin yol ilə gedən Zərərçəkmiş şəxs qolundan tutaraq maşına salmaq istədiyini, Müşgünazın isə qışqıraraq müqavimət göstərdiyini, bundan sonra Təqsirləndirilən şəxs1 Müşgünazı buraxdığını bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilmiş «xxxxxxx» MMC-dən təqdim edilmiş diskə “baxış keçirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli protokolla isə müəyyən olunmuşdur ki, X17 istifadəsində olan 70 *** ** ** saylı GSM nömrə xx.xx.2018-ci il tarixdə Gədəbəy rayonunun Ərtəpə kəndinin anten əhatə dairəsində olmuşdur. Göründüyü kimi hadisənin baş verdiyi tarixdə X44 rayonunun Soyuqbulaq kəndində olması öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı Daxili İşlər Nazirliyinin X15 sorğu verilməklə sabiq polis əməkdaşı Təqsirləndirilən şəxs2 intizam məsuliyyətinə cəlb edilməsi barədə toplanmış araşdırma materialından Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 izahatlarının surətləri götürülərək tədqiq edilmişdir. Verdiyi izahatında Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə qohum olmuş, 2-3 ildir ki, ona sevgi münasibəti bəsləmiş, lakin bu barədə sonuncuya heç bir şey bildirməmişdir. xx xxxx 2018-ci il tarixdə saat 20 radələrində Soyuqbulaq kəndində yerləşən ərzaq mağazasının qarşısında tək əyləşib alkoqollu pivə içərkən Təqsirləndirilən şəxs2 “VAZ 2107” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobillə mağazaya yaxınlaşmış, avtomobildən düşərək onunla salamlaşmış və hal-əhval tutmuşdur. Həmin vaxt o, onlara tərəf 25-30 metr məsafədən Zərərçəkmiş şəxs və bacısı Şahid1 gəldiklərini görmüş, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sevdiyini və ona elçi göndərmək fikrinin olduğunu demiş, Təqsirləndirilən şəxs2 isə ona “elçi göndərmək nəyə lazımdır? maşın burda biz burda, götürək qaçaq” bildirmişdir. Bu əsnada Təqsirləndirilən şəxs3 da onlara yaxınlaşmış, o, Təqsirləndirilən şəxs3 birlikdə gedib-getmədiyini soruşmuş, Təqsirləndirilən şəxs3 isə gedə biləcəyini bildirmiş və onlar birlikdə avtomobilə əyləşmiş, Zərərçəkmiş şəxs və Şahid1 getdikləri tərəfə getmiş və mağazadan pivə almışlar. Sonra maşına əyləşib qızlara tərəf yaxınlaşdıqda Fikrət və o, avtomobildən düşmüş, Təqsirləndirilən şəxs2 isə avtomobildə qalmışdır. O, Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncunun qolundan tutaraq dartanda bacısı Turanə ilə birlikdə çığırmağa başlamışlar. Bu vaxt Müşgünazın başında olan parik yerə düşmüş, onun başının keçəl olduğunu görərək qorxmuş və Zərərçəkmiş şəxs buraxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 avtomobili ilə oradan uzaqlaşmış, o və Təqsirləndirilən şəxs3 isə həmin yerdən getmişlər. Barəsində cinayət işi başlanarkən Təqsirləndirilən şəxs2 və dayısı Müşviq Nuriyev ona yalvararaq Təqsirləndirilən şəxs2 adının həmin hadisədə hallanmamasını istəmiş, Təqsirləndirilən şəxs2 polis olacağını və onun adını deməməsini xahiş etmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs2 yerinə Müşviq Nuriyevin adını qeyd etmişdir. Daha sonra Daxili İşlər Nazirliyində ona yalan ifadə verməyə görə məsuliyyət izah olunduqdan sonra o, həqiqəti göstərmişdir. O, əvvəlcədən qızı istəməsi və qaçırmaq barədə Təqsirləndirilən şəxs2 heç bir şey deməmiş, həmin gün alkoqolun təsiri nəticəsində Zərərçəkmiş şəxs sevdiyini demiş, hadisə günü yəni, xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 dayısı Müşviq Nuriyev onlarla birlikdə olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə verdikləri izahatlarda hadisə zamanı avtomobili Təqsirləndirilən şəxs2 dayısı Müşviq Nuriyev tərəfindən idarə olunduğunu göstərmişlər. Məhkəmə istintaqı zamanı X8 müraciəti əsasında Gədəbəy rayon prokurorluğu tərəfindən toplanmış 109-C-18 nömrəli material götürülərək tədqiq edilmişdir. Həmin materialda olan Təqsirləndirilən şəxs2 izahatından görünür ki, o, Təqsirləndirilən şəxs1 Sayuqbulaq kənd sakini kimi tanıyır. 2018-ci ilin iyun ayında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və o Gədəbəy rayonunun Soyuqbulaq kəndindəki kafelərin birində olduqları vaxt Elşən ona Bakı şəhərində yaşayan, lakin əslən Soyuqbulaqdan olan Zərərçəkmiş şəxs bəyəndiyini, sonuncunu evlənmək məqsədi ilə qaçırmaq istədiyini bildirmişdir. Sonradan o, eşitmişdir ki, Elşən Müşgünazı qaçırmağa cəhd etmiş, lakin orada olan sonuncunun bacısı Turanə Elşənə mane olmuşdur. Sonradan Müşgünazın şikayəti əsasında Elşənin barəsində cinayət işi başlamışdır. Həmin vaxt o, Elşənin yanında olmamış, baş vermiş hadisənin şahidi olmamışdır. Həmin materialda olan Təqsirləndirilən şəxs3 izahatından görünür ki, o, Təqsirləndirilən şəxs1 Sayuqbulaq kənd sakini kimi tanıyır. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2018-ci ilin iyun ayında Elşən ona və Şahinə Müşgünazı bəyəndiyini, evlənmək üçün sonuncunu qaçırmaq istədiyini bildirmişdir. Sonradan o, eşitmişdir ki, Elşən Müşgünazı qaçırmağa cəhd etsə də, qaçıra bilməmiş və barəsində Gədəbəy RPŞ-nin İQ-da cinayət işi başlamışdır.Həmin vaxt o, orada olmamış və hadisəni görməmişdir. Həmin materialda olan X8 izahatından görünür ki, Təqsirləndirilən şəxs1 onun xalası oğludur. Elşən polis əməkdaşı olan Şahin adlı şəxslə və Fikrət adlı şəxslə 2018-ci ilin iyun ayında rayonun Soyuqbulaq kəndində Zərərçəkmiş şəxs adlı bir qızı evlənmək məqsədilə aparmaq üçün qolundan tutmuş, lakin sonradan fikrindən yayınaraq könüllü olaraq Müşkünaz Əliyevanı azad etmişdir. Həmin gün Elşən Şahin və Fikrətə Müşgünazla evlənmək istədiyini, onu qaçırmaq istədiyini bildirmişdir. Daha sonra Elşən toy məclisində iştirak etmiş və spirtli içki qəbul etmişdir. Bundan sonra isə Fikrətlə birlikdə pivə içmişlər. Fikrətlə Elşən pivə içdikləri vaxt Şahin onların yanına gələrək Müşkünazın yaxınlıqda olduğunu bildirmişdir. Daha sonra isə Elşən Fikrət və Şahin sonuncuya məxsus avtomobilə minib rayonun Soyuqbulaq kəndi ərazisində hərəkətdə olduqları vaxt Müşkünazın bacısı Turanə ilə yaxınlıqda olduqlarını görmüşlər. Elşən avtomobildən düşüb Müşkünaza yaxınlaşaraq qolundan tutub “gəl gedək, aparım səni” demiş, Müşkünaz isə Elşənə “mənə evlənmək olmaz” deyə cavab vermişdir. Eşən Müşkünazı avtomobilə mindirmək üçün qolundan tutub özünə tərəf çəkdikdə Müşkünazın başında olan süni saç yerə düşmüş və Elşən onun keçəl olduğunu görmüşdür. Bundan sonra Müşkünaz yerdəki daşın üzərində oturaraq “mənə ərə getmək olmaz” deyərək ağlamağa başlamış, Elşən isə Müşkünazın keçəl olduğunu bilmədiyi üçün əvvəlcə şok olmuş, daha sonra isə fikrindən yayınaraq Müşkünazı könüllü olaraq azad edib, piyada olaraq oradan uzaqlaşmışdır. Həmin vaxt Elşən Müşkünaza heç bir xəsarət yetirməmişdir. Müşkünaz Əliyevanın şikayəti əsasında Təqsirləndirilən şəxs1 barəsində CM-nin 29, 144.1-ci maddəsi ilə cinayət işi başlamış, Şahinlə Fikrət isə məsuliyyətdən yayınmışlar. Gədəbəy RPŞ-nin baş müstəntiqi X45 cinayət məsuliyyətinə cəlb edilməməsi üçün onun əmisi Bəxtiyardan 8000 manat məbləğində pul almışdır. X27 cinayət işinə xitam verilməsi üçün Elşəndən əvvəlcə 20000, daha sonra 15000, sonra isə 10000 manat məbləğində pul tələb etmişdir. Elşən həmin məbləği vermədikdə isə X54 Bayramovu şübhəli şəxs qismində tutmuş, barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəməyə vəsatətlə müraciət etmişdir. Lakin məhkəmənin qərarı ilə Elşən barəsində “həbs” qətimkan tədbiri deyil, “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Həmçinin izahatında göstərmişdir ki, tələbi xalası oğlu Təqsirləndirilən şəxs1 barəsində 29,144.1-ci maddəsi ilə əsassız olaraq başlanmış cinayət işinin icraatına vixtam verilməsindən ibarətdir. Göründüyü kimi X22 izahatında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qaçırmağa cəhd əməlini Şahin və Təqsirləndirilən şəxs3larla birlikdə törətdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də Zərərçəkmiş şəxs qaçırmağa cəhd əməlini Şahin və Təqsirləndirilən şəxs3larla birlikdə törətdiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, “... xx.xx.2018-ci il tarixdə saat təxminən 20 radələrində mən iştirak etdiyim qonşu Pirbulaq kəndindən yaşadığım Soyuqbulaq kəndinə gəldim və həmin vaxtı içkili idim. Kəndin içində olan dükandan siqaret alıb küçəyə çıxdım. Küçədə siqaret aldığım dükanın qarşısına durmuşdum. Bu zaman həmin yerə həmkəndlimiz Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşım ilə gəldi və maşından düşüb mənimlə görüşüb söhbət etməyə başladı. Bu zaman əvvəllər tanıdığım Müşkünaz bacısı Turanə və sonuncunun iki azyaşlı uşaqları yanlannda olmaqla küçə boyunca gəzişirdilər. Mən Şahinə dedim ki, Müşkünazı sevirəm Onunla evlənmək üçün elçi göndərmək istəyirəm. O, isə mənə dedi ki, elçi göndərməkdənsə hazırda şərait var onu səninçün qaçırdaq. Mən də ona dedim ki, sən öz maşınınla mənə köməklik edəcəksənsə qaçırdaq, o, da mənə dedi ki, maşınla hara lazımdısa sizi aparacağam. Şahinlə bu məzmunda söhbət edən zaman digər həmkəndlimiz Təqsirləndirilən şəxs3 bizim yanımıza gəldi. O, da mənim Müşkünazı qaçırmaq istədiyimi bildi. Həmçinin ona da dedim ki, Müşkünazın qaçırılmasında mənə köməklik edə bilərsən, o, da dedi ki, kömək edəcəyəm. Biz, yəni mən Fikrət və Şahin sonuncunun sükan arxasına keçdiyi avtomobilə əyləşdik. Mən avtomaşının salonunda arxada oturdum, Fikrət isə salonun qarşı oturacağında sürücü Şahinin yanında oturdu. Müşkünazgilin kəndin baş tərəfinə getdiyini zənn edib biz Şahinin idarə etdiyi maşınla kəndin baş tərəfinə getdik və orada onları gözlədik. Onların kəndin baş tərəfinə gəlmədiyini görüb yenidən maşınla Müşkünazgilin gəzişdiyi yerə qayıtdıq. Mən Fikrətlə birlikdə maşından düşüb bir qədər əvvəl siqaret aldığım dükana girib iki ədəd pivə alıb içdik. Şahin isə maşınla harasa getdi və gələcəyini dedi. Bundan 20-30 dəqiqə keçdikdən sonra Şahin idarə etdiyi avtomobillə bizə yaxınlaşıb dedi ki, Müşkünazgilyaxınlaşırlar oturun maşına gedək onu qaçırmağa. X66 idarə etdiyi maşına oturub cəld tərpənib onlara yaxınlaşdıq. Mən maşının araxa oturacağında, Fıkrət İsə qabaq oturacaqda oturmuşdu. Müşkünazgilə yaxınlaşan kimi Şahindən maşını saxlamsını xahiş etdim və mən Fikrətlə birlikdə maşından düşüb onlara yaxınlaşdıq Mən Müşkünazın sol qolundan tutub dedim ki, səni evlənmək məqsədi ilə qaçırdıram otur maşına gedək, o, isə mənə müqavimət göstərdi və qıçqırırdı. Turana mənə mane olmaq istəyəndə Fikrət onun qolundan tutub saxladı. Mən isə Müşgünazı dartıb maşına salmaq istəyəndə o, çırpınmağa başladı və bu zaman başından parikin (sünü qoyulan saçın) yerə düşdüyünü görüb təccübləndim və qolunu buraxdım və o, yerdə olan daşın üstündə oturdu, Fikrət də bu zaman Turanənin qolunu buraxdı. Şahin isə maşında oturub yerə düşmədi. Daha sonra mən Müşkünaza yaxınlaşmadım. Şahin mənim hərəkətsiz durduğumu görüb maşını sürüb ordan uzaqlaşdı, Fikrət də mənim belə durduğumu görüb oradan uzaqlaşdı, Müşkünazgil də evlərinə tərəf getdi. Mən də kəndin ara yolları ilə evimə getdim”. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə keçirilən üzləşmə zamanı da ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək maşın dayandıqdan sonra Elşənlə birlikdə maşından düşdükdən sonra Elşən kəndin mərkəzi yolu ilə bacısı Şahid1 ilə piyada gedən Zərərçəkmiş şəxs yaxınlaşıb onun sol qolundan tutaraq maşına tərəf çəkmiş, Müşgünaz isə Elşənə müqavimət göstərərək qışqırmağa başlamış və Zərərçəkmiş şəxs başından pariki yerə düşmüş, həmin vaxt Müşgünazın bacısı Turanə də Elşənə müqavimət göstərmidir. Həmin vaxt o, qorxaraq piyada kəndin kənarına qaçmış, Müşfiq isə avtomobili sürərək oradan uzaqlaşmış, Elşən isə həmin yerdə qalmışdır. Elşənin Müşgünazı qaçırmaq istəyi barədə onun xəbəri olmamış, nə Zərərçəkmiş şəxs nədəki Şahid1 tutmamış, onlara heç bir fiziki və ya psixi zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi bu xüsusat Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsilə yanaşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, həmçinin Şahid1 ifadələrilə də təkzib olunur. Bundan başqa Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 Müşgünazı qaçırmağa mane olmaması üçün Müşgünazın bacısı Turanəni tutub saxlamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx xxxx 2018-ci il tarixli 465 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilməyən, törənmə müddətlərinin xx xxxx 2018-ci il tarixə uyğun gəldiyi sağ budun, sağ baldırın və sol aldırın qançırları kimi xəsarətləri küt əşyaların təsirindən törənmiş və həmin xəsarətlərin Zərərçəkmiş şəxs zorla qaçırılması zamanı yetirilmələri inkar edilməmişdir. Tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının rəyilə bir daha təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməməklə verdikləri ifadələrinin həqiqi və obyektiv olması şübhə doğurmuşdur. Həmçinin iş materiallarından müəyyən olunmuşdur ki, ibtidai istintaqın ilkin mərhələsində Zərərçəkmiş şəxs və Şahid1 avtomobilin Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunmasını göstərməmişlər. Məhkəmə istintaqı zamanı bunu onunla izah etmişlər ki, Təqsirləndirilən şəxs2 anası onların nənəsigilə gələrək onlara yalvararaq xahiş etmişdir ki, oğlu Şahinin cavan olduğunu və polis orqanlarına işə düzəlmək ərəfəsində olduğunu nəzərə alsınlar və polisə şikayət edəndə Şahinin adını çəkməsinlər. Onlar da Şahinin anasının xahişini nəzərə alıb qərarlaşmışlar ki, şikayət ərizələrində və gələcək istintaq proseslərində hadisə vaxtı avtomobilin kim tərəfindən idarə olunduğunu görmədiklərini bildirsinlər. Bu səbəbdən o və bacısı Müşgünaz əvvəllər Təqsirləndirilən şəxs2 əleyhinə ifadə verməmişlər. Lakin hadisə vaxtı avtomobilin Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunduğunu gördüklərini bildirmişlər. Məhkəmə qeyd olunan xüsusatla bağlı Zərərçəkmiş şəxs və Şahid1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini daha inandırıcı və obyektiv ifadələr kimi qəbul edir. Belə ki, həqiqətən də iş materiallarından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Gədəbəy rayon polis şöbəsində ictimai əsaslarla xidmətdə olmuşdur. Bundan başqa iş materiallarında olan Şahid2 hadisədən qısa müddət sonra, xx xxxx 2018-ci il tarixdə verdiyi izahatında göstərmişdir ki, “...xx xxxx 2018-ci il tarixdə bacısı Müşgünaz ona zəng edərək ağlaya-ağlaya bildirmişdir ki, saat 19-20 radələrində hücuma, qaçırılmağa məruz qalmış, həmin hadisə Təqsirləndirilən şəxs1, Fikrət Sabir oğlu tərəfindən törədilmiş, digər şəxs Təqsirləndirilən şəxs2 isə onları maşınla gətirdiyini, maşında gözlədiyini bildirdi...” Göründüyü kimi Zərərçəkmiş şəxs hadisədən sonra verdiyi izahatında Təqsirləndirilən şəxs2 adını bildirməsə də qardaşı Şahid2 telefon vasitəsilə hadisə barədə məlumat verərkən avtomobilin Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin işin faktiki hallarına uyğun olmayan, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları ilə təkzib olunan, uydurma və qeyri obyektiv ifadələr kimi qəbul edir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X11, X1, X24, X12, X33, X13, X18, X2, X19 və X14 verdikləri ifadələrə məhkəmə tərkibi tənqidi yanaşaraq həmin ifadələritəqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirməyə xidmət edən, işin faktiki hallarına uyğun olmayan, qeyri obyektiv ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-in 29, 144.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini vəşəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Gədəbəy rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını çəkməkdən (ödəməkdən) boyun qaçırdığına görə cərimə cəzasının digər cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verilmiş, Gədəbəy rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası qazancından 10%-i dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. İslah işləri cəzası üzrə məhkum Təqsirləndirilən şəxs3 cəzasını çəkməmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasənhökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin məcəllənin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günübərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzayaGədəbəy rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzasının həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə 10% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş və çəkilməmiş həmin cəzası CM-in 68.1.3-cü maddəsinə əsasən 3 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla hazırkı cəza ilə tam birləşdirilməlidir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1xx xxxxxxxx 2018-ci il tarixdə AR CM-nin 29, 144.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə isə barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, xx xxxxx 2019-cu il tarixədək həmin qətimkan tədbiri qüvvədə olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasınıAzərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində 1 azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3na cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin məcəllənin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin məcəllənin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən barələrində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzalarını yüngülləşdirən halların olub, cəzalarını ağırlaşdıran halların olmamasını, həmçinin törədilmiş cinayətdə iştiraklarını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, onlara təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni vəəsaslı hesab edir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onların üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onların daimi qeydiyyat yeri üzrə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onların davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək, öz davranışları ilə islah olunduqlarını sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinəəsasən işüzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 6 ay 17 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 6 (altı) il 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 6 (altı) il 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzayaGədəbəy rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzasının həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə 10% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş və çəkilməmiş həmin cəzası CM-in 68.1.3-cü maddəsinə əsasən 3 ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya bərabər tutulmaqla hazırkı cəza ilə tam birləşdirilsin və üzərində qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə X56 Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar