Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-18/2021 27.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X23, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvəllər məhkum olunmuş, məhkumluğu ödəniləməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal olunmuş istifadəyə və atəşə yaralı 9 mm kalibrli, nömrəsi silinmiş, “Makarov” (“PM”) konstruksiyalı yivli odlu silah olan tapançanı əldə etməklə yaşadığı evin həyətyanı sahəsində saxlamış, həmçinin istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni, 130,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və istintaqa məlum olmayan vaxtda və mənbədən digər şəxslə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda, yəni, 11,44 qram çəkidə 29 ədəd konvalyutda ümumi sayı 286 ədəd narkotik vasitə olan metadonu qanunsuz olaraq əldə edib, narkotik vasitə heroini yaşadığı Gəncə şəhəri N.Nərimanov prospekti 303 sayı evin həyətyanı sahəsində, metadonu isə üzərində daşyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah və satış məqsədi ilə narkotik vasitələr əldə etməsi, üzərində və evində saxlaması barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında 15 may 2019-cu il tarixdə saat 21:45 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Kəpəz rayonu N.Gəncəvi prospektində “Əllərin dairəsi” adlanan yerin yaxınlığında saxlanılaraq əl yükü ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilən zaman əl yükü olan qəhvəyi rəngli sellofan torbanın içərisindən digər şəxslə ilə birlikdə satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı külli miqdarda, yəni, 11,44 qram çəkidə üzərində “Methadone 40...03/2020” göstəricisi olan 29 ədəd konvalyutda ümumi sayı 286 ədəd narkotik vasitə olan metadon, 16 may 2019-cu il tarixdə saat 04 radələrində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən isə həyətyanı sahədəki ağacın dibinə selofan torbada bankaya qoyularaq torpağa basdrılmış satış məqsədi ilə qanunsuz əldə edib saxladığı külli miqdarda, yəni, 130,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər ağacın dibinə selofan torbada torpağa basdırılmış bir ədəd zavod üsulu ilə istehsal olunmuş, istifadəyə və atəşə yaralı 9 mm kalibrli, nömrəsi silinmiş, “Makarov” (“PM”) konstruksiyalı yivli odlu döyüş silahı olan tapança aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gəncə şəhər sakini olan, Dəmir yol vağzalının yaxınlığında yaşayan Cahangir adlı şəxsi artıq uzun müddətdir ki, tanıyır və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Cahangirin istifadəsində isə 055-407 20 22 saylı mobil telefon nömrəsi vardır və həmin nömrə altında “Whatsaap” sosial şəbəkəsindən istifədə edir. O, sonuncu dəfə, yəni, 15 may 2019-cu il tarixdə polis tərəfindən tutulmamışdan təxminən 5 gün qabaq ikinci arvadı Kəmalənin evində yaşamağa başlamışdır. Son üç gün ərzində isə Cahangir ona dəfələrlə zəng edib onla Bakı şəhərinə getməyini təkid etmişdir. 15.05.2019-cu il tarixdə Cahangir ona zəng edib və votsap vasitəsi ilə sms göndərib işdən icazə aldığını və Bakı şəhərinə gedəcəyini, onu gözlədiyini demişdir. O, da yoldaş olduqları üçün Cahangirin sözündən keçməyib Cahangirlə bir yerdə Bakı şəhərinə getmək qərarına gəlmişdir. Onlar birlikdə Bakı şəhərinə gedərkən yolda Cahangir ona demişdir ki, bir nəfər şəxs var ondan narkotik vasitə götürəcəkdir. Həmin narkotik vasitədən ona da verəcəyini bildirmişdir. O, cərahiyyə əməliyyatı keçirdiyi üçün bədənində ağrılar olmuşdur. Bunun üçün də o ara-sıra metadon narkotik vasitədən istifadə etmişdir. Cahangtr ona bildirmişdir ki, narkotik vasitə almaq üçün 1100 manat pul lazımdır. Həmin pulun 550 manatını o versin narkotik vasitəni alıb yarı bölsünlər. O, da ağrıları olduğu üçün özü qəbul etmək məqsədi ilə razılaşmış və 550 manat pulu Cahangirə vermişdir. Onlar səhər saat təxminən saat 10-da Gəncə şəhər təzə Avtovağzalından Vito markalı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Həmin Vito markalı avtomobili Cahangir danışmışdır. Onlar həmim mikro avtobusla Bakı şəhərinə getmişlər. Bakı şəhərində 20 Yanvar adlanan ərazidə düşmüşlər. Tanımadığı taksi avtomaşınına minib Cahangirin dediyi yerə getmişlər. O, Bakı şəhərini tanımadığı üçün hara getdiyini bilməmişdir. Cahangir tanımadığı yerdə avtomaşından düşüb gedib bir qədər sonra əlində torba ilə qayıtmışdır. Sonra Gəncə şəhərinə qayıtmaq üçün Gəncə şəhərindən Bakıya gəldikləri Vito mikroavtobusun sürücüsünə zəng etmişlər. O, da avtovağzalda olduğunu bildirmişdir. Cahangirin həmin Vito sürücüsü ilə tanışlığı olmuşdur. Onlar Bakı Avtovağzalına gəlib Vito avtomaşını ilə görüşüb sonra həmin sürücü müştərini yığdıqdan sonra Gəncə şəhərinə qayıtmışlar. Sürücü müştəri yığan zaman Cahangir ondan ayrılıb qıraqda Vitonun arxa hissəsində kimləsə danışmışdır. Onlar Cahangirlə əvvəlcə arxa oturacaqda oturmuşlar. Lokbatanın dairəsinə çatanda maşına bir əlil qadın və uşaq mindiyi üçün sürücü ona demişdir ki, keçib qabaqda otursun. O, qabağa keçən zaman Cahangir içərisində narkotik vasitə olan torbanı ona vermişdir ki, yanında uşaq oturur, o qabaqda özü saxlasın. O, da torbanı götürüb qabaqda oturmuşdur. Lökbatandan yola düşəndə Vito sürücüsünə də zənglər gərmişdir. Vito sürücüsünə zəng edən sürüsüdən avtomobilində sarıyanız uzun arıq bədənli Anar adlı şəxs olub-olmamasını soruşmuşdur. Həmin şəxsin Rusiya Fedarasiyasından gəldiyini və onu qarşılayacağını demişlər. Sürücü də sərnişinlərdən Anar olub-olmamasını soruşmuşdur. Anar adlı şəxs avtomobildə olmamışdır. O, deyilən əlamətlərə uyğun şəxs Cahangirin avtomobildə olduğunu demişdir. Yol boyu Vito sürücüsünə zənglər gəlmişdir. Sürücü də olduğu yeri demişdir. Gəncə şəhərinə “Əllərin dairəsi” adlanan yerə çatdıqda maşını saxlatdırmış və o maşından yerə düşmüşdür. Həmin vaxt Cahangir avtomobildən düşməmişdir. Həmin vaxt onun yanında bir neçə maşının dayandığını və ona tərəf bir neçə nəfər şəxsin gəldiyini görmüşdür. Həmin şəxslərin ona tərəf iti hərəkətlə gəldiyini görüb əlindəki torbanı yola tullamışdır. O, da iti addımlarla arxaya doğru getmişdir. Həmin vaxt həmin şəxslər onu tutub qolunu burub başını aşağı əyib üzünə gödəkçə bağlayıb onu avtomobilə otuzdurmuşlar. Yerə atdığı metadonla birlikdə onu polis idarəsinə gətirmişlər. Yolda gələn zaman həmin şəxslər əlləri ilə başına vurmuşlar. Hara apardığını soruşanda ona deməmişlər. Avtomobil gəlib dayandıqdan sonra onu əli arxada pilləkənlərlə yuxarı qaldırmışlar. Gözü bağlı olduğu üçün o, harda olduğunu bilməmişdir. O, içəri girəndən sonra bir nəfər şəxs adının Çingiz olduğunu və Baş polis idarəsinə gətirildiyini demişdir. Yolda olan zaman onu gödəkçə ilə bağladıqları üçün onun nəfəsi təngimişdir. Həmin şəxs digərlərinə bildirmişdir ki, onun əlini açsınlar ki, özünə gəlsin. Sonra onu başqa bir otağa aparmasını demişdir. Digər polislər də onu sürüyüb başqa otağa aparmışlar. Orda onun qabağına Cahangirin aldığı torbanı qoyub kimin olmağını soruşmuşlar. O, da demişdir ki, onun deyil. Sonra Baş polis idarəsinə vəkil Elxan Osmanaov dəvət olunmuşdur. Polislər yenidən ona təzyiq göstərib birinci mərtəbəyə düşürmüşlər. Orada polislər onu vurmuşlar. Həmin otaqda kamera ilə baxış keçiriləcəyini demişlər. O da kamera ilə baxış keçirilməsindən imtina etmişdir. Sonra hal şahidi dəvət olunmuşdur. Hal şahidlərinin iştirakı ilə üzərinə və torbaya baxış keçirilmişdir. Onun üzərindən cib bıçağı aşkar edilmişdir. Torbanın isə ona məxsus olmadığını bildirmişdir. Polislər onun cibindən N.Nərimanov küçəsində yerləşən evinin açarını götürmüşlər. Polislər təxminən saat 04 radələrində ona demişlər ki, yaşadığı evə gedirlər. Onu avtomobilə mindirib yaşadığı evə aparmışlar. Küçədə saxlayanda onların evinin qabağında digər polis əməkdaşlarının avtomobilləri olmuşdur. Evlərinə gedərkən isə yolda polis əməkdaşları yenə ona təziqlər edərək narkotiki və silahı ağacların altında gizlədəcəklərini ona bildirmişlər. Evə daxil olduqdan sonra o ağacların altının torpağının çevrilmiş olduğunu görüb bilmişdir ki, polislər dedikləri əşyaları həmin torpağı çevrilmiş ağacların altında gizlətmişlər. Kəpəz RPİ-nin polis əməkdaşı həmin yerləri göstərməyini ona gizlincə işarə etmişdir. O, həmin yerləri göstərmiş və o yerlər qazılaraq narkotik vasitə ilə silah aşkar edilərək götürülmüşdür. O, ona görə polisin işarə etdiyi yeri göstərmişdir ki, evə girməmişdən qabaq polis əməkdaşları ona demişlər ki, evdə olanları boynuna götürsün, yoxsa arvadını idarəyə apracalar. O, da buna görə deyiləni etməyə məcbur olmuşdur. Bundn sonra isə evə baxış zamanı evdən şkafdan bir ədəd bükümdə də, polislərin özlərinin qoyduğu narkotik vasitə aşkar olunaraq götürülmüşdür. O, arvadı məsuliyyətə cəlb edilməsin deyə həmin narkotik vasitələrin və silahın ona məxsus olduğunu yalandan etiraf etmiş və bu barədə sənədləşmə aparılmışdır. Lakin, o əvvəlcə Cahangrin əleyhinə ifadə vermək istəməsə də, sonradan Cahangirin polislərlə əlbir olaraq onu polislərə satdığını başa düşmüş və Cahangirin əleyhinə ifadə verməyə, hadisəni olduğu kimi danışmağa qərar vermişdir. İbtidai istintaq zamanı müxtəlif məzmunlu ifadədər verməsinin səbəbini isə demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 15.05.2019-cu il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, qanunsuz olaraq odlu silah və narkotik vasitələri yaşadığı evində saxlaması, həmçinin halhazırda Bakı şəhərindən qanunsuz olaraq narkotik maddələr əldə edərək Bakı-Gəncə marşurutu ilə hərəkət edən **-XV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı sərnişin avtomobili ilə Gəncə şəhərinə gəlməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə idarənin əməkdaşı, yəni, əməliyyat müvəkkili Şahid2 və Şahid3 Oktay oğlu ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və saat təxminən 21:45-də **-XV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı sərnişin avtomobil Gəncə şəhərinə daxil olarkən “Əllərin dairəsi” adlanan yerdə həmin avtomobil tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş və avtomobil N.Gəncəvi prospektində bir qədər getdikdən sonra yolun kənarında dayanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilin qabaq oturacağından yerə düşmüş və onlar Mehmana yaxınlaşarkən Mehman onları gördükdə özünü şübhəli apararaq əlindəki qəhvəyi rəngli sellofan torbanı yerə ataraq qaçmaq istəmişdir. Onlar Mehmanı dərhal saxlamış və özlərini təqdim etdikdən sonra ona odlu silahı, narkotik vasitələri qanunsuz olaraq saxlamaqda, satmaqda və istifadə etməkə şübhəli olduğunu bildirərək birlikdə Gəncə şəhər BPİ-nə gəlməsini xahiş etmişlər. Onlar Təqsirləndirilən şəxs yerə atdığı sellofan torba ilə birlikdə Gəncə şəhər BPİ-nə gətirmiş və idarədə şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və müdafiəçinin iştirakı təmin edilmişdir. Bundan əlavə Şahid5 və Aqil Ələkbərov adlı şəxslər də hal şahidi kimi dəvət edilmişlər və hal şahidlərinin, həmçinin, yuxarıda göstərilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və əl yükü olan sellofan torbaya baxış keçirilmiş və ona məxsus həmin sellofan torbadan 29 list, hər listdə 10 ədəd, 2 listdə isə 8 ədəd həb olmaqla ümumilikdə 286 həbdən ibarət narkotik vasitə hesab edilən Metadon, əynindəki şalvarın sağ arxa cibindən 1 ədəd bıçaq aşkar aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin metadonu həmin günü Bakı şəhəri 20 yanvar metrosunun yanından tanımadığı bir nəfər şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əl yükündən aşkar edilmiş metadon yuxarıda göstərilən şəxslərin iştirakı ilə tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhərindən Gəncə şəhərinə gəldiyi **- XV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı sərnişin avtomobilinin sahibi Şahid6 da Gəncə şəhər BPİ-nə dəvət edilmiş və onun avtomobilinə də baxış keçirilmiş, lakin avtomobildən hər hansı bir narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və hal şahidlərinin, Təqsirləndirilən şəxs, müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs arvadı Şahid9 razılıq ərizəsi əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına gedilərək evə və evin həyətyanı sahəsinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı videoçəkilişdən də istifadə edilmişdir ki, evin həyətyanı sahəsində olan meyvə ağacının dibindən yerə basıdırlmış və sellofan torbanın içərisində olan kiçik ölçülü bankada heroinə oxşar kütlə aşkar olunmuşdur. Digər meyvə ağacının dibinə baxış zamanı isə sellofan torbada üzərində yazıları silinmiş bir ədəd makarov markalı tapança, içərisində 2 ədəd patron olan 1 ədəd daraq aşkar edilmişdir. Həyətyanı sahədə ağacların ətraf hissələrinə baxış keçirmə zamanı hər hansı bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Bundan sonra yaşayış evinin otaqlarına baxış keçirilmiş və yataq otağındakı mebelinin siyirməsindən ağ rəngli, metamfetaminə oxşar psixotrop maddə aşkar edilmişdir. Yaşayış evinin digər otaqlarından da başqa hər hansı bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş heroinə və metamfetaminə oxşar kütlələr, həmçinin silah yuxarıda göstərilən şəxslərin iştirakı ilə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən təhqiqatçı iştirak etmiş və onun rəhbərliyi ilə baxış ardıcıllıqla davam etmişdir. Yataq otağında axtarış aparılmış və heç bir əşya aşkar olunmamışdır. Onlar təhqiqatçının göstərişi ilə otaqdan çıxıb başqa otağa keçdikdən sonra o, təkcə yenidən axtarış aparılmış otağa qayıtmışdır ki, yenidən otağa baxsın və yataq otağındakı mebelinin siyirməsindən ağ rəngli, metamfetaminə oxşar psixotrop maddə aşkar etmişdir. Yataq otağına öz təşəbbüsü ilə yenidən qayıtmış və narkotik vasitəni aşkar etdiyi mebel siyirməsindən əlavə başqa yerlərə baxmasını xatırlamır. Təsadüfən həmin yerə baxmışdır. Əvvəl həmin otaqda axtarış aparılarkən otaqdakı mebelin siyirməsinə baxılmasını dəqiq deyə bilmir. Həmin narkotik vasitəni yataq otağına o özü qoymamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir təzyiq olmamış və evin həyətinə heç kim silah və narkotik vasitə basdırmamış və onun arvadının polisə aparılması ilə bağlı hədə-qorxu gəlinməmişdir. Təqsirləndirilən şəxs cibindən evinin açarı götürülməmiş, onlar evə axtarışa gödərkən qapını onun arvadı özü açmış və evə baxış keçirilməsinə razılıq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində xidməti edir. 15.05.2019-cu il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, qanunsuz olaraq odlu silah və narkotik vasitələri yaşadığı evində saxlaması, həmçinin hal-hazırda Bakı şəhərindən qanunsuz olaraq narkotik maddələr əldə edərək Bakı-Gəncə marşurutu ilə hərəkət edən **-XV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı sərnişin avtomobili ilə Gəncə şəhərinə gəlməsi barədə məlumat daxil olmuşdur. O, əvvəllər Mehmanı tanımamış və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün idarə rəhbərliyi tərəfindən əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə idarənin əməkdaşları, yəni, əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 Oktay oğlu əməliyyat qrupunun üzvüləri kimi qeydə alınsalar da, o, onlara köməkçi qüvvə kimi təyin edilmişdir. Onlar birlikdə əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Təqsirləndirilən şəxs Gəncə şəhərinə nə vaxt çatacağını müəyyən etmək üçün **-XV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı sərnişin avtomobilinin sürücüsünün kim olduğunu öyrənmiş və məlum olmuşdur ki, həmin sürücü Gəncə şəhər sakini Şahid6dur və onun istifadəsində ***-******* və ***-******* saylı mobil telefon nömrələri vardır. Bundan sonra o, öz istifadəsində olan ***-******* saylı mobil telefon nömrəsindən sürücünün hal-hazırda yadında qalmayan nömrəsinə zəng edərək guya hansısa tanışının onun maşınında olub-olmadığını bəhanə edib harada olduqlarını soruşmuşdur. Beləliklə o, bir neçə dəfə həmin sürücüyə zəng edərək müxtəlif bəhanələr gətirib Gəncə şəhərinə çatıb-çatmadıqlarını soruşmuşdur. Həmin avtomobilin artıq Gəncə şəhərinə çatdığını o, Şahid1 bildirmiş və bundan sonra Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı tədbirlər davam etdirilmişdir. O, Şahid8 tanımamış və onunla heç bir münasibəti olmamışdır. O, “Mercedes Vito” markalı sərnişin avtomobilinin sürücüsünün mobil telefon nömrəsini dövlət yol polisində olan məlumat bazasından əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, fəhləliklə məşğul olub çörəkpulu qazanaraq ailəsini dolandırır. 15 may 2019-cu il tarixdə axşam vaxtı Gəncə şəhər Baş Polis İdarəsinin yaxınlığından keçib gedərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və hal şahidi qismində iştirak etməyini ondan xahiş edib onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və birlikdə polis idarəsinə daxil olmuşdur. O, iş otaqlarından birinə daxil olarkən içəridə bir neçə nəfər tanımadığı şəxslərin olduğunu görmüşdür. Polis əməkdaşları ona və onunla eyni vaxtda hal şahidi kimi dəvət olunmuş X11 huqüq və vəzifələrini izah etdikdən sonra özünü ünvan 4 yaşayan X2 təqdim edən şəxsin üzərinə müdafiəçinin iştirakı ilə baxış keçiriləcəyini bildirmişlər. Onların iştirakı ilə həmin şəxsin üzərinə baxış keçirilmiş və həmin şəxsin əlindəki qəhvəyi rəngli selofan torbanın içərisindən 29 blistir, 27 blistirin hər birində 10 həb, 2 blistirin isə hər birində 8 həb olmaqla ümumilikdə 286 həb sayında, sonradan bildiyinə görə narkotik vasitə hesab edilən Metadon və əynindəki şalvarın sağ arxa cibibdən 1 ədəd bıçaq aşkar edilmiş və sorğu zamanı Mehman həmin metadonları 15.05.2019-cu il tarixdə Bakı şəhərindən 500 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Mehmanın üzərinə və digər geyim əşyalarına da baxış keçirilmiş, lakin onun üzərindən başqa bir cinayət xarakterli əşya aşkar edilməmişdir. Aşkar olunan metadonlar onların, müdafiəçinin və digər iştirakçıların yanında çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, onlara imza etdirilmiş və bu barədə protokollar tərtib edilmişdir. Ondan sonra onların iştirakı ilə Mehmanın Bakı şəhərindən Gəncə şəhərinə gəldiyi Mersedes Benz markalı, ** XV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, avtomobildən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir qanunsuz əşya aşkar edilməmiş və bu barədə də protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçiriləcəyi onlara bildirilmiş və həmin baxışda da hal şahidi kimi iştirak etmələri onlardan xahiş edilmişdir. Onlar polis əməkdaşları ilə razılaşmış və Mehmanın yaşadığı evə getmişlər. Evin qapısını Təqsirləndirilən şəxs arvadı açmışdır. Yuxarıda göstərilən şəxslərin iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı Mehmanın yaşadığı evin həyətyanı sahəsindən ağacın dibinə basdırılmış selofan torbanın və kiçik ölçülü bankanın içərisindən narkotik vaistə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Bundan əlavə evin həyətyanı sahəsində digər ağacın dibinə basdırılmış bir ədəd tapança aşkar edilmişdir. Mehman İbrahmov həmin tapançanı 1992-ci ildə və narkotik vastə olan heroinə oxşar kütləni isə 15 gün əvvəl “Əllərin dairəsinin” yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilərkən yataq otağında yerləşən mebel dəstinin siyirməsindən sonradan bildiyinə görə metamfetaminə oxşar psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən və evindən aşkar olunan heroinə oxşar kütlə, silah, yataq otağından aşkar edilmiş psixotrop maddə metamfetamin onların iştirakı ilə qablaşdırılmış və bu barədə protokol da tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, birinci dəfə ailə həyatı qurmuş və onun 3 uşağı vardır. 2012-ci ildə onlar boşanmışlar. Uşaqları son vaxtlar ondan ayrı sərbəst yaşamağa başlamışlar. 2013-cü ildə Mehman həbsxanada olarkən o, Mehmanla rəsmi olaraq ailə həyatı qurmuşdur və 2018-ci ildə Mehman həbsdən azad edildikdən sonra onunla birlikdə ailə kimi yaşamağa başlamışlar. Həmin evdə ondan və Mehmandan başqa heç kim yaşamır. Mehmanın da ondan qabaq birinci ailəsi və iki uşağı vardır ki, Mehman gah birinci ailəsinin yanında, gah Rusiya Federasiyasıbnda yaşamışdır. Yəni Mehman daima olaraq onun evində qalmamış, həmçinin o, Mehmanın nə işlə məşğul olduğunu dəqiq bilməmiş, özü də bu barədə ona heç bir məlumat verməmişdir. 15 may 2019-cu il tarixdə səhər saatlarında onlar evdə olarkən Mehman Bakı şəhərinə hansısa iş dalınca gedəcəyini bildirib evdən çıxıb getmişdir. Həmin günü gecə vaxtı polis əməkdaşları evə gələrək Mehmanın narkotik vasitə ilə tutulduğunu bildirib evinə baxış keçirmələri üçün icazə verməsini xahiş etmişlər. O da, ərizə yazaraq baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Mehmanın və onun iştirakı ilə evə baxış keçirilmiş və baxış zamanı Mehman evin yataq otağından, ağacların altından ayrı-ayrılıqda basdırılmış silah və sonradan narkotik vasitə olduğunu bildiyi əşyaları könüllü olaraq polisə təqdim etmişdir. Baxış zamanı evdən başqa əşya aşkar edilməmişdir. Mehmanın ağacın dibinə basdırdığı və polisə könüllü olaraq təqdim etdiyi şüşə qabdan başqa evdə saxladığı narkotik vasitədən və ağacın dibinə basdırdığı silahdan heç bir məlumatı olmamışdır. Polis əməkdaşdaşları onun evinə gələrkən qapını o açmışdır. Mehmanın yuxarıda göstərilən əşyaları kimdən almasından, kiməsə satmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, özünə məxsus olan MERCEDES BENZ VİTA markalı, ** XV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı-Gəncə marşrutu ilə sərnişin daşıyıb ailəsinə çörək pulu qazanır. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs və Şahid8 əvvəllər tanımamış, onlarla heç bir qohumluğu, eyni zamanda ədavəti olmamışdır. 15 may 2019-cu il tarixdə saat 11:20 radələrində o, Gəncə şəhərinin Bakı tərəf çıxışındakı avtovağzalda olarkən sonradan adlarını bildiyi Mehman və onun yanında olan Cahangir ona yaxınlaşmışlar və Bakı şəhərinə getmək istədiklərini bildirmişlər. Həmin vaxt onunla Mehmna danışmış, o isə, Mehmana maşının qabaq hissəsində yalnız bir boş yerin olduğunu, ikinci şəxsə isə yalnız maşının qabaq hissəsində kiçik stulda yer edə biləcəyini, həmin yerə görə isə 5 manat pul alacağını bildirmişdir. Mehman ona razılıq vermiş və kiçik stulda Cahangirin oturacağını bildirmişdir. Cahangir hündür olduğu üçün, Mehman isə alçaqboy olduğu üçün o, Mehmana Cahangirin yolda narahat olacağını demiş və Mehman “Cahangirə mən nə desdəm onu edəcək, mən onun böyük qardaşıyam” demiş və Cahangir də Mehmanla razılaşmışdır. O, onları sərnişin kimi götürmüş, onlardan başqa digər altı nəfər qadınlar da avtomobilə əyləşmiş və Bakı şəhərinə getmişlər. Yolda gedəndə Mehman ondan həmin günü qayıdıb-qayıtmayacağını soruşmuşdur. O, da, Mehmana Bakı şəhərinə çatandan bir saat sonra Əhmədli qəsəbəsinə sərnişinləri düşürüb yenidən Bakı Beynəlxalq avtovağzalına, oradan isə sərnişin olarsa Gəncə şəhərinə qayıdacağını bildirmişdir. O, Mehmanı və Cahangiri 20 Yanvar metrosunun yanında düşürmüş, Mehman ona 15 manat gediş haqqı kimi pul vermişdir. Onlar Bakı şəhərinə gedəndə əllərində heç bir sellofan və ya digər bir çanta, əşya görməmişdir. O, digər sərnişinləri Əhmədli qəsəbəsinə aparıb düşürmüş, sonra Bakı Beynəlxalq avtovağzalına qayıdanda Mehman onun mobil nömrəsinə zəng edib harda olduğunu soruşmuşdur. O, təxminən saat 17 radələrində avtovağzala gəlmiş, onlar yenə də hər ikisi onun avtomobilinə minmişlər. Bu dəfə onlar ikisi də arxa oturacaqda oturmuşlar. Mehmanın əlində qəhvəyi rəngdə kiçik sellofan torba olmuş və Mehman ona həmin sellofan torbanın içərisində sənədlər olduğunu deyib həmin torbanı avtomobilin bardaçokuna qoymaq istəmişdir. O, sərnişinin əşyalarını baxmadan, içərisində nə olduğunu bilmədən bardoçoka qoymadığı üçün, bardaçokun bağlı olduğunu demişdir. Onlar avtovağzaldan çıxmış, lakin, Lökbatanda qadın sərnişinlər maşına mindikləri üçün yenə də Mehman qabaq tərəfdə oturmuşdur ki, qadınlara yer versin. Cahangir isə arxada qalmışdır. Onlar Gəncə şəhərinə gəlmişlər, təxminən saat 22 radələrində Gəncə şəhərinə daxil olduqda Mehman öz yerinə və Cahangirin yerinə ümumilikdə 20 manat pulu ona vermiş və “Əllərin dairəsi” adlanan yerə çatanda Mehman ondan qarşıda saxlamasını istəmişdir. O da, avtomobili orada saxlamış və Mehman əlindəki sellofan torba ilə yerə düşən kimi Toyoto Prado markalı, nömrə nişanını bilmədiyi avtomobil onun maşınının qarşısında dayanmışdır. Həmin avtomobildən 3 nəfər mülki geyimdə olan şəxs yerə düşmüş və Mehmanın üzərinə gedərkən Mehman əlindəki sellofan torbanı yerə atmışdır. Mehmanın yerə atdığı sellofan torbanın içərisindən dərman preparatları yerə səpələnmiş, lakin ara məsafəsi olduğu üçün o dərmanları dəqiq olaraq nə olmasını görə bilməmişdir. Həmin vaxt Cahangir isə yerə düşməmişdir. Cahangirin yerə düşməsi üçün onun qarşısında oturmuş şəxslər ona yol vermək məqsədi ilə yerə düşmüşlər və Cahangirin maşından düşməsini gözləmişlər. Həmin mülki geyimdə olan şəxslər tabletləri, sellofan torbanı yerdən götürüb, Mehmanı da tutub avtomobilləri ilə harasa aparmışlar. Cahangir isə baş vermiş hadisəni gördüyü üçün avtomobildən düşməmiş və avtomobildə qalmışdır. O, Cahangirdən nə baş verməsini soruşmuş, Cahangir isə guya Mehmanı tanımırmış kimi özünü bilməməzliyə vurmuşdur. O, sərnişinləri düşürdükdən sonra polis əməkdaşları onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Onun iştirakı ilə, eyni zamanda Mehmanın, Mehmanın vəkilinin, Mehmanı saxlayan həmin polis əməkdaşlarının və iki nəfər hal şahidlərinin iştirakı ilə avtomobilinə baxış keçirilmiş, o, baxış zamanın Mehmanın və Cahangirin harada əyləşməsini göstərmiş, Mehmanın əlindəki sellofan torbanın olmasını, saxlanılarkən sellofan torbanı yerə atmasını, torbanın içərisindən dərman həblərinin yerə səpələnməsini, polislərin həmin sellofan torbanı və həbləri yerdən götürüb Mehmanla birlikdə getmələrini bildirmiş, baxış zamanı avtomobilin salon hissəsindən hər hansı bir narkotik vasitə, dərman həbləri və digər sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmiş, onun və adlarını qeyd etdikləri şəxslərin iştirakı ilə baxış keçirmə protokolu tərtib edilmiş, o da, protokola imza atıb doğruluğunu təsdiq etmişdir. Mehman və Cahangirin hansı məqsədlə Bakı şəhərinə getmələri ilə bağlı onun heç bir məlumatı olmamışdır. O, Bakı şəhərindən gələrkən telefonuna həmişə olduğu kimi müxtəlif nömrələrdən, tanıdığı və ya tanımadığı şəxslər zəng edərək harada olduğunu, Bakı şəhərinə nə vaxt qayıdıb-qayıtmayacağını, müştərinin olub-olmadığını, ümumiyyətlə işi ilə bağlı sorğular vermişlər. Bu cür zənglər onun üçün adi haldır. Lakin həmin günü hansı nömərlərdən kimlərin ona zəng etmələri və nə soruşmaları dəqiq olaraq onun yadında deyil. Yolda olarkən söhbət əsnasında o, bilmişdir ki, Cahangir Gəncə şəhərində “Vağzal ərazisi” adlanan yerə yaşayır. Həmin ərazidə isə onun qaynı Elsəvər yaşayır ki, yolda olarkən Elsəvər təsadüfən ona zəng etmişdir və o, Elsəvərə qonşusu olan Cahangirin onun maşınında olduğunu demişdir və elə-belə danışmaq üçün telefonu Cahangirə vermişdir. Onlar da öz aralarında salamlaşdıqdan və hal-əhval etdikdən sonra yenidən telefonunu ona qaytarmışlar. İstifadəsində ***-******* və ***-******* saylı mobil telefon nömrələri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ailəlidir 4 uşağı var, müxtəlif yerlərdə fəhlə işləməklə ailəsini dolandırır. 2013-cü ildə narkotik vasitə saxladığına görə həbs edilmiş və 2014-cü ildə azadlığa buraxılmışdır. Narkotik vasitə olan metadondan və“kakos” adlanan narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, Mehman əvvəllər onun qonşuluğunda yaşamışdır. Mehmanla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Mehmanda narkotik vasitədən istifadə etmişdir. Onun istifadəsində ***-******* və ***-******* saylı mobil telefon nömrələri vardır ki, daha çox ***-******* saylı mobil telefon nömrəsindən, həmin nömrənin üzərində də “Whatsaap” sosial şəbəkəsindən istifadə etmişdir. ***-******* saylı mobil telefon nömrəsini isə az-az istifadə etmişdir. Mehmanın istifadəsində isə ***-******* saylı mobil telefon nömrəsi vardır, +7 977 162 8970 saylı nömrə altında isə “Whatsaap” sosial şəbəkəsindən istifədə etmişdir. Onlar bir-biri ilə həm telefon nömrələri, həm də “Whatsaap” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışlar. Təxminən hadisədən 2 ay qabaq o, Mehmandan satmaq adı ilə nisiyə yadında qalmayan qədər metadon və kakos almışdır ki, həmin narkotik vasitələrə görə onun Mehmana 220 manat borcu yaranmışdır. Lakin o, Mehmanı aldadaraq həmin narkotik vasitələri özü istifadə etmişdir. Çünki, o, Mehmana həmin narkotik vasitələri özü istifadə etmək üçün aldığını bildirsəydi Mehman ona nisiyə olaraq narkotik vasitə verməyəcəkdir. Bundan sonra Mehman ondan borcunu istəməyə başlamışdır. 14 may 2019-cu il tarixdə Mehman onunla əlaqə saxlayaraq birlikdə Bakı şəhərinə getməyini istəmişdir. Mehmanla söhbət zamanı Mehman ona bildirmişdir ki, Bakı şəhərinə gedərək Vüqar adlı şəxsdən müəyyən qədər metadon alacaqdır və onunla birlikdə gedərəsə ona olan borcundan 100 manat siləcəkdir. O, borcu olduğundan Mehmanla razılaşmışdır. Səhəri günü, yəni, 15 may 2019-cu il tarixdə o, işdə olarkən səhər saatlarında Mehmanla zəngləşmiş və saat təximnən 10-11 radələrində onlar birlikdə Gəncə-Bakı avtovağzalına getmişlər ki, oradan Bakı şəhərinə getsinlər. Avtovağzalda isə tanımadığı Mercedes Vito marşurut sürücüsü ilə Bakı şəhərinə getməyə başlamışlar. Yolda olarkən o bilmişdir ki, Mehmanın cibində təxminən 1500-1800 manat arası pul vardır və həmin pulun hamısına Mehman narkotik vasitə alacaqdır. Mehman yolda olarkən də Vüqarla adlı şəxslə həm telefon, həm də “Whatsaap” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Bakı şəhəri 20 yanvar dairəsində marşurutdan düşmüşlər və orada tanımadığı bir taksiyə əyləşmişlər ki, Vüqarın dediyi yerə getsinlər. Mehman Vüqarla telefonla danışarkən səsucaldıcı vasitəsi ilə danışdığından onların bütün danışıqlarını eşitmişdir. Mehman Vüqarın onları çağırdığı yeri dəqiq başa düşmədiyindən Mehman telefonu taksi sürücüsünə vermiş və taksi sürücüsü Vüqarla danışdıqdan sonra onları “OMED” adlanana yerin qarşısındakı yaşayış binasının həyətinə aparmışdır. Vüqar binanın həyətində onları gözləmişdir. Vüqarla Mehman danışarkən eşitmişdir ki, Vüqar həmin binanın 1-ci dəhlizinin 2-ci mərtəbəsində yaşayır. O, Vüqarı birinci dəfə görürmüş və Mehmanın Vüqara yaxınlaşaraq onunla görüşməsindən başa düşmüşdür ki, həmin şəxs Vüqardır və Mehman narkotik vasitəni ondan alacaqdır. Onlar görüşdükdən sonra o, maşında qalmış, Mehman isə Vüqarla birlikdə evə getmişlər. Bir qədərdən sonra Mehman əlində balaca sellofan torba ilə evdən çıxaraq maşına gəlmişdir. O, başa düşmüşdür ki, metadon həmin sellofan torbanın içərisindədir. Onlar oradan birbaşa Bakı-Gəncə avtovağzalına gəlmişlər və Bakı şəhərinə gəldikləri sərnişin daşıyan avtomobillə yenidən Gəncə şəhərinə qayıtmışlar. Yolda olarkən Mehman həmin narkotik vasitədən bir ədədini ona nisiyə olaraq satmış və pulunu ona olan borcunun üstünə gələcəyini bildirmişdir. O da, həmin narkotik vasitəni həmin vaxtı qəbul etmişdir. Həmçinin Mehman ona təklif etmişdir ki, Vüqardan aldığı metadondan hər bir ədədini 15 manata olmaqla ona versin və o, həmin metadonu onun dediyi adamlara 17-18 manata satsın, qalan 2-3 manatı isə özünə gəlir kimi götürsün. O, qazanc əldə etmək üçün Mehmanla razılaşmışdır. Axşam saatlarında onlar Gəncə şəhərinə çatmışlar. Gəncə şəhərinə çatarkən o, avtomobilin arxa tərəfində, Mehman isə qabaq tərəfində oturmuşlar. Gəncə şəhərində “Əllərin dairəsi” adlanan yerin yaxınlığında Mehman maşından düşmüşdür. O, arxada olduğu üçün bir qədər gecikmiş və maşından düşmək istəyərkən Mehmanın içərisində narkotik vasitələr olan sellofan torbanı yerə atdığını və qaçmağa başladığını, bir neçə nəfər tanımadığı şəsxin isə ona yaxınlaşaraq onu tutub saxladıqlarını görmüş və başa düşmüşdür ki, həmin şəxslər polis əməkdaşlarıdır. Buna görə o da, tutulacağından qorxduğu üçün maşından yerə düşməmişdir. Polis əməkdaşları Mehmanı apardıqdan sonra o, hadisə yerindən bir qədər aralanaraq maşından düşmüş və evlərinə getmişdir. Müəyyən müddətdən sonra isə polis əməkdaşları onu saxlayaraq polis idarəsinə dəvət etmişlər. O, narkotik vasitə qəbul etsə də, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün isə onun 550 manat pulu olmamışdır ki, həmin pulla narkotik vasitə əldə etsin. Pulların və narkotik vasitənin hamısı Mehmana məxsus olmuşdur. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Mehmanın yaşadığı evdə “Makarov” markalı silah saxlaması ilə bağlı onun ümumiyyətlə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, oğlu Cahangirin tanışı Təqsirləndirilən şəxs arvadı Kəmalə 07 iyul 2019-cu il tarixdə yaşadığı evə gələrək ona və oğlu Cahangirə hədə-qorxu gələrək guya Mehmanı tutdurmaq üçün polis əməkdaşlarının Cahangiri öyrətdiklərini, onların evindən aşkar olunmuş narkotik vasitənin guya Çingiz adlı polis əməkdaşının onun evinə qoyduğunu deməsini tələb etmişdir. Həmçinin ondan da prokurorluğa gedərək polis əməkdaşlarından şikayət etməsini istəmişdir. Təqsirləndirilən şəxs tutulduqdan sonra dəfələrlə ev telefonuna zəng edərək ona və nəvələrinə öldürəcəyi ilə hədə-qorxu gələrək polislərə qarşı yalan danışmaları üçün təziqlər göstərmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs bu işlə bağlı tanıyır. Əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman şöbəyə gətirilmiş və üzərindən narkotik vasitə aşkar edilmişdir. Polis idarəsində videoçəkiliş keçirilməsindən Mehman imtina etmiş və bildirmişdir ki, baxış hal şahidlərinin iştirakı ilə keçirilsin. Bundan sonra əməliyyat məlumatı daxil olması nəticəsində Mehmanın yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı evə baxış keçirilməsinə razılıq vermiş və baxış zamanı hal şahidləri, vəkil və əməliyyatçılar iştirak etmişlər.Baxışın keçirilməsi videoçəkilişlə olmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və müdafiəçisi əvvəldən sonadək iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün həmin evə gedilmiş, evin qapısını Mehmanın arvadı açmışdır. Ona bu barədə məlumat verilmiş o da evə baxış keçirilməsinə razılıq vermişdir. Bundan sonra videoçəkilişlə keçirilən baxış zamanı Mehman həyətdə olan ağacın dibinə basdırdığı bir ədəd Makarov tipli tapançanı və sellofona bükülü bankada narkotik vasitənin yerini göstərmiş və onlar həmin yerdən aşkar olunmuşdur. Tapançanın darağı və içərisində sayını dəqiq bilmədiyi patron olmuşdur. Bundan sonra otaqlara baxış keçirilmişdir. Yataq ortağına baxış zamanı heç bir əşya aşkar olunmamış, sonra o biri otaqlara baxış keçirilməyə başlamışdır. Bu zaman polis əməkdaşı əvvəl baxış keçirilmiş otaqda mebelin siyrməsindən narkotik vasitəyə oxşar əşya aşkar etdiyini bildirb təqdim etmişdir. Polis əməkdaşının nəyə görə əvvəl baxış keçirilmiş otağa təkcə qayıtmasının səbəbini bilmir. Ona heç kim göstəriş verməmişdir. Yataq otağından polis əməkdaşının iştirakçılar olmadan təkcə aşkar etdiyi narkotik vasitə olan metanfetaminin çəkisi təxminən 12 qram olmuş və bütün aşkar olunmuş qanunsuz əşyalar barədə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs onun yanında heç bir polis əməkdaşı təzyiq etməmiş və evindən aşkar olunmuş əşyaların özünə məxsus olduğunu bildirmişdir. Həyətdəki ağacın altında torpağa basdırılmış silahın və narkotik vasitənin yerini Mehman özü göstərmişdir. Tapançanın üstündə darağın və içərisində olan patronların nə üçün videoçəkiliş zamanı videogörüntüyü düşməməsinin və həmin əşyaların adının səsləndirilməməsinin səbəbini bilmir. Bunlardan başqa evə baxış zamanı digər otaqdan heç nə aşkar olunmamışdır. Gəncə şəhər Baş Polis idarəsinin rəisinə ünvanlanmış 15.05.2019-cu il tarixli təqrirdən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və narkotik maddələr ədlə edərək üzərində gəzdirməsi və evində saxlaması, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Bakı şəhərindən qanunsuz olaraq narkotik maddələr əldə edərək Bakı-Gəncə marşurutu ilə hərəkət edən AZ **-XV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı sərnişin avtobus ilə Gəncə şəhərinə gətirməsi barədə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması məqsədilə, onun üzərinə, hərəkətdə olduğu AZ **-XV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı avtomaşına və faktiki yaşadığı ünvan 4-də yerləşən fərdi yaşayış evinə, həmin evin həyətində yerləşən yardımçı tikililərə baxış keçirilməsi bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsinə göstəriş verilməsi göstərilmişdir. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 15.05.2019-cu il tarixli qərardan görünür ki, qanunsuz olaraq odlu silah və narkotik vasitələri əldə edərək üzərində gəzdirməkdə və X5 dövriyyəsi ilə məşğul olması ilə bağlı Təqsirləndirilən şəxs üzərinə, hərəkətdə olduğu AZ **-XV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı avtomaşına və faktiki yaşadığı ünvan 4-də yerləşən fərdi yaşayış evinə, həmin evin həyətində yerləşən yardımçı tikililərə baxış keçirilməsi bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 17.05.2019-cu il tarixli 5(044)-83/2019 saylı qərarından görünür ki, ünvan 4-də yaşayan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmısi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 15 may 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 20.05.2019-cu il tarixli 5(044)-84/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə, hərəkətdə olduğu AZ **-XV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı avtomaşına və faktiki yaşadığı ünvan 4də yerləşən fərdi yaşayış evinə, həmin evin həyətində yerləşən yardımçı tikililərə baxış keçirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 15 may 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Niyaməddin Məmmədov tərəfindən tərtib edilmiş protokollar, həmin qərar əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri qanuni hesab edilmişdir. Şəxsi axtarış və götürmə haqqında 15 may 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzrərinə baxış zamanı onun üzərindən ümumi çəkisi 178,5 qram olan 286 ədəd narkotik vasitə hesab edilən “Metadon” dərman həbləri və bir ədəd soyuq silaha bənzər turist bıçağı aşkar edilərək götürülmüşdür.Aşkar olunmuş dərman həbləri və bir ədəd soyuq silah qablaşdırılaraq götürülmüşdür. 16.05.2019-cu il tarixli ərizədən görünür ki, Şahid9 ərizə yazaraq yaşadığı ünvan 4də yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış keçirmə və götürmə haqqında 16 may 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən isə həyətyanı sahədəki ağacın dibinə selofan torbada torpağa basdrılmış130,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, digər ağacın dibinə selofan torbada torpağa basdırılmış bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, nömrəsi silinmiş, “Makarov” (“PM”) konstruksiyalı yivli odlu döyüş silahı, həmin tapançada istifadə etmək üçün nəzərdə tutulmuş və onun komplekt hissəsi olan, 08 ədəd 9 mm kalibrli patron tutumlu 1 ədəd sandıqça, həmin və digər uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 2 ədəd patron, həmçinin yaşdığı evin yataq otağında yerləşən mebel dəstinin siyirməsindən külli miqdarda, yəni, 10,951 qram çəkidə kustar üsulla hazırlanmış, psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. 16.05.2019-cu il tarixli ərizədən görünür ki, Şahid6 ərizə yazaraq ona məxsus olan AZ **-XV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı avtomaşına baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış keçirilməsi haqqında 16 may 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid6 məxsus AZ **-XV-*** dövlət qeydiyyat nişanlı “Mersedes Vito” markalı avtomaşına baxış zamanı hər hansı bir narkotik vasitə və ya sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya aşkar edilməmişdir. Mobil telefona baxış keçirilməsi haqqında 03 avqust 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon Samsung markalı olmaqla qara rəngdədir və üzərində ***-******* və ***-******* saylı mobil telefon nömrələri vardır. Həmin mobil telefona “Whatsaap” sosial şəbəkəsindən istifədə etmək üçün xüsusi proqram yüklənmişdir ki, həmin sosial şəbəkə həmin telefonda +7 977 162 8970 saylı nömrə altında qeydiyyatdan keçmişdir. Sosial şəbəkə vasitəsi ilə +**********81 nömrəsi altında “Mehmanə”, +**********99 nömrəsi altında “Vahid İrann”, +**********11 nömrəsi altında “Coni”, +**********80 nömrəsi altında “İka” adlı “Whatsaap” istifadəçiləri ilə əlaqə saxlanılmışdır ki, Təqsirləndirilən şəxs “Mehmanə” adlı istifadəçinin onun qızı, “İka” adlı istifadəçinin isə onun tanışı olduğunu bildirdi. “Mehmanə” və “İka” adlı istifadəçilərlə Təqsirləndirilən şəxs arasında olan yazışmalara baxıldı, lakin heç bir cinayət xarakterli mətn aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əl yükündən aşkar edilərək götürülümüş metadonu “Vahid İrann” adlı istifadəçidən aldığını və istifadəçinin sosial şəbəkəyə yerləşdirdiyi fotoşəkilin məhz Vahid olduğunu bildirmişdir. “Vahid İrann” adlı istifadəçidən Təqsirləndirilən şəxs 15 may 2019-cu il tarixdə, saat 22 radələrində iki səsli sms, 16 may 2019-cu il tarixdə saat 13 radələrində isə bir səsli sms göndərilmişdir ki, həmin səsli sms-də Cənubi Azərbayucan ləhcəsi ilə bir nəfər kişinin “qardaş mənə bir cavab ver, malı mənə aldırmısan əlimdə qalıb, qaytarmırlar, mən necə edim, bilirdim ki, gəlməyəcəksən, söz danışıqdan keçər”, “mən Azərbaycanlılardan indiyə qədər yalan eşitməmişəm, onlardan yaxşı söz eşitmişdim, söz danışıqdan keçər”, “mənə niyə cavab vermirsən?, utandığından cavab vermirsən?, bunları mən necə edim?” məzmunda sms göndərdiyi məlum olur. Bundan sonra Təqsirləndirilən şəxs “Coni” adlı istifadəçinin iş üzrə digər təqsirləndirilən şəxs Şahid8 olduğunu bildirir. Həmin istifadə ilə olan smslərə baxdıqda məlum olur ki, 15 may 2019-cu il tarixdə, saat 03:55-dən saat 08:35 qədər yalnız həmin istifadəçidən Təqsirləndirilən şəxs təbriklərlə yanaşı “Axi saat neçədə çıxaq İnşallax”, “Svyazdayam zəngləşərik ***-*******”, “İş yeri ilə danışmışam, səndən cavab gözləyirəm”, “Axi deyirdin tezdən çıxaq İnşallah”, “Brat bu mənim nömrəmdir ***-*******” məzmunda smslər göndərilmişdir.Daha sonra Təqsirləndirilən şəxs mobil telefonunda olan şəkillər və videolar bölümünə baxdıqda bir videoda sifəti görünməyən bir nəfər şəxsin göyə tapança vasitəsi ilə bir neçə dəfə atəş açdığı görünür. Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat tapşırığına verilmiş 10.08.2018-ci il tarixli, 1 cavab məktubunda göstərilmişdir ki, əməliyyat-axtarış tədbirləri ilə bağlı Təqsirləndirilən şəxs nakotik vasitəni kimdən almasının, Vahid adlı şəsin şəxsiyyətinin, barəsində X5 dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, Təqsirləndirilən şəxs dəqiq olaraq hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə, güclü təsir edən dərman preparatları satıb satmamasının, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kömək edən şəxsin olub-olmasının, həmçinin həmin şəxslərin rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməmələrinin əməliyyat yolu ilə müəyyən edilməsi mümkün olmamışdır. Video görüntüyə baxış keçirilməsi haqqında 12.08.2019-cu il tarixli tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs avtomobildən düşərək əlindəki sellofan torbanı yerə atarkən onun həmin hərəkətlərini əks etdirən videogörüntü əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilərək götürülmüş və cinayət işinin materiallarına əlavə edilməsi üçün istintaqa təqdim edilmişdir.Həmin video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 15.05.2019-cu il tarixdə saat 20:54-də **-XV-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito” markalı sərnişin avtomobili Nizami prospektində dayanır və avtomobildən Təqsirləndirilən şəxs yerə düşərək səkinin üzəri ilə hərəkət etməyə başlayır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində sellofan torba olur ki, o, polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə əlindəki sellofan torbanı yolu hərəkət hissəsinin ortasına ataraq qaçmağa başlayır.Lakin polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayırlar və onun yolun hərəkət hissəsinə atdığı sellofan torbanı yerdən götürürlər. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Video görüntüyə baxış keçirilməsi haqqında 22.09.2019-cu il tarixli tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-də, təhqiqatçı Niyaməddin Məmmədov, idarənin digər polis əməkdaşları, hal şahidləri, müdafiəçi X13 və şübhəli şəxs kimi saxlanılmış şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilir. Həyətyanı sahəyə baxış zamanı həyətyanı sahədən ayrı-ayrı ağaclarının dibinə basdırılmış sellofan torbada və kiçik ölçülü bankada heroinə oxşar kütlə, həmçinin sellofan torbada üzərində yazıları silinmiş bir ədəd Makarov markalı tapança, içərisində 2 ədəd patron olan 1 ədəd daraq aşkar edilir. Bundan sonra yaşayış yuxarıda göstərilən şəxslərin iştirakı ilə yaşayaış evinin otaqlarına baxış keçirilir, yataq otağındakı mebelinin siyirməsindən ağ rəngli metamfetaminə oxşar psixotrop maddə aşkar edilir. Aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr və silah müvafiq qaydada götürülür və bu barədə protokol tərtib edilir.Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə ballistik ekspertizasının 16.05.2019-cu il tarixli 284 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş predmet zavod üsuli ilə istehsal olunmuş, 9 mm kalibrli, nömrəsi silinmiş, “Makarov” (“PM”) konstruksiyalı yivli odlu döyüş silahıdırtapançadır.Tədqiqata təqdim olunmuş predmet zavod üsuli ilə istehsal edilmiş, “Makarov” (“PM”) konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 08 ədəd 9 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissədir-sandıqçadır və təyinatı üzrə istifadə üçün yararlıdır.Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd predmet 9x18 mm kalibrli, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “STEÇKİN” (“APC”) konstruksiyalı avtomatik tapançalarda və digər uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və təyinatı üzrə istifadə üçün yararlıdırlar.Tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatı turist bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə ballistik ekspertizasının 14.08.2019-cu il tarixli 19285 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli nömrəsi silinmiş, “Makarov” (“PM”) konstruksiyalı yivli odlu döyüş silahı olan tapança istifadəyə və atəşə yararlıdır. Materialların məhkəmə ekspertizasının 16.05.2019-cu il tarixli 284 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri N.Nərmanov pr-ti ev baxış zamanı aşkar edilmiş...” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd şüşə qabın içərisində olan 2 (iki) ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi -130,835 qram, maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvandan baxış zamanı yataq otağında olan mebel dəstinin siyirməsindən aşkar edilmiş...” yazılar və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi -10,951 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir.Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir.Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əlində olan qəhvəyi rəngli sellofan torbanın içərisindən aşkar edilmiş...” yazılar və imzalar olan kağız paketdəki, üzərində “Methadone 40...03/2020 göstəricisi olan 29 (iyirmi doqquz) ədəd konvalyutda ümumi sayı 286 (iki yüz səksən altı) ədəd dərman həbləri narkotik vasitə-metadon dərman preparatlarıdır.Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir.Təqdim olunmuş ümumi sayı 286 ədəd olan metadon həblərinin təsir maddəsinin ümumi miqdarı 11,44 qram təşkil edir.Metadon dərman preparatları qablaşdırılmalarına və əmtəə görünüşlərinə əsasən, zavod üsulu ilə hazırlanmışdırlar, istifadəyə yararlıdırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinin 27 may 2019-cu il tarixli 19/635a nömrəli rəyindən və rəyə əlavə edilmiş fotoşəkillərdən görünür ki, eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz Kartotekasında ARSENAL avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 30.08.2019-cu il tarixli 645 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. “İfadənin yerində yoxlanması haqqında” 06.07.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmiş, lakin Bakı şəhərini tanımadığı üçün Bakı şəhərində ifadəsinin yerində yoxlanılmasından imtina etmişdir. “Üzləşdirmə haqqında” 06.07.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə Şahid8 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid8 verdiyi ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.09.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2018-ci il tarixdən 25 mart 2019-cu il tarixədək müxtəlif vaxtlarda Şıxlı, Biləsuvar, Astara və yalama sərhəd keçid məntəqələrindən keçərək ölkə ərazisini tərk etmiş və ölkə ərazisinə daxil olmuşdur. “xxxx” MMC-dən 11.09.2019-cu il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Naxçıvan Muxtar Respublikası, Babək rayonu Badaşqan kəndində qeydiyyatda olan X9 adına olan ***-***-**-** saylı mobil telefon nömrəsinə, həmin nömrənin istifadəçisinin müəyyən edilməsi və ifadəsinin alınması məqsədi ilə müxtəlif vaxtlarda dəfələrlə zəng edilmiş, lakin həmin nömrə bağlı olduğundan nömrənin istifadəçisi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bu barədə protokol tərtib edilmişdir. “xxxx” MMC-dən 21.09.2019-cu il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı ***-***-**-** saylı mobil telefon nömrəsinin Şahid4 məxsus olduğu müəyyən edilmişdir. “xxxx” MMC-dən 11.10.2019-cu il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli dəlil kimi göstərdiyi ***-******* saylı mobil telefon nömrəsindən Şahid8 istifadəsində olan ***-******* və ***-******* saylı mobil nömrələrə 15.05.2019-cu il tarixdə və ondan əvvəl zəng olunmamışdır. 15.05.2019cu il tarixdə Şahid6 istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 249 35 72 saylı mobil nömrələr arasında həmin gün saat 16:25, 16:56, 17:18, 17:20 dəqiqədə 4 dəfə Bakı şəhərində telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 249 35 72 saylı mobil nömrə ilə 055 538 80 08 saylı mobil nömrələr arasında 15.05.2019-cu il tarixdə 5 dəfə telefon danışığı olmuşdur. Həmin 055 538 80 08 saylı mobil nömrənin sahibinin dindirilməsi üçün tərəfimdən dəfələrlə zəng olunsa da həmin mobil nömrə əhatədən kənarda və telefon söndürülmüş olmuşdur.Şahid6 istifadəsində olmuş 055-277 79 89 saylı mobil telefon nömrəsi ilə 077 711 11 98 saylı mobil nömrələr arasında 15.05.2019-cu il tarixdə saat 19:31, 19:43, 20:57, 21:06, 21:56, 22:06, 22:20, 22:28 dəqiqədə 8 dəfə telefon danışığı olmuşdur.Telefon məlumtlarına dair sənədlərə baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi 077 711 11 98 saylı nömrədən Şahid8 istifadəsində olmuş 055-897 41 11 və 055-407 20 22 saylı mobil telefon nömrələrinə ümumiyyətlə zəng olunmadığı, Şahid6 istifadəsində olmuş 055-277 79 89 və 055-237 96 73 saylı mobil telefon nömrələrinə isə 077 711 11 98 saylı nömrədən 15.05.2019-cu il tarixdən əvvəlki günlər zəng olunmadığı müəyyən edilmişdir. Bundan əlavə ***-*******, ***-******* və ***- ******* saylı mobil telefon nömrəsinin istifadəçilərinin anket məlumatların əldə edilməsi məqsədi ilə sorğular verilmiş və xxxx MMC-dən daxil olmuş 11.10.2019-cu il tarixli məktubda göstərilən Bakı şəhəri S.Əsgərova küçəsi dalan 4, ev 6-da qeydiyyatda olan X3 adına olan ***-******* saylı mobil telefon nömrəsinə, həmin nömrənin istifadəçisinin müəyyən edilməsi və ifadəsinin alınması məqsədi ilə dəfələrlə zəng edilmiş, lakin həmin nömrə bağlı olduğundan nömrənin istifadəçisi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bu barədə protokol tərtib edilmişdir. “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 15.05.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 18.05.2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 may 2019-cu il tarixdən hesablanmışdır. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin 13.06.2019-cu il tarixli 1978 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin 20.05.2019-cu il tarixli 2283saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər X26 qeydiyyatda durmur. Gəncə şəhər evlər üçlüyü tərəfindən verilmiş 08.06.2019-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs ünvan 4-də həyat yoldaşı Şahid9, övladları X6, X14, X7 və X15 birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış üzrə müsbət xarakterizə edilir. AZ-İ № 988203 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid9 arasında 08.10.2014-cü il tarixdə nikah bağlanmışdır. AZ T № 081937 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X15 15.09.2004-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X31 qızıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27.08.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 304.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.15.02.2003-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 27.09.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12.07.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 305, 221.2.1, 234.3, 234.4.3, 228.4, 182.3.2, 66.3, 67-ci maddələri ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin 11.01.2018-ci il tarixli qərarı ilə CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin məcəllənin 182.2.1 və 182.2.4-cü maddələrinə tövsif edilərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 67-ci maddələri tətbiq edilməklə qəti olaraq təyin edilmiş 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 06 ay çıxılmaqla üzərində 11 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 13.03.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung markalı mobil telefon və bir ədəd bıçaq Şahid9 təhvil verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Gəncə şəhər prokurorluğunun 24 iyun 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatlar, yəni, polis əməkdaşları tərəfindən ona qarşı qanunazidd hərəkətlər edilməsi və döyülməsi ilə bağlı göstərdikləri təsdiq olmadığından Gəncə şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X16 24 iyun 2019-cu il tarixli qərarı ilə həmin xüsusatlar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması» haqqında 19 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Məmmədov Cahangir Rüstəm oğlunun barəsində və Vahid adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə baçqa cinayət işi ayrılmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 12 fevral 2020-ci il tarixli qərardan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs əl yükündən aşkar edilmiş 29 ədəd konvalyutda ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq sayı 284 ədəd olan metadon, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 130,635 qram olan heroin, yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 10,851 qram olan metamfetamin, həmçinin yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş bir ədəd “Makarov” (“PM”) markalı tapança, həmin tapançaya məxsus bir ədəd daraq və iki ədəd patron iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmişdir. Həmçinin 15.05.2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski, 15.05.2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs avtomobildən düşərək əlindəki sellofan torbanı yerə atarkən onun həmin hərəkətlərini əks etdirən videogörüntünün olduğu 1 ədəd disk, 18.05.2019-cu il tarixdə Təqsirləndirilən şəxs qismində təkrar olaraq dindirilərkən, 04.06.2019-cu il tarixdə Şahid8 şübhəli şəxs qismində dindirilərkən, 31.08.2019-cu il tarixdə Təqsirləndirilən şəxs və Şahid8 üzləşdirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd disk, xxxx MMC-dən alınmış telefon məlumatlarını əks etdirən 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddəninin, eləcə də həyətyanı sahəsindəki ağacın dibinə selofan torbada torpağa basdrılmış tapançanın ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəylərini, özünün şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittihamlar özünü qismən təqsirli bilir üzərindən, yaşadığı evdən və yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, uzun müddət məhkumluq həyatı yaşamış, 13.03.2018-ci il tarixdə sonuncu cəzasını çəkib evə buraxılmışdır. O, evə buraxılandan sonra heç bir yerdə işləməmiş, özü bir neçə ildir ki, narkotik aludəçisidir, narkotik vasitə olan heroindən, şüşə kimi adlandırdığı narkotikdən və metadon tabletindən istifadə etmişdir.. O, cəzaçəkmə müəsissəsindən buraxıldan sonra özünə narkotik vasitə axtarmış ki, polis tərəfindən saxlanılmamışdan təxminən 15-20 gün əvvəl, dəqiq tarixini xatırlamadığı vaxtda, Gəncə şəhəri “Əllərin dairəsi” adlanan yerin yaxınlığında olarkən yolun kənarından sellofan bükülü tapmış, o, həmin bükülüyə baxandan görmüşdür ki, həmin bükülü narkotik vasitə olan heroin və şüşədir. O, tapdığı həmin narkotik vasitəni yaşadığı evə gətirmiş, ondan bir az istifadə etmiş və soyuducuda gizlin saxlamışdır. Hələ həbs olunmamışdan əvvəl 1992-ci ildə “Makarov” silahını yadında qalmayan yerdən tapmış, əvvəl qaldığı evdə saxlamış, bağçada gizlətmiş, sonra qaldığı hazırki evə gətirib ağacın altında gizlətmişdir. 15 may 2019-cu il tarixdə o, səhər tezdən Bakı şəhərinə gəzməyə getmiş, Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında tanımadığı bir arıq bədənli, qarayanız şəxsdən narkotik vasitə olan metadon soruşmuş, həmin şəxslə danışıb ona 500 manat pul vermiş, həmin şəxs də ona 286 (iki yüz səksən altı) tablet metadon vermişdir. O, metadonu özünün istifadəsi üçün almış və atma yolu ilə qəbul etmişdir ki, ağrıları azalsın. O, Bakı şəhərinə “Mersedes Vito” markalı, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobillə getmişdir, tanımadığı həmin sürücünün mobil nömrəsini götürmüşdür ki, qayıdanda onunla qayıtsın. O, təxminən bir-iki saatdan sonra Bakı şəhəri Beynəlxalq avtovağzala gəlmiş, orada adını bilmədiyi həmin sürücü ilə Gəncə şəhərinə qayıtmışdır. O, Gəncə şəhəri “Əllərin dairəsi” adlanan yerdə düşmüşdür ki, oradan taksi avtomobili ilə evə getsin. Həmin vaxt tanımadığı 3 nəfər mülki geyimdə şəxslər ağ rəngli avtomobildən düşüb onu tutmaq istəyəndə o, əlindəki sellofan torbada olan metadonları yerə tullamış, həmin mülki geyimli şəxslər özlərini polis kimi təqdim edib sellofanı yerdən götürüb Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Orada ilk olaraq ona X24 adlı müdafiəçini təqdim etmişlər, sonra iki nəfər əvvəl tanımadığı Şahid5 və X19 adlı halşahidləri dəvət edilmiş, sonra polis əməkdaşlarının iştirakları ilə əlində olan sellofan torbaya baxış keçirilmiş, sellofan torbadan Bakı şəhərində tanımadığı şəxsdən aldığı 286 ədəd metadon aşkar edilərək götürülmüşdür. Bundan sonra Bakı şəhərindən gəldiyi “Mersedes Vito” markalı avtomobilin sürücüsü əvvəl tanımadığı, sonradan adını Şahid6 kimi bildiyi şəxsin avtomobilinə baxış keçirilmiş, avtomobildən hər hansı bir narkotik vasitə və digər sübut əhəmiyyətinə malik ola biləcək əşya müəyyən edilməmişdir. Bundan sonra onun yaşadığı ünvan 4 ünvanında yerləşən evinə getmişlər, orada həyat yoldaşının və onun razılığı ilə yaşayış evinə, həyətyanı sahəyə baxış keçirilmişdir. Bakı şəhərinə getməmişdən qabaq soyuducuya qoyduğu narkotik vasitəni çıxarıb həyətdə ağacın dibinə basdırmış, silahı da digər ağacın cibinə qoymuşdur ki, o, narkotik vasitə olan heroinin və silahın yerini göstərmiş, həmin ərazilərə baxış keçirilib narkotik vasitə və silah aşkar edilərək götürülmüşdür. Bakı şəhərindən aldığı metadonu ona 500 manata satan şəxsi əvvəllər tanımamış, Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında yaxınlaşıb həmin şəxsə fikrini bildirmiş, həmin şəxs də kənara çəkilib kiməsə də zəng etmiş və bundan sonra metadonu gətirib ona vermişlər. O, həmin şəxsi tanımamış, əlaqə nömrəsini və kimliyini bilməmişdir. O, əldə edib saxladığı narkotik vasitədən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir, belə bir məqsədi də olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əvvəlki ifadəsində göstərdiklərini qismən təsdiq edərək ibtidai istintaq zamanı təkrar ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildə Kəmalə adlı qadınla ailə həyatı qurmuşdur. Azadlığa çıxdıqdan sonra isə Kəmalə ilə ona məxsus ünvan 7 ünvanında yerləşən evdə yaşamağa başlamışlar. İstifadəsində ***-******* və ***-******* saylı mobil telefon nömrələri vardır, +7 977 162 8970 saylı nömrə altında isə “Whatsaap” sosial şəbəkəsindən istifadə edirmiş. O, bəzən ticarət işləri ilə əlaqədar olaraq Türkiyə, Rusiya Republikalarına gedib-gəlmiş, həmçinin Gəncə şəhəri ərazisində kirayə evlərdə yaşamışdır. Müalicəsi ilə əlaqədar olaraq İran İslam Respublikasına da gedib-gəlmişdir ki, orada olarkən tanımadığı taksi sürücüləri vasitəsi ilə Vahid adlı şəxslə tanış olmuşdur. Belə ki, taksi sürücüsü ona narkotik vasitə, psixotrop, gücül təsiredici dərman təşkil edə biləcəyini təklif etmiş, o özü də psixotrop və güclü təsiredici dərmanlardan istifadə etdiyindən həmin taksi sürücüsü ilə razılaşmış və taksi sürücüsü onu Vahid adlı şəxslə tanış etmişdir. Vahid özü İran İslam Respublikasında yaşasa da, ona həmin dəmanları Azərbaycan Respublikasında olan tanışlarının vasitəsi ilə təşkil edəcəyini demişdir. Vahid +98 914 881 5299 nömrəsi altında “Whatsaap” sosial şəbəkəsindən istifədə edirmiş. Vahidlə razılaşmışlar ki, ona narkotik tərkibli dərmanlar lazım olduqda Vahid kiminsə vasitəsi ilə həmin dərmanları Bakı şəhərində hansısa bir yerə qoyacaqdır, o, dərmanı götürdükdən sonra pulunu Vahidin dediyi yerə qoyacaqdır. Bu minvalla o özü istifadə etmək üçün Vahiddən iki dəfə metadon və lirika almışdır. Gəncə şəhər sakini olan, Dəmir yol vağzalının yaxınlığında yaşayan Cahangir adlı şəxsi isə artıq uzun müddətdir ki, tanımış və Cahangirlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Cahangirin istifadəsində isə 055-407 20 22 saylı mobil telefon nömrəsi vardır və Cahangir həmin nömrə altında “Whatsaap” sosial şəbəkəsindən istifədə etmişdir. O, sonuncu dəfə, yəni, 15 may 2019-cu il tarixdə polis tərəfindən tutulmamışdan təxminən 5 gün qabaq ikinci arvadı Kəmalənin evində yaşamağa başlamışdır. Son üç gün ərzində isə Cahangir ona dəfələrlə zəng edib onunla görüşərək özü üçün metdon olan narkotik vasitə təşkil etməyini təkidlə xahiş etmişdir. Belə ki, Cahangir özü də həm metadondan istifadə etmiş, həm də, iynə vurmaq yolu ilə narkotik vasitə qəbul etmiş və onun da narkotik tərkibli dərman qəbul etdiyini bilmişdir. Cahangir həmçinin narkotik vastələrin alqı-satqısı ilə məşğul olmuş o, Cahangirin dəqiq olaraq kimə narkotik vasitə satdığını bilməmişdir. Cahangir ondan özü üçün metdon təşkil etməyini istədikdə isə Cahangir həmin metadonu bir neçə tanışına satacağını və pul qazanacağını bildirmişdir. O, Cahangirin təkidlə xahişlərindən sonra Cahangirə metadon təşkil etmək üçün razılamış və buna görə Vahidlə əlaqə saxlayaraq onun üçün metadon təşkil etməsini istəmişdir. 15 may 2019-cu il tarixdə Vahid ona “Whatsaap” sosial şəbəkəsi ilə səs göndərərək metadonu artıq təşkil etdiyini bildirmişdir. Həmin günü səhər saatlarında da Cahangir ona zəng edərək görüşmələrini istəmiş və onlar vağzalda görüşmüşlər. O, 1100 manat pul müqabilində 286 ədəd metadon almalı olmuşdur ki, həmin metadonun 143 ədədi Cahangirin, qalanı isə onun olmalı idi. Cahangir 550 manat pulu ona vermişdir. O da, 550 manat pul düzəldərək saat təxminən 10 radələrində Cahangirlə birlikdə avtovağzala getmişlər və oradan “Mercedes Vito” markalı avtomobillə Gəncə-Bakı marşurutu üzrə sərnişin daşımaqla məşğul olan tanımadığı sürücü ilə Bakı şəhəri 20 yanvar adlanan yerə getmişlər. Orada tanımadığı taksiyə minmiş, o, Bakı şəhərini tanımadığı üçün Vahidi həmin taksi sürücüsü ilə danışdırmış və taksi sürücüsü avtomobili Vahidin dediyi yerə sürmüşdür. Vahidin dediyi kimi binaların arasına qoyulmuş yerdən 286 ədəd metadonu götürmüş və 1100 manat pulu 15-20 metr kənarda kolluq bir əraziyə qoymuşdur. Onlar oradan Cahangirlə birlikdə Biləcəridə yerləşən avtovağzala gəlmişlər və Bakı şəhərinə getdikləri avtomobillə yenidən Gəncə şəhərinə qayıtmağa başlamışlar. Həmin vaxt aldığı metadon onda olmuş və Gəncə şəhərinə çatdıqdan sonra böləcəklərini fikirləşmişlər. Avtomobildə Cahangir arxada, o isə, qabaqda oturmuşdur. Gəncə şəhərinə “Əllərin dairəsi” adlanan yerə çatdıqda maşını saxlatmış və o, maşından yerə düşmüşdür. Həmin vaxt Cahangir də, maşından yavaşyavaş düşürmüş ki, o onların yanında bir neçə maşının dayandığını və ona tərəf bir neçə nəfər şəxsin gəldiyini görmüşdür. O artıq başa düşmüşdür ki, ona yaxınlaşan şəxslər polis əməkdaşlarıdır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə əlindəki sellofan torbada olan metadonu yerə ataraq qaçmağa başlamışdır. Lakin həmin vaxt polis əməkdaşları onu yaxalamışlar və yerə atdığı metadonla birlikdə onu polis idarəsinə gətirmişlər. Cahangir üçün metadon təşkil etməkdə onun heç bir marağı olmamışdır və o, Cahangir üçün narkotik vasitəni təmənnasız olaraq təşkil etmişdir. O, əldə edib saxladığı narkotik vasitədən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Narkotik vasitə qəbul etməsi ilə bağlı arvadı Kəmalənin heç bir xəbəri olmamışdır. Bundan başqa Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mehmanın hərəkətlərindən, kənara çəkilərək gizlincə kiminləsə telefonla danışmasından, müxtəlif bəhanələr gətirərək tez-tez evdən çıxıb getməsindən o, Mehmanın hansısa təhlükəli işlə məşğul olmasından şübhələnmişdir. Sonuncu dəfə Mehman polis əməkdaşları tərəfindən tutulmamışdan qabaq, yəni, 2019-cu ilin may ayının əvvəllərində Mehman evə yumuruq boyda şəffaf şüşə qabda və içərisində sellofana bükülmüş nə olduğunu bilmədiyi maddəni gətirərək soyuducuya qoymuşdur ki, o, soyuducunu açarkən təsadüfən həmin şüşə qabı görmüşdür. Həmin şüşə qabda nə olduğunu Mehmandan soruşduqda Mehman həmin əşyanın ona aid olmadığını deyərək toxunmamasını tapşırmışdır. Buna görə o, həmin əşyasnın hansısa təhlükəli əşya olduğundan şübhələnməyə başlamışdır. Həmin ərəfələrdə o və Mehman oruc tutmağa başlamışdılar ki, o, Mehmana o cür əşyaları evdə saxlamağın, təhlükəli işlərlə məşğul olmağın günah olduğunu bildirərək həmin əşyanı evdən çıxarmasını və təhlükəli işlərlə məşğul olmamasını Mehmandan xahiş etmişdir. Lakin Mehmanın nə işlə məşğul olduğunu və şüşə qabda dəqiq olaraq nə olduğunu o bilməmişdir. 15 may 2019-cu il tarixdə səhər saatlarında onlar evdə olarkən Mehman Bakı şəhərinə hansısa iş dalınca gedəcəyini bildirib soyuducuda qoyduğu həmin şüşə qabı götürüb evin həyətyanı sahəsində olan bir ağacın dibində torpağa basdırıb, həmin şüşə qabdakı əşya evdə qalarsa ona problem yarana biləcəyini bildirib evdən çıxmışdır. Şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, metadonu tabletka şəklidə qəbul etməklə, kakosu isə iynə vurmaq yolu ilə qəbul edir. O, həmin narkotik vasitələri Gəncə şəhər sakini və tanışı olan Təqsirləndirilən şəxs almışdır. Metadonun hər bir tabletkasını 15 manata, kakosun yarım qramını isə 35 manata Mehman ona satmışdır O, Mehmandan dəfələrlə narkotik vasitə almışdır. Mehman isə həmin narkotik vasitəni Vüqar adlı tanımadığı, Bakı şəhərində yaşayan hansısa şəxsdən almışdır. Mehman Vüqar adlı şəxsdən narkotik vasitəni satmaq məqsdədi ilə əldə etmişdir və o eşitdiyindən Mehman narkotik vasitəni Həsən, Şaiq, Qəhrəman, Qoşa və digər adını bilmədiyi şəxslər vasitəsi ilə kimlərəsə satmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ittihamdan əlavə ona ittiham verilmişdir ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq “Makarov” (“PM”) konstruksiyalı yivli odlu silah olan tapançada istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yaralı onun komplekt hissəsi olan, 08 ədəd 9 mm kalibrli patron tutumlu 1 ədəd sandıqçanı, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “STEÇKİN” (“APC”) konstruksiyalı avtomatik tapançalarda və digər uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə yararlı 9x18 mm kalibrli 2 ədəd patronu əldə etməklə yaşadığı evin həyətyanı sahəsində saxlamış, həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni, 10,951 qram çəkidə kustar üsulla hazırlanmış, psixotrop maddə olan metamfetamini Gəncə şəhəri N.Nərimanov prospekti 303 saylı evin yaşadığı həmin evin yataq otağında saxlamış və bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında 16 may 2019-cu il tarixdə saat 04 radələrində yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədəki ağacın dibinə selofan torbada torpağa basdırılmış “Makarov” (“PM”) konstruksiyalı yivli odlu döyüş silahı olan tapançada istifadə etmək üçün nəzərdə tutulmuş istifadəyə yaralı onun komplekt hissəsi olan, 08 ədəd 9 mm kalibrli patron tutumlu 1 ədəd sandıqça, “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “STEÇKİN” (“APC”) konstruksiyalı avtomatik tapançalarda və digər uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş istifadəyə yararlı, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 2 ədəd patron, həmçinin yaşdığı evin yataq otağında yerləşən divar mebelinin siyirməsindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı külli miqdarda, yəni, 10,951 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələrində nəzərdə tutulan ittihamı verərkən Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun əldə olunmuş sübütlara əsaslanmaqla yanaşı, Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulması ilə əldə olunmuş sübutlarada əsaslanmışdır. Belə ki, “Baxış keçirmə və götürmə haqqında” 16 may 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən isə həyətyanı sahədəki ağacın dibinə selofan torbada torpağa basdrılmış 130,835 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, digər ağacın dibinə selofan torbada torpağa basdırılmış bir ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, nömrəsi silinmiş, “Makarov” (“PM”) konstruksiyalı yivli odlu döyüş silahı, həmin tapançada istifadə etmək üçün nəzərdə tutulmuş və onun komplekt hissəsi olan, 08 ədəd 9 mm kalibrli patron tutumlu 1 ədəd sandıqça, həmin və digər uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 2 ədəd patron, həmçinin yaşdığı evin yataq otağında yerləşən mebel dəstinin siyirməsindən külli miqdarda, yəni, 10,951 qram çəkidə kustar üsulla hazırlanmış, psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Baxış və götürmə videolentə alınmışdır. Məhkəmədə tədqiq olunan cinayət işinin materiallarına əlavə olunmuş 16 may 2019-cu il tarixli qeyd edilən protokola əlavə olunmuş videoçəkilişin qeydə alındığı diskdən isə görünür ki, Gəncə şəhər BPİ-nin təhqiqatçısı polis mayoru X4, İdarənin digər polis əməkdaşları, hal şahidləri, müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirilir. Həyətyanı sahəyə baxış zamanı Təqsirləndirilən şəxs özünün həmin əşyaların yerini göstərməsi ilə həyətyanı sahədən ayrı-ayrı ağaclarının dibinə basdırılmış sellofan torbada və kiçik ölçülü bankada heroinə oxşar kütlə, həmçinin sellofan torbada üzərində yazıları silinmiş bir ədəd “Makarov” markalı tapança aşkar edilir. Bundan sonra ondan evində və həyətdə hər hansı silah və ya narkotik vasitə olub-olmaması barədə soruşulur, o isə başqa heç bir əşyanın olmadığını bildirir. Videogörüntüdə Təqsirləndirilən şəxs verilən ittihamda göstərilən 1 ədəd tapanca darağı və 2 ədəd patronun olması görünmür, nə də ki, 1 ədəd daraq və 2 ədəd patronun aşkar olunması səsləndirilmir. Əksinə tapancanın darağının üstündə olmadığı görünür. Bundan sonra yuxarıda göstərilən şəxslərin iştirakı ilə yaşayaış evinin otaqlarına baxış keçirilir. Yataq otağında iştirakçılar tərəfindən axtarış aparılır, lakin həmin otaqdan heç bir iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmur. Bundan sonra təhqiqatçı Niyaməddin Məmmədov həmin otaqda heç bir əşya aşkar olunmadığını və qeyd olunan ortaqda axtarışın başa çatdığını bildirir, sonra iştirakçılar hamsı həmin otaqdan çıxır və başqa otaqda axtarış aparmağa başlayırlar. Axtarış aparanlar həmin yataq otağından çıxdıqdan təxminən 30 saniyə sonra polis əməkdaşı Şahid1 iştirakçılardan ayrılaraq təkcə yenidən axtarış başa catmış otağa qayıdır və təxminən 15 saniyə sonra başqa otaqda axtarış aparan iştirakçıların yanına qayıdaraq prosessual hərəkətlərin icraatı qaydalarını kobud surətdə pozaraq qeyri–aşkar şəraitdə, baxış və axtarışda iştirak edən şəxslərin iştirakı olmadan axtarış başa çatmış otaqdan sellofan bükümda ağ rəngli metamfetaminə oxşar psixotrop maddə aşkar etdiyini bildirir. Bu barədə Təqsirləndirilən şəxs soruşulduqda o həmin əşyanın ona məxsus olmadığını bildirir. Videogörüntüdən görünür ki, baxış zamanı psixotrop maddə olan metamfetaminin aşkar olunduğu deyilən yataq otağındakı mebelin içərisinə baxış keçirilərək axtarış aparılır, lakin heç bir əşya aşkar olunmur. Həmçinin videogörüntüdən görünür ki, baxış və götürmə protokolunda adları göstərilən şəxslərdən əlavə adları məlum olmayan bir neçə şəxs də orada iştirak edir. Azərbaycan Respublikasının CPM-nin 86.5.-ci maddəsinin tələbinə görə təhqiqatçı öz icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirləri keçirməyə haqlı deyil. Azərbaycan Respublikasının CPM-nin 86.8.5-ci maddəsinin tələbinə görə hadisə yerinin mühafizəsi, cinayətin izlərinin qorunması, hadisəni görən şəxslərin müəyyən edilib izahatlarının alınması üçün zəruri tədbirlərin görülməsi təhqiqatçının üzərinə vəzifə kimi qoymuşdur. Azərbaycan Respublikası CPM-nin 236.6-cı maddəsinin tələblərinə görə baxış qurtardıqda protokol tərtib edilir və həmin protokolda aşağıdakılar göstərilir: müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar. Azərbaycan Respublikası CPM-nin 236.8-ci maddəsinin tələblərinə görə baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Azərbaycan Respublikası CPM-nin 245.8-ci maddəsinin tələblərinə görə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır. Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinin tələblərinə görə axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri, götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri protokolda qeyd olunur. Azərbaycan Respublikası CPM-nin 247.3–cü maddəsinin tələblərinə görə axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Azərbaycan Respublikası CPM-nin 247.4-cü maddəsinin tələblərinə görə axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilir. Göründüyü kmi qeyd olunan baxış və götürmə istintaq hərəkətinin aparılması zaman Azərbaycan Respublikasının CPM-nin tələbləri kobut surətdə pozulmuş və protokolun məzmunu ilə ona əlavə olunmuş videoçəklişdəki görüntülər arasında da əhəmiyyətli ziddiyyətlər müəyyən edilir. Həmcinin cinayət işinin materiallarında axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilməsinə dair heç bir sənəd muəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübüt kimi qəbul edilməsinə yol verilmir. 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübüt olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 və 21.3-cü maddələrində qeyd edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittiham zamanı 16 may 2019-cu il tarixli “Baxış və götürmə haqqında” qeyd edilən protokolun və ona əlavə olunmuş videoçəklişin bir hissəsi prosessual hərəkətlərin icraatı qaydaları kobud pozulmaqla aparıldığından həyətdən aşkar olunduğu göstərilən “Makarov” (“PM”) konstruksiyalı yivli odlu döyüş silahı olan tapançada istifadə etmək üçün nəzərdə tutulmuş və onun komplekt hissəsi olan 08 ədəd 9 mm kalibrli patron tutumlu 1 ədəd sandıqça, həmin və digər uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli 2 ədəd patron, həmçinin yaşdığı evin yataq otağında yerləşən mebel dəstinin siyirməsindən aşkar olunduğu gösətərilən külli miqdarda, yəni, 10,951 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin sübut növü kimi qəbul edilməməli və hüquqi qüvvəsi olmayan hesab edilməli və ittihamın məzmunundan xaric edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X10 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metadonşəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12.07.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 305, 221.2.1, 234.3, 234.4.3, 228.4, 182.3.2, 66.3, 67-ci maddələri ilə təqsirli bilinərək 11 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin 11.01.2018-ci il tarixli qərarı ilə CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin məcəllənin 182.2.1 və 182.2.4-cü maddələrinə tövsif edilərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 67-ci maddələri tətbiq edilməklə qəti olaraq təyin edilmiş 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 06 ay çıxılmaqla üzərində 11 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 13.03.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulan əməlləri 15 may 2019-cu il tarixdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu, hazırda ittiham olunduğu CM-nin müvafiq maddlərində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci madəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halların olmasını və CM-nin 18.2.1 və 65.2-ci maddələrinin tələblərini cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs əl yükündən aşkar edilmiş 29 ədəd konvalyutda ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq sayı 284 ədəd olan metadon, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 130,635 qram olan heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X10 üzrə Dövlət Komissiyasının Daimi X27 Qrupu tərəfindən həyata keçirilməlidir. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş bir ədəd “Makarov” (“PM”) markalı tapança Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eləcə də Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski, 15.05.2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs avtomobildən düşərək əlindəki sellofan torbanı yerə atarkən onun həmin hərəkətlərini əks etdirən videogörüntünün olduğu 1 ədəd disk, 18.05.2019-cu il tarixdə Təqsirləndirilən şəxs qismində təkrar olaraq dindirilərkən, 04.06.2019-cu il tarixdə Şahid8 şübhəli şəxs qismində dindirilərkən, 31.08.2019-cu il tarixdə Təqsirləndirilən şəxs və Şahid8 üzləşdirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd disk, xxxx MMC-dən alınmış telefon məlumatlarını əks etdirən 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı yaşadığı evdən və həyətindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 10,851 qram olan psixotrop maddə-metamfetamin, Makarov” (“PM”) markalı tapançaya məxsus bir ədəd daraq və iki ədəd patron Azərbaycan Respublikası CPM-nin 355-ci maddəsinin tələblərinə əsasən çıxarılacaq qərarın nəticələrinə dair qərar qəbul edilənədək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 136 (yüz otuz altı) manat 30 (otuz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 15 may 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs əl yükündən aşkar edilmiş 29 ədəd konvalyutda ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq sayı 284 ədəd olan metadon, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 130,635 qram olan heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X10 üzrə Dövlət Komissiyasının Daimi X27 Qrupu tərəfindən həyata keçirilsin. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş bir ədəd “Makarov” (“PM”) markalı tapança Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Eləcə də Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski, 15.05.2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs avtomobildən düşərək əlindəki sellofan torbanı yerə atarkən onun həmin hərəkətlərini əks etdirən videogörüntünün olduğu 1 ədəd disk, 18.05.2019-cu il tarixdə Təqsirləndirilən şəxs qismində təkrar olaraq dindirilərkən, 04.06.2019-cu il tarixdə Şahid8 şübhəli şəxs qismində dindirilərkən, 31.08.2019-cu il tarixdə Təqsirləndirilən şəxs və Şahid8 üzləşdirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd disk, xxxx MMC-dən alınmış telefon məlumatlarını əks etdirən 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı yaşadığı evdən və həyətindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 10,851 qram olan psixotrop maddə-metamfetamin, Makarov” (“PM”) markalı tapançaya məxsus bir ədəd daraq və iki ədəd patron Azərbaycan Respublikası CPM-nin 355-ci maddəsinin tələblərinə əsasən cıxarılacaq qərarın nəticələrinə dair qərar qəbul edilənədək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 136 (yüz otuz altı) manat 30 (otuz) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-18/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-18/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver