Məhkəmə qərarları › İş №1(100)-18/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-18/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-18/2022 18.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X7, X11 və Bayramova Aysel Hafiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X12, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X29 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Rusiya Federasiyasının Saratov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, "xxxx" QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsi Aviasiya təhlükəsizliyinə baxışın təşkili xidmətində aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs dayısı X14 faktiki sahiblik etdiyi, sonuncuya atasından miras qalmış Qazax rayonu Aslanbəyli kəndindəki baxımsız və boş qalmış fərdi yaşayış evində 23-24 may 2020-ci il tarixlərdə anası X20 tərəfindən cinsi əlaqə zamanı istifadə olunan qoruyucular və içərisində sidik olan butulka aşkar etməsini eşidib həmin evdə hansısa şəxslərin əxlaqsızlıqla məşğul olmasını özünə sığışdırmayaraq, bunun kim tərəfindən edilməsini dəqiqləşdirmək məqsədi ilə 11 iyun, 14 iyun və 27 iyun 2020-ci il tarixlərdə Qazax rayonu Aslanbəyli kəndinə getmiş, həmin kənddə yaşayan və dayısı Elvizə məxsus evə nəzarət edən anasının əmisi oğlu X15 dizel-yanacağı məhsullarının satışı ilə məşğul olduğu dükanın Elviz Nəbiyevin evinə yaxın olduğundan TŞahid1la həmin evə kimin girərək əxlaqsızlıqla məşğul olması barədə söhbət edərkən sonuncunun danışığından və hərəkətlərindən məhz Telmanın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnmiş, bu zaman aralarında yaranmış mübahisə zamanı TŞahid1 onun ünvanına söyməsindən daha da hiddətlənərək qisas almaq niyyətilə qəsdən TŞahid1 öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün 28 iyun 2020-ci il tarixdə, saat 09 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən Mərkəzi Bazara gedərək fərdi sahibkarlıqla məşğul olan X5 işlətdiyi mağazadan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını alıb əynindəki pencəyinin cibinə qoyaraq bazardan çıxıb taksi fəaliyyəti ilə məşğul olan X13 idarə etdiyi VAZ 21074 minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu Aslanbəyli kəndinə getmiş, saat 10 radələrində kəndə çatdıqdan sonra TŞahid1 dizel-yanacağı məhsullarının satışı ilə məşğul olduğu dükanın qarşısında görərək avtomobildən düşüb qaçaraq TŞahid1 yaxınlaşmış və qəsdən öldürmək məqsədilə cibindən çıxardığı bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq 7 dəfə zərbələr vuraraq TŞahid1 alnın sol tərəfində boylama istiqamətdə yerləşmiş kənarları hamar 1 ədəd, alnın orta hissəsində boylama istiqamətdə yerləşmiş və qeyd edilən yaraya perpendikulyar köndələn istiqamətdə yerləşmiş 1 ədəd, sol döş qəfəsinin ön səthinin 7-8-ci qabırğaarası nahiyədə köndələn istiqamətdə yerləşmiş 1 ədəd, sağ döş qəfəsinin ön səthinin 6-7-ci qabırğaarası nahiyədə köndələn istiqamətdə yerləşmiş 1 ədəd və qarnın ön divarında göbəkdən aşağı nahiyədə yerləşmiş 1 ədəd daxilə nüfuz etməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətləri, sol epiqastral nahiyədə daxilə nüfuz edərək peritonun zədələnməsi ilə müşayiət olunan 1 ədəd və sol döş qəfəsinin ön səthinin 3-4-cü qabırğaarası nahiyədə istiqaməti öndən arxaya olan köndələn-çəp yerləşmiş daxilə nüfuz edərək ürəyin zirvəsinin və sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan, ürəyin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok nəticəsində ölümünə səbəb olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yara xəsarətləri yetirərək TŞahid1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi, məhkəmə istintaqı zamanı isə elan edilməklə tədqiq edilmiş 28 iyun və 30 iyun 2020-ci il tarixli ifadələrində göstərmişdir ki, o, Şəmkir rayonunda yaşayan dayısı X14 faktiki sahiblik etdiyi, sonuncuya babasından miras qalmış Qazax rayonu Aslanbəyli kəndindəki baxımsız və boş qalmış fərdi yaşayış evində 23-24 may 2020-ci il tarixlərdə anası X20 və digər qohumları tərəfindən cinsi əlaqə zamanı istifadə olunan qoruyucular və içərəsində sidik olan butulka aşkar etməsini eşidib həmin evdə hansısa şəxslərin əxlaqsızlıqla məşğul olmasını özünə sığışdırmayaraq, bunun kim tərəfindən edilməsini dəqiqləşdirmək məqsədi ilə 11 iyun və 14 iyun 2020-ci il tarixlərdə heç kimə heç nə demədən Qazax rayonu Aslanbəyli kəndinə getmiş, həmin kənddə yaşayan və dayısı Elvizə məxsus evə nəzarət edən anasının əmisi oğlu X15 dizel-yanacağı məhsullarının satışı ilə məşğul olduğu dükan Elviz Nəbiyevin evinə yaxın olduğundan TŞahid1la həmin evə kimin girərək əxlaqsızlıqla məşğul olması barədə söhbət edərkən sonuncunun danışığından və hərəkətlərindən məhz Telmanın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnmiş, hər dəfə həmin mövüzda söhbət edərkən aralarında sözlə mübahisə düşmüş, Telman sanki evə girən şəxsi tanımış və sonuncunu qorumağa çalışmışdır. O da bundan hiddətlənərək Telmanın qeyri-səmimi olduğunu anlamışdır. Hər dəfə kəndə gedəndən anası bundan xəbər tutmuş, dayısı Elvizə demiş və sonuncu Qazax rayonu Aslanbəyli kəndində gələrək onu Şəmkir rayonuna aparmışdır. Oradan da o, Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində olarkən özünə rahatlıq tapa bilməmiş və məhz Telmanın bu işdə əlinin olduğunu fikirləşmişdir. Ona görə də, 27 iyun tarixdə Telman onların evindən müxtəlif məqsədlərlə istifadə etdiyi üçün konkret olaraq sonuncunu öldürmək qərarına gələrək saat 12 radələrində anası və qardaşına heç nə demədən evdən çıxıb Qazax rayonuna getmişdir. Saat 21 radələrində Aslanbəyli kəndində çatdıqdan sonra o, Telmanın dükanına getmişdir. Orada Elman, İlham və Tural Əhmədovlar onun qabağını kəsərək Telmana yaxınlaşmağa imkan verməmişlər. Həmin vaxt üzərində hər hansı bir alət olmamış, Telman isə dükanın içərisində dayanmışdır. O, Telmanın dükanına girmək istəyəndə İlhamla Tural onu Abdullagilin həyətinə tərəf aparmışlar. Telman isə arxasınca nalayiq söyüşlər söymüşdür. Həmin vaxtı anası ilə qardaşı məsələdən xəbər tutaraq avtovağzala gedib Qazaxa gəlmək istəmişlər. Abdullagildə qonaq olduğu üçün o, qonşuluqda yaşayan Firuzun həyətinin qabağında oturmuşdur. Təxminən 2 saat ərzində Telman demək olar ki, bütün kəndi dükanının qabağına yığmış, lakin o, həmin yerə getməmişdir. Bununla belə, Telmanın camaatın içərisində onun ünvanına ağır formada söyüş söydüyünü məsafə yaxın olduğu üçün eşitmişdir. O, əli boş olduğu və camaatın içərisində öldürə bilməyəcəyini dərk etdiyi üçün Telmana yaxınlaşmamışdır. İki saat oturduqdan sonra dayısı Elviz oğlu Anarla gələrək onu Şəmkir rayonuna aparmışlar. Yolda olarkən Telman bir neçə dəfə dayısına, Anara və ona zəng etmişdir. Dayısı ilə Anar Telmanla danışsa da, o zəngə cavab verməmişdir. 28 iyun 2020-ci il tarixdə səhər saat 06 radələrində dayısı Şəmkir rayonunda dövlət qeydiyyat nişanını xatırlamadığı sprinterlə onu Bakı şəhərinə yola salmışdır. Həmin vaxtı yağış yağdığı üçün dayısı özünə məxsus qara rəngli pencəyini soyuq olmasın deyə ona vermişdir. Avtobusa minib 15 dəqiqə Bakı şəhər istiqamətində yol getdikdən sonra o, sprinteri saxlatdırıb yolda düşmüş və sürücüyə yol pulunu verib dayısı zəng etsə Bakıya getdiyini deməsini xahiş etmişdir. Sprinterdən düşdükdən sonra Qazax istiqamətində yolla keçən digər avtobusa minib Telmanı öldürmək üçün Qazax şəhərinə getmiş və mərkəzi bazarın yanında düşmüşüdür. Heç kim onu narahat etməsin deyə mobil telefonunu söndürmüşdür. Daha sonra isə bazara girərək sağ tərəfdən 6-cı, əvvəllər tanımadığı şəxsin mətbəx əşyaları satılan dükanına yaxınlaşaraq dəstəyi tünd qırmızı rəngli açılıbqatlanan bıçaq almış, pencəyinin sağ aşağı cibinə qoymuş və bazardan çıxaraq 50-100 metr qarşıya gedib dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 21074 markalı qırmızı rəngli taksiyə minib Qazax rayonu Aslanbəyli kəndinə getmişdir. Kəndə girən kimi Telman onu görüb qaçmasın deyə o, taksidə arxada əyləşmişdir. Saat 09 radələrində kəndə çatdıqdan sonra Telmanın dükanının açıq olduğunu görüb avtomobili saxladaraq düşmüşdür. Həmin vaxtı Telmanın dükanının qabağında sonuncudan başqa əvvəllər tanımadığı bir nəfər də dayanmışdır. O, bıçağı pencəyin cibindən çıxaraq sağ əlində tutub Telmanın üstünə qaçmışdır. Daha sonra Telmanı dükana dirəyib üzbəüz dayanaraq bir neçə dəfə tez-tez ardıcıl olaraq dayanmadan Telmana ön tərəfdən bıçaqla zərbələr vurmuşdur. Həmin vaxtı Telmanın əynində qısaqol mavi köynək və qara rəngli şalvar olmuşdur. Telman isə gözləmədiyi üçün ona müqavimət göstərməmiş və sonuncunun əlində heç bir alət olmamışdır. Bu proses təxminən 20-30 saniyə çəkmişdir. Telmanın yanındaki tanımadığı şəxs onun qolundan tutaraq geriyə dartmaq istəyərkən o, sağ əlini həmin şəxsin əlindən çıxarıb yenə də Telmana bıçaqla 2-3 dəfə zərbələr vurmuşdur. Həmin vaxtı Telman qışqırmış və səs-küyə İlham, daha sonra isə Elman gəlmişlər. Elman və İlham onu tutaraq geriyə çəkib aralamışlar. Elman həmin vaxt qarşına keçmişdir. Tanımadığı şəxs, Elman və İlham bıçağı onun əlindən almağa çalışmışlar, o isə sonunculardan yayınmağa çalışmışdır. Təxminən 5-7 saniyə keçdikdən sonra Telmanın yerə yıxıldığını görüb hərəkətlərini dayandırmış, əlini boşlamış və həmin vaxt kimsə bıçağı əlindən alaraq kənara tullamışdır. Elmana TŞahid1 öldüyünü bildirib, polis əməkdaşlarını çağırmasını və təslim olacağını demişdir. Onu aralayan vaxtı əynində olan pencək və tünd göy rəngli qısaqol köynək əynindən çıxaraq yerə düşmüşdür. O, paltarları götürüb maykada üzbəüz olan dayısının evinə getmiş, həyətdə beton olan yerdə oturmuş və pencəklə köynəyi betonun üstünə qoymuşdur. Həmin vaxtı sol əlinin dördüncü barmağının cüzi kəsildiyini görüb əynindəki mayka cırıldığı üçün çıxararaq bir hissəsi ilə barmağını sarımış, digər hissəsini isə betonun qarşısında yerə tullamışdır. O, istifadəsində olan HUAWEİ markalı mobil telefonda quraşdırılmış ***-***-**-** mobil nömrədən “102” qaynar xəttə zəng etsə də, növbədə 32, daha sonra isə 18-ci olmuş və götürən olmamışdır. Mobil telefonuna qardaşı Fərid, anası Nigar tez-tez zəng etdiyi üçün yenidən “102” xidmətinə zəng edə bilməmişdir. Qardaşı və anası ilə danışarkən sonuncuların artıq onun qəsdən adam öldürdüyünü öyrəndiklərini bilmiş və bu barədə onlarla telefonla danışmışdır. Bir az keçməmiş polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. Pencək və maykanın parçası həyətdə qalmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər heç bir psixoloji və ya psixi xəstəliyi olmamış və ümumiyyətlə də heç bir xəstəxanada qeydiyyata alınmamışdır. Əvvəllər üzərində bıçaq və ya digər kəsici-deşici alət gəzdirməmiş, cinayətdə istifadə etdiyi bıçağı hadisə günü Qazax şəhər Mərkəzi bazarından məhz Telmanı öldürmək üçün almışdır. Anası ilə qardaşı 2020-ci ilin may ayında Qazax rayonu Aslanbəyli kəndindəki evlərində prezirvativ və sidik olan butulka tapdıqları üçün o, bunu özünə sinirə bilməmiş və öz şəxsiyyətinə sığışdıra bilmədiyinə görə Telmanı öldürmək qərarına gələrək 27 iyun 2020-ci il tarixdə Qazax rayonuna getmiş, həmin günü niyyətini başa çatdıra bilmədiyi üçün, 28 iyun 2020-ci il tarixdə Şəmkir rayonunda heç kimə heç nə demədən avtobusdan düşərək Qazax rayonuna gəlmiş və niyyətini başa çatdırmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, mərhum X33 qardaşı olmuşdur. Təqsirləndirilən şəxs da əmisi qızı Nigar Məmmədovanın kiçik oğludur. 20 iyun 2020-ci il tarixdə qardaşı Telman ona zəng edib Fərruxun Qazax rayonu Aslanbəyli kəndinə gəldiyini və mübahisə edib dayısı Elvizə məxsus həmin kənddəki boş və baxımsız qalmış evə kiminsə girdiyini demişdir. O, Telmandan hadisə barədə maraqlananda sonuncu Nigargilin 2020-ci ilin may ayında qara bayram vaxtı kəndə gələrkən Elvizin evində əxlaqsız əşyalar tapdığını və evə kiminsə girdiyini bildirmişdir. Daha sonra qardaşı ona, Fərruxun məhz bu hadisədə ondan şübhələndiyini və buna görə aralarında sözlə mübahisə olduğunu demişdir. Məsələ barədə xəbərdar olduqdan sonra o, qardaşından Elvizin evinə girib-girmədiyini və həmin evə qız aparıb-aparmadığını israrla soruşmuş, Telman isə ona and verərək Elvizin evinə girmədiyini, qız aparmadığını və bu işdən xəbərinin olmadığını bildirmişdir. O, əmin olduqdan sonra Telmana Fərruxa baş qoşmamasını və uzaq durmasını demişdir. Lakin, Nigarla iki ilə yaxın küsülü olduğu üçün zəng edib oğlunun hərəkətləri barədə məlumat verməmişdir. Bununla belə, qardaşı zəng edib Nigara məlumat vermiş və xahiş edərək oğlundan şikayət etməməyi istəmişdir. Bundan sonra o, məsələnin bitdiyini hesab etmişdir. 27 iyun 2020-ci il tarixə qədər qardaşı Telmanla danışmış və hər şey normal olmuşdur. Həmin gün gecə saat 23 radələrində o, təsadüfi hal-əhvalını bilmək üçün Telmana zəng etmişdir. Qardaşı ona Fərruxun yenə də həmin gün kəndə gəldiyini və onunla mübahisə edib vurmaq istədiyini, lakin adamlar araladığı üçün bacarmadığını, Elvizin gəlib Fərruxu Şəmkir rayonuna apardığını bildirmişdir. O qardaşına bu məsələyə baş qoşmamasını və imkan olan kimi Fərruxla görüşüb aralarında olan məsələni həll etməsini bildirmişdir. Həmin gün o, Elvizin oğlu Anara zəng edib Fərruxla danışmaq istədiyini demiş, Anar isə maşın sürdüyünü bildirib evə çatana kimi Fərruxla onu danışdıracağını demişdir. Lakin, həmin gün Anar ona zəng eləməmiş və o, aranın sakitləşdiyini güman etmişdir. 28 iyun 2020-ci il tarixdə saat 10 radələrində o, Anara zəng edərək Fərruxla danışmaq istədiyini bildirmiş, Anar isə Fərruxu Bakı şəhərinə yola saldıqlarını demişdir. Elə Anarla danışığı başa çatdıran kimi Qazax rayonu Aslanbəyli kəndində yaşayan qohumu İlham Əhmədov zəng edib Fərruxun Telmanı işlətdiyi dükanın qarşısında bıçaqlayaraq öldürdüyünü bildirmişdir. O təkrar Anara zəng edib “bəs deyirdin Bakıya yola salmışıq, Fərrux kəndə Telmanı öldürüb” demişdir. Anar isə heç nə deyə bilməmiş və bir qədər sonra Nigar iki il küsülü olmasına baxmayaraq ona zəng edib hadisə barədə məlumat vermişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan ona məlum olmuşdur ki, 2020-ci ilin may ayında Nigargil kəndə gələndə Elvizin evində guya qoruyucular və içərisində sidik olan banka aşkar etmişlər, Fərrux bu məsələdən xəbərdar olaraq kəndə getmiş və işlətdiyi dükan Elvizin evi ilə üzbəüz yerləşdiyi üçün məhz buna görə Telmandan şübhələnmişdir. Həmçinin ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum X33 qardaşı olmuşdur. 28 iyun 2020-ci il tarixdə saat 09 radələrində həyətdə evin təsərrüfat işlərini görmüş, Telman isə həmişəki kimi dükanı açaraq orada olmuşdur. Həyətdə işləyən vaxtı Telman ona “Elman, Elman, gəldi” demiş və anidən dükanın yanında səs-küy qalxmışdır. Həyətdən çıxıb dükana tərəf dönəndə İlhamın Təqsirləndirilən şəxs arxadan tutaraq qucaqladığını, həmkəndlisi Sakitin bir az kənarda dayandığını və əlinin qanadığını görmüşdür. Daha sonra dükana baxdıqda Telmanı yerdə uzanıqlı vəziyyətdə kürəyi üstə olduğunu, qan axdığını və yerin qan olduğunu görmüşdür. Qardaşı Telmandan heç bir səs gəlməmiş və hərəkət etməmişdir. Telmanın əynində mavi qısaqol köynək və tünd rəngli şalvar olmuş və paltarlar qana bulaşmışdır. Təqsirləndirilən şəxs İlhamın əlindən çıxmağa çalışdığını görüb o da yaxınlaşaraq qabaq tərəfdən Fərruxu qolundan tutmuşdur. Həmin vaxt Fərrux əllərindən çıxmağa çalışmışdır. Onlar Fərruxu tutaraq həyətlərinin hasarının kənarına tərəf dartmış, sonuncu əlini boşlamış və bıçaq Fərruxun əlindən onların bağına düşmüşdür. Həmin vaxt Fərruxun əynində olan pencək və qısaqol köynəyi yerə düşdüyü üçün sonuncu ağ rəngli maykada qalmışdır. Daha sonra Fərrux paltarlarını götürüb dayısının evinə getmişdir. O, Telmana yaxınlaşıb yerdən qaldırsa da, qardaşından səs gəlməmiş və sonuncu artıq ölmüşdür. O qışqıraraq maşın çağırmış, həmin vaxt İlhamın oğlu Tural özünə məxsus “VAZ 21074” markalı avtomobillə gəlmiş, o, Sakit, İlham və Turalla köməkləşib qardaşını Turalın avtomobilinə arxa oturacağa qoymuşlar. İlhamla Tural qardaşı ilə birlikdə, o isə öz avtomobili ilə X28 Mərkəzinə getmişlər. Xəstəxanaya çatanda həkimlər qardaşının artıq öldüyünü bildirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısının evində əxlaqsızlıqla məşğul olanın TŞahid1 olduğunu hesab edib sonuncunu qəsdən öldürmüşdür. Lakin o, TŞahid1 Elviz Nəbiyevə məxsus evə yüngül həyat tərzi sürən qadınları aparmasını görməmişdir. Elviz Nəbiyevə məxsus Qazax rayonu Aslanbəyli kəndindəki evə kiminsə girərək əxlaqsızlıqla məşğul olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X33 həmkəndlisi olmaqla onunla münasibəti yaxşı olmuş, Telman sakit biri olmuşdur. Təqsirləndirilən şəxs isə tanımamış və baş vermiş hadisədən sonra həmkəndlisi olduğunu öyrənmişdir. O, 27 iyun 2020-ci il tarixdə günorta saatlarında valideynlərinə baş çəkmək üçün Qazax rayonu Aslanbəyli kəndinə gəlmişdir. 28 iyun 2020-ci il tarixdə saat 09-10 radələrində atasıgildən çıxıb telefonun enerjisi olmadığı üçün Telmanın işlədiyi dükana getmişdir. Telmanla görüşdükdən sonra dükanın qabağında, yolun kənarında dayanmışlar. Təxminən beş dəqiqə söhbət etdikdən sonra telefon hələ də enerji yığmadığı üçün o, Telmanın telefonundan tanışına zəng edib və öz telefonunu götürüb getmək istəyərkən yanlarından qırımızı rəngli “VAZ 2107” markalı avtomobil qarşıda saxlamışdır. Maşından sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs düşərək qaça-qaça onlara tərəf gəlmişdir. Həmin vaxt Telmanla onun arasında bir-iki metr məsafə olmuş və Telman dükanın qarşısında olan taxta materialdan oturacağın üstündə oturmuşdur. Telman “qoyma, o məni vuracaq” deyə bildirib ayağa qalxmış, o isə sonuncunun zarafat etdiyini düşünmüşdür. Elə həmin anda Fərrux sağ əlində bıçaq tutaraq yaxınlaşıb Telmanın üstünə cummuşdur. Avtomobil yolundan üzü dükana baxanda o, sol tərəfdə, Telman isə sağında dayanmışdır. Fərrux yaxınlaşan kimi heç nə demədən birbaşa bıçaqla Telmana zərbələr vurmağa başlamışdır. O həyəcanlanmış və Fərruxu arxadan tutaraq kənara çəkməyə çalışmışdır. O tutana qədər Fərrux əli ilə tez-tez bir neçə dəfə hərəkət elətdirib Telmana bıçaqla zərbələr vurmuşdur. Fərruxu geriyə çəkəndə Telman artıq büdrəyək yıxılmışdır. Fərrux isə bunu görən kimi əlindən çıxmağa çalışmış və həmin vaxt sonuncunun bıçağı ehtiyatsızlıqdan onun sağ qolunun büküş nahiyəsinə, sağ əlinin baş barmağına, sol əlinin baş barmağına və 4-cü barmağına dəyərək kəsmişdir. O, əli kəsildiyi üçün Fərruxu artıq saxlaya bilməmiş və sonuncu əlindən çıxaraq Telmana bir də bıçaqla zərbələr vurmuşdur. O, Fərruxu çəkən vaxt sonuncunun əynində olan pencəyi cırılmış, köynəyi də əynində çıxmışdır. Həmin paltarlar yerə düşmüş və Fərrux ağ rəngli maykada qalmışdır. Həmin vaxtı səs-küyə qohumu İlhamla Telmanın qardaşı Elman da gəlmişlər. Elmanla İlham gələrək Fərruxu tutmuşlar və kənara çəkmişlər, Telman isə artıq oturaq vəziyyətdə dükanın qarşısında olmuş, hərəkət etməmişdir. Telmanın bədənindən ön tərəfindən qan axmış və paltarları qana bulaşmışdır. X41 kənara çəkdikdən sonra dəstəyi tünd qırmızı rəngli bıçağı sonuncunun əlindən alaraq bağa tullamışlar. Daha sonra isə səsi gəlmədiyi üçün Elman Telmanı xəstəxanaya aparmağı bildirmişdir. Həmin vaxt İlhamın oğlu Tural da özünə məxsus VAZ 21074 minik markalı avtomobillə oraya gəlmişdir. Fərrux isə pencəyini və köynəyini götürüb Telmanın dükanı ilə üzbəüz olan dayısının evinə getmişdir. Onlar köməkləşib Telmanı Turalın avtomobilində arxa oturacağa yerləşdirmiş, daha sonra Tural avtomobili sürüb xəstəxanaya getmişdir. O isə əli kəsildiyi üçün dostunun oğlu Raminə onun avtomobilini sürməsini bildirmiş və onlar da xəstəxanaya getmişlər. X28 Mərkəzinə çatanda artıq Telmanın öldüyünü bilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, mərhum X33 və Təqsirləndirilən şəxs onun uzaq qohumlarıdır. 27 iyun 2020-ci il tarixdə axşam saatlarında o, Telmanın yanına getmiş və dükanın qabağında sonuncu ilə söhbət etmişdir. Daha sonra Telmana zəng gəlmiş, o isə duraraq evə getmək istəmişdir. Danışdıqdan sonra Telman ona dayanmağı və Fərruxun kəndə gəldiyini bildirmişdir. O dava düşməsin deyə Telmana dükanın içərisinə keçməsini bildirmişdir. Həmin vaxt Fərrux gələrək onu görüb yaxınlaşmışdır. Orada o, oğlu Tural və digər şəxslər də olmuşlar. Fərrux Telmanı dükanda görüb içəri keçmək istəmiş, lakin onlar qoymamış və Fərruxu Abdullagilin həyətinə tərəf aparmışlar. Bir qədər keçmiş Elman gələrək nəyə görə belə etdiyini soruşanda Fərruxa qarışmamasını və Telmanla şəxsən görüşmək istədiyini bildirmişdir. Dəfələrlə Telmanla aralarında nə baş verdiyini soruşalar da Fərrux heç nə deməmişdir. Elman bildirmişdir ki, “gəl gedək söhbət elə Telmanla” və onlar həyətdən yola çıxmışlar. Lakin, Fərrux həyətdən çıxmamış və gəlməmişdir. Təxminən bir-iki saat keçdikdən sonra dayısı Elviz gələrək Fərruxu Şəmkir rayonuna aparmışdır. 28 iyun 2020ci il tarixdə səhər saat 09 radələrində Nigar ona zəng edib Fərruxa zəng çatmadığını deyərək yola çıxmasını və oğlu gəlsə saxlamasını bildirmişdir. Ona görə də, o, yola çıxıb Elmangilə getmişdir. Həmin vaxt Telmanın dükanının qabağında sakitlik olmuşdur. Daha sonra arvadı onu geriyə səsləyərək zəng gəldiyini bildirmişdir. Dönüb evə tərəf gedəndə Telmanın dükanının qabağında qışqırıq səsini eşitmişdir. O, qaça-qaça Telmanın dükanının qabağına getmiş və orada Fərruxu sağ əlində bıçaqla Telmanla üzbəüz dayandığını görmüşdür. Telman qan içində əynində mavi rəngli qısaqol köynək və tünd rəngli şalvarda ayaq üstə dükana söykənmiş vəziyyətdə olmuşdur. Həmin vaxt orada həmkəndlisi Sakit də olmuş və o, sonuncu ilə Fərruxu qucaqlayaraq tutmuşlar. Fərrux isə əllərindən çıxmağa cəhd etmişdir. Bir neçə saniyə sonra Elman da gəlmişdir. Həmin vaxt Fərruxu bir az da geriyə çəkərək Telmangilin hasarının yanına dartmışlar və bıçaq sonuncunun əlindən Elmangilin bağına düşmüşdür. Telman isə artıq yerə yıxılmışdır. Bıçaq düşəndən sonra Elman Telmanın yanına gedib qaldırmış, Fərrux isə sakitcə dayanmışdır. Fərruxun əyində olan pencək və köynək əynindən çıxdığı üçün maykada qalmışdır. Daha sonra Fərrux paltarlarını götürüb dayısının evinə getmişdir. Oğlu Tural da öz avtomobili ilə səs-küyə oraya gəlmişdir. Onlar Elmanla köməkləşib Telmanı avtomobilin arxa oturacağına qoymuşlar, o Turalla, Elman isə öz avtomobili ilə X28 Mərkəzinə getmişlər. Yolda olarkən Telmandan səs gəlməmiş və sonuncu hərəkətsiz olmuşdur. Xəstəxanaya çatdıqdan sonra Telmanın artıq öldüyünü bildirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Fərrux dayısı Elviz Nəbiyevə məxsus evdə Telmanın əxlaqsızlıqla məşğul olduğunu düşündüyündən bu hadisəni törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, mərhum X33 və Təqsirləndirilən şəxs əri İlham Əhmədovun uzaq qohumları olmuşlar. 27 iyun 2020-ci il tarixdə o, gecə saatlarında Fərruxun kəndə gəlib Telmanla dükanın qabağında mübahisə etdiyini və Elvizin gəlib Fərruxu Şəmkir rayonuna apardığını eşitmişdir. Ərindən nə baş verdiyini soruşduqda o Fərruxun səbəbini bildirməyərək yalnız Telmanla söhbət etmək istədiyini bildirmişdir. 28 iyun 2020-ci il tarixdə səhər saat 09 radələrində Nigar əri İlham Əhmədova zəng edib Fərruxun Şəmkir rayonundan Bakı şəhərinə getdiyini, yolda olduğunu və hər ehtimala qarşı birdən Fərruxun Bakı əvəzinə kəndə gələcəyi halda ehtiyatlı olmağı bildirmişdir. Daha sonra İlham evdən çıxıb məlumat vermək üçün Telmanın qardaşı Elmanın yanına getmişdir. Əri evdən çıxandan 5-10 dəqiqə sonra Nigar oğlu Turalın telefonuna zəng etmiş və həmin vaxtı oğlu yatmışdır. O, telefona cavab verəndə Nigar Fərruxun telefonuna zəng çatmadığını, narahat olduğunu və hər ehtimala qarşı Elmana məlumat verməyi bildirmişdir. Ona görə də o, məlumat vermək üçün evdən çıxaraq yola doğru getmiş və ərini səsləmişdir. Həyətlə gedərkən yolda qışqırıq səslərini eşitmişdir. Qaça-qaça yola tərəf çıxanda Elmanın da həyətlərindən qaçaqaça Telmanın dükanına doğru hərəkət etdiyini görmüşdür. Əri və Elman dükanın qabağında Fərruxun Telmanı bıçaqladığını görüb tutaraq kənara çəkmişlər. Daha sonra isə o, Telmanı dükanın qabağında qan içində görərək həyəcanlanmış və qışqırmış, dərhal oğlunu səsləmiş və sonuncu öz avtomobil ilə gəlib Telmanı xəstəxanaya aparmış, Fərruxu isə polislər gəlib aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Fərrux dayısı Elvizə məxsus evdə Telman tərəfindən əxlaqsızlıq edildiyini güman etdiyindən bu hadisəni törətmişdir. Çünki Telmanın işlətdiyi dükan həmin evlə üzbəüz olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 21074” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. 28 iyun 2020-ci il tarixdə Qazax şəhər Mərkəzi Bazarın qarşısından Heydər Əliyev prospekti ilə üzü “Mütəfəkkirlər” parkı istiqamətində hərəkətdə olarkən əvvəllər tanımadığı və adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi, təxminən 30 yaşlı cavan və üzü bir az saqqalı bir şəxs əl edərək avtomobili saxlamağı bildirmişdir. O, avtomobili saxladıqdan sonra Fərrux sağ tərəfdən arxa qapını açaraq əyləşmiş və Qazax rayonu Aslanbəyli kəndinə getməyi bildirmişdir. Sonuncunun əynində qara rəngli pencək və rəngini xatırlamadığı şalvar olmuşdur. Yolda olarkən Fərrux 12 manat pulu ona vermiş, yol boyu danışmamış və sanki gərgin olmuşdur. Qazax rayonu Aslanbəyli kəndinə girdikdən sonra sağ tərəfdə yanacaq satışı dükanını 5-10 metr keçəndən sonra Fərrux avtomobili saxlamağı bildirmişdir. O da saxladıqdan sonra Fərrux sakit formada düşərək dükana tərəf getmişdir. Həmin vaxt o, avtomobili döndərib Qazax şəhərinə qayıtmışdır. Elə həmin günü iki-üç saatdan sonra xəbərlərdən eşitmişdir ki, apardığı Məmmədov X1 bıçaqlayaraq adam öldürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, Qazax RPŞ-nin PPXB-nin komandir müavini vəzifəsində xidmətdə olduğu vaxt 28 iyun 2020-ci il tarixdə saat 10 radələrində Qazax RPŞ-nin məsul növbətçisi X28 Mərkəzinə bir nəfərin bıçaqlanaraq ölmüş vəziyyətdə daxil olması barədə məlumat vermişdir. O da PPXB-nin komadir müavini olduğu üçün digər polis əməkdaşları ilə birlikdə ilk öncə xəstəxanaya getmiş və orada Təqsirləndirilən şəxs adlı şəxsin qohumu X23 Qazax rayonu Aslanbəyli kəndində bıçaqlayaraq öldürdüyünü öyrənmişdir. Ona görə onlar Qazax rayonu Aslanbəyli kəndində getmişlər. Kəndə çatandan sonra kənd sakinləri hadisə baş verən TŞahid1 işlətdiyi dükanla üzbəüz yerləşən Elviz Nəbiyevə məxsus evin həyətində Təqsirləndirilən şəxs oturduğunu və polis əməkdaşlarını gözlədiyini onlara bildirmişlər. Daha sonra onlar həmin həyətə getmişlər. Təqsirləndirilən şəxs Elviz Nəbiyevin evinin qarşısında beton kimi yerdə oturmuş və yaxınlaşanda sonuncu özünün polisə məlumat verdiyini onlara demişdir. Həmin vaxt Fərruxun hansısa barmağı kəsilmiş və betonun üstünə qan damcıları tökülmüşdür. Bundan sonra Fərrux TŞahid1 dükanın qarşısında bıçaqlayaraq öldürdüyünü etiraf edib təslim olduğunu demişdir. Ona görə də, o digər polis əməkdaşları ilə Təqsirləndirilən şəxs oradan götürüb xidməti avtomobillə Qazax RPŞ-yə gətirmiş və məsul növbətçiyə təhvil vermişlər. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs hər hansı bir əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmamış, sonuncu məhz özü hadisə yerində qalaraq polis əməkdaşlarını gözləmiş və onlar çatdıqdan sonra törətdiyi cinayət əməlini etiraf edərək təslim olmuşdur. İş materiallarına əlavə edilmiş 28 iyun 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri – Qazax rayonu Aslanbəyli kəndindəki X15 yanacaq məhsullarının satışını həyata keçirdiyi dükanın qarşısıdır. Dükan Qazax rayonundan Kəmərli kəndinə gedən avtomobil yolunun kənarında sağ tərəfdə yerləşir. Dükanın arxa tərəfində X24 məxsus ev, üzbəüz isə X25 məxsus yaşayış evi yerləşir. Dükan 3.60 metr uzunluğunda, 2.30 metr enində olmaqla ümumi çərçivəsi dəmir konstruksiyalıdır və yan divarları taxtadandır. Dükanın avtomobil yoluna baxan ön tərəfində iki ədəd 1x1 metr ölçüdə şəffaf şüşələr vardır. Sağ tərəfində isə satış məqsədi üçün istifadə olunan həmin ölçüdə boş yer vardır. Həmin yerdə olan lövhənin üstündə bir ədəd içəridən boğaz hissəsində tikilmiş etiketin üzərində “ALBİONE” sözləri yazılmış üzərində qanabənzər ləkələr müşahidə edilən uzunqol tünd göy rəngli gödəkçə vardır. Gödəkçənin altında bir ədəd qara rəngli “MAR-LX1M” modelli, “HUAWEİ” markalı mobil telefon vardır. Dükanda müxtəlif növ məişət əşyaları da vardır. Dükanın qarşısında olan aşmış vəziyyətdəki vedrədən sağ tərəfdə yerdə bir ədəd üzərində sıçramış formada qanabənzər ləklər olan mişar daşı vardır. Dükanın ön tərəfinin həmin hissəsində, mişar daşının qarşısında və ətrafında torpağın üzərində axıntı şəkilində qanabənzər ləkələr müşahidə edilmişdir. Bundan başqa, həmin yerdə bir ədəd qana bulaşmış təəssüratını yaradan bükülmüş vəziyyətdə salfet və üzərində qanabənzər ləkələr olan qırmızı rəngli alışqan vardır. Dükanın qarşısında mişar daşından sağ tərəfdə daban hissəsində “MODELX” sözləri yazılmış bir cüt tərlik vardır. Tərliklərin arxa tərəfində ayaqlıq hissələrində axıntı şəkilində qanabənzər ləkələr müşahidə edilən bir ədəd taxta materialdan oturacaq vardır. Dükanın arxa tərəfində olan X15 yaşadığı evin bağ sahəsində dükandan 4 metr məsafədə otluq sahənin içərisində bir ədəd açıq vəziyyətdə, tiyəsinin üzərində “STAİNLESS” sözləri həkk olunmuş və qanabənzər ləkələr müşahidə edilən, yarı tünd qırmızı rəngli və yarı metal materialdan dəstəyi olan, tiyəsinin uzunluğu 9 sm, dəstəyinin uzunluğu 11 sm, ümumi uzunluğu isə 20 sm açılıb-qatlanan bıçaq aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Qazax rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 28.06.2020-ci il tarixli 267 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarət - sol əlin ovuç səthinin tikişə ehtiyacı olmayan səthi kəsilmiş yarası, kəsici əşyanın, sağ körpücükaltı nahiyənin və sol boyun nahiyəsinin sıyrıqları, küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28.06.2020-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Qazax rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 28.06.2020-ci il tarixli 268 №-li rəyindən görünür ki, Şahid1 bədənində müəyyən edilmiş xəsarət - sağ bazunun aşağı 1/3 iç səthinin, sağ döş qəfəsinin ön səthinin kəsilmişdeşilmiş yaraları, kəsici-deşici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə şəraitdə, yəni 28.06.2020-ci il tarixdə, ekspertizaya təqdim olunmuş bıçaqla əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Qazax rayon şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 28.06.2020-ci il tarixli 269 №-li rəyindən görünür ki, Şahid2 bədənində müəyyən edilmiş xəsarət - sağ saidin yuxarı 1/3 iç səthinin, sol əlin arxa və ovuç səthinin kəsilmişdeşilmiş yaraları. Kəsici-deşici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28.06.2020-ci il tarixdə, ekspertizaya təqdim olunmuş bıçaqla əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Qazax rayon Şöbəsi tərəfindən təqdim edilmiş 28.06.2020-ci il tarixli 13 №-li meyitin ekspertizasına dair rəyindən görünür ki, X4 meyitində aşkar edilmiş xəsarətlər – 1) sol döş qəfəsinin ön səthinin 3-4-cü qabırğa arası nahiyəsinin, istiqaməti öndən arxaya olan, köndələn-çəp yerləşmiş, daxilə nüfuz edən, ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara; sol döş qəfəsinin ön səthinin 7-8-ci qabırğaarası və sağ döş qəfəsinin ön səthinin 6-7-ci qabırğaarası nahiyədə köndələn istiqamətdə yerləşmiş, daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları, sol epiqastral nahiyənin daxilə nüfuz edən, peritonun zədələnməsi ilə müşayiət olunan, göbəkdən aşağı nahiyənin daxilə nüfuz etməyən kəsilmiş deşilmiş yara vardır. Alnın sol tərəfində boylama istiqamətdə yerləşmiş, kənarları hamar kəsilmiş yara, alnın orta hissəsinin boylama istiqamətdə yerləşmiş yara və qeyd edilən yaraya perpendikulyar köndələn istiqamətdə yerləşmiş, kənarları hamar kəsilmiş yara. Qeyd olunan xəsarətlərin kənarları hamardır və səthləri nəmdir. 2) Qeyd olunan xəsarətlər həyatidirlər, mərhumun ölümündən azacıq əvvəl kəsicideşici əşyanın təsirindən törənmişdirlər; 3) X4 meyitində sol döş qəfəsində, 3-4-cü qabırğaarası nahiyədə olan daxilə nüfuz edərək ürəyin zirvəsinin və sol mədəciyinin zədələnməsi, qarnın sol aşağı hissəsinin daxilə nüfuz edən və peritonun zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yaraları ağırlıq dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Mərhumun alın nahiyəsində olan 2 ədəd kəsilmiş yara, sağ döş qəfəsində 6-7-ci qabırğaarası nahiyədə, sol döş qəfəsində 7-8-ci qabırğaarası nahiyədə və qarnın ön divarında göbəkdən aşağı yerləşmiş daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaralar dərəcəsinə görə canlı şəxslərdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilir. 4) X4 bədəni üzərində olan xəsarətlər hadisə zamanı onun əynində olmuş paltarlardakı zədələrə uyğundur. 5) X4 ölümünə səbəb ürəyin zədələnməsindən törənən kəskin daxili qanitirmə nəticəsində əmələ gələn hemorragik şok olmuşdur; 6) İlkin meyit əlamətlərinə görə söyləmək olar ki, X15 ölümü meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvəl baş vermişdir; 7) X4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində spirt və narkotik maddə aşkar edilməmişdir; 8) Yaraların lokalizasiyasına, sayına görə demək olar ki, xəsarət yetirilən zaman zərərçəkmişlə xəsarət yetirən şəxs müxtəlif duruş vəziyyətində ola bilərdi; 9) X4 meyitində aşkar olunmuş kəsilmiş-deşilmiş yaralar kəsici-deşici alətlə yetirilmiş, qeyd olunan xəsarətlərin ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi halı inkar edilmir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş maddi sübutların ekspertizasına dair 10 avqust 2020ci il tarixli 495/2020-MTBŞ nömrəli rəyindən görünür ki, 1) Şahid1 ABO sistemi üzrə qan qrupu: B-alfa/H//İİİ/; 2) X15 ABO sistemi üzrə qan qrupu: A/İİ/; 3) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/ (sonuncuların şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən); 4) Ekspertizaya təqdim edilən mərhum X24 məxsus şalvar, şalvarın belinə keçirilmiş kəmər, qısaqol köynək, trusik, bir cüt corab, hadisə yerindən götürülmüş gödəkcə, pencək, kişi alt maykasından kəsik hissə, bir ədəd salfet kağızı, bıçaq üzərindəki ləkələrdə və hadisə yerindən 06 ədəd pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A,H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A-beta/H//İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X24 məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür /əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/. B-alfa/H//İİİ/ qruplu zərərçəkmiş şəxs Şahid1 qanı göstərilən ləkələrdə ABO sistemi ilə inkar olunur; 5) Təqdim edilən zərərçəkmiş şəxs Şahid1 məxsus qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B, H antigenləri, bir ləkədə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri Balfa/H//İİİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Şahid1 məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür /əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/. A/İİ/ qruplu X15 qanı göstərilən ləkələrdə ABO sistemi ilə inkar olunur; 6) Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus şalvar və qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda köynək üzərindəki ləkələrdə, şalvarın sol ön bud nahiyəsindəki ləkələrdən başqa digər ləkələrdə A və H antigenləri alındı. Bu qan ləkələri A-beta/H//İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X24 məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür /əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/. B-alfa/H//İİİ/ qruplu zərərçəkmiş şəxs Şahid1 qanı göstərilən ləkələrdə ABO sistemi ilə inkar olunur. Şalvarın sol ön bud nahiyəsindəki ləkələrdə isə yalnız Oalfa,beta/İ/ qrupunun əsasını təşkil edən H antigeni alındı. Beləliklə, bu qan ləkələri O/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. Belə olan halda bu ləkələrdə X4 və Şahid1 qanlarının olması ABO sistemi ilə inkar olunur. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyi tərəfindən təqdim edilmiş iş materialları üzrə ekspertizaya dair 17 noyabr 2020ci il tarixli T 307/2020 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 28.06.2020-ci ildə ekspert tərəfindən müayinə edilərkən sol əlin İV barmağının ovuc səthində səthi kəsilmiş yara, sağ körpücükaltı nahiyədə 2 ədəd, boyun nahiyəsində solda sıyrıq müəyyən edilmişdir. Qeyd edilən xəsarətlərdən kəsilmiş yara iti uclu və ya kənarlı alətin təsirindən, digər xəsarətlər isə küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti 28.06.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətlər məhkumun tibbi kartasında bir daha öz təsdiqini tapmışdır. Vətəndaş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə onun başının 14.09.2020-ci il tarixli kranial MR tomoqrafik müayinəsi zamanı təpə nahiyəsində solda yumşaq toxumada çapıq, sümükdə isə xətti formalı sınığı xatırladan sklerotik fokal qalınlaşma izlənilməsi göstərilmişdir. Ekspert radioloqun verdiyi rəydə 14.09.2020-ci il tarixli MRT, MR angioqrafiyada sol təpə nahiyəsində dəri, dərialtı piy toxuması və aponevrozda qeyd edilən qalınlaşma sahəsi, həmin nahiyədə təpə sümüyündə konsolidasiya olunmuş sklerozlaşmış sahənin xarakterik dəyşiklikləri və morfogenezi onun yaranma müddətinin müayinədən bir neçə il əvvələ uyğun gəlməsini göstərir. Qeyd edilən patoloji dəyişiklik haqqında ilkin tibbi sənəd olmadığından onun yaranma səbəbi, yetirilmə aləti və sağlamlığa zərərvurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Təqdim edilmiş tibbi sənədlərdə Təqsirləndirilən şəxs baş və boyun nahiyəsində damarlarda hər-hansı dəyişiklik olması qeyd edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 24.07.2020-ci il tarixli 6/1323 №li materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X15 və Şahid1 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəldə göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında: TŞahid1 köynəyinin üzərindən tapılmış tünd göy rəngli poliamid kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlirlər; Təqsirləndirilən şəxs köynəyinin üzərindən tapılmış mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə TŞahid1 köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Şahid1 geyim paltarının üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur, eləcə də Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Şahid1 geyim paltarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05.08.2020-ci il tarixli 3/735, 3/736 nömrəli məhkəmə ballistik-trasolji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş T.K.Əhmədova məxsus köynəyin və Şahid1 məxsus köynəyin üzərində olan “a” zədələri öz formasına, quruluşuna, xarakterinə və sair əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin və Şahid1 məxsus köynəyin üzərində olan “b” zədələri fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, cırılma, qopma zədələridir. Təqdim edilmiş T.K.Əhmədova məxsus şalvar üzərində olan izlər isə hər-hansı bərk predmetlə kontakda olması, sürtünməsi nəticəsində yaranmağa uyğun gəlir. Təqdim edilmiş digər geyim əşyaları üzərində hər hansı bir zədə aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 08.08.2021-ci il tarixli, 434/185 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmiş, Təqsirləndirilən şəxs hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və düzgün təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu vəziyyəti aşkar edilmir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuş və onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən təqdim edilmiş komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizaya dair 02 avqust 2021-ci il tarixli 93 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda « NEVRASTENİYA » (psixi və davranış pozuntularının beynəlxaq təsnifatının 10-cu baxışında kodu F 48.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (nevroloq tərəfindən aparılan müayinə zamanı kəskin asteno-nevrotik hal qeyd olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində əsəbi olaraq tez qıcıqlanması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, zəif və monoton səslə danışması, emosional cəhətdən bir qədər dəyişkən olması, tez qıcıqlanması, söhbət edərkən tez yorulması və s.) sübut edir. Hal-hazırkı stasionar məhkəmə-psixatrik ekspertizası zamanı aparılmış instrumental funksional müayinələrdə ciddi nevrololi patologiya aşkarlanmaması, yoxlanılan şəxs şöbədə müayinədə olduğu müddət ərzində özünü sakit aparması, şöbədaxili rejimə tabe olması, geyiminə və təmizliyinə fikir verməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində düşüncəsinin pozulmaması, öz şəxsiyyətinə, zamana, məkana və ətraf mühitə görə bələdliyinin qənaətbəxş səviyyədə saxlanılması, zahiri görünüşünə görə səliqəli olması, suallara yubanmadan və məzmunlu cavab verməyə başlaması, onları mahiyyətinə uyğun şəkildə və əsasən qənaətbəxş səviyyədə cavablandırması, kifayət qədər anlaşıqlı ifadələr işlətməsi, təfəkkürünün adi tempdə, ardıcıl və məntiqli olması, nitqində ardıcıllıq, mülahizə və mühakimələrində məntiqlilik müşahidə edilməsi, aparılan sorğu-sual gedişatında qavrama yanlışlığı, təsəvvür pozuntusu və sayıqlama fikirləri şəklində kəskin produktiv psixopatoloji simptomatika müəyyən edilməməsi, mnestikkoqnitiv funksiyalarında ümumən götürüldükdə kobud pozuntu nəzərə çarpmaması, anamnestik, məlumatları kifayət qədər ardıcıllıqla xronoloji qaydada və həqiqətə uyğun şəkildə çatdırması, intellektual səviyyəsi, bilik ehtiyatı, təsəvvür zənginliyi və təcrübi imkanlarının xronoloji yaşına, aldığı təhsilə və keçirdiyi həyat tərzinə uyğun gəlməsi halhazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı kifayət qədər aydın tənqidi münasibət bəsləməsi, göndərildiyi ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməsi, öz gələcək aqibətinə diqqətlə yanaşması hal-hazırda onun psixi vəziyyətinin qənaətbəxş səviyyədə olduğunu va məcburi müalicə tədbiri görülməsini tələb etmədiyini göstərir. Məhkəmə psixololi ekspertizası üzrə motivləşdirici hissə. Aparılmış eksperimentalpsixololi müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun oludğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə məlumat vermək qabiliyyətinin saxlanıldığı, konfliktə meylli şəxs olduğu müəyyən edilir. Təfəkkürünün analizetmə, ümumiləşdirmə, tənqidetmə kimi keyfiyyətləri normaya uyğundur. Emosional sferasında qeyri-sabitlik müşahidə edilir. Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, hövsələsizİk, inadkarlıq, neqativ amillərin təsirinə qarşı dözümsüzlük aşkar edilir. Kompleks stasionar məhkəmə psixiatrik və psixololi ekspertizası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestk məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda « Nevrasteniya » kimi pozuntu aşkarlanır. Nevrasteniya məcburi müalicə tədbirlərinin görülməsini tələb etməyən bir patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda « Nevrasteniya » kimi pozuntu aşkarlansa da, həmin pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı hər hansı normadankənar hallar aşkar edilmədiyindən belə qənaətə gəlinir ki, o, hal-hazırda gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Hazırkı vəziyyətdə məhkəmə prosesinin gedişini dərk edir. Odur ki, məhkəmə prosesində iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda məhkəmə prosesində ifadə vermək iqtidarındadır. İş materiallarına əlavə edilmiş 29 iyun 2020-ci il tarixli, 01 iyul 2020-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, Şahid1, X36 və X8 tiyə və dəstək hissədən ibarət olmaqla qatlanan, tiyəsinin uzunluğu 88 mm, dəstəyinin uzunluğu 108 mm, ümumi uzunluğu isə 196 mm olan və tiyəsinin bir üzündə “STAİNLESS” yazısı həkk edilmiş Təqsirləndirilən şəxs məxsus bıçağı tanımışlar. İş materiallarına əlavə edilmiş 30 iyun 2020-ci il tarixli “təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs X15 istifadəsində olan +99***-***-**-** mobil nömrəni “Binamus” adı ilə yaddaşa salmış; gələnçıxan zənglərə baxdıqda 27.06.2020-ci il tarixdə saat 22.39-da TŞahid1 Təqsirləndirilən şəxs zəng etmiş; 28.06.2020-ci il tarixdə saat 09.07-də Təqsirləndirilən şəxs TŞahid1 zəng etmiş; həmin günü saat 09.08-də TŞahid1 Təqsirləndirilən şəxs zəng gəlmiş, saat 09.09da isə Təqsirləndirilən şəxs yenidən TŞahid1 zəng etmiş və heç bir zəng cavablandırılmamışdır. 28.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 10.11-də istifadəsində olan +99***-***-**-** mobil nömrədən “102” qaynar xətt xidmətinə zəng etmiş və danışıq 59 saniyə çəkmişdir. 15.06.2020-ci il tarixdən 28.06.2020-ci il tarixə qədər olan gələn-çıxan zənglərin siyahısına baxdıqda Təqsirləndirilən şəxs TŞahid1 cəmi iki gün, yəni 27 və 28 iyun 2020-ci il tarixdə zəng etdiyi müəyyən olunmuşdur. Mobil telefonda quraşdırılmış “Whatsapp” sosial şəbəkə proqramında: 1) Təqsirləndirilən şəxs anası Nigar Məmmədova ilə 28.06.2020-ci il tarixə aid söhbətinə baxdıqda müəyyən edilmişdir ki, Nigar Məmmədova həmin günü saat 09.34-də Fərruxa Məmmədova “ay Fərrux, ay Fərrux qurana and olsun başı aşağı olassan, burda mən özümü öldürəcəm başı aşağı olassan, camaatın içində biabır olasan, dur, bülleteni də açan yoxdur a vurulmuş, geri gəl, geri gəl, geri gəl, geri gəl. Sənin işin, gücün, özün, ağlın, anan, anan var, anana belə mi baxasıydın? Küçələrdə qaldıq oğlan, gəl” məzmunlu səs yazısını göndərmişdir. Saat 09.35-də X38 Məmmədova “bu dəqiqə taksi tutub gəlirəm, qurana and olsun mən də gələcəm, gəlirəm bir o kəndə, sən görüm nə istəyirsən bu millətdən, vallah əllərimlə mən polisə verəcəm səni, imamlara and olsun, tutularsan arxanca getmərəm, belə gəl, belə gəl, belə, belə. Özüm əllərimlə tutacam səni, gəl a bala, gör Allahı yadına sal, ma cavab ver tez elə” məzmunlu səs yazısı göndərmişdir. Saat 09.50-də isə X38 Məmmədova “Fərrux telefonu aç” məzmunlu səs yazısı göndərmişdir. 2) 28.06.2020-ci il tarixdə saat 09.06-da Təqsirləndirilən şəxs xalası Zəkiyyə Nəbiyevaya “Whatsapp” sosial şəbəkə proqramında “yoldayam, çatanda deyəcəm” mesaj göndərmiş, həmin günü saat 09.06-da X35 Məmmədova “hara catmısan, narahatam de” yazsa da, sonuncu cavab olaraq “Kurdemir” məzmunlu mesajı xalasına göndərmişdir. 3) 27.06.2020-ci il tarixdə saat 23.46da Fərid Məmmədov qardaşı Təqsirləndirilən şəxs “oğraş, şefersiz, alçax, soxum kendeki evede, o xaraba bizim deyil, evin yiyesi var dayı ve oğlu, sen haranın oğraşı, şerefsizisen sene görə yollarda qalmalıyıq, sene görə evdekilər qan qusmalıdı, evindekiler iyne dermana pul tapmır, anan ölür ay biqeyret, xestedi, gel anavı yoxlat, şikestin üstüne gedib kişi olmusan....” məzmunlu mesaj, saat 23.47-də Fərid Məmmədov qardaşına “men borcum pulunuda sene verdim, seni qan qus, sene göre menide küçelere salasan, soxum senin ağzıva” məzmunlu mesaj, saat 23.54-də isə Fərid Məmmədov yenə də qardaşına “şerefsiz qardaş” sözləri yazmışdır. Mobil telefonun “Galeri” bələdçi alt proqramına daxil olduqda orada kriminal ailəmə aid kəlamlar yazılmış fotoşəkillər müşahidə edilmişdir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2020-ci il tarixli “informasiya daşıyıcısı olan diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə 01.06.2020-ci il tarixdən 28.06.2020-ci il tarixədək gələn-çıxan zənglərin siyahısına və mobil nömrənin antena dairəsinə baxdıqda, Təqsirləndirilən şəxs 10-12 iyun 2020-ci il tarixlərdə, 14 və 27 iyun 2020-ci il tarixlərdə Qazax rayonu Aslanbəyli kəndində olduğu, 28 iyun 2020-ci il tarixdə isə saat 09.43-də Qazax rayonu Aslanbəyli kəndinə gəldiyi, həmin günü saat 10.11-də “102” zəng xidmətinə zəng edərək 60 saniyə danışdığı və danışan zaman sonuncunun mobil nömrəsinin antena dairəsinin Qazax rayonu Aslanbəyli kəndi ərazisində olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax rayon Psixiatriya xəstəxanası tərəfindən təqdim edilmiş 01.07.2020-ci il tarixli 720 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qazax psixiatriya xəstəxanasında psixolji qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 25 nömrəli şəhər poliklinikası tərəfindən təqdim edilmiş 03.07.2020-ci il tarixli 130 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs nevroloji kabinetdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 10 nömrəli şəhər poliklinikası tərəfindən təqdim edilmiş 09.07.2020-ci il tarixli 288 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 nömrəli şəhər poliklinikasının ruhi-əsəb dispanser kabinetində müşahidədə deyil. İş materiallarına əlavə edilmiş Qazax RPŞ-nin 28.06.2020-ci il tarixli raportundan görünür ki, 28.06.2020-ci il tarixdə saat 10:14-də DİN-nin “102” zəng xidmətindən daxil olmuş məlumatda Qazax rayonu Aslanbəyli kənd sakini X10 ***-***-**-** nömrədən zəng vuraraq oğlu Təqsirləndirilən şəxs əmisi Telman adlı şəxsi bıçaqlaması və həmin şəxsin ölməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 06.07.2020-ci il tarixli 4152 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X6 tərəfindən təqdim edilmiş 09.07.2020-ci il tarixli 1/896 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli KPX-na müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 13.07.2020-ci il tarixli 19/51-6444 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmamışdır və qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Qazax RPŞ-nin 10.07.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 28.06.2020-ci il tarixdə baş vermiş hadisəyə qədər X33 oğlu və Təqsirləndirilən şəxs üzərində bıçaq gəzdirməmiş; 28.06.2020-ci il tarixdə baş vermiş hadisəyə qədər X33 və Təqsirləndirilən şəxs arasında heç bir münaqişə və ya dava-dalaş baş verməmiş; 27.06.2020-ci il tarixdə axşam saatlarında X33 ilə Təqsirləndirilən şəxs arasında birincinin Qazax rayonu Aslanbəyli kəndində işlətdiyi dükanın qarşısında baş vermiş mübahisə vaxtı onların yanında həmin kənd sakinləri X36 və sonuncunun oğlu X34 olmuş; 27.06.2020-ci il tarixdə X33 ilə Təqsirləndirilən şəxs arasında birincinin Qazax rayonu Aslanbəyli kəndində işlətdiyi dükanın qarşısında baş vermiş mübahisədən sonra Təqsirləndirilən şəxs dayısı Elviz Nəbiyevə məxsus evin qarşısında sürətlə hərəkət edərək manevr edən nəqliyyat vasitəsi olmamış; Qazax rayonu Aslanbəyli kəndində yerləşən X25 məxsus evdə son bir il ərzində 28.06.2020-ci il tarixədək yaşayış olmamış; Qazax rayonu Aslanbəyli kəndində yerləşən X25 məxsus evə 28.06.2020-ci il tarixədək əxlaqsızlıq məqsədləri ilə hər hansı şəxsin girməsi müəyyən edilməmiş; Qazax rayonu Aslanbəyli kəndində yerləşən X25 məxsus evə 28.06.2020-ci il tarixədək X15 yüngül həyat tərzi sürən şəxslərlə girib-girməməsi müəyyən edilməmiş; Təqsirləndirilən şəxs sərnişini olduğu Bakı şəhər istiqamətində hərəkət edən “Sprinter” markalı nəqliyyat vasitəsinin sürücüsü Şəmkir rayon sakini Kamal Musayev olmuş; 28.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Qazax rayonu Mərkəzi bazardan bıçağı X3 bazara girəndə sağ tərəfdən 6-cı sıradakı dükandan almış; 28.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Qazax rayonu Mərkəzi bazarın qarşısında taksi fəaliyyəti ilə məşğul olan Qazax rayonu Kosalar kənd sakini X16 məxsus qırmızı rəngli “VAZ 21074” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib Qazax rayonu Aslanbəyli kəndinə getmiş; 28.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan nəqliyyat vasitəsində tək olaraq arxa oturacaqda əyləşmiş və onun yanında başqa sərnişin olmamış; 28.06.2020-ci il tarixdə Qazax rayonu Aslanbəyli kəndindəki X15 işlətdiyi dükanın qarşısında Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirərkən yanında həmkəndliləri Şahid2 olmuş və dava gedişində hadisə yerinə TŞahid1 qardaşı Şahid1 və X36 gəlmiş; 28.06.2020-ci il tarixdə baş vermiş hadisəyə qədər X33 işlətdiyi dükanda qumarxana oyunları təşkil etməmiş; Təqsirləndirilən şəxs Qazax rayon Aslanbəyli kəndindəki dayısı Elviz Nəbiyevə məxsus boş evə X15 girməsindən şübhələnmiş və buna görə də 28.06.2020-ci il tarixdə aralarında dava düşmüş və Fərrux Telmanı dükanın qarşısında bıçaqla öldürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə xidməti tərəfindən təqdim edilmiş 01.10.2020-ci il tarixli məktubdan görünür ki, X20 tərəfindən 14.06.2020-ci il və ondan sonrakı tarixlərdə oğlu Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı “102” Xidməti-Zəng mərkəzi sisteminə müraciət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi tərəfindən verilmiş 04.08.2020-ci il tarixli 14/4276 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01.06.2014-cü il tarixdən hal-hazıradək "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi Aviasiya təhlükəsizliyinə baxışın təşkili xidmətində aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssis vəzifəsində işləmişdir. İş materiallarına əlavə olunmuş 28 iyun 2020-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:25-də CM-in 120.1-ci maddəsilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Qazax rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin tutulduğu gündən, yəni 28 iyun 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 24 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti, 03 (üç) ay müddətə, 28 yanvar 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 2 saylı xüsusi təyinatlı Mənzil-Kommunal təsərrüfat birliyinin 78 saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş 07.07.2020-ci il tarixli 369 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, S.Bəhlulzadə küçəsi, 39 saylı evin 102,103 nömrəli mənzildə qeydiyyatdadır və həmin ünvanda anası X20, qardaşı X26 və xalası X17 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİdən verilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməməklə ifadə verməkdən imtina etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməməsilə bağlı hesab edir ki, həm işin faktiki halları, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, o cümlədən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı ilkin istintaq dövründə özünü təqsirli bilməklə verdiyi ifadələr, tədqiq edilmiş ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla təqsirli olduğu öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, ilkin istintaq dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü təqsirli bilməklə göstərmişdir ki, “...o, Şəmkir rayonunda yaşayan dayısı X14 faktiki sahiblik etdiyi, sonuncuya babasından miras qalmış Qazax rayonu Aslanbəyli kəndindəki baxımsız və boş qalmış fərdi yaşayış evində 23-24 may 2020-ci il tarixlərdə anası X20 və digər qohumları tərəfindən cinsi əlaqə zamanı istifadə olunan qoruyucular və içərisində sidik olan butulka aşkar etməsini eşidib həmin evdə hansısa şəxslərin əxlaqsızlıqla məşğul olmasını özünə sığışdırmayaraq, bunun kim tərəfindən edilməsini dəqiqləşdirmək məqsədi ilə 11 iyun və 14 iyun 2020-ci il tarixlərdə heç kimə heç nə demədən Qazax rayonu Aslanbəyli kəndinə getmiş, həmin kənddə yaşayan və dayısı Elvizə məxsus evə nəzarət edən anasının əmisi oğlu X15 dizelyanacağı məhsullarının satışı ilə məşğul olduğu dükan Elviz Nəbiyevin evinə yaxın olduğundan TŞahid1la həmin evə kimin girərək əxlaqsızlıqla məşğul olması barədə söhbət edərkən sonuncunun danışığından və hərəkətlərindən məhz Telmanın bu işdən məlumatlı olması və həmin evdə əxlaqsızlıqla məşğul olmasından şübhələnmiş, hər dəfə həmin mövüzda söhbət edərkən aralarında sözlə mübahisə düşmüş, Telman sanki evə girən şəxsi tanımış və sonuncunu qorumağa çalışmışdır. O da bundan hiddətlənərək Telmanın qeyri-səmimi olduğunu anlamışdır. Hər dəfə kəndə gedəndən anası bundan xəbər tutmuş, dayısı Elvizə demiş və sonuncu Qazax rayonu Aslanbəyli kəndində gələrək onu Şəmkir rayonuna aparmışdır. Oradan da o, Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərində olarkən özünə rahatlıq tapa bilməmiş və məhz Telmanın bu işdə əlinin olduğunu fikirləşmişdir. Ona görə də, 27 iyun tarixdə Telman onların evindən müxtəlif məqsədlərlə istifadə etdiyi üçün konkret olaraq sonuncunu öldürmək qərarına gələrək saat 12 radələrində anası və qardaşına heç nə demədən evdən çıxıb Qazax rayonuna getmişdir. Saat 21 radələrində Aslanbəyli kəndində çatdıqdan sonra o, Telmanın dükanına getmişdir. Orada Elman, İlham və Tural Əhmədovlar onun qabağını kəsərək Telmana yaxınlaşmağa imkan verməmişlər. Həmin vaxt üzərində hər hansı bir alət olmamış, Telman isə dükanın içərisində dayanmışdır. O, Telmanın dükanına girmək istəyəndə İlhamla Tural onu Abdullagilin həyətinə tərəf aparmışlar. Telman isə arxasınca nalayiq söyüşlər söymüşdür. Həmin vaxtı anası ilə qardaşı məsələdən xəbər tutaraq avtovağzala gedib Qazaxa gəlmək istəmişlər. Abdullagildə qonaq olduğu üçün o, qonşuluqda yaşayan Firuzun həyətinin qabağında oturmuşdur. Təxminən 2 saat ərzində Telman demək olar ki, bütün kəndi dükanının qabağına yığmış, lakin o, həmin yerə getməmişdir. Bununla belə, Telmanın camaatın içərisində onun ünvanına ağır formada söyüş söydüyünü məsafə yaxın olduğu üçün eşitmişdir. O, əli boş olduğu və camaatın içərisində öldürə bilməyəcəyini dərk etdiyi üçün Telmana yaxınlaşmamışdır. İki saat oturduqdan sonra dayısı Elviz oğlu Anarla gələrək onu Şəmkir rayonuna aparmışlar. Yolda olarkən Telman bir neçə dəfə dayısına, Anara və ona zəng etmişdir. Dayısı ilə Anar Telmanla danışsa da, o zəngə cavab verməmişdir. 28 iyun 2020-ci il tarixdə səhər saat 06 radələrində dayısı Şəmkir rayonunda dövlət qeydiyyat nişanını xatırlamadığı sprinterlə onu Bakı şəhərinə yola salmışdır. Həmin vaxtı yağış yağdığı üçün dayısı özünə məxsus qara rəngli pencəyini soyuq olmasın deyə ona vermişdir. Avtobusa minib 15 dəqiqə Bakı şəhər istiqamətində yol getdikdən sonra o, sprinteri saxlatdırıb yolda düşmüş və sürücüyə yol pulunu verib dayısı zəng etsə Bakıya getdiyini deməsini xahiş etmişdir. Sprinterdən düşdükdən sonra Qazax istiqamətində yolla keçən digər avtobusa minib Telmanı öldürmək üçün Qazax şəhərinə getmiş və mərkəzi bazarın yanında düşmüşüdür. Heç kim onu narahat etməsin deyə mobil telefonunu söndürmüşdür. Daha sonra isə bazara girərək sağ tərəfdən 6-cı, əvvəllər tanımadığı şəxsin mətbəx əşyaları satılan dükanına yaxınlaşaraq dəstəyi tünd qırmızı rəngli açılıbqatlanan bıçaq almış, pencəyinin sağ aşağı cibinə qoymuş və bazardan çıxaraq 50-100 metr qarşıya gedib dövlət qeydiyyat nişanını xatırlamadığı VAZ 21074 markalı qırmızı rəngli taksiyə minib Qazax rayonu Aslanbəyli kəndinə getmişdir. Kəndə girən kimi Telman onu görüb qaçmasın deyə o, taksidə arxada əyləşmişdir. Saat 09 radələrində kəndə çatdıqdan sonra Telmanın dükanının açıq olduğunu görüb avtomobili saxladaraq düşmüşdür. Həmin vaxtı Telmanın dükanının qabağında sonuncudan başqa əvvəllər tanımadığı bir nəfər də dayanmışdır. O, bıçağı pencəyin cibindən çıxaraq sağ əlində tutub Telmanın üstünə qaçmışdır. Daha sonra Telmanı dükana dirəyib üzbəüz dayanaraq bir neçə dəfə tez-tez ardıcıl olaraq dayanmadan Telmana ön tərəfdən bıçaqla zərbələr vurmuşdur. Həmin vaxtı Telmanın əynində qısaqol mavi köynək və qara rəngli şalvar olmuşdur. Telman isə gözləmədiyi üçün ona müqavimət göstərməmiş və sonuncunun əlində heç bir alət olmamışdır. Bu proses təxminən 20-30 saniyə çəkmişdir. Telmanın yanındaki tanımadığı şəxs onun qolundan tutaraq geriyə dartmaq istəyərkən o, sağ əlini həmin şəxsin əlindən çıxarıb yenə də Telmana bıçaqla 2-3 dəfə zərbələr vurmuşdur. Həmin vaxtı Telman qışqırmış və səs-küyə İlham, daha sonra isə Elman gəlmişlər. Elman və İlham onu tutaraq geriyə çəkib aralamışlar. Elman həmin vaxt qarşına keçmişdir. Tanımadığı şəxs, Elman və İlham bıçağı onun əlindən almağa çalışmışlar, o isə sonunculardan yayınmağa çalışmışdır. Təxminən 5-7 saniyə keçdikdən sonra Telmanın yerə yıxıldığını görüb hərəkətlərini dayandırmış, əlini boşlamış və həmin vaxt kimsə bıçağı əlindən alaraq kənara tullamışdır. Elmana TŞahid1 öldüyünü bildirib, polis əməkdaşlarını çağırmasını və təslim olacağını demişdir... ” Həmçinin iş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs hadisədən əvvəl zərərçəkmiş tərəfindən guya ona yetirilmiş xəsarət nəticəsində səhhətində ciddi problemlərin yarandığını, buna görə də müayinə və müalicəyə ehtiyacının olduğunu bildirmiş, yaxınları tərəfindən dəfələrlə məhkəməyə bu barədə yazılı müraciətlər göndərilmişdir. Belə ki, məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs hadisədən əvvəl öldürdüyü şəxs tərəfindən başına armaturla vurularaq xəsarət yetirildiyini, hadisəyə qədər müalicədə olmadığını, ibtidai istintaq dövründə 2 dəfə MRT müayinəsindən keçdiyini, hazırda da başında ağrıların olduğunu, özünü narahat hiss etdiyini bildirərək yenidən müayinədən keçməyinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin vəsatəti təmin edilərək onun yenidən seçdiyi tibb müəssisəsində müayinə olunması üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərilməsi təmin edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 15.03.2021-ci il tarixli 255 nömrəli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs anasının müraciəti əsasında o “X53” klinikasında baş beyinin MRT müayinəsindən keçirilmiş, fəqərələrdə sınıq və dislokasiya təyin edilməmiş, stasionar müalicə zərurəti olmadığı üçün Təqsirləndirilən şəxs ambulator məsləhətlər verilərək 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Bundan başqa məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti təmin olunmaqla təqsirləndirilən şəxs barəsində komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası təyin edilmiş, qeyd edilən ekspertizanın rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs « Nevrasteniya » kimi pozuntu aşkarlanır. Nevrasteniya məcburi müalicə tədbirlərinin görülməsini tələb etməyən bir patologiyadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda « Nevrasteniya » kimi pozuntu aşkarlansa da, həmin pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı hər hansı normadankənar hallar aşkar edilmədiyindən belə qənaətə gəlinir ki, o, hal-hazırda gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Hazırkı vəziyyətdə məhkəmə prosesinin gedişini dərk edir. Odur ki, məhkəmə prosesində iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda məhkəmə prosesində ifadə vermək iqtidarındadır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə ifadə verməkdən imtina etməsi və dəfələrlə özünü xəstə hesab etməklə müayinə və müalicələrə ehtiyacının olduğunu bildirməsi onun törətdiyi xüsusilə ağır cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtarmaq istəyilə bağlıdır. Bundan başqa iş materiallarında olan mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, cinayət hadisəsini törətdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan HUAWEİ markalı mobil telefonda quraşdırılmış ***-***-**-** mobil nömrədən “102” qaynar xətt mərkəzinə zəng etmiş, danışıq 59 saniyə çəkmişdir. Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs göstərmişdir ki, o, öz nömrəsindən “102” qaynar xəttə zəng etdiyi vaxt növbədə 32, daha sonra isə 18-ci olmuş və götürən olmamışdır. Mobil telefonuna qardaşı Fərid, anası Nigar tez-tez zəng etdiyi üçün yenidən “102” xidmətinə zəng edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPXB-nin komandir müavini X22 ifadəsində göstərmişdir ki, “...Təqsirləndirilən şəxs adlı şəxsin qohumu X23 Qazax rayonu Aslanbəyli kəndində bıçaqlayaraq öldürdüyünü öyrəndikdən sonra hadisə yerinə getdikləri vaxt Təqsirləndirilən şəxs Elviz Nəbiyevin evinin qarşısında beton kimi yerdə oturduğunu və yaxınlaşanda sonuncu özünün polisə məlumat verdiyini onlara demişdir. Bundan sonra Fərrux TŞahid1 dükanın qarşısında bıçaqlayaraq öldürdüyünü etiraf edib təslim olduğunu demişdir. Ona görə də, o digər polis əməkdaşları ilə Təqsirləndirilən şəxs oradan götürüb xidməti avtomobillə Qazax RPŞ-yə gətirmiş və məsul növbətçiyə təhvil vermişlər...” Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarının 21ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, CM-in 59.1.10-cu maddəsi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsini nəzərdə tutur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi CM-in 120.1-ci maddəsilə olan əməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan X15 yanacaq məhsullarının satışını həyata keçirdiyi dükanın qabağındakı mişar daşının qarşısından götürülmüş bükülmüş vəziyyətdə salfet və qırmızı rəngli alışqan, mişar daşının qarşısındaki torpaqdan pambığa hopdurulmaqla götürülmüş iki ədəd qan ləkələrindən nümunələr, dükanın qarşısındaki oturacağın ayaqlıq hissəsindən pambığa hopdurulmaqla götürülmüş bir ədəd qan ləkələrindən nümunə, X15 yaşadığı evin bağ sahəsindəki yaşıllıqdan götürülmüş bir ədəd üzərində qan ləkələri olan açılıb-qatlanan bıçaq, X25 məxsus evin qarşısındakı beton kimi yerdən damcı şəklində qan ləkələrindən pambığa hopdurulmaqla götürülmüş bir ədəd nümunə, həmçinin betonun kənarında torpağın üzərindən götürülmüş ağ rəngli maykanın cırılmış parçası; X18 idarə etdiyi avtomobilə baxış zamanı pambığa hopdurulmaqla götürülmüş qan ləkələrindən iki ədəd nümunələr və bir cüt tərlik məhv edilməli; X15 meyitinə baxış zamanı götürülmüş qısaqol köynək, qara rəngli cins şalvar və qara rəngli bel kəməri, bir cüt corab və tuman, hadisə yeri Qazax rayonu Aslanbəyli kəndindəki X15 yanacaq məhsullarının satışını həyata keçirdiyi dükandan götürülmüş 1 ədəd uzunqol tünd göy rəngli gödəkçə onun yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, bir ədəd qara rəngli MAR- LX1M modelli, HUAWEİ markalı mobil telefon yaxın qohumlarına qaytarılmalı, X25 məxsus evin qarşısındaki beton kimi yerdən götürülmüş üzərində qan ləkələri olan pencək yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş tünd göy rəngli şalvar və tünd göy rəngli qısaqol köynək yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli; Şahid1 götürülmüş bir ədəd qara rəngli qısaqol köynək sahibinə qaytarılmalı qəbul edilmədikdə məhv edilməli; elektron məlumat daşıyıcısının (flaşkart) Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 242 (iki yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 28 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan X15 yanacaq məhsullarının satışını həyata keçirdiyi dükanın qabağındakı mişar daşının qarşısından götürülmüş bükülmüş vəziyyətdə salfet və qırmızı rəngli alışqan, mişar daşının qarşısındaki torpaqdan pambığa hopdurulmaqla götürülmüş iki ədəd qan ləkələrindən nümunələr, dükanın qarşısındaki oturacağın ayaqlıq hissəsindən pambığa hopdurulmaqla götürülmüş bir ədəd qan ləkələrindən nümunə, X15 yaşadığı evin bağ sahəsindəki yaşıllıqdan götürülmüş bir ədəd üzərində qan ləkələri olan açılıb-qatlanan bıçaq, X25 məxsus evin qarşısındakı beton kimi yerdən damcı şəklində qan ləkələrindən pambığa hopdurulmaqla götürülmüş bir ədəd nümunə, həmçinin betonun kənarında torpağın üzərindən götürülmüş ağ rəngli maykanın cırılmış parçası; X18 idarə etdiyi avtomobilə baxış zamanı pambığa hopdurulmaqla götürülmüş qan ləkələrindən iki ədəd nümunələr və bir cüt tərlik məhv edilsin; X15 meyitinə baxış zamanı götürülmüş qısaqol köynək, qara rəngli cins şalvar və qara rəngli bel kəməri, bir cüt corab və tuman, hadisə yeri Qazax rayonu Aslanbəyli kəndindəki X15 yanacaq məhsullarının satışını həyata keçirdiyi dükandan götürülmüş 1 ədəd uzunqol tünd göy rəngli gödəkçə onun yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, bir ədəd qara rəngli MAR-LX1M modelli, HUAWEİ markalı mobil telefon yaxın qohumlarına qaytarılsın, X25 məxsus evin qarşısındakı beton kimi yerdən götürülmüş üzərində qan ləkələri olan pencək yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş tünd göy rəngli şalvar və tünd göy rəngli qısaqol köynək yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin; Şahid1 götürülmüş bir ədəd qara rəngli qısaqol köynək sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin; elektron məlumat daşıyıcısının (flaşkart) Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 242 (iki yüz qırx iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar