Məhkəmə qərarları › İş №1(100)-18/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-18/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-18/2023 13.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X7 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X11, nümayəndəsi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx.xx.1988-ci ildə Bərdə rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə 2015-ci ildən rəsmi nikahda olduğu arvadı X3 istifadəsində olan “Redmi” markalı mobil telefonda aparılan yazışmalara və fotoşəkillərə baxdıqdan sonra əvvəllər tanımadığı şəxslərlə Təranənin sevgi münasibətində olub ona xəyanət etməsindən şübhələnərək arvadını qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2021-ci il, saat 11:12 radələrində anası Şahid7 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə Təranə Mustafayevanın müvəqqəti istifadə etdiyi 051 ***-**-** saylı mobil nömrəyə zəng edib aralarındakı münasibətləri aydınlaşdırmaq üçün söhbət etmək bəhanəsi ilə sonuncunun qardaşı X20 ilə birlikdə Ağdam rayonu, Bəybabalar kənd sakini Şahid1 məxsus “VAZ 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev adına istirahət parkına gəlməsinə nail olmuş, saat 15:15 radələrində həmin parkın ərazisində arvadı ilə guya gələcək münasibətləri barədə təklikdə söhbət edəcəyini Xəyal Dadaşova deyib sonuncudan 20-25 metr aralanaraq Təranə Mustafayevanın ona xəyanət etməsi və Bərdə rayonu, Muğanlı kəndində yerləşən yaşadıqları evdə başqa kişi ilə cinsi münasibətdə olması barədə təxminən 3-4 dəqiqə araşdırma yönümlü söhbət apararaq Təranə Mustafayevanın əvvəllər tanımadığı Tərtər rayon sakini, yəni Şahid2 ilə qeyri-rəsmi münasibətdə olmasını özündə qətiləşdirdikdən sonra arvadının ona xəyanət etməsinə əmin olub hiddətlənərək, qəsdən öldürmək niyyətini qətiləşdirib yaşadığı evdən götürüb şalvarının qarın hissəsində gizlətdiyi məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Təranə Mustafayevaya qarşı xüsusi rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq bədən səthinin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbələri vurub, eləcə də zərərçəkmişin çağırışına gəlmiş qardaşı Xəyal Dadaşovun gözləri qarşısında sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək Təranə Mustafayevanın üzünə və kürək nahiyyəsinə axırıncı zərbələri yetirib yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa bərabərində ağ ciyərin, ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və kəskin qanitirmə nəticəsində onun ölümünə səbəb olan cəmi 2 ədəd, sağ kürək nahiyəsinin tış səthində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş xəsarət olmaqla, ümumilikdə 3 ədəd həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan, sağlamlığa Ağır zərər vuran xəsarətlər, döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 1 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, alın nahiyəsində 3 ədəd, təpə sümüyünün kəsilməsi ilə təpə nahiyəsində 2 ədəd, burun nahiyəsində 1 ədəd, üst dodaq nahiyəsində 2 ədəd, alt dodaq nahiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd, çənəaltı nahiyədə 1 ədəd, sağ üst göz qapağı nahiyəsində qismən alın nahiyəsini əhatə etməklə 1 ədəd, sağ mil-bilək oynağı nahiyəsində 1 ədəd, sağ said nahiyəsində 4 ədəd, sağ əl nahiyəsində 1 ədəd, sol said nahiyəsində 1 ədəd, sol əl nahiyəsində 1 ədəd, sağ baldır-ayaq oynağı nahiyəsində 3 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş, canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran ümumilikdə 26 ədəd olmaqla, cəmi 29 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, qısqanclıq zəminində X5 xüsusi amansızlıqla qəsdən öldürmüş - yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 120.2.4-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməyərək, özünü CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, X8 ilə 6 il əvvəl evlənmiş, evlilikdən bir qız, bir oğlan olmaqla 2 övladı olmuşdur. Təranəni Bakı şəhərində usta fəaliyyəti ilə məşğul olarkən Balaxanı qəsəbəsinə əmisi evinə qonaq gələrkən görmüş, bəyənmiş və bir-birini sevmişlər. Təranə başqasına nişanlı olmasına baxmayaraq, onunla evlənməyə qərar vermiş və birlikdə qaçmışlar. Təranəni qaçırdıqdan sonra son 5 ili Bərdə rayonu Muğanlı kəndində atası evində birlikdə yaşamışlar. Muğanlı kəndində həyətyanı torpaq sahəsində iki evləri olmuş, qardaşı Şahid4 ailəsi və anası ilə birlikdə bir evdə, O isə eyni həyətdə, lakin özünə məxsus digər evdə ailəsi ilə yaşamışdır. Təranə ilə son dövrlərə qədər arasında heç bir problem olmamışdır. Hadisədən 10 ay əvvəl işləmək üçün ailəsi ilə birlikdə Balaxanıya, sonra isə Sumqayıt şəhərinə getmiş, bir müddət orada yaşadıqdan sonra yenidən Bərdə rayonu, Muğanlı kəndinə qayıtmışlar. Daha sonra o tək işləmək üçün Naxçıvan MR vasitəsilə Türkiyə Respublikasına getməyə qərarına gəlmiş lakin həmin ölkədə əvvəl tətbiq edilən cəriməni ödəmədiyi üçün sərhədi keçməyinə icazə verilməmişdir. Türkiyə Respublikasının konsulluğuna müraciət etmək üçün Naxçıvan MR-dən Bakı şəhərinə getmiş, 29 avqust 2021-ci il tarixdə Bakı şəhərində olarkən arvadı Təranə ona “Whatsap”-da yazaraq tanımadığı bir kişinin evə daxil olub onu döydüyünü, çıxıb getdikdən sonra eyni həyətdə yaşayan anası və qardaşına məlumat verdiyini bildirmişdir. Qısa müddət sonra isə Səhər adlı qayınanası zəng edib yaşadığı evə bir nəfər kişinin girib arvadı Təranəni döydüyünü demişdir. Növbəti gün səhər Muğanlıya gəlmişdir. Təranənin bədənində və üz nahiyəsində şişkinlik və göyərtilər olmuş, Təranənin onu aldatdığını hiss etsə də Təranəyə onu aldatmamasını, hər şeyi baş verdiyi şəkildə düzgün danışmağı demişdir. Bundan sonra Təranə atası evinə getməyi qərara almış, Təranənin istifadə etdiyi “050 960-46-36” saylı mobil nömrə olan “Redmi” markalı mobil telefonu əlindən almışdır. Təranənin döyülməsi barədə Bərdə rayon polis şöbəsinə şikayət etmişlər. Təranə 06 sentyabr 2021-ci tarixə kimi atası evində qalmış, həmin müddətdə arvadının kimlərlə münasibətdə olması, evinə kimin gəlib-getdiyini araşdırmağa başlamışdır. Aslan adlı Tərtər sakininin 050 ***-**-** mobil nömrə ilə arvadı Təranə ilə danışdığını öyrənmiş, həmçinin Təranənin “İnstagram” sosial şəbəkəsində digər şəxslərlə də danışdığını aşkar etmişdir. 06 sentyabr 2021-ci il tarixdə arvadı X6 anası Yasəmənin “050 667-31-62” nömrəli mobil telefonu ilə zəng edib Bərdə RPŞ-yə vermiş olduğu şikayət ərizəsilə maraqlanmaq adı ilə Təranəni öldürmək məqsədilə şöbəyə getməyi desə də Təranə görüşməkdən imtina etmiş, bundan sonra Təranənin qardaşı Xəyala zəng edib Təranə barədə görüşüb söhbət etmək istədiyini bildirmişdir. Xəyalla Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Kolanı adlanan kafenin yaxınlığında görüşmüş, Xəyala bacısının əməlləri, Təranənin düzgün yolda olmadığını danışmış, Xəyal isə Təranənin qələt etdiyini, bir daha bacısının bu cür səhv etməyəcəyinə söz vermişdir. Xəyal görüşə Təranəni də özü ilə gətirmiş, onlar qohumlarının avtomobili ilə gəlmişlər. Xəyal Aslan adlı şəxsi birgə döyməyi təklif etsə də ona Bakıya gedəcəyini, Aslan adlı adamı tapmağa səbri çatmadığını, sadəcə Təranə ilə son dəfə danışıb özünün bu söz-söhbət barədə nə düşündüyünü bilmək istədiyini demişdir. Xəyal razılaşsa da, Təranə əvvəlcə ona yaxınlaşmağa qorxmuş, Xəyal isə Təranəyə “qorxma, sənə heç kim heç nə edə bilməz. Gəl söhbət et” demişdir. Təranə ilə Bərdə şəhəri, H.Əliyev parkının sol tərəfində, ensiz küçədə görüşmüş, Xəyal ona təklikdə gəzə-gəzə söhbət etmək üçün şərait yaratmış, təxminən 10-15 metr geridə arxaları ilə gəlmişdir. Parkın sol tərəfindəki birinci qapıdan daxil olduqdan sonra dekorativ şam ağacının yanına çatdıqda Təranəni öldürmək məqsədilə yaşadığı evin mətbəxindən götürüb şalvarın içərisində, qarın nahiyyəsində gizlətdiyi bıçağı çıxarıb sağ əli ilə Təranəyə zərbələr endirməyə başlamış, ölənə kimi sayını dəqiq bilmədiyi zərbələr endirmişdir. Təranənin qardaşı Xəyalın qaçaraq ona tərəf gəldiyini gördükdə isə əlindəki bıçağı otluğa atıb hadisə yerindən qaçmış, asfalt yolu digər tərəfə keçib DİN-nin “102” Çağrı Mərkəzinə zəng edib adam öldürdüyü barədə məlumat vermişdir. Bir qədər sonra Bərdə RPŞ-nin polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışalar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, Təranə Mustafayevanı öldürərkən ətrafda Xəyal Dadaşovdan başqa heç kim olmamış, Təranəni bıçaqla vurarkən onlardan təxminən 20-25 metr aralıda olmuş Xəyal olanları görməmişdir. Təranəni vurduqdan sonra bıçaqla gəldiyi yolla geri qaçarkən sürüşüb bordürə dəyərək müvazinətini itirmiş, nəticədə Xəyal Dadaşov arxadan gəlib ona çatmış, yerə yıxıldığı üçün Xəyal da ona dəyib toqquşaraq yerə yıxılmış, ayağa qalxdıqdan sonra Xəyalla üzbəüz durub, əlindəki bıçağı otluğa atıb Xəyala “get, bacını apar” deyib, yenidən asfalt yola tərəf qaçmışdır. Təranəni ona digər şəxslərlə xəyanət etdiyi üçün öldürmüş, ona cəmi 6 ədəd bıçaq zərbəsi vurmuş, meyit üzərində aşkar edilən digər bıçaq xəsarətlərini isə mərhuma o yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 göstərdi ki, Təranə Mustafayeva onun kiçik bacısı olmuş, təxminən 7 il əvvəl Bakı şəhərində, Balaxanı qəsəbəsində yaşayan əmisi oğlunun toy mərasimində iştirak edərkən qonşuluqdakı evdə usta işləyən Tural bacısını görüb bəyənmiş, Təranə kənddə qonşularına nişanlı olsa da Turala razılıq verib onunla birlikdə evdən qaçmışdır. Əvvəl Təranənin bu hərəkətinə etiraz etsələr də sonradan Təranə ilə barışmışlar. Tural Bakı və Sumqayıtda ev təmiri ilə məşğul olmuş, bəzi vaxtlarda Təranəni də özü ilə aparmışdır. Maddi vəziyyətləri aşağı olduğu üçün özü də arabir bacısına maddi köməklik etmişdir. Tural ilə Təranə evli olduqları müddətdə bir dəfə 2018-ci ildə Təranə Tural tərəfindən döyülmüş və küsərək ata evinə gəlmişdir. Təranə öldürüldükdən sonra Balaxanıda yaşadıqları yerdə olan qonşulardan bəziləri ona zəng edib son vaxtlar Təranəni Turalın tez-tez döydüyünü demişlər. 30 avqust 2021-ci ildə, təxminən saat 01-02 radələrində yaşadığı evdə olarkən bacısı Təranə zəng edib döyüldüyünü bildirmiş və gəlib onu həkimə aparmağını istəmişdir. Təranəyə qayınanası ilə qaynı Elşənin harada olmasını, o döyülərkən niyə müdaxilə etməmələrini soruşanda Təranə cavabında qayınanası Yasəmənin yanında olmasını, qaynı Elşənin isə həyətə və küçəyə baxdığını, məsələni aydınlaşdırmağa çalışdığını demişdir. Həmin vaxt Təranənin əri Tural işləmək məqsədilə Bakı şəhərində olmuş, Təranə qayınanasının Turala baş verənlər barədə məlumat vermək istəmədiyini, məsələni özlərinin qaydasına qoyacaqlarını demişdir. Turalla küsülü olduğu üçün ona zəng etsə də anası Turalla danışmış, olanları xəbər vermişdir. Bundan sonra atası, anası və bacanağı ilə birlikdə sonuncunun avtomobili ilə Bərdə rayonu, Muğanlı kəndinə, bacısı evinə yola düşmüş, təxminən gecə saat 03 radələrində ora çatmışlar. Qapıya çatanda Turalın qardaşı Elşənin qohumu ilə birlikdə evin giriş qapısının qarşısında dayandığını görüb bacanağından avtomobili saxlamasını xahiş etmişdir. Ata-anası ilə evə daxil olmuş, Təranə həmin vaxt otaqdakı divanda uzanmış vəziyyətdə alın nahiyəsində şişkinlik, gözlərinin altında qaraltı, sağ qolunda göyərmələr, həmçinin başının arxa nahiyəsində şişkinlik olmuşdur. Təranəyə yaxınlaşıb nə baş verdiyini, kimin onu bu hala sadığını soruşanda, Təranə evdə uşaqlarla birlikdə yatarkən qəfildən otağın qapısının açıldığını, tanımadığı şəxsin içəri daxil olub onu vurmağa başladığını, mobil telefonunu verməsini tələb etdiyini, vermədikdə isə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdiyini, səsə azyaşlı oğlunun oyanıb qorxub ağlamağa başladığını, evə girən şəxsin isə mobil telefonu əlindən zorla aldığını, evin qapısından çıxaraq qaçıb getdiyini demişdir. Həmin vaxt Tural qardaşı Elşada zəng edib Bakıdan Bərdəyə gəlmək istədiyini, lakin yol pulu olmadığını deyəndə telefonda Turala gəlib ailəsinin problemləri ilə şəxsən məşğul olmasını, yol xərcini ödəyəcəyini demişdir. Həmin gecə əkin sahəsini suvarmalı olduğu üçün ata və anasını orada qoyaraq özü bacanağı ilə kəndə geri qayıtmışdır. Növbəti gün məsələnin nə yerdə olduğunu öyrənmək üçün atasına zəng etmiş, atası yolda olduqlarını, bir qədər sonra kəndə çatacaqlarını bildirmiş, sonradan Təranəni də özləri ilə evə gətirmişlər. Sonradan öyrənmişdir ki, Təranənin ata evinə getməsini Tural tələb etmiş, onu saxlamayacağını bildirmişdir. Təranə ata evinə gəldikdən sonra növbəti gün digər bacısının əri və atası ilə Bərdə RPŞ-yə gedib şikayət etmiş, bacısı ekspertizadan keçirilmişdir. 06 sentyabr 2021-ci ildə Tural zəng edib telefonda Təranə ilə danışmağa başlamış, evə girəni tapdığını və bunun üçün görüşərək birlikdə Bərdə RPŞ-yə getməli olduqlarını demişdir. Təranə görüşmək istəmədiyini dediyi üçün mobil telefonu Təranədən alıb Turalla danışmağa başlamışdır. Tural evə girəni tapdığını, Təranəni Bərdə RPŞ-yə gətirməyi, həmin adamla Təranəni üzləşdirmək istədiyini, evdən çıxdıqdan sonra zəng etməyi, söhbət etmək istədiyini demişdir. Turala onların kəndləri istiqamətinə dönməyəcəyini, şəhərdə bir yerdə görüşüb oradan da polis şöbəsinə gedəcəyini demişdir. Təranəni götürüb bacanağının atası ilə Bərdə şəhəri, “sarayın dairəsi” adlandırılan yerin yaxınlığına gəlmiş, bir qədər sonra Tural da qardaşı Elşənlə oraya gəlmişdir. Tural adamı tapdığını və öldürmək lazım olduğunu demiş, O isə cavabında Bərdəyə adam öldürməyə yox, polis şöbəsinə getmək üçün gəldiyini demişdir. Bundan sonra Elşənin mobil telefonuna zəng gəlmiş və O, çıxıb getmişdir. Tural onların Bərdəyə gəldikləri avtomobilin ön, özü isə arxa oturacağında bacısı Təranənin yanında oturmuşdur. Avtomobilin hərəkətə başlayandan 1 dəqiqə keçməmiş Tural son dəfə Təranə ilə söhbət etmək istədiyini deyib, sürücüdən avtomobili yolun sağında saxlamağını xahiş etmiş, yanlarında olduğu üçün Təranə qorxmayaraq Turalla razılaşmışdır. Bərdə şəhəri, H.Əliyev adına istirahət parkının sol tərəfində olan ensiz küçədə avtomobildən düşmüşlər. Təranənin yanından ayrılmaq istəməsə də Tural Təranə ilə təklikdə söhbət etmək istədiyini bildirmiş, ondan bir qədər aralıda dayanmağımı xahiş etmişdir. Təranə və Tural birlikdə parkın sol tərəfində olan birinci girişdən - arkadan parkın içərisinə daxil olub sağa dönmüşlər. Özü isə düz gedib növbəti döngədən sağa, hərəkət etdikləri yola paralel olan yola dönmüş, Təranə ilə Tural rahat şəkildə söhbət etmələrinə şərait yaratmaq üçün bir qədər geri qalmışdır. Onlar ilk döngədən sola dönüb, yolun qurtaracağındakı dekorativ ağacın arxasına keçmiş, qısa müddət sonra bacısı Təranənin qışqırıq səsini eşitmiş, onlar tərəfə qaçmış, Təranəni yerdə olduğunu Turalın isə sağ əlində tutduğu bıçaqla Təranəyə zərbələr vurduğunu görmüşdür. Onlara tərəf qaçmış Tural başını qaldırıb artıq çatdığını gördükdə bıçaq zərbələrini daha da artırmış, Təranənin üzünə bir neçə bıçaq zərbəsi endirmiş, son dəfə isə Təranənin kürək nahiyəsinə bıçağı sancıb gəldiyi yolla geriyə qaçmışdır. Təxminən 25- 30 metr Turalın arxası ilə qaçıb ayağı ilə arxadan ayağına vurub Turalı yerə yıxmışdır. Sol əli ilə Turalın əlindəki bıçağın tiyəsindən tutub əlindən almağa çalışmış, həmin vaxt bıçaq əlini kəsmiş, Tural bıçağı otluğa atıb həmin yerdən qaçaraq uzaqlaşmışdır. Bacısının yanına qayıdanda Təranənin artıq can verdiyini görmüş, həmin yerə polis əməkdaşları gəlmiş, Təranəni polislərin avtomobili ilə Bərdə RMX-yə aparmışlar. Xəstəxanaya çatdıqda isə həkimlər Təranənin artıq öldüyünü bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, kiçik oğlu Elşənlə birgə yaşayır, oğlu Tural da ailəsi ilə birlikdə eyni həyətdə qonşuluqda yaşamışdır. Evlərinin arasında dəmir məftildən hasar var. Yataq otağının pəncərəsi Turalın evlərinin pəncərəsi ilə üzbəüzdür. 2014-cü ildə Tural Təranə ilə evlənmiş, iki övladları dünyaya gəlmişdir. Tural ev təmiri ilə məşğul olmuş, Sumqayıt və Bakıda işləmişdir. Ən son Türkiyədə işləmək üçün Naxçıvana getmiş, ancaq sənədlərində problem olduğu üçün dövlət sərhəddini keçə bilməmişdir. Gəlini Təranəni isə son vaxtlar əlində tez-tez telefonla görmüş, sonuncu özünü soyuq aparmışdır. 29 avqust 2021-ci ildə Tural Bakı şəhərində olmuş, 30 avqust 2021-ci il gecə təxminən saat 1-2 radələrində yatarkən Təranənin qışqırıq səslərini eşidib evlərinə tərəf qaçmışdır. Təranəni yaşadığı evin qabağındakı pilləkəndə uzanmış vəziyyətdə görmüş, Təranə qışqıraraq onun uşaqlarının yanına getməyini istəmişdir. Uşaqlar olduğu otağın qapısı bağlı olmuş, qapının dəstəyi qırıq olduğu üçün aça bilməmişdir. Təranə uşaqları pəncərədən çıxartmağı demiş, səs-küylə pəncərə tərəfə getdikdə Elşənin arvadı onun səsini eşitmişdir. Uşaqları pəncərədən çıxaranda həyətinin giriş qapısının açıldığını və avtomobil səsi eşitmişdir. Təranəni evə apardıqda isə onun döyüldüyünü görmüş, alın nahiyəsi qızarmış, qolunda göyərmələr olmuşdur. Təranə evə adam girdiyini, ana-atasına zəng etməyi, valideynlərinin gəlib onu xəstəxanaya aparmasını istəmişdir. Ondan evə girən adamı tanıyıb-tanımadığını soruşduqda həmin adamı tanımadığını demişdir. Təranəyə Turala da zəng edib məsələni deməsini bildirəndə Təranə telefonunun oğurlandığını demiş, yaşadıqları evə qayıtmağı xahiş etmişdir. Niyə evə qayıtmaq istədiyini soruşanda evdə 1-2 dəqiqəlik işi olduğunu demişdir. Təranə evə daxil olub arxa otağa keçmiş, orada paltarını dəyişəndən sonra evə qayıtmışlar. 20 dəqiqə sonra oğlu Elşən evə gəlmiş, küçədə şübhəli bir nəfəri tapdığını, taksi olduğunu, kəndə tanımadığı müştəri gətirdiyini öyrəndiyini demişdir. Elşən Təranənin telefonuna zəng etdikdə, telefona zəng çatmış, telefonun oğurlandığını bildirdiyinə görə Elşən zəng edərək Turalın evinin həyətini, içərisini axtarmağa başlamışdır. Nəhayət Təranənin evinə oğurluğa girən adam tərəfindən götürüldüyünü dediyi telefonu evə girmək üçün istifadə etdiyi otağın pəncərəsinin altındakı kətilin üzərində tapmışlar. Telefon tapıldıqdan sonra Təranənin atası, anası, qardaşı və qardaşının bacanağı gəlmiş, gecə Xəyal, bacanağı və oğlu Elşən Bərdə RPŞ-yə müraciət edib, Elşənin küçədə gördüyü avtomobilin dövlət qeydiyyat nişanını vermişlər. Növbəti gün Təranə oğlanları Elşən və Turalın, ata-anası və bacısının yanında evə girənin oğru yox, münasibət saxladığı adam olduğunu demiş, anası Təranəni döymüş, atası isə ayağa qalxıb Təranənin qarşısında durub. “başımı niyə aşağı saldın?” soruşmuşdur. Təranə başqası ilə münasibətdə olduğunu desə də, həmin adamın kimliyi barədə məlumat verməmiş, valideynləri Təranəni öz evlərinə aparmışlar. 06 sentyabr 2021-cı ildə isə oğlu Turalın Bərdə şəhərində, H.Əliyev adına istirahət parkında Təranəni bıçaqla öldürdüyünü bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 anası Şahid7 ilə eyniməzmunlu ifadə verib əlavə olaraq göstərmişdir ki, özünə məxsus “VAZ 2107” markalı avtomobillə asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. 30 avqust 2021-ci il tarixdə təxminən saat 01 radələrində evə gəlmişdir. Yatmaq üçün hazırlaşanda anası və gəlinləri Təranənin qışqırıq səslərini eşitmiş, dərhal Təranənin yaşadığı evə tərəf qaçmışdır. Anası həmin vaxt otağın qapısı bağlı olduğu üçün uşaqları pəncərədən çıxarmağa çalışmış, Təranə isə evin qabağındakı pilləkəndə uzanmış vəziyyətdə olmuşdur. Təranə evə oğru girdiyini demiş, arvadı ilə Təranəni evə aparmış, adamı tuta bilmək ehtimalı ilə həyət qapısını açıb avtomobillə küçəyə çıxmışdır. Turalın evindən təxminən 300-350 metr aralıda ağ rəngli “VAZ 2106” markalı avtomobilin dayandığını və içərisində bir nəfər sürücünün oturduğunu görmüş, ondan gecə vaxtı orada niyə dayandığını soruşduqda sürücü tanımadığı bir müştərini gətirib düşürdüyünü, avtomobilinin isə xarab olduğunu bildirmişdir. Yenidən küçələri avtomobili ilə axtarmağa başlamış, həmin yad avtomobilin ikinci dəfə Körpüsındıran kəndinə daxil olduğunu, bir qədər keçdikdən sonra yenidən Muğanlı kəndinə qayıtdığını görmüşdür. Avtomobil sürücüsünü saxladıqda sürücü ona yolu azdığını demiş, bundan sonra evə qayıtmışdır. Təranə isə tanımadığı adamın qəfildən evə daxil olduğunu, boğazından tutub mobil telefonunu istədiyini, “get, istəyirsən qaynın Elşəni də çağır” kimi sözlər dediyini bildirmişdir. Təranə qardaşına zəng edib hadisəni demiş, şəklini çəkib əri Turala göndərmiş, Tural da gələcəyini bildirmişdir. Tural səhər tezdən evə çatmış, Təranənin polisə gedib izahat verməyinə etiraz etməsə də bu məsələdə oğurluq yox, xəyanət olsa, özlərini boş-boşuna biabır etməməsi barədə Təranəyə xəbərdarlıq etmişdir. Təranə polisə izahat verməkdən imtina etmiş, valideynlərinin yanında evə daxil olanın oğru yox, gizli görüşdüyü oğlan olduğunu demişdir. Təranə əvvəlcə evə girən oğru tərəfindən telefonun oğurlandığını desə də, sonradan telefonu evdən tapılmışdır. Təranə getdikdə mobil telefonu Turalda qalmışdır. Tural bir neçə gün telefonu araşdırdıqdan sonra Təranənin başqa-başqa adamlarla sosial şəbəkədə danışdığını aşkar etmişdir. 06 sentyabr 2021-ci ildə səhər Bərdə şəhərində yerləşən “KredAqro”-ya kredit üçün müraciət etmiş, ofisdə olarkən Tural ona zəng edib evə nə vaxt gələcəyini soruşmuş, polisə getməli olduğunu, Təranənin də gələcəyini demişdir. Evə qayıtdıqda Tural Təranənin qardaşı Xəyalla danışdığını və Bərdədə görüşəcəklərini demişdir. Turalı dediyi yerə aparmış, Xəyalla Təranə də Xəyalın bacanağının atası ilə gəlmişlər. Yanlarında təxminən 5 dəqiqə dayanmış, həmin vaxt kredit təşkilatından zəng gəldiyi üçün ora getmişdir. Təxminən 40 dəqiqə sonra isə Xəyal zəng edib telefonda ona təhqiramiz sözlər işlətmiş, nə baş verdiyini anlaya bilməmişdir. Xəyal isə təkrar söyüş söyərək Turalın Təranəni öldürdüyünü demişdir. Zəng edib polisə məlumat verdikdə isə artıq Turalın təslim olduğunu bildirmişlər. Turalın Təranəni öldürmək məqsədi barədə əvvəlcədən məlumatı olmamış, Tural bu barədə ona hər hansı məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təranə Mustafayeva kiçik qızı olmuş, Bərdə rayonu, Muğanlı kənd sakini Təqsirləndirilən şəxs ilə evlənmişdir. xx.xx.2021-ci il tarixdə, təxminən gecə saat 02-03 radələrində evdə olarkən qızı Təranə zəng edib yaşadığı evdə tanımadığı şəxs tərəfindən döyüldüyünü demiş, bundan sonra oğlu və arvadı oğlunun bacanağı ilə Bərdə rayonu, Muğanlı kəndində, getmişlər. Həmin vaxt kürəkəni Təqsirləndirilən şəxs işi ilə bağlı Bakı şəhərində olmuşdur. Qızının yaşadığı ev qayınanasının evi ilə bir həyətdə olmuş, qaynanası ilə qaynı Elşən Təranəni öz evlərinə aparmışlar. Evə daxil olduqda Təranəni üz, baş nahiyəsi qızarmış və şişkin vəziyyətdə divanda uzanmış görmüşlər. Niyə belə vəziyyətə olduğunu soruşduqda Təranə tanımadığı adam tərəfindən döyüldüyünü, əgər həmin adamı görsə, tanıyacağını demişdir. Bir qədər sonra Xəyal bacanağı ilə kənddəki evə qayıtmış, özü isə arvadı Səhərlə həmin gecə qızının evində qalmış, söhbət zamanı Təranənin qaynanası Yasəmən polisə müraciət etməməyi, səhər qızını döyən adamı tapacağını demişdir. Gecə Xəyal evə qayıtmamışdan əvvəl Turalın qardaşı Elşənlə birlikdə Bərdə RPŞ-yə şikayətə getmişlər. Səhər tezdən Tural Bakıdan gəlmiş, Səhər, Elşən, Təranə evdə oturub gecə baş vermiş hadisəni aydınlaşdırmağa çalışmış, Tural evinə tanımadığı şəxsin girdiyi təqdirdə Təranəni artıq görmək istəmədiyini, atası evinə aparılmasını istəmişdir.Arvadı ilə birlikdə Təranəni öz evlərinə aparmışlar. xx.xx.2021-ci ildə evdə olan zaman Təqsirləndirilən şəxs Təranəyə zəng edib evə girib onu döyən adamın tapıldığını, şöbədə üzləşdirmə üçün aparılmalı olduğunu bildirmiş, buna görə qızı Təranə oğlu Xəyalla birlikdə Bərdə şəhərinə getmişlər. Bir neçə saat sonra Xəyal ona zəng edib Təranəni Turalın bıçaqladığını demiş, sonradan isə qızının öldüyün bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X9 oğlu Yasinin bacanağının bacısıdır. Təranənin əri Təqsirləndirilən şəxs ilk dəfə hadisədən 4-5 gün əvvəl Təranəni yeznəsi Novruz ilə birlikdə Bərdə rayon polis şöbəsinə apararkən görmüşdür. Təxminən bir həftə sonra Xəyal zəng edib bacısı Təranəni Ağdam rayonu, Bəybabalar kəndindəki evlərindən Ağdamın dördyol adlandırılan yerdən isə yeznələri Novruzu götürüb Bərdə RPŞ-nə aparmağı xahiş etmişdir. Təranə şöbənin inzibati binasına Novruzla birlikdə girmiş, həmin vaxt Təqsirləndirilən şəxs də qardaşı və anası ilə birlikdə orada olmuşdur. Həmin gün təxminən saat 18-ə qədər onları gözləmiş, Təranə və Novruz şöbədən çıxdıqdan sonra onları evə aparmışdır. 06 sentyabr 2021-ci il təxminən saat 11 radələrində Xəyal zəng edərək bacısı Təranəni onunla birlikdə Bərdə şəhərinə aparmağı xahiş etmişdir. Xəyala Ağdam rayonu, Xındırıstan kəndində olduğunu, kəndə qayıtdıqdan sonra onları apara biləcəyini demişdir. Təxminən saat 13 radələrində, nahar edərkən Xəyal onları aparmaq üçün yenidən zəng etmiş, Bərdə RPŞ-yə gedəcəklərini demişdir. İstifadəsində olan “VAZ 2106” markalı, “**-BC-***” dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə Xəyalı bacısı Təranə ilə Bərdəyə aparmışdır. Yolda Tural iki dəfə Xəyalın mobil telefonuna zəng edib gəlib-gəlmədiklərini dəqiqləşdirmiş, Bərdə şəhərində “Çinqoy”un dairəsi adlanan yerdən keçdikdən sonra “Saray”ın dairəsi adlandırılan yerə çatmamış, asfalt örtüklü yolun sağ kənarında Xəyal avtomobili saxlamağı xahiş etmişdir. Xəyal avtomobildən düşmüş, bir qədər sonra “VAZ 2107” markalı, ağ rəngli avtomobil 50 metr aralıda arxa tərəfində dayanmışdır. Həmin avtomobildən Tural və qardaşı Elşən düşmüş, Xəyal onlara tərəf getmişdir. Uzaq olduğu üçün nə barədə danışdıqlarını eşidə bilməmişdir. Söhbətləri yekunlaşmamış Elşən avtomobilinə minib geri qayıtmışdır. Bir qədər sonra Xəyalla Tural ona tərəf gəlmiş, Xəyal Təranənin yanında, Tural isə ön sərnişin yerində əyləşmişdir. Xəyaldan hara getməyi soruşduqda qarşıdakı H.Əliyev adına istirahət parkının yaxınlığına sürməyi xahiş etmişdir. “Saray”ın dairəsi adlanan yerdən sağa dönüb Bərdə RPŞ-nin DYPB-nin inzibati binası tərəfdə, kölgədə avtomobili saxlamış, Təranə, Tural və Xəyal avtomobildən düşmüş, Xəyal onları gözləməyi, 5 dəqiqəyə qayıdacaqlarını bildirmişdir. Hər üçü parka daxil olduqdan sonra onları görə bilməmişdir. Təxminən 5-10 dəqiqə sonra Xəyalın qışqıraraq “qoymayın, bacımı öldürdü!” sözlərini eşidib avtomobildən düşmüş, polis əməkdaşları da Xəyalın səsini eşidən kimi parkın içərisinə doğru qaçmışlar. Parka daxil olduqda polislərin hadisə yerini mühafizə etdiklərini, fotoçəkiliş apardıqlarını, Xəyalın isə yerdə uzanıqlı vəziyyətdə olan bacısı Təranəni qucaqladığını görmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt orada olmamış, sonradan Turalın Təranəni bıçaqlayaraq öldürdüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Səmiyəddin oğlu göstərdi ki, X8 baldızıdır. Bərdə rayonu, Muğanlı kəndində ailəsi ilə birlikdə yaşamışdır. 30 avqust 2021-ci ildə, səhər tezdən Təranənin evinə yad adamların qanunsuz girib onu döyməsini eşitmiş, arvadı ilə birlikdə ora getmişdir. Turalın evi ata evinə qonşu olmuş, Təranə qaynanasının evində olmuşdur. İçəri daxil olmamış, qapının qarşısında qayınatası Canbulad ilə qarşılaşmışdır. Qayınatası və qayınanası gecədən orada olmuş, qaynı Xəyal isə sonradan evə getmişdir. Tural həmin gün səhərə yaxın Bakı şəhərindən gəlmişdir. Turalın anası əvvəlcə onu içəri buraxmaq istəməsə də O, Turalla görüşmək istədiyini deyib içəri keçmişdir. İçəri girəndə Təranənin bədəninin müxtəlif nahiyələrində xəsarətlər görmüş, Təranənin alnı, gözünün altı şişmişdir. Bir qədər keçdikdən sonra Turalın anası Yasəmən Təranənin və onların evdən çıxmağını istəmişdir. Təranə əvvəlcə həkimə getmək istəsə də, polisin məlumat əldə edəcəyindən qorxub həkimə getmək fikrindən daşınmış, sonradan isə Turalla bir yerdə Bərdə RPŞ-yə şikayət etmişlər. Təranəni şöbəyə Xəyalın bacanağının atası Tahirin avtomobili ilə özü aparmışdır. Şöbədə olan vaxt Tural onun yanında Təranəni öldürməklə hədələmiş, şöbədən çıxdıqdan sonra isə Təranəni ekspertizaya aparmışdır. Kəndə geri qayıdanda Tural qardaşı Elşənin mobil telefonu ilə ona dəfələrlə zəng edib avtomobili yolda saxlamağı xahiş edib Təranə ilə söhbət etmək istədiyini bildirmişdir. Turalın Təranəni öldürmək istəyinin real olduğundan şübhələndiyi üçün Təranəni Turalla görüşdürməmiş, həmin gün birbaşa atası evinə aparmışdır. Bir neçə gün sonra isə Xəyal ona zəng edib, Turalın Təranəni parkda bıçaqlayaraq öldürdüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, özünə məxsus “VAZ 2106” markalı avtomobillə Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Şahid2 Rüstəm oğlu qonşusudur. Uşaqlıqdan onu tanısa da yaxın münasibəti yoxdur. Fərid ailəsi və öz şəxsiyyətinə laqeyd olduğuna görə ondan uzaq olmağa çalışır. 29 avqust 2021-ci il tarixdə “Dalğa” restoranında olarkən Fərid zəng edib, harada olduğunu soruşmuşdur. Bir qədər sonra Fərid ora gələrək şəxsiyyət vəsiqəsini Bərdə rayonu, Muğanlı kəndində unutduğunu, götürmək üçün onu həmin kəndə aparmağı xahiş etmişdir. Yolda Fərid ona Muğanlıda bir qadınla münasibətdə olduğunu, onun evinə gedib-gəldiyini, vəsiqəsini də elə həmin evdə onunla olarkən unutduğunu danışmışdır. Dediyi evin qarşısına çatdıqda Fərid 1-2 dəqiqəyə qayıdacağını, avtomobili evdən bir qədər uzaqda saxlamağı demişdir. Evdən təxminən 150 metr aralıda avtomobili saxlayıb Fəridi gözləmişdir. Fərid dediyi vaxtda geri qayıtmamış, nəyinsə qaydasında olmadığını görmüş, Fəridin evə girməsindən təxminən 15 dəqiqə sonra dayandığı yerə bir nəfər oğlan avtomobili ilə yaxınlaşmış, gecə vaxtı küçədə nə üçün dayandığını soruşmuşdur. Taksi sürücüsü olduğunu, tanımadığı bir nəfərin sifarişi ilə onu Muğanlıya gətirdiyini bildirdikdən sonra həmin oğlan gəldiyi avtomobillə uzaqlaşmış, 3-4 dəqiqə gözləyib Fərid gəlmədiyi üçün avtomobili işə salıb hərəkət etdikdə bayaqkı oğlan yenidən “VAZ 2107” markalı avtomobillə ona yaxınlaşıb avtomobilinin qarşısında saxlamışdır. Həmin vaxt yanında bir nəfər oğlan da olmuş, niyə burada olduğunu soruşduqda eyni cavabı verib maşını sürərək birbaşa Tərtərə getmişdir. Telefonda kontur olmadığına görə Fəridə zəng edə bilməmiş, aqibəti barədə heç bir məlumatı olmamışdır. Evə gec çatdığı üçün növbəti gün Fəridə zəng edib görüşmək istədiyini demiş, görüşəndə Fərid ona gecə evdə az qalsın tutulacağını, cəld evdən qaçıb Tərtərə gəldiyini demişdir. Bir neçə gün sonra Bərdə RPŞ-nin əməkdaşları onu şöbəyə çağırmışdır. Bu barədə Fəridə bildirib polisə hər şeyi olduğu kimi danışacağını desə də Fərid tutulacağını, uşaqlarının atasız qalacağını deyib ona yalan deməsi üçün yalvarmış, buna görə ilk dəfə Bərdə RPŞ-də bildiklərini gizlədib, yalan izahat vermişdir. İkinci dəfə Bərdə RPŞ-yə çağırılanda isə orada Fəridin münasibətdə olduğu Təranə adlı qadının öldürüldüyünü öyrənmiş, vəziyyətin ciddiliyini dərk edib hər şeyi olduğu kimi polis əməkdaşlarına danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Tərtər rayonu Səhlabad kəndində yaşayır, kənd təsərrüfatı ilə məşğul olur. Şahid2 ilə sinif yoldaşı olmuş, məktəbdən sonra da aralarındakı tanışlıq münasibəti davam etmişdir. X24 ilə arasında hansısa münasibət olmamışdır. Mobil telefonu bir neçə dəfə Fəridə versə də, Fəridin həmin nömrədən Təranə ilə əlaqə saxlaması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2016-ci ildə Tərtər rayonu, Balakəngərli kənd sakini X26 ilə evlənmiş, birgə nikahdan iki övladı var. Boş vaxtlarını “instagram” və “tik-tok” sosial şəbəkələrində keçirir. Həmin sosial şəbəkələrdə bir neçə qadınla tanış olmuşdur ki, onlardan da biri Bərdə rayonu, Muğanlı kənd sakini mərhum X8 olmuşdur. Təranə ilə ilk dəfə “tik-tok”-da tanış olmuş, bundan sonra “instagram” sosial şəbəkəsində yazışmışlar. “Tik-tok” sosial şəbəkəsində Təranə özünü subay qız kimi təqdim etmiş, “instagram” sosial şəbəkəsində isə ona sirr verərək iki uşağı olduğunu və boşandığını bildirmişdir. Tanış olduğu ilk vaxtlar Təranə ona Ağcabədi rayon sakini “Miri” adlı tanımadığı şəxsin keçmiş sevgilisi olduğunu, Mirinin təxminən 2-3 ay əvvəl avtomobil qəzasında öldüyünü demişdir. Təranə “tik-tok” sosial şəbəkəsində canlı yayıma qoşulduqda tanımadığı bir neçə şəxsin Təranə ilə səmimi söhbət etmələrindən qıcıqlansa da Təranə ondan başqa heç bir kəslə münasibətdə olmadığını demişdir. Təranə ilə həmişə sosial şəbəkə vasitəsilə danışmış, telefon zəngləri isə ancaq “instagram” sosial şəbəkəsi vasitəsilə olmuşdur. Növbəti günlərdə münasibətləri daha da irəliləmiş, Təranə ona əvvəlcə paltarda, daha sonra isə çılpaq şəkillərini göndərmişdir. “İnstagram” sosial şəbəkəsində çılpaq şəkillərini göndərdikdən qısa müddət sonra Təranənin dəvəti ilə onun yaşadığı evə getmişdir. Evin yolunu ona Təranə öyrətmiş, evə ilk dəfə getdikdə onu küçədə, qapıda qarşılamışdır. Birlikdə evə daxil olmuş, uşaqlar otaqda yatdıqları üçün evin mətbəxində, Təranənin yerə saldığı döşəyin üzərində səhərə qədər bir neçə dəfə cinsi əlaqədə olmuşlar. Səhərə yaxın gəldiyi kimi piyada Bərdə rayonu, Alaçadırlı kəndinin giriş tərəfində olan dəmir yol reysləri üstü ilə Tərtərə qayıtmışdır. İlk görüşdən təxminən 10 gün sonra yenidən Təranənin dəvəti ilə Təranənin evinə piyada getmiş, yenidən evin mətbəxində cinsi əlaqədə olmuşlar. Növbəti görüşlərin birində şəxsiyyət vəsiqəsi Təranənin evində qaldığı üçün imkan olanda evinə gedib vəsiqəni götürməyə şərait yaratmasını xahiş etmişdir. 29 avqust 2021-ci il tarixdə Təranə “instagram” sosial şəbəkəsi vasitəsilə zəng edib onu yenidən evə çağırmışdır. Taksi fəaliyyəti ilə məşğul olan qonşusu Şahid10 zəng edib şəxsiyyət vəsiqəsini Bərdə rayonu, Muğanlı kəndində unutduğunu, avtomobillə gedib qayıtmağı xahiş etmişdir. Rüstəm razı olduqdan sonra təxminən gecə 23:30 radələrində Təranənin evinə çatmışlar. Avtomobildən düşəndə Rüstəmə 10-15 dəqiqəyə geri qayıdacağını deyib evdən bir qədər kənarda gözləməsini xahiş etmişdir. Evin qapısını Təranə açmış, qızının hələ oyaq olduğunu, dəhlizdə gözləməyi, onu tez yatızdırıb yanına gələcəyini demişdir. Dəhlizə daxil olduqda qapını arxadan bağlamışdır. Dəhlizdə gözləsə də, Təranə otağa gəlməyini istəmiş, otağa daxil olduqda Təranəni divanda oturmuş, kürəyini yatağa söykəmiş, uşağı dizlərinin üstündı yatızdıran vəziyyətdə görmüşdür. Şəxsiyyət vəsiqəsinin harada olduğunu soruşduqda, Təranə əli ilə işarə edərək dolabda olduğunu demiş, vəsiqəni dolabdan götürdükdə Təranə niyə soyuq davrandığını soruşmuşdur. Təranəyə ona inanmadığını, başqaları ilə də danışdığını, əlaqəsi olduğundan şübhələndiyini bildirmişdir. Təranə istifadəsində olan mobil telefonu ona uzadıb yoxlamağı və şübhələrinə son qoymağını istəmiş, Təranənin əvvəlcədən digər oğlanlarla yazışmalarını sildiyini düşünüb birbaşa “votsap”ı yoxladıqda Təranənin digər şəxslə mesajlarının olmasını görmüş, həmçinin evli olduğunu aşkar etmişdir. Təranə ona yalvararaq hər şeyi başa salacağını bildirmiş, qucağındakı uşağı divanın üstünə qoyub getməyinə mane olmağa çalışmış, sanki bilərəkdən otağın qapısını örtmüşdür. O isə getmək istəmiş, otağın qapısının qulpu olmadığına görə qapını aça bilməmiş, Təranədən qapını açmağı tələb etmişdir. Təranə isə ona getməməyi üçün yalvarmış, səsə Təranənin yatmış oğlu oyanıb onu görən kimi ağlamağa başlamışdır. Təranə otağın qapısını açdıqda dəhlizdən çölə çıxan vaxt bir qadının evə yaxınlaşdığını eşidib gizlənmək üçün evin sağındakı tinə qaçmışdır. Qadın Təranənin olduğu evə daxil olan kimi O dərhal cəld evin həyətinin giriş qapısına doğru irəliləmiş, həmin vaxt Təranənin ağlayaraq, uca səslə “telefonu oğurladılar” dediyini, arxa tərəfdə kiminsə dəmir qapını açıb, avtomobili işə saldığını eşitmişdir. Küçəyə çıxdıqda Rüstəmi tapa bilməmiş, mobil telefonu söndüyü üçün nə Təranə, nə də ki Rüstəmlə əlaqə saxlaya bilməmişdir. Bərdə-Tərtər yolunun üzərindəki dəmir relslərə kimi piyada getmiş, 15-20 dəqiqə orada gözləyib Tərtər istiqamətində gedən tanımadığı “Qazel” sürücüsü ilə yaşadığı evə qayıtmışdır. Evə gəlib telefonu açmış, Təranənin “tik-tok” da ona “Mən sənin adını verməyəcəm, sən də mənim adımı vermə, işdi səni tapsalar, oğurluq məqsədilə evimə gəldiyini deyərsən” mesajı yazdığını görmüşdür. Təranənin əri Turalı əvvəllər tanımamış, heçbir münasibəti olmamış, qətl hadisəsindən sonra Bərdə polis şöbəsinə çağırılanda orada polis əməkdaşlarına Təranə ilə arasında olan yazışmaları, danışıqları və mərhumun ona göndərdiyi şəkilləri göstərmişdir. Məhkəmədə iş üzrə əlavə şahid qismində çağırılaraq dindirilmiş Şahid8 göstərdi ki, Bərdə RPŞ-də təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2021-ci ildə vətəndaş X27 RPŞ-yə şikayət ərizəsi ilə muraciət edib xx.xx.2021-ci ildə, saat 01 radələrində Bərdə rayonu, Muğanlı kəndində vaşadığı evdə olan zaman tanımadığı şəxsin heç bir səbəb olmadan onun bədəninin müxtəlif nahiyələrinə döyərək xəsarətlər yetirdiyini bildirmiş, həmin məlumat polis şöbəsinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydə alınaraq icrası ona tapşırılmışdır. xx.xx.2021-ci ildə Təranə Mustafayeva barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri təhqiqat hərəkətləri aparılmışdır. Ekspert rəyinə əsasən Təranə Mustafayevanın bədənindəki xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. Şahid8 məhkəmə iclasında verilmiş suallara cavab olaraq göstərdi ki, apardığı təhqiqat zamanı izahatı alınan Şahid2 Təranə ilə dəfələrlə könüllü olaraq sonuncunun evində cinsi əlaqədə olduğunu, Təranə “tiktok” və “instaqram”da tanımadığı şəxslərlə danışdığı üçün onunla mübahisə etdiyini, digər şəxslərlə də yazışmalarının olduğunu bildirmişdir. Araşdırma nəticəsində xx.xx.2021-ci ildə evə girən şəxsin Şahid2 olduğu, Təranəni qısqanclıq zəminində döydüyü aşkar edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Təranənin istifadəsində olmuş mobil telefonda silinmiş fayllar geri qaytarıldıqda isə Təranənin sosial şəbəkə vasitəsilə müxtəlif şəxslərlə əlaqəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin təhqiqatçısı Şahid11 da eyniməzmunlu ifadə verərək göstərdi ki, X24nı təhqiqatçı otaq yoldaşı Şahid8lə təhqiqat araşdırması zamanı tanımış, həmin vaxt izahatı alınarkən Təranə Mustafayevanın üz və baş nahiyyəsində xəsarətlər olmuşdur. Təranə Mustafayevə müraciətində yaşadığı evdə tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirsə də araşdırma nəticəsində qeyd edilən şəxsin Şahid2 olması müəyyən olunmuş, Fərid isə həmin evə oğurluq məqsədi ilə getmədiyini, Turanə Mustafayeva ilə qeyri-rəsmi münasibəti olduğunu demiş, mobil telefonunu gətirib aralarındakı yazışmaları, Təranənin özünə göndərdiyi çılpaq şəkillərini göstərib Təranə Mustafayevə ilə dəfələrlə sonuncunun yaşadığı evdə könüllü cinsi əlaqədə olduğunu demişdir. Fəridin ifadəsi alındıqdan sonra mobil telefonda olan məlumatlar araşdırılması üçün rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə baxışında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs və ailə üzvlərini tanımamışdır. Onlarla hər hansı münasibəti və əlaqəsi yoxdur. Əri Fəridlə isə münasibətləri normal olmuş, Fərid birgə nikah dövründə dəfələrlə evə gec, səhərə yaxın gəlsə də onun başqa qadınlarla münasibəti olduğunu bilməmişdir. Fəridin Təranə adlı qadınla münasibəti olmasını, onların evinə gedib-gəldiyini, həmin qadınla cinsi münasibətdə olmasını isə Fərid özü ona Təranə əri Tural tərəfindən öldürüldükdən sonra söhbət vaxtı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, əsasən hadisə yeri Bərdə şəhəri, Heydər Əliyev adına istirahət parkıdır. Baxış zamanı qanabənzər mayedən tənzif tampona hopdurulmaqla nümunələr və hadisə yerində aşkar edilmiş 1 ədəd bıçaq ayrı-ayrılıqda müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X24nın meyitinə baxış keçirilməsi zamanı bədən səthi üzərində ümumilikdə 29 (iyirmi doqquz) ədəd kəsici-deşici və kəsici bədən xəsarətləri olması müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X22” Publik Hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2021-ci il tarixli 36 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədə səthində aşağıdakı xəsarətlər - yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa bərabərliyində ağ ciyərin, ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd və döş boşluğuna keçməyən 1 ədəd, sağ kürək nahiyəsinin tış səthində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, alın nahiyəsində 3 ədəd, təpə sümüyünün səthi kəsilməsi ilə təpə nahiyəsində 2 ədəd, burun nahiyəsində 1 ədəd, üst dodaq nahiyəsində 2 ədəd, alt dodaq nahiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd, çənəaltı nahiyədə 1 ədəd, sağ üst göz qapağı nahiyəsində qismən alın nahiyəsini əhatə etməklə bir ədəd, sağ mil-bilək oynağı nahiyəsində 1 ədəd, sağ said nahiyəsində 4 ədəd, sağ əl nahiyəsində 1 ədəd, sol said nahiyəsində 1 ədəd, sol əl nahiyəsində 1 ədəd, sağ baldır-ayaq oynağı nahiyəsində 3 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar, sağ gözyuvasıaltı və sol almacıq nahiyələrinin qançırları vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az vaxt əvvəl törənmişdir, qərarda təsviri hissəsində göstərilən şəraitdə və tarixdə törənə bilər. Yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa bərabərliyində ağ ciyərin, ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd və döş boşluğuna keçməyən 1 ədəd, sağ kürək nahiyəsinin tış səthində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, alın nahiyəsində 3 ədəd, təpə sümüyünün səthi kəsilməsi ilə təpə nahiyəsində 2 ədəd, burun nahiyəsində 1 ədəd, üst dodaq nahiyəsində 2 ədəd, alt dodaq nahiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd, çənəaltı nahiyədə 1 ədəd, sağ üst göz qapağı nahiyəsində qismən alın nahiyəsini əhatə etməklə bir ədəd, sağ mil-bilək oynağı nahiyəsində 1 ədəd, sağ said nahiyəsində 4 ədəd, sağ əl nahiyəsində 1 ədəd, sol said nahiyəsində 1 ədəd, sol əl nahiyəsində 1 ədəd, sağ baldır-ayaq oynağı nahiyəsində 3 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçaq təsirindən törənmişdir; müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir; sağ gözyuvasıaltı və sol almacıq nahiyələrinin qançırları isə küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti meyitin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 5-7 gün ola bilər. Dərəcəsinə görə: a) yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa bərabərliyində ağ ciyərin, ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd və sağ kürək nahiyəsinin tış səthində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yaralar canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; b)döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 1 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, alın nahiyəsində 3 ədəd, təpə sümüyünün kəsilməsi ilə təpə nahiyəsində 2 ədəd, burun nahiyəsində 1 ədəd, üst dodaq nahiyəsində 2 ədəd, alt dodaq nahiyəsində 1 ədəd, alt çənə nahiyəsində 1 ədəd, çənəaltı nahiyədə 1 ədəd, sağ üst göz qapağı nahiyəsində qismən alın nahiyəsini əhatə etməklə bir ədəd, sağ mil-bilək oynağı nahiyəsində 1 ədəd, sağ said nahiyəsində 4 ədəd, sağ əl nahiyəsində 1 ədəd, sol said nahiyəsində 1 ədəd, sol əl nahiyəsində 1 ədəd, sağ baldır-ayaq oynağı nahiyəsində 3 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-aynlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; b) sağ gözyuvasıaltı və sol almacıq nahiyələrinin qançırları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 ölümünə səbəb boyun üzvülərinin, ağ ciyərin, ürəyin zədələnməsi ilə gedən boyunun, döşün kəsilmiş və deşilmiş-kəsilmiş yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqiatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2021-ci il tarixli 2793/k məhkəmə-kimyəvi akt). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X22” Publik Hüquqi şəxsin məhkəmə-tibbi kriminalistik ekspertizasının 26 noyabr 2021-ci il tarixli 558/2021- MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X6 məxsus köynəyin ön səthinin sağ yuxarı nahiyəsində bir ədəd və köynəyin arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmişkəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X6 məxsus şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X6 məxsus büstqalterin ön səthinin sağ nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X22” Publik Hüquqi şəxsin məhkəmə-tibbi edilmiş məhkəmə-tibbi ekspertizasının 10 sentyabr 2021-ci il tarixli, 802 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs Akif oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol budun yuxarı 1/3-nin bayır səthinin, sol dirsək oynağının arxa səthinin, sağ saidin yuxarı 1/3-nin ön səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış məhkəmətibbi ekspertizasının 10 sentyabr 2021-ci il tarixli, 803 nömrəli ekspert rəyinə əsasən X12 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol əlin ovuc səthinin səthi kəsilmiş yarası və cızığı kəsici təsir göstərə bilən alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X14 19 noyabr 2021-ci il tarixli 693/2021-MTBŞ saylı ekspert rəyinə əsasən X11 ABO sistemi üzrə qan qrupu B /İİİ/dir. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu 0 /İ/-dir. (təqdim olunan sənədlərin surətinə əsasən). X1 ABO sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, 03 ədəd tənzif parçası, mərhum X10ma məxsus lifçik, şalvar, qısaqol köynək, onun dırnaq kəsikləri üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. ”H” antigeni 0 alfa,beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa,beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X10ma və ya eyni qruplu olan Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma müşayiət olunan xəsarətlər olubsa). Ekspertizaya təqdim edilmiş şahid X15 məxsus qısaqol köynək üzərində zəif intensivliyində olan insan qanı ləkəsi aşkar edildi. Bu ləkədə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onun qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş mərhum X6 məxsus dırnaq kəsikləri üzərində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olundu. Bu hüceyrələr az miqdarda olduğu üçün, onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 08 sentyabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokol və əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə, təxminən saat 15 radələrində arvadı Təranə Mustafayevanı öldürmək məqsədilə əvvəlcədən eyni niyyətlə yaşadığı evdən götürdüyü bıçaqla sonuncunu vurduğu yeri və şəraiti göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 03 dekabr 2021-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 qışqıraraq “Ay Xəyal. Qoyma. Məni öldürdü.” dediyini eşitdikdən sonra onlara tərəf qaçıb Təqsirləndirilən şəxs sağ əlində tutduğu bıçaqla yerdə olan Təranəni vurduğunu, onun qaçaraq gəldiyini görən Turalın əlindəki bıçaqla yerdə uzanmış vəziyyətdə olan Təranəyə üz nahiyyəsinə ardıcıl xəsarətlər yetirməsini və sondə kürək nahiyəsinə bir dəfə bıçaqla zərbə endirərək bıçağı çıxarıb gəldiyi yolla geriyə qaçdığını, yəni cinayətin baş vermə mexanizmi və şəraitini, hadisə yerini ətraflı təsvir etmiş və göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 09 dekabr 2021ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti zamanı aşkar edilmiş və maddi sübut kimi götürülmüş dəstəyi ağ-çəhrayı rəngli plastmas sərt rezin şəkilli, tiyəsi isə paslanmayan gümüşü rəngli metaldan ibarət, üzərinə ağ rəngli boya çəkilmiş və həmin fonda tiyənin sol səthi üzərində bənövşəyi rəngli gül və yaşıl rəngli yarpaqlar təsvir olunmuş, qatlanmayan, məişət təyinatlı və ümumi uzunluğu 32 sm, tiyəsinin bir tərəfi iti, digər tərəfi isə küt olan 01 ədəd bıçaq eynicinsli əşyalar içərisində təqsirləndirilən şəxsə təqdim edilmiş, Təqsirləndirilən şəxs cinayətin aləti olan bıçağı tanımış, həmin bıçaqla arvadı Təranə Mustafayevanı öldürdüyünü təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təranə Mustafayeva “instagram” sosial şəbəkəsində “feri.d9502” adlı sosial şəbəkə istifadəçisi ilə yazışmaları aşkar edilmiş, yazışmaların mətnindən Təranə Mustafayevanın evli və azyaşlı uşaq anası olması digər şəxsə məlum olmuşdur. Yazışmalarda tərəflər həmçinin “Miri” adlı şəxs barəsində söhbət etmiş, “feri.d9502”-dən əvvəl “miri” adlı şəxslə münasibəti olmuşdur. Təranə Mustafayeva ata evinə getdikdən sonra əri Təqsirləndirilən şəxs olan Təranənin mobil telefonundakı “whatsapp” sosial şəbəkəsinə 06 sentyabr 2021-ci il, saat 02-03 radələrində “051 404-79-47” saylı mobil nömrədən sms gəlmiş, Təqsirləndirilən şəxs özünü həmin şəxsə Təranə kimi təqdim etmiş, həmin şəxs isə Bakı şəhərində olubolmadığını soruşmuş, ona görüntülü videozəng etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2021-ci il tarixli, 138- 41243-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və onun yaxın qohumlarından qardaşı Şahid4 və anası Şahid7 narkotik vasitələrinin ticarəti və istifadəsi ilə məşğul olmaları, həmin cinayətin aşkar edilməməsi üçün Təqsirləndirilən şəxs tərəfindən Təranə Mustafayevanın öldürülməsi barədə məlumat Bərdə RPŞ-yə hər hansı məlumat daxil olmamış, Təqsirləndirilən şəxs və onun yaxın qohumlarının narkotik vasitələrinin ticarəti və istifadəsi ilə məşğul olmaları barədə Bərdə RPŞ-də təqsirləndirici və ya cinayət xarakterli material olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2021-ci il tarixli, 950 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ Poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda deyil. Cinayət işinə əlavə edilmiş X37 Dispanserinin 16 sentyabr 2021-ci il tarixli, 2341 nömrəli sorğuya cavab məktubuna əsasən Təqsirləndirilən şəxs X37 Dispanserində dispanser müşahidəsində deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 1265 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 21 oktyabr 2021-ci il tarixli 631/205 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və törədərkən hər hansı bir xroniki psixixəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirtməmişdir. O hal-hazırda da heç bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirtmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinə cavab vermək və onları idarə etmək qabiliyyətində yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 21.2-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslərarası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi və həyəcanlı psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyəti zərərçəkmiş şəxsin ona qarşı etdiyi hərəkətlərin nəticəsində yarana bilərdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış "xxxx" MMCdən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “antenna.xlsx” adlı faylda “050 486-60-26” saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs Aif oğlu xx.xx.2021-ci il tarixdə, saat 05:17-yə kimi Bakı şəhər ərazisində olduğu, daha sonra Bərdə rayonu, Muğanlı kəndinə gəlmişdir. “**********48.txt” adlı fayla baxış keçirən zaman qeyd olunan mobil nömrənin Bərdə rayonu, Muğanlı kənd sakini Arif Mustafayevə məxsus olduğu, istintaq zamanı həmin mobil nömrənin təqsirləndirilənin anası Yasəman Mustafayev tərəfindən istifadə edilmiş, xx.xx.2021-ci il tarixdə qeyd olunan nömrə ilə Xəyal Dadaşovun adına qeydiyyatdan keçmiş və yaşadığı evdə ümumi istifadədə olan “051 676-25-48” saylı mobil nömrə arasında danışıqlar aparılmışdır. “**********36_SMS.txt” adlı fayla baxış keçirən zaman qeyd olunan mobil nömrəyə “Tiktok” sosial şəbəkəsinin çoxsaylı təsdiq-doğrulama kodları gəlmiş, “**********36.txt” adlı faylda həmin nömrənin Bərdə rayonu, Muğanlı kənd sakini Təqsirləndirilən şəxs adıa qeydiyyatda olsa da cinayət işinin istintaq materialları ilə müəyyən edilmişdir ki, nömrəni ölmüş zərərçəkmiş şəxs Təranə Mustafayeva istifadə etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2021-ci il tarixli, 138-41145-1221 nömrəli məktubdan görünür ki, Bərdə rayonu, Muğanlı kənd sakini X3 xx.xx.2021-ci il tarixdə yaşadığı evdə Şahid2 tərəfindən döyülməsi faktı ilə bağlı xx.xx.2021-ci ildə Bərdə RPŞ İTB-də sonuncu barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Şahid2 qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat cərimə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bərdə RPŞxx.xx.2021-ci il tarixli, 138-30377-1221 nömrəli məktub və “könüllü təqdim etmə barədə” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 15:19 radələrində Bərdə rayonu, Muğanlı kəndində yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-nin “102” Çağrı Mərkəzinə zəng edərək Bərdə şəhərində yerləşən “Oba” marketin qarşısında həyat yoldaşını bıçaqladığını bildirmiş və hadisə yerinə gedən Bərdə RPŞ-nin polis əməkdaşlarına özünü könüllü olaraq təqdim etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 09 dekabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd bıçaq, pambıq tampon nümunələr, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, Xəyal Dadaşova məxsus 01 ədəd köynək, Təranə Mustafayevaya məxsus 01 ədəd köynək, 01 ədəd lifçik, 01 ədəd şalvar, 01 ədəd “Redmi” markalı mobil telefon dırnaq və tük nümunələri Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılır, telefon danışıqların olduğu 01 ədəd “CD” disk, 02 ədəd “DVD” disk isə işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə RİHB-nin Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş 05 oktyabr 2021-ci il tarixli, 1638 №-li arayış və eyni tarixli xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs arvadı X8, azyaşlı övladları X16 və X17 ilə birlikdə həmin kənddə yaşamışdır və müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 06 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan və Bərdə rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs arvadı Təranə Mustafayevaya cəmi 6 ədəd bıçaq zərbəsi vuraraq öldürməsini, arvadının bədən səthi üzərində olan çoxsaylı xəsarətləri özünün yetirmədiyini, arvadına bıçaq zərbələri yetirərkən qaynı Xəyal Dadaşovun onun bacısını öldürməsini görmədiyini, sonuncu ilə yalnız hadisədən sonra parkda geri qaçarkən rastlaşması barədə ifadələrinə məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmaması və həmçinin cinayət işinin materialları, zərərçəkmiş şəxsin hüquqi varisinin şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və əlavə edilmiş video-foto çəkilişlərlə təkzib olunduğuna görə həmin hissəsinə tənqidi yanaşıb inandırıcı hesab etmir və təqsirləndirilən şəxsin hüququndan istifadə edərək xüsusilə ağır cinayət əməlinə görə ağır cəzadan yayınmaq məqsədilə verməsi və özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin göstərdiyi xüsusatların və zərərçəkmişşəxsin hüquqi varisinin və nümayəndəsinin göstərdiyi halların araşdırılması məqsədilə məhkəmənin həm əvvəlki, həm də hazırki kollegiyası tərəfindən əlavə şahidlər çağırılaraq dindirilmiş, materiallar, sorğu edilərək götürülmüş maddi sübutlar bilavsitə məhkəmədə tərəflərin iştirakı ilə araşdırılmış və təqsirləndirilən şəxsin göstərdikləri təsdiqini tapmamışdır. Belə ki, şübhəli və təqsirləndirilən şəxs tərəfindən hadisə ilə bağlı könüllü olaraq verilən ilkin ifadə və izahatlar adətən hadisədən dərhal sonra verildiyindən ifadə verən şəxs hadisəni olduğu kimi, obyektiv əlamətlərlə qavradığı kimi təsvir etməyə çalışır, həmin vaxt onda məsuliyyəti yüngüllləşdirmək, yaxud yayınmaq meylləri daha az olur. İstintaqın sonrakı mərhələsində xüsusilə istintaq təcridxanası və cəzaçəkmə müəssisələrində şəxsin olduğu mühit və sonrakı dövrdə törədilmiş əməlin hərtərəfli qavranılması şəxsi özünümüdafiəsinə daha çox meylləndirməklə hadisəni təhrif etməyə sövq edir. Hazırki iş materiallarından da görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqa şübhəli şəxs kimi verdiyi ilkin ifadəsində zərərçəkmiş Təranə Mustafayevaya hadisə vaxtı bıçaqla xatırlamadığı sayda çoxlu bədən xəsarətləri yetirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Təranə Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirməsi brədə ibtidai istintaqa ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsas götürərək məhkəmə istintaqında verdiyi ifadəsini həmin hissədə həqiqətəuyğun hesab etmir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində xx.xx.2021-ci ildə arvadını öldürdükdən sonra qaçarkən ayağının parkdakı bördürə dəyib yıxıldığını göstərsə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş, eləcə də ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi haqqında protokollardan əlavə edilmiş foto və videoçəkilişlərdən də görünür ki, hadisə yeri olan yaşıllıq sahəni əhatə edən beton bordürlər yer səthi ilə eyni səviyyədə olmuşdur. İşin faktiki halları və məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hadisəni bilavasitə görən hüquqi varis Xəyal Dadaşov onun qaçıb getməsinə mane olmağa çalışarkən aralarında yaranmış qısa müddətli münaqişə zamanı sonuncunun mane olması nəticəsində yerə yıxılmış, cinayətin aləti olan bıçaq hüquqi varis tərəfindən əlindən alınarkən sonuncuya ehtiyatsızlıqdan göstərilən bədən xəsarətləri yetirmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi Xəyal Dadaşov işin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs yerdə uzanmış vəziyyətdə olan bacısı Təranə Mustafayevaya çoxsaylı bıçaqla xəsarətlər yetirməsini görmüş, onun olanları görməsini bilavasitə qavrayan Təqsirləndirilən şəxs zərbələrin sayını daha da artıraraq zərərçəkmişin üz nahiyyəsinə bıçaqla xəsarətlər yetirmiş, sonuncu zərbəni isə bacısının kürək nahiyyəsindən yetirib ayağa qalxaraq qaçmağa çalışarkən sonuncuya mane olması nəticəsində O, yerə yıxılmışdır. Bundan başqa məhkəmədə tədqiq edilmiş meyitə baxış protokolu və məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş çoxsaylı bədən xəsarətlərdən biri də onun sol çiyin nahiyyəsindən daxilə nüfuz edən deşilmişkəsilmiş yara xəsarəti olmuşdur ki, bu da hadisənin törədilmə mexanizminin zərərçəkmişin hüquqi varisinin qeyd etdiyi kimi olmasını təsdiq edən sübutlardandır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsi və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi...təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası Plenum qərarında göstərilən hüquqi mövqeyi hazırki cinayət işininin məhkəmə istintaqı zamanı müəyyən edilən hallara tətbiq edib əsaslı olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona xəyanət etməsini dəqiqləşdirdiyi arvadı Təranə Mustafayevanı qısqanclıq motivi ilə xəyanətinə görə xüsusi əzab verdiyini dərk edərək məişət təyinatlı bıçaqla çoxsaylı bədən xəsarətləri yetirərək öldürmüş, həmçinin zərərçəkmişin kömək qışqırığına gələn qardaşı Xəyal Dadaşovun olanları görməsini qavrayıb sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək onun gözlərini qarşısında bacısına təkrar bədən xəsarətləri yetirərək X5 xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmişdir. “Baxış keçirilməsi haqqında” protokol, fotocədvəllər və iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının Təranə Mustafayeva barəsindəki tibbi rəyinin məhkəmə baxışında bilavasitə tədqiq edilməsi nəticəsində mərhumun meyitinin morqda xarici və daxili müayinəsi zamanı çoxsaylı deşilmiş-kəsilmiş bədən xəsarətləri olması müəyyən edilmiş, xəsarətlərin bilavasitə qeyd edilən cinayət hadisəsi zamanı yəni xx.xx.2021-ci ildə yaranması, xüsusi amansızlığın hazırki cinayət işi üzrə birinci əlaməti olan xəsarətlərin çoxsaylılığı (29 ədəd) müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin iş üzrə aidiyyəti sübutları qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs mərhumun qardaşı Xəyal Dadaşovun hadisə yerində olmaqla bütün proseslərdə müşahidəçi olduğunu başa düşmüş və törətdiyi əməlin nəticəsini dərk edərək Təranə Mustafayevanı qardaşının gözü qarşısında xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməli həmin hissədə də xüsusi amansızlıq kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir və O, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsiri boynuna almasını, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən ittiham aktında ölmüş zərərçəkmiş şəxs Təranə Mustafayeva hadisə vaxtı Təqsirləndirilən şəxs asılı olan şəxs kimi göstərilsə də həmin halı mövcudluğu məhkəmədə araşdırılmış işin faktiki hallarına uyğun deyildir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, aralarında rəsmi nikah münasibətləri formal olaraq qalsa da zərərçəkmiş şəxs Təranə Mustafayeva hadisədən təxminən 1 həftə əvvəl ailə üzvləri ilə birlikdə Ağdam rayonu Bəybalalar kəndinə atası evinə gəlmiş, həmin evə gəldiyi dövrdən hadisəyə qədərki dövrü əhatə edən müddətdə bütün maddi ehtiyacları bilavasitə ata-anası, qardaş və bacıları tərəfindən ödənilmiş, X24 onların himayəsində olmuş, başqa sözlə Təqsirləndirilən şəxslə arasında hər hansı bağlılıq münasibəti və asılılıq olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.2-ci maddəsinin tələbinə əsasən isı Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda 60.1-ci maddədə müəyyən edilmiş qayda tədbiq edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə (hakimlərə) qarşı bilavasitə hörmətsizlik, qeyri-etik davranış və xüsusi aqressiya göstərilsə də məhkəmə kollegiyası həmin halın aidiyyəti üzrə araşdırılacağını nəzərə alaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya və cəzaçəkmə müəssisəsinə münasibətdə onun şəxsiyyətini mənfi xarakterizə edən hal(lar) kimi nəzərə almır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Bərdə rayon prokurorluğunda saxlanılan 01 ədəd bıçaq, pambıq tampon nümunələri, dırnaq və tük nümunələri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd “Redmi” markalı mobil telefon, Xəyal Dadaşova məxsus 01 ədəd köynək, Təranə Mustafayevaya məxsus 01 ədəd köynək, 01 ədəd lifçik, 01 ədəd şalvar aidiyyəti üzrə özü və yaxud yaxın qohumlarına təhvil verilməli, imtina etdikləri təqdirdə məhv edilməli, 01 ədəd “CD” disk və 02 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışdan görünür ki, X21 hüquqlarını ibtidai istintaq zamanı Bərdə rayon Vəkil Burosunun vəkili X23 20 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 oğlu 20 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X21 hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir İş üzrə məhkəmə məsrəfi, müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə rayon prokurorluğunda saxlanılan iş üzrə maddi sübutlar - 01 ədəd bıçaq, pambıq tampon nümunələri, dırnaq və tük nümunələri məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək və 01 ədəd “Redmi” markalı mobil telefon, Xəyal Dadaşova məxsus 01 ədəd köynək, Təranə Mustafayevaya məxsus 01 ədəd köynək, 01 ədəd lifçik, 01 ədəd şalvar qanun i sahiblərinə, yaxud yaxın qohumlarına təhvil verilsin, imtina etdikləri təqdirdə məhv edilsin, 01 ədəd “CD” disk və 02 ədəd “DVD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. X21 müdafiəsini ibtidai istintaq zamanı Bərdə rayon Vəkil Burosunun vəkili həyata keçirdiyindən 120 (yüz iyirmi) manat, məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq, müvafiq olkaraq Bərdə rayon Vəkil Burosu və Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar