Məhkəmə qərarları › İş №1(100)-180/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-180/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-180/2020 17.11.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X23 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X24 oğlunun katibliyi,dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,zərərçəkmiş şəxsin hüquqi varisi X5,müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Kəpəz rayonu Sədi küçəsi ev 33 mənzil 30-da yaşayış yeri üzrə qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə gecə saat 00:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı,**-FF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə tanışı Şahid3 ilə birlikdə “Bolmart” supermarketlər şəbəkəsinin Gəncə şəhəri,X34 prospektində “Dəyirman dairəsi” kimi tanınan ərazidə yerləşən filialının qarşısındakı avtomobil dayanacağına daxil olarkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində marketdən çıxan X14 qohumu Şahid2 idarə etdiyi “Mercedes Benz E 320” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa oturacağında əyləşmək üçün sol sərnişin qapısını açarkən həmin qapının ehtiyatsızlıqdan onun idarə etdiyi “Kia Optima” markalı avtomobilin arxa sağ sərnişin qapısının dəstəyinə dəyməsindən əsəbiləşərək aqressiv formada Mirağa Əliyevə yaxınlaşıb bu cüzi səbəbi dalaşmaq üçün bəhanə edərək özünün başlatdığı mübahisənin gedişində sonuncunun qohumu Şahid2 və tanışı Şahid1 ona Mirağa Əliyevin alkoqol sərxoşluğu vəziyyətində olduğunu bildirib, mübahisəni gərginləşdirməməsi barədə etdikləri xahişlərinə məhəl qoymayaraq, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməklə Mirağa Əliyevi öz təşəbbüsü ilə münaqişəni başqa yerdə davam etdirməyə sövq edərək, bu məqsədlə, sonuncunu şəhərin Elbrus Allahverdiyev küçəsində yerləşən “Köhnə avtomobil bazarı”nın qarşısına dəvət etmiş, saat 00:40 radələrində həmin ünvanda görüşərkən öz şəxsiyyətini Mirağa Əliyevin şəxsiyyətinin fövqündə qoyub sonuncunun əsəbi davranışlarının alkoqol sərxoşluğu vəziyyətində edildiyini nəzərə almadan söz və hərəkətlərinə aqressiv münasibət göstərməklə laqeydliyini ifadə edərək, Mirağa Əliyevi heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib idarə etdiyi avtomobilin ön oturacaqlarının arasındakı qolaltı yerində saxlayıb gəzdirdiyi bir ədəd qatlanan konstruksiyalı, tiyə və dəstək hissədən ibarət olmaqla açıq vəziyyətdə ümumi uzunluğu 206 mm olan, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını götürərək həmin bıçaqla Mirağa Əliyevə kəskin xarici və daxili qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan biri döş qəfəsinin ön səthində solda məməxətti ilə İİ-İİİ qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən, ürəyi və sağ ağciyəri zədələyən, digəri isə sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa-iç səthində yerləşmiş, bazu arteriyasının zədələnməsi ilə müşayiət olunan, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid cəmi iki ədəd, həmçinin sağ əlin İ-İİ barmaqlarının arxa səthində yerləşmiş, dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid cəmi iki ədəd olmaqla ümumilikdə dörd ədəd kəsilmiş, deşilmiş-kəsilmiş yaralar, bundan başqa, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid başın yumşaq toxumalarında sol təpə-gicgah nahiyəsinə uyğun hissədə və döş qəfəsinin ön səthində sağda dərialtı yumşaq toxumalarda qansızma (hematoma) xəsarətləri yetirməklə X9 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə elan edilmiş ittihamla isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 00:30 radələrində tanışı Şahid3 ilə birgə idarə etdiyi “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib şəhərin Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasına getmiş, mağazanın qarşısına çatarkən şəhər sakini kimi tanıdığı Mirağa adlı şəxsin marketdən çıxıb “Mercedes Benz E Class” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdığını, açıq vəziyyətdə olan sürücü qapısını örtüb arxaya keçdiyini, sol arxa qapını açıb maşında oturduğunu görmüşdür. Mirağa maşında oturduqdan sonra o, dayanacağa girmək üçün irəliləmiş, lakin maşını saxlamamış Mirağa sol arxa qapını açıb avtomobilə əyləşmək istəyərkən qapı onun maşınının sağ yan tərəfinə cüzi toxunmuşdur. Mirağanın maşınının qapısı onun maşınına dəydikdən sonra o, maşından düşüb Mirağaya yaxınlaşmış və buna görə sonuncuya iradını bildirmişdir. Mirağa maşından düşmüş və onun iradına kobud reaksiya vermişdir. Mirağanın ağzından və üst-başından kəskin spirtli içki qoxusu gəldiyinə görə sərxoş olduğu hiss edilmişdir. Həmən vaxt Mirağanın yanında özündən savayı 2 nəfər də olmuş, həmin şəxslər maşından düşüb onları sakitləşdirməyə çalışmışlar. Həmin şəxslərdən biri Mirağanın xalasıoğlu Arif, digəri isə bir neçə dəfə univermaqda rastlaşdığı dostu Nurlan olmuşdur. Mirağa qeyri-adekvat davranışlar nümayiş etdirmiş, o isə Mirağaya etdiyi hərəkətin düzgün olmadığını deyib səbəbini soruşduğu halda, sonuncu ona “Sən kimsən ə. Get, şahın gəlsin”- deyib kobud cavablar vermişdir. Həmin vaxt maşından dostu Xəyal da düşmüş, Xəyal onları aralaşdırmağa çalışmışdır. Onlar söhbətə aydınlıq gətirmək üçün sakit yerə getmək barədə razılığa gəmişlər. Mirağa və dostları maşına oturub marketin qarşısından çıxmışlar. Mirağanın maşınını xalasıoğlu Arif idarə etmiş, Nurlan isə yanında oturmuşdur. Mirağa, xalasıoğlu Arif və Nurlan Sədi küçəsinə Mirğanın yaşadığı binanın qarşısına, onlar isə Mirağagilin arxasınca getmişlər. Həmin ünvana çatdıqda Mirağa maşından düşmüş, onlara “maşın bazarına gedin, gəlirəm ora”- demiş və bloka girib yuxarı qalxmışdır. O, Arifdən telefon nömrəsini almış və saat 00:38-də onlar köhnə maşın bazarına getmişlər. Oraya çatanadək saat 00:37-də Arif öz telefonu ilə Xəyala zəng etmiş, telefonu Xəyaldan alıb özü Ariflə danışmış, Arif Mirağanın sərxoş olduğunu bildirib söhbəti başqa vaxt davam etdirməsini xahiş etmiş, lakin o, aralarındakı mübahisəni dərhal müzakirə edib “söhbətə” son qoymaq qərarında israrlı olduğunu, onları maşın bazarının qarşısında gözləyəcəyini bildirmişdir. Bundan sonra Arif bir neçə dəqiqəyə çatacaqlarını demişdir. Onların arxasınca Nemət öz avtomobili ilə Rövşənlə birgə həmin ərazidən təsadüfən keçərkən onun maşınını görüb dayanmış, gecənin bu saatında maşın bazarının qarşısında dayanma səbəbini soruşmuşdur. O, Mirağa adlı şəxslə mübahisəsinin yarandığını, “söhbət” etmək üçün gəlməsini gözlədiyini demiş, məsələnin təfərrüatları barədə onlara məlumat verməmişdir. O, Xəyalla bazarın qarşısında dayanıb Mirağagilin gəlməsini gözləyərkən saat 00:43-də Xəyalın telefonu ilə Arifə zəng edib harada olduqlarını, nə üçün yubandıqlarını soruşmuş, Arif isə bir neçə dəqiqəyə həmin yerə çatacaqlarını demişdir. Saat 00:44-də Mirağa öz maşınları ilə bazarın qarşısına çatmışdır. Mirağagil maşını saxlayıb düşdükdən sonra aqressiv şəkildə əlində bıçaqla birbaşa onun üstünə gəlmiş, “gəl bura ə, lotu hesab edirsən özünü?!”- deyib qışqırmağa başlamışdır. Mirağanın və onun yanında olan şəxslər onları aralaşdırmağa çalışmışlar. Çox qısa müddət ərzində Rövşən əli ilə belini tutub “məni vurdular, məni qan aparır”- demiş, Xəyalla Nemət dərhal Rövşəni xəstəxanaya aparmaq üçün sonuncunu Nemətin maşınına mindirmişlər, üçü hadisə yerindən uzaqlaşmışdır. O isə maşınına tərəf qaçmış, bu vaxt qarşı tərəfdən kiminsə əlində elektroşok olduğunu görmüş və tez qaçıb maşına oturmuşdur. Mirağa əlində bıçaqla ona tərəf gəlmiş, Mirağanın onu bıçaqla vuracağını fikirləşib qapını içəridən bağlamaq istəmiş, lakin həyəcanlı olduğuna görə səhvən kilidi açan düyməyə basmış, qapı bağlanmamış, maşının açarı isə əlindən yerə - ayağının altına düşmüşdür. Açarı əyilib götürməyə macal tapmamış Mirağa maşının qapısını açmış, ona sağ əlindəki bıçaqla dəfələrlə həmlə edib zərbə yetirməyə çalışmışdır. O qolaltı yerini açıb özünə məxsus açılıb-qatlanan bıçağı oradan götürmüş və özünü müdafiə etmək istəmişdir. Qatlanan konstruksiyalı olmaqla boz rəngli metaldan hazırlanmış, ümumi uzunluğu təxminən 200 mm olan həmin bıçağı uzun müddət əvvəl dəqiq xatırlamadığı vaxtda Gəncə bazarından tanımadığı bir şəxsdən satın almış, məqsədi maşında saxlayıb ehtiyac yaranan məqamlarda, yəni özünün həyat və sağlamlığı üçün bilavasitə təhlükə yarandığı hallarda təhlükəni dəf etmək üçün istifadə etmək olmuş, ona görə də, hadisənin baş verdiyi günədək həmin bıçağı idarə etdiyi avtomobilin ön oturacaqlarının arasında yerləşən qolaltı yerində saxlamış, lakin xx.xx.2019-cu il tarixədək həmin silahdan istifadə etməmiş, çünki bunu zəruri edən hər hansı bir hal baş verməmişdir. Mirağa arxasınca gəlib onu vurmaq istəsə də, sonuncunun bütün cəhdləri uğursuz olmuşdur. Mirağa həmin əsnada onun maşınının pəncərə şüşəsini də əlindəki bıçaqla cızmışdır. Mirağa, həmin vaxt, əslində, maşının şüşəsini cızmaq deyil, onu vurmaq istəmiş, lakin sərxoş olduğuna görə nizamsız zərbələr atmışdır. O, Mirağanın zərbələrindən qorunmaq üçün sağ əlindəki bıçağı bir neçə dəfə kortəbii şəkildə Mirağaya tərəf hərəkət etdirmiş, zərbələrdən birində bıçağın Mirağaya batdığını və əlinin qanla yapışqan olduğunu hiss etmiş, həyəcanlanıb maşından düşüb o tərəf-bu tərəfə yerimiş, öz-özünə “onu vurdum”- demişdir. Mirağa Əliyevə qarşı bıçaqdan istifadə etməkdə məqsədi Mirağanın zərbələrindən qorunmaq, özünü müdafiə etmək olmuşdur. Sadəcə olaraq, Mirağanın onun əlində bıçaq olduğunu görüb geri çəkilməsini istəmişdir. Qaranlıq olduğuna görə Mirağaya neçə ədəd və hansı nahiyələrdən xəsarətlər yetirdiyini görməmiş, Mirağaya sadəcə döş qəfəsindən bıçaq zərbəsi vurduğunu güman etmişdir. Bazarın qarşısında bütün hadisələr 4-5 dəqiqənin içərisində ani olaraq baş vermiş, dostları Mirağanı maşına mindirib aparmış, o isə piyada qaçıb hadisə yerindən uzaqlaşmış, çünki həyəcandan nə etdiyini, hara getməli olduğumu bilməmişdir. Maşın bazarının ətrafındakı ərazidə bir qədər təkbaşına dolaşdıqdan sonra maşınına minib Gəncə şəhəri, 1-ci mikrorayon, Zərifə Əliyeva küçəsinə getmiş, oradakı yaşayış binalarının birinin qarşısında maşını saxlayıb nömrələrini çıxarıb baqaja qoymuş və maşını orada qoyub təkbaşına həmin yerdən uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X13 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 23 radələrində Mirağa onun yaşadığı evə gəlmiş, həmin vaxt evdə o, arvadı və kiçik oğlu olmuşdur. Mirağa onlardan ayrılıqda yaşadığına görə vaxtaşırı gəlib onlara baş çəkmiş, həmçinin ağartı məhsulları götürüb getmişdir. Mirağa içkili olmuş, ona görə də, sonuncunun xalasıoğlu Arif və dostu Nurlan da Mirağanı tək buraxmamaq üçün taksi ilə arxasınca gəlmişlər. Mirağa təxminən 15-20 dəqiqə onlarda qaldıqdan sonra süd-qatıq götürüb evdən çıxmış və özünə məxsus “Mercedes Benz” markalı, **-EA-*** nömrəli maşının arxa oturacağında əyləşmiş, maşını Arif idarə etmiş, Nurlan isə qabaqda Arifin yanında oturmuş, maşınla onun yaşadığı ünvandan uzaqlaşmışlar. Mirağa ona hər üçünün evlərinə qayıdacaqlarını demiş, lakin təxminən 1 saat sonra - 11 noyabra keçən gecə böyük oğlu ona zəng edib Mirağanın Nicat adlı şəxs tərəfindən bıçaqla vurulduğunu, Abbas Səhhət adına 1 №-li şəhər klinik xəstəxanasına aparıldığını demiş, o, dərhal həmin klinikaya getmiş, orada Mirağanın artıq ölməsi barədə məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 22:30 radələrində tanışı Şahid2la birgə dostunun toy məclisindən çıxdıqdan sonra hər ikisi sonuncunun idarə etdiyi, Mirağa Əliyevə məxsus “Mercedes Benz E Class” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmiş, avtomobili Arif idarə etmiş, onlar yaşadıqları ünvana yola düşmüşlər. Onlar Mirağanın yaşadığı binanın qarşısına çatdıqdan sonra Arif Mirağaya zəng edib maşını gətirdiyini və binanın qabağında saxladığını demiş, Mirağa evdən binanın qarşısına düşmüş, Arif maşını Mirağaya qaytarmaq məqsədilə orada saxlasa da, sonradan Mirağanın içkili olduğunu görüb maşını sonuncuya vermək istəməmiş, açarı sabaha qədər özündə saxlayacağını demişdir. Lakin Arifin israrına baxmayaraq, Mirağa açarı Arifdən almış və atasıgildən ağartı məhsulları götürməyə getməli olduğunu bildirmişdir. Mirağa dərhal avtomobilə əyləşib atasıgilin yaşadığı İsrafil Məmmədov küçəsi, ev 21 ünvanına yola düşmüş, içkili olduğu üçün qəza törədə biləcəyindən qorxduqları üçün onlar ikisi tanımadıqları taksiyə əyləşib Mirağanın arxasınca getmişlər. Mirağa maşını atasıgilin həyətyanı yaşayış evinin qarşısında saxlayıb evə düşmüş, dərhal onlar da taksidən düşmüş, Arif keçib Mirağanın maşınında sükan arxasında, o isə Arifin yanında ön sərnişin oturacağında əyləşmiş, onlar Mirağanın evdən çıxmasını gözləmişlər. Təxminən 15-20 dəqiqə sonra Mirağa atasıgildən süd-qatıq götürüb evdən çıxmış və maşının arxa oturacağında oturmuşdur. Onlar əvvəlcə Mirağanı evə düşürtmək üçün yola düşmüşlər, maşını Arif idarə etmişdir. Yolda Mirağa işıq kartının balansını terminal vasitəsilə artırmalı olduğunu demiş, bu məqsədlə, Arif maşını Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” marketin qarşısında saxlamış, Mirağa maşından düşüb marketə getmiş, onlar ikisi isə maşında Mirağanın qayıtmasını gözləmişlər. Bir neçə dəqiqə sonra Mirağa marketdən çıxıb qayıtmış, Arifə yaxınlaşıb sükan arxasından düşməsini tələb edərək maşını özünün idarə edəcəyini bildirsə də, Arif Mirağanın tələbini yerinə yetirməmiş, beləliklə, Mirağa maşına minmək üçün arxa sol qapını açmış, həmin vaxt başqa bir maşın marketin qarşısındakı dayanacağa daxil olmuş, bu zaman həmin maşının sağ tərəfi onların maşınının açıq vəziyyətdə olan arxa sol qapısının ucuna sürtülmüş, lakin ciddi bir məsələ olmadığına görə Mirağa maşına oturmuşdur. Digər avtomobil şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsə məxsus “Kia Optima” markalı avtomobil olmuş, avtomobili Nicat özü idarə etmişdir. Nicatın yanında isə dostu Xəyal oturmuşdur. Mirağa maşına oturandan sonra Nicat avtomobildən düşüb onların maşına yaxınlaşmış, açıq vəziyyətdə olan şüşədən arxada oturan Mirağaya səslənərək “korsanmı?!”- deyib əsassız yerə aqressiv davranış nümayiş etdirmişdir. Əvvəlcə Mirağa, sonra Arif, daha sonra isə o maşından düşmüşlər. Nicatın maşınından isə Xəyal düşüb onlara yaxınlaşmış, Mirağa: Nicata “nə olub ki, burda?! Maşındır da”- deyə bildirmiş, Nicat isə cavabında “görmürsənmi?! Siqnal verirəm, qapını niyə örtmürsən?!”- deyə əsəbi şəkildə Mirağanı ittiham etmişdir. Mirağa ilə Nicat sözlü mübahisə etmişlər. O və Arif Mirağa ilə Nicatı aralaşdırıb mübahisəyə son qoymağa çalışmış, Nicata Mirağanın içkili olduğunu deyərək, məsələni böyütməməsini xahiş etmişlər. Lakin xahişlərinə məhəl qoymayan Nicat söhbəti başqa yerdə davam etdirmək istəmişdir. Onlar isə peşmançılıq olmaması üçün maşına oturub birbaşa Mirağagilin məhəlləsinə getmişlər. Məqsədləri Mirağanı evə yola salmaq, bununla da, davanın böyüməsinin qarşısını almaq olmuş, lakin Nicat arxadan işıq cihazları ilə onlara işarə edib maşını saxlamalarını tələb etmişdir. Buna baxmayaraq, onlar Mirağagilin yaşadığı binanın qarşısına getmiş, maşını orada saxlayaraq üçü də maşından düşmüşlər. Mirağa bloka girərkən Nicat da ora çatıb idarə etdiyi avtomobili məhəllədə saxlamış və Xəyalla birgə maşından düşüb onlara yaxınlaşmış, əlaqə saxlamaq üçün Arifin telefon nömrəsini öyrəndikdən sonra maşına oturub həyətdən çıxmışlar. Xəyalla Nicat məhəllədən çıxan kimi Mirağa dərhal bloka girib tələsik yaşadığı mənzilə qalxmışdır. Mirağa bloka girəndən sonra Arif də ona “ayaqyoluna gedirəm, qayıdam”- deyib yaşadığı bloka girmişdir. Arif Mirağa ilə qonşuluqda yaşamışdır. Arif və Mirağa çox keçmədən aşağı düşüb binanın qarşısına qayıtmışlar. Xəyal Arifə zəng edib maşın bazarının qarşısına getmələrini tələb etmiş və söhbəti orada davam etdirəcəklərini demiş, Arif bu barədə Mirağaya məlumat verəndən sonra Mirağa maşın bazarına gedəcəyini demiş, onlar isə Mirağanı tək qoymamaq üçün maşına oturub birlikdə “köhnə maşın bazarı” kimi tanınan əraziyə getmişlər. Bazarın giriş qapısının qarşısına çatdıqda yolun kənarında iki-üç ədəd avtomobilin dayandığını və əraziyə bir neçə nəfər şəxsin toplaşaraq onları gözlədiyini görmüşlər. Onlar maşından düşdükdən sonra Mirağa Nicatgilə yaxınlaşmış, o və Arif isə düşüb maşının yanında dayanaraq Nicatla Mirağanın öz aralarında söhbət edib qurtarmasını gözləmişlər. Mirağa maşından düşüb Nicata yaxınlaşan kimi Nicat Mirağaya “Sən kimsən ki, mənə “get şahın gəlsin deyirsən”- deyə ucadan səslənmişdir. 1-2 dəqiqə sonra onlar, yəni Ariflə o, Nicatla gəlmiş başqa şəxslərin də söhbətə qarışdığını, Nicatın başına toplaşıb Mirağanın mübahisədə səhv olduğunu sözlə sübut etməyə çalışdıqlarını görmüş və dəstəyə yaxınlaşıb Mirağa ilə Nicatı aralaşdırmağa çalışmışlar. Həmin vaxt qarışıqlıq yaranmış, Mirağa ya əynindəki şalvarın cibindən, ya da yan tərəfindən qatlanan bıçaq çıxarıb açaraq sağ əlinə almış, həmin bıçaqla kortəbii şəkildə Nicatgilin dəstəsinə tərəf zərbələr atmağa başlamışdır. Mirağanın bıçaqla həmlələr etdiyini görən qarşı dəstə üzvlərindən kimsə “oturun, oturun, gedək”- deyə qışqırmış və qaçıb dağılmağa, maşınlara minməyə başlamışlar. Mirağanın kortəbii bıçaq zərbələrindən sonra hamı qaçıb dağılmağa başlayarkən Nicat da qaçaraq özünün idarə etdiyi “Kia” markalı avtomobilə minmiş, sükan arxasında oturmuş və maşının qapısını örtmüş, Mirağa isə Nicatın ardınca qaçaraq sonuncuya yaxınlaşmış və əlindəki bıçaqla maşının sürücü qapısına və qapının şüşəsinə zərbələr endirməyə başlamışdır. Hadisələrin axarında sonradan Nicat maşından Mirağaya bıçaqla həmlələr etmiş, belə ki, əlindəki bıçağı bir neçə dəfə Mirağaya doğru arxayaqabağa hərəkət etdirmiş, həmlələrin birində Nicat öz maşınında oturduğu sürücü oturacağından qarşısında yerdə ayaqüstə dayanmış Mirağanın sinəsindən bıçaqla bir ədəd zərbə vurmuş və sonra bıçağı Mirağanın sinəsindən çıxartmış, dərhal maşından düşmüş, “vurdum, vurdum”- deyib qışqıra-qışqıra özünü itirmiş halda ətrafda o baş - bu başa yerimiş, sonra qaçaraq hadisə yerindən uzaqlaşmış, Nicatın maşını isə hadisə yerində qalmışdır. Bundan sonra hadisə yerində onlar üçü, yəni o, Arif və Mirağa qalmışlar. Mirağa uca səslə “Nicat məni vurdu”- demiş, Ariflə o, Mirağaya yaxınlaşıb sonuncuya maşına oturması üçün kömək etmişlər, Arif sükan arxasına oturmuş, o, Mirağanı arxada əyləşdirmiş, özü isə qabaqda oturmuşdur. Maşına oturan kimi Mirağa huşunu itirmiş, onlar X25 adına 1 №-li şəhər klinik xəstəxanasına çatdırsalar da, orada Mirağanın artıq ölmüş olduğunu demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxsla birgə sonuncunun idarə etdiyi “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə evə gedərkən Nicat lazım olan bəzi ləvazimatlar almalı olduğunu bildirmiş və bu məqsədlə, avtomobilini Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” mağazasının qarşısına sürmüş, onlar dayanacağa girərkən orada “Mercedes Benz E Class” markalı, **- EA-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, avtomobilə sonradan adının Mirağa olduğunu öyrəndiyi bir nəfər şəxs gəlib arxadan oturmuş və sol arxa qapını örtmüş, Nicat maşını saxlamaq istəyərkən Mirağa qəfildən qapını açmış və Nicatın maşınının sağ yan tərəfinə vurmuş, bundan qəzəblənən Nicat maşından düşmüş və Mirağanın avtomobilinə yaxınlaşmışdır. Mirağanın yanında şəhər sakinləri kimi tanıdığı Nurlan və Arif adlı iki nəfər şəxs olmuşdur. Mirağa içkili olmuşdur. Nicat Mirağaya maşının qapısını qəsdən maşınına vurmasının səbəbini soruşmuş, Mirağa isə Nicata kobud cavablar vermiş və “mən sənlə söhbət eləmirəm, get, şahın gəlsin”- deyə əlavə etmişdir. Nicat və Mirağa ikisi bir-birilə mübahisə etmiş, onlar hamısı isə Nicat və Mirağanı ayırmağa çalışmışlar, lakin Mirağa sərxoş şəxsə adekvat hərəkətlər etdiyinə görə Nicat Mirağa ilə dil tapa bilməmiş, Mirağa Nicata “biz sürüb burdan çıxırıq, siz də arxamızca gəlin”- demiş və gəlməyənin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra Nicat Mirağanın dediyi yerə gedəcəyini bildirmiş, Mirağa, Nurlan və Arif üçü də “Mercedes Benz E Class” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib marketin qabağını tərk etmiş, onlar isə “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəxslərin arxasınca getmişlər. Həmin şəxslər maşını yaşadıqları məhəlləyə sürmüşlər, Mirağa maşından düşüb bloka girmiş və ehtimal ki, bıçaq götürmək üçün evə qalxmış, onlara isə “burada gözləyin”- demişdir. Nicat Arifdən telefon nömrəsini istəmiş, Arif nömrəni deyəndə o, telefonuna yazmış, köhnə avtomobil bazarının qarşısı boşluq və qaranlıq olduğuna görə heç kəsin onları görməməsindən ötrü oraya getmişlər, Nicat onun telefonu ilə Arifə zəng edib həmin ünvanda olduqlarını, oraya gəlmələrini bildirmişdir. Həmin vaxt öz avtomobili ilə ərazidən keçən Nemət və yanındakı Rövşən onları görüb dayanmış və görüşüb haləhval tutmuşlar. Söhbət əsnasında onlar Mirağagillə mübahisələrinin yarandığını demiş, elə həmin anda Mirağagil qeyd olunan ünvana gəlmişlər. Mirağa sərxoş vəziyyətdə Nicata “Ə, fahişə, deyə müraciət etmiş, Nicat da əsəbiləşmiş və Mirağaya “Ağzının danışığını bil, a kişi, normal danış”- deyərək qışqırmışdır. Həmin anda qarışıqlıq yaranmışdır. Bundan sonra yaranmış qarışıqlıqda Rövşən əli ilə kürəyini tutub “məni vurdular”- deyib qışqırmış, lakin kim tərəfindən və nə ilə vurulduğunu deməmiş, qaranlıq olduğuna görə o da bunu görməmiş, Rövşənin yarasından qan axdığını və özünü pis hiss etdiyini dediyinə görə, o, Nemətlə köməkləşib Rövşəni maşına oturtmuş, onlar Rövşəni 3 saylı xəstəxanaya aparmışlar. Bundan sonra Nicatla Mirağa arasında olanları görməmiş, oradan bir qədər uzaqlaşdıqdan sonra Nicat ona zəng edib “Mirağa bıçaqla üstümə gəlirdi, bıçaqla məni vurmağa çalışırdı, mən isə özümü müdafiə etməkdən ötrü maşından bıçaq götürüb onun üstünə bir neçə dəfə həmlə elədim, deyəsən, zərbələrdən biri ona dəydi, halı pisləşdi”demişdir. Onlar xəstəxanaya çatanda isə Nicat ona zəng edib Mirağanın öldüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 göstərmişdir ki, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixə keçən gecə təqribən saat 01 radələrində dostu Nemətlə birgə sonuncunun idarə etdiyi avtomobillə təsadüfən şəhərin köhnə avtomobil bazarının qarşısından keçərkən orada tanışı Nicatın yanında bir nəfərlə dayandığını görmüşlər. Onlar Nicatın gecə vaxtı həmin ərazidə dayandığını görüb səbəbini öyrənmək üçün maşını saxlayıb aşağı düşmüşlər. O, Nicatdan gecənin bu saatında orada dayanmasının səbəbini soruşduqda Nicat ona məsələnin əslini danışmamış əraziyə “Mercedes Benz E Class” markalı avtomobil yaxınlaşmış, avtomobildən 3 nəfər düşmüşdür. Həmin şəxslərdən biri olan Mirağa aqressiv şəkildə əlində bıçaqla Nicatın üstünə getmiş, o, Mirağanın Nicatı vurmasına mane olmaq üçün araya girmiş, həmin şəxsi sakitləşdirməyə çalışarkən kürək nahiyəsindən ona deşici alətlə bir neçə zərbə vurulduğunu hiss etmiş və dərhal Nemətə xəsarət aldığını, onu xəstəxanaya aparmalarını bildirmişdir. Nemət, sonradan adının Xəyal olduğunu öyrəndiyi şəxslə köməkləşib onu maşına mindirmiş və 3 nömrəli şəhər klinik xəstəxanasına aparmışdır. Xəstəxanada kürək nahiyəsindən bıçaq xəsarətləri aldığı müəyyən olunmuşdur. Yaralarına tikiş qoyulduqdan sonra həmin gün evə buraxılmış, Nicatın sonradan adının Mirağa olduğunu öyrəndiyi şəxsi öldürməsi barədə xəbər tutmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 Şahid4la eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli Gəncə şəhər prokurorunun köməkçisi, ədliyyə müşaviriAllahverdi Abuzərov tərəfindən tərtib olunmuş protokoldan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01:35 dəqiqədə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin məsul növbətçisi Ramiz Qənbərov telefonla məlumat verərək bildirmişdir ki, həmin tarixdə saat 01 radələrində xx.xx.1989-cu il təvəllüdlü Gəncə şəhəri, İ.Məmmədov küçəsində ev 21-də yaşamış X6 bədəni üzərində zorakılıq əlamətləri olan meyiti Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasının reanimasiya şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11noyabr 2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri – Gəncə şəhəri, Kəpəz rayonu, Elbrus Allahverdiyev küçəsində yerləşən köhnə avtomobil bazarının qarşısıdır. Cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerində aşkar edilmiş qana bənzər ləkələrdən tənzifə hopdurulmaqla nümunələr və üzərində qana bənzər ləkələrin aşkar edildiyi daş parçaları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X6 meyiti MTE və PA ETT Birliyinin Gəncə şəhər şöbəsinin meyitxanasında təşrih masasının üzərində uzadılmışdır. Əynində aşağıdakı paltarlar vardır: bir ədəd göy rəngli cins şalvar (bel hissəsində bir ədəd qara rəngli kəmərlə), bir ədəd boz rəngli jaket, bir ədəd ağ rəngli mayka, bir cüt qara rəngli corab, bir ədəd qara rəngli tuman şalvar, bir ədəd boz-göy rəngli tursik və bir cüt qara rəngli ayaqqabı. Meyit soyunduruldu və cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən əynindən çıxarılan bir ədəd göy rəngli cins şalvar (bel hissəsində bir ədəd qara rəngli kəmərlə), bir ədəd boz rəngli jaket və bir ədəd ağ rəngli mayka müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin əynindən çıxarılan jaketin ön sol tərəfində və arxa sol qolluq hissəsində, maykanın isə ön sol tərəfində zədələr vardır. Paltarların üzərində qana bənzər ləkələr mövcuddur. Meyitin əynindəki şalvarın ciblərinə baxış zamanı iş üçün əhəmiyyətli hər hansı əşya aşkar olunmadı. Meyit kişi cinslidir, boyunun uzunluğu 174 sm-dir. Düzgün bədən quruluşlu, kafi köklükdədir. Dərisi ağımtıl meyit rəngindədir, əllə yoxladıqda soyuqdur. Meyit ləkələri meyitin arxa səthində yerləşmişdir, göyümtül-bənövşəyi rəngdədir, görüntüsü zəifdir, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rəngi 3 dəqiqədən sonra bərpa olur. Meyit qacıması əllə yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit çürüməsi əlamətləri yoxdur. Kəllə-qapağı sümükləri əllə yoxladıqda tamdır. Burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdır. Ağzı yarımaçıqdır, dişləri tamdır, təbidir. Dili dişlərin arxasında sərbəst yerləşmişdir, dodaqların daxili səthi sianotikdir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir, qaçıma hesabına hərəkətsizdir. Döş qəfəsi normastenikdir, quruluşu simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdır. Qarnı döş qəfəsi səviyyəsində yerləşir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb, anal dəlik nahiyyəsində hər hansı xəsarətin obyektiv əlamətiu müəyyən edilmədi. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Meyitin bədən səthində müxtəlif məzmunlu döymələr (taturiovkalar) vardır. Xəsarətlər: Döş qəfəsinin ön səthində solda İİ-İİİ qabırğa səviyyəsində saat sferblatının 1-7 rəqəmləri birləşdirən xətt üzrə yerləşən 4x2 sm ölçüdə, sol bazu nahiyyəsinin yuxarı1/3 hissəsinin arxa-iç səthində 3x11 sm ölçüdə, sağ əlin İ-İİ barmaqlarının arxa səthlərində 0,3x0,9 sm ölçülərdə, kənarları hamar, ucları iti olan yaralar vardır. Başın sol təpə-gicgah nahiyyəsində 5x5 sm ölçüdə, döş qəfəsinin ön səthində sağda V-Vİ qabırğalar səviyyəsində 5x6 sm ölçüdə şişkinlik qeyd olunur. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilmədi. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə foto şəkillər çəkildi və protokola əlavə olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11noyabr 2019-cu il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ- İ 547670 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X7 xx.xx.2010-cu il tarixdə nikahlarını bağlamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11noyabr 2019-cu il tarixli “Götürmə aparılması və götürülmüş əşyalara baxış keçrilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd tünd göy rəngli gödəkçəni, həmçinin özünə məxsus “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını könüllü olaraq təqdim etdi. Baxış keçrilərkən müəyyən olundu ki, təqdim edilmiş paltarlar üzərində qanabənzər ləkələr mövcuddur. Açarın arxa tərəfinə “KİA” şirkətinin firma nişanı həkk edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar götürüldü, paltarlar müvafiq qaydada qablaşdırıldı və möhürlənərək protokola əlavə olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11noyabr 2019-cu il tarixli “Götürmə aparılması və götürülmüş əşyalara baxış keçrilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 mərhum Mirağa Əliyevə məxsus “Mersedes Benz E320” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını baxış keçirilməsi üçün könüllü olaraq şəhər prokurorluğuna təqdim etdi. Baxış keçirilərkən müəyyən olundu ki, açar qara rəngdədir, üzərində “Mersedes” şirkətinin firma nişanı əks olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11noyabr 2019-cu il tarixli ““Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs məxsus həmin avtomobil Gəncə şəhəri, 1-ci mikrorayon, Zərifə Əliyeva küçəsindəki yaşayış binalarının həyətində dayanmışdır. Sürücü qapısını açdıqda sürücü oturacağının ayaqaltı hissəsində bir ədəd açıq vəziyyətdə bıçaq olduğu müəyyən edildi. Bıçağın üzərində qana bənzər ləkələr mövcuddur. Bıçaq qatlanan konstruksiyalı olub tiyə və dəstək hissədən ibarətdir, açıq vəziyyətdə ümumi uzunluğu 206 mm-dir. Tiyəsi və dəstəyin əsası boz rəngli metaldan hazırlanmışdır. Dəstəyin hər iki tərəfinə qəhvəyi rəngli taxta materialdan üzlüklər bərkidilmişdir. Həmin bıçağın cinayət təqibi üçün əhəmiyyətli olduğunu nəzərə alaraq, müvafiq qaydada qablaşdırılıb götürüldü. Həmçinin avtomobilin ayrı-ayrı yerlərində olan qana bənzər ləkələrdən pambıq tamponlara hopdurulmaqla nümunələr götürüldü və müvafiq qaydada qablaşdırıldı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11noyabr 2019-cu il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş əşyalar arasında “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bıçağı tanıyaraq, X9 həmin bıçaqla öldürdüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13noyabr 2019-cu il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13noyabr 2019-cu il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi faktı ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində qeyd etdiyi xüsusatları təsdiq edərək, hadisə yerində hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13noyabr 2019-cu il tarixli 4(043)-94/2019 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.Həbsetmənin əvvəli 11noyabr 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri 13 saylı Mənzil İstismar Sahəsinin rəisi V.Ə.Cəfərov tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 159 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Sədi küçəsi bina 33 mənzil 30-da yaşayır. Ailə üzvləri – arvadı 1990-cı il təvəllüdlü X12, qızı 2011-ci il təvəllüdlü X15, oğlu 2012-ci il təvəllüdlü X20, atası 1966-cı il təvəllüdlü X8, anası 1967-ci il təvəllüdlü X21 və bacısı 1992-ci il təvəllüdlü X10 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri 13 saylı Mənzil İstismar Sahəsinin rəisi V.Ə.Cəfərov tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2019-cu il tarixli, 1842 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 40 saylı rəyindən görünür ki, X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X11 məxsus ola bilər. “Kia Optima” markalı avtomaşının sürücü oturacağından, ön sol qapı şüşəsi, sol arxa qapı, sol arxa tərəfdən götürülmüş qan nümunələri üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X11 məxsus ola bilər. “Mercedes Benz” markalı avtomaşının kapot, sağ arxa oturacaq, sağ işıq tərəf, sağ arxa qanadı üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X11 məxsus ola bilər. Hadisə yerindən götürülmüş pambıq tamponlar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X11 məxsus ola bilər. Hadisə yerindən götürülmüş daş parçaları üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X11 məxsus ola bilər. X1 sol ovcundan və sağ ovcundan götürülmüş qan nümunəsi, ona məxsus bir ədəd cins şalvar, bir ədəd kofta, bir ədəd mayka üzərində insana məxsus qan ləkələri qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhumun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus paltarlar: bir ədəd cins şalvar, bir ədəd qara rəngli uzunqol köynək, bir ədəd gödəkcə üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhum X11 məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bolmart” marketin qarşısındakı müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 00:30-da marketin qarşısındakı dayanacaqda “Mercedes Benz E Class” markalı avtomobil dayanmışdır. Mirağa Əliyev marketdən çıxıb avtomobilə yaxınlaşır, sürücü qapısını açır və sükan arxasında oturmuş şəxslə söhbət edir. Az sonra dayanacağa “Kia Optima” markalı avtomobil daxil olur və “Mercedes Benz E Class” markalı avtomobillə ondan bir qədər aralıda paralel dayanmış digər avtomobilin arasındakı boş yerə daxil olmaq istəyir, lakin “Mercedes Benz E Class” markalı avtomobilin sürücü qapısı açıq olduğuna görə, “Kia Optima” markalı avtomobil dayanacaq yerinə daxil olmaq üçün gözləyir, Mirağa Əliyev sürücü qapısını örtdükdən sonra isə boş yerə daxil olur. Mirağa Əliyev sürücü qapısını örtdükdən dərhal sonra maşının arxa sol sərnişin qapısını açır, qapı “Kia Optima” markalı avtomobilin sağ tərəfinə dəyir, bundan sonra Mirağa Əliyev maşının arxa oturacağında əyləşərək qapını örtür. Mirağa Əliyev maşına əyləşdikdən sonra “Mercedes Benz E Class” markalı avtomobil dayanacaqdan çıxmaq üçün arxaya doğru hərəkət edərkən “Kia Optima” markalı avtomobildən sürücü Təqsirləndirilən şəxs, ardınca isə Şahid3 düşüb “Mercedes Benz E Class” markalı avtomobilə yaxınlaşır. Bu vaxt “Mercedes Benz E Class” markalı avtomobil hərəkətini dayandırır, Təqsirləndirilən şəxs avtomobildəki şəxslərlə söhbət edir. Dərhal avtomobilin arxa oturacağından Mirağa Əliyev, ön sərnişin oturacağından Şahid1, sükan arxasından isə Şahid2 düşür. X26 Dajban arasında mübahisə baş verir. Bir qədər mübahisə etdikdən sonra Mirağa Əliyev sol tərəfdən “Mercedes Benz E Class” markalı avtomobilin arxa oturacağına, Şahid1 ön sərnişin oturacağına, Şahid2 sükan arxasına əyləşir, Təqsirləndirilən şəxs isə “Kia Optima” markalı avtomobilin sükanı arxasına, Şahid3 ön sərnişin oturacağına minir. İlk növbədə “Mercedes Benz E Class”, ardınca isə Kia Optima” markalı avtomobil marketin qarşısını tərk edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə ŞBPİ-in Təhlükəsiz şəhər xidmətinin GTŞ-118 saylı müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntü ilə bağlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 00:38-də köhnə avtomobil bazarının qarşısına eyni vaxtda 2 avtomobil, 00:44-də isə 1 avtomobil yaxınlaşaraq dayanır. Saat 00:46-da hadisə yerini 1 avtomobil, 00:47-də isə 1 avtomobil tərk edir və hadisə yerində yalnız 1 avtomobil qalır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X6 barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 94 saylı rəyindən görünür ki, X1 bədəni üzərində kəsici, deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş dörd ədəd yara aşkar edildi. Bu yaralardan biri döş qəfəsinin ön səthində solda məməxətti ilə İİ-İİİ qabırğa səviyyəsində yerləşmişdir, daxilə nüfuz edən yara olub, ürəyi və sağ ağciyəri zədələmişdir, yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa doğrudur; digər ikinci yara sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa-iç səthində yerləşmişdir, bazu arteriyasının zədələnməsi ilə müşayiət olunur, yara kanalının istiqaməti arxadan önə doğrudur. Hər iki yara dərəcəsinə görə ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Üçüncü, dördüncü yaralar isə sağ əlin İ-İİ barmaqlarının arxa səthlərində yerləşmişdir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X1 bədən səthində kəsilmiş, deşilmiş-kəsilmiş yaralardan başqa, başın yumşaq toxumalarında sol təpə-gicgah nahiyəsinə uyğun hissədə və döş qəfəsinin ön səthində sağda dərialtı yumşaq toxumalarda qansızma (hematoma) kimi xəsarətlər də müəyyən edildi. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir. X1 ölümünə səbəb, döş qəfəsinin və sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları nəticəsində ürəyin, sağ ağciyərin, sağ bazu arteriyasının zədələnməsindən əmələ gələn kəskin xarici və daxili qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq, ölümün müddəti müayinə olunan vaxta nəzərən 8-12 saatdır (meyit xx.xx.2019-cu il tarixdə saat 11:00-da müayinə edilmişdir). X1 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı 0,9% qatılığında etil spirti aşkar edilmişdir, etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx.xx.2019-cu il tarixli, 689 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X11 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X11 məxsus 01 ədəd poluver üzərində tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək üzərindən tapılmış boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 məxsus 01 ədəd poluverin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-trasoloji və ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 690/691 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş (Təqsirləndirilən şəxs məxsus olduğu göstərilmiş) bıçaq zavod üsulu ilə hazırlanmış və bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş X11 məxsus uzunqol poluverin üzərində olan “a” (poluverin ön sol tərəfində), “b” (poluverin arxa sol qolluq hissəsində) zədələri və maykanın üzərində olan bir ədəd zədə (maykanın ön sol tərəfində) bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin (o cümlədən, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu göstərilmiş bıçaqla və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2019-cu il tarixli, 94 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş mərhum X11 məxsus uzunqol poluverin üzərində olan “a”, “b” zədələri və maykanın üzərində olan bir ədəd zədə müqayisə edildi və müəyyən olundu ki, “Döş qəfəsinin ön səthində solda məməxətti ilə İİ-İİİ qabırğa səviyyəsində yerləşmiş, daxilə nüfuz edən, ürəyi və sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan yara” və “sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa-iç səthində yerləşmiş, bazu arteriyasının zədələnməsi ilə müşayiət olunan yara” xəsarəti ilə mərhum X11 məxsus uzunqol poluverin üzərində olan “a”, “b” zədələri və maykanın üzərində olan bir ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədələrlə xəsarətlər üst-üstə düşür. Tədqiqata təqdim olunmuş “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının dəstəyi üzərində olan zədə ölçülərinə, quruluşuna, yerləşmə sahəsinə və digər morfoloji xüsusiyyətlərinə əsasən digər avtomobillə toqquşması nəticəsində yaranması mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 212 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ruhi-Əsəb Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli 248 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 71/30 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2 və 228.4-cü maddələrinə tövsif olunmasına və o, qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yenidən ittiham elan edilməsinə, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirilərək rədd edilməsinə, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 123.1-ci maddəsinə tövsif olunması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsinə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 120.2.1 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsinə, X6 barəsində Azərbaycan Respublikası CM-in 29, 120, 221-ci maddələri ilə, habelə, Təqsirləndirilən şəxs qarşı həyat və sağlamlıq əleyhinə digər cinayətlərin törədilməsinə cəhdə görə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsinə, X6 barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.8-ci maddəsinə əsasən rədd edilməsinə, X6 barəsində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən rədd edilməsinə, Şahid3, Şahid4, Şahid5, Şahid1 və Şahid2 əməllərində cinayət qanununda nəzərdə tutulmuş hər hansı cinayətin tərkibi olmadığından onların barələrində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsinə, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqların olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasına, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətdikdən sonra Kəpəz rayon polis idarəsinə gedib törətdiyi əməli etiraf edərək təslim olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş “şəxsin könüllü gəlib təqsirini boynuna alması” kimi qiymətləndirilməməsinə və cəzası yüngülləşdirən hal kimi qəbul olunmamasına, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasının nəzərə alınmasına, iş üzrə şübhəli və təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış, götürmə və ifadələrin yerində yoxlanılması istintaq hərəkətinin nəticələrinə dair tərtib edilmiş protokol və digər istintaq sənədləri sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilməsinə, istintaq hərəkətinin protokoluna əlavə qismində “Bolmart” marketin qarşısındakı müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntünün əks olunduğu bir ədəd disk, Gəncə şəhər Baş polis idarəsinin Təhlükəsiz şəhər xidmətinin GTŞ-118 saylı müşahidə kameraları vasitəsilə qeydə alınmış video görüntünün əks olunduğu bir ədəd disk və “xxxxxxx” MMC-dən daxil olmuş telefon danışıqları ilə bağlı bir ədəd disk (cəmi üç ədəd disk) cinayət işinə əlavə edilməsinə, maddi sübut qismində tanınmış üç ədəd bıçaq, bir ədəd elektroşok cihazı, X11 məxsus bir ədəd boz rəngli uzunqol poluver, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli cins şalvar, bir ədəd göy rəngli gödəkçə və bir ədəd boz rəngli papaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli gödəkçə, bir ədəd qara rəngli uzunqol poluver və bir ədəd tünd göy rəngli cins şalvar Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılmasına, maddi sübut qismində tanınmış “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, boz rəngli, 2012-ci il istehsalı olan minik avtomobili, mülkiyyətçisinin və ya digər qanuni sahibinin həmin avtomobilin qaytarılması barədə müraciəti daxil olanadək Gəncə ŞBPİ-in DYPŞ-in mühafizə olunan duracağında saxlanılmasına, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2006-cı il tarixli,09/84 saylı əmrinin tələblərinə əsasən, cinayət təqibinin başlanması rədd edilmiş və cinayət təqibinə xitam verilmiş xüsusatlara aid sənədlərdən kserosurətlər çıxarılmasına və ayrılmış materialların arxivə təqdim edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun zərərçəkmiş Mirağa Əliyevi öldürmək niyyətinin olmamasına, Mirağa Əliyevə qarşı bıçaqdan istifadə etməkdə məqsədi Mirağanın zərbələrindən qorunmaq, özünü müdafiə etmək olmasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə yoxdur. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11noyabr 2019-cu il tarixli “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 4(043)-94/2019 saylı “Həbs qətimkan tədbiri seçilməsinə dair” Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.Həbsetmənin əvvəli 11noyabr 2019-cu il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 11noyabr 2019-cu il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunda saxlanılan üç ədəd bıçaq məhv edilməli, bir ədəd elektroşok cihazı xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməli, qəbul edilımədikdə məhv edilməli, X11 məxsus bir ədəd boz rəngli uzunqol poluver, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli cins şalvar, bir ədəd göy rəngli gödəkcə və bir ədəd boz rəngli papaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol poluver və bir ədəd tünd göy rəngli cins şalvar qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, maddi sübut qismində tanınmış “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, boz rəngli, 2012-ci il istehsalı olan minik avtomobili cinayət işinin materialları ilə tanış etmə mərhələsindən sonra mülkiyyətçisi X4 qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən X3 maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1 maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 16 (on altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunda saxlanılan üç ədəd bıçaq məhv edilsin, bir ədəd elektroşok cihazı xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin, qəbul edilımədikdə məhv edilsin, X11 məxsus bir ədəd boz rəngli uzunqol poluver, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli cins şalvar, bir ədəd göy rəngli gödəkcə və bir ədəd boz rəngli papaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli gödəkcə, bir ədəd qara rəngli uzunqol poluver və bir ədəd tünd göy rəngli cins şalvar qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, maddi sübut qismində tanınmış “Kia Optima” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, boz rəngli, 2012-ci il istehsalı olan minik avtomobili cinayət işinin materialları ilə tanış etmə mərhələsindən sonra mülkiyyətçisi X4 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X23 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar