Məhkəmə qərarları › İş №1(100)-180/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-180/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-180/2023 18.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1979-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İİ və İ siyahılarına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,666 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və ümumi təmiz çəkisi 0,741 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri, Ədalət Ədilov küçəsi, ev 32 ünvanındakı evin yataq otağında yerləşən dolabın içərisində saxlamış, 15 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin yataq otağında yerləşən dolabın içərisindən 1 ədəd “Want” markalı siqaret qutusunda olan sellofan bükümdə ümumi təmiz çəkisi 4,666 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 1 ədəd kibrit qutusunda olan 1 ədəd mavi rəngli sellofan bükümdə təmiz çəkisi 0,741 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitə hesab edilən heroin və psixotrop maddə olan metamfetamin istifadəçisidir. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Tutulmamışdan təxminən 2-3 ay əvvəl Bakı şəhərində olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün metamfetamin və heroin almış və istifadə etmək üçün yaşadığı Bərdə şəhəri, Ə.Ədilov küçəsində yerləşən evinə gətirmiş, evin yataq otağında olan şkafda siqaret qutularının içərisində gizlətmiş və şəxsi istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində yaşadığı evdə yatarkən evin darvazasının döyüldüyünü eşitmişdir. Evin qarşısına çıxaraq darvazanı açmış və küçədə bir nəfər polis formasında olan şəxsin və iki nəfər mülki geyimli şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını, yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlamaqda və qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat əldə etdiklərini bildirmişlər. O, polis əməkdaşlarına yaşadığı evdə narkotik vasitə hesab edilən heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları ona evdə saxladığı narkotik vasitəni və psixotrop maddəni könüllü olaraq təqdim etməsini təklif etmişlər. O, razılıq verdikdən sonra polis əməkdaşları yaşadığı evə daxil olaraq evin yataq otağında olan şkafa yaxınlaşmış, şkafın içərisində gizlətdiyi bir (01) ədəd üzərində “Line X” yazısı olan siqaret qutusunun içərisində şəffaf rəngli sellofana bükülmüş metamfetamini, bir (01) ədəd üzərində "Want" yazısı olan ağ rəngli siqaret qutusunun içərisində olan şəffaf rəngli sellofana bükülmüş metamfetamini, bir (01) ədəd kibrit qutusunun içərisində olan şəffaf rəngli sellofanın içərisində heroini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Üzərində "LineX" yazısı olan siqaret qutusunda olan sellofan büküm onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 4,47 qram olması müəyyən olunmuşdur. Sonra isə üzərində "Want" yazısı olan siqaret qutusunun içərisində olan sellofan bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 5,29 qram olması müəyyən olunmuş, 01 ədəd kibrit qutusunun içərisində olan sellofan büküm onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,99 qram olması müəyyən olunmuşdur. Onun yaşadığı evdən aşkar olunmuş bir (01) ədəd üzərində "LineX" yazısı olan siqaret qutusu içərisində şəffaf rəngli sellofan bükümlə birgə, bir (01) ədəd üzərində "Want" yazısı olan ağ rəngli siqaret qutusu içərisində olan şəffaf rəngli sellofan bükülü və bir (01) ədəd kibrit qutusu içərisində olan şəffaf rəngli sellofan içərisindəki heroin ağ rəngli zərfə qablaşdırılmış, möhürlənmış, sonra isə bir ədəd elektron tərəzi ağ rəngli kağız zərfdə qablaşdırılmış və möhürlənmışdir. Polis əməkdaşları ona polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarının təklifinə etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Bərdə rayon Poli Şöbəsinin inzibati binasında ona vəkil təqdim olunmuş, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamışdir. Onun yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin onun özünə məxsus olmaqla həmin narkotik vasitəni və psixotrop maddəni öz şəxsi istifadəsi üçün evində saxlamış və həmin maddələri satmaq məqsədi olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon X1 Tədqiqatlar Qrupunun baş inspektorkriminalisti vəzifəsində işləyir. 15 oktyabr 2022-ci il tarixdə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi, saxlaması və satışı ilə məşğul olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də, o, Bərdə rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, CAB-nin baş əməliyyat müvəkkili X2 və təhqiqatçı Orxan Məmmədov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək üçün yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin darvazasına çağırmışlar. Onun yaşadığı evdə narkotik vasitə olmasında şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra onun yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış zamanı evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında şkafda olan 1 ədəd üzərində “LineX” yazısı olan qara rəngli siqaret qutusu, 1 ədəd üzərində “Want” yazısı olan ağ rəngli siqaret qutusu və 1 ədəd kibrit qutusu çıxarıb təhqiqatçı Orxan Məmmədova təqdim etmişdir. Bundan sonra həmin siqaret qutularının içərisindən şəffaf rəngli sellofan büküm çıxardaraq həmin sellofan bükümlərdə olan kütlələrin metamfetamin olduğunu bildirmişdir. Sonra isə kibrit qutusunun içərisində olan sellofan bükülünü çıxardaraq təqdim etmiş və heroin olduğunu bildirmişdir. Sonra isə həmin maddələrin yanında olan elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə qara rəngli siqaret qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 4,47 qram olması müəyyən edilmiş, ağ rəngli siqaret qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilərkən ümumi çəkisi 5,29 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilərək 0,99 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş sellofan bükümlər və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış qurtardıqdan sonra Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinə dəvət edilmişdir. Bərdə rayon Polis Şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onların birgə nikahlarından iki uşaqları var. Təqsirləndirilən şəxs müxtəlif yerlərdə işləyərək ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi haqqında və yaşadıqları evdə narkotik vasitə və psixotrop maddə saxlaması barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində hər hansı bir narkotik vasitənin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı evin sağ tərəfində yerləşən yataq otağında narkotik vasitə və psixotrop maddə gizlətdiyini bildirmişdir. Bundan sonra yataq otağına daxil olaraq Təqsirləndirilən şəxs otaqda olan şkafdan 1 ədəd üzərində “LineX” yazısı olan qara rəngli siqaret qutusu, 1 ədəd üzərində “Want” yazısı olan ağ rəngli siqaret qutusu və 1 ədəd kibrit qutusu çıxardaraq təqdim etmişdir. Həmin siqaret qutularının içərisindən şəffaf rəngli sellofan büküm çıxardaraq həmin sellofan bükümlərdə olan kütlələrin metamfetamin olduğunu bildirmişdir. Sonra isə kibrit qutusunun içərisində olan sellofan bükülünü çıxardıb təqdim etmiş və heroin olduğunu bildirmişdir. Daha sonra həmin maddələrin yanında olan elektron tərəzi təqdim etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə qara rəngli siqaret qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilərkən ümumi çəkisi 4,47 qram, ağ rəngli siqaret qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilərkən ümumi çəkisi 5,29 qram, kibrit qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilərkən 0,99 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan bükümlər və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir (iş vərəqə: cild İ, səh.8-10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.31-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2022-ci il tаriхli, 16/1194 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş üzərində “..............Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş .........” yazı və imzalar olan kağız paketdəki: -1 (bir) ədəd “LineX” markalı siqaret qutusunda olan 2 (iki) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 3,571 qram olan ağ rəngli, xırda kristalşəkilli hissəciklərdən ibarət maddənin tərkibində narkotik vasitə və psixotrop maddələr yoxdur. -1 (bir) ədəd “Want” markalı siqaret qutusunda olan 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,666 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. -1 (bir) ədəd kibrit qutusunda olan 1 (bir) ədəd mavi rəngli sellofan bükümdə təmiz çəkisi 0,741 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim olunmuş üzərində “...........Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş 1 ədəd elektron tərəzi” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd elektron tərəzi üzərində narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur (iş vərəqə: cild İ, səh.42-45). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 1871 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı var. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.130). Cinayət işinin materiallarına əlavə edilmiş 13 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 4,566 qram olan metamfetamin və 0,691 qram olan heroin, həmçinin həmin maddələrin yanından aşkar edilmiş elektron tərəzi maddi sübut qismində tanınmış və saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinə göndərilmişdir, bundan başqa baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.136-144). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.27-28). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.81-87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 oktyabr 2022-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir (iş vərəqə: cild İ, səh.108). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 09 dekabr 2022-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində olan uşaqlarından bir nəfəri yetkinlik yaşına çatmamışdır (iş vərəqə: cild İ, səh.133-134). Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin əks olunduğu video görüntü nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, 15 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evdə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində hər hansı bir narkotik vasitənin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin sağ tərəfində yerləşən yataq otağında narkotik vasitə və psixotrop maddə gizlətdiyini bildirmişdir. Bundan sonra yataq otağına daxil olaraq Təqsirləndirilən şəxs otaqda olan şkafdan 1 ədəd üzərində “LineX” yazısı olan qara rəngli siqaret qutusu, 1 ədəd üzərində “Want” yazısı olan ağ rəngli siqaret qutusu və 1 ədəd kibrit qutusu çıxardaraq təqdim etmişdir. Həmin siqaret qutularının içərisindən şəffaf rəngli sellofan büküm çıxardaraq həmin sellofan bükümlərdə olan kütlələrin metamfetamin olduğunu bildirmişdir. Sonra isə kibrit qutusunun içərisində olan sellofan bükülünü çıxardıb təqdim etmiş və heroin olduğunu bildirmişdir. Daha sonra həmin maddələrin yanında olan elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə qara rəngli siqaret qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilərkən ümumi çəkisi 4,47 qram, ağ rəngli siqaret qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilərkən ümumi çəkisi 5,29 qram, kibrit qutusunda olan sellofan bükülü elektron tərəzidə çəkilərkən 0,99 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş sellofan bükümlər və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir (iş vərəqə: cild İ, səh.10). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin, həmçinin “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş külli miqdar həddindən iki dəfədən artıq miqdarda olmuş, “heroin” narkotik vasitəsinin miqdarı isə şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı yaşadığı evindən aşkar edilmiş narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, istifadə etmək üçün evində saxlamasına dair vermiş olduğu ifadəsində göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini, həmçinin narkotik vasitə heroini yalnız istifadə etmək üçün evində saxlaması inandırıcı olmadığı kimi, cinayət işinin faktiki hallarına da uyğun deyil. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadəçisi olduğundan evindən aşkar edilmiş həmin maddələri istifadə etmək üçün saxlamışdır. Lakin cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 1871 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Yalnız narkotik vasitə heroindən istifadə edən şəxsin külli miqdar həddindən iki dəfədən çox psixotrop maddə metamfetamin əldə edib evində saxlaması, eyni zamanda evindən aşkar edilmiş həmin maddələrin müxtəlif növlərdə olması, həmin külli miqdarda olan psixotrop maddə metamfetamini, bundan başqa narkotik vasitə heroini istifadə məqsədilə saxlamasına dair ifadəsinin inandırıcı olmadığını bir daha təsdiq etməklə və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs yaşadığı evində saxladığı psixotrop maddənin və narkotik vasitənin yanından həmçinin elektron tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş həmin maddələrin ayrı-ayrı növlərdə olması və aşkar edilmiş maddələrdən onun istifadə etmədiyi halda psixotrop maddənin külli miqdar həddindən iki dəfə çox olması, həmçinin evindən aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin yanından elektron tərəzinin də aşkar edilməsi onun həmin maddələri satış məqsədi olmadan evində saxlamasına dair ifadəsinin inandırıcı olmadığını bir daha təsdiq etməklə və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində daha ağır cinayət məsuliyyətindən yayınmaq üçün həqiqətə uyğun olmayan və heç bir faktla təsdiq olunmayan məlumatlar verdiyini bir daha təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar şahidlərin ifadələri, “Baxış keçirilməsi haqqında” protokol, digər istintaq hərəkəti protokolları, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair video görüntünün əks olunduğu disk, digər maddi sübutlar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin 16 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 15 oktyabr 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 1871 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 4,566 qram psixotrop maddə metamfetamin və 0,691 qram narkotik vasitə heroin məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 4,566 qram psixotrop maddə metamfetamin və 0,691 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar