Məhkəmə qərarları › İş №1(100)-181/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-181/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-181/2021 13.08.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şəmkir rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli, 1(076)- 35/16 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.05.2019-cu il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işsiz, Şəmkir şəhəri, Vidadi küçəsi ev 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində Şəmkir rayon məhkəməsinin 04.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 27 dekabr 2020-ci ildə tanış olduğu Şəmkir rayonu Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə istifadəsində olan mobil telefonla danışaraq ondan xoşlandığını və daha yaxından tanış olmaq istədiyini bildirərək onunla 31 dekabr 2020-ci il tarixdə saat 16 radələrində cinsi əlaqədə olmaq məqsədilə Şəmkir şəhərində yerləşən avtovağzalın yaxınlığında görüşüb birlikdə taksi ilə Şəmkir şəhəri M.Hüseynzadə küçəsi nömrəsiz evdə yaşayan dostu Şahid1 məxsus evə gəlmiş, Şahid1 yaşayış evində olmamasından istifadə edərək orada Zərərçəkmiş şəxs qucaqlayaraq ona cinsi əlaqədə olmağı təklif etmiş, sonuncunun cinsi əlaqədə olmaq istəmədiyini və yaxından tanışlıq məqsədilə söhbət etmək üçün görüşdüyünü bildirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs təkid və israrla onunla cinsi əlaqədə olacağını bildirərək mübahisə etməyə başlamış, bundan sonra onu zor göstərəcəyi ilə hədələyib qollarından tutaraq fiziki zor göstərməklə itələyib otaqdakı divana arxası üstə uzatmış və özünün əynində olan şalvarını çıxardıqdan sonra Zərərçəkmiş şəxs əynindəki şalvarı da zorla çıxarıb cinsi əlaqədə olmaq məqsədilə sonuncunun üzərinə uzanıb öz gərilmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməyə cəhd göstərməsinə baxmayaraq, sonuncu aktiv müqavimət göstərib ucadan qışqıraraq səs-küy salıb kömək çağırmış və əlləri ilə Təqsirləndirilən şəxs itələyərək ayağa durub qaçmaq istəyən zaman Təqsirləndirilən şəxs onu əlləri ilə itələyərək belinin divanın küncünə dəyməsi səbəbindən bel nahiyəsinin qançırı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət almış, həmin vaxt Təqsirləndirilən şəxs öz məqsədinə çatmaq üçün Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə onu yumruqlarla vurub ona burun əsasının, hər iki gözaltı nahiyənin şişkinlik fonunda qançırları ilə müşayiət olunan burun sümüynün yuxarı üçdə birinin yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs zorla cinsi əlaqədə olacağını bildirib Zərərçəkmiş şəxs tutaraq yenidən divana arxası üstə yıxaraq uzadıb onun üzərinə çıxmış, Zərərçəkmiş şəxs əynindəki şalvarını çıxarıb öz cinsiyyət orqanını onun cinsiyyət orqanına zorla daxil etməyə çalışaraq onunla cinsi əlaqədə olub onu zorlamaq istəmiş, lakin evin sahibi Şahid1 qışqırtı səsinə evə daxil olub Təqsirləndirilən şəxs aralayıb Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmağa imkan verməməsi, eləcə də zərərçəkmiş şəxsin aktiv fiziki müqavimət göstərməsi ilə əlaqədar o, öz iradəsindən asılı olmayan səbəblərə görə zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə cinsi əlaqədə olmaqda ifadə olunan əməlini başa çatdıra bilməyib, qəsdən Zərərçəkmiş şəxs zorlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həbs edildiyi günə qədər anası Şahid4 qız ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. 2019-cu ilin may ayından başlayaraq Şəmkir rayonunda yerləşən “Qəsr” restoranında ofisiant işləmişdir. Zərərçəkmiş şəxs ilə təxminən 2020-ci ilin dekabr ayının axırlarında tanış olmuşdur. Onlar tanış olduqdan sonra telefonla danışmağa başlamışlar. Ülviyyə ona həyat yoldaşının rəhmətə getdiyini, uşaqlarla birlikdə tək yaşadığını bildirmişdir. Danışdıqları müddətdə onun Ülviyyədən xoşu gəlmişdir. Ülviyyə də onu xoşaldığını, onunla yaxından tanış olmaq istədiyini demişdir. Onun Ülviyyə ilə ailə həyatı qurmaq fikiri olmamış, məqsədi onunla cinsi əlaqədə olmaq olmuşdur. 31.12.2020-ci il tarixdə günorta saatlarında Ülviyyə ona zəng edərək Şəmkir şəhərinə gəldiyini bildirib onunla görüşmək istədiyini bildirmişdir. O, ona razılıq verdikdən sonra Ülviyyə ondan harada görüşəcəklərini soruşduqda ona dostuna məxsus evdə görüşəcəklərini demişdir. X4 şəhəri avtovağzalın yaxınlığında gözləmişdir. Ülviyyə gəldikdən sonra onlar xatırlamadığı taksi maşını ilə Şəmkir şəhəri “Posanlı” yaşayış massivində yaşayan Vüsal adlı dostunun evinə getmişlər. Onlar evə gəldikdən sonra Vüsal çıxıb getmişdir. Onlar evdə oturub xoş söhbətlər etmişlər. Ülviyyə onu xoşladığını, ondan xoşu gəldiyini bildirmişdir. O, ona cinsi əlaqədə olmağı təklif etmişdir. Ülviyyə isə onunla cinsi əlaqədə olmaq istəməmiş, sadəcə tanışlıq məqsədilə yaxından söhbət etmək üçün onunla görüşdüyünü, onu yaxşı tanıdıqdan və müəyyən vaxt keçəndən sonra onunla cinsi əlaqədə olacağını söyləmişdir. O, ona israrla cinsi əlaqədə olmaq istədiyini bildirməsinə baxmayaraq, Ülviyyə cinsi əlaqədə olmaq istəməmişdir. Söhbət zamanı Ülviyyə ona “cındır” dediyi üçün aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı o, sillə ilə onu vurmuşdur. Ülviyyə onu nalayiq ifadələrlə təhqir etdiyi üçün yumruqla onun burnuna zərbə vurmuşdur. Zərbənin təsirindən Ülviyyənin burnundan qan açılmışdır. Səs-küyə dostu Vüsal evə daxil olmuş və Ülviyyəyə bir ədəd dəsmal vermişdir. Ülviyyə həmin dəsmalla üzünü silmişdir. Bundan sonra Ülviyyə evə getmək istədiyini bildirmişdir. Onlar birlikdə evdən çıxaraq yoldan keçən xatırlamadığı markalı taksi maşını ilə onu avtovağzala aparıb avtobusla yola salmışlar. Bundan sonra o, Ülviyyəni görməmişdir. 02.01.2021-ci il tarixdə Şəmkir RPŞ-nin Eldəniz adlı əməkdaşı ona zəng edərək polis şöbəsinə gəlməsini bildirmişdir. Orada Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bilmişdir. O, Zərərçəkmiş şəxs döymüş, lakin onu zorlamağa cəhd etməmiş, onunla cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1993-cü ildə məlum olan hadisələrə görə Kəlbəcər rayonundan qaçqın düşərək Şəmkir rayonu Seyfəli kəndində məskunlaşmışdır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə təxminən 2020-ci ilin dekabr ayının axırlarında tanış olmuşdur. Elman ona Mingəçevir şəhərində yaşadığını, əvvəllər evli olduğunu, həyat yoldaşından boşandığını, onunla yaxından tanış olmaq istədiyini bildirmişdir. Onlar tanış olduqdan sonra telefonla danışmağa başlamış, lakin görüşməmişlər. 31.12.2020-ci il tarixdə günorta saatlarında Elman istifadəsində olan (051)952-72-52 saylı mobil nömrədən onun (050)346- 37-98 saylı mobil nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmişdir. O, ona razılıq verdikdən sonra Şəmkir rayonu Seyfəli kəndindən çıxaraq Şəmkir şəhərində yerləşən avtovağzala gəlmişdir. Bir az sonra Təqsirləndirilən şəxs ağ rəngli “VAZ 2107” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı taksi maşını ilə gəlmişdir. Bundan sonra o, avtomaşına əyləşmiş və Elman onu Şəmkir şəhərində tanımadığı həyət evlərinin birinə aparmışdır. Elman açarla darvazanı açmışdır. O, avtomaşından düşüb Elman ilə birlikdə evə girmişdir. Evdə olarkən Elman ondan xoşu gəldiyini, onun gözəl olduğunu, onu xoşladığını, onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. O, ona etiraz edərək onunla yalnız tanışlıq məqsədilə ilə görüşdüyünü demişdir. Elman isə israrla onu xoşladığını, onu saxlayacağını, onunla cinsi əlaqədə olmaq istədiyini demiş və mobil telefonunu əlindən almışdır. O, ona etiraz etsə də Elman zorla onu otaqdakı divana uzatmışdır. Elman əynindəki şalvarı aşağı çəkdikdən sonra zorla onun şalvarını da aşağı çəkmişdir. O, onun əlindən qaçmaq istəyərkən Elman sillə ilə sifətinə bir neçə dəfə vurmuşdur. O, qişqıraraq onu buraxmasını demişdir. Elman onu buraxmadığına görə ona müqavimət göstərməyə başlamış və onun əlindən çıxmaq üçün ayağa qalxıb qaçmaq istəyən zaman Elman onu itələdiyinə görə beli divanın küncünə dəydiyi üçün xəsarət almışdır. Bundan sonra Elman onu döyməyə başlamış və nə olursa olsun onunla cinsi əlaqədə olacağını demişdir. O, ona müqavimət göstərən zaman Elman qəflətən gözləmədiyi anda yumruqla burnuna möhkəm zərbə vurmuşdur. Zərbənin təsirindən onun burnundan qan açılmış və o, güclü fiziki ağrı hiss etmişdir. O, ona müqavimət göstərmək istəyəndə Elman onu arxası üstə divanın üstünə uzadaraq üzərinə çıxmaqla onu öpməyə başlamışdır. Elman əlləri ilə onun qollarını tutaraq fiziki zor tətbiq etməklə onunla cinsi əlaqədə olmaq istəsə də müqavimət göstərdiyi üçün onunla cinsi əlaqədə ola bilməmişdir. Buna baxmayaraq Elman öz gərilmiş cinsiyyət orqanını onun çılpaq bədəninə sürtərək orqazm olmuşdur. O, onun əlindən çıxmaq üçün qışqırmağa və səs-küy salmağa başlamış, onu özündən itələsə də Elman fiziki cəhətdən ondan güclü olduğuna görə macal tapıb əlindən qaça bilməmişdir. Təqsirləndirilən şəxs zor tətbiq etməklə onu döymüş, əlini-qolunu tutmaqla onunla zorla cinsi əlaqədə olmaq istəmiş, lakin o, ona müqavimət göstərdiyindən, eləcə də qışqırtı səsinə evin sahibi Şahid1 evə daxil olub Elmanı ondan aralayıb cinsi əlaqədə olmağa imkan vermədiyindən Təqsirləndirilən şəxs onu zorlaya bilməmişdir. Sonra o, əynini geyimiş və telefonu Elmadan istəmişdir. Elman nəyə görə telefonunu istədiyini soruşduqda ona polisə zəng vuracağını söyləmişdir. Elman isə polisin ünvanına söyüş söyərək telefonunun ekranını qırmışdır. Vüsal onun al-qanın içində olduğunu görüb onu qucağına alaraq sobanın yanına aparmış, üzünü silmək üçün ona dəsmal vermişdir. O, həmin dəsmalla üzünü silmiş və dəsmal qana bulaşmışdır. Həmin dəsmalı hadisə yerinə baxış keçirilən zaman göstərmişdir. O, ağladığına və özündə olmadığına görə Vüsal ona şərbət hazırlayıb vermişdir. Vüsal onun yanında Elmanı danlamışdır. O, telefonu Elmandan almış və evdən çıxıb avtovağzala gedərkən Elman xatırlamadığı taksi maşını ilə Vüsalla birlikdə onu yoldan götürüb avtovağzala aparmışdır. Elman ona 2 manat pul verib yola salmışdır. Vüsal Elmandan gizli ona Şəmkir RPŞ-də işləyən Eldəniz adlı əməliyyat müvəkkilinin nömrəsini vermişdir. O, evə gələndə qızı Səma və oğlu Seymur onun halını görərək nə baş verdiyini soruşduqda onlara yalandan yıxıldığını bildirmişdir. 01.01.2021-ci il tarixdə o, Eldəniz müəllimə zəng vursa da telefonu götürməmişdir. 02.01.2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşı Eldəniz özü zəng etmişdir. O, olanlar barədə ona danışmışdır. Eldəniz müəllim polis şöbəsinə gəlib şikayət etməsini demişdir. Həmin gün Şəmkir RPŞ-nə gəlmişdir. Oradan onu Şəmkir rayon prokurorluğuna göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X2 ifadəsində göstərmişdir ki, 2010-cu ildən hazıradək Şəmkir rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. Təqsirləndirilən şəxs Şəmkir şəhər sakini kimi tanıyır. Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuş və adı tez-tez oğurluq hadisələrində hallanmışdır. Zərərçəkmiş şəxs hadisədən əvvəl tanımamışdır. 02 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefondan ona zəng edərək Şəmkir rayonu Seyfəli kəndində yaşadığını, adının Zərərçəkmiş şəxs olduğunu, 31 dekabr 2020-ci il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, sonuncunun onunla zorakılıqla cinsi əlaqədə olmağa cəhd etdiyini göstərərək onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs onun nömrəsini haradan əldə etdiyini soruşduqda nömrəni Vüsal adlı şəxsdən aldığını, Təqsirləndirilən şəxs Vüsalın evində onu zorlamaq istədiyini demişdir. O, Zərərçəkmiş şəxs polis şöbəsinə dəvət edərək ərizə yazmasını məsləhət görmüşdür. Zərərçəkmiş şəxs polis şöbəsinə gəldikdən sonra o, onu xidməti otağında qəbul etmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs şifahi olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla bir neçə gün əvvəl tanış olmuş, 31 dekabr 2020-ci il tarixdə saat 15 radələrində tanışlıq məqsədilə söhbət etmək üçün Təqsirləndirilən şəxsla Şəmkir şəhərində Vüsal adlı şəxsə məxsus evdə görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs onu qucaqlayaraq cinsi əlaqədə olmağı təklif etmiş, o, imtina etdikdə Təqsirləndirilən şəxs onu itələyib otaqdakı divana arxası üstə uzatmış, onu döymüş və üzərinə uzanıb onu zorlamaq istəmiş, o, ucadan qışqıraraq səs-küy salıb kömək çağırmış, müqavimət göstərmiş, evin sahibi Vüsal qışqırtı səsinə evə daxil olmuş, Təqsirləndirilən şəxs aralamış və onunla cinsi əlaqədə olmağa imkan verməmişdir. Ülviyyənin sifətində xəsarətlər olmuşdur. Bundan sonra Ülviyyə ərizə vermək üçün prokurorluğa göndərilmişdir. O, Təqsirləndirilən şəxs telefonunu əldə edərək ona zəng vurmuşdur. Telefonu Elmanın anası Həqiqət götürmüş, ona oğlunun polis şöbəsinə gəlməsini demişdir. Təqsirləndirilən şəxs polis şöbəsində gəldikdən sonra şifahi olaraq Ülviyyəni döydüyünü etiraf etmişdir. Həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutularaq istintaqa təhvil verilmişdir. Vüsal adlı şəxsin yerinin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri keçirilmişdir. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs tanışı Şahid1dur. Şahid1 polis şöbəsinə gəldikdən sonra şifahi olaraq Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etmişdir. Bildikləri və deyəcəkləri bundan ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, 1999-cu ildən hazıradək Şəmkir şəhər M.Əhmədov adına tam orta məktəbdə müəllimə işləyir. Təqsirləndirilən şəxs onun doğma oğludur. 1994-cü ildə həyat yoldaşından boşandıqdan sonra oğlu Elman onun himayəsində qalmışdır. Təqsirləndirilən şəxs əvvəllər oğurluq cinayətləri üstündə məhkum olunmuş, sonuncu dəfə Şəmkir rayon Məhkəməsinin hakimi Mustafa Mustafayevin qərarı ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını Salyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Elmanın cəzası dəyişdirildikdən sonra cəzanın qalan hissəsini Gəncə şəhərində yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsinə çəkmişdir. Elman cəzasını çəkib qurtardıqdan sonra günəmuzd fəhlə kimi işləməyə başlamışdır. Zərərçəkmiş şəxs hadisədən əvvəl tanımamışdır. Onlar, cəmi bir dəfə telefonla danışmışlar. Belə ki, oğlu Elman subay olduğuna görə onu evləndirmək istəmiş, lakin münasib qız tapa bilməmişdir. Xatırlamadığı tarixdə Elman ona Seyfəli kəndində yaşayan bir xanımla təzə tanış olduğunu bildirərək həmin qızla onu tanış etmək üçün Ülviyyəyə zəng edib telefonu ona vermişdir. Onlar telefonla danışmışlar. O, Ülviyyənin qız uşağı, yəni bakirə olduğunu düşünərək Elmana həmin qızla tanış olaraq danışmalarını, xoşladığı halda onunla ailə qurmasını demişdir. 31.12.2020-ci il tarixdə Elman evə bazarlıq etmişdir. Bundan sonra oğlunun dostu Şahid1 onlara gəlmişdir. Elman da Vüsalla birlikdə çıxıb getmişlər. Elman evə gələndən sonra fikir vermişdir ki, əhval-ruhiyyəsi yoxdur. O, ondan nə baş verdiyini soruşduqda heç nə deməmişdir. 02.01.2021-ci il tarixdə Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Eldəniz müəllim telefonla ona zəng edərək Ülviyyənin oğlu barəsində şikayət etdiyini bildirmişdir. O, Elman ilə söhbət edərkən ona Ülviyyə ilə mübahisə etdiyini, mübahisə zamanı yumruqla onu döydüyünü bildirmişdir. Bundan sonra oğlu Elman polis şöbəsinə getmişdir. Həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş və Şəmkir rayon Məhkəməsinin qərarı ilə barəsində həbs seçilmişdir. Elmana qarşı irəli sürülmüş ittihamın heç bir əsası yoxdur. Zərərçəkmiş şəxs şikayətində bildirmişdir ki, guya oğlu Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmağa cəhd etmişdir. Hadisənin törədilmə tarixi 31 dekabr 2020-ci il olması qeyd olunmuşdur. Bu barədə zərərçəkmiş şəxs 2 gün sonra oğlunun barəsində şikayət etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Abbaslı kənd 2 saylı tam orta məktəbin 8-ci sinfində oxuyur. Hal hazırda ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Aşağı Seyfəli kəndinə yaşayır. Zərərçəkmiş şəxs onun doğma anasıdır. Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamışdır. 31 dekabr 2020-ci il tarixdə saat 14 radələrində anası Zərərçəkmiş şəxs ona Şəmkir şəhərində yaşayan xalası Gülmira Bayramovanın evinə qonaq gedəcəyini bildirərək evdən çıxıb getmişdir. Anası çıxıb gedəndən sonra qardaşı Seymur da getmişdir. Həmin gün təxminən saat 18 radələrində yaşadığı evdə olarkən anası Zərərçəkmiş şəxs al-qanın içərisində evə gəlmişdir. O, anasının burun nahiyəsində xəsarət olmasını və paltarlarının qana bulaşdığını görmüşdur. Həmin vaxt anasının əynində göy rəngli cins şalvar, qara rəngli gödəkçə və qara rəngli köynək olmuşdur. O, ondan nə baş verdiyini soruşduqda anası ona yalandan gah yıxıldığını, gah da təzyiqi qalxdığı üçün burnundan qan açıldığını demişdir. Bundan sonra anası Ülviyyə hamamda yuyunmuş və əyninə təzə paltar geyinmişdir. 01 yanvar 2021-ci il tarixdə anası Ülviyyənin fikirli olmasını görüb ondan nə baş verdiyini soruşduqda ona 31.12.2020-ci il tarixdə tanışlıq məqsədilə sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə görüşdüyünü, Təqsirləndirilən şəxs onu Şəmkir şəhərində yerləşən həyət evlərinin birinə apardığını, orada onunla zorla cinsi əlaqədə olmağa cəhd etdiyini və döydüyünü bildirmişdir. O, anasına polisə şikayət etməsini demişdir. Sonradan anası onun yanında Şəmkir rayon polis şöbəsinin Eldəniz adlı əməkdaşına zəng etsə də telefonu götürməmişdir. 02.01.2021-ci il tarixdə Eldəniz özü anasına zəng etmişdir. Anası da olanlar barədə ona danışmışdır. Sonradan Eldənizin məsləhəti ilə anası Ülviyyə Şəmkir rayon polis şöbəsinə gedərək prokurorluğa ərizə vermişdir. Bildikləri və deyəcəkləri bundan ibarətdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, günəmuzd fəhlə işləməklə ailəsini dolandırır. Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır. Elman ilə münasibətləri yaxşı olsa da onunla elə də yaxın dostluq münasibətləri olmamışdır. Belə ki, Elman cinayət aləminə meyilli olmaqla əvvəllər oğurluq cinayətləri üstündə məhkum olmuşdur. Zərərçəkmiş şəxs hadisədən əvvəl tanımamışdır. 31.12.2020-ci il tarixdə günorta saatlarında Elman istifadəsində olan (051)952-72-52 mobil nömrədən istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə zəng edərək harada olduğunu soruşub onlara gələcəyini söyləmişdir. O, ona etiraz etməmişdir. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evə gəlmişdir. Onlar, salamlaşıb görüşdükdən sonra Elman ona həmin xanımla ailə həyatı qurmaq istədiyini, onu xoşladığını, tanışlıq məqsədilə onunla söhbət etmək üçün bura gəldiyini bildirmişdir. Bundan sonra Elman ilə Ülviyyə evə girmişlər. Onun işləri olduğuna görə peyini suya qarışdırıb ağacların dibinə tökmüşdür. Bir az keçmişdir ki, Ülviyyə çığırmağa başlamışdır. O, onun qışqırıq səsinə dərhal işlərini dayandırıb evə daxil olmuş və içəridə Ülviyyənin arxası üstə divanın üzərində olduğunu, Elmanın da Ülviyyənin üzərində olmaqla onunla zorla cinsi əlaqədə olmağa cəhd etdiyini görmüşdür. Elmanın əynində bir dənə köynək olmuş, şalvarı isə dizindən aşağı düşmüşdür. Ülviyyənin əynində də yalnız köynək olmuş, şalvarı dizindən aşağı olmuşdur. O, dərhal Elmana tərəf gedərək onu arxadan tutub kənara çəkmişdir. Ülviyyənin ağzı-burnu qan içində olmuşdur. Ülviyyə ağlayaraq özündə olmadığına görə o, köməklik edərək onu otaqdakı qaz sobasının yanına aparmışdır. O, dəsmalı su ilə isladıb sıxaraq Ülviyyənin üzünə qoymuşdur. Ülviyyə ayıldıqdan sonra dəsmalı ona vermişdir. Ülviyyə də həmin dəsmalla sifətini silmişdir. Ülviyyə xeyli qan itirdiyindən rəngi ağarmışdır. O, onun halına görə narahat olaraq ona 2 istəkan şərbət hazırlayıb içirtmişdir. Elman çölə çıxıb evə qayıtdıqdan sonra Ülviyyəyə yalvarmağa başlamışdır ki, onu bağışlasın. O, Ülviyyənin yanında Elmanı danlamağa başlamış və ondan soruşmuşdur ki, Ülviyyə onun nəyidir. Elman da Ülviyyə ilə sevgili olduğunu, bilmədən onu vurduğunu bildirmişdir. Ülviyyə isə əksinə Elman ilə sevgili olmadığını, onunla təzə tanış olduğunu, tanışlıq məqsədilə onunla söhbət etmək üçün evə gəldiyini, Elmanın bundan istifadə edib onu aldadaraq onu döydüyünü, onunla zorla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Ülviyyə mobil telefonu Elmandan istəsə də verməmişdir. O, israr etdikdən sonra Elman telefonu Ülviyyəyə qaytarmışdır. Elman çölə çıxan zaman o, Şəmkir RPŞ-nin CAB-də işləyən Eldəniz müəllimin nömrəsini Ülviyyənin telefonuna yazıb ona vermiş və şikayəti olarsa onunla əlaqə saxlamasını demişdir. Bundan Elmanla birlikdə Ülviyyəni Şəmkir şəhər avtovağzalına aparıb avtobusa mindirmişdir. Sonra Elmanın evinə getmişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. 02.01.2021-ci il tarixdə Şəmkir RPŞ-nin Elşən adlı rəis müavini ona zəng edərək polis şöbəsinə dəvət etmişdir. O, əvvəlcə dotlarının onunla zarafat etdiyini düşünüb polis şöbəsinə getməmişdir. Daha sonra Eldəniz müəlllim və adlarını bilmədiyi polis əməkdaşları yaşadığı evə gəlib onu aparmışlar. Polis şöbəsində Zərərçəkmiş şəxs şikayət etdiyini öyrənmişdir. O, olanlar barədə polis əməkdaşlarına danışmışdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə ona məxsus evdə intim münasibətdə olmaq istəməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs 31.12.2020-ci il tarixdə ona zəng edərək sadəcə onun evinə gələcəyini demişdir. Elman əvvəllərdə oların evinə gəlibgetdiyi üçün onda heç bir şübhə oyatmamışdır. O, onun Zərərçəkmiş şəxs ilə birgə yaşadığı evə gələcəyini gözləməmişdir. Hadisədən sonra o, Zərərçəkmiş şəxs şikayət etməsini demiş, lakin Ülviyyə döyüldüyü üçün özünü narahat hiss etmiş və evə getmək istədiyini bildirmişdir. Buna görə o, Zərərçəkmiş şəxs polis əməkdaşı Şahid3 nömrəsini verərək şikayəti olarsa ona zəng etməsini demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında 02 yanvar 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir şəhəri M.Hüseynzadə küçəsi nömrəsiz evdə yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin qonaq otağıdır. Hadisə yerinə baxış keçirilərkən üzərində qana şübhəli ləkələri olan divan örtüyü və dəsmal müvafiq qaydada qablaşdırılmaqla tərəfimdən götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.01.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.01.2021-ci il tarixli “Paltarlara baxış keçirilməsi və götürülməsi barədə” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 02 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi və könüllü qaydada təqdim etdiyi geyim paltarları bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli gödəkçə və bir ədəd zoğalı rəngli köynək müvafiq qaydada götürülmüş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.01.2021-ci il tarixli “Paltarlara baxış keçirilməsi və götürülməsi barədə” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus hadisə vaxtı əynində olan bir ədəd mavi rəngli cins şalvar, bir ədəd qəhvəyimtil rəngli gödəkçə və bir ədəd qara rəngli uzunqol köynək götürülərək baxış keçirilmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.01.2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 04 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.01.2021-ci il tarixli 4(076)-1/2021 saylı Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 02.01.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.01.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bir daha Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun 31 dekabr 2020-ci il tarixdə ona qarşı fiziki zor tətbiq etməklə iradəsi ziddinə zorla təbii yolla cinsi əlaqədə olmağa cəhd etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.01.2021-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşmə zamanı qeyd olunan şəxslər ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 02 yanvar 2021-ci il tarixli, 02 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – burun əsasının, hər iki gözaltı nahiyənin şişkinlik fonunda qançırları ilə müşayət olunan burun sümüynün yuxarı üçdə birinin yerini dəyişməyən sınığı və bel nahiyəsinin qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 31 dekabr 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə burun əsasının, hər iki gözaltı nahiyənin şişkinlik fonunda qançırları ilə müşayət olunan burun sümüyünün yuxarı üçdə birinin yerini dəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, bel nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla arxa keçəcəkdən cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir xəsarət və dəyişiklik aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 03 yanvar 2021-ci il tarixli, 03 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patolojiya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və 1963-cü il təvəllüdlü anası Şahid4 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13.01.2021-ci il tarixli 1141 saylı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şəmkir rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli, 1(076)-35/16 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.05.2019-cu il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli, 1(076)-35/16 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-nin 25.01.2021-ci il tarixli, 1568 nömrəli cavab məktubu ilə daxil olmuş bir ədəd diskə baxış keçrilməsi haqqında protokoldan görünür ki, 27.12.2020-ci il tarixdə saat 19:57:35-də Təqsirləndirilən şəxs istifadəsində olan 051 952-72-52 saylı nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan 050 346-37-98 saylı nömrəyə ilk dəfə zəng olunaraq 27 saniyə müddətində aralarında danışıq olmuşdur. Telefon danışıqların təhlili göstərir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 051 952-72-52 saylı mobil nömrədən 27.12.2020-ci il tarixdən başlayaraq 31.12.2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olan 050 346-37-98 saylı mobil telefonuna 43 dəfə zəng edilərək danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan nömrəyə 31.12.2020-ci il tarixdə saat 15:14-də 17 saniyə müddətində (ARAYANİN CELL İD-si Shemkir sh, 20 yanvar kuc., 115 - ARANANİN CELL İD-si Shemkir sh, 20 yanvar kuc.,115), 31.12.2020-ci il tarixdə saat 15:26-da 226 saniyə müddətində (ARAYANİN CELL İD-si Shemkir sh, 20 yanvar kuc.,115 - ARANANİN CELL İD-si Shemkir sh, 20 yanvar kuc.,115) danışıq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, lifli materialların məhkəmə kriminalistik ekspertizasının 01 fevral 2021-ci il tarixli, 6/231 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd divan örtüyünün səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 yanvar 2021-ci il tarixli, 63 №-lir rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvvəqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-bioloji ekspertizasının 11 fevral 2021-ci il tarixli, 35/2021-MTBŞ saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qan qrupu A/İİ/-.Təqsirləndirilən Təqsirləndirilən şəxs qan qrupu –O/İ/-. /Təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqələrinin kserosurətinə əsasən./ Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar, kofta və hadisə yerindən götürülmüş 01 ədəd əl-üz dəsmalı üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. /əgər onun qanında müşayiətçi «H» antigeni varsa/. Qanın qarışıq olduğu halında isə ləkələrdə Təqsirləndirilən şəxsda qarışmış qanın olması mümkündür, əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa/. Tədqiqata təqdim olunmuş təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar, pulover üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Divan örtüyü üzərindəki ləkələrdə isə qan alınmamışdır. Ekspertiza tədqiqatına təqdim olunan maddi sübutlar üzərində spermaya, ağız suyuna, tərə şübhəli ləkələr və dəri toxumasına şübhəli hissəciklər aşkar olunmamışdır. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin əmələ gəlmə müddətini təyin etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi-kriminalistik ekspertizasının 10 fevral 2021-ci il tarixli, 23-MTKŞ/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ ön nahiyyəsində bir ədəd cırılma zədəsi aşkar olunmuşdur. Bu cırılma, küt yaranma mexanizminə malikdir, gödəkçənin müvafiq nahiyyəsinin hər-hansı bir predmetə ilişibdartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, şalvar və köynək üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixoloji ekspertizasının 10 fevral 2021-ci il tarixli, 22 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs təbii yolla cinsi əlaqənin mahiyyətini dərk etmiş və cinsi əlaqə nəticəsində hamilə qalma ehtimalını anlamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafından, malik olduğu fərdi psixoloji xüsusiyyətlərinə görə onunla cinsi əlaqədə olan hərhansı şəxsə müqavimət göstərmək imkanında olmuşdur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.02.2021-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə 23 fevral 2021-ci il tarixdə onun ifadəsi yerində yoxlanılmış və bu zaman onun əvvəllər haqqında ifadə verdiyi hadisə yeri, hadisənin baş vermə şəraiti, hadisə yerinin xüsusiyyətləri və digər istintaq materialları ilə uyğunluq təşkil etməklə, onun ifadəsinin düzgünlüyü bir daha təsdiqlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.02.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltarlar – bir ədəd mavi rəngli cins şalvar, bir ədəd qəhvəyimtil rəngli gödəkçə və bir ədəd qara rəngli uzunqol köynək, Təqsirləndirilən şəxs məxsus paltarlar – bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli gödəkçə və bir ədəd zoğalı rəngli köynək, hadisə yerinə baxış zamanı götürülmüş divan örtüyü və dəsmal, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi, CD disklər cinayət işinin materiallarında, digər maddi sübutlar isə Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Zərərçəkmiş şəxs döyməsinə, lakin onu zorlamağa cəhd etməməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya təqsirkar şəxsə bitmiş cinayətlərə görə təyin edilir. Lakin Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs zorlanmasına yönəlmiş hərəkətlər etsə də öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmişdir. Yəni cinayət etməyə cəhd etmişdir. Bu səbəbdən ona təyin olunacaq cəza başa çatmış cinayətə görə deyil, cinayət etməyə cəhdə görə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü 08 ilədək müddətinə azadlıqdan məhrum etmədir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti 08 ilin dörddə üçündən, yəni 06 ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması isə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şəmkir rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli, 1(076)-35/16 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli, 1(076)-35/16 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.05.2019-cu il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Azərbaycan Respublikası 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunamüvafiq qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməli törətmişdir. Bu isə onun əməlində cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin məcəllənin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunan azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02.01.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.01.2021-ci il tarixli 4(076)-1/2021 saylı Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 02.01.2021-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 02 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Şəmkir rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltarları – bir ədəd mavi rəngli cins şalvar, bir ədəd qəhvəyimtil rəngli gödəkçə və bir ədəd qara rəngli uzunqol köynək, Təqsirləndirilən şəxs məxsus paltarları – bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli gödəkçə və bir ədəd zoğalı rəngli köynək, hadisə yerinə baxış zamanı götürülmüş divan örtüyü və dəsmal qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, həmçinin "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmaldır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 104 manat 16 qəpik dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Şəmkir rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltarları – bir ədəd mavi rəngli cins şalvar, bir ədəd qəhvəyimtil rəngli gödəkçə və bir ədəd qara rəngli uzunqol köynək, Təqsirləndirilən şəxs məxsus paltarları – bir ədəd boz rəngli cins şalvar, bir ədəd qara rəngli gödəkçə və bir ədəd zoğalı rəngli köynək, hadisə yerinə baxış zamanı götürülmüş divan örtüyü və dəsmal qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs 104 manat 16 qəpik məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar