Məhkəmə qərarları › İş №1(100)-181/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-181/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-181/2022 15.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X2 (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Bayramova Aysel Hafiz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 4, mənzil 28-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, “Xan bağı” adlanan ərazidə yerdən tapıb əldə etdiyi külli miqdar hesab edilən ümumi təmiz çəkisi 2,104 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımaqla saxlamış, 15 dekabr 2021-ci tarixdə saat 19:30 radələrində o, Göygöl rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu, Üçtəpə kəndində «Vüsal» şadlıq sarayının qarşısında saxlanılaraq Göygöl RPŞ-yə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan qara-boz rəngli gödəkcənin sağ yan cibindən “Prima” sözü yazılmış siqaret qutusunun içərisindən satış məqsədi olmadan qanunsuz olaraq saxlayıb daşıdığı bir ədəd qızılı rəngli kağız bükümdə və dörd ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,702 qram, 0,281 qram, 0,276 qram, 0,483 qram, 0,362 qram ümumi təmiz çəkisi külli miqdar hesab edilən 2,104 kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evli olmuş, sonradan boşanmış və bir uşağı var, uşağının saxlanması üçün aliment ödəyir. X7 MMC-də gözətçi işləyir. Təxminən 10 il olarki narkotik vasitə olan “kokos” dediyi heroin istifadə edir. Bir müddət narkotik vasitə istifadə etdikdən sonra, istifadə etməyi dayandırmış, daha sonra isə yenidən istifadə etməyə başlamış, belə ki, təxminən 3-4 ay olarki yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 14 dekabr 2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhərində olan zaman “Xan bağı” adlanan parkda piyada gedərkən yerdə siqaret qutusu olmasını görmüş, həmin siqaret qutusunu yerdən götürüb içinə baxdıqda içində iki ədəd siqaret və bir ədəd kağız bükümdə, dörd ədəd isə sellefon bükümdə narkotik vasitə heroin olmasını görmüşdür. O, həmin siqaret qutusunda olan siqaretdən birini çəkmiş, narkotik vasitələri isə siqaret qutusunun içərisinə qoyub əynində olan gödəkcənin sol yan cibinə qoymuşdur ki, daha sonra istifadə etsin. Bundan sonra yaşadığı Daşkəsən rayonuna qayıtmışdır. Evdə olan vaxt kağız bükümdə olan narkotik vasitədən az miqdarda istifadə etmiş, ertəsi gün, yəni 15 dekabr 2021-ci il tarixdə saat 17 radələrində albalı plus kartından pul çəkmək üçün Gəncə şəhərinə gəlmişdir. “Bağman” adlı ərazidə bankomatda kartı yoxlamış, kartda pul olmadığı üçün geri Daşkəsən rayonuna qayıtmaq istəmişdir. Göygöl rayonu, Üçtəpə kəndində Gəncə-Daşkəsən yolunda “Vüsal” şadlıq sarayının qarşısında olan vaxt mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu Göygöl RPŞ-yə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. O, baxış zamanı əynində olan qara-boz rəngli gödəkcənin sol yan cibinə olan siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu onun iştirakı ilə açıldıqda üzərində olan həmin tapdığı narkotik vasitə heroin aşkar edilmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni təxminən 1 gün əvvəl Gəncə şəhərində “Xan bağı” adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin siqaret qutusunun içərisindəki narkotik vasitələr ayrı-ayrılıqda çəkilmiş, sonra həmin bükümlər zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs daha sonra ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihama etirazını bildirərək göstərdi ki, o, heç vaxt, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və ya bu məqsədlə narkotik vasitə əldə etməmişdir. Üzərindən aşkar edilmiş həmin narkotik vasitəni tutulmamışdan bir gün əvvəl Gəncə şəhərində, “Xan bağı” adlanan ərazidə yerdə olan siqaret qutusunun içərisindən tapmış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Heç kimə nakotik vasitə satmamış, belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni , “Xan bağı” adlanan parkda siqaret qutusunun içərisində ayrı-ayrı bükümlərdə tapmış, düşünmüşdür ki, hər dəfə narkotik vasitə istifadə etdikdə bir bükümdən açıb istifadə edər. İbtidai istintaq zamanı əməlinin düzgün qiymətləndirilməsi üçün müstəntiqə bu barədə dəfələrlə bildirməsinə baxmayaraq, ona verilən ittiham dəyişdirilməmişdir. Qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə əməlindən səmimi peşmandır və məhkəmədən onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən Daxili İşlər orqanlarında çalışır. Hazırda Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsi ilə xidmət edir. 15 dekabr 2021-ci il tarixdə Daşkəsən şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satışı, daşıması və istifadəsi ilə məşğul olması, Göygöl rayonu ərazisində narkotik vasitəni daşımaqla üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla bağlı Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün onun və şöbənin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bir qədər sonra narkotik vasitənin satışı və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs hazırda Göygöl rayonu, Üçtəpə kəndi ərazisində olmasını bilmiş, ona görə Şahid2la birlikdə qeyd edilən ünvana getmişlər. Saat 19:30 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndində “Vüsal” şadlıq sarayının qarşısında tərəflərindən saxlanılmışdır. Onlar özlərini Vüqara təqdim edib narkotik vasitənin satışında və üzərində narkotik vasitə daşımaqda şübhəli olduğuna görə saxlanıldığını və məhz bu səbəbdən Göygöl rayon Poliş Şöbəsinə getməli olduğunun zəruriliyini izah etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirildikdən sonra Təhqiqat bölməsinin baş təhqiqatçısı Emin Musayev tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına müdafiəçi dəvət edilmiş və eyni zamanda həmin şəxsi axtarışın video çəklişinin həyata keçirilməsi üçün şöbənin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti, polis baş leytenantı Rahiq Hüseynov dəvət edilmişdir. Dövlət hesabına dəvət edilmiş vəkil Namiq Həsənov gəldikdən sonra artıq 15 dekabr 2021-ci il tarixdə saat 20:05-də onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə izah edilmiş və üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxan zaman içərisindən 1 ədəd kağız və 4 ədəd sellefon bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan kütlələrin “kokos” adlandırdığı narkotik vasitə heroin olmasını, özü narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni də Gəncə şəhərində “Xan bağı” adlanan ərazidə yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş kütlələr xüsusi tərəzidə çəkilərək, kağız və sellefon bükümlərlə birlikdə ümumi çəkisinin 2,71 qram olması müəyyən edilmiş və həmin kütlələr kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokol baş təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra imzalanmışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, həmin şəxsi narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına dair hər hansı sübutlar əldə edə bilməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Daxili İşlər orqanlarında çalışır. Hazırda Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 15 dekabr 2021-ci il tarixdə Daşkəsən şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satışı, daşıması və istifadəsi ilə məşğul olması, Göygöl rayonu ərazisində narkotik vasitəni daşımaqla üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla bağlı Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Əfqan İsmaylov tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün onun və şöbənin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs hazırda Göygöl rayonu, Üçtəpə kəndi ərazisində olmasını bilmiş, ona görə Şahid1la birlikdə qeyd edilən ünvana getmişlər. Saat 19:30 radələrində Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndində “Vüsal” şadlıq sarayının qarşısında tərəflərindən saxlanılmışdır. Onlar özlərini Vüqara təqdim edib narkotik vasitənin satışında və üzərində narkotik vasitə daşımaqda şübhəli olduğuna görə saxlanıldığını və məhz bu səbəbdən Göygöl rayon Poliş Şöbəsinə getməli olduğunun zəruriliyini izah etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən polis şöbəsinə gətirildikdən sonra Təhqiqat bölməsinin baş təhqiqatçısı Emin Musayev tərəfindən şəxsi axtarış keçirilməsi üçün Təqsirləndirilən şəxs istəyi əsasında dövlət hesabına müdafiəçi dəvət edilmiş və eyni zamanda həmin şəxsi axtarışın video çəkilişinin həyata keçirilməsi üçün şöbənin kriminalistik tədqiqatlar qrupunun ekspert kriminalisti, polis baş leytenantı Rahiq Hüseynov dəvət edilmişdir. Dövlət hesabına dəvət edilmiş vəkil Namiq Həsənov gəldikdən sonra artıq 15 dekabr 2021-ci il tarixdə saat 20:05-də onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə izah edilmiş və üzərinə şəxsi axtarış keçirən zaman əvvəlcədən üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu çıxardaraq masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxan zaman içərisindən 1 ədəd kağız və 4 ədəd sellefon bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan kütlələrin “kokos” adlandırdığı narkotik vasitə heroin olmasını, özü narkotik vasitə istifadə etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni də Gəncə şəhərində “Xan bağı” adlanan ərazidə yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş kütlələr xüsusi tərəzidə çəkilərək, kağız və sellofon bükümlərlə birlikdə ümumi çəkisinin 2,71 qram olması müəyyən edilmiş və həmin kütlələr kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, tərtib edilmiş protokol baş təhqiqatçı tərəfindən ucadan oxunduqdan sonra imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitlər ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, həmin şəxs narkotik alqı-satqısı zamanı aşkar edilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına dair hər hansı sübutlar əldə edilməsi mümkün olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 dekabr 2021-ci il tarixli raportdan görünür ki, 15 dekabr 2021-ci il tarixdə saat 19:30 radələrində Göygöl RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Göygöl rayonu, Üçtəpə kəndində “Vüsal” şadlıq sarayının qarşısında saxlanılaraq Göygöl RPŞ-nə gətirilmiş, polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərində olan 1 ədəd “Prima” sözü yazılmış siqaret qutusunun içərisində, 1 ədəd qızılı rəngli kağız bükümdə və 4 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,702 qram, 0,281 qram, 0,276 qram, 0,483 qram, 0,362 qram, ümumi təmiz çəkisi 2,104 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 15 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla saxlanması qadağan edilmiş əşyanın olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli gödəkcənin sol yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxıldıqda 1 ədəd qızılı rəngli kağız bükümdə və 4 ədəd sellefon bükümdə kütlələr aşkar edilmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, narkotik vasitə istifadə etdiyini, həmin kütlələri Gəncə şəhəri, “Xan bağı” adlanan ərazidə yerdən siqaret qutusunun içərisindən tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı elektron tərəzi vasitəsilə ölçülən zaman ilk görünüşdən narkotik vasitəyə oxşar kütlələrdən 1 ədəd kağız büküm ilə birlikdə 1 qram, 1 ədəd sellefon büküm ilə birlikdə 0,59 qram, 1 ədəd sellefon büküm ilə birlikdə 0,34 qram, 1 ədəd sellefon büküm ilə birlikdə 0,34 qram, 1 ədəd sellefon büküm ilə birlikdə 0,43 qram, ümumilikdə 5 ədəd bükümün ümumi çəkisi 2,71 qram olması müəyyən edilmiş, baxış zamanı həmin kütlə bükümlərlə siqaret qutusunda zərfə qoyularaq Azərbaycan Respublikası DİNin 72 nömrəli möhürü ilə möhürlənmiş, şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, baxış video kamera vasitəsi ilə videolentə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 16 dekabr 2021-ci il tarixli, 16/1329 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd “Prima” adlı siqaret qutusunun içərisində, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 4 (dörd) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,702 qram, 0,281 qram, 0,276 qram, 0,483 qram, 0,362 qram ümumi təmiz çəkisi 2,104 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ümumi təmiz çəkisi 2,104 qram çəkidə olan narkotik vasitə hesab edilən heroindən tədqiqata 0,1 qram istifadə edilmişdir. Tədqiqatdan sonra qalıq 2,004 qram qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 16 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşakar edilib götürülmüş 5 ədəd bükümlərdə olan və tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,004 qram çəkidə maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 yanvar 2022-ci il tarixli, 04 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur, narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 05 yanvar 2022-ci il tarixli, 19 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 06 yanvar 2022-ci il tarixli, 33 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 08 yanvar 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata istifadə edildikdən sonra qalıq qalmış 2,004 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyi və əldə edilmə vaxtı 14 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, “Xan Bağı” adlanan ərazidən tapma kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk sübut növü kimi qəbul edilib cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18.12.2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki, cinayət işinin istintaqı ilə bağlı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni konkret olaraq kimdən əldə etməsinin, kimlərə satmasının və həmin şəxslərin müəyyən edilib istintaqa təqdim olunması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair əməliyyat tapşırığı verilmişdir (cild 1, iş vərəqə: 89-90). Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmədə araşdırılmış Göygöl Rayon Prokurorluğundan Göygöl Rayon Polis Şöbəsinə ünvanlanmış 24.12.2021-ci il tarixli “Göstəriş”dən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin konkret olaraq kimdən əldə etməsi, kimlərəsə verib-verməməsi, aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olubolmamasının müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair göstəriş verilmişdir (cild 1, iş vərəqə: 100). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Göygöl Rayon Polis Şöbəsinin 04.01.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini 14.12.2021-ci il tarixdə Gəncə şəhəri, “Xan bağı” adlanan ərazidə yerdən tapmışdır. O, narkotik vasitəni satış məqsədilə üzərində daşımaqla saxlamışdır. Lakin narkotik vasitəni konkret olaraq kimlərə satmasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir (cild 1, iş vərəqə: 105). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 15 dekabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Göygöl rayon Məhkəməsinin 17 dekabr 2021-ci l tarixli, 4(066)-68/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etməninin əvvəli 15 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 yanvar 2022-ci il tarixli 03 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan ümumi çəkisi 2,104 qram təşkil edən heroin narkotik vasitəsini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir.Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması nə şahid ifadələri, nə onun barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını müəyyən edə bilmədiklərini göstərmişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan 04 yanvar 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan izahatından və şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu və ya konkret olaraq kiməsə narkotik vasitə satdığını ümumiyyətlə göstərməmiş, həmin izahat və ifadələrində də polis əməkdaşlarına təqdim etdiyi heroin narkotik vasitəsini tutulmazdan bir gün əvvəl yerdən tapdığını və gələcəkdə özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs eyni ifadəni məhkəmə istintaqı zamanı bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda ümumiyyətlə axtarış aparılmamış, onun özündə aşkar olunub götürülən miqdarda narkotik vasitədən başqa, hər hansı növdə və ya miqdarda narkotik vasitələr əldə edib-etməməsi, hər hansı məqsədlə saxlayıb-saxlamaması aydınlaşdırılmamışdır. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "heroin" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsi 2,104 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən heroin narkotik vasitəsinin kütləsinin 2,104 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 2,104 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin bir neçə bükümdə olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitənin satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Belə ki, ibtidai istintaq orqanının cinayət işinin materiallarında olan sübutlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş beş bükümdə narkotik vasitə hesab edilən heroini tutulmamışdan bir gün əvvəl, yəni 14.12.2021-ci il tarixdə Gəncə şəhəri, “Xan bağı” adlanan ərazidə yerdən tapmışdır. Cinayət işinin materiallarında olan 04.01.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini 14.12.2021-ci il tarixdə Gəncə şəhəri, “Xan bağı” adlanan ərazidə yerdən tapmışdır. Eyni zamanda cinayət işinin materiallarında olan 08.01.2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqında qərar”dan və elan edilmiş ittihamdan da görünür ki, ibtidai istintaq orqanının ittiham üzrə gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyi və əldə edilmə vaxtı 14 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri, “Xan Bağı” adlanan ərazidən tapma kimi qəbul edilmişdir. Qeyd edilən xüsusatlar bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə bir neçə bükümdə olsa da, həmin narkotik vasitənin məhz Təqsirləndirilən şəxs tərəfindən çəkilməsi və xırda bağlamalara bükülməsi həm cinayət işinin materialları ilə, həm ittiham tərəfinin özünün təqdim etdiyi sübutlarla təkzib olunur. Eyni zamanda təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həm də ittiham tərəfinin təqdim etdiyi sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni bir neçə bükümlərə bölünmüş şəkildə yerdən tapmışdır. Məhkəmə araşdırması zamanı isə qeyd edilənləri təkzib edəcək hər hansı hal müəyyən edilməmişdir. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni heç bir sübut növü ilə təsdiq edilmədiyi halda satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması qənaətinə gələrkən yalnız həmin narkotik vasitənin bir neçə bükümdə olmasına əsaslansa da, qeyd edilən həmin xüsusat da yuxarıda şərh edilən işin halları və cinayət işinin materialları ilə tamamilə təkzib edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə etdikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 2,104 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxlaması təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və əməlindən səmimi peşimançılığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan sanksiya daxilində, ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağını nəzərə alır və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 04 yanvar 2022-ci il tarixli, 04 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası işdə olan maddi sübutla əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış, iş üzrə maddi sübut kimi tanınmış və Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan 2,004 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 15 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İşdə olan maddi sübut – ekspertiza tədqiqatlarından sonra qalıq qalıb Göygöl RPŞnin xüsusi saxlanc yerində saxlanılan 2,004 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin yazıldığı və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar