Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-181/2024 21.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X15 və Məmmədzadə Mikayıl Marrif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X13, X4, X6 və X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X8 Zərərçəkmiş şəxslər X9 və Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul, məhkumluğu olmayan, Qazax şəhəri, N.Nərimanov küçəsi ev 12, mənzil 1də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 234.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 ibtidai istintaq orqanı tərəfindən ittiham verilmişdir ondan ötrü ki O, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,275 qram psixotrop maddə olan metamfetamin və 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda hesab edilən, təmiz çəkisi 6,272 qram təşkil edən narkotik vasitə olan heroin əldə edib yaşıl rəngli cins materialından olan qış gödəkçəsinin sağ sinə cibində saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 12:30-da Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Qazax şəhəri, N.Nərimanov yaşayış massivi, 4 nömrəli ünvanda yerləşən N.Vəliyev adına 5 saylı tam orta məktəbin qarşında piyada hərəkətdə olarkən saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A nömrəli ünvanda yerləşən Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda həmin gün saat 13:20-dən saat 14:10-dək olan vaxt ərzində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan yaşıl rəngli cins materialından olan qış gödəkçəsinin sağ sinə cibindən 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,275 qram olan psixotrop maddə-metamfetamin və 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış külli miqdar hesab edilən 6,272 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Qazax şəhəri, N.Nərimanov küçəsi, 49 nömrəli yaşayış binasının zirzəmisinə daxil olub Zərərçəkmiş şəxs1 məxsus otağın qapısı üzərindəki asma qıfıla əli ilə mexaniki təsir göstərərək açmaqla içəriyə qanunsuz daxil olub oradan 1 kq 1 manat olan 40 manat dəyərində 40 kq kartofu, 1 kq 0,70 manat olan 14 manat dəyərində 20 kq soğanı, 18 manat dəyərində hər biri 3 kq çəkidə, ümumi dəyəri 54 manat olan 3 ədəd 3 kq banka qabda pendiri, 7 manat dəyərində hər biri 3 kq çəkidə, ümumi dəyəri 21 manat olan 3 ədəd banka qabda pomidor turşusunu, 10 manat dəyərində hər biri 3 kq çəkidə, ümumi dəyəri 100 manat olan 10 ədəd banka qabda müxtəlif növ mürəbbələri, 7 manat dəyərində hər biri 0,7 kq çəkidə, ümumi dəyəri 21 manat olan 3 ədəd banka qabda əncir mürəbbəsini, 7 manat dəyərində hər biri 0,7 kq çəkidə, ümumi dəyəri 21 manat olan 3 ədəd banka qabda çiyələk mürəbbəsini, 7 manat dəyərində 0,7 kq çəkidə 1 ədəd banka qabda armud mürəbbəsini, 8 manat dəyərində hər biri 0,7 kq çəkidə, ümumi dəyəri 16 manat olan 2 ədəd banka qabda malina mürəbbəsini gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 294 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən “Etibarın pekarnısı” kimi tanınan çörəkbişirmə sexinin həyətinə açıq olan darvazadan keçərək saxlanc yeri hesab edilən arxa anbar otağına qanunsuz daxil olub hər biri 40 manat dəyərində ümumi dəyəri 160 manat olan, 04 ədəd 50 kq olmaqla “Abşeron” markalı un kisələrini gizli yolla talayıb ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 160 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə gecə saatlarında Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən Qazax rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus saxlanc yeri olan anbara qanunsuz daxil olaraq oradan bir ədədi 95 manat olan 22 ədəd 1,52x2,5 metr ölçüdə 3 mmlik qalınlıqda ümumi dəyəri 2090 manat olan alüminium materialdan hazırlanmış lövhələri (listləri), habelə bir ədədi 45 manat olan 18 ədəd 1x1,80 metr ölçüdə 3 mm-lik qalınlıqda ümumi dəyəri 810 manat olan alminium materialdan hazırlanmış lövhələri (listləri) gizli olaraq talayıb ələ keçirərək ümumilikdə zərərçəkmişə 2900,00 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Meham oğlu göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Belə ki, ittiham aktında göstərilən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr ona məxsus deyil və hansısa dəmir alüminium listləri oğurlamamışdır. Tutulana qədər rəsmi olaraq heç bir yerdə işləməmiş, günəmuzd fərdi əməklə məşğul olmuş, fəhləlik edib ailəsini dolandırmışdır, 2 azyaşlı uşağı var. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra çölə çıxmış, Qazax şəhərində yerləşən 5 nömrəli orta məktəbin yaxınlığındakı beş mərtəbəli binanın zirzəmisinin işığının yanılı olduğunu görmüşdür. Zirzəmiyə daxil olub saxlanc anbarlarından birinin pəncərəsindən içəri baxanda şüşə qablarda mürəbbə, turşu olduğunu görmüş, anbara daxil olmaq üçün qapıdakı qıfılı tutub çəkdikdə kilid sınmış və qapı açılmışdır. Anbardakı kisələrdə kartof, soğan, 3 balon pendir, 3 balon pomidor turşusu, 10 ədəd bankada müxtəlif mürəbbələri götürüb oradan çıxmış və gətirib yaşadığı evin bağına yığmışdır. Oğurladıqlarından 2 ədəd şüşə balonda hər birində 3 kq olan pendiri, 10 ədəd təqribən 1 litrlik şüşə qablarda olan 3 ədəd əncir, 3 ədəd çiyələk, 2 ədəd moruq, 1 ədəd armud və 1 ədəd heyva mürəbbəsini taksiyə yığıb Qazax şəhəri, H.Əliyev prospektində satışı ilə məşğul olan Mahirə adlı şəxsə özünə məxsus olduğunu ehtiyaca görə satdığını deyib 27 manata satmışdır. Bundan başqa xx.xx.2023-cü ildə yaşadığı Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən «Etibarın pekarnısı» kimi tanınan çörək bişirmə sexinin həyətinə saat 22 radələrində açıq darvazadan daxil olmuş, çörək bişirmə sexinin giriş qapısı açıq və obyektdə heç kimin olmadığına görə çörək sexinin anbarına girib, oradan “Abşeron” markalı hər biri 50 kiloqram çəkisi olan un kisələrindən 4 ədədini bir-bir çiyninə götürüb sexin ərazisindən yol kənarına çıxartmış, tanmadığı taksi ilə Qazax rayonu Hüseynbəyli kəndi istiqamətdə yol kənarında olan çörəkbişirmə sexlərinə aparıb ikisini Maarif digər ikisini isə Tofiq adlı şəxsə eyni qiymətə satmışdır. Oğurluqdan əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına sərf etmişdir. Dəmir metal tullantıları yığıb dəmir satanlara satmaqla məşğul olduğundan daima gəzib metal tullantı “bizon”, “hell” qablarını yığıb satmış 2023-cü ilin yanvar ayının ortalarında axşam saatlarında Qazax şəhərində «şəhər sovetinin anbarı» kimi tanına yerin yaxınlığından keçəndə dəmir tora söykənəkli vəziyyətdə olan 2 ədəd deşik və əyri-üyrü dəmir list görüb onalrı da götürüb dəmirsatan şəxslərə satmışdır. Lakin ona elan edilən ittihamda göstərilən alümuminum listlərin oğurluğu ilı əlaqəsi yoxdur. Elşən Quliyev göstərdi ki, binanın zirzəmisindən bankaları və çörəkbişirmə sexindən un kisələrini O oğurlamışdır. Bunu istintaq vaxtı da səmimi etiraf etmişdir, anbarın setka hasarına söykənmiş vəziyyətdə çöldə olan 1, yaxud 2 ədəd əzilmiş və deşik olan dəmir listləri də yararsız hesab etdiyi üçün gzili götürüb metal qəbulu məntəqəsinə satmışdır. Lakin O anbara daxil olmamış oradan hansısa listləri götürməmişdir. Qazax polisləri açılmayan oğurluq işlərini də onun üzərinə yükləmiş, etiraz etdikdə isə onu döyərək, hədə qorxu gəlmiş və üzərinə narkotik vasitə qoymuşlar. Polis əməkdaşlarının etdiyi təzyiq fiziki zorakılıq nəticəsində törətdiyi digər oğurluqlarla yanaşı həmin oğurluğu da guya özünün törətdiyini bildirmiş, həmçinin polis tərəfindən onun üzərinə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qoyulmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərmişdir ki, etdiyi əməllərə görə ona nə cəza verilsə çəkməyə hazırdır, lakin etmədiyi oğurluğa və narkotik vasiələrə görə cəza çəkmək istəmir. Azyaşlı uşaqları olduğu öğurluq etdiyi şəxslərə dəymiş ziyanı ödəyib barışdığı üçün yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 gösərmişdir ki, ailə üzvləri ilə birlikdə Qazax şəhəri, N.Nərimanov küçəsi, bina 49, mənzil 39-da yaşayır, yaşadığı binanın zirzəmisində əşyaların saxlanması üçün otaq mürəbbə, kompot, kartof, soğan, müxtəlif ev əşyaları saxlamış və otağın giriş qapısını qıfılla kilidləmişdir. 2022-ci ilin sonunda Qazax rayonu Orta Salahlı kəndində yaşayan nənəsi vəfat etdiyi üçün ailə üzvləri ilə birlikdə hər gün səhər tezdən yas mərasiminə gedib axşam evə qayıtmışdır. 11 dekabr 2022-ci ildə səhər tezdən kartof götürmək üçün evin zirzəmisinə gedəndə ana aid olan otağın qapısının qıfılının sındırıldığını görmüş, içəri girəndə ailəsinə məxsus saxlanc yerindən 1 ədəd kisədə 40 kq kartof, 1 ədəd kisədə 20 kq soğan, 3 ədəd şüşə qablarda (balonda) hər birində 3 kq olmaqla, cəmi 9 kq pendir, 10 ədəd şüşə qablarda onlardan 3 ədəd əncir, 3 ədəd çiyələk, 2 ədəd moruq, 3 ədəd armud və 1 ədəd heyva mürəbbəsi və 10 ədəd şüşə qab (balonlarda) hər birində 3 kq olan pomidor turşusu oğurlanmışdır. Hadisə barədə o, həmin gün Qazax rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, sonradan oğurluğu Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Ona dəymiş ziyan tam ödənilmişdir. Turalın oğurladığı əşyaları satdığı şəxsdən mürəbbə və pendirləri geri alınmışdır. Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, ona azadlıqdan məhrumetmə ilə bağlı olamayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yerləşən “Etibarın pekarnısı” kimi tanınan çörək bişirmə sexi ona məxsusdur. xx.xx.2022-ci il tarixdə o işləri ilə bağlı çörəkbişirmə sexində işləyən X10 tapşırıb bir neçə günlüyə Bakı şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə axşam Natiq Yusifov ona zəng edərək həmin gün axşam anbardan un götürmək istəyəndə “Abşeron” markalı un kisələrinin 4-nün oğurlandığını görmüşdür. O, hadisə ilə əlaqədar Natiqə polisə məlumat verməyi demiş, qısa müddət sonra zəng etdikdə Natiq Qazax RPŞ-də ərizə yazdığını, polislərin gəlib baxış keçirtdiklərini və sənədləşmə apardıqlarını bildirmişdir. Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən tezliklə oğurluq etmiş şəxsin Qazax şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs olması müəyyən edilmiş, oğurladığı unu satdığı şəxslər də tapılmış və ununun əvəzini ona vermişlər. Ona dəymiş ziyan ödənildiyi və azyaşlı uşaqları olduğu üçün təqsirləndirilən şəxslə barışmışdır və yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 da zərərçəkmiş Zərərçəkmiş şəxs2lə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsustları təsdiq etmişdir. Göstərmişdir ki un kisələri qapısı bağlı anbarda olmuş, Tural qapının kilidini sındırıb içəri girmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla ədavəti və düşmənçiliyi olmamış onun atasını zəhmətkeş şəxs kimi, Turalın özünü də fərdi əməklə məşğul yük boşladan şəxs kimi tanımışdır. Qazax rayonu, Hüseynbəyli kəndi ərazisində un dəyirmanı və çörək bişirmə sexi var. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Tural tanımadığı “VAZ 2109” markalı taksi ilə gəlib 2 kisə unusatmaq istədiyini, iş yerindən pul əvəzi verildiyini, evdə yeməyə heç nəyi olmadığını deyib almağı xahiş etmişdir. Turalla razılaşmış və həmin 2 ədəd un kisəsini 72 manata almışdır. Təqsirləndirilən şəxs satdığı un kisələri “Abşeron” firmasında istehsal olunmuş və hər biri 50 kqlıq un kisələri olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə əvvəl arasında hansısa münasibət, ədavəti və düşmənçiliyi olmamışdır. Qazax şəhəri Ə.Şıxlinski küçəsində özünə məxsus un dəyirmanı var. 2023-cü ilin yanvar ayının əvvəli xatırlamadığı tarixdə axşam saatlarında Tural nömrə nişanını xatırlamadığı “VAZ 2107” markalı, taksi avtomobili ilə gəlib 2 kisə unu satmaq istədiyini, iş yerindən pul əvəzi verildiyini deyib almağı xahiş etmişdir. O razılaşmış və 2 ədəd un kisəsini 54 manata almışdır. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə göstərmişdir ki, Qazax rayon Mənzil İstismar Sahəsində, mülkü müdafiə üzrə nəzarətçisi işləyir. Nümayəndəliyinin Nərimanov yaşayış massivində yerləşən anbarından oğurluq olması barədə Qazax şəhəri üzrə icra nümayəndəliyi özü polisə məlumat vermişdir. Anbarın rəsmi işçisi olmadığı üçün anbardan nəyin oğurlanması barədə heç bir məlumatı yoxdur. Sonradan 22 ədəd və 18 ədəd alüminium materialdan hazırlanmış lövhələrin (listlərin) oğurlandığı barədə məlumatı olmuş, izahat isə müstəntiq tərəfindən yazılmış onun tərəfindən imza edilmişdir. Polis əməkdaşları həmin oğruluğu Təqsirləndirilən şəxs törətdiyini etiraf etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində cəlb edilərək dindirilmiş Şahid8 göstərmişdir ki, Qazax şəhər Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyir. Oğurluq hadisəsinin törədildiyi anbara Qazax şəhərində olan yaşayış binalarının istismar müddətini başa çatmış yaxud yenisi ilə əvəz edilmiş köhnə dəmir dam örtükləri yığılmışdır. Həmin anbar isə Qazax şəhər üzrə icra nümayəndəsi Şahid8 Əkrəm oğluna məxsus şəxsi anbar olmuş və MKTİB-nə məxsus digər anbarlarda yer olmadığı üçün binalardan çıxan söküntü materialları ora yığılmışdır. Anbarda oğurluq hissə-hissə edildiyi üçün bunu sonradan aşkar etmiş və məlumat vermişlər. Həmin mal-materialın qeydiyyatı aparılmadığından və bununla bağlı hər hansı sənəd mövcud olmadığından oğurlanmış dəmir örtüklərin sayını və növünü dəqiq bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2023-cü ilin yanvar ayında Qazax RPŞ-də əməliyyat müvəkkili işləmiş, Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 12, mənzil 1də yaşayan Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə aludəçisi kimi tanımış, ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü ildə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, pisxotrop maddə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuş, o, dərhal bu barədə raportla Qazax RPŞ rəisinə məruzə etmişdir. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi» haqqında qərar tərtib etmiş və həmin qərar təsdiqlənmiş, yaradılmış əməliyyat qrupunun tərkibinə iş yoldaşları əməliyyat müvəkkili Şahid2, baş inspektor kriminalist X11, təhqiqatçı X12, polis serjantı Şahid3 və polis serjantı X14 daxil edilmişdir. Təqsirləndirilən şəxs Qazax şəhəri, Nərimanov qəsəbəsində saat 12:30 saxlanılıb Qazax RPŞ-nə gətirilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquqları izah edilmiş vəkil çağırılmış, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən üzərində qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmaması varsa könüllü olaraq verilməsi təklif edildikdə Təqsirləndirilən şəxs 2 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümü çıxarıb təqdim etmiş, Ağstafa rayonunda yerdən tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlələr götürülüb çəkilmiş qablaşdırılıb, möhürlənmiş, üzərinə keçirilmiş şəxsi axtarış vaxtı başqa narkotik vasitə və sair qadağan olunmuş əşya və yaxud predmet aşkar olunmamışdır. Sonradan isə Təqsirləndirilən şəxs rayon ərazisində oğurluq hadisələri etməsi müəyyən edilmiş yeyinti məhsullarını satdığı şəxslər tapılsa da Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən anbardan oğurlanmış 40 ədəd alminium materialdan olan lövhələri (listləri) kimə satması və ya verməsi müəyyən edilə bilməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılıb Qazax rayon polis şöbəsinə gətirlərkən və şöbədə olduğu müddətdə özü və digər polis əməkdaşları tərəfindən hansısa zorakılıq olmamış, fiziki və psixi təzyiq edilməmişdir. Təqsirləndirilən şəxsin fiziki sorakılığa məruz qaldıqdan sonra narkotik vasitələrin özünə məxsus olmasını bildirməsi isə əsassızdır, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün məsuliyyətdən yaxa qurtarmaq istəyir. Məhkəmədə həmin epizod üzrə dindirilmiş dindirilmiş şahidlər Qazax RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyniməzmunlu ifadə verərək göstərilənləri təsdiq etmişlər. Təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdiyi saxlanılıb Qazax RPŞ-yə gətirildikdən sonra fiziki zorakılığa məruz qalması barədə verilmiş sorğuya əsasən təqdim edilmiş “gətirilmiş şəxslərin qeydiyyatı”, “MSY-də saxlanılan şəxslərin uçotu” və MSY-də saxlanılan şəxslərn tibbi müayinədən keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitablarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 18:10-da MSY-ə daxil olarkən heç bir şikayət və tələbi olmamış, həmin gün saat 20:10-da tibbi müayinədən keçirilmiş və bədən səthi üzərində xəsarət aşkar edilməmişdir. Bundan başqa ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasına verilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş Tibbi kitabçadan görünür ki, xx.xx.2023cü ildə Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasına daxil olarkən sağ saiddə çoxsaylı sol bazuda isə bir ədəd köhnə çapıq toxumasından başqa bədə səthində hər hansı xəsarət yaxud xəsarət izi aşakr edilməmiş, şifahi olaraq təqsirləndirilən şəxs təxminən 4 ildir marixuandan istifadə etdiyini göstərmişdir İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Qazax RPŞ-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ünvan 4a 49, mənzil 39-da yaşayan Zərərçəkmiş şəxs1 binanın zirzəmisindən yerləşən ona məxsus saxlanc anbarının kilidinin sındırılaraq oradan özünə məxsus ittiham aktında göstərilən qida və yeyinti məhsullarının oğurlanması barədə məlumat vermiş, hadisəni törətmiş şəxs(lər)in müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Qazax RPŞ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X7 işlədiyi “Etibarın pekarnısı” adlanan çörək bişirmə sexinin dən naməlum şəxslərin 4 kisə Abşeron markalı 50 kq-lıq un kisələrinin oğurlaması barədə Qazax RPŞ-yə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Qazax şəhər icra nümayəndəliyi Qazax şəhəri, N.Nərimanov küçəsində olan anbardan oğurluq hadisələri olması, son dəfə naməlum şəxs(lər)in xx.xx.2023-cü ildə həmin anbara gizli yola daxil olaraq dəmir list alüminium materiallar oğurlanması barədə xx.xx.2023-cü il tarixli 5-58-1-12-21/2-230/2023 saylı məktubla Qazax RPŞ-yə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşınması saxlanması və istehlakı ilə məşğul olması barədə Qazax RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli rapotdan görünür ki, Təqsirləndirilən şəxs Mühman oğlu xx.xx.2023-cü ildə saat 12:30-da Qazax şəhəri, N.Nərimanov qəsəbəsində saxlanılaraq saat 12:40-da Qazax RPŞ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd bükümdə narkotik vasitə olan heroin, 1 ədəd bükümdə isə psixotrop maddə olan metamfetaminə bənzər kütlələri təqdim etmiş həm kütlələr qablaşdırılaraq götürülmüş, şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin maddələri Ağstafa rayonu ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 24 yanvar 2023-cü il tarixli, 16/125 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qəhvəyi rəngli və ağ rəngli kristal formalı kütlələr …” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,272 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,275 qram maddə isə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilmə və ittihamın elan edilməsi haqqında” və Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(023)-07/2023 saylı qərarlarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbir seçilmişdir. İş materiallarına əlavə edilmiş Qazax rayon prokuroruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşakar edilmiş narkotik vasitə və psixotrop maddəni Qazax rayonu Xanlıqlar kəndində yaşayan “yanıq” ləqəbli X16 adlı şəxsdən pul müqabilində aldığını bildirmiş, cinayət işinin sonrakı mərhələsində aralarındakı üzləşmə zamanı isə həmin narkotik vasitə və psixotrop maddəni yerdən tapdığını göstərmişdir. İş materiallarına əlavə edilmiş Penitensiar Xidmətin 5 saylı X19 Müəssisəsi tərərfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17/45/2-159/2023 saylı aayışından görünür ki, Füzuli-Qubadlı Hərbi məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən çəzasının çəkilməmiş hissəsini çəkmək üçün X19 müəssisəsinə keçirilmiş və xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş X2 xx.xx.2023-cü il tarixli 1256 №li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Qazax Mənzil İstismar Sahəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-58-13-17/2-482/2023 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda qeydiyyatdadır və müsbət xarakterizə olunur. İş materiallarında olan AZE 12955703 saylı və AZE 12955557 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Ömər Quliyev və xx.xx.2014-cü il təvəllüdlü Ayşə Quliyeva adlı azyaşlı övladları var. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 mart 2023-cü il tarixli, 9/1898 nömrəli rəyindən görünür ki, malların xx.xx.2022-ci il tarixə orta bazar qiyməti nəzəri qaydada: 1 kq qiyməti 1manat, ümumi dəyəri 40 manat olan 40 kq kartof; 1 kq qiyməti 6 manat, ümumi dəyəri 54 manat olan 9 kq şüşə qablarda pendir;1 kq qiyməti 0,70 manat, ümumi dəyəri 14 manat olan 20 kq soğan;hər biri 3 kq olan 10 ədəd bankalarda hər biri 10 manat olan, ümumi dəyəri 100 manat olan mürəbbələr;hər biri 3 kq olan 3 ədəd bankalarda hər biri 7 manat, ümumi dəyəri 21 manat olan pomidor turşusu; hər biri 0,7 litr olan 3 ədəd şüşə qablarda hər biri 7 manat, ümumi dəyəri 21 manat olan əncir mürəbbəsi;hər biri 0,7 litr olan 3 ədəd şüşə qablarda hər biri 7 manat, ümumi dəyəri 21 manat olan çiyələk mürəbbəsi;bir ədəd 0,7 litrlik şüşə qabda dəyəri 7 manat olan armud mürəbbəsi; hər biri 0,7 litr olan 2 ədəd şüşə qablarda hər biri 8 manat, ümumi dəyəri 16 manat olan malina mürəbbəsi;xx.xx.2023-cü il tarixə orta bazar qiyməti nəzəri qaydada: hər biri 50 kq, hər biri 40 manat, ümumi dəyəri 160 manat olan 4 kisə un; 2023-cü ilin yanvar ayına orta bazar qiyməti nəzəri qaydada: orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 1,52x2,5 metr ölçüdə 3 mm-lik qalınlığında alüminum materialdan olan lövhə (list), hər biri 95 manat dəyərində 22 ədəd, ümumi dəyəri 2090 manat olan, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 1x1,80 metr ölçüdə 3 mm-lik qalınlığında alüminum materialdan olan lövhə (list), hər biri 45 manat dəyərində 18 ədəd, ümumi dəyəri 810 manat olan, ümumi məbləği 2900,00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-əmtəəşunaslıq ekspertizasının 14 avqust 2023-cü il tarixli, 9/6197 nömrəli əlavə rəyindən görünür ki, ekpertiza təyini haqqında qərarda göstərilən malların orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:1 ədəd 3 litrlik şüşə qab (banka) 0,50 manat 1ədəd 0,7 litrlik şüşə qab (banka) 0,30 manat 1 ədəd 3 litrlik şüşə qab üçün qapaq (zakat) 0,14 manat 1 ədəd 0,7 litrlik şüşə qab üçün qapaq 0,10 manatdır. 9/1898 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspert rəyində göstərilən malların dəyəri müəyyən edilərkən qablaşdırma, yəni şüşə qablar və qapaqları da həmin malların dəyərinə daxil edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-ci il tarixli, 236 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertizadan sonra qalıq çəkisi 6,172 qram olan heroin və qalıq çəkisi 0,255 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Qazax RPŞ-yə təhvil verilmişdir. Məhkəmə iş üzrə sübutları bir-biri ilə müqayisə edib, məsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin üzərindən aşakr edilmiş narkotk və psixotrop maddənin ona məxsus olmaması barədə göstədikləri öz ifadəsindən başqa digər sübut növləri ilə təsdiqini tapmadığınından və məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmadığından, həmçinin cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və əlavə edilmiş video-foto çəkilişlərlə təkzib olunduğuna görə həmin hissəsinə tənqidi yanaşıb inandırıcı hesab etmir və təqsirləndirilən şəxsin ifadələrindəki həmin hissələri ağır cinayət əməlinə görə cəzadan yayınmaq cəhdi və özünümüdafiə kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında da tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Turalı Quliyevin bədən səth üzərində gözlə aşkar görünən hər hansı xəsarət yaxud xəsarət izi aşkar edilməmiş, istintaq hərəkəti zamanı qeydi-adi psixoemosional halda olmasını təsdiq edən hal(lar) müəyyən edilmişdir. Keçirilmiş istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə və pxsixotrop maddələrin ona məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Bundan başqa iş materiallarına olan məhkəmə narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs heroin və metamfetamindən sui-istifadə nətcəsində yaranmış narkomanya xəstəliyindən əziyyət çəkir ki, məhkəmə təqsirləndirilən şəxsin özünümüdafiə ifadəsinə münasibətdə həmin ekspetiza rəyini daha obyektiv və mötəbər sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə verilən ittihamda göstərilən 3-cü epizod, yəni onun tərəfindən ümumilikdə 40 (qırx) ədəd alüminium listlərin oğurlanmasına dair verilən ittiham qeyrimüəyyən olduğu və həmin hissədə şəxsin təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin epizodun ittihamdan xaric edilməsi qənətinə gəlmişdir və gəldiyi nəticəni aşağıda təhlil və şərh edəcəyi sübutlarla əsaslandırır. Belə ki, işin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qeyd edilən anbardan oğurluq hadisələrinin nə vaxt törədilməsini və hansı materialların oğurlanmasını dəqiq bilmədiyini göstərmiş, iş üzrə əlavə şahid qismində dindirilmiş Qazax MKTBİ-nin müdiri də çoxmənzilli yaşayış binalarının dam örtüyündən çıxan söküntü məhsulları dəmir örtüklərin MKTİB-nin anbarlarında yer olmadığı üçün oğurluq hadisəsi baş verən anbara yığıldığını və oğurluğun da həmin anbardan hissə-hissə edildiyini göstərmişdir. Yəni cinayət işi üzrə məhkəmədə həmin epizoda dair hissədə zərər vurulması iddia edilən zərərçəkmiş şəxsin nümayəndəsi və məhkəmə tərəfindən cəlb edilmiş mal materialların məxsus olduğu müəssisənin rəisi olan əlavə şahid tərəfindən konkert olaraq hansı miqdar ziyan vurulması göstərə bilməmiş, qeyd edilən materialın növünü, və miqdarını məxsusluğunu təsdiq edən rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan və məhkəmədə tədqiq edilən Qazax şəhər icra nümayəndəliyi tərəfindən Qazax RPŞ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əvvəllər də həmin anbardan oğurluq hadisələri edilmiş və son dəfə xx.xx.2023-cü ildə gecə saatlarında anbara müdaxilə edilərək dəmir list (alüminium) materiallar oğurlanmışdır. Lakin həmin məktuba (müraciətə) dəmir (alümuniüm) listlərin icra nümayəndəliyinə yaxud digər müəsssəyə (Mənzil istismar sahəsinə) məxsusluğu, anbara mədaxil edilməsi, qalığı ilə bağlı hər hansı təsdiqedici rəsmi sənəd (təhvil təslim aktı, qaimə anbar kitabından çıxarış, elektron hesab faktura) əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, oğurlanması (talanması iddia edilən) materialın növü ilə bağlı məsələyə də ibtidai araşdırma dövründə aydılıq gətirilməmiş və məhkəmə baxışında bununla bağlı hər hansı əlavə sübutun təqdim edilməsi ilə əlaqədar ittiham tərəfi, yaxud zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən hər hansı vəsatət verilməmişdir. Oğurlanması iddia edilən predmetin dəmir yaxud alümunium materialdan olması isə qeyri müəyyəndir, təqsirləndirilən şəxsə verilən ittihamda göstərilən dəymiş ziyanın məbləği isə şifahi məlumat əsasında ölçüləri və materialı göstərilən məhkəmə əmtəəşünaslıq ekspertizası rəyinə əsasən alümunium materiala görə hesablanıb bununla bağlı müvafiq rəy verilmiş və ittiham da həmin rəy əsasında qurulmuşdur. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi və əlavə şahid isə həmin örtüklərin qara əlvan deyil qara metaldan olduğunu və söküntü olduğunu göstərmişlər. Nəzərdən qaçırılmamalıdır ki, ittihamda göstərilən digər oğurluq epizodları üzrə Təqsirləndirilən şəxs cinayət hadisələrini törətdiyini tam etiraf etmiş, ilkin araşdırma dövrü ilə məhkəmədə eyniməzmunlu ifadə vermiş, hər hansı halı mübahisələndirməmişdir. İttiham tərəfi oğurlanması iddia edilən materialların satıldığı şəxs(lər) in müəyyən edilməsi və şəsə verilən ittihamın sübuta yetirilməsi üçün ibtidai araşdırma dövründə ümumiyyətlə hər hansı təşəbbüs göstərməmiş, bütün ittihamı şəxsin sonradan inkar etdiyi və məhkəmə baxışında da mübahisələndirdiyi ifadəsi əsasında qurmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə baxışında inkar etdiyi ifadəsindən başqa iş üzrə onun həmin epizod üzrə onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir ki, təkcə ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs həmin hissədə təqsirliliyinə dair qəti qərara gəlmək mümkün deyil, buna görə məhkəmə həmin epizodun ittihamdan xaric edilməsini qanuni və ədalətli- işin məhkəmədə müəyyən edilmiş faktiki hallarına uyğun hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması və müalicə olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Lakin Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməllərin xarakteri və ictimai təhlükəliliyi az ağır cinayət əməlləri olması və təkrar törədilməsi təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyinini istisna edən haldır və ailə vəziyyəti və cəzasının yüngülləşdirici hallar nəzərə alınmaqla ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhuretmə növündə cəzanın aşağı həddinə yaxın cəza təyin edilməsini məhkəmə daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, eləcə də cəzasını yüngəlləşdirən hallar himayəsində azyaşlı övladlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. “Oğurluq, soyğunçuluq və quldurluğa dair məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin plenumunun xx.xx.2005-ci il tarixli 1 №li qərarının 2-ci bəndin əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə.......daxil olmaq dedikdə oğurluq......məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən .....fərdi yaşayış evi ..... başa düşülür. Qərarın 21-ci bəndinə əsasən oğurluq, törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini, CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Qazax şəhəri, N.Nərimanov küçəsi, 49 nömrəli yaşayış binasının zirzəmisinə daxil olub Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən otağın qapısının zərindəki asma qıfıla əli ilə mexaniki təsir göstərərək açmaqla içəriyə qanunsuz daxil olub oradan 1 kq 1 manat olan 40 manat dəyərində 40 kq kartofu, 1 kq 0,70 manat olan 14 manat dəyərində 20 kq soğanı, 18 manat dəyərində hər biri 3 kq çəkidə, ümumi dəyəri 54 manat olan 3 ədəd 3 kq banka qabda pendiri, 7 manat dəyərində hər biri 3 kq çəkidə, ümumi dəyəri 21 manat olan 3 ədəd banka qabda pomidor turşusunu, 10 manat dəyərində hər biri 3 kq çəkidə, ümumi dəyəri 100 manat olan 10 ədəd banka qabda müxtəlif növ mürəbbələri, 7 manat dəyərində hər biri 0,7 kq çəkidə, ümumi dəyəri 21 manat olan 3 ədəd banka qabda əncir mürəbbəsini, 7 manat dəyərində hər biri 0,7 kq çəkidə, ümumi dəyəri 21 manat olan 3 ədəd banka qabda çiyələk mürəbbəsini, 7 manat dəyərində 0,7 kq çəkidə 1 ədəd banka qabda armud mürəbbəsini, 8 manat dəyərində hər biri 0,7 kq çəkidə, ümumi dəyəri 16 manat olan 2 ədəd banka qabda malina mürəbbəsini gizli olaraq talayıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 294 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən “Etibarın pekarnısı” kimi tanınan çörəkbişirmə sexinin həyətinə açıq olan darvazadan keçərək saxlanc yeri hesab edilən arxa anbar otağına qanunsuz daxil olub hər biri 40 manat olmaqla ümumi dəyəri 160 manat olan, 04 ədəd 50 kq olmaqla “Abşeron” markalı un kisələrini gizli yolla talayıb ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 160 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 23 yanvar 2023-cü il tarixdə saat 12:30-da Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yeləşən N.Vəliyev adına 5 saylı tam orta məktəbin qarşında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165 A ünvanında yerləşən Qazax rayon polis şöbəsinin inzibati binasına gətirilmiş həmin gün saat 13:20dən saat 14:10-dək olan müddətdə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan yaşıl rəngli cins materialdan olan qış gödəkçəsinin sağ sinə cibindən 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə kustar üsulla hazırlanmış təmiz çəkisi 0,275 qram olan psixotrop maddə-metamfetamin və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış külli miqdarda 6,272 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3- və 234.1-1ci maddələri ilə düzgün tövsif edilmişdir və həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Qazax RPŞ-də saxlanılan tanınaraq saxlanca verilmiş təmiz çəkiləri,tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6,172 qram olan heroin və 0,255 qram olan metamfetamin məhv edilməli, şəxsi axtarışı əks etdirən videogprüntülər olan 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 01 ədəd “CD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan məsrəfi olan ekspertiza tədqiqatının dəyərindən 107,40 (bir yüz yeddi manat, qırx qəpik) manat ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrii ilə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi iş üzrə maddi sübut olan Qazax RPŞ-də saxlanılan tanınaraq saxlanca verilmiş təmiz çəkiləri,tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6,172 qram olan heroin və 0,255 qram olan metamfetamin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyərindən 107,40 (bir yüz yeddi manat, qırx qəpik) manat ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-181/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-181/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver