Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-181/2025 19.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, müdafiəçilər; Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi5, Müdafiəçi4, Müdafiəçi8, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Ədalət” vəkil Bürosunun vəkili Müdafiəçi3 və təqsirləndirilən şəxslər; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1987-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Milli Fədailər Hərəkatın”da sədr işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlınski küçəsi, ev 20, mənzil 26-da qeydiyyatda olmaqla, Ağstafa rayonu, Dağkəsəmən kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə, xx.xx.1985-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı Metrotikinti idarəsində növbə rəisi işləyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 2B, mənzil 37-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, M.Y.Çəmənzəminli küçəsi, ev 34-də qeydiyyatda olmaqla, S.Vurğun küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qisman qapalı məhkəmə iclasında baxaraq,məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs2 ilə görüşüb görüş zamanı aralarında olan danışıqları istifadə etdiyi mobil telefonda olan səsyazma cihazı vasitəsilə yazıb qeyd edilən rüsvayedici məlumatları Zərərçəkmiş şəxs2 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 15.000 manat pulu hədə-qorxu ilə tələb edərək, 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 3.000 manat pulunu Ağstafa rayonu ərazisində ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 ilə yaşadığı evdə görüşüb onunla könüllü və təbii yolla cinsi əlaqədə olduqdan sonra evdə baş verənləri videokamera vasitəsilə çəkdiyini bildirməklə qeyd etdiyi rüsvayedici məlumatları Zərərçəkmiş şəxs1 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 12.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 bildirdiyi kart hesabına Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 12.000 manat pulunu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023cü ilin mart ayında Zərərçəkmiş şəxs3 ilə yaşadığı evdə görüşüb və “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq qeyd edilən danışıqları çəkib öz mobil telefonunda saxladığını bildirməklə qeyd etdiyi danışıqları-rüsvayedici məlumatları Zərərçəkmiş şəxs3 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 5.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs3 5.000 manat pulunu Ağstafa rayonu ərazisində ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs4 ilə onun direktoru olduğu Muğanlı kənd məktəbində görüşüb aralarında olan şəxsi məzmunlu danışıqları videokamera vasitəsilə çəkdiyini və Zərərçəkmiş şəxs4 səsini yazdığını bildirməklə qeyd etdiyi rüsvayedici məlumatları Zərərçəkmiş şəxs4 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 6.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 bildirdiyi kart hesabına Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən “Dərya” marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 2.000 manat pulunu və Təqsirləndirilən şəxs1 Ağstafa rayonu, Dağkəsəməndə yerləşən evində verdiyi nağd olaraq 4.000 manat pulunu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023cü ilin aprel ayında Zərərçəkmiş şəxs5 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq qeyd edilən danışıqları çəkib öz mobil telefonunda saxladığını bildirməklə qeyd etdiyi danışıqları-rüsvayedici məlumatları Zərərçəkmiş şəxs5 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 20.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 bildirdiyi kart hesabına Ağstafa şəhəri ərazisində yerləşən marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 6.500 manat pulunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ələ keçirmişlər. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədəqorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 ilə yaşadığı evdə görüşüb onunla könüllü və təbii yolla cinsi əlaqədə olduqdan sonra evdə baş verənləri videokamera vasitəsilə çəkdiyini bildirməklə qeyd etdiyi rüsvayedici məlumatları Zərərçəkmiş şəxs1 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələ gətirəcəyi hədəsi ilə ondan 12.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 bildirdiyi kart hesabına Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 12.000 manat pulunu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs4 ilə onun direktoru olduğu Muğanlı kənd məktəbində görüşüb aralarında olan şəxsi məzmunlu danışıqları videokamera vasitəsilə çəkdiyini və Zərərçəkmiş şəxs4 səsini yazdığını bildirməklə qeyd etdiyi rüsvayedici məlumatları Zərərçəkmiş şəxs4 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələ gətirəcəyi hədəsi ilə ondan 6.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 bildirdiyi kart hesabına Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən “Dərya” marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 2.000 manat pulunu və Təqsirləndirilən şəxs1 Ağstafa rayonu, Dağkəsəməndə yerləşən evində verdiyi nağd olaraq 4.000 manat pulunu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023cü ilin iyun ayında Zərərçəkmiş şəxs6 ilə görüşüb görüş zamanı aralarında olan danışıqları istifadə etdiyi mobil telefonda olan səsyazma cihazı vasitəsilə yazıb qeyd edilən rüsvayedici məlumatları Zərərçəkmiş şəxs6 ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə paylaşmaqla yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 30.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs2 bildirdiyi kart hesabına Ağstafa şəhəri ərazisində yerləşən marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 4.000 manat pulunu və nağd şəkildə göndərdiyi 16.000 manat pulunu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ağstafa rayonu ərazisində ələ keçirmişlər. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs2 ilə görüşüb görüş zamanı aralarında olan danışıqları istifadə etdiyi mobil telefonda olan səsyazma cihazı vasitəsilə yazıb qeyd edilən rüsvayedici məlumatları Zərərçəkmiş şəxs2 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 15.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 3.000 manat pulunu Ağstafa rayonu ərazisində ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlakı hədə-qorxu yolu ilə əldə etmək məqsədi ilə 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs7 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq qeyd edilən danışıqları çəkib öz mobil telefonunda saxladığını bildirməklə qeyd etdiyi danışıqları-rüsvayedici məlumatları Zərərçəkmiş şəxs7 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı, sosial şəbəkələrdə paylaşacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 8.000 manat pulu hədəqorxu ilə tələb edərək 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs7 4.000 manat pulunu Ağstafa rayonu ərazisində işlədiyi bağçada ələ keçirmişdir. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 ilə yaşadığı evdə görüşüb onunla könüllü və təbii yolla cinsi əlaqədə olduqdan sonra evdə baş verənləri videokamera vasitəsilə çəkdiyini bildirməklə qeyd etdiyi rüsvayedici məlumatları Zərərçəkmiş şəxs1 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 12.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 bildirdiyi kart hesabına Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 12.000 manat pulunu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023cü ilin mart ayında Zərərçəkmiş şəxs3 ilə yaşadığı evdə görüşüb və “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq qeyd edilən danışıqları çəkib öz mobil telefonunda saxladığını bildirməklə qeyd etdiyi danışıqları-rüsvayedici məlumatları Zərərçəkmiş şəxs3 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 5.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs3 5.000 manat pulunu Ağstafa rayonu ərazisində ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs4 ilə onun direktoru olduğu Muğanlı kənd məktəbində görüşüb aralarında olan şəxsi məzmunlu danışıqları videokamera vasitəsilə çəkdiyini və Zərərçəkmiş şəxs4 səsini yazdığını bildirməklə qeyd etdiyi rüsvayedici məlumatları Zərərçəkmiş şəxs4 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 6.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 bildirdiyi kart hesabına Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən “Dərya” marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 2.000 manat pulunu və Təqsirləndirilən şəxs1 Ağstafa rayonu, Dağkəsəməndə yerləşən evində verdiyi nağd olaraq 4.000 manat pulunu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023cü ilin aprel ayında Zərərçəkmiş şəxs5 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq qeyd edilən danışıqları çəkib öz mobil telefonunda saxladığını bildirməklə qeyd etdiyi danışıqları -rüsvayedici məlumatları Zərərçəkmiş şəxs5 həyat yoldaşı və digər ailə üzvlərinə göndərməklə yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 20.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 bildirdiyi kart hesabına Ağstafa şəhəri ərazisində yerləşən marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 6.500 manat pulunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ələ keçirmişlər. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə cinayətinin törədilməsi barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 2023cü ilin iyun ayında Zərərçəkmiş şəxs6 ilə görüşüb görüş zamanı aralarında olan danışıqları istifadə etdiyi mobil telefonda olan səsyazma cihazı vasitəsilə yazıb qeyd edilən rüsvayedici məlumatları Zərərçəkmiş şəxs6 ailə üzvlərinə göndərməklə və sosial şəbəkələrdə paylaşmaqla yayacağı və onun nüfuzuna xələl gətirəcəyi hədəsi ilə ondan 30.000 manat pulu hədə-qorxu ilə tələb edərək 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs2 bildirdiyi kart hesabına Ağstafa şəhəri ərazisində yerləşən marketdəki “Milliön” ödəniş terminalından göndərdiyi 4.000 manat pulunu və nağd şəkildə göndərdiyi 16.000 manat pulunu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ağstafa rayonu ərazisində ələ keçirmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o siyası sifarişlə həbs olunmuşdur. Şahidlər onu tanımırlar. Onun siyasi fəaliyyəti vardır. Onun sabitliyi kimlərisə narahat etmişdir. Bu ona qarşı qurulmuş qondarma proses olmuşdur. O vətən müharibəsi iştirakçısıdır. o,Gülnar xanım ilə 2021-ci ilin sonlarında tanış olmuşdur. Daha sonra Ağstafa rayon polis rəisinin müavini ondan, Gülnar xanıma ev təşkil etməsini, ona ev kirayə verilməsini ondan xahiş etmişdir. O da atasındın evini Gülnar xanıma kirayə verilməsini təkid etmiş və 2022-nin səhv etmirsə əvvəllərində və yaxud da ortalarında Gülnar xanım kirayəkeş kimi evdən istifadə etmiş, baxça düzəlmişdir.Evdən uşağlari tərbiyələndirmək üçün baxça kimi istifadə olunmuşdur. Daha sonra Mustafa adlı şəxs onun evinə gəlmişdir. O özünü müdafiə etməyi də bacarır, həqiqətləri danışmağı da, həqiqətdən kənar heç bir şey danışası da deyil. O, Əfqan adlı şəxsi ümumiyyətlə görməmişdir. Əfqan adlı şəxslə onun telefon danışığı olmamış və ona kimin pul gətirdiyini bilməmişdir. Bunu hər bir şəxs təsdiq edə bilər. Həqiqətin bir başı var. Ona taksi ilə pul gətirilib verilmişdir. Həmin günün axşami Gülnar xanım ona Gəncədəyəm, təcili mənim əvəzimdən pulu götür demişdir. O pulun nə pulu olduğunu bilməmiş və soruşmamışdır. Sözün düzü, heç ona maraqlı da olmamışdır ki, ona gələn pul kimdən gəlmiş, hansı taksi sürücü ilə niyə gətirilmişdir. Götürmüş, pulu saxlamış və sonra da Gülnar xanımın özünə təhvil vermişdir. Evin kirayəsi üçün də həmin puldan 1000 (min) manat pul götürmüşdür. Gülnar xanımın özü də demişdir ki, evin 1000 (min) manat kirayə pulunu götürərsiz qalanınıda mənə verərsiniz. Əhəd adlı şəxsin nə adını, nə özünü, nə də videosunu görməmişdir. Ümumiyyətlə Əhəd adlı şəxsi uzağdan, yaxından, gələcəkdən tanımamış, heç burada da görməmişdir. O bu kişilərdən ikisini tanımış, ikisi də onun evimdə olmuşdur. Əhədi də tanımamışdır.Əfqan onun həmkəndlisidir, vergilər nazirliyində işləyir və yaxından, uzaqdan onunla salam-sağolu olmamışdır. Gülnar adlı şəxsə Ağstafa rayonunda olan evini kirayə vermiş və sonuncu həmin evdə kirayəkeş olmuş və oranı baxça kimi istifadə etmişdir.Təqsirləndirilən şəxs2 yaxından-uzaqdan ümumiyyətlə tanımamışdır. Təqsirləndirilən şəxs2 o BMCMİ-də tanımışdır. Şahidlərin vermiş olduğu ifadələrin bir qismi doğrudur, ümumiyyətlə onların yalan ifadə vermələrini o eşitməmişdir. Mustafa adlı şəxsin onun haqqında verdiyi şahid ifadəsi olduğu kimidir. Onun evinə niyə gəlmiş, hansı məqsədlə gəlmiş, kimin göndərməsini o bilməmişdir. Onun haqqında vermiş olduğu ifadə aydınlaşdırmamışdır. Onların evlərinin qapısı 24 saat açıq olmuşdur. O bunu Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən hakimə demiş, hakim ona sual vermiş və “sən nəçisən ki, sizin eviniz gəlir” deyə soruşmuş o da isə cavabında o, Qazaxlı Alikin oğlu olduğunu bildirmişdir. Özü isə ictimai siyasi fəaliyyətlə məşğul olmuşdur. Dövlət orqanları ilə münasibəti ən yüksək səviyyədə olmuşdur. Azərbaycan Respublikasına qarşı olan əks kəşfiyyat ünsürlərinə qarşı ciddi mübarizə aparmış və onun yetərincə nüfuzu olmuşdur. Qapıları isə 7/24 açıq olmuşdur. Mustafa adlı şəxs atasının dostu Mahir adlı şəxslə birlikdə onlara gəlmiş, onu çağırmış, Gülnar adlı bir qadınını onların evində kirayəkeş olduğunu demiş, o doğru olduğunu bildirmişdir. Bundan sonra Mustafa onların aralarında mübahisə olmasını bildirmişdir. O isə mübahisənin nədən ibarət olmasını soruşmuş, sonuncu isə “qoy o qalsın” onların münasibətlərini sakitləşdirmək üçün Gülnar xanımı biraz sakitləşdirmək lazımdır. O isə cavab olaraq, Gülnar xanımın işlərinə qarışmadığını bildirmişdir. Ondan xahiş olunmuşdur ki, rayonda olan qadınları Gülnar xanımın yanına işçi kimi düzəltməsində köməklik göstərilsin. Bu məsələlərdə belə o, Gülnar xanımın işinə qarışmamışdır. Bundan sonra Mustafa adlı şəxs ondan xahiş etmişdir ki, o Gülnar xanıma zəng etsin onunla bağlı hər hansı bir mənfi fikirdə olmasını və onunla yoluna qoymasını təkid etmişdir. Onun Gülnar xanıma zəng etməkdə marağı və məqsədi kömək etməkdən ibarət olmuşdur. O hər hansı bir maddi maraq güdməmişdir. Onun marağı Əhəd adlı, Mustafa adlı şəxsin yanında gələn “Sauna Mahir” deyilən şəxsə görə onlara kömək etmək olmuşdur. Mahir Azneftin müdiri olmuş uşaqlığı da onun yanında olmuşdur. Ona xoş olsun deyə bu münasibətləri normallaşdırmaq istəmiş, marağı bu həddə olmuşdur. Atasının dostlarına xüsusi diqqət yetirmişdir. Gülnara zəng etmiş, və Mustafa adlı şəxs telefonda selektorda Gülnarın səsini eşitmişdir. O Gülnardan Mustafa adlı şəxslə nə məsələ olmasını soruşmuş, Gülnar isə cavabında o insanla onun ciddi probelemləri olduğunu və o insanın ona qarşı düzgün mövqedə olmamasını bildirmişdir. O isə bu məsələlərə boş verməsini və yollaşmalarını bildirmişdir. Gülnar isə bunun bir yolu yoxdur demişdir. Bundan sonra onlar sağollaşmışdır. Daha sonra onlar evdə çay içmişlər. Evdə olan zaman Mahir ona yenidən təkidlə Gülnarı yığmasını, və atası “Alik kişinin xətirəsi üçün bu məsələni yoluna qoyulmasını xahiş etmişdir. Bundan sonra o Gülnara 2-ci dəfə yenidən zəng etmiş və bu məslənin yoluna qoymasını xahiş etmişdir. Gülnar isə konkret olaraq telefonda bir məbləğ demişdir.Həmin məbləği özləri eşitmişdir. O isə bunun mümkün olmamasını bildirmiş və Gülnara boş verməsni və onun onu yığmaması kimi qiymətləndirməsini bildirmişdir. Mustafa təkidlə ondan 3-cü dəfə yenə zəng eləməsini xahiş etmiş və “mən ona məbləğ təklif edirəm”demişdir. O isə nə problem olmasını bir daha soruşmuşdur.Cavab olaraq o qızla hər hansı bir problem yaşamamasını bildirmişdir. Həmin vaxt Mustafa ona “dediyi məbləği Gülnar xanıma çatdır”demişdir. O həmin vaxt Mahir adlı şəxsə baxmış və pul məsələlərində olmamasını bildirmişdir. Bundan sonra onun atası gəlmiş və Mahirlə görüşmüdür. Həmin vaxt Mahir atasına “Fuada tapşır bizim məsələni yoluna qoysun” demişdir. Həmin vaxt atası ona “Fuad nə lazımdır mənim distuma kömək et, qulluğunda dur” demiş o isə atasına baş üstə demişdir. Həmin vaxt onun oğlu güləşçi olduğu üçün «Ayan Palaza»ya getmişdir. Mustafa adlı şəxs ona kart verilməsini və həmin məbləğin Gülnar xanıma çatdırılmasını xahiş etmişdir. Mustafa adlı şəxs ona evdə 4000 min manat pul vermişdir. Həmin vaxt o, Mustafa adlı şəxsə “buna ehtiyac yoxdur, qoy məsələni yoluna qoyaq, sonra özünüz verərsiz”demişdir.O həmin pulu götürmüş və avtomobilinə qoymuşdur. Bundan sonra o «Ayaz Palaza»ya getmişdir. O, Gülnara zəng etmiş və axşam görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, Gülnara 4000 manat pulu götürdüünü deməmişdir. Axşam saat 7-8 radələrində Mustafa adlı şəxs onun oğurlanmış kartına 2000 manat pul göndərmiş və zəng edərək pulu Gülnara verməsini xahiş etmişdir.O həmin məbləği Gülnara vermişdir. Həmin vaxt o, Gülnardan Mustafa ilə aralarında nə olmasını soruşmamışdır. Həmin vaxt Gülnar 1000 manat kirayə haqqının götürülməsini və qalan məbləğin onun kartına göndərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı bildirmişdir ki, onu el oğlu kimi tanımışdır. Çünki o düşmənli olmuşdur. O atasına baxmaq üçün atasının yanına köçmüşdür. Zərərçəkmiş şəxs2 vergidə işlədiyini bilmişdir. 3000 manatın alınmasını bilməmişdir. O evdə olan zaman Gülnar ona zəng edərək ona 3000 min manat pulun gətirilib veriləcəyini bildirmişdir. Həmin vaxt o oğluna takisdən 3000 min manat pulun götürürməsini xahiş etmişdir. Onun oğlu həmin taksidən 3000 min manat pulu götürmüşdür. Bundan sonra o qapıya çıxmışdır. Taksi sürücüsü isə onun atasının ən sadiq olan əsgərinin oğlu Elnur adlı şəxs olmuşdur. O heç vaxt dövlət orqanlarına yalan ifadə verməmişdir. Gəlmiş və taksi olmağını görmüş və oğlundan pulu almışdır. Taksi sürücüsü həmin vaxt ona həmin pulu ona «Gülnar xanım göndərmişdir» demişdir. Bundan sonra o, Gülnara zəng etmiş və 3000 min manat pulu götürdüyünü bildirmişdir. Ona sonradan məlum olmuşdur ki, həmin pulu Əfqan göndərmişdir. Bunu o BMCMİ-də pulun Əfqana məxsus olmasını bilmişdir. Əfqan ona pul verməmişdir.Pulu taksi sürücüsüi Gülnarın adından gətirmişdir. Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı bildirmişdir ki, heç bir epizodlarda yaxındanuzaqdan onunla heç bir münasibəti olmamışdır. Ramilə Gülnara borcu olması ilə bağlı zəng etmişdir. Zərərçəkmiş şəxs3lə bağlı epizod üzrə bildirmişdir ki,Zərərçəkmiş şəxs5, Turan bankda işləyən şəxs olmuşdur. Onu görməmiş, telefonla danışığı olmamışdır. Onun yaxın dostu Şamil adlı bir şəxs olmuş, ona zəng etmiş və kirayəkeş bir adam olmasını bildirib, onlarin dostu ilə bir problem yaşadığını demişdir. Həmin vaxt Rövşən adlı şəxs ona zəng etmiş və “biz əmi oğluyuq sənin atanı mən tanıyıram, səni tanıyıram demiş və ondan Gülnar adlı şəxslə problemlərin olmasını və ondan kömək etməsini xahiş etmişdir. O, telefonda konfrnas yaratmış və onlar danışmışlar. Həmin vaxt Gülnar onu təhqir etmişdir. Rövşən Gülnardan kart atmasını xahiş etmişdir. Bu zaman o telefondan ayrılmışdır. Daha sonra Turan ona zəng etmiş və nə olmasını soruşmuşdur. O, isə Turana həmin şəxsə Ağstafa Rayon Prokurorunun və Polis rəsinin yanına getməsini tövsiyə etmişdir. Onun kartına göndərilən pulu o, Gülnarın kartına atmış, həmin puldan 1000 min manat kirayə haqqını götürmüşür. Ona heç bir şey çatmamış,o puldan heç nə götürməmişdir. Hadisələrin hansı vaxta təsdüf etdiyini bilmir. Karta 4000 və ya 4500 manat pul gəlmişdir. O, Təqsirləndirilən şəxs2 zəng etmiş və Gülnara borcunun qaytarılmasını xahiş etmişdir. Ramildən pulun qaytarılmasını isətmiş və Ramil həmin pulu onun kartına atmışdır. 2000 min manat pul gəlmiş, o isə həmin pulu Gülnara vermişdir. Ramillə BMCMİ-də tanış olmuşdur. Puldan ona heç nə çatmamışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təqribən iki ilən yaxın müddətdir tanıyırmış. Gülnar Ağstafa rayon üzrə bağça və kurslarda tədris fəaliyyəti ilə məşğul olurmuş. Gülnar Haçıyeva ilə tanış olduqdan 6 ay sonra ona məlum olmuşdur ki, Gülnar müxtəlif şəxsləri Gülnarla münasibəti barədə ailə üzvlərinə məlumat verməklə qorxudub pul almışdır. Belə ki, Təqsirləndirilən şəxs3 Ağstafa rayonunda yaşayan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 eyni adla pul almışdır. 2022-ci ilin sonu 2023-cü ilin əvvəllərində Muğanlı kənd məktəbinin direktoru Mustafa tanışı Mahirlə birikdə onlara gəlmişdir. Mustafa atası Alikdən bir məsələsinin həllində onun Mustafaya kömək etməsini xahiş etmişdir. Mustafa ona Təqsirləndirilən şəxs3 ilə yaxın münasibəti olduğunu və Mustafaya yalnız onun kömək edə biləcəyini demiş, ondan probleminin həll olunmasını xahiş etmişdir. O da həmin şəxslərin yanında Gülnara zəng etmişdir. Məsələnin həll olunmasını Gülnardan xahiş etmişdir. Gülnar da Mustafanın Gülnara 10.000 manat pul verəcəyi təqdirdə məsələnin həllini tapacağını demişdir. Mustafa 6 min manat pulu olduğunu və bu məsələnin həll olunmasında köməklik etməsini bildirmişdir. O 6 min manatı Mustafadan almışdır. Üstündən 1000 manat götürüb, 5 min manatı Gülnara vermişdir. Gülnar da 1000 manat götürməsini demiş, yerdə qalanını isə Gülnara çatdırmasını xahiş etmişdir. Mustafadan alınan puldan yalnız 2000 manat ona çatmışdır. 2022-ci ilin sonlarında Gülnar mobil telefon vasitəsilə ona zəng edib Zərərçəkmiş şəxs2 adlı şəxsin pul göndərəcəyini və onun da həmin pulu götürməsini xahiş etmişdir. Danışıqdan bir qədər keçmiş, tanımadığı taksi yaşadığı evin önünə gəlmiş və Gülnar xanımın pul göndərdiyini qeyd eləmişdir. O həmin şəxsdən pul alandan sonra saymış və 3000 manat olduğunu müəyyən etmişdir. O Gülnara zəng etmiş, Gülnar da 1000 manatı onun götürməsini və geridə qalan pulu Gülnara göndərməsini xahiş etmişdir. 2023-cü ilin əvvəllərində Rövşən adlı şəxs ona zəng edib Təqsirləndirilən şəxs3 ilə bir problemi olduğunu, onun da Gülnara yaxın olduğunu və məsələnin həlli üçün köməklik etməsini xahiş etmişdir. O da bu zaman Gülnara zəng etmiş və Rövşənin eşitdiyi şəraitdə Gülnarla danışmışdır. Gülnar da məsələnin həlli üçün 5 min manat lazım olduğunu demişdir. Rövşən bu məbləği onun "xxxx" ASC-yə məxsus kartına göndərmiş və o da Gülnarın dediyi kimi 1000 manat götürüb qalan məbləği Gülnarın “Turan Bank” kartına atmışdır. 2023-cü ilin əvvəllərində Gülnar ona zəng edib Ramil adlı tanışının 5 min manat pulunu ələ keçitdiyini demişdir. O Ramilə zəng eləmiş, Gülnarla yaxın münasibəti olduğunu və pulu qaytarmasını bildirmişdir. Sonradan Ramil həmin pulu geri qaytarmış, Gülnar da həmin puldan 2 min manatını ona vermişdir. O qeyd olunanlardan başqa məbləğlərin alınmasında iştirak etməmişdir. Onunla birlikdə bu əməllərin törədilməsində başqa şəxslər iştirak etməmişdir. Təqsirləndirilən şəxs3 ona hər-hansı borcu olmamışdır. Təqsirləndirilən şəxs1 15 mart 2024-cü il tarixdə verdiyi ifadəsində özünü elan edilmiş ittihamla təqsirli bilməmiş, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsi xüsusatı üzrə vəsatəti istintaq zamanı əsassız hesab edilərək və cinayət işinin materialları ilə təkzib olunduğundan xx.xx.2024-cü il tarixli qərarla tam rədd edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, qaraciyər və şəkər xəstəliyindən əziyyət çəkir. O, infakt keçirmiş, bununla bağlı sənədləri də vardır. O, hər an ölə bilər. O, iki üniversitet biğirmiş, hərbici olmuş, döyüş bölgəsində xidmət etmişdir. O, Mustafaya zəng etməkdə səhv etmişdir.Metropolitendə işləmiş işdən sonra taksi fəaliyyəti ilə məşğul olmuş halal zəhəməti ilə dolanmışdır. Özümü qismən təqsirli bilir. Fuadın üzünə dursun deyə ona qarşı Banditizmdə bir kişinin şəxsiyyətinə sığışdırılmayacaq hərəkətlər olunmuşdur. O ifadəni 600 şəkər ilə toka verilmiş halda vermişdir. 1-ci epizod Zərərçəkmiş şəxs1 ilə bağlı epizodd da özünü təqsirli bilir, 2-ci epizod Zərərçəkmiş şəxs4 ilə bağlı erizod üzrə özünün təqsirli bilmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 erizodlar üzrə ifadəsində göstərmişdir ki, axşam saat 19 radələrində işdən gəlmişdir. O Gülnarla həmişə danışmış və əlaqədə olmuşdur. Gülnar ona Əhəd adlı məktəb direktorunun ona ağzına gələni yazdığını və başqa təkliflər etdiyini demişdir. Gülnar yazışmaları ona atmış və o, Əhədin kişiliyə yaraşmayan ifadələr yazıdğını görmüşdür. O,Əhədə zəng vurmuş və onlar danışmışlar. O, Əhədə onun əmisi oğlunun DTX-da işlədiyini demişdir. Əhəd ona qızının təzə qəbul olunmasını və bu məsələlərin ortaya çıxacağından ehtiyyat etdiyni deyib ondan bu məsələni yoluna qoymağı xahiş etmişdir. Bundan sonra Əhəd onun kartına pul köçürmüş və o, Gülnarı razı saldıqdan sonra yerdə qalan pulları onun özünə qaytaracağını Əhədə bildirmişdir. Bununla bağlı onun Əhədlə danışıqları olmuşdur. O 5000 min manatı Gülnarın kartına köçürmüşdür. Gülnar ona Əhəd şərəfsizdir, ondan heç nə qəbul etmir demiş, hətta Əhəddən şikayət etmək üçün polis şöbəsinə kimi getdiyini, sonra isə geri qayıtdığını demşdir. Bundan sonra ona Fuad adlı şəxsdən zəng gəlmişdir. Həmin vaxt o Fuad adlı şəxsi tanımamış və Fuadın kim olmasını bilməmişdir. Telefonda Fuad ondan Gülnarı niyə aldatmasını soruşmuşdur. O isə həmin məsələni Fuada danışmış, Fuad isə ona həmin pulu onun kartına köçürülməsini demiş, o da həmin məbləği, yəni 2000 manatı Fuadın kartına köçürmüşdür. Orada məsələ Təhsil Nazirliyinə şikayətlə bağlı olmuşdur. Əhədin köçürdüyü puldan ona da çatmışdır. O ümumiyyətlə pul götürməmişdir. Fuadın kartına pul göndərilmiş, lakin Fuadın məlumatı olmamışdır. Fuadın kartına pul köçürəndən sonra 5000 min manat pul qalmışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4lə bağlı verilmiş ittihamla bağlı bildirmişdir ki, Mustafa ona zəng etmiş nə etməsini soruşmuşdur. Həmin vaxt o kəndə gedib gəlmişdir. Mustafanın qardaşı oğlu Gülnarla bir kursda işləmişdir. Söhbət olmuşdur ki, gənc qızdır, Mustafa ona zəng edərək Gülnarla aralarında problemlərin olmasını bildirərək ondan şikayət etməsini bildirmişdir.O ondan nə məsələ olması barədə Gülnardan soruşmasını istəmiş, o isə məsələ ilə bağlı Gülnarla danışmışdır. O, Mustafaya zəng vurmuş, Mustafa ona bu məsələni necə yoluna qoyula bilməsini soruşmuş o, isı necə yoluna qoymasını bilmədiyni və Mustafaya baxçaya getməsini məsləhət görmüşdür. Bundan başqa Mustafa ilə bağlı onun heç bir danışığı olmamışdır. Kimin kimdən nə aldığı və nə verdiyi barədə onun məlumatı olmamışdır. Mustafa özü xahiş edərək ona yalvarmışdır. Ona heç bir məbləğ çatmamışdır. Heç kəsin kartına pul köçürülməmişdir. Pullar taksi vasitəsi ilə Gülnarın özünə verilmişdir. O, Gülnardan 3000 manat pul istəmiş və gülnar onun kartına 3000 min manat pul köçürmüşdür. O Mustafadan nə pul tələb etmiş, nə də ona pul verilməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxs1lə bağlı özünü təqsirli bilir, digər 2 epizodla bağlı özünü təqsirli bilmir. İlham Sofiyevlə bağlı verilmiş ittihamla bağlı bildirmişdir ki, gecə saat 01-də ona zəng gəlmişdir. Bundan əvvəl Gülnarla İlhamla bağlı danışığı olmuşdur. Gülnar ona İlhamın belə şeylərin etməsini deyərək nə etməsini ondan soruşmuş, o isə Gülnara Səhiyyə nazirliyinə şikayət veməsini bildirmişdir. Gecə İlham ona zəng edərək belə işlərin olmasını demiş və Gülnarın onun adını çəkməsini bildirmişdir. Həmçinin Gülnarı tanımasını soruşmuş o isə Gülnarı tanıdığını bildirmişdir. O İlhama Əhəd və Mustafa ilə də bağlı belə məsələnin olmasını demiş və ozünün bu işlərə qarışmamasını İlhama bildirmişdir. Sonra İlham təkidlə ona kömək etməsini xahiş etmiş və nə lazımdır edəcəyini bildirmişdir. O, Gülnar ilə danışmış və Gülnarı razı salmışdır. İlahm 20000 min manat vermiş o isə oradan İlhama 7500 manat pul qaytarmışdır. Onu izahatda yazmamışlar. Gülnarla o təsədüfən tanış olmuşlar. O sonradan bilmişdir ki, onların qohumluq əlaqələri vardır. Mustafa müəllimi o mağazaya düşəndə görmüşdür. Onun bibisinin yoldaşı ilə onlar dostdurlar. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək “xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o Təqsirləndirilən şəxs3 bir neçə il olar tanıyırmış. Belə ki, Təqsirləndirilən şəxs3 onun həm də uzaqdan qohumu olmuşdur. İlk dəfə 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs3 ona zəng etmişdir. Gülnar ondan Muğanlı kənd məktəbinin direktoru Zərərçəkmiş şəxs4 necə biri olduğunu soruşmuşdur. O Mustafanın şorgöz olduğunu və yaxşı biri olmadığını demişdir. O X5 da hər-hansı əxlaqsız təklif edib-etmədiyini soruşmuşdur. Gülnar da ona Mustafanın Gülnarla əxlaqsız söhbətlər etdiyini, Mustafanın Gülnarda səs yazıları olduğunu demişdir. Gülnar Fuadla danışdığını və Fuadın da onun vasitəsi ilə Mustafanı qorxudub pulunu ala biləcəklərini dediyini bildirmişdir. Belə ki, o özü də Muğanlı kəndindən olduğundan Mustafa ilə münasibəti olmuşdur. O da Mustafanın qorxaraq pul verəcəyini bilmişdir. Odur ki, Fuadın da bu məsələdən xəbərdar olduğunu bildikdən sonra Mustafaya zəng etmək qərarına gəlmişdir. Gülnar da ona Mustafanı qorxudub pulunu alacaqları təqdirdə ona 1000 manat verəcəyini demişdir. O da Mustafaya zəng edib Gülnarda Mustafanın səs yazıları olduğunu, Gülnarın həmin səs yazılarını yaymaq istədiyini, yaymaması müqbilində pul verməli olduğunu demişdir. Həmçinin, X8 yaxın olduğunu və gedib Fuadla danışıb məsələsini yoluna qoymasını demişdir. Əks halda Gülnarın həmin səs yazılarını yayacağını bildirmişdir. Həmin gün, yəni 2022-ci ilin noyabr ayında tarixini dəqiq xatırlamadığı vaxtda Mustafa bir tanışı ilə Fuadın yaşadığı evə getmiş və orada Fuadın ona bildirdiyinə görə səs yazılarının yayılmaması müqabilində 3000 manat pulu Fuada vermişdir. Fuad həmin pulun 1200 manatını özünə götürdüyünü demiş və Gülnara 1800 manat pul vermişdir. Gülnar da həmin pulun 1050 manatını ona vermişdir. Ancaq, sonralar o Mustafadan Mustafanın 3000 manat yox, 6000 manat pulu səs yazılarının yayılmaması müqabilində Fuada verdiyini öyrənmişdir. O Zərərçəkmiş şəxs1 Ağstafadan tanıyırmış. X15 kənd məktəbinin direktoru olmuşdur. 2023-cü ilin yanvar ayında tarixini dəqiq xatırlamadığı vaxtda Gülnar Fuada zəng etmiş və Zərərçəkmiş şəxs1lə aralarında olanları demişdir. Fuad da Əhəddən pul ala biləcəklərini demişdir. Gülnar Fuada hələ zəng etməməsini, gözləməsini demişdir. Bundan sonra Fuad onunla əlaqə yaradıb Əhədin məsələsini danışmış, məsələnin həlli üçün Gülnarı ona yönəltdiyini, Əhədi qorxudaraq Əhəddən pul almağın asan olacağını demişdir. Məsələ həll olunub Əhəddən pul alındıqdan sonra Fuada da pul verməsimi tapşırmışdır. Sonra Gülnar onunla əlaqə saxlayıb ona bu barədə demişdir. O da yığıb Əhədlə danışmış, Əhədə videogörüntülərinin olduğunu, həmin videogörüntülərin yayılmaması müqabilində pul verilməli olduğunu demişdir. Əhəd onun və Gülnarın Təqsirləndirilən şəxs1la əlaqələri olduğunu bilirmiş. Bunun da Əhədin onlara pul verməsində təsiri olmuşdur. Sonra o Əhədlə danışıb həmin videogörüntülərin yayılmaması müqabilində Əhəddən 12.000 manat aldı. Belə ki, 2023-cü ilin yanvar ayında Əhəd həmin pulları onun Əhədə göndərdiyi, nömrəsini xatırlamadığı karta köçürmüşdür. O isə Gülnara məbləğin 9.000 manat olmasını demişdir. Həmin pulun 5000 manatını Gülnarın "xxxx" ASC-yə məxsus kartına köçürmüş, 2000 manatını Fuadın xatırlamadığı kartına köçürmüş, yerdə qalan pulu isə özü götürmüşdür. 2023-cü ilin yanvar ayının ortalarında o Gülnara zəng edərək Ağstafa rayonunun baş həkimi İlham Sofiyevin qohumu olduğunu, yaxşı insan olmadığını, İlhamı şantaj edə biləcəklərini və İlhamın pulunu ala biləcəklərini demişdir. Gülnar İlhamla əlaqə yaratmaq üçün pensiya məsələsi olduğunu bəhanə gətirərək İlhamın yanına getmişdir. İlhamın yanında olduqdan sonra İlham öz mobil nömrəsini Gülnara vermiş və İlhamla əlaqə saxlamasını, hər bir məsələdə köməklik edə biləcəyini demişdir. Növbəti gün İlhamla Gülnar görüşmüş və İlham Gülnarı öz evinə aparmışdır. Gülnar İlhamgilin evinə gedərkən çantasına kiçik kamera qoymuş və İlhamın hərəkətlərini çəkmək üçün kameranı qabaq hissəyə yerləşdirmişdir. Ancaq Gülnarın deməsinə görə kamera çalışmadığı üçün görüntüləri çəkə bilməmişdir. Evdə olan zaman Gülnar İlhamın səsini telefona yazmışdır. Gülnar evə getdikdən sonra İlhama mesaj yazaraq İlhamı hədələmişdir. Sonra Gülnar ona zəng etmiş və baş verənləri danışmış, video çəkə bilmədiyini, ancaq İlhamın səsini yazdığını demişdir. Gülnar ona İlhamla danışmasını və pul almasını demişdir. Gülnar çantasına kamera yerləşdiriyinin şəklini çəkib ona göndərmişdir. O İlhama zəng edib Gülnarın İlhamın səsini yazdığını, həmin səs yazılarını yayacağını, yayması müqabilində pul verməli olduğunu bildirmişdir. Çantanın şəklini də İlhama göndərmişdir. Mən məsələni yoluna qoymaq üçün İlhamdan 20.000 manat pul istəmiş, İlham isə yalnız 16.000 manat pulu olduğunu demişdir. Bundan sonra o İlhama pulu göndərməsini, Gülnarın da həmin pulu adam göndərərək götürəcəyini demişdir. Bundan sonra İlham bir nəfər taksi ilə pulu göndərmiş, Gülnar da Allahverdi adlı tanışı olan taksini göndərmiş və Ağstafa rayonu ərazisində körpü deyilən yerdə bildiyi qədərilə Allahverdi 16.000 manat pulu həmin taksidən götürüb, gətirib Gülnara Ağstafa rayonu ərazisində işlətdiyi bağçada vermişdir. Həmin puldan 3000 manatını Gülnar ona vermiş, qalan pulu isə özünə götürmüşdür. Bundan sonra nə o, nə də Gülnar İlhamı bu məsələ ilə bağlı narahat etməmişlər. O sadalananlardan başqa hər-hansı cinayətin törədilməsində iştirak etməmişdir. Onunla birlikdə bu əməllərin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirak etmişlər. Təqsirləndirilən şəxs1 Gülnarı tanıdıqdan sonra müxtəlif şəxslərin səs yazılarını yazmağı və bu səs yazılarından istifadə edərək həmin şəxsləri qorxudub pullarını almağı təklif etmişdir. O da bu təkliflə razılaşmışdır. Belə ki, həmin şəxslərdən bəziləri xahiş üçün ona də çıxırmışlar, o da həmin şəxsləri qorxudub pulu alırmış, payına düşən pulu da götürürmüş. Onun Fuad və Gülnara borcu olmamışdır». Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 müraciət etmiş və Zərərçəkmiş şəxs2 ona başqa şeylər təklif etmiş,sonra sms-lər çıxmışdır. O, Zərərçəkmiş şəxs2 şantaj etməmiş, nədə ki ona “sən pul verməsən mən bunu yayaram” kimi söhbətlər olmamışdır. Elnur adlı şəxs ona xahiş etmiş və ona telefon hədiyyə edəcəyini bildirmişdir. O isə öz növbəsində telefon istəməmişdir. O həmin insanları şantaj etməmiş, özləri ona qarşı səhv etmişlər və o onlardan öz qisasını bu qaydada almışdır. O həmin şəxslərə müraciət edərkən həmin şəxslər öz tutduğu vəzifələrdən istifadə edərək başqa cür yanaşmalardan istifadə etmişlər o isə onlardan bu cür qisas almışdır. O demir ki, səhv və ya düz etmiş, sadəcə o insanlar ona layiq olmuşlar. O 15.000 manatı nə almış nədə ki tələb etməmişdir. 3000 manat pulu ona Elnur adlı şəxs vermişdir. Əfqan ona yataq münasibəti təklif etmişdir. Əfqan ona “sənin vergi verməyinə nə ehtiyac vardır, cənab Prezidentin sənin verginə ehtiyacı vardır, sənin kimi o qədər gözəl qızları vergidən azad eləmişəm ki” sözlərini demişdir. Onu bezdirmişlər və whatsapp yazışma proqramı vasitəsi ilə ona səs göndərmişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs2lə bağlı Ağstafa Rayon Polis Şöbəsinə şikayət etmək istəmiş, lakin Elnur ona yalvararaq qoymamışdır. Bundan sonra Elnur ona telefon hədiyyə ediləcəyi bildirmiş və keçməsini istəmişdir. Daha sonra o Elnurla razılaşmış və telefonu qəbul etmişdir. O ona göndərimiş pulları qəbul etmişdir. Onların öz hərəkətləri nəticəsində bu hadisələr baş vermişdir. O onun barəsində pis şeylər danışılmasını istəməmişdir. Səs yazılar ilə bağlı yalnız cinsi əlaqə ilə bağlı təkliflər olmuşdur. O, Zərərçəkmiş şəxs2 səsini yazmamış, sadəcə whatsapp yazışmaları olmuşdur. 3000 min manat pulu ona Elnur təklif etmişdir. O, Elnurun xətirəsi üçün pulu götürmüşdür. O Təqsirləndirilən şəxs1 heç nə deməmişdir. O işləyən yerdə Elnur da orada işləmişdir. Elnuru oradan tanışmışdır. Elnur ona yazışmaların silinməsini demişdir. Zərərçəkmiş şəxs7 onu nüfuzdan salmaq üçün onun üzərinə gəlmişdir. O heç kimdən pul istəməmişdir. Onlar özləri ona pul təklif etmişlər. Təhsil sahəsi ilə bağlı danışıqlar olmuşdur. Ona evinizə gəlmək istəyirik yazılmışdır. Zərərçəkmiş şəxs7 ona hədiyyə olaraq 4000 min pul göndərmişdir. Ona gül buketi və pul göndərmişlər. Zərərçəkmiş şəxs7 ona onun haqqında onda olan məlumatları Təhsil Nazirliyinə şikayət etməməsi üçün 4000 manat vermişdir. Həmin puldan o heç kəsə pul verməmişdir. Onların hamısı özləri ona yaxınlaşmışlar. Şirxan vasitəsi ilə xahiş edilmişdir. 4000 min manat pulu ona Şirxan vermişdir. Təqsirləndirilən şəxs1 bu söhbətlərdən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs1 bağlı epizod üzrə bildirmişdir ki, cinayət işinin başlanmasının əsası o göstərilmişdir. Əhədi uzaqdan uzaqa tanımışdır. O daimi olaraq onun paylaşdığı statuslara cavablar və mesajlar yazmışdır. O coğrafiya müəllimi vəzifəsində işləmiş və ona onun kursunda işləməsini təklif etmişdir. O,Əhədin onun yanında işləməsini onun üçün müsbət olacağını düşündüyündən Əhəd onun işlətdiyi kursa gəlmişdir. Həminvaxt baxçada hər yerdə kamera olmuşdur. Əgər elə bir intim video olmuşdursa niyə o video iş materiallarında yoxdur, çünki elə bir şey olamamışdır. Zərərçəkmiş şəxs1 bu cinayət işinin başlanılması səbəbi deyildir. Zərərçəkmiş şəxs1 onun baxcasına gəlmiş və onun üzərinə gəlmişdir. Həmin vaxt o,Zərərçəkmiş şəxs1 hər yerdə kamera olduğunu bildirmişdir. O onunla heç bir cinsi əlaqədə olmamışdır. O,o insanı qəbullana bilməmişdir. Onu müxtəlif yollarla oyuna salmaq istəmişlər. O Ramilə özü yazmışdır. O, o insana nifrət etmişdir. Ona olanm münasibətin əvəzi olaraq o onlardan pul almışdır. O, Zərərçəkmiş şəxs1 12000 min manat pulu almamış pul Ramilin vasitəsi ilə alınmışdır. Ramil ondan xahiş etmişdir. O həmin məbləğin 9000 min manat olmasını bilmişdir. O Ramilə həmişə pul verib almışdır. Ramil ona 4000 min manata ehtiyacının olmasını bildirərək sonra verəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 “rədd ol burdan yoxsa səni məhv edəcəyəm” sözlərini demişdir. Sonra onlar Ramili tapmış və onun vasitəsi ilə xahiş etmişlər. Təqsirləndirilən şəxs1 heç bir şeydən xəbəri olmamışdır. Ramil Fuadın kartına pul atmış, lakin həmin pul icarə haqqı olmuşdur. Obyektdə, kursda kamerlar olmuşdur. Qeyri etik davranışlar olmuşdur. Ramil Fuada icarə haqqı vermişdir. Ramil ilə onun danışıqları olmuş və Ramil icarə haqqı olaraq 2 aylıq 2000 min manat pulu Fuada göndərmişdir. Zərərçəkmiş şəxs1 Ramilə “məndən şikayət etməsin” demişdir. Həmin məbləği özü təklif etmişdir Zərərçəkmiş şəxs3lə bağlı epizod üzrə bildirmişdir ki, o Əlidən pul tələb etməmişdir.Əli Şəfa adlı qadın vasitəsi ilə ona xahiş edilmişdir. O, Zərərçəkmiş şəxs3lə bağlı Təhsil İdarəsinə şikayət etmişdir. Şəfa adlı qadının vasitəsi ilə şikayətin geri götürülməsini xahiş etdirmişdir. O şikayəti X4 şikayət vermişdir. Şəfa adlı qadın taksi vasitəsi ilə ona sənədlər göndərmiş və həmin sənədlərin içərisində 4000 min manat pul olmuşdur. Onun ona qarşı aqressiyası olmuşdur. O Şəfa adlı qadına niyə belə etdiyini bildirmiş və Şəfa adlı qadın onun xətrinə şikayətinin götürlməsini xahiş etmişdir. O həmin məbləğlərdən Ramil və Fuada pul verməmişdir. Zərərçəkmiş şəxs4lə bağlı epizod üzrə bildirmihdir ki, o ümumiyyətlə pul tələb etməmişdir. Sənədlərə bağlı onların aralarında münasibətlər olmuşdur. O ondan şikayət etmiş, lakin onun şikayətinə baxılmamışdır. Ona Zərərçəkmiş şəxs4 tərəfindən 3000 min manat pul göndərilmişdir. Həmin pul kimin verməsi onun yadında deyildir. Həmin puldan Ramil və Fuada çatmamışdır. Həmin pul onun kartına atılmışdır. Necə olması yadindan çıxmışdır. Mustafa özü Ramilə zəng etmişdir. Ramil ona zəng etmiş o, Ramilə Mustafa müəllimin nə etməsini demişdir. Ramilə oradan pul verilməmişdir. Zərərçəkmiş şəxs5lə bağlı epizod üzrə bildirmişdir ki, o ondan 6500 manat pul tələb etməmiş və pul almamışdır. İlham Sofiyevlə bağlı epizod üzrə bildirmişdir ki, əvvəldən planlaşdırılmış halda olmuşdur cinayət işi. Onun pensiya məsələsi ilə bağlı o, sənədlər və pul verməli olmuşdur. Onlar DTX qarşısında görüşmüş həmin sənədləri vermiş və həmin sənədlərin yazılmasını bildirmişdir.İlham ona başqa-başqa söhbətlər etmişdir. İlah özü Ramilə pul təklif etmişdir. Ona 13000 min pul verilmişdir. O ondan pul tələb etməmiş və istəməmişdir. Ramilə 3000 min manat çatmalı olmuşdur. İlham Sofiyev pulu sürücü vasitəsi ilə ona göndərmişdir. Pul məsələsi Ramil ilə razılaşdırılmışdır. Fuada heç bir məbləğ çatmamışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs3nİn ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CMin 182.2.1 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 2014-2018-ci illərdə Gəncə Dövlət Universitetinin tarix-Coğrafiya fakültəsində təhsil almışdır. 2017-ci ildə X9 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan Hacızadə Özcan adlı bir övladı olmuşdur. Universiteti bitirdikdən 2019-cu ilədək olan müddət ərzində heç yerdə çalışmamışdır. 2019-cu ildə ailəvi problemləri olduğu üçün, həmçinin əslən Ağstafa rayonundan olduqları üçün o işləmək məqsədilə Ağstafa rayonuna getmək qərarına gəlmişdir. 2019-cu ilin yay aylarında o Ağstafanın Böyük kəsik kəndinə köçmüş və orada kirayə olaraq yaşamağa başlamışdır. 2019-cu ilin sentyabr ayından da tədris ili başladıqdan sonra “Zəkalı Gələcək” adlı tədris kursu açaraq Böyük Kəsik kəndinə fəaliyyətə başlamışdır. Həmin kursu açmaq üçün öz qızıllarını satmış, bir qədər də ailə üzvlərindən, yəni atasından borc almışdır. Təqribən 1 il ərzində Böyük Kəsik kəndində fəaliyyət göstərdikdən sonra Ağstafa şəhərində yeni bir kurs daha açmışdır. Həmin kursda bütün yaş qruplarında olan məktəblilərə tədris keçirilmişdir. O Ağstafa şəhərində kursun filialı açıldığı üçün Ağstafa şəhərində yuxarıda qeyd etdiyi ünvana köçmüş və hər iki kursun fəaliyyətinə nəzarət etməyə başlamışdır. 2022-ci ilin oktyabr ayında tarixini dəqiq xatırlamadığı vaxtda ortaq tanışları vasitəsilə Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 ona dövlətin adamı olduğunu, “Fədai” təşkilatının rəhbəri olduğunu, dövlətə xidmət etdiyini demişdir. O da tək yaşayan qadın olduğu üçün ətrafında hadisələr baş verdikdə bu barədə Fuada məlumat verməsini, Fuadın da həmin şəxslərin cəzalandırılmasında ona köməklik edəcəyini, həmin şəxslərin pulunu alacaqlarını demişdir. Fuad həmin şəxsləri cəzalandırmaq və pullarını ələ keçirmək üçün fakt lazım olduğunu, buna görə də belə hallarda həmin şəxslərin səslərini yazmasını, videoya çəkməsini, həmin faktlar əsasında hər kəsi inandıra biləcəklərini demişdir. İlk dəfə 2022-ci ilin noyabr ayında Muğanlı kənd məktəbinin direktoru olan Zərərçəkmiş şəxs4 ona zəng etmiş və ondan bir məsələdə köməklik istəmişdir. O Mustafadan məsələnin nə olduğunu soruşduqda Mustafa ona şagirdlərin yerdəyişməsi barədə qanunvericiliyi pozaraq şagirdlərin Muğanlı kənd məktəbindən çıxıb Ağstafa şəhər məktəblərinə getdiyini bildirmişdir. Mustafa adının hallanmasını istəmədiyini demiş və ondan müvafiq sənədləri prokurorluq orqanlarına təqdim etməsini istəmişdir. Bu iş ona da sərf etdiyi üçün Mustafanın təklifi ilə razılaşmışdır. Belə ki, uşaqlar Ağstafa şəhər məktəblərinə getməyəcəkləri halda onun Böyük Kəsik kəndinə yerləşən kursuna gələcəkmişlər. Məhz bundan sonra 2022-ci ilin noyabr ayında tarixini dəqiq xatırlamadığı vaxtda o həmin sənədləri götürmək üçün Ağstafa rayonu Muğanlı kənd məktəbinə getmişdir. O məktəbə daxil olduqdan sonra koridorda heç kimin olmadığını və məktəbin boş olduğunu görüb telefonunun səs yazma cihazını aktiv etmiş və direktorun otağına tərəf getmişdir. Otağa çatmağa bir qədər qalmış Zərərçəkmiş şəxs4 qapının ağzında görmüş və Mustafadan məktəbin nə üçün boş olduğunu soruşmuşdur. Mustafa da ona hamının getdiyini və yalnız onun və Mustafanın məktəbdə qaldıqlarını demişdir. O Mustafaya sənədləri ona verməsini və onun da tezliklə çıxıb getməsini demişdir. Ancaq Mustafa ona otağa gələrək çay içmələrini təklif etmiş, həmin vaxtda da kompüterdə olan sənədləri çıxaracağını demişdir. O Mustafa ilə razılaşıb otağa daxil olmuş və orada çay içmişlər. Mustafa ona həmin vaxtı şəxsi həyatı ilə bağlı müxtəlif suallar verərək evli olubolmadığını, yemək bişirib-bişirə bilmədiyini, qonşuluğunda hansı şəsxlər yaşadığını və s. kimi şeyləri soruşmuşdur. O da həmin vaxt səs yazma cihazı vasitəsilə Mustafanın səsini yazmış və sənədləri götürərək məktəbdən çıxmışdır. Evə gedib çatdıqdan sonra Fuada zəng etmiş və baş verənləri Fuada danışmışdır. Fuad səhəri gün Mustafaya zəng etməsini, Mustafanın səs yazılarının onda olduğunu deməsini, üstünə getməsini, qorxutmasını və səs yazılarını yayacağı ilə hədələməsini bildirmişdir. Fuad bundan sonra Mustafanın kiminləsə vasitəsilə xahişə çıxacağını demişdir. Məhz bundan sonra onun həmin şəxsi Fuada yönəltməsini, Fuadın da danışaraq həmin şəxsdən pul alıb məsələni həll edəcəyini bildirmişdir. O da Fuadın dedikləri ilə razılaşmış və səhəri günü uzaqdan qohumu olan və Muğanlıda yaşayan Təqsirləndirilən şəxs2 zəng etmişdir. Ramildən direktor Zərərçəkmiş şəxs4 necə biri olduğunu soruşmuşdur. Ramil Mustafanın şorgöz olduğunu və yaxşı biri olmadığını demişdir. Ramil ondan Mustafanın ona da hər-hansı əxlaqsız təklif edib-etmədiyini soruşmuşdur. O da Ramilə Mustafanın onunla əxlaqsız söhbətlər etdiyini, Mustafanın onda səs yazıları olduğunu, həmin səs yazılarını yayacağını və Mustafanı biabır edəcəyini, bu dediklərini Mustafaya çatdırmasını, Mustafanın da məsələsini həll etməli olduğunu deməsini bildirmişdir. Ramil də Mustafaya zəng edib onun dediklərini çatdırmışdır. Ramil Mustafaya onun Fuadla yaxın olduğunu və gedib Fuadla danışıb məsələsini yoluna qoymasını demişdir. Əks halda onun həmin səs yazılarını yayacağını bildirmişdir. Həmin gün, yəni 2022-ci ilin noyabr ayında tarixini dəqiq xatırlamadığı vaxtda Mustafa bir tanışı ilə Fuadın yaşadığı evə getmiş və orada Fuadın ona bildirdiyinə görə səs yazılarının yayılmaması müqabilində 3000 manat pulu Fuada vermişdir. Fuad həmin pulun 1200 manatını özünə götürdüyünü demiş və ona 1800 manat pul vermişdir. O da həmin pulun 1050 manatını Ramilə vermişdir. Çünki, o Ramilə Mustafaya zəng etməsi və onun dediklərini Mustafaya çatdıraraq Mustafanı qorxutması müqabilində həmin məbləği verməyə söz vermişdir. Ancaq, sonralar Ramil həmin məbləğin 3000 manat yox, 6000 manat olmasını ona demişdir. 2022-ci ilin dekabr ayında o kursun vergi məsələləri ilə bağlı olaraq Ağstafa rayonunda işləyən vergi xidmətinin əməkdaşı Zərərçəkmiş şəxs2 nömrəsini əldə edib, kursun VÖEN-inin başqa şəxsin adına olduğunu, həmin VÖEN-i öz adına elətdirmək istədiyini demişdir. Əfqan da ona köməklik edəcəyini demişdir. Ancaq üstündün bir neçə saat keçmiş Əfqan ona “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə yazaraq şəkillərini Əfqana göndərməsini bildirmişdir. Ona ilk gündən ondan xoşu gəldiyini demişdir. O Əfqana cavab yazmamışdır. O “Whatsapp” ani mesajlaşma mübadilə sistemində status paylaşmışdır, bu zaman Əfqan ona gedib yemək yeməyi təklif etmiş və bu zaman vergi məsələlərini müzakirə edə biləcəklərini demişdir. O da Əfqanın təklifi ilə razılaşmışdır. Həmin gün Əfqanla görüşüb yemək yemişlər və bir qədər də spirtli içki qəbul etmişlər. Onlar birlikdə oturan zaman o Əfqanın səsini yazmış və Əfqanın hərəkətlərini videoya çəkmişdir. Məhz bundan sonra Əfqan öz maşını ilə onu gətirib evə düşürmüşdür. Əfqan ondan evə gəlib-gələ bilməyəcəyini soruşduqda o sabah görüşmələrini demişdir. Səhəri gün o Əfqana zəng edib Əfqanla işim olacağını və etdiyi işə görə cavab verəcəyini demiş, Əfqana onun iş yerinə gəlməsini bildirmişdir. Bundan sonra Əfqan onun iş yerinə gəlmiş və orada Əfqana onun Əfqana belə münasibət göstərmədiyini, Əfqanın haradan cürət taparaq ondan şəkil istədiyini, eyni rəftarı Əfqanın arvadına qarşı eləsələr necə edəcəyini demişdir. O həmin vaxt Əfqanın səsini yazdığını və Əfqanı videoya çəkdiyini demişdir. O Əfqanın barəsində polisə müraciət edəcəyini və Əfqandan şikayət edəcəyini demişdir. Həmin günü Əfqan bir nəfər Elnur adlı ortaq tanışlarını ortaya salmış və Elnur ondan obyektə gələ biləcəyini soruşmuşdur. Elnur obyektə gəldikdən sonra ondan niyə Əfqandan şikayət etməsini soruşmuşdur. O da Elnura Əfqanın düzgün etmədiyini, buna görə də Əfqanın səsini yazdığını və polisə şikayət edəcəyini demişdir. Bundan sonra Elnur ona zəng edib şikayət eləməyin ona hər-hansı faydası olmayacağını demişdir. O da dərhal zəng edib Fuada bu barədə demiş, Fuad da onun Elnura zəng etməsini, bu səs yazılarının və videoların yayılmaması, Əfqanın ailə üzvlərinin bunlardan xəbəri olmaması müqabilində 5000 manat pul istəməsini demişdir. O zəng edib Elnurdan 5.000 manat pul istəmiş, ancaq bir qədər sonra Elnur zəng edib 3000 manat pul düzəltdiyini demişdir. O Fuada bu barədə dedikdə Fuad məsələni həll edəcəyini və pulu Fuada göndərmələrini demişdir. O da Elnura pulu Fuada göndərmələrini demişdir. Daha sonra Elnur ona zəng edib pulu göndərdiyini demiş, o da bunu zəng edib Fuaddan dəqiqləşdirmişdir. Fuad həmin puldan 1200 manat özünə götürmüş, 1800 manatı isə ona vermişdir. Fuad onların bu qaydada yenə də pul qazana biləcəklərini, belə şəxsləri qorxudub cəzalandıraraq pullarını ala biləcəklərini demişdir. O Zərərçəkmiş şəxs1 çoxdan tanıyırmış. 2023-cü ilin yanvar ayında o kursun təbliği ilə bağlı Əhədin direktoru olduğu Aşağı Göycəli məktəbinə getmişdir. Həmin məktəbdə kursu təbliğ etdikdən sonra Əhəd ona telefonda yazmağa başlamış və onlar telefonda “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışmışlar. Əhəd ona telefonda sevgi mesajları yazırmış. Bundan sonra 2023-cü ilin yanvar ayında tarixini dəqiq xatırlamadığı vaxtda Əhəd onun evinə gəlmişdir, Əhəd onu qucaqlamış, Əhədə inana biləcəyini demişdir. Onlar Əhədlə öpüşmüş, ancaq daha sonra o Əhədə ərinin gəldiyini demişdir. Buna görə də Əhədi evdən göndərmişdir. Səhəri gün o Fuada zəng etmiş və Zərərçəkmiş şəxs1lə aralarında olanları danışmışdır. Fuad da bunun fürsət olduğunu və Əhəddən pul ala biləcəklərini demişdir. O da Fuada hələ zəng etməməsini, gözləməsini demişdir. Fuad ona Ramili araya salmasını demişdir. Bundan sonra Fuad onu Mustafa məsələsində aldatdığı üçün Fuada bu barədə deməmiş, Ramilə bu barədə demişdir. Ramil də yığıb Əhədlə danışmış, Əhədə videogörüntülərinin olduğunu, həmin videogörüntülərin yayılmaması müqabilində pul verilməli olduğunu demişdir. Əhəd onun Təqsirləndirilən şəxs1la əlaqəsi olduğunu bilirmiş. Bunun da Əhədin onlara pul verməsində təsiri olmuşdur. X20 danışıb ona deməsinə görə həmin videogörüntülərin yayılmaması müqabilində Əhəddən 9.000 manat almışdır. Həmin pulun 5000 manatını Ramil onun "xxxx" ASC-yə məxsus kartına köçürmüş, 2000 manatını Fuadın kartına köçürmüş, yerdə qalan pulu isə özü götürmüşdür. Bundan başqa “Zəhraya dəstək” adlı “Whatsapp” qrupu mövcud olmuşdur. Həmin qrup Zəhra adlı talasemiyya xəstəliyi olan uşağın xəstəliyinin müalicəsi üçün yaradılmışdır. Həmin qrupda Zərərçəkmiş şəxs5 adlı şəxs də var olmuşdur. Rövşən ona müxtəlif vaxtlarda öz nömrəsindən yazırmış, ona sevgi etirafları edirmiş. Ancaq o Rövşənə evli olduğunu və ona yazmamasını demişdir. 2023-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə axşam vaxtlarında Rövşən onun nömrəsinə “youtube”-da videoda göndərmişdir. O axşam Rövşənə heç nə deməsə də səhər tezdən yığıb Rövşəndən ona niyə zəng etməsini soruşmuş, bu məsələyə görə Rövşənə problem yaradacağını, bu məsələni Rövşənin ailə üzvlərinə deyəciyini bildirmişdir. Bundan sonra o Fuada zəng edib baş verənləri danışmış, Fuad da ona özünün bu məsələni həll edəcəyini, Rövşənin pulunu alacağını və onun da narahat olmamasını demişdir. O da Fuaddan xəbər gözləyəcəyini demişdir. Bundan sonra Fuad Rövşənə zəng edib onun Rövşənin ailə üzvlərinə baş verənləri deyəcəyini, deməməsi üçün Rövşənin pul verməli olduğunu demişdir. 2023-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə Fuad Rövşəndən o bildiyi qədərilə 4.000 manat pul almışdır, həmin pulun 2500 manatını onun "xxxx" ASC-yə məxsus kartına göndərmişdir, qalan pulu isə özünə götürmüşdür. Bundan sonra nə o, nə də Fuad bu məsələ ilə bağlı Rövşəni narahat etməmişlər. 2023-cü ilin yanvar ayının ortalarında Ramil ona zəng edərək Ağstafa rayonunun baş həkimi X12 qohumu olduğunu, yaxşı insan olmadığını, İlhamla əlaqə yaratsa onunla münasibət yaratmaq istəyəcəyini, onların da bundan istifadə edərək İlhamın pulunu ala biləcəklərini demişdir. O İlhamla əlaqə yaratmaq üçün rəfiqəsinin pensiya məsələsi olduğunu bəhanə gətirərək İlhamın yanına getmişdir. Bu zaman məqsədi pensiya düzəltmək olmamış, İlhamla münasibət yaratmaq olmuşdur. O xəstəxanaya getdikdən sonra İlham Sofiyevin yanına getmiş və pensiya məsələsində ona köməklik etməsini xahiş etmişdir. Daha sonra İlham Sofiyev ondan evli olub olmadığını, tək yaşayıb-yaşamadığını soruşmuşdur. Bir qədər İlhamın kabinetində söhbət etdikdən sonra İlham öz mobil nömrəsini ona vermiş və İlhamla əlaqə saxlamasını, hər bir məsələdə ona köməklik edə biləcəyini demişdir. Həmin günün axşamı İlham ona yazaraq niyə tək yaşadığını, ona köməklik edə biləcəyini demişdir. Növbəti gün o İlhamla görüşmüş və İlham onu öz evlərinə aparmışdır. O İlhamgilin evinə gedərkən çantasına kiçik kamera qoymuşdur və İlhamın hərəkətlərini çəkmək üçün kameranı qabaq hissəyə yerləşdirmişdir. O bir qədər İlhamın evində oturduqdan sonra İlhama yoldaşının gəldiyini və evə getməli olduğunu demişdir. Bu zaman o İlhamın səsini telefona yazmışdır. O oradan çıxıb öz yaşadığı evə getmişdir. O evə getdikdən sonra İlhama mesaj yazaraq İlhamın özündə haradan belə cürət tapdığını, onunla bu məzmunda söhbətlər aparmasını bildirmişdir. Sonra Ramilə zəng edərək baş verənləri danışmış, video çəkə bilmədiyini, ancaq İlhamın səsini yazdığını demişdir. O Ramilə İlhamla danışmasını və İlhamdan pul almasını demişdir. Bu zaman çantasına kamera yerləşdirdiyinin şəklini çəkib Ramilə göndərmişdir. Ramil yığıb İlhama onun İlhamın videosunu çəkdiyini, bu məsələni həll etməli olduğunu demişdir. Çantanın şəklini də İlhama göndərmişdir. Ramil məsələni yolun qoymaq üçün İlhamdan 20.000 manat pul istəmiş, İlham isə yalnız 16.000 manat pulu olduğunu və verə biləcəyini demişdir. Bundan sonra Ramil İlhama pulu göndərməsini, onun da həmin pulu adam göndərərək götürəcəyini demişdir. Bundan sonra İlham bir nəfər taksi ilə pulu göndərmiş, o da Allahverdi adlı tanışı olan taksini göndərmiş və Ağstafa rayonu ərazisində körpü deyilən yerdə Allahverdi 16.000 manat pulu həmin taksidən götürmüş, gətirib onun Ağstafa rayonu ərazisində işlətdiyi bağçada ona vermişdir. Həmin puldan 3.000 manat Ramilə vermiş, qalan pulu isə özünə götürmüşdür. Bundan sonra nə o, nə də Ramil İlhamı bu məsələ ilə bağlı narahat etməmişlər. Həmçinin, Köçvəlli məktəbinin direktoru olan İlhamdan da mən hədə-qorxu ilə pul almışdır. O İlhamı müəllim olduğu üçün tanıyırmış və onların nömrələri bir-birində olmuşdur. 2023-cü ilin təqribən fevral ayında axşam vaxtı İlham ona mesaj yazaraq gec olduğunu, niyə yatmadığını soruşmuşdur. O isə İlhama sərt cavab verərək ona belə mesajlar yazmamasını demişdir. Bundan sonra o İlhamla görüşmək istədiyini demiş və İlhama məktəblərdə uşaqların yerdəyişmələri ilə bağlı olan məsələləri ona danışmasını demişdir. İlham onunla razılaşmış, onlar görüşüb bir yerdə yemək yemiş, bir qədər də çaxır içmişlər. Həmin görüş zamanı İlham məktəblərdə olan qanunsuzluqlar barədə ona danışmış, həmçinin Təhsil Şöbəsinin müdiri və dostu olan Mədət barəsində də bəzi nalayiq ifadələr işlətmişdir. O həmin görüş zamanı İlhamın səsini yazmış, sonra evə getmişdir. Bu zaman İlham ona mesaj yazaraq onun evinə gəlmək istədiyini demiş, o isə İlhama gəlməməsini, onun İlhamla görüşünün məqsədinin başqa olduğunu demişdir. O növbəti gün Təhsil şöbəsinin müdürü olan Mədətin yanına getmiş, Mədətə yazdığı səs yazılarını göstərmiş və həmin səs yazılarını Təhsil Nazirliyinə göndərəcəyini bildirmişdir. Həmçinin, bu səs yazılarının yayılmaması üçün məsələni yoluna qoya biləcəklərini də demişdir. O Mədətə 5.000 manat pul düzəltmələrini demiş, ancaq Mədət 4.000 manat pul verəcəklərini demişdir. Bundan sonra Mədət İlhamı çağırıb baş verənləri demiş və İlham öz tanışı vasitəsilə həmin 4.000 manat pulu ona göndərmişdir. O 2023-cü ilin fevral ayında tarixini dəqiq xatırlamadığı vaxtda İlhamın göndəriyi 4.000 manat pulu Ağstafa rayonu ərazisində almışdır. O Təhsil Şöbəsində işləyən Əli adlı şəxsi Ağsatafa rayonuna gəldikdən sonra tanımışdır. Belə ki, o kurs işlətdiyi üçün Təhsil Şöbəsinin işçiləri ilə tez-tez kontaktı olurmuş. 2023-cü ilin iyul-avqust aylarında o marketdə olanda Əli ona yaxınlaşıb onun nömrəsini götürmüş, məktəb məsələsi ilə bağlı ona köməklik edəcəyini demişdir. Sonra Əli ona yazaraq evli olub-olmadığını, tək yaşayıb-yaşamadığını soruşmuşdur. O da Əlinin suallarını cavablandırmışdır. Əli ona səhəri gün gələrək kursa baxacağını demişdir. Səhəri gün Əli gəlib kursa baxmışdır. Kursun yerləşdiyi yerda həm də qaldığı ev yerləşmişdir. Əli kursdan çıxıb onun qaldığı evə keçmiş və orada dərhal yataq otağına keçmişdir. O Əlidən buraya nə üçün gəldiyini soruşduqda Əli ona qanının qaynadığını demişdir. O da vəziyyəti belə görüb evdən çıxmışdır. Əli ona mesaj yazaraq haraya getdiyini soruşduqda o Əliyə dərhal evindən çıxmasını demişdir. Sonra Əli çıxıb evdən getmişdir. Səhəri gün o Əliyə səsli mesaj göndərib Əlini bütün rayonda biabır edəcəyini demişdir. Baş verənləri hamıya danışacağını bildirmişdir. Bundan sonra ona bu məsələ ilə bağlı özünü vəkil kimi təqdim edən bir nəfər şəxs zəng etmişdir. Həmin şəxs onu məhkəməyə verəcəklərini demişdir. O da baş verənləri Fuada danışmış və Fuad Əlinin pulunu alacaqlarını, ona heç nə edə bilməyəcəklərini demişdir. O da həmin vəkilə zəng edib onun da şikayət edəcəyini demişdir. Bundan sonra Əli bir tanışı ilə Fuadgilə getmişdir. Əligil getməmişdən qabaq Fuad onu xəbərdar edib ona zəng edəcəyini, bu yolla Əlini qorxudub pulunu alacaqlarını demişdir. Həmin vaxt Fuad Əlinin yanında ona zəng etmiş və ona bu məsələnin yoluna qoyulmasını əvvəlcədən razılaşdıqları kimi “xahiş etmişdir”. O da Əlinin o rayona gəlikdən sonra ona 10.000 manat ziyan vurduğunu əvə həmin ziyanı qarşılamasını demişdir. Bu zaman Əli razılaşmamış və Fuadgildən getmişdir. O da məsələni ciddiləşdirib Təhsil Nazirliyinin regional şöbəsinə və Ağstafadakı rəhbərləri Mədətə şikayət ərizəsi yazmışdır. Bundan sonra Əli daha da əl-ayağa düşmüşdür. Bir Şəfa adlı xanımın vasitəsilə ona xahişə çıxmışdır. O Əliyə daha şikayət etməməsi, aralarında olanları yaymaması müqabilində pul verməsini dedikdə Əli 4.000 manat pulu olduğunu demişdir. O da razılaşmışdır. 2023-cü ilin iyul ayının sonları avqust ayının əvvəllərində dəqiq xatırlamadığı vaxtda Zaur adlı taksini göndərib Əlidən həmin 4.000 manatı götürtmüşdür. Əli də ona zəng edib pulu verdiyini demişdir. Zaur gətirib həmin pulu Ağstafa rayonunda işlədiyi kursda ona vermişdir. Bundan sonra o Əlini bu məsələ ilə bağlı narahat etməmişdir. Həmin puldan Fuada pul verməmişdir. O sadaladıqlarından başqa hər-hansı cinayətin törədilməsində iştirak etməmişdir. Onunla birlikdə bu əməllərin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirak etmişlər. O Təqsirləndirilən şəxs1 tanıdıqdan sonra Fuad ona tək yaşayan qadın olduğunu, ona sataşan, yaxınlaşan kişilər olarsa həmin şəxsləri cəzalandırmaqda ona kömək edə biləcəyini demişdir. Belə hal baş verərsə o həmin şəxsin səsini yazmış, yaxud videoya çəkmiş, daha sonra həmin materialların yayılmaması müqabilində Fuad həmin şəxslərdən pul tələb etmiş və almışdır. Ancaq bir neçə dəfə bu qaydada iş gördükdən sonra pul qazandıqlarını görüb özləri yeni şəxslər tapırmışlar, o həmin şəxslərin onunla tanış olmaları üçün şərait yaradırmış, həmin şəxslərlə telefonda yazışırmış, dah sonra isə həmin yazışmaları, səs yazılarını ailə üzvlərinə və digər şəxslərə yayacağını bildirib Fuad və digər tanışı Ramil vasitəsilə həmin şəxslərdən pul alırmış. Təqsirləndirilən şəxs1 da, Təqsirləndirilən şəxs2 da onunla bu işdə əlbir olmuşlar. Ramil həm onun, həm də Fuadın ortaq tanışı olmuş, həmçinin də Ramilin rayonda bir çox şəxslərlə əlaqələri olmuşdur. Onlar adları çəkilən şəxsləri səs yazıları və ya videogörüntülərinin yayılması ilə hədələdikdən sonra həmin şəxslər Ramilə xahişə çıxırmışlar, Ramil də həmin şəxsləri qorxudub lazım olan pulu alırmış, onlar da buna görə Ramilin pulunu verimişlər. Həmçinin, adları çəkliən şəxslərin ona pul verməsində Fuad uradovun rolu böyük olmuşdur. Onun Fuad və Ramilə borcu olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, məlum hadisədən sonra zənglər olmuşdur. Gülnarla onun münasibəti salam-sağol həddində olmuşdur.Sonradan aralarında müəyyən əlaqələr olmudur. Münasibətləri orlmuş, sonra ona mənə zəng edilmiş, məsələnin bu formada həll olunacağı deyilmişdir. O,Gülnrala cinsi əlaqədə olmamış, bir dəfə təklikdə görüşləri olmuşdur. Onlar təhsil işləri ilə bağlı tanış olmuşlar. Təqsirləndirilən şəxs2 ona zəng etmişdir.Ramil ilə şəxsli tanışlığı olmamışdır. Ramil ona problem olduğunu demiş o da nüfuzuna görə qorxmuşdur. O, 25 il müəllim işləmiş, təhsildə rəhbər vəzifədə olmuşdur. Özü də müəllim ailəsindən gəlmiş, həmişə adına söz gəlməsin deyə çalışmışdır.Ramil ona belə bir məsələ olduğunu deimiş,o da bunu həll etməyin bir yolu varmı deyə soruşmuş və köməklik istəmiş,daha sonra pul ödəyəsi olmuşdur. Ramil ona Gülnarın şikayət edəsəyini dediyindən o da pul ödəməli olmuşdur. O,12 000 manat pul vermiş, pulu Ramilin göndərdiyi Karta göndərmişdir. Pulu milliön vasitəsi ilə nəğd şəkildə atmışdır. O da nüfuzundan qorxub çəkindiyi üçün yekunu da bu cür nəticələnmişdir. Səhv etmirsə 12 000 (on iki min) manat vermişdir. Ramillə danışmış, Ramilin kartına pulu atmışdır. O, bu işlə bağlı Fuadla danışmamışdır. İstintaq zamanı stessdə olduğundan nəyə imza etdiyinin fərqində olmamış ona görə ifaədəsinin Fuadla bağlı hissəsini təsdiq etmir.Təqsirləndirilən şəxslərlə barışmışdır,onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə (zərərçəkmiş şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 məhkəmədə istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, “Gülnarın telefon nömrəsini və yazışmalarını silmiş, Gülnarın mesajlarına cavab verməmişdir. Bu hadisədən təxminən 1-2 gün sonra ona “Fuad” adlı şəxs zəng etmişdir. Fuad ona telefonda Gülnarın Fuadın qohumu olduğunu, Gülnarın hazırda Təhsil Nazirliyinə şikayət etmək istədiyini, Gülnarın əlində onunla cinsi əlaqədə olmasını əks edən foto və ya videogörüntülərin olmasını, bu görüntüləri Təhsil Nazirliyinə vermək istədiyini, lakin Gülnardan fərqli olaraq Fuadın ona kömək etmək istədiyini, qarşılığında Fuada 12.000 manat pul verməli olduğunu demişdir.” Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, eşitmişdim ki, Gülnarə Hacıyeva adlı xanım rayonda təhsil kursu açmışdır. Hadisə olan vaxtlarda Ağstafa rayon təhsil sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Haqqında eşitmişdim, ancağ tanımırdım. Təhsil idarəsində tanış olduğumuz həmkarlarla kimi bir-birimizin nömrələrini götürdük. Baxça, təhsil və s. belə məsələlər haqqında danışırdıq. Cülnar onu təhsil kursu kimi işlətdiyi evinə dəvət etmiş o da onlara getmiş və orada söhbət etmişlər.Onlar orada ancaq söhbət etmiş, aralarında heç bir əlavə yaxınlıq söhbəti olmamışdır. Daha sonra o getmiş və gedəndən sonra ona zəng gəlmiş və ona sən gəlib məni narahat etmisən, səni işdən çıxartdıracam deyilmişdir. Daha sonra Qazax-Tovuz regional təhsil idarəsinə onun barəsində Gülnarın evimə gəlib, onu narahat etməyim haqqında şikayət daxil olmuşdur. Ondan sonra o da rayonda işlədiyindən belə hal olmaması üçün məcbur olub məsələni yoluna qoymaq üçün pul verməyi təklif etmiş, o da pul versə düzələcəyini demişdir. O da məcbur olub 5000 (beş min) manat pul vermişdtir. Pulu tanımadiği bir adamın flan nömrəli bir maşınla gələcəyi pulu ona verilməsi dediyindən o da pulu həmin şəxsə vermişdir, O da 5000 (beş min) manatı verəndən sonra zəng vurmuş Gülnara pulu verdiyini demişdir. Daha sonra Gülnar regional təhsil dairəsindən şikayətini geri götürmüş və o gündən sonra birdə əlaqələri olmamışdır. Təqsirləndiirilən şəxslərlə barişmiş,onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gülnar xanımı tanımış və onunla axşam vaxtlarında bir dəfə yemək yemişlər. Ondan sonra problemlər olmuşdur. O polis idarəsinə çağırılana qədər onun heç nədən məlumatı olmamışdır. Tam dəqiq yadımda deyl amma təxminən 3000 (üç min) manat pul vermişdir. Gecə vaxtı pulu istəmişlər o da həmin vaxt pulu vermişdir. Pulu Gülnar xanım istəmişdir, tanımadığım bir şəxs gəlmiş, pulu ona vermişdir. Zərərçəkmiş şəxs2 cinayət prosesi tərəflərinin suallarını cavablandıraraq bildirmişdir ki, aralarındada heç bir münasibət olmamış, sadəcə olaraq oturub bir qismət çörək yemişlər. Telefonda ümumi danışıqları olmuşdur. Görüşmək, oturub bir yerdə çörək yemək belə məzmunda söhbətləri olmuşdur. Gülnarla danışdığı səslərlə bağlı məlumatı olmamışdır. Orada çörək yeyəndə nəsə video çəkmişdi, o da yeni ailə qurmuşdur,ona demişdi ki, ailənə göstərəcəm. Ondan pul istəmiş o da səhv etmirsə 3000 manat verdim.Gecə vaxtı tanımadğı şəxsə pulu vermişdir. Fuadı eloğlu kimi tanımış, Ramili isə tanımamışdır. Fuadı uşağlıqdan tanımış,uşaqliqları bir erdə keçmişdir.Bu işlə bağlı o, Fuad ilə görüşməmişdir.Hadisə vaxtı o vergidə işləmişdir.O iş yerinə nazirliyə şikayət edəcəyini demişdir. Əlində videolar var idi onunla bağlı olaraq o işini itirməkdən qorxub çəkindiyi üçün deyilən məbləği ödəmişdir. O vergidə işləmiş Gülnar da obyekt açmışdır. O gəlib Gülnara obyektin sənədlərini qaydasına qoymalı olduğunu demiş və aralarında münasibət belə yaranmışdır. Ondan pulu götürən adam adının Fuad olduğunu demiş,ancaq hava qaranlıq olduğu üçün üzünü tam görməmişdir.Ona deyilmişdi ki, maşın gəlib dayanacaq, maşında Fuad olacaq, o da dedikləri yerdə gözləmiş, maşin gəlmiş, həmin şəxs maşından da düşməmiş, o da arxadan yaxınlaşıb pulu vermişdir. Ona gələn şəxsin Fuad olacağı deyilmiş, amma həmin adam ona Fuad olub olmadığını deməmişdir. Onun Elnur adlı qohumu yoxdur,elə birisini xatırlamır, Elnur adlı adam tanımır. Təqsirləndirilən şəxslərlə barişmişlar, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Gülnar onların qonşu kəndində hazırlıq kursu açmışdır. Onların məktəbindən kursa uşağlar dəvət edilmişdir. Onların uşaqları da dərsdən sonra onun kursuna getmişlər. Belə həmkar kimi müəyyən əlaqələri olmuşdur. Sonra onun Gülnara müraciəti olmuşdur. Gülnarın Ağstafa şəhərində özəl baxçası da olmuşdur. Onun 1997-ci il təvəllüdlü qızı Ağstafa şəhərində yaşamış və onun həmin baxçada işə düzəlməyi ilə bağlı Gülnara zəng etmiş və bir dəfə görüşməyi təklif etmiş,daha doğrusu məktəbə dəvət etmişdir. Gülnar onun dəvət etdiyi vaxtdan xeyli sonra gəlmişdir. Hardasa o 3-4 saat əvvəl çağırmağıma baxmayaraq, Gülnar iş vaxtı bitəndən sonra gəlmişdir. Gülnar gələndən sonra ona sən məni iş vaxtından sonra məktəbə dəvət etmisən dediyindən aralarında narazılıq yaranmış, söz söhbət olmuşdur. Həmin gün onlar xoş rəftarla ayrılmışlır.Onlar məktəbdən gedəndən sonra Gülnar ona zəng vurmuş və niyə iş vaxtından sonra məni çağırmısan, hansı məqsədlə, niyə çağırmısan demiş və bk səbəbdən onların arasında narazılıq yaranmışdır. O da sonuncuya mən səni pis niyyətlə dəvət etməmişəm, sən mənim qızım yaşdasan, mənim ailəm var,mənim nümunəvi ailən var mənə bu söz söhbət yaraşmaz demişdir. Gülnar ona səni şantaj edəcəm demişdir. O pis vəziyyətə düşmüşdür. Daha sonra Paşşanov ona zəng etmiş və onunla Gülnarın arasında nə olduğunu soruşmuşdur. Paşşanov həmin vaxt ona Gülnarda səni youtuba-a verəcək səs yazıların var demiş , o da ona orada günahkar olacaq qədər nə iş görmüşəm deyə soruşumuşdur. Paşşanov ona , Gülnarı razı salmaq lazımdır demiş, 6 min manat pulu ya qonşu kənddən kursdaki müəllimlərə, ya da Fuada verməlisənki aparıb Gülnara verilməsini bildirmişdir. O,bircə dəfə Fuada pul vermiş, Fuadgilə getmiş, üstündə 4000 (dörd min) manat olduğundan onu vermişdir.Daha soqnra Ağstafada qohumundan 2000 (iki min) manat borc almış və Fuadın kartına atmışdır. Şantaj olmamaq üçün adının hallanmaması üçün pulu vermişdir. Zərərçəkmiş şəxs4 cinayət prosesi tərəflərinin suallarını cavablandıraraq bildirmişdir ki,Gülnrala aralarında belə bir söhbər olub ki, Gülnar məktəbə gələndə mini yupka geyinmişdir. Gülnar ona mənim bu cür geyinib gəlib getməyimə söz söhbət yaranmırkı deyə sonruşmuş o da fikir sizindi nə istəyirsiz onu geyinərsiz o kimdir ki, onun geyiminə qarışsın demişdir. O heç kimə heç nə təklif etməmişdir.Gülnarda olan səsdən ona nə xələl gələ biləcəyini bilməmişdir. Adı hallanmasın deyə o, Gülnarı məktəbə dəvət etmiş,amma dəvəti iş vaxtı etmişdir, işdən sonra dəvət etməmişdir.Aralarında nəlayıq söhbət, nəlayiq hərəkət olmamışdır. Təqsirləndirilən şəxs2 özü ona zəng etmiş,Gülnar belə deyir səsinizi yayacaq, pul vermək lazımdır demişdir.Fuadgilə o özü getmişdir. O, Fuadgilə Fuadın atasına yaxın bir adam olan Mahir ilə getmiş və Ramilin ona dediyi pulu ya qonşu kənddən müəllmilərə yada Fuada ver dediyini bildirmişdir.Həmin vaxt hətta Fuadın atası da Gülnara zəng vurmuş və yaxın adamdı o qədər yoxudu deməsinə baxmayraq, Gülnar razılaşmamışdır.O da 4000 manatl vermiş və olanım budu qalanınıda kartınıza atacam demişdir. Fuad ondan pul qalan pul tələb etməmişdir.O,Fuaddan pulun qalanını atmaq üçün kart istəmişdir.Təqsirləndirilən şəxslərlə barişmişlar onlardan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o burada oturan şəxsləri sonradan tanımışdır. Onların bir dostunun uşağı lösemiya xəstəsi olduğundan ona kömək etməklə bağlı qrup yaratmışlar və yaratmaqlarının məqsədi müəyyən vəsaiti yığmaq olmuşdur. Hamı dostuna qohumuna əqrabasına bu barədə məlumat vermişdir. O və Gülnar da o qrupda olmuşlar. Gülnar hımin vaxt ona şəxsidən yazmış və onun kontaktında çoxlu insanların olduğunu və vəsaiti yığa biləsəyini demiş və onalrın arasında bu səbəbədən münasibət yaranmışdır. Sonra bir gün mesaj yazanda Gülnar ona yoldaşının onunla mesajlaşdığını bildiyini demiş və ona bir iki dənə döyülmüş formada şəkillər atıb, səni gedib polisə verəciyik bildirmişdir. Ondan sonra ondan pul tələb olunmuş o da istənilən pulu vermişdir. Gülnar yoldaşının gedib ondan polisə şikayət etməməsi üçün pul istəmişlər. Sonra Fuad ona zəng etmiş belə bir məsələ var demiş, sən mənim yerlimsən, Ağstafalıyıq belə şeylər olmasın, Gülnarın 20 000 (iyirmi min) manat vəsait istədiyini bildirmişdir. O da onun o qədər pul verəcək imkanı olmadığını bildirmişdir. Daha sonra onlar 4500 (dörd min beş yüz) manata razılaşmış və o 4500 manatı vermişdir.O pulu Fuadın kartına atmışdır. Zərərçəkmiş şəxs5 cinayət prosesi tərəflərinin suallarını cavablandıraraq bildirmişdir ki,bizim aramızda intim bir hadisə baş verməmişdir. O, Gülnara youtubedan video-klip atmışdır. Gülnarın da yoldaşı bunu tutub,onu döymüşdür. Daha sonra ona Gülnarın yoldaşının onu polisə verəcəyin demişlər. Ağstafada balaca rayon olduğundan və hamı bir-birini tanıdığından o da cəmiyyətdən utandığı üçün pul vermişdir. O, Gülnarın yoldaşının üzünü də görməmişdir. O heç kimə sataşmış heç bir əlavə əlaqəsi və münasibəti olmamışdır.Fuad ona demişdir ki, onlar 20 000 manat pul istəyirlər.Üçümüz konfrans halında danışdıq, ondan 20 000 manat pul istədilər, o da o pulu verməyə onun imkanı olmadığını demişdir. Fuad ilə Gülnar bir-birlərini tanımışlır, amma necə tanış olduqlarını o bilməmişdir. Fuad ona kömək etmək məqsədilə yığmış kimi görsənirdi. Onun sosial şəbəkələrdə adı yayılmasın, biabırçılıq olmasın deyə Fuad kömək məqsədilə vasitəci kimi arada olmuşdur. O,4500 manat pul vermiş, pulu karta atmış, pulu iki dəfəyə atmışdır.Kartın nömrəsini Fuad telefonda danışa danışa demişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir.Fuad mənə demçəmişdir ki, gətir mənə 20 000 manat pul ver. Mənə dediyi o olmuşdur ki, Gülnarın yoldaşı, 20 000 manat pul istəyir. Ümumi 4500 manat pul vermişdir, pulu ondan Gülnar ilə Fuad istəmişdir. Təqçirləndirlən şəxslərələ barişmişlar, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Gülnarı tanımış, qalan iki nəfəri tanımamışdır. Gülnarı kurs ilə əlaqəli olaraq tanımışdır. Məktəbiə gəlib şagirdləri kursa cəlb etmək üçün kömək etməyimi istəmişdir. Bir müddət keçdikdən sonra təxminən 1 il keçmiş, təsadüfən zəngləşmişlər, ona yaxın olan yoldaşın uşağı orada olduğundan o uşağın üstündə gözü olsun, yaxşı hazırlaşsın deyə xahiş etmişdir. Belə də, bir iki-üç dəfə zəngləşmiş və danışmışlar. Bir dəfədə Gülnar ona rayonda o heç kimi tanımadığını, oturub çay içiməsini demiş və onlar çay içmişlər.Ondan sonra onun barəsində Gülnarda səs yazısı olması ilə bağlı səhəri günü onu sektordan çağırmışlır və sən belə bir şey etmisən demişlər. O,Gülrala əlavə yaxınlıq barədə heç bir söhbət etməmişdir. O Gülnara bir neçə dəfə zəng vurmuş,Gülnar cavab vermiş və mən səni təhsil nazirliyində, sosial şəbəkələrdə səni rüsvay edəcəm demişdir. Sonra o hər ikisinin ortaq tanıdığı Nəbiyev Şirxanın yanına getmiş və məsələ ilə bağlı onun Gülnarla danışmasını istçəmişdir.Onlar söhbət etmiş,Şirxan gəlmiş və Gülnarın sosial şəbəkələrdə yaymamaq üçün pul istədiyini demişdir. Deyəsən çox istəmişdi amma yekunda 4000 (dörd min) manat pul vermişdir. X1 vasitəsilə vermişdir. Zərərçəkmiş şəxs7 cinayət prosesi tərəflərinin suallarını cavablandıraraq bildirmişdir ki, o heç nə səs yazıb-yazılmadığını bilməmişdir. Gülnar sosial şəbəkələrdə yayacağını dediyindən o özü işindən qorxmuşdur.Aralarında əlavə münasibət olmamışdır.Səhv etmirsə həmin səslərdə o sektor müdiri haqqında nəsə demişdir.İlk dəfə təxmini olaraq dəqiq xatırlamıram ya 8000 manat ya daki 6000 manat istəmişdir. Amma axırda 4000 manat vermişdir.Pulu ortaq tanışı vasitəsi ilə kitab mağazasında vermişdir. İstintaq zamanı verdiyi ifadələri təsdiq edir,ifadələri verməyi üçün onu heç kim məcbur etməyib.Murad və Ramil ilə heç bir tanışlığı yoxdur, ikisinidə bu gün görmüşdür. Barışmış, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Gülnar xəstəxanaya gəlmiş kiminsə, yataq xəstəsi olmasını deyib onun əlilliyi məsələsi olduğunu bildirmişdir.O, əlillilik məsələsi ilə bağlı onların həkim komisyaları olduğunu deyib, gedib yerində araşdırıb aktlaşdırdıqdan sonra müraciət edə biləsəyini bildirmişdir. İş bu vaxtdan başlamış, telefon nömrəsi vermiş, mesajlaşmağa başlamışlar. Axırda da iş bu vəziyyətə gəlib çıxmışdır. Yazışmışlar, görüşmək barədə məsələ olmuşdur.Onlar xoş gəlmək üçün yazışmışlır.Onlar sevgili kimi danışmışlır.Sonra görüşmək üçün Gülnra onlara gəlmiş o sonuncunu özü gətirmişdir.Sonra da, Gülnar məni evə apar, yoldaşım gəlir dediyindən o Gülnarı aparıb evinə düşürmüşdür. Sonradan heç bir şey olmamışdır. Ondan şəxsən Gülnar pul istəməmidir.Gülnar sadəcə olaraq onun adamlarının olduğunu, yoldaşının mənə elə edəcək belə edəcək, sabahda Prokurorluğa gedəcəm demişdir. O da xahiş edirəm məni dinləyin, bu nə məsələdi, o da alınmamışdır. Gülnar Ramilin adını çəkmiş və Ramillə onun qohumluq münasibəti olduğunu demişdir Axırda o məcbur olub, gecə şəxsən o, Ramilə zəng vurmuş yuxudan qaldırmış və olanları açıb Ramilə söyləmiş və bu işin açılıb ağırdılmamasını, aradada heçnə olmadığını, sadəcə mesajlaşdıqlarnı demişdir. Ramil də yaxşı demiş, sonradan nə danışılıb nə danışmadığını bilməmişdir. Daha sonra ondan 20 000 manat pul istənilmiş o da onun o qədər pulunun olmadığını demiş və , yalvar-yapış etmişdir ki biraz aşağı olsun. Deyildi ki, sabaha çatmalıdı. Onlar16 000 manata razılaşmış,o borc və kreditə pul götürərək,adi yadından çıxan rayondan kənarda qəbirstanlığın yanında pulu vermişdir.Həmin gün 16 000 manat vermişdir.16 000 manatı taksi ilə göndərmişdir.Sonradan da 4000 manatı karta vurmuş, kimin kartına atdığını bilməmişdir.Kartın nömrəsini Ramil atmışdır. Şantajdan qaçmaq üçün o pulu vermişdir. Gülnar onun yanında Ramilin adını çəkmişdir.Ramil ona Fuad haqqında heç bir şey deməmiş, ümumiyyətlə Fuadın adı heç harda hallanmamışdır. Təqsirləndirilən şəxs2 o zəng vurmuş,Təqsirləndirilən şəxs2 ilə bu mövzu ətrafında heç bir danışığı olmamışdır. O məsələ ilə bağlı Ramilin heç bir xəbəri olmamışdır.İstintaq zamanı verdiyi ifadəsini təsdiqləyir.Fuad bu hadisədən çox əvvəl gəlmiş tanışlıq vermiş və atası atamın döyüş yoldaşı olmasını bildirmişdir. İkinci dəfə gələndə o Bakıda təxminən prezident aparatı fədailər cəmiyyəti nəsə belə bir yerdə işlədiyini demiş və onun haqqında yazılar getdiyini demişdir. O da «nağaraq» yazırlar yazsınlar demişdir. Fuad yox bizim rayonun adına xələl gətirir demişdir. O fikriniz nədir, dey soruşumuş Fuad da biz istəmirik rayonumuzun adına xələl gəlsin, siz mənə 1000 manat pul verəcəksiniz. O da onun 1000 manatı olmadığını demiş və sizin imkanınız varsa verin, imkanınız var müdafiə edin, yoxdusa da etməyin pulnan olmuyacaq demişdir. Pul məsələsində nə Gülnarın nə də Fuadın onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslərlə barışmışdır,təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O, təqsirləndirilən şəxslərdən Gülnar xanımı tanıyır. O vətən müharibəsi veteranıdır, həmdə ki, Ağstafa rayonunda taksi sürücüsü kimi işləyir. Gülnar xanımı birdəfə təsadüfən taksi kimi yoldan götürmüşdür. Daha sonra isə o, onun nömrəsini götürmüş rayonda hara getmişdirsə o aparıb gətirmişdir. Tanışlıqları belə olmuşdur. Telefonda müəllimələrnən danışmışdır. O Gülnar müəllimənin ancaq, müəllimələrlə danışdığını eşitmişdir. Kimnənsə pul almağı ilə bağlı məlumatım olmamışdır. İş haqqında danışmış və “neçə uşaq gəldi, neçə uşağ getdi” söhbətlər bu mövzuda olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini özü yazmışdır. O ibtidai istintaq zamanı bütün verilən sualları cavablandırmışdır. Onlar həmişə taksi sürücüləri ilə aralarında lotoreya oynamış, lotoreya məbləğin günü 7 manatdan olmuşdur. Onun kartına 140 manat pul vurulmuşdur. Ondan soruşmuşlar ki, “niyə pul vuruldu sənin kartına” onda isə həmin vaxtı dəftər olmuş və o həmin dəftəri təqdim etmişdir. O Bakı şəhərində olan zaman kimsə onun kartına pul vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə (şahidin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Şahid1 məhkəmədə istintaqda verdiyi ifadəsi elan olunmuş şahid həmin ifadəsində göstərmişdir ki, “o özünə məxsus olan “Opel Astara” markalı **-BJ-*** nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. O Təqsirləndirilən şəxs3 təqribən 1 il olar tanıyırmış. Gülnar onun taksisinə müştəri olaraq minmişdir, bundan sonra Gülnarı tanımışdır. X21 kəndinə və Ağstafa şəhərində kurs işlədirmiş. Gülnarı tanıdıqdan sonra Gülnar onun nömrəsini götürərək ayrıayrı taksi xidmətlərindən istifadə etmək istəmədəyini, onun Gülnarın müəllimlərini və özünü lazımi yerlərə aparmasını təklif etmişdir. O da təklif ilə razılaşmışdır. Bunda sonra o taksi olaraq Gülnarı və kursun müəllimlərini aparmışdır. Bir dəfə 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs3 onun maşınında olarkən telefonla Ramil adlı şəxslə danışırmış. X14 adlı məktəb direktorunun səsini yazdığını, Əhədə bu barədə dediyini bildirmişdir. Gülnar telefonda Ramilə onun işini gördüyünü, Əhədi qorxutduğunu, Ramilin də yığıb pul məsələsini həll etməsini demişdir. O danışıq zamanı söhbətin Aşağı Göycəli kənd məktəbinin direktoru Zərərçəkmiş şəxs1 getdiyini bilmişdir. Həmin məsələnin sonda nə ilə nəticələndiyindən onun xəbəri olmamışdır. Həmçinin, bundan başqa Ağstafa rayon xəstəxanasında işləyən İlham adlı şəxslə bağlı Ramil və Gülnarın telefonda danışdığını eşitmişdir. 2023-cü ilin yanvar-fevral ayları olmuşdur. Maşında Gülnar onunla birlikdə Tovuz rayonuna gedərkən Ramil adlı şəxsə zəng edib İlham adlı həkimi qorxutduğunu, İlhamın səsini yazdığını, Ramilin də yığıb öz işini görməsini demişdir. Ramilə pul məsələsini həll etməsini tapşırmışdır. Həmin məsələnin sonda nə ilə nəticələndiyindən xəbəri olmamışdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs3 ona zəng edib Gülnara çatası paket olduğunu və paketi götürməsini demişdir. O da gedib həmin paketi Ağstafa rayonunda Vurğun kənd qəbiristanlığının yanında Vüqar adlı taksi sürücüsündən götürmüşdür. Götürdükən bir qədər sonra ona tanımadığı nömrədən zəng gəlmiş və həmin şəxs adının Ramil olduğunu və Gülnara çatası paketi götürüb-götürmədiyini soruşmuşdur. O da Ramilə həmin paketi götürdüyünü və Gülnara aparıb verəcəyini bildirmişdir. Həmin paketin içərisində nə olduğunu bilməmişdir. Onun Gülnarın qanunsuz əməlləri barədə hərhansı məlumatım olmamışdır. Yalnız, qeyd etdiyi kimi mobil telefonda Təqsirləndirilən şəxs3 Ramil adlı şəxslə olan danışıqlarını eşitmişdir. “ Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bu işlə bağlı Gülnar xanımı tanıyır. Rayonda kurs işlətmiş və onlar oradan tanış olmuşlar. Bu işlə bağlı elə bir məlumatı yoxdur. Daha sonra Gülnarın onlardan bir xahiş edərək, uşaqların kursa cəlb olunmasında köməklik etmisi bildirmişdir. Onlar isə Gülnara demişlr ki, “dərsdən sonra uşaqlar azaddırlar və iştirak edə bilərlər. Daha sonra onların işçisi olan Zərərçəkmiş şəxs3lə bağlı müraciət olmuş, uşaqların kursa gəlməsində maneəçilik törətmişdir. 2 (iki) gündən sonra gəlib ərizəsini geri götürmüşdür. Gülnar Zərərçəkmiş şəxs3lə bağlı onlara müraciət etmişdir. İlham ilə bağlı ona demiş ki, İlham onun arxasınca danışır, o da düzü ona əsəbləşmişdir. Sonra o onu çağırmış ki, “belə olmaz, biz birlikdə işləyirik” demişdir. Zərərçəkmiş şəxs3 haqqında tələbələri kursa gəlməyinə icazə vermədiyi üçün şikayət etmişdir. İfadəsini qeyri-etik müraciət və təhdidlə bağlı məsələlər olan hissəsini təsdiq edir. İşlə bağlı ifadəsinin geriyə qalan hissəsini təsdiq edir. Xeyr, orada ona heç bir təsir təzyiq olmamışdır. Ola bilər həyacanlı olmuşdur. O sektor müdiri vəzifəsində işləyir. İlham ilə bağlı ona şifahi məlumat verilmişdir. İlham orada onun haqqında danışıb ki, “Gülnar İlham müəllimin yanına gedib və uşaqların öz yanına kursa gəlməyini xahiş etmişdir”. Orada İlham müəllimdə ona demiş ki, “Mədət müəllim desə də, deməsə də məktəbin direktoru mənəm”. Səhv etmirsə belə məzmunlu bir səs yazısı olmuşdur. O qulaq asmış olduğu səslər də, İlham ilə Gülnar arasında qeyri etik səslər olmamışdır. Gülnar Əli ilə bağlı rəsmi ərizə ilə müraciət etmişdir. Regional idarəyə rəsmi qaydada müraciət olunmuşdur. Şikayətin səhəri günü ərizəsini geri götürmüş və bildirmişdir ki, o əsəbi olmuşdur. Gülnar xanımın müraciəti Əli müəllimin ona qərəzli yanaşaraq işinin pozması ilə əlaqədar olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 4(005)-1431/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 4(005)-1429/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 4(005)-1430/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 arasında videoçəkilişlə üzləşdirmə keçirilmiş, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə qeyd edilən məbləğləri hədə-qorxu ilə aldıqlarını Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş və Təqsirləndirilən şəxs1 onu bu cinayətlətin törədilməsinə təhrik etdiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında videoçəkilişlə keçirilmiş və məhəkəmədə tədqiq olunmuş üzləşdirmədən görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qeyd edilən məbləğləri hədəqorxu ilə aldıqlarını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd qırmızı rəngli “Samsung” markalı mobil telefona baxış keçirilmiş və Təqsirləndirilən şəxs3 ilə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “İlham Direktor K” adlı istifadəçi, yəni Zərərçəkmiş şəxs7 arasında olan yazışmalar və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs7 hədələməsi ilə bağlı səs yazıları olması müəyyən edilmişdir. “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 ilə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Mədət M” adlı məzmunları istifadəçi, yəni Şahid2 arasında olan və Təqsirləndirilən şəxs3 Əli adlı müəllimin, yəni Zərərçəkmiş şəxs3 məsələsinin həll olunduğunu və ondan hər hansı tələbinin olmayacağı ilə bağlı yazışmalar olması müəyyən edilmişdir. “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 ilə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Təqsirləndirilən şəxs2” adlı istifadəçi, yəni Təqsirləndirilən şəxs2 arasında olan və “İlhamı onu bunu qorxutduğun kimi bunu da qorxut” məzmunlu yazışmalar olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 ilə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Təqsirləndirilən şəxs1 Fədai” adlı istifadəçi, yəni Təqsirləndirilən şəxs1 arasında Fuadın yazılmış səsləri ona göndərməsini tələb edən məzmunlu yazışmalar olması müəyyən edilmişdir. Mobil telefona baxış zamanı “Əfqan Vergi” kimi adı qeyd olunmuş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında olan telefon danışıqları zamanı Təqsirləndirilən şəxs3 tərəfindən çəkilmiş şəxsi məzmunlu söhbətlərin videogörüntüləri aşkar edilmişdir. Mobil telefona baxış zamanı zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs3 arasında intim məzmunlu söhbətlər aşkar edilmişdir. Qeyd edilən yazışmaların fotoşəkilləri çəkilmiş, səs yazıları və videogörüntülər isə 01 ədəd CD diskə köçürülərək protokola əlavə edilmişdir. 01 ədəd CD maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 hesabına pulların köçürülməsini əks etdirən qəbzlərin surəti maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış və mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş üzləşdirmə istintaq hərəkətlərinin keçirilməsini özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsində 03 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmə prosesində sonuncu ona ittiham olunan əməldə özünü təqsirli bilmiş və onu Təqsirləndirilən şəxs1 məcbur etdiyi üçün qeyd edilən şəxslərin səs yazılarını və yazışmalarını saxlayaraq, onları Fuada verdiyini və hədə-qorxu ilə pul tələb etdiyini söyləmişdir. Həmçinin, o bildirmişdir ki, əxlaqsız təklifləri o yox, danışdığı şəxslər təklif etmiş, o isə öz növbəsində həmin məlumatlardan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 tanımamışdan əvvəl heç kimdən hədə-qorxu ilə pul tələb etməmişdir. Ailəsində problem yaşadığı üçün, pula ehtiyacı olduğundan Təqsirləndirilən şəxs1la razılaşmışdır. Təqsirləndirilən şəxs1 əldə etdiyi puldan ona da vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı təzyiq və şiddət olmamadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsində 03 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmə prosesində sonuncu qeyd olunan məbləğlərin bir hissəsini aldığını etiraf etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvələr məhkum olunmamışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV nömrəli Doğum haqqında şəhdətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş uşağı X6 anası Təqsirləndirilən şəxs3dır. Məhəkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhəkəmədə onlara verlən ittihamlar üzrə özlərini təqsirli bilməyərək, verilən ittihamlar üzrə qeyd olunan cinayətlərin törədilməsində heç bir ədaqələri olmamasına dair ifadələrinə və Təqsirləndirilən şəxs2 özünü verilən ittihamlar qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 arasında videoçəkilişlə keçirilmiş üzləşdirmə, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə qeyd edilən məbləğləri hədəqorxu ilə aldıqlarını Təqsirləndirilən şəxs1 üzünə qarşı deməsi və Təqsirləndirilən şəxs1 onu bu cinayətlətin törədilməsinə təhrik etdiyini təsdiq etməsi, üzləşdirmə protokolları, "xxxx"dan əldə edilmiş çıxarışlar və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Nərimanov Rayon Məhkəməsində 03 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmə prosesində sonuncunun qeyd olunan məbləğlərin bir hissəsini aldığını etiraf etməsi və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir.Məhəkəmə bu mənada təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 və Ramil Paşanovun istintaq zamanı verdiyi ifadələrə,videoçəkilişlə keçirilmiş üzləşdirmələr zamanı verdiyi ifadələrə üstünlük verir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onlar tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 25 dekabr 1998-ci il tarixli Qərarının aşağıdakı izahlarını da nəzərə alır. Adı çəkilən qərarın 1-1. bənidinin izahına görə Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Qərarın 1-2 bəndinin izahında isə göstərilmişdir ki, hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Qərarın 3-cü bəndinin izahına görə Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları tələb etmə dedikdə, zərər çəkmiş şəxsin və ya onun yaxın adamlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları zorla tələb etmə başa düşülməlidir. Bu halda əmlakı və ya ona olan hüquqları zorla tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Qərarın 8-ci bəndinin izahına görə isə hədə-qorxu ilə tələb etmə ayrı-ayrı epizodlardan təşkil olunsa da vahid qəsdlə əhatə olunduqda (cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif olunmadıqda), əməlin hansı - “xeyli” və ya “külli” və ya “xüsusilə külli” miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi hər bir epizodda tələb edilmiş və yaxud ələ keçirilmiş əmlaka görə deyil, məqsədin yönəldiyi əmlakın miqdarına görə müəyyən edilməlidir.Təqsirkarın əməli cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edildikdə təkrarlığı təşkil edən hər bir hədə-qorxu ilə tələb etmə cinayəti üzrə təqsirkarın məqsədinin yönəldiyi əmlakların miqdarları toplanılmayaraq əməllərin hər biri üzrə ayrıayrılıqda müəyyən olunmalıdır. Bu zaman təkrarlıq yalnız Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayətlərdən təşkil olunduqda, bütövlükdə bu cinayətlərin çoxluğu Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə, cinayətlərin təkrar törədilməsi ilə yanaşı təqsirkarın əməllərində CM-in 182.2-ci maddəsində göstərilən digər tövsifedici əlamətlər olduqda isə CM-in 182.2.2-ci, habelə həmin tövsifedici əlamətləri nəzərdə tutan CM-in 182.2-ci maddəsinin digər normaları ilə tövsif edilməlidir.Təkrarlığı yaradan cinayətlərdən bəziləri CM-in 182.2-ci maddəsində göstərilən, bəziləri isə 182.3 və yaxud 182.4-cü maddələrində göstərilən tövsifedici əlamətlərə malik olduqda, hər bir əməl ayrıca – onu xarakterizə edən əlamətlərə görə, yəni CM-in 182.2-ci maddəsində göstərilən cinayətlə (məsələn, zor tətbiq etmə ilə törədilən hədə-qorxu ilə tələb etmə ilə) CM-in 182.3 və yaxud 182.4-cü maddələrində göstərilən cinayətlərin real məcmusu kimi tövsif olunmalı və təqsirkara cəza cinayətlərin məcmusu qaydasında təyin olunmalıdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinininin hüquqi tövsifi məsələsini həll edərək hesab edir ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən əmlakını hədə-qorxu ilə tələb etmə cinayət əməlləri məhəkəmədə tam sübuta yetirildiyindən onların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edilməklə, qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar olmadığından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlləriini törətdiklərindən onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkəmə kolegiyası həmçinin cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin, CM-nin 9.2-ci maddəsinin və CM-nin 41.2-ci maddələrinin tələblərini də nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2011 təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdü azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi, CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını,törətdiyi cinaüyəti qismən etiraf edib səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2014 təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdü azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, 2-ci qarabağ müharibəsinin iştiraksı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2018 təvəllüdlü azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını və cinayətin üstünün açılmasında digər təqsirləndirilən şəxslərə qarşı ifşaedici ifadələr verməklə istintaqa göməklik göstərməsini müsətəsna hal kimi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların törətdikləri cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onların təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.14, 59.1.12 və 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzatəyin olunmasını məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikasıməm Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs3 cəza təyin edərkən müstəsna yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, hökmün icrası təxirə salınmaqla cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikasının CM-nin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dördyaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Məhəkəmə yuxarıda qeyd edilən yüngülləşdirici halları, ərinin boşanmaqla üşağa baxmamasını və Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı oğlu olmaqla yalnız onun qayğısına qalması zərərurətini müstəsna hal kimi qiymətləndirirək hesab edir ki, Təqsirləndirilən şəxs3 hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan azyaşlı uşağıını ciddi məhrumiyyətlərə düçar edə bilər və məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Ona təyin edilən cəzanın uşağın on dörd yaşına çatanadək təxirə salınması cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasını təyin etməyi və himayəsində olan xx.xx.2018-ci il tarixdə anadan olmuş uşağı X6 on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınması məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 79.2-ci maddəsinə əsasən cəzanın çəkilməsi təxirə salındığı müddət ərzində Təqsirləndirilən şəxs3 üzərində nəzarət həyata keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsəndə çəkməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onların tutulduğu andan, yəni 02 oktyabr 2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaldır. İş üzrə maddi sübut tanınmış 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibə qaytarılmalı, imtina etdikdə məhv edilməldir. Səs yazılarını özündə əks etdirən 01 ədəd “CD”, qəbzlərin surətləri cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatı, mülkü iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərədə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində CM-nin 79-cu maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş cəzanın çəkilməsi himayəsində olan xx.xx.2018-ci il tarixdə anadan olmuş uşağı X10 14 yaşına çatanadək, yəni 2032-ci ilin sentyabr 02-dək təxirə salınsın. Təqsirləndirilən şəxs3 üzərinə uşaqının qayğısını çəkmək, onun tərbiyəsi və təhsili ilə məşğul olmaq vəzifəsi qoyulsun. Onun davranışına nəzarət yaşayış yeri üzrə Gəncə şəhəri Üzrə İcra və probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibə qaytarılsın, imtina etdikdə məhv edilsin. Səs yazılarını özündə əks etdirən 01 ədəd “CD”disk, qəbzlərin surətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatı, mülkü iddia yoxdur. Hökmdən Təqsirləndirilən şəxs3 elan olunduğu (təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-181/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-181/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver