Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-182/2020 06.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Şəmkir rayonu Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonunun Sabirkənd kəndində qeydiyyatda olan və yaşamış, məhkumluğu olmayan, Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(076)-41/2020 saylı qərarına əsasən həbsetmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində dayısı Şahid1 məxsus Şəmkir rayonu Sabirkənd kəndində yerləşən fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı onun bu hərəkətlərindən əsəbiləşib sərxoş halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs qarının ön divarının bir ədəd daxilə keçən, böyük piyliyi və nazik bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş kəsilmiş yarası ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.l-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində o, qardaşı Elşən və əmisi oğlu Şahid2 birlikdə dayısı Şahid1 Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən evinə qonaq getmişlər. Onlar ora çatdıqda dayısı Qabil küçədə olmuşdur. Dayısı onları qarşılamış və onlar birlikdə evə getmişlər. Orada dayısı Qabil, qardaşı Elşən, əmisi oğlu Sahib və o, birlikdə orada əyşləşmişlər. O, dayısı Qabil və qardaşı Elşənlə birlikdə şirniyyat və meyvə ilə 700 qramlıq “Xan” arağı içmişlər. İçdikdən sonra qardaşı içkili olduğuna görə ona qarşı nalayiq ifadələr işlətmişdir. O, qardaşı Elşənə iradını bildirsə də, Elşən hərəkətlərini davam etdirib onu söyüb təhqir etmişdir. Ona görə də qardaşı Elşənlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt hər ikisi masadan qalxmış və o, Elşənin ona qarşı işlətdiyi nalayiq ifadələrdən bərk əsəbiləşib təxminən iki üç ay bundan əvvəl Bakı şəhərində fəhləlik edən zaman bazardan aldığı və üzərində gəzdirdiyi cib bıçağını çıxarıb, Elşənin qarın nahiyəsinə bir dəfə vurmuş,sonra arxaya çəkilib bıçağı qatlayıb cibinə qoymuşdur. Elşənin qarın nahiyəsindən qan axdığını görüb təcili qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan qohumları Eminə zəng vurub dayısı Qabilin evində olduqlarını, qardaşı Elşəni bıçaqla vuraraq xəsarət yetirdiyini bildirib, qardaşını xəstəxanaya aparmasını xahiş etmişdir. Emin öz avtomobili ilə Qabilin evinin yanına gəlmiş, onlar birlikdə qardaşı Elşəni Eminin avtomobilinə əyləşdirib, Şəmkir şəhəri təcili tibbi yardım stansiyasına, oradan da Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Elşən orada əməliyyat olunmuşdur. Hadisə vaxtı həmin yerdə, yəni dayısı Şahid1 evində o, qardaşı Elşən, dayısı Qabil və əmisi oğlu Sahib olmuşdur.O, qardaşı Elşənə ümumilikdə bir dəfə qarın nahiyəsindən bıçaqla vurub xəsarət yetirmişdir. O, içkili olduğuna və qardaşı Elşən onu söyüb təhqir etdiyinə görə sonuncunu bıçaqla vurmuşdur. Əməlidən peşmadır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində o, qardaşı Rövşən və əmisi oğlu Şahid2 ilə birlikdə evdən çıxıb dayısı Şahid1 Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən evinə qonaq getmişlər. Orada dayısı Qabil, qardaşı Rövşən, əmisi oğlu Sahib və o, birlikdə olmuşlar. O, Qabil və Rövşən birlikdə şirniyyat və meyvə ilə 700 qramlıq “Xan” arağı içmişlər. İçdikdən sonra o və Rövşən içkili olduqlarına görə aralarında mübahisə yaranmış və o, Rövşənə qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt hər ikisi masadan qalxmış və Rövşən üzərində gəzdirdiyi cib bıçağını çıxarıb bir dəfə onun qarın nahiyəsindən vurmuşdur. O, yerə yıxılmış, Rövşən isə arxaya çəkilib bıçağı qatlayıb cibinə qoymuşdur. Rövşən onun qarın nahiyəsindən qan axdığını görüb təcili qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan qohumları Eminə zəng vurub dayısı Qabilin evində olduqlarını, onu bıçaqla vuraraq xəsarət yetirdiyini bildirib onu xəstəxanayı aparmasını xahiş etmişdir. Az sonra Emin öz avtomobili ilə dayısı Qabilin evinin yanına gəlmiş və onlar birlikdə Eminin avtomobili ilə Şəmkir şəhərinə təcili tibbi yardım stansiyasına gəlmişlər. Orada polislər gəlib ondan nə baş verdiyini soruşmuş və o, qardaşının onu bıçaqla vurduğunu deyib ərizə yazmışdır. Sonra onu təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərinə xəstəxanaya aparmışlar və o, orada əməliyyat olunmuşdur. Həmin hadisə təxminən üç beş dəqiqə davam etmişdir. Rövşən ona ümumilikdə bir dəfə qarın nahiyəsindən bıçaqla vurub xəsarət yetirmiş və geri çəkilib dayanmışdır. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, Təqsirləndirilən şəxsyə qarşı şikayəti, tələbi və iddiası yoxdur və məhkmədən ıəqsirləndirlən şəxsə həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində o, küçədə dayanmışdır. Həmin vaxt Elşən, Rövşən və Sahib birlikdə onun evinə qonaq gəlmişlər. O, onları qarşılamış və birlikdə evə getmişlər. Orada o, Elşən, Sahib və Rövşən birlikdə şirniyyat və meyvə ilə 700 qramlıq “Xan” arağı içmişlər. İçdikdən sonra Elşən içkili olduğuna görə Rövşənə qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Elşənlə Rövşənin arasında mübahisə yaranmışdır. Sonra onlar hər ikisi masadan qalxmış və Rövşən Elşənin ona qarşı dediklərindən bərk əsəbləşib bıçaqla Elşənin qarın nahiyəsinə bir dəfə vurmuş və sonra arxaya çəkilib bıçağı qatlayıb cibinə qoymuşdur. Rövşən Elşənin qarın nahiyəsindən qan axdığını görüb təcili qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan Emini çağırıb Elşəni Eminin avtomobilinə əyləşdirib, birlikdə Elşəni Şəmkir şəhərinə təcili tibbi yardım stansiyasına aparmışlar. Oradan da Elşəni avtomobildən düşürüb təcili tibbi yardım avtomobilinə əyləşdirib, Gəncə şəhərinə xəstəxanaya aparmışlar. Elşən orada cərrahi əməliyyat olunmuşdur. Hadisə vaxtı orada Elşən, Rövşən, Sahib və o, olmuş, onlardan başqa həmin vaxt orada heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Rövşən ona zəng vurub dayısı Qabilin evində olduqlarını, qardaşı Elşəni bıçaqla vuraraq xəsarət yetirdiyini deyib, ondan onları təcili xəstəxanaya aparmağını xahiş etmişdir. O, tez avtomobili ilə Qabilin evinə getmiş , Qabil, Rövşən, Elşən və Sahib onu küçədə gözləmişlər. Onlar Elşəni avtomobilə əyləşdirib birlikdə Şəmkir şəhəri təcili tibbi yardım stansiyasına gəlmişlər. Orada Elşəni avtomobildən düşürüb təcili tibbi yardım avtomobilinə yerləşdirib, Gəncəyə xəstəxanaya aparmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020– ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs hadisə baş verən vaxt Zərərçəkmiş şəxs vurub xəsarət yetirmiş olduğu bıçaq müvafiq protokol tərtib edilərək götürülmüş, fotoşəkillər çəklimişdir. (c.l.i.v. 13-17). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi” haqqında xx xxxx 2020–ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi hadisə yeri Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evidir. (c.l.i.v. 18– 23). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxx 2020–ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (C.l. i.v 31-32). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin hadisə yerində yoxlanması zamanı Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. (C.1. i.v 55-61). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(076)-41/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (C. l. i. v 83-87). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublkası Səhiyyə X3 Rayon Xəstəxanasının “X10” Kosultativ Poliklinika Şöbəsinin xx xxxxx 2020-ci il tarixli 146 saylı məktubundan görünür ki, ünvan 1 kənd ünvanında qeydiyyatda olan, xx.xx.1989–cu il təvəllüdlü Zərərçəkmiş şəxs, ünvan 1 kənd ünvanında qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs X1 narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmırlar. (C.1. i.v 119). İş materiallarına əlavə olunmuş və məhkəınə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN–nin Baş Əməliyyat və X2 arayışından görünür ki, X7 Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum elmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017–ci il tarixli qərarı ilə cəzadan 10 ay 09 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (C. 1. i.v 121). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxx 2020–ci il tarixli, 767 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs hal– hazırda Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla orada yaşayır və ailə təkibi 1956–ci il təvəllüdlü X6, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, 1992-ci il təvəllüdlü X5 ibarətdir·.(C.1. i.v 127). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (C.1. i.v 128). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx xxxxx 2020–ci il tarixli 386 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər qarının ön divarının bir ədəd daxilə keçən, böyük piyliyi və nazik bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, yetirilmə müddəti xx xxxx 2020–ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsində görə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (Cl i.v 129–131) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-trasoloji, soyuq silah ekspertizasının xx xxx 2020-ci il tarixli 16/307/308 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş uzunqol poliverin üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin ( o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin ) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin, təqdim edilmiş poliverin üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmətibbi Ekspertiza və Palaloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli, 386 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “qarının ön divarının bir ədəd daxilə keçən, böyük piyliyi və nazik bağırsaq müsaqirəsini zədələyən, daxili qanaxamaya səbəb olmuş deşilmiş-kəsilmiş yarası“ xəsarəti ilə polivcrin üzərində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst– üstə düşür. (C.1. i.v 166–169) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx xxx 2020-ci il tarixli, 267 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.l və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal–hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal–hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Əliyev və Rövşən Əbülfət oğlunda anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. (C.1. i.v 170– 171) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. (C.l. i.v 106) Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində dayısı Şahid1 məxsus Şəmkir rayonu Sabirkənd kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadələr işlətməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı onun bu hərəkətlərindən əsəbiləşib sərxoş halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Yuxarıda qeyd olunan hüquqi əsaslarə görə məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət cəzası daşımaldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1–ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3–cü maddəsinə müvafıq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Lakin məhkəmə təqsirləndirlən şəxsin əvvələr məhklum olunmasına baxmayaraq, islah yoluna qədəm qoymamasını qeyd edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, X7 Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan 10 ay 09 gün müddətə şərti olaraq vaxtından əvvəl azad olunmuş, qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilmişdir. Məhkəməhesabedirki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxsna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə çatmağı mükün sayır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Şəmkir RPŞ-nə saxlanılan maddi sübutlar- Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilməli və Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd uzunqol poliver Zərərçəkmiş şəxs qayatılmalı,imtina edildikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 ( altmış üç ) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 11 (onbir) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 (on bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 (almış altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Şəmkir RPŞ-nə saxlanılan maddi sübutlar- Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq məhv edilsin və Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd uzunqol poliver Zərərçəkmiş şəxs qayatılsın,imtina edildikdə məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 66 (almış altı) dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 63 ( altmış üç ) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X7 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-182/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-182/2020
06.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver