Məhkəmə qərarları › İş №1(100)-182/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-182/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-182/2021 31.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X23 oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi Bayramov Ələddin Nurəddin oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci ildə Ağdam rayonunun Dadaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dadaşlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 08.11.2020-ci il tarixdə saat 08 radələrində sürücülük hüququ olmadan idarə etdiyi faktiki olaraq Zərərçəkmiş şəxs3 məxsus “QAZ-31029” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdam rayonu Quzanlı-Əfətli avtomobil yolu ilə Xındırıstan kəndi istiqamətində hərəkətdə olarkən rayonun Xındırıstan kəndinin ərazisində qəflətən idarəetməni itirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 33-cü maddənin 4-cü hissəsinin tələblərini pozub yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran ağ bütöv üfüqi nişanlanma xəttini kəsib keçməməli və avtomobili öz hərəkət zolağı ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunları etməyərək idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkətdə olan X7 özünə məxsus olmaqla idarə etdiyi “VAZ-21013” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobilin qabaq sol tərəfindən vurduqdan sonra “VAZ-21013” markalı avtomobil 6,8 metr məsafə qət edib Quzanlı qəsəbəsi istiqamətində yolun sağ ehtiyat hissəsində, onun idarə etdyi “QAZ-31029” markalı avtomobil isə 6,4 metr məsafə qət etdib Xındırıstan kəndi istiqamətində yolun mərkəz hissəsində dayanmaqla nəticədə “VAZ-21013” markalı avtomobilin sürücüsü X3 sümüklərinin sınığı, baş beyin toxumasına qansızma, ağ ciyərin cırılması, sağ said sümüklərinin sınığı, bədən səthində yaralar nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi, “VAZ-21013” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 isə sol İİİ, İV, V, Vİİ, Vİİİ, İX qabırğaların sınığı, alın, sol diz nahiyyələrinin sıyrıqları ilə müşayiət olunan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulması, “VAZ-21013” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 isə sol bud çanaq oynağının əzilməsi, hərəkət məhdudluğu, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı ilə müşayiət olunan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurulması, hadisə nəticəsində X7 idarə etdiyi “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2031 manat, Təqsirləndirilən şəxs idarə etdiyi faktiki olaraq Zərərçəkmiş şəxs3 məxsus olan “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1040 manat maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə tam təqsirli bilib ifadəsində göstərmişdir ki, Ağdam rayonunun Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinin Dadaşlı kəndində ailəsi ilə birlikdə yaşayır. Subaydır, heç bir yerdə işləmir. 27 sentyabr 2020-ci il tarixdən etibarən erməni hərbi birləşmələri yaşadığı Ağdam rayon Xındırıstan kəndini və ətraf əraziləri artileriya atəşinə tutmağa başlamışdır. Ona görə də həmkəndlisi Zərərçəkmiş şəxs3 ona bildirmişdir ki, etibarnamə ilə ona məxsus olan “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili ailə üzvlərini kənddən uzaqlaşdırmaq üçün istədiyi vaxt istifadə edə bilər. 08 noyabr 2020-ci il tarixdə saat təxminən 07 radələrində erməni hərbi birləşmələri yenidən yaşadığı kəndi və ətraf əraziləri artileriya atəşinə tutmağa başlamışdır. Ona görə də o, həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb ailə üzvlərini kənddən uzaqlaşdırmaq üçün Kəmaləddinin yaşadığı evə getmişdir. O, Kəmaləddinin evinə çatanda “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili Kəmalədinin yaşadığı evin həyət qapısının qarşısında küçədə saxladığını görmüş və avtomobilə əyləşərək yaşadığı evə gələrək ailə üzvlərindən bir neçə nəfəri Quzanlı qəsəbəsinə aparmışdır. Bundan sonra o, kənddə qalan digər ailə üzvlərini də aparmaq məqsədilə yaşadığı Xındırıstan kəndinə qayıtmaq üçün Quzanlı qəsəbəsinə yola düşmüşdür. O, “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xındırıstan kəndi ərazisində hərəkətdə olarkən erməni hərbi birləşmələri yenidən Xındırıstan kəndini artileriya atəşinə tutmağa başlamışdır. Həmin vaxtı atılan mərmilərdən bir neçəsi ona yaxın ərazilərə düşdüyünə görə o, mərmilərin səsindən qorxmuş və idarəetməni itirmişdir. Bundan sonra o, gözünü Bərdə MRX-da açmış və orada öyrənmişdir ki, o, yol-nəqliyyat hadisəsi törətmişdir və onun idarə etdiyi “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşan “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə zamanı həlak olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, o, hadisə zamanı avtomobili 30-40 km/saat sürətlə idarə etmişdir. Hadisənin yolun hansı hissəsində baş verməsini bilmir, çünki mərmilərin yaxınlıqdakı əraziyə düşüb partlamasından qorxub idarəetməni itirmiş, özünə gəldikdə Bərdə rayon mərkəzi xəstəxanasında olduğunu bilmişdir. O, hadisə zamanı heç bir texniki imkandan istifadə edə bilməmişdir. Hadisə zamanı avtomobildə yalnız özü olmuşdur. Onun sürücülük vəsiqəsi yoxdur və heç vaxtı olmamışdır. Bundan başqa “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə onun həmkəndlisi Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Zərərçəkmiş şəxs3 isə erməni hərbi birləşmələrinin atdığı mərmilərdən qorunmaq üçün həmin avtomobili idarə etməyə ona icazə vermişdir ki, o, təhlükə baş verdiyi anda ailə üzvlərini kənddən uzaqlaşdırsın. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Bayramov Ələddin Nurəddin oğlu ifadəsində göstərmişdir ki, o, Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur, hazırda Ağdam rayon Bənövşələr qəsəbəsi 340 nömrəli evdə ailəsi ilə birlikdə yaşayır. Ailəlidir, iki övladı var. “Türk-elli” daş karxanasında növbə rəisi vəzifəsində işləyir. X2 onun atasıdır. Təqsirləndirilən şəxs əvvəllərdən tanımışdır. Onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 08.11.2020-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Qaz 3129” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonunun Quzanlı qəsəbəsi istiqamətindən Ağdam rayon Əfətli kəndi istiqamətinə doğru hərəkətdə olarkən əks istiqamətdən gələn “VAZ 21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşması nəticəsində “VAZ 21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və hadisə zamanı ölmüş X12 onun doğma atasıdır. 08.11.2020-ci il tarixdə təxminən saat 08 radələrində o, Bakı şəhərində olarkən qardaşı Elməddin ona zəng edərək Ağdam rayon Xındırstan kəndi ərazisində “VAZ 21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən əks istiqamətdən gələn qara rəngli “Qaz 32029” markalı avtomobillə toqquşduqlarını və nəticədə atası Nurəddin Bayramovun vəfat etdiyini ona demiş və o dərhal Ağdam rayonuna yola düşmüşdür. O, rayona çatanda atasının meyiti ekspertiza müayinəsindən çıxarılıb dəfnə aparılırmış və həmin gün atasının meyitini Mirəşelli kənd qəbirstanlığında dəfn etmişlər. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisəni görmədiyindən və bu barədə ətraflı məlumatı olmadığından hadisənin necə, hansı şəraitdə baş verməsini bilməmişdir. Lakin sonradan öyrəndiyinə görə erməni hərbi birləşmələri hadisə baş verən Ağdam rayon Xındırstan kəndini və ətraf əraziləri artileriya atəşinə tutduğuna görə “QAZ 31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü mərmilərin səsində qorxaraq idarə etməni itirmiş və nəticədə onunla əks istiqamətdə hərəkət edən atası Nurəddin Bayramovun idarə etdiyi “VAZ 21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq sol tərəfdən vurmuşdur. Baş vermiş hadisə ehtiyatsızlıqdan baş verdiyinə görə heç kimdən heç bir şikayəti və mülki tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ağdam rayon Bənövşələr qəsəbəsində yaşayır. 27 sentyabr 2020-ci il tarixdən erməni hərbi birləşmələri yaşadığı Ağdam rayon Bənövşələr qəsəbəsini və ətraf ərazilər artileriya atəşinə tutmağa başlayanda o, ailəsi ilə birlikdə Mingəçevir şəhərində qohumlarının evinə getmişdir. Lakin həyətdə toyuqları olduğuna görə o atası ilə birlikdə iki-üç gündən bir yaşadıqları Ağdam rayon Bənövşələr qəsəbəsinə getmişdir. Hadisə baş verməzdən təxminən iki-üç gün öncə atası Nurəddinlə o yenidən yaşadıqları Bənövşlər qəsəbəsinə gəlmişlər. Həmin vaxtı qəsəbədə sakitlik olduğu üçün qəsəbədə qalmaq qərarına gəlmişlər. 08 noyabr 2020-ci il tarixdə saat təxminən 07 radələrində erməni hərbi birləşmələri yenidən yaşadıqları qəsəbəni və ətraf əraziləri artileriya atəşinə tutmağa başlayanda atası Nurəddinlə o yenidən Mingəçevir şəhərinə getmək qərarına gəlmişlər. Həmin vaxt qəsəbədə olan qohumları və qonşuları Nərman onlardan onuda Quzanlı qəsəbəsinə aparmalarını xahiş etmişlər. Atası Nurəddin özünəməxsus “VAZ 21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanına əyləşmiş, Nərman qabaq sağ tərəfdə sərnişin yerində, o isə arxa tərəfdə əyləşmişdir. Onlar Ağdam rayon Xındırıstan kəndi ərazisində hərəkətdə olarkən erməni hərbi birləşmələrinin atdığı mərmilər Xındırıstan kəndinə düşmüşdür. Bu zaman onlarla əks istiqamətdə hərəkətdə olan “QAZ 31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən idarə etməni itirərək onların avtomobilin qabaq sol tərəfindən vurmuşdur. Hadisədən sonra o avtomobildə özünə gələndə atasının aldığı xəsarətlərdən sükan arxasında vəfat etdiyini, Nərmanın isə tanımadığı şəxslər tərəfindən maşından çıxarılaraq ilkin tibbi yardım göstərildiyini görmüşdür. Sonradan onuda avtomobildən çıxardaraq təcili tibbi yardım vasitəsilə Ağdam MRX-ya aparmışlar. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində göstərmişdir ki, hadisə Ağdam rayon Xındırıstan kəndi ərazisində baş vermişdir. Hadisə zamanı onlar yolun özlərinə aid hissəi ilə hərəkətdə olarkən sürücüsünün sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi “QAZ-31029” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil onların avtomobilinə çatmağa 15-20 metr qalmış qəflətən idarəetməni itirərək onların yoluna çıxaraq atası Nurəddin Bayramovun idarə etdiyi “VAZ- 21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vurmuşdur. Hadisə zamanı atası Nurəddin maşını 40-45 km/saat sürətlə idarə edirmiş. Hadisə zamanı avtomobili atası Nurəddin Bayramov idarə edirmiş, qabaq sağ sərnişin yerində Nərman, arxa sərnişin yerində isə o əyləşmişdir. Hadisənin baş verməsinə səbəb “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qəflətən idarəetməni itirərək onların yoluna çıxması olmuşdur. Hadisə zamanı atası avtomobili yolun sağ tərəfinə çəkərək qəzadan qaçmağa çalışsada qəzadan yayına bilməmişdir. Onun atası Nurəddin nə hadisə zamanı, nədə hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Baş vermiş hadisə ehtiyatsızlıqdan baş verdiyinə görə heç kimdən heç bir şikayəti və mülki tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Bənövşələr qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 27 sentyabr 2020-ci il tarixdən etibarən erməni hərbi birləşmələri yaşadığı Ağdam rayon Bənövşələr qəsəbəsini və ətraf əraziləri artileriya atəşinə tutmağa başlayanda o, ailə üzvlərini Bərdə rayonunda yaşayan qohumlarının evinə göndərmişdir. Özü isə yaşadığı Bənövşələr qəsəbəsində qalmışdır. 08 noyabr 2020-ci il tarixdə saat təxminən 07 radələrində erməni hərbi birləşmələri yenidən yaşadığı Bənövşlər qəsəbəsini artileriya atəşinə tutmağa başlamışdır. Həmin vaxt qohumu və qonşusu X4 birlikdə Mingəçevir şəhərinə getmək üçün Nurəddinə məxsus “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşəndə, o da Nurəddindən onu Quzanlı qəsəbəsinə aparmasını xahiş etmişdir. Bundan sonra onlar birlikdə Nurəddin Bayramova məxsus “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xındırıstan kəndi ərazisində hərəkətdə olarkən erməni hərbi birləşmələri Xındırıstan kəndini artileriya atəşinə tutmağa başlamışdır. Bu zaman onlarla əks istiqamətdə hərəkətdə olan sürücüsünün sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi “QAZ-31029” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən idarəetməni itirərək onların avtomobilinin hərəkət zolağına çıxaraq Nurəddin Bayramovun idarə etdiyi avtomobili qabaq sol tərəfdən vurmuşdur. Hadisədən sonra Nurəddin Bayramov aldığı xəsarətlərdən sükan arxasında vəfat etmişdir. O və mərhum Nurəddinin oğlu Elməddin isə tibbi yardım göstərilməsi üçün Ağdam MRX-ya aparılmışlar.Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində göstərmişdir ki, hadisə Ağdam rayon Xındırıstan kəndi ərazisində baş vermişdir. Hadisə zamanı onlar yolun onlara aid hissəsi ilə hərəkətdə olarkən sürücüsünün sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi “QAZ-31029” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil onlara çatmağa 15- 20 metr qalmış qəflətən idarəetməni itirmiş və onların yoluna çıxaraq Nurəddin Bayramovun idarə etdiyi “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfindən vurmuşdur. Hadisə zamanı Nurəddin Bayramov avtomobili 40-45 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı avtomobili Nurəddin Bayramov idarə edirmiş, qabaq sağ sərnişin yerində o, arxa sərnişin yerində isə mərhumun oğlu Elməddin əyləşmişdir. Hadisənin baş verməsinə səbəb “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qəflətən idarəetməni itirərək onların yoluna çıxması olmuşdur.Hadisə zamanı Nurəddin Bayramov avtomobili yolun sağ tərəfinə çəkərək qəzadan qaçmağa çalışsada qəzadan yayına bilməmişdir. Nurəddin Bayramov nə hadisə zamanı, nədə hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Baş vermiş hadisə ehtiyatsızlıqdan baş verdiyinə görə heç kimdən heç bir şikayəti və mülki tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Ağdam rayon Xındırıstan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun özüməməxsus “Niva” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı və etibarnamə ilə sahib olduğu “QAZ 31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomibilləri vardır. 27 sentyabr 2020-ci il tarixdə erməni hərbi birləşmələrinin yaşadığı Ağdam rayon Xındırstan kəndini və ətraf əraziləri artileriya atəşinə tutmağa başlayanda o özüməxsus “Niva” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə övladlarını Ağdam rayon Quzanlı qəsəbəsinə aparmışdır. Bundan sonra o həmkəndlisi Təqsirləndirilən şəxs yenidən atışma olacağı təqdirdə etibarnamə ilə ona məxsus olan və yaşadığı evin həyət qapısının qarşısında saxladığı “Qaz 31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı maşını götürüb ailə üzvlərini kənddən uzaqlaşdıra biləcəyini demişdir. 08 noyabr 2020-ci il tarixdə saat təxminən 07 radələrində erməni hərbi birləşəmələri yenidən yaşadığım Xındırıstan kəndini və ərtaf kəndləri atəşə tutmağa başlayanda o özüməməxsus “Niva” markalı avtomobilə ailə üzvlərini kənddən uzaqlaşdırmışdır. Onun etibarnamə ilə ona məxsus olan “QAZ-31029” markalı avtomobili isə yaşadığı evdə həyət qapısının qarşısında küçədə açarlarıda üstündə olmuşdur. O, ailə üzvlərini Quzanlı qəsəbəsində aparmış və orada olarkən Namiqin qəza keçirdiyini öyrənmişdir və dərhal Xındırıstan kəndinə hadisə baş verən yerə getmişdir. O, hadisə yerinə çatanda “Qaz 31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayon Xındırstan kəndi istiqamətində yolun orta hissəsində, “VAZ-21013 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Xındırstan kəndi istiqamətinə yolun sol hissəsində dayanmışdır. “Qaz 31029” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Ağdam MRX-ya aparılmış, “VAZ 21013 markalı avtomobilin sürücüsü hadisə yerində ölmüş, avtomobildə olan digər iki sərnişilərə isə təcili tibbi yardımın əməkdaşları ilkin tibbi yardım göstərirmişlər. Bundan sonra o Namiqin vəziyyətini öyrənmək üçün Ağdam MRX-ya getmişdir.Zərərçəkmiş şəxs3 daha sonra ifadəsində göstərmişdir ki, o, həmin avtomobili Namiqə özü vermişdir ki, erməni hərbi birləşmələri kəndə atəş açanda ailə üzvlərini kənddən uzaqlaşdırsın. O, Namiqin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bilmişdir. Avtoqəza nəticəsdində ona dəymiş ziyan ödənildiyinə görə onun heç kimdən şikayəti və ya mülki tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayon Bənövşələr qəsəbəsində yaşayır və ailəlidir. 2013-cü ildən X17, 2018-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 07.11.2020-ci il tarixdə Ağdam RPŞ-nin əməliyyat-istintaq qrupunda sutkalıq xidmətdə başlamışdır. 08.11.2020-ci il tarixdə saat 08:00da Ağdam RPŞ-nin məsul növbətçisi Zaməddin Aslanovun məlumatı əsasında əməliyyatistintaq qrupu ilə Ağdam rayon Xındırıstan kəndində baş vermiş yol-nəqliyat hadisəsi yerinə getmişlər. Hadisə yerinə çatanda xəsarət almış Zərərçəkmiş şəxs1, Nəriman Teymurov, Təqsirləndirilən şəxs təcili tibbi yardım vasitəsilə Ağdam MRX-ya aparılmışdı. X14 meyiti isə təcili tibbi yardım vasitəsilə MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinə müayinə olunmaq məqsədilə aparılmışdı. Onlar hadisə yerinə çatanda “”QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil Xındırıstan kəndi istiqamətində yolun mərkəz hissəsində dayanmış vəziyyətdə olmuş, “VAZ21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağ hissəsində dayanmışdır. Toqquşma baş vermiş yerdə yolun eni 7 metr, toqquşma nöqtəsindən Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağına 3.40 metr, yolun soluna isə 3.60 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa təkərinə 6.40 metr, sağ arxa təkərinə isə 5.40 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “VAZ21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq təkərinə 6.80 metr, qabaq sağ təkərinə isə 6.70 metr məsafə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Bənövşələr qəsəbəsində yaşayır və ailəlidir. X8 əvvəllərdən qəsəbə sakini kimi tanımış, Təqsirləndirilən şəxs isə əvəllərdən tanımamışdır və onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 08.11.2020-ci il tarixdə saat 07 radələrində erməni hərbi birləşmələri Ağdam rayon Bənövşələr kəndini və ətraf əraziləri artileriya atəşinə tutmağa başlayanda Nurəddin onlarla görüşərək Mingəçevir şəhərinə yola düşmüşdür. Təxminən 20-25 dəqiqə sonra mərhum X5 ona zəng edərək Ağdam rayon Xındırstan kəndi ərazisində qəza keçirdiklərini ona demiş və o, dəhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatanda “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil Xındırıstan kəndi istiqamətində yolun mərkəz hissəsində dayanmış vəziyyətdə olmuş, “VAZ21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağ hissəsində dayanmış vəziyyətdə olmuşdur. Bundan sonra polis əməkdaşları hadisə yerini müayinə etməyə başlayarkən ondan hal-şahidi qismində iştirak etməsini xahiş etmişlər. Toqquşma “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolunda baş vermiş, toqquşma baş vermiş yerdə xırda şüşə qırıntıları olmuş, toqquşma baş vermiş yerdə yolun eni 7 metr, toqquşma nöqtəsindən Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağına 3.40 metr, yolun soluna isə 3.60 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkərinə 5.40 metr, arxa sol təkərinə isə 6.40 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “VAZ-21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinə 6.80 metr, qabaq sağ təkərinə isə 6.70 metr məsafə olmuşdur. “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkərindən səkiyə 3.16 metr, arxa sağ təkərindən səkiyə 2.39 metr, qabaq sol təkərindən yolun soluna 2.10 metr və arxa sağ təkərindən yolun soluna 3 metr məsafə olmuşdur. “VAZ-21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağ tərəfində yola bitişik ehtiyat hissədə dayanmış vəziyyətdə olmuşdur. Onun qabaq sol təkərindən yola 2.59 metr, qabaq sağ təkərindən isə yola 2.60 metr məsafə olmuşdur. Hadisə yerinin müayinəsi başa çatdıqdan sonra fotoşəkillər çəkilmiş, protokol tərtib olunaraq ucadan oxunmuş və onlar protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayonu Xındırıstan kəndində yaşayır və ailəlidir. X8 və Təqsirləndirilən şəxs əvəllərdən tanımamışdır və onlarla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 08.11.2020-ci il tarixdə saat 07 radələrində erməni hərbi birləşmələri Ağdam rayon Xındırıstan kəndini və ətraf əraziləri artileriya atəşinə tutmağa başlayanda o, yaşadığı evi tək edərək küçəyə çıxmış, bu zaman küçədən səs-küy gəldiyni eşitmişdir və küçəyə çıxanda Xındırıstan kəndi ərazisində yol-nəqliyyat hadisəsi olduğunu görmüş və dərhal hadisə yerinə getmişdir. O, hadisə yerinə çatanda “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil Xındırıstan kəndi istiqamətində yolun mərkəz hissəsində dayanmış vəziyyətdə olmuş, “VAZ21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağ hissəsində dayanmış vəziyyətdə olmuşdur. Bundan sonra polis əməkdaşları hadisə yerini müayinə etməyə başlayarkən ondan hal-şahidi qismində iştirak etməsini xahiş etmişlər. Toqquşma “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolunda baş vermiş, toqquşma baş vermiş yerdə xırda şüşə qırıntıları olmuş, toqquşma baş vermiş yerdə yolun eni 7 metr, toqquşma nöqtəsindən Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağına 3.40 metr, yolun soluna isə 3.60 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ təkərinə 5.40 metr, arxa sol təkərinə isə 6.40 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “VAZ-21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinə 6.80 metr, qabaq sağ təkərinə isə 6.70 metr məsafə olmuşdur. “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkərindən səkiyə 3.16 metr, arxa sağ təkərindən səkiyə 2.39 metr, qabaq sol təkərindən yolun soluna 2.10 metr və arxa sağ təkərindən yolun soluna 3 metr məsafə olmuşdur. “VAZ-21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağ tərəfində yola bitişik ehtiyat hissədə dayanmış vəziyyətdə olmuşdur. Onun qabaq sol təkərindən yola 2.59 metr, qabaq sağ təkərindən isə yola 2.60 metr məsafə olmuşdur. Hadisə yerinin müayinəsi başa çatdıqdan sonra fotoşəkillər çəkilmiş, protokol tərtib olunaraq ucadan oxunmuş və onlar protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayon Sarıçoban kəndində yaşayır və ailəlidir. 2011-ci ildən X17, 2020-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 07.11.2020-ci il tarixdə Ağdam RPŞ-nin əməliyyat-istintaq qrupunda sutkalıq xidmətdə başlamışdır. 08.11.2020-ci il tarixdə saat 08:00da Ağdam RPŞ-nin məsul növbətçisi Zaməddin Aslanovun məlumatı əsasında əməliyyatistintaq qrupu ilə Ağdam rayon Xındırıstan kəndində baş vermiş yol-nəqliyat hadisəsi yerinə getmişlər. Hadisə yerinə çatanda xəsarət almış Zərərçəkmiş şəxs1, Nəriman Teymurov, Təqsirləndirilən şəxs təcili tibbi yardım vasitəsilə Ağdam MRX-ya aparılmışdı. X14 meyiti isə təcili tibbi yardım vasitəsilə MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinə müayinə olunmaq məqsədilə aparılmışdı. Onlar hadisə yerinə çatanda “”QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil Xındırıstan kəndi istiqamətində yolun mərkəz hissəsində dayanmış vəziyyətdə olmuş, “VAZ21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağ hissəsində dayanmışdır. Toqquşma baş vermiş yerdə yolun eni 7 metr, toqquşma nöqtəsindən Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağına 3.40 metr, yolun soluna isə 3.60 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa təkərinə 6.40 metr, sağ arxa təkərinə isə 5.40 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “VAZ21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq təkərinə 6.80 metr, qabaq sağ təkərinə isə 6.70 metr məsafə olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağdam rayon Quzanlı qəsəbəsində yaşayır və subaydır. 2014-cü ildən X17, 2020-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 07.11.2020-ci il tarixdə Ağdam RPŞ-nin əməliyyat-istintaq qrupunda sutkalıq xidmətdə başlamışdır. 08.11.2020-ci il tarixdə saat 08:00-da Ağdam RPŞ-nin məsul növbətçisi Zaməddin Aslanovun məlumatı əsasında əməliyyat-istintaq qrupu ilə Ağdam rayon Xındırıstan kəndində baş vermiş yol-nəqliyat hadisəsi yerinə getmişlər. Hadisə yerinə çatanda xəsarət almış Zərərçəkmiş şəxs1, Nəriman Teymurov, Təqsirləndirilən şəxs təcili tibbi yardım vasitəsilə Ağdam MRX-ya aparılmışdı. X14 meyiti isə təcili tibbi yardım vasitəsilə MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinə müayinə olunmaq məqsədilə aparılmışdı. Onlar hadisə yerinə çatanda “”QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil Xındırıstan kəndi istiqamətində yolun mərkəz hissəsində dayanmış vəziyyətdə olmuş, “VAZ21013“ markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağ hissəsində dayanmışdır. Toqquşma baş vermiş yerdə yolun eni 7 metr, toqquşma nöqtəsindən Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağına 3.40 metr, yolun soluna isə 3.60 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa təkərinə 6.40 metr, sağ arxa təkərinə isə 5.40 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “VAZ21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq təkərinə 6.80 metr, qabaq sağ təkərinə isə 6.70 metr məsafə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 noyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdam rayonu Xındırıstan kəndidir, yolun hərəkət hissəsi düzdür, örtüyün növü asfalt betondur, örtüyün vəziyyəti qurudur, yol örtüyünün eni 07 metrdir, toqquşma nöqtəsindən Ağdam rayon Quzanlı qəsəbəsi istiqamətində yolun sağına 3.40 metr, yolun soluna isə 3.60 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa təkərinə 6.40 metr, sağ arxa təkərinə isə 5.40 metr məsafə olmuşdur. Toqquşma nöqtəsindən “VAZ21013“ markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq təkərinə 6.80 metr, qabaq sağ təkərinə isə 6.70 metr məsafə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 noyabr 2020-ci il tarixli 1005 nömrəli “Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanıı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağcabədi regional Qİ və TBŞ-nin 27.01.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 26.01.2021-ci il tarixə kimi, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzləşdirilmiş kompüter sistemi bazasında sürücülük vəsiqəsi qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-yol nəqliyyatı ekspertizasının 01 fevral 2021-ci il tarixli, 8/100 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara “QAZ-31029” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 30.11.2020-ci il tarixli, 17a nömrəli rəyindən görünür ki, X1 meyitinin müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər- kəllə sümüklərinin sınığı, baş beyin toxumasına qansızma, ağ ciyərin cırılması, sağ said sümüklərinin sınığı, bədən səthində yaralar vardır. Həmin xəsarətlər onun sağlığında törənmişlər, bərk küt əşyanın təsirindən əmələ gəlmişlər, nəqliyyat vasitəsinin hissələrinin təsirindən əmələ gələ bilərlər, müddəti qərarda göstərilən tarixə-yəni 08.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın küt travması nəticəsində kəllə sümüklərinin sınığı ilə baş beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. X1 ölümünün müddəti qərarda göstərilən yəni 08.11.2020ci il tarixə uyğundur. Həmçinin X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticədinfə etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,25%0-dir. Buda canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 05.02.2021-ci il tarixli, 264 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bud çanaq oynağının əzilməsi, hərəkət məhdudluğu, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, minik avtomobilin salonunda olarkən sərnişin kimi törənə bilərdilər, müddəti qərarda göstərilən tarixə-yəni 08.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 05.02.2021-ci il tarixli, 273 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzrəində hərhansı bir xəsarət və xəsarət izi müşahidə olunmadı. Vət. Zərərçəkmiş şəxs2 adına yazılmış ******* saylı xəstəlik tarixinin əslində ona aşağıdakı diaqnoz qoyulmuşdu: sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğalalrın sınığı, alın, sol diz nahiyyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə-yəni 08.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08 fevral 2021-ci il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinə tövsif edilmiş və istintaq həmin maddə ilə davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 fevral 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 fevral 2021-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23.02.2021-ci il tarixli 280 nömrəli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinin Dadaşlı kəndində yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23.02.2021-ci il tarixli 281 nömrəli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Xındırıstan kənd İƏD üzrə nümayəndəliyinin Dadaşlı kəndində yaşayır və anası X13, qardaşı X15 və qardaşı X11 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 002218 saylı vəsiqənin surətindən görünür ki, 06.11.2007-ci il tarixdə X9 adına şəhid ailəsi vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam rayon Mərkəzi Xəstəxanası”-nın 23 fevral 2021-ci il tarixli 134 nömrəli məktubundan görünür ki, Ağdam rayonu Xındırıstan kənd sakini xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdam RMX publik hüquqi şəxsin poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam rayon X21”-nın 23 fevral 2021-ci il tarixli 633 nömrəli məktubundan görünür ki, Ağdam rayonu Xındırıstan kənd sakini xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs X26 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik ekspertizasının 25 fevral 2021-ci il tarixli, 109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2021-ci il tarixli, 177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon PŞ-nin DYPB-nin 27 fevral 2021-ci il tarixli raportundan görünür ki, Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin axtarış bölməsində yoxlama zamanı Təqsirləndirilən şəxs yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməsinə dair hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş 05.04.2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X10 Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş 05.04.2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış X10 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş 05.04.2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs3 05.04.2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon Prokurorluğunun 28.04.2021-ci il tarixli 435d-21 nömrəli məktubundan görünür ki, 08.11.2020-ci il tarixdə saat 08 radələrində Ağdam rayonu Quzanlı-Ələtli avtomobil yolunun, Xındırıstan kənd ərazisi erməni silahlı birləşmələri tərəfindən qeyd edilən zaman kəsiyində artileriya atəşinə tutulmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon İcra Hakimiyyətinin Başçısının 08.05.2021-ci il tarixli 02/419 nömrəli məktubundan görünür ki, 08.11.2020-ci il tarixdə saat 08 radələrində Ağdam rayonu Quzanlı-Ələtli avtomobil yolunun, Xındırıstan kənd ərazisi erməni silahlı birləşmələri tərəfindən qeyd edilən zaman kəsiyində artileriya atəşinə tutulmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışmasını, onlara dəymiş maddi ziyanın ödənilməsini, şəhid ailəsi olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmiş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Ağdam rayon polis şöbəsində saxlanılan “QAZ-31029” markalı **-HP- *** dövlət qeydiyyat nişanlı və “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahibinə qaytarılmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 100 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olub və Ağdam rayon polis şöbəsində saxlanılan “QAZ-31029” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21013” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillər hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmhdov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar