Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-182/2022 04.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X4 ibarət tərkibdə, X16 və X9 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Gəncəvi küçəsi, 1-ci dalan, ev 2-də qeydiyyatda olmaqla, ünvan 2-da yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrar tamah niyyəti ilə yaşayış sahəsinin saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin iyul ayının 20-dən 21-nə keçən gecə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına qoyduğu küçəyə iki ədəd 2.20 metr hündürlüyündə və 2 metr enində ümumilikdə 200 manat dəyərində plastik pəncərələrini gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 200 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin oktyabr ayının 1-dən 2-nə keзən gecə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 ədəd 380 manat dəyərində “Bosch” markalı preparatorun, 1 ədəd 50 manat dəyərində “Maxima” markalı drelini, 1 ədəd 110 manat dəyərində “Bosch” markalı drelini, 1 ədəd 18 manat dəyərində kiçik ölçülü dreli, 1 ədəd 130 manat dəyərində “Mannesmann” markalı elektrikli mişarı, 1 ədəd 140 manat dəyərində “Mannesmann” markalı dreli gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 828 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 01.01.2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 2 ünvanına gedib qapını döydükdə o qapını açaraq “səni öldürəcəm” kimi ifadələr işlədərək əvvəlcə sağ əlində tutduğu içərisində yandırıcı maye olan vedrəni ardı ilə isə sol əlində tutduğu yanan məşəli Zərərçəkmiş şəxs üzərinə atıb, atdığı yandırıcı maye sonuncunun sağ və sol əlinə, əynində olan idman gödəkcəsinin sağ qoluna tökülmüş, atdığı məşəlin isə dəmir qulpu qoluna dəyib hədənin icra ediləcəyi üçün real əsaslarla Zərərçəkmiş şəxs qəsdən öldürməklə hədələmişdir. Bundan başqa o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 40.680 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Nizami RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2021-ci il tarixdə saat 21:00 radələrində Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər Eminbəyli küçəsi 141 ünvanında yerləşən Nizami RPB-nə gətirilmiş, həmin ünvanda onun üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofan torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 40.680 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 134, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt heç bir yerdən oğurluq etməmiş, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Onun üzərindən narkotik vasitə aşkar edilməmiş, həmin narkotik vasitəni onun üzərinə polis əməkdaşları ona təzyiq edərək yerləşdirib boynuna almasını tələb etmişlər. Cinayət işinin materiallarında adları qeyd olunan əşyaları o oğurlamamışdır. O Nizami RPB-də olan zaman polislər ona həmin narkotiki tapdığını dediyi halda, onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini deyib onu aldatdıqları üçün bu cür ifadə vermişdir. Üzərindən aşkar olunduğunu dediyi narkotik ona məxsus deyildir, həmin narkotik vasitəni ona polis əməkdaşları vermişdir. Həmin vaxt ona orada olan əməkdaşlar qışqıraraq, sillə vuraraq, onun evinə gedib oradan külli miqdarda narkotik vasitə, silah çıxaracaqlarını deyib hədələməklə ona təsir etmişlər. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Təqsirləndirilən şəxs оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. 2006-cı ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il, 2011-ci ildə isə Azərbayacan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2013-cü ildə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra isə narkotik vasitə istifadə etməmişdir. Sonuncu dəfə isə təxminən 6-7 ay əvvəl yaşadığı evin qarşısından 1 büküm narkotik vasitə marixuana tapmış və həmin marixuananı taparaq istifadə etmişdir. Son zamanlar isə narkotik vasitədən istifadə etmir. Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır. Elşənlə əvvəllər bir qonşu kimi münasibətləri qaydasında olmuşdur. Elşən plastik ayna-qapı təmiri ilə məşğul olur. 2020-ci ilin iyul ayında evini təmir etdirmək istəmiş, buna görə də, evə plastik pəncərə lazım olmuş, Elşən evinin çölündə çardağa bağlı şəkildə iki ədəd plastik pəncərə qoymuş, O evinin pəncərəsini almağa pulu çatmadığı üçün Elşənin küçəyə qoyduğu pəncərəni gizlin şəkildə götürərək aparıb evinə qoymağı və təmir zamanı istifadə etməyi qərar vermiş, bu məqsədlə 2020-ci ilin iyul ayının sonlarında saat təxminən 04 radələrində yaşadığı evdən küçəyə çıxaraq Elşənin evinə doğru getmişdir. Elşənin evinin önünə, plastik pəncərələrin qoyulduğu yerə çatıb əvvəlcə ətrafa və Elşən gilin evinə nəzər yetirmiş, ətrafın sakitçilik olmasını, onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra o həmin pəncərələrdən əvvəlcə birini götürüb aparıb evinə qoymuşdur. Bundan sonra yenidən həmin yerə qayıdaraq yerdə qalan pəncərəni də, eyni qaydada götürərək aparıb evimə qoymuşdur. Həmin günün səhərisi, günorta saat 14 radələrində Səbuhi onun evinə gələrək ona məxsus plastik pəncərələrini oğurlayıb-oğurlamamığını soruşduqda o ilkin olaraq inkar etsə də, sonradan həmin hadisəni etiraf edərək pəncərələri götürdüyünü, qısa zamanda qaytaracağını demişdir. Bundan sonra həmin gecə saat 04 radələrində götürdüyü pəncərələri aparıb Elşənin qapısının önündə götürdüyü yerə qoymuşdur. Həmin hadisədən 2-3 gün sonra o Səhbuhi ilə görüşdükdə peşman olduğunu, bir daha oğurluq etməyəcəyini demişdir. Həmin hadisədən sonra onun Səbuhi ilə münasibətləri yenidən qaydasında olmuşdur. 01 oktyabr 2020-ci il tarixdə o gecə saatlarında pul lazım olduğu üçün yaşadığı evdən çıxmışdır. Biraz düşündükdən sonra yaşadığı evdə qonşuluqda yaşayan Elşənin evi diqqətini çəkmiş və o Elşənin evindən oğurluq etmək fikrinə düşmüşdür. Elşən onun qonşusu olduğuna görə onun evinin giriş çıxışını və evində olan alətlərin yerini bilmişdir. O Elşənin evinə yaxınlaşmışdır. Elşən yaşadığı evdə plastik aynaqapı təmiri ilə məşğul olduğuna görə onun yaşadığı evin darvazası çox vaxt açıq olur. O Elşənin yaşadığı evin darvazasına yaxınlaşmış və yenə də açıq olduğunu görmüşdür. Dərhal evin həyətinə daxil olmuş və orada olan Elşənin təmir alətlərini yığdığı şkafa doğru getmişdir. Həmin şkafın qapısını açmış və oradan markalarını bilmədiyi 1 ədəd perforatoru, 3 ədəd dreli və elektrikli mişarı gizli yolla götürərək yaşadığı evə doğru getmişdir. O həmin əşyaların hamısını yaşadığı evdə darvazanın arxasında gizlətmiş və həmin gecə səhərə yaxın oğurladığı əşyalardan 3 ədəd dreli, 1 ədəd perforatoru və 1 ədəd elektrikli mişarı idman çantasına yığaraq Gəncə şəhərində Əlillərin dairəsi kimi tanınan yerə getmişdir. Elşənin evindən oğurladığı drellərin 1 ədədini evdə gələcəkdə hər hansı işdə istifadə etmək üçün saxlamışdır. Əlillərin dairəsində olan zaman orada bir neçə tanımadığı şəxslər olmuş, həmin əşyaları ümumilikdə 150 manata satmış və həmin gün axşama saatlarına doğru yaşadığı evə gəlmişdir. O həmin gündən sonra Elşəni görməmişdir. Onun Elşənə məxsus təmir alətlərini oğurladığı gündən təxminən 15-16 gün keçdikdən sonra yaşadığı evin yaxınlığında Elşənlə görüşmüşdür. Elşən həmin vaxt ona evində baş verən oğurluqda ondan şübhələndiyini, 2020-ci ilin yay aylarında ona məxsus evin qarşısından pəncərəni oğurladığı üçün belə düşündüyünü bildirmişdir. O isə qorxduğu üçün Elşənə ona məxsus alətləri oğurladığını bildirə bilməmişdir. Lakin Elşən dəfələrlə onun yaşadığı evə gəlməyə başlamışdır. O yenə də Elşənə oğurluq etdiyini etiraf etməmiş, lakin onu bezdirdiyi üçün hər ay ona 100 manat verəcəyini demişdir. Lakin sonradan onun maddi durumu yaxşı olmamış, işləmədiyi üçün pul tapa bilməmişdir. 2021-ci ilin yanvar ayında saat 13 radələrində o evdə olarkən evinin qapısı döyülmüş. Evin darzasının gözülüyündən baxdıqda qapını döyən şəxsin Elşənlə oğlu Eldarın olduğunu görmüşdür. O Elşənin onu bezdirdiyini görərək qərar vermişdir ki, ondan pul istəməsin deyə onu sağlamlığına zərər vurmaqla qorxutsun və bir daha evinə gəlməsin deyə bildirmişdir. Həmin vaxt evində olan vedrənin içərisində benzin olmuşdur. O evin həyətində olan nazik armaturu götürüb üzərinə parça büküb benzin tökərək onu yandırmışdır. Bundan sonra vedrəni və yanan məşəli götürərək qapını açıb əvvəlcə içərisində olan benzini daha sonra isə arxası ilə yanan məşəli Səbuhinin üzərinə ataraq Səbuhi onunla mübahisə etməsin deyə qaçıb getmişdir. Məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq qazancını yaşadığı evin həyətində plastik ayna-qapı hazırlayıb sataraq əldə edir. Təqsirləndirilən şəxs onun qonşuluğunda, ünvan 2-da yaşayır. O, Səbuhinin əvvəllər cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu eşitmişdir. 2020-ci ilin iyul ayının 20-də iki ədəd 2.20 metr hündürlüyündə və 2 metr enində ümumilikdə 200 manat dəyərində pəncərələri evinin çölündə çardağa bağlı şəkildə müştərilərin görməsi üçün qoymuşdur. Təxminən saat 04 radələrində o, evdə yataq otağında olarkən arvadı Şahid2 evə gələrək küçədə Səbuhinin səsini eşitdiyini demişdir. Bundan sonra o, həmin səsin nə olmasını öyrənmək üçün əynini geyərək küçəyə çıxdıqda küçəyə qoyduğu pəncərələri yerində görməmiş və həmin pəncərələri Səbuhinin oğurladığını anlamışdır. Səhəri günorta saat 14 radələrində Səbuhinin evinə gedərək ondan pəncərələrini oğurlayıb-oğurlamamasını soruşduqda Səbuhi ilkin olaraq həmin hadisəni danmış, oğurluq etmədiyini demişdir. O, Səbuhinin səsini gecə arvadı Sevdanın eşitməsini dedikdə, Səbuhi oğurluğu boynuna alaraq peşman olduğunu, pəncərəni gətirib yerinə qoyacağını demişdir. O, Səbuhi ilə razılaşaraq öz evinə qayıtmışdır. Həmin gün o, günün sonunadək Səbuhinin pəncərələri gətirməsini gözləsə də, Səbuhi pəncərələri gətirməmişdir. Növbəti gün o, yuxudan oyanıb küçəyə baxdıqda pəncərələrin yerinə qoyulduğunu görmüşdür. Həmin hadisəsən 2-3 gün sonra o, Səbuhini gördükdə Səbuhi ona pəncərələri gecə yerinə qoyduğunu, peşman olduğunu, gedib tövbə edəcəyini bildirmişdir. O, özünə məxsus iş alətlərini evinin həyətində rəfə qoyub saxlamışdır. 01 oktyabr 2020-ci il tarixdə o, yenə adəti üzrə alətlərini həyətində olan rəfə qoyaraq yatmışdır. Yatmamışdan əvvəl evinin giriş qapısının tutacağını yuxarı qaldıraraq kilidləmişdir. Səhərisi yəni 02 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində yuxudan oyanıb həyətə düşdükdə evinin qapısının kilidinin açıq olduğunu müəyyən etmiş, lakin hər hansı bir şübhəli məqama rast gəlmədiyi üçün qapının necə açılmasını maraqlanmamışdır. Həmin gün saat 16 radələrində o, iş görmək üçün alətlərini götürmək istədikdə həmin yerə qoyduğu 01 ədəd “Bosch” markalı 380 manat dəyərində preparatorun, 01 ədəd “Maxima” markalı 50 manat dəyərində drelin, 01 ədəd “Bosch” markalı 110 manat dəyərində drelin, 01 ədəd 18 manat dəyərində kiçik ölçülü drelin, 01 ədəd 130 manat dəyərində “Mannesmann” markalı elektrikli mişarın, 01 ədəd 140 manat dəyərində dəyərində "Mannesmann” markalı drelin yerində olmadığını müəyyən etmişdir. O, bu zaman gecə kiminsə həyətə daxil olaraq alətləri oğurladığını anlamışdır. O, həmin oğurluğun Səbuhi tərəfindən edilməsindən şübhələnsə də, Səbuhini tapa bilmədiyi üçün onunla bu barədə söhbət edə bilməmişdir. Həmin hadisədən təxminən 15 gün sonra, oktyabr ayının 20-də Səbuhini yaşadığı evin yaxınlığında görmüşdür. O, Səbuhidən onun alətlərini niyə oğurlamasını soruşduqda Səbuhi heç bir cavab vermədən çıxıb getmişdir. Noyabr ayının 13-də saat 16 radələrində oğlu Şahid1la Səbuhinin evinə gedərək evlərinin qapısını döyərək Səbuhini çağırmışdır. Bu zaman Səbuhi darvazanı açaraq ona nə səbəbə qapısına gəlməyini deyərək yaxasından 01 ədəd dəstəyi qırmızı rəngli bıçağı çıxardaraq həmin alətləri yaxşı edib oğurladığını, oğurluğun əvəzində aylıq 100 manat verəcəyini, əgər polisə xəbər edərsə həmin bıçaqla onun övladını öldürəcəyini demişdir. O, Səbuhi ilə razılaşaraq, həmçinin övladına xəsarət yetirəcəyindən qorxaraq oğlu Kərimlə birlikdə öz evinə qayıtmışdır. Daha sonrası o, Səbuhinin pulunu qaytarmasını gözləsə də, Səbuhi onun pulunu qaytarmamışdır. 01 yanvar 2020-ci il tarixdə saat 13 radələrində o, yenə öz evindən oğlu Kərimlə birlikdə Səbuhinin yaşdığı evə gedərək qapını döyüb Səbuhini çağırmışdır. Təxminən 3-4 dəqiqə o, qapını döysə də, qapını açan olmamışdır. O, evdə heç kəsin olmamasını zənn edərək geri qayıtmaq istədikdə bu anda qapı açılmışdır. O qapının açıldığını bilib geri onların qapısına döndükdə Səbuhinin sağ əlində sarı rəngli kapron vedrə və sol əlində isə dəmir armatura bükülmüş məşəlin yandığını görmüşdür. Səbuhi anidən ona səni öldürəcəm deyərək vedrəni içərisindəki benzin ilə birlikdə üzərinə, arxası ilə isə yanan məşəli ona ataraq qaçıb gözdən itmişdir. Səbuhinin atdığı içərisində olan benzin onun sağ və sol əlinə, əynində olan idman gödəkcəsinin sağ qoluna tökülmüşdür. Atdığı məşəlin isə dəmir qulpu qoluna dəysə də, yanan yeri qoluna dəyməmiş və məşəl yerə düşərək yerdə olan quru otu yandırmağa başlamışdır. O dərhal məşəli və yanan otu söndürmüşdür. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, bölməyə Səbuhi adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi, satması və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat nəticəsində həmin şəxsin Gəncə şəhəri, Totanlı küçəsi ev 52-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra 08 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq üstünə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə şəhər, Nizami RPB-nin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yaxınlığına getmişlər. Onlar həmin yerə çatdıqda Təqsirləndirilən şəxs yaxınlıqda dayandığını müşahidə etmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı ona elan edib, onu Gəncə şəhər Nizami RPB-nə dəvət etmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X10 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz şalvarınsağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlə bükümlə birlikdə 42.67 qram gəlmiş, bundan sonra büküm zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 182 saylı möhürü ilə möhürlənərək onlar tərəfindən imzalanmış və müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmundə ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09.07.2021ci il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməliyyataxtarış tədbirlərindən görünür ki, cinayət işinin başlanmasına səbəb Nizami RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2021-ci il tarixdə saat 21:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda onun üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli sellofan torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 40.680 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür götürülməsi, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. 02- 41 İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 03.02.2021-ci il tarixli 6/184 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş uc hissəsinə yarıyanmış parça bükülmüş 1 ədəd armaturun, 1 ədəd göy rəngli üzərində ağ zolaqlar olan köynəyin, 1 ədəd qara rəngli gödəkcənin üzərində və 1 ədəd sarı rəngli vedrənin içərisində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır və həmin neft məhsulları buxarlanmaya məruz qaldığına görə tərkibində əsaslı dəyişikliklər baş verdiyindən növünü müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının vermiş olduğu 09 iyul 2021-ci il tarixli 16/665 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Maddi subat olaraq şübhəli şəxsin üzərindən götürülmüş 1 ədəd narkotik vasitəyə bənzər kütlə....” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 40,680 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 40,680 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 40,48 qram. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 29 dekabr 2021-ci il tarixli 1570 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış nakomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 08 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10.07.2021-ci il tarixli 4(044)-122/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 30 aprel 2021-ci il tarixli 9/1713 saylı rəyinən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyul – oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 215,00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 5 adda malların modeli və sair məlum olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 yanvar 2021-ci il “baxış və götürmə aparılması haqqında” protokolundan görünür ki, hadisə yerindən 1 ədəd parça bükülmüş armatur, 1 əddə sarı rəngli vedrə, Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli idman gödəkcəsi və 1 ədəd göy rəngli üzərində ağ zolaqlar olan köynək götürülmüşdür. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvan olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 may 2021ci il tarixli “təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılmas” haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə fotoçəkilişlə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini yerində göstərə biləcəyini bildirərək, əvvəlcə Gəncə şəhəri, Totanlı küçəsi adlanan yerə getməyi təklif etdi. Totanlı küçəsinə gedən zaman onun yaşadığı evdən bir qədər məsafədə yerləşən 52 saylı fərdi yaşayış evinin qarşısına gəldi və evin qarşısında dayanaraq Zərərçəkmiş şəxs məxsus evin həyətində elektrikli təmir alətlərinin olduğunu əvvəldən bildiyini dedi. Həmin 52 saylı fərdi yaşayış evinin qarşısında dayanaraq darvazanı göstərdi və əlavə etdi ki, həmin giriş qapısından fərdi yaşayış evinin həyətinə daxil olmuşdur. Evin həyətində olan rəfdən 1 ədəd perforatoru, 4 ədəd dreli, 1 ədəd lektrikli mişarı oğurladığı yeri göstərdi. Həmin əşyaları yaxınlıqda olan evinin həyətinə daşıyaraq gizlətdiyini bildirb həmin yerə getməyi təklif etdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısına gedildi. Təqsirləndirilən şəxs həmin evin qarşısında dayanaraq Zərərçəkmiş şəxs məxsus evdən oğurladığı 1 ədəd perforatoru, 4 ədəd dreli, 1 ədəd elektrikli mişarı həmin evdə darvazanın arxa hissəsinə daşıyaraq yığdığını qeyd etdi. Səhər saatlarında həmin alətlərdən kiçik ölçülü dreli yaşadığı evdə saxladığını, digər əşyaları Gəncə şəhəri Əlillərin dairəsi adlanan yerdə satdığını bildirdi. Yaşadığı evin həyətində gizlətdiyi bir ədəd kiçik ölçülü dreli təqdim etdi. Bununla da, ifadənin yerində yoxlanılması istintaq hərəkəti başa çatdırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 may 2021ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kiçik ölçülü drel ondan götürülmüş, həmin 1 ədəd kiçik ölçülü drel Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin 1 ədəd kiçik ölçülü dreli tanıyıb göstərərək bildirmişdir ki, onun evindən oğurlanan əşyadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02.09.2021ci il tarixli 120-1145-1221 saylı əməliyyat tapşırığından görünür ki, istintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə baş vermiş cinayət hadisəsini görmüş şəxslərin dairəsini, hadisə yerini əhatə edən müşahidə kameralarının olub-olmaması müəyyən edilməsi, qeyd olunan cinayət hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs kiminsə köməklik göstəribgöstərməməsi, Təqsirləndirilən şəxs oğurluq nəticəsində əldə olunmuş əmlakı digər şəxslərə satıb-satmamasının müəyyən edilməsi, oğurlanmış əmlakdan cinayət təqibi üzrə maddi sübut kimi əhəmiyyət kəsb edən əşyaların yeri müəyyən edilərək istintaqa verilməsinin təmin edilməsi məqsədilə əməliyyat tapşırığı verilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən zaman Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində köməklik edəcək hər hansı şəxs müəyyən edilməmiş, ətrafda hər hansı müşahidə kameraları müəyyən edilməmiş, Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində digər cinayət əməllərini müəyyən etmək mümkün olmamış, Zərərçəkmiş şəxs evindən oğurlanmış elektrikli təmir alətlərinin satıldığı yeri, şəxsləri müəyyən etmək və maddi sübut kimi istintaqa təqdim etmək mümkün olmamışdır. Eyni zamanda Səbuhi Kərimovun müsadirə olunması mümkün olan hər hansı mülkiyyəti aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19.07.2021ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 08 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Nizami RPB-də Təqsirləndirilən şəxs üzərinə baxış zamanı narkotik vasitə aşkar edilərək götürülərkən istifadə edilmiş video çəkiliş cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Nizami RPİ-nin təhqiqatçı, polis kapitanı Tural Yusifli, Nizami RPB-nin əməliyyat müvəkkili Şahid5,həmin bölmənin əməliyyat müvəkkili Şahid4 həmçinin müdafiəçi X10 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşyanın olması soruşulur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir.Şəxsi axtarış zamanı üzərində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülür.Həmin kütlə elektron tərəzidə çəkilir,ümumi çəkisi sellofan bükümlə birlikdə 42.67 qram gəlir.Həmin bükümün üzəri iştirakçılar tərəfindən imzalanır, zərfə qoyularaq üzəri DİN-nin 182 saylı möhürü ilə möhürlənir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin Nizami RPİ-nin 13.07.2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində müəyyən şəxslərə narkotik vasitələr satmış, Təqsirləndirilən şəxs narkotik vasitələri alan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Həmçinin qeyd olunan vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrənin olması müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 27.08.2021-ci il tarixli əməliyyat tapşırışından görünür ki, daha sonra istintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə təkrar Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrənin olub-olmaması, narkotik vasitələri konkret olaraq kimlərə satması, satdığı narkotik vasitəni haradan əldə etməsi ilə bağlı əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı keçirilmiş bir sıra əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrənin olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələri satması barədə məlumat daxil olmuş, lakin həmin şəxsin satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05.12.2021ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi BAKCELL mobil operatoruna məxsus ***-***-**-** saylı nömrə 07.10.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, AR vətəndaşı, evli, əvvəllər məhkum edilməmiş, hal-hazırda Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsi, ev 58-də qeydiyyatda olmaqla yaşayan X8 məxsusdur. Orxan İbrahimov ətrafında aparılmış məxvi söhbətlər zamanı həmin şəxsin narkotik vasitələri istifadə etməsi və ya satması barədə hər hansı məlumat əldə edilməmişdir. Orxan İbrahimovla cinayət işi üzrə Təqsirləndirilən şəxs arasında hər hansı əlaqə və münasibət aşkar edilməmiş, X18 Əliyevdən əvvəllər narkotik vasitələr almamışdır. X1 Gəncə şəhəri ərazisində baş vermiş hər hansı cinayət əməlində iştirakı müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər prokurorunun köməkçisi, ədliyyə müşaviri X3 15 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 03.08.2021-ci il tarixdə saxlanıldığı Azərbaycan Respublikası ƏN-nin PX-nin 2 saylı X6 Şəhər Prokurorluğuna şikayər ərizəsi ilə müraciət edərək onun üzərindən aşkar edilən 40,680 qram narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulmasını bildirmiş, lakin həmin fakt öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08.07.2021ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 1 ədəd diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 yanvar 2022-ci il tarixli “Sübutların qiymətləndirlməsi və cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 40,48 qram narkotik vasitə olan heroin, eləcə də cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd DVD disk, 1 ədəd kiçik ölçülü drel, uc hissəsinə yarıyanmış parça bükülmüş 1 ədəd armatur, 1 ədəd göy rəngli üzərində ağ zolaqlar olan köynək, 1 ədəd qara rəngli gödəkcə, 1 ədəd sarı rəngli vedrə iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 12.01.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum edilmişdir. 03.10.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Gəncə şəhər Nizami rayon Məhkəməsinin 14.09.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, 28.02.2013-cü il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserinin və Gəncə şəhər rayonlararası narkoloji dispanserinin arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmamasına, polislər tərəfindən ona fiziki və mənəvi təzyiqlər edildiyindən özünə məxsus olmasını boynuna alması, heç vaxt oğurluq etməməsi, cinayət işinin materiallarında adları sadalanan əşyaları oğurlamaması ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 134, 177.2.2, 177.2.3 və 234.4.3 -cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərində CM-nin 134, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar olmadığından təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hall kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri az ağır və ağır cinayətlər hesab edildiyindən və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində cəza təyin edilərək həmin cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 08 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 132,80 manat (yüz otuz iki manat səksən qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan 08.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş 40,48 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Təqsirləndirilən şəxs qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs üzərinə atdığı uc hissəsinə yarıyanmış parça bükülmüş 1 ədəd armatur, 1 ədəd göy rəngli üzərində ağ zolaqlar olan köynək, 1 ədəd qara rəngli gödəkcə və 1 ədəd sarı rəngli vedrə sahbinə qaytarılmalıdır, imtina etdikdə məhv edilməlidir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kiçik ölçülü drel cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmaldır. 01ədəd “DVD” disk cinayət işinə əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 134, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan 08.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilmiş 40,48 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs üzərinə atdığı uc hissəsinə yarıyanmış parça bükülmüş 1 ədəd armatur, 1 ədəd göy rəngli üzərində ağ zolaqlar olan köynək, 1 ədəd qara rəngli gödəkcə və 1 ədəd sarı rəngli vedrə sahbinə qaytarısın imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kiçik ölçülü drel cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. 01ədəd “DVD” disk cinayət işinə əlavə edilsin. İş üzrə 132,80 manat (yüz otuz iki manat səksən qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-182/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-182/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver