Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-182/2023 23.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bərdə rayonu Böyük Göyüşlü kəndində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə məlum olmayan mənbədən və tarixdə ümumi təmiz çəkisi 6760,57 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan köməkçi tikilidə, həyətdə olan rəfdə və kağız qutuda qanunsuz olaraq saxlamış, 11 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana keçirilmiş baxış zamanı evin həyətində yerləşən köməkçi tikilidən ayrı-ayrılıqda təmiz çəkiləri 2750 qram, 3750 qram ümumi təmiz çəkisi 6500 qram narkotik vasitə olan qurudulmuş marixuana, həyətdə olan rəfin içərisindən 12 (on iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 7,98 qram, 6,75 qram, 6,98 qram, 6,75 qram, 6,37 qram, 7,85 qram, 5,35 qram, 7,42 qram, 6,78 qram, 7,12 qram, 6,45 qram, 7,05 qram, ümumi təmiz çəkisi 82,85 qram narkotik vasitə olan qurudulmuş marixuana, həyətdə olan kağız qutunun içərisindən isə təmiz çəkisi 177,72 qram narkotik vasitə olan qurudulmuş marixuana olmaqla, külli miqdarda, yəni, ümumi təmiz çəkisi 6760,57 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayının 8-də saat 20 radələrində yaşadığı Bərdə rayonu Böyük Göyüşlü kəndinin kənarında sahibsiz ərazidə xırdabuynuzlu heyvanlarını otaran zaman bir neçə ədəd yabanı halda bitmiş çətənə kollarının və 1 ədəd qutunun içərisində 12 ədəd kibrit qutusuna yığılmış qurumuş marixuana olduğunu görmüşdür. O, qutunu və kollardan 5 ədədini kökündən qoparıb istifadə etmək məqsədilə yaşadığı evə aparmış, kolları quruması üçün həyətdə olan yardımçı tikilinin içərisində, kibrit qutuluarını isə həyətdə olan rəfin içərisində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evinin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər. O, baxış zamanı saxladığı narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Bundan başqa o, yaşadığı ünvandan aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar habelə sair iş materialları ilə aşağıda şərh olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə narkotik vasitələri saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən evinə gedərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilmiş və onu razılığı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin içərisində divardan asdığı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri və evin həyətində yerləşən rəfdə saxladığı 2 ədəd karton qutu və 1 ədəd taxta qutuda olmaqla 12 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı könüllü şəkildə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində, açıqlıqda tullantılar olan yerdə çətənə kollarının olduğunu demiş, həmin yerə baxış keçirilən zaman kol-kosun altından 5 ədəd çətənə kollarını çıxarıb könüllü təqdim etmişdir. Aşkar olunan narkotik vasitələr elektron tərəzidə çəkilərək ümumi çəkisi təxminən 7 kiloya yaxın olması müəyyən olunmuş və həmin kütlələr qablaşırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əri Firdovsinin narkotik vasitələrdən istifadə etməsindən onun və oğlu Fəqanın xəbəri olmamışdır. O, 11 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində qonşuda olarkən Bərdə RPŞ-nin əməkdaşlarının Firdovsini saxlayaraq yaşadıqları evə baxış keçirdiklərini öyrənmişdir. O, əri Firdovsinin narkotik vasitələrdən istifadə etdiyini həmin gün bilmişdir. Bundan sonra o, zəng edib Firdovsinin polis əməkdaşları tərəfindən saxlanılması barədə oğlu Fəqana bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təqdiq etmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında və xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 11 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən evinə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən ümumi çəkisi 6765 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, həyətdə olan rəfdən ümumi çəkisi 150 qram olan 12 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, ümumi çəkisi 185 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, həyətdə yerləşən zibilliyin altından ümumi çəkisi 3715 qram narkotik vasitəyə bənzər kütləni təqdim etmiş və həmin kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 16/1097 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş ilk baxışdan marixuanaya bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 177,72 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində rəflərin içərisində olan 12 ədəd kibrit qutu içərisində aşkar edilmiş ilk baxışdan narkotik vasitəyə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketi açdıqda içərisində, 12 (on iki) ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 7,98 qram, 6,75 qram, 6,98 qram, 6,75 qram, 6,37 qram, 7,85 qram, 5,35 qram, 7,42 qram, 6,78 qram, 7,12 qram, 6,45 qram, 7,05 qram, ümumi təmiz çəkisi 82,85 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözlər və imzalar olan 2 (iki) ədəd bir-birinə sarınmış sintetik kisələrdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2750 qram, 3750 qram ümumi təmiz çəkisi 6500 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzəri möhürlü olan sintetik kisədə, 5 (beş) ədəd, ümumi təmiz çəkisi 3200 qram bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli- çətənə(kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 2(iki) ədəd kağız paketlərdə və 2 (iki) ədəd sintetik kisələrdə olan marixuanalar ilə 1 (bir) ədəd sintetik kisədə olan çətənə(kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(021)-122/2022 saylı qərarı ilə barəsində 04 (dörd) müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1858 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə kannobioddən epizodik istifadə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Bərdə rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 886 nömrəli və xx.xx.2022-ci il tarixli 963 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Bərdə rayon İcra Hakimiyyəti başçısının Böyük Göyüşlü kənd İƏD üzrə nümayəndəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı Şahid5 və oğlu Şahid6 ilə birlikdə Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır və yaşayış yeri üzrə üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 177,67 qram, 12 (on iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 7,93 qram, 6,7 qram, 6,93 qram, 6,7 qram, 6,32 qram, 7,8 qram, 5,3 qram, 7,37 qram, 6,73 qram, 7,07 qram, 6,4 qram, 7 qram, ümumi təmiz çəkisi 82,25 qram, 2 (iki) ədəd bir-birinə sarınmış sintetik kisələrdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2749,95 qram, 3749,95 qram ümumi təmiz çəkisi 6499,9 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Bərdə rayon polis şöbəsinə verilmiş, baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitə istifadə etdiyini etiraf etsə də, heç kimə narkotik vasitə satmadığı, aşkar olunan narkotik vasitələri qablaşdırılmış halda tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində tapıb evə apardığı çətənə kollarını quruması üçün yardımçı tikilinin divarından asdığını, sonrakı günlərdə kolların qurumuş yarpaqlarını 12 ədəd kibrit qutusunda qablaşdırdığını bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıdığına və saxladığına görə onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(021)-122/2022 saylı qərarı ilə barəsində 04 (dörd) müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 11 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə kannobioniddən epizodik istifadə halları olmuşdur. Narkolоji kabinetdə qеydiyyаtа alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 177,67 qram, 12 (on iki) ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 7,93 qram, 6,7 qram, 6,93 qram, 6,7 qram, 6,32 qram, 7,8 qram, 5,3 qram, 7,37 qram, 6,73 qram, 7,07 qram, 6,4 qram, 7 qram, ümumi təmiz çəkisi 82,25 qram, 2 (iki) ədəd bir-birinə sarınmış sintetik kisələrdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2749,95 qram, 3749,95 qram ümumi təmiz çəkisi 6499,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 177,67 qram, 12 (on iki) ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 7,93 qram, 6,7 qram, 6,93 qram, 6,7 qram, 6,32 qram, 7,8 qram, 5,3 qram, 7,37 qram, 6,73 qram, 7,07 qram, 6,4 qram, 7 qram, ümumi təmiz çəkisi 82,25 qram, 2 (iki) ədəd bir-birinə sarınmış sintetik kisələrdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2749,95 qram, 3749,95 qram ümumi təmiz çəkisi 6499,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 64 manat 80 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-182/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-182/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver