Məhkəmə qərarları › İş №1(100)-182/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-182/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-182/2024 10.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X11 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs X2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1987-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Xəqani küçəsi, ev 80 A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs o, arvadı X2 2022-ci ilin noyabr-dekabr aylarında “WhatsApp” mobil tətbiqində tanımadığı, adı istintaqa məlum olmayan şəxslə aralarında sevgi mövzusunda mesajlaşdığını aşkar etməklə sonuncunun tanımadığı şəxsin mesaj yazdığını etiraf etməsindən sonra ona xəyanət etməsinə əmin olmaqla həmin gün Rəvanə Həşimovanı öldürmək barədə qərara gəlmiş, bu niyyətini həyata keçirmək üçün uşaqlarının məktəbdə tədris ilini bitirərək yay tətilinə çıxmasını gözləyib Rəvanə Həşimova 01 iyun 2023-cü il tarixdə sağlamlıq müayinəsindən keçmək üçün Bərdə rayonunda yerləşən “Qarabağ” klinikasına getməklərini təklif etdikdə öldürmək fikrini özlüyündə qətiləşdirməklə 02 iyun 2023-cü il tarixdə saat 09 radələrində yaşadıqları evdən çıxaraq “Qarabağ” klinikası istiqamətində piyada hərəkətdə olarkən ünvan 1 ünvanında asfalt yolun sol kənarında cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən evdən götürərək üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən qatlanan cib bıçağını çıxararaq qisas almaq niyyəti ilə qısqanclıq zəminində X2 bədən səthinin həyati fəaliyyətini təmin edən mühüm orqanlarına ardıcıl 10 dəfə bıçaq zərbələri vurmaqla, ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsi nahiyəsinin sağ ön divarından qara ciyərin yaralanması ilə daxilə keçən 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin sol arxa divarında İX-X qabırğaarasından diafraqmanın və dalağın yaralanması ilə daxilə keçən 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin sol arxa divarından Vİ qabırğaarasından sol plevra boşluğuna-daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, həmçinin birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən döş qəfəsi nahiyəsinin sol arxa divarında daxilə keçməyən 1 (bir) ədəd, sol said nahiyəsinin 1 (bir) ədəd, alt çənə nahiyəsinin 1 (bir) ədəd, çənəaltı nahiyənin 1 (bir) ədəd, sol süd vəzində 2 (iki) ədəd, sol bud nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirmiş, həmin vaxt bıçağın əyilərək istifadəyə yarasız olduğunu zənn edib Rəvanə Həşimova yerə yıxıldığı üçün sonuncunun öldüyünü düşünmüş və əvvəllər tanımadığı şəxslərin hadisə yerinə gəlməsini görüb bıçağı hadisə yerinə ataraq oradan uzaqlaşmış, Rəvanə Həşimova ətrafda olan istintaqla müəyyən edilməsi mümkün olmayan şəxslər tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək X4 qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 ilə 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan onların Nuranə və Hüseyn adlı iki övladı doğulmuşdur. O, Bakı şəhərində işlədiyi zaman Rəvanənin tez-tez “WhatsApp” proqramına daxil olub-çıxdığını görərək şübhələnmişdir. Rayona qayıtdıqdan sonra Rəvanənin işlətdiyi telefona “WhatsApp” proqramını izləmək üçün tətbiq yükləmiş və arvadına başqa bir kişi ilə danışıb-danışmadığını, danışdığı təqdirdə ona deməsini, uşaqları olduğunu və övladlarına görə bağışlayacağını demişdir. Rəvanə də belə bir şeyin olmadığını demişdir. Bundan sonra o, proqram vasitəsilə Rəvanənin mesajlarını tutmuşdur. Bu hadisəyə görə o, Ravanəyə heç nə etməmiş, sadəcə uşaqları qoyub getməsini demişdir. Rəvanənin qardaşı və atası gəlib onu evlərinə aparmışlar. Rəvanənin özü də etdiyi əməli etiraf etmişdir. 6-7 gün sonra uşaqlar ağladığı üçün o, Rəvanəni bağışlayıb yenidən evə gətirmişdir. Bundan 5-6 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Rəvanə ilə birlikdə piyada xəstəxanaya gedərkən Bakı şəhərində usta işləyən tanışı ona zəng edib iş olduğunu və Bakı şəhərinə gəlməsini demişdir. Bu zaman Rəvanənin əvvəl etdiyi hərəkət yadına düşmüş və o, arvadına “indi mən səni necə qoyub Bakıya gedim” demişdir. Rəvanə də yaxşı elədiyini deyib onu təhqir etmişdir. Bundan sonra o, Rəvanənin ayağına bıçaqla vurmağını xatırlayır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Rəvanənin başqa şəxslə mesajlaşmasını tutduqdan sonra bu barədə sonuncunun özünə demiş, arvadı da etiraf etmişdir. Rəvanə baş verənlərlə bağlı öz canına qəsd edəcəyini desə də özünü asmağa cəhd etməmişdir. O, Rəvanənin mesajlarını tutduqdan sonra sonuncunu bağışlamışdır. Hadisə həmin vaxtdan 6-7 ay sonra baş vermişdir. Həmin 6-7 ay müddət ərzində Rəvanəni hər hansı bir yolla cəzalandırmaq kimi bir planı olmamış, arvadının başqa şəxslə mesajlarını tutduqdan sonra cəzalandırmaq kimi bir fikri olsa da, uşaqlarına görə sonuncunu bağışlamışdır. Rəvanəyə vurduğu birinci bıçaq zərbəsindən sonra heç nə yadında qalmamışdır. Rəvanəyə xəsarət yetirdiyi bıçağın ölçüsü kiçik olmuş, əgər arvadını öldürmək fikri olsa idi evdə olan digər böyük ölçülü kəsici alətlərdən istifadə edərdi. O, hadisə vaxtı arvadına neçə bıçaq zərbəsi vurduğunu bilməmişdir. Hadisə zamanı yoldan keçən şəxslərdən biri ona nə etdiyini deyib qışqırdıqdan sonra o, elə bil ki ayılmış və həmin şəxsə təcili-tibbi yardıma zəng etməsini deyib taksiyə əyləşmişdir. Taksidə olarkən özü də təcili-tibbi yardıma zəng etmişdir. Bundan əlavə taksidə olarkən qardaşı Bəhruza zəng edib Rəvanəni vurduğunu və kömək üçün hadisə yerinə getməsini demişdir. O, hadisə yerindən uzaqlaşarkən Rəvanə sağ olmuşdur. Hadisədən sonra özündə olmadığı üçün Rəvanəni xəstəxanaya aparmamışdır. Küçədən keçən şəxs sadəcə “neynirsən a bala” deyib qışqırmış, həmin vaxtı o, sanki ayılmışdır. İbtidai istintaq zamanı neçə dəfə dindirildiyini xatırlamamışdır. Hadisədən sonra mindiyi taksi sürücüsünün telefonu ilə təcilitibbi yardıma zəng etmiş və hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, ………………. Təxminən yeddi ay əvvəl Rəvanənin istifadəsində olan “REDMİ” markalı telefonunda “WhatsApp” tətbiqində tanımadığı bir nəfər şəxslə mesajlaşdığını görmüşdür. Arvadının telefon nömrəsi +99***-***-**-** olmuşdur. O, Rəvanənin “WhatsApp”da qız adı ilə yazışdığı şəxsin oğlan olduğunu mesajların məzmunundan anlamış, çünki həmin şəxs arvadına sevgi mesajları yazmış və daima onunla maraqlanmışdır. Bundan sonra o, Rəvanənin telefonunu sındıraraq atmış və Rəvanə yeddi ay telefon işlətməmişdir. O, başqa kişi ilə danışdığını biləndə Rəvanəni döymüş, arvadının bədəni və üzü göyərmişdir. O, həmin hadisənin səhəri günü Rəvanəni özünü asmağa məcbur etməklə öldürmək istəmiş və arvadı kağızda ərinə xəyanət etdiyi üçün özünü asdığını yazmış, lakin Rəvanənin bədəni göy olmaqla xəsarətləri olduğu üçün arvadını onun öldürdüyünü biləcəklərini təxmin edərək məktəblərin bağlanmasını gözləməyə qərara almışdır. Ona görə də Rəvanəni özünü asmağa qoymamış, lakin sonuncu özünü asmağa razı olmuş, hətta axşam özünü asmaq istəmiş, o isə buna imkan verməmişdir. Rəvanə bu barədə atası Habil, qardaşı Ülvi və anası Nübara danışmışdır. Rəvanə ona başqa kişi ilə danışdığını, həmin şəxsin təsadüfən zəng etdiyini, ancaq telefonla mesajlaşdığını və həmin şəxslə görüşmədiyini demişdir. O, Rəvanəyə məktəb bağlanan kimi sonuncunu bıçaqla öldürəcəyini demiş, çünki Rəvanəni öldürmək üçün uşaqların məktəbi bitirmələrini və yay tətilinə çıxmaqlarını gözləmişdir. Son yeddi ay ərzində Rəvanə ilə aralarında mübahisə olmamışdır. O, Rəvanəni öldürmək üçün uzun müddət gözləmiş və plan qurmuşdur. Rəvanə 01 iyun 2023-cü il tarixdə axşam saatlarında şəkərdən analiz vermək istədiyini, ona görə də Bərdə rayonunda evlərinə yaxın yerdə yerləşən “Qarabağ” klinikasına getmək istədiyini bildirmişdir. O da arvadına bir yerdə klinikaya gedərik demişdir. Bunu fürsət bilərək klinikaya gedəndə Rəvanəni öldürmək istəyi yaranmışdır. O, 02 iyun səhər saat 09 radələrində əvvəlcədən onda olan evdə saxladığı və daima üzərində gəzdirdiyi bıçağı şalvarın sağ cibinə qoymuşdur. 02 iyun 2023-cü il tarixdə səhər saat 09 radələrində Rəvanə və o evdən piyada çıxaraq yaxınlıqda olan “Qarabağa klinikasın”a getmişlər. O, yolda Rəvanəyə “bilmirdin ki, sən mənə xəyanət edəndə səni öldürə bilərəm, bunu gözünün qabağına gətirmişdinmi ay qəhbə?” deyərkən arvadı ona qələt etdiyini və şeytana uyduğunu bildirmişdir. Təxminən 5 dəqiqə piyada getdikdən sonra “Qarabağ” klinikasına gedən məhəllədaxili asfalt yolun sağ tərəfində cibindən bıçağı çıxararaq Rəvanənin qarın boşluğuna, sinə nahiyəsinə, böyrək nahiyəsinə və ürəyinə yadına gəldiyi qədəri ilə 4 yaxud 5 ədəd bıçaq zərbəsi vurmuşdur. O, qəsdlə Rəvanənin bədəninə ardıcıl zərbələr vurmuş, çünki arvadını cəzalandırmaqla öldürmək istəmişdir. O, Rəvanənin bədəninə ardıcıl 4 yaxud 5 ədəd bıçaq zərbəsi vurduqdan sonra yenidən bıçaqla arvadının böyrək nahiyəsinə zərbə vurmaq istəyəndə bıçaq Rəvanin böyrəyinə girməmiş və əyilmişdir. Rəvanə yerə yıxılmış və bədənindən qan tökülmüşdür. Səsə həmin ərazidə yaşayan tanımadığı şəxslər çıxmışdır. O, bıçağı hadisə yerinə, yəni Rəvanənin uzandığı yerə ataraq “Qarabağ” klinikasının yanına getmiş, oradan da dükanın qarşısında dayanan tanımadığı taksi sürücüsü ilə könüllü olaraq təslim olmaq üçün Bərdə rayon polis şöbəsinə getmiş və təslim olmuşdur. O, yolda olduğu zaman taksi sürücüsünün telefonu ilə qardaşı Bəhruzun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edərək uşaqlarını evdən götürməsini, Rəvanəni də bıçaqla vurduğunu demişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Rəvanəyə xəsarət yetirdiyi bıçaq balaca ölçülü olmuş, hadisə zamanı istifadə etdiyi bıçaq əyilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrindəki imzalar ona məxsus olmuş, o, mesajlarını tutduqdan sonra Rəvanəyə özünü asmasını deməmiş və bir-iki dəfə sillə təpiklə vurmuş, o, ov həvəskarı olduğu üçün hadisə zamanı üzərində bıçaq olmuş, hadisə günü ona Bakıda işləməsi üçün zəng gəldikdən sonra o, Rəvanəyə necə qoyub gedəcəyini dedikdə arvadı onu təhqir etmiş, o da buna görə Rəvanəni vurmuşdur. Elan olunmuş ifadələrini “Rəvanəyə onun özünü öldürmək üçün asmasını deməyim” hissəsi istisna olmaqla qalan hissədə təsdiq etmişdir. Hadisədən sonra telefonunda vəsait olmadığı üçün taksi sürücüsünün telefonu ilə zəng vuraraq təcili-tibbi yardımı çağırmışdır. Hadisədən sonra özü də könüllü olaraq polisə təslim olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs hadisədən 6-7 ay əvvəl onun başqa şəxslə yazışmalarını tutmuş və bundan sonra aralarında söz-söhbət olmuş, o da atası evinə getmişdir. Lakin uşaqları onsuz dayana bilmədikləri üçün bir neçə gün sonra Zöhrab onu evlərinə qaytarmışdır. xx.xx.2023-cü il tarixdə səhhəti ilə bağlı Zöhrabla birlikdə xəstəxanaya gedərkən ərinə zəng gəlmişdir. Həmin zəngdən sonra o, Zöhrabla mübahisə etmişdir. Həmin vaxt Zöhrab ona “mən səni necə qoyub Bakıya gedim, sənə necə güvənim” demiş, o isə Zöhraba təhqiredici söz demişdir. Zöhrab da onu vurmuş, lakin hansı nahiyəsindən və neçə zərbə vurmasını bilməmişdir. Həmin vaxt ona bıçağın dəyməsini hiss etməmişdir. İfadəsinin davamı olaraq Rəvanə Həşimova bildirmişdir ki, hadisə vaxtı Zöhrab onu təpik və yumruqla vurmamış, ancaq bıçaqla vurmuşdur. O, sadəcə Zöhrabın əvvəlcə bıçaqla ayağına vurmasını bilmiş, bundan sonrasını xatırlamamış, gözünü açanda isə xəstəxanada olmuşdur. Zöhrab onun mesajlarını tutduqdan sonra 1-2 dəfə dərman içmək istəsə də əri buna imkan verməmişdir. Zöhrab mesajlarını tutduqdan sonra onu öldürəcəyini demiş, lakin bununla bağlı heç nə etməmişdir. Onlar söz-söhbətdən sonra 6-7 ay birlikdə yaşamış, əgər Zöhrab onu öldürmək istəsəydi həmin müddətdə öldürə bilərdi. Zərərçəkmiş şəxs X2 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Rəvanə Həşimova həmin ifadəsində göstərmişdir ki, ………………………Təxminən bir il əvvəl onun nömrəsinə yad tanımadığı adamdan zənglər gəlmiş, daha sonra həmin şəxs “WhatsApp” mobil tətbiqində ona yazmış, o, həmin şəxsdən nə lazım olduğunu soruşmuş, həmin şəxsə isə səhv nömrəyə yazdığını demişdir. O, Zöhraba bu barədə heç nə deməmiş, çünki ərinin həmin adamla dalaşacağından və özünü işə salacağından qorxmuşdur. O, mesaj yazan şəxsi tanımamış, həmin şəxs bir dəfə yenə yazanda Zöhrab mesajı görmüş və əri ilə aralarında buna görə mübahisələri olmuşdur. Zöhrab əsəbi insan olmuş və işləmədiyi üçün tez-tez onunla dalaşmışdır. Çünki uşaqları böyümüş və qayğıları çoxalmışdır. İlk dəfə mübahisə 2022-ci ilin avqust ayında olmuş, həmin vaxtdan sonra Zöhrab onun telefonunu almış və qırdığını demiş, nömrə də telefon içində qalmışdır. Ona görə də o, bir müddət telefon işlətməmişdir. Səhhətində yaranan ağrılara görə xx.xx.2023cü il tarixdə həkimə getmək qərarı almışdır. Həmin gün səhər saat 09 radələrində əri ilə birlikdə Bərdə rayonunda yerləşən “Qarabağ” klinikasında gedərkən aralarında heç bir mübahisələri olmadığı halda Zöhrab ona “niyə danışmısan başqa kişi ilə” demiş, o da Zöhraba “həmin şəxs səhvən mənə yazmışdır, mən səni aldatmamışam, cavab vermişəm, amma aramızda başqa heç nə olmayıb, mən heç kimlə görüşməmişəm, aldatmamışam” deyə cavab vermişdir. Elə bu vaxtı asfalt yolun sağında dayanan zaman Zöhrab böyründən və qarın ətrafından təpik zərbəsi vurmuş, o da yerə yıxılmış, ardınca Zöhrab onu bıçaqlamışdır. Lakin o, artıq bıçaq zərbəsini hiss etməmişdir. O, yalnız Zöhrabın əlində bıçaq olduğunu xatırlamışdır. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, əri qısqanclıq edərək telefonda yazışmağını səhv anlamış və onun başqası ilə görüşüb xəyanət etdiyini zənn etmişdir. Həmçinin zərərçəkmiş şəxs X2 məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Rəvanə Həşimova həmin ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs onu intihar etməyə məcbur etməmiş, hədə-qorxu gəlməmiş, ləyaqətini alçaltmamış, o özü intihara cəhd etmiş, dərman içmiş, lakin zəhərlənmə olmamış, intihara cəhd etməyinə səbəb isə Zöhrabın sakit durmağı, onu daha istəməməyi, pis qadın gözündə görməsi olmuşdur. O, bir dəfə məktub yazmış, cırıb atmış, Zöhrab ona intihar etməyə icazə verməmişdir. Bu hadisələr barədə hər hansı orqanda araşdırma aparılmamışdır. Hadisə günü Təqsirləndirilən şəxs əlində bıçaq görmüş, lakin sonuncunun ona neçə zərbə vurmağını xatırlamamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Rəvanə Həşimova bildirmişdir ki, Zöhrab hadisə günü ona bıçaqla vurmamışdan qabaq təpiklə vurmamış və birinci bıçaq zərbəsi dəydikdən sonra o yerə yıxılmışdır. Elan edilmiş ifadələrini “Zöhrab böyrümdən, qarın ətrafımdan təpik zərbəsi vurdu yerə yıxıldım” hissəsi istisna olmaqla qalan təsdiq etmişdir. Zöhrab əvvəllər onu öldürəcəyini demiş, o, ərinin hadisə zamanı istifadə etdiyi bıçağı əvvəllər də görmüşdür. O, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanı tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu olmuş və digər oğlu Bəhruz onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün onların maddi ehtiyaclarını Zöhrab işləyib qarşılamışdır. Zöhrab Rəvanənin mesajlarını tutana qədər sonuncular arasında hər hansı söz-söhbət olmamışdır. Zöhrab mesajları tutduqdan sonra isə ona bu barədə demiş və Rəvanəni atası evinə göndərmişdir. Lakin o, bu məsələ ilə bağlı oğlu və gəlini arasında hər hansı mübahisələrinin şahidi olmamışdır. Zöhrab Rəvanəni atası evinə göndərdikdən 2-3 gün sonra uşaqlarına görə arvadını geri gətirmişdir. Hadisə günü o, baldızını həkimə aparmaq üçün qayınanasıgilə getmiş və orada olarkən Bəhruza zəng gəlmişdir. Bəhruz ona “Qarabağ” klinikasına gedərkən Zöhrabın Rəvanəni bıçaqla vurduğunu demişdir. Halbuki o, evdən çıxarkən ər-arvad bir-birləri ilə deyib-gülmüşlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində Şahid3 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisədən 7-8 ay qabaq Zöhrab Rəvanənin başqa şəxslə mesajlarını tutduqdan sonra atası evinə göndərmişdir. Bundan bir neçə gün sonra isə Zöhrab uşaqlarına görə Rəvanəni yenidən evə gətirmişdir. xx.xx.2023-cü il tarixdə qardaşı ona zəng edib Rəvanəni vurduğunu, təcili-tibbi yardıma qoyduğunu və təslim olmaq üçün polisə getdiyini demişdir. Daha sonra Zöhrab həmin vaxt oğlu evdə tək olduğuna görə onun evə getməsini demişdir. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, Zöhrab ona zəng edib Rəvanəni vurduğunu deyəndə o, qardaşından nə səbəbə belə hərəkət etdiyini soruşmuş, sonuncu isə Rəvanənin ona qarşı təhqiredici ifadə işlətdiyi üçün etdiyini demişdir. O, nə qədər təkidlə soruşsa da Zöhrab başqa bir şey deməmişdir. Danışıq zamanı Zöhrab həmçinin Rəvanəni xəstəxanaya göndərdiyini də demişdir. O, qardaşından Rəvanənin ölübölmədiyini soruşanda sonuncu ölümcül xəsarət yetirmədiyini, sadəcə qorxutduğunu və onun uşağın yanına getməsini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Ələkbər qızı ifadəsində göstərmişdir ki, o, hadisənin necə baş verməsinin şahidi olmamışdır. Qızı Rəvanə və kürəkəni Təqsirləndirilən şəxs 2007-ci il tarixdə evlənmişlər. Sonuncuların münasibətləri yaxşı olmuşdur. Hadisədən 8-9 ay əvvəl Rəvanə və Zöhrab arasında mübahisə olduğu üçün Rəvanə onların evinə gəlmişdir. X12 başqa adamla mesajlaşmasını görüb qısqanmış və buna görə mübahisələri yaranmışdır. X9ra gətirdikdən 4-5 gün sonra gəlib arvadını evlərinə aparmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 Ələkbər qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 380 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 539 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki: 1) məhkəmə-tibbi müayinəsi zamanı X2 bədəni üzərində aşağıdakı xəsarətlər - döş qəfəsi nahiyəsinin sağ ön divarından qara ciyərin yaralanması ilə daxilə keçən 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin sol arxa divarında İX-X qabırğaarasından diafraqmanın və dalağın yaralanması ilə daxilə keçən 1 (bir) ədəd və daxilə keçməyən 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin sol arxa divarından Vİ qabırğa arasından sol plevra boşluğuna-daxilə keçən 1 (bir) ədəd, sol said nahiyəsinin 1 (bir) ədəd, alt çənə nahiyəsinin 1 (bir) ədəd, çənəaltı nahiyənin 1 (bir) ədəd, sol süd vəzində 2 (iki) ədəd, sol bud nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar olmuşdur; 2) Qeyd edilən xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, ekspertizaya təqdim olunan bıçaqla törənə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir; 3) Dərəcələrinə görə - a) döş qəfəsi nahiyəsinin sağ ön divarından qara ciyərin yaralanması ilə daxilə keçən 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin sol arxa divarında İX-X qabırğaarasından diafraqmanın və dalağın yaralanması ilə daxilə keçən 1 (bir) ədəd, döş qəfəsi nahiyəsinin sol arxa divarından Vİ qabırğaarasından sol plevra boşluğuna-daxilə keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər; b) döş qəfəsi nahiyəsinin sol arxa divarında daxilə keçməyən 1 (bir) ədəd, sol said nahiyəsinin 1 (bir) ədəd, alt çənə nahiyəsinin 1 (bir) ədəd, çənəaltı nahiyənin 1 (bir) ədəd, sol süd vəzində 2 (iki) ədəd, sol bud nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları isə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 264/2023- MTKŞ nömrəli məhkəmə tibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Təqdim edilmiş X5 məxsus köynəyin ön səthinin sol yarısında iki ədəd, arxa səthinin sol yarısında dörd ədəd və sol qolunun arxa səthində iki ədəd dəlib-keçən zədə, büstqalterin ön səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə və şalvarın arxa səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər; 2) X5 məxsus paltarların (şalvar, köynək və büstqalter) üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur; 3) X5 məxsus bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi; 4) Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvarın və qısaqol köynəyin üzərində zədə aşkar edilmədi; 5) Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 356/2023- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) X2 portaldan çıxarış vərəqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu AB/İV/-dir; 2) Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu B/İİİ/-dir; 3) Ekspertizaya təqdim edilmiş bıçaq, 03 ədəd pambıq topası, Təqsirləndirilən şəxs məxsus şalvar, X5 məxsus kofta, şalvar, büstqalter, bir cüt ayaqqabı üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “B” antigenləri alındı. Bu qan ləkələri ABO sistemi üzrə AB/İV/qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Qanların qarışıq halında həmçinin Təqsirləndirilən şəxs qarışıq qanının olması inkar olunmur, (əgər sonunda qanaxma ilə müşahidə olunan xəsarətlər); 4) Ekspertizaya təqdim edilmiş 01 ədəd pambıq topası və Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana şübhəli ləkə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X18 Ambulator Şöbəsinin xx.xx.2023-cü il tarixli, 517 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazıradək hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, öz hərəkətlərini ölçüb-biçmək və ya onlara hesabat vermək imkanına malikdir, cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş və keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik olmamış, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onda cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs törətmiş olduğu hüquqazidd hərəkətlərdən əvvəl və baş vermiş hadisə zamanı əsəbi psixi - emosional halda olmuş, onun psixoloji vəziyyətində hər hansı bir pozuntu müşahidə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin Məsul növbətçisinin xx.xx.2023-cü il tarixli “şəxsin könüllü gəlib özünü təqdim etməsi barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30-da özü könüllü olaraq Bərdə RPŞ-nin Növbətçi hissəsinə gələrək həmin gün saat 09:10-da Bərdə şəhəri, Xəqani küçəsində arvadı X5 bıçaqla bir neçə dəfə zərbə vurmasını bildirib könüllü olaraq istintaqa təqdim edilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Bərdə şəhəri, Xəqani 11 küçəsində Bərdə şəhər istiqamətində məhəllədaxili asfalt yolun sol kənar hissəsidir. Təqsirləndirilən şəxs hadisə yerini, X5 bıçaqla zərbə vurduğu yeri, habelə bıçağı atdığı yeri əyani şəkildə göstərmişdir. Hadisə yerinə baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik “1” şərti rəqəmi ilə işarələnmiş uzunluğu 22,5 sm olan bıçaq, “2” şərti rəqəmi ilə işarələnmiş ölçüsü 90x40 sm ölçüdə olan qanabənzər ləkədən 2 ədəd tənzif tamponlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş 01 (bir) ədəd polo ağ rəngli qısaqol köynək və 01 (bir) ədəd qara rəngli cins şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Bərdə RMX PHŞ-in həkimi tərəfindən könüllü təqdim edilən hadisə vaxtı X2 əynində olmuş 01 (bir) ədəd qara rəngli parça şalvar, 01 (bir) ədəd qırmızı rəngli kofta, 01 (bir) cüt narıncı yay ayaqqabısı və 01 (bir) ədəd ağ rəngli iki hissəyə kəsilmiş büstqalter iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskin içərisində “11860-xx.xx.2023” adlı 01 (bir) ədəd “ZİP-RAR” formatlı arxiv faylı aşkar edilmişdir. Həmin fayla baxdıqda içərisində “2022.xlsx”, “2023.xlsx”, “508812918_SMS.txt”, “513883898_SMS.txt” “**********18.txt”, “**********98.txt”, “abuneciler.xlsx”, “subs.info.xlsx” adlı 08 (beş) ədəd fayl aşkarlanmışdır; 1) “2022.xlsx” adlı faylı açıb içərisinə baxış keçirən zaman “cell\anten\şan yerləşdiyi inzibati ərazi vahidi” adlı bölmədə antena dairələrinin ərazisi göstərilir; 2) “2023.xlsx” adlı faylı açıb içərisinə baxış keçirən zaman “cell\anten\şan yerləşdiyi inzibati ərazi vahidi” adlı bölmədə antena dairələrinin ərazisi göstərilir; 3) “508812918_SMS.txt” adlı faylın açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilən smslərdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi; 4) “513883898_SMS.txt” adlı faylın açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilən smslərdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi; 5) “**********18.txt” faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrənin ünvan 2 ünvanında yaşayan Şahid3 məxsus olduğu, həmin mobil nömrəni faktiki X2 istifadə etdiyi mobil nömrə ilə axırıncı dəfə X1 istifadəsində olan +99***-***-**-** nömrəsi ilə xx.xx.2022-ci il tarixdə 16:18:11 saniyədə 1821 dəqiqə danışıq olduğu, nömrəyə həmin tarixdən sonra zənglərin daxil və xaric olmadığı müəyyənləşdirildi; 6) “**********98.txt” faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrənin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus olduğu, xx.xx.2023-cü il tarixdən sonra zənglərin daxil və xaric olmadığı müəyyənləşdirildi; 7) “abuneciler.xls” faylı açıb içərisinə baxış keçirən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi; 8) “subs.info.xlsx” faylı açıb içərisinə baxış keçirən zaman +99***-***-**-** saylı nömrənin Şahid3 məxsus olduğu müəyyən edildi. Qeyd olunanlardan başqa diskə baxış keçirilən zaman sübut əhəmiyyəti kəsb edən əlavə məlumat aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X8 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Rəvanə Həşimovanın üzünə sonuncunun bədəninə təpiklə və yumruqla zərbə vurmadığını, ancaq bıçaq zərbəsi ilə ona ardıcıl zərbələr vurduğunu və cəzalandırmaq istədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon prokurorunun köməkçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli təqririndən görünür ki, həmin tarixdə saat 09:30-da ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs X4 bıçaqlaması barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin Məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Bərdə şəhəri, Xəqani küçəsində yaşayan X6 +99***-***-**-** mobil nömrəsindən zəng edərək ətraflı məlumat vermədən naməlum qadına bıçaq xəsarəti yetirilməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin Məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 10:30-da Bərdə RMX-nin həkimi Bərdə şəhəri, Xəqani küçəsi, ev 80A-da yaşayan 1990-ci il təvəllüdlü X2 bıçaqlanma nəticəsində qarın boşluğu, döş qəfəsi və kürəyin arxa nahiyəsindən kəsilmiş-deşilmiş yara xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs X4 bıçaqlaması ilə əlaqədar bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində RPŞ-də ərizə, şikayət və cinayət xarakterli material, yaxud cinayət işi yoxdur, münaqişəli ailə kimi qeydiyyata götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinə son üç il ərzində təqsirləndirici material daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 618 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin gün Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X19 Dispanserinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə müşahidədə deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası - Şahid3, anası - Şahid4, arvadı X8, övladları - Nüranə Həşimova və Hüseyn Həşimzadə ilə birlikdə Bərdə şəhəri, Xəqani küçəsi, ev 80A-da yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs X2 ibtidai istintaq zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İİ 811338 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Hüseyn Həşimzadə adlı azyaşlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd bıçaq, 02 ədəd pambıq topası, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar, X5 məxsus 01 ədəd qırmızı rəngli kofta, 01 ədəd ağ rəngli iki hissəyə kəsilmiş bustqalter (lifçik), 01 ədəd qara rəngli parça şalvar və 01 cüt narıncı rəngli ayaqqabı maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X2 məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən, eləcə də xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, əri Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, sonuncudan şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində zərərçəkmiş şəxs X4 öldürmək niyyətində olmadığını, sadəcə sonuncunu cəzalandırmaq istədiyini, cinayətin törədilməsində istifadə etdiyi bıçağın Rəvanə Həşimovanın böyrəyinə dəydiyini və əyildiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində göstərmişdir ki, arvadı X2 digər şəxslə mesajlaşmasını aşkar etdikdən sonra sonuncunu özünü asmağa məcbur etməklə öldürmək istəmiş, hətta arvadı kağızda ərinə xəyanət etdiyi üçün özünü asdığını yazmış, lakin Rəvanə Həşimovanın həmin vaxtı bədəni göy olmaqla xəsarətləri olduğu üçün arvadını onun öldürdüyünü biləcəklərini təxmin edərək məktəblərin bağlanmasını gözləməyə qərara almış, o, Rəvanə Həşimovaya məktəb bağlanan kimi sonuncunu bıçaqla öldürəcəyini demiş, arvadını öldürmək üçün uşaqların məktəbi bitirmələrini və yay tətilinə çıxmaqlarını gözləmiş, Rəvanə Həşimovanı öldürmək üçün uzun müddət gözləmiş və plan qurmuş, 02 iyun 2023-cü il tarixdə xəstəxanaya gedərkən də bunu fürsət bilib Rəvanə Həşimovanı öldürmək qərarına gəlmiş, bu məqsədlə üzərində bıçaq götürmüş, yolda olarkən də arvadı onu təhqir etdiyi üçün qəsdlə Rəvanə Həşimovanın bədəninə ardıcıl zərbələr vuraraq sonuncunu cəzalandırmaqla öldürmək istəmiş, hadisə vaxtı da səsə həmin ərazidə yaşayan tanımadığı şəxslər çıxmışdır. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə zamanı yoldan keçən şəxslərdən biri ona “neynirsən a bala” deyib qışqırdıqdan sonra o, elə bil ki ayılmış və həmin şəxsə təcili-tibbi yardıma zəng etməsini deyib taksiyə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ona xəyanət etdiyi üçün arvadı Rəvanə Həşimovanı öldürmək qərarına gəldiyini, bu məqsədini həyata keçirmək və arvadını övladlarının gözü qarşısında öldürməmək üçün uşaqlarının məktəbinin bitməsini gözlədiyini, buna görə bir neçə ay səbir edərək bu işi planlaşdırdığını, hadisə günü də bıçağı Rəvanə Həşimovanı öldürmək üçün üzərində götürdüyünü, klinikaya gedərkən yolda bıçaqla Rəvanə Həşimovaya öldürmək üçün çox sayda bıçaq zərbələri yetirdiyini, məhz öldürmək üçün birinci zərbəni də arvadının ürəyindən vurduğunu, bir neçə bıçaq zərbəsindən sonra Rəvanə Həşimovanın yerə yıxıldığını, həmin vaxtı arvadı xırıldadığı üçün sonuncunun öldüyünü zənn etdiyini, həm də ki kənardan tanımadığı şəxslər qışqır-bağırtı saldığı üçün bıçağı hadisə yerində ataraq təslim olmaq üçün polis şöbəsinə getdiyini, əməlindən də peşman olmadığını bildirmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan da görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs məhz Rəvanə Həşimovanı öldürmək istədiyini və bu məqsədini həyata keçirmək üçün arvadına çox sayda bıçaqla zərbələr vurduğunu etiraf etmişdir. X15 həm ibtidai istintaq dövründə verdiyi ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs onun digər şəxslə mesajlaşmasını aşkar etdikdən sonra onu öldürəcəyini demişdir. Eləcə də iş materiallarında olan zərərçəkmiş Rəvanə Həşimova barəsindəki məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Rəvanə Həşimovaya ümumilikdə on ədəd kəsilmiş-deşilmiş yaraları xəsarətləri yetirmiş və həmin xəsarətlərdən üç ədədi daxilə keçən olmaqla ağır zərər vurmaya, yeddi ədədi isə yüngül zərər vurmaya aiddir. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs Rəvanə Həşimovanı öldürmək niyyətində olmadığını, əgər belə bir niyyəti olmuş olsa idi sonuncunu öldürmək imkanının olduğunu iddia etsə də, iş materiallarına əsasən Təqsirləndirilən şəxs arvadı Rəvanə Həşimovaya məhz sonuncunun ona xəyanət etməsi səbəbindən ümumilikdə on ədəd, yəni üç ədədi daxilə keçən olmaqla ağır zərər vurmaya, yeddi ədədi isə yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi, Rəvanə Həşimovanın aldığı bədən xəsarətlərindən sonra yerə yıxılması, daha sonra isə sonuncunun xırıldaması nəticəsində arvadının öldüyünü zənn etməsi, əvvəllər tanımadığı şəxslərin hadisə yerinə gəlməsini görüb bıçağı hadisə yerinə ataraq oradan uzaqlaşması, eləcə də Rəvanə Həşimovanın ətrafda olan istintaqla müəyyən edilməsi mümkün olmayan şəxslər tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında əksini tapmış hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona xəyanət etməsi səbəbindən uzun müddət ərzində zərərçəkmiş Rəvanə Həşimovanı öldürməyi planlaşdırması, yəni qısqanclıq motivinin olması, təqsirləndirilən şəxsin məlum baş vermiş hadisəyə qədər bir neçə dəfə zərərçəkmiş şəxsə onu ödürəcəyini deməsi, hadisə günü evdən çıxarkən soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı üzərində planlı şəkildə götürməsi, hadisə vaxtı zərərçəkmiş şəxsin bədəninə çoxsaylı kəsilmiş-deşilmiş yara xəsarətlərini yetirməsi, həmin xəsarətlərdən üç ədədinin daxilə keçən olmaqla ağır zərər vurmaya, yeddi ədədinin isə yüngül zərər vurmaya aid edilməsi, üç ədəd daxilə keçən xəsarətlərdən ikisinin həyat üçün mühüm orqan hesab edilən ürəyin yerləşdiyi döş qəfəsi nahiyəsinə yetirməsi, həyat üçün mühüm orqan hesab edilən qaraciyəri yaralaması, zərərçəkmiş şəxsin yerə yıxılaraq xırıldamasından sonra sonuncuya köməklik edərək tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması əvəzinə, tam əksinə hadisə yerindən kənarlaşması onun Rəvanə Həşimovanı məhz öldürmək niyyəti ilə bıçaqlamasını tam olaraq təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə və buna görə hər hansı təqibə məruz qala bilməz. Odur ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara qeyd edilən maddənin mahiyyəti izah edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmin Qərarın 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saat 09 radələrində yaşadıqları evdən çıxaraq “Qarabağ” klinikası istiqamətində piyada hərəkətdə olarkən ünvan 1 ünvanında asfalt yolun sol kənarında cinayətkar niyyətini həyata keçirmək üçün əvvəlcədən evdən götürərək üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən qatlanan cib bıçağını çıxararaq qisas almaq niyyəti ilə qısqanclıq zəminində zərərçəkmiş şəxs X5 üç ədədi daxilə keçən olmaqla ağır zərər vurmaya, yeddi ədədi isə yüngül zərər vurmaya aid olmaqla, ümumilikdə 10 (on) ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirməsi, həmin vaxt bıçağın əyilərək istifadəyə yarasız olduğunu zənn etməsi, Rəvanə Həşimovanın yerə yıxıldığı üçün sonuncunun öldüyünü düşünməsi, əvvəllər tanımadığı şəxslərin hadisə yerinə gəlməsini görüb bıçağı hadisə yerinə ataraq oradan uzaqlaşması, Rəvanə Həşimovanın ətrafda olan istintaqla müəyyən edilməsi mümkün olmayan şəxslər tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi tam sübuta yetirilmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1 və 66.3-cü maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd bıçaq və 02 ədəd pambıq topası məhv edilməli; Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar onun yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli; X5 məxsus 01 ədəd qırmızı rəngli kofta, 01 ədəd ağ rəngli iki hissəyə kəsilmiş bustqalter (lifçik), 01 ədəd qara rəngli parça şalvar və 01 cüt narıncı rəngli ayaqqabı sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli; şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 02 iyun 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd bıçaq və 02 ədəd pambıq topası məhv edilsin. Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli cins şalvar onun yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. X5 məxsus 01 ədəd qırmızı rəngli kofta, 01 ədəd ağ rəngli iki hissəyə kəsilmiş bustqalter (lifçik), 01 ədəd qara rəngli parça şalvar və 01 cüt narıncı rəngli ayaqqabı sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və telefon danışıqlarına dair məlumatlar əks olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar