Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-183/2020 07.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X22 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X8, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri Nümayəndə1 və X4 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:56-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət edərək sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, həmçini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət edərək avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməyərək orta dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes Benz E 230” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Şahsevənlər küçəsində üzü “Ramada Plaza” otelindən Gəncə Dövlət Regional Kollec istiqamətində 100-110 km/saat sürətlə hərəkətdə olarkən Gəncə Dövlət Regional Kollecin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun döngəli olmasını nəzərə almalı, döngəli yola uyğun avtomobilin sürətini təhlükəsiz həddə qədər azaltmalı, avtomobilin yolun hərəkət hissəsi ilə təhlükəsiz və dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunlara əməl etməyərək avtomobilin dayanıqlı hərəkətini təmin etməmiş, avtomobilin idarə etməsini itirmiş və avtomobil yoldan sağ tərəfə çıxaraq işıq dirəyinə, daha sonra ağaclara və Gəncə Dövlət Regional Kollecin hasarına çırpılmış, nəticədə “Mercedes Benz E 230” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər - Zərərçəkmiş şəxs2 alt çənənin açıq sınığı, körpücük sümüyünün sınığı, sağ bud sümüyünün boynunun sınığı, aşıq-baldır oynağı da daxil olmaqla baldır sümüklərinin sınığı ilə müşaiyət edilən sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 qarın və döş qəfəsinin küt travması, qaraciyər və qalxan çənbər bağırsağın cırılması, sağ İ, İV, Vİİ və İX qabırğalarda yerdəyişmiş sınıqları, büzdüm sümüyünün sınığı ilə müşaiyət edilən həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına, X2 tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumuşaq toxumalarına sağ təpə gicgah nahiyələrinə uyğun hissələrdə qansızma, sağ təpə gicgah nahiyəsinin əzilmiş yarası, alt çənə sümüyünün sınığı, hər iki dodağın selikli qişasının qansızması, İİ-İİİ boyun fəqərələrinin sınığı, sınıq ətrafı yumuşaq toxumalara qansızma ilə müşayiət edilən, birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmaqla açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma nəticəsində ehtiyatsızlıqdan Ramin Hüseynovun ölümünə, Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nə məxsus işıq dirəyinə 700 manat məbləğində, Gəncə Dövlət Regional Kollecinə məxsus hasara isə 80 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir və 3 uşağı vardır. Taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Özünə məxsus “Mercedes Benz E” markalı, ** GA *** dövlət nömrə nişanlı avtomobil vardır və həmin avtomobili BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Gəncə şəhər sakinləri olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Ramin Hüseynovu tanıyır, onlarla dost olmuş, münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən günorta saatlarında o, Orxana zəng edərək harada olduğunu soruşmuş və əgər vaxtı varsa vaxt keçirmək üçün çayxanaya gedib nərd oynamağı təklif etmişdir. Orxan isə 10-15 dəqiqəyə evdən çıxacağını bildirdiyindən o öz maşını ilə Orxanın yaşadığı evin yanına getmişdir. Həmin vaxt orada Orxanın, Raminin və Natiqin birlikdə Raminə məxsus avtomobilin yanında olmuşlar. Natiq də ora özünə məxsus “BMW” markalı avtomobillə gəlmişdir. Raminin avtomobilini təmir edib işə saldıqdan sonra onun avtomobilini evlərinin yanındakı avtomobil təmiri sexinə yerləşdirmək üçün onların evinin yanına getmişlər. Avtomobili sexə qoyduqdan sonra təsadüfi olaraq qərar vermişlər ki, birlikdə gedib oturub yeyib-içsinlər. Onlar oradan onun və Natiqin maşını ilə birlikdə Gəncə şəhərində yerləşən “Çinar” kafesinə getmişlər. Dördü birlikdə orada təxminən 2 saata yaxın oturub yeyib-içmişlər və həmin vaxt hər biri, həmçinin o da, spirtli içki qəbul etmişlər. Bundan sonra Natiq hansısa işinin olduğunu deyib öz maşını ilə harasa getmişdir. O, Ramin və Orxan isə birlikdə onun avtomobili ilə pivə içmək üçün “Pirat” çay evinə getmişlər. Həmin vaxt o sərxoş olduğu üçün avtomobilini Orxan idarə etmişdir. Onlar “Pirat” kafedə də oturub birlikdə pivə içmişlər. Təxminən yarım saat sonra Natiq də onların yanına gəlmiş və evə getməyi qərarlaşdırmışlar. Fikirləşmişlər ki, Natiq avtomobilini kafenin qarşısında saxlasın Orxan onun avtomobilini idarə etsin və dördü birlikdə gedib əvvəlcə Ramini evlərinə düşürsünlər, Natiqin maşınını isə sonra götürərlər. Həmin vaxt Orxan onun avtomobilini idarə etməyə başlamış, o, Orxanın arxasında, Ramin onun yanında, Natiq isə qabaqda oturmuşdur.Onlar oradan “Ramada Plaza” otelinin qarşısındakı işıqfora gəlib dayanmışlar və yaşıl işığının yanmasını gözləməyə başlamışlar. Həmin vaxt onun ürəyi sıxılmış və avtomobildə otura bilmədiyi üçün yerə düşmüşdür. Orxan da maşını kənarda saxlayıb Natiq və Raminlə birlikdə yerə düşüb onun yanına gəlmişlər. Bir qədər söhbət etdikdən sonra və o özünə gəldikdən sonra yola davam etdirməyi qərarlaşdırmışlar. Bu dəfə o, özü sükan arxasına oturmuşdur. Orxan onun arxasında, Natiqlə Ramin isə öz yerlərində oturmuşlar. Bundan sonra o, avtomobili idarə etməyə başlamışdır. Lakin sərxoş olduğu üçün avtomobili hərəkətə gətirdiyi andan sonra baş verənləri o xatırlamır. Ayılanda isə özünü xəstəxanada görmüş və yol nəqliyyat hadisəsinin baş verdiyini, Raminin öldüyünü, özlərinin isə xəsarət aldıqlarını bilmişdir. Gəncə “Təhlükəsiz şəhər” kameralarından çıxarılmış video görüntüdə yolun ortasında əlində qış gödəkçəsi ilə avtomobildən birinci yerə düşən şəxs özüdür, onun arxasınca isə Orxan, Natiq və Ramin yerə düşürlər. Sonra isə sükan arxasında özü oturur. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri ilə barışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ramin Hüseynova onun oğludur. xx xxxxxx 2020-ci il tarixdə səhər saat təxminən 10 radələrində o, evdən çıxaraq işlərinin arxasınca getmiş və günorta saat təxminən 15 radələrində evə qayıtmışdır. Evə gələrkən isə evin yaxınlığında olan avtomobil təmiri sexinin qarşısında Raminin maşının görmüşdür. O, evdə olarkən isə həmin ərəfədə Ramin evə gələrək ondan pul istəmiş və o, Raminə 50 manat pul vermişdir. Lakin Ramin harasa gedəcəyini ona deməmişdir. Həmin günü isə saat təxminən 19 radələrində o, evdə olarkən qohumlarından kimsə ona zəng edərək Raminin yol-nəqliyyat hadisəsinə düşdüyünü və xəstəxanada olduğunu bildirmişdir. Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasında olarkən Raminin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü öyrənmişdir. Sonra ona məlum olmuşdur ki, Ramin Orxan, Səbuhi və Natiq adlı tanışları ilə birlikdə olarkən və Səbuhinin idarə etdiyi “Mercedes” markalı avtomobillə evə qayıdarkən yaşadıqları evin yaxınlığında, Humanitar Kollecin qarşısında avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca, hasara və digər maneələrə çırpılmış və yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində isə oğlu Ramin aldığı bədən xəsarətlərindən ölmüşdür. Təqsirləndirilən şəxs ailə üzvləri yas mərasimində iştirak etmişlər, hadisənin ehtiyyatsızlıqdan baş verməsini nəzərə alıb, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırda da şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Natiq, Ramin və Səbuhi adlı şəxsləri uzun müddətdir ki, tanımış, münasibətləri həmişə yaxşı olmuşdur. Münasibətləri yaxşı olduğundan da onlar tez-tez birlikdə bir yerə yığışaraq yeyib içirmişlər. Həmin tanışlarından Ramin də Tatarıstan Respublikasına işləmək üçün gedib-gəlmiş, sonuncu dəfə 2019-cu ilin dekabr ayında Ramin Tatarıstan Respublikasına getməmişdən qabaq özünə məxsus olan “VAZ-2106” markalı avtomobilini onun yaşadığı evin arxasındakı dayanacaqda saxlamış və xx.xx.2020-ci il tarixdə Tatarıstan Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. xx.xx.2020-ci il tarixdə təxminən günorta saatlarında o, Natiq və Ramin birlikdə görüşmüşlər ki, evin arxasında dayanacaqda duran Raminin avtomobilini işə salsınlar və Ramin avtomobilini evlərinə aparsın. Həmin vaxt Natiq ora özünə məxsus “BMW” markalı avtomobillə gəlmişdir. Onlar birlikdə Raminin avtomobilini bir qədər təmir etdikdən sonra Səbuhi də təsadüfən özünə məxsus gümüşü rəngli, “Mercedes” markalı avtomobili ilə ora gəlmişdir. Raminin avtomobilini işə saldıqdan sonra dördü birlikdə Raminin, Səbuhinin və Natiqin avtomobili ilə Raminin yaşadığı evin yaxınlığında yerləşən avtomobil təmiri sexinə getmişlər. Orada olarkən isə təsadüfi olaraq öz aralarında razılaşmışlar ki, gedib yeyib-içsinlər. Onlar oradan Səbuhinin və Natiqin maşını ilə dördü birlikdə Gəncə şəhərində yerləşən “Çinar” kafesinə gedib yeyib-içməyə başlamışlar. Onlar orada təxminən 2 saat oturub yemək yemişlər və hər biri spirtli içki qəbul etmişdir. Bundan sonra Natiq hansısa işinin olduğunu deyib öz maşını ilə harasa getmiş, biz isə pivə içmək üçün o, Ramin və Səbuhi birlikdə Səbuhinin avtomobili ilə “Pirat” kafesinə getmişlər. Həmin vaxt Səbuhinin avtomobilini o, idarə etmişdir. Həmin kafedə də, təxminən yarım saat oturmuşlar və o, Ramin və Səbuhi birlikdə pivə içmişlər. Bir qədərdən sonra Natiq də onların yanına gəlmiş və onlar evə getmək qərarına gəlmişlər. Natiqin avtomobilini kafenin qarşısında saxlamış və saat txminən 18 radələrində dördü birlikdə Səbuhinin avtomobili ilə Ramini evlərinə düşürmək üçün getməyə başlamışlar. Onlar spirtli içki içdiyindən Səbuhi isə sərxoş olduğu üçün avtomobili o, idarə etmişdir. Səbuhi avtomobildə arxa sol oturacaqda, Ramin arxa sağ oturacaqda, Natiq isə qabaq sərnişin oturacağında oturmuşdur. O, “Ramada Plaza” otelinin qarşısındakı işıqforda dayanıb işıqforun yaşıl işığının yanmasını gözləyərkən qəflətən Səbuhi heç bir söz demədən yolun ortasında avtomobildən yerə düşmüş, bundan sonra onlar da avtomobildən yerdə düşmüşlər və Səbuhini sakitləşdirərək avtomobilə mindirmək istəmişlər. Təxminən bir neçə dəqiqə orada olduqdan sonra nədənsə Səbuhi özü sükan arxasında oturmuşdur. O, avtomobildə arxa sol oturacaqda, Ramin arxa sağ oturacaqda, Natiq isə qabaq oturacaqda əyləşmiş və Səbuhi avtomobili hərəkətə gətirərək yola davam etməyə başlamışlar. Səbuhi avtomobili hərəkətə gətirən kimi avtomobilin sürətini artıraraq yola davam etmiş, təxminən 500-600 metr yol getdikdən sonra Humanitar Kollecin qarşısında Natiq Səbuhiyə qışqıraraq döngəni dönə bilməyəcəyini bildirmişdir. Səbuhi isə Natiqə fikir verməmiş və sürəti azaltmadan döngəyə daxil olduğundan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaclara və digər maneələrə çırpılmışdır. Bundan sonra onları ətrafdakı şəxslər avtomobildən çıxararaq xəstəxanaya aparmışlar. Gəncə “Təhlükəsiz şəhər” kameralarından çıxarılmış video görüntüdə xx.xx.2020-ci il tarixdə saat 17:52-də yolun ortasında arxa sol sərnişin oturacağından əlində qış gödəkçəsi ilə düşən şəxs Səbuhidir, sükan arxasından düşən şəxs isə odur. Avtomobildən düşən digər şəxslər Natiq və Ramindir. Həmin vaxt onlar Səbuhini bir qədər sakitləşdirdikdən sonra sükan arxasına oturan şəxs Səbuhidir, Səbuhinin arxasındakı sərnişin oturacağında oturan şəxs odur, onun yanında oturan şəxs Ramindir, qabaq sərnişin oturacağında oturan şəxs isə Natiqdir. Hadisə baş verməmişdən qabaq o, arxada oturduğu üçün avtomobilin hansı sürətlə hərəkət etdiyini görməmişdir, Hadisə nəticəsində ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən aradan qaldırıldığını, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Orxan və Ramin adlı şəxsləri uzun müddətdir ki, tanıyır, Səbuhi isə Orxanın vasitəsi ilə tanımışdır. xx.xx.2020-ci il tarixdə təxminən günorta saatlarında o, Orxan və Ramin birlikdə görüşmüşlər ki, Orxanın yaşadığı evin yaxınlığında dayanacaqda duran Raminin avtomobilini işə salsınlar və Ramin avtomobilini evlərinə aparsın. Həmin vaxt o, ora özünə məxsus “BMW” markalı avtomobillə gəlmişdir. Onlar birlikdə Raminin avtomobilini bir qədər təmir etdikdən sonra Səbuhi də təsadüfən özünə məxsus gümüşü rəngli, “Mercedes” markalı avtomobili ilə yanlarına gəlmişdir. Raminin avtomobilini işə saldıqdan sonra dördü birlikdə Raminin, Səbuhinin və onun avtomobili ilə Raminin yaşadığı evin yaxınlığında yerləşən avtomobil təmiri sexinə getmişlər. Orada olarkən isə təsadüfi olaraq öz aralarında razılaşmışlar ki, gedib yeyib-içsinlər. Onlar oradan Səbuhinin və onun maşını ilə dördü birlikdə Gəncə şəhərində yerləşən “Çinar” kafesinə gedib yeyib-içməyə başlamışlar. Onlar orada təxminən 2 saat oturub yemək yemişlər. Səbuhi, Orxan və Ramin spirtli içki içsələr də, o da, özünü guya içən kimi göstərərək stakanı dodaqlarına vurub qaytarmışdır. Lakin o, həmin vaxt spirtli içki qəbul etməmişdir. Bundan sonra o, uşağı bərbərxanaya aparmaq üçün onlardan ayrılmış və işlərini görüb qurtardıqdan sonra Orxanın, Səbuhinin və Raminin olduqları “Pirat” kafesinə gəlmişdir. Orada olarkən isə evə getmək qərarına gəlmişlər. Onun avtomobilini kafenin qarşısında saxlamışlar və saat təxminən 18 radələrində dördü birlikdə Səbuhinin avtomobili ilə Ramini evlərinə düşürmək üçün getməyə başlamışlar. Səbuhi sərxoş olduğundan avtomobilini Orxan idarə etmiş, Səbuhi avtomobildə arxa sol oturacaqda, Ramin arxa sağ oturacaqda, o isə qabaq sərnişin oturacağında oturmuşlar. Onlar “Ramada Plaza” otelinin qarşısındakı işıqforda dayanıb işıqforun yaşıl işığının yanmasını gözləyərkən qəflətən Səbuhi heç bir söz demədən yolun ortasında avtomobildən yerə düşmüşdür. Bundan sonra onlar da avtomobildən yerdə düşmüşlər və Səbuhini sakitləşdirərək avtomobilə mindirmək istəmişlər. Təxminən bir neçə dəqiqə orada olduqdan sonra nədənsə Səbuhi özü sükan arxasında oturmuşdur. Orxan avtomobildə arxa sol oturacaqda, Ramin arxa sağ oturacaqda, o isə yenə də qabaq oturacaqda əyləşmişlər və Səbuhi avtomobili hərəkətə gətirərək yollarına davam etməyə başlamışlar. Səbuhi avtomobili hərəkətə gətirən kimi avtomobilin sürətini artıraraq yola davam etmişdir. Təxminən 500-600 metr yol getdikdən sonra Humanitar Kollecin qarşısında Səbuhinin avtomobili yüksək sürətlə idarə etdiyini, qarşıda döngə olduğunu görüb ona qışqıraraq döngəni dönə bilməyəcəyini bildirmişdir. Səbuhi isə ona fikir verməmiş və sürəti azaltmadan döngəyə daxil olduğundan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaclara və digər maneələrə çırpılmışdır. Bundan sonra onları ətrafdakı şəxslər avtomobildən çıxararaq xəstəxanaya aparmışlar. Gəncə “Təhlükəsiz şəhər” kameralarından çıxarılmış video görüntüdə xx.xx.2020-ci il tarixdə saat 17:52-də yolun ortasında arxa sol sərnişin oturacağından əlində qış gödəkçəsi ilə düşən şəxs Səbuhidir, sükan arxasından düşən şəxs isə Orxandır. Avtomobildən düşən digər şəxslər onunla Ramindir. Həmin vaxt onlar Səbuhini bir qədər sakitləşdirdikdən sonra sükan arxasına oturan şəxs Səbuhidir, onun arxasındakı sərnişin oturacağında oturan şəxs Orxandır, Orxanın yanında oturan şəxs Ramindir, qabaq sərnişin oturacağında oturan şəxs isə odur. Hadisə nəticəsində ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs ailə üzvləri tərəfindən aradan qaldırıldığını, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, Gəncə Dövlət Regional Kollecində direktor müavini vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 19 radələrində o, kollecdə işdə olarkən Kollecin qarşısında yol-nəqliyyat hadisəsinin olduğunu eşitmişdir. O, dərhal çölə çıxmış və görmüşdür ki, “Mercedes” markalı, gümüşü rəngli, dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi avtomobil yolun kənarında ağaclara, daha sonra isə kolecin hasarına dəyərək dayanmışdır. O da, tez avtomobilə yaxınlaşmış və avtomobilin içərisinə baxdıqda avtomobilin qabaq sərnişin oturacağında bir nəfər tanımadığı şəxsin sıxışıb qaldığını, bir nəfər şəxsin isə avtomobilin arxa oturacağında olduğunu, ağzından isə qan gəldiyini görmüşdür. Ətrafdakı şəxslərin köməkliyi ilə ağzından qan gələn sərnişini avtomobildən çıxarıb yerə uzandırmışlar. Bir qədərdən sonra hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu, tibbi yardım gəlmişdir. Xilasetmə qrupu gəldikdən sonra avtomobilin qabaq oturacağında sıxışıb qalan sərnişini də avtomobildən çıxararaq xəstəxanaya yola salmışlar. Qəzaya səbəb olmuş avtomobil kollecin hasarına dəyərək hasarın və dəmir barmaqlıqların bir hissəsini uçurmuşdur. O, hadisənin baş verdiyi anı görməmişdir. Hadisə nəticəsində hasara 80 manat məbləğində maddi ziyan dəymişdir, lakin həmin maddi ziyan artıq ödənildiyindən bunula bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, Gəncə şəhər İcra Hakimiyyətinin MKTİB-də hüquqşünas vəzifəsində işləyir. Gəncə şəhər BPİ-nin İ və Tİ-dən daxil olmuş və işlədiyi şöbənin zərərçəkmiş qismində tanınması barədə olan qərarla tanış olmuşdur və ona aydın olmuşdur ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E” markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə hərəkətdə olarkən Gəncə şəhər Hümanitar Kollecin qarşısında idarəetməni itirib yolun sağ hissəsində olan piyadalar üçün nəzərdə tutulmuş səkidə olan ağaclara, MKTİB-nə məxsus işıq dirəyinə və divar hasara çırpılmış, nəticədə MKTİB-nə 700 manat məbləğində maddi ziyan dəymişdir. Həmin həmin maddi ziyan artıq ödənildiyindən bunula bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yaşadığı evin yaxınlığında yerləşən Gəncə Dövlət Regional Kollecində texniki işçi kimi işləyir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 19 radələrində o, evdən çıxıb işlərinin arxasınca gedərkən yaxınlıqda, yolda hansısa avtomobilin bərkdən nəyəsə dəymə səsini eşitmiş, o, səs gələn tərəfə tez gedərək “Mercedes” markalı, gümüşü rəngli, dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi avtomobilin yolun kənarında ağaclara dəyərək dayandığını və avtomobildən tüstü çıxdığını görmüşdür. O, tez avtomobilə yaxınlaşmış və avtomobilin içərisinə baxdıqda avtomobilin sükanı arxasında əvvəllər tanıdığı Səbuhi, qabaq sərnişin oturacağında Natiq, arxa sərnişin oturacaqlarında isə Ramin və Orxan adlı şəxslərin olduğunu görmüşdür. O, həmin şəxsləri Gəncə şəhər sakini kimi uzun müddət idi ki, tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamış, əksinə olaraq münasibətləri həmişə yaxşı olmuşdur. Bir neçə dəqiqə ərzində ora polis əməkdaşları, fövqəladə hallar nazirliyinin əməkdaşları, tibb işçiləri və tanımadığı şəxslər toplaş, ətrafdakı şəxslərin köməkliyi ilə onlar həmin şəxsləri avtomobildən çıxararaq xəstəxanaya yola salmışlar. O, həmin şəxslərin çıxarılmasına köməklik göstərərkən avtomobilin içərisindən spirtli içki iyinin gəldiyini hiss etmiş, lakin onlardan hansının spirtli içki qəbul etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, avtomobil təmiri ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə, saat təxminən 19 radələrində işdən çıxıb evə gələrkən yolda yol-nəqliyyat hadisəsinin olduğunu görmüşdür. Belə ki, “Mercedes” markalı, gümüşü rəngli, dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi avtomobilin yolun kənarında ağaclara dəydiyini, ətrafa isə çoxlu sayda insanların, polis əməkdaşlarının, fövqəladə hallar nazirliyinin əməkdaşlarının, tibb işçilərinin yığıldığını görmüşdür. O da, tez avtomobilə yaxınlaşmış və avtomobilin içərisinə baxdıqda avtomobilin qabaq sərnişin oturacağında Natiq adlı qohumunun olduğunu görmüşdür. Avtomobildə olan digər şəxsləri isə artıq xəstəxanaya aparmışdılar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə onlar Natiqi də, avtomobildən çıxararaq xəstəxanaya yola salmışlar. Orada olarkən isə ona məlum olmuşdur ki, həmin avtomobil əvvəllər tanıdığı Səbuhi adlı şəxsin avtomobili olmuşdur və Səbuhi özü də sükan arxasında olmuşdur, hadisə nəticəsində xəsarət almışdır. Hadisənin baş verdiyi anı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhər X18 sürücü vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 19 radələrində işdən çıxıb evə gələrkən Gəncə şəhəri Humanitar Kollecin qarşısında yol-nəqliyyat hadisəsinin olduğunu görmüşdür. Belə ki, “Mercedes” markalı, gümüşü rəngli, dövlət qeydiyyat nömrəsinə fikir vermədiyi avtomobilin yolun kənarında ağaclara dəydiyini, ətrafa isə çoxlu sayda insanların yığıldığını görmüşdür. O da, tez avtomobilə yaxınlaşmış və avtomobilin içərisinə baxdıqda avtomobilin qabaq sərnişin oturacağında bir nəfər tanımadığı şəxsin sıxışıb qaldığını, bir nəfər şəxsin isə yerə uzanıqlı vəziyyətdə olduğunu və ağzından qan gəldiyini görmüşdür. Ətrafdakı şəxslərin avtomobildə sıxışıb qalan sərnişini çıxara bilmədiklərini görüb o, dərhal FHN-nin xilasetmə qrupuna, daha sonra isə polisə zəng edərək məlumat vermişdir. Bir qədərdən sonra hadisə yerinə polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu, tibbi yardım gəlmişdir. Xilasetmə qrupu gəldikdən sonra avtomobildə sıxışıb qalan sərnişini də avtomobildən çıxararaq xəstəxanaya yola salmışlar. Lakin o, hadisənin baş verdiyi anı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2010-cu ildən etibarən DİO-da xidmət aparır. 2020-ci ilin fevral ayının 18-də o, iş yoldaşı İlkin Bağırovla birlikdə xidmətdə olarkən saat təxminən 18:00 radələrində onlara Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Humanitar Kollecin qarşısında yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Onlar birlikdə dərhal hadisə yerinə getmişlər və ora çatdıqda sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E” markalı, **-GA-*** nömrə nişanlı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə, daha sonra isə Humanitar kollecin hasarına çırpılaraq dayandığını görmüşdür. Həmin vaxt 1 nəfər avtomobilin içərisində sıxışıb qalmışdır və ətrafdakı şəxslər tərəfindən artıq təcili tibbi yardıma, həmçinin Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupuna zəng edilmişdir. Bir qədərdən sonra ora təcili tibbi yardım briqadası, həmçinin xilasetmə qrupu da gəlmişdir. Vəzifə borcunu yerinə yetirərək hadisə yerinin mühafizəsini və müainəsini təmin etmişlər. Həmin vaxt tərəfindən müəyyən edilmişdir ki, hadisə vaxtı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Regional Kollecin qarşısında baş vermişdir. hadisə zamanı hava dumansız və yağıntısız olmaqla işıqlı olmuş, yolun hərəkət hissəsi asfalt örtüklü, qismən döngəli, üfüqi, hamar və hadisə vaxtı quru vəziyyətdə olmuşdur. Yol örtüyünün eni 10 metrdir, 2 hərəkət zolağı vardır və hərəkət zolaqlarının eni 5 metrdir. Eyni istiqamətli nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti vardır. Hadisə “Ramada Plaza”dan üzü Gəncə Dövlət Regional Kollec istiqamətində, yolun sağ tərəfində, piyadalar üçün nəzərdə tutulmuş səkinin üzərində baş vermişdir. Hadisə yerində avtomobilin təkərlərindən qalma heç bir tormozlanma izləri aşkar edilməmişdir. Hadisə yerinə baxış zamanı üzərində qan izləri olduğundan avtomobilin sükanın hava yastığı ekspertiza təyin edilməsi məqsədi ilə kəsilərək götürülmüşdür. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilmişdir. “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş verməmişdən qabaq olan görüntülər Gəncə şəhər təhlükəsizlik kameralarında qeydə alındığından həmin görüntülər təhlükəsiz şəhər kameralarından DVD diskə köçürülərək cinayət işinə əlavə edilmişdir.Həmin video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17:52-də Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz E” markalı, **-GA-*** dövlət nömrə nişanlı, gümüşü rəngli, avtomobil Gəncə şəhəri 28 may küçəsi ilə hərəkət edərək həmin küçənin Nizami prospekti ilə kəsişməsində işıqforda yolun hərəkət hissəsinin ortasında işıqforun icazə işığının yanmasını gözləyən digər avtomobillərin arxasında dayanır, yolun hərəkət hissəsinin ortasında olmalarına baxmayaraq həmin vaxt bir nəfər sərnişin avtomobilin arxa sol qapısını açaraq yerə düşür və əlində olan qış gödəkçəsini əyninə geyinərək yolun kənarına gedir. Həmin vaxt avtomobilin sürücüsü avtomobilin qapısını açaraq yerə enir, avtomobildən düşən sərnişinin avtomobilə qayıtmadığını gördükdə yenidən avtomobilə minərək avtomobili yolun hərəkət hissəsinin sağ kənarına doğru hərəkət etdirərək avtomobili saxlayır. Bundan sonra sürücü yenidən avtomobildən düşərək az öncə avtomobildən əlində gödəkçə ilə düşən sərnişinə yaxınlaşır, həmin sərnişin isə yolun hərəkət hissəsinin ortasına çıxaraq orada dayanır, sürcü isə onu yolun kənarına çıxmasını istəyir, eyni zamanda avtomobilin qabaq və arxa sağ oturacağında oturmuş sərnişinlər də yerə avtomobildən düşürlər və onlar dördü də birlikdə yolun kənarında dayanıb söhbət edirələr. Onlar birlikdə yolun kənarında bir qədər söhbət etikdən sonra əlində gödəkçə ilə avtomobilin arxa sol oturacağından yerə düşmüş sərnişin avtomobilin sükanı arxasına oturur, digər sərnişinlər və sürücü də avtomobilin sərnişin oturacaqlarında oturlar, bundan sonra saat 17:56-da avtomobil 28 may küçəsindən Nizami prospektinə, oradan isə dərhal Şahsevənlər küçəsinə daxil olaraq “Ramada Plaza” otelinin qarşısı ilə üzü Gəncə şəhər Hümanitar Kollecə doğru sürətlə hərəkət edir. Bundan sonra baş verənlə görüntü dairəsindən çıxır. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. Üzləşdirmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş və o, ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Üzləşdirmə haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Abbasov X17 Səbuhi Akif oğlu ilə üzləşdirilmiş və o, ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər- kəllə tağı və kəllə əsası sümüklərinin xətti formalı sınığı, baş beyinə və beyinciyə qansızma, başın yumuşaq toxumalarına sağ təpə gicgah nahiyələrinə uyğun hissələrdə qansızma, sağ təpə gicgah nahiyəsinin əzilmiş yarası, alt çənə sümüyünün sınığı, hər iki dodağın selikli qişasının qansızması, İİ-İİİ boyun fəqərələrinin sınığı, sınıq ətrafı yumuşaq toxumalara qansızma.Qeyd olunan xəsarətlər həyatidir, - bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir.X1 ölümünə səbəb açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn kəllə tağı sümüklərinin sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur.Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq belə hesab edirəm ki, ölümün müddəti meyit müayinə olunan vaxta nəzərən 1-3 saatdır (meyitin müayinəsi xx.xx.2020-ci il tarixdə saaat 21-00-da aparılmışdır).X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir.X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı 1,5%o qatılığında etil spirti aşkar edilmişdir, etil spirtinin bu miqdarı qəbul edilmiş müvafiq cədvələ əsasən orta dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlir. Maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs maye halında qan qrup göstəricisi ABO sistemi üzrə AB(İV)-dür.Təqdim olunmuş avtomobildən götürülmüş bir ədəd hava yastığı üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB(İV) olduğundan Təqsirləndirilən şəxs məxsus ola bilər. Maddi sübutların ekspertizasının xx.xx.2020-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı 1,0%o-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar, kannabinoid (çətənə bitkisindən alının və təbii mənşəli narkotik vasitə hesab edilən) və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilməmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 551 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarın və döş qəfəsinin küt travması, qaraciyər və qalxan çənbər bağırsağın cırılması, sağ İ, İV, Vİİ və İX qabırğalarda yerdəyişmiş sınıqları, büzdüm sümüyünün sınığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 552 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt çənənin açıq sınığı, körpücük sümüyünün sınığı, sağ bud sümüyünün boynunun sınığı, baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olmaqla bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 513 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sağ diz oynağını müdialkollaateral bağ zədələnməsi, sağ təpə təpə nahiyyəsinin əzilmiş-çapılmış yarası, sol ayaq İ-daraq sümüyünün əsasının sınığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir.Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli 8/511 nömrəli rəyindən görünür ki, 1-2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz E 230 markalı 90GA318 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 100-110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O hal-hazırda hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. O, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və etdiyi hərəkətlərin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. xx.xx.2020-ci il tarixli 580 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 581 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Zərərçəkmiş şəxs1 yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. AC 645709 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/ Gəncə Asan xidmətindən verilmiş sürücülük vəsiqəsi vardır və һəmin vəsiqə xx.xx.2028-ci il tarixədək etibarlıdır. AD № 366301 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz E” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 məxsusdur. Baş Dövlət X27 xx.xx.2020-ci il tarixli, 313-2249-1220 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs AC 645709 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. Gəncə şəhər 4 saylı mənzil istismar sahəsinin xx.xx.2020-ci il tarixli 838 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 41, mənzil 11-də həyat yoldaşı X15, övladları X12, X13 və X16 ilə ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. AZ-İ № 872391 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X15 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİİ № 771441 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2016-cı ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X10r. AZ-İV № 141665 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2018-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X10r. AZ-İV № 414960 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2020-ci ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X10r. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Rayonlarası Narkoloji Dispanserinin xx.xx.2020-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “Mercedes Benz E 230” dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılması üçün faktiki sahibi Təqsirləndirilən şəxs təhvil verilmiş, “Mercedes Benz E 230” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının təhlükəsizlik yastığı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmiş və baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd disk maddi sübut kimi tanınmış icinayət işinin materiallarına əlavə edilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X6 istintaq orqanına ünvanladığı xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisi, zərər çəkmiş şəxslər və zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri barışmasını və ondan heç bir şikayət və tələblərinin olmamalarını, himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, ailə və sosial vəziyyətini eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E 230” dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılması üçün faktiki sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzər alınmalı, Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmiş“Mercedes Benz E 230” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının təhlükəsizlik yastığı istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Gəncə şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İ ş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz E 230” dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılması üçün faktiki sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzər alınsın, Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmiş“Mercedes Benz E 230” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanının təhlükəsizlik yastığı istifadəyə yararsız olmaqla dəyərləri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X22 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-183/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-183/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver