Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-183/2021 02.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Qalayçılar kəndində qeydiyyatda olmaqla, Ağdam rayonunun Quzanlı 1 qəsəbəsi ev 164-də yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində "X21" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin, 1-ci bəndinin tələblərini pozaraq sürücülük hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu- Tərtər-Hindarx yolunun Tərtər rayon ərazisindən keçən 67-ci ci kilometrliyində "X21" Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hadisə baş verən yerdə yolun ortasında bütöv xəttin olmasını nəzərə alaraq idarə etdiyi avtomobili sağ hərəkət zolağı ilə hərəkət etdirməli, yolun ortasında olan bütöv xətti kəsməməli, avtomobili qarşı sol hərəkət hissəsinə çıxartmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, bunu etməyərək 60 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə Hindarx istiqamətində hərəkətdə olan zaman, qarşıda onunla eyni istiqamətdə yolun sağ hərəkət zolağı ilə 40 km/saat sürətlə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi "Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili solundan ötüb keçərkən hərəkət zolaqlarını ayıran düz xətti kəsib qarşı sol hərəkət zolağına çıxaraq ağ düz xətdən sola doğru 20 sm. metr məsafədə əks hərəkət zolağında avtomobilin qabaq sol hissəsi ilə, əks zolaqla, Borsunlu istiqamətində hərəkətdə olan X3 50-60 km/saat sürətlə idarə etdiyi "VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vuraraq toqquşmuş və sonra "Mercedes Benz 208D" mikroavtobusun arxa sağ yan hissəsi Hindarx istiqamətinin sağından soluna doğru 1,8 metr məsafədə "Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan hissəsi toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan X3 baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan kəllə tağı sümüklərinin açıq qəlpəli sınığı, təpə-sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu və sol budun sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına və sonuncunun ölməsinə, bundan başqa X3 mülkiyyətçisi olduğu "VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3517 (üç min beş yüz on yeddi) manat məbləğində maddi zərər vurulmasına, Zərərçəkmiş şəxs1 mülkiyyətçisi olduğu "Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 550 (beş yüz əlli) manat məbləğində maddi zərər vurulmasına və Zərərçəkmiş şəxs2 mülkiyyətçisi olduğu "Mercedes Benz 208D" mikroavtobus markalı **- LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 418 (dörd yüz o səkkiz) manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun atası Zərərçəkmiş şəxs2 məxsusdur. 13 noyabr 2020-ci il tarixdə saat təxminən 19:30 radələrində o, idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobusla anası Şahid3 ilə birlikdə Bərdə rayonundan Ağdam rayonunun Quzanlı 1 qəsəbəsinə getmək üçün yola çıxmışlar. Şahid3 mikroavtobusda onun arxasında olan oturacaqda oturmuşdur. O, idarə etdiyi mikroavtobusla 60 km/saat sürətlə Borsunlu-Tərtər-Hindarx yolu ilə Tərtər rayonu ərazisindən keçən yolun sağı ilə öz yolum ilə Ağdam istiqamətində hərəkətdə olan zaman, qarşıda yolun sağında yerləşən "Seyidin" yanacaqdoldurma məntəqəsindən "Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin gözlənilmədən yola daxil olub Ağdam istiqamətinə doğru hərəkət etdiyini görmüş, işıq və səs siqnalı ilə işarə verib onun yoluna çıxması barədə xəbərdar etmişdir. Buna baxmayaraq "Mercedes Benz E220" markalı avtomobilin sürücüsü onun yoluna çıxaraq hərəkətini davam etdirmişdir. Təqsirləndirilən şəxs həmin avtomobilin solundan ötüb keçməyə az qalmış əks istiqamətdən avtomobil gəldiyindən idarə etdiyi avtomobili sola çəkə bilməmiş və avtomobilin sağ arxa tərəfi "Mercedes Benz E220" markalı avtomobilin sol yan tərəfinə dəymişdir. Toqquşma nəticəsində avtomobili oynayıb əks istiqamətə daxil olmuş və əks istiqamətlə gələn "VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Lakin o, toqquşma anında birinci hansı avtomobillə toqquşmasını dəqiq bilmədiyini qeyd etmiş, ola bilsin ki, idarə etdiyi avtomobillə əks istiqamətə daxil olub "VAZ 21099" minik markalı avtomobillə toqquşduqdan sonra "Mercedes Benz E220" markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o, xəsarət alsa da anası Şahid3 xəsarət almamışdır. Hadisədən sonra Bərdə rayonu Soğanverdilər kəndində yaşayan qohumu Cəsarət İbrahimova zəng edərək hadisə barədə bildirmiş, Cəsarət İbrahimov hadisə yerinə gəlmiş və Şahid3 ilə Təqsirləndirilən şəxs yol avtomobili ilə Bərdə rayon xəstəxanasına aparmışdır. "VAZ 21099" markalı avtomobilin sürücüsünün aldığı xəsarətlərdən öldüyü ona sonradan məlum olmuşdur. "Mercedes Benz E220" markalı avtomobilin sürücüsünü əvvəllər tanımamış, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Bundan başqa o, ifadəsində hadisə zamanı içkili olmadığını, eyni zamanda sürücülük hüququnun da olmadığını əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Xəyyam İsrəfiləzadənin hadisə zamanı idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur. Avtomobili pul verib almış və etibarnamə ilə idarə edir. 13 noyabr 2020-ci il tarixdə oğlu Xəyyam anası Şahid3 ilə birlikdə ona məxsus "Mercedes Benz 208D" markalı mikroavtobusla Bərdə rayonunun Cəyirli kəndinə getmişlər. Belə ki, onun sahədə işi olduğu üçün avtomobili oğlu Xəyyam idarə edib arvadı Minara ilə birlikdə onlara aid sənədləri qohumlarının yaşadığı evdən gətirmək üçün Bərdə rayonu Cəyirli kəndinə getmişlər. Xəyyamın avtomobil idarə etməsi üçün sürücülük hüququnun olmamasını bilsə də, avtomobil idarə edə bildiyi üçün ona avtomobili idarə etməyə icazə vermişdir. 13.11.2020-ci il tarixdə saat 19:30 radələrində ona məlumat verib, Borsunlu-Tərtər yolunda oğlu Xəyyamın idarə etdiyi mikroavtobusla yol qəzasına uğradığını bildirmişlər. Oğlu Xəyyam hadisə nəticəsində xəsarət almış və Bərdə rayon xəstəxanasına yerləşdirilmişdir. Xəyyamın toqquşduğu "VAZ 21099" markalı avtomobilin sürücüsü öldüyü ona sonradan məlum olmuşdur. Hadisə zamanı ona məxsus avtomobilə zərər dəymişdir, lakin oğlundan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki Şahid1 onun oğludur. Hadisə zamanı Şahid1 idarə etdiyi "Mercedes Benz E200" minik markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Oğlu Elvinin sürücülük vəsiqəsi olduğu üçün ara-bir Elvin onun avtomobilini götürüb rayonda idarə edir, lakin Şahid1 etibarnamə verməmişdir. 13 noyabr 2020-ci il tarixdə saat təxminən 19:40 radələrində oğlu Elvin ona zəng edərək idarə etdiyi "Mercedes Benz E200" minik markalı **- RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx yolunun Tərtər rayon ərazisindən keçən 67-ci kilometrliyi ilə Bərdə rayonundan Ağdam rayon istiqamətində yolun sağı ilə hərəkətdə olan zaman solundan ötüb keçən markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi, "Mercedes Benz 208D" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobus əks istiqamətlə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "VAZ 21099" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra "Mercedes Benz 208D" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Elvinin idarə etdiyi avtomobillə toqquşduğunu bildirmişdir. O, bunu eşidəndən dərhal sonra hadisənin olduğu yerə getmiş və Elvinin idarə etdiyi avtomobilin sol yan tərəfinin əzildiyini və onunla toqquşan "Mercedes Benz 208D" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobus yolun sağında olduğunu görmüşdür. Əks istiqamətin sağ kənarında isə "VAZ 21099" markalı avtomobil dayanmışdır. O, hadisə yerində gedəndə "Mercedes Benz 208D" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin adını sonradan bildiyi, əvvəllər tanımadığı sürücüsü Xəyyam İsrəfildzadə hadisə yerində olmuş, lakin sonra Xəyyamı orada görməmiş və xəstəxanaya getdiyini eşitmişdir. Orada VAZ 21099" markalı avtomobilin sürücüsünün xəsarət aldığı və xəstəxanaya aparılarkən yolda öldüyü məlum olmuşdur. Bundan başqa o, hadisə zamanı ona məxsus "Mercedes Benz E200" minik markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil əzildiyindən ona maddi ziyan dəydiyini, lakin dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini, Qarabağ regional mərkəzində xüsusi xilasetmə hissəsinin xilasetmə növbəsinin xilasedicisi vəzifəsin işləyir, rütbəsi daxili xidmət çavuşudur. Onun "BC" kateqoriyalı sürücülük vəsiqəsi var. Hadisə zamanı idarə etdiyi "Mercedes Benz E200" minik markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə atası Zərərçəkmiş şəxs1 məxsusdur. Onun sürücülük vəsiqəsi olduğu üçün atasına məxsus avtomobili idarə edir, lakin həmin avtomobili idarə etməsi üçün etibarnaməsi yoxdur. 13 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində o, idarə etdiyi "Mercedes Benz E200" minik markalı **- RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Borsunlu-Tərtər-Hindarx yolunun Tərtər rayon ərazisindən keçən 67-ci kilometrliyi ilə Bərdə rayonundan Ağdam rayon istiqamətində hərəkətdə olmuşdur. Yolun sağında yerləşən "Seyidin" yanacaqdoldurma məntəqəsi deyilən yanacaqdoldurma məntəqəsinə daxil olub avtomobilə benzin vurmuş, sonra yanacaqdoldurma məntəqəsindən çıxıb Ağdam rayon istiqamətində hərəkət etmək üçün yol kənarına gəlmişdir. O, yolun sol tərəfinə baxmış və təxminən 200-250 metr uzaqlıqda bir avtomobil gəldiyini görmüşdür. Həmin avtomobil uzaqda olduğu üçün Ağdam istiqamətində yola daxil olub hərəkətini davam etdirmişdir. Təxminən 100-150 metr yanacaqdoldurma məntəqəsindən aralaşıb yolun sağı ilə idarə etdiyi avtomobillə 40 km/saat sürətlə hərəkətdə olan zaman arxadan onunla eyni istiqamətdə yüksək sürətlə hərəkət edən markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "Mercedes Benz 208D" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun ağ düz xətti kəsib onun solundan ötüb keçmək istədiyini görmüşdür. Həmin anda əks istiqamətdən gələn markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "VAZ 21099" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil siqnal vermiş, buna görə də "Mercedes Benz 208D" markalı mikroavtobus onun solundan ötüb keçməsi üçün avtomobilini tez sağa istiqamətləndirmişdir. "Mercedes Benz 208D" markalı mikroavtobus onun solundan ötüb keçmiş və əks istiqamətlə gələn "VAZ 21099" markalı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində "Mercedes Benz 208D" markalı mikroavtobus oynayaraq ona tərəf istiqamətlənmiş və arxa sağ tərəfi onun avtomobilinin sol yan tərəfindən dəyərək toqquşmuşdur və onun avtomobili hərəkətdə olduğu istiqamətin sağına yol çiyninə doğru dayanmışdır. "Mercedes Benz 208D" markalı mikroavtobus bir qədər qabaqda sağda dayanmışdır. "VAZ 21099" markalı avtomobil isə əks istiqamətin sağına çıxıb yol kənarında dayanmışdır. Hadisə nəticəsində o, xəsarət almamışdır. "VAZ 21099" markalı avtomobilin sürücüsü xəsarət almış, huşsuz vəziyyətdə olmuşdur. "VAZ 21099" markalı avtomobilin sürücüsünü tanımadığı adamlar avtomobildən çıxarmışlar. Hadisə yerinə təcili tibbi yardım avtomobili gələrək "VAZ 21099" markalı avtomobilin sürücüsünü oradan aparmışlar. Həmin sürücünün yolda öldüyü ona sonradan məlum olmuşdur. Bundan sonra o, avtomobili ilə toqquşmuş "Mercedes Benz 208D" markalı mikroavtobusun adını sonradan bildiyi, əvvəllər tanımadığı sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində görməmişdir. Daha sonra hadisə yerinə müstəntiq gəlmiş, onun və digər şəxslərin iştirakları ilə hadisə yerinə baxış keçirilərək, sxem çəkilmişdir. O, protokola və sxemə imza etmişdir. Bundan başqa o, ifadəsində hadisə zamanı ayıq vəziyyətdə olduğunu, təqsirləndirilən şəxsi əvvəllər tanımadığını, onunla düşmənçiliyin və ya ədavətinin olmadığını bildirmişdir. Hadisə zamanı o, avtomobildə tək olmuş, sərnişin və yük olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur, belə ki, onun atası ilə Xəyyamın atası əmioğludurlar. 13 noyabr 2020-ci il tarixdə saat təxminən 19:35 radələrində Xəyyam ona zəng edərək Borsunlu-Tərtər-Hindarx yolunda Tərtər rayonu ərazisində “Seyidin” yanacaqdoldurma məntəqəsinin yaxınlığında idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəzaya uğradığını və xəsarət aldığını bildirmişdir. Onun yaşadığı kənd hadisə yerinə yaxın olduğundan yol avtomobili ilə hadisənin baş verdiyi yerə getmiş və Xəyyamın idarə etdiyi avtomobilin əzilmiş vəziyyətdə olduğunu görmüşdür. Bundan başqa orada "VAZ 21099" markalı və "Mercedes Benz E220" markalı əzilmiş avtomobillər də olmuşdur. Sonrada ona məlum olmuşdur ki, Xəyyam idarə etdiyi avtomobillə "Mercedes Benz E220" markalı və "VAZ 21099" markalı avtomobillər toqquşmuşdur və "VAZ 21099" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılan zaman yolda ölmüşdür. Hadisə zamanı Xəyyam xəsarət alsa da anası xəsarət almamışdır. O, Xəyyamı yol avtomobili ilə Bərdə rayon xəstaxanısa aparmışdır. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilərək tətqiq edilmiş X16 ifadəsində göstərmişdir ki, Kəlbəcər rayon Başlıbel kəndində qeydiyyatdadır, Bərdə rayonu Xanərəb kəndində ailə üzvləri ilə birlikdə məskunlaşaraq yaşayır. Yol nəqliyyat hadisəsində ölmüş X9 onun əri olmuşdur. "VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Tahir Cəfərova məxsusdur. Tahir hər hansı bir işdə işləməmişdir. 2-ci qrup əlil olmuş, əlilliyə görə təqaüd almışdır. 13 noyabr 2020-ci il tarixdə saat təxminən 20 radələrində məlumat verib bildirmişlər ki, Tahir idarə etdiyi avtomobillə Borsunlu-Tərtər yolunda Tərtər rayon ərazisindən keçən yolda markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində Tahir ölmüşdür. Həmin günü tibbi ekspertizadan sonra Tahirin meyitini yaşadığı evə gətirilmişdir. 14 noyabr 2020-ci il tarixdə isə Bərdə rayonu Xanərəb kənd qəbiristanlığında dəfn etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tətqiq edilmiş X10 ifadəsində göstərmişdir ki, Ağdam rayonu Quzanlı 1 qəsəbəsi ev 164-də yaşayır. Təqsirləndirilən şəxs oğludur. 13 noyabr 2020-ci il tarixdə saat təxminən 19:30 radələrində Xəyyam və o, Xəyyamın idarə etdiyi "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonundan Ağdam rayonu Quzanlı 1 qəsəbəsinə yaşadıqları evə gedən zaman Xəyyam avtomobili idarə etmiş, o, avtomobildə sürücünün arxasında olan oturacaqda oturmuşdur. X22 Hindarx yolu ilə Tərtər rayon ərazisi ilə Ağdam rayon istiqamətində hərəkətdə olan zaman görmüşdür ki, qarşıda yolundan sağından yanacaqdoldurma məntəqəsinin qarşısından bir avtomobil markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil gözləmədən onların hərəkətdə olduğu yola daxil olub Ağdam rayon istiqamətində hərəkət etmiş, onlar gedib qarşıda həmin avtomobilin solundan keçəndə biranlıq onu görmüşdür ki, onların avtomobili toqquşmuş, həmin anda o, avtomobilin içərisində yıxılmışdır. Hadisə nəticəsində oğlu Xəyyam xəsarət almışdır, lakin o, xəsarət almamışdır. Xəyyamı yol avtomobili ilə Bərdə rayon xəstəxanasına aparmışlar. O, konkret olaraq birinci hansı avtomobilin toqquşmasını görməmişdir, sonradan oğlu Xəyyamdan ona məlum olmuşdur ki, Xəyyamın avtomobili "Mercedes Benz E220" markalı avtomobilin sağı ilə toqquşub sonra əks istiqamətə daxil olub qarşıdan gələn markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşubdur, "VAZ 21099" minik markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən ölmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilərək tətqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPX-ti alayının 13-cü tağımında baş inspektor vəzifəsində işləyir, rütbəsi polis serjantıdır. 13 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində xidməti ərazidə xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Borsunlu-Tərtər-Hindarx yolunun Tərtər rayonu ərazisindən keçən 67-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermişdir. Məlumat alan kimi həmin günü xidmətdə olan 13-cü tağım baş inspektoru işləyən Şahid6 ilə birlikdə dərhal qeyd olunan əraziyə getmişlər. Hadisə yerinə çatanda görmüşlər ki, hadisə yerində "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, "VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil və "Mercedes Benz E220" markalı **-RF- *** dövlət qeydiyyat nişanlı avtomobillər vardır, əzilmiş vəziyyətdədirlər. "Mercedes Benz E220" markalı avtomobilin adını sonradan bildiyi sürücüsü Şahid1 hadisə yerində olmuş, digər avtomobillərin sürücüləri xəsarət aldıqları üçün xəstəxanaya aparılmışdır. Onların məlumatı əsasında hadisə yerinə baş müstəntiq Ceyhun Axundov gəlmiş onların iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Hindarx istiqamətində hərəkətdə olan zaman Borsunlu istiqamətində hərəkətdə olan "VAZ 21099" minik markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonra "Mercedes Benz 208D" mikroavtobus markalı avtomobil Hindarx istiqamətində hərəkətdə olan "Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə yerinin sxemi çəkilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokola və sxemə imza etmişlər. Sonradan məlum olmuşdur ki, "VAZ 21099" minik markalı avtomobilin sürücüsü adı sonradan məlum olan X9 hadisə yerindən xəstəxanaya aparılan zaman yolda ölmüşdür. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilərək tətqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPX-ti alayının 13-cü tağımında baş inspektor vəzifəsində işləyir, polis serjantıdır. 13 noyabr 2020-ci il tarixdə saat 19:30 radələrində o, xidmətdə olarkən məlumat verib bildirmişlər ki, xidməti ərazi olan Borsunlu-Tərtər-Hindarx yolunun Tərtər rayonu ərazisindən keçən 67-ci kilometrliyində avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məlumat əsasında o, xidmətdə olan 13-cü tağım baş inspektoru Şahid5 ilə birlikdə qeyd edilən yerə getmişlər. Hadisə yerinə çatmışlar və görmüşlər ki, hadisə yerində "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, "VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil və "Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır, əzilmiş vəziyyətdədirlər. Hadisə yerində "Mercedes Benz E220" markalı avtomobilin adını sonradan bildiyi sürücüsü Şahid1 hadisə yerində olmuş, digər avtomobillərin sürücüləri xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. Daha sonra məlumatları əsasında hadisə yerinə baş müstəntiq Ceyhun Axundov gəlmiş onların iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı məlum olmuşdur ki, "Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Hindarx istiqamətində hərəkətdə olan zaman Borsunlu istiqamətində hərəkətdə olan "VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra "Mercedes Benz 208D" mikroavtobus markalı avtomobil Hindarx istiqamətində hərəkətdə olan "Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşubdur. Hadisə yerinin sxemi fotoşəkilləri çəkilmiş, protokol tərtib edilmiş, oxunmuş və protokolun sxemin doğruluğu imzalarla təsdiq edilmişdir. Sonradan məlum olmuşdur ki, "VAZ 21099" minik markalı avtomobilin sürücüsü adı sonradan onlara məlum olan X9 hadisə yerindən xəstəxanaya aparılan zaman yolda ölmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 noyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə 13.11.2020-ci il tarixdə, 19-30 radələrində Borsunlu- Tərtər-Hindarx yolunun Tərtər rayon ərazisindən keçən 67-ci km-də baş vermişdir. Hadisə baş verən yerdə yol düz, quru, asfalt ötüklü olmaqla ortadan bütöv xətlə əsk istiqamətli hərəkət axınlarına ayrılmışdır, hərəkət hissəsinin eni 7.6 metrdir, yolun sağ və sol çiyinlərinin eni 2.5 metrdir, yolda sürət məhdudiyyəti 80km/saatadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 noyabr 2020-ci il tarixli 1028 nömrəli “Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanıı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15.11.2020-ci il tarixli, Avtomobilə baxış keçirilməsi haqqında protokollardan və əlavə edilmiş foto şəkillərdən görünür ki, Mercedes Benz 208D" mikroavtobus markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin qabaq sol hissəsi əzilmişdir, alın şüşəsi sınmışdır, qabaq sol qapısı əzilmişdir. qabaq sol təkər yararsız hala düşmüşdür. Bundan başqa avtomobilin sağ yan tərəfinin arxa hissəsində zədələr, eyni zamanda sürtünmə izi vardır. Avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15.11.2020-ci il tarixli, avtomobilə baxış keçirilməsi haqqında protokollardan və onlara əlavə edilmiş foto şəkillərdən görünür ki, VAZ 21099" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin qabaq sol hissəsi əzilmişdir, avtomobilin qabaq hissəsi deformasiyaya uğramışdır, alın şüşəsi sınmışdır, qabaq sol qapısı əzilmişdir, şüşəsi şınmış vəziyyətdədir. Bundan başqa qabaq sol təkər qatlanmışdır, qabaq sağ hissəsi deformasiyaya uğramışdır. Avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15.11.2020-ci il tarixli, avtomobilə baxış keçirilməsi haqqında protokollardan və onlara əlavə edilmiş foto şəkillərdən görünür ki, Mercedes Benz E220" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin qabaq sol qapı hissəsi və ətrafı əzilmişdir, avtomobilin qaı şüşəsi sınmışdır. Bundan başqa avtomobilin sol ğüzgüsü sınmışdır, avtomobilin baş hissəsində zədələr yoxdur. Avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, İsrafilzadə Xəyyam Məhəmməd oğlunun məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 13.11.2020-ci il tarixli, 28 nömrəli rəyindən görünür ki, mərhum X7 meyitinin müayinəsi zamanı müəyyən edilmiş xəsarətlər- baş beyinin yumşaq toxumasına qansızma ilə ağırlaşan kəllə tağı sümüklərinin açıq qəlpəli sınığı, təpə-sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazu və sol budun sıyrıqları - bərk küt alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, 13.11.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1,5-2 saat əvvəl baş verdiyini göstərir. Mərhumun meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatında etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 23.11.2020-ci il tarixli, 704 nömrəli rəyindən görünür ki, İsrafilzadə Xəyyam Məhəmməd oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət- aktiv və possiv hərəkətin məhdudluğu ilə müşaiət olunan sol budun orta və yuxarı 1/3-nin ön yan səthinin dəri altı hemotoması və qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 13 noyabr 2020-ci il tarixinə uyğun gəlir. Yol nəqliyat hadisəsi zamanı əmələgəlməsi zamanı istoisna edilmir. Qeyd olun xəsarət səhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,yolnəqliyyat hadisələri ekspertizasının 19 yanvar 2021-ci il tarixli 8/73 nömrəli rəyindən görünür ki, "Mercedes Benz 208D" markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X21» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs "Mercedes Benz 208D" markalı mikroavtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X21» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tətqiqi hissədsində göstərilən hərərk üçün təhkükə yaranan anadan Mercedes Benz E220 markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 18.8 metrdən kiçik məsafədən olmasının istintaq tərəfindən müəyyən edilkməsi şəraitində sürücü Şahid1 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısıənın alnıması ilə əlaqədar «X21» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz E220 markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquçma yerində 18.8 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Şahid1 «X21» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşv və onun həmin maddənin tələblərinə riayət etməklə toquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. sürücü Qarayev X14 Benz E220 markalı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəktlərində «X21» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tətqiqi hissəsində göstərilən səbəblərə görə hərəkət üçün təhkükə yararnan anda VAZ 21099 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 31.8-41.6metrdən kiçik məsafədə olmasını istintaq tərəfindən müyyən edilmə şəraitindən sürücü X4 toqquşmanın qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X21» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhkükə yararnan anda VAZ 21099 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 31.8-41.6 metrdən böyük məsafədə olmasını istintaq tərəfindən müyyən edilmə şəraitindən sürücü X4 toqquşmanın hərəkətlərində «X21» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Mercedes Benz 208D markalı mikroavtobusun qabaq sağ və qabaq sağ yan hissəsinin Mercedes Benz E220 markalı avtomobillə Mercedes Benz E220 markalı avtomobilin isə qabaq sol və qabaq sol qanadın qabaq yan hissəsinin Mercedes Benz 208D markalı mikroavtobusla kontaktda olmaması nəzərə alınmağla toqquşmanın Mercedes Benz 208D markalı mikroiavtobusun qabaq sol hoissəsini VAZ 21099 markalı avtomobiln qabaq sol yan hissəsi ilə Mercedes Benz 208D markalı mikroiavtobusun arxa sağ yan hissəsinin Mercedes Benz E220 markalı avtomobilin sol yan ( qabaq sol qanadın arxa və qa baq sol qapı) hissəsi ilə baş verməsi istintaq tərəfindən müəyyən edilmiş, hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 fevral -2021-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, X2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Birinci Quzanlı qəsəbə zibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28.12.2020-ci il tarixli 104 və 103 nömrəli arayışlardan və xasiyyətnamdən görünür ki, X1 rayon Birinci Quzanlı qəsəbəsində 160 saylı evdə anası X6 və atası Zərərçəkmiş şəxs2 İsrafil oğlundan ibarət ailə tərkibi ilə yaşayır, və yaşayış yeri üzərə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məlumatdan görünür ki, X2 anası Rəhimova Minarə Ələmşah qızı remotoit artrit ürək mədə xəstəliyindən daimi əziyyət çəkir və müalicəsi müntəzəm olaraq Bakı şəhəri Azərbaycan Tibb Universitetinin professoru doktor Sahib Musayev ürək həkimləri isə Bərdə MRX-nin həkimləri doktor İlham Hüseyinov və doktor Arif Qasımov həkimin nəzarətindədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağdam rayon X19”-nın 26.01-ci il tarixli 377 nömrəli məktubundan görünür ki, Ağdam rayonu Qalayıçlar kənd sakini xx.xx.1993-ci il təvəllüdlü X11 oğlu X24 Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X12 notarial qaydada təsdiq edilmiş 08.06.2021-ci il və 04.12.2020-ci il tarixli ərizələrindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X16təqsirləndirilən şəxs X5 ilə barışmış, onlara dəymiş maddi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 İsrafil oğlu İİİ qrup müharibə əlilidir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışmasını, onlara dəymiş maddi ziyanın ödənilməsini, atasının İ Qarbağ müharibəsində iştirak etməklə İİİ qrup müharibə əlili olmasını, CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmiş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Mercedes Benz E220” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 208D” markalı mikroavtobus **-LZ-*** dövlət qeydiyyat nişanlı və “VAZ- 21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 100 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi Ağdam Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar Mercedes Benz 208D” markalı mikroavtobus **-LZ-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21099” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmhdov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-183/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-183/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver