Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-183/2022 15.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxs Şahid1 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 24 avqust 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ikinci qrup əlil, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 iyul 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi 81 saylı binanın qarşısında onunla qonşuluqda yaşayan tanışı Şahid1 sonuncunun 02 iyul 2021-ci il tarixdə yaşadıqları binanın qarşısında səs-küy salmasını ona irad tutması səbəbindən aralarında baş vermiş mübahisə zamanı Şahid1 əli ilə onun sifət nahiyəsinə bir dəfə zərbə endirərək üst dodaq nahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurduqdan sonra, o, Şahid1 güləş fəndi ilə yerə yıxaraq yerdən götürdüyü istintaq zamanı əldə edilməsi mümkün olmayan deşici-kəsici alətlə vahid qəsdlə bir dəfə baş nahiyəsinə vuraraq sonuncuya təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər xəsarət, ardınca isə qəsdən sinə nahiyəsinə bir dəfə vuraraq sonuncuya həyat üçün təhlükəli olan döş qəfəsinin sol ön-yan səthinin daxilə keçən hemopnevmotoroksla müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası rəhmətə getmiş, özü ikinci qrup əlildir. Ailəlidir, himayəsində iki az yaşlı uşağı var. Şahid1 uşaqlıqdan tanıyır, uşaqlıqdan eyni binada qonşuluqda yaşamışlar, aralarında yoldaşlıq münasibətləri vardır. 02.07.2021-ci il tarixdə ailəsi ilə birlikdə yaşadığı evdə olarkən gecə saatlarında Faiq yaşadıqları binanın qarşısında səs küy salaraq narahatçılıq yaratmış, həmin vaxt aralarında narazılıq olmaması və gecə saatları olduğu üçün aşağı düşməyərək Faiqə heç nə deməmişdir. 03.07.2021-ci il tarixdə günorta saat 16 radələrində yaşadıqları Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 81 saylı binanın qarşısına olarkən həmin vaxt Faiqin binanın qarşısında tək dayandığını görmüşdür. Faiqə yaxınlaşaraq sonuncuya yaşadıqları binanın qarşısında gecə saatlarında səs küy salıb narahatçılıq yaratmasını irad tutmuş, onun Faiqə irad tutmağı sonuncunun xoşuna gəlməmiş və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Faiq anidən sağ əli ilə yumruqla onun dodaq nahiyəsinə bir dəfə zərbə endirmiş, o, Faiqin onu vuracağını gözləmədiyi üçün zərbənin təsirindən büdrəyərək geri çəkilmişdir. Sonra isə Faiqin üstünə gələrkən sonuncunun ayağından tutub güləş fəndi ilə yerə yıxmış, Faiqi yerə yıxdıqdan sonra yumruqla bədən nahiyəsinə bir dəfə zərbə endirmiş, həmin vaxt əsəbi olduğundan yerdə dalaşarkən yerdə olan dəmir parçasını götürüb həmin dəmir parçası ilə Faiqin baş nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bundan sonra isə həmin dəmir parçası ilə Faiqin sinə nahiyəsinə zərbə vurmuşdur. Sonra onlar aralaşmışlar. Bundan sonra o, oradan uzaqlaşaraq yaşadığı evə getmiş, sabahı gün isə Kəpəz Rayon Polis İdarəsinə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Şahid1 xəsarət yetirən zaman binanın qarşısında onlar ikisi olmuş, başqa heç kəs olmamışdır. O, Faiqlə yerdə dalaşan zaman sonuncuya yerdən götürdüyü dəmir parçası ilə xəsarət yetirmiş, xəsarət yetirdikdən sonra həmin dəmir parçasını xatırlamadığı yerə atmış, həmin dəmir parçası təxminən 10-12 sm uzunluğunda olmuşdur. Aralarında mübahisə yarandıqda ilkin olaraq Faiq yumruqla onun üz nahiyəsinə vurmuş, həmin vaxt dodağından xəsarət almış, lakin sonuncuya qarşı hər hansı şikayət və tələbi olmamışdır. Bütün bunlara baxmayaraq Şahid1 sağalması üçün tibbi xərcləri ödədiyini, hadisədən sonra Faiqlə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, eyni binada qonşuluqda yaşamışlar, yoldaşlıq münasibətləri vardır. 03.07.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı Ü.Hacıbəyov küçəsi 81 saylı binanın qarşısında tək dayanmış, həmin vaxt Cabbar ona yaxınlaşaraq dünən gecə onun binanın qarşısında səs-küy saldığını ona bildirmiş, o, isə Cabbara səs küy salmadığını telefonla danışarkən əsəbləşdiyini bildirdikdə aralarında sözlə mübahisə yaranmış, həmin vaxt Cabbar binada hər kəsin öz ailəsi ilə yaşadığını, onun gecə saatlarında narahatçılıq yaratmağının düzgün olmadığını ona bildirdikdə Cabbarın onunla bu tərzdə danışmağı onun xoşuna gəlməmiş, həmin vaxt o, əsəbləşərək özündən çıxmış və sağ əli ilə Cabbarın dodaq nahiyəsinə zərbə endirmişdir. Bu zaman Cabbar zərbənin təsirindən bir qədər geri çəkilib sonra onun üzərinə gəlmiş və onu ayağından tutaraq yerə yıxmışdır. Həmin vaxt yerdə Cabbarla əlbəyaxa olarkən Cabbar haradan əldə etdiyini görmədiyi dəmir parçası ilə onun baş nahiyəsinə zərbə endirmiş, sonra isə həmin dəmir parçası ilə onun sinə nahiyəsinə bir dəfə zərbə endirmiş, bundan sonra onlar yerdən qalxaraq bir-birilərindən aralaşmışlar. O, isə sinə nahiyəsindən qan açıldığı üçün yaşadığı evə getmişdir. Həmin vaxt o, evdə köynəyini çıxarmış, yarasının üzərini yumuş, lakin qan kəsmədiyi üçün yarasının üzərini təmiz parça ilə bağlayıb əyninə təmiz paltar geyinərək tanımadığı taksi avtomobili ilə xəstəxanaya getmiş və əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs onu vurmasına səbəb onun 02.07.2021-ci il tarixdə gecə saatlarında yaşadıqları binanın qarşısında səs-küy salmağı səbəbindən 03.07.2021-ci il tarixdə o, yaşadığı binanın qarşısında dayanarkən Cabbarın gəlib ona irad tutması və aralarında mübahisə yaranarkən ilkin olaraq onun yumruqla Cabbarın dodaq nahiyəsinə yumruq vurmağı olmuş, yerdə onlar dalaşarkən Təqsirləndirilən şəxs əlində olan görmədiyi alətlə bir dəfə alın nahiyəsinə, daha sonra isə sinə nahiyəsindən vurduqdan sonra yenidən onu vurmaq imkanı olsa da onu vurmamış və onun üzərindən duraraq geri çəkilmiş, o, isə həmin vaxt oradan uzaqlaşıb getmişdir. Həmin vaxt yaşadıqları Ü.Hacıbəyov küçəsində 81 saylı binanın qarşısında Cabbarla ondan başqa hər hansı şəxs olmamış, həmin hadisə heç kimin narahatçılığına səbəb olmamış, səs küy yaranmamış, digər şəxslər ora toplaşmamış, həmin vadisə vaxt etibarı ilə təxminən 4-5 dəqiqə müddətində davam etmişdir. Onun sol əlində olan xəsarətləri ona Təqsirləndirilən şəxs yetirməmiş, onlar yerdə dalaşarkən ola yerdə olan daş, şüşə və ya digər əşya qırığı əlinin içərisini cızaraq xəsarət yetirmişdir. Hadisə zamanı xəsarət alarkən əynində olan paltarları qan olduğu üçün evə gələrək dəyişib xəstəxanaya getmiş, həmin vaxt evdə heç kim olmamış və heç kimin görməməsi üçün qanlı paltarlarını götürüb xəstəxanaya gedərkən xatırlamadığı yerə atmışdır. Sonradan Təqsirləndirilən şəxs ilə barışmış, sağalması üçün tibbi xərclər ödənilmişdir. Cabbarın qonşusu olmasını, ailəsində ondan başqa işləyən şəxsin olmamasını, ikinci qrup əlil olmasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alıb, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Şahid1 onun qardaşıdır. 03.07.2021-ci il tarixdə saat 17 radələrində şəhər ərazisində olarkən Faiq mobil telefonuna zəng edərək yaşadıqları binanın qarşısında kimləsə dava edib bıçaqlandığını ona bildirmiş, hal hazırda isə xəstəxanada olduğunu demiş və onun da ora gəlməyini istəmişdir. O, dərhal xəstəxanaya getmişdir. Bundan sonra o, ərizə ilə qardaşı Faiqin naməlum şəxs tərəfindən bıçaqlanmağı barədə müraciət etmişdir. Faiqlə söhbət edən zaman Faiqin həmin gün saat 16 radələrində yaşadıqları binanın qarşısında qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə aralarında baş verən mübahisə zamanı Cabbarın üz nahiyəsinə yumruqla zərbə endirməsi, bundan sonra isə onlar yerdə dava edərkən Cabbarın yerdən götürdüyü naməlum kəsici alətlə baş və sinə nahiyəsinə bir dəfə zərbə endirməsi ona məlum olmuşdur. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 03.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi 81 saylı binanın qarşı tərəfidir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 22.07.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, istintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs Şahid1 xəsarət yetirdiyi alətin və hadisə zamanı zərərçəkmiş Şahid1 əynində olmuş zədəli paltarların əldə edilərək götürülməsi, hadisəsi yerini əhatə edən müşahidə kameralarının olub-olmaması, müsbət halda görüntülərin əldə edilərək istintaqa təqdim olunması, Şahid1 xəstəxanaya getdiyi taksi sürücüsünün şəxsiyyətinin müəyyən olunması, baş vermiş hadisə vaxtı orada başqa şəxslərin olubolmaması, müsbət halda həmin şəxslərin dairəsinin müəyyən edilməsi, hadisəni görə biləcək orada yaşayan və işləyən şəxslərin və hadisənin şahidi olmuş digər şəxslərin əhatə dairəsinin müəyyənləşdirib dindirilmələri üçün istintaqa cəlb edilməsi, baş vermiş hadisənin birgə yaşayış və ədəb qaydalarını qərəzli surətdə pozub-pozmaması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olub-olmaması, hadisə zamanı ictimai qaydanın kobud formada pozulubpozulmaması, ora kənar şəxslərin toplaşıb-toplaşmamasının müəyyən edilməsi üçün bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, həmin hadisə qısa zaman kəsiyində baş vermiş, hadisə zamanı ora kənar şəxslər toplaşmamış, həmin vaxt ictimai qayda kobud şəkildə pozulmamış, heç kimin qorxu və narahatçılığına səbəb olmamışdır. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 05 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş vermə mexanizmi ilə bağlı ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının 06 iyul 2021-ci il tarixli 1075 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət üst dodaq nahiyyəsinin yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 03.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının 21 avqust 2021-ci il tarixli 1415 saylı rəyindən görünür ki,Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarət - döş qəfəsinin sol ön-yan səthinin daxilə keçən hemopnevmotoroksla müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətlə yetirilmişdir, ağırlıq dərəcəsinə görüə bu xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir.Şahid1 bədəni üzərində yuxarıda göstərilən kəsilmiş-deşilmiş yaradan başqa təpə nahiyəsində bir ədəd, sol əlin ovuc səthində isə üç ədəd kəsilmiş yaralarda müəyən edildi. Bu xəsarətlər kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və hər biri ayrı-ayrılıqda ağırlıq dərəcələrinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir.Şahid1 bədəni üzərində müəyyən edilən xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 03.07.2021-ci il tarixə uyğun gəlir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 621 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, cinayət əməlini törədərkən və hazırki ekspertiza zamanı EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, NEVROTİK REAKSİYALARLA XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin maetrialları, tibbi sənədlər, anamnestik məlumatlar, tibbi sənədlər (X1 verilmiş 06.11.2013-cü il tarixli 1864/2013 saylı ambulator karta, SQ BKH-dan verilmiş 2499 saylı xəstəlik haqqında şəhadətnamə), amnestik məlumatlar, hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, NEVROTİK REAKSİYALARLA XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, DEKOMPENSASİYA MƏRHƏLƏSİNDƏ, ÖZÜNÜ KƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsi səbəbindən, həmçinin onda müşahidə edilən davranış pozğunluğunun mülayim ifadəli olması ilə əlaqədar onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. AZ-İ № 917325 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X10 arasında 07.01.2014-cü il tarixdə nikah bağlanmışdır. AZE İV № 392482 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10.01.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X7r. AZE № 12698466 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 28.01.2016-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X7r. Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Xidmətinin 21.10.2015-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Gəncə şəhəri Narkoloji Dispanserinin 29.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Ruhi Əsəb Dispanserinin 01.10.2021-ci il tarixli saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 06.11.2013-cü ildən “kəskin ifadə olunmuş uzun sürən təkrarolunan nevrotik pozuntu, özünə qəsd cəhdləri” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. “Şübhəli şəxsin tutulması haqqında” 04.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 iyul 2021-ci ildən hesablanmışdır. 23 iyul 2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair” Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 02.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 03 ay uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Şahid1 istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 08.07.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” 27.12.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən Şahid1 Təqsirləndirilən şəxs sağlamlığına qəsdən yüngül zərər vurması faktı üzrə sonuncunun şikayəti olmadığından həmin xüsusatla bağlı Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs Şahid1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, özünün ikinci qrup əlil olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.8, 59.1.9, 59.1.12, 59.1.13 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. «Uşaq hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Konstitusiyasına,Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 1ci maddəsində göstərilir ki, Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 17-ci maddəsində göstərilir ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, özünün ikinci qrup əlil olmasını və əməlindən səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 07 (yeddi) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs 04 iyul 2021-ci il tarixdən 15 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 07 (yeddi) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və orta təhsilini davam etdirmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər İcra və X4 həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-183/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-183/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver