Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-184/2020 02.07.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmudov Faiq Nüsrət oğlu sədrliyi Məhkəmə iclas katibi Dövlət ittihamçısı Azərbaycan Respublikası______Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ALİYEV TURAL RAFİQ OĞLU Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ______saylı hüquq məsləhətxanasının vəkili iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı x1 Məhkəməsinə aiddir. İlkin məhkəmə zamanı aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyindən və məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilməsi müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, işin materialları ilə tanış olarkən müəyyən olunmuşdur ki, ______ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı kobud prosessual pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 303-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin. Həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən Faiq Mahmudov Hakim Elmin Rüstəmov Hakim Xəqani Səmədov
Məhkəmə qərarları › İş №1(100)-184/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-184/2020
02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver