Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-184/2021 01.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, lakin məhkumluğu ödənmiş, Gəncə şəhəri, Nizami rayonu, Zərdabi küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə təkrarən qanunsuz olaraq külli miqdarda narkotik maddə və psixotrop maddə əldə edib üzərində daşıyaraq satmışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən, 02 ədəd kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,409 qram və 0,105 qram olmaqla ümumilikdə təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 0,514 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı, 03 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,464 qram, 0,415 və 0,118 qram olmaqla ümumilikdə təmiz çəkiləri şəxsi istehlak miqdarından artıq miqdarda 0,997 qram narkotik vasitə olan heroini və 04 ədəd kiçik kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,728 qram, 0,447 qram, 0,472 qram olmaqla ümumilikdə təmiz çəkiləri şəxsi istehlak miqdarından artıq miqdarda 1,749 qram psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış və həmin narkotik vasitə olan heroinin təmiz çəkisi 0,118 qram çəkidə olan hissəsini 11.05.2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Nizami rayonu, Məhrasa Bağı, Al marketi ticarət mağazasının sol yan hissəsində hal hazırda vəfat etmiş tanışı Şahid1 25 manat müqabilində satmış, bundan sonra həmin gün saat 22 radələrində Gəncə şəhər Nizami rayon Pİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, Mahrasa Bağı, 12 saylı binanın yaxınlığında müəyyən edilib Gəncə şəhəri, Nizami rayon Pİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindəki «Sobraniya» markalı siqaret qutusunun içərisində satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyaraq saxladığı 02 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,409 qram və 0,105 qram olmaqla ümumilikdə təmiz çəkiləri 0,514 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, 02 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0, 464 qram və 0,415 qram olmaqla ümumilikdə təmiz çəkiləri 0,879 qram çəkidə narkotik vasitə olan heroin və 04 ədəd kiçik kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,728 qram, 0,447 qram, 0,472 qram olmaqla ümumilikdə təmiz çəkiləri 1,749 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdarda - yəni, 9 (doqquz) ədəd şəffaf rəngli politilen kəsiklərinə bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,459 qram, 0,491 qram, 0,692 qram, 0,429 qram, 0,557 qram, 0,841 qram, 0,618 qram, 0,701 qram, 0,059 qram, ümumi təmiz çəkisi 4,847 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 2020-ci ilin iyul ayının əvvələrində həmin 9 (doqquz) ədəd şəffaf rəngli politilen kəsiklərinə bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,459 qram, 0,491 qram, 0,692 qram, 0,429 qram, 0,557 qram, 0,841 qram, 0,618 qram, 0,701 qram, 0,059 qram narkotik vasitə olan heroini hər bükümü 20 manat pula, ümumilikdə 180 manat pul müqabilində Şahid6 Gəncə şəhəri, Kəpəz rayonu, X12 yaxınlığında satmışdır. Bundan başqa o, təkrarən, məlum olmayan tarixdə və mənbədən, 01 ədəd kibrit qutusunun içərisində 01 ədəd polietilen kəsiyi bükümündə və 01 ədəd sellofan torbacıqdakı 04 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,946 qram, 0,383 qram, 0,237 qram, 0,295 qram, 0,258 qram olmaqla ümumi çəkisi külli miqdar hesab edilən 3,119 qram çəkidə kustar üsulla hazılanmış psixotrop maddə olan metamfetamini və 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,194 qram çəkidə bitki mənşəli qurudulmuş marixuananı təkrarən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 09.07.2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhər BPİ-nin PPX-ti taborunun əməkdaşlarının «COVİD-19» pandemiyası ilə bağlı sərtləşdirilmiş xüsusi karantin rejimi ilə bağlı Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospektində yerləşən «İmperial» yanacaq doldurma məntəqəsinin yaxınlığında postda olarkən karantin rejimi qaydalarını pozaraq icazə sisteminin olmamasının müəyyən edilməsi zamanı üzərində satış məqsədilə qanunsuz olaraq daşıyıb saxladığı həmin narkotik vasitəni məsuliyyətdən yayınmaq üçün yerə tullamış, həmin yerə baxış keçirilən zaman 01 ədəd kibrit qutusunun içərisində 01 ədəd polietilen kəsiyi bükümündə və 01 ədəd sellofan torbacıqdakı 04 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,946 qram, 0,383 qram, 0,237 qram, 0,295 qram, 0,258 qram olmaqla ümumi çəkisi külli miqdar hesab edilən 3,119 qram çəkidə kustar üsulla hazılanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,194 qram çəkidə bitki mənşəli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, dəqiq məlum olmayan vaxtda və mənbədən, 01 ədəd sellofan torbacıqda təmiz çəkisi külli miqdar hesab edilən 2,172 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 13 avqust 2020-ci il tarixdə saat 08 radələrində, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, Nizami rayonu, Mahrasa Bağı, Təbriz marketin yaxınlığında müəyyən edilib Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq üzərində daşıyaraq saxladığı 01 ədəd sellofan torbacıqda təmiz çəkisi külli miqdar hesab edilən 2,172 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq protokolları, sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Beləki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayının axırlarında, dəqiq tarixini xatırlamadığı vaxtda Gəncə şəhəri, Nizami kinoteatrı tərəfdə piyada gəzərkən Milliön aparatının yanında siqaret qutusunun və bükümün olması onun diqqətini cəlb etmiş və ayağı ilə həmin əşyanı tərpədəndə içərisində kakos kimi tanıdığı metamfetamin və heroinə oxşar kütlə olduğunu müəyyən etmişdir. O, həmin bükülünü götürüb, nə vaxtsa lazım olacağını fikirləşərək üzərində gəzdirmişdir. 02 may 2020-ci il tarixdə axşam saatlarında Gəncə şəhəri Qaraçılar dairəsi adlanan yerdə əvvəl tanımadığı, arıq bədənli, qarayanız, bığlı və üzü tüklü bir oğlan ilə görüşüb narkotik lazım olduğunu demiş, həmin şəxs də ona iri bir bükümdə marixuananı 10 manata satmışdır. O, həmin şəxsdən marixuananı alandan sonra bir dəfə istifadə etmiş və qalanını öz istifadəsi üçün üzərində gəzdirmişdir. 11 may 2020-ci il tarixdə saat 22 radələrində dostu Yaşarın Kia markalı avtomobilində oturub söhbət edərkən özündə olan marixuanadan istifadə etmiş, Yaşar isə istifadə etməmişdir. Həmin vaxt mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini Gəncə şəhəri Nizami rayon Pİ-nin əməkdaşları kimi təqdim edərək onu və Yaşarı Nizami RPİ-yə aparmış, orada narkotik alqı-satıqısında şübhəli olduğunu bildirmişlər. Sonra üzərində şəxsi axtarış aparılarkən o, əynindəki gödəkçənin sol yan cibindən “Sobranie” siqaretinin içərisindəki qaraçılar məhləsindən aldığı qalın marixuananı, tapdığı heroini və kakos kimi bildiyi metamfetamini təqdim etmişdir. Hər bir kütlə aptek tərəzisində çəkilmiş, marixuana kağız bükümlə birlikdə 1 qram, heroin 1,5 qram, metamfetamin isə kağız bükümlə birlikdə 2 qram çəkidə olmuşdur. 13 avqust 2020-ci il tarixdə saat 08 radələrində tanışı Şahid13 idarə avtomobillə Gəncə şəhəri Mahrasa Bağında çörək sexindən çörək alıb gedərkən Cavada, “Təbriz marketin” yanında saxlamasını demiş, Cavad da maşını orada saxlamışdır. O, “Təbriz marketin” yaxınlığında düşmüş və marketə çatmamış yerdə sellofan bükülü olduğunu görmüşdür. Həmin bükülünü içərisinə baxarkən sellofan bükülüdə “şüşə” kimi adlandırılan metamfetamin olduğunu görmüşdür. O, həmin psixotrop maddədən istifadə edəcəyini fikirləşərək və həmin bükülünü cibimə qoyub Cavadın yanına qayıtmışdır. Həmin vaxt Cavadın onun narkotik maddə tapmasından xəbəri olmamışdır. O, avtomobilə yaxınlaşanda polis əməkdaşları da ona yaxınlaşaraq özlərini təqdim etmiş və onları avtomobil ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə aparmşılar. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən tapdığı metamfetamini təqdim etmiş və həmin kiçik həcmli sellofan torbacığa baxış keçirilmiş, sellofan torbacığın içərisində ağ rəngli metamfetaminə oxşar kütlənin olması məlum olmuşdur. Həmin kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 3,4 qram olmuşdur. O, həmin psixotrop maddəni təxminən bir saat əvvəl Təbriz marketin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan başqa o, ifadəsində 09.07.2020-ci il tarixdə axşam saatlarında tanışları Ramil və Kamran ilə birlikdə Kamranın avtomobili ilə Gəncə şəhəri Kəpəz rayonu Ş.İ.Xətai prospektində yerləşən İmperial Yanacaq doldurma məntəqəsinin yaxınlığında karantin postunda saxlanılarkən üzərində marixuana olduğunu, yerə psixotrop maddə olan metamfetamin atmadığını, və heç kimə 9 ədəd bükümdə narkotik vasitəni satmadığını, Elsevərə narkotik vasitəni satmayaraq pulsuz verdiyini, Kamran adlı şəxsə isə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid11 ifadəsində göstərmişdir ki, 13 avqust 2020-ci il tarixdə, səhər saat 08 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid14la birlikdə işə gedərkən Təqsirləndirilən şəxs Gəncə şəhəri, Mahrasa Bağı, Təbriz marketin yaxınlığında olduğunu görmüşlər. Səhər saatlarında vətəndaş özünü şübhəli apardığından və qaçma ehimalı olduğundan Gəncə şəhər Baş Polis İdarəsinin PPX taborunun əməkdaşları Şahid12 və Şahid15 yaxınlaşıb onlara kömək lazım olduğunu bildirmişlər. Daha sonra o və Şahid14 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmək istərkən Təqsirləndirilən şəxs onları görüb qaçmış, polis nəfəri Şahid12 da onun arxasınca qaçaraq Ceyhunu tutub saxlamışdır. Sonra Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. İdarədə Şahid14, Şahid12 və Şahid15 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kiçik həcmli sellofan bükülüdə təxminən 4,5 qram çəkidə «şüşə» adlandırdıqları psixotrop maddə olan metamfetami çıxarıb təqdim etmişdir. O, həmin narkotik vasitəni “Təbriz market”-in yaxınlığından tapdığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə olan metamfetamin qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili Şahid14 Şahid11 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPX taborunun polis nəfəri Şahid15 ifadəsində göstərmişdir ki, 13 avqust 2020-ci il tarixdə səhər saat 08 radələrində ekipaj yoldaşı Şahid12la birlikdə Gəncə şəhəri, Mahrasa Bağı tərəfdə xidmətdə olan vaxt Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməliyyat müvəkkilləri Şahid11 və Şahid14 onlara yaxınlaşıb köməklik etmələrini xahiş etmişlər. Emingil şübhəli şəxs Təqsirləndirilən şəxs yaxınlaşanda Təqsirləndirilən şəxs onları görüb qaçmış, Şahid12 da onun arxasınca qaçaraq onu tutub saxlamışdır. Daha sonra isə əməliyyatçılarla birlikdə Təqsirləndirilən şəxs avtomobil ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə aparmış və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd kiçik həcmli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində ağ duza oxşar narkotik vasitənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Təbriz market”-in yanından tapığını bildirmişdir. Daha sonra isə həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPX taborunun polis nəfəri Şahid12 Şahid15 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPX taborunun polis nəfəri Şahid9 ifadəsində göstərmişdir ki, 09 iyul 2020-ci il tarixdə, saat təxminən 09 radələrində Gəncə şəhəri Ş.İ.Xətai prospektində İmperial Petrol YDMnin qarşısında post yoldaşı Şahid10lə birlikdə xidmətdə olan zaman Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq avtomobillərin və vətəndaşların şəhər ərazisində sərbəst hərəkət etmək üçün icazələrinin olub olmadığını yoxlayarkən ağ rəngli Lada Priora markalı avtomobilini saxlamışlar. Avtomobildə olan Təqsirləndirilən şəxs və digər 2 nəfər şəxs özlərini şübhəli apardıqları, həmçinin də karantin rejim qaydalarını pozduqları üçün o, yaxınlıqda xidmət aparan patrul avtomobilini köməyə çağırmışdır. Təqsirləndirilən şəxs İmperial YDM-nə tərəf gedərək əlində olan əşyanı oradakı ağacın arxasına atmışdır. Təqsirləndirilən şəxs getdiyi yerə narkotik vasitə atma ehtimalı olduğundan qeyd edilən ərazini mühafizə edərək aidiyyəti üzrə Kəpəz RPİ-nə məlumat vermişlər. Təqsirləndirilən şəxs polis idarəsinə göndərdikdən sonra həmin əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus sellofan aşkar olunmuş və baxış keçirilərək götürülmüşdür. Baxış zamanı sellofanın içərisindən şipirislər və ilk baxışdan metamfetaminə oxşar kütlə aşkar olunmuş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin PPX taborunun polis nəfəri Şahid10 məhkəmə iclasında verdiyi ilkin ifadəsində, eləcə də ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadələrində göstərmişdir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospektində İmperial Petrol YDM-nin qarşısında post yoldaşı Şahid9 ilə birlikdə xidmətdə olan zaman ağ rəngli “Lada Priora” markalı, ** TS *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünü özünü şübhəli apardığına görə saxlamışlar. Avtomobili saxlayan zaman Təqsirləndirilən şəxs özünü şübhəli apardığı və karantin rejim qaydalarını pozduğu üçün yaxınlıqda xidmət aparan patrul avtomobilinin köməyi ilə onu Polis İdarəsinə aparmışlar. Həmin vaxt Ceyhun əlində olan əşyanı orada olan ağacın arxasına atmış, sonra həmin əşyanın narkotik vasitə olması məlum olmuşdur. Lakin Şahid10 məhkəmə istintaqı zamanı verdiyi ikinci ifadəsində həmin vaxt orada olmadığını, Ceyhunun ağacın arxasına narkotik vasitə atdığını görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin PPX tağımının polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməklə saxlaması barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında idarənin Şahid3 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat qrupu tərəfindən Şahid1 yeri Gəncə şəhəri Nizami rayonu Təbriz marketin yaxınlığında olan «COVİD-19» pandemiyası ilə bağlı stasionar postda müəyyən edilmişdir. Şahid1 OPEL Astra markalı avtomobildə müəyyən edərək həmin avtomobilin sürücüsü və avtomobildə olan digər şəxslərlə birlikdə üzərlərində şəxsi axtarış aparılması üçün Gəncə şəhər Nizami rayon Polis İdarəsinə aparmışlar. Şahid1 üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin haradan əldə etməsi soruşulduqda, Elsevər həmin heroini saxlanılmamışdan bir neçə dəqiqə əvvəl 25 manat pul müqabilində Ceyhun adlı şəxsdən aldığını bildirdiyi üçün Təqsirləndirilən şəxs də həmin gün Gəncə şəhəri Mahrasa Bağı 12 saylı binanın yaxınlığında müəyyən edərək idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhər Nizami rayon Pİ-nə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sol yan cibindən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Elsevərin ona borcu olduğunu, həmin gün Şahid1 narkotik vasitə olan heroini pulsuz verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Nizami rayon Polis İdarəsinin PPX tağımının polis nəfəri Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vremişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, belə ki narkotik vasitə olan kokosdan istifadə edir. 09 iyul 2020-ci il tarixdə təxminən saat 20 radələrində Ramil ona zəng edərək Ceyhunla görüşməsini istəmişdir. O da özünə məxsus “Lada Priora” markalı avtomobillə Ramil və Ceyhunla görüşmüş, onları avtomobilə mindirib, birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektinə İmperial YDM-nə getmişlər. Onlar YDM-dən çıxdıqdan sonra yolda olan və karantin rejimi ilə əlaqədar olaraq qoyulmuş karantin postunda olan polis əməkdaşları onları saxlamış və sərbəst hərəkət etmək üçün icazələrinin olmadığı üçün polis avtomobili ilə Kəpəz rayon polis idarəsinə aparmışlar. Ceyhun həmin gün ona istifadə etmək üçün bir qədər kakos kimi bildiyi heroin vermişdir. Ceyhundan aldığı heroini yaşadığı evdə yataq otağında olan oyuncaq ayının içərisində gizlətmişdir. Bundan sonra 12 iyul 2020-ci il tarixdə axşam saatlarında avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən polislər onu saxlamış və avtomobilində Ceyhunun ona verdiyi narkotik vasitəni aşkar etmişlər. Eyni zamanda o, Ceyhunun kibrit qutusu gizlətdiyini gördüyünü, lakin sellofan gizlətdiyini görmədiyini, Ceyhunun gizlətdiyi kibrit qutusunun içərisindən narkotik vasitə aşkar oldunuğunu sonradan bildiyini qeyd etmişdir. Bundan başqa Şahid6 istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona narkotik vasitəni başqa şəxslərdən fərqli olaraq 20 manata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o, Şahid6 anasıdır. 10 iyul 2020-ci il tarixdə saat təxminən 01 radələrində tanımadığı bir nəfər şəxs onun mobil telefonuna naməlum nömrədən zəng edərək oğlu Kamranın polis tərəfindən tutulduğunu və evlərində, Kamranın otağında narkotik vasitə olduğunu, polis əməkdaşlarının gəlib evə baxacaqlarını demiş, o da evdə Kamaranın yataq otağına, ayı oyuncağının içərisində olan bir ədəd bükülünü götürüb sanitar qovşağında olan unitaza atmış və su axıtmışdır. Sonra Kəpəz polis idarəsinin əməkdaşları onların evlərinə getmiş və onun razılığı ilə ayı oyuncağına baxış keçirmiş və heç nə aşkar etməmişlər. O, baxış zamanı və izahatını verərək həmin kütləni sanitar qovşağında kanalizasiyaya axıtdığını bildirmişdir, polis əməkdaşları sanitar qovşağa baxmış, lakin orada heç nə tapmamışlar. O, oğlu Kamranın narkotik vasitədən istifadə etdiyini bildiyini və Ceyhunu tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə tanışı Şahid6 vasitəsilə tanış olmuşdur. 09 iyul 2020-ci il tarixdə Gəncə şəhəri Mahrasa bağı deyilən yerə gedərək orada Kamran və Ceyhunla görüşmüşlər. Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Kral Petrol” YDM-ə istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları onları saxlayaraq karantin rejmi olduğunu demiş və şəhərdə hərəkət üçün icazələrinin olub-olmadığını soruşmuşdur. Həmin vaxt Ceyhun avtomobildən düşərək kibrit qutusundan kibrit çıxarıb yandırmış sonra boş qutunu yerə atmışdır. Sonra polis əməkdaşları onları Kəpəz RPİ-ə aparmışlar. Daha sonra isə polis idarəsində Ceyhunun atdığı kibrit kutusundan şüşə deyilən narkotik vasitə olan aşkar olunduğu məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş, 04 avqust 2021-ci il də ölmüş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. 11 may 2020-ci il tarixdə o, Ceyhuna zəng edərək narkotik olub-olmadığını soruşmuş, Ceyhun da heroin olduğunu və bir çetini 25 manata satdığını demişdir. O, X7 görüşərək ondan 25 manat müqabilində 1 çet heroin almışdır. Sonra “Təbriz market”-in yaxınlığında polis əməkdaşları onu saxlayaraq Gəncə şəhər Nizami rayon Pİ-nə aparmışlar. Orada ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Üzərində şəxsi axtarış keçirən zaman o, Ceyhundan aldığı bir bükümdə heroini özü şalvarının sağ yan cibindən çıxarıb təqdim etmiş, onun yanında həmin kütlə aptek tərəzisində çəkilmiş, gümüşü kağızla birlikdə 0,5 qram olmuş, sonra həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı və izahatı alınarkən o, bir daha narkotik vasitəni Ceyhundan aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli, 16/337 və 16/338 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş kütlə...” sözlər imzalar olan kağız paketdəki bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,118 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd rəngli kağız bükümdə, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,409 qram, 0,105 qram, ümumi çəkisi 0,514 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş olunmuş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr.” sözləri yazılan və imzalar olan kağız paketdəki: 1(bir) ədəd iç-içə qoyulmuş şəffaf rəngli polietilen kəsiyi bükümündə və 1(bir) ədəd şəffaf sellofan kəsiyi bükümündəki, qəhvəyi rəngli kağız bükümü açdıqda içərisində 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,415 qram, 0,464 qram, ümumi təmiz çəkisi 0,879 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 3 (üç) ədəd şəffaf rəngli polietilen kəsikləində və 1 (bir) ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,728 qram, 0,447 qram, 0,472 qram ümumi təmiz çəkisi 1,749 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsasən metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” sözləri yazılmış kağız paketdəki heroinlər ilə üzərində “Şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş kütlə...” sözləri yazılmış kağız paketdəki heroin, xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2020-ci il tarixli 16/467 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Gəncə şəhəri Ş.İ.Xətai prospektində yol kənarına qoyulmuş Təqsirləndirilən şəxs məxsus narkotik vasitə olan marixuana və metamfetaminə oxşa kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,194 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kutsar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 1 (bir) ədəd polietilen kəsiyi bükümündə və 1(bir) ədəd sellofan torbacıqdakı 4 (dörd) ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,946 qram, 0,383 qram, 0,237 qram, 0,295 qram, 0,258 qram, ümumi təmiz çəkisi 3,119 qram maddələr kutsar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsasən metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. 1(bir) ədəd “Вода для инъекций” yazılı 1 (bir) ədəd üzəri “Новакаин” yazılı şüşə flakonlarıən və 3 (üç) ədəd 2 ml-lik birdəfəlik şpirislərin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin çəkisi hesablamaq mümkün olmadı. 3 (üç) ədəd 5 ml-lik, 2 (iki) ədəd 2 ml-lik şpirislərin, 1 (bir) ədəd içərisi boş olan polietilen paketin içərisində və 1 (bir) ədəd içərisi boş olan kağız parçasının, 1 (bir) ədəd şpiris qablaşması üçün istifadə olunan paket üzərində narkotik vasitələrə, psixotrop və güclü təsiredici maddələrə məxsus izlər aşkar edilmədi. 1 (bir) ədəd üzərində “Lemon salt” Əmtəə yazısı olan paketin içərisində olan şəffaf rəngli polietilen torbada təmiz çəkisi – 9,025 qram ağ rəngli kristallik maddə, qida məhsulu olan limon duzudur. Limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısına daxil edyildir. 1 (bir)ədəd “Sobranie” adlı tamlığı pozulmamış siqaretin içərisində narkotik vasitələrin hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2020-ci il tarixli 16/569 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X5 üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə..” yazıları və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan torbacıkda təmiz çəkisi 2,172 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsasən metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2021-ci il tarixli 16/94 nömrəli rəyindən görünür ki, üzərində «Şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş kütlə…» sözlər və imzalar olan kağız paketdəki heroin ilə üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə..» sözləri və imzalar olan kağız paketdəki heroinlər, üzərində «120.72020-ci il tarixdə vət.Şahid6 idarə etdiyi Vaz 21075 markalı ** TS *** d.q.n-lı avtomobilindən baxış zamanı aşkar olunub götürülmüş 6,4 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə…» sözlər və imzalar olan kağız paketdəki heroinlərə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Bundan başqa tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Şahid1 üzərindən aşkar edilmiş kütlə…» sözlər və imzalar olan kağız paketdəki heroin ilə üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə..» sözləri və imzalar olan kağız paketdəki heroinlər, üzərində «12.07.2020-ci il tarixdə vət.Şahid6 idarə etdiyi Vaz 21725 markalı ** TS *** d.q.n-lt avtomobilindən baxış zamanı aşkar olunub götürülmüş 6,4 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə…» sözlər və imzalar olan kağız paketdəki heroinlərə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr” sözləri və imzalar olan kağız paketdəki metamfetaminlər ilə üzərində, “Gəncə şəhəri Ş.İ.Xətai prospektində yol kənarına qoyulmuş Təqsirləndirilən şəxs məxsus narkotik vasitə olan marixuana və metamfetaminə oxşar kütlə...” sözləri və imzalar olan kağız paketdə olan metamfetaminlər ilə üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə..” sözləri və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Kəpəz RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid2 11 may 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğundan həmin tarixdə Gəncə şəhəri Məhrəsə bağı 12 saylı binanın yaxınlığında Şahid5 idarə etdiyi “Kia” markalı **-EO-*** dövlət nömrə nişanlı avtomobildə müəyyən edilmiş və saxlanılaraq Nizami RPİ aparılmışdır. Məhkəmədə tədqiq edilən 11 may 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə tədqiq edilən 13 may 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətin təmin olunmaması və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın ləğv olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı 13 may 2020ci tarixli vəsatət təmin olunmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qəbul etdiyi 13 may 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Məhkəmədə tədqiq edilən şəxsi axtarış və götürmə haqqında 11 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 2 ədəd sellofan bükümdə ümumi çəkisi 1.5 qram olmaqla heroinə bənzər kütlə, 3 ədəd sellofan bükümdə və bir ədəd siqaret falqası bükümündə ümumi çəkisi 2.0 qram olmaqla narkotik vasitə olan metanfetaminə bənzər kütlə və 2 kağız bükümdə ümumi çəkisi 1 qram olmaqla qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə narkotik maddə olan “marixuana, heroin və şüşə” -nin ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilən 16 may 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2020-ci il tarixdə Azərbyacan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə onun barəsində axtarış elan edilmişdir. Məhkəmədə tədqiq edilmiş 22 may 2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhərində yeri müəyyən edilərək Gəncə şəhəri Nizami RPİ-nə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmiş, 24 may 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Psixonervoloji Dispanserinin 02 iyul 2020-ci il tarixli, 2273 nömrəli arayışında görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonervoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin 05 yanvar 2021-ci il tarixli №05 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Nakoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin Başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən 10 iyul 2020-ci tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri Ş.İ.Xətai prospektində qurulan karantin postunun qarşısı olmaqla yol kənarıdır. Yolun kənarında olan dayanacağın alt hissəsində 01 ədəd sellofan içərisində 03 ədəd 05 milliqramlıq şpirislər, 05 ədəd 2 milliqramlıq şpirislər, şpirislərin içərisində maye və kristal qalıqları, 01 ədəd üzərində “sobranie blue” sözləri yazılmış siqaret, 01 ədəd şəffaf rəngli sellofanda limon duzu, 01 ədəd həmin sellofanın yanında üzərində limon şəkli olan sellofanda olan 01 ədəd kağız bükülüdə 0.3 qram tünd göy rəngli kəskin spesifik iyli ilk baxışdan narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İmperial Petrol YDM-nin yaxınlığında olan dəmirin alt hissəsində isə içərisində 02 ədəd sellofan bükülüdə kristal halında, ağ rəngli, ilk baxışda narkotik vasitə olan metamfetaminə oxşar kütlə olan 01 ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. Aşkar olunan kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, 01 ədəd 2 qram, digəri isə 2.2 qram olmaqla ümumilikdə 4.2 qram olmuşdur. Aşkar edilmiş kütlələr, limon duzları, narkotik vasitəyə oxşar kütlələr, şpirislər maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilən 03 avqust 2020-ci il tarixli cinayət işinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, Şahid1 barəsində olan cinayət təqibinə hissəvi xitam verilmiş, Şahid1 üzərindən aşkar edilmiş 0,118 qram çəkidə narkotik vasitə olan heroini ********* nömrəli cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona satması müəyyən edildiyi üçün ********* nömrəli cinayət işində saxlanılmışdır. Həmçinin, Şahid6 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(100)-70/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 11 (on bir) ay 28 (iyirimi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilən 13 avqust 2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Gəncə şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsinə əməliyyat məlumatları daxil omuşdur. Məhkəmədə tədqiq edilən 13 avqust 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 4(044)-84/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 avqust 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən 13 avqust 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kiçik həcmli selofan kisə aşkar edilmişdir. Həmin sellofan bükülüyə baxış keçirilərkən büklünün içərisində ağ rəngdə, şəffaf rəngdə, kristal formada olan ilk görünüşdən psixotrop maddə olan metamfetaminə oxşar 3,4 qram çəkidə kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən 06 noyabr 2020-ci il tarixli diskə baxış keçirilməsi və məlumatları əks etdirən sənədlərin cinayət işinin materiallarına əlavə edilməsi barədə protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsinə 01.05.2020-ci il tarixdən 14.08.2020ci il tarixədək olan müddətdə giriş-çıxış mesjların mətni və mobil nömrələr göstərilmişdir. Həmin qovluğa nəzər saldıqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 02.08.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsində “mennem yetim aç telefonu işim var 35 metraa” kimi mesajın yazılması, ***-***-**-** mobil nömrəsindən 03.08.2020-ci il tarixdə “Ay ceyhun niye bele eliyirsen, men sene ne hormetsizlik elemişem ki Yeke oğlansan, pul elimde dunennen seni gözleyirem” kimi mesajı yazılması, 12.08.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “2 min 600 çatdırarsan, başa düşdün? Mən uje bilirəm nağarajam” kimi mesajların yazılması məlum olmmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə əksər şəxslərin onun harada olması, telefonu niyə açmaması və.s. kimi mesaj mətnləri vardır. Məhkəmədə tədqiq edilən 21 dekabr 2020-ci il tarixli diskə baxış keçirilməsi və məlumatları əks etdirən sənədlərin cinayət işinin materiallarına əlavə edilməsi barədə protokoldan görünür ki, SMS tarixçələri olan 1-ci və 2-ci qovluğa daxil olduqda ***-***-**-** mobil nömrəsinə 01.05.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək olan müddətdə girişçıxış mesajların mətni və mobil nömrələr göstərilmişdir. Həmin qovluğa nəzər saldıqda Təqsirləndirilən şəxs istofadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 20.06.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən “seni pavarotda padarka edecem ay bariqa” kimi mesajların yazılması, 18.06.2020-ci il tarixdə isə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “Brat tikir yığmışdı deyir 5 dənə o günki kimi dərdləşə nə deyim 2 dənə də bizə” kimi mesajların yazılması məlum olmuşdur. Bundan sonra iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsinə əksər şəxslərin onun harada olması, niyə telefonu açmaması və.s. kimi mesaj mətnləri vardır. Məhkəmədə tədqiq edilən Gəncə şəhər BPİ-nin 22 noyabr 2020-ci il tarixli, №120- 11049-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şahid1, Şahid6 narkotik vasitə satması müəyyən edilmiş, Təqsirləndirilən şəxs digər şəxslərə də narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olmuş, lakin digər şəxslər tam müəyyən edilə bilməmiş, eyni zamanda Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri haradan, kimdən əldə etməsi müəyyən edilə bilməmişdir. Məhkəmədə tədqiq edilən 13 fevral 2021-ci tarixli video diskə baxış keçirilməsi barədə protokollardan görünür ki, təhqiqatçı PPX-ti taborunun əməkdaşları pandemiya ilə bağlı postda olarkən Priora markalı, ** TS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlamlarını, həmin avtomobildə 3 nəfər şəxsin olmasını və heç birinin karantinlə bağlı heç bir sənədlərinin olmadığı, həçinin Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün Kəpəz rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmələrini, təhvil verilməmişdən əvvəl Təqsirləndirilən şəxs ağacın yaxınlığına gedib ağacın dibinə şübhəli əşya qoymasını bildirir, Təqsirləndirilən şəxs isə heç bir yerə şübhəli əşya qoymadığını bildirir. Sonra əşya olan yerə baxış keçirilir, polis nəfərləri həmin əşyanı göstərir, əşyaya baxış keçirilən zaman duza oxşar əşyanın olması, digər sellofanın içərisində 04 ədəd 02 qramlıq boş spris, bir ədəd şipris kağızı, 03 ədəd 05 qramlıq boş şipris, bir ədəd 02 qramlıq, uc hissəsində iynəsi olmaqla içərisində qara rəngli 0,4 ml maye olan şipiris olması, digər şiprisdə də məhlul qalıqlarının olması məlum olur. Sonra baxış zamanı bir ədəd üzərində 5 ml yazılmış ampula və içərisində qara rəngli pambıq, bir ədəd şüşə qab, bir ədəd «Sobranie» markalı siqaret, bir ədəd kağız, bir ədəd göy rəngli spesifik iyə malik marixuanaya oxşar kütlə və bir ədəd kristal şəkilli maddə aşkar edilir, aşkar edilmiş kütlələr elektron tərəzi vasitəsi ilə çəkilir və marixuanaya oxşar kütlənin 0,6 qram olması məlum olur. Baxış zamanı polis əməkdaşları yol kənarında hasarın üzərində bir ədəd kibrit qutusunun olmasını bildirirlər. Təqsirləndirilən şəxs həmin kibrit qutusunun ona məxsus olmadığını bildirir. Polis nəfərləri həmin kibrit qutusunu Təqsirləndirilən şəxs gətirib oraya qoymasını bildirirlər. Kibrit qutusuna baxış keçirilərkən 2 ədəd sellofan bükülüdə metamfetaminə bənzər kütlənin olması məlum olur, həmin kütlə elektron tərəzidə çəkilir, 1-ci büküm 2,2 qram çəkidə, 2-ci bükümün isə 2 qram çəkidə olmaqla, ümilikdə isə 4,4 qram çəkidə olur. Aşkar olunan əşyalar qablaşdırılır, möhürlənərək götürülür. Bundan başqa Təqsirləndirilən şəxs 11 may 2020-ci il tarixdə üzərinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edilmişdir. Həmin video çəkilişin əks olunuduğu diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 narkotik vasitə saxlamasında şübhəli olduğu üçün polis idarəsinə gətirilmiş, sorğu zamanı Şahid1 üzərində aşkar edilmiş narkotik vasitəni Ceyhun adlı şəxsdən almasını bildirdiyi üçün əməliyyat tədbirləri davam etdirilərək Təqsirləndirilən şəxs Gəncə şəhəri, Mahrasa Bağında müəyyən edilərərk “Kia Rio” markalı avtomobillə birlikdə Nizami Pİ-nə gətirilmişdir. Üzərində şəxsi axarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sağ cibindən “Sobranie” markalı siqaret qutusunun içərisindəki əşyaları təqdim etmiş və həmin kütlələrin ona məxsus olduğunu demişdir. Qutunun içərisində kağıza bükülü vəziyyətdə yaşıl rəngli marixuanaya oxşar kütlə çıxarılır, Təqsirləndirilən şəxs həmin kütlənin kannabis, nəşə olduğunu deyir. Sonra marxuanaya oxşar kütlə kağız ilə birlikdə aptek tərəzsində çəkilərək 1 qram çəkidə, şüşə deyilən kütlələrin 2 qram çəkidə, heroinə bənzər kütlənin sellofan bükümlərlə birlikdə 1,5 qram çəkidə olması məlum olur. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılır, möhürlənərək götürülür. Sonra Şahid1 ondan narkotik vasitə alıb-almamasını soruşulur, Təqsirləndirilən şəxs Elsevəri tanımadığını, Şükür kimi tanıdığını, ona verilən pulun borc pul olmasını, verdiyi narkotiki də pay kimi verməsini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs 13 avqust 2020-ci il tarixdə üzərinə baxış keçirilməsi zamanı video çəkilişdən istifadə edilmişdir. Həmin video çəkilişin əks olunudğu diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ cibindən sellofan bükülü və əl dəsmalı çıxarıb üzərində ayrı bir əşya olmadığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbacığa baxış keçirilir, ondan torbacıqda nə olması soruşulur, Təqsirləndirilən şəxs də torbacıqda “şüşə” adı ilə deyilən narkotik vasitə olmasını deyərək həmin kütləni saxlanılmamışdan bir az əvvəl Təbriz marketin yaxınlığındakı “Milliön” aparatının yanından tapmasını, həmin üktləni satmaq niyyətinin olmadığını bildirir. Sonra həmin kütlə aptek tərəzisində çəkilir, sellofan bükümlə birlikdə çəkisinin 3,4 qram çəkidə olması məlum olur, həmin kütlə zərfə qoyularaq qablaşdırılır, möhürlənərək götürülür. Məhkəmədə tədqiq edilən 17 fevral 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 11 may 2020-ci il tarixdə Gəncə şəhəri Nizami RPİ-də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş məhkəmə kimyəvi ekspertizasından sonra ümumilikdə qalıq çəkisi 0,839 qram çəkidə narkotik vasitə olan heroin, məhkəmə-bioloji ekspertizasından sonra ümumilikdə qalıq çəkisi 0,474 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, məhkəmə-kimyəvi ekspertizalarından sonra ümumilikdə təmiz çəkisi 1,629 qram çəkidə psixotrop maddə olan metamfetamin, 10 iyul 2020-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “İmperial” YDMin yaxınlığından aşkar edilib götürülmüş, məhkəmə-bioloji ekspertizasından sonra qalıq çəkisi 0,144 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, məhkəmə-kimyəvi ekspertizalarından sonra ümumilikdə qalıq çəkisi 2,819 qram çəkidə psixotrop maddə olan metamfetamin və 13 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülmüş məhkəmə-kimyəvi ekspertizalarından sonra ümumilikdə qalıq çəkisi 2,062 qram çəkidə psixotrop maddə olan metamfetamin , 02 ədəd şüşə flokanlar, 03 ədəd 5 mllik, 02 ədəd 2 ml-lik şprislər, 01 ədəd polietilen torbada olan limon duzu iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-ini Təhcizat qrupuna təhvil verilmişdir. Təqsirləndirilən şəxs 11 may 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Pİdə üzərinə şəxsi axtarış keçirilərkən, eyni zamanda 10 iyul 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu, Ş.İ.Xətai prospektində yerləşən “İmperial” YDM-nin yaxınlığında olan yerə baxış keçirilərkən, həmçinin 13 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş videogörüntüləri əks etdirən 03 ədəd DVD disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrin telefon danışıqlarını əks etdirən 02 ədəd CD disk maddi sübut kimi tanınmışdır. Bundan başqa Şahid1 üzərindən aşkar edilmiş 0,118 qram çəkidə narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs ona satması müəyyən edildiyi üçün iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-ini Təhcizat qrupuna təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu etiraf etsə də, Şahid1 narkotik vasitəni pulsuz verdiyini, Şahid6 isə narkotik vasitə satmadığı bildirmiş, həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə ümumiyyətlə məşqul olmadığını, onları özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar Şahid6 və Şahid1 ifadələri, habelə ekspertizanın gəldiyi nəticələrlə də təkzib olunur. Məhkəmə, həmçinin Şahid10 məhkəmə istintaqı zamanı verdiyi qarışıq ifadəsinə də tənqidi yanaşaraq, onun ifadəsini təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qəbul edib, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki halları ilə uyğun gəldiyindən sübut kimi qəbul edir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinə giriş-çıxış mesajlarının mətninin əks olunduğu video diskə baxış protokollardan onun narkotik vasitə və psixotrop maddələr satması öz əksini tapmışdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs dəfələrlə külli miqdarda narkotik vasitəni və psixotrop maddələri əldə etməsini, daşımasını, saxlamasını Şahid1 və Şahid6 Hilla oğluna narkotik vasitə satmasını nəzərə alaraq hesab edir ki, o, narkotik vasitələri və psixotrop maddələri məhz satış niyyəti ilə əldə edib saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıdığına və saxladığına görə onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Hacıyev X4 Rayon Xalq Məəhkəməsinin 19 yanvar 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 220.1-ci maddəsi ilə təqsirli bilinmiş, həmin məcəllənin 10.4-cü maddəsinə əsasən cinayət işini icratına xitam verilmişdir. Gəncə şəhər Nizami Rayon Xalq Məhkəmsinin 14 iyun 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 143.4-cü maddəsi ilə təqsirli bilinərək 05 il i müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Salyan Rayon Xalq Məhkəməsinin 10 mart 1995-ci il tarixli qərarı ilə həmin məcəllənin 50.3-cü maddəsinə əsasən 03 il 13 gün müddətinə şərti azad edilmişdir. Beləlikə Azərbaycan Respublikasının CM-nin 83.3-cü maddəsinə əsasən Hacıyev X3 olmayan şəxs hesab olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nın 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs 11 may 2020-ci il tarixdən 13 may 2020-ci il tarixədək 2 gün, 22 may 2020-ci il tarixdən 24 may 2020-ci il tarixədək 2 gün olmaqla cəmi 4 gün şübhəli şəxs qismində saxlanılmış, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 4(044)-84/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 avqust 2020-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 13 avqust 2020-cu il tarixdən hesablanmalı, həmçinin “şübhəli şəxs qismində” tutulduğu 4 gün Azərbaycan Respublikasının CPM-in 158.2 və CM-in 69.3-cü maddələrinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan məcburi müalicə təyin olunmalı və о, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Gəncə şəhəri Nizami RPİ-də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,839 qram çəkidə narkotik vasitə olan heroin, 0,474 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 1,629 qram çəkidə psixotrop maddə olan metamfetamin, 10 iyul 2020-ci il tarixdə Gəndə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “İmperial” YDMin yaxınlığından aşkar edilib götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,144 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 2,819 qram çəkidə psixotrop maddə olan metamfetamin və 13 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,062 qram çəkidə psixotrop maddə olan metamfetamin , 02 ədəd şüşə flokanlar, 03 ədəd 5 ml-lik, 02 ədəd 2 ml-lik şprislər, 01 ədəd polietilen torbada olan limon duzu, Şahid1 üzərindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq 0,118 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs 11 may 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən, eyni zamanda 10 iyul 2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu, Ş.İ.Xətai prospektində yerləşən “İmperial” YDM-nin yaxınlığında olan yerə baxış keçirilərkən, həmçinin 13 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntüləri əks etdirən 03 ədəd DVD disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrin telefon danışıqlarını əks etdirən 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 may 2020-ci il tarixdən 13 may 2020-ci il tarixədək və 22 may 2020-ci il tarixdən 24 may 2020-ci il tarixədək “şübhəli şəxs qismində” tutulduğu 04 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2020-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Gəncə şəhəri Nizami RPİ-də Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,839 qram çəkidə narkotik vasitə olan heroin, 0,474 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 1,629 qram çəkidə psixotrop maddə olan metamfetamin, 10 iyul 2020-ci il tarixdə Gəndə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “İmperial” YDMin yaxınlığından aşkar edilib götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,144 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 2,819 qram çəkidə psixotrop maddə olan metamfetamin və 13 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,062 qram çəkidə psixotrop maddə olan metamfetamin, 02 ədəd şüşə flokanlar, 03 ədəd 5 ml-lik, 02 ədəd 2 ml-lik şprislər, 01 ədəd polietilen torbada olan limon duzu, Şahid1 üzərindən aşkar edilmiş tədqiqata sərf edildikdən sonra qalıq 0,118 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 03 ədəd şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntüləri əks etdirən DVD disk, 02 ədəd telefon danışıqlarını əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 162 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-184/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-184/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver