Məhkəmə qərarları › İş №1(100)-184/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-184/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-184/2024 04.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi fəaliyyətlə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin qəsdən sağ gözündə görmənin itirilməsi ilə əlaqədar ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 30 may 2023-cü il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən “Brend Shop” mağazasının qarşısındakı Milliön ödəmə terminalında Zərərçəkmiş şəxs növbəsini gözləmədən özü ödəniş etmək istəməsini bildirdikdə Zərərçəkmiş şəxs öz növbəsini verməməsini bəhanə edərək özünü Zərərçəkmiş şəxs üstün olduğunu nümayiş etdirmək məqsədilə, xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının giriş hissəsində, dəhlizində əli ilə sifət nahiyəsinə bir neçə dəfə zərbə vuraraq sonuncuya sağ gözünün buynuz qişasının dəlib keçmiş yaralanması, gözün möhtəviyyatının tökülməsi, hemoftalm, göz qapaqlarının, alt dodağın yaraları ilə müşayiət edilən sağ gözdə görmənin itirilməsi ilə əlaqədar ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxs və şahid ifadələri, özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 may 2023-cü il tarixdə Gəncə şəhəri, Azərbaycan küçəsində “Brend Shop” mağazasının qarşısındakı Milliön ödəmə terminalının qarşısında olarkən orada növbə olduğunu görmüşdür. Növbədə gözləyən Zərərçəkmiş şəxs demişdir ki, “sənin növbənə girsəm olar?” Zərərçəkmiş şəxs isə “olmaz” demişdir. Sonra o, Zərərçəkmiş şəxs arxasında öz növbəsini gözləmişdir. O, Zərərçəkmiş şəxs arxasında növbəsini gözləyərkən Zərərçəkmiş şəxs əlindəki bank kartını görərkən demişdir ki, “həmin terminaldan pul çıxarmaq olmur, ancaq pul yükləmək olur”. Bunu deyərkən Zərərçəkmiş şəxs ona əhəmiyyət verməmişdir. O, yenə də Zərərçəkmiş şəxs Milliön ödəmə terminalından pul çıxarmağın mümkün olmadığını demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona qarşı təhqiramiz ifadə işlətmişdir. Sonra onlar çıxıb getmişlər. Daha sonra o, çayxanaya gedib çay içmiş, təxminən bir saat keçdikdən sonra qardaşı gilə getməyi qərarlaşdırmışdır. ünvan 2 ünvanının giriş hissəsində dəhlizə girəndə yenidən Zərərçəkmiş şəxs görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq demişdir ki, “Emin, sənə bayaq dedim ki, oradan pul çıxartmaq olmaz”. Bunu deyəndə Zərərçəkmiş şəxs əlində olan paketlə onu itələmişdir. Zərərçəkmiş şəxs onu itələyəndə o, Zərərçəkmiş şəxs yumruq atmışdır. Onun Zərərçəkmiş şəxs üz nahiyəsinə vurduğu yumruq nəticəsində sonuncunun eynəyi qırılmış və gözündən xəsarət almışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 may 2023-cü il tarixdə o, Gəncə şəhəri, Azərbaycan küçəsində “Brend Shop” mağazasının qarşısındakı Milliön ödəmə terminalının qarşısına gəlmişdir. Ora gəlib çatanda xeyli adamlardan ibarət növbənin olmasını görmüşdür. O, bir müddət növbədə gözlədikdən sonra Təqsirləndirilən şəxs gəlib onun növbəsinə əhəmiyyət verməyib onun qabağına keçdikdə o, demişdir ki, “qardaş, növbə mənimdir”. Həmin vaxt o, Təqsirləndirilən şəxs heç bir təhqiredici söz və ya hər hansı nalayiq ifadə, söyüş işlətməmişdir. Sadəcə onun növbəsinin olduğunu bildirmişdir. O, Milliön ödəmə terminalında işlərini bitirdikdən sonra oradan çıxıb getmişdir. Daha sonra aptekə getmiş, sonra isə evə getmişdir. Təxminən bir saat müddət keçdikdən sonra o, yaşadığı ünvanın qarşısında Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. O, binanın dəhlizində bloka daxil olarkən Təqsirləndirilən şəxs onun arxasınca gəlmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşıb demişdir ki, “sən niyə orada mənə dedin ki, növbə mənimdi?” O da demişdir ki, “çünki növbə mənim idi”. Sonra Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. O, demişdir ki, “Elçin, qaranlıqdı, çıx get evinə, mən də evimə gedim”. Təqsirləndirilən şəxs ondan əl çəkmədikdə əlindəki içində döşək üzü olan paketlə Təqsirləndirilən şəxs itələyib demişdir ki, “əl çək məndən”. Həmin vaxt Təqsirləndirilən şəxs ona bir neçə yumruq vurmuşdur. Təqsirləndirilən şəxs axırıncı zərbəni vurduqda onun eynəyi qırılmış və gözündən xəsarət almışdır. Təqsirləndirilən şəxs ümumilikdə ona üç dəfə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, nə Milliön ödəmə terminalının qarşısında, nə də yaşadığı evin qarşısında dəhlizdə o, Təqsirləndirilən şəxs söyməmişdir. O, sadəcə olaraq Təqsirləndirilən şəxs ondan əl çəkmədiyini görüb əlindəki yumşaq paketlə Təqsirləndirilən şəxs itələmişdir ki, çıxıb getsin. Həmin vaxt Təqsirləndirilən şəxs onu bir neçə dəfə yumruqla vurmağa başlamışdır. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı qəsəbədən tanıyır. O, Təqsirləndirilən şəxs atası ilə bir yerdə işləmişdir. O, 30 may 2023-cü il tarixdə Gəncə şəhəri, Azərbaycan küçəsi boyunca gedərkən “Brend Shop” mağazasının qarşısında, Milliön ödəmə terminalının yanında Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. O, Təqsirləndirilən şəxs ilə bir qədər söhbət etdikdən sonra, “Fama” marketin yanında Təqsirləndirilən şəxs ayrılıb evinə çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs tanımır. O, həmin günün sabahı belə bir hadisənin baş verməsini, Təqsirləndirilən şəxs bir nəfər şəxslə dalaşdığını və məsuliyyətə cəlb edilməsini eşitmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 may 2023-cü il tarixli “baxış protokolu”ndan görünür ki, cinayət hadisəsinin baş verdiyi ünvan 2 ünvanında yerləşən binaya baxış keçirilmiş, həmin binanın blokunun giriş hissəsində yerdə səpələnmiş formada qana bənzər kütlələr aşkar edilmişdir, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir (iş vərəqə: cild İ, səh. 7-10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 may 2023-cü il tarixli “baxış və götürmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qolu uzun köynək, bir ədəd qolsuz mayka, bir ədəd şalvar iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, onlara baxış keçirilmişdir, həmin paltarların üzərində qana bənzər ləkələrin olduğu müəyyən edilmişdir, bu barədə protokol tərtib edilərək fotoşəkilləri çəkilmişdir (iş vərəqə: cild İ, səh. 16-20). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 may 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 54-57). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 may 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (iş vərəqə: cild İ, səh. 177-179). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 05 iyun 2023-cü il tarixli, 839 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün buynuz qişasını dəlib keçmiş yaralanması, gözün möhtəviyyatının tökülməsi, hemoftalm, göz qapaqlarının, alt dodağın yaraları bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, həmin xəsarətlər müayinə olunanın göstərdiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həmin xəsarətlər sağ gözdə görmənin itirilməsi ilə əlaqədar ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 158-160). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 01 iyun 2023-cü il tarixli, 821 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh. 150-151). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 05 iyun 2023-cü il tarixli, 21 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. 2.Təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd qanabənzər nümunə üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər.

3. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarlar (bir ədəd şalvar, bir ədəd uzunqol köynək, bir ədəd mayka) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 153-156). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 iyun 2023-cü il tarixli, 332 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, hadisə zamanı və halhazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Ona istinad edilən cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir), o, özündən uydurmağa meyilli deyildir (iş vərəqə: cild İ, səh. 162-164). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 22 avqust 2023-cü il tarixli, 1398 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 24 iyun 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən “Brend Shop” mağazasının önünü əhatə edən Təhlükəsiz Şəhərin müşahidə kamerasında xx.xx.2023-cü il tarixdə qeydə alınmış görüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 20:04:01 radələrində Zərərçəkmiş şəxs Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində yerləşən “Brend Shop” mağazasının önündə yerləşən Milliön ödəmə terminalının qarşısına gedir. Həmin vaxt terminal önündə bir nəfər dayanaraq ödəniş edir, Zərərçəkmiş şəxs isə həmin şəxsin yanında dayanaraq növbəsini gözləyir. Saat 20:04:20 radələrində Təqsirləndirilən şəxs də onların yanına gəlir. Təqsirləndirilən şəxs terminalın önünə çataraq Zərərçəkmiş şəxsla söhbət edir. Saat 20:04:40 radələrində terminalda ödəniş edən birinci şəxs yekunlaşaraq oradan uzaqlaşır. Bundan sonra Zərərçəkmiş şəxs terminala yaxınlaşaraq 20:06:07 radələrinədək terminalda əməliyyat edir. Yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nəsə deyir, Zərərçəkmiş şəxs isə telefonla danışa-danışa oradan uzaqlaşaraq kameranın əhatə dairəsindən çıxıb gedir. Bundan sonra Təqsirləndirilən şəxs 20:10:13 radələrinədək terminalla əməliyyat edir və yekunlaşdıqdan sonra Dəmiryolu vağzalı istiqamətinə gedərək kameranın əhatə dairəsindən çıxır. Digər görüntüdən isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 20:52:33 radələrində yenidən həmin ödəmə terminalının önündən keçərək Qurtuluş küçəsi, 49A ünvanı istiqamətinə gedərək kameranın əhatə dairəsindən çıxır. Bununla da görüntü yekunlaşır (iş vərəqə: cild İ, səh. 108). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd qolu uzun köynək, bir ədəd qolsuz mayka, bir ədəd şalvar maddi sübut qismində tanınaraq Gəncə Şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş, həmçinin bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 180-190). Cinayət işinin materiallarına əlavə edilmiş 31 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 35). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 01 iyun 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 31 may 2023-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 82-87). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 iyun 2023-cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 11 günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmçinin Gəncə Şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad olunduğu 02 ay 11 gün müddətinə cəza xx.xx.2015-ci il tarixdə başa çatmışdır, həmin tələbnamədən həmçinin görünür ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən daxil olmuş 4/15//36/18 saylı, 08.01.18-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs Türkiyə Respublikasında Bursa E tipli X8 Qurumunda cəza çəkməsi ilə bağlı barəsində cinayət işi olmuşdur (iş vərəqə: cild İ, səh. 102-103, 124-138, 166). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmənin sorğusu əsasında Gəncə Apellyasiya Məhkəməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsindən göndərilmiş məktublardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Türkiyə Respublikasında məhkəmə orqanları tərəfindən çıxarılmış hökmün Azərbaycan Respublikasında tanınması barədə müraciət daxil olmamış və bu barədə hər hansı material olmamışdır (cinayət işinin materialları) Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 117). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh. 122-123). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qəsdən sağ gözündə görmənin itirilməsi ilə əlaqədar ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən çox olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan xuliqanlıq niyyətilə sağlamlığına ağır zərər vurma cinayət əməlini törətməsi məhkəmə araşdırması zamanı dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, həmçinin təqsirləndirilən şəxsin həmin cinayət əməlinin onun tərəfindən törədilməsinə dəlalət edən halları təsdiqləyən qismən etirafedici ifadəsi kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə tövsif edilməsi qənaətinə gələrkən onun cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutların cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilməsi, eyni zamanda məhkəmə baxışı zamanı dindirilmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin faktiki halları ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini məhz xuliqanlıq niyyətilə törətməsi birmənalı şəkildə sübuta yetirilmişdir. Belə ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin müəyyən edildiyi Cinayət Məcəlləsinin 126-cı maddəsinin tövsifedici əlaməti olan xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma cinayətinin tərkib əlamətinin Təqsirləndirilən şəxs əməlində mövcud olmasına dair məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətlərinin, baş vermiş hadisənin səbəblərinin, hadisənin baş vermə şəraitinin, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Cinayət işinin məhkəmə istintaqı zamanı yuxarıda göstərilmiş sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməli törədilməmişdən qabaq o, ödəniş etmək üçün Milliön ödəmə terminalına gəlmiş, həmin vaxt o, terminalda ödəniş etməyə hazırlaşan Zərərçəkmiş şəxs növbəsi olmasına əhəmiyyət verməyərək və sonuncunu gözləmədən özü ödəniş etmək istəmiş, hətta Zərərçəkmiş şəxs ödəniş etmək üçün özünün növbəsi olduğunu bildirdikdə buna əhəmiyyət verməmiş, zərərçəkmiş şəxsdən növbəsini ona verməsini tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs həmin gün yenə də Zərərçəkmiş şəxsla rastlaşarkən heç bir səbəb olmadan yenidən onun arxası ilə gedərək yenə də zərərçəkmiş şəxsdən əl çəkməyərək, zərərçəkmiş şəxsi çağırıb nəyə görə bir az əvvəl ödəniş terminalında öz növbəsini ona verməməsinin səbəbini soruşmuş, Zərərçəkmiş şəxs ondan əl çəkməsini bildirdikdə Təqsirləndirilən şəxs buna heç bir səbəb olmadan yenə də öz hərəkətlərini israrlı şəkildə davam etdirmiş, Təqsirləndirilən şəxs ondan əl çəkmədiyini görən Zərərçəkmiş şəxs əlindəki paketlə Təqsirləndirilən şəxs itələmiş, bu zaman Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla zərbələr vurmaqla sonuncuya sağ gözündə görməsinin itirilməsi ilə nəticələnən ağır xəsarət yetirmişdir. Hadisənin məhz qeyd edilən şəkildə cərəyan etməsinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə, cinayət işi üzrə digər sübutlarla və işin faktiki halları ilə təsdiq olunması və Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağ gözündə görməsinin itirilməsi kimi ağır xəsarət yetirməsi təqsirləndirilən şəxsin həmin cinayət əməlini məhz xuliqanlıq niyyətilə törətdiyini tamamilə sübuta yetirmişdir. Təqsirləndirilən şəxsin cinayətdən əvvəlki və cinayəti törədərkən yuxarıda təsvir edilən davranışının, həmçinin zərərçəkmiş şəxsin həmin hərəkətlərə qarşı münasibətinin cinayət işinin materialları əsasında təhlili nəticəsində müəyyən edilir ki, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər yetirilməsi ilə nəticələnən Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsinin heç bir əsaslı səbəbi olmamış, təqsirləndirilən şəxs tərəfindən yaranmış mübahisə məhz onun təşəbbüsü ilə başlanmış, daha sonra da heç bir mövcud mübahisə, hər hansı pozulmuş münasibət olmamasına baxmayaraq, təqsirləndirilən şəxs israrlı şəkildə hər dəfə eyni bir bəhanəni edərək (nəyə görə terminalda zərərçəkmişin öz növbəsini ona verməməsi bəhanəsi), heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin sağlamlığına fiziki baxımdan ağır xəsarət yetirməklə yanaşı, eyni zamanda bərpa edilməsi mümkün olmadığından insan həyatı üçün həm də mənəvi baxımdan ağır olan zərərçəkmişin sağ gözündə görməsinin itirilməsi kimi ağır xəsarət yetirməsini heç bir əsaslı səbəb olmadan törətməsi onun həmin cinayət əməlini məhz xuliqanlıq niyyətilə törətməsini təsdiq etməklə yanaşı, həmçinin təqsirləndirilən şəxsin adi bir vəziyyətdə bunun üçün heç bir əsaslı səbəb olmamasına baxmayaraq, törətdiyi qanunazidd, yüksək ictimai təhlükəli hərəkətləri bir daha onu təsdiq edir ki, təqsirləndirilən şəxsin qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi məhz onun xuliqanlıq niyyəti ilə tam əhatə olunmuş, onun həmin anda niyyətinin zərərçəkmiş şəxsin qəsdən sağlamlığına məhz xuliqanlıq niyyətilə ağır zərər vurmaq olması yuxarıda göstərilən xüsusatlarla tam olaraq öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs davamlı olaraq israrlı şəkildə qanunazidd hərəkətlərini icra edərkən zərərçəkmiş şəxs əlindəki paketlə təqsirləndirilən şəxsi itələyib ondan əl çəkməsini tələb etməsinə görə Təqsirləndirilən şəxs zərərçəkmişin sağlamlığına ağır zərər yetirməsi belə, təqsirləndirilən şəxsin həmin cinayətkar hərəkətini törətməsi üçün əsaslı səbəb olmadığından, zərərçəkmişin belə olan halda təqsirkarı itələyib ondan əl çəkməsini tələb etməsi təbii və obyektiv davranış olduğundan, təqsirkarın törətdiyi ictimai təhlükəli və qanunazidd əməli isə zərərçəkmişin davranışı ilə adekvat olmaması və əsaslı səbəb olmadan törədilmiş cinayətkar hərəkət olması Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini xuliqanlıq niyyətilə törətməsini bir daha sübut edən hallardır. Təqsirləndirilən şəxs ifadəsində özünü qismən təqsirli bildiyini, zərərçəkmiş şəxsdən növbəsini verməsini tələb edərkən Zərərçəkmiş şəxs ona qarşı təhqiramiz ifadə işlətməsini və yaxud zərərçəkmişdən israrla yenidən növbəsini niyə vermədiyini soruşduqda əlində olan paketlə onu itələməsini bildirsə də, həmin göstərdiyi hallar zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər yetirmə cinayət əməlini törətməsi üçün əsaslı səbəb olmadığından və yuxarıda göstərilən sübutların məcmusu və cinayət işinin obyektiv halları ilə Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini törətməsi sübuta yetirildiyindən təqsirləndirilən şəxsin ifadəsində həmin göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti”nin şərhi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək).” Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Həmin Qərarda təsdiq edilmiş hüquqi mövqedən də göründüyü kimi, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi üçün konkret cinayətin motivini xuliqanlıq niyyəti təşkil etməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin səhhəti ilə əlaqədar dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmçinin təqsirləndirilən şəxsin himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 11 günündən şərti olaraq vaxtından əvvəl azad olunması, həmçinin şərti olaraq vaxtından əvvəl azad olunduğu 02 ay 11 gün müddətinin xx.xx.2015-ci il tarixdə başa çatması ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluğu Azərbaycan Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində əvvəllər Türkiyə Respublikasında cinayət işinin olması ilə əlaqədar qeyd edilməlidir ki, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmənin sorğusu əsasında əldə edilmiş məktublardan Təqsirləndirilən şəxs barəsində Türkiyə Respublikasında məhkəmə orqanları tərəfindən çıxarılmış hökmün Azərbaycan Respublikasında tanınmasını təsdiq edən hər hansı materialın olmadığı müəyyən edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası daxilində cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 31 may 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhər Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 31 may 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan maddi sübutlar – Zərərçəkmiş şəxs məxsus bir ədəd qolu uzun köynək, bir ədəd qolsuz mayka, bir ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır, qəbul etmədikdə isə məhv edilməlidir, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan – Zərərçəkmiş şəxs məxsus bir ədəd qolu uzun köynək, bir ədəd qolsuz mayka, bir ədəd şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş şəxsi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar