Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-184/2025 20.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X15 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi X3, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən,əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-ci maddəsi ilə təqsirləndirilən Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla yaşamış, xx.xx.2023-cü il tarixdə vəfat etmiş ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə Müəyyən etdi: Mərhum Təqsirləndirilən şəxs spirtli içkilərin qəbulu nəticəsində “yüngül dərəcəli alkoqol sərxoşluğu” vəziyyətində 28 sentyabr 2023-cü il tarixdə təxminən 01 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, eləcə də alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə yol hərəkəti haqqında qanunun tələblərini pozaraq ƏN-Vİİİ № 125673 nömrəli, xx.xx.2021-ci il tarixli “nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə” ilə faktiki sahibliyində olmuş idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit yük” markalı, **-MJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Təzəkənd-Qapanlı kənd yolu ilə hərəkətdə olarkən Qapanlı kəndi ərazisində olan körpünün üzərində idarəetməni itirməsi nəticəsində avtomobili daxilində su olmayan kanalın içərisinə aşmış, nəticəsində idarə etdiyi avtomobildə qabaq oturacağında sərnişin qismində əyləşmiş X8 ehtiyatsızlıqdan başın tüklü hissəsində sağ gicgah nahiyəsinin dərialtı hemotoması, sağ yanağın və burun nahiyəsinin sıyrıqları, üst dodağın əzilmiş yarası, sol gicgah sümüyünün, kəllə əsasının və burun sümük-qığırdaqlarının sıyrıları, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, döş qəfəsinin sol yan səthinin və sol diz oynağının ön səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran bədən xəsarətləri alaraq, aldığı ağır-kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi xəsarətlərindən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, özü də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində başın tüklü sağ gicgah nahiyəsinin şişkinlik fonunda qançırı, hər iki yanağın sıyrıqları, üz skleti və kəllə əsası sümüklərinin, burun sümük və qığırdaqlarının sınıqları, baş beynin yumşaq qişasına qansızmalar, baş beyin toxumasının əzilməsi, sol diz oynağının iç səthinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vuran xəsarətlər almış və aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi nəticəsində ölmüşdür. Məhkəmə iclasında dindirilmiş ölmüş təqsirləndirən şəxsin hüquqi varisi X10 ibtidai istintaq zamanı göstərdikləri ilə eyniməzmunlu ifadə verərək mərhum ərinə qarşı irəli sürülmüş ittihamı qəbul etməyərək göstərmişdir ki, hadisə günü yoldaşı mərhum Təqsirləndirilən şəxs axşam saat 19 radələrində evdən çıxmış, gecə saat saat 1-ə qalmış zəng edib evə gələcəyini dedi. Sonradan Turalla əlaqə saxlaya bilməmiş, səhər saat 8-də Turalın maşınla kanala düşüb orda dünyasını dəyişməsi xəbəri gəlmişdir. Görən şəxslər polislərin Turalın arxası ilə düşdüyü üçün avtomobillə kanala düşdüyünü demişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Turalın sərxoş olması ilə bağlı heçnə eşitməmişdir. Tural evdən gedərkən içkili olmamış, tanışı ilə birlikdə alver barədə söhbət etmək üçün görüşmüşdür. Polislər Turalın arxası ilə gedərkən Tural sürətli sürdüyü üçün kanala düşmüşdür, Tural yanındakı tanışını evinə düşürüb evə gəlməli olmuş, lakin polislər onların arxası ilə getdiyi üçün sürətli şəkildə maşını sürmüş, nəticədə məlum hadisə baş vermişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır, təqaüdçüdür. Elçin Manafov doğma oğlu olmuşdur. Oğlu avtomobili idarə etmiş Təqsirləndirilən şəxs ilə yaxın dost olmuşdur. Hadisə günü səhər saat 9-da ona oğlunun kanala düşməsi ilə bağlı xəbər gəlmiş, ürəyi götürmədiyi üçün hadisə yerinə getməmişdir. Sonradan isə Turalla oğlunun kanala düşməsinin səbəbkarları polis əməkdaşları olduğunu mərhum Tural İskəndərlinin ailə üzvlərindən eşitmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 göstərmişdir ki, mərhum Təqsirləndirilən şəxs doğma qardaşıdır. 28 sentyabr 2023-cü ildə gecə Turalın arvadı Turanə qardaşına zəng etsə də, nömrəsinə zəng çatmadığını demiş, Turala məxsus digər nömrəyə zəng etsə də, cavab verməmiş, o, evdən özünə məxsus “Ford Transit” markalı yük avtomobilinə əyləşib çıxmış, həmkəndlisi Azər Namazovla qardaşını axtarmağa getmişdir. Ancaq səhər qardaşının maşının kanala aşdığını bilmiş, Tural və yanındakı dostu həmin vaxt vəfat etmiş vəziyyətdə olmuşlar. Yaşadıqları kəndə gəlib maraqlanmış, Şəmkir rayonu, Təzəkənd kənd sakini Mikayıl adlı şəxsə məxsus mağazada olan kamera görüntülərinə baxmış və mərhum qardaşı Təqsirləndirilən şəxs özünə məxsus yük avtomobili ilə yoldan keçən zaman “VAZ 21015” markalı avtomobillə polis əməkdaşlarının geriyə dönüb arxası ilə getdiyini görmüşdür. Sonradan kənd sakinləri qardaşının sürdüyü avtomobilin arxası ilə getdiyini dediyi üçün o da polis tərəfindən təqib edildiyi üçün idarəetməni itirib kanala aşmasını ehtimal edir. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ DYPB-nin əməkdaşı Şahid5 göstərmişdir ki, hadisə baş verən vaxt YPX avtomobili ilə xidmətdə olmuş, “Ford” markalı yük avtomobilinin kanala düşməsi ilə bağlı növbətçi hissədən xəbər gəlmişdir. Qəzanın olduğu kanal rayonun Mahmudlu kəndi ərazisi olmuşdur. Hadisə yerində ağ rəngli Fordun kanala düşdüyünü görmüş, onlar gələnə qədər mərhumlar hadisə yerindən aparılmışdır. Həmin vaxt təxminən səhər saat 8 radələri imiş, ətrafda vətəndaşlar olmuş və Fordun kanala gecə düşdüyünü demişlər. Fordun kanala düşməsi ilə bağlı nazirlik və prokurorluq tərəfindən də izahatlaır alınmış, guya deyilənlərə görə polislərin onların arxası ilə getməsini bildirmişlər. Ancaq xidməti maşınlarda GPS siqnal ötürücü var, onradan da müəyyən olunmuşdur ki, hadisə baş verən vaxt onlar Şəmkir şəhəri ərazisində olmuşlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisə baş verdiyi gün Şəmkir rayonunda olmuş, hadisə isə Şəmkir rayonu, Mahmudlu kəndində baş vermişdir. Hadisə yeri ilə şəhər arasında təxminən 20-25 km məsafə var. Hadisə yerində onlar gedərkən də Post Patrul xidmətinin maşını olmamış, sürücülərin ötüşməsi ilə bağlı heçnə eşitməmişlər. Hadisə baş verən ərazi torpaqlı və kələ-kötür yer olduğu üçün orada maşını sürətli sürmək və ya ötüşmək mümkün deyil. Xidməti maşınların hamısında kamera olduğu üçün bütün hərərkətlər qeydə alınır. Yol Patrul Xidmətinin maşını mərhum təqsirləndirilən və zərərçəkmiş şəxsin olduğu avtomobilin arxası ilə qovması barədə heç bir məlumatı yoxdur. Növbətçi avtomobil özləri olduğu üçün hadisə yerinə də onlar getmiş, post patrul xidməti ilə bağlı heçnə eşitməmişdir. YPX avtomobilləri 7 ədəddir, ancaq 1 maşın növbətçi qalır, qalanları gün ərzində xidmətdə olur. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ YPX əməkdaşı Şahid6 göstərmişdir ki, hadisə günü xidmətdə olmuş, səhər saat 4-5 radələrində növbətçi hissə bizə Şəmkir rayonu Qaradəmirçi kəndi ərazisində yol nəqliyyat hadisəsi barədə bildirmişlər. Həmin vaxt Şəmkir şəhərində olmuş, ordan hadisə yerinə getmişdirlər. Şəhərdən hadisə olan yerə qədər məsafə təxminən 15-20 dəqiqəlik məsafədə olmuşdur. Hadisə yerinə gedərkən təhqiqat, post patrul əməkdaşları hadisə yerində olmuşdur. Maşın isə, kanalın içində olmuşdur. Mərhumlar maşında olmamışdır. Maşının hansı vəziyyətdə olması tam dəqiqliyi ilə yadında deyil, hadisənin necə olması ilə bağlı heçnə bilməmişlər. Həmin vaxt hadisə yerində ancaq polis əməkdaşları olmuş, sonradan da idarəetməni itirmə nəticəsində kanala düşməsini demişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisə olan ərazi boş sahəlikdir. Kanalın yanında böyük bağ evi olsa da, oradakı kamera işləməmişdir. Hadisə yerinə qədərki yolda kamera yoxdur, ora boşsahəlikdir. Nahamar olduğu üçün hadisə olan yerdə ani diqqətsizlikdə idarəetməni itirmək mümkündür. Hadisə olan ərazinin yolları pis vəziyyətdədir. Ora sürət yığmaq və avtomobili sürətli sürmək yolu deyil. Qəzaya düşmüş maşın Şəmkir şəhəri tərəfdən gəlmişdir. Şəhərdən hadisə olan yerə yavaş sürətlə 30-40 dəqiqəlik məsafə olmuşdur. Şəhərdən Qaradəmirçi kəndinə qədər olan yollar nahamardır. Həmin nahamar yolları keçdikdən sonra yol maşının qəzaya düşdüyü kanalın körpüsünə gedir. Avtomagistraldan hadisə yerinə təxminən 5-10 dəqiqəlik məsafə vardır. Hadisə ilə bağlı onlara məlumat səhər saatlarında verilmiş, təxminən səhər saat 9-dan əvvəl hadisə yerinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərmişdir ki,hadisəni səhər saatlarında bilmişlər. Hadisə olan ərazidə mağazası var, mağazamın kameraları olduğu üçün ölmüş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ailəsi kameralara baxmaq istədiklərini demiş, onlara polis əməkdaşları ilə birlikdə baxa biləcəklərini demiş, Polisə zəng edib kameraya baxılması üçün nümayəndə göndərilməsini demişlər. Polis əməkdaşı ilə birlikdə kameraya baxış keçirəndə qəzaya düşən Fordu sonra isə onun yanından ağ “Prado” markalı avtomobil keçməsini görmüşlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, kameranın çəkdiyi ərazi ilə maşının kanala düşdüyü əraziyə qədər təxmini 2 km məsafə var. Hadisə olan ərazilərdə maşının surəti təxminən 30 ya 40 km/saat ola bilər. Orda maşını sürətli sürmək mümkün deyil. Məhkəmədə şahid qismində didndirilmiş X5 da eyniməzmunlu ifadə verərək göstərdi ki, xırdavatda işləyir. Ölmüş təqsirləndirilən şəxsi müştəri kimi tanımış, yaxşı münasibəti olmuşdur. Hadisə günü Bakı şəhərində olmuş, gəldikdən sonra kameraya baxmış, maşının mağazanın qarşısndan keçməsini görmüş, sonradan ölmüş təqsirləndirilən şəxsin ailəsi hadisəni tam dəqiqliyi ilə bilmək üçün mağazada olan kameraya polis əməkdaşının iştirakı ilə baxmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, yaşadığı kənddə balaca kafe işlədir. Hadisədən bir gün əvvəl gecə saat 10-11 radələrində ölmüş təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs içkili vəziyyətdə kafeyə gəlib ondan içməyə pivə istəmiş, pivə satmadığı üçün olmadığını demişdir. Sonra ondan yemək üçün toyuq qənəd istəmiş və bişirib onlara vermişdir. Mərhumlar yeməklərini yedikdən sonra çıxıb getmiş, səhəri gün onların qəzaya düşdükləri xəbərini eşitmişdir. Məhkəmə verilən suallara cavab olaraq göstərdi ki, ölmüş təqsirləndirilənlə zərərçəkmiş şəxs ikisi gəlmiş, gələrkən içkili vəziyyətdə olmuşlar. Onların hansı maşınla gəldiklərini və getdiklərini görməmişdir. İşlətdiyi kafe Şəmkir rayonu Qaracəmirli kəndindən uzaq məsafədə yerləşir. Mərhum təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs kafeyə gələndə kafedə başqa heç kəs olmamış, tək olmuşdur. Kafedə tək olmuş, onunla mərhumlar arasında danışıq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, yaşadığı kənddə ərzaq mağazası işlədir. Ölmüş təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs içində olduğu maşın mağazanın qarşısından keçib getmiş, sürətli keçdikləri üçün səs-küy yarandığına görə getdikdən təxminən 10-15 saniyə sonra arxaları ilə çıxıb baxsa da, maşın toz qaldırdığı üçün görə bilməmişdir. Mağazanın qarşısı ağ torpaq olduğundan maşın sürətlə keçəndə yol toz-torpaq olur. Sabahısı gün isə ölmüş təqsirləndirilənlə zərərçərçəkmiş şəxsin kanala düşməsi xəbərini eşitmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, mağazanın qarşısından keçən maşını görməmiş, sonradan həmin avtomobillə keçən şəxslərin mərhum Turalla Əli olduğunu bilmişdir. Mağaza ilə kanal arasında təxminən 3-5 km məsafə var. Maşın mağazamın qarşısından sürətli keçib getmiş, maşını tozdan görməsə də, matorunun səsini eşitmişdir, həmin yol qaranlıq və çökəklər olan yol olmuşdur. Həmin maşından sonra post patrul maşını görməmişdir. Məhkəmədə istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10 Rasim oğlu göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. O, Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən Orxan marketin içərisində əyləşib telefonla oynayan zaman həmin vaxt marketin sahibi Orxan da onun yanında olmuş, təxminən saat 00 radələrində marketin qarşısından avtomobilin keçdiyini görmüş, lakin həmin avtomobilin markasını və qeydiyyat nişanını bilməmiş, avtomobil keçən zaman toz yaranmış və marketin sahibi həmin vaxt marketin qapıları açıq olduğu üçün ayağa qalxıb qapını bağlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki hadisədən bir gün əvvəl gecə maşın sürətlə keçdiyi üçün çölə çıxmış, Asəf adlı qonşusu ilə oturarkən maşının surətli keçdiyini demişdir. Səhəri gün həmin maşının kanala düşdüyünü öyrənmişdir. Mərhumların arxası ilə polis düşməsi ilə bağlı ona heç kəs heçnə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəmkir RPŞ PPXB-nin əməkdaşı Şahid2 göstərmişdir ki, hadisə vaxtı post patrul xidmətində işləmişdir. Uzun müddət keçdiyi üçün dəqiq yadında qalmasa da, hadisə ilə bağlı vətəndaşlardan “102” qaynar xəttinə məlumat daxil olmuş, sonradan həmin hadisə ilə bağlı post patrul xidməti əməkdaşlarından hadisə vaxtı hansı ərazidə olmaqları ilə bağlı izahat alınmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, dislokasiya 30 kəndi əhatə edir. Bölmədə 1 post patrul xidməti avtomobili olmuş və həmin avtomobillə əsasən kənar diqqətdən uzaq ərazilərdə xidmət aparmışlar. Maşınla bağlı heç bir akt tərtib edilməmişdir. Xidmət vaxtı ağır hadisə ilə qarşılaşanda yol patrul xidmətinin növbətçi hissələrini çağırılar. Qeyd edilən “Ford tranzit” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə bağlı da rastlaşmamış və hər hansı raport tərtib etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, hadisə baş verdiyi müddətdə xidmətdə olmamış, istirahətdə imiş. Hadisəni səhər işə gedəndə bilmiş, sonradan bölməsinin bütün post patrul xidməti əməkdaşları ilə birgə onun da izahatı alınmışdır. X22ndə cəmi 8 post patrul əməkdaşı olduğu üçün, 3 nəfər daxili xidmətə çıxırlar. Post Patrul Xidməti Avtomobili ilə isə 1 maşın əraziyə patrulluğa çıxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin Kür PB-nin polis nəfəri vəzifəsində xidmət etmişdir. 27 sentyabr 2023-cü ildə o, dislokasiya üzrə Şəmkir rayon PŞ-nin Kür PB-nin xidməti ərazisinə daxil olan kəndlər üzrə Şəmkir rayon polis şöbəsinin Kür PB-nin polis nəfəri, polis serjantı X2 xidmətdə olmuşdur. **-AP-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtomobillə xidmət aparmış, adətən digər ərazilərdən fərqli olaraq xidməti ərazinin ucqar və kriminal meylli ərazilərində patrulluq etməklə xidmət aparmışlar. Şəmkir rayonu, Təzəkənd kənd sakini Təqsirləndirilən şəxs və Elçin Manafovun vəfat etməsi ilə bağlı onun məlumatı hadisənin səhəri günü olmuş, hadisə baş vermiş ərazidə ümumiyyətlə xidmət aparmamışlar. Bu barədə mərhumun arvadının müraciət əsasında Daxili İşlər Nazirliyi tərəfindən də müvafiq araşdırma aparılmış, orda da eyniməzmunlu izahat vermişdir. İş üzrə ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş X20 PPXB nəfəri Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilmiş Şahid12 göstərmişdir ki, göy məhsullarının satışı ilə məşğul olub ailəsini dolandırır. 2023-cü ildə Düzqışlaq kəndi ərazisində torpaq sahəsi icarəyə götürüb həmin sahədə göy əkmişdir. O həmin sahəni qardaşı oğlunun kirvəsi Dilqəmlə birlikdə əkmiş, xx.xx.2023-cü ildə saat 00:30 radələrində Dilqəmlə birlikdə özünə ona məxsus Mercedes markalı avtomobillə əkin sahəsində əkdikləri göy məhsulunu sulamaq üçün Şəmkir rayonu, Düzqışlaq kəndi ərazisində yerləşən icarəyə götürdüyü sahəyə getmişlər. Şəmkir rayonu, Təzəkənd-Qapanlı kənd yolunda bir ədəd avtomobilinin yüksək taqqıltı edərək getdiyini eşitmiş, Dilqəm “yəqin içkili sürür” deyib gülmüşdür. 5-6 dəqiqə sonra körpü tərəfdən tappıltı səsi eşidilmişdir. Sonradan isə Qapanlı kəndindən Təzəkənd kəndi istiqamətinə həmin avtomobildən sonra heç bir avtomobil keçməmiş, o, Dilqəmlə birlikdə gecəni sahəni sulayıb evə getmiş, hadisəni sonradan bilmişlər. İş üzrə şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilmiş Şahid13 göstərmişdir ki, 01 oktyabr 2023-cü ildə saat 11 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi yolunun kənarında yerləşən Nicata məxsus kənd təsərüffatı malları mağazasına istixana üçün dərman alanda həmkəndliləri Nicat adlı şəxs, Qapanlı kəndində su kanalı üzərində olan körpüdən mərhum Təqsirləndirilən şəxs özünə məxsus “Ford Tranasit” markalı yük avtomobilini aşdığını, özünün və Elçin Mənafovun ölməsini demişdir. Nicat ona Vüqar adlı şəxsin bir gün əvvəl yanına gəldiyini, həmin yük avtomobilini xx.xx.2023-cü il gecə saat 00:30 radələrində gördüyünü, həmin vaxt Şəmkir rayonu, Təzəkənd kənd ərazisində yerləşən əkin sahəsinə gedərkən Turala məxsus “Ford Transit” markalı yük avtomobilinin yanından yüksək sürətlə keçib ondan irəlidə gedən vaz2106 markalı avotomobili ötüb keçdiyini, bir qədər yük avtomobilinin arxası ilə baxdığını və əkin sahəsinə doğru getdiyini, tappıltı səsi gəlsə də, əhəmiyyət verməyib öz əkin sahəsinə getdiyini bildirmişdir. O, Nicatla söhbət vaxtı “bəs deyirlər ki, polis əməkdaşları həmin yük avtomobilinin arxasına düşüb, hadisə də buna görə olub?!” deyəndə Nicat ona Vüqarın həmin vaxt orada polis maşını olmadığını dediyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 06:42-də, Şəmkir rayonu Qapanlı kəndindən keçən hissədə ərazidən keçən su kanalına Ford markalı avtomobilin qəza edərək düşməsi, 1 nəfərin hadisə yerində vəfat etməsi, 1 nəfərin isə yaralanması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol əlavəsi olan fotocədvəl və sxemdən görünür ki, hadisə yerində avtomobil təkərlərinin əyləc tormoz işi aşkar edilməmiş, yol səthi qurudur və körpünün ətrafında olan dəmir məhəccərlər qopmuş, avtomobil isə defromasiyaya uğramış vəziyyətdədir. Hadisə yeri və avtomobilin şəkilləri çəkilərək fotocədvəl şəklində əlavə edilmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 47 nömrəli rəyindən görünür ki, mərhum X8 meyitinin bədənində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində sağ gicgah nahiyəsinin dərialtı hemotoması, sağ yallağın və burun nahiyəsinin sıyrıqları, üst dodağın əzilmiş yarası, sol gicgah sümüyünün, kəllə əsasının və burun sümük-qığırdaqlarının sıyrıları, beyinin yumşaq qişasına qansızmaları, beyin toxumasının əzilməsi, döş qəfəsinin sol yan səthinin və sol diz oynağının ön səthinin sıyrıqları Küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, həyatidırlar. X8 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, X8 ölümü meyitin müayinəyə başlanmasından 3-5 saat əvvəl baş vermişdir. X8 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil-metil, propil, butil və amil spirtlər barbitur turşsusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 48 nömrəli rəyindən görünür ki, mərhum Təqsirləndirilən şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlər-başın tüklü sağ gicgah nahiyəsinin şişkinlik fonunda qançırı, hər iki yanağın sıyrıqları, üz skleti və kəllə əsası sümüklərinin, burun sümük və qığırdaqlarının sınıqları, baş beyinin yumşaq qişasına qansızmalar, baş beyin toxumasının əzilməsi, sol diz oynağının iç səthinin sıyrıqları Küt əşyaların təsirindəın törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, həyatidirlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Təqsirləndirilən şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən demək olur ki, Təqsirləndirilən şəxs ölümü meyitin müayinəyə başlanmasından 4-6 saat əvvəl baş vermişdir. Təqsirləndirilən şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,6% promilli qatılığında etil spirti aşkar edilmişdir, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazolon, 1,4 benzidiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Rəsmi cədvəl üzrə bu qədər etil spirti canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğun gəlir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-trasoloji ekspertizasının 31 yanvar 2024-cü il tarixli 8/3716/-8/3720 nömrəli rəyindən görünür ki, “Ford Transit” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələrin və izlərin xarakteri nəzərə alınmaqla həmin zədələr və izlər avtomobilin körpünün sağ kənarında olan metal konstruksiyaya dəyərək su kanalına aşması zamanı yaranmışdır. Lakin “Ford Transit” markalı avtomobilin aşmazdan əvvəl üzərində yarana biləcək zədələrin və izlərin xarakterindən avtomobilin aşması nəticəsində dəyişə bilməsi nəzərə alınmaqla “Ford Transit” markalı avtomobilin aşmazdan əvvəl hər hansı digər nəqliyyat vasəitəsi ilə toqquşub-toqquşmamasının nəqliyyat trasoloji ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Transit” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Ford Transit” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Ford Transit” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilən və məhkəmə baxışında tədqiq edilən “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və təqsirləndiirlən şəxsin hüquqi varisi Turanə İsgndərli tərəfindən təqdim və tədqiq edilən videogörüntülərə baxış keçirilməsi zamanı təqsirləndirilən şəxsin idarə etdiyi yük avtomobilin vidoemüşahidə kamerası quraşdırılmış dükanın qarşısından keçərək düzünə hərəkətdə olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilərək hüquqi varisi Turanə İsgəndərliyə qaytarılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir rayon polis şöbəsi X22 tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-13-110/2-338228/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Təzəkənd-Qapanlı kəndləri ərazisində dislokasiya üzrə **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrul maşınında Şahid2 və Şahid3 xidmət aparmış, Şəmkir rayonu, Təzəkənd- Qapanlı yolu kənarında fəaliyyət göstərən mağaza və fərdi yaşayış evlərində olan kamera görüntülərinə baxış keçirilən zaman “Ford Transit” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxasınca hər hansı bir nəqliyyat vasitələrinin hərəkətdə olması müəyyən edilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinin şahidi olmuş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs və mərhum dostu X9 Şəmkir rayonu Təzəkənd kəndi ərazisində kafelərdə spirtli içki içmələri müəyyən edilmişdir. xx.xx.2023-cü ildə saat 00-dan 07-dək olan müddətdə Şəmkir rayonu, Təzəkənd-Qapanlı kənd yolunda hərəkətdə olan avtomobillərin nömrə nişanlarının müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, mərhum Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RPŞ-nin DYPB-dən verilmiş xx.xx.2023-cü il tarixli, 3/3-110-1/2-3144/2023 saylı məktubdan görünür ki, ölmüş Təqsirləndirilən şəxs Altay oğlunun adına sürücülük vəsiqəsi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir RİHB Mahmudlu kəndi İƏD-dən verilmiş 153 № li, xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kəndində ailə üzvləri ilə birlikdə yaşamış və müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli, 74c-24 saylı material üzrə qəbul edilmiş qərardan görünür ki, Şəmkir RPŞ DYPB və X22 PPXB əməkdaşlarının hadisə vaxtı mərhum Təqsirləndirilən şəxs təqib etməsi ilə bağlı hüquqi varisinin ifadəsində və müraciətlərində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri, digər sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə,.... nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, mərhum Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi “Ford Transit” markalı 99 MJ588 qeydiyyat nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin və özünü ölümnə səbəb olan yol nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin hüquqi varisi Turanə İsgəndərli hadisənin baş vermə səbəbinin əri Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə edilməsinə görə polis əməkdaşları tərəfindən təqib edilməsini, buna görə sonuncunun maşını sürətlə idarəetməsi və idarəetməni itirib Şəmkir rayonu Qapanlı kəndində su kanalına maşını aşırdığını demişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlarda (şahid ifadələri, hadisə yerinə baxış protokolu və fotocədvəldə), təqsirləndirilən şəxsin hüquqi varisinin istintaq və məhkəmə baxışında göstərdiklərini təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, avtomobilin son dəfə olduğu müdafiə tərəfindən təqdim edilmiş videogörüntülərlə hadisə yeri arasında təxminən 5-10 km məsafə olması, yol səthinin şahid ifadələrinə əsasən nahamar olması, avtomobilin yüksək sürətlə idarə edilməsi, müraciətlərdə göstərilən polis əməkdaşları tərəfindən təqib edilmə halında (mülki yaxud xidməti avtomobillə) qatı toz şəraitində sürücünün arxadan gələn avtomobilin içində polis əməkdaşlarının olmasını görməsi mümkünlüyü ağlabatan və inandırıcı deyil və adi məntiqlə də mümkünsüz görünür. İşin məhkəmə baxışı zamanı təqdim və tədqiq edilmiş sübutlara əsasən məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, hadisə “Ford Transit” markalı, ** MJ *** qeydiyyat nişanlı yük avtomobilinin həmin vaxt nahamar olan yol şəraitinə uyğun olmayan sürətlə idarə edilməsi və sərxoş vəziyyət olan sürücü Təqsirləndirilən şəxs müəyyən edilməyən səbəbdən (söhbət etmə, telefonla məşğul olma, yaxud yuxulama səbəbindən eləcə də hər hansı oxşar hal) körpünün üzərində idarəetməni qəfil itirərək hərəkət istiqamətini qəfil dəyişərək körpünün mühafizə məhəccərlərini qıraraq içində su olmayan arxa təxminən 4-5 metr yüksəlikdən aşması səbəbindən olmuşdur. Məhkəmə qeyd edir ki, hadisə yerinə baxış zamanı beton körpü üzərində və yolda əyləc (tormozlanma) izlərinin olmaması avtomobilin idarəetməni qəfil itirilməsini təsdiq edən hallardır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut olan “Ford Transit” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təqsirləndirilən şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 250 ( iki yüz əlli) manat təşkil edir. İş üztə təqsirləndirilən şəxs öldüyü üçün məhkəmə ekspertiza xərci olan 250 (iki yüz ) manat Azərbaycan Respublikasının dövlət bücəsinin vəsaiti hesabına Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsin və ona öldüyünə görə Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən cəza təyin edilməsin. İş üzrə maddi sübut olan “Ford Transit” markalı ** MJ *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təqsirləndirilən şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 250 (iki yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-184/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-184/2025
20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver