Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-185/2020 22.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X45 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüqüqşünas Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X21, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üşaqlarla iş üzrə məsləhəçi-psixoloqu X11, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X8 oğlu və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 43-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X45 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən xüsusi amasızlıqla həyatdan məhrum etmə cinayət əməlini törətmişdir. Belə ki, o, əvvəllər yaxın münasibətdə olduğu, xx.xx.1981-ci il təvəllüdlü Cəlili-X18 onunla yaxınlıq etməsindən imtina etməsinə, G.Y.Cəlili-Fəhradiyə dəfələrlə evlilik təklifləri edib, rədd cavabları almasına, həmçinin G.Y.Cəlili-Fəhradinin onun tərəfindən təqib olunması ilə bağlı Gəncə şəhər prokurorluğuna etmiş olduğu şikayətlərə görə G.Y.Cəlili- Fəhradidən qisas alıb, onu öldürmək qərarına gəlmiş və bu məqsədlə hadisədən bir neçə gün əvvəl G.Y.Cəlili-Fəhradinin və yaxın qohumlarının evdə olmadıqları vaxt qeyd edilən cinayətkar niyyətini həyata keçirməsi üçün G.Y.Cəlili-Fəhradinin yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evinə gedib gizlincə daxil olmasını asanlaşdırmaq məqsədi ilə əvvəlcədən hazırlıq görərək, evin birinci mərtəbəsindəki yataq otağının pəncərəsinin şüşəsini sındırmış, xx xxxxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində yaşadığı Gəncə şəhəri Kəpəz rayonu DOS 102 ev 147 mənzil 43-dən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı soyuq silah hesab edilməyən bıçağı sellofan torbaya qoyub özü ilə götürərək, piyada G.Y. Cəlili-Fəhradinin yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evə gedib, həmin evin arxa tərəfindəki kollarla əhatə olunmuş yerdən həyətə daxil olaraq, evdə G.Y.Cəlili-Fəhradinin xx.xx.2006-cı il təvəllüdlü azyaşlı qızı Şahid1 və həmin gün evdə qonaq olmuş G.Y.Cəlili-Fəhradinin bibisi qızı Şahid2 başqa heç bir kəsin olmadığını və onların yatdıqlarını dəqiqləşdirdikdən sonra, saat 04 radələrində sellofan torbanın içərisindəki bıçağı çıxarıb əlində tutaraq bir neçə gün əvvəl evin yataq otağının şüşəsini sındırdığı pəncərəsindən əlini içəri salıb pəncərəni tutacaq yerindən açdıqdan sonra yataq otağına daxil olmuş, bu zaman ayaq səsinə yuxudan oyanaraq çarpayıdan qalxmış G.Y.Cəlili-Fəhradi ilə üzləşib ondan münasibətlərini nəyə görə həmin vəziyyətə çatdırdığını soruşaraq cavab gözləmədən sonuncunun 13 yaşlı azyaşlı qızı Şahid1 və qohumu Şahid2 gözləri qarşısında onlara əzab və iztirab verdiyini dərk edərək qəsdən bıçaqla ilk olaraq sol qoluna zərbə endirib sol dirsək oynağı nahiyəsinin dəlib-çıxan deşilmiş kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmiş, daha sonra öz cinayətkar niyyətini başa çatdırmaq, yəni onu qəsdən öldürmək məqsədi ilə saçından tutub üzüüstə döşəməyə yıxaraq, bıçağı hər iki əlləri ilə tutub müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, G.Y.Cəlili- Fəhradiyə xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin, azyaşlı Şahid1 münasibətdə əziz olan anasına, Şahid2 münasibətdə isə qohumuna qarşı zorakı əməlləri etməklə onlara da əzab və iztirab verdiyini dərk edərək, onların gözləri qarşısında bıçaqla G.Y.Cəlili-Fəhradinin boğaz nahiyyəsini kəsmək üçün bıçağı arxadan sonuncunun boğazının ön nahiyəsinə keçirmiş, bu zaman G.Y.Cəlili-Fəhradi ona müqavimət göstərdiyi üçün onun müqavimətini qırarkən ona öncə sol əlin İ-İİ barmaqlar arası sahəsinin, hər iki əlin ikinci barmağının səthi yaraları, alın, sağ diz oynağı nahiyələrinin sıyrıqları və hər iki diz oynağı nahiyələrinin qançırları ilə müşayiət edilən sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən, daha sonra sağ yanaq nahiyyəsinin kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirmiş və cinayətkar əməlini başa çatdıraraq G.Y.Cəlili-Fəhradinin boğaz nahiyəsini kəsərək boyun nahiyyəsinin orta 1/3 hissəsinin ön səthində sol yuxu arteriyasının, qırtlağın, boyunun səthi və dəri əzələlərinin kəsilməsi ilə müşayiət olunan kəskin qanitirməyə səbəb olan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər yetirib G.Y.Cəlili-Fəhradini qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin yanvar ayından X33 İdarəsində polis nəfəri vəzifəsinə qəbul olunmuşdur. O, Beynəlxalq Bankda işlədiyi vaxtdan həmin bankın pensiya şöbəsində əməliyyatçı işləyən X20 qızını bir iş yoldaşı kimi tanımışdır. 2017-ci ilin mart ayından isə Günayla tanışlıqları daha da səmimiləşmiş, o Günayın ona qarşı biganə olmadığını, eləcə də Günayın ondan xoşu gəldiyini hiss etmişdir. Bir müddətdən sonra Günay Bankdan çıxarkən özünə məxsus (050) ***-**-** telefon nömrəsi yazılmış kağızı ona verib «Üzbəüz mənə heç nə deyə bilmirsənsə zəng edib telefonla deyərsən» deyib getmişdir. Həmin gündən başlayaraq o, Günaya, eləcə də Günay ona zəng edib telefonla danışmışlar. xx.xx.2017-cı il tarixdə onun ad günündə Günay axşam saatlarında ona zəng edib ad günü münasibəti ilə onu təbrik etmiş, bir qədər sonra isə ona zəng edib gecə saat 2-də onu yaşadığı evdə gözləyəcəyini bildirmişdir. O, isə Günaydan ailə üzvlərinin, atasının evdə olduğu halda nə səbəbə onu evinə dəvət etməsini soruşduqda Günay atasının və uşaqlarının yatacaqlarını deyib mütləq onunla görüşmək üçün evinə getməyini xahiş etmişdir. O, da həmin gün saat 2-də Günayın yaşadığı Üçtəpə kəndinə, avtomobil yolunun kənarında yerləşən evinə getmişdir. O, giriş qapısına yaxınlaşdıqda Günayın qapını açdığını görüb həyətə daxil olmuşdur. Günay onunla həyətdə olan masada əyləşib bir qədər söhbət etdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini demiş və o, Günayla sonuncunun evlərinin bağında bir dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Ertəsi gün Günay yenidən onu evlərinə dəvət etmiş və yenədə əvvəlki gün olduğu kimi onunla evlərinin həyətində saat 01 də görüşüb onun üçün əvvəlcədən bağda hazırladığı yorğan-döşək olan yerdə yenə də Günayla təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan etibarən Günay onu mütəmadi olaraq evlərinə dəvət etmiş və o, Günayla gecələr sonuncunun yaşadığı evdə görüşüb cinsi əlaqədə olmuşdur. Günayla bu vəziyyətdə münasibətləri 2018-ci ilin sentyabr ayına kimi davam etmişdir. 2018-ci ilin sentyabr ayında Günay onunla söhbət edərkən evlənməyi ona təklif etdikdə o, sonuncudan 10 yaş böyük olduğunu, onunla yalnız cinsi əlaqədə olmaq üçün görüşmək niyyəti olduğunu, anasının onunla evlənməyinə razı olmayacağını deyib onunla evlənmək niyyətinin olmadığını dedikdən sonra, Günayın onunla münasibəti pozulmuş və həmin vaxtdan sonra o, Günayla görüşməkdən imtina etmiş və Günayla görüşməmək üçün Beynəlxalq Bankdan iş yerini dəyişib Gəncə şəhər prokurorluğunda mühafizəçi kimi işə çıxmışdır. 2018-ci ilin oktyabr-noyabr aylarında Günay onun anası Şəfiqənin satıcı işlədiyi yerə getmiş və Orxanla bir-birlərini sevdiklərini, nə səbəbə evlənmələrinə razı olmadığını demiş, anası isə Günaya yaş fərqlərinin çox olduğunu bildirdirmişdir. Günayın onun anası ilə görüşüb bu mövzuda söhbət etməsi ona pis təsir etmiş və Günaya zəng edərək nə səbəbə anası ilə görüşməsini deyib Günaya acıqlanmışdır. Sonrakı günlərdə Günayın onu tanıyanlara aralarındakı münasibəti bildirdiyini eşitmiş və bu barədə anasına da demişdir. Bir müddət sonra isə Günayın atası Yusif onun atası İlhama zəng vurub onunla görüşürək onun Günaydan əl çəkməyini, Günayı narahat etməməsini tələb etmişdir. Atası İlham bu barədə ona dedikdə o, Günaya zəng edib nə səbəbə atasının onun atası İlhamla görüşməsini deyib iradını bildirmiş, onu və ailə üzvlərini narahat etməmələrini tələb etmişdir. 2019-cu ilin yanvar ayında Günayın ondan Gəncə şəhər prokurorluğuna şikayət edərək onun Günayı və ailə üzvlərini hədələdiyi barədə müraciət etdiyini bilmişdir. O, Gəncə şəhər prokurorluğuna dəvət olunub Günayın ərizəsi ilə əlaqədar izahat vermiş, izahatında heç vaxt Günayı narahat etmədiyini, əksinə Günayın onu narahat etdiyini, aralarında olan münasibətləri bildirib, Günayla arasında olan telefon danışıqlarını təqdim etmişdir. 2019-cu ilin avqust ayının axırlarında Günay yenidən ondan Gəncə şəhər prokurorluğuna guya onun Günaydan əl çəkməməsi, onu mütəmadi narahat etməsi, sosial şəbəkələrdə onun barəsində yalan məlumatlar verməsi, Günayı və ailə üzvlərini narahat etməsi barədə ərizə verdiyini bilmişdir. Bundan sonra Günayın ondan əl çəkməyəcəyini görüb onu qorxutmaq qərarına gəlmişdir. Bu məqsədlə o, xx xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat 01 radələrində atası və anasının yatdıqlarını dəqiqləşdirdikdən sonra onların otağında olan dolabın içərisindəki diplomat formalı qabın içərisində olan taxtadan dəstəyi olan bıçaq götürmüş və hadisədən bir neçə gün əvvəl Totanlı qəsəbəsindən inşaat mağazasından aldığı dəmir məftillərin kəsilməsi üçün nəzərdə tutulmuş kəlbətini götürüb bıçaqla birlikdə bir sellofan torbaya qoyub yaşadığı evdən çıxaraq Göygöl rayonunun Üçtəpə kəndinə getmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Günaygilin evlərinin qabaq tərəfinə gəlmiş və evin hasarını aşıb həyətə düşə bilməyəcəyini gördükdən sonra Günaygilin yaşadığı evin arxa tərəfinə getmiş və oradan Günaygilin həyətinin həmin hissədən itburnu və moruq kolları ilə əhatə olunmuş hissəsindən keçib həyətə daxil olmuşdur. Evin yaşayış sahəsinə yaxınlaşıb Günayın otağına pəncərədən baxdıqda otağın işığının yandığını, Günayın öz çarpayısında yatdığını, Günayın bibisi qızı Gülşənin və Günayın qızı Leylanın çarpayıda hərəsinin öz telefonlarına baxdıqlarını görmüşdür. Orada dayanıb onların yatmalarını bir saat otuz dəqiqə gözlədikdən sonra otağın işığının söndüyünü və onların artıq yatmış olduqlarını dəqiqləşdirdikdən sonra, təxminən saat 03-30 dəqiqədə, evin birinci mərtəbəsində, əlində olan göy sellofanı açıb bıçağı içərisindən götürmüş, içərisində kəlbətin olan göy sellofanı pəncərənin alt hissəsinə qoymuşdur.Günaygilin yatdığı otağa pəncərədən daxil olduqdan sonra Günay səsə yuxudan oyanmış və ona “kimsən” demişdir. Daha sonra Günayın yatdığı çarpayının aşağı tərəfindən Günaya yaxınlaşmış, arxa tərəfi yataq otağının qapısının yanında olan balaca dolaba doğru dayanmışdır. Günay isə onun ön tərəfində dayanıqdan sonra Günaya “nə istədin məndən” demişdir. Günay isə ona cavab olaraq onun anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, əlində olan bıçaqla Günayın üzərinə doğru getmiş, Günay arxaya getdiyi vaxt arxası üstə döşəməyə yıxılmış, bundan sonra ayağa qalxmaq istəyərkən Günayın arxasına keçmişdir. Dizləri yarım qatlanmış vəziyyətdə əlində olan bıçağın dəstəyini sağ, tiyəsini isə sol əli ilə tutub, Günayın boğaz nahiyyəsinə doğru gətirdiyi vaxt Günayın ona müqavimət göstərib bıçağı döşəməyə doğru çəkmişdir. Bundan sonra bıçağın Günayın əlini kəsməsi nəticəsində Günay daha müqavimət göstərə bilməyib, bıçağı buraxdıqdan sonra Günaydan xırıltı səsi gəldiyini eşitmişdir. Bundan sonra o, bıçağı götürərək otaqdan çıxmaq istəyib yataq otağının giriş qapısına yaxınlaşdıqdan sonra arxaya baxarkən Gülşənin yuxudan oyanaraq həyəcanlı şəkildə ona qışqırıb “heyvan” dediyini, Günayın taqətsiz halda çarpayıda uzanan Gülşənə doğru əl uzatdığını, Leylanın yatılı vəziyyətdə olduğunu və Leyladan heç bir səs gəlmədiyini görmüşdür. Günayın bıçaqla boğaz nahiyəsini kəsdiyi zaman bıçaq sol əlinin iç səthini kəsmişdir. Bundan sonra yataq otağının açıq vəziyyətdə olan qapısından çıxıb, evin qonaq otağına keçdikdən sonra evin giriş qapısına yaxınlaşıb bağlı olan qapını, qapının üzərində olan açarla açmışdır. Günaygilin yaşadığı evin həyətinə daxil olduğu yerə gəlib həmin yerdən həyətdən çıxaraq piyada evdən aralandıqdan sonra evdən təxminən 100 metr məsafədə su axan kiçik arxın körpüsü üstündə əyninə geyindiyi boz rəngli sintetika parçadan olan, qana bulaşmış gödəkcəsini və bıçağı həmin arxa tullamış və hadisə yerindən uzaqlaşmışdır. Daha sonra piyada saat 06 radələrində öz binalarına gəlmiş və telefonunu söndürərək (055)-444-45-65 nöməsini çıxarıb sındırmışdır. O, binanın damında olarkən polis avtomobilinin binalarının ön tərəfində dayandığını görüb və polis əməkdaşlarının onu axtarmaq məqsədilə ora gəldiklərini başa düşüb, binanın damından düşərək oradan çıxıb piyada Samux rayonunun Əhmədbəyli kəndinə getmişdir. Polis əməkdaşlarının onu axtardığını bildiyindən o, Samux rayonunun Əhmədbəyli kəndindən ara yollarla Dəliməmmədli qəsəbəsinə gəlmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Dəliməmmədli qəsəbəsində yaşayan qohumu Mehmanla yolda təsadüfən rastlaşdıqda Mehman onu evinə aparmış, o, orada Mehmanın oğlu Cavidlə görüşmüş və Günayı öldürdüyünü ona deməyib ondan sadəcə olaraq ona 20 manat pul verməsini xahiş etmişdir. Cavid gedib evdən gətirdiyi 20 manat pulu ona vermişdir. O, pulu alıb piyada Gəncə-Bakı avtomobil yoluna çıxıb Bakı şəhərinə gedən nöməsini bilmədiyi mikroavtobusla Bakı şəhərinə getmişdir. Məqsədi Əjdər adlı ailəvi yaxın münasibətləri olan şəxsi tapıb ondan bacısı Türkangilin yeni aldıqları mənzilin yerini öyrənib onların evinə getmək olmuşdur. Lakin, Əjdərin də yaşadığı yeri dəqiq bilmədiyi üçün Bakı şəhərində Yasamal rayonunda tanımadığı bir nəfərin telefonu ilə Cavidə zəng edib Əjdərin evinin yerini soruşmuş, Caviddə ona Yasamal qəsəbəsində yerləşən Əjdərin yaşadığı binanın yerini deyib izah etmişdir. O, telefonu aldığı şəxsdən bir qədər aralandıqdan sonra Cavid həmin şəxsin telefonuna təkrar zəng edərək onun adam öldürdüyünü bildirmişdir. Daha sonra telefonunu alıb danışdığı şəxsin hüquq-mühafizə orqanlarına verdiyi məlumatı əsasında Bakı şəhərində Yasamal rayonunda Əjdərin yaşadığı binanın yanında polis əməkdaşları onu yaxamışlar. O, hadisədən əvvəlki günlərdə Günay Cəlili-Fəhradinin xalası oğlu Şahid8 zəng edib Günay Cəlili-Fəhradi ilə əvvələr münasibətlərinin olmasını bildirərək, daha sonra münasibətləri pozulduğu üçün Günayın onun barəsində Gəncə şəhər prokurorluğuna şikayət etdiyini, Günayın düzgün yolda olmadığını və Günayı başa salaraq onu şikayətlərindən əl çəkməsini Günaya bildirməsini demişdir. Ramin isə ona Günayla münasibətlərinin olmasının mümkünsüz olduğunu deyib onunla görüşmək istəmiş və Günayla aralarında olan münasibətləri aydınlaşdırmaq üçün onu Goranboy rayonuna dəvət etmişdir. Lakin həmin vaxtlar işdən çıxa bilmədiyi üçün Şahid8la görüşə bilməmişdir. X1 Şükürova və ya onunla eyni məktəbdə təhsil alan Turxanın istifadə etdiyi “İnstagram” sosial şəbəklərindəki profillərinə mesajlar göndərməmiş və Günay Cəlili- Fəhradinin pozğun olmasını, ondan uzaq durulmasını deməmiş və Şahid11 qeyrətsiz adlandırmamışdır. O, Sənanın Günayı başa salması və ondan əl çəkməsini Günaya bildirmək üçün, Günayla söhbət edərək Günayın ondan əl çəkməsi üçün Şahid10 Günay barəsində mesaj, həmçinin Günay Cəlili-Fəhradi ilə aralarında olan səsli danışıqları göndərib Günayla münasibətlərinin olmasını bildirmişdir. Məqsədi Günayla əvvəllər münasibətləri olmasını Sənana bildirmək olmuşdur. Bundan başqa iş yoldaşı Şahid14lə görüşdüyü vaxtlar ona Günay Cəlili-Fəhradi ilə aralarında olan yaxın münasibətlər barəsində söhbət etmişdir. Çünki, Günay hər yerdə demişdir ki, o, ondan əl çəkmir. Hadisədən əvvəlki vaxtlarda Şahid17 “Watsap” nömrəsinə mesajlar göndərib Günayın onun barəsində Gəncə şəhər prokurorluğuna şikayət etməsi ilə əlaqədar Günayı düzgün yola dəvət etməsini və Günayın etdiyi şikayətlərdən əl çəkməsi üçün Günayla söhbət etməsini bildirmişdir. 2018-ci ilin iyun ayının ortalarında Günay Cəlili-Fəhradinin qohumu, vəfat etmiş əri Əbülfəzin bacısı Şahid18 ilə görüşüb Günayla əvvəllər yaxın münasibətlərinin olmasını bildirib hazırda münasibətlərinin pozulması ilə əlaqədar Günayın onun barəsində Gəncə şəhər prokurorluğuna şikayət etməsini demişdir. Afətlə görüşməkdə məqsədi Günayla söhbət edib Günayın şikayətini geri götürməsini Günaya bildirməsi və ondan əl çəkməsi üçün Günayı başa salması olmuşdur. O, X34 şəhər şöbəsində işləyən Şahid20 Günay Cəlili-Fəhradi ilə tez-tez söhbət etməsini gördüyü üçün onların yaxın münasibətdə olmasından şübhələnmişdir. Buna görə də 2018-ci ilin sentyabr ayında Gəncə şəhəri Gülüstan qəsəbəsində Qoşqarla görüşüb onun Günay Cəlili-Fəhradi ilə yaxın münasibətinin olub-olmamasını soruşmuşdur. Qoşqar isə cavabımda ona Günayla iş yoldaşından başqa heç bir münasibətinin olmamasını demişdir. Onun Qoşqarla görüşməyinin məqsədi Günayın ondan əl çəkməsi üçün Günayı özünə qarşı diksindirmək olmuşdur. O, xx xxxxxxxx 2019-cu il tarixdə iş yoldaşı Sərvuna zəng edərək ona yerinə işə çıxmasını xahiş etmişdir. Sərvun isə ona işinin olduğunu buna görə də onun yerinə işə çıxa bilməyəcəyini demişdir. Dostu və atası İlhamın kirvəsi olduğu Şahid24 ilə xx xxxxxxxx 2019-cu il tarixdə zəngləşərək görüşüb şəhərdə çay içmiş və ümumi məsələlər haqqında söhbət etmişdir. O, xx xxxxxxxx 2019-cu il tarixdə Günaygilin yaşadığı evin nömrəsinə zəng edib onunla danışmaq və aralarında olan gərginliyi başa çatdırmağı və onun şikayətlərindən əl çəkməsini ona bildirmək istəmişdir. Günayla münasibətləri pozulduqdan sonra Günay onun nömrələrini bloka atdığı üçün Günayla əlaqə saxlaya bilməmişdir. Buna görə də tanışı Şahid22 yeni bir «Watsap» qrupu açmasını və Günayla onu həmin qrupa salıb onların həmin qrupda söhbət etmələrinə imkan yaratmasını xahiş etmişdir. Günaya həmin qrupda evlənmək təklifi etməyi və əgər evlənməyəcəyi təqdirdə onu və özünü öldürəcəyini bildirməsində məqsədi Günaya yalandan evlənmə təklifi edib sonuncunun onun barəsində etdiyi şikayətlərə son qoyması olmuşdur. Çünki Günayla münasibətini pozduğu üçün Günayın qərəzli olaraq ondan Gəncə şəhər prokurorluğuna şikayət etməsini bilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, hadisədən sonra özündə olmamışdır. O, Günayın öldüyünü bildikdən sonra psixoloji gərginlik keçirdiyindən, ifadələrini oxumadan imzaladığından və həmin ifadələr onun sözləri ilə yazılmadığından, ibtidai istintaqa zamanı ifadələrinə imza edərkən müdafiəçisi yanında olmadığından həmin ifadələrini təsdiq etmir. Günayın bıçaqla boğaz nahiyəsini kəsdikdən sonra bıçağı götürərək otaqdan çıxmaq istəyib yataq otağının giriş qapısına yaxınlaşdıqdan sonra arxaya baxarkən Gülşən yuxudan oyanaraq həyəcanlı şəkildə qışqırıb ona "heyvan" demiş, Günay taqətsiz halda çarpayıda uzanan Gülşənə əl uzatmışdır. Leyla yatılı vəziyyətdə olmuş və Leyladan heç bir səs gəlməmişdir. Günayın yaşadığı evin pəncərəsinin şüşəsini qırmamış, sonuncunun onun barəsində şikayət etməsi və onu bezdirməsi səbəbindən Günayı qorxutmaq istəmişdir. Günay ona evlənmə təklifi etmiş, o isə sonuncuya rədd cavabı verməsinə baxmayaraq, Günay ondan əl çəkməmiş və mütəmadi olaraq onu şikayətləri ilə bezdirmişdir. Hazırda əməlindən peşmandır, məhkəmədən onun əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edilməklə aşağı həddə cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 oğlu ifadəsində göstərmişdir ki, qizi Günay 5 ilə yaxın “Beynəlxalq Bank”ın Gəncə filialında bank əməliyyatçısı işləmiş və övladları Leyla və İbrahimlə birlikdə onunla Göygöl rayonunun Üçtəpə kəndində yaşamışdır. Təxminən bir il bundan əvvəl qızı Hafizə və bacıları Həqiqət və Mehriban Günayın işlədiyi bankda mühafizə polisi işləyən Orxanın Günaydan xoşu gəldiyini və Günayla evlənmək fikrinin olduğunu ona bildirmişlər. Belə ki, Günayın özü bu barədə bacısı Hafizəyə və bibiləri Həqiqət və Mehribana demişdir. Bundan sonra özü bu barədə Günayla söhbət edərək Orxanın kim olduğunu və həqiqətən də ondan xoşu gəlib-gəlmədiyini soruşmuşdur. Həmin vaxt Günay Orxanın bankda mühafizə polisi işlədiyini, onu sevdiyini, onunla evlənməyi təklif etdiyini və həmin oğlanın 10 yaş ondan kiçik olduğunu, lakin onunla evlənmək barədə heç bir fikrinin olmadığını, Orxanın özünə də bu barədə deməsinə baxmayaraq, ondan əl çəkmədiyini ona demişdir. 2018-ci ilin dekabr ayının sonlarında Göygöl rayonun Üçtəpə kəndində Günayın yaşadığı evdə olarkən nəvəsi Leyla Günaydan bir neçə dəfə mobil telefonunu oyun oynamaq məqsədilə istədiyi vaxt Günay hər dəfəsində mobil telefonunun işdə unutduğunu bildirmiş, o da Günayın hər dəfə belə deməsinə görə onun mobil telefonun həqiqətən də işdə unudub-unutmamasını soruşmuşdur. Onun bu sözlərindən sonra Günay olanları danışaraq əvvəllər eyni bankda mühafizə polisi işləmiş Orxanın iş yerindəki masasının üzərindən onun mobil telefonunu götürdüyünü və ona vermədiyini bildirmişdir. Bundan sonra o, qızı Günaydan Orxanın mobil nömrəsini öyrənib Orxana zəng etmişdir. Orxanla telefonla danışarkən Günayın atası olduğunu və nə səbəbə qızının telefonunu götürdüyünü bildirmişdir. Həmin vaxt Orxan ona qızının telefonunu hansı səbəblə götürdüyünü deməyib, işi ilə bağlı Bakı şəhərində olduğunu, səhəri günü Gəncə şəhərinə gələcəyini və gəldikdən sonra Günayın mobil telefonunu gətirib verəcəyini demişdir. 2018ci ilin dekabr ayının sonlarında Orxanla həmin telefon danışıqlarından sonra səhəri günü səhər saat 05 radələrində o, Göygöl rayonun Üçtəpə kəndində qızının yaşadığı evdə olarkən Orxan Günaydan götürdüyü mobil telefonu gətirib ona vermişdir. O, həmin vaxt əsəbləşərək Orxana hansı səbəblə qızının telefonunu götürdüyünü bildirmiş, lakin Orxan ona yenə də Günayın telefonunu götürməsinin səbəbini deməmişdir. Həmin vaxt Orxana qızından uzaq durmasını, Günayın ondan yaşca çox böyük olduğunu bildirərək evlənmələrinin düzgün olmadığını qeyd etmişdir. Bundan başqa Orxana ailəsinin də qızı ilə münasibət saxlamasına və evlənməsinə razı olmadığını bildirmişdir. Belə ki, qızı Günay Orxanın onun mobil telefonunu götürməzdən əvvəl Orxanın anası Şəfiqənin Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində satıcı kimi işlədiyi mağazaya gedərək, Orxanın onu narahat etdiyini, ondan əl çəkmədiyini və Orxanın ona evlənmək barədə təklif etdiyini demişdir. Orxanın anası Şəfiqə həmin vaxt Günaya Orxanla bu barədə söhbət edəcəyini və qızından uzaq durmasını bildirəcəyini demişdir. Bundan başqa həmin vaxt Orxanın anası Şəfiqə qızı Günayın özünə “ sən oğlumdan uzaq dur o səndən uzaqlaşacaq” demişdir. Günay isə Şəfiqəyə Orxanın onu narahat etdiyi və ondan əl çəkmədiyi üçün ora gəldiyini və Orxanla münasibətinin olmadığını bildirmişdir. Orxan ona Günayın telefonunu verdikdən sonra Günaydan uzaq duracağını və o, öldükdən sonra Günayın gününü qara gətirəcəyini demişdir. O, isə Orxana “gözdə mən ölüm ondan sonra nə istəyirsən eliyərsən” demiş, onun bu sözlərindən sonra Orxan çıxıb getmişdir. 2019-cu ilin yanvar ayının ortalarına kimi Orxan Günayı narahat etməmişdir. Belə ki, Günayın özü Orxanın telefonu verdikdən sonra onu narahat etmədiyini ona demişdir. 2019-cu ilin yanvar ayının ortalarından sonra Orxan Günayı yenidən narahat etməyə başlamışdır. Belə ki, o Günayın ev telefonuna həmçinin mobil telefon nömrəsinə zəng edərək Günaya nalayiq söyüşlər söymüş, hədə qorxu gəlmiş, Günayın fotoşəkillərini sosial şəbəkələrdə paylaşaraq onu şantaj edib və nə vaxta kimi Günay ona “hə” deməsə hərəkətlərini davam etdirəcəyini bildirirmişdir. Bundan sonra onlar qızı Günayla birlikdə Orxanın hərəkətləri barədə müvafiq dövlət orqanlarına şikayət etməyi qərarlaşdırmışlar. Daha sonra Günay Orxanın onu narahat etməsi, hədə-qorxu gəlməsi, fotoşəkillərini sosial şəbəkələrdə paylaşaraq şantaj etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Gəncə şəhər Prokurorluğuna və Gəncə şəhər Baş Polis İdarəsinə şikayət ərizələri ünvanlamışdır. Günay Orxan barəsində şikayət ərizəsi yazdıqdan sonra Orxanın atası İlham ilə Gəncə şəhərində Nərimanov heykəlinin yanında görüşüb Orxanın qızı Günaydan əl çəkməsini və ona yaxın durmamasını bildirmişdir. Həmin vaxt İlham, oğlu Orxan ilə danışıb söhbət edəcəyini və onu başa salacağını demişdir. İlhamla Orxan barəsində danışdıqdan iki gün sonra Orxan Günayın Göygöl rayonun Üçtəpə kəndindəki ev telefon nömrəsinə zəng edərək “atan mənim atamla görüşdüyü üçün atamı döyüb pis günə salmışam gəlib sənin atanı da döyəcəm” deyə bildirmişdir. Bunları ona Günay özü demişdir. 2019-cu ilin yanvar ayının sonlarında Orxanın anası Şəfiqə qızının yaşadığı evə gələrək ona və Günaya nəyə görə qızının Orxan barəsində şikayət etdiyini bildirmişdir. O, isə Orxanın anası Şəfiqəyə “sən qızıma demişdin ki, Orxanla biz özümüz də bacara bilmirik lazım gəlsə şikayət edin” demiş və oğlunu başa salmasını və qızından əl çəkməsini bildirmişdir. Bundan sonra Günayın şikayət ərizəsi əsasında Gəncə şəhər prokurorluğunda araşdırma başlanmışdır. X46 Nazirliyindən gəlmiş adını xatırlamadığı müstəntiq tərəfindən Gəncə şəhəri Nizami rayon Polis İdarəsində onun iştirakı ilə qızının izahatı alınmış, Günay izahatında Orxanın onu mütəmadi olaraq narahat etməsi, hədə-qorxu gəlməsi və onu müxtəlif yollarla şantaj etməsini göstərmişdir. Lakin Gəncə şəhər Prokuroluğunda və polis orqanlarında aparılmış araşdırmalar zamanı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və X49 Orqanları tərəfindən cəzalandırılması göstərilmişdir. Bundan sonra Orxan 2019-cu ilin iyun ayının ortalarına kimi bir müddət Günaydan əl çəkmişdir. 2019-cu ilin iyun ayının ortalarından sonra Orxan qohum-əqrəbalarına mesajlar göndərərək Günayın barəsində nalayiq ifadələr işlətmiş, Günayın düzgün yolda olmadığını, yəni əxlaqsızlıqla məşğul olduğunu, həmçinin Günayın qızı Leylanın da anasının yolunu davam etdirəcəyi kimi ifadələr işlədərək, yenidən Günayı şantaj etməyə başlamışdır. Belə ki, İranda yaşayan əmisi oğlu Şahid25, Goranboy rayonun Cinli kəndində yaşayan qohumu Şahid8 özü bu barədə ona bildirmişdir. Bundan sonra 2019-cu ilin avqust ayının sonlarında Günay Orxanın ondan əl çəkmədiyini, həmçinin onu narahat etdiyinə görə yuxarı instansiyalara Orxan barəsində şikayət etmişdir. O, 2019-cu ilin avqust ayının 30-da səhhəti ilə bağlı müalicə olunmaq məqsədi ilə nəvəsi İbrahimlə birlikdə İrana getmişdir. İrana getməmişdən öncə qızı Günaya Gəncə şəhərində yaşayan qızı Hafizənin evində qalmasını və yaxud evdə nəvəsi Leyla ilə tək qalmamasından ötrü bacılarından və digər qohumlarından hansısa birini Günayla və nəvəsi Leyla ilə qalması üçün dəvət etməsini təkid etmişdir. X12 zaman mütəmadi olaraq qızı Günayla telefon əlaqəsi saxlamış, onun və nəvəsi Leylanın hal-əhvalını soruşmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində kürəkəni Sənan onun mobil telefonuna zəng vuraraq “Yusif dayı Günay paltarı sərəndə balkondan yıxılıb vəziyyəti ağırdır gəl” demiş, o da bu xəbəri eşitdikdən sonra nəvəsi İbrahimlə birlikdə İrandan yaşadıqları Göygöl rayonun Üçtəpə kəndində gəlmişdir. Evə çatdıqda yaşadıqları evin qarşısında çoxlu sayda adamların toplaşdığını və yas mağarının qurulduğunu görmüş, həmin vaxt orada olan bacanağı Nurəddin ona Günayın boğaz nahiyyəsinin bıçaqla kəsilərək öldürüldüyünü bildirmişdir. Daha sonra yaşadıqları evdə olan şəxslərdən öyrənmişdir ki, Günayı Təqsirləndirilən şəxs öldürmüşdür. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında nəvəsi Leyla və bacısı qızı Gülşənlə söhbət edən zaman Gülşənlə Leylanın çox həyacanlı vəziyyətdə olduqlarını görmüşdür. Həmin vaxt Gülşən və Leyla ona Orxanın Günayı onların gözü qarşısında amansızlıqla bıçaqla boğaz nahiyyəsini kəsərək qəsdən öldürməsini gördüklərini demişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ən ağır cəza verilməsini məhkmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhumə anası X19 qızı ilə birlikdə yaşamışdır. X57 şəhərində yerləşən X34 filialında əməliyyatçı işləmişdir. 2018-ci ilin axırlarında hərdən-bir babası Yusiflə birlikdə anasını işlədiyi bankdan qarşılamaq üçün getdiyi vaxt bankda mühafizəçisi işləyən sonradan adını bildiyi Orxanı görüb tanımışdır. Belə ki, həmin vaxtlar yaşadıqları evdə anasının və babasının danışıqlarından eşitmişdir ki, Orxan tez-tez anasına zəng edib narahat edir, onu hədələyir və bu səbəbdən də anası və babası Orxanın valideynləri ilə görüşüb anası Günayı narahat etməməsi barədə söhbətlər etmişlər. 2019-cu ilin əvvəllərində anasını narahat etməkdən əl çəkmədiyinə görə anası Orxandan şikayət etmişdir. O, bunları evlərində anası ilə babasının danışıqlarından eşitmiş, 2019-cu ilin avqust və sentyabr aylarında anasının babası və digər yaxın qohumları ilə danışıqlardan başa düşmüşdür ki, anası Orxandan şikayət etməsi ilə bağlı şikayətə düzgün baxılmadığından narazılıq etmişdir. 2019-cu il sentyabr ayının 7-si o və bibisi qızı Gülşənlə birlikdə Üçtəpə kəndindəki evlərinə gəlmiş və təxminən saat 01 radələrində bir otaqda yatmışlar. Gülşən öz çarpayısında, o isə anası ilə birlikdə yataq otağındakı çarpayıda yatmışdır. O, yatdığı vaxt pəncərənin yanında olan tappıltı səsinə yuxudan oyanmış, həmin vaxt anası da yuxudan oyanmışdır. O, yuxudan oyananda Orxanın əlində iri bıçaqla anasının yanına gəlib anasının saçından tutduğunu görmüşdür. Həmin vaxt artıq Gülşən də oyanmışdır. Orxan onların gözü önündə anasının saçından tutduqdan sonra anasına «sənə dedim ki, səni də öldürəcəm özümü də öldürəcəm» sözlərini deyib, anasının saçından tutub əvvəlcə bıçaqla qolundan vurmuş, sonra isə anasını döşəməyə salıb arxa tərəfinə keçərək bıçaqla boğazını kəsməyə başlamışdır. Orxan anasının başını kəsərkən Gülşən qışqırıb Orxana otaqdan getməsini deməsinə baxmayaraq, Orxan Gülşənə məhəl qoymadan anasının boğazını kəsməyə davam etmişdir. Həmin vaxt Orxanın bütün hərəkətlərini görmüş, ancaq qorxduğuna görə adyalı ağzına tutub sıxaraq baxmışdır. Orxan anasının boğazını kəsdikdən sonra qonaq otağına keçərək yaşadıqları evdən getmişdir. Orxan getdikdən sonra Gülşən polisə telefonla məlumat vermiş ancaq evlərinin olduğu yeri düzgün izah edə bilmədiyinə görə o, telefonu alıb evlərinin yerini izah etmişdir. Sonra onlar bibisinə zəng edib hadisə barədə məlumat vermişlər. Bir qədər sonra evlərinə polis işçiləri gəlmiş və Gülşənlə o, hadisəni olduğu kimi danışmışlar. O, əvvələr Təqsirləndirilən şəxs yaşadıqları evdə görməmişdir. 102 xidmətində Gülşənin deyil onun adı və soyadı göstərilməsinin səbəbi isə onun evin yerləşdiyi yer bərəsində məlumat verərkən öz adını verməsi olmuşdur. Ondan məlumatı qəbul edən şəxs hadisənin kim tərəfindən törədildiyini soruşmamış, buna görədə o, anasının Orxan tərəfindən öldürüldüyünü deməmişdir. Məlumatı qəbul edən şəxs anasının kim tərəfindən öldürüldüyünü soruşsa idi o, anasının Orxan tərəfindən öldürüldüyünü deyərdi. Bir qədər sonra evlərinə gəlmiş polis işçiləri onunla söhbət edərkən o, polis əməkdaşlarına anasının Orxan tərəfindən öldürüldüyünü bildirmişdir. Məhkəmədə şahid qismində dinirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat 03 radələrində o, yatdığı vaxt tappıltı səsinə yuxudan oyanmış və həmin vaxt Günay və Leyla da yuxudan oyanmışdır. Həmin vaxt Orxanın əlində iri bıçaqla Günayın yanına gəlib onun saçından tutduğunu görmüşdür. Orxan Günayın saçından tutduqdan sonra Günaya «sənə dedim ki, səni də öldürəcəm özümü də öldürəcəm» sözlərini deyib onun saçından tutub əvvəlcə bıçaqla qolundan vurmuş, sonra isə Günayı döşəməyə salıb arxa tərəfinə keçib bıçaqla boğazını kəsməyə başlamışdır. Orxan Günayın boğaz nahiyyəsini kəsərkən o, qışqırıb Orxana otaqdan getməyini və hərəkətlərini dayandırmağını tələb etməsinə baxmayaraq, Orxan ona məhəl qoymadan Günayın boğazını kəsmişdir. Orxan hər iki əli ilə bıçağı tutub Günayın boğazını kəsərkən Leyla qorxusundan səsinə çıxarmayıb ədyalı ağzına tutub sıxaraq, heç nə edə bilməyib, əlacsız şəkildə Orxanın anasının boğazını bıçaqla kəsməsinə baxmışdır. Orxan Günayın boğazını kəsdikdən sonra qonaq otağına keçmiş və daha sonra Günayın evini tərk edərək qaçıb getmişdir. Orxan getdikdən sonra o, polisə telefonla məlumat vermiş, lakin Günaygilin yerləşdiyi ünvanı düzgün izah edə bilmədiyinə görə Leyla telefonu əlindən alıb evlərinin yerini izah etmişdir. Daha sonra anası Mehribana zəng edib hadisə barədə məlumat vermişlər. Bir qədər sonra Günaygilin evinə polis işçiləri gəlmiş və Leyla ilə o, hadisəni olduğu kimi danışmışlar. xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında o, Leyla ilə Günaygilin yaşadığı evə gəldikdən sonra, Günay ev işləri ilə məşğul olmuş, o və Leyla Günaya ev işlərində köməklik etmişlər. Hadisədən sonra Yusif Cəlili-Fəhradidən eşitmişdir ki, o, İbrahimlə birlikdə İrana getməmişdən əvvəl Təqsirləndirilən şəxs daxil olduğu pəncərənin çərçivəsi sınıq olduğu üçün təmir etmiş, pəncərənin çərçivəsinə yeni şüşə salmışdır. Hadisə vaxtı yatdıqları otağın pəncərəsinin çərçivəsi Bakı şəhərində olduqları zaman Orxan tərəfindən sındırılmış, o, Günayı öldürmək üçün özünə şərait yaratmış və sındırdığı pəncərənin çərçivəsindən pəncərəni açaraq yatdıqları otağa daxil olmuşdur. Həmçinin hadisə yerində baxışda iştirak etdiyi zaman Təqsirləndirilən şəxs hadisə vaxtı daxil olduğu pəncərənin alt hissəsindən şüşə qırıntıları aşkar edilmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı pəncərədən otağa daxil olduğu zaman pəncərənin şüşəsinin sınması səsini eşitməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X19 qızı onun qardaşı qızıdır. İşlə əlaqlar olaraq Bakiya gedərkən Günay ona iş yerində müahfizəçi işləyən oğlanın onu sevməsini və narhat etməsini demişdir. O, da Günaya “Bəlkə qismətdir sizdə nəsə alınar” demişdir. Günay isə cavabında “yox bibi mən ondan on yaş böyüyəm, bizdə heçnə alınmaz” demişdir. Orxanın Günayı mütamadi olaraq narahat etdiyinə görə 2019-cu il yanvar ayında o, Orxandan şikayət vermək üçün Günaygilə getmiş və bu mövzuda müzakirə etmiş və Orxandan şikayət vermişlər. O, Bakıda olan zaman gecə təxminən saat 1-2 radəllərində Günayın qızı Leyla ona zəng edərək «anamı öldürdülər» demişdir. Bu xəbəri eşidəndən sonra o, dərhal yola çıxmış və yol boyu uşaqlarla telefon əlaqəsi saxlamış, həmin vaxt uşaqlar ona evə polis, həkim gəldiyini bildirmişlər. O, yolda olarkən 102-yə zəng edərək, polisə ünvanı bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Orxan ailə qurmamasına baxmayaraq təxminən iki il bundan əvvəl “Beynəlxalq Bank”ın Gəncə şöbəsində mühafizə polisində işlədiyi zaman həmin bankda işləyən Günay adlı qadınla yaxın münasibətdə olmuşdur. Belə ki, Günay təxminən 2 il bundan əvvəl oğlunu yoldan çıxaraq onunla münasibət qurmuşdur. Orxanla Günay təxminən 2 il münasibət saxlamışlar. Ancaq onun Orxanla Günayın münasibətlərindən əvvəllər xəbəri olmamışdır. Belə ki, Günay 2018-ci ilin dekabr ayında onun satıcı kimi işlədiyi Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən yarmarkaya gələrək “Beynəlxalq Bank” ın Gəncə şəhər şöbəsində oğlu Orxanla birlikdə işlədiyini, onunla münasibəti olduğunu və hər ikisinin evlənmək istədiklərini ona bildirmişdir. Həmin vaxt o, Günaya oğlu Orxandan yaşlı olduğu üçün evlənmələrinə icazə verməyəcəyini bildirmiş və onun bu sözlərindən sonra Günay getmişdir. Həmin gün yaşadığı evdə oğlu Orxanla söhbət edərək Günay adlı iş yoldaşının işlədiyi yerə gəldiyini, yaxın münasibətlərinin olduğunu və evlənmək istədiyini ona bildirdiyini demişdir. Həmin vaxt Orxan ona Günayla evlənməyəcəyini, nahaq yerə onun iş yerinə gəlib bu sözləri dediyini və onunla münasibətini kəsməsinə baxmayaraq, Günayın ondan əl çəkmədiyini bildirmişdir. 2019-cu ilin yanvar ayında Orxan ona Günayın onu bank işçilərinin yanında biabır etməsini, işçilərinin yanında onunla münasibətini kəsdiyi üçün əvəz çıxaraq şəxsiyyətinin alçaltdığını ona demişdir. O, da Orxanın bu sözlərindən sonra Günayın iş yerinə gedərək oğlundan əl çəkməsini və oğlunu işçilərin yanında şəxsiyyətini alçaltmamasını təkidlə ona bildirmişdir. Həmin vaxt Günay ona heç bir söz deməmiş və başını aşağı salaraq işinə davam etmişdir. Bundan sonra o, Günay Orxandan əl çəkəcəyini zənn etmişdir. Lakin 2019-cu ilin aprel ayında Günay tərəfindən Gəncə şəhər Prokurorluğuna və digər instansiyalara ünvanlanmış şikayət ərizləri ilə bağlı oğlu Orxanın izahatının alınması məqsədi ilə Gəncə şəhər Prokurorluğuna çağırılmış, bu zaman ona məlum olmuşdur ki, Günay yenə də Orxandan əl çəkməmiş və onunla münasibətini kəsdiyi üçün Orxandan qisas almaq istəmişdir. Lakin aparılmış araşdırma zamanı Günayın ərizəsində göstərdikləri öz təsdiqini tapmamışdır. Bundan sonra Günay yenə də Orxan barəsində təkrarən müxtəlif instansiyalara şikayət ərizələri göndərmişdir. Lakin yenə də aparılan araşdırmalar zamanı Orxanın günahı olmadığı təsdiq olunmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində oğlu Orxan tanımadığı dost-tanışları ilə şəhərdə gəzdikdən sonra yaşadıqları evə gəlmişdir. O, Orxana yemək gətirmiş sonuncu yorğun olduğu üçün yataq otağına gedib yatmışdır. Həmin vaxt əri İlham və qızı Türkanın uşaqları Abdulla və Ayxan da evdə olmuşlar. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saat 06 radələrində yaşadıqları evə tanımadığı 3-4 nəfər polis əməkdaşının gəlmiş və Orxanı axtardıqlarını bildirmişlər. O, polis əməkdaşlarının bu sözlərindən sonra Orxanın yataq otağına getmiş, lakin Orxanın yataq otağında olmadığını görərək polis əməkdaşlarına Orxanın evdə olmadığını bildirmişdir. O, polis əməkdaşlarından Orxanı hansı məqsədlə axtarmalarının səbəbini soruşduqda, polis əməkdaşları ona Orxanı Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Günayın öldürülməsi ilə bağlı axtardıqlarını demişlər. Daha sonra polis əməkdaşları onların icazəsi ilə yaşadıqları evə daxil olub Orxanı axtarmışlar. Lakin onlar da Orxanın evdə olmadığını görmüş və yaşadıqları evdən getmişlər. Polis əməkdaşlarının getməsindən 5-10 dəqiqə sonra Orxanla əlaqə saxlamaq üçün zəng vurmaq isətəyəndə “Vatsap” sosial şəbəkəsində Orxandan ona mesaf gəldiyini görmüş və Orxan tərəfindən ona göndərilmiş səs yazısında “Mama keç günahımdan, üstümə çox gəldilər, məndə məcbur olub öldürdüm, bilmirəm ölüb-ölməyib kəsdim, gedirəm özümü öldürəm, bağışla, heç kim, heç cür məni başa düşməyəcək, gedirəm özümü atam, ölərəm, qalaram bilmirəm, mənim ölümümə səbəb odur” məzmünlü səs yazısı atmışdır. Bundan sonra o, binanın həyətində dayanmış polis əməkdaşlarını çağıraraq mesajı onlara göstərmiş və polis əməkdaşları da səs yazısına qulaq asmışlar. Bundan sonra o, bilmişdir ki, Orxan həqiqətən Günayı öldürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Göygöl rayonunun Üçtəpə kəndində ailəsi ilə birlikdə yaşayır həmçinin iş yeri Göygöl rayonunun Üçtəpə kəndində yerləşir. Belə ki, onun çilingər işlədiyi Qızılqaya su anbarı yaşadıqları kəndin ərazisində yerləşir. O, hər gün Göygöl rayonunun Üçtəpə kəndinə işə gedir və saat 8-dən 19 radələrinə kimi orada olur. Qızılqaya su anbarı işçilər tərəfindən mühafizə olunur, o və digər işçilər bilirlər ki, həmin əraziyə kənar şəxslərin buraxılması qadağandır. Onun işi həm su anbarının ərazisindəki siyirtmacları açıb bağlamaq, onlara nəzarət etmək və su anbarının ərazisinə kənar şəxslərin, mal-qaranın daxil olmasının qarşısını almaqdır. Odur ki, işçilərdən kimsə su anbarının ərazisində kənar şəxs görərsə maraqlanırlar və həmin ərazinin mühafizə olunan ərazi olduğunu bildirib ərazini tərk etməsini tələb edirlər. Üçtəpə kəndində yaşayan Yusifi bir həmkəndlisi kimi tanıyır, bilir ki, Yusifin kürəkəni bir neçə il əvvəl vəfat etmiş və o, qızı və 2 nəvəsi ilə birlikdə qızının evində yaşayır. İşlədiyi Qızılqaya su anbarının dəmir barmaqlıqları Yusifin evinin həyətinin hasarından təxminən 2 metr məsafədə yerləşir. 2019-cu ilin sentyabr ayının əvvəllərində Qızılqaya su anbarında iş yoldaşı Elnurla birlikdə olduğu vaxt saat 11 radələrində kənd istiqamətdən bir nəfər cavan oğlanın su anbarının ərazisindən keçib Gəncə çayının keçdiyi yerin əks istiqamətinə getdiyini təxminən 200 metr məsafədən görmüşlər. O, həmin oğlanı uzaqdan səsləyib kim olduğunu və hara getdiyini deyib dayanmasını dedikdə, mülki geyimdə olan həmin oğlan ucadan onlara polis işçisi olduğunu, xidməti işi ilə əlaqədar gəldiyini deyib getmişdir. Həmin oğlan Gəncə çayının əks tərəfinə keçib Yusifin evinin bərabərliyində, Yusifin evindən təxminən 400-500 metr məsafədə olan söyüd ağacının altında əyləşib gözləməyə başlamışdır. Onun, təxminən saat 18 radələrinə kimi həmin yerdə əyləşib kimisə gözlədiyini və ya nəyəsə baxıb nəzarət etdiyini görmüş, lakin onun nə vaxta kimi həmin yerdə oturub gözlədiyini bilməmişlər. Həmin gündən 2 gün sonra saat 16 radələrində o, yenə də Elnurla birlikdə su anbarının ərazisində olduqları vaxt, yenə də 2 gün əvvəl gördükləri həmin oğlanın su anbarının ərazisindən Gəncə çayı istiqamətinə getdiyini, yəni əvvəlki dəfə gördükləri istiqamətdən gəlib eyni istiqamətə getdiyini və əlində göy rəngli sellofan torbaya bükülmüş, təxminən 20-30 sm uzunluğunda hansısa predmet olduğunu görmüş, onu səsləyərək geri qayıdanda onların yanlarına gəlməsini bildirib, həmin şəxsin şəxsiyyətini müəyyən etmək istəmişlər. Lakin, həmin gün də onu görə bilməmişlər, belə ki, o, onların evlərinə getdiyi vaxta kimi yenədə gedib əvvəlki dəfə olduğu kimi söyüd ağacının altında əyləşmişdir. Onun hərəkətindən, yəni bir yerdə əyləşib harasa baxmasından hiss olunmuşdur ki, nəyisə, kimisə izləyib, nəzarət etmişdir. Elnurla o, evlərinə gedənə kimi onun həmin yerdə əyləşdiyini görmüş, lakin saat neçədə hansı tərəfdən, hansı istiqamətə getdiyini görməmiş və bilməmişlər. Həmin oğlanın əyləşib gözlədiyi yer su anbarının ərazisi olmadığından onlar həmin oğlanın qayıtmasını gözləməyib evlərinə getmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 17 radələrində o, iş yoldaşı Şahid7 ilə birlikdə su quyularının betonlanmış hissəsində birlikdə dayandıqları vaxt əvvəl 2 dəfə gördükləri, polis işçisi olduğunu bildirən oğlanın yenə də kənd istiqamətindən su anbarının içərisindən çay istiqamətinə getdiyini görmüş, ancaq həmin gün onlar səsləmədən həmin oğlan onlara tərəf gəlmiş və onlara yaxınlaşıb salamlaşıb görümüşdür. O, həmin şəxsə şəxsiyyətini təsdiq edən sənədi göstərməsini dedikdə o, cibindən çıxardığı polis işçisinin vəsiqəsini və şəxsiyyət vəsiqəsini onlara göstərmiş, yaxın günlərdə olacaq «Aşura günü» ilə əlaqədar bir polis işçisi kimi ona müəyyən iş tapşırılmasına görə oradan keçib kimisə axtarmasına görə uzaqdan nəzarət etdiyini bildirmişdir. Elnurla o, həmin şəxsin xidməti vəsiqəsinə, şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra Elnur vəsiqələri oxumuş və Təqsirləndirilən şəxs olduğunu, polis işçisi olduğunu demiş və sonra Elnur Orxana telefonla onun xidməti vəsiqəsinin şəklini çəkmək istədiyini bildirmişdir. Bu vaxt Orxan xidməti vəsiqəsinin deyil şəxsiyyət vəsiqəsinin şəklini çəkməsinə etiraz etməmiş və buna görə də Elnur onun şəxsiyyət vəsiqəsinin şəklini öz telefonu ilə çəkmişdir. Bundan sonra Orxan yenə də əvvəlki günlərdə olduğu kimi Gəncə çayını keçib əvvəlki günlərdə əyləşdiyi söyüd ağacının altında əyləşdiyini görmüşlər. Həmin gün Orxanı gördükləri vaxt onun əlində hər hansı bir predmet olduğunu görməmişlər. Təqsirləndirilən şəxs əynində qısaqol rəngini xatırlamadığı köynək, tünd rəngli şalvar olmuşdur. O, Elnurla yaşadıqları evə gedən vaxta kimi Orxanın əvvəlki günlərdə əyləşdiyi yerdə əyləşdiyini görmüşlər. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində o, iş yerinə getməyə hazırlaşdığı vaxt kəndin Yusifin evi olan istiqamətindən həyacanlı qadın qışqırtısı səsləri eşitmiş, sonra iş yerinə getmiş və o, iş yerində olduğu vaxt polis işçilərinin su anbarının ərazisində kimisə nəyisə axtardıqlarını görmüş və polis işçiləri onunla söhbət edib Orxan adlı polis işçisini axtardıqlarını, gecə X14 evində öldürdüyünü, sonra isə özü intihar edəcəyi barədə məlumat verdiyi üçün onu axtardıqlarını bildirdikdə o, Orxanı bir neçə dəfə su anbarının ərazisindən keçdiyini gördüyünü və onun barəsində bildiklərini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Günayla münasibətləri yaxşı olmuşdur. Hadisədən bir müddət əvvəl Orxan onun mobil nömrəsinə zəng vurub “sən Günayın xalası oğlusan” deyə soruşmuş, o isə “Hə Günayın xalası oğluyam” demişdir. Bu zaman Orxan ona “Sənin xalan qızı olan Günay mənim ailəmi narhat edir, mənlə ailə qurmalısan deyir” demişdir. Bundan sonra o, yaşadığı Mingəcəvirdən Günaygilə gəlmiş və Günayla bu barədə təkbə-tək söhbət etmişdir. Həmin vaxt Günay ona Orxanın onu narahat etməsini və bu barədə polisə şikayət etdiyini bildirmişdir. Bundan sonra o, Orxanın nömrəsinə zəng edərək onunla görüşmək istəmiş, Orxan hər dəfə onu aldadaraq görüşməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X15 qızı ifadəsində göstərmişdir ki, Cəlili- Fəhradi Günay onun böyük bacısı olmuşdur. 10 il əvvəl Günay iki azyaşlı uşaqları ilə birlikdə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən Günayın mərhum əri Əbülfəzin evində yaşamışdır. Günay 5 il Gəncə şəhərində yerləşən Beynəlxalq Bankda işləmişdir. Təxminən il yarım əvvəl o, Günay ilə söhbət edərkən Günay onunla Bankda işləyən bir mühafizəçi polis işçisinin onu sevdiyini, ona evlənmək təklif etdiyini və həmin oğlanın 10 yaş Günaydan kiçik olduğunu demişdir. O, Günaya həmin oğlanla nə səbəbə evlənməyə razı olmadığını soruşduqda, Günay həmin oğlanla çox yaş fərqləri olduğuna görə onunla evlənmək istəmədiyini, əgər Orxanla evlənsə övladlarının ona qarşı münasibətlərinin dəyişəcəyini, ümumiyyətlə Orxanın ondan xeyli cavan olmasına görə nə vaxtsa yaşa görə aralarında problemləri olacağını və bu səbəblərə görə Orxanla evlənmək fikri olmadığını bildirmişdir. 2018-ci ilin axırlarında Günay onunla söhbət zamanı Orxanın işlədikləri bankdan çıxıb başqa yerdə işlədiyini, ancaq buna baxmayaraq ondan əl çəkməməsini, onunla evlənməkdə israrlı olduğunu, bununla əlaqədar mütəmadi olaraq ona telefonla zəng edib onu narahat etdiyinə görə Orxanın anası Şəfiqə ilə görüşdüyünü və Orxanın ondan əl çəkməsinə görə köməklik etməsini xahiş etdiyini, Şəfiqənin isə ona heç vaxt oğlunun onunla evlənməsinə razı ola bilməyəcəyini bildirdiyini demişdir. Həmin söhbətdən bir neçə gün sonra Günay onunla görüşərkən Şəfiqə ilə aralarında olan söhbətdən sonra Şəfiqənin onların evinə gəldiyini və Orxanla söhbət etdikdən sonra Orxanın deyil, əksinə Günayın Orxandan əl çəkməməsini bildirdiyini, bir daha heç vaxt Orxanın onunla evlənməsinə razı olmayacağını deyib getdiyini bildirmişdir. Həmin ərəfədə Günay ona eləcə də bütün bunlara baxmayaraq, Orxanın ondan əl çəkməyib mütəmadi olaraq ona telefonla zəng edib evlənməyi, onunla birlikdə yaşamağı, ondan əl çəkməcəyini bildirdiyi üçün atası Yusif Orxanın atası İlhamla görüşməsini və Orxanın atası X43 uzaqlaşdırmasını, onu narahat etməməsini, əks təqdirdə Orxan barəsində hüquq mühafizə orqanlarına məlumat verəcəyini bildirməsini demişdir. Ancaq bütün bunlara baxmayaraq, Orxan yenə də Günaydan əl çəkməyərək, həmişə onu telefonla zəng edib narahat etdiyinə, hədələməsinə görə 2019-cu ilin əvvəllərində Günay Gəncə şəhər prokurorluğuna Orxan barəsində ərizə verdiyini Günayın özü ona demişdir. Ancaq sonralar Günay onunla görüşərkən Gəncə şəhər prokurorluğunda düzgün araşdırma aparılmadığını, yəni Orxanın onu öldürməklə hədələməsi barədə məlumat verməsinə baxmayaraq, Orxanın əməlində heç bir cinayət tərkibi olmaması səbəbindən barəsində cinayət işinin başlanmasının rədd edildiyini, həmin vaxtdan başlayaraq Orxanın Günayı daha da tez-tez narahat etdiyini hətta əvvəlkilərə nisbətən daha çox narahat etdiyini, gectez onu öldürəcəyi barədə hədələdiyini buna görədə onun DİN-nə, Baş mühafizə idarəsinə ərizələr yazdığını, nəhayət 2019-cu ilin avqust ayında isə Gəncə şəhər prokurorluğunda aparılmış araşdırmadan narazı olması barədə təkrar ərizə yazdığını, araşdırmanı aparan müstəntiqin isə Orxanın barəsində dediklərinin təsdiq olunmadığını bildirməsini demişdir. 2019-cu ilin avqust ayının axırlarında atası Yusif İrana müalicəsi ilə əlaqədar gedərkən Günayın oğlu İbrahimlə birlikdə getmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Günay bibisi Mehriban, Mehribanın qızı Gülşən və Günayın qızı Leyla ilə birlikdə Mehribanın Bakı şəhərində yaşayan qızı evinə qonaq getmişlər. Günay evdə tək olduğuna görə, qeyd etdiyi kimi Orxanın da həmin ərəfədə Günaya zəng edərək evlərinə gəlib onu öldürəcəyi ilə hədələdiyinə, Günayında çox qorxduğuna görə Mehribangil Bakı şəhərinə getdikləri gün və ertəsi gün uşaqları ilə birlikdə Günayın evinə gedib onunla birlikdə gecələmişdir. Sonrakı gün, yəni 4 sentyabr günü Günay günorta saatlarında onunla birlikdə evinə gəlib onların evində qalmışdır. Belə ki, o da öz evini çox nəzarətsiz qoya bilməmişdir. O, Günayla birlikdə qaldığı günlərdə Günay ona Orxan tərəfindən telefonuna göndərdiyi, onu gec-tez öldürəcəyini, ölümünə qalan günləri saydığını, yəni ölümünə neçə gün qalması barədə mesajları ona göstərib həqiqətən də Orxandan qorxduğunu demişdir. O, Günayla söhbət edərkən o, həqiqətən Günayın Orxandan çox qorxduğunu hiss etmişdir. xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Günayla evlərinə getməzdən əvvəl Günayın evinin həyətinə çıxdığı vaxt Günayın evinin Gəncə çayı istiqamətində olan hissəsində bir nəfər hündür boylu, geyim paltarları dəqiq yadında qalmayan, əlində göy rəngli salafan torbası olan oğlanın ağacın altında dayanaraq Günayın evi istiqamətinə baxdığını görmüş, təxminən 10-15 dəqiqə sonra evdən çıxıb yenidən həmin yerə baxdıqda həmin oğlanı orada görməmişdir. Orxanı tanımadığından, həmin oğlanın Orxan olub-olmamasını dəqiq bilmədiyi üçün, eləcə də artıq onların evinə getməyə hazırlaşdıqlarından bu barədə Günaya heç nə deməmişdir. xx.xx.2019-cu il tarixdə Mehribangil Bakı şəhərindən qayıdıb onların evinə gəlmiş, həmin gün Günay da onların evlərində olmuş, onlar gələndə artıq gecə saatları olduğu üçün Günaygil öz evlərinə getməmiş, onların evlərində qalıb gecələmişlər. Ertəsi gün, yəni xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Mehriban öz evinə getmiş, Günay isə son vaxtlar Orxanın onu öldürəcəyi ilə hədələdiyinə görə evdə tək qalmaqdan qorxduğuna görə Gülşənlə və Leyla ilə birlikdə öz evinə getmişdir. xx xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat 04 radələrində Günayın qızı Leyla Günayın mobil telefonu ilə ona zəng edib Orxanın gəlib Günayın boğazını kəsərək öldürdüyünü demişdir. Uşaqların azyaşlı olduğundan uşaqlarını qoyub gedə bilməmiş, ancaq əri Sənan isə Günayın evinə getmiş və sonra onunla əlaqə saxlayaraq həqiqətən də Orxanın gecə gəlib Günayın boğazını kəsdiyini, hadisə ilə əlaqədar hüquq mühafizə orqanlarının əməkdaşlarının ora gəldiklərini bildirmişdir. Həmin gün Günayın meyiti morqa təhvil verildikdən sonra Mehriban Leyla və Gülşənlə birlikdə onların evinə gəlmiş və Leyla eləcə də Gülşənlə söhbət etdikdə Leyla Orxanın özü ilə gətirdiyi iri bıçaqla Günayın boğazını kəsdiyi vaxt çarpayıda əyləşib baxdığını, qorxduğuna görə qışqırmayıb adyalı ağzına tutub dayandığını demişdir. Gülşən isə onlar yatdıqları vaxt Orxanın otağın pəncərəsindən otağa daxil olduğunu və dərhal Günaya yaxınlaşıb «Günay sənə dedimmi ki, səni də öldürəcəm özümüdə öldürəcəm» sözlərini deyib döşəmə üzərində boğazını bıçaqla kəsdiyini, Orxanın Günayın boğazını kəsərkən Leylanın çarpayıda oturub adyalı ağzına tutub baxdığını demişdir. O, şəxsən Orxanı tanımamış, heç vaxt onunla görüşməmiş və onunla telefonla danışmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 şahid Hafizə Cəlili-Fəhradinin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki,. anası X19 qızı ilə birlikdə yaşamışdır. Anası X34 filialında əməliyatçı işləmişdir. 2018-ci ilin axırlarında o, hərdən bir babası Yusiflə birlikdə anasını qarşılamaq üçün getdiyi vaxt bankın mühafizəçisi işləyən sonradan adının Orxan olduğunu bildiyi adamı görüb tanımışdır. Belə ki, həmin vaxtlar evlərində anasının və babasının danışıqlarından eşitmişdir ki, Orxan teztez anasına zəng edib narahat edir, onu hədələyir və bu səbəbdən də anası və babası Orxanın valideynləri ilə görüşüb anasını narahat etməməsi barədə söhbətlər etmişlər. Hətta babası ilə birlikdə anasını işlədiyi yerdən babasının idarə etdiyi etdiyi avtomobil ilə götürərəkən yaşadıqları evə gedənə kimi Orxanın həmin vaxtlar sürdüyü boz rəngli “Vaz 2107” markalı avtomobillə onları izlədiyini babasının avtomobilinin arxa tərəf güzgüsündən görmüşdür. 2019-cu ilin əvvəllərində Orxan anasını narahat etdiyinə görə anası Orxandan şikayət etmişdir. O, bütün evlərində anası ilə babasının danışıqlarından eşitmişdir. Hətta o, anasının telefonundan istifadə etdiyi vaxt kiminsə anasını və özünü öldürəcəyi ilə hədələdiyi barədə mesajlar göndərdiyini oxumuşdur. Orxan onun istifadə etdiyi hazırda xatırlamadığı “İnstagram” sosial şəbəkəsinin hesab nömrəsini hardansa öyrənib özünün istifadə etdiyi “Bir_addım_öndə”, “Orxan_Məmmədov877”, “X47” və “Unutamadım 434” İnstagram sosial şəbəkəsi vasitəsi ilə ona mesajlar göndərərək anasının pozğun qadın olduğunu və onun da qeyrətsiz olduğunu bildirmişdir. Həmçinin Orxan bacısı Leylanın sinif yoldaşı Turxanın “İnstagram” sosial şəbəkəsinin hesabını öyrənib ona mesajlar göndərərək anasını əxlaqsız adlandırmış, onlardan uzaq durmağını bildirmişdir. Daha sonra Turxan onunla görüşəndə “İnstagram” hesabına tanımadığı şəxs tərəfindən mesajlar gəldiyini və anasının pozğun qadın adlandırdığını və onlardan uzaq durmasını ona demişdir. Həmçinin Turxan həmin şəxsin polis işçisi olduğunu ona bildirmişdir. X54 polis işçisi olduğunu demiş Turxan isə Orxana cavab olaraq “nə olsunki polis işçisisən” demişdir. 2019-cu ilin yanvar ayının 10-da səhər vaxtı məktəbə gedərkən həmişəki kimi evlərinin qapısını açıb həyətdən çıxdığı vaxt həyət qapısının qabaq tərəfində küçədə çoxlu şarlar, qırmızı rəngli ürək rəsmləri, gül ləçəklərinin olduğunu görmüş, ancaq kimin tərəfindən töküldüyünü bilməyərək məktəbə getmişdir. Məktəbdən qayıtdıqdan sonra, axşam saatlarında anasının danışıqlarından eşitmişdir ki, həyət qapısının qabağına gül ləçəklərini və şarları atan Orxan olmuşdur. 2019-cu ilin avqust və sentyabr aylarında anasının babası ilə və digər yaxın qohumları ilə danışığından başa düşmüşdür ki, anası Orxandan şikayət etməsi ilə bağlı şikayətə düzgün baxılmadığından narazılıq etmişdir. 2019-cu il tarixdə təxminən avqust ayının axırlarında babası Yusiflə birlikdə babasının səhhəti ilə əlaqədar müalicə olunması məqsədilə İrana getmişdir. O, babası İranda olduğu müddətdə babasının qohumlarının evində qalmışdır. İranda olduqları zaman xx xxxxxxxx 2019-cu il tarixdə babasının mobil telefon nömrəsinə zəng gəlmiş və anasının yaşadıqları evin ikinci mərtəbəsində yuyulmuş paltarları sərərkən yıxıldığını demişlər. Onlar təcili olaraq babası ilə birlikdə İrandan Azərbaycana evə gəlmişlər. Yaşadıqları evə gələn kimi çoxlu sayda adamların evlərinin qabağında toplaşdığını və yas mağarının qurulduğunu görmüşdür. Daha sonra öyrənmişdir ki, Orxan gecə vaxtı yaşadıqları evdə bıçaqla anasının boğazını kəsib öldürmüşdür. Bu xəbər ona çox pis təsir etmiş və həmin günü çoxlu ağlamışdır. Hələ də indiyə kimi özünə gələ və anasının öldürdüyünə inana bilmir. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə o, valideynləri ilə birlikdə nahar yeməyini yedikdən sonra atasının Şəmkir rayonunda işi olduğu üçün evdən çıxıb getmişdir. Həmin gün saat 15 radələrində Orxan Quşçular kəndində yerləşən evlərinə gəlmiş və onunla görüşdükdən sonra o, mal-qaranın olduğu sahəyə getmək istədiyini demiş, Orxan da onunla getmək istədiyini bildirmiş və onlar birlikdə mal-qaranın olduğu yerə gedib baxdıqdan sonra evlərinə qayıtmışlar. Orxana yemək təklif etdikdə o, yemək yemək istədiyini demiş və buna görədə o, evin içərsində olan anası Laləni səsləyib Orxanın gəldiyini və Orxana yemək hazırlamasını bildirmişdir. Anası da Orxana yemək hazırlamış, Orxan da yemək yemiş, sonra Orxan ondan 20 manat borc pul istəmiş, onun pulu olmadığından anası Lalədən 20 manat alıb Orxana vermişdir. Orxan da ondan pulu aldıqdan sonra evlərindən çıxıb getmişdir. Ancaq Orxanın hara getdiyini, həmçinin, o, Orxanla görüşdüyü vaxt nə səbəbə evlərinə gəlməsini, nə səbəbə ona pul lazım olmasını və hara getdiyini deməmişdir. Orxan getdikdən sonra o, öz işləri ilə məşğul olmuş və saat 18 radələrində mobil telefonunda sosial şəbəkələrdən Gəncə şəhərində yerləşən hansısa bank işçisi olan qadının Göygöl rayonu Üçtəpə kəndində yaşadığı evində Gəncə şəhər Mühafizə idarəsinin işçisi Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini bilmişdir. O, bu xəbəri anası Laləyə demiş, və atası ilə birlikdə Gəncə şəhərinə Orxangilin mənzilinə gəlmişlər. Onların mənzilində yalnız Orxanın atası İlham olmuş, atası ilə birlikdə İlhamla söhbət edərkən İlhamın özü də Orxanın bir qadını öldürdüyünü təsdiq etmiş, arvadı Şəfiqənin də polis şöbəsinə dəvət olunduğunu demişdir. O, İlhamla söhbət etdiyi vaxt İlhamın arvadı Şəfiqə də ora gəlmişdir. O və atası Şəfiqə ilə İlhama günorta saatlarında Orxanın atası ilə Dəliməmmədli qəsəbəsində görüşdüyünü, onların evlərində olduğunu, Orxanın ondan 20 manat pul aldığını demişdir. Şəfiqə Orxanın hadisədən sonra intihar etməsi barədə məlumat verdiyini və buna görədə Orxanın tezliklə tapılmasında polis işçilərinə köməklik etmələrini xahiş etmişdir. Bundan sonra o, Şəfiqəgilin mənzilinə gəlmiş polis işçilərinə də Orxanla kəndlərində görüşdüyünü və ona 20 manat pul verdiyini demişdir. Sonra isə polis işçilərinin təklifi ilə onlarla birlikdə Orxanın görüntülərinə videokameralarda baxmaq üçün getmişdir. Təxminən saat 23 radələrində onun telefonuna tanımadığı bir nömrədən zəng gəlmiş və o, telefonla danışdıqda Orxan olduğunu bilmiş, Orxan Bakı şəhərində Yasamal rayonu ərazisində Lalə kafesinin yaxınlığında olduğunu demiş və Bakı şəhərində yaşayan, əvvəllər onun evində kirayəşin yaşadığı Əjdər adlı tanışlarının telefon nömrəsini və evinin yerini soruşmuşdur. O, da Orxanın olduğu yer barəsində polis işçilərinə məlumat vermək üçün bir neçə dəqiqədən sonra zəng edib məlumat verəcəyini demiş və Orxanla danışıqları barədə polis işçilərinə bildirmişdir. Sonra polis işçiləri Bakı şəhərində müvafiq ərazidə yerləşən polis bölməsinin işçiləri ilə danışıb Orxanın olduğu yeri və əynindəki geyim paltarlarını, ona zəng etdiyi telefon nömrəsini vermişlər. Təxminən 20 dəqiqədən sonra isə onun yanlarında olan polis işçiləri Orxanın Bakı şəhərində yaxalandığını demişlər. Orxan onunla yaşadıqları kənddə danışarkən hər hansı bir cinayət hadisəsi törətməsini, kimisə öldürməsi ilə əlaqədar Bakı şəhərinə getmək istəməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmədə şahid qismində dinirilmiş Şahid13, Şahid12 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid18 göstərmişdir ki, mərhum Günay Cəlili-Fəhradi onun mərhum X36un arvadı olmuşdur. X36 10 il bundan öncə xərçəng xəstəliyindən vəfat etmişdir. 5 il bundan öncə Günay Cəlili-Fəhradi “Beynəlxalq Bank” ın Gəncə şəhər filialında bank əməliyyatçısı kimi işləmişdir. Günay təbiətcə sakit, heç kəslə işi olmayan, övladları üçün yaşayan və onların təlim-tərbiyəsi ilə məşğul olan bir insan olmuşdur. 2019-ci ilin yanvar ayının ortalarında ünvan 5 ünvanında yerləşən yaşadığı evdə olduğu zaman ev telefon nömrəsinə zəng gəlmiş və telefonda olan şəxs onları tanıdığını və onlara vacib məsələ haqqında məlumat vermək istədiyini bildirərək Günayın bir çox şəxslə münasibətinin olduğunu deyib təkidlə onunla görüşmək istədiyini bildirmişdir. O, zəng edən şəxsin kim olduğunu nəyə görə Günay haqqında belə sözlər deməsinin səbəbini soruşduqda, həmin şəxs onunla görüşdükdən sonra bu barədə ətraflı məlumat verəcəyini demişdir. O, həmin şəxslə görüşməyə razılıq verdikdən sonra səhəri günü Gəncə şəhəri Totanlı dairəsi adlanan yerdə həmin şəxslə görüşmüşdür. Həmin adamın adının Orxan olduğunu və Günaya görə onunla görüşdüyünü deyib, X24 bir çox şəxslərlə münasibətinin olduğunu bildirmişdir. O, Orxan adlı şəxsə nə üçün belə dediyinin səbəbini soruşduqda Günayla iki il ərzində yaxın münasibətdə olduğunu bildirmişdir. O, Orxana Günayla yaxın münasibətdə olmasının mümkün olmadığını, Günayın iki övladı olduğunu bildirdiyi vaxt Orxan ona axşamlar Günayın evinə getdiyini demişdir. Bundan sonra o, Günayı onu tanıyanların həmçinin X34 şəhər filialında Günayı biabır və rüsvay edəcəyini bildirmişdir. Həmin vaxt Orxana düzgün hərəkət etmədiyini Günaydan əl çəkməsini bildirəndə o, heç bir söz deməyib qayıdıb avtomobilinə əyləşib görüşdükləri yerdən uzaqlaşmışdır. Orxanla görüşdükləri vaxtdan sonra Orxanın Günay barəsində dediklərinə Günayı yaxından tanıdığı üçün inanmamış və bu barədə də Günayla söhbət etməmişdir. Daha sonra 2019-cu ilin fevral ayının sonlarına yaxın Günay onunla görüşüb Təqsirləndirilən şəxs onunla görüşdüyündən xəbər tutduğunu bu barədə məlumatı Orxanın verdiyini, Orxan barəsində Azərbaycan Respublikası DİN-ə və Gəncə şəhər Prokurorluğuna şikayət etdiyini, Orxanın onunla görüşdüyündən məlumatı olduğu üçün onunla birlikdə Gəncə şəhər Prokurorluğuna gedib izahat verməyini xahiş etmişdir. Daha sonra Günayla birlikdə Gəncə şəhər Prokurorluğuna gedib Günayın Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi üzrə izahat vermişdir. Sonrakı günlərdə Günayla söhbət etdiyi vaxtlar Günay Orxanın onu narahat etdiyini, ondan əl çəkmədiyini, ona hədə- qorxu gəldiyini və şantaj etdiyini, Orxanın ona evlilik etdiyini, Orxana rədd cavabı verməsinə və onu narahat etməməsini sonuncuya bildirməsinə baxmayaraq, Orxanın ondan əl çəkmədiyini demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 09 radələrində yaxın qohumlarından kimsə onunla əlaqə saxlayaraq Orxan X38-Fəhradini yaşadığı evdə bıçaqla boğaz nahiyyəsini kəsərək öldürdüyü xəbərini vermişdir. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid23 göstərmişdir ki, X3 Şükürova ilə onun qızı X37 şəhərində yerləşən 23 saylı tam orta məktəbin 8-ci sinfində təhsil alır. Günay Cəlili-Fəhradi ilə tanışlıqları Günayın qızı Şahid1 ilə onun qızı Zəhra Fərzəliyeva 23 saylı tam orta məktəbdə eyni sinifə oxuduqları üçün yaranmışdır. Məktəbdə gəzintilər təşkil olunduğu zaman həm Günay, həm də o, valideyn kimi həmin gəzintilərdə iştirak etmişdir. 2019-ci ilin may ayının əvvələrində istifadə etdiyi ***-***-**-** saylı nömrənin “Watsaap”ına xatırlamadığı nömrədən mesaj göndərilərək “Salam qızını Leyladan uzaq tut” bildirilmişdir. O, həmin mesajı oxuduqdan sonra mesajı göndərən şəxsə kim olduğunu, Leylanın kim olduğunu və nəyə görə ona bu cür məzmundə mesaj göndərməsinin səbəbini soruşduqda, həmin şəxs dostu ilə Günay Cəlili-Fəhradinin əvvəllər yaxın münasibətdə olduğunu, mesajda nəzərdə tutduğu qızın “Beynəlxalq Bank”ın Gəncə şəhər filialında işləyən Günay Cəlili-Fəhradinin qızı olduğunu, qızını Leyladan uzaq tutmağını, ailəsinin yaxşı ailə olmadığı, Günayın ailəsi ilə birlikdə öldürüləcəyini, buna görə qızının baş verə biləcək neqativ hadisədən ziyan çəkməməsi üçün qızı Zəhranı Leyladan uzaq tutmağını ona bildirmişdir. Bundan sonra həmin şəxs Günay Cəlili-Fəhradinin şikayət ərizəsi üzrə Gəncə şəhər Prokurorluğunda toplanmış material üzrə qəbul edilmiş qərarın surətini və Günay atası Yusif Cəlili-Fəhradi ilə dostu arasında baş vermiş səs yazılarını ona göndərmişdir. Həmin səs yazısında tanımadığı şəxsin Yusif Cəlili-Fəhradi ilə aralarında olan səs yazısında həmin şəxsin X2 münasibətinin olduğunu, Yusif Cəlili- Fəhradinin isə ona qızından əl çəkməsini bildirməyi və nalayiq ifadələrlə həmin şəxsi təhqir etməyi eşidilmişdir. Həmin mesajları və səs yazılarını ona göndərən şəxs mesajları göndərdikdən sonra “Watsaap” sosial şəbəkəsində mesajları oxuyub səs yazılarına qulaq asdığını gördükdən sonra həmin mesajları silmişdir. İlk öncələr həmin şəxsin ona bu cür məzmunda mesajlar və səs yazıları göndərməsindən çəkindiyi həmçinin qorxduğu üçün Günay Cəlili-Fəhradiyə bu barədə heç nə deməmişdir. Lakin həmin şəxs davamlı olaraq ona bu cür məzmunda mesajlar göndərməkdə davam etdiyi üçün o, Günayın ailəsinin başına nəsə qorxulu hadisə gəlməsindən qorxduğu üçün Günayla bu barədə söhbət etmək qərarına gəlmişdir. Həmin şəxsin sonrakı göndərdiyi mesajlarda onun harada işlədiyi, qızı Zəhranın gündəlik olaraq harada olması, hansı yerlərə getməsi, Günayın həmçinin ailəsinin ölümünə qısa müddət qalması, qızını onların ailəsindən uzaq tutmağı, əks halda qızı Zəhranın da başına nəsə bədbaxt bir hadisənin gələcəyi kimi mesajlar əks etdirilmişdir. Daha sonra o, həmin şəxin nömrəsini bloka atmış və həmin şəxs ona mesaj göndərə bilməmişdir. Həmin mesajları oxuyub Günayın, onun ailəsinin həmçinin qızının başına nəsə bir bədbaxt bir hadisə gələ biləcəyindən qorxduğu üçün Günay Cəlili-Fəhradi görüşüb bu barədə söhbət etmişdir. Həmin vaxt Günay ona həmin şəxsin onunla eyni bankda mühafizə polisi işləmiş Təqsirləndirilən şəxs olduğunu, yalandan həmin mesajlarda dostunun adından istifadə etdiyini, həmçinin yaxın qohumlarına və onu tanıyan şəxslərədə Təqsirləndirilən şəxs bu cür məzmunda mesajlar göndərdiyini, Təqsirləndirilən şəxs onu narahat etdiyi, ondan əl çəkmədiyi, ona evlilik təklifi edib rədd cavabı almasına baxmayaraq, ondan əl çəkmədiyini, ona hədə-qorxu gəldiyini və müxtəlif yollarla onu şantaj etdiyini bildirmişdir. Daha sonra sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs ona göndərdiyi mesajları Günaya göstərmişdir. O, Günaydan Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsini haradan əldə etməsini soruşduqda Günay Cəlili-Fəhradi ona əvvəllər Təqsirləndirilən şəxsla eyni bankda işlədiyi zaman Təqsirləndirilən şəxs mobil telefonunu ondan icazəsiz götürdüyü və ona vermədiyi vaxtlarda mobil telefonundan onun nömrəsini əldə edə biləcəyini və onun nömrəsini ehtimal ki, həmin vaxt öyrəndiyini bildirmişdir. Daha sonralar o,Günay Cəlili-Fəhradi ilə əlaqə saxladığı zamanlar yenə də ona Təqsirləndirilən şəxs onu narahat etdiyini, ondan əl çəkmədiyini, mütəmadi olaraq ona hədə-qorxu gəldiyini və müxtəlif yollarla onu şantaj etdiyini demişdir. O, həmin vaxtlar Günay Cəlili-Fəhradiyə nəyə görə hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəbini soruşduqda Günay ona Təqsirləndirilən şəxs barəsində müxtəlif instansiyalara şikayət etdiyini və araşdırmanın nəticəsini gözlədiyini demişdir. 2019-cu ilin avqust ayının sonralarında Günay onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs göndərdiyi mesajların telefonunun yaddaşında qalıb-qalmamasını soruşduqda o, Günay Cəlili-Fəhradiyə həmin mesajların Təqsirləndirilən şəxs tərəfindən ona göndərildikdən sonra dərhal silindiyini və buna görə də həmin mesajların onun telefonunun yaddaşında qalmadığını bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında onun qonşuluğunda yaşayan və övladı qızının təhsil aldığı məktəbdə oxuyan Nurlana onun mobil telefon nömrəsinə zəng edərək, Orxan X38-Fəhradini yaşadığı evdə bıçaqla boğaz nahiyyəsini kəsərək öldürdüyünü eşitmidir. Bu xəbəri eşitdikdən sonra dərin sarsıntı keçirmişdir. Sonrakı günlərdə Günayın hüzr mərasimində Günayı tanıyan şəxslərlə söhbət etdiyi zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Günayı azyaşlı övladı Leylanın və həmin gün Günayın evində qonaq olmuş Gülşənin gözləri qarşısında öldürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Göygöl rayonunun mərkəzindən şimal-qərb istiqamətində 10 km məsafə uzalıqda Üçtəpə kəndində “Gəncə çayı”nın axın istiqaməti sol tərəfində yerləşən fərdi yaşayış evidir. Yaşayış evinin yataq otağının qapısından içəriyə daxil olduqda yataq otağında döşəməyə salınmış xalça üzərində ədyal və yataq örtüyünə bürələnmiş qadın cinsli meyitin olduğu görünür. Yataq otağının qapısının olduğu divar 1 nömrəli, sol tərəfində olan divar 2 nömrəli, qapı ilə üzbəüz olan divar 3 nömrəli, qapının sağ tərəfində olan divar isə 4 nömrəli şərti işarə ilə nömrələnmişdir Meyitin baş nahiyəsi qapıya paralel istiqamətdə, ayaqları isə yataq otağının pəncərəsi istiqamətindədir. Meyitin üzərinə örtülmüş ədyal və yataq örtüyündə həmçinin xalça üzərində qanabənzər ləkələrin olduğu müşahidə edilir. Yataq otağının giriş qapısının sağ küncündən meyitin baş nahiyəsinə qədər olan məsafə 178 sm-dir. Yataq otağına daxil olduqda qapıdan sağ tərəfdə 1 nömrəli şərti işarə ilə nömrələnmiş divarın qabağında hər iki tərəfində tumba olan iki nəfərlik taxta materialdan hazırlanmış çarpayı vardır. İki nəfərlik çarpayıdan meyitin baş nahiyəsinə qədər olan məsafə 88 sm-dir. Meyitin ətrafında müxtəlif yerlərdə qanabənzər ləkələrin olduğu müşahidə edilir. Meyit yatağından 160 sm, yataq otağının giriş qapısının sol küncündən isə 2,24 m məsafə aralıda 2 nömrəli şərti işarə ilə nömrələnmiş divarın qarşısında taxta materialdan hazırlanmış tək nəfərlik çarpayı vardır. 3 nömrəli şərti işarə ilə işarələnmiş divarın qarşısında paltar şkafı vardır. 4 nömrəli şərti işarə ilə nömrələnmiş divarın qarşısında üzərində güzgüsü olan şkaf (termo) vardır. Meyitin ətrafında olan qanabənzər ləkələrdən meyitin sol daban nahiyəsindən 80 sm məsafədə olan ləkə 1 nömrəli şərti işarə ilə işarələndi. 3 və 4 nömrəli şərti işarə ilə nömrələnmiş divarların kəsişmə nöqtəsindən 1 nömrəli şərti işarə ilə işarələnmiş qanabənzər ləkəyə qədər olan məsafə 4 m 90 sm-dir. Həmçinin həmin kəsişmə nöqtəsindən meyitin sağ ayağına qədər olan məsafə 3 metr 80 sm-dir. 1 nömrəli şərti işarə işarələnmiş qanabənzər ləkələrin ölçüsü 22x6 sm-dir. 1 nömrəli qanabənzər ləkələrin olduğu yerdən 10 sm məsafədə olan qanabənzər ləkələrin olduğu yer 2 nömrəli şərti işarə işarələndi. 2 nömrəli şərti işarə nömrənlənmiş qanabənzər ləkənin ölçüsü 58x37 sm-dir. 2 nömrə altında işarələnmiş qanabənzər ləkələrdən meyitin sol daban nahiyəsinə qədər olan məsafə 42 sm-dir. 2 nömrəli şərti işarə ilə işarələnmiş qanabənzər ləkələrdən 90 sm məsafədə üzərində qanabənzər ləkələr olan mələfə 3 nömrəli şərti işarə ilə nömrələndi. 3 nömrəli şərti işarə işarələnmiş qanabənzər ləkələrdən 1 metr məsafədə olan qanabənzər ləkələr 4 nömrəli şərti işarə ilə işarələndi. Həmin qanabənzər ləkələrin ölçüsü 25x15 smdir. 4 nömrəli şərti işarə ilə nömrələnmiş qanabənzər ləkələrdən meyitin baş nahiyyəsinə qədər olan məsafə 36 sm-dir. Meyitin baş nahiyyəsindən 54 sm məsafədə 5 nömrə altında şərti işarə nömrələnmiş qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələrin ölçüsü 75x73 sm-dir. 5 nömrəli şərti işarə ilə nömrələnmiş qanabənzər ləkələrdən yataq otağının giriş qapısının sol küncünə qədər olan məsafə 112 sm-dir. 5 nömrəli şərti işarə ilə nömrələnmiş ləkələrdən tək nəfərlik çarpayıya qədər olan məsafə 72 sm-dir. Tək nəfərlik çarpayının ölçüsü 2mx97sm ölçüdədir. Həmin çarpayıda olan mələfənin üzərində qanabənzər ləkələrin olduğu müşahidə edilir. Həmin qanabənzər ləkələr 6 nömrəli şərti işarə nömrələndi və ləkələrin ölçüsünün 36x34 sm olduğu müəyyən edildi. Tək nəfərlik çarpayının aşağı sol küncündən 6 nömrəli şərti işarə ilə nömrələnmiş qanabənzər ləkələrə qədər olan məsafə 36 sm-dir. Yataq otağının iki pəncərəsi vardır. Hər iki pəncərənin ölçüsü eynidir. Həmin pəncərələrin hündürlüyü 120 sm, eni 146 m, döşəmədən hündürlüyü isə 86 sm-dir. Şərti olaraq 4 nömrə ilə işarələnmiş divarda olan pəncərə iki hissədən ibarətdir. Pəncərənin həyətə istiqamətində olan hissəsi, 3 taydan ibarət olmaqla orta tayı açıq vəziyyətdədir. Həmin pəncərənin həyət istiqamətində açıq vəziyyətdə olan tayının (Təqsirləndirilən şəxs yataq otağına daxil olduğu yer ) eni 49 sm-dir. Pəncərənin alt hissəsində döşəmənin üzərində şüşə qırıntılarının olduğu müşahidə edilir. Yataq otağının giriş qapısının sağ tərəfində olan qonaq otağının (zalın) giriş qapısının üzərində həmçinin həmin qapının qabaq tərəfində qanabənzər şübhəli ləkələrin olduğu müəyyən edilir. Qonaq otağının giriş qapısının üzərində olan şüşə çərçivəyə qədər olan hündürlüyü 230 sm, qapının çərçivə hissəsindən tavan qədər olan məsafə 61 sm-dir. Qapının qabaq hissəsində damcı şəklində qanabənzər şübhəli ləkələrin olduğu müşahidə edilir. Həmin ləkələr 7 nömrəli şərti işarə nömrələndi və ölçüsünün 1x1,5 sm ölçüdə olduğu müəyyən edildi. Qapının divan tərəfdə olan küncündən 7 nömrəli şərti işarə nömrələnmiş qanabənzər şübhəli ləkələrə qədər olan məsafə 74 sm-dir. Bundan başqa qapının qıfıl yerində yaxma şəklində qanabənzər şübhəli ləkələr aşkar edildi. Həmin ləkələr 8 nömrəli şərti işarə ilə nömrələndi və döşəməyə qədər olan məsafəsinin 104 sm olduğu müəyyən edildi. Günay Cəlili-Fəhradinin yaşadığı evin arxa tərəfinə baxış zamanı Təqsirləndirilən şəxs daxil olduğu pəncərədən 1,20 sm məsafə sağ tərəfdə göy rəngli sellafonun olduğu müəyyən edildi. Həmin sellofanın içərisinə baxış zamanı qara və qırmızı rəngləri olan kəlbətin aşkar olundu. Sellafondan 45 sm sol tərəfdə ağ rəngli içərisində heç yazı olmayan kağız parçası müəyyən olundu. Hadisə yerinə baxış zamanı hadisənin şahidi olmuş Şahid2 tərəfindən tərəfindən tədim edilmiş mərhum X19 qızına istifadə etdiyi “LG” markalı mobil telefon, Təqsirləndirilən şəxs G.Y.Cəlili Fəhradinin yaşadığı evə daxil olduğu zaman yaşayış evinin arxa tərəfində aşkar edilmiş göy rəngli sellofan torba içərisində olan kəlbətin və selafona yaxın məsafədə yerləşən üzərində heç bir yazı olmayan ağ rəngli kağız parçası və yaşayış evində 8 müxtəlif yerdə olan qanabənzər ləklərdən hər iki tərəfi pambıq çöpə batırılmış 8 ədəd nümunə və şüşə qırıntıları iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild İ. i.v 6-47) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli “meyitə baxış keçirilməsi və götürmə” haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, meyitin müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər müşahidə edilmişdir. Alın nahiyəsində solda 0,5x2 sm ölçüdə, ətraf dəri səviyyəindən aşağıda yerləşmiş , qırmızımtıl rəngli, düz xətt formalı sıyrıq vardır. Döş qəfəsinin ön səthində solda İV qabırğa səviyyəsində 0,2x1 sm ölçüdə, qarın nahiyyəsinin ön səthində, epiqastral nahiyədə bir qədər solda 0,5 x 0,5 sm, 0,6 x 0,6 sm ölçülərdə, sol bud nahiyəsinin aşağı nahiyəsinin aşağı 1/3 hissəsinin ön səthində 4x4 ölçüdə, həmin nahiyənin bayır səthində 8x10 sm ölçüdə, sol baldır nahiyəsinin yuxarı 1/3 hissəsinin ön səthində 2 x 1sm, 2 x 2 sm ölçülərdə, sağ diz oynağı nahiyəsinin ön səthində 2 x 1 sm ölçüdə, sağ baldır nahiyəsinin orta 1/3 hissəsinin iç səthində 3 x 2 sm ölçüdə, göyümtül rəngli, qeyri müəyyən formalı qançırlar vardır. Sağ ağız bucağında sağ yanağa doğru köndələn istiqamətdə uzanan düz xətt formalı, kənarları hamar 1,5 sm uzunluqda yara vardır (dəri və selikli qişa bütövlükdə kəsilmişdir), Sol yanaq nahiyəsində 0,2x0,6 sm ölçüdə, döş qəfəsinin ön səthində solda 0,5x0,8 sm ölçüəd, sol bazu nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa səthində 0,3 x 0,3 sm ölçüdə, kənarları hamar, ucları iti, deşilmişkəsilmiş yaralar vardır. Boyun nahiyyəsinin ön səthində 17sm uzunluqda, düz xətt formalı köndələn istiqamətdə yerləşən, kənarları hamar, ucları iti, kəsilmiş yar vardır. Boyunun ön, səthi və dəri əzələləri, sol yuxu arteriyası, nəfəs borusu bütövlükdə kəsilmişdir. Sol dirsək oynağı nahiyyəsinin ön səthində saat siferblatın “11-5” rəqəmlərini birləşdirən xətt üzrə yerləşən dəlib-çıxan, eyni yara kanalına malik deşilmiş-kəsilmiş yara vardır, aşağı hüdudda olan yaranın ölçüsü 1 x 5 sm, yuxarı hüdudda olan yaranın ölçüsü isə 1 x 4 smdir, yaraların kənarları hamardır. Sol əlin İ-İİ barmaqlar arası sahəsində 0,5x2,5 sm ölçüdə, həmin əlin İİ barmağın ön səthində 0,5 x 2 sm ölçüdə (proksimal falanqa səviyyəsində), sağ əlin İİ barmağının ön səthində 0,5 x 2 sm ölçüdə (dırnaq falanqası səviyyəsində), kənarları hamar kəsilmiş yaralar vardır. Meyitin xarici müayinəsində qeyd olunan xəsarətlərdən başqa digər xəsarətlər müəyyən edilməmişdir. (cild İ i.v 53-83) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v. 203-204) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, o, xx.xx.1991-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Gəncə şəhəri, Kəpəz rayonu DOS-102 ev 147 mənzil 43-də qeydiyyatdadır. (cild İ. i.v 205) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 4(066)-16/2019 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesbalanmışdır. (İİ cild i.v. 27-28) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun xx xxxxxxxx 2019-cu il tarixli, 42-c/19 saylı məktubundan görünür ki, Cəlili-X18 xx xxxxxx 2019-cu il tarixdə X33 İdarəsinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs barədə Gəncə şəhər prokurorluğuna daxil olmuş müraciəti əsasında Gəncə şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X31 tərəfindən araşdırma aparılaraq xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. X19 xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhər prokurorluğuna yenidən müraciət edərək X33 İdareəsinin sabiq əməkdaşı Təqsirləndirilən şəxs tərəfindən onun adına sosial şəbəkələrdə saxta profil və hesablar açılaraq, həmin hesablarda kütləvi məlumatlar əks etdirilməklə onun ünvanına böhtanlar atıldığını bildirmişdir. Daxil olmuş yeni xüsusat üzrə araşdırma aparılaraq fakta görə sabiq Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə cinayət işi başlanaraq Gəncə şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X31 tərəfindən araşdırma aparılmışdır. (cild İİ i.v 112-117) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X29 şəhər Rayonlararası Ruhi-Əsəb Dispanserinin xx.xx.2019-cu il tarixli, 3805 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ruhi-Əsəb Dispanserində qeydiyyatda durmur. (İİ cild i.v. 119) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respubıikası Səhiyyə Nazirliyi Gəncə şəhər X9 Dispanserinin xx.xx.2019-cu il tarixli, 3540 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (İİ cild i.v. 122) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respubıikası Səhiyyə Nazirliyi Gəncə şəhər X9 Dispanserinin xx.xx.2019-cu il tarixli, 3541 saylı arayışından məlum olur ki, Cəlili-X6 şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (cild İİ i.v 123) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Cəlili-X18 şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, o, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatda olmuşdur. (cild İİ i.v 30) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-lifli ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 520 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X19 qızına və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X19 qızına məxsus 01 ədəd köynəyin üzərindən tapılmış sarı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar üzərindən tapılmış ağ rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Cəlili-Fəhradi Yusif qızına məxsus 01 ədəd şortikin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs əl barmaq dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri həmçinin X19 qızına məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur.(cild İİ i.v 124-130) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə ballistik-trasoloji ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 521/522 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilən bıçaq formasına, ölçüsünə əsasən diplomatda boş qalan bıçaq yerinə tam uyğun gəlir və diplomatda olan digər bıçaqlarla formasına, üzərindəki zavod işarələrinə, materialına əsasən eyni bıçaq dəstinə aiddir. Təqdim olunan mərhum Cəlili-X18 hadisə vaxtı əynində olmuş qısaqol köynəyin üzərində olan “b” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin ( o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər-hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş köynəyin səthində bir ədəd “b” zədəsində xüsusi əlamətlərlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş mərhum Cəlili-X18 hadisə vaxtı əynində olmuş qısaqol köynəyin üzərində olan “a” və “c” zədələri fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılma-cırılma zədələridir. Mərhum Cəlili-X18 hadisə vaxtı əynində olmuş qolsuz maykanın, şortikin və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş qısaqol köynəyin, şalvarın üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir.(cild İİ i.v 131-135) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 1406 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin İ və V barmaqlarının səthi yaraları- kəsici alətin (alətlərin) təsiri nəticəsində; sağ baldır nahiyəsinin sıyrığı isə-bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. (cild İİ i.v 136-138) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (İİ cild i.v. 169) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “xxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 28774 nömrəli cavab məktubu ilə daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, “xxxxxxxx” abonenti olmuş Cəlili- X18 istifadəsində 050 ***-**-** mobil telefon nömrəsi olmuşdur. Cəlili-X18 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 ***-**-** və 055 ***-**-** mobil nömrələri arasında bir-birinə zəng olunmamış və sms mətni göndərilməmişdir. “xxxxxxxx” MMC-dən təqdim edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyətli sms mətni və başqa əhəmiyyətli hallar müəyyən edilməmişdir. (İİ cild i.v. 244- 249) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayonu İcra Hakimiyyəti başçısının Üçtəpə kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli, 102 nömrəli arayışından görünür ki, X19 qızı həqiqətən Göygöl rayonunun Üçtəpə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. Göygöl rayonu İcra Hakimiyyəti başçısının Üçtəpə kənd İƏD-üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, X19 qızı yaşadığı yer üzrə müsbət xarakterizə edilir və onun barəsində nümayəndəliyə heç bir şikayət və məlumat daxil olmamışdır. (cild İİ i.v 235-238) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 72 saylı rəyindən görünür ki,mərhumə Cəlili- X18 boyun nahiyəsinin orta 1/3 hissəsinin ön səthində bir ədəd ( sol yuxu arteriyasının, qırtlağın, boyunun səthi və dəri əzələlərinin kəsilməsi ilə müşayiət olunan) kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət həyatidir, mərhumun ölümündən az qabaq kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan AĞİR zərərvurmaya aid edilir. Mərhumə Cəlili-X18 ölümünə səbəb boyun nahiyəsinin orta 1/3 hissəsinin ön səthinin bir ədəd (sol yuxu arteriyasının, qırtlağın, boyunun səthi və dərin əzələlərin kəsilməsi ilə müşayiət olunan) kəsilmiş yarasından əmələ gələn kəskin xarici qanitirmə olmuşdur. Ətraf mühitin şəraitləri və meyit əlamətlərini nəzərə alınaraq ölümün müddəti onun müayinəsindən 2-5 saat əvvəl baş vermişdir. (meyitin müayinəsi xx.xx.2019-cu il tarixdə, saat 09:30-da aparılmışdır.) Cəlili-X18 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı, etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cəlili-X18 anal dəlik nahiyəsindən və uşaqlıq yolundan götürülmüş tamponlarda, məhkəmə-tibbi bioloji müayinəsi nəticəsində spermatozoidlər aşkar edilməmişdir. Cəlili-X18 bədən səthində, boyun nahiyəsinin ön səthində aşkar edilmiş bir ədəd kəsilmiş yarasından başqa –sol dirsək oynağı nahiyəsinin dəlib-çıxan deşilmişkəsilmiş yarası; sol əlin İ-İİ barmaqlar arası sahəsinin və hər iki əlin ikinci barmağının səthi yaraları; alın, sağ diz oynağı nahiyələrinin sıyrıqları; hər iki diz oynağı nahiyələrinin qançırları kimi də xəsarətlər müəyyən edilmişdir. Bu xəsarətlərdən: sağ yanaq nahiyəsinin kəsilmiş yarası kəsici, sol dirsək oynağı nahiyəsinin dəlib-çıxan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Sol əlin İ-İİ barmaqlar arası sahəsinin, hər iki əlin ikinci barmağının səthi yaraları-kəsici alətin (alətlərin) təsiri nəticəsində; alın və sağ diz oynağı nahiyələrinin sıyrıqları, hər iki diz oynağı nahiyələrinin qançırları isə bərk KÜT əşyanın (əşyların) təsiri nəticəsində əmələ gəlmişdir.-belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni, xx.xx.2019-cu il tarixə uyğun gəlir.Cəlili-X18 bədən səthində aşkar edilmiş kəsilmiş, deşilmiş-kəsilmiş yaraların ekspertizaya maddi sübut qismində təqdim edilmiş alətin (bıçağın) təsiri nəticəsində əmələ gəlmələri istisna edilmir. (İİİ cild i.v. 3-8) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 34 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cəlili- X18 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa betadır.Təqdim olunmuş 1 ədəd bıçaq üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə olunmamışdır. Təqdim olunmuş hadisə yerindən götürülmüş 8 ədəd pambıq tampon üzərində insana məxsus qan ləkələri aşkar olunmuşdur. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(ıı) beta olduğundan mərhum X19 qızına məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd qısaqol köynək üzərində insana məxsus qan ləkələri aşkar olunmuşdur. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (ıı) beta olduğundan mərhum X19 qızına məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı üzərində qana şübhəli ləkə aşkar olunmadığından müayinə olunmamışdır.Təqdim edilmiş mərhum X19 qızına məxsus bir ədəd köynək, bir ədəd mayka, bir ədəd şortik üzərində insana məxsus qan ləkələri aşkar olunmuşdur. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər.(cild İİİ i.v 9-14) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, qxx-xx/2019 nömrəli məktubunda göstərilmişdir ki, Cəlili-X18 barəsində Göygöl rayon Məhkəməsində hər-hansı bir işə baxılmamışdır. (cild İİİ i.v 15-16) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl Mərkəzi rayon Xəstəxanasının xx.xx.2019-cu il tarixli 38 saylı məktubundan məlum olur ki, X19 qızı Göygöl MRX-da ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur və Göygöl MRX-na müraciət etməmişdir.(cild İİİ i.v 21-23) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayon polis şöbəsinin xx.xx.2019-cu il tarixli, 163-21912-1219 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23 radələrində yaşadığı evdə olmuş, xx.xx.2019-cu il tarixdə o yaşadığı evdən tək çıxaraq piyada mərhumə Günay Cəlili-Fərhadinin yaşadığı Göygöl rayon Üçtəpə kəndindəki evinə gəlmiş, həmin vaxt onun yanında heç kim olmamış və Təqsirləndirilən şəxs hadisəyə qədər heç kimlə görüşməmiş, həmin vaxt Orxan Üçtəpə kəndinə piyada gəlmiş, heç bir nəqliyyat vasitəsindən istifadə etməmiş, mərhum Günay Cəlili-Fərhadi ilə Təqsirləndirilən şəxs arasında mübahisələr şəxsi münasibətlər zəminində baş vermiş, hadisədən əvvəlki vaxtlarda Günay Cəlili-Fərhadi başqa şəxslərlə sevgi münasibətində və ya intim əlaqəsində olmamış, Təqsirləndirilən şəxsla Günay Cəlili-Fəhradinin münasibətlərinin olmasını X34 şəhər şöbəsində işləyən şəxslər tam və ətraflı olaraq bilməmiş, hadisədən sonra Təqsirləndirilən şəxs Goranboy rayonu Dəliməmədli qəsəbəsində yaşayan qohumları Cavid və Mehman adlı şəxslərin yaşadığı evə getmiş, lakin o, Günayla aralarında baş vermiş mübahisə və törətmiş olduğu qəti cinayəti barədə Mehman və Cavidə heç bir məlumat verməmiş, sadəcə Bakı şəhərinə getdiyini bildirərək Caviddən yol haqqı olaraq 20 manat pul almışdır.(cild İİİ i.v 66) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2019-ci il tarixli, 760/2019-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dırnaq nümunələri üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qaın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri və aqqlyutininlər alınmadığı üçün qrup barəsində fikir söyləmək mümkün olmamışdır. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus dırnaq nümunələri üzərində dəri hissəcikləri və tükəbənzər liflər aşkar olunmamışdır. (cild İİİ i.v 67-72) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə rayon Mənzil-İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Sahəsinin xx xxxxxx 2019-cu il tarixli 581 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 6 mənzil 43də qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Gəncə rayon Mənzil-İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Sahəsinin xx xxxxxx 2019-cu il tarixli xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir və onun barəsində heç bir şikayət daxil olmamışdır. (cild İİİ i.v 82-84) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 793 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİİ i.v 143) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2019cu il tarixli, 599/243 №-li kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvvəqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətlərinə əsasən o, cinayət törədilən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir), (cild İİİ i.v 144-148) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Mühafizə İdarəsinin X33 İdarəsinin xx xxxxxx 2019cu il tarixli xidməti xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı ildən xx xxxxxxxx 2019-cu il tarixədək X25, X33 İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə xidməti vəzifəsinə ciddi şəkildə yanaşmamışdır. Dəfələrlə xidməti fəaliyyətində buraxdığı nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilmişdir. Komandirlər tərəfindən dəfələrlə iradlara məruz qalmış, nizam intizama, geyim formasına düzgün riayət etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx xxxxx 2019-cu il tarixli Ə 94-038-19 nömrəli əmri ilə idarənin polis nəfəri, polis serjantı Təqsirləndirilən şəxs “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi” nin 2 və 12-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə “X25 xidmət keçmə haqqında Əsasnamə” nin 114-cü maddəsinin 3-cü bəndinə əsasən “şiddətli töhmət” intizam tənbehi elan edilmişdir. Azərbaycan Republikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli Ə 1335 ş/h-38-19 nömrəli əmri ilə Azərbaycan Respublikası X25 xidmət keçmə haqqında Əsasnamə” nin 135-ci maddəsinin 9 və 10 bəndləri ilə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) idarənin polis nəfəri, polis serjantı Təqsirləndirilən şəxs X25n xidmətdən xaric edilmişdir. (cild İİİ i.v 130-132) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “xxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, BKC/LGL-23321/19 nömrəli cavab məktubu ilə daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, “xxxxxxx” abonenti olmuş Təqsirləndirilən şəxs istifadəsində 055 ***-**-** mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil nömrədən mərhum Günay Cəlili-Fəhradi Yusif qızının Göygöl rayonunun Üçtəpə kəndində yaşadığı evdə istifadə etdiyi ***-***-**-** mobil nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 21:37:23-də zəng olunaraq 03 saniyə müddətində (ARAYANİN ANTEN DAİRƏSİ-Gəncə şəhəri, A.İskəndərov küçəsi 46) danışıq olmuşdur.Şahid24 istifadəsində olan 077 ***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil nömrəyə xx.xx.2020-ci il tarixdə, saat 18:10:44-də zəng olunaraq 35 saniyə müddətində (ARAYANİN ANTEN DAİRƏSİ-Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 saylı binanın yanı ), xx.xx.2019-cu il tarixdə, saat 18:31:08-də zəng olunaraq 57 saniyə müddətində (ARAYANİN ANTEN DAİRƏSİ-Gəncə şəhəri, Ə.Cəmil küçəsi ev 1) xx.xx.2019-cu il tarixdə saat 18:35:18-də zəng olunaraq 57 saniyə müddətində (ARAYANİN ANTEN DAİRƏSİ-Gəncə şəhəri, Ə.Cəmil küçəsi ev 1) danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***- **-** mobil nömrədən X13 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə xx.xx.2019cu il tarixdə, saat 18:06:05-də zəng olunaraq 113 saniyə müddətində (ARAYANİN ANTEN DAİRƏSİ-Gəncə şəhəri, Əziz Əliyev küçəsi 403) danışıq olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** mobil nömrə ilə Günay Cəlili-Fəhradinin istifadəsində olmuş 050 ***-**-** və 050 ***-**-** mobil nömrələri arasında bir-birinə zəng olunmamış və sms mətni göndərilməmişdir. “xxxxxxx” MMC-dən təqdim edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyətli sms mətni və başqa əhəmiyyətli hallar müəyyən edilməmişdir. (cild İİİ i.v 137-142) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Prokurorluğunun xx xxxxxx 2019-cu il tarixli, ********* saylı məktubundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Cəlili-X6 şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək onun adına sosial şəbəkələrdə saxta profillər açılaraq şərəf və ləyaqətinin alçaldığını bildirmişdir. Aparılmış ilkin araşdırma zamanı toplanılmış materialla müəyyən edilmişdir ki, Cəlili-X18 fotoşəkillərindən istifadə edilərək onun adına “İnstagram” sosial şəbəkəsində kütləvi təhqiredici profil və hesablar açılaraq həmin istifadəçi adlarından istifadə etməklə onun ünvanınba böhtan atılmışdır. Toplanmş materialda Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsinin tərkib əlamətləri olduğundan, faktla bağlı xx xxxxxxxx 2019-cu il tarixdə sabiq Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Fazil Həsənəliyev tərəfindən fakta görə həmin maddə ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. Cinayət işi üzrə zəruri şəxslərin ifadələri alınmış, müvafiq sorğular verilmiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli 23/4-6459 saylı məktubdan görünür ki, “İnstagram” sosial şəbəkəsinin serverleri ölkə hüdudlarından kənarda yerləşdiyindən qeyd olunan hesabların istifadəçilərinin müəyyənləşdirilməsi imkanları xaricindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli 001-51373-1219 saylı məktubdan görünür ki, qeyd olunan xüsusatlar ilə bağlı araşdırma aparılması texniki imkanları xaricindədir. Hazırki iş üzrə zəruri olan olan bir sıra istintaq hərəkətlərinin aparılmasına baxmayaraq təqsirləndirilən şəxs qismində cəld edilməli olan şəxs(lər)i müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən, yəni təqsirləndirilən şəxsin müəyyən olunmaması əsası ilə xx xxxxxxx 2019-cu il tarixdə dayandırılmışdır.(cild İİİ i.v 184-186) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə komputer-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 26213 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1. Təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqli çalışan “Android 8.1.0” əməliyyat sistemi təhciz olunmuş “LG Q6” markalı “LG-M700A” modelli “**********46751, **********46769” imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android 7.1.1” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy J2” markalı “SM-J250F/DA” modelli “**********67785, **********67783” imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdədir. 2.Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı cücün nəzərdə tutulmuş çox funksional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun proqram təminatında “ADB Rooted” (əməliyyat sisteminin tam idarə etmə imkanının olamaması) dəstəkləmə olmadığından “Fiziki məlumatın əldə edilməsi metodu (pozulmuş məlumatların köklü bərpa edilməsi üçün)” nun çıxarılması mümkün olmaması səbəbindən təqdim edilmiş “Samsung Galaxy J2” markalı “SM-j250F/DS” modelli və “LG Q6” markalı “LG-M700A” modelli (smartfon) telefonlarının yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılmaması mümkün olmadı. 3. Təqdim edilmiş “Samsung Galaxy J2” markalı “SM-J250F/DS” modelli mobil (smartfon) telefonunun yaddaşında olan “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi “Logical məlumatın əldə edilməsi metodu” (hesabat Report- Otcet məlumat və faylların izləri “UFED” markalı qurğunun proqram təminatının funksional imkanlarının nəticələridir), 9.67 KB həcmdə, “File məlumatın əldə edilməsi metodu” (hesabat Report-Otcet məlumat və faylların izləri “UFED” markalı qurğunun proqram təminatının funksyanal imkanlarının nəticələridir) 278 KB həcmdə məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 26213” adlı iş çantasında üzərində “PRİNCO” Yazısı olan DVD-R diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Təqdim edilmiş “LG Q6” markalı “LG-M700A” modelli mobil (smartfon) telefonun yaddaşında olan “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi “Logical məlumatın əldə edilməsi metodu” (hesabat Report-Otcet məlumat və faylların izləri “UFED” markalı qurğunun proqram təminatının funksyanal imkanlarının nəticələridir) 9.70 KB həcmdə, “File məlumatın əldə edilməsi metodu” ( hesabat Report-Otcet məlumat faylların izləri “UFED” markalı qurğunun proqram təminatının funksyanal imkanlarının nəticələridir) 9.91 MB həcmdə məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 26213” adlı iş çantasında üzərində “PRİNCO” yazısı olan DVD-R diskə köçürülərək ekspert rəyinə əlavə edildi.(cild İV i.v 102-108) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mərhum X19 qızına məxsus paltarları – ağ rəngli idmançı şortiki, ağ rəngli köynək və ağ rəngli mayka, Təqsirləndirilən şəxs paltarları-01 ədəd qara rəngli cins şalvar, sarı və boz cizgiləri olan qısaqol köynək, hadisə yerinə baxış zamanı götürülmüş 8 ədəd hər iki tərəfi qana şübhəli ləkələrə batırılmış pambıq çöp, şüşə qırıntıları, hadisə yerinə baxış zamanı götürülmüş və mərhum Günay X19 qızına məxsus “LG Q6” markalı mobil telefon, hadisə yerinə baxış keçirilərkən aşkar edilərək götürülmüş göy rəngli sellofan torba və kəlbətin, şübhəli şəxsin ifadəsinin hissəvi olaraq yerində yoxlanması zamanı aşkar edilərək götürülmüş bıçaq, Şahid4 könüllü olaraq təqdim etməsi əsasında götürülmüş bıçaqlar dəsti olan diplomat, sonuncuya məxsus “Samsung J2” markalı mobil telefon, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etməsi əsasında götürülmüş “Samsung Galaxy J2” markalı mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir.(Cild İ i.v 235-241 və 250-254) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(066)-45/2019 nömrəli məktubu ilə “xxxxxxx” MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, “xxxxxxx” abonenti olmuş Təqsirləndirilən şəxs istifadəsində 077 ***-**-** mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 ***-**-** saylı nömrə ilə xx-xx-2019-cu il 09:49:18 və xx-xx-2019 –cu il 10:00:01 tarixlərdə X4 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “********** sukurova afet resul qizi onun adinadi.1.94 borcu var uc tepededi ev” və “Alinsa pulu ode aciqlamani al men sene artiqlamasinan verecem puli” məzmunlu mesajlar göndərmişdir.Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 ***-**-** mobil nömrəsi ilə Cəlili-X18 istifadəsində olmuş -***-***-**-** mobil nömrəsi arasında bir-birinə zəng olunmamış və sms mətni göndərilməmişdir. “xxxxxxx” MMC-dən təqdim edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyətli sms mətni və başqa əhəmiyyətli hallar müəyyən edilməmişdir. (cild İV i.v 160) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 5(066)-45/2019 nömrəli məktubu ilə “xxxxxxx” MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, “xxxxxxx” abonenti olmuş Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə Cəlili-X18 istifadəsində olmuş -***-***-**-** mobil nömrəsi arasında bir-birinə zəng olunmamış və sms mətni göndərilməmişdir. “xxxxxxx” MMC-dən təqdim edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyətli sms mətni və başqa əhəmiyyətli hallar müəyyən edilməmişdir. (cild İV i.v 160) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayon polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 163-5284-1220 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə Günay Cəlili- Fəhradinin instaqram səhifəsinə əxlaqsız mesajları göndərmiş “Amin 020, Tale Mustafazade, Eflatun Hüseynoff, Genceli herbiçi, isqa 111” adlı istifadəçilərin şəxsiyyətləri barədə kifayət qədər məlumat əldə etmək mümkün olmadığından qeyd edilən “İnstagram” istifadəçilərinin dindirilmələri üçün istintaqa təqdim etmək həmçinin onların Təqsirləndirilən şəxsla tanışlıq münasibətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. (cild İV i.v 151) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Şahidin ifadəsinin yerində yoxlanılması və istintaq ekspertmenti keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 ifadəsi yerinə yoxlanılarkən əlavə olaraq ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş bundan sonra Şahid1 Orxan X38-Fəhradinin bıçaqla boğaz nahiyəsini kəsdiyi zaman hadisəni konkret olaraq görməsini dəqiqləşdirmək və yoxlamaq məqsədilə ona cinayət hadisəsinin baş vermə şəratini göstərməsi təklif olunmuşdur.İstintaq eksperimenti zamanı Təqsirləndirilən şəxs yerinə statit kimi Göygöl RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Səxavət Əlvəndov qoyulmuş, bundan sonra Şahid1 Orxan X38- Fəhradinin boğaz nahiyyəsini kəsdiyi vaxt çarpayıda hansı vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs, Günay Cəlili-Fəhradinin olduğu yeri onların hərəkətlərini necə gördüyünü bildirmiş və göstərmişdir. Şahid1 özü və statit üzərində göstərdiyi şəraitdə hər iki əli döşəmənin üzərində olduğu zaman döşəmədən boğaz nahiyəsinə olan məsafə 30 sm, döşəmədən döş qəfəsinə olan məsafə 17 sm, Orxan X38-Fəhradinin boğaz nahiyəsini kəsdiyi vaxt boğaz nahiyəsinin döşəmədən hümdürlüyü 45 sm və döş qəfəsinin döşəmədən hündürlüyü isə 28 sm olduğunu müəyyən edilmişdir. Bundan sonra Şahid2 mərhum Cəlili Fəhradini yerinə qoyulub Şahid1 hadisə zamanı olduğu çarpayıya keçdi, bundan sonra Şahid1 göstərdiyi kimi statit X39 Hüseynova üzərində boğaz nahiyəsini kəsməsi vəziyyətini təsvir etmişdir. Bu zaman Şahid1 çarpayıda uzanmış vəziyyətdə olduğu vaxt statit X27 Hüseynovanın boğazını bıçaqla kəsdiyinin Şahid1 olduğu yerdən tam və aydın göründüyü müəyyən edilmişdir. (cild V i.v. 133-138) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid12la üzləşən zaman Şahid12 ifadəsində göstərdiklərinin tamamilə düzgün olduğunu, Günayı öldürməyini Cavidə bildirmədiyini, Cavidin onun tutulmağında polis əməkdaşlarına köməklik etdiyi üçün qərəzli şəkildə ilkin ifadəsində Günayı öldürdüyünü Cavidə dediyini bildirmişdir.(cild V i.v 194-196) Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib, Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə ona təqsirli bilərək ifadə verərkən hadisədən sonra özündə olmaması, hadisədən sonrakı günlərdə hadisə ilə bağlı psixoloji gərginlik keçirməsi səbəbindən ifadələrini oxumadan imza etməsi, ifadələrinə imza edərkən müdafiəçisinin yanında olmaması, ifadəsinin sözləri ilə düzgün yazılmaması, Günayın bıçaqla boğaz nahiyəsini kəsdikdən sonra bıçağı götürərək otaqdan çıxanda Gülşənin yuxudan oyanaraq həyəcanlı şəkildə ona qışqırıb "heyvan" deməsi, Günayın taqətsiz halda çarpayıda uzanan Gülşənə doğru əl uzatması, Leylanın yatılı vəziyyətdə olması, cinayətə hazırlıq kimi Günayın yaşadığı evin pəncərəsinin şüşəsini qırmaması, Günay Cəlili-Fəhradinin onun barəsində şikayət etməsi və onu bezdirməsi səbəbindən hadisə günü Günay Cəlili- Fəhradini qorxutmaq istəməsi, Günayın onunla münasibətlərini ciddiləşdirmək, ona evlənmə təklifi edib sonuncuya rədd cavabı verməsinə baxmayaraq, Günayın ondan əl çəkməməsi və mütəmadi olaraq onu şikayətləri ilə bezdirməsi barədə ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və təqsirləndirilən şəxsin özünün müdafiəçisinin iştirakı ilə şübəhəli və təqsirləndirilən şəxs qismində dindirlməsi zamanı verdiyi ifadələri,hadisə yerinə və meyitə baxış protokolları, məhkəmə-tibbi, məhkəmə tibbi-bioloji, məhkəməsoyuq silah, məhkəmə-lifli və məhkəmə-trasoloji, kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkəti protokolu ilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxsin xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxs qismində və xx xxxxxxxx 2019-cu il tarixdə isə müdafiəçinin iştirakı ilə təqsirləndirlən şəxs qismində verdiyi ifadələrdən görünür ki, o özü ifadələrində “……Mən otağa daxil olan kimi əvvəlcə Günay sonra isə onunla bir çarpayıda yatan qızı Leyla oyandı, Günay məni əlimdə bıçaq saxlamış vəziyyətdə görüb otaqdan çıxıb getməyimi tələb etdi. Mən Günaya “nə səbəbə bu vəziyyətə çatdırdın”dedim. Bu vaxt Güşən yuxudan durdu və qışqırmağa başladı. Günay isə mənə “onsuzda səndən əl çəkməyəcəm” dedikdə bıçaqla əvvəlcə onun sol qolundan vurdum, sonra onu əlimlə itələyib yerə yıxdım və əlimdəki bıçağı onun ağzına saldıqda bıçaq ağızının damağına dəydi və qan ağzından tökülməyə başladı. Həmin vaxt Günayın 13 yaşlı qızı Leyla çarpayıda əyləşib bizə baxırdı. Gülşən isə qışqırıb getməyimi bildirirdi. Mən Günayın ağzından bıçaqla vurduqdan sonra Günayın ağzı üstə yerə yıxılmış vəziyyətdə olduğunu, artıq həmin hərəkətlərimə görə yəni onun bıçaqla vurub xəsarət yetirməyimə görə yenə də məndən şikayət edəcəyini, artıq etdiyim hərkətə görə tutulacağımı, həbs olunacağımı başa düşdüm və Günayı öldürmək qərarına gəldim. Yerə ağzı üstə uzanmış vəziyyətdə olan Günayın arxa tərəfindən bıçağı iki əllərimdə saxlayıb boğaz nahiyyəsini 2-3 dəfə hərəkət etdirərək kəsdim. Həmçinin verilən sullara cavab olaraq bəli, onların hər ikisi mən Günay bıçaqla boğaz nahiyəsini kəsərək öldürdüyümü görürdülər, Leyla sakitcə durub yerin içində otutaraq bizə baxırdı, Gülşən isə qışqıraraq uca səslə mənə “heyvan” deyirdi…» törətdiyi cinayətini mexanizmini və eləcədə zərərçəkmiş şəxs Günayın başını kəsərkən sonuncunun qızı Leylanın və yaxın qohumu Gülşənin gözü qarşısında sonuncuların açıq aşkar gördüyü şəraitdə etdyini etiraf etmişdir. Təqsirləndirilən şəxsin həmin ifadəsi iş üzrə bilavasitə şahidlər; Şahid1 və X7 ifadələri və üzləşdirmə protokolları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Günay Cəlili-Fəhradini xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxxxx 2002-ci il tarixli 3 №-li Qərarının 8-ci bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxxxx 2002-ci il tarixli 3 №-li Qərarının Qərarının 8-cü bəndinin izahından görünür ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göygöl rayon prokurorluğunda saxlanılan maddi sübutlar- mərhum X19 qızına məxsus paltarları – ağ rəngli idmançı şortiki, ağ rəngli köynək və ağ rəngli mayka yaxın qohumlarına qaytarılmalı, imtina etdikdə məhv edilməli, Təqsirləndirilən şəxs paltarları-01 ədəd qara rəngli cins şalvar, sarı və boz cizgiləri olan qısaqol köynək yaxın qohumlarına qaytarılmalı, imina etdikdə məhv edilməli, hadisə yerinə baxış zamanı götürülmüş 8 ədəd hər iki tərəfi qana şübhəli ləkələrə batırılmış pambıq çöp, şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hadisə yerinə baxış zamanı götürülmüş və mərhumə Günay Cəlili-Fəhradi Yusif qızına məxsus “LG Q6” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, hadisə yerinə baxış keçirilərkən aşkar edilərək götürülmüş göy rəngli sellofan torba və kəlbətin, şübhəli şəxsin ifadəsinin hissəvi olaraq yerində yoxlanması zamanı aşkar edilərək götürülmüş bıçaq məhv edilməli, Şahid4 könüllü olaraq təqdim etdiyi bıçaqlar dəsti olan diplomat və ona məxsus “Samsung J2” markalı mobil telefon Şahid4 qaytarılmalı, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi “Samsung Galaxy J2” markalı mobil telefon onun yaxın qohumlarına qaytarımalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğu həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 187 (manat) 94 (qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cu maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göygöl rayon prokurorluğunda saxlanılan maddi sübutlar- mərhum X19 qızına məxsus paltarları – ağ rəngli idmançı şortiki, ağ rəngli köynək və ağ rəngli mayka yaxın qohumlarına qaytarılsın, imtina etdikdə məhv edilsin, Təqsirləndirilən şəxs paltarları-01 ədəd qara rəngli cins şalvar, sarı və boz cizgiləri olan qısaqol köynək yaxın qohumlarına qaytarılsın, imina etdikdə məhv edilsin,hadisə yerinə baxış zamanı götürülmüş 8 ədəd hər iki tərəfi qana şübhəli ləkələrə batırılmış pambıq çöp, şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.Hadisə yerinə baxış zamanı götürülmüş və mərhumə Günay Cəlili-Fəhradi Yusif qızına məxsus “LG Q6” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, hadisə yerinə baxış keçirilərkən aşkar edilərək götürülmüş göy rəngli sellofan torba və kəlbətin, şübhəli şəxsin ifadəsinin hissəvi olaraq yerində yoxlanması zamanı aşkar edilərək götürülmüş bıçaq məhv edilsin, Şahid4 könüllü olaraq təqdim etdiyi bıçaqlar dəsti olan diplomat və ona məxsus “Samsung J2” markalı mobil telefon Şahid4 qaytarılsın, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi “Samsung Galaxy J2” markalı mobil telefon onun yaxın qohumlarına qaytarımalsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 187 (manat) 94 (qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X45 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-185/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-185/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver