Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-185/2021 05.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1998-ci ildə Bərdə rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonunun Divanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrində Bərdə rayonunun Gərənə kəndinin ərazisində yerləşən məktəbin inzibati binasının yaxınlığında asfalt yolun kənarında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onu təpiklə vurmasına əsəbiləşib üzərində gəzdirdiyi, zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol qoltuqaltı nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya sol qoltuqaltı nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası, açıq pnevmohemotoraks ilə nəticələnən törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs əmisi Namiqlə eyni küçədə yaşadığından Mehtini əvvəllər tanımışdır. Lakin əvvəllər Mehti ilə arasında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisədən təxminən 8 ay əvvəl Ayşən adlı qız ilə tanış olub sevgili münasibəti yaratmışdır. Mehti isə onun Ayşən ilə arasında olan münasibəti öyrəndiyindən hadisədən təxminən 1 ay əvvəl onunla görüşüb söhbət edərək həmin münasibətə son qoymasını istəmişdir. Həmin vaxt o, Mehtiyə Ayşən ilə münasibətinin davam etdiyini, bu məsələyə Ayşənin özünün qərar verdiyini bildirmişdir. Ancaq Mehti qəti şəkildə onun Ayşən ilə münasibətini qurtarmasını istəmiş, bununla bağlı mübahisəyə girişmiş, hər dəfə müxtəlif yerlərdə onun qohumlarına Ayşən haqqında mənfi fikirlər söyləmiş, onun Ayşən ilə münasibətinin birdəfəlik qurtarmasını tələb etmişdir. Buna baxmayaraq Ayşən özü könüllü olaraq onunla münasibətini davam etdirmişdir. 21 dekabr 2020-ci il tarixdə saat 01:00 radələrində Mehti onun istifadəsində olan mobil nömrəyə zəng edib görüşmək istədiyini demiş və yaşadığı evin qarşısına gəlmişdir. Mehtiyə görüşməyəcəyini deyən zaman Mehti onun ünvanına nalayiq söyüşlər söyməklə əyninə yubka geyindərəcəyini qeyd etmişdir. Ancaq o, həmin vaxt yalnız Mehtinin söyüş söyməsinə əsəbiləşməklə kifayətlənmişdir. Bundan sonra Mehti yenidən ona mobil telefon vasitəsilə zəng edərək görüşmək istədiyini demişdir. O, Mehtinin zənglərindən təngə gəlib telefona cavab vermədiyi üçün Mehti tanışı Elman vasitəsilə onu yaşadığı evdən çıxarıb görüşmək istəmişdir. Belə ki, Elman onun mobil nömrəsinə zəng edərək mobil telefonunun arxa hissəsinin xarab olduğunu, təmir etdirmək üçün tanışının olub-olmadığını soruşmüş, o da Elmana heç bir problem olmadığını deyərək birlikdə mobil telefonu təmir etdirmək üçün gedə biləcəklərini söyləmişdir. Bir az keçmiş Elman yenidən onun mobil telefonuna zəng edib Mehtinin onu axtardığını və çölə çıxmamasını, əlində yubka olmasını və həmin yubkanı ona geyindərəcəyini demişdir. Buna görə də o, Mehtinin istifadəsində olan mobil nömrəyə zəng edib harada olmasını soruşmuşdur. Mehti Bərdə şəhərində olduğunu deyən zaman o, özünün yaşadığı kənddə olduğunu və kəndin yuxarı tərəfindəki meşəyə gedəcəyini bildirmişdir. Günorta saatlarında həmin yerə gedib gözləməyə başlasa da, Mehti oraya gəlməmişdir. O da evlərində olan su qablarını götürüb tanışı Ceyhunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə Bərdə rayonu Gərənə kəndində yerləşən bulağın yanına yollanmışdır. Kənd ərazisindəki dəmiryolunu keçib məktəbin binasının yaxınlığına çatanda Mehtinin içərisində olduğu “BMW” markalı avtomobil Ceyhunun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin qarşısına keçib saxlamışdır. Ceyhun avtomobili saxladıqdan sonra o, üzərində götürdüyü bıçaqla birlikdə avtomobildən düşmüşdür. Daha sonra Mehtinin üzərinə gəldiyini görüb yumruq atmış və həmin yumruq Mehtinin çənə nahiyəsindən dəymişdir. Bundan sonra Mehti ona təpik atmış və həmin təpik onun sinə nahiyəsindən dəymişdir. Bu zaman Mehtinin ayağından tutaraq əlindəki bıçaq ilə sol qoltuqaltı nahiyəsindən bir dəfə zərbə endirmişdir. Mehti zərbənin təsirindən geriyə gedərək yıxılmış, o isə bunu görüb dərhal oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Mehtinin əlinə yerdən daş götürərək arxasınca qaçdığını görmüşdür. Mehti taqəti qalmadığından yolun ortasında dayansa da, Mehtinin oraya birlikdə gəldiyi tanışı Elamin qaçmağı davam etdirmişdir. O, Elaminə “Səni də vuracam” dedikdən sonra Elamin bu sözlərindən ehtiyat edib dayanmış və Mehtinin yanına getmişdir. Bundan sonra o, Gərənə kəndində olan meşəyə doğru qaçmışdır. Ceyhun isə avtomobili ilə gəlib onu həmin yerdən yaşadığı evə aparmışdır. Daha sonra isə o, qardaşı Cavidan ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlib təslim olmuşdur. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 6-7 ay əvvəl tanımağa başlamışdır. Nizam ilə polis əməkdaşı işlədiyi dövrdə Bərdə rayon mərkəzi xəstəxanasında xidmətdə olan zaman tanış olmuşdur. Həmçinin 5 il əvvəl Ayşən adlı qız ilə tanış olmuş və aralarında münasibət yaranmışdır. Sonradan o, Nizamın da Ayşən ilə münasibətinin olmasını bilmişdir. Nizamın da Ayşən ilə münasibəti olduğuna görə aralarında narazılıq yaranmışdır. Bu problem səbəbindən o, Nizam ilə görüşüb Ayşən ilə münasibət qurub-qurmamasını soruşmaq istəmiş, görüşərkən isə Nizam söyüş söyərək Ayşən ilə münasibət qurmayacağını demişdir. Bundan sonra Nizam mobil telefon vasitəsilə onunla əlaqə yaradanda o, Nizamın qohumlarına da bu barədə məlumat vermiş, Nizamın qohumları isə heç bir şey deyə bilməyəcəklərini, Nizama salam belə vermədiklərini söyləmişlər. 20 dekabr 2020-ci il tarixdə o, Nizamın mobil nömrəsinə zəng edərək harada olmasını soruşmuş, Nizam isə yaşadığı evdə olduğunu demişdir. Daha sonra o, Nizama görüşə bilib-bilməyəcklərini soruşduqda, Nizam sabah görüşmək istədiyini bildirmişdir. Buna görə də o, sabah görüşə gəlməyənə söyüş söymüş, Nizam da gələcəyini söyləməklə söyüş söymüşdür. Ertəsi gün o, Nizamın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş, ancaq Nizam zəngə cavab verməmişdir. 21 dekabr 2020-ci il tarixdə saat 11:00 radələrində Bərdə şəhəri ərazisində “Qarabağ-stroy” deyilən yerdə olan zaman Nizamın tanışı Elmanı görmüş və Elmandan Nizamın harada olmasını xəbər almışdır. Həmin vaxt Elmana Nizamın onun arxasınca söyüş söydüyünü, söhbət edib Nizama yubka geyindirəcəyini demişdir. Daha sonra o, Elmandan Nizamın mobil nömrəsinə zəng etməsini xahiş etmiş, Elman zəng edib Nizamla danışaraq mobil telefonunun arxa hissəsinin xarab olması bəhanəsi ilə təmir etdirmək üçün tanışı olub-olmadığını soruşmuş və oradan çıxıb getmişdir. Bir az keçmiş Nizam onun mobil telefonuna zəng edib “Divanlı kəndindəki meşəyə gəl, səninlə orada söhbət edək” cümlələrini söyləmiş, o da həmin gün Bərdə şəhəri ərazisində “İyirmialtılar” deyilən yerdə tanışı Elamin ilə birlikdə “BMW” markalı taksi avtomobilinə əyləşmişdir. Onlar taksi avtomobili ilə Bərdə rayonu Divanlı kəndinin ərazisindəki meşəyə getmiş, ancaq Nizamı orada tapa bilməmişlər. Buna görə də taksi avtomobilinin sürücüsü Elvindən avtomobili Divanlı kəndinin girişinə getməyi xahiş etmiş, yolda olarkən Nizamın istifadəsində olan mobil nömrəyə zəng edib harada olmasını soruşmuşdur. Nizam isə ona gələcəyini bildirmiş, bu səbəbdən o, kəndin girişində yerləşən “Elvin” adlı marketin yaxınlığında gözləməyə başlamışdır. Bir qədər sonra o, Nizamın “VAZ- 2106” markalı avtomobilin içərisində oradan keçdiyini görmüş və Elvinə həmin avtomobilin ardınca sürməsini demişdir. Bu zaman sürücü həmin avtomobilin arxasınca gedə-gedə hərəkətini dayandırması üçün avtomobilin işıqlarını söndürüb-yandırmaqla işarə vermişdir. Bərdə rayonu Gərənə kəndinin girişinə çatan zaman “VAZ-2106” markalı avtomobil hərəkətini yavaşlatmış və yaxınlıqdakı məktəb binasının qarşısında dayanmışdır. O, bunu görüb taksi avtomobilini saxladaraq yerə düşmüş və yaxınlaşıb Nizamın içərisində olduğu avtomobilin sol arxa qapısını açmışdır. Avtomobilə əyləşmək istəyərkən Nizam sol qabaq qapını açaraq ona doğru gəlmiş, Nizamın üzərinə gəldiyini gördüyündən təpik atmışdır. Elə bu vaxt Nizamın əlində bıçaq olmasını görmüş, Nizamı yumruq ilə vurmaq istəyəndə Nizam bıçaqla onun sol qolaltı nahiyəsindən vurmuşdur. Daha sonra Nizam Gərənə kəndinin içərisinə doğru qaçmağa başlamışdır. O da yerdə gördüyü kərpici götürüb Nizamın arxasınca qaçmış, lakin taqəti olmadığından kərpici Nizama doğru ata bilməmişdir. Bu zaman Elamin onun yanına gələrək tutub saxlamış və taksi avtomobilinə əyləşdirməklə xəstəxanaya aparmışdır. Bundan başqa o, hadisənin 21 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrində Bərdə rayonu Gərənə kəndinin ərazisində yerləşən məktəbin yaxınlığında baş verdiyini, mübahisənin Təqsirləndirilən şəxs onun arxasınca danışması və dediyi sözlərin üstündə durmaması səbəbindən baş verdiyini, Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə ona bir dəfə xəsarət yetirdikdən sonra bıçağı da götürüb qaçdığını, hadisə zamanı orada tanışı Elaminin, “BMW” markalı taksinin sürücüsü Elvinin və “VAZ-2106” markalı taksinin sürücüsü Ceyhunun olduğunu, mübahisənin təxminən 3-4 dəqiqə davam etdiyini və bu zaman hər hansı ictimai qaydanın pozulmadığını, oraya digər şəxslərin toplaşmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun özünə məxsus olan “BMW” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 21 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrində Bərdə şəhəri E.Əsədov küçəsinin başında dayanan zaman avtomobilinə 2 nəfər şəxs yaxınlaşmış, həmin şəxslərdən biri polis əməkdaşı kimi tanıdığı Mehti olmuş, Mehtinin yanındakı digər şəxsi isə tanımamışdır. Həmin şəxslər onun avtomobilinə əyləşib Bərdə rayonu Divanlı kəndinə sürməsini bildirmişlər. O, avtomobili həmin kəndin girişinə sürüb orada saxlamış, Mehti həmin vaxt mobil telefonda bir qadın ilə danışmışdır. Bu zaman həmin qadına “Ya mənimlə, ya da onunla yaşayassan” demiş, elə bu vaxt oradan “VAZ-2106” markalı avtomobilin keçdiyini görmüşdür. Buna görə də ona həmin avtomobilin dayanması üçün işıqları yandırıb-söndürməklə işarə etməsini bildirmişdir. O da avtomobilini “VAZ-2106” markalı avtomobilin arxasınca sürərək işıqlar vasitəsilə saxlamasını işarə etmişdir. Bərdə rayonu Gərənə kəndi ərazisinə çatdıqda həmin avtomobilin sürücüsü avtomobilin hərəkətini yavaşlatmış və Mehti avtomobilin sürücüsünə əli ilə “Ver qırağa, saxla” işarəsini vermişdir. Bundan sonra sürücü avtomobili yolun sağ tərəfində saxlamış və avtomobilin sağ qabaq oturacağından bir nəfər şəxs düşmüşdür. Mehtinin özü isə bu zaman avtomobilə əyləşib söhbət etmək istəmişdir. Lakin həmin şəxs Mehtinin üzərinə gəlmiş, onlar bir-biri ilə yumruqlaşmağa başlamışlar. O, bunu görüb avtomobili Bərdə şəhəri istiqamətində saxlamış və dönüb baxdıqda Mehtinin əlində daş ilə həmin qaçan şəxsin arxasınca getdiyini görmüşdür. Oradan çıxıb getmək istəyən vaxt Mehti ona yaralandığını dayanmasını və avtomobili xəstəxanaya doğru idarə etməsini söyləmişdir. O da Mehtini sonradan adının Elamin olmasını bildiyi şəxs ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını görmədiyini, avtomobili döndərib saxlayan zaman Mehtinin sonradan adının Nizam olmasını bildiyi şəxsin arxasınca qaçdığını, hadisə zamanı orada özündən, Nizamdan və Mehtidən başqa Elamin və digər taksinin sürücüsü Ceyhunun olduğunu, başqa heç kimin toplaşmadığını, səs-küy yaranmadığını və hadisənin təxminən 2-3 dəqiqə ərzində baş verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus olan “VAZ-21063” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs onun tanışıdır və aralarında normal münasibət olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs də tanımış, Ayşən adlı qıza görə Nizam və Mehti arasında münasibətlərin yaxşı olmadığını bilmiş, əvvəllər aralarında mübahisə olduğunu eşitmişdir. 21 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrində Nizam onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib taksi kimi boş olubolmadığını soruşmuş, o da Nizama boş olduğunu demişdir. Bu zaman Nizam ona Bərdə rayonu Divanlı kəndinə gəlməsini bildirmiş, o da avtomobil ilə həmin kəndə gedərək Nizamın orada olduğunu görmüşdür. Avtomobili saxladıqdan sonra Nizam sağ qabaq oturacaqda əyləşmiş və Bərdə rayonu Gərənə kəndinə getmək istədiyini demişdir. O, avtomobili Bərdə rayonu Gərənə kəndinə doğru idarə edərkən avtomobilin güzgüsündən “BMW” markalı avtomobilin işıqlarını yandırıb-söndürməklə işarə etdiyini görmüşdür. Bu zaman Mehti istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə onun mobil telefonuna zəng etmiş və ona “Avtomobili saxla, Nizama söz deyirəm, onunla işim var” sözlərini demişdir. O isə cavabında Mehtiyə “Söhbəti uzatmayın, get işinlə məşğul ol” deyib telefon danışığını sonlandırmışdır. Bundan sonra Nizam ona Mehti ilə görüşəcəyini bildirmişdir. O, Nizamdan nə üçün Mehti ilə görüşüb qız məsələsinə görə mübahisə etdiklərini soruşduqda, Nizam “Görək Mehti nə deyir” cavabını vermişdir. Avtomobilini idarə etməklə Gərənə kəndi ərazisindən keçən dəmiryolu relsini ötdükdən sonra Mehti yenidən onun mobil telefonuna zəng edib Nizam ilə heç bir işi olmayacağını, sadəcə söhbət edəcəklərini demiş və övladının canına and verməklə avtomobili saxlamasını xahiş etmişdir. O, Mehtinin verdiyi anda görə heç bir mübahisənin yaranmayacağını fikirləşib avtomobili yolun sağ tərəfində saxlamışdır. Mehtinin içərisində olduğu avtomobil isə onun avtomobilinin sol tərəfində dayanmış və Mehti avtomobildən düşərək onun avtomobilinin sol arxa qapısını açmaqla oturacaqda əyləşmişdir. Daha sonra Nizama “Düş, gəl çölə, sənə söz deyirəm” demiş, Nizam düşüb avtomobilin arxa tərəfinə doğru getmişdir. Bu zaman Mehtinin özü də avtomobildən düşüb Nizamın dayandığı yerə getmişdir. O, avtomobilin güzgüsündən baxan zaman Mehti ilə Nizamın əlbəyaxa olduqlarını görmüşdür. Belə ki, Nizam və Mehti bir-birilərinə yumruq və təpik atmışlar. Bundan 1-2 dəqiqə keçmiş Nizam Gərənə kəndinin içərisinə doğru qaçmağa başlamışdır. Mehti də Nizamın arxasınca qaçmağa başlamış və bir az getdikdən sonra geri qayıtmışdır. O, avtomobili geri döndərən zaman Mehtinin oraya gəldiyi, dövlət qeydiyyat nişanını bilmədiyi “BMW” markalı avtomobilə əyləşərək çıxıb getmişdir. Daha sonra o, Mehtinin mobil nömrəsinə zəng edib “Sizə lazım idi? Bir-birinizi qırıb özünüzü biabır edirsiniz” demiş, Mehti isə ona xəstəxanaya getdiyini söyləmişdir. Bu zaman Mehtidən nə üçün xəstəxanaya getdiyini soruşmuş, Mehti isə Nizam tərəfindən bıçaqlandığını demişdir. Sonra özü də xəstəxanaya yollanmış və həqiqətən də Mehtinin bıçaqlandığını bilmişdir. Bundan başqa o, hadisə zamanı özünə məxsus olan avtomobildə əyləşdiyi üçün Nizamın Mehtini bıçaqla vurmasını görmədiyini, özündən, Mehtidən və Nizamdan başqa orada Elaminin və Mehtinin oraya gəldiyi taksi avtomobilinin sürücüsünün olduğunu, başqa heç kimin toplaşmadığını, səs-küy yaranmadığını, hadisənin təxminən 2-3 dəqiqə ərzində baş verdiyini, hadisə baş verdikdən sonra Mehtinin arxasınca xəstəxanaya gedərkən polis əməkdaşlarının oraya gəldiklərini gördüyünə görə hüquq mühafizə orqanına məlumat verilməsinə ehtiyac olmaması barədə fikirləşdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 Şöhlət oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 Şöhlət oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur və Mehti ilə təxminən 5-6 ildir münasibət saxlayır. Mehti təxminən 5 il əvvəl Ayşən adlı qız ilə münasibət saxlamağa başlamışdır. Təqsirləndirilən şəxs münasibətdə olduğu həmin qıza görə tanımışdır. Belə ki, Mehti Nizamın da Ayşən ilə münasibəti olduğunu öyrənmiş və Nizamı tanıdıqdan sonra Ayşən ilə münasibətini kəsmişdir. Buna görə də Mehti və Nizam arasında problem yaranmışdır. Mehti Nizam ilə söhbət etmək üçün 21 dekabr 2020-ci il tarixdə saat 15:00 radələrində tanışları Elvinə məxsus olan avtomobilə əyləşib mobil telefon vasitəsilə Nizam ilə danışmış və Nizama görüşüb söhbət etməklə aralarında olan problemlərə son qoymaq istədiyini demişdir. Bu zaman Mehti və Nizam mobil telefonda bir-birlərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Bundan sonra X18 rayonu Gərənə kəndinin ərazisindəki meşəyə gəlməsini demiş və Mehti taksi avtomobilinin sürücüsü Elvindən avtomobili Bərdə rayonu Divanlı kəndinin ərazisində yerləşən böyük dairənin yaxınlığına sürməsini bildirmişdir. Həmin yerə çatdıqdan sonra onlar Nizamı gözləməyə başlamışlar. Bu zaman Mehti Nizamın sarı rəngli “VAZ-2106” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Divanlı kəndindən Gərənə kəndi istiqamətində getdiyini görmüşdür. Həmin avtomobili əvvəlcədən tanıdıqları Ceyhun adlı şəxs idarə etmişdir. Bu səbəbdən Mehti Elvinə avtomobili geriyə doğru, yəni Bərdə rayonu Gərənə kəndi istiqamətinə doğru idarə etməsini demişdir. Onlar avtomobil ilə Bərdə rayonu Gərənə kəndi istiqamətində hərəkətdə olarkən Mehti Nizamın içərisində olduğu avtomobilin sürücüsü Ceyhuna mobil telefon vasitəsilə zəng edib “Saxla, söz deyirəm, dava olmayacaq” ifadələrini işlətmişdir. Bir qədər sonra Ceyhun avtomobili Gərənə kəndi ərazisindəki məktəbin qarşısında saxlamış və Mehti oraya getdikləri avtomobildən düşüb Ceyhunun avtomobilinin sol arxa oturacağına əyləşmişdir. Daha sonra Mehti Nizama gedib meşədə söhbət etməyi təklif etmiş, Nizam sağ qabaq oturacaqdan düşərək avtomobilin sol arxa tərəfinə keçmişdir. Bu zaman Nizamın sağ əlində mətbəx bıçağı olmuşdur. Əvvəlcə, Mehti Nizama şillə vurmuş, Nizam isə öz növbəsində Mehtiyə yumruq zərbəsi ilə cavab vermişdir. Ancaq nə Mehtinin şilləsi, nə də Nizamın yumruğu ünvanına çatmamışdır. Bundan sonra Mehti Nizama təpik atmış və həmin təpik Nizamın sinəsinə dəymişdir. Elə həmin vaxt Nizam əlindəki bıçaq ilə Mehtiyə tərəf gedərək sol qoltuqaltı nahiyəsindən vurmuş və dərhal oradan qaçmağa başlamışdır. Mehti isə bunu görüb yerdən daş götürərək Nizamın arxasınca getmişdir. O, Mehtini saxlamaq üçün arxasınca qaçsa da, Mehti bir qədər irəlilədikdən sonra dayanmış və o, Mehtiyə kömək edərək gəldikləri “BMW” markalı avtomobilə əyləşdirmişdir. Nizam isə bir qədər qaçdıqdan sonra Ceyhun avtomobili Nizamın dayandığı yerə doğru idarə edərək oradan götürüb aparmışdır. Onlar isə Mehtini taksi avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Bundan başqa o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlamasını gördüyünü, həmin vaxt bıçağın Nizamın sağ əlində olduğunu, hadisə zamanı orada özündən, Nizamdan və Mehtidən başqa Elvin və Ceyhunun olduğunu, başqa heç kimin toplaşmadığını və hadisənin Mehti avtomobildən düşən kimi təxminən 2-3 dəqiqə ərzində baş verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 dekabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu Gərənə kəndi ərazisində avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulan asfalt yolun kənarıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 dekabr 2020-ci il tarixli şəxsin könüllü şəkildə gəlib təqsirini boynuna alması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün Bərdə rayon polis şöbəsinin növbətçi hissəsinə könüllü şəkildə gəlib Zərərçəkmiş şəxs bıçaqladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 dekabr 2020-ci il tarixli “Şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixdə saat 19:00-da şübhəıli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 dekabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin törədilməsində istifadə olunmuş 01 ədəd bıçaq Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekabr 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekabr 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 dekabr 2020-ci il tаriхli “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublıikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb еdilərək ona həmin mаddədə nəzərdə tutulmuş ittihаm еlаn еdilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli 4(021)-97/2020 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 21 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 dekabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 15.01.2021-ci il tarixli 89 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 15.01.2021-ci il tarixli 93 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X8” Bərdə rayon şöbəsinin 23 dekabr 2020-ci il tarixli 1106a nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X8” Bərdə rayon şöbəsinin 19 yanvar 2021-ci il tarixli 50 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol qoltuqaltı nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası, açıq pnevmohemotoraks deşici-kəsici alətin (ola bilsin bıçaq) təsirindən törənmişdir, müddəti 21 dekabr 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 yanvar 2021-ci il tarixli 190 nömrəli arayışından görünür ki, Bərdə rayonu Divanlı kənd sakini Təqsirləndirilən şəxs atası 1972-ci il təvəllüdlü X13, anası 1979-cu il təvəllüdlü X4 və qardaşı 2000-ci il təvəllüdlü X3 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 yanvar 2021-ci il tarixli 189 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 fevral 2021-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyü Zərərçəkmiş şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Məhkəmə Tibbi Ekspertiza və X8”-nin 18 fevral 2021-ci il tarixli 25-MTKŞ/2021 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynəyin ön sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmişkəsilmiş zədədri, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi istisna olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 fevral 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş bıçaqlardan hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı tanımış və əyani surətdə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 27 yanvar 2021-ci il tarixli 47 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 mart 2021-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri arasında ziddiyyət olduğundan 02 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı demişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 mart 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavələr edilərək həmin maddə İlə ona yenidən ittiham elan olunması və barəsində Bərdə rayon məhkəməsinin 23 dekabr 2020-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3 və 126.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilməsi və bununla bağlı material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və və bununla bağlı material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 29,120-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və bununla bağlı material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməsi xüsusatı üzrə cinayət işinin başlanması rədd edilməsi və bununla bağlı material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Şahid1 Şöhlət oğlu və Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi və bununla bağlı material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, Şahid3 əməlində Azərbaycan Respublikası ÇM-in 307.1-ci maddəsinin tərkib əlamətinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün bununla bağlı material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, X5 barəsində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi və bununla bağlı material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilməsi, istintaq zamanı götürülmüş hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka maddi sübut kimi tanınması və saxlama müddəti ərzində Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmasına dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 30.03.2021-ci il tarixli 1/304 nömrəli arayışından görünür ki, X1 şəhər poliklinikasının kardioloji kabinetində dispanser qeydiyyatındadır. Xəstəliklə əlaqədar-İİ qrup əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 30.03.2021-ci il tarixli 1/305 nömrəli arayışından görünür ki, X2 şəhər poliklinikasının nevroloji kabinetində dispanser qeydiyyatındadır. Xəstəliklə əlaqədar-İİ qrup əlildir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, könüllü gəlib təqsirini boynuna alması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, eləcə də hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət də ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs də törətdiyi cinayət əməli ağır ciinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut kimi tanınmış hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikasä Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Bərdə rayon vəkil Bürosunun vəkili X11, cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Bərdə rayon vəkil Bürosunun hesabına 90 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 21 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsində saxlanılan hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qısaqol köynək və 01 ədəd qolsuz mayka qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X6 işlədiyi Bərdə rayon vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Elmin Rüstəmov
2. Faiq Mahmudov
3. Xəqani Səmədov