Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-185/2022 03.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu (məruzəçi hakim) və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxx 1977-ci ildə Ağdam rayon Güllücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayon Güllücə kəndində qeydiyyatda olan və Ağdam rayon Təzəkənd qəsəbəsi 258 nömrəli evdə yaşayan, məcburi köçkün, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşən 258 nömrəli evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onların hissələrini toplama) məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin may-iyun aylarında yaşadığı Ağdam rayon Təzəkənd qəsəbəsi 258 nömrəli evin həyətində qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitmiş ümumi sayı 23 (iyirmi üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 05 oktyabr 2021-ci il tarixədək, yəni keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilənədək xüsusi aqrotexniki qulluq göstərərək suvarmaqla diblərini yumşaldıb alaq otlarından təmizləmiş və həmin bitkiləri yetişdirib külli miqdarda kultivasiya etmişdir. Bundan başqa o, 2021-ci ilin may-iyun aylarında yaşadığı Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşən 258 nömrəli evin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi narkotik tərkibli çətənə kollarından 2021-ci ilin sentyabr ayının əvvəllərində toplayıb qurudaraq yaşadığı evin arxa tərəfində olan çiy kərpicdən olan tikilinin içərisində üç ədəd qara rəngli plasmas meyvə qablarının, bir ədəd ağ rəngli plasmas qapağın, bir ədəd ağ rəngli plasmas boya qabının içərisində, həmçinin tarların və döşəmənin üzərinə sərməklə həmin tikilidə gizlətdiyi ümumi təmiz çəkisi 6500 qram olan, narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuananı 05 oktyabr 2021-ci il tarixə, yəni keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon polis əməkdaşları tərəfindən aşkar edilənədək satış məqsədi ilə qanunsuz olaraq saxlamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə və CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1993-cü ildə kəndləri düşmən tərəfindən işğal olunduqdan sonra ailə üzüvləri ilə birlikdə hazırda Ağdam rayon Təzəkənd qəsəbəsində yaşayır, evlidir, 2 övladı var. O, 13-14 yaşından etibarən narkotik tərkibli bitkilərdən istifadə edir. Bir neçə dəfə müxtəlif yerlərdə öz istifadəsi üçün çətənə toxumunu əkmiş və qurudaraq istifadə etmişdir. Həmin bitkilərin toxumlarını hər dəfə özündə saxlamışdır. Heç vaxt satış məqsədilə çətənə bitkisini əkməmişdir. Təxminən 2021-ci ilin may-iyun aylarında yaşadığı evin həyətyanı sahəsində əvvəlcədən özündə saxladığı toxumları əkmişdir. Həmin toxumlardan bitmiş iyirmi üç ədəd bitkilərə qulluq etmişdir. Onları alaq otlarından təmizləmiş, mütəmadi olaraq diblərinə su vermişdir. Sonra isə yaşadığı evin arxa tərəfində yerləşən çiy kərpicdən tikilmiş birmərtəbəli yardımçı binada qurutmaq məqsədi ilə həmin narkotik tərkibli bitkilərdən yığıb yerə, tara, həmçinin üç ədəd qara rəngli plasmas materialdan hazırlanmış qutuların, bir ədəd ağ rəngli plasmas materialdan olan boya qabının və bir ədəd ağ rəngdə olan plasmas qapağın içərisinə sərmişdir. 05 oktyabr 2021-ci il tarixdə isə saat təxminən 14 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək fərdi yaşayış evinin həyətyanı sahəsində X5 əkib-becərməsi barədə məlumatları olduğunu, evində və həyətyanı sahəsində əməliyyat tədbirinin keçirilməsi barədə qərar əsasında axtarış aparacaqlarını bildirmişlər. O da bu barədə həm şifahi razılıq, həm də ərizə ilə müraciət edərək heç bir etirazının olmadığını bildirmiş və həyətyanı sahəsində narkotik tərkibli bitkilərin həm qurudulmuş halda, həm də əkilmiş halda olduğunu könüllü olaraq etiraf etmişdir. Bundan sonra isə onlar həyətyanı sahəyə daxil olmuş və polis əməkdaşları öncə həyətyanı sahəsinin yuxarı hissəsindən biri-digərindən bir qədər aralı 9 (doqquz) ədəd, onlardan təxminən 4-5 metr aralı solda 8 (səkkiz) ədəd, evin arxasında 5 (beş) ədəd, onların yanında çıxarılmış olan 1 (bir) ədəd çətənə kollarını aşkar etmişlər. Bundan sonra isə yaşadığı evin arxa tərəfində birmərtəbəli daxmanın içərisində qurutmaq məqsədilə yığdığı çətənə kollarını üç ədəd qara rəngli plasmas qutuların, bir ədəd ağ rəngli plasmas qapağın, bir ədəd ağ rəngli plasmas materiallı boya qabının, tarların və döşəmənin üzərindən aşkar edərək maddi sübut kimi götürmuşlər və onun iştirakı ilə qablaşdırmışlar. Belə ki, öncə qurudulmuş halda olan çətənə kolları yerdən və qabların içərisindən yığılaraq bir yerə toplanmış çarpayı örtüyünə bükülərək qablaşdırılmış və çəkilmişdir. Sonra isə onun iştirakı ilə çətənə kolları kökündən çıxarılmışdır, 23 ədəd çətənə kolu həyətyanı sahəsində göy rəngli iri sellofana bükülərək qablaşdırılmışdır. Hər iki qablaşdırmanın ağzı möhürlənmiş, imzaları ilə təsdiq edilmişdir. Sonda isə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evin giriş qapısından daxil olduqda sol tərəfdə divarda elektrik sayğacının içərisində iki ədəd biri “West” markalı, digəri isə “Bakı” markalı siqaret qutularının içərisində olan çoxlu sayda çətənə toxumlarını aşkar etmişlər. Həmin toxumlar da polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həyətdə olan yardımçı tikilidən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 6500 qram olan narkotik vasitələri 2021-ci ilin təxminən sentyabr ayının əvvəllərində həyətyani sahəsində əkdiyi narkotik tərkibli çətənə kollarından yığıb toplamışdır. O, həmin narkotik vasitəni heç kəsə satmamışdır. O, yardımçı tikilidə saxladığı narkotik vasitədən təxminən 1-2 aydır ki, çəkisini dəqiq bilmədiyi qədər istifadə etmişdir. Onu narkotik tərkibli bitkiləri əkibbecərməyə və qurudulmuş halda saxlamağa heç kim təhrik etməmişdir. Bu barədə heç kimin məlumatı olmamışdır. Qurumuş narkotik vasitə hesab ediılən marixuanadan heç kəsə satmamış, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, belə bir niyyəti də olmamış, şəxsi istifadəsi üçün narkotik vasitə əkib becərmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdam RPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 05.10.2021-ci il tarixdə X20 rayon Güllücə kəndində qeydiyyatda olmaqla, hazırda Ağdam rayon Təzəkənd qəsəbəsi 258 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Təzəkənd qəsəbəsinə getmişlər. Onlar orada evə və həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş və qapını döyərək Təqsirləndirilən şəxs evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, o isə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuş və həyətə baxış keçirərkən həyətdə bir-birində müxtəlif məsafədə yerləşən ümumi sayı 23 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmişdir. Həmin sahədə plastik materialdan olan borularda aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həyətdə yaşayış evin sağ arxa tərəfində yerləşən yardımçı tikiliyə daxil olduqda orada tarların üzərinə və yerə sərilmiş kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Bundan sonra həmin tikiliyə baxış keçirilərkən orada üç ədəd qara rəngli plastik materialdan olan qutunun, bir ədəd ağ rəngli plastik materialdan olan qapağın, bir ədəd plastik materialdan olan boya qabının içərisindən kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmin yardımçı tikilidə tarların üzərinə və yerə sərilmiş, eləcədə üç ədəd qara rəngli plastik materialdan olan qutunun, bir ədəd ağ rəngli plastik materialdan olan qapağın, bir ədəd plastik materialdan olan ağ rəngli boya qabının içərisindən aşkar edilmiş kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi mavi rəngli çarpayı örtüyünün üzərinə yığılmış, elektron tərəzi vasitəsilə çəkilmiş və mavi rəngli çarpayı örtüyü ilə birlikdə ümümi çəkisi təxminən 9.935 qram müəyyən edilmişdir. Bundan sonra içərisində olan narkotik vasitəyə bənzər kütlə ilə birlikdə çarpayı örtüyü ağ rəngli sapla tikilmiş, qablaşdırılmış və imzalara təsdiq edilmişdir. Bundan sonra həyətyani sahədən aşkar edilmiş ümumi sayı 23 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər göy rəngli örtüyün üzərinə tək-tək sayılaraq və uzunluqları ölçülərək yığılmış, sonra həmin yaşıl rəngli, kəskin iyli bitkilər göy örütüklə birlikdə qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin dəhlizində yerləşən elektirik sayğacının içərisindən “West” və “Bakı” markalı siqaret qutularının içərisində ümumilikdə 254 ədəd toxum olması müəyyən edilmiş və həmin toxumlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdam RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 05.10.2021-ci il tarixdə X20 rayon Güllücə kəndində qeydiyyatda olmaqla, hazırda Ağdam rayon Təzəkənd qəsəbəsi 258 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Təzəkənd qəsəbəsinə getmişlər. Onlar orada evə və həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş və qapını döyərək Təqsirləndirilən şəxs evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, o isə öz növbəsində etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuş və həyətə baxış keçirərkən həyətdə bir-birində müxtəlif məsafədə yerləşən ümumi sayı 23 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmişdir. Həmin sahədə plastik materialdan olan borularda aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həyətdə yaşayış evin sağ arxa tərəfində yerləşən yardımçı tikiliyə daxil olduqda orada tarların üzərinə və yerə sərilmiş kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Bundan sonra həmin tikiliyə baxış keçirilərkən orada üç ədəd qara rəngli plastik materialdan olan qutunun, bir ədəd ağ rəngli plastik materialdan olan qapağın, bir ədəd plastik materialdan olan boya qabının içərisindən kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmin yardımçı tikilidə tarların üzərinə və yerə sərilmiş, eləcədə üç ədəd qara rəngli plastik materialdan olan qutunun, bir ədəd ağ rəngli plastik materialdan olan qapağın, bir ədəd plastik materialdan olan ağ rəngli boya qabının içərisindən aşkar edilmiş kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi mavi rəngli çarpayı örtüyünün üzərinə yığılmış, elektron tərəzi vasitəsilə çəkilmiş və mavi rəngli çarpayı örtüyü ilə birlikdə ümümi çəkisi 9935 qram müəyyən edilmişdir. Bundan sonra içərisində olan narkotik vasitəyə bənzər kütlə ilə birlikdə çarpayı örtüyü ağ rəngli sapla tikilmiş, qablaşdırılmış və imzalara təsdiq edilmişdir. Bundan sonra həyətyani sahədən aşkar edilmiş ümumi sayı 23 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər göy rəngli örtüyün üzərinə tək-tək sayılaraq və uzunluqları ölçülərək yığılmışdır. Bundan sonra həmin yaşıl rəngli, kəskin iyli bitkilər göy örütüklə birlikdə qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin dəhlizində yerləşən elektirik sayğacının içərisindən “West” və “Bakı” markalı siqaret qutularının içərisində ümumilikdə 254 ədəd toxum olması müəyyən edilmiş və həmin toxumlar qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Ağdam RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 05.10.2021-ci il tarixdə Ağdam rayon X20 rayon Güllücə kəndində qeydiyyatda olmaqla, hazırda Ağdam rayon Təzəkənd qəsəbəsi 258 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Təzəkənd qəsəbəsinə getmişlər. Onlar orada evə və həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmiş və qapını döyərək Təqsirləndirilən şəxs evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, o isə öz növbəsində etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuş və həyətə baxış keçirərkən həyətdə bir-birində müxtəlif məsafədə yerləşən ümumi sayı 23 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmişdir. Həmin sahədə plastik materialdan olan borularda aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həyətdə yaşayış evin sağ arxa tərəfində yerləşən yardımçı tikiliyə daxil olduqda orada tarların üzərinə və yerə sərilmiş kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Bundan sonra həmin tikiliyə baxış keçirilərkən orada üç ədəd qara rəngli plastik materialdan olan qutunun, bir ədəd ağ rəngli plastik materialdan olan qapağın, bir ədəd plastik materialdan olan boya qabının içərisindən kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmin yardımçı tikilidə tarların üzərinə və yerə sərilmiş, eləcədə üç ədəd qara rəngli plastik materialdan olan qutunun, bir ədəd ağ rəngli plastik materialdan olan qapağın, bir ədəd plastik materialdan olan ağ rəngli boya qabının içərisindən aşkar edilmiş kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi mavi rəngli çarpayı örtüyünün üzərinə yığılmış, elektron tərəzi vasitəsilə çəkilmiş və mavi rəngli çarpayı örtüyü ilə birlikdə ümümi çəkisi 9.935 qram müəyyən edilmişdir. Bundan sonra içərisində olan narkotik vasitəyə bənzər kütlə ilə birlikdə çarpayı örtüyü ağ rəngli sapla tikilmiş, qablaşdırılmış və imzalara təsdiq edilmişdir. Bundan sonra həyətyani sahədən aşkar edilmiş ümumi sayı 23 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər göy rəngli örtüyün üzərinə tək-tək sayılaraq və uzunluqları ölçülərək yığılmışdır. Bundan sonra həmin yaşıl rəngli, kəskin iyli bitkilər göy örütüklə birlikdə qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin dəhlizində yerləşən elektirik sayğacının içərisindən “West” və “Bakı” markalı siqaret qutularının içərisində ümumilikdə 254 ədəd toxum olması müəyyən edilmiş və həmin toxumlar qablaşdırılaraq götürülmüşdür. Baxış “Panasonic” markalı videokamera vasitəsilə videoçəkilişlə həyata keçirilmiş və həmin videokameradan istifadə etməklə videoçəkilişi o aparmışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 05.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həmin evin həyatyanı sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyataxtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. 05.10.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Ağdam rayonu Təzəkənd qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həmin evin həyatyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış keçirilməsi haqqında 05.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Təzəkənd qəsəbəsində yerləşən yaşadığı evə, evin həyətyanı sahəsinə və həyətyanı sahədə yerləşən yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ümumi sayı 23 ədəd çətənə (kannabis) bitkiləri, həyətyani sahədə yerləşən yardımçı tikilidən aşkar edilmiş təmiz çəkisi 6500 qram qurudulmuş marixuana, həmçinin yaşadığı evin dəhlizində yerləşən elektirik sayğacının içərisindən “West” və “Bakı” markalı siqaret qutularının içərisindən ümumilikdə 254 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları qablaşdırılaraq götürülmüşdür. 05.10.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus Ağdam rayon Təzəkənd qəsəbəsində yerləşən evinin həyətindən aşkar edilmiş 23 ədəd çətənə koluna aqrotexniki qaydada xüsusi qulluq işi (dibinin yumşaldılması, suvarılması, peyin verilməsi və.s) aparılmış həqiqətən yaşıl kütlə rəngində, narkotik tərkibli olduğu müəyyən edildi. Ağdam rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli 5(013)-65/2021 saylı qərarından görünür ki, Ağdam rayon Polis şöbəsinin NMB-nin əməliyyat müvvəkili, polis baş leytenantı Şahid1 05.10.2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir Məhkəmə bioloji ekspertizasının 06.10.2021-ci il tarixli 16/1050 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs evinin həyətyani sahəsində olan yardımçı tikilidən aşkar edilmiş kəskin iyli, narkotik vasitəyə bənzər 9935 qram kütlə..” sözləri yazılmış 1 (bir) ədəd çarpayı örtüyü bükümündə, təmiz çəkisi 6500 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bundan başqa tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs yaşadığı Təzəkənd qəsəbəsində yerləşən eviin həyətyani sahəsindən aşkar edilmiş 23 ədəd...” sözləri və imzalar olan 1 (bir) ədəd göy rəngli çadır bağlamada, sayı 23 (iyirmi üç) ədəd ümumi təmiz çəkisi 46500 qram yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmçinin tədqiqata təqdim olunmuş üzərində, “Fərdi yaşayış evindən aşkar edilmiş 254 ədəd toxum və bir ədəd falqa..” sözləri və imzalar olan 1 (bir) ədəd kağız paketi açdıqda içərisində, sayı 254 (iki yü əlli dörd) ədəd bitki toxumları, narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 26.11.2021-ci il tarixli 721 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının 16.12.2021-ci il tarixli 1517 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ağdam MRX-nın Publik hüquqi şəxsin 01.11.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxansının narkoloji kabinetində qeydiyyatda durmur. X23 Dispanserinin 25.10.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 04.06.2013-cü il tarixdən “Şəxsiyyətin şizod tipli pozuntusu, f60.1” diaqnozu ilə X23 Dispanserində dispanser müşahidəsindədir. “Şübhəli şəxsin tutulması haqqında” 05.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 oktyabr 2021-ci ildən hesablanmışdır. Ağdam rayonu, Təzəkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.10.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Təzəkənd qəsəbəsi 258 nömrəli evdə həyat yoldaşı X7, övladları X11 və X13 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AZ-İ № 655687 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X13 04.08.2005-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. Ağdam rayonu, Təzəkənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02.02.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, X8 yaşadığı ev ermənilərin atdıqları raket zərbəsi nəticəsində zərər dəymişdir. AA № 403030 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür. Ağdam MRX-nın Publik hüquqi şəxsin 03.02.2022-ci il tarixli arayışından görünür ki, X7 Ağdam rayon Mərkəzi Xəstəxansının poliklinika şöbəsində “Şəkərli diabet tip 2 insulin tələbi ilə orta ağır forma diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 23 (iyirmi üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin arxa tərəfində olan yardımçı binanın içərisində üç ədəd qara rəngli plasmas meyvə qablarının, bir ədəd ağ rəngli plasmas qapağın, bir ədəd ağ rəngli plasmas materiallı boya qabının və döşəmənin üzərində gizlətdiyi ümumi təmiz çəkisi 6500 qram istifadə olunduqdan sonra yerdə qalan 6499,9 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana, həmin vasitələrin saxlandığı üç ədəd plasmas meyvə qabları, bir ədəd ağ rəngli boya qabı, bir ədəd ağ rəngli plasmas qapaq və həmin narkotik tərkibli bitkiləri suvarmaq üçün nəzərdə tutlmuş plastik materiallı boru, yaşayış evinin dəhlizində olan elektrik sayğacından aşkar edilərək götürülmüş 01 ədəd “Bakı” və 01 ədəd “West” markalı siqaret qutuların içərisində ümumilikdə 254 ədəd çətənə bitkisinin toxumları maddi sübut kimi tanınaraq Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, özü çəkmək üçün saxladığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X9 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, həyat yoldaşının şəkərli diabet xəstəsi olmasını, yaşadığı evə 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində zərər dəyməsini, “Şəxsiyyətin şizod tipli pozuntusu, f60.1” diaqnozu ilə xəstə olmasını, məcburi köçkün olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 23 (iyirmi üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin arxa tərəfində olan yardımçı binanın içərisində üç ədəd qara rəngli plasmas meyvə qabları, bir ədəd ağ rəngli plasmas qapaq, bir ədəd ağ rəngli plasmas materiallı boya qabı və döşəmənin üzərində gizlətdiyi ümumi təmiz çəkisi 6500 qram istifadə olunduqdan sonra yerdə qalan 6499,9 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana, həmin vasitələrin saxlandığı üç ədəd plasmas meyvə qabları, bir ədəd ağ rəngli boya qabı, bir ədəd ağ rəngli plasmas qapaq və həmin narkotik tərkibli bitkiləri suvarmaq üçün nəzərdə tutlmuş plastik materiallı boru, yaşayış evinin dəhlizində olan elektrik sayğacından aşkar edilərək götürülmüş 01 ədəd “Bakı” və 01 ədəd “West” markalı siqaret qutuların içərisində ümumilikdə 254 ədəd çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X9 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 05 oktyabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 23 (iyirmi üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, yaşadığı evin arxa tərəfində olan yardımçı binanın içərisində üç ədəd qara rəngli plasmas meyvə qabları, bir ədəd ağ rəngli plasmas qapaq, bir ədəd ağ rəngli plasmas materiallı boya qabı və döşəmənin üzərində gizlətdiyi ümumi təmiz çəkisi 6500 qram istifadə olunduqdan sonra yerdə qalan 6499,9 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana, həmin vasitələrin saxlandığı üç ədəd plasmas meyvə qabları, bir ədəd ağ rəngli boya qabı, bir ədəd ağ rəngli plasmas qapaq və həmin narkotik tərkibli bitkiləri suvarmaq üçün nəzərdə tutlmuş plastik materiallı boru, yaşayış evinin dəhlizində olan elektrik sayğacından aşkar edilərək götürülmüş 01 ədəd “Bakı” və 01 ədəd “West” markalı siqaret qutuların içərisində ümumilikdə 254 ədəd çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X9 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-185/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-185/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver